Məhkəmə qərarları › İş №1(099)-251/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-251/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-251/2022 05.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X3 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, 14 sentyabr 1990-cı ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Salyan rayonu Qarabağlı kəndində idə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində 10 dekabr 2021-cı ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs ` Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 127.2.2.-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci ildə axşam saatlarında Salyan rayonunun Qarabağlı kəndində yaşadığı evdə psixotrop maddə metamfetamin və digər psixoaktiv maddələrin müştərək qəbulu nəticəsində yaranmış toksikomaniya xəstəliyinin təsiri altında arvadı Zərərçəkmiş şəxs ona xəyanət edərək qardaşı Şahid2 ilə cinsi əlaqədə olduğunu güman etdiyi üçün ailə münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq-təpik zərbələri vurub döyərək dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmaya aid çoxsaylı xəsarətlər yetirmişdir. Bundan başqa, o, təkrarən, 2021-ci ilin oktyabr ayının 15-də axşam saatlarında cinayət əməllərinə davam edərək arvadı Zərərçəkmiş şəxs bu dəfə digər qardaşı X4 ilə cinsi əlaqədə olmaqla xəyanət etdiyini güman etdiyi üçün ailə münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs onu döyməməsi ilə bağlı yalvarışlarına məhəl qoymayaraq müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib yumruqtəpiklə yenidən döyərək sağ bazu sümüyünün cərrahi boynunun qapalı, yerdəyişən sınığı və sağ bazu oynağı nahiyəsinin qançır-şişkinliyi, sağ kürək sümüyünün qapalı, yerdəyişən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmaya aid çoxsaylı xəsarətlər yetirmişdir. Bundan başqa, o, 2021-ci ilin oktyabr ayının 24-nə keçən gecə Salyan rayonunun Qarabağlı kəndində yaşadığı evdə əvvəlki münaqişənin davamı olaraq psixotrop maddə metamfetamin və digər psixoaktiv maddələrin müştərək qəbulu nəticəsində yaranmış toksikomaniya xəstəliyinin təsiri altında arvadı Zərərçəkmiş şəxs ona xəyanət edərək atası X5 ilə uzun müddət cinsi əlaqədə olduğunu, hətta kiçik övladının atası Qaradan dünyaya gəldiyini güman edib ailə münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı arvadı Zərərçəkmiş şəxs əlləri ilə özünü zərbələrdən müdafiə edərək onu döyməməsi üçün yalvarışlarına məhəl qoymayaraq cinayətkar əməllərini davam etdirərək xüsusi əzab verdiyini əvvəlcədən dərk etməklə müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib yumruqtəpik, şalvar qayışı (kəməri) və ağac materialından olan bel sapı ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub döyərək sonuncuya peritonarxası hematoma, daxili qanaxma və fermentativ peritonitlə müşayiət olunan mədəaltı vəzin başının və cisminin partlaması kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmaya aid, İ, İİİ bel fəqərələri cisminin sağ köndələn çıxıntıların, İİ bel fəqərəsi cisminin hər iki köndələn çıxıntıların xətti yerdəyişməmiş sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid, başın ənsə nahiyəsinin və sol saidin əzilmiş-cırılmış yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid, alın nahiyəsinin, sağ ayağın, sol aşıq-baldır oynağı nahiyəsinin qançırları, hər iki bazu oynağı, sağ dirsək oynağı, döş qəfəsinin ön səthi, qarın, sağ bud, hər iki diz oynağı nahiyələrin sıyrıqları, hər iki mil-bilək oynağı nahiyəsinin sıyrıqları kimi həm xəsarətlərə aid qəsdən çoxsaylı xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.2.3 və 127.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arvadıdır, 2011-ci ildə ailə qurmuşlar, həmin nikahdan 2013-2015-ci il doğumlu iki övladları vardır. Əvvəllər Fərqanə ilə münasibətləri yaxşı olmuş, lakin sonralar Fərqanənin başında psixi pozuntular yarandığından tez-tez aralarında narazılıqlar yaranmış, onunla yola getməməsinin səbəbi Fərqanənin hərəkətlərindən şübhələnməsi olmuş, bununla bağlı bir neçə dəfə onu döymüş, sonuncu dəfə 2021-ci iln oktyabr ayının 24-nə keçən gecə arvadı Fərqanə ilə aralarında yendən mübahisə yaranmış, mübahisə zamanı Fərqanəni təkrarən döymüş, sonuncunu döyməsinin səbəbi Fərqanənin ona qardaşlarının, atasının və digər şəxslərin onunla yaxınlıq etdiyini deməsi olmuş, hadisədən sonra yaşadığı evin həyətinə gələn polis əməkdaşlarını görüb qaçıb getmişdir. Arvadı Fərqanənin ifadəsində onunla bağlı göstərdikləri, yəni onun əl-ayağını kəndirlə bağlayıb döyməsini, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını göstərməsi tamamilə yalandır. Cinayəti qısqanclıq zəminində törətməsini, əməlindən peşmançılıq keçirməsini, himayəsində iki azyaşlı uşağının olmasını və arvadı Fərqanə ilə barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittihamlar üzrə cinayət əməllərini törətməsini, həmçinin onun bu əməllərin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əridir, onunla 2011-ci ildə evlənmiş, birgə nikahdan onların iki azyaşlı övladları vardır. Əvvəllər aralarında münasibətləri yaxşı olsa da, sonralar Elnur ona xəyanət etməkdə onu günahlandırıb dəfələrlə dəyərək ona çoxsaylı xəsarətlər yetirmiş, 2021-ci ilin yay aylarında Elnur onu döyüb xəsarət yetirdiyinə görə məhkəməyə vermiş, ailəsi dağılmasın, uşaqları atasız qalmasın deyə, Elnuru bağışlamış, onunla barışmış, buna görə məhkəmədə cinayət işinə xitam verilmişdir. Bu hadisədən sonra Elnurun sakit olacağını, bundan sonra onu döyməyəcəyini düşünsə də, bir neçə gündən sonra əksinə hər şey daha pis olmuş, Elnur axşamlar evə narkotik maddənin təsiri altında - hallı vəziyyətdə gəlib ona xəyanət etməkdə günahlandırıb onu yumruq-təpiklə, bel kəməri ilə döyərək onun sağ qolunu, bel fəqərəsini sındırmış, başına və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmiş, sonuncu dəfə qaynanası Elnurun onu döyməsini görüb DİN-in 102 xidmətinə məlumat vermiş, hadisədən sonra o, Salyan mərkəzi rayon xəstəxanasına aparılmış, sonra oradan Bakı şəhərinə aparılaraq uzun müddət orada müalicə olunmuşdur. Hazırda Elnurun onun uşaqlarının atası olmasını, onunla barışdığını nəzərə alaraq məhkəmədən ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında X4 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Əvvəllər qardaşı Elnur arvadı Fərqanə ilə mehriban yaşamış, lakin son bir ildə Elnur arvadı Fərqanənin ona xəyanət etməkdə günahlandırıb onu döymüş, aralarında tez-tez münaqişələr baş vermiş, 2021-ci ilin yay aylarında Elnurun arvadını döyüb xəsarət yetirdiyinə görə məhkəməyə verilmiş, lakin Fərqanə qardaşı Elnur ilə barışdığından cinayət işinə xitam verilmiş, sonuncu dəfə Elnurun arvadı Fərqanəni döyməsini görüb anası DİN-in 102 xidmətinə məlumat vermiş, Elnur polis əməkdaşları tərəfindən tutulmuşdur. Elnurun fikrinə görə guya o, atası və qardaşı Seymur onun arvadı Fərqanə ilə yaxınlıq etmiş, lakin deyilənlərin hamısı yalan və böhtandır. Məhkəmədə Şahid2 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə şahid X2 ifadəsinə oxşar ifadə vermiş, təqsirləndirilən şəxsin onun atası haqqında, eləcə də onunla və qardaşı Süleymanla bağlı dediklərinin hamısı yalan və böhtan xarakterli söhbətlər olduğunu bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 noyabr 2021-ci il tarixli 412 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: peritonarxası hematoma, daxili qanaxma və fermentativ peritonitlə müşayiət olunan mədəaltı vəzin başının və cisminin partlaması; sağ bazu sümüyünün cərrahi boynunun qapalı, yeridəyişən sınığı və sağ bazu oynağı nahiyəsinin qançırşişkinliyi; sol körpücük sümüyünün orta 1/3-nin yerdəyişən sınığı və sol körpücük nahiyəsinin qançır-şişkinliyi; sağ kürək sümüyünün qapalı, yerdəyişən sınığı; İ, İİİ bel fəqərələri cisminin sağ köndələn çıxıntıların, İİ bel fəqərəsi cisminin hər iki köndələn çıxıntıların xətti yerdəyişməmiş sınıqları; başın ənsə nahiyəsinin və sol saidin əzilmişcırılmış yaraları; alın nahiyəsinin, sağ ayağın, sol aşıq-baldır oynağı nahiyəsinin qançırları; hər iki bazu oynağı, sağ dirsək oynağı, döş qəfəsinin ön səthi, qarın, sağ bud, hər iki diz oynağı nahiyələrin sıyrıqları; hər iki mil-bilək oynağı nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Törənmə müddətlərinə görə sıra nömrəsi 3 olan xəsarətlər zərərçəkənin qeyd etdiyi xx.xx.2021-ci il tarixdə yetirilməyə; sıra nömrəsi 2,4 olan xəsarətlər zərərçəkənin qeyd etdiyi xx.xx.2021-ci il tarixdə yetirilməyə, sıra nömrəsi 1,5,6,7,8,9 olan xəsarətlər zərərçəkənin qeyd etdiyi xx.xx.2021-ci il tarixdə yetirilməyə uyğun gəlir. dərəcəsinə görə sıra nömrəsi 1 olan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya; sıra nömrəsi 2,3,4,5 olan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya; sıra nömrəsi 6 olan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Digər xəsarətlər (sıra nömrəsi 7,8,9) isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xaraketrini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər küt predmetlərlə endirilmiş zərbələrin və insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 28 yanvar 2022-ci il tarixli 207 nömrəli rəyindən görünür ki, - Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs bu iş üzrə zərərçəkmiş şəxs qismində keçdiyi üçün onun məcburi müalicəyə ehtiyacının olubolmaması barəsində qoyulmuş sual ona şamil edilmir. Həmin ekspert rəyinin məhkəməpsixoloji ekspertizası üzrə yekun hissəsindən görünür ki, - Zərərçəkmiş şəxs əqliintellektual imkanları nəzərə alınmaqla, ona qarşı edilən hərəkətləri adekvat olaraq qavramaq qabiliyyətinə malikdir. - Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs əqliintellektual imkanları normaya uyğundur, onda başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilmədi. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 yanvar 2022-ci il tarixli 233 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarında olan kompleks stasoionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14 fevral 2022-ci il tarixli 16 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixoaktiv maddələrin müştərək qəbulu nəticəsində şəxsiyyət dəyişikliyinə xas əlamətlər müəyyən edilir. Lakin, Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət dəyişikliyi onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs “psixoaktiv maddələrin müştərək qəbulu nəticəsində şəxsiyyət dəyişikliyi” müəyyən edilir. Əvvəlki sual cavablandırılarkən qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət dəyişikliyi onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Hazırda Təqsirləndirilən şəxs psixi vəziyyəti qənaətbəxş səviyyədə olduğuna görə həmin şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarındadır. Hal-hazırki psixi vəziyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Onun barəsində psixiatrik aspektdə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi tələb olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs “psixoaktiv maddələrin müştərək qəbulu nəticəsində şəxsiyyət dəyişikliyi” müəyyən edilir. Lakin, Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət dəyişikliyi cinayət əməlini törətdiyi dövrdə onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq və hazırki ekspertiza zamanı verdiyi qəribə ifadələr (həyat yoldaşının əqli gerilikdən əziyyət çəkdiyini, atası, qardaşı, qohumları, qonşuları və digər yaxınları olan kişilərlə cinsi əlaqəyə girdiyini iddia etməsi, bu qəbildən olan və zahirən sayıqlamaya bənzəyən fikirlər söyləməsi) onun narkotik vasitələrdən və müxtəlif psixoaktiv maddələrdən istifadə edərkən keçirdiyi hisslərin və söylədiyi fikirlərin yadda qalmış izləri kimi qiymətləndirilə bilər. Narkotik sərxoşluq zamanı belə yaşantılar olur. Sərxoşluqdan sonrakı dövrdə həmin yaşantılar yenidən canlandırıla, yaxud bilərəkdən irəli sürülə bilir. Lakin, sərxoşluq şəxsi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası CM-in 23-cü maddəsinə görə səbəbindən asılı olmayaraq (alkohollu içkilərin qəbul edilməsi, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə olunması nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsini adekvat olaraq qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Həmin ekspert rəyinin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmir. Lakin, onun fərdi-psixi xüsusiyyətlərində öz fikirlərini müdafiə etməklə qarşısındakı şəxsləri buna inandırmağa çalışmaq, məqsədlərinə nail olmaqdan ötrü situasiyanı öz maraqlarına uyğun tərzdə yönəltməyə imkan verə biləcək tərzdə yalan danışmağa meyl etmək kimi əlamətlər müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Onda başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2022-ci il tarixli 180 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Salyan rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə (təqsirləndirilən şəxsin məhkəməyədə icraat zamanı etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin “həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmuş ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 127.2.2-ci maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin cinayətlərin ictimai təhlükəliliyi ondadır ki, bu əməllərin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Məhkəmə Təqsirləndirilən şəxs hər iki maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri hesab edir. Belə ki, cinayətin Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən digər cinayətlər törətmişdir, bu da onun həmin əməlinin ictimai təhlükəliliyini artırır, buna görə də ona digər alternativ cəzaların təyin edilməsi məqsədə müvafiq deyildir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri birbaşa qəsdlə törədilmiş, başa çatmış cinayətlərdir. Belə ki, təqsirləndirilən şəxs öz əməlinin (hərəkətinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini müzakirə edərkən onun hərəkətini Azərbaycan Respublikası CM-in 126.2.3 və 127.2.2-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb cinayətin ailəməişət münasibətləri zəminində törədilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.2.3 və 127.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Çünki o, ittiham olunduğu əməli törədərkən anlaqlı olub öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi, bu əməlin təhlükəli nəticələrini görüb həmin nəticələri arzu etməsi sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, sonuncu dəfə Salyan rayon məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü ilə, CM-in 127.1 və 128-ci maddələri ilə təqsirli bilinərək, CM-in 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu 10 dekabr 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Salyan rayon məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarı ilə də həbsetmənin əvvəli 10 dekabr 2021-ci ildən hesablanmaqla təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla heç bir yerdə işləməyən arvadı və iki azyaşlı uşaqları ilə birgə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü, eyni zamanda törətdiyi cinayəti etiraf etməklə əməlindən peşmançılıqi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə ekspretiza xərci, maddi sübut, maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.3 və 127.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 126.2.3cü maddəsi ilə 8 (səkkiz ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 127.2.2-ci maddəsi ilə 2 (iki ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 10 dekabr 2021-cı ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə toksikomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsinvə o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Cəlil Nəbiyev Hakimlər: Cavid Səfərli Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar