Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-25/2024 14.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Beyləqan rayonu, Gödəklər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi təsərrüfatla məşğul olmuş, Beyləqan rayonu, Gödəklər kəndində pasport qeydiyyatında olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 149.1 və 150.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 iyul 2022-ci il tarixdə, saat 15 radələrində özünə məxsus Beyləqan rayonu, Gödəklər kəndində yerləşən xırdabuynuzlu heyvanların və ev quşlarının saxlandığı fermada şifahi razılaşma əsasında çoban işləyən Şahid1 qeyrirəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs fermadakı toyuqların saxlandığı yardımçı tikilidə tək olduğunu görüb, Şahid1 fermanın ərazisində olmadığını fürsət bilərək yardımçı tikiliyə daxil olub Zərərçəkmiş şəxs onun cinsiyyət orqanını ağzına almasını təklif etmiş, Zərərçəkmiş şəxs onun təklifini rədd etdiyi üçün o, Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etməklə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gələrək özünün əynində olan şalvarını, tumanını aşağı çəkmiş, köynəyini sinəsinə kimi yuxarı qaldırmış, cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs zor tətbiq edib dizi üstə yerə otuzdurmaqla ağzını açmasını tələb etmiş, Zərərçəkmiş şəxs etiraz edərək ağzını açmadığına görə özünün gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs dodaqlarına sürtərək qışqırıb ağzını açmasını tələb etmiş, Zərərçəkmiş şəxs onun cinsi orqanını ağzına almaq istəmədiyini bildirərək qışqırıb, əl-qol ataraq yardımçı tikilidən çıxmağa çalışmasına baxmayaraq o, zor tətbiq etməklə əli ilə Zərərçəkmiş şəxs yanaqlarını sıxmaqla ağzını aralayaraq cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə özünün gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna salıb hərəkət etdirərək Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs onun növbəti dəfə seksual xarakterli digər zorakılıq hərəkətləri etməsinin və onu zorlamasının qarşısını almaq məqsədilə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı, soyuq silah hesab olunmayan qatlanan cib bıçağı ilə onun qarın nahiyəsinə bir dəfə vuraraq sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən səthi kəsik xarakterli xəsarət yetirərək yardımçı tikilidən qaçıb çıxmış, fermadakı itlərin yal qabını götürərək yolun kənarında dayanmış ona məxsus “VAZ-2101” markalı avtomobilin ön alın şüşəsinə çırparaq çatlatmaqla qəsdən zədələyərək ona 40 manat dəyərində əmlak ziyanı vurduqdan sonra Şahid2 yaxınlıqda yerləşən işlədiyi fermaya getmişdir. Bundan başqa o, 24 iyul 2022-ci il tarixdə, saat 18 radələrində özünə məxsus Beyləqan rayonu, Gödəklər kəndində yerləşən fermadakı toyuqların saxlandığı yardımçı tikilidə olan zaman Zərərçəkmiş şəxs bir qədər əvvəl ona xəsarət yetirdiyi bıçağı götürmək məqsədilə fermaya gəlib yardımçı tikiliyə daxil olduqdan sonra o, gözlənilmədən Zərərçəkmiş şəxs qarşısına çıxaraq onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs ona etiraz edib onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirdiyi üçün Zərərçəkmiş şəxs ilə onun iradəsinə zidd cinsi əlaqədə olma və ona qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gələrək Zərərçəkmiş şəxs üzərinə hücum edərək müqavimətini qırmaq üçün zor tətbiq edib saçlarından tutub məcburi surətdə kürəyi üstə yerə yıxaraq özü də onun üstünə uzanmış, əvvəlcə Zərərçəkmiş şəxs əynindəki tünd göy rəngli şalvarı, göy rəngli tumanı zor tətbiq etməklə dizlərinə qədər aşağı endirmiş, Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirərək qışqırıb, əl-qol ataraq onun altından çıxmağa çalışmasına baxmayaraq o, Zərərçəkmiş şəxs fəal müqavimətini qıraraq sol əli ilə onun hər iki əlini birbirinə birləşdirib başının arxa tərəfində döşəməyə sıxmış, digər əli ilə isə özünün şalvarının kəmərini açaraq şalvarını və tumanını aşağı çəkdikdən sonra Zərərçəkmiş şəxs iki ayağını birləşdirərək başına tərəf qaldırıb özünün gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə zorla salıb hərəkət etdirməklə Zərərçəkmiş şəxs qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, bununla kifayətlənməyərək özünün cinayətkar hərəkətlərini davam etdirib cinsi ehtirasını təmin etmək məqsədilə fiziki zor tətbiq etməklə özünün gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyindən çıxarıb onun uşaqlıq yoluna zorla yeridərək Zərərçəkmiş şəxs onun iradəsinə zidd olaraq zorlamış, yəni zor tətbiq etməklə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı təzələnmədən əvvəl verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və həmin ifadəsində göstərmişdir ki, hadisə olmamışdan təxminən 20 gün qabaq Calalı Zaqataladan onun heyvanlarına baxmaq üçün gətirmiş, həmin vaxt Calalın borcu olan pulu da vermiş və Calalın işləyib pulu qaytaracağı ilə razılaşmışlar. Calal arvadı Şəhribanı və oğlunu da özü ilə fermaya gətirmişdir. Lakin Calal fermaya gəldikdən sonra ona olan borcu 300 manatadək artmış, Calal içki içdiyi üçün heyvanlara yaxşı baxmamışdır. Buna görə də Calaldan fermadan çıxmasını istəmiş və başqa çoban tapacağını bildirmişdir. Lakin bu gün sabah deyə-deyə Calal fermadan çıxmamışdır. Hər gün də fermaya çörək aparıb qoymuş, Calalın da yoldaşı həmin çörəkləri götürmüşdür. Həmin ərəfələrdə o fermaya gedərkən Calalın yoldaşı Şəhriban onunla yaxınlıq etmək istəmiş, gah ona yaxınlaşmış, gah öz çılpaq videolarını, əri ilə cinsi əlaqədə olduqları vaxt çəkdiyi videoları ona göstərmiş, lakin o, həmin qadının təklifini rədd etmişdir. Buna görə də Şəhribana yaxınlıq verməmiş, hətta yoldaşına da bildirmişdir ki, Şəhriban onu şərləyəcək. Hadisə olan günü yəni 24 iyul 2022-ci il tarixdə günorta saatlarında o, fermaya getmiş, itlərə yem vermiş, həmin vaxt fermada toyuq da saxlamış, Calalgil gəldikdən sonra toyuqların yumurtaları azalmışdır, toyuqların yumurtalarının niyə azaldığını soruşduqda heç nə cavab verməmişlər. Buna görə toyuqların yumurtalarına baxmaq üçün toyuqları saxladığı yerə girmiş, az sonra Şəhriban də həmin yerə gəlib onunla cinsi əlaqədə olmaq istədiyini deyib əlini onun cinsiyyət orqanına atmış, cinsiyyət orqanını ağzına salmaq istədiyni demiş, lakin o, Şəhribanla razılaşmamış, onun başından itələmişdir. Bu zaman Şəhriban arxaya getmiş və cibindən bir bıçaq çıxarıb ona tərəf atmış və bıçaq onun qarnına dəymişdir. Sonra isə Şəhriban oradan çıxıb getmiş, onu da başına oyun açacağı ilə hədələmişdir. Bundan sonra o, da fermadan çıxıb getmiş, Şəhribanın tapşırdığı qənd, çay və digər ərzaq mallarını alıb fermanın yaxınlığında olan kafeyə gəlmiş və həmin malları orada işləyən ofisinata vermiş və fermaya aparmasını xahiş etmişdir. Belə ki, çox hallarda nəsə alanda aldıqlarını fermaya göndərib fermada olan asılqandan asmağı xahiş etmişdir. Həmin oğlan da həmin gün ərzaqları aparıb fermada olan asılqandan asıb geri qayıtmışdır. Daha sonra o, Rüstəm adlı şəxslə görüşmüş, kənddə olan torpaq sahəsini almaq istədiyi üçün həmin sahəyə baxmağa getmiş, həmin vaxt ona zəng gəlmiş və fermada yanğın olduğu deyilmişdir. Buna görə də tələsik fermaya qayıtmış, fermasının bir hissəsinin yanmasını görmüşdür. Dərhal Calala zəng edib demiş, o, gəldikdən sonra Calal da gəlmiş və orada bilmişdir ki, Şəhriban 102yə zəng edərək onu zorlaası barədə şikayət edib. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs onunla yaxınlıq etmək istəməsi barədə heç kimə deməmiş, yalnız yoldaşına Şəhribanın onu şərləmək istədiyini bildirmişdir. Bu şeyləri bildiyi halda Calalın ona borcu olduğu üçün həmin vaxt onları çıxara bilməmişdir. Şəhriban ona bıçaq atıb qaçmışdır, Şəhribanın ona bıçaqla xəsarət yetirməsinin səbəbini bilmir, bu iş qurulma işdir, yəqin ki, yoldaşı Şəhribanı öyrtəmişdir. Calalgil bu işlə məşğul olmuş, müxtəlif fermalarda işləyərək adamları bu xarakterli şikayətlərlə şərləmişlər. Calalla Şəhribanın ər-arvad olduqlarını bilmişdir, Calala həyat yoldaşının ona belə təkliflər etməsini deməmişdir. Hadisə günü fermaya gələrkən itləri yemləyərkən qadın onun yanına gəlib hamamdan təzə çıxdığını, deyib onunla görüşmək istədiyini bildirmiş, o, istəmədiyini dedikə həmin qadın onun ətrafında bir neçə dəqiqə fırlanmışdır. O, fermada olan uşağı da heç vaxt vurmamış, ona xəsarət yetirməmişdir. Bəzi vaxtlarda fermaya gedərkən həmin uşağa konfet, saqqız almışdır. O, Şəhribanın ağzına cinsiyyət orqanı salmamış, Şəhribanla qeyri təbii yolla və ya təbii yolla cinsi əlaqədə olmamışdır. Onun cinsiyyət orqanından həmin hadisə günü və ya hadisədən sonra hər hansı nümunə götürülməmiş, heç bir araşdırma aparılmamışdır. Hadisədən sonra zərərçəkmiş şəxsi görməmişdir. Şəhrəbanının hadisə günü yox hadisədən sonra polisə şikayət etməsinin səbəbini bilmir. Fermanın yanması barədə o, Calala zəng edib demiş, o, isə heyvandan gəldiyini, fermada olmadığını bildirmişdir. Şəhriban onun fermasına yaşamağa gəldiyindən təxminən bir neçə gün sonra onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Bu işin niyə qurulma olmasını, nə üçün ona şər atılmasının səbəbini bilmir, lakin bu işin qurulma iş olduğuna əmindir. Şəhribanla ümumiyyətlə cinsi əlaqədə olmamışdır. Şəhribana ümumiyyətlə yaxınlaşmamışdır. Şəhribanla cinsi əlaqədə olmadığı halda onun sperma nümunəsinin hansı səbəbdən maddi sübutlarda olmasının səbəbini bilmir, belə hal ola bilməz, bu təxmini bir şeydir və ekspert də təxmini olaraq belə bir rəy vermişdir. Qohumları Zaqatala rayonuna gedib Şəhribanı ilə barışıq əldə etməyə çalışmışlar. Calal və Şəhribanla hər hansı müqavilə bağlamamışdır. Onun avtomobilinə Şəhriban zərər vurmuşdur. Həmin anda Şəhribanın ona xəsarət yetirməsi, avtomobilinə ziyan vurması, onu şərləməklə hədələməsi və ona borclu olduqları pulun qaytarılmaması barədə hər hansı orqana hadisə gününədək şikayət etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə heç vaxt cinsi əlaqədə olmamış, ona qarşı hər hansı seksual xarakterli hərəkətlər törətməmiş, Zərərçəkmiş şəxs və onun yoldaşı ondan pul almaq məqsədi ilə onun üzərinə şər atmışlar. Ondan sperma nümunəsi götürülməyib, yalnız qan nümunəsi götürülüb, dörd uşağı var və hələ də onları görməmişdir. Bütün bunları nəzərə alaraq onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs ilə ümumiyyətlə cinsi əlaqədə olmaması, onu zorlamaması və ona qarşı seksual xarakterli digər hərəkətlər etməməsi, başqa sözlə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 150.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında və ibtidai istintaq zamanı belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüş, habelə qanunsuz əməllərinə haqq qazandırmaq istəmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, tarixi dəqiq yadında qalmayan vaxtı fermada olduğu vaxt Aydın da gəlmişdir. Belə ki, Aydın hər gün gəlib heyvanlar yem verib-vermədiyini soruşub, onlara baxardı. Həmin gün də Aydın fermaya gəlmiş və heyvanlara baxdıqdan sonra gülləri sulamağa başlamış, həmin vaxt da ona baxıb ona göz vurmuşdur. Əvvəllər də Aydın ona baxmış, pis-pis videolara baxıb ona səsini eşitdirmiş, buna görə də o, Aydına irad bildirib özünü yığışdırmağı tələb etmişdir. Həmin videolara baxanda bir dəfə yoldaşı Calal da görmüş, lakin heç nə deməmişdir. Həmin gün uşağı Elxan da həyətdə olmuşdur. Bu zaman o, toyuq hininə yumurtaları yığmağa getmiş, Elxanı da arxasınca gəlməyini istəmişdir. Hinə girdikdən az sonra Aydın da gəlib hinə girmiş, qapını da bağlamış, onun üzərinə gəlmişdir. Aydın ondan xoşu gəldiyini, yoldaşının aylardır onunla oturubdurmadığını, buna görə də onu istədiyini deyib əlini şalvarına atmış, o, isə evli olduğunu, yoldaşı və uşağı olduğunu deyib Aydına etiraz etmiş, lakin Aydın yenə də onun ütünə gəlmiş, şalvarını dizinə kimi çəkmişdir. Aydın qapını bağladığında qaça bilməmiş, həmçinin onu tutduğu üçün ona gücü çaytmamış, “neynirsən e, burax” deyə qışqırsa da Aydın onu buraxmamış və ondan dizləri üstə durmağı tələb etmiş, lakin o, bunu etmədikdə Aydın onun saçından tutub dartmış, diz üstə durmağa məcbur etmiş və o, da Aydının əlindən qaça bilmədiyi üçün dizi üstə çökmüş, Aydın zorla cinsiyyət orqanını onun ağzına salmış, ona qarşı əxlaqsız hərəkət etmiş, az sonra başını göyə qaldırıb fərqli səslər çıxarmış, həmin vaxt yoldaşının ona verdiyi bıçağı cibindən çıxarıb Aydının qarın nahiyyəsinə vurmuş, bu zaman Aydın geri çəkilmişdir. O, da hindən çıxıb çöldə ağlayan uşağı Elxanı da götürüb fermadan çıxmış, həmin vaxt çöldə dayanmış Aydının avtomobilinin şüşəsinə də yerdə olan qabı çırpıb fermadan uzaqlaşmışdır. Aydının fermasının yaxınlığında olan ferma istiqamətində getmiş və çöldə bir nəfə r kişi olduğunu görüb həmin şəxsdən yoldaşına zəng etmək üçün mobil telefonunu istəmiş, həmin şəxs isə kontrunun olmadığını ona demişdir. Bundan sonra bir qədər də irəli getmiş, Aydın da onun da arxasınca gəlmiş, ondan maşında oturmağı tələb etmiş, lakin o, Aydından ondan əl çəkməsini tələb etmişdir. Aydın da maşnı sürüb getmiş, bir qədər irəli getdikdə yeə qarşısına bir ferma çıxmış, həmin vaxt çöldə bir kişi və bir uşaq görmüş, ondan da yoldaşına zəng etmək üçün telefonunu istəmiş, lakin həmin şəxs də kontrunun olmadığını demişdir. Həmin vaxt evdən bir qadın da çıxmış və o, həmin qadına Aydını onu evə qoymadığını, onun dalınca düşdüyünü demiş, həmin qadın da yoldaşının nə vaxt evə gələcəyini soruşduqda o, yoldaşının 6-7-də fermaya qayıdacağını demiş, həmin qadın da onlarda qalıb yoldaşı gəlməyini gözləməyi bildirmişdir. O, da razılaşmış, sonra görmüşdür ki, həmin evin sahibi olan kişinin mobil telefonuna Aydın zəng etmiş, nəsə demiş, bundan sonra həmin kişi ona yaxınlaşıb Aydının hərəkətləri barədə heç kimə deməməyi, şikayət etməməyi xahiş etmiş. Lakin o, isə şikayət edəcəyini bildirmiş, bundan sonra kişi ona heç nə deməmişdir. Həmin evdə saat 6-dək oturmuş, sonra Aydının fermasına qayıtmışdır. Həmin vaxt bıçağı götürmək üçün yeə fermaya girmiş, qaranlıq olduğundan heç kimi görməmiş, birdən Aydın onun qarşısına çıxmış, yenə ondan xoşu gəldiyini deyib üstünə gəlmiş, yenə etiraz etməsinə baxmayaraq Aydın şalavarını aşğa çəkmiş, onu da soyundurmağa çalışmış, o, etiraz etdikdə “sənin kişin kişi deyil, mən səni pula basdıraram” və s. sözlər demiş, lakin o, yenə də Aydına etiraz etmiş, buna baxmayaraq Aydın onu soyundurmuş, ona qarşı axmaq hərkətlər etdi, bundan sonra heç nə olmamış kimi gülə-gülə çıxıb getmişdir. Bundan sonra dərhal Elxanı da götürüb fermadan çıxmış, yolun kənarında özündən getmiş, həmin vaxt da camaat ona su vermiş, kömək etmiş, həmin vaxt da yoldaşı da gəlib çıxmışdır. Az sonra fermanın yandığını görmüşdür, fikirləşir ki, Aydın elədiyi cinayətin izlərini itirmək üçün həmin fermanı yandırmışdır. Bu barədə Aydının qardaşı, bacısı da ona etiraf edib, Aydının fermanı yandırdığını bildirmişdir. Bundan sonra hadisə barədə yoldaşına demiş, yoldaşı DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edib şikayət etmiş, sonra polis şöbəsinə gedib şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, bu hadisədən əvvəl Aydının ona qarşı bu cür niyyətinin olmasını müxtəlif hərəkətlərində uşağına sok almaqda, mağazaya aparmaqda, pis-pis videolara onun yaxınlığında baxmaqla və s. hərəkətlərində hiss etmiş, bu barədə Aydına da irad bildirmiş, oğlu Elxanı götürüb evə girmiş, hətta bəzi vaxtlarda Aydın gəlib qapını döysə də açmamışdır. Təqsirləndirilən şəxs ona zorla qarşı əxlaqsız hərkətlər edib, zorla onunla cinsi əlaqədə olub. Zor dedikdə Aydının onun qollarını tutmaq, məcbur şalvarını soyundurmağı, saçından tutub dartmağı, onu dartıb dartışdırmağı nəzərdə tutur. Həmin hadisə vaxtı bıçağı bir başa Aydının bədəninə vurmuş, həmin vaxt Aydın köynəyini də qaldırdığından bıçaq zərbəsi birbaşa bədəninə dəymişdir. Lakin bıçaq ona yüngülcə toxunmuş, lakin ona girməmişdir. O, ikinci dəfə fermaya qayıdanda onu zorlamışdır. İbtidai istintaq zamanı Aydınla barışdığını bildirsə də, hazırda onunla barşımır, ona cəza verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında barışdığını desə də hazırda Aydınla barışmır, ondan şikayətçidir. Aydınla barışmağa görə hər hansı pul tələb etməmiş, Aydından onlara olan borcunu qayarmağı tələb etmişdir. Aydının əvvəllər ona qarşı eyni hərkətlər etmək istəməsi barədə istintaq zamanı bildirməmiş, bu hadisə sonradan onun yadına düşmüşdür. Aydının ona qarşı etdiyi hərəkətlər barədə fermasında gözlədiyi qadına və kişiyə tam bildirmişdir, onların hansı səbəbdən məhkəmədə onun hadisə barədə danışmamsı barədə məlumat vermədiyini demələrini bilmir. O, saat 6-dək yoldaşını gözləmiş, Aydının həmin fermadan çıxıb gedəcəyini fikirləşmiş, buna görə də yenidən həmin fermaya qayıtmışdır. Birinic hadisə vaxtı Aydın zorla onu dizi üstə saxlamış, ona qarşı tərbiyyəsiz hərəkətlər etmiş, həmin vaxt gözləri açıq olmuş, Aydının cinsi orqanını onun ağzına salmış, həmin vaxt Aydının cinsi orqanında hər hansı xal və başqa əlamət görməmişdir. Həmin vaxt bıçağı onun birbaşa bədəninə vurmuşdur, onun maykası üzərində bıçaq kəsiyi izi vardırsa həmin kəsiyi Aydın özü etmişdir. Həmin hadisə vaxtı onun Aydına gücü çatmamışdır. Həmin hadisə təxminən saat 15-16 arasında baş vermişdir. Zərərçəkmiş şəxs həmçinin Təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayəti olduğunu bildirib, Təqsirləndirilən şəxs qanunauyğun cəza təyin edilməsini xahiş etmiş və bu barədə olan ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə vaxtı qoyun otarmaq üçün yaşadığı fermadan kənarda olmuş, həmin vaxt təxminən saat səkkizə işləmiş olarkən Aydın ona zəng edərək harada olduğunu soruşmuş, o isə qoyun otardığını bildirmişdir. Aydın isə özünün uzaqda olduğunu, fermanın yandığını bildirib ora getməyi ona tapşırmışdır. O, da ferma istiqamətində getmiş, fermaya çatmağa 1 km qalmış fermadan tüstü çıxdığını görmüş, fermaya çatdıqda Aydının əlində yaba ilə ot preslərini ayırdığını görmüş, Aydından uzaqda olduğunu soruşmuş, həmin ərəfələrdə də 102 xidmətinə zəng etdiyindən polislər də ora gəlmiş və onu saxlayıb polis şöbəsinə aparmışlar, orada izahatlarını da vermişlər. Aydının qardaşı da bildirmişdir ki, fermanı Aydın özü yandırmışdır. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, fermaya çatmağa 200 metr qalmış yolun kənarında adamlar yığıldığını görmüş, yaxınlaşdıqda yoldaşının saçlarının dağınıq, sinəsi-başı açıq vəziyyətdə olduğunu, tanımadığı adamların yoldaşına su verdiyini görmüşdür, dərhal Şəhribanın yanına gəlmiş, uşağın ağladığını, Şəhrianın yerdə uzandığını görmüşdür. Nə olmasnı soruşduqda Şəhriban ona hər şeyi danışmış, həmin vaxt o, Aydını öldürmək istəmiş, onun olduğu yerə getmiş, lakin polsilər onu saxlayıb buna imkan verməmişlər. Sonradan da Şəhribandan hadisə barədə soruşmuş, Şəhriban hadisə barədə ona demişdir. Əvvəllər Aydından belə hərəkətlərinə görə şübhələnmiş, lakin ona heç nə deməmişdir. Aydından şikayət etməməyə görə pul istəməmiş, pul almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, belə yadında qalmışdır ki, 24 iyul 2022-ci il tarixdə günorta saatlarında işlədiyi fermada olarkən bacısı oğlu Murad da yanında olmuş, həmin vaxt günorta saatlarında qonşu fermada işləyən Şəhriban adlı qadın yanında uşaqla ona yaxınlaşıb yoldaşına zəng etmək üçün ondan mobil telefon istəmiş, o, isə mobil telefonunu başqa adama zəng etmək üçün heç vaxt vermədiyinə görə həmin qadına da verməmiş və oradan uzaqlaşmışdır. Yolda olarkən isə həmin qadının işlədiyi fermanın sahibi Aydına zəng edərək bu barədə məlumat vermişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt nə baş verdiyini bilməmişdir. Aydını yaxşı insan kimi tanımış, həmin vaxt ona yaxınlaşan qadında hər hansı paltarında dağınıqlıq, üz-gözündə hər hansı xəsarət və xəsarət izi görməmişdir. Həmin vaxt o, qadın 15 dəqiqə yanında olmuş yoldaşına zəng etmək üçün telefonu istəmiş, lakin o, telefonu verməmişdir. Aydının fermasının yanmasından sonrakı gün kənddə olarkən eşitmişdir. Şəhriban ona yaxınlaşması və telefon istəməsi barədə Aydına zəng vurub məlumat vermişdir. Hansı səbəbdən Şəhribanın ondan telefon istəməsi barədə Aydına məlumat erməsinin səbəbini izah edə bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 24 iyul 2022-ci il tarixdə günorta saatlarında qonşu fermada işləyən Şəhriban onların yaşadığ fermaya gəlmiş və onun yoldaşından telefon istəmiş, yoldaşı isə konturu olmadığı deyib telefonu Şəhribana verməmiş və çıxıb getmişdir. Həmin vaxt ərzində Şəhribanla heç bir söhbət etməmişdir. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şəhriban onun yaşadığı yerə tam sərbəst formada gəlmiş, onda hər hansı həyəcan hiss etməmişdir. Şəhribann üzərində hər hansı xəsarət, paltarlarında, saçında hər hansı dağınıqlıq görməmişdir. Şəhribanın narahatlığını hiss etməmiş, ondan su istəməmişdir. Şəhriban onun evində az müddətdə qalmış, əri gedəndən sonra çıxıb getmişdir. Lakin sonradan xatralyır ki, Şəhriban onun evində bir müddət orturmu, heç bir söhbət etmədən yalnız bir-birinin üzünə baxmışlar və Şəhribanla hər hansı söhbət etməmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı 15 dekabr 2022-ci il tarixdə mütəxəssis X3 iştirakı ilə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, həmin şəxslərlə arasında ədavət və ya düşmənçilik olmamışdır. Həyat yoldaşı Eşqinin tanışı, Bakı şəhər sakini Elçinin Beyləqan rayonu, Gödəklər kəndi ərazisində ferması vardır. Eşqin 2019-cu ilin yanvar ayından 2022-ci ilin avqusta ayına kimi Elçinin fermasına, heyvanlarının saxlanılmasına nəzarət etmiş, torpaq sahəsini suvarmışdır. Fermada çoban olmayan vaxtlar o, yoldaşı Eşqin, oğlanları- Ayxan və Orxanla birlikdə gedib fermada qalmışdır. 2022-ci ilin iyul ayında Elçinə məxsus fermada çoban olmadığına görə o, Eşqin və övladları həmin fermada yaşamışlar. 24 iyul 2022-ci il tarixdə övladları xəstələndiklərindən günorta saatlarında Eşqin uşaqlara dərman almaq məqsədilə Beyləqan rayonu, Daşburun adlanan əraziyə getmək üçün evdən çıxmış, həmin vaxt baldızı oğlu Murad da onların evində olmuşdur. O, Eşqin qoyunları otarmağa gedən vaxt tək qalmasın deyə Murad gəlib onlarla qalmışdır. Murad evdən çıxanda sonradan adının Şəhriban olduğunu öyrəndiyi bir nəfər qadın yanında azyaşlı oğlan uşağı ilə birlikdə qaçaraq onların evinə tərəf gəlmişdir. Şəhriban çox təlaşlı olmuş, elə bil ki, nədənsə qorxmuş, narahat olmuşdur. Şəhriban təngnəfəs halda Eşqinə yaxınlaşıb öz həyat yoldaşına zəng etmək üçün mobil telefonunu verməsini xahiş etmişdır. O, Şəhribanın həyat yoldaşının adının nə olmasını bilməmişdir. Eşqin Şəhribana mobil telefonunda konturunun olmadığını demiş, daha sonra özünə məxsus “VAZ 2106” markalı avtomobillə uşaqlara dərman almağa getmişdir. Şəhriban isə fermanın həyətində oturmuşdur. Söhbət əsnasında Şəhriban ona ərinin yaxınlıqdakı fermalardan birində çoban işlədiyini, fermanın sahibi Aydının ondan əl çəkmədiyini, Aydının onu zorladığını demişdir. Həmin vaxt Murad da həyətdə olmuş, lakin o, Muradın Şəhribanın dediyi sözləri eşidib-eşitməməsini bilməmişdir. Şəhriban bir qədər həyətdə oturduqdan sonra çıxıb getmişdir. Daha sonra kənd arasında gəzən söhbətlərdən Şəhribanın Aydının onu zorlaması barədə şikayət etdiyini öyrənmişdir. O, Zərərçəkmiş şəxs dəqiq saat neçədə onlara gəlməsini xatırlamır, lakin Şəhriban onlara gələrkən günorta saatları olmuşdur. Şəhriban ona Aydının onu zorladığını dedikdə o, Şəhribanın nə demək istədiyini başa düşmədiyi üçün bu barədə heç kəsə məlumat verməmişdir. Şəhribanın Aydının onu zorlaması barədə kənd arasında gəzən söhbətləri eşitdikdən sonra Şəhribanın zorlamaq dedikdə Aydının onunla zorla cinsi əlaqədə olmasını dediyini anlamışdır. Şəhriban ona Aydının onu fermada toyuq saxlanılan yerdə zorladığını desə də bunu hansı formada etdiyini deməmiş, o Şəhribandan bu barədə soruşmamışdır. O, Muradın Aydının onların qohumu olduğunu deməsini xatırlamır. O, Təqsirləndirilən şəxs adında qohumunun olmasını bilməmiş, bəlkə də Aydın Eşqinin uzaq qohumudur, lakin onun bu barədə dəqiq məlumatı yoxdur. 24 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs onun yaşadığı fermaya gələn zaman əynində tünd göy rəngli şalvar və çəhrayı rəngli köynək olmuşdur. O, 24 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs görməmiş, Eşqin onun yanında Təqsirləndirilən şəxs ilə telefonda danışmamışdır. Şahid3 ibtidai istintaq zamanı ifadəsi elan olunduqdan sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, oxuya bilmədiyindən ifadəsini oxumadan imza etmişdir. İfadədə çəkilən imza ona məxsusdur. Oxumadığı halda hansı səbəbdən ifadəsinə imza etməsinin səbəbini bilmir. İfadəsini də ona heç kim oxumamışdır, həmin ifadəsini təsdiq etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 24 iyul 2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 19:56 radələrində X6 DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək Beyləqan rayonu Gödəklər kəndidə yerləşən fermada həyat yoldaşı Zərərçəkmiş şəxs ferma sahibi Aydın adlı şəxs tərəfindən zorlandığını bildirmişdir. (İ cild, i.v. 7) - 25 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Beyləqan RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə Aydın adlı şəxs tərəfindən Beyləqan rayonu Gödəklər kəndi ərazisində zorlandığını bildirmiş, Aydın adlı şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (İ cild, i.v.8-9) - “götürmə aparılması” haqqında 25 iyul 2022-ci il tarixli qərar, protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş tünd göy rəngli şalvar, çəhrayı rəngli qısaqol köynək, göy-ağ rəngli tuman, cinsiyyət üzvünə qoyduğu ağ-çəhrayı rəngli parçanı və istifadəsində olan “Realme” markalı mobil telefonu könüllü olaraq təqdim etmiş və iş üçün sübut əhəmiyyətli olduğundan həmin əşyalar götürülmüş və baxışı aparılmışdır. (İ cild, i.v. 15-21) - “götürmə aparılması” haqqında 25 iyul 2022-ci il tarixli qərar, protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvar, qəhvəyimtil rəngli qısaqol boyunluqlu köynək, tünd göy rəngli tuman, ağ rəngli maykanı və Zərərçəkmiş şəxs ona zərbə vurduğu dəstəyi qırmızımtıl rəngli qatlanan cib bıçağını könüllü olaraq təqdim etmiş və iş üçün sübut əhəmiyyətli olduğundan həmin əşyalar götürülmüş və baxışı aparılmışdır. (İ cild, i.v. 27-32) - “tədqiqat üçün nümunələrin götürülməsi” protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:04-dən 19:20-dək Zərərçəkmiş şəxs uşaqlıq yolundan bir ədəd tampon nümunəsi götürülmüş və qablaşdırılmışdır. (İ cild, i.v. 39) - “baxış keçirilməsi haqında” 25 iyul 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Beyləqan rayonu, Gödəklər kəndi ərazisində yerləşən həmin kənd sakini Təqsirləndirilən şəxs məxsus fermadır. Qeyd olunan ferma Horadiz-Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunun yaxınlığında, avtomobil yolundan çökəkdə yerləşmiş, fermaya gedən yol torpaq örtüklüdür. Fermanın ətrafı hasara alınmamışdır. Mövsümə uyğun olaraq ətrafda olan ot örtüyü qurumuş, saralmışdır, ağacların yarpaqları isə yaşıl rəngdədir. Fermanın ərazisində qara rəngli kül qalıqları olan yanmış ərazi vardır. Həmçinin, həmin ərazidə yerə bərkidilmiş taxta materialdan olan dirəklər vardır. Həmin dirəklər də yanmış, qaralmış haldadır. Baxış iştirakçısı Zərərçəkmiş şəxs qeyd olunan yanmış ərazini təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs oa qarşı qeyd etdiyi hərəkətləri etdikdən sonra, o, tikilidən çıxıb getdikdən sonra tikilinin yandığı barədə eşitmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi yanmış ərazi ölçülən zaman uzunluğunun 30 metr, eninin isə 20 metr olması müəyyən olunmuşdur. (İ cild, i.v. 40-44) - “mobil telefona baxış keçirilməsi haqında” 26 iyul 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki,Zərərçəkmiş şəxs istifadəsində olan “Realme” markalı mobil telefona baxış keçirilmiş, telefonda intim məzmunlu heç bir foto və video, eləcə də iş üçün əhəmiyyət kəsb edəcək hər hansı hal aşkar edilməmişdir. (İ cild, i.v. 45-48) - Məhkəmə-tibbi ekspertizasının 25 iyul 2022-ci il tarixli, 593/22 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs qarın nahiyəsində səthi kəsik aşkar olunmuşdur. Qeyd olunan xəsarət kəsici-deşici əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (İ cild, i.v. 68-71) - Komisyon məhkəmə-tibbi ekspertizasının 25 iyul 2022-ci il tarixli, 592/22 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthi üzərində hər-hansı bir xəsarət (o cümlədən fiziki qüvvə-zor tətbiq olunmaqla cinsi əlaqə və ya cinsi əlaqəyə cəhd zamanı yarana biləcək xəsarət) aşkar olunmamışdır. Zərərçəkmiş şəxs doğmuş qadındır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində aşkar olunmuş morfoloji dəyişikliklər (arxa keçəcək dəliyinin açıq olması, qıfabənzər genişlənmə, düz bağırsaq ətrafındakı şüavari büküşlərin hamarlaşması, selikli qişanın göyümtül-qırmızımtıl rəngdə olması) passiv partnyorun köhnə əlamətləridir və onun arxa keçəcək dəliyi ilə uzun müddət ərzində mütəmadi olaraq cinsi əlaqədə olmasını təsdiqləyir. Arxa keçəcək dəliyinin selikli qişasında, o cümlədən dəlikətrafı nahiyələrdə hər-hansı bir zədə (qansızma, cırılma və s.) aşkar olunmamışdır. Ağız vasitəsilə cinsi əlaqə xəsarətlərin əmələ gəlməsi ilə müşayiət olunmursa, bunu məhkəmə-tibbi ekspertiza yolu ilə müəyyənləşdirmək mümkün olmamışdır. (İ cild, i.v. 72-75) - Məhkəmə-bioloji ekspertizasının 24 avqust 2022-ci il tarixli, 523/2022-MTBŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu B /İİİ/-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A /İİ/-dir. Zərərçəkmiş şəxs qızma məxsus tuman və parça kəsiyi üzərində sperma qarışmış uşaqlıq yolu ifrazatı ləkələri aşkar edildi. Bu ləkələrdə qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və B antigenləri alındı. B antigeni zərərçəkmiş Zərərçəkmiş şəxs qrup göstəricisini xarakterizə etdiyi üçün ləkələrdə onun alınması uşaqlıq yolu ifrazatı hesabına izah olunur. A antigeni ona məxsus olmadığı üçün, onun ləkələrdə alınması sperma hesabına izah oluna bilər. Belə olan halda, uşaqlıq yolu ifrazatı B /İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs, sperma isə A /İİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsus tuman və parça kəsiyi üzərində qana şübhəli ləkə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus qolsuz mayka və qısaqol köynək üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A antigeni alındı. Bu qan ləkələri A /İİ/ qruplu şəxsə, o cümələdən Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus qolsuz mayka və qısaqol köynək üzərində spermaya şübhəli ləkə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus qısaqol köynək, şalvar və Təqsirləndirilən şəxs məxsus şalvar, tuman üzərində spermaya və qana şübhəli ləkə aşkar olunmamışdır. (İ cild, i.v. 76-82) - Məhkəmə-tibbi kriminalistik ekspertizasının 25 avqust 2022-ci il tarixli, 415/2022- MTKŞ nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın sol ayağının arxa-yuxarı nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, şalvarın müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək, mayka və tuman üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində fasilələrlə yerləşən səkkiz ədəd məhdud cırılma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, şalvarın müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək, tuman və parça fraqmentinin üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: Köynəyin və maykanın ön hissəsinin sol-aşağı nahiyəsində yerləşən qeyri- müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. (İ cild, i.v. 83-88) - Materialların məhkəmə ekspertizasının 24 avqust 2022-ci il tarixli, 6/4344 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin və lasin tipli şalvarın üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş açıq çəhrayı rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. (İ cild, i.v. 89-94) - “baxış keçirilməsi haqında” 12 sentyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxsməxsus VAZ 2101 markalı, **-HS-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin ön alı şüşəsində çatlar olması müəyyən edilmiş, baxış iştirakçısı Təqsirləndirilən şəxs həmin çatların 24 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs itlərə yal verməsi üçün istifadə olunan qabı götürüb şüşəyə çırpması nəticəsində yarandığını bildirmişdir. (İ cild, i.v. 102-107) - “zərərçəkmiş şəxs qismində tanıma haqqında” 07 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (İ cild, i.v. 123) - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 dekabr 2022-ci il tarixli, 9/7527 nömrəli rəyinə əsasən 1971-ci il buraxılışlı “VAZ-2101” markalı avtomobilə məxsus ön alın şüşəsinin 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 40 manat müəyyən olunmuşdur. (İ cild, i.v. 242-244) - “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsindən həmin Məcəllənin 149.1 və 150.2.5-ci maddələrinə tövsif edilmişdir. (İİ cild, i.v.12-14) - “birgə istintaq qrupunun yaradılması haqqında” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Beyləqan rayon prokurorunun böyk köməkçisi Elxan Əzimlinin rəhbərliyi ilə Beyləqan RPŞ-nin müstəntiqi Rəşad Novruzovdan ibarət birgə istintaq qrupu yaradılmışdır. (İİ cild, i.v.15-16) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.1 və 150.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İİ cild, i.v.18-20) - Beyləqan Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 4(020)-02/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İİ cild, i.v.54-58) -«ibtidai istintaq müddətinin uzadılması barədə» 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay olmaqla, 06 ayadək, yəni 22 fevral 2023-cü il tarixdən 22 aprel 2023-cü il tarixədək uzadılmışdır. (İİ cild, i.v.147-148) - Beyləqan Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 4(020)-09/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 22 aprel 2023-cü il tarixədək uzadılmışdır. (İİ cild, i.v.170-176) - Kompleks-ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 253 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (İİ cild, i.v.187-191) - məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 739 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs ünsiyyətçillik, adaptivlik, situativlik və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs intellektual inkişafı nəzərə alınmaqla ona qarşı edilən hərəkətlərin xarakterini və mənasını tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs ona qarşı edilmiş hərəkətləri düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. (İİ cild, i.v.208-212) - komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 73 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. (İİ cild, i.v.213-216) - “maddi sübut kimi tanıma haqqında” 27 mart 2023-cü il tarixli qərardan görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş tünd göy rəngli şalvar, çəhrayı rəngli qısaqol köynək, göy-ağ rəngli tuman, cinsiyyət üzvünə qoyduğu ağ-çəhrayı rəngli parça, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvar, qəhvəyimtil rəngli qısaqol boyunluqlu köynək, tünd göy rəngli tuman, ağ rəngli mayka, Zərərçəkmiş şəxs məxsus dəstəyi qırmızımtıl rəngli qatlanan bıçaq və "xxxx" MMC-dən daxil olmuş və “Zərərçəkmiş şəxsin əlavə dindirilməsi haqqında” protokola əlavə edilmiş 2 ədəd disk maddi sübut kimi tanınmışdır. (İİ cild, i.v.217) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmədiyini, ümumiyyətlə onunla cinsi əlaqədə olmadığını, onu zorlamamasını, zərərçəkmiş şəxsin onu şərlədiyini bildirməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, zərərçəkmiş və şahid ifadələrinə, eləcə də işin faktiki hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin hüquqi tövsifi və özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, təqsirləndirilən şəxs qəti formada zərərçəkmiş şəxsə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmədiyini, onunla ümumiyyətlə cinsi əlaqədə olmadığını, onu zorlamadığını bildirsə də Zərərçəkmiş şəxs həm məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrində, eləcə də Aydıq Quliyevlə üzləşdiriləkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona qarşı zorla seksual xarakterli digər zorakılıq hərəkətləri etməsini və onunla zorla cinsi əlaqədə olmasını bildirmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs hadisədən dərhal sonra əsəbi halda fermadan çıxması, fermanın qarşısında olan Təqsirləndirilən şəxs məxsus avtomobilə zədə yetirməsi, fermadan aralanıb qonşuluqda olan fermaya getməsi və həyat yoldaşı Şahid1 zəng etmək üçün qonşuluqda olan fermada yaşayan şəxsdən mobil telefon istəməsi, həmin şəxsin, yəni Şahid2 mobil telefonunda kontur olmamasını bildirib telefonu ona verməməsi və fermadan getdikdən sonra Zərərçəkmiş şəxs həmin fermada qalması və həyat yoldaşı fermaya gələn ərəfədə yenidən fermaya qayıtması, fermaya qayıtdıqdan sonra Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi və zorla cinsi əlaqədə olması və bundan sonra yenidən fermadan çıxıb getməsi və həmin gün də saat 19:56 radələrində X6 DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək Beyləqan rayonu Gödəklər kəndində yerləşən fermada həyat yoldaşı Şəhribanın ferma sahibi Aydın adlı şəxs tərəfindən zorlandığını bildirməsi həqiqətən də zərərçəkmiş şəxs Şəhirban Qəribovanın ifadəsində göstərdiklərinin həqiqət olmasını təsdiq edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 24 iyul 2022-ci il tarixdə günorta saatlarında Şəhribanın onun yaşadığ fermaya gəlib yoldaşı ilə əlaqə saxlamaq üçün mobil telefon istəməsini təsdiq etmiş, həmçinin bundan dərhal sonra özünün Təqsirləndirilən şəxs zəng edib bu barədə məlumat verdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 23549 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə 01 iyun 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək olan müddət ərzində daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Aydın Qulyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 24 iyul 2022-ci il tarixdə ilk dəfə 16:10:40-da zəng edilmiş və 103 saniyyə danışıq aparılmışdır. Həmin vaxt Şahid2 və Təqsirləndirilən şəxs aid mobil nömrələrin anten dairəsi “Beylaqan r-nu,Ashiqallar” ünvanı olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs məxsus telefon nömrəsinə daxil olan zənglərin təhlili ilə müəyyən edilmişdir ki, Şahid2 Təqsirləndirilən şəxs müvafiq məlumatı verdikdən sonra Təqsirləndirilən şəxs istifadəsində olan yuxarıda qeyd edilən mobil nömrə ilə yenidən Şahid2 aid mobil nömərəyə həmin gün saat 16:18:46-da zəng edib 18 saniyyə, saat 16:21:34-də isə 206 saniyyə danışıq aparmışdır. Birinci zəng vaxtı Təqsirləndirilən şəxs mobil nömrəsinin anten dairəsi “Beylaqan r-nu,Ashiqallar” ünvanı, ikinici zəng zamanı isə “İmisli r-nu,Qaraguvendikli” ünvanı olmuşdur. Bu hal özü də Təqsirləndirilən şəxs Şahid2 ona verdiyi məlumatdan narahatlıq keçiridiyini və ona yenidən zəng edib məhkəməyə məlum olmayan danışılar aparmaq məcburiyyətində qaldığını təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs məxsus telefon nömrəsinə daxil olan zənglərin təhlili ilə müəyyən edilmişdir ki, həmin hadisədən sonra yəni 24 iyul 2022-ci il tarixdə saat 16 radələrindən sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömərə ilə aparadığı danışıqların sayı əvvəlki günlərə münasibətdə kifayət qədər artmış, hətta Təqsirləndirilən şəxs 24 iyuldan 25 iyul 2022-ci il tarixdək gecə boyu da bütün saatlarda danışılar aparmışdır. Bu da məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməldən narahtlıq keçirməsi qənaətinə gəlməsinə səbəb olur. Bundan əlavə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə ümumiyyətlə cinsi əlaqədə olmadığını bildirsə də məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 24 avqust 2022-ci il tarixli, 523/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus tuman və parça kəsiyi üzərində sperma qarışmış uşaqlıq yolu ifrazatı ləkələri aşkar edilmişdir ki, bu ləkələrdə qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və B antigenləri alınmış, A antigeni ona məxsus olmadığı üçün, onun ləkələrdə alınması sperma hesabına izah oluna bilər ki, belə olan halda, sperma A /İİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Göründüyü kimi bu hal Təqsirləndirilən şəxs dediklərinin əksinə olaraq Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasını təsdiq edir. Həmçinin məhkəmə iclası zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 24 avqust 2022-ci il tarixli, 6/4344 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin və lasin tipli şalvarın üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Bundan əlavə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş açıq çəhrayı rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Həmin ekspertiza rəyi bu qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə yaxın təmasda olmuş və onların paltarlarının lifləri bir-birinin üzərində qalmışdır. Məhkəmə iclasında, həmçinin ibtidai istintaq zamanı ifadə vermiş Təqsirləndirilən şəxs bildirmişdir ki, toyuqları saxladığı yerdə olarkən Zərərçəkmiş şəxs onunla yaxın əlaqədə olmaq istədiyini bildirmiş, o, sonuncunu itələmiş, Şəhriban isə cibindən bıçaq çıxararaq ona tullamış və həmin bıçaq onun qarın nahiyyəsinə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs şalvarını aşağı salıb, köynəyini də yuxarı qaldırıb ona qarşı digər seksual xarakterli hərəkət edərkən Təqsirləndirilən şəxs qarın nahiyyəsinə cib bıçağı ilə xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarın nahiyəsində səthi kəsik aşkar olunması məhkəmə-tibbi ekspertizasının 25 iyul 2022-ci il tarixli, 593/22 nömrəli rəyi ilə də təsdiq edilmişdir. Əgər Təqsirləndirilən şəxs dediklərinə inansaq onun qarın nahiyəsində xəsarət olduğu halda həmin vaxt onun əynində olan köynək və mayka üzərində də bıçaqla yetirilməyə xarakterik izlər olmalıdır. Lakin məhkəmə-tibbi kriminalistik ekspertizasının 25 avqust 2022-ci il tarixli, 415/2022-MTKŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus köynək və mayka üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Halbu ki, həmin paltarlar üzərində qan ləkələrinin olması həm yuxarıda qeyd edilən ekspert rəyi ilə, həm də məhkəmə-bioloji ekspertizasının 24 avqust 2022-ci il rəyi ilə tam təsdiq edilir. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs xəsarət birbaşa qarın nahiyəsinə yetirilmiş və həmin vaxt qeyd edilən nahiyənin üzərində mayka və köynək olmamışdır. Bu da Zərərçəkmiş şəxs həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı verdiyi ifadəsinin doğru olması qənaətinə gəlməyə tam əsas verir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs ilk növbədə ona cinsi əlaqədə olmağı təklif etmiş, o, etiraz etdikdə Şəhriban ona bıçaqla xəsarət yetirmiş, daha sonra onu şərləyəcəyi ilə hədələmiş, fermadan çıxıb gedərkən fermanın kənarında olan avtomobilin alın şüşəsinə dəmir qab çırpmaqla zədə yetirmiş, həmçinin Şəhriban və əri Calalın ona borclu olduğu 300 manat pulu verməkdən müxtəlif bəhanələrlə yayınmış, son olaraq isə ona aid fermanın bir hissəsini yandırmaqla ona maddi ziyan vurmuşdur. Buna baxmayaraq Təqsirləndirilən şəxs ona qarşı bu qədər qanunsuz hərkətlər edilməsinə baxmayaraq hər hansı orqana təqsirkarın məsuliyyətə cəlb edilməsi ilə bağlı şikayət etməmiş, bunun səbəbini isə izah edə bilməmişdir. Məhkəmə tərkibi isə hesab edir ki, Təqsirləndirilən şəxs özünün dediyi formada əgər bu qədər qanunsuz hərəkətlərə məruz qaldığı halda şikayət etməmişdirsə bu ağlabatan deyil, bunun səbəbi kimi isə Təqsirləndirilən şəxs özünün ona istinad edilən əməli törətməsi halında şikayət etməkdən çəkinməsi olmuşdur. Məhkəm istintaqı zamanı ifadə vermiş Şahid3 24 iyul 2022-ci il tarixdə onun yaşadığı evə gəlmiş Zərərçəkmiş şəxs onun evində gözlədiyi halda hadisə barədə ona hər hansı məlumat vermədiyini bildirdiyi halda ibtidai istintaq zamanı verdiyi ifadəsində Şəhribanın həmin vaxt onlara gələrkən çox təlaşlı olduğunu, elə bil ki, nədənsə qorxmuş, narahat olmuş olduğunu qeyd etmiş, həmçinin söhbət əsnasında Şəhriban ona ərinin yaxınlıqdakı fermalardan birində çoban işlədiyini, fermanın sahibi Aydının ondan əl çəkmədiyini, Aydının onu zorladığını dediyini bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, Şahid3 məhkəmə istintaqında verdiyi ifadəsində hadisənin ona danışılan kimi deyil başqa formada məlumatlar verməklə məhkəmə istintaqını səhv yönə yönləndirməyə çalışmışdır. Buna görə də məhkəmə həmin şəxsin məhkəmə istintaqı zamanı göstərdiklərini cinayət işinin materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə şahidin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şahid3 məhkəmə istintaqında belə ifadə verməklə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən və cəzadan yayındırmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Zərərçəkmiş şəxs və onun həyat yoldaşı Şahid1 səs yaılarının əks olunduğu bir ədəd CD diski məhkəməyə təqdim edərək həmin diskdə Zərərçəkmiş şəxs və onun həyat yoldaşı Şahid1 Təqsirləndirilən şəxs şikayət etməmələri üçün sonuncunun qohumlarından pul tələb etdiklərini təsdiq edən səs yazılarının olduğunu bildirmiş və bu halın da zərəçəkmiş şəxsin Təqsirləndirilən şəxs pul almaq istədiyi üçün onu şərlədiyini qeyd edərək bu halın Təqsirləndirilən şəxs günahsızlığını təsdiq etdiyini iddia etmişdir. Lakin məhkəmə tərkibi həmin səs yazıları ilə bağlı qeyd edir ki, hazırkı məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona istinad edilən əməli törədib-törətməməsi araşdırılımış və yuxarıda göstərilənlərə əsasən həmin əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmaq hüququ vardır və həmin hüquqdan istifadə edib-etməməsi, hansı şərtlər daxilində bu hüquqdan istifadə etməsi də zərəçəkmiş şəxsin sərbəst seçimi kimi qəbul edilməldir ki, məhkəmə hesab edir ki, bu seçim imkanından zərərçəkmiş şəxsin istifadə etməsi Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməməsi anlamına gəlmir və bu belə qəbul edilə bilməz. Əgər müdafiə tərəfi onlardan qanunsuz olaraq zərərçəkmiş şəxs tərəfindən pul tələb edildiyi nəticəsinə gələrlərsə bu barədə müvafiq hüquq mühafizə orqanlarına müraciət edib etməmək də onların hüququ kimi qəbul edilməlidir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Zərərçəkmiş şəxs qarşı edilmiş hərəkətlərlə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı CM-in 149.1 və 150.2.5ci maddələri ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hal müəyyən edilməmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət hüququ nəzəriyyəsinə görə zorlama cinayətinin obyekti qadının cinsi azadlığı çıxış edir. Zorlama cinayətinin obyektiv tərəfi zərərçəkmiş şəxsə (onun iradəsinə zidd və ya iradəsi əleyhinə) və ya başqa şəxslərə qarşı fiziki zor tətbiq etmə və ya belə zor tətbiq etməklə hədələmə, yaxud zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmada ifadə olunur. Fiziki zor tətbiq etməklə zorlama dedikdə, qadının, onun yaxın qohumlarının, habelə zorlama cinayətinin törədilməsinə mane olan bilən hər hansı kənar şəxsin əlqolunu, ayaqlarını bağlamaqla, döyməklə, bədəninin müxtəlif hissələrinə zərbələr endirməklə, habelə sair fiziki ağrı yetirməklə zərərçəkmiş şəxslə cinsi əlaqədə olma başa düşülür. Zorlamada fiziki zor tətbiq etmə zərərçəkmişin müqavimətini qırmağa yönəldilir. Həmçinin zorlama cinayəti onun nəticəsindən asılı olmayaraq cinsi əlaqə aktı başlayan andan başa çatmış sayılır. Başqa sözlə, cinayətin başa çatması üüçün fizioloji mənada cinsi əlaqənin başa çatıb-çatmamasının əməlin tövsifində heç bir əhəmiyyəti yoxdur. Belə ki, cinsi əlaqə anlayışı cinayət-hüquqi anlayış deyil, fizioloj aktdır. Fiziki zor cinsi əlaqəyə nail olmaq üçün vasitə rolunu oynayır. Həmçinin Cinayət Məcəlləsinin 150-ci maddəsində nəzərədə tutlumuş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, qəsd etdiyi ictimai münasibətlərin mühümlüyü faktiki olaraq zorlama cinayətində olduğu kimidir. Seksual xarakterli digər zorakılıq hərəkətlərinə uşaqbazlıq istisna olmaqla cinsi ehtirasın pozğun formada təmin edilməsinə yönələn qalan bütün zorakılıq hərəkətləri aiddir. Həm zorlama cinayəti, həm də seksual xarakterli zorakılıq hərkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri dedikdə əvvəllər CM-nin 150-ci maddəsində nəzərdə tutulan cinayəti törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq təqsirkarın yenidən seksual xarakterli digər zorakılıq hərəkətləri cinayətini törətməsi hallarında mövcud olur. Əməl o halda təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmə kimi tövsif edilir ki, əvvəlki seksual xarakterli digər zorakılıq hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin və ya buna görə şəxs məhkum olunmasın. Zərərçəkmiş şəxsin üzərində zorun dayandırılmadığı, yaxud qısa müddətdə dayandırıldığı və zorakı cinsi aktların törədildiyi şəraitin təqsirkarın vahid qəsdi (niyyəti) ilə əhatə olunduğunu sübut edən hallarda əməl təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri kimi tövsif edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.1 və 150.2.5-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər - Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə, cinayət işi materiallarında olan “götürmə aparılması” haqqında 25 iyul 2022-ci il tarixli, “tədqiqat üçün nümunələrin götürülməsi” haqqında 25 iyul 2022-ci il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” 25 iyul 2022-ci il tarixli, “mobil telefona baxış keçirilməsi haqında” 26 iyul 2022-ci il tarixli protokollar, məhkəmə-tibbi ekspertizasının 25 iyul 2022-ci il tarixli, 593/22 nömrəli , məhkəmə-bioloji ekspertizasının 24 avqust 2022-ci il tarixli, 523/2022- MTBŞ nömrəli, Materialların məhkəmə ekspertizasının 24 avqust 2022-ci il tarixli, 6/4344 nömrəli, məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 739 nömrəli, komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 73 nömrəli, məhkəməəmtəəşünaslıq ekspertizasının 13 dekabr 2022-ci il tarixli, 9/7527 nömrəli rəyləri, “avtomobilə baxış keçirilməsi haqında” 12 sentyabr 2022-ci il tarixli protokol və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətməsi isə kompleks-ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 03 fevral 2023-cü il tarixli, 253 nömrəli rəyi ilə tam sübut edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 150.2.5-ci maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 149.1 və 150.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında tələbnamədən görünür ki, Quliyev X2 Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 263.2-ci maddəsi ilə cəzaya məhkum olunmuş, hazırda məhkumluğu ödənilmişdir. (İ cild, i.v. 209) - Beyləqan rayon İHB-nin Bünyadlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs rayonun Gödəklər kəndinə yaşamış, ailə tərkibi həyat yoldaşı və 4 azyaşlı uşağından iarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (İ cild,i.v. 199-200) Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 149.1-ci maddəsinin sanksiyasında 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmçinin Təqsirləndirilən şəxs cinayət törətdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsində olan 150.2.5-ci maddəsində nəzərdə tutulmuş əmələ görə cəza növü kimi 5 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə” 27 dekabr 2022-ci il tarixli qanunun 3.3.3-cü bəndinə əsasən 150.2-ci maddənin sanksiyada “səkkiz” sözü “on” sözü ilə əvəz əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 150.2.5-ci maddəsinə əsasən cəza təyin edilən zaman, cinayət əməli törədilən zaman qüvvədə olan CM-nin müddəaları nəzər alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə qəsdən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, himayəsində dörd azyaşlı uşağının olmasını (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər kateqoriyasına aid olmasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həmin əməli törətməsinə səbəb olmuş və buna şərait yaratmış, həmin əməli törədərkən, bundan əvvəl və sonrakı davranışları ilə bağlı halları, eləcə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etməsini, sonuncunun onun sahibi olduğu fermada işləməklə ondan asılı vəziyyətdə olduğu halda Zərərçəkmiş şəxs qarşı cinayət hesab olunan hərəkətlərə yol verdiyini törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini artıran hal kimi qəbul edib, eləcə də cəzanı yüngülləşdirən halın mövcudluğunu və ağırlaşdıran halların olmadığını, o cümlədən, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.1 və 150.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 24 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 194 (yüz doxsan dörd) manat manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 194 (yüz doxsan dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş “maddi sübut kimi tanıma haqqında” 27 mart 2023-cü il tarixli qərar əsasında Beyləqan rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş tünd göy rəngli şalvar, çəhrayı rəngli qısaqol köynək, göy-ağ rəngli tuman, cinsiyyət üzvünə qoyduğu ağ-çəhrayı rəngli parça, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvar, qəhvəyimtil rəngli qısaqol boyunluqlu köynək, tünd göy rəngli tuman, ağ rəngli mayka, Zərərçəkmiş şəxs məxsus dəstəyi qırmızımtıl rəngli qatlanan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd və “zərərçəkmiş şəxsin əlavə dindirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.1 və 150.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 150.2.5-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 24 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 194 (yüz doxsan dörd) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş tünd göy rəngli şalvar, çəhrayı rəngli qısaqol köynək, göy-ağ rəngli tuman, cinsiyyət üzvünə qoyduğu ağ-çəhrayı rəngli parça, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvar, qəhvəyimtil rəngli qısaqol boyunluqlu köynək, tünd göy rəngli tuman, ağ rəngli mayka, Zərərçəkmiş şəxs məxsus dəstəyi qırmızımtıl rəngli qatlanan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd və “zərərçəkmiş şəxsin əlavə dindirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-25/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-25/2024
14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver