Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-250/2023 14.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1973-cu ildə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməklə məhkumluğu olmayan, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ev 41də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,196 qram narkotik vasitə olan heroin əldə etmiş, saxlamış və həmin maddələri 03 oktyabr 2022-ci il tarixdə Şirvan şəhəri, M.Mirzəyev küçəsində hərəkət etməklə üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 03 oktyabr 2022-ci il tarixdə, saat 22 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Şirvan şəhəri, M.Mirzəyev küçəsində saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən bir ədəd bükümdə külli miqdarda-2,196 qram narkotik vasitə olan heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ev 41-də qeydiyyatda olmaqla yaşamaqla rəsmi olaraq bir yerdə işləməmiş, fərdi qaydada fəhləliklə məşğul olmuşdur.Təxminən 2-3 ildir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də marixuanadan istifadə etmişdir.Əvvəllər bir dəfə, 2017-ci ildə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 2018-ci ildə cəzasını çəkib qurtarmışdır.Sonradan yenə də marixunadan istifadə etməyə davam etmişdir. 03 oktyabr 2022-ci il tarixdə, saat 15 radələrində evdən çıxıb taksi ilə yeznəsinin yas yerinə getmək istəyərkən küçədə polis əməkdaşları onu tutub yaşadığı evə aparmışlar.Həmin vaxt evdə heç kim olmamış, arvadı qohumunun yas mərasimində olmuşdur.Polislər evində axtarış aparmış, lakin heç nə tapa bilməmişlər.Sonra özü istifadəsi üçün evində saxladığı təxminən 3 qram marixuananı İsmayıl adlı polis əməkdaşına (polis nəfəri Şahid2) təqdim etmişdir.Tutularkən üzərində narkotik maddə və elektron tərəzi olmamış, lakin evində özünün istifadəsi üçün saxladığı təxminən 3 qram marixuna olmuşdur.Sonra polis əməkdaşları onu şəhər polis şöbəsinə aparmışlar.Polis şöbəsində polis əməkdaşı Namaz (əməliyyat müvəkili Şahid1) qarşısına bir büküm heroin və bir ədəd elektron tərəzini qoyub ondan heroin və tərəzinin ona (Təqsirləndirilən şəxs) məxsus olmasını deməsini tələb etmiş, əks təqdirdə ondan 1 kq heroin götürülməsinə dair sənədləşmə aparılacağını bildirmiş, həm də əgər dedikləri ilə razılaşarsa onun (Təqsirləndirilən şəxs) CM-nin 234.1-ci maddəsi ilə narkotik istifadəçisi kimi məsuliyyət cəlb olunacağını demişdir.Həmçinin şöbədə olarkən polis əməkdaşları ona qarşı təzyiqlər edib onu döymüşlər.Bu səbəblərdən o, 2 qram heroinin və elektron tərəzinin özünə məxsus olmasını bildirməyə məcbur olmuşdur.Bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır.Axtarış zamanı özü cibində olan bir bükümdə olan heroini və elektron tərəzini çıxarıb polislərə təqdim edib həmin heroini və elektron tərəzini yerdən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Polis əməkdaşların ona qarşı təzyiqləri olduğu üçün o, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən də üzərində aşkar olunmuş heroinin və elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş heroin və elektron tərəzi ona məxsus deyil, həmin heroini və elektron tərəzini cibinə Namaz adlı polis əməkdaşı qoymuşdur.O, narkotik maddələrin satışı ilə məşğul olmamış, üzərində aşkar olunmuş heroinlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin evində olan 3 qram marixuanaya görə və narkotik maddələrin istifadəçisi olduğuna görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, uzun müddətdir ki, heroindən istifadə etməyə başlamış və narkotikdən istifadə etdiyinə görə bir dəfə məhkum olunmuşdur.03 oktyabr 2022-ci il tarixdə, günorta saatlarında yaşadığı məhəllədə gəzərkən yerdə bir ədəd sellofan bükümdə heroin və bir ədəd elektron tərəzi tapmış və istifadə etmək üçün heroin bükümünü və elektron tərəzini şalvarının cibinə qoymuşdur.Həmin gün saat 22 radələrində Şirvan şəhəri, M.Mirzəyev küçəsi ilə hərəkət edərkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Şirvan ŞPŞ-nə aparmışlar.Polis şöbəsinə aparılan vaxt üzərində heroin və elektron tərəzi olmuşdur.Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır.Axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim edib bükümün içərisində heroin olduğunu, heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Həmçinin şalvarının digər cibindən bir ədəd elektron tərəzini də çıxarıb polis əməkdaşlarına təqdim etmişdir.Polis əməkdaşlarına təqdim etdiyi heroin və elektron tərəzi zərfə qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur.O, narkotikdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamışdır.Polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə və elektron tərəzi olmamış, lakin evində saxladığı təxminən 3 qram marixuana olmuş və həmin marixuananı da özü polis əməkdaşına təqdim etmişdir.Polis əməkdaşı İsmayıl tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmiş, sonra da polislərin dediyi kimi izahat və ifadə vermişdir.Əslində üzərində aşkar olunmuş heroini və elektron tərəzini üzərinə polis əməkdaşı İsmayıl qoymuş, həmin vaxt digər polis əməkdaşı Namaz da orada olmuşdur.Üzərində aşkar olunmuş heroinlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin evində saxladığı 3 qram marixuanaya görə və narkotik maddələrin istifadəçisi olduğuna görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı Şahid1 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞ-nin əməkdaşıdır.03 oktyabr 2022-ci il tarixdə ona Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik maddələr əldə edib üzərində saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 22 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı özü və polis nəfəri Şahid2 tərəfindən Təqsirləndirilən şəxs Şirvan şəhəri, M.Mirzəyev küçəsində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib Şirvan ŞPŞ-nə aparılmışdır.Polis şöbəsində təhqiqatçı Səxavət Garayev tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim edib bükümün içərisində heroin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs şalvarının digər cibindən bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur.Təqdim olunmuş bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini və elektron tərəzini bir müddət əvvəl küçədə, yerdən tapdığını, heroini şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur.Polis nəfəri Şahid2 əməliyyat qrupun üzvü olmuş və əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı evə getməmişdir.Əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs küçədə saxlanılıb birbaşa şəhər polis şöbəsinə aparılmışdır.Həmçinin Təqsirləndirilən şəxs üzərində marixuana yox, heroinə oxşar kütlə aşkar olunmuşdur.Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və polis nəfəri Şahid2 tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır.Təqsirləndirilən şəxs Şirvan şəhər ərazisində narkotiklərdən istifadə etməsi barədə ona məlumat daxil olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olmaqla kiməsə narkotik maddə satması barədə konkret heç bir məlumat əldə etməmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 03 oktyabr 2022-ci il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadəsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxıl olmuş və həmin gün saat 22 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, M.Mirzəyev küçəsində saxlanılıb Şirvan ŞPŞ-nə aparılmışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 oktyabr 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı Səxavət Garayev tərəfindən müdafiəçi Eyvaz Əhədovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir bükümdə heroinə oxşar kütlə və bir ədəd elektron tərəzi aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin heroin olduğunu, həmin heroini və elektron tərəzini Şirvan şəhərində küçədə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Aşkar olunmuş kütlə və elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür.Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 04 oktyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “… Təqsirləndirilən şəxs üzərindən …” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə, təmiz çəkisi 2,196 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində “… Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı … elektron tərəzi ... ” sözləri yazılmış kağız paketdə olan 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır.İz mikrohissəcikləri normal çəki təşkil eymədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddə ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir.Ekspertiza tədqiqatından sonra qalıq heroin 2,146 qramdır.Ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 04 fevral 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2,146 qram heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin 26 oktyabr 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın narkoloji kabinetində “Opidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi”(Fİİ.2) diaqnozu ilə qeydiyyatdadır. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 oktyabr 2022-ci il tarixli qərarla müəyyən edilir ki, PX-nin 3 saylı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı hər iki ayağının altında şişkinlik və sol ayaq altında göyümtül rəngli qançır aşkar olunması ilə bağlı daxil olmuş Xüsusi məlumat üzrə Şirvan şəhər prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis əməkdaşları tərəfindən tutulduqdan sonra evinə aparılması, evində olan təxminən 3 qram marixuananın polis əməkdaşı tərəfindən götürülməsi, üzərində aşkar olunmuş heroinin və elektron tərəzinin ona məxsus olmaması, həmin heroini və elektron tərəzini üzərinə polis əməkdaşının qoyması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları tərəfindən tutulduqdan sonra evinə aparılması, evində olan təxminən 3 qram marixuananın polis əməkdaşı tərəfindən götürülməsi, üzərində aşkar olunmuş heroinin və elektron tərəzinin ona məxsus olmaması, həmin heroini və elektron tərəzini üzərinə polis əməkdaşının qoyması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər İsmayıl Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş heroinin və elektron tərəzinin özünə məxsus olmasını, həmin heroini və və elektron tərəzini yerdən tapdığını, heroini şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir), eyni zamanda məhkəmədə verdiyi ilkin ifadəsi ilə sonrakı ifadəsinin ziddiyyətli olması (əvvəlki ifadəsində evində özünə aid 3 qram marixuananı polis əməkdaşı İsmayıla verdiyi, polis şöbəsində Namaz adlı polis əməkdaşının üzərinə heroin bükümünü qoyduğunu göstərmiş, sonrakı ifadəsində isə üzərinə heroin kütləsini İsmayıl adlı polis əməkdaşının qoyduğunu, Namaz adlı polis əməkdaşının isə ona qarşı qanunsuz hərəkətlərə yol vermədiyini bildirmişdir.Həmin xüsusatla bağlı Şahid1 ifadəsində göstərmişdir ki, əməliyyat qurupuna özü rəhbərlik etmiş, polis nəfəri Şahid2 isə qrupun üzvü olmaqla onun tabeliyində olmuş, həmçinin onlar Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmamışlar.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs ifadələrində biri-birini təkzib edən xüsusatları sübut kimi qəbul etmir) tam təkzib olunur.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər.Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Şirvan Şəhər Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxsn verilmiş ittiham üzrə özünü təqsirli bilib üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda-2,196 qram heroini əldə edib, saxlayıb üzərində daşıması cinayətini törətməsi təsdiq olunsa da, onun həmin narkotik maddəni məhz satış məqsədi ilə əldə etməsi, yəni CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Eyni zamanda dövlət ittihamçısı çıxışında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş külli miqdarda-2,196 qram heroini satış məqsədi ilə deyil, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxlayıb üzərində daşımağının təsdiq olunduğunu, buna görə də istintaq orqanı tərəfindən onun əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmadığı qənaətinə gəlib təqsirləndirilən şəxsin bu əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməklə ittiham olunmalı olduğunu və Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərə tutulmuş cinayəti törətməkdə ittiham olunmasını müdafiə edərək onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasını bildirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq dövlət ittihamçısının ittihamla bağlı mövqeyini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməklə o, CMnin 234.1-1-ci maddəsində nəzərə tutulmuş cinayəti törətməkdə təqsirli hesab edilməlidir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir.Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 2,196 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,196 qram heroin əldə edib, saxlayıb üzərində daşıyarkən 03 oktyabr 2022-ci il tarixdə, saat 22 radələrində Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən Şirvan şəhəri, M.Mirzəyev küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı 2,196 qram heroin aşkar edilib götürülmüş və bununla da o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Şirvan Şəhər Məhkəməsinin 17 aprel 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və o, 17 yanvar 2018-ci ildə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) 17 aprel 2017-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan, Şirvan şəhər, Hacıqəhrəmanlı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, ev 41-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (qəsəbə icra nümayəndəliyinə ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 61 və 59-cu maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə onun yaşadığı ərazidə xəstəxanada narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Şirvan ŞPŞnin maddi sübutlar otağında saxlanılan 2,146 qram narkotik vasitə olan heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə onun yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,146 qram narkotik vasitə olan heroin və üzərində heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-250/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-250/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver