Məhkəmə qərarları › İş №1(099)-250/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-250/2025

28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-250/2025 28.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məkumluğu olan, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 152də qeydiyyatda olmaqla yaşamış, 07 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Biləsuvar Rayon Məhkəməsinin 08 dekabr 2024-cü il tarixli, 4(022)-64/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək məqsədi ilə «Tik-tok» sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan «Rafiq» adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, 07 dekabr 2024-cü il tarixdə Biləsuvar rayonuna gələrək aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvü tərəfindən Biləsuvar rayon Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun sağ kənarında quraşdırılmış «Mal-qara» yol nişanın yanında əvvəlcədən gizlədilmiş yerdən külli miqdarda-1770,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşıyaraq «Toyota Auris» markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamış, həmin tarixdə saat 03:59 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən «Lukoil» YDM-nin yaxınlığında saxlanılmış, avtomobilə baxış keçirilərkən avtomobilin salonunun arxa sağ ayaqaltı hissəsində yapışqanlı lentə sarılmış 02 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1080,0 və 690,0 qram olmaqla, ümumilikdə külli miqdarda-1770,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanolepitik əlamətlərinə və bioloji komponent tərkibinə görə bir-birləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək demişdir ki, 06 dekabr 2024-cü il tarixdə saat 22 radələrində «Tik-tok» sosial şəbəkəsində adının Rafiq olmasını deyən İran İslam Respublikasının vətəndaşı «patıkola» profili ilə mesaj yazaraq, ondan narkotik vasitələri Azərbaycan Respublikası ərazisində daşımağını istəmiş və bunun müqabilində 2000 manat pul təklif etmişdir. Rafiq ona +**********76 saylı mobil nömrəsini vermiş və əlaqə saxlamağını istəmişdir. Rafiq adlı şəxsdən narkotik vasitəni haradan götürəcəyini soruşmuş, sonuncu ona narkotik vasitənin Salyan rayonu ərazisində olmasını, bağlamanı götürdükdən sonra şəklini çəkib ona atmağını və daha sonra həmin bağlamanı Lənkəran şəhərinə aparmağını istəmişdir. Rafiqin təklifi ilə razılaşmış və yaşadığı evdən çıxmışdır. Rafiq ondan bir ədəd bank kartı və şəxsiyyət vəsiqəsinin şəklini göndərməyini istəmiş və pul göndərəcəyini demişdir. Bakı şəhərindən tanımadığı şəxsin avtomobili ilə Salyan rayonuna getmişdir. Rafiq onun telefonuna gedecəyi ünvanı elektron qaydada göndərmişdir. Təxminən saat 02:00 radələrində avtomobilindən düşmüş və ətrafda olan mağazaların şəklin çəkərək Rafiqə göndərmişdir. Bundan sonra Rafiq ona yeni bir elektron ünvan göndərmişdir. Yeni elektron ünvan Biləsuvar rayonu ərazisini göstərmişdir. Orada olan taksilərdən birinə yaxınlamış və sürücüdən onu Biləsuvar rayonuna aparmasını xahiş etmişdir. Taksi «Toyota Auris» markalı avtomobil olmuş, avtomobilin sürücüsünün adı Elşən olmuşdur. Taksi ilə razılaşdıqdan sonra avtomobilə minmiş, yolda olan zaman Rafiq ona dəqiq ünvan və bağlamanı qoyduğu yerin şəklini göndərmişdir. Biləsuvar rayon istiqamətində hərəkətdə olarkən sürücü ilə Biləsuvar rayonuna hansı məqsədlə getməyi barədə söhbət etməmişdir. Biraz sonra onlar Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisinə daxil olmuşlar. Yolun sol tərəfində quraşdırılmış mal-qara yol nişanın yaxınlığında avtomobili saxlamasını Elşəndən xahiş etmişdir. Elşən avtomobili saxlamış, o da avtomobildən düşmüşdür. Avtomobildən düşən zaman Elşənə yolun kənarında telefonla danışacağını və tanışına olduğu yeri izah etmək istədiyini bildirmişdir. Avtomobildən təxminən 10-15 metr piyada uzaqlaşmış və üzərində heyvan şəkli olan yol nişanın yanına getmiş və orada olan bir ədəd qara rəngli sellofan bükülünü götürmüş və avtomobilin yanına qayıtmışdır. Həmin bükülünü avtomobilin arxa sağ ayaqaltı hissəsinə qoymuşdur. Elşən ondan həmin bükülünü nə olmasını soruşan zaman, bağlamanı yerdən tapdığını və içərisində meyvə olduğunu deyərək cavab vermişdir. Elşəndən onu Lənkəran şəhərinə aparmasını xahiş etmişdir. Lakin Elşən saatın gec olmasını deyərək, onu aparmaqdan imtina etmiş, onu Lənkəran şəhərinə gedən taksilərin dayandığı yerə apara biləcəyini demişdir. O da Elşənlə razılaşmışdır. Bundan sonra onlar hərəkətə başlamışlar. Bir-iki dəqiqə getdikdən sonra polis əməkdaşları Elşənə saxla işarəsi vermişlər. Elşən də avtomomobili yolun kənarına çəkərək saxlamışdır. Polis əməkdaşları onlara videogörüntü ilə yaxınlaşmışlar, üstlərinə və avtomobilə həmin yerdə baxış keçirmişlər. Avtomobilə baxış zamanı avtomobilin sağ oturacağının ayaqaltı hissəsindən onun əvvəlcədən oraya qoyduğu bir ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamaya açılıb baxıldıqda içərisindən 2 ədəd ayrı-ayrı bükülü aşkar edilərək götürülmüşdür. Onları Biləsuvar RPŞ-nə aparmışlar, ona vəkil təyin olunandan sonra şübhəli şəxs kimi tutulmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuananı Biləsuvar rayonunun ərazisindən götürüb, Lənkəran şəhərinə aparacaqmış, bunun müqabilində Rafiq ona 2000 manat pul verməyinə söz vermişdir. Saxlanılan zaman və polis şöbəsində ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişlər və döyməmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyini cinayət əməllərini etiraf etməsini, özünün və anasının xəstə olmasını nəzərə alaraq ona minumum həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin X1 baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsindən ötrü 06 dekabr 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. 07 dekabr 2024-cü il tarixdə saat 03:59-də Təqsirləndirilən şəxs içərisində olması ehtimal ehtimal olunan «Toyota Auris» markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsinin 104-cü kilometrliyində yerləşən «Lukoil» YDM-nin yaxınlığında əməliyyat qurupunun üzvləri olan Biləsuvar RPŞnin DYPB-nin əməkdaşları tərəfindən saxla işarəsi verilib saxlanılmışdır. «Toyota Auris» markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə və içərisində olan şəxslərə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs və sürücü Şahid1 üstünə həmin yerdə baxış keçirmişlər narkotik vasitə aşkar olunmamışdır. Avtomobilə baxış keçirilən zaman avtomobilin sağ oturacağının ayaqaltı hissəsindən bir ədəd bağlama aşkar edilmiş, həmin bağlamaya açılıb baxıldıqda 2 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni Biləsuvar rayon ərazisindən əldə etdiyini və Lənkəran şəhərinə aparacağını bildirmişdir. Dindirilmiş şahid X3 ifadəsində Təqsirləndirilən şəxs və Şahid2 ifadələrində göstərdikləri xüsusatlarda özünə aid olan hissələri olduğu kimi təsdiq etmişdir. Təqsirləndirilən şəxs şahidlərin düzgün ifadələr verdiklərini bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında, 07 dekabr 2024-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı «Toyota Auris» markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ ayaqaltı hissəsindən 02 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1080,0 qr: -690,0 qram; ümumi təmiz çəkisi: -1770,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-74) -«əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair» 07 dekabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, 07 dekabr 2024-cü il tarixdə saat 03:59-də Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan «Toyota Auris» markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu, Xırmandalı kəndində keçən hissəsinin 104-cü kilometrliyində yerləşən Lukoil YDM-nin yaxınlığında əməliyyat qurupunun üzvləri olan Biləsuvar RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxla işarəsi verilib saxlanılmışdır. Bundan sonra Biləsuvar RPŞ-nin TB-nin polis nəfəri, polis baş serjantı X4 tərəfindən «Samsung A32» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla «Toyota Auris» markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə və içərisində olan şəxslərə yaxınlaşmışlar. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Təqsirləndirilən şəxs üstünə yoxlama və götürmə aparılmasından əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı üzərindən 2 ədəd 10 (on) manat, 2 ədəd 20 (iyirmi) manat olmaqla pul əskinzalar aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Daha sonra avtomobilin sürücüsü Şahid1 üstünə həmin yerdə keçirilmiş və Şahid1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmiş, sonra Şahid1 üstü yoxlanılmış, yoxlama zamanı üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüş, əlavə olaraq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya predmet aşkar edilmişdir. Bundan sonra «Toyota Auris» markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa sağ oturacağın ayaqaltı hissəsindən bir ədəd bağlama aşkar edilmiş, həmin bağlama açılıb baxıldıqda 2 ədəd olmaqla,1 (bir) bükümdə 755 qram (yeddi yüz əlli beş), 2 (iki) bükümdə 1180 qram (min yüz səksən) olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılaraq götürülmüş, əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən iki ədəd «Samsung» markalı mobil telefon götürülmüşdür.(i.v.11-13) -«əməliyyat-axtarış tədbirinin keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə haqqında» 07 dekabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Biləsuvar RPŞ-in NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Biləsuvar RPŞ-in PPXB-nin polis serjantı Şahid3 iştirakları ilə protokol tərtib edilmişdir. Protokolda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 152 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin əldə etməsində, saxlamasında və daşınmasında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun cinayət əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar əsasında 07 dekabr 2024-cü il tarixdə, saat 03:59 radələrində Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Toyota Auris” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hissəsinin 104-cü kilometrliyində yerləşən Lukoil YDM-in yaxınlığında avtomobillə hərəkətdə olan zaman həmin avtomobilin sürücüsü Şahid1 ilə birlikdə saxlanılmış, Təqsirləndirilən şəxs «Toyota Auris» markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa oturacağın ayaqaltı hissəsindən təqdim etdiyi 1(bir) ədəd sellefon torbadan aşkar edilmiş 2 ədəd olmaqla 1(bir) bükümdə 755 qram, ikinci bükümdə 1180 qram olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə RPŞ-yə gətirilmiş və raportda qeyd olunaraq aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan videogörüntüyə və bir ədəd bağlamaya baxış keçirilmişdir. Görüntüdə təhqiqata təqdim olunan 2 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlələrin Təqsirləndirilən şəxs «Toyota Auris» markalı **- HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa oturacağın ayaqaltı hissəsindən çıxardıb təqdim edərək həmin kütləni yol kənarından götürməsini, həmin narkotik vasitədən avtomobilin sürücüsü Şahid1 məlumatının olmadığını bildirməsi və aşkar olunmuş bükümlərin büküldüyü qara rəngli sellofanla birlikdə Təqsirləndirilən şəxs saxlanıldığı Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən Lukoil YDM-in yaxınlığında yol kənarında elektron tərəzidə çəkildikdə içərisində qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu birinci bükümün çəkisinin 755 qram, ikinci bükümün çəkisinin 1180 qram olması müəyyən edilərək qablaşdırılıb götürülməsi müşahidə edilmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı «Sony» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-in PPXB-in polis serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır.(i.v.16-17) -«şübhəli şəxsin tutulması haqqında» 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:25-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.30) -«materialların məhkəmə ekspertizası, məhkəmə bioloji ekspertizası»nın 07 dekabr 2024-cü il tarixli, 19/768 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «**-HO-***dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa ayaq altı hissəsindən aşkar edilmiş 2 ədəd büküm…» sözlər və imzalar olan bir ədəd bağlamadakı, 2 ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkisi -1080,0 qr, -690,0 qram olmaqla ümumi təmiz çəkisi:-1770,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.(i.v.66-68) -«təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Biləsuvar Rayon Məhkəməsinin 08 dekabr 2024-cü il tarixli, 4(022)-64/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (i.v.98-99; 125-129) -«maddi sübutun tanınması haqqında» 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi-1770,0 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış -1769,8 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir.(i.v.165) -«Bakcell MMC-dən 24 dekabr 2024-cü il tarixli, 191187 nömrəli məktubla daxil olmuş diskdə olan zənglərə baxış keçirilməsi haqqında» 31 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edə bilən aşağıdakı hallar müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrəsini Təqsirləndirilən şəxs istifadə etmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2024-ci il tarixdə saat 21:32:03-də ***-***-**-** saylı mobil nömrəyə «Adil Suveniy salib deyir azdi alemi gatacam. 04 getirsin azdi. polis adi zad cekir...poxa dusmuyey» sözləri yazılmış SMS göndərmişdir.(i.v.168-170) -«Təqsirləndirilən şəxs götürülmüş mobil telefona baxış keçirilməsi haqqında» 09 yanvar 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, telefonun korpusunun qara rəngli və «Samsung» markalı olması müəyyən edildi. Telefonda «Azerfon» mobil operatoruna məxsus ***-***-**-** saylı nömrə və "xxxx" mobil operatoruna məxsus ***-***-**-** saylı nömrəsi vardır. Telefonun «zənglər», «mesajlar», şəkillər, vatsap və instagram proqramlarına baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək aşağıdakı məlumatlar aşkar edilmişdir. Mobil telefonun «whatsapp» proqramına baxış zamanı orada-Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı nömrə qeydiyyatdan keçdiyi vatsap sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasına məxsus olan «Pati Kola» adı ilə qeydiyyata alınmış +**********76 saylı mobil nömrə ilə vatsap sosial şəbəkəsi vasitəsi ilə mesajlaşması müəyyən edilmişdir. «Whatsapp» sosial şəbəkəsindən götürülmüş səsli mesajlar aşağıdakı kimidir: Təqsirləndirilən şəxs - Baba salam necesen kefin əhfalın, nə sözün, nə qulluğun, Təqsirləndirilən şəxs - Baba mən möhkəm adamam, sən mənin nə cür istəsən iş görə bilərsən, nəsə varsa hörmətimi elə daşıyım sənin üçün nə istəsən. Pati Kola-Brat gül var daşımaq, kilosu iki mindi Salyandan Lənkərana, Təqsirləndirilən şəxs - Problem yoxdu, nə vaxt istəsən konum at gedim, Təqsirləndirilən şəxs - kartı atacam sənə pulumu göndərərsən, sənin də bağlaman hara deyecəksən oraya qoyacam, başqa söhbət ola bilməz, hələ ki, pulum yoxdu, olanda gələrəm görüşərik, sən mənə dəqiq vaxtın və yerin de, Pati kola- öz maşının var? Təqsirləndirilən şəxs - mən təmiz adamam şəxsiyyət vəsiqəmi də ata bilərəm sənə, mənim maşınım yoxdu, ama bunun məsələyə dəxli yoxdu, sən konumu at mən lazimi yerə çatdıracam malını, mən əvvəlcədən də bu işlə məşğul olmuşam, yəni ki, bilirəm. Pati Kola - Brat danışıb həll edirəm. Təqsirləndirilən şəxs - sənə indi kart və şəxsiyyət vəsiqəmin şəkillərini atıram. Pati Kola - Brat üç kiloqram ot olacaq, Təqsirləndirilən şəxs - qardaşım mən sənə inanıram, sənə qarşı dürüst olacam, sən də mənə söz ver ki, mənə qarşı düz olacaqsan, Pati Kola - qaqam bax mən sənə yol pulu vururam, allah haqqı iş görən adamlarıq, kişiyik, sənə dürüstəm, Təqsirləndirilən şəxs - OK, Pati Kola - Bidənə zəng edim deyirəm, Təqsirləndirilən şəxs - Bu mənim kartımdı, Pati Kola - yola çıxanda vuracam qaqa M10 yoxdu? Təqsirləndirilən şəxs - yox, Bu da mən, Pati Kola - tamamdı brat, danışım yazacam, qaqa çıx sən allah məni aldatma, çoxu gəlir yalanan mal atdırır, çıx, Təqsirləndirilən şəxs - hara gedecəm, Pati Kola- Salyana, vəsiqəni niyə pozdun? Təqsirləndirilən şəxs - sən mənə de görüm, mən malı hardan götürəcəm, kimdən götürəcəm, sən mənə pul at ki, Salyana gedə bilim, qaqa səhf atdıme, əlim dəydi sildim şəxsiyyət vəsiqəmi, təzədən göndərdim. Sən mənə demişdinə 2000 manat pulu göndər, necə kilo olur olsun, mən daşıyacam. Ordan götürüb, hara aparacam, Lənkərana aparacam. Təqsirləndirilən şəxs - oldu mənim qardaşım sən kartıma 20 manat pul mən evdəyəm hazıram, çıxım gedib Salyana malı götürüm, aparım Lənkərana, daha sonra da qoyduğum yerin konumunu atım sənə, Təqsirləndirilən şəxs - onda sən mənim nömrəmi həmin adama ver mən onunla danışım mənə konum atsın, sən pulu göndər ki, mən evdən çıxım. Pati Kola - qaqa çıxandan sonra pulu atacam, SMS gəlir? Təqsirləndirilən şəxs qaqa mən Salyandan malı götürəcəm, istədiyin yerə qoyacam, sən məni malı göndərdikdən sonra dediyin 2000 manat pulu mənə göndərərsən, lakin sən pulu göndərməsən, mən malı yerini qoymayacam və pulu göndərənə kimi gözləyəcəm. Pati Kola - qaqa çıxırsan, Təqsirləndirilən şəxs - Hə çıxmışam uje yoldayam, gör ata bilirsən kartıma 20 manat atda, ok, 5411-2498-0701-1726 leo, yoldayam gedirəm, Pati Kola - yaxşı qaqam, Təqsirləndirilən şəxs - mən çıxmışam uje gedirəm, sən karta yol pulu kimi 20 manat atda, çatan kimi də sənə xəbər edəcəm 2000 manat pulu da göndərərsən, Pati Kola - A.S.A: Təqsirləndirilən şəxs bu ada gəlib, Təqsirləndirilən şəxs - hə urəyim gəldi, heçnə sağol, gedirəm ora pulun yarısın göndər, digər yarısında malı götürəndən sonra atarsan, Pati Kola - Kaptan kartın var? Təqsirləndirilən şəxs - Yoxdu ürəyim bidənə leo kartım var, Pati Kola - yaxşı nə qədər yolun var, 1800 manat pul vuracam qalanını da malı qoyanda, razısan? Təqsirləndirilən şəxs - Qobustana çatıram, hə razıyam, Pati Kola - canımsan qaqa səsə qulaq as, Təqsirləndirilən şəxs - Ələti keçmişəm uje sən xəbər elə ona məni qarşılasın, çatıram, Pati Kola - Yaxşı brat, Təqsirləndirilən şəxs - dedin hardan götürəcəm, Pati Kola - qoy gəlsin, konum at gəlsin, Təqsirləndirilən şəxs - mən uje çatıram konum atsın və malı hazırlasın, düşüm gözləməyim, Pati Kola - Bura atacaq, sur bura, Təqsirləndirilən şəxs - qaqa mən indi Salyandayam bu konum haranı göstərir ki, mənə dəqiq yer de, mal nəyin yaxınlığındadı. Pati Kola - Gözlə zəng edib sənə başa salacam, Təqsirləndirilən şəxs - hə bildim, yarım saata çatacam dediyin yerə sən denən həll etsin. Pati Kola - qara sellofan torba mal-qara yol nişanın altındadı. Təqsirləndirilən şəxs - sən mənə o biri tərəfi də dedə mən sora hara gedəcəm, yaxşı narahat olma, çatım götürüm, atacam, Təqsirləndirilən şəxs - mən kəndə girəndə götürüm, yoxsa qayıdan da, burda stop çox olduğuna görə çaş-baş qalmışam. Qaqa al-marketi keçmişəm mən nə qədər gəlim. Mən hazırda oba marketin yanında sən ona denən dəqiq yer desin mən qalmışam, yolda bilmirəm hara gedim, Pati Kola - Konum at mənə, Təqsirləndirilən şəxs - qaqa Şorsuludayam veqas marketi keçirəm uje, ordan düz gedim. Təzə yol çəkirlən həmin yoldu, mənə dəqiq de, həmin ərazi necə adlanır mənə de, Pati Kola - mənə bidənə konum at, baba qoşa körpü var, Şorsulu Biləsuvar körpüsü ondan 4-5 kilometr aşağıda tras qırağında təzə təmir gedib, sakit kamerasız yerdi. Təqsirləndirilən şəxs - mən üzü düz gedəndə görəcəm, yoxsa geri qayıdanda görəcəm, mən bundan sonra Lənkərana necə gedəcəm burda taksi olur? Bundan əlavə telefona baxış zamanı başqa əhəmiyyət kəsb edən hallar aşkar olunmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş «Samung» markalı mobil telefon maddi sübut kimi tanınmış və RPŞ-nin saxlancına təhvil verilmişdir.(i.v.174-197) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 10 dekabr 2024-cü il tarixli, 829 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür.(i.v.205) -«məhkəmə-tibbi ekspertizası»nın 11 dekabr 2024-cü il tarixli 491 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı.(i.v.206-207) -«ambulator məhkəmə-psixiatrik ekspertizası»nın 11 dekabr 2024-cü il tarixli, 3648 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi emosional-labil pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən müəyyən edilmiş üzvi mənşəli emosional labil pozuntuda qeyri-psixotik əlamətlər o dərəcədə ifadə olunmayıb ki, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.(i.v.210-213) -«təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 30 yanvar 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, istintaq hərəkətinin iştirakçılarını Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində keçən Ələt-Astara yolunun sağ kənarında quraşdırılmış «Mal-qara» yol nişanın yanına aparmışdır. İfadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, 06 dekabr 2024-cü il tarixdə «Rafiq» adlı İran İslam Respublikasının vətəndaşı ilə «whatsapp» sosial şəbəkəsi vasitəsilə danışmış və sonuncunun tapşırığı ilə 2000 manat pul müqabilində Sumqayıt şəhərindən Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində keçən Ələt-Astara yolunun sağ kənarında quraşdırılmış «Mal-qara» yol nişanın yanına 07 dekabr 2024-cü il tarixdə saat 04 radələrində gələrək orada əvvəlcədən Rafiq adlı şəxs tərəfindən qoyulmuş içərisində narkotik maddələr olan sellofan bağlamanı götürüb oraya gəldiyi «Toyota Auris» markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamışdır. Təqsirləndirilən şəxs sellofan bağlamanı götürdüyü yeri əli göstərərək təqdim etmişdir.(i.v.226-229) -«sübutların qiymətləndirilməsi haqqında» 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı «Samsung A32» markalı videkamera ilə aparılmış videoçəkilişi özündə əks etdirən bir ədəd disk və "xxxx" MMC-dən 24 dekabr 2024-cü il tarixli, 191187 nömrəli məktubla daxil olmuş bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı aşkar olunmuş «Samsung» markalı bir ədəd mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir.(i.v.233-247) -«cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 02 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir.(i.v.250-252) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqçadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyətləri nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən qurudulmuş marixuana narkotik hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuananın 5 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində «miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər» şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində «digər şəxsi maraq» dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş «digər şəxsi maraq», törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda-1770,0 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşıması onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqəsi ilə əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək məqsədi ilə «Tik-tok» sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan «Rafiq» adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, 07 dekabr 2024-cü il tarixdə Biləsuvar rayonuna gələrək aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvü tərəfindən Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində keçən Ələt-Astara yolunun sağ kənarında quraşdırılmış «Mal-qara» yol nişanın yanında əvvəlcədən gizlədilmiş yerdən külli miqdarda-1770,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşıyaraq «Toyota Auris» markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamış, həmin tarixdə saat 03:59 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən «Lukoil» YDM-nin yaxınlığında saxlanılmış, avtomobilə baxış keçirilərkən avtomobilin salonunun arxa sağ ayaqaltı hissəsində yapışqanlı lentə sarılmış 02 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 1080,0 və 690,0 qram olmaqla, ümumilikdə külli miqdarda-1770,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanolepitik əlamətlərinə və bioloji komponent tərkibinə görə bir-birləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. «X2 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, -«əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair» protokol və ona əlavə edilmiş videoçəkiliş, «məhkəmə ekspertizası»nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -10 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Xətai Rayon Məkməsənin 08 aprel 2009-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2010-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2016-cı il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 180.2.2, 234.1 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər, Nizami Rayon Məhkəməsinin 26 aprel 2018-ci ildə qərarı ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsi Cinayət Məcəlləsinin 66.2 maddəsinə tövsif edilmiş, 27 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistya Qərarının 2.4-cü bəndi tətbiq edilməklə, qərarın 36-cı bəndinə əsasən cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. 30 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Aministiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən 1 (bir) ay, 5 (beş) gün vaxtından əvvəl şərti azad edilmiş, 10 oktyabr 2023-cü il tarixdə cəzanı çəkib qurtardıqdan sonra qeydiyyatdan çıxarılmışdır.(i.v.158-160) Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmamışdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olması Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən, əməlini etiraf etməsi, əməlindən peşman olması, ailə, maddi və sosial vəziyyəti Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X6rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X5 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 07 dekabr 2024-cü il tarixdən hesablanmalı və Biləsuvar Rayon Məhkəməsinin 08 dekabr 2024-cü il tarixli, 4(022)-64/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. «Ambulator məhkəmə-psixiatrik ekspertizası»nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs «üzvi mənşəli emosional labil pozuntu, anamnezində qıcolma tutmaları ilə» xəstə olması qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi mənşəli emosional-labil pozuntu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 nömrəli «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.5-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs psixi xəstəliyi ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə təyin edilməməli və o, ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altmış) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Biləsuvar RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 1769,8 qram olan qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı ondan aşkar olunmuş «Samsung» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 (bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 07 dekabr 2024-cü il tarixdən hesablansın. Biləsuvar Rayon Məhkəməsinin 08 dekabr 2024-cü il tarixli, 4(022)-64/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi-1769,8 qram olan qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında salxanılan Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 (bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar