Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-252/2025 20.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X77, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X8 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Sumqayıt şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Masallı rayonunun Böyük Kolatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Belarus Respublikasının Minsk şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işləmiş, əvvəllər məhkum edilməmiş, Masallı rayonunun Böyük Kolatan kəndində qeydiyyatda olmaqla Belarus Respublikasının Minsk şəhəri, Boqatıryova kəndi, Pelesskaya küçəsi 3-52 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Ermənistan Respublikasının xüsusi xidmət orqanlarına Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək edib onların tapşırıqlarını icra etməklə, düşmən tərəfinə keçməklə dövlətə xəyanət etmiş, Ermənistan Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinin tapşırığı ilə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları hazırlayaraq yaymış, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən istifadə etməklə qəsdən Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Ermənistan Respublikasının xüsusi xidmət orqanlarına Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək edib onların tapşırıqlarını icra etməklə, düşmən tərəfinə keçməklə dövlətə xəyanət etməkdə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etməkdə, Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər etməkdə təqsirli bilinərək məhkum edilmiş X27 ilə 2012-2018-ci illərdə sonuncunun Rusiya Federasiyasında yaşadığı dövrlərdə cinayət əlaqəsinə girərək orada görüşüb ondan etnik zəmində Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, Azərbaycan Respublikasının ərazisində milli nifrət və düşmənçiliyin salınması istiqamətində tapşırıqlar alaraq bu istiqamətdə fəaliyyət göstərmiş, həmin vaxtdan etibarən sonuncunun vasitəsilə Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nümayəndəsi olan Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri və Ermənistan Respublikasının Yerevan şəhərində fəaliyyət göstərən Rusiya-Ermənistan Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru X47 sövdələşib məxfi əməkdaşlığa cəlb edilməklə 2012-2024-cü illərdə Belarus Respublikasının ərazisində yaşadığı dövrdə Garnik Asatrianın Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq verdiyi gizli tapşırıqları yerinə yetirmiş, etnik zəmində Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, Azərbaycan Respublikasının ərazisində milli nifrət və düşmənçiliyin salınması məqsədilə materiallar yayan “freetalyshistan.com” saytının fəaliyyətinin bərpa edilməsi istiqamətində fəaliyyət göstərmiş, Garnik Asatrianın tapşırığı ilə həmin vaxtdan etibarən kütləvi informasiya vasitələrində həm öz adı, həm də digərləri ilə əlbir olmaqla “Rüstəm İskəndəri” adı altında, eləcə də “facebook” sosial şəbəkəsindəki özünə məxsus “İgbal Abilov” profilindən (fb.com/**********36235) istifadə etməklə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları hazırlayaraq yaymış, eləcə də Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər etmiş, Garnik Asatrianın tapşırığına uyğun olaraq Yerevan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi kimi hazırda fəaliyyət göstərən 2012-ci ildən tanıdığı Yasər Kərəmzadə ilə müxtəlif vaxtlarda İran İslam Respublikasında görüşərək, eləcə də sosial şəbəkələr vasitəsilə mütəmadi əlaqələr saxlayaraq etnik zəmində Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, Azərbaycan Respublikasının ərazisində milli nifrət və düşmənçiliyin salınması istiqamətində məsləhətləşmələr aparmış və bu istiqamətdə birgə fəaliyyət göstərmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 274, 281.3 və 283.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, qanunlara zidd heç bir əməl törətməmişdir. Uşaq yaşlarından Azərbaycandan kənarda, Belarusda böyümüşdür. 2024cü ilin yayına qədər orada yaşamışdır. 2007-ci ildə Belarusda orta məktəbi bitirmişdir. Həmin il Belarus Dövlət Universitetinin beynəlxalq əlaqələr fakultəsinə daxil olmuş və 2012-ci ildə adı keçən fakultədən məzun olmuşdur. Bakalavriatda oxuduğu müddətdə elmi tədqiqatlar aparmağa başlamışdır. Beynəlxalq əlaqələr tarixi, regional tarix və etnoqrafiya üzrə bir neçə elmi məqalə çap etmiş və fərqli elmi konfranslarda çıxış etmişdir. Hər bir tədqiqatçıda olduğu kimi bu dövrdə onun da maraqlandığı və tədqiqatlar apardığı region müəyyənləşmişdir. Çox vaxt bu seçim tədqiqatçının bildiyi dillərlə bağlı olur. O, talış dilini, Azərbaycan türkcəsini, türkiyə türkcəsini, rus dilini, belarus dilini bildiyi və universitetdə ingilis və fars dillərini oxuduğu üçün tədqiqatlarını əsasən Cənubi Qafqaz, Türkiyə və İranla bağlı aparmağa başlamışdır. 2012-2013-cü illərdə X33 adı keçən fakultəsinin magistraturasında, 2013-2016-cı illərdə isə aspiranturasında təhsil almışdır. Eyni zamanda 2013-cü ildə pedaqoji fəaliyyətə də başlamışdır. Əvvəl pedaqoji praktika olaraq, sonra isə kafedra müəllimi olaraq. Bu fəaliyyəti 2022-ci ilədək davam etmişdir. Bu müddət ərzində dərs dediyi fənlərdən “Müasir beynəlxalq əlaqələr”, “Danışıqlar aparma nəzəriyyəsi”, “konfliktologiya”, “Yaxın və orta şərqin regional alt sistemləri”, “Ekoloji təhlükəsizlik”, “Etnosiyasət”, “Politologiya”, “Türkiyənin xarici siyasət” fənnlərin adını çəkmək olar. Namizədlik dissertasiyasını da “X82 siyasəti” mövzusunda hazırlayırmış. Bundan savayı digər mövzularda da - regionun etnoqrafiyası və sosial-mədəni antropologiyası haqqında, eləcə də regionun tarixi haqqında tədqiqatlar aparmışdır. Haqqında tədqiqatlar apardığı etnik və konfessional qruplar arasında Türkiyədə yaşayan türkləri, zazaları ihəm ələvi, həm hənəfi və şəfi zazaları), kürdləri, gürcüləri, türkmənləri, hemşinləri, lazları, iranda yaşayan talışları, türkləri, qaleşləri, tatiləri, Azərbaycanda yaşayan talışlar, tatları və türkləri, Gürcüstanda yaşayan müsəlman və xristian gürcüləri, lazları və Axıska türkləri sadalamaq olar. Yazdığı məqalələr arasında bəzilərinin adları cinayət işində də keçən “talışların etnoqrafiyası ilə bağlı qeydlər”, “Talışlar. Qısa tarixi oçerk”, “Azərbaycan talışlarının bəzi magiya səciyyəli praktikaları”, “türk dilində qeyri verbal lakunalar”, “Türk, kürd və talış dillərində vokativ” və.s vardır. Bir neçə kitabın həmmüəllifi olmuş, o cümlədən vizual antropologiya ilə bağlı. “Zaman aşırımları” və musiqi folkloru ilə bağlı X71 “Türk xalq mahnıları” kitabının türk dilində ilk dəfə nəşr və şərh edilməsi, və s. 2010-cu ildə yaradılan “Talış Milli Akademiyasının” həmtəsisçisi və elmi işçisi olmuşdur. Bu ictimai birlik sadəcə elmi araşdırmalarla məşğul olub və heç bir siyasi fəaliyyəti olmayıb. 2011-ci ildən etibarilə “Talış Milli Akademiyasının xəbərləri” adlı tamamilə akademik bir nəşr olan beynəlxalq elmi jurnalın baş redaktorudur. Bu jurnalda talış dili, tarixi, mədəniyyəti haqqında elmi məqalələr nəşr edilir. Elmi fəaliyyəti çərçivəsində müxtəlif tədqiqat ekspedisiyalarda iştirak etmişdir. 2012-ci ildə İranın Gilan bölgəsində, 2014-cü ildə Türkiyənin İstanbul, Tunceli, Mardin bölgələrində, Gürcüstanın Tiflis şəhərində və İranın Gilan və Ərdəbil bölgələrində və Tehran 2 şəhərində, həmin il Türkiyənin Artvin, Ardahan, Kars vilayətlərində, Gürcüstanın Acariya və Axaltsixe bölgələrində, 2018-ci ildə Azərbaycanın Masallı, Lənkəran, Astara və Lerik rayonlarında olmuşdur. Bundan savayı çoxlu səfərlər zamanı Moskva, Sankt-Peterburq, Bakı, İstanbul, Ankara, Tiflis, Amsterdam, Leiden, Uppsula, Strasburq və digər şəhərlərdə olan kitabxana və arxivlərdə tədqiqatlar aparmışdır. Bu cür araşdırmaları eləcə də yaşadığı Belarusun Minsk şəhərində də aparmışdır. Fərqli şəhərlərdə müxtəlif elmi konfranslarda çıxışlar etmişdir. Belarusda, Rusiyada, İsveçdə və s. 2023-cü ildə Minsk şəhərində kino məktəbini bitirmiş və rejissor və ssenari müəllifi olaraq “Parçalar” (irusca Fraqmentı) adında ilk qısametrajlı bədii filmini çəkmişdir. DTX istintaq təcridxanasında saxlanıldığı müddətdə bu filmin premyerası İspaniyanın Madrid şəhərində olub, bildiyi qədər Romada, Barselonada və digər şəhərlərdə kinofestivallarda göstərilib. 2023-cü ilin sonlarında film İtaliyanın Monza festivalının “ən yaxşı elmi-fantastik film” mükafatını qazanıb. İndi də film dünyanın müxtəlif festivallarında iştirak etməyə davam edir. Əlavə olaraq bildirmək istəyir ki, tələbə illərindən başlayaraq müxtəlif şirkətlərdə, o cümlədən idarəedici vəzifələrdə işləmişdir. 2018-ci ildən tutulduğu 2024-cü ilədək "xxxx" adlı MMC-nin müdiri olmuşdur. İstintaq orqanı və prokurorluq onu Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham edir, bunlardan ən ağırı da CM-nin 274-cü maddəsi “Vətənə xəyanət”, onu qonşu ölkənin xarici xidmət orqanları ilə əməkdaşlıqda ittiham edirlər, yəni az qala onu Ceyms Bond çıxarmaq istəyirlər. X152ması nə qədər əsassız bir fantaziyadırsa, ona qarşı irəli sürülən ittihamlar da eyni dərəcədə əsassızdır. Cinayət işi materiallarında və ittiham aktında istintaq orqanının bədii fantaziyalarından savayı heç bir faktiki məlumat və ya hər hansı cinayətin törədilməsi ilə bağlı bircə dənə sübut yoxdur. İtitham aktının 3, 4, 14 və 24-cü səhifələrində onun X72 vasitəsi ilə Ermənistan XXO ilə “əməkdaşlığın” olduğu, ondan hansısa “tapşırıqlar aldığı və icra etdiyi” iddia edilir, “Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda” kömək etdiyi, “düşmən tərəfinə keçməklə dövlətə xəyanət” etdiyi, “Ermənistan Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinin tapşırığı ilə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar” etdiyi, “bu cür məzmunlu materialları hazırlayaraq” yaydığı, “aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən istifadə etməklə qəsdən Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər”etdiyi iddia edilir. Lakin nə cinayət işi materiallarında, nə də ititham aktında ittiham tərəfi hər hansı sübut irəli sürmür. Əsas səbəbi də əlbəttə budur ki, mən bu cinayətlərin heç birini törətməmişəm. X60 mən bir alim kimi tanıyıram, İranşünaslıq, daha dəqiq desək İran dilləri üzrə dünyaca tanınmış tədqiqatçı olaraq tanıyıram. O cümlədən talış dili, tarixi və etnoqrafiyası ilə bağlı əsərləri var. Təəssüf ilə mövzu üzrə bir mütəxəssis kimi bildirmək məcburiyyətindəyəm ki, Azərbaycanda belə bir tədqiqatçı yoxdur. Ümumən adı sadalana biləcək 5 nəfər talışşünas yoxdur. Talış Milli Akademiyasını yaratmağın səbəblərindən biri də bu qəribə vəziyyəti dəyişdirmək idi. Azərbaycanda digər ölkələrdə, o cümlədən Ermənistanda da olmadığı qədər talışşünas olmalıdır ki, kənardan heç kim ölkəyə bununla bağlı nöqsan bildirməsin. İstintaq orqanı cinayət işi materiallarının 9-cu cildində olan sübutların qiymətləndirilməsi haqqında qərarda isə iddia edir ki, təqsirləndirilən şəxs yəni o, Garnik Asatrianla 2019-cu ilin yanvar ayında sövdələşib və əməkdaşlığa başlayıb. İstintaq orqanının fantaziyaları çərçivəsində bunun tutarlı olmadığından ittiham aktında bu versiyanı dəyişdirib 2012-2024-cü illərdə sövdələşib məxfi əməkdaşlığa cəlb edildiyini yazıblar. İstintaq orqanı izah etməlidir ki, bu havadan götürülən tarixlər nə ilə əsaslanır. O, Garnik Asatrianı ömründə bircə dəfə də olsun canlı görməmiş, sadəcə digər mütəxəssislərin əsərlərini oxuduğu kimi, onun da məqalə və kitablarını oxumuşdur. Dəqiq yadında deyil, 2015-2017-ci illər arasında uşaqlıqdan tanıdığı Fəxrəddin Abbasovu ziyarət etdiyi vaxt, bircə dəfə onların Skype vasitəsi ilə danışdıqlarının şahidi olmuşdur. F.Abbasov onun qonağı olduğunu G.Asatriana bildirmişdir, sonuncu da ona salam göndərmişdir, əsərlərini maraqla oxuduğunu bildirib. Bundan savayı tədqiqatları zamanı talış milli təqvimində qoyunların cütləşmə vaxtına aid hər hansı bir bayrama rast gəlib gəlmədiyini soruşmuşdur. O da xatırlamadığını bildirmişdir. Bundan sonra 2019-cu ildə ondan rəhbərlik etdiyi freetalyshistan.com saytında yayımlanmış bir məqaləni axtardığını deyib, bu məqaləni xahiş etmişdir. O da məqaləni tapa bilmədiyini demişdir, lakin o vaxt artıq çalışmayan saytın bərpa olunacağını bildirmişdir. Bir müddət sonra o saytın bərpa olunub-olunmadığını soruşduqda saytın tamamilə məhv olunduğunu dedi. Bundan başqa adı keçən sayt ilə bağlı heç bir yazışma və ya danışıqları olmayıb. Cinayət işi materiallarında da bu yazışma öz əksini 6-cı cildin 208-ci səhifəsində tapıb. Möhtərəm məhkəmənin də görə biləcəyi kimi bu yazışmada mən sadəcə saytın çalışıb-çalışmadığını soruşmuşam, heç bir şəkildə saytın bərpa edilməsi istiqamətində heç bir fəaliyyət göstərməmişəm. İstintaq orqanı buyursun, bu istiqamətdə hər hansı bir fəaliyyətini göstərsin. Əlavə olaraq bildirmək istəyir ki, axtardığı həmin məqalə hansısa avropalı dilşünas alimin talış dili ilə bağlı fikirləri idi. Təqribən həmin vaxt G.Asatrian ona Skype vasitəsi ilə zəng vuraraq “Talışıstan milli televiziyası” adlı youtube kanalında aparıcılıq təklif etmişdir, o da imtina etmişdir. Lakin onun redaktoru olduğu dünyaca məşhur Niderlandda nəşr olunan, “İran və Qafqaz”adlı elmi jurnalında bir elmi məqalə çap etdirmək istədiyini bildirmişdir. Məqalə 1929-1939-cu illərdə çap edilən talışdilli qəzetlər haqqında olacaqdı. Amma o, bu tədqiqatı başa çatdıra bilməmiş və nəşr etməmişdir. Sonuncu dəfə də G.Asatrian mənə Skype vasitəsi ilə zəng vuraraq rəhmətlik əmisi Kahin Əbilovun ölümü ilə bağlı başsağlığı verib. Bundan başqa onun G.Asatrianla hər hansı danışığı olmayıb, onun tərəfindən ya da hər hansı bir insan tərəfindən hər hansı bir məxfi əməkdaşlığa cəlb edilməmişdir, hər hansı bir tapşırıq almamışdır və icra etməmişdir. İttiham aktının 14-cü səhifəsində istintaq orqanı iddia edir ki, guya ona G.Asatrianla sonradan whatsapp tətbiqi vasitəsi ilə mütəmadi əlaqələr saxlamış, lakin bu iddia uydurmadır. Altını cızaraq bildirmək istəyir ki, istintaq orqanı boş, əsassız ittihamlarla janqlyorluqdan savayı heç bir epizod haqqında sübut təqdim etmir: 1. Nəyə əsasən G.Asatrian Ermənistan Respublikası XXO əməkdaşı olaraq təqdim edilir? Onu sadəcə bir alim kimi tanıyır. Onunla razı olmayanlar ola bilər, amma onun üçün alimin milliyyəti, etnik və dini mənsubiyyəti vacib deyildir, onun üçün vacib olan onun elmə, elmi biliyin artırılmasına qulluq etməsi, tədqiqatlarını akademik çərçivədə aparması vacibdir. 2. Nəyə əsasən istintaq onunla sövdələşməsini söyləyir? Belə bir sövdələşmə və hər hansı bir məxfi əməkdaşları heç vaxt olmayıb. 3. Niyə istintaq orqanı bircə dənə də belə dırnaq arası “gizli tapşırığı” göstərməyib 9 cildlik cinayət işi materiallarında? Çünki heç vaxt belə bir “tapşırıq” heç kimdən almamışdır. Bundan başqa ifadəsində də istintaqa bildirdiyi kimi, Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrası müəllimi Vardan Voskanyan 2015-ci ildə Skype vasitəsi ilə ona zəng edərək həmin kafedrada elmi mövzuda çıxış etməyi təklif etmiş, o da imtina etmişdir. Bu məlumat ittiham aktının 8-ci səhifəsində öz əksini tapıb. (Cinayət işi materiallarında 7-ci cild, səh 71) və ittiham aktının 10, 22, 23, 35, 36-cı səhifələrində adları keçən digər erməni əsilli şəxslərin sadəcə tədqiqatçı olduqlarını və ya vaxtı ilə Belarus Dövlət Universitetində tələbələri olduqlarını, heç bir XXO ilə əlaqələrinin olmadığını da istintaq qəbul edir. Digər tərəfdən, istintaq orqanı və ittihamçı iddia edir ki, o, F.Abbasovdan hansısa tapşırıqlar alıb icra etmişdir. Bu iddialar cinayət işi materiallarının 9-cu cildinin 173 və 214-cü səhifəsində və ittiham aktının 4-cü səhifəsində əks olunub. Lakin bu iddialar da istintaqın xəyal məhsullarından başqa bir şey deyildir. O, F.Abbasovu uşaqlıqdan tanıyır. Mərhum əmisi Kahin Əbilovun dostu olmuşdur. Mərhum əmisi Kahin Əbilov tanınmış talış fəalı, xeyriyyəçidir və ictimai fəaldır. Onun həyatı haqqında “Kahin Əbilovun xatirəsinə” yazdığı məqalə cinayət işi materiallarının 2-ci cildinin 288-293-cü səhifələrinə əlavə edilib. Onu bir alim kimi tanımışdır. F.Abbasov dünyada çap edilən ən böyük və geniş talış lüğətlərin müəllifidir, o cümlədən rusca-talışca 60 min söz), türkcətalışca 105 min söz), talışca-türkcə 155 min söz), ingiliscə-talışca 250 min söz) və s. Demək olar ki, o, talış dilinin şimali dialektinin ən böyük ehtiyatının ən səlis daşıyıcılarından biri olub. O həm də şimal dialektin qrammatikasını da hazırlamışdır. Talış tarix və etnoqrafiyasına aid onlarca məqalənin də müəllifidir. Onunla elmi mübahisə və müzakirələri uşaqlıqdan onun həbs olunmasına qədər olub, lakin heç vaxt ondan hər hansı tapşırıq almamışdır. Cinayət işi materiallarının 8-ci cildi və qısa şəkildə ititham aktının 27-31-ci səhifələrində X12 cinayət işi ilə bağlı hökm öz əksini tapıb. Hökmdən də göründüyü kimi, o onunla nə əlbir olmuş, nə də hansısa məsələ üzrə ya da fəaliyyət üzrə sövələşmiş, heç vaxt ondan heç bir tapşırıq almamışdır. Bu hökmdə və onun ifadəsində adı bircə dəfə də olsun hallanmayıb. Bəli, o, F.Abbasovun bəraət qazanıb azad edilməsini istəmişdir. Çünki əmin olmuşdur ki, onun azadlıqda olması talışşünaslığa yeni töhfələr verə bilər, talış dili, tarixi və etnoqrafiyası haqqında yeni məlumatlar və biliklər əldə etməyə imkan verə bilər. Məhz bu səbəbdən dolayı onun həyatı haqqında “Fəxrəddin Abbasovun həyatı və ölümü” adlı geniş bioqrafik məqalə yazmış və bu mövzu haqqında youtube kanallarında iki dəfə çıxış etmişdir. Bu materiallar da öz əksini cinayət işinin materiallarında tapıb. Bu materiallardan da göründüyü kimi, onun həyatı, düşüncələri və fəaliyyəti haqqında faktiki obyektiv məlumatları oxuyucu və dinləyicilərlə paylaşmışdır. Bu epizodla bağlı istərdi ki, istintaq orqanı bildirsin ki: 1) Nəyə əsasən onun F.Abbasovdan hansısa “tapşırıq” aldığını iddia edir? 2) o, onu uşaqlığından, yəni təqribən 2003-2004-cü ildən tanıdığı halda, istintaq iddia edir ki, onlar dırnaqarası “cinayət əlaqəsinə” 2012-ci ildə girmişlər. Bu uydurmanın səbəbi və əsası nədir? Cinayət işi materiallarının 2-ci cildi 56-cı səhifədə bu “cinayət əlaqəsinin” 2015-ci ildə olması qeyd edilib. Bu da növbəti ziddiyyət. Yenə də öz təxəyyül gücünə arxanalaraq istintaq iddia edir ki, təqsirləndirilən şəxs “Garnik Asatrianın tapşırığına uyğun olaraq 2012-ci ildən tanıdığı Yasər Kərəmzadə ilə müxtəlif vaxtlarda İran İslam Respublikasında görüşərək, eləcə də sosial şəbəkələr vasitəsi ilə mütəmadi əlaqələr saxlayaraq etnik zəmində Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, Azərbaycan Respublikasının ərazisində mili nifrət və düşmənçiliyin salınması istiqamətində məsləhətləşmələr aparmış və bu istiqamətdə birgə fəaliyyət göstərmişdir” iittiham aktının 4-cü səhifəsi, cinayət işi materialları cild 9, səh 173). 9-cu cildin 190-cı səhifəsində və ittiham aktının 14-cü səhifəsində istintaq əlavə edir ki, Yasər Kərəmzadə guya “talış separatçılarının” fəaliyyətini koordinasiya edir və onların yanbayan dayanmaları dostvari birgə şəkllərini bir sübut kimi irəli sürməyə çalışır. İttiham aktının 23-24-cü səhifələrində, cinayət işi materiallarında 5-ci cildin 2-ci səhifəsində iddia edilir ki, guya 2022-ci ildə Y.Kərəmzadə ona “talış mühacir höküməti”nin yaradılması istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıb. Həmin yerdə yenə də iddia edilir ki, Təqsirləndirilən şəxs Y.Kərəmzadəyə təqdim etdiyi materiallar əsasında sonuncu erməni dilində kitab çap etməyi planlaşdırırmış, guya Y.Kərəmzadə ondan “Azərbaycan Respublikasında məskunlaşmış ləzgi, gürcü, avar və digər azsaylı xalqlar barədə materiallar toplayıb ona göndərməyi xahiş etmişdir”. 9-cu cildin 197-ci səhifəsində və ittiham aktının 24-cü səhifəsində istintaq təxəyyülündə irəliləyərək iddia edir ki, o məlumatlar toplayıb, Y.Kərəmzadəyə ötürüb 5-ci cildin 2-ci səhifəsində əlavə edir ki, məlumatları o, “google meet” tətbiqi vasitəsi ilə ötürüb, Y.Kərəmzadə bu məlumatlar əsasında guya Ermənistanda kitab hazırlayıb ona göndərib, o da bu kitabları Azərbaycana paylaşılması üçün göndərib. Bu yersiz ittiham və qaralamalarla bağlı bildirmək istəyir ki, elmi ekspedisiyalarından biri, daha dəqiq desək, 2012-cil İran ekspedisiyası vaxtında Y.Kərəmzadə ilə tanış olmuşdur. O zamanlar cavan talış fəalı və tədqiqatçısı idi, talış xalq şerlərinin tədqiqatı ilə və şimali talışca olan bədii əsərlərin farscaya tərcüməsi ilə məşğul olurdu. Ekspedisiya zamanı ona Rəşt şəhər bazarında bələdçilik etmişdir. Bütün etnoqraflarda, antropoqlarda və bəzi digər humanitar elmlər üzrə mütəxəssislərdə olduğu kimi o da ekspedisiyalar zamanı görüşüb danışdığı insanların bir qismi ilə sonradan şəxsi münasibətlər qurur. Eləcə də Y.Kərəmzadə ilə də sonrakı illər ərzində dostluq münasibəti qurmuş və birgə ola biləcək elmi layihələr haqqında müzakirələr aparmış, elmi məqalə, kitablar, əlyazmalar haqqında danışıqlar aparmışdır. Xaricdə yaşayan bir çox dostu olduğu kimi onunla da hardasa görüşmək istəyini bildirmiş və bu haqda düşünüb danışmışdır. Bu dost ilə görüşmək istəyini istintaq dövlətə qarşı bir fəaliyyət kimi qələmə verməyə çalışır. Qəti şəkildə bildirmək istəyir ki, heç vaxt Y.Kərəmzadə ilə və ya hər hansı başqa insana istintaqın iddia etdiyi kimi “Azərbaycan Respublikası ərazi bütövlüyünün parçalanması, Azərbaycan Respublikasının ərazisində milli nifrət və düşmənçiliyin salınması istiqamətində məsləhətləşmələr”aparmamış və bu istiqamətdə fəaliyyət göstərməmişdir. Y.Kərəmzadə ilə, digər tədqiqatçılar və həmkarlarla olduğu kimi, google meet tətbiqi vasitəsi ilə də tədqiqatları haqqında, o cümlədən tanınmış talışşünas X48 bioqrafiyası və əsərləri haqqında, 15-19-cu əsrlərə aid farsdilli və ərəbdilli əlyazmalar və kitablar haqqında danışmışdır. Bu cinayət işi materiallarının 5-ci cildin 112-113, 114, 213, 220 və 307-ci səhifələrində əks olunan mesaj mətnlərindən aydın şəkildə görünür, eyni cildin 122 və 226-cı səhifələrində digər tədqiqatçılarla bu məzmunlu danışıqlar öz əksini tapıb. Y.Kərəmzadə heç vaxt ondan Azərbaycanda yaşayan ləzgilər, gürcülər və s haqqında məlumat istəməyib. 5-ci cildin 201-ci səhifəsindəki mesajdan açıq aydın göründüyü kimi, o, “Talış Milli Akademiyası” haqqında məqalə yazmaq istəmiş və bu təşkilatın bütün tədqiqatları haqqında, o cümlədən ləzgilər, gürcülər və digərləri haqqında olan tədqiqatlar barədə soruşmuşdur. O da ona cavab vermişdir ki, rusca olan vikipediyada TMA haqqında məlumat var, oradan oxuya bilər. Bu cavab mesajı adı keçən cildin 221-ci səhifəsində əksini tapıb. Şəxsən onun gürcülər haqqında da etnoqrafik və andropoloji tədqiqatlar apardığını həm istintaqa ilkin ifadəsində, həm də məhkəmədə ifadəsinin əvvəlində bildirmişdir. Bu mövzu ilə bağlı da Y.Kərəmzadəyə hər hansı başqa məlumat bildirməmiş, cinayət işinin materialları dediklərini təsdiq edir. Buna görə də onun guya ötürdüyü heç bir məlumat əsasında heç bir kitab Ermənistanda, nə də İranda çap edilə bilməzdi. Belə kitab mövcud deyildir. Buna görə də istintaqın nə qədər məntiqsiz iddialar irəli sürdüyünü göstərmək üçün əlavə olaraq Y.Kərəmzadənin erməni dilini bilmədiyini də qeyd edirəm. Necə erməni dilində yaza bilər ya da yazmağı planlaşdıra bilər?! Yazsa belə erməni dilində olan kitabın Azərbaycana göndərilməsinin nə məntiqi ola bilər? Kim Azərbaycanda bu kitabları oxuya bilər? Bildirmək istəyir ki, o, Y.Kərəmzadədən tədqiq etdiyi mövzularla bağlı fars dilində kitabları ona Belarusa göndərməsini xahiş etmişdir. O, bu kitabları göndərməyə söz versə də, göndərə bilməyib. Cinayət işinin 5-ci cildinin 200-cü səhifəsindəki mesaj mətni dediklərimi təsdiq edir. İstintaqın məntiqsiz fantaziyalarından biri də Y.Kərəmzadənin “talış separatçılarını” koordinasiya etməsidir. Əgər belə olsaydı, Y.Kərəmzadənin adı bu dırnaq arası “separatçılıqla” ittiham və sonralar məhkum edilən şəxslərin cinayət işlərində adı keçməli idi. Bu insanların cinayət işləri ilə bağlı hökmləri onun cinayət işininin materiallarının 8-ci cildinə əlavə edilib. Bu mərhum Novruzəli Məmmədovun, mərhum Fəxrəddin Abbasovun, Rəşad Əhmədovun və Rövşən Əmirovun cinayət işləri üzrə hökmləridir. Bu sənədlərin heç birində Y. Kərəmzadənin adı sadalanmır. Necə olur ki, istintaq orqanı tamamilə məntiqsiz şəkildə bu insane “koordinator” yarlığını yapışdırmağa çalışır? Yuxarıda da qeyd etdi ki, istintaq iddia edir ki, o guya “G. Asatrianın tapşırığı ilə” 2012- ci ildən etibarən Y.Kərəmzadə ilə Azərbaycana qarşı fəaliyyət göstərmişdir. Soruşur: 1) Hanı bu tapşırıq? İstintaqın təxəllüyündən başqa bir yerdə mövcud deyildir. 2012-ci ildə onun G.Asatrianla bircə dənə belə danışığı olmayıb. 2) Bu fəaliyyət nədən ibarətdir?! Cinayət işi materiallarından və ittiham aktından göründüyü kimi, belə bir fəaliyyət heç bir formada mövcud olmayıb. İstintaq öz fantaziyalarına bu qədər qeyri-ciddi və qeyri-peşəkar yanaşır və iddia edir ki, guya Y.Kərəmzadə 2022-ci ildə mənimlə danışığında “Talış-Muğan Respublikasının mühacir hökümətinin” yaradılmasının vacibliyini qeyd edir. Cinayət işi materiallarında belə 7 bir mesaj qətiyyən yoxdur. Sadəcə 5-ci cildin 198-ci səhifəsindəki mesajda həbsiyyələrin – yəni həbs dövründə yazılan bədii əsərlərin çap edilməsinin vacib olduğu qeyd edilir. Bundan daha mühüm məsələ budur ki, adı keçən virtual mühacir höküməti 2022-ci ildən qabaq yaradılıb və ona heç bir aidiyyatı yoxdur. İfadəsinin irəlidəki hissələrində bu virtual “mühacir hökümət” məsələsinə yenə də qayıdaram. Bundan daha mühüm məsələ budur ki, adı keçən virtual “mühacir hökümət” 2022-ci ildən əvvəl yaradılıb və ona heç bir aidiyyatı yoxdur. Qeyd olunan kimi, istintaq əsassız və sübutsuz şəkildə Y.Kərəmzadəni G.Asatrianla, onu isə Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələndirir. Digər tərəfdən cinayət işi materiallarının 9-cu cildinin 199-cu səhifəsində onu artıq İran xüsusi xidmət orqanları ilə əlaqələndirirlər. Yəni istəkləri və xəyal gücləri doğrultusunda hər istədikləri insana xarici XXO əməkdaşı və ya separatçı damğalarını yapışdırırlar, söz atmaqla yetinirlər və heç bir sübut göstərmirlər. Cinayət işi materiallarının 5-ci cildinin 224 və 225-ci səhifələrindəki mesajda Y.Kərəmzadə öz fəaliyyəti haqqında danışır və bu mesajdan açıq aydın şəkildə görünür ki, onun fəaliyyəti elm və mədəniyyətlə bağlıdır. Eləcə də cinayət işində adları keçən digər İran vətəndaşları olan X132 gah sadəcə tədqiqatçı adlandırılır icild 5, səh 73, cild 9 səh 199, ittiham aktı səh 26), gah da İran XXO əməkdaşı icild 7, səh 90-92). Eyni ilə Mohəmməd Godrəti də gah sadəcə tədqiqatçı icild 5, səh 7) adlandırılır, gah da İran XXO ilə əlaqələndirilir icild 9, səh 199). Armin Fəridi haqqında bu uydurmanı istintaq Novruzəli Məmmədovun cinayət işi üzrə istintaq zamanı Baldadaş Qənbərovun 2007-ci ildə ifadəsi ilə əsaslandırır cild 7, səh 90-92). Bu ifadədə B. Qənbərov bildirib ki, Armin Fəridi onu İran XXO ilə əməkdaşlığa cəlb edib və bu görüş zamanı Müşfiq Kərimov da yanında olub. Lakin M. Kərimov öz ifadəsində bu məlumatı təkzib edib icild 7, səh 73). İstintaq zamanı onların üzləşmə protokolu hazırki cinayət işi materiallarına əlavə edilməyib. 9-cu cildin 10-14-cü səhifələrində B. Qənbərovun 2007- 2023-cü illər arasında giriş və çıxış tarixləri qeyd edilib. Bu illər əzində mütəmadi şəkildə Azərbaycana gəlib-gedib. Necə olur ki, özünün İranın XXO ilə əməkdaşlığı olduğunu iddia edən Azərbaycan vətənsaşı istintaq tərəfindən saxlanılmır? Armen Fəridi ilə o, 2012-ci ildə tanış olmuşam, həmin il İranda elmi səfərdə olduğu zaman ona bələdçilik edib. Bu zamandan dostluq əlaqələri yaranıb, imkanları daxilində elmi müzakirələri olub. Armin Fəridi həm tanınmış müsiqi və folklorşünasdır, həm də musiqiçidir. Bunun haqqında cinayət işi materiallarında da təsdiqləyici məlumatlar 5-ci cildin 54, 56 və 64-cü səhifələrində vardır ibu səhifələrdəki mesajlarda onun fəaliyyəti haqqında məlumat verilib). Mohamməd Qodrətini o bir mədəniyyət fəalı və doktorantura tələbəsi kimi tanıyır. Ömründə onu bir dəfə - 2023-cü ildə işlədiyi MMC fəaliyyəti ilə bağlı görmüşdür. İrana neft sənayəsi və iplik sərgilərinə səfər etdiyi zaman həm də kitab sərgisini ziyarət etmiş ondan qabaqcadan onun üçün hazırlanmasını xahiş etdiyi bədii və elmi kitabları almışdır. Bu səfərin MMC-nin fəaliyyəti və turizmlə bağlı olduğunu cinayət işi materiallarında 5-ci cildin 147-151-ci səhifələrindəki mesajlarla təsdiq olunur. X139, nə hansısa digər bir şəxs hansısa xüsusi xidmət orqanı ilə əlaqəsinin olduğunu heç vaxt bildirməyib, belə bir şübhə yaradacaq hər hansı hərəkət etməyib. İstintaq orqanı belə, ittiham aktının 22-ci səhifəsində yazır ki, Y.Kərəmzadə, M.Qudrəti və A. F. 8 Həftxani İİR xüsusi xidmət orqanları ilə bağlı olduğu ehtimal edilir. Yəni istintaq orqanı bu və digər əsassız iddiaların sadəcə ehtimal, fərziyyət və boş fantaziya olduğunu özü də bilir. Digər İran talış fəalı, jurnalist X133 XXO ilə əlaqələndirməyib, yenə də heç bir əsas və sübut göstərmədən “antitürk mövqe”, “Azərbaycan Respublikasına qarşı mənfi münasibət bəsləmək”, “talış separatçılarını” dəstəkləmək ilə ittiham edirlər iittiham aktı, 22 və 26 səh). Şəhram Azmude ictimai fəaliyyətinə görə iki dəfə İran güc strukturları tərəfindən tutulub, sonuncu dəfə 2023-cü ildə həbs edilib ibu barədə cinayət işi materiallarının 5-ci cildin 128 və 216-cı səhifələrində mesajlarla təsdiqlənir). Özünü artıq Tarix institutu və Elmlər Akademiyası ilə qarışdıran istintaq orqanı cinayət işi materiallarının 5-ci cildinin 7-ci səhifəsində və ittiham aktının 26-cı səhifəsində Y. Kərəmzadə “Azərbaycan tarixinin saxtalaşdırılması”nda günahlandırılır, lakin digər məsələlərdə də olduğu kimi bir təsdiqedici sübut irəli sürmür. Bu qarayaxmaların, qeyri-obyektiv və qeyri-peşəkar yanaşmaların, orta məktəb səviyyəli böhtanların yeganə səbəbi var: İstintaq orqanı özü də ona qarşı irəli sürdüyü ittihamların tamamilə əsassız olduğunu bilir və bu cür qarayaxmalar yarlıqları ilə təqsirləndirilən şəxsi və ya onun tanışlarını məhkəmənin gözündən düşürmək istəyir. Ümid edir ki, məhkəmə ona qarşı, onun zehin və ağlına və ədalətliliyinə qarşı edilən bu hörmətsizliyi görür və qiymətləndirir. Bu məntiqlə istintaq orqanı onun haqqında yenə əsassız bir şəkildə yazır ki, təqsirləndirilən şəxs sosial şəbəkələrdə paylaşımlarda erməni millətinə rəğbət və müsbət münasibət ifadə edib iittiham aktı s 15) və “erməni təəssübkeşliyi” göstərib cinayət işi materialları, cild 3, səh 190). Birincisi onun heç vaxt belə məzmunlu paylaşımları olmayıb. Ümumiyyətlə, bir xalq haqqında, bir dini, etnik, gender qrupu haqqında heç vaxt ümumiləşdirici nə müsbət, nə də mənfi ifadə işlətməmişdir. Hətta bu fikri ilə bağlı paylaşımı da istintaq cinayət işi materiallarının 1-ci cildinin 305-ci səhinə əlavə edib və möhtərəm məhkəmə kollegiyası onunla tanış ola bilər. İstintaq orqanının ayağına yazmaq istədiyi ifadələr cinayət olmasa da, məhkəmədə ona qarşı mənfi təəsürat yaratmaq məqsədini güdür. Cinayət işinin materiallarında və ifadəsinin əvvəlində də qeyd olunduğu kimi, “Talış Milli Akademiyası” sadəcə elmi faliyyətlə məşğul olub, siyasi fəaliyyətdən yayınıb həmişə. İstintaq orqanı bu tamamilə akademik təşəbbüsə qarşı heç bir böhtan uydura bilmədikləri üçün internetdən Ənvər Börüsoy adlı bir naməlum şəxsin yazdığı bir məqaləni yoxlamadan, tədqiq etmədən cinayət işi materiallarının 9-cu cildin 198-ci səhifəsinə və ittiham aktının 25-ci səhifəsinə əlavə edib. Bu məqalədən gətirilən sitatla istintaq mənə və “Talış Milli Akademiyası”na qarşı növbəti böhtan ataraq bu elmi cəmiyyətin guya hansısa məqaləni oxuduğu həyatında ilk dəfə eşitdiyi erməni banklar tərəfindən maliyyələşdirildiyini iddia edir. İşin tragikomik tərəfi odur ki, bu məqalədə Börüsoy iddia edir ki, 1993-cü il hadisələrindən bilinən Talış-Muğan Muxtar Respublikasının ideoloqlarından biri Təqsirləndirilən şəxsdur. Məlumat üçün bildirmək istəyir ki, onun həmin hadisələr zamanı 4 yaşı belə tamam olmamışdır. Sadəcə bu yetərlidir ki, bu məqalənin sadəcə şər-böhtan atmaq üçün yazıldığını və cinayət işi materiallarına əlavə edildiyini görmək mümkündür. Kim bilir, bəlkə bu məqalə elə istintaq orqanı əməkdaşlarının növbəti bəsit, uşaqsayağı, təxəyyül məhsuludur. “X93”heç vaxt heç bir bankdan, qurumdan pul və ya qrant almayıb. Elmi tədqiqatlarını tədqiqatçılar ya öz vəsaiti hesabına, ya da təsisçilərin və oxuyucuların köməyi ilə aparıblar. 9 Bu 9 cildlik cinayət işinin və ya digər sözlə şər-böhtanlı fantaziya, ehtimal və fərziyə toplusunun digər hissəsində icild 9, səh 190 və ittiham aktı səh 23) istintaq orqanı iddia edir ki, guya “Talış Milli Akademiyasının” nəşr etdiyi “talış dilinin qrammatikası” və digər kitabları Vüqar Salayev tərəfindən talış fonduna yığılmış vəsaitlə nəşr edilib. Növbəti cümlədə istintaq “Beynəlxaıq Talış fondu”nun 2023-cü ilin may ayının 9-da İsveçin Stokholm şəhərində, 2024- cü ilin yanvar ayının 31-də isə Litvanın Vilnüs şəhərində qeydiyyatdan keçdiyini qeyd edir. Bu sözlərin məntiqsizliyi bundan ibarətdir ki, qeyd olunan kitablar 2021-ci ilə qədər nəşr olunub. Sözü keçən fondu da gözdən düşürmək üçün yenə də sübutsuz-əsassız, məhkəmə iştirakçılarının ağlına və zehninə lağ edərcəsinə istintaq orqanı iddia edir ki, “X113” İİR tərəfindən maliyyə dəstəyi alır iittiham aktı, səh 23). Gülünc bir detalın yanından keçə bilməz. Cümləni qabardaraq istintaq orqanı yazır ki, “X113”nun qeydiyyat tarixlərini “əməliyyat məlumatları”əsasında əldə etmişəm. Amma əslində bu məlumat elə adı keçən fondun rəsmi saytında yazılıb. Görəsən saytı açıb bu məlumatı oxumaq əməliyyatını icra etmək üçün istintaq qrupunun neçə əməliyyatçısı əziyyət çəkib?! İttiham aktının 14-cü səhifəsində və cinayət işi materiallarında istintaq orqanı iddia edir ki, o, “Talış-Muğan Respublikası”nın “Mühacir höküməti”nin tərkibindədir. Bu iddiasını istintaq cinayət işi materiallarının 5-ci cildinin 21-ci səhifəsində əksini tapmış, istintaqın iddiasına görə Boris Talışinskiy tərəfindən X78 göndərilən mesajla əsaslandırılır. Lakin bu mesajda Təqsirləndirilən şəxs mühacir hökümətin tərkibində olduğu qeyd olunmur. Sadəcə deyilib ki, bu təşkilatın hansısa üzvlərin adları məxfi saxlanılır və bu haqda da heç kim bilməyəcək, 4 nəfərdən savayı. Lakin kim nəyi bilməyəcək deyilmir. Onun hər hansı bir şəkildə bu təşkilatda yer almağı qeyd olunmur. İstintaq orqanına da əvvəllər bildirdiyim kimi, burada da yenə də təkrar edirəm ki, mən heç vaxt bu təşkilatın üzvü olmamışdır. Boris Tolışinskiy ondan hansısa müraciətin tərcümə edilməsini ya da korrektə edilməsini xahiş etmiş, o da imtina etmişdir. Çox güman ki, o bunu O.Əskərov vasitəsi ilə təkrar çatdırmaq istəyib və bunun məxfi qalacağını təmin edib, lakin o yenə də bu xahişi qəbul etməmişdir. Necə ki, ittiham aktının 9-cu səhifəsində də qeyd olunduğu kimi, bu təşkilatın üzvü olan Rəhim Mirzəveyin də eyni məzmunlu xahişini rədd etmişdir. Şahid qismində dəvət olunmuş Y.Panəliyev bildirib ki, whatsapp tətbiqi ilə bu təşklilatın danışığına qoşulmuşdur. O da bu, nə də hər hansı başqa bir danışıqda təmsil olunmamış və danışmamışdır. Y. Panəliyevin ifadəsi də bunu təsdiq edir. O, həm də onunla, yəni həmin təşkilatın üzvü ilə heç bir tanışlığı belə olmadığını təsdiq edir. Bu ifadə cinayət işi üzrə materialların 7-ci cildin 162-ci səhifəsində yer tapıb. Lakin buna baxmayaraq istintaq orqanı cinayət işi materiallarının 9-cu cildinin 189-cu səhifəsində və ittiham aktının 14-cü səhifəsində iddia edir ki, “X148 Respublikasının” Mühacir hökümətinin bütün təşkilati işləri məhz Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilib. Cinayət işi materiallarının və ittiham aktının heç bir yerində istintaq orqanı özünə əziyyət verib izah etmir və bütün təşkilati işlərin nədən ibarət olduğunu açıqlamır. Bu ifadə ilə hansı cinayət əməllərini nəzərdə tutur və bu əməlləri İ. Əbilovun törətdiyinə dair hansı sübutları təqdim edir? Axı eyni məntiq və öz fantaziyalarına olan hədsiz inamla istintaq orqanı iddia edə bilər ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdən keçirilən bütün cinayətləri 24 saat ərzində törətmişdir. Bu iddia və böhtanlar digərləri kimi sadəcə məhkəmə iclası iştirakçılarının məntiqinə, zehninə və mənliyinə qarşı növbəti hörmətsizlikdir. Mühacir hökümət adlı bu təşkilat illər qabaq, onun Boris Talışinsikiyi heç tanımadığı, bircə dəfə də görmədiyi bir dövrdə yaradılıb. Onun bütün təşkilati işlərini o necə görə bilər? Ondan çox elmi tədqiqatlarından, universitetdə dərs oxumasından, kino məktəbi oxuyub film ssenarisi yazıb, çəkiliş təşkil etməkdən, MMC-ni idarə etməkdən və nəhayət şəxsi həyatını yaşamaqdan isitntaq orqanının təxəyyülü olan bu “bütün təşkilati işləri” necə görə bilərdim?! İstintaq orqanı iddia edir ki, o hansısa müraciətləri ingilis dilinə tərcümə etmiş, redaktə, korrektə etmiş və hətta yazmışdır. Bəs hansı bu müraciətlər? Niyə onlar cinayət işi materiallarına əlavə edilməyib? Cinayət işi materiallarının 2-ci cildində“TMMR-in Mühacir hökümətinin” bir neçə müraciəti yer alıb. Amma onlara onun aidiyyatı yoxdur, istintaq orqanı özü də onu həmin məntəqəldərlə əlaqələndirməyib. Necə olur ki, digər mətnlərin məzmununun Azərbaycan Respublikası Cinayət Məcəlləsinə zidd hər hansı bir əməl təşkil etdiyi yoxlanılır, həmin mətnlərin müəllifşünaslıq ekspertizası aparılır, amma bu müraciətlər haqqında heç bir ekspertiza istintaq tərəfindən aparılmayıb. Çünki istintaq orqanı da əmindir ki, adı keçən müraciətləri o hazırlamamışdır. Qeyd etmək istəyir ki, o, Boris Talışinskiyi və Əli Ağayevi 2022-ci ilin axırında Niderland krallığında şəxsən görüb görüşmüşdür. Bundan qabaq onları sadəcə sosial şəbəkələrdən tanımışdır. Onun Niderlanda səfərinin məqsədi Amsterdam və Leiden şəhərlərində yerləşən kitabxana və arxivlərdə tədqiqat aparmaq olub. Fürsətdən istifadə edərək səhhəti pisləşən Əlikram Hümbətovu da ziyarət edib onun bioqrafiyası haqqında sorğu-sual etmək istəmişdir. Onu ziyarət etdiyi vaxt B.Tolişinskiy və Ə.Ağayev də onu ziyarət etmişdilər. Müsahibəsini həyata keçirə bilməmiş, çünki səhhəti ilə bağlı Ə.Hümbətov uzun danışa bilməmişdir. Həmin görüş vaxtı o, öz elmi fəaliyyəti haqqında danışmışdır. Onlar da bu fəaliyyəti və layihələrinə maraq göstərmişlər. Sonralar onun 19cu əsrə aid talış dilindəki mətnlərin şeirlərin, hekayələrin, lətifələrin, lüğətin X34 arxivindən alınmasına kömək etmişlər, onların skan edilməsi müqabilində ödəniləcək məbləği həmin arxivin hesabına köçürmüşlər. Onu da qeyd edir ki, Əli Ağayev cinayət işinin materiallarında “mühacir hökümət”in “baş naziri” adlandırılıb, lakin onun onu tanıdığı dövrdə o, özünü belə adlandırmamışdır. Əlavə olaraq bildirmək istəyir ki, istintaq orqanı öz qarayaxma və böhtan səpələmə yanaşmasını davam etdirərək bu üç şəxsi “separatçı” (ittiham aktının 14 və 21-ci səhifəsi) adlandırır, lakin onlar həmişə talışın Azərbaycanın ayrılmaz parçası olduğunu qeyd edir, amma Talış bölgəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət qazanmasını istəyirlər, necə ki, məsələn Naxçıvan bölgəsinin muxtariyyəti var. İstintaq orqanı yəqin ki, özünü sadəcə tarixşünaslıq məsələsi üzrə deyil, həm də dilşünaslıq məəslələri üzrə qərarverici müəssisə bilir. Lakin bu kökündən səhvdir və istintaq orqanının növbəti söz oyunları göz önündədir. Separatçı o şəxsdir ki, hansısa bölgənin ayrılıb, müstəqil bir dövlət olmasını tələb edir. Yuxarıda qeyd etdiyi kimi, B.Talışinskinin və ya Ə.Ağayevin belə bir tələbi olmayıb. İstintaq orqanı özü də təqdim etdiyi materialların heç birində onların hər hansı “separatist” fikrini nümayiş etməyib. İstintaq orqanı yenə bir sübut və əsas göstərmədən iddia edir ki, guya o, B.Talışinskiy və Ə.Ağayevin İran səfərləri ilə bağlı təşkilati işlər görmüş və B.Talışinskinin hansısa çıxışını korrektə etmişdir. Bu şəxslər İrana özləri gedib, öz səfərlərini özləri təşkil ediblər. B.Talışinskiy ondan hansısa sözlərin ədəbi talışca variantlarını soruşmuş ola bilər, lakin hər hansı çıxışın korrektəsi istintaqın uydurmasıdır, yoxsa bu xəyali çıxışın mətnini də istintaq tərəfindən cinayət işi materiallarına əlavə edilərdi. Eyni məntiqlə istintaq orqanı Oqtay Əskərovu da heç bir əsas göstərmədən “separatçı”adlandırır və onun dırnaq arası “tapşırığı” ilə hansısa müraciət hazırladığımı iddia edir icild 5, səh 2-3, ittiham aktı səh 24), amma yenə də heç bir müraciəti cinayət işi materiallarına əlavə etmir. İttiham aktının 4-cü səhifəsində iddia edir ki, təqsirləndirilən şəxs Garnik Asatrianın tapşırığı ilə həmin vaxtdan etibarən kültəvi informaskiya vasitələrində həm öz adı, həm də digərləri ilə əlbir olmaqla “Rustam İskəndəri” adı altında, eləcə də “facebook” sosial şəbəkəkəsindəki özünə məxsus “İgbal Abilov” profilindən ifb.com/**********36235). İstifadə etməklə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları hazırlayaraq yaymış, eləcə də Azərbaycan Respubliaksı ərazisində mlli nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər edib. Bu iddia bütünlüklə şər, böhtan və fantaziyalardan ibarətdir. İfadəsinin əvvəlində qeyd etdiyi kimi, o heç vaxt nə Garnik Asatriandan, nə də başqa bir insandan heç bir tapşırıq almamış və cinayət işinin materialalrında belə bir tapşırıq yoxdur. İstintaqın cəlb etdiyi şahidlərdən Şahid1 xatırlayır ki, ondan onun elmi fəaliyyəti və həyatı haqqında bir məqalə yazmağı xahiş etdiyi zaman o ona demişdir ki, özünü tərifləmək üçün sifarişlə yazı yazdırırsan? deyib, bu xahişi rədd etmiş (ittiham aktı səh 12, cinayət işi materialları cild 7, səh 247). Belə bir zərərsiz, cüzi bir məqalə sifarişlə yazmaqdan imtina etmişsə, o, necə kiminsə “tapşırığı” ilə icitmai əhəmiyyətli məqalələr yaza bilərdi? Bu tamamilə məntiqsiz və ağlasığmazdır. O heç kim tərəfindən idarə olunmağı qəbul etməmiş və etməz. Bu xüsusən elmi və ictimai məsələlərə aiddir. İkincisi, cinayət işinin materiallarının 1-ci cildinin 81-111-ci səhifələrində və ittiham aktının 15-ci səhifəsində yer alan onun istifadəmdə olan sosial şəbəkə profillərinə baxışdan aydın şəkildə məlum olur ki, bu profillər adından heç bir ərazi parçalanması, separatçılıq, milli nifrət və ya düşmənçilik yayan heç bir paylaşım qətiyyən olmayıb. Üçüncüsü, istintaq zamanında da bildirdiyi kimi, indi də təkrarlayır ki, o “Rustam İskəndəri” adı altında məqalə yazmamışdır. İstintaq bu iddiasını X7 yazısı və sonradan hazırlanan müəllifşünaslıq ekspertizası rəyi ilə təsdiqləmək istəyir. Ancaq qeyd edilməlidir ki, bu şəxs hazırda sağdır, istintaq və məhkəmə tərəfindən ifadəsi alınmayıb və üzləşdirmə keçirilmədən naməlum şəkildə əldə edilən onun səs yazısı heç bir şəkildə sübut olaraq qəbul edilə bilməz. Bundan savayı, uşaqlığında, əmisi Kahin Əbilovu bir neçə dəfə talışdilli bir şair olaraq ziyarət etdiyi zaman onu gördüyünü, təqribən 2014-2015-ci illərdən etibarən onunla heç bir əlaqəsi olmadığını istintaqa da bildirmişdir və istintaq materialları da heç bir əlaqəsinin olmadığını sübut edir. X120 ilə şəxsi ədavəti var, vaxtı ilə onun haqqında oğlu Mirzəlizadə İdrak nalayiq çıxışlar etdiyinə görə. Şahid1 və Şahid2 şahid ifadələrindən də görülə biləcəyi kimi bu insan – Zabil Məhərrəmov başqalarına davamlı şər və böhtan atdığı üçün hər kəs ondan üz döndərib və əlaqə saxlamır (ittiham aktı səh 11-13, cinayət işi materialları cild 2, səh 6-8, cild 7, səh 247- 249). Cinayət işi materiallarının 5-ci cild səh 243-dəki mesajdan göründüyü kimi, hər kəs bilir ki, o, Zabilin ola biləcəyi tədbirlərdə iştirak etməkdən imtina edir. Bəlkə də Zabil Məhərrəmovun bu səs yazısı elə istintaq orqanının tapşırığı və köməyi ilə hazırlanıb. Bunu bilmir. Lakin bu səs yazısında Zabil Məhərrəmov həm də iddia edir ki, Təqsirləndirilən şəxs 12 “Rustəm İskəndəri” adı altında yazdığını Fəxrəddin Abbasov və Şahid2 da bilir. F.Abbasovun cinayət işi ilə bağlı hökmdən aydın görünür ki, o belə bir iddia irəli sürməyib. H. Məmmədov da şahid ifadəsində belə bir şey iddia etməyib. Yəni Z.Məhərrəmovun səs yazısı onu qaralamaq üçün və istintaqın iftira xarakterli iddiasına bəraət qazandırmaq üçün uydurulan bir yalandır. Müəllifşünaslıq ekspertiza rəyi ayrı bir məhkəmə iclasında tədqiq ediləcəyi üçün hazırda sdəcə qısaca bir neçə məsələ barədə danışmaq istəyi. 1) Bu ekspertiza rəyi iddia edir ki, “Rustəm iskəndəri” adı ilə yayımlanan məqalələrin müəllifinin Təqsirləndirilən şəxs olması fikrinə gəlməyə kifayət qədər əsas verir. rəyin səh 9). Amma istintaq orqanı ittiham aktının 4-cü səhifəsində iddia edir ki, təqsirləndirilən şəxs bu təxəllüs altında “həm də digərləri ilə əlbir olmaqla” yazılar yazıb. Bu açıq-aydın təqdim etdikləri ekspertiza ilə zidd fikirdir. 2) Bu ekspertizada tamamilə heç bir özəlliyi olmayan və bir çox insan tərəfindən dəfələrlə səsləndirilmiş talışların sayı, tarixi, yaşadığı ərazi və s haqqında yaxın məlumatlar əsas götürələrək bu təxəllüs onun adının yazılmasına çalışır. Amma “Rüstəm İskəndəri”nin heç bir siyasi, ictimai fikri onun səsləndirdiyi fikirlərlə qəsdən müqayisə edilməyib, çünki bu fikirlərdə heç bir eynilik yoxdur. Bu ekspertizanın nə qədər qərəzli və sifariş xarakterli olduğunu göstərir. 3) İstintaq bir tərəfdən onun talış muxtariyyatı tərəfdarı olduğumu və “Talış-Muğan Respublikası”nın “Mühacir hökümət”i adlı təşkilatının üzvü olduğunu əsassız bir şəkildə iddia edir. Digər tərəfdən onun muxtariyyət əleyhdarı, sadəcə tam müstəqilliyi tərəfdarı olan “Rüstəm İskəndəri”olduğumu iddia edir iekspertiza rəyi səh 26). Bu necə bier məntiqdir sizcə möhtərəm hakim? İttiham aktının 37-ci səhifəsində və cinayət işi materiallarının 7-ci cildinin 133-135-ci səhifələrindəki Ambulator məhkəmə psixiatrik ekspertiza rəyi onda heç bir psixi xəstəliyin əlamətlərini aşkar etməyib. Bəs necə olur ki, istintaqın fikrinə görə, o, bir-birinə tamamilə zidd fikirlərin tərəfdarı oluram? Yəni istintaq qışqıraraq bəyan edir ki, mənim kim olduğum, hansı düşüncəyə sahib olduğum vacib deyil, istintaqın onu nə ad taxtdığı, nə ad uydurduğu vacibdir. 4) Niyə istintaq bu təxəllüsün adı ilə yazılan məqalələri digər şəxslərin yazıları ilə eyniləşdirməyib? 5) X109 tutulduqdan sonra bu təxəllüslə heç bir məqalə yazılmayıb? Cinayət işi çərçivəsində dindirilən şəxslərin heç biri onun “mühacir hökümət” adlı təşkilatda təmsil olunduğunu, nə də “Rüstəm İskəndəri” təxəllüsü ilə hər hansı bir yazı yazdığını nə iddia edir, nə də hardasa, kimdənsə eşidiblər. Eyni ilə hər hansı xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyinə dair heç bir sübut yoxdur. Amma istintaq orqanı bunlara göz yumur və bu boş, böhtanlı iddialardan əl çəkmir. İfadəsinin əvvəlində də qeyd etdiyi kimi, o uzun illər elmi, pedaqoji, bədii və biznes fəaliyyəti ilə məşğul olmuşdur. Hər hansı başqa bir məşğuliyyətə vaxtı belə olmayıb, amma istintaq iddia edir ki, o hələ 5-6 nəfərin hansısa naməlum dırnaq arası “tapşrıqlarını” yerinə yetirmişdir. O həmişə cəmiyyət üçün faydalı insan olmuş, elmi tədqiqatlarının əhəmiyyəti dünya alimlərinin onun azad edilməsinə dair məktublarından da görünür, (məktub təqdim ediləcək). O nəinki ittiham edildiyi sadalanan cinayətləri törətmiş, ümumiyyətlə heç vaxt hər hansı bir cinayət törətməmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətmədiyini göstərsə də, onun cinayət əməlləri məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, müvafiq rəsmi və digər sənədlərlə, baxış protokolları, sorğulara cavab məktubları, ekspertiza rəyləri, maddi sübutlar, həmçinin əldə olunmuş digər dəlillərlə tam təsdiq olunmaqla sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 2015-ci ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvüdür. 2017-ci ilin iyunundan talış dilində nəşr olunan "Dodo" qəzetinin baş redaktorudur. Həmin qəzeti özü təsis etmiş və qəzet 25 may 2017-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. 8 səhifədən ibarət olan qəzet 1000 tirajla nəşr olunur. 2017-ci ildə 6 nömrəsi çap edilmişdir. Qəzetin dodoqezeti.az adlı saytı olmuşdur. 2016-cı ildə aprel döyüşlərindən sonra o, kütləvi informasiya vasitələrində, o cümlədən “youtube” internet kanalında talış xalqı adından Azərbaycan ordusuna, Azərbaycan dövlətinə videogörüntülü dəstək vermiş, həmin vaxt Fəxrəddin Abbasov onun “skype” ünvanına həmin videogörüntünü silməsini yazmışdır. O isə həmin videogörüntünü silməmiş və Fəxrəddin Abbasov bir daha ona bununla bağlı müraciət etməmişdir. Zabil Məhərrəmov isə ona “facebook” səhifəsində “sən kimsən xalqın adında özünü ortaya atmısan” yazmışdır. O da Zabil Məhərrəmova sərt formada onun işinə qarışmaması cavabını vermişdir. Zabil Məhərrəmov çox kobud insan kimi sosial şəbəkədə onu ancaq tənqid etmişdir. Təqsirləndirilən şəxs təxminən 2010-cu ildən sosial şəbəkədən tanımış, lakin sonuncu ilə hər hansı əyani görüşü olmamışdır. İqbalın əmisi Kahin Əbilovu da sosial şəbəkələrdən tanımışdır. İqballa əlaqəsi sonuncunun məqalələrini internet informasiya saytlarında oxuduqdan sonra yaranmışdır. Təxminən 2 il əvvəl o, talış dilində “Əlolon” adlı “Bayatılar” mənasını verən kitabını nəşr etdirmək istəmiş və talış ziyalılarından kitab çapı üçün ona maddi yardım etmələrini xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona bank vasitəsilə köçürmə yolu ilə 20 manat pul göndərmişdir. Bundan başqa onun kitablarının çapı üçün Oqtay Əskərov ona 100 manat pul vəsaiti vermişdir. O, Oqtay Əskərova təşəkkürünü bildirdikdə Oqtay Əskərov “İqbal sağolsun, pulu o, göndərib” ifadəsini demişdir. Təqsirləndirilən şəxs onunla vatsap sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq talış folkloru barəsində məlumatlar soruşmuşdur. O, Təqsirləndirilən şəxs Oqtay Əskərovun vasitəsilə talış dili və folkloru haqqında müəllifi olduğu kitabları göndərmiş, Təqsirləndirilən şəxs isə ona hər hansı kitab göndərməmişdir. Oqtay Əskərov ona yalnız “Avesta” adlı zərdüştlük haqqında kitab vermişdir. Təxminən 1 il yarım əvvəl o, İqballa vatsap sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq talış dili üzrə dərsliklər yazdığı üçün, talış etnoqrafiyası ilə bağlı araşdırmalar apardığı üçün onun haqqında məqalə yazmasını xahiş etmiş, Təqsirləndirilən şəxs ona kobud şəkildə “özünü tərifləmək üçün sifarişlə yazı yazdırırsan?” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs bu sözü onun xətrinə dəymiş və bundan sonra münasibəti soyumuşdur. Təqsirləndirilən şəxs hər hansı maliyyə yardımı almamış, ona verdikləri pulun əvəzində o, həmin dəyərdə “Dodo” qəzetinin kitabının 4 cildini, yəni 1, 4, 5 və 6-cı cildlərini və qəzet vermişdir. “Talış dili” adlı orta məktəb kitablarının eksperti olmuş, həmin kitablar Təhsil Nazirliyinin icazəsi ilə nəşr edilmişdir. “Talışın tarix və etnoqrafiyası üzrə oçerkləri - talışın baş tutmamış müstəqilliyi”, “Talışın Milli Akademiyasının qəzəti” adlı kitablar isə ona tanış gəlmiş, ya İqbalın mərhum əmisi Kahin Əbilovun poçtla göndərdiyini, ya da xatırlamadığı şəxs tərəfindən verildiyini bildirmişdir. Lakin həmin kitabları o, oxumamış və adını bəyənmədiyi üçün zibilliyə atmışdır. Boris Talışinskini o, sosial şəbəkələrdən tanımış, sonuncunun adı və soyadı diqqətini çəkdiyi üçün əlaqə saxlamışdır. Daha sonra Boris Talışinskinin çıxışlarını izlədiyi üçün belə lazımsız çıxışlar etməsinin səbibini soruşmuş, bunun əvəzinə talış dilində qəzet buraxdırması üçün ona maddi yardım etmələrini demişdir. Boris Talışinski isə fikirlərini dəstəkləmədiyi üçün ona “get hökumətin sənə pul versin” deyə bildirmişdir. X73 İrana səfər edib orada konfransda çıxış edərək ədəbi talış dilinin olmadığını demiş, o da həmin vaxt məqalə yazaraq talışın ədəbi dilinin olmadığını deyən ziyalını ziyalı saymadığını bildirmişdir. Bundan sonra Boris Talışinski ilə hər hansı əlaqəsi olmamışdır. Yasər Kərəmzadəni o, sosial şəbəkələrdən talış dilini araşdıran şəxs kimi tanımış, Yasər ona “facebook” sosial şəbəkəsində talış dili üzrə bir neçə suallar vermiş və o da cavablandırmışdır. Lakin daha sonra o, Yasər Kərəmzadənin səhifəsində sonuncunun Yerevan Dövlət Universitetində işlədiyini, Vardan Voskanyanın yanında tədbirlərdə iştirak etdiyi gördükdən sonra əlaqəni kəsmişdir. X61 tanımamış və hər hansı əlaqəsi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 15 ildir ki, gənc ziyalı kimi tanımış, çox yaxşı münasibətləri olmuşdur. O, Təqsirləndirilən şəxsla ilk əvvəl həbs olunmazdan əvvəl “Facebook” sosial şəbəkəsində “Hilal Mamedov” adı ilə qeydiyyatdan keçdiyi profil vasitəsilə tanış olmuş, sonuncunun məqalələri və yazılarını oxumuş, talış mədəniyyəti barədə çoxlu söhbətlər aparmışdır. İbqal Əbilov son 6-7 il ərzində Azərbaycana gəlib gedən zaman 2 dəfə onun evinə qonaq gəlmiş, cəmi 2 dəfə əyani olaraq evində görmüşdür. Bu görüşləri zamanı əsasən talış milləti, tarixi, mədəniyyəti, folkloru barədə söhbətlər etmiş və araşdırmalar barədə müzakirələr aparmışlar. O, Təqsirləndirilən şəxs müxtəlif tanışlar vasitəsilə bəzi kitablar göndərmiş, Təqsirləndirilən şəxs da öz növbəsində ona öz müəllifi olduğu və ya talış mədəniyyətinə məxsus olan xatırlamadığı bəzi kitabları və jurnalları göndərmişdir. Belə ki, tanışları tərəfindən ona çox sayda kitab və jurnallar hədiyyə olunduğu üçün, hamısını xatırlaya bilməmişdir. Boris Talışinskini o, qiyabi olaraq sosial şəbəkələrdən tanımış, sonuncu ilə xüsusi bir münasibəti olmamış, sosial şəbəkələrdə izləmiş, şəxsi heç bir tanışlığı olmamışdır. O, Boris Talışinskinin hər hansısa bir yazısına rəy bildirdiyini istisna etməmişdir. X35 ərazisində yaşadığını, avtomobil təmiri yeri işlətdiyini, ixtisasca riyaziyyatçı olduğunu eşitmişdir. Boris Talışinskiyə münasibəti normaldır. Yasər Kərəmzadəni o, talış folklorşünası kimi eşitmiş, sonuncu ilə heç bir münasibəti və əlaqəsi olmamışdır. O, 2005-ci ilə qədər Sankt-Peterburq şəhərində yaşayan dövrdə Zabil Məhərrəmovla tanış olmuşdur. 2005-ci ildə o, Azərbaycana geri qayıtdıqdan sonra sonuncu ilə heç bir əlaqəsi olmamış, bütün əlaqələrini kəsmiş, hətta Zabil Məhərrəmovu sosial şəbəkələrdə bloklamışdır. Zabil Məhərrəmovun ümumi düşüncə tərzi və fəaliyyəti onun fikirləri ilə üst-üstü düşməmiş, bu səbəbdən sonuncu ilə əlaqəni həmin vaxtdan kəsmişdir. X61 o, qiyabi olaraq tanımış, heç vaxt görməmişdir. 2005-ci ildə Yerevan şəhərində keçirilmiş konfransda talışlar barədə müzakirələr aparılmış, bu konfransın adı elmi olsa da, ermənilərin əsas məqsədi Azərbaycan daxilində qarışıqlıqlar salınması üçün talış milliyyətli şəxslərdən istifadə etmək olmuşdur. Həmin dövrdə o, məqalə hazırlayaraq bu konfransın işini pozmuş, öz soydaşlarına da ermənilərin boş danışıqlarına uymamağı tövsiyyə etmiş, sonuncuların Azərbaycanın ümumi düşməni olduqlarını bildirmişdir. Bu konfransın təşkilatçılarından biri də Garnik Asatrian olduğu üçün onunla Garnik Asatrianın düşmən münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs sərhədkeçmə məlumatlarından görünür ki, o, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasından Belarus Respublikası istiqamətində ölkəni tərk etmiş, xx.xx.2004-cü il tarixdə RF-dən AR-ə gəlmiş, xx.xx.2004 və xx.xx.2004 il tarixlərdə AR-dən RF istiqamətinə ölkəni tərk etmiş, xx.xx.2008-ci il tarixdə RF-dən AR-ə gəlmiş, xx.xx.2008-ci il tarixdə AR-dən RF istiqamətinə ölkəni tərk etmiş, xx.xx.2018-ci il tarixdə RF-dən AR-ə gəlmiş, xx.xx.2018-ci il tarixdə AR-dən Belarus Respublikası istiqamətində ölkəni tərk etmiş, xx.xx.2018-ci il tarixdə BR-dən AR-ə gəlmiş, xx.xx.2018-ci il tarixdə ARdən BR istiqamətinə ölkəni tərk etmiş, xx.xx.2022-ci il tarixdə BR-dən AR-ə gəlmiş, xx.xx.2022-ci il tarixdə AR-dən BR istiqamətinə ölkəni tərk etmiş, xx.xx.2024-cü il tarixdə AR-ə gəlmiş, xx.xx.2024-cü il tarixdə Rumıniya istiqamətində ölkəni tərk etməyə cəhd edərkən çıxışına qadağa qoyulduğu üçün saxlanılaraq geri qaytarılmışdır. DTX Terrorçuluğa qarşı mübarizə baş idarəsindən istintaqa xx.xx.2024-cü il tarixdə daxil olmuş 9-2181 saylı məktuba əlavə edilmiş materiallardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında 6 ay ərzində telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması, binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə, nəqliyyat vasitələrinə daxil olma və onlara baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə mənzilin müşahidə edilməsi və insanların güdülməsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli e-5(009)-2077/2024 nömrəli qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs 22 iyun 2024-cü il tarixdə saxlanılarkən istifadəsində olmuş “Samsung Galaxy S20” markalı mobil telefonunu gizlətməyə, sonra isə yaddaşında olan məlumatları silməyə cəhd göstərmiş, “whatsapp” sosial şəbəkə tətbiqini silməyə nail olmuşdur. Təqsirləndirilən şəxs mobil telefonundakı silinmiş məlumatlar, o cümlədən sosial şəbəkələr vasitəsilə aparılmış yazışmaların bir qismi texniki vasitələrlə bərpa edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy S20” markalı mobil telefonunun yaddaş nüsxəsindən əldə edilmiş məlumatların ilkin təhlili zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ermənistan Respublikasının xüsusi xidmət orqanları nümayəndələrinin tapşırığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların təkrar və bir qrup şəxs tərəfindən törədilməsində, habelə bu cür məzmunlu materialların hazırlanaraq yayılmasını təşkil etməkdə, Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədilməsinə rəhbərlik etməkdə, eləcə də digərləri ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının ərazisində terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlərin (terror aktı) törədilməsini xüsusi plan hazırlayaraq təşkil və rəhbərlik etməkdə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,28,214.2.1, 276, 281.3 və 32.3,283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş Ermənistan Respublikasının vətəndaşı olan Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri və Ermənistan Respublikasının Yerevan şəhərində fəaliyyət göstərən Rusiya-Ermənistan Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru X72 ilə “Skype” sosial şəbəkəsi vasitəsilə, sonradan “whatsapp” sosial şəbəkə tətbiqi vasitəsilə qeyd olunan məqsədlə mütəmadi əlaqələr saxlamış, etnik zəmində Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, Azərbaycan Respublikasının ərazisində milli nifrət və düşmənçiliyin salınması məqsədilə materiallar yayan “FreeTalyshıstan.com” saytının fəaliyyətinin bərpa edilməsi istiqamətində birgə fəaliyyət göstərmişdir. Müəyyən edilmişdir ki, Avropada yaşayan radikal talış separatçıları Boris Talışınski və Əli Ağayevin cari ildə Tehran şəhərinə səfərləri ilə bağlı təşkilatı işlər (biletlərin alınması, qarşılanma, VPN-dən istifadə və digər məsələlər), “X148 Respublikası”nın “Mühacir hökuməti”nin bütün təşkilati işləri məhz Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. B.Talışınski İranda çıxış edərkən hansı mövzularda ətrafında danışacağını Təqsirləndirilən şəxsla məsləhətləşmiş, məhz qeyd olunan səfərdən sonra qondarma “X148 Respublikası”nın “Mühacir hökuməti” yeni tərkibdə və daha radikal formada fəaliyyətə başlamışdır. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən “X148 Respublikası”nın “mühacir hökuməti”nin Azərbaycanda guya azsaylı xalqların hüquqlarının tapdalanması ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan sənədlərinin redaktə edildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Garnik Asatrianın tapşırığına uyğun olaraq talış separatçılarının fəaliyyətini koordinasiya edən Yerevan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi kimi hazırda fəaliyyət göstərən 2012-ci ildən tanıdığı Yasər Kərəmzadə ilə İranda çəkilmiş birgə fotoşəkilləri əldə edilmişdir. Təqsirləndirilən şəxs mobil telefonundan Boris Talışınskinin Azərbaycan Respublikasında yaşayan X78 göndərdiyi səs yazısı əldə edilmiş və orada Boris Talışınski Təqsirləndirilən şəxs “X148 Respublikası”nın “mühacir hökuməti”nin tərkibində olmasının tam məxfi saxlanıldığını, bunu yalnız 4 nəfərin bildiyini söyləmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş sosial şəbəkə profillərinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs istifadəsində olmuş Facebook (İgbal Abilov fb.com/**********36235) və İnstagram (iggirdasari instagram.com/iggirdasari) sosial şəbəkə profillərinin olması müəyyən edilmişdir. Facebook (İgbal Abilov fb.com/**********36235) sosial şəbəkə paylaşımlarında erməni millətinə rəğbət və müsbət münasibətini ifadə edən, Azərbaycanda yaşayan talışların assimilyasiyaya uğramasını bildirdiyini, bu dövlətin adına lağ edərək “Şimalcənub-qərb-şərqistan Respublikası”na dəyişdirməyin məntiqli olmasını, Azərbaycan Respublikasının cənub bölgəsini “Talışıstan” adlandırdığını, X12 Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli 1(101)-197/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini “Biabırçılıq!” adlandırmasını əks etdirən paylaşımları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əlaqəsi olan Yerevan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi Yasər Kərəmzadənin istifadəsində olmuş sosial şəbəkə profillərinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Yasər Kərəmzadənin istifadəsində Facebook (Yaser Karamzadeh facebook.com/yaser.karamzadeh) və İnstagram (yaserkaramzadeh instagram.com/yaserkaramzadeh) sosial şəbəkə profillərinin olması müəyyən edilmiş, hər iki sosial şəbəkə hesabında Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli 1(101)-197/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X12 fotoşəklini yayımladığı, fotoşəklin üzərindəki yazılarla Fəxrəddin Abbasovu “yazıçı, şimali talışın məşhur araşdırmaçı və talışşünası” kimi təqdim edərək sonuncunun vəfatının ildönümü münasibətilə “Fəxrəddin Abbaszadənin həyat və yaradıcılığı”, “İran mədəniyyətinin inkişafında talışların rolu”, “Talışlar və İran” mövzularında tədbirin keçiriləcəyi barədə elan yerləşdirdiyi müəyyən edilmişdir. Həmçinin İranda yaşayan talışların mənbələri haqqında “Talış mənbələrinin mədəniyyəti” kitabının nəşr edilməsi, həmin kitabın özünün, Vardan Voskanyanın və Əli Rəfiinin araşdırması olduğunu bildirmişdir. Bundan başqa Yasər Kərəmzadə “İnstagram” sosial şəbəkəsindəki xx.xx.2021-ci il tarixli paylaşımında Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasında “Talış mədəniyyətində Novruz” mövzusunda çıxış etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əlaqəsi olan qondarma “X148 Respublikasının mühacir hökuməti”nin “rəhbəri” Boris Talışinskinin istifadəsində olmuş sosial şəbəkə profillərinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, qondarma “X148 Respublikasının mühacir hökuməti”nin “rəhbəri” Boris Talışinskinin istifadəsində Facebook (Boris Talischinski facebook.com/boris.talischinski) və İnstagram (Boris Talischinski instagram.com/ boris.talischinski) sosial şəbəkə profillərinin olması müəyyən edilmişdir. Boris Talischinskinin sosial şəbəkə profillərində özünü qondarma “X148 Respublikasının mühacir hökuməti”nin “prezidenti” kimi təqdim etdiyini, həmin qondarma “mühacir hökumətin” adından müxtəlif yerli və beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər ünvanladığını, üzərində “Təqsirləndirilən şəxs azadlıq” yazısı olan Təqsirləndirilən şəxs fotoşəklini paylaşdığını, talışların öz müqəddaratını təyin etmək, özünüidarəetmə hüquqlarının olduğunu, talış gənclərinin müharibədə yalnız ön cəbhəyə göndərilərək məhv edildiyini, talışların Azərbaycanda assimilyasiyaya uğradığını, hüquqlarının pozulduğunu, “X148 Respublikası”nın bərpasına çağırış etdiyini əks etdirən paylaşımların mövcud olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə bağlı “youtube” portalında və “facebook” sosial şəbəkəsində yayımlanmış videomateriallara, eləcə də kütləvi informasiya vasitələrində yayımlanmış məqalələrə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli 1(101)-197/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 16 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X27 ilə bağlı xx.xx.2020-ci il tarixdə https://www.youtube.com/watch?v=hJ7hpHV0Qiİ səhifədə yayımlanmış “X121 jimon, mıborizə iyən şəhadət.” (tərcüməsi: Fəxrəddin Abbaszadənin həyatı (yaşayışı), mübarizəsi və şəhadəti) başlıqlı və xx.xx.2021-ci il tarixdə “youtube” portalında https://www.youtube.com/live/cvPkkWjBeQo?si=v4mK1yBhP caeNdS7 səhifədə yayımlanmış “X83 - 65!” (tərcüməsi: X84 - 65!) başlıqlı videomaterialların olması müəyyən edilmişdir. Həmçinin baxış zamanı https://rafiqcelilovblog.wordpress.com/wpcontent/uploads/2020/07/qazet-128.pdf internet səhifəsində “Kahin Əbilovun xatirəsinə” başlıqlı, https://russia-armenia.info/node/11808 səhifədə “İqbal Abilov. Talışskiy faktor v irano-azerbaydjanskix otnoşeniəx” (tərcüməsi: Təqsirləndirilən şəxs. İran-Azərbaycan münasibətlərində talış amili) başlıqlı, https://tolishpresxabon.livejournal.com/37257.html internet səhifəsində “Gtnoqrafiçeskaə gkspediüiə v Öjnıy Talış” (tərcüməsi: Cənub Talışa etnoqrafik ekspedisiya) başlıqlı, https://www.russia-armenia.info/node/4771 internet səhifəsində “Talışevedı - v «qruppe riska» v Azerbaydjanskoy Respublike / X140” (tərcüməsi: Azərbaycan Respublikasında talışşünaslar “risk qrupunda”dır / Təqsirləndirilən şəxs) başlıqlı, https://regnum.ru/article/1864683 internet səhifəsində “İqbal Abilov. Talışskiy faktor v irano-azerbaydjanskix otnoşeniəx” (tərcüməsi: Təqsirləndirilən şəxs. İran- Azərbaycan münasibətlərində talış amili) başlıqlı, https://iarex.ru/articles/75747.html internet səhifəsində “X122” (tərcüməsi: Kahin Əbilovun xatirəsinə) başlıqlı məqalələrin yayımlandığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs kütləvi informasiya vasitələrində yayımlanmış məqalələrinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, https://talyshcenter.org/informacia/2632.html səhifədə xx.xx.2021-ci il tarixdə və https://regnum.ru/news/3162464 səhifədə xx.xx.2021-ci il tarixdə “Jiznğ i smertğ Faxraddina Aboszoda” (tərcüməsi: Fəxrəddin Abbaszadənin həyatı və ölümü) başlıqlı; https://talyshcenter.org/istoria/1113.html səhifədə xx.xx.2018-ci il tarixdə “Repressirovannoe talışevedinie” (tərcüməsi: Repressiyaya uğramış talışşünaslıq) başlıqlı məqalələrin yayımlandığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs kütləvi informasiya vasitələrində “Rüstəm İskəndəri” təxəllüsü ilə yayımlanmış məqalələrinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünürki, https: //tolishpresxabon. livejournal. com/tag/tolışi%20ozavziјe%20 һərəkot səhifədə 14 fevral 2014-cü il tarixdə “Talışskoe naüionalğnoe dvijenie: za çto mı boremsə? – İİİ” (tərcüməsi: Talış milli hərəkatı: biz nə üçün mübarizə aparırıq? - İİİ) başılıqlı; https://talyshcenter.org/informacia/2005.html səhifədə 14 fevral 2014-cü il tarixdə “Talışskoe naüionalğnoe dvijenie: za çto mı boremsə? – Çastğ İİİ” (tərcüməsi: Talış milli hərəkatı: biz nə üçün mübarizə aparırıq? - İİİ) başlıqlı; https://talyshcenter.org/informacia/1997.html səhifədə 28 yanvar 2014-cü il tarixdə “Talışskoe naüionalğnoe dvijenie: za çto mı boremsə? – Çastğ İİ” (tərcüməsi: Talış milli hərəkatı: biz nə üçün mübarizə aparırıq? - İİ) başlıqlı; https://talyshcenter.org/informacia/1993.html səhifədə 27 avqust 2013-cü il tarixdə “Talışskoe naüionalğnoe dvijenie: za çto mı boremsə? – Çastğ İ” (tərcüməsi: Talış milli hərəkatı: biz nə üçün mübarizə aparırıq? - İ) başlıqlı; http://tolishpress.org/news/2401.html səhifədə 27 avqust 2013-cü il tarixdə “Talışskoe naüionalğnoe dvijenie: za çto mı boremsə? – İ” (tərcüməsi: Talış milli hərəkatı: biz nə üçün mübarizə aparırıq? - İ) başlıqlı; https://iarex.ru/articles/41701.html səhifədə 30 Sentyabr 2013-cü il tarixdə “Realii «talışskoqo voprosa» v Azerbaydjane” (tərcüməsi: AZƏRBAYCANDA “TALİŞ MƏSƏLƏSİNİN” REALLİQLARİ) başlıqlı; https://iarex.ru/articles/41784.html səhifədə 03 oktyabr 2013-cü tarixdə “«DALAY- DALAY» AZERBAYDJANSKOY Propaqandı” (tərcüməsi: Azərbaycan təbliğatının “dalaydalayı”) başlıqlı; https://talyshcenter.org/analitika/1623.html səhifədə 03 oktyabr 2013-cü il tarixdə “«Dalay-dalay» azerbaydjanskoy propaqandı” (tərcüməsi: Azərbaycan təbliğatının “dalaydalayı”) başlıqlı; http://tolishpress.org/news/2447.html səhifədə 04 oktyabr 2013-cü il tarixdə ““Dalaydalay” azerbaydjanskoy propaqandı” (tərcüməsi: Azərbaycan təbliğatının “dalay-dalayı”) başlıqlı; https://talyshcenter.org/analitika/2044.html səhifədə 19 fevral 2020-ci il tarixdə “İstoriə Talışstana: Svobodnıy Talışstan” (tərcüməsi: Talışıstan tarixi: Azad Talışıstan) başlıqlı; https://talyshcenter.org/intervyu/1629.html səhifədə 12 sentyabr 2014-cü il tarixdə “Azerbaydjan xoçet rasçlenitğ İran: Kto koqo v itoqe prisoedinit?” (tərcüməsi: Azərbaycan İranı parçalamaq istəyir: Sonda kim kimi ilhaq edəcək?) başlıqlı; https://talyshcenter.org/analitika/1694.html səhifədə 03 mart 2014-cü il tarixdə “Naselenie Azerbaydjana jdёt Vladimira Putina” (tərcüməsi: Azərbaycan əhalisi Vladimir Putini gözləyir) başlıqlı; https://talyshcenter.org/reakcia/1648.html səhifədə 20 dekabr 2013-cü il tarixdə “Bıli li Sefevidı törkami?” (tərcüməsi: Səfəvilər türk idilərmi?) başlıqlı; https://talyshcenter.org/informacia/2032.html səhifədə 27 mart 2015-cü il tarixdə “Talışi: O kakom ravnopravii reçğ?” (tərcüməsi: Talışlar: Hansı bərabərlikdən danışırıq?) başlıqlı; https://www.golosarmenii.am/article/27262/talyshi-o-kakom-ravnopravii-rech səhifədə 27 mart 2017-cü il tarixdə yayımlanmış “Talışi: o kakom ravnopravii reçğ?” (tərcüməsi: Talışlar: Hansı bərabərlikdən danışırıq?) başlıqlı; https://talyshcenter.org/analitika/1633.html səhifədə 20 iyun 2014-cü il tarixdə “Novoe administrativnoe delenie İrana: Budet li sozdan ostanTalışistan?” (tərcüməsi: İranın yeni inzibati bölgüsü: Talışıstan bölgəsi yaradılacaqmı?) başlıqlı; https://talyshcenter.org/analitika/1615.html səhifədə 30 sentyabr 2013-cü il tarixdə “Realii «talışskoqo voprosa» v Azerbaydjane” (tərcüməsi: Azərbaycanda “Talış məsələsi”nin reallıqları) başlıqlı; https://talyshcenter.org/analitika/1826.html səhifədə 07 dekabr 2012-ci il tarixdə “Vozmojen li qruzinskiy süenariy v Azerbaydjane?” (tərcüməsi: Azərbaycanda gürcü ssenarisi mümkündürmü?) başlıqlı; https://talyshcenter.org/analitika/1619.html səhifədə 28 senyabr 2013-cü il tarixdə “Turüiə qotovitsə k federalizaüii Azerbaydjana” (tərcüməsi: Türkiyə Azərbaycanın federallaşmasına hazırlaşır) başlıqlı; https://talyshcenter.org/analitika/1746.html səhifədə 24 dekabr 2012-ci il tarixdə “Azerbaydjan – imperiə ili psevdoimperiə?” (tərcüməsi: Azərbaycan imperiya, yoxsa psevdoimperiya?) başlıqlı; https://talyshcenter.org/analitika/2322.html səhifədə 03 iyul 2012-ci il tarixdə “Talışi v dvijenii İstorii” (tərcüməsi:Tarixin gedişatında talışlar) başlıqlı; http://tolishpress.org/index.php?news=1740&vote=5&aid=1740&Vote=Vote səhifədə 03 iyul 2012-ci il tarixdə yayımlanmış “Talışi v dvijenii İstorii” (tərcüməsi: Tarixin gedişatında talışlar) başlıqlı; http://tolishpress.org/news/2885.html səhifədə 12 sentyabr 2014-cü il tarixdə “Azerbaydjan xoçet rasçlenitğ İran: kto koqo v itoqe prisoedinit?” (tərcüməsi: Azərbaycan İranı parçalamaq istəyir: sonda kim kimi ilhaq edəcək?) başlıqlı; http://tolishpress.org/news/3064.html səhifədə 28 fevral 2015-ci il tarixdə “Faxraddin Aboszoda: X4 vıpolnəet bojestvennuö missiö” (tərcüməsi: Fəxrəddin Aboszoda: Talışıstan Milli Televiziyası ilahi missiyanı yerinə yetirir) başlıqlı; https://voskanapat.info/ru/10562/ səhifədə 1 mart 2015-cü il tarixdə “Faxraddin Aboszoda: X4 vıpolnəet Bojestvennuö missiö” (tərcüməsi: Fəxrəddin Aboszoda: Talışıstan Milli Televiziyası ilahi missiyanı yerinə yetirir) başlıqlı; http://tolishpress.org/news/2441.html səhifədə 01 oktyabr 2013-cü il tarixdə “Realii “talışskoqo voprosa” v Azerbaydjane” (tərcüməsi: Azərbaycanda “talış məsələsinin” realliqlari) başlıqlı; https://pandukht.livejournal.com/979546.html səhifədə 15 mart 2015-ci il tarixdə “Spaset li slepota Azerbaydjanskuö respubliku?” (tərcüməsi: Azərbaycan Respublikasını korluq xilas edəcəkmi?) başlıqlı http://tolishpress.org/news/3080.html səhifədə 14 mart 2015-ci il tarixdə “Spaset li slepota Azerbaydjanskuö Respubliku?” (tərcüməsi: Azərbaycan Respublikasını korluq xilas edəcəkmi?) başlıqlı; http://tolishpress.org/news/3090.html səhifədə 22 mart 2015-ci il tarixdə ““Pətaə toçka” Azaqitpropa vmesto mozqov” (tərcüməsi: Beyin əvəzinə Azagitpropun “Beşinci nöqtəsi”) başlıqlı; https://russia-armenia.info/node/14633 səhifədə 10 fevral 2015-ci il tarixdə “X149 çutğ li ne udivil nas / Rustam İskandari” (tərcüməsi: X149 az qala bizi təəccübləndirdi / Rüstəm İskəndəri) başlıqlı; https://russia-armenia.info/node/13929 səhifədə 21 yanvar 2015-ci il tarixdə “Azerbaydjanskiy mulğtikulğturalizm / Rustam İskandari” (tərcüməsi: Azərbaycan multikulturalizmi / Rüstəm İskəndəri) başlıqlı; https://voskanapat.info/ru/10790/ səhifədə 22 mart 2015-ci il tarixdə ““Pətaə toçka” azaqitpropa vmesto mozqov” (tərcüməsi: beyin əvəzinə azagıtpropun “beşinci nöqtəsi”) başlıqlı; https://voskanapat.info/ru/9490/ səhifədə 22 mart 2015-ci il tarixdə “Azerbaydjan xoçet rasçlenitğ İran: kto koqo v itoqe prisoedinit?” (tərcüməsi: Azərbaycan İranı parçalamaq istəyir: sonda kim kimi ilhaq edəcək?) başlıqlı; https://voskanapat.info/ru/1362/ səhifədə 27 mart 2013-cü il tarixdə “Beqstvo ot svobodı” (tərcüməsi: Azadlıqdan qaçış) başlıqlı; https://aboszodaff.livejournal.com/23819.html səhifədə 25 noyabr 2012-ci il tarixdə “Pereyti Kuru (manifest molodoqo talışa)” (tərcüməsi: Kürü keçmək (gənc talışın manifesti)) başlıqlı; https://nashaarmenia.info/2019/02/20/istoriə-talışstana-svobodnıy-talışs/ səhifədə 20 fevral 2019-cu il tarixdə “İstoriə Talışstana: Svobodnıy Talışstan” (tərcüməsi: Talışıstan tarixi: Azad Talışıstan) başlıqlı; https://nashaarmenia.info/2020/02/12/korennıe-narodı-azerbaydjana/ səhifədə 12 feval 2020-ci il tarixdə “Korennıe narodı Azerbaydjana” (tərcüməsi: Azərbaycanın köklü xalqları) başlıqlı; https://regnum.ru/article/1874525 səhifədə 08 fevral 2014-cü il tarixdə yayımlanmış “Parlament İrana: kto pravit İslamskoy respublikoy?” (tərcüməsi: İran parlamenti: İslam Respublikasını kim idarə edir?) başlıqlı məqalələrin yayımlandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X134 xx.xx.2024-cü il tarixli, 3-39-9/1-2379/24 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X134 xx.xx.2024-cü il tarixli, 3-39-9/1-2463/24 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicə olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsindən istintaqa xx.xx.2024-cü il tarixdə daxil olmuş 9-2402 saylı məktub və ona əlavə edilmiş sənədlərlə; məktubdan və sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X153 idarəsindən istintaqa xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-39-9/1-2428/24 saylı məktubda göstərilmişdir ki, Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1989cu il təvəllüdlü Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X134dən istintaqa xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-39-9/1-3158/24 saylı məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına Masallı rayonu, Bala Kolatan kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,63 ha və 0,12 ha torpaq sahələri qeydiyyata alınmışdır. DTX Terrorçuluğa qarşı mübarizə baş idarəsindən xx.xx.2024-cü il tarixdə daxil olmuş 9-2441 nömrəli məktub və ona əlavə edilmiş materiallardan görünür ki, ermənilərə məxsus elektron saytlarda və digər internet resurslarında Təqsirləndirilən şəxs “Rustam İskandari” təxəllüsü ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasını, milli nifrət və düşmənçiliyin salınmasını özündə əkd etdirən məqalələr paylaşdığı müəyyən edilmişdir. Həmçinin araşdırmalar zamanı müəyyən edilmiş həmin xüsusat barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri ilə axtarış elan edilmiş separatçı X7 yazısı ilə təsdiq olunmuşdur. Təqdim edilmiş materiallarla “Rustam İskandari” təxəllüsü ilə yazılmış “Damoklov meç nad Azerbaydjanom – Rustam İskandari” (tərcüməsi: Azərbaycan üzərində Damokl qılıncı – Rüstəm İskəndəri) başlıqlı, “Sosed, perestanğ sramitğsə – Rustam İskandari” (tərcüməsi: Qonşu, bəsdir ayıb etdin – Rüstəm İskəndəri) başlıqlı, “Talışi: O kakom ravnopravii reçğ? – Rustam İskandari” (tərcüməsi: Talışlar: Hansı hüquqbərabərliyindən danışırıq? – Rüstəm İskəndəri) başlıqlı və “İstoriə Talışstana: Svobodnıy Talışstan – Rustam İskandari” (tərcüməsi: Talışıstanın tarixi: Azad Talışıstan – Rüstəm İskəndəri) başlıqlı məqalələrin yayımlandığı müəyyən edilmişdir. DTX Terrorçuluğa qarşı mübarizə baş idarəsindən istintaqa xx.xx.2024-cü il tarixdə daxil olmuş 9-2494 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilmiş məlumatların təhlili nəticəsində Ermənistan Respublikasında Azərbaycan Respublikası istiqamətində tədqiqat aparan mərkəzlər və bu sahədə elmi araşdırmalarla məşğul olan Ermənistan Respublikası və İran İslam Respublikası vətəndaşları barədə bəzi məlumatlar əldə edilmişdir. Ermənistanda Azərbaycan üzrə araşdırma aparan əsas mərkəzlərdən biri olan Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasında əsasən Azərbaycanın azsaylı xalqlarından olan talışlar və tatlar istiqamətində tədqiqatlar aparılır. X49 Ermənistan Respublikasının “X50”nin müdiri, talış məsələləri üzrə ER-in aparıcı şəxsi, Rusiya-Ermənistan Universitetinin Şərqşünaslıq İnstitutunun müdiri, Ermənistan Respublikası xüsusi xidmət orqanları ilə əlaqəli olduğu qeyd edilmişdir. Yerevan Dövlət Universitetinin İran filologiyası kafedrasının İranın Gilan Universiteti, Tehran Universiteti, Təbriz Universiteti ilə elmi əməkdaşlığı və əlaqələri mövcuddur. Həmçinin orada İran İslam Respublikasının vətəndaşı olan talış dili və məsələləri üzrə ekspert Yasər Kərəmzadənin fəaliyyətləri mövcuddur. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətindən istintaqa xx.xx.2024-cü il tarixdə daxil olmuş 9-2679 saylı məktubdan görünür ki, Belarus Respublikasının Minsk şəhərində məskunlaşmış Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qondarma “X148 Respublikası”nın (“TMMR”) keçmiş “prezidenti” Əlikram Hümmətova məxsus, Niderland Krallığı, Haaqa şəhəri, Voorburq qəsəbəsində yerləşən mənzildə sonuncunun, həmçinin “TMMR”-in hazırkı “prezidenti” Boris Talışınski və “baş naziri” Əli Ağayevin iştirakı ilə keçirilmiş görüşdə iştirak etmişdir. Həmin görüş zamanı Təqsirləndirilən şəxs Ə.Hümmətovdan sonuncunun AR-də yaşadığı zamankı fəaliyyətinə həsr olunmuş videosüjet hazırlamaq məqsədilə müsahibə almışdır. Digər məlumata görə, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayında Niderlandın Leyden Universitetinin kitabxanasına və bir çox digər universitetlərinin arxivlərinə müraciət etmiş, habelə bir sıra xəritələrin axtarışında olmuşdur. Boris Talışinski (X16) - xx.xx.1968-ci il tarixdə AR-in Lerik rayonunda anadan olmuşdur. Bir müddət Rusiya Federasiyası (RF) ərazisində yaşamış, 2001-ci ildə Almaniya Federativ Respublikasına (AFR) köçmüşdür. X36 şəhərində yaşayır. 2019-2021-ci illərdə “TMMR”-in “mühacir hökuməti”ndə “ekologiya və təbii sərvətlər naziri”, 2021-ci ilin fevralavqust ayları ərzində “TMMR”-in “vitse-prezidenti” olmuşdur, 2021-ci ilin avqust ayından etibarən isə “TMMR”-in “prezidenti”dir. B.X37 Bənabi adlı İran İslam Respublikasi (İİR) vətəndaşı ilə birlikdə “KFZ Werkstatt Banabi & Talischinski” adlı avtomobil təmiri mərkəzinə rəhbərlik edir. Qeyd olunan şirkət Podbielski str. 115b, 30177 Hannover ünvanında qeydiyyatdan keçmişdir (VÖEN: 25/232/20304) və həmin ünvanda fəaliyyət göstərir. Həmçinin B.Talışinski cari ilin mart ayında İrana səfər etmiş, orada bir sıra görüşlərdə iştirak etmiş və qayıtdıqdan sonra İranın maraqlarına uyğun ritorika nümayiş etdirməyə başlamışdır. Bununla yanaşı, B.Talışinski 2021-ci ilin iyul ayında Hannoverdə “X110 Haqları Təşkilatı” (TİMRO, X1 e.V.) adlı ictimai birliyi rəsmi qeydiyyatdan keçirmişdir. Sözügedən təşkilat talış dilində qəzet və kitabların nəşri, mədəni tədbirlərin keçirilməsi məqsədilə yaradılsa da, B.Talışinski “TİMRO”-nun sədri kimi 2021-ci ilin 16 sentyabr tarixində Fəxrəddin Abbasov ilə bağlı AFR-in Xarici İşlər Nazirliyinə məktub göndərmiş və etnik azlıqların hüquqları mövzusunda AR-ə təzyiq edilməsini xahiş etmişdir. B.Talışinski sosial şəbəkə hesabları üzərindən aktiv şəkildə AR-in suverenliyini, ərazi bütövlüyünü və konstitusiya quruluşunu hədəfə alan, AR-də yaşayan xalqlar arasında nifaq salmağa, AR-də məskunlaşan etnik qrupları separatçılığa təşviq etməyə yönələn, habelə guya AR-də etnik azlıqlara qarşı dövlət səviyyəsində ayrı-seçkiliyin və təzyiqlərin olduğunu iddia edən təbliğat aparır. X130 - “TMMR”-in “baş naziri”dir. xx.xx.1963-cü il tarixdə AR-in Masallı rayonunda anadan olmuşdur. 2004-cü ildən etibarən İsveçdə məskunlaşmışdır. Həmçinin özünün vaxtaşırı Haaqa şəhərinə gəlib-getdiyi barədə məlumatlar mövcuddur. Ə.Ağayev ötən dövrdə “Azərbaycandakı talışların hüquqlarının müdafiəsi” mövzusunda layihələr hazırlayıb Avropa Şurasının müvafiq strukturlarına təqdim etmişdir. Ə.Ağayev 2022-ci ildə “X123” (“X94” - “TMŞ”) adlı quruma sədr köməkçisi təyin edilmişdir. Həmçinin Ə.Ağayev cari ilin mart ayında İrana səfər etmişdir. Zülfiyev Kəmal - “TMMR”-in “baş nazirinin müavini”, eləcə də “informasiya və müdafiə naziri”dir. xx.xx.1963-cü il tarixdə AR-in Lerik rayonunda anadan olmuşdur. Sözügedən şəxs 1988-ci ildən Litva Respublikasında məskunlaşmışdır, Litva vətəndaşıdır. X38 şəhərində yaşayır və həmin şəhərin “Fermerlər Assosiasiyasının sədri vəzifəsində çalışır. K.Zülfiyev 2011-2015-ci illərdə Litvada “Talysh” və “Azəri” adlı cəmiyyətlərə rəhbərlik etmişdir. 2017-ci ildən “Talış Milli Akademiyasının icraçı direktorudur. xx.xx.2023-cü il tarixdə Vilnüsdə "xxxx" MMC adlı tikinti şirkətini qeydiyyatdan keçirmişdir. İstifadəsində +**********0 telefon nömrəsi və “Elektron ünvan 1” e-mail ünvanı vardır. X95 - “TMMR”-in “gənclər və idman naziri”dir. xx.xx.1972-ci il tarixdə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuşdur. RF vətəndaşıdır, hazırda Sankt- Peterburq şəhərində yaşayır. X91 - “TMMR”-in “səhiyyə və ekologiya naziri”dir. xx.xx.1968-ci il tarixdə Lənkəran rayonunun Şağlaser kəndində anadan olmuşdur. RF vətəndaşıdır, Rusiyada fəaliyyət göstərən “Sverdlovsk vilayətinin Talış Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədridir. RF-də keçirilən tədbirlərdə qondarma “TMMR”-in bayrağı altında sədri olduğu təşkilatın adından iştirak edir. Qondarma “TMMR”-in 30-cu ildönümü münasibətilə 2023-cü ilin avqust ayında Yekaterinburq şəhərində keçirilmiş tədbirin əsas təşkilatçılarından biri olmuşdur. X42 - “TMMR”-in keçmiş “baz naziri”dir. xx.xx.1970-ci il tarixdə Lerik rayonunda anadan olmuş, xx.xx.2016-cı il tarixdə AR-i tərk etmişdir. R.Mirzəyev Almaniyada “talış məsələsi”ndən istifadə edərək oturum izni almışdır. R.Mirzəyev həmçinin “X94” təşkilatının üzvlərindəndir. X53 - RF-nin Yekaterinburq şəhərində qondarma “TMMR”-in yaradılmasının 30 illiyinə həsr olunmuş tədbirin keçirildiyi “BardİN” iaşə obyektinin sahibidir. xx.xx.1980-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur, RF vətəndaşıdır. Yekaterinburq şəhəri, Akademik Bardin küçəsi, ev 37 ünvanında fəaliyyət göstərən “BardİN” iaşə obyekti ilə yanaşı, eyni küçədə yerləşən “Baleton” restoranının da sahibidir. İstifadəsində +**********9 mobil telefon nömrəsi mövcuddur. Ağayev Elnur - “Talış Milli Akademiyası”nın təsisçilərindən biridir. X142 X63 şəhərində yaşayır. Təqsirləndirilən şəxs son dövrlərə qədər sözügedən şəxslə əlaqələri olmuş, onlar birgə elmi fəaliyyətlə məşğul olmuşlar. Sənəddə adları keçən İran vətəndaşları - Yasər Kərəmzadə, Məhəmməd Qüdrəti, X124 və X135 “talış məsələsi” ilə bağlı iş aparan fəallardan hesab edilirlər. Xüsusilə Y.Kərəmzadə, M.Qüdrəti və A.F.Həftxaninin İİR xüsusi xidmət orqanları ilə bağlı olduğu ehtimal edilir. Qeyd olunan şəxslər əslən talış olan AR vətəndaşları ilə (ölkə daxilində və xaricdə yaşayan) kontaktlar saxlayır, talış əhalisi arasında AR-ə qarşı fikirlərin təbliğatı ilə məşğul olurlar. Y.Kərəmzadə, M.Qüdrəti və A.F.Həftxani İrandakı talış təşkilatları -“X125”, “X85”, “X11 Qrupu” və digərlərinin fəal üzvləri qismində “talış problematikası” ilə bağlı ARə qarşı təşkil olunmuş aksiya və tədbirlərin iştirakçıları olmuşlar. Hazırda həbsdə olan talış separatçısı X112 səfəri çərçivəsində M.Qüdrəti ilə görüşdüyü də məlumdur. Ş.Azmudə AR-ə mənfi münasibət bəsləyir və talış separatçılarını dəstəkləyir. İranın Astara şəhərində İİMK-nın Qüds Qüvvələrinin nəzarətində olan “X143” İranın talış əhalisi və təşkilatları ilə iş aparmaqda, onlar vasitəsilə ölkəmizə qarşı etnik zəmində kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirməkdədir. Yasər Kərəmzadə - xx.xx.1983-cü il tarixində İranın Gilan vilayətində anadan olmuşdur, Ermənistanın Yerevan Dövlət Universitetində iranşünaslıq ixtisası üzrə doktorantura təhsili almışdır. O, talış dili və ədəbiyyatı üzrə araşdırmaçı kimi ixtisaslaşmışdır, eləcə də 2021-ci ildə yazılmış “Talış xalq poeziyasının strukturunun araşdırılması” üzrə elmi işin müəllifidir. Həmçinin Y.Kərəmzadənin Ermənistanda Qafqaz və Xəzər regionu ilə bağlı təşkil olunan tədbirlərdə mütəmadi iştirakı qeydə alınmışdır. Y.Kərəmzadə “www.facebook.com/iran.kadus”, “www.instagram.com/yaserkaramzadeh”, “www.facebook.com/yaser.karamzadeh”sosial şəbəkə hesablarının, habelə “@İrankadus” adlı “Telegram” səhifəsinin istifadəçisidir. X20 - xx.xx.1968-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur, ER vətəndaşıdır. Yerevan şəhəri, Arabkir rayonu, Qyubenkyan küçəsi, ev 25, mənzil 2 ünvanında qeydiyyatdadır. İstifadəsində +**********4 mobil telefon nömrəsi və “fb.com/victoria.arakelova” sosial şəbəkə hesabı mövcuddur. X126 - xx.xx.1989-cu il tarixdə Yerevan şəhərində anadan olmuşdur, ER vətəndaşıdır, evlidir. Yerevan şəhəri, Malatiya-Sebastiya rayonu, Martikyan küçəsi, ev 23 ünvanında qeydiyyatdadır. İstifadəsində “fb.com/hakob.avchyan” sosial şəbəkə hesabı mövcuddur. X74 - xx.xx.1994-cü il tarixdə Ağdərə rayonunun Zəylik kəndində anadan olmuşdur, ER vətəndaşıdır, Belarus Respublikasında ali təhsil almışdır. Ağdərə rayonu, Zəylik kəndində qeydiyyatdadır. İstifadəsində “fb.com/marianna. chobanyan.1994” sosial şəbəkə hesabı mövcuddur. X86 - xx.xx.2003-cü il tarixdə İspaniyanın Barselona şəhərində anadan olmuşdur, ER vətəndaşıdır. Yerevan şəhəri, Malatiya-Sebastiya rayonu, Andraniki küçəsi, ev 56, mənzil 36 ünvanında qeydiyyatdadır. İstifadəsində “fb.com/mel. madridistamargaryan” sosial şəbəkə hesabı mövcuddur. Hazırda İspaniyada olduğu ehtimal edilir. X97 - xx.xx.1986-cı il tarixdə ER-in Şirak vilayətinin Saratak kəndində anadan olmuşdur, ER vətəndaşıdır. Şirak vilayəti, Artik bələdiyyəsi, Saratak kəndində qeydiyyatdadır. İstifadəsində “fb.com/vardanian.aharon” sosial şəbəkə hesabı mövcuddur. DTX Terrorçuluğa qarşı mübarizə baş idarəsindən istintaqa xx.xx.2024-cü il tarixdə daxil olmuş 9-2776 saylı məktubdan və məktuba əlavə edilmiş materiallardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonunun yaddaş nüsxəsinin alınması nəticəsində aparılmış tədqiqatlar zamanı əldə olunmuş audio materialların bir qisminin təhlili zamanı müəyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayan, talış fəalı xx.xx.1978-ci il təvəllüdlü, Bakı şəhərində doğulmuş, milliyyətcə talış, AR və RF vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X3 ilə talış fonduna toplanmış vəsaitlərdən istifadə etməklə «Qrammatika talışskoqo əzıka» (tərcüməsi: “Talış dilinin qrammatikası”), «Vestnika THA» (tərcüməsi: “Talış Milli Akademiya xəbərləri”), «Nesostoəvşeysə nezavisimostğö Talışa» (tərcüməsi: Talışın qazanılmamış müstəqilliyi) adlı kitabların çapını və onların satışını təşkil etmişdir. Əldə edilmiş əməliyyat məlumatlarına əsasən, “X113” 2023-cü il may ayının 9-da İsveçin Stokholm şəhərində, 2024-cü ilin yanvar ayının 31-də isə Litvanın Vilnüs şəhərində qeydiyyatdan keçirilmiş, İİR tərəfindən maliyyə dəstəyi aldığı məlum olmuşdur. Belə ki, fondun maliyyə dəstəyi ilə “Talyshfund.org” adlı yeni saytı fəaliyyətə başlamış, müəyyən kitab və musiqilərin hazırlanması məqsədilə 2500 avrodan çox pul ayrılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs qondarma “X148 Respublikası”nın “prezidenti" Boris Talışınskinin tapşırıqlarını icra etdiyi, Birləşmiş Millətlər Təşkilatı, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlara bu qondarma qurum adından talışların Azərbaycanda assimilyasiyaya uğraması, hüquqlarının kobud şəkildə pozulması və sair bu kimi həqiqətə uyğun olmayan, Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzdan salınmasına hədəflənmiş məqsədyönlü müraciətlər hazırlayıb Boris Talışınskiyə ötürdüyü, sonuncu tərəfindən isə həmin müraciətlərin sözügedən təşkilatlara ünvanlandığı müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Ermənistan Respublikasının xüsusi xidmət orqanları ilə əlaqəli, İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri və Ermənistan Respublikasının Yerevan şəhərində fəaliyyət göstərən Rusiya-Ermənistan Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru X47 əməkdaşlıq edən, İran İslam Respublikasının Gilan Universitetinin və İrəvan Dövlət Universitetinin müəllimi Yasər Kərəmzadə ilə mütəmadi əlaqələrinin mövcud olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonunun yaddaş nüsxəsinin alınması nəticəsində aparılmış tədqiqatlar zamanı əldə olunmuş 2022-ci ilə aid audio materiallarda Y.Kərəmzadə Təqsirləndirilən şəxs ilə danışığında Q.Asatriandan materiallar toplamaq barədə tapşırıq aldığını qeyd etmiş, “Talış mühacir hökuməti”nin yaradılması istiqamətində işlərin görülməsinin vacibliyini vurğulamışdır. Bundan başqa Təqsirləndirilən şəxs Y.Kərəmzadəyə təqdim etdiyi materiallar əsasında sonuncunun erməni dilində kitab çap etməyi planlaşdırdığı məlum olmuşdur. Y.Kərəmzadə Təqsirləndirilən şəxs “Talış Milli Akademiya”sı haqqında məqalə yazmaq üçün zəruri məlumatları, eləcə də Azərbaycan Respublikasında məskunlaşmış ləzgi, gürcü, avar və digər azsaylı xalqlar barədə materiallar toplayıb ona göndərməyi xahiş etmişdir. Aparılmış araşdırmalar nəticəsində Təqsirləndirilən şəxs tərəfindən çapı təşkil edilmiş kitabların Azərbaycanda qanunsuz olaraq təbliğ edildiyi (həmçinin Rusiya Federasiyasında paylaşılır və satılır) məlum olmuşdur. Belə ki, talışlar barədə bu və ya digər məlumatlar ayrı-ayrı şəxslər vasitəsilə rəsmi və qeyri-rəsmi mənbələrdən toplanılaraq Təqsirləndirilən şəxs əmisi - xx.xx.1976-ci il təvəllüdlü Masallı rayonu Kolatan kəndində anadan olmuş, milliyyətcə talış, AR vətəndaşı Masallı rayonunun Kolatan kəndində qeydiyyatda olan və yaşayan, işsiz, X54 təqdim edilmiş, daha sonra sonuncunun övladı xx.xx.2000-ci il təvəllüdlü Masallı rayonunun Kolatan kəndində anadan olmuş, milliyətcə talış, AR vətəndaşı, Masallı rayonunun Kolatan kəndində qediyyatda olan və yaşayan X105 tərəfindən materiallar “skan” edilərək fayllar şəklində Təqsirləndirilən şəxs “Telegram” ünvanına göndərilmişdir. İqbal toplanmış materiallar barədə “Google Meet” tətbiqi vasitəsilə Y.Kərəmzadə ilə əlaqə yaradaraq müzakirələr aparmış və əldə edilmiş materialları sonuncuya göndərmişdir. Bundan sonra toplanmış materiallar əsasında Y.Kərəmzadənin təşkilatçılığı ilə Ermənistan Respublikası və İran İslam Respublikasında kitablar çap edilərək Təqsirləndirilən şəxs çatdırılmışdır. Təqsirləndirilən şəxs öz növbəsində AR-də yaşayan yaxın qohumları vasitəsilə həmin kitabları Bakı şəhərində yaşayan, talış fəalı xx.xx.1960-cı il təvəllüdlü, miliyyətcə talış, AR vətəndaşı, Lənkəran rayonunun Şağlaser kəndində doğulmuş, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka 1 bağ massivi 1170 saylı bağ evində yaşayan talış separatçısı X78, sonuncu isə öz növbəsində məsləhət bildiyi AR-də yaşayan digər talış fəallarına təqdim etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs talış tərəfdarları ilə danışıqları zamanı kitabları gizli səkildə saxlamağı, reklam və açıq-aşkar təbliğ etməməyi, kitabların paylaşılması zamanı ehtiyatlı olmağı, yalnız talış fəallarına verilməsini tövsiyyə etmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonunun yaddaş nüsxəsinin alınması nəticəsində aparılmış tədqiqatlar zamanı əldə olunmuş səsli mesajların təhlili zamanı sonuncunun təşəbbüsü ilə çap edilərək paylanması üçün O.Əsgərova göndərilmiş “Vestnika THA" adlı kitabda erməni müəlliflərinin elmi məqalələrinin yerləşdirildiyi məlum olmuşdur. Həmçinin O.Əsgərovun Müzəffər adlı şəxsə “Vestnika THA” kitabının 2-ci cildindən 2 ədəd, 1-ci cildindən 1 ədəd, “Tolişi Zıvon” (Talış dili) adlı kitabından 2 ədəd verdiyi məlum olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs O.Əsgərovun tapşırığı ilə Avropa Şurasının səlahiyyətli təşkilatlarına (AŞPA-nın Bakı ofisinə, İnsan Haqları Komissiyasına) və Niderlandda fəaliyyət göstərən “Talış Milli Hərəkatı” QHT adından “Diskriminasiya və ayrı seçkilik” mövzusunda ingilis və rus dillərində müraciət hazırladığı müəyyən edilmişdir. Həmçinin materialların təhlili zamanı məlum olmuşdur ki, V.Salayev Moskvada fəaliyyət göstərən “Talış Milli Konqresi” adlı təşkilatın ofisində “Vestnik THA” adlı kitabda X64 aid məqalələr olduğunu səbəb gətirərək bu kitabları RF-də nümayiş edə bilməyəcəyini bildirmişdir. V.Salayev bunun səbəbini ofisə cəlb edilən talışların təşkilatdan uzaqlaşa biləcəyi ilə izah etmiş, o, təşkilatın ermənilərlə heç bir bağlılığının olmadığını, gəncləri təşkilata əziyyətlə cəlb etdiyini söyləmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs X72 ilə “SKYPE” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq, sonuncu ilə “freetalyshistan.com” saytının fəaliyyət göstərməsi üçün pul ödənişlərinin həyata keçirilməsi istiqamətində yazışmalar aparmışdır. Araşdırma zamanı, “freetalyshistan.com” saytının 2017-2019-cu illər ərzində fəaliyyət göstərdiyi və həmin müddətlərdə saytda Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə məqalələrin dərc edildiyi məlum olmuşdur. Göstərilənlərlə yanaşı, “freetalyshistan.com” saytının “Youtube"seqmentində paylaşımlar arasında, “Talış erməni qardaşlığı", “Artsax talışlar üçün niyə vacibdir1' başlıqdı video materialların yayımlandığı və kanalın 2023-cü ilə qədər aktiv fəaliyyət göstərdiyi məlum olmuşdur. Həmçinin, əməliyyat tapşırığında qeyd olunan “Talış Milli Akademiyası” (TMA) 2011ci ilin əvvəllərində yaradılmış, əsasən Rusiya Federasiyasının Moskva və Belarus Respublikasının Minsk şəhərində fəaliyyət göstərmişdir. 1 aprel 2011-ci ildə «Hürriyyət» qəzetində dərc edilmiş, müəllifi Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin eksperti Ənvər Börüsoy olan «Azərbaycan yeni təhlükə ilə üz-üzə» adlı məqalədə “Talışıstan Milli Akademiyası Moskva şəhərində fəaliyyət göstərir və Ermənistan xüsusi xidmət orqanlarının maliyyə dəstəyilə yaradılmışdır. TMA-nın nəşr etdirdiyi antiazərbaycan məzmunlu kitablar Ermənilərə məxsus «Anelik» və «Kaskad» banklarının maliyyə dəstəyi ilə buraxılmış, Moskva və Minsk şəhərlərində satılır» məzmunlu fikilər qeyd olunmuşdur. Qondarma “Talış-Muğan Muxtar Respublikası”nın “mühacir hökuməti’’nin tərkibi aşağıdakı şəxslərdən ibarətdir: “Prezident” - xx.xx.1968-ci il tarixdə Lerik rayonunun Pirasora kəndində doğulmuş, milliyyətcə talış, Almaniya Federativ Respublikasının vətəndaşı, Almaniya FR-in Hannover şəhərində yaşayan X29 (Boris Talischinski); “Baş nazir” - xx.xx.1963-cü il tarixdə Masallı rayonunun Qızılavar kəndində doğulmuş, milliyyətcə talış, Azərbaycan Respublikası və İsveç vətəndaşı, evli, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 158 A, mənzil 178 ünvanında qeydiyyatda olan, İsveç Krallığı, Stokholm şəhəri, Snapphanevagen 136, SE 177 54 Jarfalla ünvanında yaşayan, X130; “Baş nazirin müavini, İnformasiya və təhlükəsizlik naziri” - xx.xx.1963-cü il tarixdə Lerik rayonunda doğulmuş, milliyyətcə talış, Litva Respublikasının vətəndaşı, Litva Respublikasının Şalçininkay şəhərində yaşayan X79; “Elm və təhsil naziri” - xx.xx.1962-ci il tarixdə Astara rayonunun Tüləgüvan kəndində doğulmuş, milliyyətcə talış, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, ünvan 3 ünvanında qeydiyyatda olan, işsiz, Belarus Respublikasının Minsk şəhərində yaşayan X55; “Təbliğat və beynəlxalq təşkilatlanma naziri” - İngiltərənin London şəhərində yaşayan, London Universitetinin professoru, etnoqraf Zərdüşt Setude; “Gənclərlə iş naziri” - xx.xx.1972-ci il tarixdə Masallı rayonunun Kolatan kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olan, milliyyətcə talış, Rusiya Federasiyasında yaşayan X95; “Maliyyə və ekonomiya naziri” - xx.xx.1967-ci il tarixdə Azərbaycan Respublikası Lerik rayonunda doğulmuş, milliyyətcə talış, Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyasının Çeçenistan Respublikasında yaşayan X30; “Hüquqi məsələlər və inzibati naziri” - xx.xx.1972-ci il tarixdə AR-də doğulmuş, milliyyətcə talış, Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyasında yaşayan X23; “Səhiyyə və ekologiya naziri” - xx.xx.1968-ci ildə Lənkəran rayonu Şağlaser kəndində doğulmuş, milliyyətcə talış, Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyası Yekaterinburq şəhəri Şefskaya küçəsi ev 62 mənzil 22 ünvanında qeydiyyatda olan və orada yaşayan X56. Təqsirləndirilən şəxs əlaqə saxladığı talış fəalları barədə: - xx.xx.1980-ci il tarixdə Lənkəran rayonunun Port-İliç (indiki Liman şəhəri) şəhərində doğulmuş, hazırda ABŞ-də yaşayan, şəxsi biznes fəaliyyəti ilə məşğul olan X43; - xx.xx.1978-ci il təvəllüdlü, Bakı şəhərində doğulmuş, milliyyətcə talış, AR və RF vətəndaşı, ünvan 4 ünvanında qeydiyyatda olan, hazırda RF-nin Moskva şəhərində yaşayan X67; - xx.xx.1960-cı il təvəllüdlü, miliyyətcə talış, AR vətəndaşı, Lənkəran rayonunun Şağlaser kəndində doğulmuş, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka 1 bağ massivi 1170 saylı bağ evində yaşayan X106; - xx.xx.1960-cı ildə Lerik rayonunun Cənçinəvud kəndində doğulmuş, ali təhsilli, ailəli, AR vətəndaşı milliyyətcə talış, ünvan 5 ünvanında qeydiyyatda olan və orada yaşayan X17; - xx.xx.1969-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, milliyyətcə talış, AR vətəndaşı, orta təhsilli, ailəli, ünvan 6 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 6, mənzil 24 ünvanında yaşayan X80; - xx.xx.1955-ci ildə Lerik rayonunun Qələbin kəndində doğulmuş, Bakı şəhəri, Xəzər rayonu Şağan qəsəbəsi, M.ünvan 9 ünvanında qeydiyyatda olan və orada yaşayan AR vətəndaşı, milliyyətcə talış X24; - xx.xx.1970-ci il tarixdə Lerik rayonunun Monidigah kəndində anadan olmuş, milliyyətcə talış, AR vətəndaşı, evli, Monodigah kəndində qeydiyyatda olan, hazırda Almaniyada yaşayan X42. - Təqsirləndirilən şəxs talış separatçılığı ilə bağlı digər əlaqələri: - “Talesh” jurnalının baş redaktoru və talış dili, tarixi və mədəniyyətinin tədqiqatçısı, həmçinin antitürk mövqeli şəxs olan Şəhram Azmudə; - İİR XXO ilə əlaqəli olan, Yerevan Dövlət Universitetinin İran dialektləri üzrə professoru, həmin universitetin Şərqşünaslıq fakültəsində etnik millətlərin tarixi, dili, mədəniyyəti və Azərbaycan dövlətçilik tarixinin saxtalaşdırılması istiqamətində fəaliyyət göstərən Yasər Kərəmzadə; - ’’X99 və “X11 Qrupu’’nun fəal nümayəndəsi, Tehran Universitetinin elmlər namizədi, İİR XXO ilə əlaqəli olan Məhəmməd Qüdrəti; - Talışların tarixi məsələləri ilə bağlı araşdırma aparan, elmi tədqiqatçı llR-də yaşayan Armin Fəridi. Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy S20” markalı mobil telefonun yaddaşının bərpa edilməsi nəticəsində əldə olunmuş məlumatların yazıldığı DVD disklərə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, qondarma “Talış- Muğan Muxtar Respublikası”nın “mühacir hökuməti’’nin “prezidenti” Boris Talışlinskinin beynəlxalq təşkilatlara müraciətlərinin, pasportunun fotoşəklinin, “mühacir hökuməti’’nin “baş naziri” Əli Ağayevin pasportunun fotoşəklinin, Boris Talışlinski və digərlərinin İran İslam Respublikasında təşkil edilmiş konfransdakı iştiraklarının görüntülərinin olduğu, Təqsirləndirilən şəxs Yasər Kərəmzadə və digər şəxslərlə birgə fotoşəkillərinin, “Skype” sosial şəbəkəsindəki “girdasari İqbal” hesabı vasitəsilə “Boris Talischinski”, “alakramh Alakram”, “garnikasatrian Garnik S.A.”, “Kamal Zulfijev”, “erol-26”, “Atakhan Abilov”, “Aboszoda Fakhraddin”, “Oqtay Askerov”, “hilal mamedov”, “ismail-shabanov”, “Vardan Voskanian”, “X144”, “İrada Malikova”, “fakhraddin aboszoda”, “Hooshang Amirahmadi” adlı istifadəçilərlə əlaqə saxladığı, “Telegram” sosial şəbəkəsindəki “116286125 E” hesabı vasitəsilə “Boris Talischinski”, “Əli Agayev”, “Yasər Kərəmzadə”, “Baqramyan 26”, “Armin Faridi”, “Armin Heydərian”, “Şəhram Azmudə”, “Mohammad Qudrəti” adlı və digər istifadəçilərlə əlaqə saxladığı, “İnstagram” sosial şəbəkə (iggirdasari instagram.com/iggirdasari) hesabında Yerevan Dövlət Universitetinin professoru Hakob Avchyan ilə bir-birilərini izlədikləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Mel Margaryan”, “Yaser Karamzadeh”, “Boris Talışinskiy”, “Əli Ağayev”, “Kamal Zülfiyev” adlı istifadəçilərlə əlaqə saxladığı, “signal” sosial şəbəkəsindəki hesabı vasitəsilə “Kamal Zulfijev”, “Adil Nəsirov”, “Armin Faridi”, “Boris Talischinski”, “Kamal Vilnus”, “Rahim Şaliyev” adlı və digər istifadəçilərlə əlaqə saxladığı, “whatsapp” sosial şəbəkəsindəki **********89” mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi hesabı vasitəsilə “Boris Talischinski”, “Kamal Vilnus”, “Armin Faridi”, “Rəşad Əhmədzadə” adlı və digər istifadəçilərlə əlaqə saxladığı, mailto:kikiriki1024@gmail.comElektron ünvan 2, mailto:igbal.abilov@gmail.comElektron ünvan 3, mailto:masal_66@list.ruElektron ünvan 4, us.abilova@ gmail.com, mailto:vestnik@tolish.comElektron ünvan 5, mailto:lankon.minsk@mail.ruElektron ünvan 6, Elektron ünvan 7, mailto:mt.oz@hotmail.comElektron ünvan 8, elektron poçt hesablarından istifadə etdiyi, telefonun “kontaktlar” bölməsində qondarma “Talış-Muğan Muxtar Respublikası”nın “mühacir hökuməti’’nin “prezidenti” Boris Talışlinskinin və “mühacir hökuməti’’nin digər üzvlərinin mobil telefon nömrələrinin olduğu, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli 1(101)-197/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2020-ci ildə vəfat etmiş X12 qəbrinin yanında Təqsirləndirilən şəxs və digər şəxslərin fotoşəkillər çəkdirdikləri, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) 24 iyun 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş X5 fotoşəklinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının vətəndaşı X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(101)-197/2020 nömrəli hökmün surətindən görünür ki, X27 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunu və ona bitişik rayonları işğal etmiş Ermənistan Respublikasına, həmin ölkənin xüsusi xidmət orqanlarına Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda köməklik edib onların tapşırıqlarını icra etməklə, düşmən tərəfinə keçməklə Azərbaycan Respublikasının vətəndaşı olaraq dövlətə xəyanət etmiş, Ermənistan Respublikası, həmin dövlətin xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı məqsədyönlü fəaliyyətin tərkib hissəsi kimi Ermənistan Respublikası vətəndaşı X49 rəhbərliyi altında «Talışıstan Milli Televiziyası» adlandırılan internet televiziya kanalının yaradılmasına və fəaliyyətinə köməklik edib, fəaliyyətində iştirak edərək Garnik Asatrian, habelə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi cinayətkar sövdələşməyə uyğun olaraq Garnik Asatrianın tapşırığı ilə və onunla müntəzəm razılaşdırmaqla qəsdən Rusiya Federasiyası və Ermənistan Respublikasının ərazilərindəki kütləvi informasiya vasitələri və sosial şəbəkələrdən, o cümlədən həmin internet televiziya kanalından istifadə etməklə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları hazırlayaraq yaymış, Ermənistan Respublikası, həmin ölkənin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinə qarşı məqsədyönlü fəaliyyətinin tərkib hissəsi kimi ümumi cinayətkar sövdələşməyə uyğun olaraq aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə etməklə qəsdən Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər etmişdir. Belə ki, Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Yerevan Dövlət Universitetinin «İranşünaslıq kafedrası»nın tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması istiqamətində məqsədyönlü fəaliyyət göstərən «X66»nin rəhbəri Garnik Asatrian 2014-cü ildə Azərbaycan Respublikasının vətəndaşı Fəxrəddin Abbasova Ermənistan tərəfinin maliyyə təminatı ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, eləcə də etnik amillərdən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınması istiqamətində Ermənistan Respublikasında öz rəhbərliyi altında fəaliyyət göstərəcək «Talışıstan Milli Televiziyası» adlandırılan internet televiziya kanalının yaradılmasına köməklik etməsi üçün müraciət etmiş və Fəxrəddin Abbasovla qeyd olunan internet televiziya kanalının bu məqsədlə yaradılması, internet televiziya kanalının fəaliyyətinə cəlb edilə biləcək şəxslərin tapılması, Fəxrəddin Abbasov tərəfindən həmin internet televiziya kanalında yayımlanacaq etnik amillərdən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn materialların hazırlanması, redaktə edilməsi, habelə Fəxrəddin Abbasovun hər dəfə Garnik Asatrianla razılaşdırmaqla belə materialları digər kütləvi informasiya vasitələrində yayması barədə razılığa gəlmişlər. Bu məqsədlə Fəxrəddin Abbasov maddi maraq müqabilində Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında «Talışıstan Milli Televiziyası»nın fəaliyyətinə rəhbərlik edən Garnik Asatriana sonuncunun tapşırığı ilə həmin internet televiziya kanalı üçün müntəzəm olaraq videoçəkilişlərin hazırlanmasında istifadə olunan xromakeyin əldə edilməsi və digər təşkilati məsələlərin həllinə köməklik etdikdən sonra qeyd olunan internet televiziya kanalı Ermənistan Respublikasının ərazisində, lakin erməni dilində deyil, qeyd olunan çağırışların mahiyyətinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət dilində və Azərbaycan Respublikası vətəndaşlarının gündəlik məişətdə istifadə etdiyi digər dillərdə fəaliyyətə başlayaraq yayımlar həyata keçirmişdir. Həmin müddət ərzində Garnik Asatrian Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınması, etnik amillərdən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması hesabına Azərbaycan Respublikasının cənub bölgəsində «Talışıstan» adlı müstəqil dövlətin yaradılmasına çağırış edən verilişlərin layihəsini internet resursları vasitəsilə Fəxrəddin Abbasova göndərərək mətnlərini hazırlamasını, yaxud əlavə və düzəlişlər etməsini tapşırmış, sonuncu əvvəlcədən əldə edilmiş razılaşmaya uyğun olaraq «Talışıstan Milli Televiziyası»nda qeyd olunan dillərdə yayımlanacaq verilişlərin məzmununu hazırlamış, mətnlərini redaktə etmiş, eyni qaydada Garnik Asatriana göndərmişdir. X89 Asatrianla əvvəlcədən əldə edilmiş razılaşmaya uyğun olaraq «Talışıstan Milli Televiziyası» adlandırılan internet televiziya kanalında yayımlanmış xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il tarixli çıxışlarında, «Dınyo iyən Tolış» (Dünya və talış) verilişinin xx.xx.2015, xx.xx.2015, xx.xx.2015-ci il tarixli buraxılışlarındakı çıxışlarında, «Hər şeyi öz adı ilə çağıraq» verilişinin xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015ci il tarixli buraxılışlarındakı çıxışlarında, xx.xx.2017-ci il tarixli «Talışi vıbiraöt Armeniö» (Talışlar Ermənistanı seçirlər) başlıqlı çıxışında, habelə kütləvi informasiya vasitələri hesab edilən - http://voskanapat.info/?p=9637&l=ru internet səhifəsində xx.xx.2014-cü il tarixdə yayımlanmış «Mı reşaem odnu iz slojnıx zadaç naşey revolöüii» (Biz inqilabımızın çətin vəzifələrindən birini həll edirik), http://tolishpress.org/news/3368.html internet səhifəsində xx.xx.2015-ci il tarixdə yayımlanmış «Naşa obhenaüionalğnaə ideə – Nezavisimıy, Svobodnıy Talışistan!» (Bizim ümummilli ideyamız - müstəqil, azad Talışıstan!), http://www.yerkramas.org/article/119508/cel---nezavisimyj-talyshistan internet səhifəsində xx.xx.2017-ci il tarixdə yayımlanmış «Üelğ - nezavisimıy Talışistan» (Hədəf - müstəqil Talışıstandır) adlı müsahibələrində, https://miaban.ru/info/azerbaijan/madoyan_3/ səhifəsində xx.xx.2018-ci il tarixdə yayımlanmış «Nujno li Armenii soxranenie Azerbaydjana?» (Azərbaycanın qalması Ermənistana lazımdırmı?) adlı məqaləsində, eləcə də xx.xx.2017-ci il tarixdə «facebook» sosial şəbəkəsindəki profilində «V Sankt#Peterburqe povesili flaq Talışistana. 6 noəbrə noçğö v Sankt-Peterburqe na mostu, raspolojennom na pereseçenii prospektov Slavı i Vitebskoe şosse, bıl vıveşen plakat» (Sankt-Peterburqda Talışıstanın bayrağını asıblar. 06 noyabrda gecə Sankt-Peterburqda “Slavı” və “Vitebskoye şosse” prospektlərinin kəsişməsində yerləşən körpüdə afişa asılmışdır) yazılarını və «Svoboda Talışistanu!» (Talışıstana azadlıq) yazısı həkk edilmiş uydurma «Talışıstan dövlətinin bayrağı»nın fotoşəkili paylaşmaqla qəsdən etnik amillərdən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları hazırlayaraq yaymış, eləcə də qəsdən Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər etmişdir. X89 Asatrianla əvvəlcədən əldə edilmiş razılaşmaya uyğun olaraq «Talışıstan Milli Televiziyası»nda xx.xx.2016-cı il tarixdə yayımlanmış Ermənistan Respublikasının Yerevan şəhərində xx.xx.2016-cı il tarixdə keçirilmiş «Azərbaycan Respublikasının yerli xalqları» adlı elmi konfrans kimi təqdim edilən tədbirə internet üzərindən görüntülü qoşulub etdiyi çıxışlarında Azərbaycan Respublikasının ərazisinin üç hissəyə bölünməsinə və onlardan birində müstəqil «Talışıstan» dövlətinin yaradılmasına, eləcə də xx.xx.2017-ci il tarixdə həmin kanalda yayımlanmış Rusiya Federasiyasının Moskva şəhərində «Prezident Otel»in konfrans zalında xx.xx.2017-ci il tarixdə Ermənistan Respublikasının rəsmi dövlət nümayəndələrinin, həmin ölkənin «Daşnaksütun» partiyasından olan deputatların iştirak etdiyi «Rossiysko-armənskoe sotrudniçestvo: İtoqi, perspektivı i osnovnıe vızovı» (Rusiya-Ermənistan əməkdaşlığı: nəticələr, perspektivlər və əsas çağırışlar) adlı konfrans kimi təqdim edilən tədbirdəki çıxışında Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasını bütün region üçün təhlükə adlandıraraq bu təhlükənin aradan qaldırılması üçün etnik talış olan Azərbaycan Respublikası vətəndaşları ilə ermənilərin birləşməsinə, Dağlıq Qarabağın müstəqilliyinə və etnik zəmində Azərbaycan dövlətinin parçalanaraq dağıdılmasına qəsdən çağırışlar etmişdir. Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının tapşırığına əsasən Garnik Asatrian 2014-cü ilin sonlarında Fəxrəddin Abbasova Azərbaycan və talış dillərini yaxşı bilən, etnik amillərdən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması hesabına «Talışıstan» adlı dövlətin yaradılması ideyasını təbliğ etməyə razılaşacaq, aparıcılıq qabiliyyətinə malik olan, Ermənistan Respublikasının ərazisində Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətinin tərkib hissəsi kimi «Talışıstan Milli Televiziyası» adlandırılan internet televiziya kanalında aparıcı qismində fəaliyyət göstərəcək şəxs tapmasını tapşırmışdır. Fəxrəddin Abbasov qeyd olunan məqsədlə fəaliyyət göstərməsi üçün seçib maddi maraq müqabilində razı saldığı X22 2014-cü ilin sonlarında Ermənistan Respublikasına gedərək 2016-cı ilin sonlarınadək olan müddət ərzində «Talışıstan Milli Televiziyası»nda Azərbaycan Respublikasının dövlət dilində və talış dilində hazırlanan verilişlərdə aparıcı qismində çalışmasını təmin etmiş, sonuncunun çıxışlarının məzmununu hazırlayaraq, mətnlərini redaktə edib Garnik Asatriana göndərmişdir. Fəxrəddin Abbasov 2016-cı ildə «Talışıstan Milli Televiziyası» vasitəsilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışların edilməsi, bu cür məzmunlu materialların hazırlayaraq yayılması, Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınması istiqamətində həmin kanalda fəaliyyətini davam etdirməsi üçün Zabil Məhərrəmovun 500 ABŞ dolları təşkil edən əmək haqqının 1000 ABŞ dollarınadək artırılmasını Garnik Asatriandan xahiş etmiş və sonuncu Zabil Məhərrəmovun maaşını qeyd olunan məbləğədək artırmışdır. 2015-ci ilin sonlarında Garnik Asatrian əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun olaraq Fəxrəddin Abbasova «Talışıstan Milli Televiziyası»nın «Türk verilişləri redaksiyası»nda Azərbaycan dilində sərbəst danışa bilən qadın axtarıb tapması üçün müraciət etmiş, sonuncu isə Garnik Asatriana Ermənistan Respublikasında yaşayan Azərbaycan dilini bilən qadınlardan birini qeyd olunan internet televiziya kanalında verilişə aparıcı qismində işə götürməsini, həmin aparıcının Azərbaycan Respublikasında yaşayan müsəlman qadınlardan biri olması görüntüsünü yaratmaq üçün konkret hərəkətlər edilməsini, o cümlədən başına hicab geyindirilməsini və gözünə eynək taxılmasını bildirmiş, Garnik Asatrian tərəfindən Ermənistan Respublikasının vətəndaşı X13 həmin redaksiyaya aparıcı qismində cəlb edilib xarici görünüşü qeyd olunan qaydada dəyişdirilərək azərbaycanlı kimi «İlhamə Cəfərzadə» adı altında fəaliyyətə başlamış, sonuncunun televiziyadakı çıxışlarının məzmununun və mətninin hazırlanmasında Fəxrəddin Abbasov yaxından iştirak etmiş, internet resursları vasitəsilə müvafiq tövsiyyələrini vermiş və həmin qadının aparıcılığı ilə Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn «Qəndja bez korennıx qəndjinüev_İz iskrı vozqoritsə plamə!» (Yerli gəncəlilərsiz Gəncə_Qığılcımdan alov doğar) başlıqlı videomaterialın xx.xx.2018-ci il tarixdə «Talışıstan Milli Televiziyası»nda yayımlanmasını təmin etmişdir. Fəxrəddin Abbasov Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunu və ona bitişik rayonları işğal etmiş Ermənistan Respublikasının silahlı qüvvələri ilə Azərbaycan Respublikası silahlı qüvvələri arasında təmas xəttində 2016-cı ilin aprel ayının əvvəllərində növbəti silahlı qarşıdurma zamanı Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı və dövlət təhlükəsizliyi zərərinə olaraq, habelə Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətmək məqsədilə qəsdən Ermənistan Respublikasına, həmin ölkənin xüsusi xidmət orqanlarına Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda köməklik edib onların tapşırıqlarını icra etməklə, qeyriləri ilə qabaqcadan razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun olaraq yayımlanacaq materialları əvvəlcədən redaktə etməklə Azərbaycan Respublikasının vətəndaşı Zabil Məhərrəmov tərəfindən Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi geyim forması geyinməklə həmin ölkədə fəaliyyət göstərən «Talışıstan Milli Televiziyası»nda xx.xx.2016-cı il tarixdə yayımlanmış «”İm çəmə canq ni” – “Gto – ne naşa voyna!”» (Bu bizim müharibə deyil), «”Tolış bıbən! İştə xəlği məhavatən!” – “Budğte talışami! Ne predavayte svoy narod!”» (Talış olun! Öz xalqınızı satmayın) başlıqlı, “Çəmə xosə xəlq. Əmə həmə çok zınedəmon ki, ozobijonojon təbliğat çanədə de du tərbizi püre” (Bizim əziz xalq. Biz hamımız yaxşı bilirik ki, Azərbaycanlıların təbliğatı nə qədər yalanlarla doludur) ifadələri ilə başlayan çıxışlarda Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət edən etnik talış olan Azərbaycan Respublikası vətəndaşlarına Azərbaycan Respublikası əleyhinə çağırışlar edərək qəsdən Azərbaycan Respublikası silahlı qüvvələrinin döyüş qabiliyyətinin aşağı olması barədə həqiqətə uyğun olmayan təxribat xarakterli fikirlərin səsləndirilməsini, onların ermənilərlə birləşməsinin vacibliyinin təbliğ edilməsini, «Talışıstan Milli Televiziyası»nda xx.xx.2015-ci il tarixdə yayımlanmış “Tolışi ləşkər” - “Talışskaə armiə” (Talış ordusu) başlıqlı çıxışda Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət edən etnik talış olan Azərbaycan Respublikası vətəndaşlarına orduda xidmət etməmələri ilə bağlı Azərbaycan Respublikası əleyhinə çağırışlar edilməsini, onların Azərbaycan Respublikası ərazi bütövlüyünün parçalanması hesabına “Talışıstan ordusu”nda xidmət etməli olduğunun təbliğ edilməsini, “Talışıstan Milli Televiziyasının türk dilində həftəlik verilişi” kimi təqdim edilən verilişdə xx.xx.2016-cı il tarixdə yayımlanmış “Azərbaycan faciəsi - nə baş verir?” və “Cəbhədən xəbərlər” başlıqlı çıxışlarda Ermənistan Respublikasının silahlı qüvvələri ilə gedən döyüşlər zamanı Azərbaycan Respublikasından ən çox azsaylı xalqların nümayəndələrinin öldürüldüyü və digər bu kimi həqiqəti əks etdirməyən məlumatların məqsədyönlü şəkildə yayılmasını, bununla da Ermənistan Respublikasının, həmin dövlətin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinə qarşı məqsədyönlü fəaliyyətinin tərkib hissəsi kimi etnik amillərdən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar edilməsini, bu cür məzmunlu materialları hazırlayaraq yayılmasını, qəsdən Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər edilməsini təmin etmişdir. Bu əməllərinə görə X27 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X18 cinayətlərin məcmusu üzrə qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının vətəndaşları X57 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 274, 281.3 və 283.1-ci maddələri ilə, X68 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)- 1575/2024 nömrəli hökmü ilə; hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs X92 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Ermənistan Respublikasının xüsusi xidmət orqanlarına Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək edib onların tapşırıqlarını icra etməklə, düşmən tərəfinə keçməklə dövlətə xəyanət etmiş, Ermənistan Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinin tapşırığı ilə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları hazırlayaraq yaymış, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən istifadə etməklə qəsdən Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər etmiş, eləcə də Azərbaycan Respublikasının ərazisində terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə hazırlıq hərəkətləri etmiş, lakin iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmişdir. Belə ki, təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının vətəndaşı X92 2019-cu ilin dekabr ayında daha əvvəl Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nümayəndəsi olan Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri və Ermənistan Respublikasının Yerevan şəhərində fəaliyyət göstərən Rusiya-Ermənistan Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru X47 sövdələşib məxfi əməkdaşlığa cəlb edilməklə sonuncunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq verdiyi gizli tapşırıqları maddi vəsait müqabilində yerinə yetirmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələri ilə məhkum edilmiş X12 məhkəmə prosesləri keçirilən günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının yanına gəlmiş şəxslərlə çəkdirdiyi fotoşəkilləri “Facebook” sosial şəbəkə profilində paylaşmış, həmin paylaşımları görən Garnik Asatrian onunla həmin sosial şəbəkə vasitəsilə əlaqə yaradaraq tanış olmuş və sonuncu tərəfindən Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq verilən gizli tapşırıqların maddi vəsait müqabilində icrası barədə sövdələşib Azərbaycan Respublikasının ərazisində olarkən məxfi əməkdaşlığa cəlb edilmiş, Garnik Asatrianla sosial şəbəkə tətbiqləri vasitəsilə şəxsən müntəzəm əlaqədə olmaqla etnik zəmində Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, Azərbaycan Respublikasının ərazisində milli, dini nifrət və düşmənçiliyin salınması, bu məqsədlə Azərbaycan Respublikasının vətəndaşlarının məxfi qaydada əlaqəyə cəlb edilməsi istiqamətində fəaliyyət göstərməklə X12 barəsində məhkəmə proseslərinin keçiriləcəyi vaxtlar və məhkəmə prosesləri zamanı qəbul edilmiş qərarlar barədə məlumatlar toplayaraq Garnik Asatriana təqdim etmiş, 2020-ci ilin dekabr ayından etibarən Azərbaycan Respublikasında olarkən Garnik Asatrianın tapşırığı ilə Azərbaycan Respublikasının Masallı, Lənkəran və digər rayonlarında yaşayan Türkiyə Respublikasının vətəndaşlarının sayı barədə məlumat toplayaraq “Facebook” sosial şəbəkəsindən istifadə etməklə təqdim etmiş, 2021-ci ilin aprel ayında Kürdəmir, Yevlax, Cəlilabad, Masallı və Lənkəran rayonlarında yaşayan xarici ölkə vətəndaşları və hərbi obyektlər barədə mümkün məlumatların toplanılması barədə Garnik Asatrianın tapşırıqlarının icra edilməsi müqabilində sonuncu tərəfindən sürətli pul köçürmə sistemi vasitəsilə öz adına 5 aprel 2021-ci il tarixdə göndərilmiş 200 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" ASC-nin Masallı rayon filialından götürmüş, verilən tapşırığa uyğun olaraq 10 aprel 2021-ci il tarixdə Yevlax şəhərinə gedib orada foto çəkilişlər edərək həmin materialları, həmçinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra: DTX) İstintaq baş idarəsində X58 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş prosessual qərar və protokolların fotoşəkillərini 11 aprel 2021-ci il tarixdə “Telegram” mobil tətbiqi vasitəsilə “rasad ahmadov” adlı “+**********3” mobil nömrə ilə qeydiyyatdan keçdiyi hesabından Garnik Asatrianın istifadəsində olan “Qarik Prafesor” (Qarik Prafesor) adlı hesaba Masallı rayonunun Hişkədərə kəndində olarkən göndərmiş, 2021-ci ilin iyun ayında Garnik Asatrianın tapşırığı ilə sonuncunun əlaqəsi olan Yevgeniy adlı şəxslə Moskva şəhərində görüşərək sonuncunun Azərbaycanda “talış hərəkatı” ilə bağlı məlumatların təqdim edilməsi haqqında verdiyi tapşırıqları icra edəcəyi barədə sövdələşmiş, verilən tapşırıqların icrası müqabilində Garnik Asatrian tərəfindən göndərilmiş 100 ABŞ dolları məbləğində pul vəsaitini Moskva şəhərində qəbul etmiş, 2022-ci ilin avqust ayında Masallı rayonundan olan həmyerlisi kimi 2009-cu ildən tanıdığı tanışı X22 təklifi ilə sonuncunun vasitəsilə 2020-ci ildə tanış olduğu X44 ilə birlikdə İran İslam Respublikasının Rusiya Federasiyasının Moskva şəhərindəki səfirliyinə gedərək xarici xüsusi xidmət orqanının Hətəm adlı nümayəndəsi ilə görüşüb Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması istiqamətində fəaliyyət göstərdiyi barədə məlumat verib müzakirə aparmış, 2022-ci ilin noyabr ayında Rusiya Federasiyasının Moskva şəhərində olarkən Garnik Asatrianın tapşırığı ilə ona istintaqla adı Rac kimi məlum olan, şəxsiyyəti müəyyən edilməmiş şəxsin vasitəsilə çatdırılmış Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən məqsədyönlü şəkildə xüsusi olaraq hazırlanmış Azərbaycan Respublikası ərazilərinin parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritəni qəbul edib hazırda istintaqla müəyyən edilməyən Rusiya Federasiyasında yaşayan şəxsi əlaqədə olduğu və digər azərbaycanlılara verməklə, eləcə də X22 tapşırığı ilə həmin saxta xəritələr üzərində Azərbaycan dilində videomaterial hazırlayaraq Ermənistan Respublikasının xüsusi xidmət orqanının nəzarətində olan “Telegram” sosial şəbəkəsinin “Talış Revolyutsiya”, “Tik-Tok” sosial şəbəkəsinin “artagers.07”, “zonainteresting” adlı kanallarında 12 aprel 2023-cü il tarixdə yayılmasını təşkil etmiş, Garnik Asatrianın tapşırığı ilə Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması istiqamətində məxfi əməkdaşlıq edib istifadə edə biləcəyi Azərbaycan Respublikasının vətəndaşı X107 barədə 2022-ci ilin dekabr ayında məlumat təqdim etmiş, 2022-ci ilin noyabr və dekabr aylarında, həmçinin 2023-cü ilin mart ayında Garnik Asatrianın tapşırığı ilə özü və X107 ilə birlikdə Rusiya Federasiyasının ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyünün etnik zəmində parçalanmasının təbliğinə, Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn videomateriallar hazırlayıb “youtube.com” internet portalında paylaşması üçün sonuncuya istifadəsində olmuş Elektron ünvan 9 elektron poçt ünvanından Garnik Asatrianın istifadəsində olan Elektron ünvan 10 elektron poçt ünvanına göndərməklə 25 noyabr 2022-ci il, 05 dekabr 2022-ci il, 17 aprel 2023-cü il və xx.xx.2023-cü il tarixlərində yayılmasını təşkil etmiş, o cümlədən sosial şəbəkələrdə qeydiyyatdan keçdiyi profillər vasitəsilə qəsdən Azərbaycan Respublikası və Rusiya Federasiyasının ərazisində olduğu vaxtlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün etnik zəmində parçalanmasının təbliğinə, Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn fotomaterialları paylaşmışdır. Bundan başqa, təqsirləndirilən şəxs X92 2023-cü ilin aprel ayının əvvəllərində Rusiya Federasiyasının ərazisində olarkən Garnik Asatrian tərəfindən verilən tapşırıqların icrasını davam etdirərək Azərbaycan Respublikasının vətəndaşlarının guya milli, dini nifrət və düşmənçilik zəminində iğtişaşlar törətmək niyyətini və törətmələrini nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının ərazisində partlayış, yanğın və digər ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətlər törətməyə razılıq verəcək şəxslərin müəyyən edilməsi istiqamətində fəaliyyət göstərib 2020-ci ildə “Facebook” sosial şəbəkəsindən tanıdığı həmyerlisi olan Azərbaycan Respublikasının vətəndaşı X31 qeyd olunan hərəkətlərin yerinə yetirilməsində yardım və iştirak etməsi barədə “WhatsApp» sosial şəbəkə tətbiqi vasitəsilə təkliflər edərək sonuncuya “WhatsApp» mobil tətbiqi vasitəsilə istifadəsindəki +**********3 mobil telefon nömrəsindən 3 aprel 2023-cü il tarixdə göndərdiyi səsli mesajlarda, habelə apardığı danışıqlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınması məqsədilə terror aktları törədəcəyi barədə məlumat verib bu istiqamətdə fəaliyyətinə gizli kömək göstərilməsini təklif etmiş, qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikasının ərazisində terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə hazırlıq hərəkətləri etmiş, bu məqsədlə 19 aprel 2023-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gələrək cinayətkar niyyətini həyata keçirmək istəmiş, lakin DTX-nin əməkdaşları tərəfindən 26 aprel 2023-cü il tarixdə keçirilmiş tədbirlər nəticəsində Bakı şəhərində tutulduğu üçün iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmişdir, yəni qeyd oulnan bu hərəkətləri ilə X92 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs X107 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Ermənistan Respublikasının xüsusi xidmət orqanlarına Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək edib onların tapşırıqlarını icra etməklə, düşmən tərəfinə keçməklə dövlətə xəyanət etmiş, eləcə də Ermənistan Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinin tapşırığı və öz təşəbbüsü ilə kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən istifadə etməklə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları hazırlayaraq təkrar yaymış, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə etməklə qəsdən Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər etmişdir. Belə ki, təqsirləndirilən şəxs X107 2022-ci ilin dekabr ayında Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nümayəndəsi olan Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri və Ermənistan Respublikasının Yerevan şəhərində fəaliyyət göstərən Rusiya- Ermənistan Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru X72 tərəfindən X92 vasitəsilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq verilən gizli tapşırıqların icrası barədə sövdələşib məxfi əməkdaşlığa cəlb edilmiş, həmin tapşırıqlara əsasən sonuncu ilə birlikdə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün etnik zəmində parçalanmasının təbliğinə, Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn videomaterialı Rusiya Federasiyasının Moskva şəhərində 2022-ci ilin dekabr ayında hazırlayıb Garnik Asatrianın “youtube.com” internet portalında paylaşması üçün X118 Əhmədovla birlikdə sonuncunun istifadəsində olmuş Elektron ünvan 9 elektron poçt ünvanından Garnik Asatrianın istifadəsində olan Elektron ünvan 10 elektron poçt ünvanına göndərməklə 05 dekabr 2022-ci il tarixdə yayılmasını təşkil etmişdir. Bu əməllərinə görə X92 Azərbaycan Respublikası CM-nin 28, 214.2.1, 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, X92 Azərbaycan Respublikası CM-nin 28,214.2.1-ci maddəsi ilə 10 (on) il müddətə, CM-nin 274-cü maddəsi ilə 15 (on beş) il müddətə, CM-nin 281.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 283.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən X69 təyin olunan azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmış və ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İnternet informasiya resursuna baxış keçirilməsi barədə 27 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, https: //www. panorama. am/ru/news /2011/11/14/ yaserqaremzade/ 856831 səhifədə 14 noyabr 2011-ci il tarixdə “Predstavitelğ talışskoy intelliqenüii: “Talışskiy narod v Azerbaydjane lişen glementarnıx prav” (tərcüməsi: “Talış ziyalılarının nümayəndəsi: Azərbaycandakı talış xalqı əsas hüquqlarından məhrumdur”) başlıqlı məqalənin, https://ru.aravot.am/2021/xx/xx/356857/ səhifədə 14 may 2021-ci il tarixdə “Talışskiy əzık prodoljaet izuçatğsə v EQU: vışel v svet pervıy tom «Slovarə talışskix qlaqolov»” (tərcüməsi: YDU-da talış dilinin öyrənilməsi davam edir: “Talış felləri lüğəti”nin birinci cildi çapdan çıxdı”) başlıqlı məqalənin və https://www.ysu.am/news/Armin- Faridi-at-the-chair-of-İranian-Studies səhifədə 21 fevral 2019-cu il tarixdə “TALİŞSKAƏ MUZİKA NA KAFEDRE İRANİSTİKİ EQU” (tərcüməsi: “YDU-nun İranşünaslıq kafedrasında talış musiqisi”) başlıqlı məqalənin yayımlandığı müəyyən edilmişdir. “Predstavitelğ talışskoy intelliqenüii: “Talışskiy narod v Azerbaydjane lişen glementarnıx prav” (tərcüməsi: “Talış ziyalılarının nümayəndəsi: Azərbaycandakı talış xalqı əsas hüquqlarından məhrumdur”) başlıqlı məqalədə Yasər Kərəmzadənin “Azərbaycanda talış xalqının mədəniyyətini araşdırmaq və talış dilində danışmaq qadağandır. Talışlarla bağlı məsələləri araşdıran şəxslər X9 nəzarəti altındadır. Azərbaycanın qeyri-demokratik siyasəti nəticəsində talış ziyalısı Novruzəli Məmmədov yalnız talışşünaslıqla məşğul olduğu üçün həbs edilib. İki il əvvəl o, həbsxanada dünyasını dəyişib”, “Azərbaycan hökuməti yanlış pantürkist ideologiya nəticəsində talış xalqını əsas hüquqlardan məhrum edib.”, “o dövrdəki Azərbaycan hakimiyyəti talışları ermənilərə qarşı döyüşməyə məcbur edib. Lakin hazırda talışlar erməniləri öz dostları kimi qəbul edir və Dağlıq Qarabağ Respublikasının mövcudluğunu alqışlayır.”, “talış xalqı bir gün öz müstəqilliklərini elan edəcəklərinə ümid edir.” məzmunlu fikirləri əks edilmişdir. “Talışskiy əzık prodoljaet izuçatğsə v EQU: vışel v svet pervıy tom «Slovarə talışskix qlaqolov»” (tərcüməsi: Talış dili Yerevan Dövlət Universitetində öyrənilməyə davam edir: “Talış felləri lüğəti”nin birinci cildi nəşr olundu”) başlıqlı məqalədə Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasında İran müəlliflər qrupu tərəfindən nəşr olunan "X128"nin birinci cildinin təqdimatının keçirildiyi, bu müəlliflər sırasına tanınmış iranşünaslar Vardan Voskanyan, Əli Rəfii və Yasər Kərəmzadənin daxil olduğu barədə, tədbirin erməni və iranlı iştirakçılarının talışların mədəniyyətinin və dilinin Azərbaycan Respublikasında yox olma təhlükəsi altında olduğunu bildirmələri haqqında məlumat verilmiş, V.Voskanyanın "Azərbaycan Respublikasında yaşayan talışlardan fərqli olaraq, İran talışları etnomədəni İran mozaikasının ayrılmaz və ahəngdar bir hissəsi kimi, dillərini, mədəniyyətlərini və tarixlərini öyrənmək və təqdim etmək üçün bütün azadlıqlara malikdirlər. Bunun sübutu isə İranda nəşr olunan kitabdır" məzmunlu fikirləri əks edilmişdir. “Talışskaə muzıka na kafedre İranistiki Equ” (tərcüməsi: “Talış musiqisi YDU-nun İranşünaslıq kafedrasında”) başlıqlı məqalədə 2019-cu ilin fevral ayında Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasında talış musiqişünası, etnoqrafı Armin Faridinin "X101 Musiqisinə Baxış" mövzusunda mühazirəsinin keçirildiyi, mühazirədə İranşünaslıq kafedrasının müəllimlərinin, tələbələrin, eləcə də aspirantlar Elham Qolizadə və Yasər Kərəmzadənin iştirak etdikləri barədə, Vardan Voskanyanın iştirakçıları salamlayaraq bu tədbirin tələbələr üçün talış mədəniyyəti ilə tanış olmaq üçün əla bir fürsət olması barədə dedikləri haqqında məlumat verilmiş, Armin Faridinin “talış musiqisinin inkişafında ermənilərin rolunun böyük olması” barədə fikirləri əks edilmişdir. “İnstagram” sosial şəbəkə hesablarına baxış keçirilməsi barədə 28 sentyabr 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında yaşayan əlaqələri Armin Fəridinin istifadəsində “arminfaridi_haftkhani” və Şəhram Azmudənin istifadəsində “shahramazmoode” İnstagram sosial şəbəkə hesablarının olması müəyyən edilmişdir. Armin Fəridinin istifadəsində olan “arminfaridi_haftkhani” “İnstagram” sosial şəbəkə hesabına baxış keçirilən zaman X102 Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi Yasər Kərəmzadə ilə, iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş 12 iyul 1962-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X59 ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş 22 fevral 1954-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X14 ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələri ilə məhkum edilmiş və 2020-ci ildə vəfat etmiş X27 ilə birgə çəkilmiş fotoşəkillərinin yayımlandığı müəyyən edilmişdir. Şəhram Azmudənin istifadəsində olan “shahramazmoode” “İnstagram” sosial şəbəkə hesabına baxış keçirilən zaman Şəhram Azmudənin özünü 1993-cü ildə qondarma “X148 Respublikası”nın prezidenti elan etmiş və 2022-ci ildə vəfat etmiş X15, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələri ilə məhkum edilmiş və 2020-ci ildə vəfat etmiş X12 fotoşəkillərini paylaşdığı müəyyən edilmişdir. DTX Terrorçuluğa qarşı mübarizə baş idarəsindən istintaqa xx.xx.2024-cü il tarixdə daxil olmuş 9-2905 saylı məktubundan görünür ki, aparılmış araşdırmalar zamanı Təqsirləndirilən şəxs əlaqələri kimi qeyd edilmiş erməni milliyyətli şəxslər barədə aşağıdakı mümkün müəyyənedici məlumatlar əldə edilmişdir:
1. X20 – xx.xx.1968-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, ER vətəndaşıdır. Yerevan şəhəri, Arabkir rayonu, Qyubenkyan küçəsi, ev 25, mənzil 2 ünvanında qeydiyyatdadır. İstifadəsində +**********4 mobil telefon nömrəsi və “fb.com/Victoria.arakelova” social şəbəkə hesabı mövcuddur. Qeyd etmək lazımdır ki, V.Arakelova Ermənistan Respublikasının xüsusi xidmət orqanları ilə əlaqəli olan, X49 həyat yoldaşıdır.
2. X126 – xx.xx.1989-cu il tarixdə Yerevan şəhərində anadan olmuş, ER vətəndaşıdır, evlidir. Yerevan şəhəri, Malatiya-Sebastiya rayonu, Martikyan küçəsi ev 23 ünvanında qeydiyyatdadır. İstifadəsində “fb.com/hakob.avchyan” sosial şəbəkə hesabı mövcuddur.
3. X74 – xx.xx.1994-cü il tarixdə Ağdərə rayonunun Zəylik kəndində anadan olmuş, ER vətəndaşıdır. Belarus Respublikasında təhsil almışdır. Ağdərə rayonu, Zəylik kəndi ünvanı üzrə qeydiyyatdadır. İstifadəsində “fb.com/matianna.chobanyan.1994” social şəbəkə hesabı mövcuddur.
4. X86 – xx.xx.2003-cü il tarixdə X21 şəhərində anadan olmuş, ER vətəndaşıdır. Yerevan şəhəri, Malatiya-Sebastiya rayonu, Andraniki küçəsi ev 56 mənzil 36 ünvanında qeydiyyatdadır. İstifadəsində “fb.com/mel.madridistamargaryan” social şəbəkə hesabı mövcuddur. X6 ehtimal edilir.
5. X97 – xx.xx.1986-cı il tarixdə Şirak vilayətinin Saratak kəndində anadan olmuş, ER vətəndaşıdır. Şirak vilayəti, Artik bələdiyyəsi, Saratak kəndi ünvanı üzrə qeydiyyatdadır. İstifadəsində “fb.com/vardanian.aharon” sosial şəbəkə hesabı mövcuddur. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) 24 iyun 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə məhkum edilmiş X10 və X32 barəsindəki 505 nömrəli cinayət işinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxışı aparılan 505 nömrəli cinayət işi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsində təqsirləndirilən şəxs X45 və digərlərinin barəsində ibtidai istintaqı aparılmış 494 nömrəli cinayət işindən 03 aprel 2007-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilmiş X10 və X32 barəsində ayrılmışdır. Həmin cinayət işinə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində 1(101)-101/08 nömrəsi verilmişdir. Baxış zamanı ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əlaqəsi olan İran İslam Respublikasında yaşayan Armin Fəridi ilə bağlı 505 nömrəli cinayət işində X46, X25 şahid qismində ifadə verildikləri müəyyən edilmişdir. X19 şahid qismində verdiyi ifadəsinin məzmunundan görünür ki, İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən onu məxfi əməkdaşlığa cəlb etməyə ilk cəhd özlərini talış mədəniyyətini araşdıran mütəxəssislər və musiqiçilər kimi təqdim edən Armin Fəridi və Zöhrab Zairi tərəfindən sonuncuların 2004-cü ildə Azərbaycana səfərləri zamanı olmuş, o, sonuncuları evinə dəvət etmiş, Armin Fəridi onun evində İran xüsusi xidmət orqanının əməkdaşı olduğunu etiraf etmiş, Azərbaycanda talışların hüquqlarının pozulduğunu, sıxışdırıldıqlarını, assimilyasiyaya uğradıqlarını bildirmiş, birlikdə talışlarının hüquqlarının müdafiəsi, tarixlərinin öyrənilməsi uğrunda mübarizə aparmağı təklif edərək onlarla birlikdə əməkdaşlıq etməyi təklif etmiş, o, razılığını verdikdən sonra Armin Fəridi onun əməkdaşlıq etməyə razılığını videoçəkiliş edərək qeydə almış, videoçəkiliş zamanı o, talışların tarixi, mədəniyyəti, hüquqlarının qorunması, öyrənilməsi və təbliğ edilməsi, onların sıxışdırılmalarının qarşısının alınmasında iranlılarla əməkdaşlıq etməyə razılıq verdiyini bildirmişdir. X25 şahid qismində verdiyi ifadəsinin məzmunundan görünür ki, o, xərcləri İİR tərəfindən ödənilmiş İİR-də 2004-cü ildə keçirilmiş X41 iştirak edərək Armin Fəridi ilə görüşmüş, sonuncunun təklifi ilə Mosul şəhərinə, sonradan isə birlikdə Əli Əbdoli ilə görüşmək üçün Rizvanşəhrə getmiş, sonuncunun evində Əli Əbdoli özünün də İran İslam Respublikasının xüsusi xidmət orqanının əməkdaşı olduğunu bildirmişdir. X2 Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) 24 iyun 2008-ci il tarixli 1(101)-101/08 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X70 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. DTX Kibertəhlükəsizlik əməliyyatları mərkəzindən istintaqa xx.xx.2024-cü il tarixdə daxil olmuş 9-2997 saylı məktub və ona əlavə edilmiş arayışdan görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus iki ədəd mobil smartfon üzərində tədqiqat işləri aparılmış, baxılan smartfonların yaddaşında müvafiq prosedurlara uyğun tədqiqatlarla yanaşı cihazların texniki göstəricilərində əks etdirilən məlumatların araşdırılması həyata keçirilmişdir. Təqdim edilmiş bir ədəd “Honor X5 Plus” markalı “WOD-LX1” modelli mobil smartfonun istismarı xx.xx.2024-cü il tarixdən başlamışdır. Təqdim edilmiş bir ədəd “Samsung” markalı “Galaxy S20 Ultra 5G” modelli mobil smartfonun yaddaşı istifadəçi tərəfindən cari ilin xx.xx.2024-cü il tarixdə saat 09:12:37-də “Wipe – Factory Reset” əmri vasitəsilə silinmiş və texniki göstəriciləri sıfırlanmışdır. Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, № 2850 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur, hal-hazıradək olan dövr ərzində hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmamışdır. Halhazırda onda hər hansı psixi xəstəlik aşkar olunmur, tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayəti törətdiyi an öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə-fonoskopik ekspertizasının təyin olunması haqqında 17 yanvar 2025-ci il tarixli qərara əsasən istintaqa 28 yanvar 2025-ci il tarixdə daxil olmuş 24 yanvar 2025-ci il tarixli № 4/90 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə; həmin rəydə göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı DVD-R diskdə olan “Təqsirləndirilən şəxs” adlı qovluqda olan “PTT-20220916-WA0002”, “PTT-20221123- WA0040”, “PTT-20221123-WA0041”, “PTT-20221216-WA0021”, “PTT-20220622- WA0005”,“ PTT-20220709-WA0000”, “PTT-20220722-WA0093”, “PTT-20220722- WA0094”, “PTT-20220722-WA0112”, “PTT-20220722-WA0122”, “PTT-20220725- WA0013”,“ PTT-20220726-WA0112”, “PTT-20220727-WA0057”, “PTT-20220728- WA0007”, “PTT-20220728-WA0031”, “PTT-20220729-WA0031”, “PTT-20220729- WA0036”, “PTT-20220729-WA0037”, “PTT-20220729-WA0069”, “PTT-20220729- WA0073”, “PTT-20220731-WA0023”, “PTT-20220731-WA0024”, “PTT-20220731- WA0026”, “PTT-20220809-WA0010”, “PTT-20220809-WA0014”, “PTT-20220809- WA0040”, “PTT-20220809-WA0048”, “PTT-20220813-WA0027”, “PTT-20220831- WA0066”, “PTT-20220916-WA0003”, “PTT-20220916-WA0004”, “PTT-20220917- WA0033”, “PTT-20220918-WA0003”, “PTT-20220918-WA0004”, “PTT-20220923- WA0012”, “PTT-20221003-WA0008”, “PTT-20221110-WA0083”, “PTT-20221110- WA0087”, “PTT-20220725-WA0011”, “PTT-20220725-WA0031”, “PTT-20220728- WA0016”, “PTT-20220728-WA0021”, “PTT-20220729-WA0040”, “PTT-20220804- WA0005”, “PTT-20220807-WA0010”, “PTT-20220809-WA0037”, “PTT-20220809- WA0044”, “PTT-20220821-WA0003”, “PTT-20220821-WA0004”, “PTT-20220821- WA0009”, “PTT-20220830-WA0035”, “PTT-20220831-WA0067”, “PTT-20221129- WA0010”, “PTT-20221205-WA0013”, “PTT-20221205-WA0016”, “PTT-20221207- WA0003”, “PTT-20221216-WA0018”, “PTT-20221218-WA0014”, “PTT-20230122- WA0221”, “PTT-20230122-WA0232”, “PTT-20230216-WA0068”, “PTT-20230320- WA0147”, “PTT-20230511-WA0018”, “PTT-20230602-WA0036”, “PTT-20230602- WA0037”, “PTT-20230916-WA0042”, “PTT-20230916-WA0044”, “PTT-20220927- WA0005”, “PTT-20220922-WA0040”, “PTT-20220805-WA0028”, “PTT-20220820- WA0049”, “PTT-20220726-WA0041”, “PTT-20220726-WA0032”, “PTT-20220821- WA0011” adlı audiomateriallarda, eləcə də “youtube” portalında yayımlanmış “X121 jimon,mıborizə iyən şəhadət.” (tərcüməsi: Fəxrəddin Abbaszadənin həyatı (yaşayışı), mübarizəsi və şəhadəti) başlıqlı, “X83 - 65!” (tərcüməsi: X84 - 65!) başlıqlı və “Tarixçıetnoqraf Təqsirləndirilən şəxs ilə söhbət” başlıqlı videomateriallardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı DVD-R diskdə olan “X59” adlı qovluqda olan “WhatsApp Audio 2024-08-08 at 14.37.40” adlı audiomaterialdakı, “Sobıtii v Sirii i sudğba naşeqo reqiona” (tərcüməsi: Suriyadakı hadisələr və bizim regionun aqibəti) və “«Yaxşı» və «Pis» Talışlar - OTV (xüsusi buraxılış - # 3)” başlıqlı videomateriallardakı səslər eyni şəxsə “K7” diktoruna məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı DVD-Rdiskdəki “Boris Talışinski” adlı qovluqda olan “PTT-20220727-WA0029”, “PTT-20220727-WA0045”, “PTT- 20220727-WA0054”, “PTT-20220727-WA0069”, “PTT-20220728-WA0006”, “PTT- 20220809-WA0039”, “PTT-20220918-WA0000”, “PTT-20220918-WA0007”, “PTT- 20221205-WA0017”, “PTT-20221215-WA0028”, “PTT-20230109-WA0054”, “PTT- 20230122-WA0220”, “PTT-20230122-WA0223”, “PTT-20230202-WA0003”, “PTT- 20230202-WA0008”, “PTT-20230202- WA0011”, “PTT-20230216-WA0031”, “PTT- 20230216-WA0032”, “PTT-20230216-WA0078”, “PTT-20221205-WA0014”, “AUD- 20240627-WA0053.aac” adlı audiomateriallardakı, “VİD-20240917-WA0000” “Azərbaycanda talışlara qarşı edilənlər bu millətə arxadan endirilmiş zərbədir – Boris Talışınski” başlıqlı videomaterialdakı səslər eyni şəxsə “K6” diktoruna məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs məxsusdur. Kompleks məhkəmə-linqvistik və məhkəmə-müəllifşünaslıq ekspertizasının təyin olunması haqqında 17 yanvar 2025-ci il tarixli qərara əsasən istintaqa 31 yanvar 2025-ci il tarixdə daxil olmuş 31 yanvar 2025-ci il tarixli № 4/89 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə; həmin rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs rəydə qeyd olunan məqalələrinin və videoçıxışlarının, istifadəsində olmuş Facebook (İqbal Abilovfb.com/**********36235) sosial şəbəkə profilindəki paylaşımlarının, onun digərləri ilə əlbir olaraq internet saytlarında “Rüstəm İskəndəri” təxəllüsü ilə yayımlanmış məqalələrinin, eləcə də, hazırlanmasında onun iştirak etdiyi qondarma “X148 Respublikası”nın adından müxtəlif yerli və beynəlxalq təşkilatlara ünvanlanmış müraciətlərin məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər mövcuddur. Kompleks məhkəmə-linqvistik və məhkəmə-müəllifşünaslıq ekspertizasının təyin olunması haqqında 17 yanvar 2025-ci il tarixli qərara əsasən istintaqa 31 yanvar 2025-ci il tarixdə daxil olmuş 31 yanvar 2025-ci il tarixli № 4/91 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə; həmin rəydə göstərilmişdir ki, “Rüstəm İskəndəri” adı ilə yayımlanmış məqalələrin müəllifi - Təqsirləndirilən şəxsdur. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Samsung” markalı “Galaxy S20 Ultra 5G” modelli mobil smartfon və onun yaddaşının bərpa edilməsi nəticəsində əldə olunmuş məlumatların yazıldığı DVD disklər 28 yanvar 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarınadək cinayət işinin materiallarına əlavə edilmişlər. İş üzrə Təqsirləndirilən şəxs kütləvi informasiya vasitələrində həm öz adı, həm də digərləri ilə əlbir olmaqla “Rüstəm İskəndəri” adı altında, eləcə də “facebook” sosial şəbəkəsindəki özünə məxsus “İgbal Abilov” profilindən (fb.com/**********36235) istifadə etməklə etdiyi paylaşımları, sosial şəbəkələrdə etdiyi videoçıxışlarının yazıldığı DVD disklər 31 yanvar 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən istifadə edilməklə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar, milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər Azərbaycan Respublikasının hüdudlarından kənarda olarkən törədilmiş, onun son yaşayış yeri isə Masallı rayonunun Böyük Kolatan kəndi olmuşdur. İşdə olan 23 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs subaydır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Ermənistan Respublikasının xüsusi xidmət orqanlarına Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək edib onların tapşırıqlarını icra etməklə, düşmən tərəfinə keçməklə dövlətə xəyanət etməsi, Ermənistan Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinin tapşırığı ilə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etməsi, bu cür məzmunlu materialları hazırlayaraq yayması, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən istifadə etməklə qəsdən Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər etməsi, təqsirliliyi, əməlində cinayüət tərkibinin və cinayət hadisəsinin olması kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübatlara və işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Ermənistan Respublikasının xüsusi xidmət orqanlarına Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda hər hansı köməklik göstərməməsi, Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməməsi, düşmən tərəfinə keçməməsi, dövlətə xəyanət etməməsi, Ermənistan Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinin tapşırığı ilə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etməməsi, bu cür məzmunlu materialları hazırlayaraq yaymaması, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən istifadə etməklə qəsdən Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini CM-nin 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi nəzə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələrində nəzərdə tutulmaş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş 01 ədəd «Samsung» markalı, «Galaxy S200 Ultura 5G» modelli mobil smartfon Təqsirləndirilən şəxs ailəsinə verilməli, telefonun yaddaşının bərpa edilməsi nəticəsində əldə olunmuş məlumatların yazıldığı, İqbal Əliyevin kütləvi informasiya vasitələrində həm öz adından, həm də «Rüstəm İskəndərli» adı altında, eləcə də «facebook» sosial şəbəkəsindəki özünə məxsus «İqbal Abilov» profilindən istifadə etməklə etdiyi paylaşımların və sosial şəbəkələrdə etdiyi videoçıxışlarının yazıldığı DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 350 manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 274-cü maddəsi ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 281.3-cü maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 283.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş 01 ədəd «Samsung» markalı, «Galaxy S200 Ultura 5G» modelli mobil smartfon Təqsirləndirilən şəxs ailəsinə verilsin, telefonun yaddaşının bərpa edilməsi nəticəsində əldə olunmuş məlumatların yazıldığı, İ.Ş.Əliyevin kütləvi informasiya vasitələrində həm öz adından, həm də «Rüstəm İskəndərli» adı altında, eləcə də «facebook» sosial şəbəkəsindəki özünə məxsus «İqbal Abilov» profilindən istifadə etməklə etdiyi paylaşımların və sosial şəbəkələrdə etdiyi videoçıxışlarının yazıldığı DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 350 (üç yüz əlli) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov