Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-251/2024 07.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxxx 1997-ci ildə Sabirabad rayonun Nizami kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Sabirabad rayonun Nizami kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1992-ci ildə Salyan rayonun Beşdəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Salyan rayonun Beşdəli kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələrin əldə olunması, saxlanması və daşınaraq həmin maddələrin cinayətkar qrupun digər üzvlərinə çatdırılması müqabilində 1000 (bir min) manat pul və istifadələri üçün müəyyən miqdarda narkotik maddə almalarına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü və ya üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd sellofan torbada qablaşdırılmış, üç ədəd bağlamada külli miqdarda-5240,0 qram narkotik vasitə olan heroin, beş ədəd bağlamada külli miqdarda- 8340,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd bükümdə külli miqdarda-47,539 qram psixotrop maddə olan metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram təşkil edən külli miqdarda-100 ədəd narkotik vasitə olan metadon həblərinin Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən hazırda fəaliyyət göstərməyən “Turist” adlı restoranın həyətyanı sahəsində yerləşən sanitar qovşağında gizlədilməsi barədə məlumat verilməsindən sonra 30 avqust 2023-cü il tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə Bakı şəhərindən Cəlilabad rayonu, Göytəpə şəhərinə gəlib, 31 avqust 2023-cü il tarixdə, saat 01 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən fəaliyyət göstərməyən “Turist” adlı restoranın ərazisinə gedib qeyd olunan yerdən bir ədəd sellofan torbanın içərisində üç ədəd bağlamada külli miqdarda-5240,0 qram narkotik vasitə olan heroin, beş ədəd bağlamada külli miqdarda-8340,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd bükümdə külli miqdarda-47,539 qram psixotrop maddə olan metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram təşkil edən külli miqdarda-100 ədəd narkotik vasitə olan metadon həblərini götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 31 avqust 2023-cü il tarixdə, saat 01 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində saxlanılıb üzərilərində şəxsi axtarış zamanı onlara məxsus olmaqla Təqsirləndirilən şəxs1 əlində saxladığı bir ədəd sellofan torbanın içərisində üç ədəd bağlamada ayrı-ayrılıqda 2100,0 qram, 1895,0 qram və 1245,0 qram olmaqla cəmi külli miqdarda-5240,0 qram (5 kq 240,0 qram) narkotik vasitə olan heroini, beş ədəd bağlamada ayrı-ayrılıqda 940,0 qram, 2080,0 qram, 2120,0 qram, 2150,0 qram və 1050,0 qram olmaqla cəmi külli miqdarda-8340,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd bükümdə külli miqdarda-47,539 qram psixotrop maddə olan metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram təşkil edən külli miqdarda-100 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Sabirabad rayonun Nizami kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olan fərdi yaşayış evində yaşamış, fərdi əməklə məşğul olmuşdur. O, bir müddətdir ki, “nəşə”dən (qurudulmuş marixuanadan) istifadə etməyə başlamışdır. Təxminən 5-6 ay əvvəl İnstagram sosial şəbəkəsində “Şahin” adlı İran vətəndaşı ilə tanış olmuş və həmin şəxslə vatsapla danışmış, söhbət zamanı “Şahin” adlı şəxs ondan vəziyyətinin necə olmasını soruşmuş, o da vəziyyətinin yaxşı olmamasını, iş-gücünün olmadığını bildirmişdir. Sonra iranlı “Şahin” adlı şəxs ona “sənin üçün Cəlilabad rayonuna 50 qram “nəşə” göndərə bilərəm” demiş, o da iranlıya 100 manat pul göndərməsini bildirmişdir. Sonra dostu Bəhruzla razılaşmışlar ki, istifadələri üçün 50 qram “nəşə”ni (marixuananı) götürmək məqsədi ilə Cəlilabad rayonuna getsinlər. İranlı “Şahin” onun telefonuna narkotik vasitənin olduğu yerin konumunu (məkan xəritəsini) göndərib Cəlilabad rayonuna getməsini və ona deyəcək yerdən, yəni Göytəpə ərazisindən həmin 50 qram marixuananı götürməsini bildirmişdir. Bundan sonra o, 30 avqust 2023-cü il tarixdə, axşam saatlarında Bakı şəhərindən taksi ilə Bəhruzla birlikdə Cəlilabad rayonuna getmişlər, sonra narkotikin gizlədildiyi yerə köhnə, işləməyən “Turist” adlı kafenin həyətinə gedib orada narkotiki axtarmışlar, həmin vaxt Bəhruz orada olan işıq dirəyin yanına gedib baxmış, lakin narkotik maddəni tapa bilməmişlər. Sonra ora polislər gəlmiş və o, oradan qaçıb uzaqlaşsa da, polislər onu tutmuşlar. Qaçarkən mobil telefonu yerə atmış, polislər telefonu tapıb götürmüşlər. Sonra polislər Bəhruzu da tutmuşlar. İranlı onun telefonuna yol nişanın şəkili göndərilmişdir ki, narkotik vasitə ora qoyulacaqdır, amma həmin şəkildə bağlama, meşok-torba görünməmişdir. Polislər onu tutub maşına mindirib polis şöbəsinə aparanda maşına ağ rəngli torba gətirib qoymuşlar. İranlının ona şəkil olaraq göndərdiyi yol nişanından hardasa 30 metr aralıdan polislər həmin torbanı götürüb maşına gətirmişlər. Polis şöbəsində polis əməkdaşları onu döyərək torbada olan narkotiklərin ona məxsus olmasını bildirmiş, lakin o, həmin torbanın və torbada olan narkotik maddələrin ona məxsus olmamasını demişdir. Sonra polis şöbəsində ona bildirmişlər ki, Bəhruz ifadə verib ki, torbada olan narkotik maddələrin onlara məxsusdur. Bundan sonra polis əməkdaşları onu döyərək təzyiqlər etdiyi üçün o, torbanın içərisində olan narkotik maddələrin onlara məxsus olmasını, həmin narkotik maddələri götürmək üçün Bəhruzla birlikdə Cəlilabad rayonuna gəlib iranlı “Şahin” adlı şəxsin dediyi yerdən, yəni Göytəpə şəhəri ərazisinə olan işləməyən “Turist” adlı kafenin həyətində olan sanitar qovşağından bir ədəd torbanı götürdüklərini deməyə məcbur olmuşdur. Əslində isə özü iranlı ilə telefonla danışıb 50 qram marixuana götürmək üçün Bəhruzla birlikdə Cəlilabad rayonuna gəlmişlər və həmin 50 qram marixuananı da götürə bilməmişlər. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün 50 qram marixuana götürmək üçün Cəlilabad rayonuna getdiyinə görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs1 dostudur, münasibətləri yaxşıdır. O, təxminən iki ildir ki, qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Təxminən 5-6 ay əvvəl İnstagram sosial şəbəkəsində “Şahin” adlı İran vətəndaşı ilə tanış olmuş və həmin şəxslə vatsapla danışmış, söhbət zamanı Şahin narkotik və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirib təklif etmişdir ki, İrandan Azərbaycana narkotik və psixotrop maddələr göndərsin, o da həmin maddələrin satışını təşkil etsin və bunun müqabilində ona müəyyən miqdarda pul versin. Həmin vaxt o, iranlıın bu təkliflərinə əhəmiyyət verməmişdir. 30 avqust 2023-cü il tarixdə, səhər saatlarında dostu Təqsirləndirilən şəxs1la görüşüb söhbət edərkən Şahin adlı iranlının təklifi barədə Bəhruza danışmış, yəni Şahin adlı iranlının Cəlilabad rayonunda gizlədilmiş narkotik və psixotrop maddələri oradan götürüb Bakı şəhərində onun deyəcəyi yerə çatdırmağı müqabilində ona min manat pul və 50 qram qurudulmuş marixuana verməyi təklif etdiyini demiş, Bəhruz da ona həmin iranlı ilə danışmasını və birlikdə gedib narkotik və psixotrop maddələri götürmələrini bildirmişdir. Həmçinin o, Bəhruza Şahin adlı iranlının bunun müqabilində ona verəcəyi 1000 manat pulu onunla yarı bölməsini, onun (Bəhruz) üçün də 50 qram qurudulmuş marixuana qoymasını Şahinə deyəcəyini demiş, Bəhruz da razılaşmışdır. Sonra o, iranlı Şahinə zəng edib təklifini qəbul etdiyini, bu işi dostu Bəhruzla görəcəyini və Bəhruz üçün də 50 qram qurudulmuş marixuana yerləşdirməsini (qoymasını) demiş, Şahin də razılaşıb ona axşam saatlarında Cəlilabad rayonunda Göytəpə adlanan əraziyə gəlmələrini demişdir. Sonra o, bu barədə Bəhruzla danışıb razılaşmışlar ki, axşam saatlarında Cəlilabad rayonunda Göytəpə adlanan əraziyə gedib həmin narkotik və psixotrop maddələri götürsünlər. Bundan sonra 30 avqust 2023-cü il tarixdə, saat 19 radələrində o, Bəhruzla birlikdə Bakı şəhərindən tanımadığı taksi avtomobili ilə yola çıxmış və saat 23 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərinə çatmışlar. Göytəpə şəhərində taksidən düşüb yaxınlıqdakı parka gedib orada oturub bir müddət gözlədikdən sonra Şahinə zəng edib Göytəpə şəhərində olduqlarını deyib narkotik və psixotrop maddələrin gizlədildiyi yeri ona deməsini bildirmiş, az sonra Şahin onun telefonuna həmin maddələrin gizlədildiyi yerin fotoşəkillərini göndərib oraya necə getməli olduqlarını izah etmişdir. 31 avqust 2023-cü il tarixdə, saat 01 radələrində o, Bəhruzla birlikdə iranlı Şahinin ona göndərdiyi şəkillərdə göstərilən istiqamətdə piyada hərəkət edib narkotik və psixotrop maddələrin gizlədildiyi yeri-istifadə olunmayan “Turist” adlı yeməkxananı tapıb ora yaxınlaşmışlar. Sonra o, Şahinə mesaj yazıb çatdıqlarını bildirmiş, Şahin də ona şəkil göndərib mesaj yazmışdır ki, narkotik və psixotrop maddələr ağ rəngli bağlamada həmin yeməkxananın həyətində olan tualetdə gizlədilmişdir. Sonra o, bu bardə Bəhruza demiş, daha sonra onlar birlikdə yeməkxananın həyətinə daxil olmuşlar və o, həyətdə gözləmiş, Bəhruz isə yeməkxananın həyətində tualeti tapmış, sonra Bəhruz tualetdən əlində ağ rəngli bağlama ilə çıxıb ona tərəf gəlib bağlamanı götürdüyünü bildirmiş, o da Bəhruza gəldikləri yola çıxıb Bakıya getmək üçün taksi tapmalarını demiş, Bəhruz da onunla razılaşıb avtomobil yoluna doğru piyada getməyə başlamışlar. Həmin vaxt içərisində narkotik və psixotrop maddələr olan ağ rəngli bağlama Bəhruzun əlində olmuşdur. Onlar təxminən 50 metr gedib avtomobil yoluna çatdıqdan sonra beş nəfər mülki geyimli polis əməkdaşı onları saxlayıb üzərilərində narkotik vasitələr saxlamaqda şübhəli olduqları bildirib üzərilərində qadağan olunmuş əşyaların olub-olmamasını soruşmuş, onlar da Bəhruzun əlində olan ağ rəngli bağlamada narkotik və psixotrop maddələr olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onu və Bəhruzu Cəlilabad RPŞ-nə aparmışlar. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, sosial şəbəkədə tanış olduğu İran vətəndaşı “Şahin” adlı şəxslə vatsapla danışıb 1000 manat pul və narkotik maddə verəcəyi təqdirdə onun dediyi yerdən narkotik maddələri götürüb Bakı şəhərinə aparıb Şahin adlı şəxsin deyəcəyi yerdə gizlədilməsi üçün dostu Bəhruzla birlikdə Göytəpə şəhəri ərazisinə gəldikdələrini və gizlədildiyi yerdən içərisində narkotik maddələr olan bağlamanı götürdükdən sonra polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə gətirildiklərini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışlarla bağlı aparılmış videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, həmin ifadəsini polislərin təzyiqi altında vermişdir. Əslində isə o, iranlı “Şahin” adlı şəxslə danışıb istifadəsi üçün 50 qram marixuana götürmək üçün 30 avqust 2023-cü il tarixdə, gecə saatlarında Bəhruzla birlikdə Cəlilabada getmiş, lakin orada narkotikin gizlədildiyi yerə- Göytəpə şəhəri ərazisində olan işləməyən “Turist” kafesinin həyətinə getsələr də, orada içərisində marixuana olan bağlamanı tapıb götürə bilməmişlər, sonra onlar geri qayıdıb Göytəpə şəhəri ərazisində yolun kənarında olan dayanacaqda dayanıb Bakı şəhərinə getmələri üçün taksi axtarmışlar. Həmin vaxt o, dayanacaqda dayanmış, Bəhruz isə ondan aralanıb avtomobil yolu ilə bir xeyli kənara getmiş, elə həmin vaxt bir qrup polis əməkdaşları ora gəlmiş və o, polisləri görüb qaçsa da, polislər onu tutub Cəlilabad RPŞ-nə aparmışlar. Polislər onu və Bəhruzu bir yerdə tutmamış, polislər əvvəl onu, sonra Bəhruzu tutub polis şöbəsinə aparmışlar. O, polis şöbəsində olarkən Bəhruzun da tutulub ora gətirilməsini bilmişdir. Polis şöbəsində polis əməkdaşları ona Bəhruzun bir ədəd torbanın içərisində olan narkotik maddələrin (heroin, metamfetamin, marixuana və metadonun) onlara məxsus olmasını etiraf etməsini demiş, sonra ona qarşı da təzyiqlər olduğundan o, həmin narkotik maddələrin (heroin, metamfetamin, marixuana və metadonun) onlara məxsus olmasını və Bəhruzla birlikdə həmin maddələri götürmək üçün Cəlilabada gəldiklərini bildirmişdir. Əslində isə özü iranlı ilə telefonla danışıb 50 qram marixuana götürmək üçün Bəhruzla birlikdə Cəlilabada rayonuna gəlmişlər, lakin həmin 50 qram marixuananı da götürə bilməmişlər. İranlı “Şahin” adlı şəxs onunla İrana aid telefon nömrəsi ilə danışmışdır. İstifadəsində olmuş mobil telefonun yaddaşına “Şahin iranlı”, “Şahin iranlı tema” və “Baba” adlarını o, yazmamış, həmin yazılar telefonuna tutulduqdan sonra polislər tərəfindən yazılmışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və buna görə ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün 50 qram marixuana götürmək üçün Cəlilabad rayonuna getdiyinə görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Salyan rayonun Beşdəli kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşamış və şadlıq sarayda ofisiant işləmişdir. O, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla hərbi xidmətlərinə görə üç medalla təltif olunmuşdur. Digər Təqsirləndirilən şəxs2 tanıyır və aralarında yaxın münasibətləri olmuşdur. O, təxminən bir ildir ki, qurudulmuş marixuanadan istifadə etməyə başlamış, tanışı Cavid də marixuana istifadəçisi olmuşdur. Tutulmamışdan iki gün əvvəl, yəni 28 və ya 29 avqust 2023-cü il tarixdə Cavidlə söhbət zamanı Cavid ona Cəlilabad rayonunda olan dostu ona 50 qram marixuna verəcəyini bildirib birlikdə gedib həmin marixuananı götürməyi təklif edib götürəcəyi marixuanadan da ona istifadəsi üçün pay verəcəyini demiş, o da razılaşmışdır. 30 avqust 2023-cü il tarixdə, axşam saatlarında taksi ilə o, Cavidlə birlikdə, həm yoldaşlıq, həm də 50 qram marixuananı götürmək üçün Cəlilabad rayonuna getmişlər. Həmin gün gecə saatlarında Cəlilabada çatandan sonra Cavidin dediyi yerə, yəni yolun kənarında olan köhnə, istifadəsiz “Turist” adlı kafenin həyətinə daxil olmuşlar ki, orada harasa qoyulmuş 50 qram marixuananı götürsünlər. Kafenin həyətində marixuananı axtarıb tapa bilmədiklərinə görə oradan çıxıb yolun kənarına gəlmişlər ki, Bakıya gedən taksi tapıb geri qayıtsınlar. Onlar yolun kənarında olarkən bir qrup polis əməkdaşı gəlib onu və Cavidi tutub əvvəl olduqları kafenin həyətinə aparmış, kafenin həyətində olan sanitar qovşağının yanında, 5-6 metr yaxınlığında yerdə bir ədəd ağ rəngli sellofan bağlama olmasını görmüş, sonra polislər həmin bağlamanı götürüb bağlamanın içərisində olan narkotiklərin ona və Cavidə məxsus olmasını bildirmişlər. O, bağlamanın içərisində nə olmasını bilməmişdir. Sonra polislər onları Cəlilabad RPŞ-nə aparmışlar. Polis şöbəsində polis əməkdaşları ona qarşı təzyiqlər edərək kafenin həyətində olan sanitar qovşağının yanından götürülmüş ağ rəngli sellofan bağlamanın ona məxsus olmasını bildirmiş, o isə həmin bağlamanın ona məxsus olmadığını, Cavidlə birlikdə 50 qram marixuana götürmək üçün gəldiklərini bildirsə də, polislər ona inanmamışlar və onu ailəsi ilə hədələyərək bağlamanı aparıb həyətlərinə qoyub, sonra həyətindən bu bağlama aşkar edilib götürəcəklərini dediklərindən o da razılaşıb bildirmişdir ki, həmin bağlamada olan narkotiklər ona və Cavidə məxsusdur. Bundan sonra veideoçəkilişlə bağlamaya baxış keçirilmiş və bağlamanın içərisindən narkotik maddələr aşkar edilmişdir. Polis əməkdaşlarının ona qarşı təzyiqlər olduğu üçün o, bağlamada aşkar olunmuş narkotik maddələrin ona və Cavidə məxsus olmasını, bağlamanı köhnə, istifadəsiz “Turist” adlı kafenin həyətində olan sanitar qovşağından götürdüklərini bildirmişdir. Əslində isə həmin bağlama və bağlamanın içərisində aşkar olunmuş narkotik maddələr ona məxsus deyil. Tutularkən onun əlində heç bir bağlama olmamışdır. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, Cavid iranlı bir nəfərlə danışdıqdan sonra narkotik maddə götürmək üçün Cəlilabad rayonuna gəlmişdir. O, Cavidin danışdığı şəxsi, o cümlədən iranlı olan şəxsi tanımamış, telefonla heç kimlə də danışmamış və Cavidin narkotiklə bağlı kiminləsə danışmasını bilməmişdir. O, Cavidlə birlikdə 50 qram marixuana götürmək üçün Cəlilabad rayonuna gəlmiş, köhnə, istifadəsiz “Turist” adlı kafenin həyətinə girsələr də, oradan marixuananı tapıb götürməmişlər. Sonra da polis əməkdaşları tərəfindən tutulmuşlar. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin 50 qram marixuana götürmək üçün Cavidlə birlikdə Cəlilabad rayonuna getdiyinə görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, təxminən bir ildir ki, qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 iki ildir ki, tanıyır və aralarında dostluq münasibətləri vardır. 30 avqust 2023-cü il tarixdə, səhər saatlarında yaşadığı ünvanda Təqsirləndirilən şəxs2la görüşıb söhbət edərkən Cavid ona 5-6 ay müddətdir ki, “Şahin” adlı İran vətəndaşı ilə vatsapla danışdığını, həmin şəxsin Cəlilabad rayonunda gizlədildiyi yerdən narkotik və psixotrop maddələri götürüb onun dediyi yerə çatdırmağı və bunun müqabilində ona 1000 manat pul və istifadə etməsi üçün 50 qram qurudulmuş marixuana verəcəyini təklif etməsini demiş, o da Cavidə iranlı ilə danışmasını və bu gün gedib həmin narkotik və psixotrop maddələri götürmələrini, həm də iranlının ona verəcəyi 1000 manat pulu yarı bölmələrini və istifadəsi üçün də 50 qram qurudulmuş marixuana da verməsini iranlıya deməsini Cavidə bildirmiş, Cavid də onunla razılaşıb iranlıya zəng edib onunla dediyi şəkildə razılaşmışlar. İranlı Cavidə narkotik və psixotrop maddələrin Cəlilabad rayonunda Göytəpə adlanan ərazidə gizlədildiyini və oraya getmələrini demişdir. Bundan sonra onlar həmin gün, yəni 30 avqust 2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhərindən tanımadığı bir taksi avtomobilinə əyləşib Cəlilabad rayonuna getmişlər və saat 23 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərinə çatmışlar. Orada taksidən düşüb yaxınlıqdakı parka gedib bir müddət orada oturub gözləmiş, sonra Cavid iranlı ilə telefonla danışıb həmin narkotik və psixotrop maddələrin qoyulduğu yeri öyrənmişdir. İranlı Cavidin telefonuna narkotik və psixotrop maddələrin gizlətdiyi yerin şəkillərini göndərib həmin yerə necə getməli olduqlarını izah etmişdir. 31 avqust 2023-cü il tarixdə, saat 01 radələrində o, Cavidlə birlikdə narkotik və psixotrop maddələrin gizlədildiyi yerin, yəni fəaliyyət göstərməyən “Turist” adlı yeməkxananı tapıb onun yaxınlığına getmişlər. Orada Cavid ona iranlının şəkil göndərdiyini, narkotik və psixotrop maddələrin ağ rəngli bağlamada yeməkxananın həyətində olan tualetdə gizlədildiyini bildirib ona gedib tualetdən bağlamanı götürməyi demişdir. Sonra o, Cavidlə birlikdə yeməkxananın həyətinə daxil olmuş, Cavid həyətdə gözləmiş, o, isə yeməkxananın həyətində olan tualeti tapıb içəri daxil olub divarın küncündə olan ağ rəngli bağlamanı götürüb həyətə çıxıb həyətində onu gözləyən Cavidin yanına getmişdir. Sonra Cavidlə qərara gəlmişlər ki, gəldikləri yola çıxıb Bakıya getmək üçün taksi tapsınlar və onlar bu məqsədlə avtomobil yoluna doğru piyada getməyə başlamışlar. Həmin zaman içərisində narkotik və psixotrop maddələr olan bağlama onun əlində olmuşdur. Onlar təxminən 50 metr gedib avtomobil yoluna çatdıqdan sonra onları beş nəfər mülki geyimdə olan polis əməkdaşı saxlayıb üzərilərində narkotik və psixotrop maddələr saxlamaqda şübhəli olduqlarını bildirib üzərilərində qadağan olunmuş əşya və ya predmet olub-olmamasını soruşmuş, bu zaman o, əlində olan torbada narkotik və psixotrop maddələr olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Cəlilabad RPŞ-nə aparmışlar. Cəlilabad RPŞ-də vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində narkotik və psixotrop maddələr varsa təqdim etməsi təklif olunduqdan sonra o, üzərində narkotik və psixotrop maddələr olmadığını demiş, daha sonra isə əlindəki bağlamada narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən narkotik və psixotrop maddələr aşkar olunmamış, daha sonra təqdim etdiyi bir ədəd ağ rəngli bağlamaya baxış keçirilmiş və baxış zamanı həmin bağlamadan üç ədəd bükülüdə heroin, beş ədəd bükülüdə qurudulmuş marixuana, bir ədəd bükümdə metamfetamin və 100 ədəd metadon həbləri aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş maddələr polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Cavidin dediyi iranlı “Şahin” adlı şəxslə Cavidin əlaqəsi olmuş və həmin iranlı heroin, qurudulmuş marixuana, metadon həbləri və metamfetamin qoyulduğu yer barədə Cavidə məlumat vermiş, həmin iranlı ilə onun heç bir əlaqəsi olmamış və narkotik maddələrin qoyulduğu yer barədə məlumatı da olmamışdır. Sadəcə olaraq Cavid onunla danışarkən “Şahin” adı şəxsin dediyi yerdən narkotik və psixotrop maddələri götürməyə onunla birlikdə getməkdə məqsədi pul və narkotik vasitə əldə etmək olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışlarla bağlı videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı ifadələrini polisin təzyiqi altında vermişdir. Onun Cavidlə birlikdə Cəlilabada getməkdə məqsədi Cavidin tanışı tərəfindən Cəlilabad rayonu ərazisində bir yerə qoyulmuş 50 qram marixuananı götürmək olmuşdur. Onlar Cəlilabada çatdıqdan sonra gecə saatlarında marixuananın qoyulduğu yerə getmişlər, lakin orada, yəni köhnə, istifadəsiz “Turist” adlı kafenin həyətinə getsələr də, orada marixuananı tapa bilməyib geri qayıdıb Bakıya getmələri üçün taksi axtarmışlar. Həmin vaxt o, Cavidin yanında olmamış, Cavid orada olan (Göytəpə şəhərində) dayanacaqda, özü isə oradan xeyli aralıda, avtomobil yolunun kənarında olarkən polis əməkdaşları onu tutub köhnə, istifadəsiz “Turist” adlı kafenin həyətinə aparıb oradakı sanitar qovşağının yanından bir ədəd sellofan bağlamanı onun iştirakı ilə polis əməkdaşları götürmüş, sonra onu həmin bağlama ilə birlikdə Cəlilabad RPŞ-nə aparmışlar. Tutularkən üzərində heç bir narkotik maddə olmamış, həmçinin əlində bağlama-torba, o cümlədən içərisində narkotik maddələr olan bağlama-torba olmamışdır. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, polislər Cavidi də tutub polis şöbəsinə gətirmişlər. Polis şöbəsində polis əməkdaşları bir az əvvəl götürdükləri bağlamanı qarşısına qoyub həmin torbanın içərisində olan narkotik maddələrin ona və onunla birlikdə gəlmiş Cavidə məxsus olmasını bildirmişlər. Sonra özünün və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə həmin torbaya baxış keçirilmiş, baxış zamanı torbanın içərisindən narkotik maddələr aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşları ona qarşı təzyiqlər edərək torbanın içərisində aşkar olunmuş narkotik maddələrin ona və Cavidə məxsus olmasını deməyə məcbur etmişlər. Əslində isə həmin torbada aşkar olunmuş narkotik maddələr ona məxsus deyil, o, Cavidin təklifi ilə ona (Cavidə) məxsus olan 50 qram marixuananı götürmək üçün Cavidlə birlikdə Cəlilabad rayonuna getmiş, lakin onlar həmin 50 qram marixuananı gizlədildiyi yerdən tapıb götürə bilməmiş, sonra geri, Bakı şəhərinə qayıdarkən yolda ayrı-ayrı yerlərdə polis əmkdaşları tərəfindən tutulub polis şöbəsinə aparılmışlar. O, verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin 50 qram marixuana götürmək üçün Cavidlə birlikdə Cəlilabad rayonuna getdiyinə görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin əməkdaşı olduğu dövrdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cəlilabad rayonun ərazisində X2 dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında özünün də daxil olduğu əməliyyat qrupu yaradılıb 31 avqust 2023-cü il tarixdə əməliyyat-axtarış tədbiri keçirilmişdir. 31 avqust 2023-cü il tarixdə, saat 01 radələrində əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları yer müəyyən edilərək onların Cəlilabad-Göytəpə avtomobil yolu ilə piyada hərəkətdə olduqları zaman əməliyyat müşahidəsinə götürülmüş, az sonra onlar Cəlilabad-Göytəpə avtomobil yolunun yaxınlığında yerləşən istifadəsiz vəziyyətdə olan “Turist” adlı restoranın həyətinə daxil olmuşlar. Bir neçə dəqiqədən sonra onlar həmin restoranın həyətindən çıxıb Cəlilabad-Göytəpə avtomobil yoluna doğru piyada hərəkət etməyə başlamışlar, həmin vaxt onlardan birinin, yəni sonradan adı məlum olan Bəhruz adlı şəxsin əlində ağ rəngli torba olmuşdur. Onlar yola yaxınlaşan vaxt əməliyyat qrupu onları saxlayıb X2 dövriyyəsində şübhəli olduqlarını bildirib onlardan üzərilərində narkotik və psixotrop maddələr və ya qanunla qadağan edilmiş əşya və ya predmet olubolmamasını soruşmuşlar, həmin şəxslər də onlara aid olan və Bəhruz adlı şəxsin əlindəki torbanın içərisində narkotik vasitələr olduğunu bildirmişlər. Sonra həmin şəxslər torba ilə birlikdə Cəlilabad RPŞ-nə aparılmışlar. Polis şöbəsində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun üzərindən narkotik və psixotrop maddələr, qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Şifahi sorğu Təqsirləndirilən şəxs2 tanış olduğu “Şahin” adlı İran vətəndaşının ona narkotik maddələr təklif etdiyini, sonra Təqsirləndirilən şəxs1la razılaşıb həmin narkotik maddələri götürmək üçün Cəlilabad rayonuna gəldiklərini və gizlədilmiş yerdən içərisində narkotik maddələr olan torbanı götürdüklərini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun üzərindən narkotik və psixotrop maddələr, qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs1 əlindəki torbada nə olması soruşulmuş, Bəhruz da həmin torbada narkotik vasitələr olduğunu, həmin maddələri dostu Cavidlə birlikdə Göytəpə şəhərinn ərazisində yerləşən “Turist” adlı restoranın həyətində gizlədilmiş yerdən götürdüklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əlindəki torbaya baxış keçirilmiş və baxış zamanı torbanın içərisindən bağlamalar və həmin bağlamaların içərisində heroin, metamfetamin, qurudulmuş marixuanaya oxşar kütlələr və metadon həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik və psixotrop maddələri Cavidin tanışı olan “Şahin” adlı iranlının dediyi yerdən götürüb Bakı şəhərinə aparıb deyilən yerə çatdırmaları müqabilində həmin iranlının onlara 1000 manat pul, həm də istifadələri üçün narkotik vasitə verəcəyini, bu razlaşmanın iranlı ilə Cavidin apardığını və bu barədə Cavidin ona dediyini bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlələr və həblər təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərilərində axtarış, o cümlədən Təqsirləndirilən şəxs1 əlində olan torbaya baxış zamanı aşkar olunmuş narkotik və psixotrop maddələrlə bağlı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid3, Şahid2, Şahid4 və Şahid5 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Cəlilabad RPŞ-nin əməkdaşının 31 avqust 2023-cü il tarixli “Raport”ları və “Akt”-la müəyyən edilir ki, həmin tarixdə “Bəhruz” və “Cavid” adlı şəxslərin Cəlilabad rayonunun ərazisində narkotik vasitələr əldə etmə, saxla və daşımaları barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat üzrə 31 avqust 2023-cü il tarixdə, saat 00:45 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri zamanı Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində avtomobil yolunun kənarı ilə hərəkət edən “Bəhruz” və “Cavid” adlı şəxslər, yəni sonradan şəxsiyyətləri müəyyən edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat müşahidəsinə götürülmüş, 10- 15 dəqiqə sonra avtomobil yolunun yaxınlığında yerləşən istifadəsiz “Turist” adlı restoranın ərazisindən həmin şəxslərin çıxması və onlardan birinin (Təqsirləndirilən şəxs1) əlində ağ rəngli torba olmaqla avtomobil yoluna tərəf hərəkət etmələri müşahidə edilmiş, bundan sonra əməliyyat qrupu tərəfindən onlar (saat 01 radələrində) saxlanılıb üzərilərində narkotik maddələr olmasında şübhəli olduqları bildirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 əlindəki torbanın içərisində narkotik vasitə olduğunu bildirmiş, daha sonra onlar (torba ilə birlikdə) Cəlilabad RPŞ-nə aparılmışlar. İşdə olan, Bakı İstintaq Təcridxanasından daxil olmuş 15 və 23 avqust 2024-cü il tarixli məlumat arayışları, eləcə də əlavə edilmiş tibbi kitabçaların surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 02 sentyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuşlar. Daxil olarkən sorğu və ilkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zədə (xəsarət) almadıqlarını bildirmiş, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət izləri aşkar edilməmiş, Təqsirləndirilən şəxs1 sağ qalça çuxurunda köhnə çapıq toxuma izi aşkar edilmişdir. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 31 avqust 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 31 avqust 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı İbrahim Əsədli tərəfindən müdafiəçi Anar Ağayevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qadağan olunmuş əşyalar və narkotik maddələr aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 5-6 ay əvvəldən sosial şəbəkədə tanış olduğu özünü “Şahin” adı ilə təqdim edən İran vətəndaşı ilə vatsapla danışıb 1000 manat pul və narkotik maddə verəcəyi təqdirdə onun dediyi yerdən narkotik maddə götürmək üçün tanışı Təqsirləndirilən şəxs1la birlikdə Göytəpə şəhəri ərazisinə gəldiklərini və həmin ərazidə yerləşən “Turist” adlı restoranın həyətinə qoyulmuş narkotik maddəni götürdükdən sonra polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə gətirildiklərini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Redmi” markalı mobil telefon aparatı təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 31 avqust 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Cəlilabad RPŞ-nin təhqiqatçısı İbrahim Əsədli tərəfindən müdafiəçi Elşad Əmişovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qadağan olunmuş əşyalar və narkotik maddələr aşkar edilməmiş, lakin onun əlində olan ağ rəngli bağlamanın (torbanın) içərisindən 3 ədəd bağlamada heroinə, 5 ədəd bağlamada qurudulmuş marixuanaya, 1 ədəd bükümdə metamfetaminə oxşar kütlələr və 10 ədəd tabletkada metadon həblərinə oxşar maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la birlikdə Cəlilabad rayonuna narkotik maddə götürmək üçün gəldiklərini və Göytəpə şəhəri ərazisində yerləşən “Turist” adlı restoranın həyətinə qoyulmuş narkotik maddəni götürdükdən sonra polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə gətirildiklərini bildirmişdir. Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi və bioloji ekspertizasının 31 avqust 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində, “Vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 3 ədəd bağlamada narkotik vasitə heroin, 5 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bağlamada psixotrop maddə metamfetamin və hər birində 10 ədəd olmaqla 10 listdən ibarət üzərində Metadon yazıları həkk olunmuş həblər ...” sözlər və imzalar olan bir ədəd kisə bağlamadakı, üç ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2100,0 qram, 1895,0 qram, 1245,0 qram olmaqla ümumi təmiz çəkisi-5240,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Bir ədəd bükülüdə təmiz çəkisi 47,539 qram olan ağ rəngli kristallardan ibarət olan maddə-metamfetamindir. Beş ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 940,0 qram, 2080,0 qram, 2120,0 qram, 2150,0 qram, 1050,0 qram olmaqla ümumi təmiz çəkisi-8340,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. On ədəd konvalyutda ümumi sayı 100 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondur, həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı-4,0 qramdır (bir həbdə 0.04qr). Ekspertiza tədqiqatından sonra qalıq heroin 5239,7 qram, qalıq qurudulmuş marixuana 8339,5 qram, qalıq metamfetamin 47,439 qram və qalıq metadon 90 ədəd həblər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edir. İşdə olan, ambulator məhkəmə-psixatrik ekspertizasının 28 oktyabr 2023-cü il tarixli, 3016 və 3017 №-li rəyləri ilə müəyyən olunur ki, yoxlanılan şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən cinayət əməlini törədən zaman, ondan əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar. Buna görə də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdırlar. Yoxlanılan şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadırlar. Yoxlanılan şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxslar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərinə və ətrafındakılarına zərər yetirmək təhlükəsi yoxdur. İşdə olan, “Mobil telefona baxış keçirilməsi” haqqında 27 noyabr 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefonun yaddaşında olan məlumatlarda “Şahin iranlı”, “Şahin iranlı tema” və “Baba” adları ilə qeyd olunmuş İran İslam Respublikasına aid teleflon nömrələri vardır və müxtəlif vaxtlarda həmin adlara aid telafonlarla danışıqlar aparılmışdır. İşdə olan, “Maddi sübutun tanınması haqqında” 01 sentyabr və 17 noyabr 2023-cü il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 5239,7 qram heroin, 8339,5 qram qurudulmuş marixuana, 47,439 qram metamfetamin, 90 ədəd metadon həbləri və bir ədəd “Redmi” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 23 oktyabr 2023-cü il tarixli, 982 və 984 №-li rəyləri ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə haları olub, lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur və məcburi müalicəyə ehtiyacları yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmaları məsləhət görülür. İşdə olan, “Cinayət işi materiallarından başqa cinayət işi ayrılması və ayrıca icraata qəbul edilməsi barədə” 17 noyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik və psixotrop maddələr əldə etdiyi şəxs və qeyriləri barəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları, telefon danışıqlarına dair məlumatları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid3, Şahid2, Şahid4 və Şahid5 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs2 ifadələrində göstərilən-içərisində dediyi 50 qram marixuana olan bağlamanı və ya içərisində narkotik maddəlar olan torbanın gizlədildiyi yerdən özünün, həm də Bəhruzun götürülməməsi, tutulduqdan sonra polis əməkdaşlarının bir ədəd torbanın ərazidən götürüb maşına qoyması, polis əməkdaşları ona qarşı təzyiqlər etdiyindən onun bir ədəd torbanın içərisində olan narkotik maddələrin (heroin, metamfetamin, qurudulmuş marixuana və metadonun) onlara məxsus olmasını və Bəhruzla birlikdə həmin maddələri götürmək üçün Cəlilabada gəldiklərini bildirməsi, əslində isə onun Bəhruzla razılaşıb birlikdə 50 qram marixuananı götürmək üçün Cəlilabada getmələri, istifadəsində olmuş mobil telefonun yaddaşına “Şahin iranlı”, “Şahin iranlı tema” və “Baba” adlarını onun yox, tutulduqdan sonra polislər tərəfindən yazılması və narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar, eləcə də Təqsirləndirilən şəxs1 ifadələrində göstərilən-içərisində narkotik maddələr olan bağlamanın (torbanın) gizlədildiyi yerdən götürülməməsi, polis əməkdaşları tərəfindən tutularkən əlində bağlamanın (torbanın) olmaması, tutulduqdan sonra polis əməkdaşları bir ədəd torbanı qarşısına qoyub həmin torbanın içərisində olan narkotik maddələrin (heroin, metamfetamin, qurudulmuş marixuana və metadonun) ona və Cavidə məxsus olmasını bildirmələri, polis əməkdaşları ona qarşı təzyiqlər etdiyindən onun da torbanın içərisində olan narkotik maddələrin (heroin, metamfetamin, qurudulmuş marixuana və metadonun) ona və Cavidə məxsus olmasını və Cavidlə birlikdə həmin maddələri götürmək üçün Cəlilabada gəldiklərini bildirməsi, əslində isə onun Cavidlə razılaşıb birlikdə 50 qram marixuananı götürmək üçün Cəlilabada getmələri, narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid3, Şahid2, Şahid4 və Şahid5 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçilərin iştirakları ilə və videoçəkilişlərlə aparılmış şəxsi axtarışlara dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni içərisində dediyi 50 qram marixuana olan bağlamanı və ya içərisində narkotik maddəlar olan torbanın gizlədildiyi yerdən özünün, həm də Bəhruzun götürülməməsi, tutulduqdan sonra polis əməkdaşlarının bir ədəd torbanın ərazidən götürüb maşına qoyması, polis əməkdaşları ona qarşı təzyiqlər etdiyindən onun bir ədəd torbanın içərisində olan narkotik maddələrin (heroin, metamfetamin, qurudulmuş marixuana və metadonun) onlara məxsus olmasını və Bəhruzla birlikdə həmin maddələri götürmək üçün Cəlilabada gəldiklərini bildirməsi, əslində isə onun Bəhruzla razılaşıb birlikdə 50 qram marixuananı götürmək üçün Cəlilabada getmələri, istifadəsində olmuş mobil telefonun yaddaşına “Şahin iranlı”, “Şahin iranlı tema” və “Baba” adlarını onun yox, tutulduqdan sonra polislər tərəfindən yazılması və narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar, habelə Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdikləri xüsusatlar, yəni içərisində narkotik maddələr olan bağlamanın (torbanın) gizlədildiyi yerdən götürülməməsi, polis əməkdaşları tərəfindən tutularkən əlində bağlamanın (torbanın) olmaması, tutulduqdan sonra polis əməkdaşları bir ədəd torbanı qarşısına qoyub həmin torbanın içərisində olan narkotik maddələrin (heroin, metamfetamin, qurudulmuş marixuana və metadonun) ona və Cavidə məxsus olmasını bildirmələri, polis əməkdaşları ona qarşı təzyiqlər etdiyindən onun da torbanın içərisində olan narkotik maddələrin (heroin, metamfetamin, qurudulmuş marixuana və metadonun) ona və Cavidə məxsus olmasını və Cavidlə birlikdə həmin maddələri götürmək üçün Cəlilabada gəldiklərini bildirməsi, əslində isə onun Cavidlə razılaşıb birlikdə 50 qram marixuananı götürmək üçün Cəlilabada getmələri, narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid3, Şahid2, Şahid4 və Şahid5 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən şəxsi axtarışlarla bağlı protokollarla, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri qismən etirafedici ifadələri ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop və narkotik maddələri əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop və narkotik maddələri əldə etmə, saxlama və daşıma cinayət əməli törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahılara əsasən (31 avqust 2023-cü il tarixdə qüvvədə olmuş) beynəlxalq adı “Heroin”, “Metadon”, “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana narkotik vasitələr, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroin və metamfetaminin 0,15 qramdan, metadonun 0,02 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, heroin və metamfetaminin 2 qramı, metadonun 1,6 qramı və qurudulmuş marixuananın 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 12-ci bəndində izah edilir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 5240,0 qram narkotik vasitə olan heroin, 8340,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, 47,539 qram psixotrop maddə olan metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram təşkil edən 100 ədəd narkotik vasitə olan metadon həblərini külli miqdar təşkil edir. Həmçinin tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxslər həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşımışlar. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında olmaqla verilmiş ittihamda göstərilən cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri əldə edib, saxlayıb daşımaqla CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Cəlilabad Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin 11 sentyabr 2024-cü il tarixli arayışı ilə müəyyən olunur ki, Cəlilabad Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 cəzası icra olunmamış (Cəlilabad Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qərarı ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçildiyindən) və həmin hökmü üzrə məhkum Təqsirləndirilən şəxs2 cəzanın çəkilməmiş hissəsi 11 ay 26 gün təşkil edir. Məhkəmə hesab edir ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) 11 may 2023-cü il tarixli hökm üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxsdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən (azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır) məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olsa da, onun hazırki cinayət əməlində cinayətlərin residivi yoxdur. İşdə olan, Sabirabad rayon Nizami kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Sabirabad rayonun Nizami kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Sabirabad rayon Nizami kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 evlidir və himayəsində 16 fevral 2022-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2an Cavid oğlu vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Salyan rayon Kürqaraqaşlı kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 08 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Salyan rayonun Beşdəli kəndində qeydiyyatda olmaqla yaşamış və yaşadığı müddətdə, yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə həmyaşıdlarının və kənd ağsaqqalların hörmətini qazınmış, kəndin ictimai işlərində yaxından iştirak etmiş və nümayəndəliyə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, AZE 11085661 №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edilir ki, X5 05 avqust 2013-cü ildə doğulmuşdur. İşdə olan, Azərbaycan Respublikası medallarının №İ-14775, №İ-12419 və №İ-32260 saylı vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 “Xocavəndin azad olunmasına görə”, “Qubalnın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, habelə Təqsirləndirilən şəxs1 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müvafiq medallarla təltif olunması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-in 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2023cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Cəlilabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 5239,7 qram (5 kq 239,7 qram) heroin, 8339,5 qram (8 kq 339,5 qram) qurudulmuş marixuana, 47,439 qram metamfetamin və 90 ədəd olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Habelə iş üzrə maddi sübut olan və Cəlilabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Redmi” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 atası Maarif Bayramova (ünvan: Sabirabad rayonun Nizami kəndi) təhvil verilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışlarla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-120 manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 60 manat və Təqsirləndirilən şəxs2 60 manat tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmanın iki günü hesabı ilə hesablanmaqla 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 5239,7 qram (5 kq 239,7 qram) narkotik vasitə olan heroin, 8339,5 qram (8 kq 339,5 qram) narkotik vasitə olan qurudulmuş marixuana, 47,439 qram psixotrop maddə olan metamfetamin və 90 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 atası X1 (ünvan: Sabirabad rayonun Nizami kəndi) təhvil verilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışlarla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 60 (altmış) manat və məhkum Təqsirləndirilən şəxs2 60 (altmış) manat tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-251/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-251/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver