Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-25/2022 21.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1993-cü ildə Ağcabədi rayonunun Avşar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 09 may 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 21 mart 2021-ci ildə qanunsuz olaraq Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən 120-ci kilometrliyində yolun sağ tərəfində yabanı halda bitmiş kolların arasında təmizlənmiş sahədə, 13-70 sm uzunluğunda, külli miqdarda 210 ədəd narkotik tərkibli çətənə (kannabis) kollarına aqrotexniki qaydada qulluq etməklə əkib becərərək yetişdirməklə kultivasiya etmiş, Ağcabədi rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 07 may 2021-ci ildə saat 14:30-da əraziyə polis əməkdaşları və mütəxəssisin iştirakı ilə baxış keçirilərkən külli miqdarda, 210 ədəd yaş vəziyyətdə, tərkibində narkotik maddələr olan, ümumi çəkisi 3100,0 qram çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 2021-ci ilin mart ayının axırlarında həmkəndlisi Xəzərlə birlikdə balıq tutmağa gedərkən siqaret qutusunun içində nəşə toxumları tapmış, həmin toxumları Qaradolaq kəndi ərazisində keçən asfalt yolun yaxınlığında, su kanalının yanında yabanı halda bitmiş kolların arasında əkmiş, 4-5 gündən bir gedib əkdiyi nəşə toxumlarına su vermiş, oradakı kollar böyümüş, topa vəziyyətdə bitmiş nəşə ağacları birbirindən ayıraraq yenidən torpağa basdırmış, 07 may 2021- ci ildə, saat 14 radələrində polis əməkdaşlarının təklifi ilə polis şöbəsinə getmiş, sonra polislər onu nəşə əkdiyi yerə apararaq orada əkdiyi nəşə ağaclarını çıxarıb götürmüşlər. Himayəsində heç bir yerdə işləməyən arvadı və 2 azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqı zamanı Ağcabədi rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin rəsi vəzifəsində işləyən Şahid2 şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Ağcabədi rayon sakini Təqsirləndirilən şəxs Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən 120-ci kilometrliyində yolun sağ tərəfində yerləşən sahibsiz meşə zolağında külli miqdarda narkotik tərkibli çətənə kollarını əkib-becərməsi barədə polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 07 may 2021-ci ildə əraziyə polis əməkdaşları, mütəxəssis və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yabanı bitki kollarının arasında təmizlənmiş və ayrılmış sahədə xüsusi qaydada qulluq olunan və tək-tək əkilmiş 13-70 sm uzunluğunda 210 ədəd narkotik tərkibli çətənə kollarına bənzər bitki kolları aşkar edilmiş, onlar kökündən çıxarılaraq bir ədəd ağ rəngli torbaya yerləşdirilmiş, sonra keçirilən baxışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid5 və Şahid4 da digər Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayının sonlarında Siyasətlə balıq tutarkən kanalın kənarından tapdığı siqaret qutusunun içərisində olan toxumları Siyasətə vermiş, sonuncu toxumları əkəcəyi barədə ona heç bir söz deməmiş, həmin vaxtdan sonra Siyasətlə 1-2 dəfə onunla balıq tutmağa getmiş, 2021-ci ilin may ayının əvvəllərində Siyasətin nəşə əkdiyinə görə tutulduğunu eşitmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 07 may 2021-ci il tarixli protokoldan görünür ki, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi ərazisində yerləşən meşə ərazisinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış keçirilən zamanı hadisə yerindən Təqsirləndirilən şəxs əkib-becərdiyi 210 ədəd 13-70 sm uzunluğunda olan yaş halda ümumi çəkisi 3100,0 qram çəkidə narkotik tərkibli çətənə bitkilərinin kolları aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 08 may 2021-ci il tarixli 18\525 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş və kağız üzərində Təqsirləndirilən şəxs sözləri və imzalar olan sintetik torbanı açdıqda 210 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 3100.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisidir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2021-ci il tarixli 625 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-ambulator psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 4428 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Onda Üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilmiş qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yəni Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəno öz psixi vəziyyətinə görə iş üzrə prossesual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükəli əhəmiyyət kəsb etmir. İş materiallarında olan Ağcabədi RMX-nın 17 may 2021-ci il tarixli arayışından görünür ki, Məmişov X1 poliklinika şöbəsinin nevroloji və nakoloji kabinetlərində qeydiyyatda durmur. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə (kannabis) kollarını əkdiyi yeri göstərmiş, bu barədə müvafiq protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir İş materiallarında olan Ağcabədi rayon Polis Şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə toxumlarını haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, onun narkotik vasitələrdən istifadə etməsi müəyyən edilsə də, alqı-satqısı ilə məşğul olması halları, eyni zamanda digər şəxs və ya şəxslərlə əlbir olması müəyyən edilməmişdir. İş materiallarında olan qərardan görünür ki, üzrə maddi sübut kimi tanınan 3100,0 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkiləri Ağcabədi rayon polis şöbəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, eləcə də məhkəmə istintaqında verdiyi etirafedici, şahidlərin isə istintaq zamanı və məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri dəsübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin, həmçinin, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunun izah və tələbləri baxımından da əsaslı hesab edir. “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərə dair 3 saylı siyahı”ya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan “çətənə” növlü bitkilərin ölçü vahidləri 15 ədəddən yuxarıdırsa, onlar “külli miqdar” hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin tövsifi məsələsini müzakirə edərkən onun hərəkətini Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməlləri qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu gündən hesablanmalıdır. İş materiallarında olan Ağcabədi rayon məhkəməsinin 09 may 2021-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 07 may 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 420 saylı arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Məmişov X3 rayonunun Avşar kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və 2 azyaşlı uşağı ilə birlikdə orada yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, təqsirini etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, cəzasını ağırlaşdıran halların olmamasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq Ağcabədi rayon polis şöbəsində saxlanılan 3100,0 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 may 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Ağcabədi rayon polis şöbəsində saxlanılan 3100,0 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 (iki) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: sədrlik edən Cəlil Nəbiyev İlkin Abdullayev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-25/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-25/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver