Məhkəmə qərarları › İş №1(099)-25/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-25/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-25/2025 18.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3 və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1963-cü il tarixdə Neftçala rayonu Kurkosa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda- ümumi təmiz çəkisi 7,35 qram qurudulmuş marixuananı 05 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,02 qram, 1,20 qram, 2,95 qram, 1,55 qram, 0,63 qram olmaqla əldə edib üzərində daşıyaraq saxlamış, 31 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanındakı yaşadığı fərdi yaşayış evinin həyət darvazasının qarşısında, küçədə saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı xeyli miqdarda-05 ədəd kağız bükümdə ayrılıqda təmiz çəkiləri 1,02 qram, 1,20 qram, 2,95 qram, 1,55 qram, 0,63 qram olmaqla ümumi təmiz çəkisi 7,35 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özü bu işlə məşğul olan adam deyil, 62 yaşı var. Onu kiminsə yerinə gətiriblər. Onun şöbədə beş büküm cibinə, 630 qramda evinə qoymuşlar. 29 dekabr saat 23:00-da özü Bakıda ailəsinin yanından rayona evinə gəlmiş, saat 5-6 radələrində görmüş ki, onu küçədən çağırırlar. Çıxmış ki, görə kimdi çağıran, görmüş ki, cavan oğlandı “əmi, əmi evdəsiz” deyir. Sonra isə içəri polislər girmiş, ona əlqol atmışlar. Evini şuman edib heçnə tapmamışlar. 30-u günü axşam hava qaralanda isə şöbəyə aparmışlar. Gecə orada üstünə həkim gəlmişdir. Ona pul oxumuşlar. Lakin özü pulunun olmadığını demişdir. Yoldaşı isə 800 manat pulla şöbəyə gəlmiş, ona demişlər ki, “buraxacayıq”, sonra isə onu yola salmışlar. Əhməd isə əlində nəşə gəlib demişdir ki, “beş büküm eliyək qoy cibinə, narahat olma”. Həmin bükümləri cibinə qoymuş, sonra isə çəkilişə düşmüşlər. Vəkili isə qohumu olmuş, yükləndiyini görmüşdür. Sonra əməliyyatçı gəlib çəkiliş edəcəklərini bildirmişdir. Demişdir ki, “çəkiliş etdik”. O isə evə gedəcəklərini bildirmişdir. Sonra isə yaşadığı evə getmişlər, onu yuxarı qaldırmışlar. Sən demə narkotiki həmin vaxt aşağıda qoyublar. Daha sonra isə onu aşağıya düşürüb, qoyduqları yerdən narkotiki çıxarmışlar. Sonra isə yenidən şöbəyə aparmışlar. Aşkar olunan narkotiklər onun deyil, özünün 62 yaşı var, bular onu el içində biyabır ediblər. Özü isə narkotikdən istifadə etmir. İlin axırı olduğundan kimdənsə pul alıb buraxıblar deyə onu polislər tutmuşlar. Evindən heçnə aşkarlanmamış, özündən isə 30 min manat buraxılması üçün pul istəmişlər. Vermədiyinə görə də acığa düşmüşlər. Narkotiki polislər soyuducunun içinə qoyanda qızı çəkmişdir. Müstəntiqə də ifadə verəndə özünə aid olmadığını demişdir. Müstəntiq onu incitməyib, təsir etməyib, doğrusunu danışmış, müstəntiq isə ona ifadəsini oxuyub, özü isə qol çəkmişdir. Müstəntiqə sərbəst ifadə vermiş, lakin nə dediyini bilmir. Evdə pəncərinin qırağında beş-on qram özünə məxsus marixuana olmuşdur, onu polislər aparıb şöbədə cibinə qoymuşlar. Beş-on qram marixuana dəvətnamənin içərisində olmuş, Əhməd demişdir ki, “bunu beş büküm edək” və onu aldatmışlar. Özünü həmin beş-on qram marixuanaya görə tam təqsirli bilir. İnanır ki, barəsində ədalətli qərar veriləcək, sağlamlığında ciddi problemlər var, təcridxanada çox əziyyət çəkir, bir səhv edib özündə “nəşə” olub, təqsirini onda görür, mədəsində yara, belində isə “yırtıq” var. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuanadan ara-sıra istifadə edir. Özü zibillikdən plastik qablar və metal qablar yığmaqla ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində evindən 150-200 metr kənarda olan zibillikdən metal və plastik yığarkən sellofan torbaların içərisini yoxlayırmış. Həmin vaxt torbaların birində qurudulmuş marixuananı görüb tanımışdır. Həmin sellofan torbanın içərisində təxminən 200 qram olan narkotik vasitə marixuana olmuş və onu evə aparmışdır. Evə aparan kimi sellofandakı marixuananın üstündən biraz götürmüşdür ki, istifadə edər. Onu kağıza bükmüş və sağ cibinə qoymuşdur. Qalan sellofan torbanı da yaşadığı evin həyətindəki yardımçı tikilidə istismardan çıxarılmış ağ rəngli soyuducunun aşağı gözünə qoymuşdur. Daha sonra cibindəki marixuananı çəkmək üçün xx.xx.2023-cü il tarixdə saat 13 radələrində həyətdən çölə çıxanda mülki geyimdə olan şəxslər ona yaxınlaşmışar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və üstündə qanunsuz narkotik vasitə saxlamağı barədə məlumatları olduğu üçün onu Neftçala Rayon Polis Şöbəsinə aparacaqlarını deyərək avtomobilə əyləşdirmişlər və Neftçala Rayon Polis şöbəsinə aparmışlar. Şöbənin inzibati binasında video çəklişlə müdafiəçinin iştirakı ilə üstündə şəxsi axtarış keçirilmiş, video çəkliş zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibində 05 ədəd ayrı-ayrı bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuananı təhqiqatçıya təqdim etmişdir. Daha sonra bildirmişlər ki, evində də narkotik vasitənin olması məlumatı ilə əlaqədar evinə baxış keçirilməsi zərurəti yaranmışdır. O, da etiraz etməmiş və evinə baxışın keçirilməsi üçün ərizə yazmışdır. Polis əməkdaşları və müdafiəçinin iştirakı ilə eləcə də videoçəkilişlə evin həyətində baxış keçirilmişdir. Az müddət sonra evin həyətindəki yardımçı tikilidə girişdə olan ağ rəngli soyuducunun aşağı gözünü açanda polislər həmin sellofan torbanı tapmışlar. Onun yanında elektron tərəzi ilə çəkilmiş və orada 640 qram çəki göstərilmişdir. Həmin torba orada qablaşdırılaraq möhürlənmişdir. Əməlimdən çox peşmandır, narkotik vasitəni heç kimə satmamış və satış niyyəti olmamışdır. Narkotik vasitə qurudulmuş marixuananı ona görə ayrı-ayrı bükümlərdə bölmüşdür ki, lazım olan vaxt asanlıqla istifadə edə bilsin. 61 yaşı var. İndiyə kimi narkotiklə bağlı nə tutulmuş, nə də hansısa hadisədə iştirak etmişdir. Narkotik vasitə sırf öz istifadəsi üçündür. Özü 2-ci qrup əlildir. Mədəsi əməliyyat olunub. Ağır xəstədir. İstintaq təcridxanasında səhhətinə fikir verə bilmir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, ifadələrini oxumadan imza etdiyini, ona çatmadığı, evinə baxış zamanı isə bir büküm zilibillikdən tapdığı qurudulmuş marixuananın pəncərinin qırağında aşkar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Neftçala RPŞ-nin X2 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində və yaşadığı ünvanda saxlaması barədə ona daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 31 dekabr 2023-cü il tarixdə Əzimov X5 şəhəri M.Ə.Sabir küçəsində yaşadığı evin yaxınlığındakı küçədə tərəflərindən saxlanılmışdır və X12 gətirilmişdir. Şöbədə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən beş ədəd kağız bükümləri təqdim etmişdir. Bükümlər açıldıqda içində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu bildirdiyindən əməliyyatın davamı olaraq Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında videoçəkilişlə və müdafiəçinin də iştirakı ilə onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki köməkçi tikilidəki istismarda olmayan soyuducudan sellofan torbada qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs evində olan narkotik vasitənin harada olması barədə onlara məlumat vermişdir. Evində olarkən yalnız bir dəfə videoçəkilişlə baxış keçirilmiş, ora əlavə olaraq tərəflərindən giriş-çıxış edilməyib. Narkotik vasitənin əvvəlcədən harada olduğu barədə məlumatları olmasına baxmayaraq, birbaşa olaraq narkotik vasitənin olduğu həyətyanı sahədəki köməkçi tikiliyə deyil, fərdi yaşayış evinə baxış keçirilməsini isə təhqiqatçı həyata keçirmişdir. Təqsirləndirilən şəxs üzərinə tərəfindən beş büküm narkotik vasitə qoyulmamışdır. Fərdi yaşayış evinə də tərəflərindən narkotik vasitə qoyulmamışdır. Adətən onlar tədbir zamanı videoçəkilişdən əvvəl evi girib yoxlayıb, kim var, kim yox müəyyən edib, sonra isə videoçəkilişə başlayırlar. Bunu eləməkdə də məqsəd ola bilər ki, evdə kimsə onları güllələyər. Bu işlə bağlı da təhqiqatçı demişdir ki, “girin əvvəlcə baxın görün evdə kim var”, onlarda çəkilişdən əvvəl evə girib baxmışlar. Lakin həmin vaxt polis əməkdaşlarının hara baxdıqlarını bilmir. Evdə kimlərinsə olub-olmadığını isə hazırda dəqiq xatırlamır. Evə əvvəlcədən girirlər ki, oradakı təhlükəni bilmirlər, lakin hazırki iş üzrə evi yoxlayarkən təhlükəli vəziyyət yaranmamışdır. Müdafiəçi tərəfindən təqdim edilmiş videoçəkiliş nümayiş etdirildikdən sonra isə Şahid1 verilmiş sualları cavablandırarkən bildirmişdir ki, videoçəkilişdən əvvəl mülki formada çöl qapıdan evin həyətinə girən şəxs, polis əməkdaşı Şahid2dur. Mədətin həmin vaxt hara və nə üçün getdiyini bilmir, əgər o özü ilə narkotik aparırmışsa da, narkotik onun əlində olarmış. Həmin vaxt Mədətdə heç bir narkotik olmayıb. Baxışı təhqiqatçı keçirdiyindən, ilk əvvəl haralara baxışın keçirilməsini təhqiqatçı deyir, bu onların işi deyil. Fərdi yaşayış evinin qarşısında olarkən isə artıq onlar narkotikin evdə harada olmasını bilirmişlər. Baxış zamanı baş təhqiqatçı Taryel Əmirov və polis əməkdaşı Cəlal Hüseynovda orada olmuşdur. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Eyni zamanda ifadə verdikdən, eləcə də müdafiəçi tərəfindən təqdim edilmiş videoçəkiliş nümayiş etdirildikdən sonra isə Şahid2 verilmiş sualları cavablandırarkən bildirmişdir ki, baxış zamanı orada təhqiqatçı, müdafiəçi, özü, təqsirləndirilən şəxs və Seyidəhməd olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çatdıqda əvvəlcə onun özü ilə birlikdə girib evi və həyəti axtarmışlar, narkotik olduğu yeri tapmışlar, daha sonra birlikdə çölə çıxıb yenidən videoçəkilişlə girib baxış keçirmişlər. Bu səbəbdən videoçəkilişdən qabaq narkotikin həyətdəki soyuducunun içərisində olduğunu bilmişlər. Lakin narkotikin həyətdəki soyuducuda olduğunu bilə-bilə hansı səbəbdən əvvəlcə bütün evə baxış keçirilməsinin səbəbini isə polis nəfəri olduğundan bilmir. Həmin həyətə isə özü təkcə videoçəkilişsiz girməmişdir. Müdafiəçi tərəfindən təqdim edilmiş videogörüntülərdəki, baxışa başlamazdan əvvəl həyətə tək girən şəxs özüdür. Lakin ola bilər ki, onu həyətdən kimsə çağırdığına görə ora gedib, lakin dəqiq həyətə nəyə görə girdiyini bilmir. Həmin evi və həyəti əvvəlcə axtarış edib, daha sonra videoçəkilişlə baxış keçirmişlər. Hadisənin üzərindən bir il keçdiyindən heçnəyi dəqiq xatırlamır, əməliyyatçı Seyidəhməd nə ifadə verirsə, doğrusunu da o deyir. Məhkəmə istintaqı zamanı şahid X10 ifadəsində göstərmişdir ki, 31 dekabr 2024-cü il Zilfüqargilin yaşadığı evin qapısının ağzında çöldə olmuşdur. Təhlükəsizliyi qorumaq üçün orada durmuşdur. Başqa da heçnə görməmişdir. Həmin vaxt orada əməliyyatçılar, təhqiqatçı və üç nəfər polis əməkdaşı olmuşdur. Özü isə həyətə girməmişdir. Yalnız çöldə gözləmiş ki, kənar müdaxilələr olmasın. İçəriyə isə Mədət, Seyidəhməd, Xalid çəkiliş etmək üçün, Müşfiq və Taryel girmişdir. Eyni zamanda ifadə verdikdən, eləcə də müdafiəçi tərəfindən təqdim edilmiş videoçəkiliş nümayiş etdirildikdən sonra isə şahid X10 verilmiş sualları cavablandırarkən bildirmişdir ki, Şahid2 içəri girib hara getməsini bilmir. Özü həmin vaxt çöldə olub. Zilfüqarla həmkəndli olduğundan orada onunla danışmışdır. Həmin vaxt da təhqiqatçı Müşfiq danışa bilmədiyindən digər təhqiqatçı Taryel ona köməklik etmişdir. Çəkiliş isə bu səbəbdən təkrarlanmışdır. Mədətə isə içəri keçməsi üçün heç kim göstəriş verməmiş, belə bir göstəriş verilməsin eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid X3 ifadəsində göstərmişdir ki, baxış istintaq hərəkəti özü tərəfindən aparılmışdır. Orada heç kimə ünvana əvvəlcədən daxil olması barədə göstəriş verməmişdir. Özü ilə təhlükəsizlik üçün əlavə polis əməkdaşı da aparmışdır. Ola biləcək maneəçiliklərə görə əlavə polis əməkdaşı da aparmışdır. Evə bir dəfə videoçəkiliş olub, elə bir hal olmayıb ki, çəkilişi saxlayıb yenidən çəkiliş edələr. Şöbədə şəxsi axtarış etmişdir, Zilfüqar orada evdə narkotik saxlamasın bildirməmişdir. Üzərindən aşkar edilmiş narkotiki isə tapdığını bildirmişdir. Zilfüqar etiraf edərək, narkotik istifadəçisi olduğunu, evində də saxladığını demişdir. Lakin evində narkotikin harada olması barədə bildirməmişdir, baxış zamanı özləri aşkar etmişdir. Baxış zamanı isə elə bir hal olmayıb ki, əvvəlcə evə girib baxıb, narkotikin yerin tapıb, sonra çıxıb yenidən çəkiliş edələr. Orada heç bir polis əməkdaşına da əvvəlcədən evə girmələri barədə göstəriş verməyib. Çünki elə bir göstəriş qanunun tələblərinə ziddir. Həmin vaxt isə digər təhqiqatçı Taryel də baxışda iştirak edib, çünki özü ilk dəfə imiş ki, video çəkilişlə narkotik sənədləşdirirmiş, bu səbəbdən də ona köməklik etmişdir. Taryel ona kömək etmək məqsədilə getdiyindən onu protokolda rəsmiləşdirməmişdir. Evə isə onlardan əvvəl heç kim daxil ola bilməzmiş, çünki evə çəkilişlə bütün əməkdaşlar birlikdə daxil olmuşdur. Evdə isə evin sakinləri, təqsirləndirilən şəxsin yoldaşı və övladları olmuşdur. Eyni zamanda ifadə verdikdən, eləcə də müdafiəçi tərəfindən təqdim edilmiş videoçəkiliş nümayiş etdirildikdən sonra isə şahid X3 verilmiş sualları cavablandırarkən bildirmişdir ki, videoçəkilişdə Şahid2 hansı səbəbdən videoçəkilişdən əvvəl onların iştirakı olmadan, özü tək baxış keçiriləcək Təqsirləndirilən şəxs məxsus həyətə daxil olmasının səbəbini isə heçnə ilə izah edə bilmir. Bundan başqa evin həyətinə videoçəkilişlə daxil olub, bir müddət sonra yenidən çölə çıxıb və yenidən videoçəkilişlə həyətə daxil olmasının səbəbin isə, ilk çəkiliş zamanı nəsə səhv etdiyindən çəkilişi təkrar keçirməli olması ilə əsaslandırmışdır. İşdə olan, Neftçala RPŞ-in NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə qəbul etməsi, üzərində və yaşadığı ünvanda saxlaması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Neftçala RPŞ-in NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olmuş cins şalvarın sağ yan cibindən beş ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. (c İ, i.v 27-28) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:10-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 29) İşdə olan, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü ildə Neftçala Rayon Polis əməkdaşları tərəfindən fərdi yaşayış evinə və həyətyani sahəsinə axtarış aparılmasına heç bir etirazı yoxdur, razıdır. (c İ, i.v 30) İşdə olan, xx.xx.2023-cü il tarixli baxış protokolundan və video-çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda həyətyanı sahədə yerləşən köməkçi tikilidə olan istifadə edilməyən soyuducunun aşağı hissəsindən bir ədəd qara rəngli sellofan torba aşkar edilmiş, qeyd olunan sellofan torba açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. (c İ, i.v 31-32) İşdə olan, məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/01 №-li rəyindən görünür ki, 1) Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,02 qr, 1,20qr, 2,95qr, 1,55qr, 0,63 qr, ümumi çəkisi 7,35 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadir. 2) Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs həyətyanı sahəsində köməkçi tikilidən” sözləri və imzalar olan polietilen torbada təmiz çəkisi 625,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannasib) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 05 ədəd kağız bükümdə və 01 ədəd polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuana eyni tərkiblidir. Həmin qurudulmuş marixuanadan 0,60 (hər ob-0,10 qram) qram tədqiqata sərf olunmuş, 631,75 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir. (c İ, i.v 46-48) İşdə olan, Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(053)-1/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 dekabr 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 70-72) İşdə olan, DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (c İ, i.v 81-82) İşdə olan, 17 yanvar 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, ekspert tədqiqatından sonra qalıq çəkisi 631,75 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və Neftçala RPŞ-nin saxlanc yerinə saxlanılması üçün təhvil verilmişdir. (c İ, i.v 85) İşdə olan, Neftçala RİHB-nın Neftçala şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 2.02.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, 1991-ci il və 1990-cı il təvəllüdlü uşaqlarından ibarətdir, barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. (c İ, i.v 104-105) İşdə olan, 186225 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup ümumi səbəbdən əlildir. (c İ, i.v 106) İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2024-cü il tarixli, 1087 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20226-cı il tarixli 39 saylı “Narkotik asitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məxburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 117-118) İşdə olan, “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 və 31 dekabr 2023-cü il tarixlərində “Neftçala RMX” PHŞ TTTY-a çağırış olmamışdır. (c İİ, i.v 49) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən yaşadığı evdə özünə məxsus 05-10 qram qurudulmuş marixuana olmuş, polis əməkdaşları isə onu evindən götürüb, beş ədəd bükümlərə ayırıb, şəxsi axtarış zamanı üzərinə qoymuşlar, yaşadığı evdən isə başqa heç bir narkotik vasitə aşkar edilməmiş, evindən aşkar edilmiş külli miqdarda qurudulmuş marixuananı isə evə baxış zamanı, videoçəkilişlə evin içərisində olduqları zaman həyətindəki yardımçı tikilidə olan istifadə edilməyən soyuducuya polis əməkdaşları qoymuşdur, polis əməkdaşları tərəfindən aldadılaraq rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın beş ədəd bükümlərə ayrılaraq cibinə qoyulması, əslində isə narkotikin yaşadığı evdə pəncərə kənarında dəvətnamənin içərisində olması, polis əməkdaşları tərəfindən aldadılaraq rəsmiləşdirilməsi, ifadələrini isə oxumadan imza etməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 51-52), xx.xx.2024-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 59-60) qismində verdiyi ifadələrində, eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olmasını, tapdığını və istifadə etmək üçün üzərində saxladığını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız aldadıldığını və ifadələrini oxumadan imza etdiyini bildirib, özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Lakin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ona aid olduğunu, tapdığını, istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın özünə məxsus olmasını, tapdığını və istifadə etmək məqsədilə üzərində gəzdirməsini, daha sonra həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan videogörüntülər və maddi sübutlar, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar fərdi qaydada fəaliyyət göstərən vəkil Seymur Abdullayev Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış həyata keçirilmiş və əynində olan cins şalvarının sağ yan cibindən qanunsuz olaraq saxladığı 05 ədəd kağız bükümün içərisində ümumi təmiz çəkisi 7,35 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin videogörüntüdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən videogörüntüdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Göründüyü kimi, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı da 05-10 qram çəkidə qurudulmuş marixuananın özünə məxsus olmasını səmimi etiraf etmiş, özünü həmin hissədə tam təqsirli bilmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumilikdə 7,35 qram narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olması iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Bununla belə, məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın digər hissəsi, yəni satış məqsədi olmadan külli miqdarda yəni, 625,0 qram narkotik vasitə qurudulmuş marixuananı yaşadığı ünvan 3-də yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikiliyə (orada olan istifadəsiz soyuducunun aşağı gözünə) daşımaqla saxlaması, 31 dekabr 2023-cü il tarixdə saat 14:25-də sonuncunun yaşadığı fərdi yaşayış evinə baxış aparılan zaman həmin fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikilidə olan istifadəsiz soyuducunun aşağı gözündə bir ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 625,0 qram olan qurudulmuş marixuananın aşkar olunaraq götürülməsi ilə bağlı hissəsinin əsaslı qənaətinə gəlmək üçün mötəbər sübutların olmadığı müəyyən edilmişdir. Beləliklə də, ittiham tərəfinin Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, daha dəqiq sonuncunun əməlinin CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunması ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, 31 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsindəki yardımçı tikiliyə keçirilmiş baxış zamanı yol verilmiş pozuntulara əsasən həmin baxışın nəticəsində tərtib olunmuş protokol və maddi sübutlar, hətta bu istintaq hərəkəti videoçəkilişlə həyata keçirilsə belə mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmə baxışı zamanı müdafiə tərəfi 31 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxsin yaşadığı fərdi yaşayış evinin həyətyani sahəsində olan yardımçı tikilidən aşkar olunmuş qurudulmuş marixuananın təqsirləndirilən şəxsə məxsus olduğunu mübahisələndirərək, həmin narkotik vasitənin aşkar edildiyi yerə polis əməkdaşlarının yerləşdirdiyini qeyd etmişdir. Bununla əlaqədar məhkəmədə aparılmış geniş araşdırma, habelə ibtidai istintaq orqanın gəldiyi nəticənin əsası olan 31 dekabr 2023-cü il tarixli baxış keçirilməsi və maddi sübutların götürülməsinə dair protokolun, eləcə də, bu istintaq hərəkəti zamanı qeydə alınmış videogörüntülərin və müdafiə tərəfinin təqdim etdiyi videogürüntülərin təhlili nəticəsində müəyyən edilmişdir ki, müdafiə tərəfinin mübahisələndirdiyi hallarla bağlı yaranan şübhələri aradan qaldırmaq mümkün deyildir. Belə ki, iş materiallarında olan 31 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında baxış keçirilməsi barədə protokol, habelə onun tərkib hissəsi olan həmin istintaq hərəkətinin aparılmasına dair videogörüntülərdən görünür ki, baxışda Neftçala RPŞ-nin TQ-nın təhqiqatçısı Müşfiq Abdullayev, Neftçala RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1, Neftçala RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2, Neftçala RPŞ-nin KTQ-nin köməkçisi Xalid Əzizov, müdafiəçi Seymur Abdullayev, Təqsirləndirilən şəxs iştirak etmişlər. Lakin baxışın keçirilməsini əks etdirən diskdə olan videogörüntüdən açıq-aşkar görünür ki, həmin prosessual hərəkət ciddi qanun pozuntuları ilə keçirilmişdir. Belə ki, həmin prosessual hərəkətin hansı tarixdə saat neçədə başlanması və saat neçədə başa çatması X6 tərəfindən elan edilməmiş, baxışda iştirak edən şəxslərin, eləcə də həmin çəkilişi aparan şəxsin adı, soyadı, atasının adı və vəzifəsi bildirilməmiş (kimlərin iştirak etməsi və kimin çəkiliş aparması müəyyən edilməmiş), baxış başlanmamışdan əvvəl təhqiqatçı tərəfindən təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah edilməmişdir. Göründüyü kimi 31 dekabr 2023-cü il tarixdə həmin fərdi yaşayış evi və həyətyanı sahəsində keçirilmiş bu baxış zamanı qanunvericiliyin tələblərinə formal olaraq riayyət edilmişdir. Baxış protokolu yuxarıda adları çəkilən şəxslər tərəfindən imzalansa da, faktiki olaraq baxış zamanı Neftçala RPŞ-nin başqa əməkdaşları da həmin istintaq hərəkətində iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında baxış keçirilməsi protokolu, habelə onun tərkib hissəsi olan həmin istintaq hərəkətinin aparılmasına dair videogörüntülərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs evində keçirilmiş bu baxış zamanı digər sakinləri olan baxışın aparıldığı evin heç bir sakini bu istintaq hərəkətinə bilavasitə cəlb edilməmiş, baxışın gedişatında bir sıra məkanlar o cümlədən narkotik vasitənin sonradan aşkar edildiyi həyətyanı sahəsindəki yardımçı tikili – oradakı istifadəyə yararsız soyuducu tam nəzarətsiz və videoçəkilişin əhatə etdiyi diapazondan kənarda qalmış, bu zaman polis əməkdaşları həmin məkanlarda azad hərəkət etmək imkanına malik olmuşdur. Diqqət cəlb edən ən əsas hallardan biri də, qeyd edilən ünvana baxış keçirilməmişdən əvvəl faktiki olaraq polis əməkdaşlarına narkotik vasitənin olduğu yerin bəlli olmasıdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 bu işlə bağlı da videoçəkilişlə baxış keçirilməzdən əvvəl sözügedən evə və həyətyanı sahəyə girib baxdıqlarını, daha sonra isə videoçəkilişlə baxışın keçirildiyini, narkotik vasitənin olduğu yeri, yəni evin həyətyanı sahəsindəki yardımçı tikilidə olan istifadəsiz soyuducuda olduğunu bilə-bilə, ilk öncə iki mərtəbəli fərdi yaşayış evinə baxış keçirilməsinin səbəbini isə izah edə bilməmiş, yalnız baxışa rəhbərliyin təhqiqatçı tərəfindən edildiyini, sonuncunun göstərişləri əsasında hərəkət etdiklərini bildirmişlər. X6 isə heç kimə ünvana əvvəlcədən daxil olması barədə göstəriş vermədiyini, videoçəkilişlə baxışın keçirildiyini, özünün ilk dəfə baxış istintaq hərəkəti apardığını, bu səbəbdən digər təhqiqatçı Taryel Əmirovun faktiki olaraq orada iştirak edib, ona kömək etdiyini, lakin onun iştirakını protokolda rəsmiləşdirmədiyini bildirib, digər polis əməkdaşları ilə ziddiyyətli ifadə versə də, onun həmin ifadələri aşağıda qeyd edilmiş müdafiə tərəfindən təqdim edilmiş sübutlarla (hadisə vaxtı çəkilmiş videogörüntülərlə) tam təkzib edilmişdir. Belə ki, müdafiə tərəfinin təqdim etdiyi, hadisə vaxtı baxış keçirilən evin sakinləri tərəfindən ikinci mərtəbədə otaqların birinin pəncərəsindən qeydə alınmış videogörüntülərdən (50 saniyəlik, sonda (1) nömrə ilə qeyd edilmiş) görünür ki, təqsiləndirilən şəxs qara rəngli Mercedes markalı avtomobilin arxa sol oturacağında həmin qapı açıq vəziyyətdə əyləşmiş, qapının yanında polis əməkdaşı Cəlal Hüseynov, Şahid2 və Şahid1 dayanmış, onların qarşısında isə Taryel Əmirov dayanıb, əl-qol hərəkətləri ilə nəyisə izah edir, müdafiəçi isə həyətin giriş qapısının qarşısında dayanıb, onları izləyir. Daha sonra videogörüntünün 25ci saniyəsində Şahid2 evin həyətinə giriş qapısının sağında dayanmış ağ rəngli Vaz2106 markalı avtomobil tərəfdən sol əlini gödəkçəsinin aşağı hissəsində tutaraq, iti addımlarla qapıdan həyətə daxil olur və irəliyə gedir. Sonda (2) nömrə ilə qeydə alınmış 02:33 dəqiqəlik videogörüntüdə isə evin həyətinin giriş qapısının qarşısında polis əməkdaşları Şahid1, Cəlal Hüseynov, rəsmi geyimdə polis nəfəri Xalid Əzizov, X6, müdafiəçi Seymur Abdullayev, Təqsirləndirilən şəxs və digər təhqiqtaçı Taryel Əmirovun dayandıqları, həmin vaxt isə polis əməkdaşı Şahid2 orada olmaması, daha sonra Təqsirləndirilən şəxs həyətə daxil olub dərhal geri çıxdığı, həyətin qapısının isə bağlandığı, daha sonra giriş qapsının açılıb Taryel Əmirovun həyətə daxil olub, qapıdan içəridə əl-qol hərəkətləri ilə təqsirləndirilən şəxsə nələrisə deməsi, yenidən həyətdən çölə çıxıb kənarda dayandığı, görüntülərin 01:21-01:22-ci dəqiqələrində isə tək başına bundan əvvəl həyətə daxil olmuş Şahid2 həyətin içərisindən gələrək, qapıdan çölə digər polis əməkdaşlarının yanına çıxması və qapını örtməsi, Xalid Əzizov tərəfindən videoçəkiliş başladıldığı, daha sonra videoçəkilişlə həyətə daxil olmaları, təqsirləndirilən şəxsin nələrsə deməsi (videogörüntülərdə səslər qeydə alınmamışdır), bir qədər sonra isə Taryel Əmirovun göstərişi ilə videoçəkilişin dayandırıldığı, onların yenidən giriş qapısından çölə çıxmaları görünür. Müdəfiə tərəfinin təqdim etdiyi, yuxarıda qeyd edilən videogörüntülərlə açıq-aşkar təsdiq edilir ki, hələ videoçəkilişlə baxış istintaq hərəkəti başlamamışdan əvvəl polis əməkdaşı Şahid2 tək başına sonradan narkotik vasitənin aşkar edildiyi fərdi yaşayış evinin həyətinə daxil olur, bir müddət sonra isə Şahid2 həyətdən geri gələrək, giriş qapısından çölə çıxır. Bundan başqa müdəfiə tərəfinin təqdim etdiyi videogörüntülərlə yanaşı elə ibtidai araşdırma zamanı baxış istintaq hərəkətini özündə əks etdirən videogörüntülər özüözlüyündə həyata keçirilmiş istintaq hərəkətinin şəffaflığına kölgə salır, qanuniliyinə isə bilavasitə şübhə yaradır. İlk olaraq məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, baxış istintaq hərəkətini özündə əks etdirən videogörüntülərin 02:17-ci dəqiqəsində fərdi yaşayış evinin birinci mərtəbəsinə baxış keçirilərkən polis əməkdaşı Şahid1 evin giriş qapısından həmin evin həyətinə çıxır, daha sonra geri qayıdır (maraqlı məqam odur ki, Şahid1 videogörüntülərdə olduğu müddət əksər vaxtları hər iki əlin şalvarının ciblərinə qoyaraq, müxtəlif istiqamətlərdə addımlayır, sanki fərdi yaşayış evində hər hansı bir qanunsuz əşya-predmetin olmadığına əmin şəkildə heç bir aktiv hərəkətlər etmir), görünütülərin 03:08-ci dəqiqəsindən sonra isə iştirakçılar fərdi yaşayış evinin ikinci mərtəbəsinə çıxır, lakin Şahid1 fərdi yaşayış evinin ikinci mərtəbəsinə tərəflərlə birlikdə çıxmır, görüntülərin 05:11-ci dəqəqisədək onun harada olması naməlum olur, videoçəkiliş zonasından tamamilə kənarda qalır, daha sonra iştirakçılar fərdi yaşayış evinin giriş qapısından həyətə çıxır, evin sağ tərəfində yerləşən təqsirləndirilən şəxsin “qaraj” adlandırdığı yarımtikiliyə baxış keçirilir, yenə həmin vaxt Şahid1 videogörüntülərdə görsənmir, yalnız narkotik vasitə bir ədəd sellofanda yarımtikilidə olan istifadəyə yararsız soyuducunun alt gözündən Mədət Mecdiov tərəfindən aşkar edildikdən sonra, videogörünütünün 09:22-ci dəqiqəsində Şahid1 təqsirləndirilən şəxsin yanında görüntülərdə görsənir. Bundan sonra görüntülərin 10:20-ci saniyəsindən sonra Şahid1 təqsirləndirilən şəxsin yanından uzaqlaşır və görüntülərdən itir, aşkar edilmiş kütlə isə Taryel Əmirov və Müşfiq Abdullayev tərəfindən qablaşdırılır, A4 kağızın üzərində müvafiq qeydlər aparılır və iştirakçılar tərəfindən imzalanır, bu zaman isə Şahid1 orada olmadığından onu adı çəkilir və çağrılır, videogörüntürlərin 13:40-cı dəqiqəsində isə təqsirləndirilən şəxs əlin evə tərəf uzadaraq (Şahid1 işarə edib) “burdadır ee, evdə” ifadəsini işlədir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, əvvəla əməliyyat qrupunun üzvləri olmuş Neftçala RPŞ-nin polis əməkdaşları Şahid1 və Şahid2 məhkəmə iclasında şahid qismində ifadə verərkən verilmiş suallara cavab olaraq göstərmişlər ki, baxış zamanı aşkar edilmiş narkotik vasitənin harada olması barədə onlarda əvvəlcədən məlumat olmuş, hətta Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çatdıqda əvvəlcə onun özü ilə birlikdə girib evi və həyəti axtarıb, narkotikin olduğu yeri tapıb, daha sonra birlikdə çölə çıxıb yenidən videoçəkilişlə girib baxış keçirmişlər. Şahid2 eyni zamanda fərdi yaşayış evinin həyətinə tək başına daxil olub çıxmadığını, X6 isə hər iki şahid ifadələrində göstərilənləri təkzib edərək, fərdi yaşayış evinə və həyətə yalnız videoçəkilişlə daxil olub baxış keçirdiklərini, videoçəkilişdən əvvəl isə təqsirləndirilən şəxslə birlikdə polis əməkdaşlarının həmin evə və həyətə daxil olmadıqlarını, özünün isə belə bir göstəriş vermədiyini bildirmişdir. Lakin təhqiqatçı M.Abdullayevin ifadəsində göstərdikləri, eləcədə Şahid2 fərdi yaşayış evinin həyətinə tək başına girib, müəyyən müddət sonra oradan çıxmaması barədə bildirdikləri müdəfi tərəfinin təqdim etdiyi və yuxarıda ətraflı tədqiq edilmiş videogörüntülərlə tam təkzib edilir. Eyni zamanda qeyd edilən ünvanda faktiki olaraq narkotik vasitənin olduğu yer barədə dəqiq məlumatlarının olduğunu, hətta baxış istintaq hərəkəti başlamazdan əvvəl həmin evə və həyətə daxil olub, faktiki axtarış apararaq, narkotik vasitənin olduğu yeri tam dəqiqləşdirdiklərini bildirən polis əməkdaşları istintaq hərəkətini evin həyətində və həyətdə olan yarımtikilidə keçirmədən ilk öncə evdə (ikimərtəbəli tikilidə) aparılması və bu evdən (ikimərtəbəli tikilidən) narkotik vasitə və ya hər hansı bir qanunsuz predmet aşkar olunmaması, həmin evdə baxış başa çatdıqdan sonra həyətdə olan yarımtikiliyə baxış keçirmələrinin səbəbini isə heçnə ilə izah edə bilməmişlər. Məhkəmə araşdırması zamanı isə istər müdafiə tərəfinin təqdim etdiyi videogörüntülər, istərsə də baxış istintaq hərəkətini özündə əks etdirən videogörüntülərdən açıq aşkar görünür ki, narkotik vasitənin aşkar edildiyi fərdi yaşayış evinin həyətindəki yarımtikili, müdafiə tərəfinin nəzarətində olmadan videoçəkiliş zonasından tamamilə kənarda qalmış, habelə polis əməkdaşlarının sərbəst girib çıxa bildiyi bir yer olmuşdur. Belə ki, müdafiə tərəfinin təqdim etdiyi görüntülərlə tam təsdiq olunur ki, narkotik vasitənin aşkar edildiyi fərdi yaşayış evinin həyətinə hələ baxış başlamamışdan öncə polis əməkdaşı Şahid2 daxil olur, bir müddət sonra isə geri qayıdıb həyətin giriş qapısından çıxır, yalnız bundan sonra videoçəkilişlə baxış istintaq hərəkəti başlayır (lakin həmin an belə bir neçə dəfə təkrarlanır, həyətin giriş qapısından daxil olub, daha sonra çəkilişi dayandırıb, həyətdən çölə çıxıb və birdə təkrar videoçəkilişlə həyətə daxil olurlar). Digər tərəfdən isə yenə həmin videogörüntülərlə sübuta yetirilir ki, baxış istintaq hərəkəti protokolunda iştirakı qeyd edilməyən Neftçala RPŞ-nin polis əməkdaşı Cəlal Hüseynov baxış zamanı qapısı açıq fərdi yaşayış evinin həyətinin qarşısında olmuşdur. Eləcədə ittiham tərəfinin əsas sübutlarından biri kimi təqdim edilmiş baxış istintaq hərəkətinin videogörüntülərindən də görünür ki, birincisi həyət qapısı açıq olan fərdi yaşayış evinin təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə içərisinə baxış keçirilən müddətdə (beş dəqiqə ərzində), ikincisi isə həmin fərdi yaşayış evinin birinci mərtəbəsinə baxış keçirilib, iştirakçıların ikinci mərtəbəyə çıxdığı andan polis əməkdaşı Şahid1 iştirakçılarla birlikdə ikinci mərtəbəyə çıxmadan videoçəkilişin görüntülərin itdiyi (nəzərə almaq lazımdır ki, ikinci mərtəbəyə keçirilən baxış zamanı orada iştirak etmir, ümumiyyətlə həmin müddət ərzində harada olması məlum olmur), yalnız narkotik vasitə aşkar olunduqdan sonra təqsirləndirilən şəxsin yanında görüntülərdə görsəndiyi müddətlər ərzində narkotik vasitənin aşkar edildiyi həyətdə olan yarımtikili tamamilə müdafiə tərəfinin nəzarətindən çıxmış və videoçəkiliş zonasından tamamilə kənarda qalmış, habelə polis əməkdaşlarının sərbəst girib çıxa bildiyi bir məkan olmuşdur. Məhkəmə hesab edir ki, nəzarətsiz qalan həmin məkandan baxış zamanı aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın, təqsirləndirilən şəxsin iradəsinə zidd olaraq kənar şəxs(lər) tərəfindən yerləşdirilməsini istisna etmək mümkün olmadığına görə ittihamın bu hissəsinin əsaslı olması qənaətinə gəlmək yolverilməzdir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, ibtidai istintaqda təqsirləndirilən şəxsin aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olduğunu bildirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həmin etirafedici ifadəsinin onun evinin həyətindəki yarımtikilidən aşkar edilmiş narkotik vasitə ilə əlaqədar hissəsinə dair xüsusatlar ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, həmin xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş yuxarıdakı sübutlarla təsdiq olunmamışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən onun həmin ifadəsində göstərdiyi qeyd olunan xüsusatlar ittihamın əsası kimi qəbul edilməməlidir. Çünki, sözügedən qanun normasına əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞnin əməkdaşları tərəfindən də, narkotik vasitə aşkar edilmiş məkan kimi qeydə alınmış təqsirləndirilən şəxsin həyətində yerləşən yarımtikilinin nəzarətdən kənar qalması və bununla da, oraya kənar şəxslər tərəfindən qeyd edilən narkotik vasitənin yerləşdiriləməsinə dair müdafiə tərəfinin göstərdiklərinin təkzib olunmasına əsas ola biləcək heç bir hala istinad edilməmişdir. Əksinə yuxarıda təqiq edilmiş videogörüntülərdə (istər baxış istintaq hərəkəti zamanı qeydə alınmış, istərsə də müdafiə tərəfindən təqdim edilmiş) həmin yarımtikilinin nəzarətdən kənar qalması bu ifadələrin də, Təqsirləndirilən şəxs həyətindəki yarımtikilidən aşkar edilmiş narkotik vasitə ilə bağlı sonuncuya qarşı irəli sürülmüş ittihamın da, əsası kimi qəbul edilməsini istisna edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, baxışın başlamasından bilavasitə qabaq təqsirləndirilən şəxsə məxsus fərdi yaşayış evinin həyətinin örtülü olan giriş qapısının polis əməkdaşlarının kilidinin bağlı olub-olmamasını yoxlamadan, eləcə də, qapının açıq və ya bağlı olmasını sorğulamadan belə birbaşa qapını açıb həyətə daxil olması, bütün axtarış gedişatında ev sakinlərinin harada olması ilə maraqlanılmaması, ev sakinlərinin evdə olduğu müəyyən edildikdə onların baxış barədə məlumatlandırılmaları üçün tədbir görülməməsi, ümumiyyətlə baxış zamanı onların evin içərisində olan hansısa otaq da saxlanılması da, baxışdan əvvəl polis əməkdaşlarının həmin həyətə girmiş olmalarını istisna etməyə imkan vermir. Məhkəmə hesab edir ki, sadalanan bu hallar da baxışın qanun pozuntuları ilə həyata keçirildiyini təsdiq edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamı təsdiq edən daha bir sübut olaraq onun üzərində aşkar olunmuş narkotik vasitə ilə evinin həyətindəki yarıdmçı tikilidən götürülmüş narkotik vasitələrin eyni tərkibli olmasına dair ekspert rəyinə istinad edilmişdir. Məhkəmə qeyd edir ki, bir tərəfdən Təqsirləndirilən şəxs evinin həyətindəki yarıdmçı tikilidən aşkar olunmuş kimi təqdim edilən narkotik vasitə ilə bağlı keçirilmiş baxışa dair protokol və maddi sübut məhkəmə tərəfindən mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, digər tərəfdən isə bu rəy də müstəqil şəkildə həmin narkotik vasitələrin eyni tərkibli olmasının onların eyni şəxs tərəfindən, eyni zamanda, eyni məkanda, eyni qaydada becərilməsini və ya bir bitkinin hissələri olmasını, eləcə də, bu kimi digər zəruri halları təsdiq etmədiyinə, habelə qeyd olunan hallar digər sübutlarla da, təsdiq olunmadığına görə təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın əsasını təşkil edən sübut kimi qəbul edilməsi və məhz bir tək onlara əsasən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın bu hissəsində də, göstərilmiş cinayət əməlini törətməsi nəticəsinə gəlmək və onu buna görə də, məhkum etmək yolverilməzdir. Məhkəmə hesab edir ki, belə olan halda Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsassız olaraq daxil edilmiş bir sıra ifadələr çıxarılmalıxaric edilməlidir. Çünki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittham belədir ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 632,35 çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, poletilen torbada 625,0 qram çəkidə olan hissəsini satış məqsədi olmadan ünvan 1 ünvanındakı yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikilidə, istismardan çıxarılmış ağ rəngli soyuducunun aşağı gözündə saxlamış, qalan ümumi təmiz çəkisi 7,35 qram qurudulmuş marixuananı isə satış məqsədi olmadan 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,02 qram, 1,20 qram, 2,95 qram, 1,55 qram, 0,63 qram olmaqla əldə edib üzərində daşıyaraq saxlamış, 31 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanındakı yaşadığı fərdi yaşayış evinin həyət darvazasının qarşısında, küçədə saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 05 ədəd kağız bükümdə ayrılıqda təmiz çəkiləri 1,02 qram, 1,20 qram, 2,95 qram, 1,55 qram, 0,63 qram olmaqla ümumi təmiz çəkisi 7,35 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikiliyə baxış keçirilərkən, orada olan istismardan çıxarılmış ağ rəngli soyuducunun aşağı gözündən polietilen torbada satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda 625,0 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 632,35 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə həmin ittihamdan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda 632,35 çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, poletilen torbada 625,0 qram çəkidə olan hissəsini satış məqsədi olmadan ünvan 1 ünvanındakı yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikilidə, istismardan çıxarılmış ağ rəngli soyuducunun aşağı gözündə saxlamış, əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikiliyə baxış keçirilərkən, orada olan istismardan çıxarılmış ağ rəngli soyuducunun aşağı gözündən polietilen torbada satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda 625,0 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 632,35 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsinə dair ifadələri çıxarır - xaric edir. Yekun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilməlidir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda- ümumi təmiz çəkisi 7,35 qram qurudulmuş marixuananı 05 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,02 qram, 1,20 qram, 2,95 qram, 1,55 qram, 0,63 qram olmaqla əldə edib üzərində daşıyaraq saxlamış, 31 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanındakı yaşadığı fərdi yaşayış evinin həyət darvazasının qarşısında, küçədə saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı xeyli miqdarda-05 ədəd kağız bükümdə ayrılıqda təmiz çəkiləri 1,02 qram, 1,20 qram, 2,95 qram, 1,55 qram, 0,63 qram olmaqla ümumi təmiz çəkisi 7,35 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib, peşmançılıq çəkməsi, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, İİ dərəcəli əlil olması, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini və növünü, hal-hazırki vaxtadək barəsində həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılmasını, müxtəlif xəstəliklərdən əziyyət çəkməklə İİ dərəcəli əlil olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 01 (bir) ay 18 (on səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 02 (iki) il 03 (üç) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində üzərinə yaşadığı ünvan 3 ünvanını gecə saat 22:30-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Neftçala Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndinin (məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər) 3.2-ci maddəsinə əsasən (əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara) məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİ dərəcə əlilliyi olan şəxs olduğu üçün barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Neftçala Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra 05 (beş) ədəd bükümdə ümumi qalıq 6,85 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikilidən 624,9 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktı üzrə materiallar araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, həmin material üzrə maddi sübut olan müvafiq ekspertiza tədqiqatından sonra qalıq 624,9 qram narkotik vasitə qurudulmuş marixuana Neftçala Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılmalı, cinayət işinin materiallarına əlavə olunmuş, şəxsi axtarış və baxış aparılması ilə bağlı video-çəkilişin yazıldığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əs aslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 01 (bir) ay 18 (on səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 02 (iki) il 03 (üç) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanını gecə saat 22:30-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Neftçala Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Neftçala Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra 05 (beş) ədəd bükümdə ümumi qalıq çəkisi 6,85 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikilidən 624,9 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktı üzrə materiallar araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, həmin material üzrə maddi sübut olan müvafiq ekspertiza tədqiqatından sonra qalıq 624,9 qram narkotik vasitə qurudulmuş marixuana Neftçala Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılsın. Cinayət işinin materiallarına əlavə olunmuş, şəxsi axtarış və baxış ilə bağlı videoçəkilişin yazıldığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar