Məhkəmə qərarları › İş №1(099)-249/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-249/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-249/2025 11.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri, Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Biləsuvar rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 186.2.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli keçirməsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikasının ərazisində satıb qazanc əldə etmək məqsədilə «İlqar» adlı İran İslam Respublikası vətəndaşı, tanışı «Sübhan» adlı Azərbaycan Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək 07 oktyabr 2024-cü il tarixdə günorta saatlarında «Whatsapp» proqramı vasitəsi ilə «İlqar» adlı İran İslam Respublikasının vətəndaşına Biləsuvar rayonu Yuxarı Ağalıkənd kəndinin yaxınlığında yerləşən «Böyük Çərçili» adlanan ərazidəki əkin sahəsinin ətrafı barədə «Sübhan» adlı şəxslə birlikdə çəkdiyi videogörüntüləri və həmin məkanın koordinat nöqtələrini göndərdikdən sonra əvvəlcədən aralarında olan razılaşmaya əsasən «İlqar» adlı İran İslam Respublikasının vətəndaşı 07 oktyabr 2024-cü il tarixdən 08 oktyabr 2024-cü il tarixə keçən gecə uçuş aparatından (paraplandan) istifadə edib külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli keçirərək razılaşdıqları məkana atmış, o isə «Sübhan» adlı şəxslə birlikdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri həmin yerdən götürüb, əldə edib, daşıyaraq «VAZ-21213» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində saxlayıb həmin yerdən uzaqlaşaraq 08 oktyabr 2024-cü il tarixdə saat 01 radələrində DGK-nin Biləsuvar Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Biləsuvar-Bəhrəmtəpə yoluna təxminən 1 kilometr qalmış əkin sahələrində torpaq örtüklü yolda ona verilmiş saxla işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirərək «Sübhan» adlı şəxslə birlikdə avtomobildə olan neft məhsulundan odlama vasitəsi kimi istifadə edib alışdırıb yandıraraq hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs xeyli miqdarda 5300 (beş min üç yüz) manat məbləğində ziyan vurmaqla ümumi təhlükəli üsulla yəni, yandırmaqla sonuncunun əmlakı olan «VAZ-21213» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili məhv etmişdir. Həmin gün saat 02 radələrində Biləsuvar Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat Şöbəsinin əməkdaşları və sonradan hadisə yerinə gəlmiş Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilərkən avtomobilədən iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 109,702 qram və 103,171 qram olmaqla ümumilikdə təmiz çəkisi 212,873 qram olan külli miqdarda, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə fərqlilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bağlamada təmiz çəkisi 2305,0 qram olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bağlamada yarı yanmış vəziyyətdə təmiz çəkisi 78,7 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana olmaqla ümumilikdə təmiz çəkisi, 2383,7 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, üzərində narkotik vasitə marixuananın izləri olan sellofanlar və avtomobilin arxa **-BJ-*** dövlət qeydiyyat nişanı aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayının əvvəllərində sosial şəbəkədə iran vətəndaşı kimi tanıdığı İlqar adlı şəxslə tanış olaraq öz istifadəsi üçün nəşə (qurudulmuş marixuana) istəmişdir, ondan 1500 manat dəyərində nəşə göndərməsini demişdir. 07 oktyabr 2024-cü il tarixdə axşam saatlarında evdə olan zaman İranlı İlqar ona “WhatsApp” vasitəsilə zəng edərək Cəlilabad rayonundan olan tanışı Sübhanın Günəşli kəndi ərazisində olmasını bildirmişdir və Sübhanı da götürüb avtomobillə onun göndərdiyi narkotik vasitənin gizlədildiyi yerə aparmağımı istəmişdir. Bir neçə dəqiqə sonra Sübhan adlı şəxs ona zəng edərək əlaqə saxlamışdır. O, qardaşı Zərərçəkmiş şəxs yaşadığı evə edərək “Niva” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün ona verməsini istəmiş və həmin avtomobillə uşağı üçün aptekə gedib dərman alacağını demişdir. Bundan sonra o həmin avtomobillə saat 23 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun Günəşli kəndinin ərazisində keçən hissəsində olan dayanacağın yaxınlığına getmişdir. Həmin dayanacağın yaxınlığında Sübhan adlı şəxs avtomobilə əyləşdikdən sonra birlikdə İlqarın dediyinə əsasən Biləsuvar rayonu, Günəşli kəndi ərazisinə getmişlər. İranlının dediyi yerə çatanda işıq gəldiyini görüb heçnə götürmədən geri qayıtmışdır. Qayıdarkən yolda polis əməkdaşları ilə rastaşmış, maşını saxlamayaraq sürmüşdür. Yolda maşınla gedəndə maşın alışaraq yanmışdır. Özü yanıq xəsarətləri almış, Sübhan isə çıxıb getmişdir. Yaşadığı evə getmiş, onu 1 ay müddətində heç kəs axtarmamış, 1 aydan sonra polis əməkdaşları evinə gələrək onu tutmuşdurlar. Polis əməkdaşları ona qarşı insanlığa sığmayan hərəkətlər edərək ona sənədlərə imza etməyi demişlər, sənədlərə imza etməyəcəyi halda onun azyaşlı uşağını gətirəcəyini demişlər, o da məcbur qalaraq sənədlərə imza etmişdir. Məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 1700 manat iranlıya pul göndərərək 500 qram nəşə istəmişdir. İranlının nəşəni kimin vasitəsi ilə göndərəcəyini bilmir. İranlının dediyi yerdən narkotik vasitəsini götürməyə Cəlilabad sakini Sübhan adlı şəxslə getmişdir. İdarə etdiyi avtombil qardaşına məxsus olmuşdur. Onları polis əməkdaşları təqib etmişdirlər, avtobili idarə edərkən avtombil alışıb yanmışdır, həmin vaxtı o da yanıq xəsarəti almışdır. Avtomobili yanan vaxtı polislər kənarda ona baxmışlar, ona heç kəs köməklik etməmişdir. Polislər onu təqib edən vaxtı avtombildə narkotik vasitə olmamışdır, avtombili yandırmamış, avtomobil özü alışıb yanmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, özünü təqsirli bilərək göstərmişdir ki, 2024-cü ilin oktyabr ayının əvvəllərində o, Bakı şəhərində fəhlə işləyən zaman İran vətəndaşı olan adını İlqar kimi bildiyi şəxs “WhatsApp” proqramı vasitəsilə ona zəng edərək Biləsuvar rayonu ərazisinə narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni Cəlilabad rayonundan olan tanışı Sübhan adlı şəxsin əldə edəcəyini bildirmiş, ona da təklif etmişdir ki, Sübhan Biləsuvar rayonu ərazisini yaxşı tanımır, sonuncunu avtomobillə narkotik vasitənin gizlədildiyi yerin yaxınlığına aparacaqsan, Sübhan da narkotik vasitə götürdükdən sonra onu Biləsuvar rayonu, Günəşli kəndinin ərazisində asfalt yolun yaxınlığında düşürəcəksən, bu işi görməyi qarşılığında ona 5000 manat pul verəcəkdir. O da maddi imkanı zəif olduğuna və İlqarın dediyi pulun məbləğinin çox olmasına görə bu təkliflə razılaşmışdır. Bundan sonra Bakı şəhərindən Biləsuvar rayonu, Günəşli kəndində yerləşən yaşadığı evə gəlmişdir. İranlı İlqar ona “WhatsApp” proqramı vasitəsilə zəng edərək Cəlilabad rayonundan olan tanışı Sübhanın Günəşli kəndi ərazisində olmasını bildirdi və Sübhanı avtomobillə onun göndərəcəyi narkotik vasitənin gizlədiləcəyi yerlə tanış etməyini istəmişdir. Bundan sonra, 07 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun Günəşli kəndi ərazisində Sübhan adlı şəxsi götürərək iranlı ilə əlaqə saxlayaraq onun dediyi istiqamətdə getmişlər. Həmin gün saat 00 radələrində Biləsuvar rayonu, Yuxarı Ağalı kəndi ərazisindən keçən beton kanalın kənarında avtomobili saxlamışdır. Sübhan avtomobildən düşüb narkotik vasitənin gizlədildiyi yer istiqamətində piyada getmiş, o isə avtomobilə əyləşib onu gözləmişdir. Təxminən 40-45 dəqiqə sonra Sübhan qayıdarkən əli ilə avtomobilin yanına vurub baqajı açmağımı istəmişdir. O, da baqajı açdıqdan sonra Sübhan narkotik vasitəni oraya qoyub avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. O baqaja baxarkən orada iki ədəd kisə olmasını görmüşdür. Sübhan onun yanında “WhatsApp” proqramı vasitəsilə İlqara zəng edərək içərisində narkotik vasitə olan kisələri götürməkləri barədə məlumat vermişdir. Onlar İran-Biləsuvar yolu ilə deyil, əkin sahələrindən çəkilmiş torpaq örtüklü yolla Günəşli kəndi istiqamətində hərəkət edən zaman üzbəüz gələn “Fiat Dobla” markalı avtomobildə olan şəxslər ondan avtomobili saxlamaqları üçün işarə vermişlər. Onlar həmin avtomobildə olan şəxslərin polis əməkdaşları olmasını zənn etmişlər. Lakin, o avtomobili saxlamaq istəsə də, Sübhan onu nalayiq ifadələrlə söyübtəhqir edərək şalvarının cibindən bıçaq çıxarıb avtomobili saxlayaramsa öldürəcəyi ilə hədələmişdir. Buna görə də qorxduğu üçün avtomobili saxlamamış və avtomobilin sürətini artırıb Biləsuvar-Bəhrəmtəpə yoluna çıxmış, oradan da Günəşli kəndi ərazisində yerləşən örüş-otlaq sahəsinə getmişdir. Hərəkətdə olan zaman Sübhan ona məxsus olan mobil telefonla İranlı İlqarla “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlayıb polis əməkdaşlarını onları saxlamaq istəməsini demişdir. İlqarın isə bununla bağlı Sübhana nə dediyi eşitməmişdir. Buna baxmayaraq “Fiat Dobla” markalı avtomobildə olan şəxslər onlara yaxınlaşdıqlarına görə idarə etdiyi avtomobil hərəkətdə olarkən Sübhan gözləmədiyi bir anda avtomobilin içərisində olan kauçuk butulkada olan benzini avtomobilin arxa oturacağının üzərinə səpmişdir. Həmin vaxt Sübhanın səpdiyi benzin onun da üzərinə çilənmişdir. Gözləmədiyi bir anda qəflətən avtomobil alışaraq yanmağa başlamışdır, həmin vaxt Sübhan avtomobilin sağ qabaq qapısını açaraq yerə tullanmışdır. Avtomobil yanmağa başlayan anda onun mobil telefonu Sübhanda olmuşdur. O isə təxminən 50-60 metr irəli getdiyimə görə avtomobilin yanması nəticəsində yaranmış alov bədənini yandırmışdır. O, çətinliklə avtomobili saxlayıb yerə düşmüşdür, yerə yıxılaraq torpağa özünü sürtüb yanğını söndürmüşdür. Bundan sonra avtomobilin yanından uzaqlaşıb yaşadığım evə getmişdir. Evdən yaralarına vurmaq üçün krem, maz, paltar götürüb çıxmışdır və Günəşli kəndində yerləşən yaşayış olmayan Rəfiqə adlı qadının evinə getmişdir. Gündüz saatlarında evin zirzəmisində qalmış, gecə saatlarında isə yerini dəyişərək yaşayış olmayan Nəzir adlı şəxsin evin zirzəmisində qalmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində ”iranlı İlqarın dediyi yerə getsə də oradan narkotik vasitə götürməyib geri qayıtması, polis əməkdaşlarırın onu təqib edən vaxtı avtombilinin alışması, avtombilini özü yandırmaması, polis əməkdaşları tərəfindən işgəncələrə və insanlığa sığmayan hərəkətlərə məruz qalması” hissəsi obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona daha yüngül cəza təyin edilməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. VAZ-21213 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. 07 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs həyətə gələrək azyaşlı uşağının xəstə olmasını bildirmiş, buna görə də uşağını xəstəxanaya aparmaq üçün avtomobili istəmişdir. O da avtomobilin açarlarını Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Adilin azyaşlı uşağını xəstəxanaya aparıb-aparmamasından heç bir məlumatı olmamış, bununla bağlı ona zəng edərək heç bir söz soruşmamışdır. 08 oktyabr 2024-cü il tarixdə saat 03 radələrində yaşadığı evin həyətində polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları ondan VAZ-21213 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin harada olmasını soruşduqda avtomobili sürmək üçün qardaşı Təqsirləndirilən şəxs verdiyini bildirmiş və onlarla birlikdə Adilin evinə getmişdir. Lakin, Adili evdə tapa bilməmiş, həmçinin avtomobilin də qardaşının yaşadığı evin həyətində olmamasını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, qardaşı Təqsirləndirilən şəxs ona məxsus avtomobili idarə edərkən avtomobil anidən alışaraq yanmışdır. Adıq Qarayev ondan avtomobili uşağını xəstəxanaya aparmaq üçün istəmişdir, onun avtomobili haraya və nə üçün götürməsi barədə başqa heç bir məlumatı yoxdur. Avtomobilinin yanması səbəbindən ona maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanla bağlı qardaşından heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 08 oktyabr 2024-cü il tarixdə saat 01 radələrində Biləsuvar RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçi Cabbar Həsənov onunla əlaqə saxlayaraq Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının içərisində narkotik vasitə və psixotrop maddələri ölkə ərazisinə qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə keçirtməkdə şübhə olan şəxsin idarə etdiyi VAZ 21213 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili təqib etdiklərini, həmin avtomobilin saxlanılması üçün köməklik istədiklərini demişdir. Bundan sonra həmin avtomobili saxlanılmasına köməklik etmək üçün polis əməkdaşları ilə birlikdə gömrük əməkdaşları ilə əlaqə saxlayarkən onlar avtomobilin Biləsuvar-Bəhramtəpə yoluna çıxaraq Günəşli kəndi istiqamətində dönməsini bildirmişdir. Sonra Gömrük əməkdaşı Şükür Əli avtomobilin şübhəli şəxslər tərəfindən yandırılmasını və həmin şəxslərin oradan uzaqlaşmasını bildirmişdir. Onlar hadisə yerinə çatdıqda avtomobilin yanaraq sönməsini, narkotik vasitəyə bənzər maddələri yerə sellofanlarda yığılmasını görmüşdür. Bundan sonra Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirtməyə başlamışdır. Baxış zamanı Biləsuvar Gömrük İdarəsinin əməkdaşları avtomobilin yanmasını, avtomobil yanarkən avtomobildən yerə qoyduqları narkotik vasitəyə bənzər maddələri aşkar etdiklərini bildirmişlər. Yerdə 3 bağlama olmuş, həmin bağlamarala baxış keçirərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya və heroinə bənzər kütlələr olması müəyyən olunmuşdur. Bundan sonra yanmış vəziyyətdə olan VAZ 21213 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtombilin yük yerində yanan hissələrin üzərində qurudulmuş marixuanaya bənzər bitki kütləsinin izlərinin və metadona bənzər yanmış dərman həblərinin olması müəyyən olunmuşdur. Baxış keçrildikdən sonra Biləsuvar Gömrük İdarəsinin əməkdaşı Şahid3 Şükür oğlu yanan avtomobilin yaxınlığından tapdığı şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus olmasını ehtimal etdiyi mobil telefonu onlara təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş polis şöbəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Biləsuvar Gömrük İdarəsinin əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin əməliyyat və təhqiqat şöbəsinə 08 oktyabr 2024-cü il tarixdə gecə saatlarında İran İslam Respublikasının Babək qəsəbəsindən uçuş aparatı (paraplan) vasitəsi ilə Azərbaycan Respublikasının Biləsuvar rayonu Çaylı kəndi ərazisnə kənd qəbirstanlığı ətrafında olan pambıq sahəsinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətiriləcəyi barədə əməliyyat məlumat daxil olmuş, əməliyyat qurupu yaradılmışdır. 07 oktyabr 2024-cü il tarixdə saat 23 radələrindən Şahid3 ilə xidməti avtomobili ilə sözü gedən ərazi ətrafında əməliyyat axtarış tədbirləri keçirməyə başlamışlar. 08 oktyabr 2024-cü il tarixdə saat 01 radələrində Biləsuvar rayonu, Günəşli kənd əkin sahələrinin yerləşdiyi “Böyük Çərçili” adlanan ərazidə olan zaman Günəşli kəndi istiqamətində VAZ 21213 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etməsini görmüşlər. Onlar ətrafında əməliyyat-axtarış tədbirləri keçirilən Təqsirləndirilən şəxs həmin avtomobildə olmasından şübhələnərək saxla işarəsi vermişlər. Həmin avtomobil ərazinin relyefinin mürəkkibliyindən istifadə edərək yayınaraq surəti artırmışdır. Onlar həmin avtomobili təqib etməyə başlamılar. Bu zaman həmin avtomobili saxlamaq üçün lazimi imkanları olmadığı üçün bu barədə Biləsuvar Rayon Polis şöbəsinin növbətçi hissəsinə müraciət edərək köməklik istəmişdir. Həmin avtomobili təqib edərkən, o, Günəşli kəndinə içəri küçələrə daxil olaraq çöl ərazisinə çıxmışdır. Həmin avtomobil ərazinin reylefindən istifadə edərək onlardan təxminən 300 metr kənarlaşmışdır. Həmin avtomobil yanmasını görmüşdür. Onlar avtomobilə çatdıqda avtomobilin salonunda yanğının olmasını görmüşlər. Qabaq qapılardan avtomobilə yaxınlaşmaq mümkün olmadığı üçün dərhal avtomobilin baqaj qapısını əllərində olan dəmir alətlə sındırmışlar. Həmin vaxt arxada olan siyəzilərin əriməsini, siyəzilərin içərisində olan ayrı-ayrı bağlamalarda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsinin yanmasını görmüşlər. O, avtomobildə olan qara sellofan gətirmişdir. Şahid3 yanan hissədən narkotik vasitə qurudulmuş marixuananı götürərək sellofana doldurmuşdur. Həmçinin orada olan bağlamadakı narkotik vasitə heroini bənzər maddəni avtomobildən çıxartmışlar. Daha sonra yanan vəziyyətdə olan qurudulmuş marixuanaya bənzər maddə olan kütlə və yanmış hissəni özləri ilə gətirdikləri sellofana doldurmuşlar. Yanğın gücləndiyi üçün avtomobildən əlavə narkotik vasitələri götürə bilməmişlər. Avtomobil təxminən 20 dəqiqə ərzində tamamilə yanaraq sönmüşdür. Avtomobil söndükdən sonra polis əməkdaşları onlar olduqları yerə gəlmişlər. Biləsuvar Rayon Polis əməkdaşlarının iştirakı ilə yanan avtomobildən götürdükləri narkotik vasitələrə bənzər maddələrə və avtomobilə baxış keçirtməyə başlamışlar. Baxış zamanı 3 bağlama olmuş, həmin bağlamarala baxış keçirərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər, narkotik vasitə heroinə bənzər maddələrin olması müəyyən olunmuşdur. Bundan sonra yanmış vəziyyətdə olan VAZ 21213 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtombilin yük yerində yanan hissələrin üzərində qurudulmuş marixuanaya bənzər bitki kütləsinin izlərinin və metadona bənzər yanmış dərman həblərinin olması müəyyən olunmuşdur. Baxış keçrildikdən sonra yanan avtomobilin yaxınlığından şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus olmasını ehtimal edilən mobil telefon tapılaraq təhqiqata təhvil verilmişdir. İş üzrə şahid qismində dindirilmiş Biləsuvar Gömrük İdarəsinin əməkdaşı Şahid3 oğlu Şahid4 ifadəsində göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə kimyəvi-bioloji ekspertizasının 09 oktyabr 2025-ci il tarixli 19/684 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində «..... **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş kütlənin qablaşdırıldığı zərf....» sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükülüdə təmiz çəkisi: -109,702 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim olunmuş üzərində «..... **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş kütlənin qablaşdırıldığı zərf....» sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükülüdə təmiz çəkisi: -103,171 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 2 ədəd zərfdəki ümumilikdə 2 ədəd bükülü olmaqla ümumi təmiz çəkisi: -212,873 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi tərkibləri görə bir-birindən fərqlidirlər. Tədqiqata təqdim edilmiş üzərində «.....Biləsuvar RPŞ-nin CAB-nin ə\m polis leytenantı Şahid1 təqdim etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilən bükülü....» sözlər və imzalar olan bir ədəd bağlamadakı, təmiz çəkisi: -2305,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; Tədqiqata təqdim olunmuş üzərində «..... **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş kütlənin qablaşdırıldığı bağlama....» sözlər və imzalar olan bir ədəd bağlamadakı, ümumi (qablaşdırma ilə birlikdə) çəkisi 4910,0 qram olan kütlə yanmış vəziyyətində olduğu və müvafiq laboratoriya cihazı (xromotoqrafiya) cihazı olmadığı üşün həmin kütlənin təbiətini və tərkibində çətənə ( kannabis) bitkisinə məxsus narkotik təsirə malik komponentlərin kannabioidlərin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim olunmuş üzərində «..... **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş....» sözlər və imzalar olan bir ədəd bağlamadakı sellofanların və dövlət qeydiyyat nişanının üzərində narkotik vasitə marixuananın izləri vardır. Marixuna iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş marixuana ilə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş üzərində «..... **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş üzərində M-40 mətni yazılmış həblər....» sözlər və imzalar olan bir ədəd zərfdəki ümumi sayı 45 ədəd olan, dairəvi formalı, yanmış vəziyyətdə olan həblərin yanmış vəziyyətdə olması, rəng testi və NTX analizi kifayət etməməsi və digər müvafiq laboratoriya cihazları ( İQS və xromotoqrafiya) olmaması səbəbilə həmin həblərin narkotik, psixotrop və ya güclü təsir edən maddələr olub-olmamasını müəyyən etmək mümkün olmadı. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı Ⅰ) daxildir. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı Ⅰ) daxildir. Ekspertiza tədqiqatından sonrakı qalıq marixuana 2304,9 qram, heroin narkotik vasitəsi 212,673 qram və bitki kütləsi 4909,9 qram təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) AZN təşkil edir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 noyabr 2024-cü il tarixli 19/711 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında göstərilən 1999-cu il buraxılışlı, VAZ 21213 (mühərrik nömrəsi: 5845777, ban nömrəs: XTA2121300Y1446887) markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 5300 (beş min üç yüz) manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 784 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixi və fiziki aşlılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayır. Aslılıq sindromu “Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3274 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs adaptivlik, ünsiyyətçilik, emosionallıq, hövzəsəsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 yanvar 2025-ci il tarixli 10/8624 nömrəli yanğın texniki ekspertizası rəyində gsötərilmişdir ki, VAZ21213 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə yanğın izlərinin nisbi analizinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi avtomobilin salon hissəsində olmuşdur. Avtomobildə yanğın izlərinin boyunca bərabərləşdirilmiş vəziyyətdə olduğunu və avtomobildə yanğını şərtləndirə biləcək, yəni salon hissədə yerləşən elektrik qurğuları (elektrik naqilləri və s.) üzərində elektrik qəza hallarına xarakterik ərimə izlərinin aşkar edilmədiyini nəzərə aldıqda, yanğın istintaq tərəfindəb müəyyən edilən şəraitdə neft məhsulundan odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən baş vermişdir.Yanacağın hansı növə məxsus olmasını müəyyən edilməsi yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının predmetinə aid deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2025-ci il tarixli 7/84 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində göstərilmişdir ki, üzərində “Rəy № 19/684 Biləsuvar RPŞ....” yazılar və imzalar olan paketdə ümumi çəkisi 4909,9 qram olan bitki mənşəli kütlənin içərisində yarı yanmış vəziyyətdə təmiz çəkisi 78,7 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qalan təmiz çəkisi 4831,2 qram olan bitki mənşəli kütlə tam yanmış vəziyyətdə olduğuna görə onunla tədqiqat işi aparmaq mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir. Məhkəməyə daxil olmuş 19 may 2025-ci il tarixli 267/KEŞ nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun arxa keçəcək nahiyyəsində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilməmişdir. İş materiallarında olan 14 oktyabr 2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokolundan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon İnfinx X6525 markalıdır. Telfon təhlükəsizliyi üçün ekran kilidindən istifadə olunmuşdur. Baxış zamanı mobil telefonun ekran kilidinin 1987 olması müəyyən edildi. Mobil telefonun kilidi açıldıqda üzərində ***-***-**-** saylı mobil nömrəsi vardır. Baxış zamanı telefonun Biləsuvar Rayonu Günəşli kənd sakini Təqsirləndirilən şəxs məxsus olması müəyyən edildi. Həmçinin, həmin mobil telefonun “WhatsApp” proqramına baxış keçirilən zaman adı mobil telefonun kontaklarında qeyd olunmamış +**********56 saylı İran İslam Respublikası mobil operatoruna məxsus nömrə ilə Təqsirləndirilən şəxs 15 sentyabr 2024-cü il tarixdən mütəmadi əlaqə saxlaması müəyyən olundu. İran İslam Respublikası mobil operatoruna məxsus +**********56 saylı mobil nömrənin sahibi özünü “WhatsApp” sosial mesajlaşma proqramında adını “Gutaz Bey” kimi qeyd etmişdir. **********56 saylı İran İslam Respublikası mobil operatoruna məxsus nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə “WhatsApp” sosial mesajlaşma proqramı ilə aşağıdakı məzmunda bir-birləri ilə əlaqə saxlamaları müəyyən olundu. -Təqsirləndirilən şəxs 05 oktyabr 2024-cü il tarixdə saat 18:43-də Biləsuvar rayonu Yuxarı Ağalıkəndinin yaxınlığında Böyük Çərçili adlanan əkin sahələri olan hissədən İran İslam Respublikasının şəxsiyyəti istintaqa məlum olmayan vətəndaşına “Google Map” proqramı vasitəsi ilə olduğu yerin koordinant nöqtələrinin olduğu məkanı göndərmişdir. -Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdə saat 14:19-da Biləsuvar rayonu Yuxarı Ağalıkəndinin yaxınlığında Böyük Çərçili adlanan əkin sahələri olan hissədə narkotik vasitələri uçuş aparatı vasitəsi ilə əldə etmək üçün izah edə-edə çəkdiyi 1 dəqiqə 47 saniyəlik videonu İran İslam Respublikasının şəxsiyyəti istintaqa məlum olmayan vətəndaşına göndərmişdir. Həmin videoda Təqsirləndirilən şəxs danışır: Qardaşım bax bura pomidorluqdur. Mən sənə göstərirəm. Bax burda pomidor əkilib. Ondan bu tərəf isə açıqlıqdır. Görürsən. Həmin ağaclarla mənim aram 500 (beş yüz) metrdir. Böyürdə dirəklər var. Çəkdiyim yer var ki, bura meydançadır, yəni futbol oyna, təmiz yerdir. Bura da giribçıxmaq mənim üçün asandır. Bildin. Burda böyürdə belə qamışlıq var. Elə-belə qamışlıqdır. Ortalıq bax bura böyük ərazidir. Ortalıq boşdu. Qıraq isə o tərəf pambıqdır. Bu tərəf də pomidordu. Ortalıq boş olan yerdi. Mən düz buranın ortasına gələcəm. Burad sənə şey edəcəm. İndi burdan sənə konum da atacam. Üstəlik işığı yandıracam sənə. Burdan 50 metr qabağa. Həmin o pomidordan əlli metr bu tərəfə gəldikdə, ortalığa düşür. Bura ən yaxşı yerdir. Bax sənə göstərirəm. Bax sənə göstərdiyim yer. Bura bir dənə baxginən. Çox da qabağa gedə bilmirəm. Qabaq elə bil valdı. Görürsən də, mənə atmışdın e şəkildə həmin yerdi. Bura yəni super yerdi. Bura şeyləsən yaxşıdı. Burdan rahatçılıqla götürüb çıxaram. Maşını day bura soxmayacam. Maşını elə bil burdan 500 (beş yüz) metr o tərəfdə saxlayacam. Piyada gələcəm bura, maşın işığını böyür-başdan görüb kimsə şübhələnməsin. Şübhə doğrultmasın. Bax buradı qardaşım. Burdan sənə konum da atıram. -Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdə saat 14:20-də Biləsuvar rayonu Yuxarı Ağalıkəndinin yaxınlığında Böyük Çərçili adlanan əkin sahələri olan hissədən İran İslam Respublikasının şəxsiyyəti istintaqa məlum olmayan vətəndaşına “Google Map” proqramı vasitəsi ilə “WhatsApp” sosial mesajlaşma proqramında olduğu yerin koordinant nöqtələrinin məkanını göndərmişdir. - İran İslam Respublikasının istintaqla məlum olmayan vətəndaşı 14:20-də Təqsirləndirilən şəxs “WhatsApp” sosial mesajlaşma proqramında mesaj göndərmiş, həmin mesaj sonradan silinmişdir. - Təqsirləndirilən şəxs “WhatsApp” sosial mesajlaşma proqramında 23 saniyəlik səs yazısı göndərərək – Bax buran sənə konum da atdım. Ordan addımladaım bu yana yəni, 50 metr addımladım. Yenə də hələ nə qədər yer var. Geniş bir yerdir. Videosunu atmışam sənə, geniş bir yerdir, yəni şumlatdır, əkin nə istəyirsən ək. Yəni geniş bir yerdir. Nə əksən yəni nə atsan götürə bilərsən. -İran İslam Respublikasının istintaqla məlum olmayan vətəndaşı 14:26-də Təqsirləndirilən şəxs “WhatsApp” sosial mesajlaşma proqramında mesaj göndərmiş, həmin mesaj sonradan silinmişdir. - Təqsirləndirilən şəxs “WhatsApp” sosial mesajlaşma proqramında 09 saniyəlik səs yazısı göndərərək – Çatdım ora piyada keçdim o pamblığın içindən, həmin yerdən sənə şəkil də çəkib atdım, video, konum da atıram. - Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdə saat 14:27-də Biləsuvar rayonu Yuxarı Ağalıkəndinin yaxınlığında Böyük Çərçili adlanan əkin sahələri olan hissədən İran İslam Respublikasının şəxsiyyəti istintaqa məlum olmayan vətəndaşına “Google Map” proqramı vasitəsi ilə “WhatsApp” sosial mesajlaşma proqramında olduğu yerin koordinant nöqtələrinin məkanını göndərmişdir. -Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdə saat 14:29-da Biləsuvar rayonu Yuxarı Ağalıkəndinin yaxınlığında Böyük Çərçili adlanan əkin sahələri olan hissədə narkotik vasitələri uçuş aparatı vasitəsi ilə əldə etmək üçün izah edə-edə çəkdiyi 53 saniyəlik videonu İran İslam Respublikasının şəxsiyyəti istintaqa məlum olmayan vətəndaşına göndərmişdir. Həmin videoda Təqsirləndirilən şəxs yanında şəxsiyyəti istintaqla müəyyən edilməyən Azərbaycan Respublikasının vətəndaşı var. Təqsirləndirilən şəxs danışır: ortanı vurum?, Bax qardaş bu videonu çəkirəm. Bu həmin yerdi. Pomidorluqdan bura 150 (bir yüz əlli) metrdi arası. Bu arxa tərəfi bir az, çör çöpdü. O da elə-belə şeydi. Bu saman yer görsənir. Bax, bax, açıqlıq yerdi. Görürüsən. Bura açıqlıq yerdi. Budaha. Bax belə. Görüsən. Açıqlıq yerdi bura. -Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdə saat 14:31-də Biləsuvar rayonu Yuxarı Ağalıkəndinin yaxınlığında Böyük Çərçili adlanan əkin sahələri olan hissədə narkotik vasitələri uçuş aparatı vasitəsi ilə əldə etmək üçün izah edə-edə çəkdiyi 1 dəqiqə 38 saniyə saniyəlik videonu İran İslam Respublikasının şəxsiyyəti istintaqa məlum olmayan vətəndaşına göndərmişdir. Həmin videoda Təqsirləndirilən şəxs danışır: Bir dənə də çəkirəm buradan atıram. Baxın diqqətlə. O siz atdığınız mənə keçən dəfə şəkil olan ağaclıqla aramda hardasa aramda 200 metr var. Çox o tərəfə də atmayın. O tərəf də hardasa bir kilometr aralıda obadı, fermada nədi. Bura atsaz, mən bura girməyəcəm. Maşını hardasa burdan 200-300 metr o tərəfdə saxlayıb, piayada girəcəm bura. Yanımdakı qardaşla. Girib burdan çıxıb götürəcəm. Bax bura təmiz açıqlıq yerdi. Bu yan tərəf də, çox bu yan tərəfə atmayın, pambıqlıq olandı. Bu tərəf isə açıqlıq yerdi. Burda elə belə quru çör-çöp var. Açıqlıqdı. Buranı göstərirəm sənə, çör-çöp də elə belə şeydi. Bax burapomidorluqdan dedin neçə metr olardı? (yanındakı şəxsə) 500 metr?. Yox 300 (üç yüz) metr olar. Bura ən acıqlı yerdi. Oldu qardaş mən day burda çox görünməyim. Günortadı, böyür başdan göz qoyarlar. Problem olar. Burdan da açıqlıq yer görmürəm. Oldu, yaxşı qardaş sağ ol. - Təqsirləndirilən şəxs saat 14:34-də iranlıya üzərində “MRS SHOVKAT ABDULLAYEVA” yazılmış 5239 1517 2476 4785 saylı plastik kart hesabının şəkilini göndərmişdir. - Təqsirləndirilən şəxs saat 14:39-da iranlıya “5239 1517 2476 4785” mesajını göndərmişdir. - Təqsirləndirilən şəxs saat 14:40-də iranlıya üzərində plastik kartın ön şəkilini göndərmişdir. - İran İslam Respublikasının vətəndaşı tərəfindən 19:55-də Təqsirləndirilən şəxs videgörüntülü zəng olmuş, 1 dəqiqə ərzində aralarında video görüntülü damışıq olmuşdur. - İranlı tərəfindən 20:33-də Təqsirləndirilən şəxs zəng olunmuş, sonuncu zəngə cavab verməmişdir. - İran İslam Respublikasının istintaqla məlum olmayan vətəndaşı 20:33-də Təqsirləndirilən şəxs “WhatsApp” sosial mesajlaşma proqramında mesaj göndərmiş, həmin mesaj sonradan silinmişdir. -07 oktyabr 2024-cü il tarixdə İranlı tərəfindən Təqsirləndirilən şəxs 20:33-də olunan zəng zamanı aralarında 47 saniyəlik, 21:35-də olunan zəng zamanı aralarında 4 dəqiqəlik, 21:42-də olunan zəng zamanı aralarında 56 saniyəlik danışıq olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs 21:44-də etdiyi zəng zamanı aralarında 32 saniyəlik danışıq olmuşdur. -07 oktyabr 2024-cü il tarixdə İranlı tərəfindən Təqsirləndirilən şəxs 21:49-da olunan zəng zamanı aralarında 47 saniyəlik, 21:55-də olunan zəng zamanı aralarında 1 dəqiqəlik, 22:17-də olunan zəng zamanı aralarında 19 saniyəlik danışıq olmuşdur. -07 oktyabr 2024-cü il tarixdə saat 22:47 də İranlı Təqsirləndirilən şəxs zəng etmiş mobil zəng açılmamışdır. -İranlı 07 oktyabr 2024-cü il tarixdə saat 22:48-də İranlıya “Qardaş” mesajını göndərmişdir. -İranlı 07 oktyabr 2024-cü il tarixdə saat 22:50-də İranlıya “Adil” mesajını göndərmişdir. -07 oktyabr 2024-cü il tarixdə saat 22:50 və 22:51-də İranlı Təqsirləndirilən şəxs zəng etmiş mobil zənglər açılmamışdır. - İranlı 07 oktyabr 2024-cü il tarixdə saat 22:53-də İranlıya “Niyə cavab vermirsən” mesajını göndərmişdir. -07 oktyabr 2024-cü il tarixdə saat 22:54-də İranlı Təqsirləndirilən şəxs zəng etmiş aralarında 1 dəqiqəlik danışıq olmuşdur. -07 oktyabr 2024-cü il tarixdə saat 23:18-də Təqsirləndirilən şəxs İranlıya zəng etmiş aralarında 26 saniyəlik danışıq olmuşdur. -07 oktyabr 2024-cü il tarixdə saat 23:19-da İranlı Təqsirləndirilən şəxs zəng etmiş WhatsApp zəngi cavablandırılmamışdır. -07 oktyabr 2024-cü il tarixdə saat 23:20-də Təqsirləndirilən şəxs İranlıya zəng etmiş WhatsApp zəngi cavablandırılmamışdır. -İran İslam Respublikasının istintaqla məlum olmayan vətəndaşı 23:20-də Təqsirləndirilən şəxs “WhatsApp” sosial mesajlaşma proqramında mesaj göndərmiş, həmin mesaj sonradan silinmişdir. -07 oktyabr 2024-cü il tarixdə saat 23:40-da Təqsirləndirilən şəxs İranlıya zəng etmiş aralarında 24 saniyəlik danışıq olmuşdur. - İranlı 08 oktyabr 2024-cü il tarixdə saat 00:03-də Təqsirləndirilən şəxs “Səbrin olsun atacam, milyon faiz” mesajını göndərmişdir. - İranlı 08 oktyabr 2024-cü il tarixdə saat 00:04-də Təqsirləndirilən şəxs “Adil” mesajını göndərmişdir. -08 oktyabr 2024-cü il tarixdə saat 00:20-də İranlı Təqsirləndirilən şəxs WhatsApp proqramı vasitəsi ilə görüntülü zəng etmiş, zəngi cavablandırılmamışdır. -08 oktyabr 2024-cü il tarixdə saat 01:19 və 01:27-də Təqsirləndirilən şəxs İranlıya zəng etmiş WhatsApp zəngi cavablandırılmamışdır. -08 oktyabr 2024-cü il tarixdə saat 01:21, 01:25 və 01:27-də Təqsirləndirilən şəxs İranlıya zəng etmiş WhatsApp zəngi cavablandırılmamışdır. - İranlı 08 oktyabr 2024-cü il tarixdə saat 01:27-də Təqsirləndirilən şəxs “alo”, 01:28-də isə qoşulda internetə” mesajını göndərmişdir. - 08 oktyabr 2024-cü il tarixdə saat 01:28-də Təqsirləndirilən şəxs İranlıya zəng etmiş 56 saniyəlik danışıq olmuşdur. -08 oktyabr 2024-cü il tarixdə saat 01:30-da Təqsirləndirilən şəxs İranlıya zəng etmiş 27 saniyəlik danışıq olmuşdur. - 08 oktyabr 2024-cü il tarixdə saat 01:31-də İranlı Təqsirləndirilən şəxs zəng etmiş aralarında 16 saniyəlik danışıq olmuşdur. - 08 oktyabr 2024-cü il tarixdə saat 01:33-də İranlı Təqsirləndirilən şəxs zəng etmiş aralarında 22 saniyəlik danışıq olmuşdur. Bundan sonra İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs dəfələrlə zəng etsə də, həmin zənglər cavablandırılmamışdır. “WhatsApp” proqramında zənglər bölməsinə keçirilən baxış zamanı +**********54 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” hesabı vasitəsi ilə 15 sentyabr 2024-cü il tarixdə saat 19:22-də mobil zəng olmasının, 17 sentyabr 2024-cü il tarixdə saat 15:43-də cavabsız zəngin, 07 oktyabr 2024cü il tarixdə isə saat 19:14-də 47 saniyəlik əlaqənin saxlanılması müəyyən edilmişdir. Bundan başqa, “WhatsApp” proqramında zənglər bölməsinə keçirilən baxış zamanı İran İslam Respublikasına məxsus +**********69 saylı mobil nömrə vasitəsi ilə 16 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” hesabına səsli zəngin olmasını, lakin həmin zəngin cavablandırılmaması müəyyən olunmuşdur. Mobil telefonun zənglər bölməsinə keçirilən baxış zamanı +**********54 saylı mobil nömrə ilə 02 oktyabr 2024-cü il tarixdə 22:56-də 18 saniyəlik, 02 oktyabr 2024-cü il tarixdə 23:21-də 56 saniyəlik, 08 oktyabr 2024-cü il tarixdə 00:05-də 30 saniyəlik, 08 oktyabr 2024-cü il tarixdə 00:33-də 1 dəqiqə 48 saniyəlik, 08 oktyabr 2024-cü il tarixdə 00:54-də 03 saniyəlik, 08 oktyabr 2024-cü il tarixdə 00:57-də 46 saniyəlik danışıqların olması müəyyən olundu. Mobil telefonun zənglər bölməsinə keçirilən baxış zamanı İran İslam Respublikasına məxsus +**********56 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus mobil nömrə arasında 08 oktyabr 2024-cü il tarixdə saat 00:43-də 39 saniyəlik, saat 00:46-da 2 dəqiqə 31 saniyəlik, saat 01:10-da 51 saniyəlik, saat 01:20-də 12 saniyəlik, saat 01:25-də 10 saniyəlik mobil danışıqların olması müəyyən olundu.. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli “maddi sübutun tanınma haqqında” qərardan görünür ki, tədqiqatdan sonrakı qalıq 212,873 qram narkotik vasitə heroinin, 2304,9 qram narkotik vasitə qurudulmuş marixuanna maddi sübut hesab edilmiş və Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan 30 yanvar 2025-ci il tarixli “maddi sübutun tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 2121» markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş ekspertiza tədqiqatından sonrakı qalıq 78,5 qram qurudulmuş marixuana maddi sübut hesab edilmiş və Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik informasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan “Vaz 21213” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən videogörüntülərin köçürüldüyü fləş yaddaş kartına baxış keçirilmiş, müəyyən edilmişdir ki, 08 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Vaz 2121” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil təqib edilmiş, həmin avtomobildə olan şəxs və ya şəxslər avtomobili yandıraraq hadisə yerindən qaçmış, Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən avtomobil yanan zaman baqajda olan narkotik vasitələrin bir qismi götürülmüş, avtomobil yandıqdan sonra Biləsuvar RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş və baxış keçirilmişdir. X5 İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili, gömrük xidməti mayoru Şahid4, Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili, gömrük xidməti kapitanı Şahid3, Biləsuvar RPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis leytenantı Şahid1, RPŞ-nin PPXB-nin polis baş serjantı Şahid2 və videoçəklişi aparan RPŞ-nin Təminant hissəsinin sürücüsü polis baş serjantı X2 iştirak etmişdir. Baxış başlandıqdan sonra RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 tərəfindən aparılan şifahi sorğu zamanı Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkilləri avtomobilin yanmasını, avtomobil yanarkən avtomobildən yerə qoyduqları narkotik vasitəyə bənzər maddələri aşkar etdiklərini bildirdilər. Yerdə olan birinci qara rəngli sellofan bağlamada olan bitki kütləsinə əməliyyat müvəkkili Şahid1 tərəfindən baxış keçrilən zaman müəyyən olundu ki, həmin bitki kütləsi narkotik vasitə qurudulmuş marixuanaya bənzəyir. Həmin sellofan Şahid1 tərəfindən elektron tərəzidə çəkildikdə çəkisinin 2375 qram olması müəyyən olundu və müvafiq qaydada qablaşdırıldı. İkinci bükülüyə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olundu. Həmin bükülü çəkildikdə 117,65 qram olması müəyyən olundu. Həmin bükülü Şahid1 tərəfindən müvafiq qaydada qablaşdırıldı. Üçüncü qara rəngli sellofan bağlamaya Şahid1 tərəfindən baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bir hissəsi yanmış şəkildə olan bitki kütləsinin olması müəyyən olundu. Həmin bükülü elektron tərəzidə çəkildikdə 4930 qram olması müəyyən edildi. Həmin bükülü müvafiq qaydada qablaşdırıldı. Bundan sonra yanmış vəziyyətdə olan VAZ 2121 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əməliyyat müvəkkili Şahid1 tərəfindən baxış keçirilməyə başlanıldı. Avtomobilə keçrilən baxış zamanı baqajda yanan hissələrin üzərində qurudulmuş marixuanaya bənzər bitki kütləsinin izlərinin olması müəyyən olundu. Avtomobilin baqajında metadona bənzər yanmış dərman həblərinin olması müəyyən olundu. Həmin həbər Şahid1 tərəfindən götürüldü. Həblər sayılarkən 45 ədəd olması müəyyən edildi. Həmin həblər bir ədəd zərfə qoyularaq Şahid1 tərəfindən müvafiq qaydada qablaşdırıldı. Daha sonra avtomobilin yanmış və üzərində narkotik vasitələrin qalıqları olması ehtimal olunan hissələr və avtomobilin arxa dövlət qeydiyyat nişanı götürülərək müvafiq qaydada qablaşdırıldı. Əməliyyat müvəkkili Şahid1 tərəfindən avtomobilin yük yerinə keçirilən baxış zamanı daş şəkilli qara rəngli narkotik vasitə tiryəkə bənzər maddə aşkar edildi. Həmin maddə elektron tərəzidə çəkildikdə çəkisinin 106,85 qram olması müəyyən olundu. Həmin maddə də ayrı zərfə qoyularaq müvafiq qaydada qablaşdırıldı. Baxış keçrildikdən sonra Biləsuvar Gömrük İdarəsinin əməkdaşı Şahid3 Şükür oğlu yanan avtomobilin yaxınlığından tapdığı şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus olmasını ehtimal etdiyi mobil telefonu əməliyyat müvəkkili Şahid1 təqdim etdi. Həmin mobil telefon açıldıqda Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” sosial şəbəkəsi ilə əlaqə saxladığı müəyyən olundu. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli AZF/ LGL-3112/25 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD diskə baxış keçirdilərkən müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. CD diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edilmişdir:

1. X3 adına olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə saat 00:05-də daxil olan mobil zəng zamanı 31 saniyəlik, 00:33-də daxil olan zəng zamanı isə 109 saniyəlik, 00:57-də daxil olan zəng zamanı isə 47 saniyəlik danışıq müddətləri olmuşdur.

2. +**********56 saylı İran İslam Respublikasına məxsus mobil operatora aid nömrədən Adil Qaryevin istifadəsində olan mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 00:43-də daxil olan zəng zamanı 40 saniyəlik, 00:46-da daxil olan zəng zamanı 152 saniyəlik, 01:11-də daxil olan zəng zamanı 51 saniyəlik, 01:20-də daxil olan zəng zamanı isə 13 saniyəlik danışıq müddətləri olmuşdur. İş materiallarında olan 09 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insani rəftara məruz qalması faktı öz əksini tapmadığından cinayət işinin başlanılması rəddə edilmişdir. İş materiallarında olan 30 yanvar 2025-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla iş üzrə VAZ 21213 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 08 oktyabr 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı “Samsung” markalı videokameradan videoçəkiliş aparılmış, videoçəkiliş olan bir ədəd fləş yaddaş kartı, VAZ 21213 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil istintaq üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır və Biləsuvar RPŞ-nin duracağında saxlanılır, Təqsirləndirilən şəxs məxsus bir ədəd “İnfinx X6525” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınarq RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli AZF/ LGL- 3112/25 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD disk istintaq üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 327-111/2-5832/24 nömrəli məktuba əlavə edilmiş məlumatlara baxış keçirilmiş bu barədə protokol tərtib olunmuşdur. Baxış keçrdilən zaman müəyyən edilmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin qərarı əsasında iş üçün əhəmiyyət kəsb edən +**********56 saylı İran İslam Respublikasının mobil operatorlarına məxsus nömrələrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglər barədə məlumatlar öz əksini tapmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə İran İslam Respublikasına məxsus +**********56 saylı mobil nömrə aralarında 08 oktyabr 2024-cü il tarixdə saat 01:20-də 12 saniyə müddətində, saat 01:26-da isə 10 saniyə müddətində mobil telefon danışıqlarının olması müəyyən olunmuşdur. İş materiallarında olan 30 yanvar 2025-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, İran İslam Respublikasının vətəndaşı və qeyrilərinin barəsində cinayət işindən Azərbaycan respublikası CM-nin 186.2.2, 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə cinayət işi ayrılmışdır. İş materiallarında olan «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 07 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 08 noyabr 2024-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs barəsində həbs olmanın əvvəli 07 noyabr 2024-cü il tarixdən hesablanmmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Biləsuvar rayon Günəşli kənd İƏD-si üzrə nümayənləiyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Qarayev X4 rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2010-ci il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan, xx.xx.2011-ci il təvəllüdlü X10 adlı, xx.xx.2017-ci il təvəllüdlü X7 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 186.2.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Fardın Baradarinin əməli CM-in 186.2.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Baradarı Fardın Azərbaycan Respublikası CM-in 186.2.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilməli təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Biləsuvar RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq - 212,673 qram narkotik vasitə heroin, 2304,9 qram narkotik qurudulmuş maddə marixuana və 78,7 qram yarı yanmış vəziyyətdə olan qurudulmuş marixuana məhv edilməli, Biləsuvar rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “İnfinx X6525” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Biləsuvar RPŞ-nin duracağında saxlanılan yanmış vəziyyətdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus VAZ 21213 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxsə qaytarılmalı, cinayət işinin materiallarına əlavə olunmuş avtombilə baxış keçirilməsinə dair videoçəkliş olan bir ədəd fləş yaddaş kartı və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli AZF/ LGL-3112/25 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanılması müddəti ərzində işdə saxlanılmalı, iş üzrə 454 (dörd yüz əlli dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli cəzaçəkmə müddətinin 07 noyabr 2024-cü il tarixdə başlanılmasını məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CMin 186.2.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 206.3.2-ci maddəsi ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 noyabr 2024-cü ildən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın İş üzrə 454 (dörd yüz əlli dörd) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Biləsuvar rayon polis şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 212,673 qram narkotik vasitə heroin, 2304,9 qram narkotik qurudulmu marixuanna və 78,7 qram yarı yanmış vəziyyətdə olan qurudulmuş marixuana məhv edilsin. -Biləsuvar rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “İnfinx X6525” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. -Biləsuvar RPŞ-nin duracağında saxlanılan yanmış vəziyyətdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus VAZ 21213 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxsə qaytarılsın. Cinayət işinin materiallarına əlavə olunmuş avtombilə baxış keçirilməsinə dair videoçəkliş olan bir ədəd fləş yaddaş kartı və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli AZF/ LGL-3112/25 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanılması müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar