Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-25/2023 06.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1975-ci ildə İmişli şəhərində doğulmuş,, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, İmişli şəhəri, M.Hüseyn küçəsi, ev 42 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində 19 yanvar 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,820 qram çəkidə narkotik vasitə heroin və külli miqdar təşkil edən, 4,494 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış, 6,820 qram çəkidə narkotik vasitə heroinin 0,157 qram çəkidə olan hissəsini 2021-ci ilin iyul ayının ortalarında yaşadığı İmişli şəhəri, M.Hüseyn küçəsi 42 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində tanışı, rayon sakini Şahid2 qanunsuz olaraq 20 (iyirmi) manata satmışdır. Eləcə də o, satış məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşıdığı külli miqdarda 6,820 qram çəkidə narkotik vasitə heroinin 0,235 qramını 9 avqust 2021-ci ildə, saat 20 radələrində yaşadığı İmişli şəhəri, M.Hüseyn küçəsi 42 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində tanışı Şahid3 qanunsuz olaraq 30 (otuz) manata təkrarən satmışdır. Bundan başqa o, satış məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşıdığı 4,494 qram çəkidə psixotrop maddə olan metamfetaminin 0,346 qramını 17 yanvar 2022-ci ildə, saat 12 radələrində İmişli şəhəri, M.Hüseyn küçəsi 42 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində tanışı Şahid1 qanunsuz olaraq 30 (otuz) manata təkrarən satmış, həmin gün saat 15:45 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs İmişli şəhəri, M.Hüseyn 42 ünvanında yerləşən evin həyətinə və evinə baxış keçirilərkən, həyətində “Prima” markalı siqaret qutusunun içərisində bir ədəd sellofan torbacıqda 1,902 qram çəkidə, bir ədəd salfet kağızına bükülmüş bir ədəd polietilen kəsiyi bükümündə 0,468 qram çəkidə psixotrop maddə olan metamfetamin, bir ədəd salfet kağızına bükülmüş halda bir ədəd polietilen kəsiyi bükümündə 5,136 qram çəkidə narkotik vasitə heroin, həmçinin evin yataq otağındakı taxta stolun üzərindən plasmas qabın içərisində bir ədəd polietilen kəsiyi bükümündə 0,668 qram çəkidə və bir ədəd polietilen kəsiyi bükümündə 1,110 qram çəkidə psixotrop maddə olan metamfetamin, bir ədəd polietilen kəsiyi bükümündə 1,684 qram çəkidə narkotik vasitə heroin olmaqla, ümumilikdə 4,494 qram çəkidə, külli miqdarda psixotrop maddə olan metamfetamin və ümumilikdə 6,820 qram çəkidə, külli miqdar təşkil edən narkotik vasitə heroin, habelə üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi və bir ədəd şüşə borucuq, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 yanvar 2022-ci ildə İmişli rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gələrək onun narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması barədə məlumat olduğunu bildirib evinə baxış keçirilmiş, baxış zamanı bir ədəd “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, iki ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, yataq otağından isə televizorun arxa tərəfindən bir ədəd “kalçuk” qutuda iki ədəd travmadol dərmanı, bir ədəd sellofan bükümdə heroinə oxşar kütlə, iki ədəd sellofan bükümdə psixotrop maddə metafetaminə oxşar kütlə, iki ədəd elektron tərəzi və bir ədəd “trupka” aşkar olunaraq götürülmüş, sonra polis şöbəsinə aparılaraq orada sorğu-sual edilərkən Şahid1 psixotrop maddə metamfetamin satdığını etiraf etmiş, lakin Şahid2 və Şahid3 narkotik və psixotrop maddə satmadığını bildirmişdir. Hazırda himayəsində bir azyaşlı uşağının və heç bir yerdə işləməyən arvadının olmasını, İİ qrup əlil olmaqla müəyyən xəstəliklərdən əziyyət çəkməsini və təqsirini etiraf etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilmiş və ətraflı ifadələr verərək tanışı Şahid1, Şahid2 və Şahid3 narkotik və psixotrop maddə satdığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri, eləcə də tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında İmişli RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 17 yanvar 2022-ci ildə, saat 12 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini Şahid1 saxlanılaraq RPŞ-nə gətirilmiş, onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüş, sonuncu həmin kütləni rayon sakini Təqsirləndirilən şəxs 30 manat pulun müqabilində aldığını bildirmiş, cinayət xarakterli məlumatı dəqiqləşdirmək məqsədi ilə polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, həmin vaxt evində olan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması barədə onlarda məlumat olduğunu bildirib onun razılığı əsasında müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla evinə baxış keçirilmiş, baxış zamanı sonuncunun evdə bir ədəd “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə, iki ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, yataq otağından bir ədəd “kalçuk” qutuda iki ədəd travmadol dərmanı, bir ədəd sellofan bükümdə heroinə, iki ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə, iki ədəd elektron tərəzi və bir ədəd “trupka” aşkar olunaraq götürülmüş, sonra polis şöbəsinə aparılaraq orada sorğu-sual edilərkən Təqsirləndirilən şəxs tanışı Yadigara Nəsirov, Şahid2 və Şahid3 narkotik və psixotrop maddə satdığını etiraf etmiş, sonra keçirilmiş baxışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 və Şahid7 da analoji olaraq digər Şahid4 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadə vermişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 verdiyi ifadələri məhkəmə istintaqında tədqiq edilib araşdırılarkən müəyyən olunur ki, onlar ifadələrində üzərlərində aşkar edilən narkotik vasitə və psixotrop maddəni rayon sakini Təqsirləndirilən şəxs pul verib aldıqlarını bildirmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında 17 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Şahid1 əynində olan göy rəngli cins şalvarın sol cibindən “Keno” siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 17 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, M.Hüseyn küçəsi 42 ünvanında yerləşən fərdi yaşayış evinin sağ tərəfində evin divarının yanında bir ədəd “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, iki ədəd sellofan bükümdə psixotrop maddə metafetaminə bənzər kütlə, həmin evin yataq otağından isə televizorun arxa tərəfindən bir ədəd “kalçuk” qutuda iki ədəd travmadol dərmanı, bir ədəd sellofan bükümdə heroinə oxşar kütlə, iki ədəd sellofan bükümdə psixotrop maddə metafetaminə oxşar kütlə, otağa girişdə “kalçuk” masanın üzərindən isə iki ədəd elektron tərəzi və bir ədəd “trupka” aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 11 aprel 2022-ci il tarixli, 1722 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu” (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2066-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərin, habelə narkomanlıq xəstəliyə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər məcburi müalicə qaydaların 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2022-ci il tarixli, 18/67 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “İştirak etdilər 5/İmza var/ Şahid1 6. /imza var/ Təqsirləndirilən şəxs” sözləri yazılmış və imzalar olan kağız paketdəki “Keno” markalı siqaret qutusunun içərisində 1 ədəd kağız bükümdə təmiz çəkisi - 0,346 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -“Prima” markalı siqaret qutusunun içərisindəki 1 ədəd sellofan torbacıqda təmiz çəkisi - 1,902 qram olan maddə və həmin siqaret qutusunda salfet kağızına bükülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,468 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, həmin siqaret qutusunda salfet kağızına bükülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 5,136 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Plasmas qabın içərisindəki 1 ədəd sellofan kəsiyinə bükülmüş polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,668 və 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,110 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd sellofan kəsiyinə bükülmüş polietilen kəsiyi bükümündə təmiz çəkisi - 1,684 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 1 ədəd şüşə borucuqda və 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminin izləri, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs götürülmüş, cəmi 2 ədəd bükümdə, ümumi çəkisi-6,820 qram narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş Şahid1 götürülmüş 1 ədəd bükümdə və Təqsirləndirilən şəxs götürülmüş 4 ədəd bükümdə, cəmi 5 ədəd bükümdə ümumi çəkisi - 4,494 qram psixotrop maddə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-in bir ədəd kompakt diskinə baxış keçirilməsi haqqında 12 mart 2022-ci il tarixli protokoldan görünür ki, 050 ***-**-** nömrəsi Təqsirləndirilən şəxs, 050 ***-**-** nömrəsi Şahid1, 050 ***-**-** nömrəsi X2, 051 ***-**-** nömrəsi X3, 050 ***-**-** nömrəsi Şahid3 və 051 ***-**-** nömrəsi Şahid2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** mobil nömrə ilə Şahid1 istifadəsində olan 050 ***-**-** mobil arasında çoxsaylı telefon danışıqları qeydə alınmışdır. Belə ki, 050 ***-**-** nömrəsindən 050 ***-**- ** nömrəsinə ilk zəng xx.xx.2021-ci il saat 00:43:51-də edilmiş və 52 saniyə danışıq aparılmış, xx.xx.2021-ci ildə, xx.xx.2021-ci ildə, xx.xx.2021-ci ildə həmin nömrələr arasında qarşılıqlı zənglər olmuş, 12 yanvar 2022-ci ildə aralarında sonuncu zənglər qeydə alınmış və həmin gün tərəflər 12 dəfə qarşılıqlı olaraq bir-birinə zəng edərək danışmış, lakin nömrələr arasında SMS-lər qeydə alınmamışdır. Eyni zamanda baxışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** mobil nömrə ilə Şahid3 istifadəsində olan 050 ***-**-** mobil nömrə arasında çoxsaylı zənglər qeydə alınmışdır. Belə ki, 050 ***-**-** nömrəsindən 050 ***-**-** nömrəsinə ilk zəng xx.xx.2020ci ildə saat 16:59:22-də edilmiş və 33 saniyə danışıq aparılmışdır. Bundan sonra xx.xx.2021-ci ildə, xx.xx.2021-ci ildə, xx.xx.2021-ci ildə, xx.xx.2021-ci ildə, xx.xx.2021-ci ildə, xx.xx.2021-ci ildə, xx.xx.2021-ci ildə qarşılıqlı zənglər edilmiş və xx.xx.2021-ci il saat 19:40:19-da 050 ***-**-** nömrəsindən 030 *** ** ** nömrəsinə zəng edilmiş 96 saniyə, həmin gün saat 19:52:30-da təkrar 050 ***-**-** nömrəsindən 030 ******* nömrəsinə zəng olunaraq 34 saniyə danışıqlar aparılmışdır. Eləcə də, həmin protokoldan görünür ki, Şahid2 istifadəsində olan 051 ***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** mobil nömrəsinə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək bir il müddətində çoxsaylı zənglər edilmişdir. Son zəng isə xx.xx.2021-ci ildə saat 00:08:59-da edilmiş və 22 saniyə danışıq qeydə aparılmış, Lakin qeydə olanan nömrələr arasında hər hansı bir ismarıclar aşkar olunmamışdır. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 30 iyul 2021ci il tarixli protokoldan görünür ki, İmişli RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Şahid2 əynində olan şalvarın sağ yan cibindən 1 ədəd polietilen kəsiyinə bükülü halda sarı rəngli plastik qabın (kinder qabı) isərisində, təmiz çəkisi 0,157 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 31 iyul 2021-ci il tarixli, 18/809 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid2 təqdim etdiyi” sözləri yazılmış kağız paketdəki 1 ədəd sarı rəngli plastik qabın içərisində 1 ədəd bükümdə, təmiz çəkisi 0,157 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarına əlavə edilmiş İmişli rayon məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmün görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 25 may 2021-ci il tarixli, 18/862 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid3 üzərindən” sözləri və imzalar olan kağız paketdəki plastmas qabda 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,235 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 avqust 2021-ci il tarixli protokoldan görünür ki, İmişli RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Şahid3 əynində olan şalvarının sağ yan cibindən 1 ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş İmişli rayon məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmün surətindən görünür ki, Şahid3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan və qalıq çəkisi 6,720 qram nakotik vasitə heroin, qalıq çəkisi 4,244 qram psoxotrop maddə olan metamfetamin, 2 ədəd elektron tərəzi və bir ədəd şüşə borucuq İmişli rayon polis şöbəsində saxlanılır, şəxsi axtarış və götürmə aparılması haqqında bir ədəd DVD disk, “Azercell Telecom» MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraatı zamanı və məhkəmədə verdiyi etirafedici və şahidlərin isə istintaq zamanı və məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatları onun cəzasını yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 17 yanvar 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan İmişli rayon məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 17 yanvar 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.1992-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 95-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Nizami Rayon Xalq məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən CM-in 189-1.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, İmişli rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-in 182.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, yenə həmin məhkəmənin xx.xx.2006-ci il tarixli hökmü ilə CM-in 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin məhkəmənin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, sonuncu dəfə yenə İmişli rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənildiyindən hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, M.Hüseyn küçəsi, ev 42 ünvanında qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və bir azyaşlı uşağı ilə birgə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Füzulu Gəncəliyevə cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də təqsirini etiraf etməsini, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq İmişli rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,720 qram nakotik vasitə heroin, 4,244 qram psoxotrop maddə olan metamfetamin, 2 ədəd elektron tərəzi və bir ədəd şüşə borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılması barəsində bir ədəd DVD disk, “Azercell Telecom» MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 17 yanvar 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq İmişli rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,720 qram nakotik vasitə heroin, 4,244 qram psoxotrop maddə olan metamfetamin, 2 ədəd elektron tərəzi və bir ədəd şüşə borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə aparılması haqqında bir ədəd DVD disk, “Azercell Telecom» MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov