Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-253/2023 17.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Bakı şəhərində yerləşən “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Bakı şəhərində yerləşən “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxx 1994-cü ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral N21-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 16 may N21-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməklə 1 (bir) il, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 25 may N21-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, ev 4-də qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsində yaşamış, 21 aprel N22-ci il tarixdə inzibati qaydada tutulmuş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 23 aprel N22-ci il tarixli, 4(009)-133/N22 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 25 sentyabr NN-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 sentyabr N21-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ev 8-də yaşamış, 21 aprel N22-ci il tarixdə inzibati qaydada tutulmuş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 23 aprel N22-ci il tarixli, 4(009)-134/N22 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınmasına dair 21 aprel N22-ci il tarixdə Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı «Arif» adı ilə tanıdığı şəxslə və qeyriləri ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa “Arif” adı ilə məlum olan şəxs tərəfindən X7 vasitəsilə N aprel N22-ci il tarixdə Azərbaycan Respublikasına göndərilən, lakin sonuncu tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil verilmiş, əməliyyat-axtarış tədbirləri zamanı Vüsal Əhədovun “Arif” adlı şəxsin tapşırığına əsasən Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının xidməti ərazisində, Xəzər dənizinin sahilində yerləşən yarımtikilinin yanına qoyulmuş külli miqdarda-7095 qram narkotik vasitə olan qurudulmuş marixuananının qanunsuz olaraq satış məqsədilə əldə edilib, saxlanılıb daşınması barədə 21 aprel N22-ci il tarixdə “Arif” adlı şəxsdən telefon vasitəsi ilə həmin narkotik vasitələrin olduğu yer barədə məlumat aldıqdan sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında cinayətdən xəbərsiz olan X2 idarə etdiyi «Opel Astra» markalı, «**-RJ-***» qeydiyyat nişanlı avtomaşınla Astara rayonu ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 18-ci sahəsində gizlədilmiş həmin külli miqdarda narkotik vasitəni 21 aprel N22-ci il tarixdə saat 22 radələrində götürməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmışlar, onlardan cinayətkar qrupa məxsus 02 ədəd qutuda həmin külli miqdarda- 7095 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 aprel N22-ci il tarixdə Arif adlı şəxs ona zəng vuraraq Astaraya getməyini və orada narkotik vasitə marixuana qoyulduğunu bildirmiş, o da həmin vaxtı Hüseynə zəng vurub, birlikdə Astaraya gedib-qayıtmaq lazım olduğunu demiş, Hüseynlə birlikdə taksiyə minərək Astaraya narkotik vasitə marixuana dalınca getmiş, Akif dediyi yerə yaxınlaşan kimi silah səsi gəlmiş və N nəfər sərhəd xidmətinin əməkdaşları onları saxlamışlar. Həmin vaxtı narkotik vasitə marixuananı qoyulduğu yerdən götürə bilməmişlər. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Arif adlı şəxslə xeyli müddət əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olmuş, yəni onu sosial şəbəkədən tanımışdır. Arif adlı şəxs əvvəllər ona narkotik vasitə göndərməmişdir. Arif ona, istifadə etməyi üçün Astarada dediyi yerə N0 qram narkotik vasitə marixuana atacağını və gedib götürməyini demişdir. Arif ona N0 qram narkotik vasitə marixuananı pay vermiş və əvəzində pul istəməmişdir. Bir kibrit qutusu marixuananın qiymətinin 50-100 manat olmasını bilməmişdir. Onun N0 qram narkotik vasitə marixuananı götürmək üçün getdiyini Hüseyn bilməmişdir. Hüseynə bir nəfərin ona pul borcu olduğunu, onu götürməyə getdiklərini demişdir. Hadisə yerində tutulanda Hüseyn anlamışdır ki, o narkotik vasitə dalınca gəlmişdir. Hüseynə kimin ona nə qədər pul borcu olduğunu və nə qədər pul almağa getdiyini deməmişdir. Hüseyinlə dostluq münasibətləri olduğu üçün onunla birlikdə Astara rayonuna getməyə razılaşmış, Hüseyn nə qədər pul dalınca getdiyini, pulun az və ya çox olduğunu ondan soruşmamışdır. Taksi sürücüsünü yaşadıqları ərazidən tanımış, onunla birlikdə Astara rayonuna getmələrini özü danışmış, Hüseyn danışmamışdır. Taksi sürücüsü ilə Astara rayonuna 130 manat pul müqabilində getmək üçün yol xərcini də özü danışmışdır. İranlı Arif narkotik vasitənin qoyulduğu yeri ona whatsapp vasitəsilə zəng edərək bildirmiş və şəklini də göndərmişdir. Avtomobildən düşüb narkotik vasitənin qoyulduğu yerə yaxınlaşanda silah səsi gəlmiş və sərhədçilər onları saxlamışlar. Narkotik vasitəni qoyulduğu yerə gəlib çatanda özü, maşından düşüb narkotik vasitənin qoyulduğu yerə tərəf getmiş, Hüseyn hava qaranlıq olduğu üçün maşından düşüb onu gözləmişdir. Maşının hadisə yerinə gəldiyi yolla əks-istiqamətdə dayanmasını görməmişdir. Narkotik vasitənin qoyulduğu yerdən götürə bilməmişlər. X16 tanımamışdır. Narkotik vasitənin qoyulduğu yerə tək yaxınlaşmış, Hüseyn yaxınlaşmamışdır. Narkotik vasitənin olduğu yerə çatmışlar, amma narkotik vasitə maixuananı görməmişlər, orada plakat görmüşlər və plakatın yanında sərhədçilər onları tutmuşlar. Hadisə günü Arif adlı şəxslə onun sms danışıqları olmamışdır. Arifin ona göndərdiyi sms-də narkotik vasitə marixuananın 4 kq yazıldığına fikir verməmişdir. Narkotikin qoyulduğu yerə çatanda narkotikin çəkisinə əhəmiyyət verməmişdir. Əvvəllər narkotik vasitənin daşınması ilə məşğul olmamışdır. Bakıdan Astara rayonuna gedərkən yol boyunca Arif adlı şəxslə arasında olan telefon və sms danışıqları, o cümlədən narkotik vasitə arxasınca getdikləri mövzuda Hüseynlə söhbətləri olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini oxumadan imza etmiş, ifadələri imzalayanda, narktok vasitə istifadəçisi kimi sənədləşdirdiklərin düşünmüşdür. Elan olunmuş ifadəsi düzgün tərtib olunmamış, istintaq vaxtı verdiyi ifadəsini təsdiq etməmiş, məhkəmədə verdiyi ifadəsini düzgün hesab etmişdir. Narkotik vasitə marixuananı götürməyə getdiyi gün, hadisələr hazırda məhkəmədə ifadəsində göstərdiyi kimi baş vermişdir. 25 yanvar N23-cü il tarixli ifadəsində özünü təqsirli bilməmişdir. Dövlət Sərxəd Xidmətində ona qarşı hər hansı zor tətbiq olunmamışdır. Əvvəllər narkotik vasitə marixuanadan siqaret kimi çəkməklə istifadə etmişdir. Narkotik vasitə istifadəçisi olduğundan peşmandır, yüngül cəza verilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, 21 aprel N22-ci il tarixdə əvvəllər tanıdığı Arif adlı İran İslam Respublikası vətəndaşı təxminən saat 11-12 radələrində zəng edərək narkotik vasitə marixuana istəyib-istəmədiyini soruşmuş, narkotik vasitə istifadəçisi olduğu üçün narkotik vasitəni əldə etmək istədiyini ona demişdir. Arif ona maşın tapmağı və ondan xəbər gözləməyi bildirmiş, o da tanışı Təqsirləndirilən şəxs2 zəng etmiş, təcili onunla görüşmək istədiyini bildirmişdir. Hüseynlə danışığından təxminən 2 saat sonra “Neftçilər” metrostansiyasının yaxınlığında görüşmüşlər, Hüseynə Arif adlı tanışının zəng edərək marixuana təşkil edəcəyini və onu qoyulduğu yerdən götürmək üçün maşın tapmağı tapşırdığını demişdir. Hüseynlə maşın taparaq Arifin dediyi nakotik vasitəni götürmək ilə bağlı razılaşmış, Hüseynlə birilkdə olarkən saat 16 radələrində Arif zəng edərək narkotik vasitənin Astara rayonunda olduğunu, maşın tapıb narkotik vasitəni gizlədildiyi yerdən götürməyi demişdir. Hüseyn ilə hər ikisinin tanıdığı taksi fəaliyyəti ilə məşğul olan Sultan adlı şəxsə zəng etmiş, sonuncudan Astara rayonuna onları neçə manata aparacağını soruşmuşdur. Sultan 130 manata apara biləcəyini demiş, saat 18 radələrində Sultan “Neftçilər” metrostansiyasının yanına gəlmişdir. Astara rayonuna yola düşmüşlər, Sultan nə üçün Astara rayonuna getdiklərinini soruşduqda, bir nəfərin ona borcu olduğunu, borc pulu geri almaq üçün getdiklərini demişdir. Astara rayonuna yaxınlaşan zaman saat 21 radələrində “whatsaap” vasitəsilə Arifə mesaj yazmış, Arifə mesaj yazandan 15-N dəqiqə sonra Arif “whatsaap” vasitəsilə ona narkotik vasitənin olduğu yerin kordinatlarını və onun yaxınlığında olan istirahət mərkəzinin nişanı olan lövhənin fotosunu göndərmiş, həmçinin səs yazısı göndərərək orada yarımtikilinin olacağını, narkotik vasitənin yarımtikilinin arxasına qoyulduğunu demişdir. Sultana avtomobili həmin kordinat üzrə olan məkana doğru idarə etməsini bildirmiş, həmin məkana çatdıqda borcu olan şəxsin burada onu gözləyəcəyini demiş, Sultana avtomobili saxlamasını bildirmişdir. Avtomobil dayanandan sonra Hüseynə həmin adam gələnə kimi ayaqyoluna getməyi təklif etmiş, Hüseyn razılaşaraq avtomobildən düşmüş, bu zaman Sultana onları gözləməsini, borclu olan şəxsdən pulu alıb geri qayıdacaqlarını demişdir. Avtomobildən düşdükdən sonra Hüseynə narkotik vasitənin olduğu yarımtikilini göstərmiş, narkotik vasitənin onun arxasında olduğunu demişdir. Hüseynlə həmin yarımtikiliyə yaxınlaşmışlar, yarımtikilinin arxasında daşın yanında 02 ədəd qutu görmüşlər. Qutunun birini özü digərini isə Hüseyn götürmüş, oradan uzaqlaşarkən ucadan qışqırtı səsləri gəlmişdir. Hüseynlə əllərində olan narkotiki yerə atıb qaçmağa başlamışlar, hadisə yerindən 30 metr aralandıqdan sonra saxlanılmışlar, bu zaman Sultan avtomobil ilə oradan uzaqlaşmışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında Arifin ona, götürüb istifadə etməyi üçün Astara rayonunda dediyi yerə N0 qram narkotik vasitə marixuana atacağını, Arif ona N0 qram narkotik vasitə marixuananı pay verdiyini, əvəzində pul istəmədiyini, N0 qram narkotik vasitə marixuananı götürmək üçün getdiyini Hüseynin bilmədiyini, narkotik vasitənin qoyulduğu yerə tək yaxınlaşdığını, Hüseynin yaxınlaşmadığını, narkotik vasitənin olduğu yerə çatdıqlarını, amma narkotik vasitə maixuananı görmədiklərini, plakatın yanında sərhədçilərin onları tutduqlarını, hadisə günü Arif adlı şəxslə onun sms danışıqları olmadığını, Arifin ona göndərdiyi sms-də narkotik vasitə marixuananın 4 kq yazıldığına fikir vermədiyini, narkotikin qoyulduğu yerə çatanda narkotikin çəkisinə əhəmiyyət vermədiyini göstərməsini, beləliklə ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs2 müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (istintaq zamanı verdiyi ifadəsini oxumadan imza etməsi, ifadələri imzalayanda narktok vasitə istifadəçisi kimi sənədləşdirdiklərini düşünməsi, ifadəsinin düzgün tərtib olunmaması) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə özünün, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü, yəni 21 aprel N22-ci il tarixdə bütün hadisələr Ramalın hazırda məhkəmədə qeyd etdiyi kimi olmuşdur. Ramal 21 aprel N22-ci il tarixdə ona zəng edərək görüşmüş və görüşəndə ona Astara rayonuna getməyi, kimdənsə pul alacağı olduğunu demişdir. O da Ramalın təklifi ilə razılaşmış, Ramal maşında sürücü Sultanla yolu danışmış və Astara rayonuna getmişlər. Hadisə yerinə çatdıqda, Ramal birinci maşından düşmüş, sonra o düşmüş, həmin vaxt silah səsi eşidilmiş və sərhədçilər onları saxlamışlar. Hadisə yerindən heç bir narkotik vasitə götürməmişdir. Narkotik vasitə istifadəçisi olduğundan peşmandır, yüngül cəza verilməsini xahiş edir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Ramalı bir xeyli müddətdir tanımış, Ramalla eyni qəsəbədə yaşamış, orda tanış olmuşlar. Ramalla birlikdə narkotik vasitə istifadə etməmişdir. Saxlanılan günü Bakı şəhərindən günorta vaxtı təxminən saat 13:30 radələrindən çıxmışlar, Astara rayonuna çatanda hava qaralmamışdır. Təxminən saat yarım maşında gözləmişlər, Ramalla gözlədiyi adamın hələ də gəlməməyi barədə gileylənməmişdir. Sərhədçilər tərəfindən tutulanda hava artıq qaralmış, hadisə yerinə çatanda ilkin olaraq Ramal maşından düşmüş, sonra o da maşından düşmüş, heç 1 dəqiqə çəkməmiş silah səsi eşidilmiş və sərhədçilər onları tutmuşlar. Ramal gəldikləri yolda maşının arxa istiqaməti tərəfə hərəkət etmiş, həmin istiqamətdə yarımtikilinin olubolmamasına fikir verməmişdir. Narkotik vasitənin hara qoyulmağı barədə sonradan məlumatı olmuş, tutulanda hadisə yerində qutu olmamış və heç bir qutu götürməmişdir. Hadisə yerindəki yarımtikili-sanitar qovşağı kimi bir yer olmuşdur. Narkotik vasitənin qoyulduğu yerə yaxınlaşmamış və ordan heç nə götürməmişdir. Hadisə günü Hüseyn ona zəng etmiş, onunla görüşəndə pul alacağı olduğunu və onunla Astara rayonuna getməyini təklif etmişdir. Ramalın onun yanında Arif adlı şəxslə danışmasını görməmiş və eşitməmişdir. Hadisə yerində Bakı şəhərindən uzaq yol gəldikləri üçün maşından enmiş, maşının yanında gözləmiş, həmin vaxt birinci silah səsi eşitmişlər, sonra qışqırtı səsi gəlmiş və anidən onunla Ramalı tutmuşlar. Hadisə yerində narkotik vasitə, iki qutu görməmiş, tutulandan sonra hadisə yerində narkotik vasitə olduğunu bilmişdir. Sərhədçilər onları saxladıqdan sonra etirafedici ifadə almaq üçün onu döymüşlər və yerdə sürükləmişlər. 21 aprel N22-ci ildə vəkildən imtina barədə ərizə yazmamış, həmin vaxtı heç bir vəkil görməmişdir. Döyülməyilə bağlı sonradan vəkilinə demiş, vəkili də bu barədə vəsatət qaldırmışdır. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçiləndə, döyülməyilə bağlı heç nə bildirməmişdir. Aldığı xəsarətlə bağlı təcili tibbi yardım çağırmamışdır. Onu döyənlərin arasında Şahid3 də olmuşdur. Şahid4, Şahid1 və Şahid2 ona zor tətbiq etməmişlər. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, 21 aprel N22-ci il tarixdə təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs1 zəng edərək görüşmək istədiyini demiş, saat 14 radələrində Ramal ilə “Neftçilər” metrostansiyasının yaxınlığında görüşmüş, Ramal ona Arif adlı tanıdığının zəng edərək narkotik vasitə təşkil edəcəyini və həmin narkotik vasitəni əldə etmək üçün maşın tapmağı tapşırdığını demişdir. Saat 16 radələrində Arif adlı şəxs Ramala zəng edərək narkotik vasitə olan marixuananın Astara rayonu ərazisinə qoyulduğunu demiş və narkotik vasitəni götürmək lazım olduğunu bildirmişdir. Sonra Ramal ona hər ikisinin tanıdığı taksi fəaliyyəti ilə məşğul olan Sultan adlı şəxsə zəng etmiş, Astara rayonuna neçəyə apara biləcəyini soruşmuşdur. Sultan da 130 manat müqabilində Astara rayonuna apara biləcəyini demiş, sonra Ramal Arifə zəng edərək maşın tapdığını və narkotik vasitəni Astara rayonunda hardan və ya kimdən götürəcəyini soruşmuşdur. X19 rayonuna çatana yaxın ona məlumat verməsini və onda narkotik vasitənin olduğu yerin kordinatlarını “whatsaap” vasitəsilə göndərəcəyini demişdir. Saat 18 radələrində Sultan “Neftçilər” metrostansiyasının yanına gəlmiş və Astara rayonuna yola düşmüşlər. Sultan Ramaldan nə məqsədlə Astara rayonuna getdiklərini soruşduqda Ramal Astara rayonunda bir nəfərin ona borclu olduğunu və həmin borcu almaq üçün getdiklərini demiş, yolda Ramal bir neçə dəfə telefonla danışmış, lakin onun nə danışdığını başa düşməmişdir. Astara rayonuna yaxınlaşanda Ramal telefonundakı məkanı Sultana göstərərək ona pul verəcək şəxsin həmin ünvanda olduğunu və həmin istiqamətdə avtomobili idarə etməsini bildirmişdir. Sultan da avtomobili həmin istiqamətdə sürmüş, həmin məkana çatdıqda Ramal Sultana avtomobili saxlamasını bildirmiş və ona borclu olan şəxs gələnə kimi onunla birlikdə ayaqyoluna getməyi təklif etmiş, o da Ramal ilə birlikdə avtomobildən düşmüşdür. Ramal ona yaxınlıqda olan yarımtikilini göstərərək narkotik vasitənin onun arxasında olduğunu demiş, Ramal ilə həmin yarılmtikiliyə yaxınlaşmış, yarımtikilinin arxasında daşın yanındakı 02 ədəd qutunu görmüşdür. Ramal qutunun birini, o isə digər qutunu götürmüş, bu zaman qışqırtı səsləri eşitmişlər, qutuları atıb ərazidən uzaqlaşarkən ayağının büdrəməsi nəticəsində yıxılmış, sağ dizi, sağ dirsəyi və üz nahiyəsi yerə çırpılmışdır. Hadisə yerində Ramal və o saxlanılmışdır. Sultan avtomobili idarə edərək ərazidən uzaqlaşmışdır. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, həmin ifadələrini oxumadan və fiziki təzyiqlər nəticəsində imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında narkotik vasitə götürmək üçün Astara rayonuna gəlməsindən məlumatı olmaması, Ramalın ondan kimdənsə pul alacağını deməsini, beləliklə ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (Ramalın narkotik vasitə götürməsi məqsədi ilə Astara rayonuna gəlmələrindən məlumatının olmaması, yalnız Ramalın ondan kimdənsə pul alacağını deməsi) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan möhtəbər ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran Sərhəd dəstəsinin əməliyyat-axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, bir neçə ay bundan əvvəl ona daxil olmuş əməliyyat məlumatı əsasında Astara rayonu ərazisində pusqu naryad xidməti təşkil etmişlər, xidmət təşkil etdikləri əraziyə bir maşının yaxınlaşması müşahidə olunmuş, maşın yaxınlaşdıqdan sonra içərisindən iki nəfər düşmüşdür. Ərazidən iki ədəd bağlamanı götürüb uzaqlaşarkən tərəflərindən təqib olunaraq saxlanılmışlar. Saxlanılan şəxslər təqib olunarkən maşın ərazidən uzaqlaşmış, sonradan həmin maşın Astara rayonu, Kələdəhnə kəndində saxlanılmış və digər əməkdaşları tərəfindən gətirilmişdir. Baxış keçirilərkən saxlanılan şəxslərin kimliyi müəyyən olunmuş və üzərlərində olan bağlamlardakı narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Verilmiş sualları cavablandıraraq şahd Şahid3 bildirmişdir ki, saxlanılan şəxslərin narkotik vasitəni götürdükləri yer, Astara şəhəri, Xəzər dənizinin sahilində yerləşən köhnə yarımtikili olmuş, Ramal və Hüseyn saxlanılan zaman gecə olmuş, Ramal və Hüseyn tərəflərindən saxlanılan zaman, onlara müqavimət göstərmişlər, qaçmışlar, sürücü Sultan isə maşın vasitəsilə hadisə yerindən uzaqlaşmışdır. Ramal və Hüseyn tərəflərindən saxlanılmazdan əvvəl, içərisində narkotik vasitə olan bağlamaları olduğu yerdən götürmüşdülər. Ramal və Hüseyn saxlanılan vaxt Ramal əlindəki bağlamanı atıb hadisə yerindən qaçmış, Hüseyn isə əlindəki bağlama ilə hadisə yerindən qaçmış, daha sonra hər ikisi tərəflərindən saxlanılmış, avtomobil isə hadisə yerindən uzaqlaşmışdır. Ramal və Hüseyni müşahidə edəndə təxminən saat gecə 10-11 radələri olmuşdur. Pusqu qurduqları ərazini, Astara rayonu ərazisində dənizqırağı yarımtikilinin olduğu yeri nəzarətdə saxlamışlar. Astara rayonu ərazisində dənizqırağı yarımtikilinin olduğu ərazinin yaxınlığında “Panaram” kafe yerləşmiş, onun qarşısından içəri dənizqırağı yol getmiş, orda fəaliyyət göstərməyən kafe olmuşdur. Hadisə günü təşkil etdikləri pusqu xidmətində təxmini yarım saat gözləmişlər, pusqu təşkil etdikləri əraziyə avtomobil gəlmiş, gəldiyi yolla əks istiqamətdə avtomobil saxlanılmış və iki nəfər maşından enərək ərazidə olan yarımtikiliyə tərəf getmişlər. Ramal arxada hərəkət etmiş, Hüseyn isə öndə getmiş, Ramal arxada hərəkət etdiyi üçün gecə ərazidən qaçaraq bir xeyli uzaqlaşmağa nail olmuş, Hüseyn isə öndə getdiyi üçün tez tutulmuşdur. Ramal və Hüseyn qara rəngli qutuları götürdükdən sonra onlara “Dayan” komandası vermişlər. Ramal torbanı yerə atmış, Hüseyn isə torba ilə qaçmış, bir az uzaqlaşdıqdan sonra yerə yıxılmış, həmin vaxtı isə torbanı atmışdır. Həmin vaxtı Ramalı təqib etdiyi üçün Hüseynin yıxılmağını tam görə bilməmişdir. Nrakotik vasitələrin olduğu bağlamaların sayı 2 ədəd olmuş, iki bağlamada təxmini 8 kq-a yaxın narkotik vasitə olmuşdur. Pusquda dayandıqları yerlə, hadisə yerində olan yarımtikilinin arasındakı məsafə təxmini 30-50 metr olmuşdur. Gecə qaranlıq olduğu üçün bağlamların rəngin dəqiq müəyyən edə bilməmişdir. Tərəfindən Təqsirləndirilən şəxs2 heç bir fiziki zor tətbiq olunmamşdır. Hadisə yerində silah tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Hadisənin baş verməsindən uzun müddət keçdiyi üçün, hadisəni tam dəqiqliyi ilə xatırlaya bilməmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3 və 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, N aprel N22-ci il tarixdə X5 rəisi əvəzi mayor Seymur Xəlilov başçılığı ilə 14-cü sərhəd zastavasının 6-cı sahəsində, əməliyyat məlumatına əsasən saat 23:30-dan 02:30-dək “Pusqu” xidmətinə təyin olunmuş, saat 02 radələrində qeyd olunan sahədə İran İslam Respublikasından Astara çayını keçərək 1 nəfərin gəlməsi müşahidə olunmuş, həmin şəxs dövlət sərhəd xəttini Azərbaycan Respublikası istiqamətdə keçdikdən sonra uca səslə sərhədçiləri səsləmiş, könüllü olaraq narkotik vasitəni təhvil vermək və təslim olmaq istədiyini bildirmiş, ona dayan komandası verilmiş, olduğu yerdə saxlanılmış, sərhəd pozucusu özü ilə gətirdiyi narkotik vasitəni təhvil verərək könüllü təslim olmuşdur. İlkin dindirilmə zamanı saxlanılan şəxsin Astara rayonu, Züngüləş kənd sakini X7 olması müəyyən olunmuş, Vüsal Əhədovun təhvil verdiyi 01 ədəd parça torbada narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Ərazinin yoxlanılması üçün ərazidə axtarış aparılmış, yoxlama zamanı hər hansı şübhəli iz və əlamət aşkar olunmamışdır. Vüsal Əhədovun gətiridyi torba baxış keçirilərkən yararsız hala düşdüyündən, onu yenidən həmin torbaya yerləşdirmək mümkün olmamış, bu səbəbdən də narkotik vasitə olan qurudulmuş marixuananın 02 ədəd qutuda qablaşdırılmış, 21 aprel N22-ci il tarixdə təşkil edilmiş əməliyyat tədbiri ilə əlaqədar 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa tərəfində Astara rayonunun ərazisində pusqu xidməti təşkil edilmişdir. Saat 22 radələrində “pusqu xidmətini” təşkil edilən ərazidə, yəni Astara rayonunda, Xəzər dənizinin sahilinin kənarında yerləşən sahibsiz yarımtikilinin yaxınlığında “Opel Astra” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandığını, avtomobildə 3 nəfərin olduğunu müşahidə etmiş, avtomobildən 2 nəfər düşərək yarımtikilinin arxa hissəsinə keçmiş, orada olan 02 ədəd qutunu götürüb uzaqlaşarkən onlara “Dayan” çağırışı verilmiş, onlar çağırışa tabe olmayaraq oradan qaçaraq uzaqlaşmaq istəmişlər, lakin onlardan biri yıxılmış, digəri isə təxminən 25-30 metr sonra saxlanılmışdır. Sonra Şahid2 və Şahid1 avtomobilin sürücüsünü saxlamaq üçün avtomobilə doğru hərkət etmişlər, lakin avtomobilin sürücüsü onları görüb avtomobili ilə ərazidən uzaqlaşmış, bir qədər sonra sürücü Astara rayonu, Kələdəhnə kəndi ərazisində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, N22-ci ilin aprel ayında naməlum şəxslərin narkotik vasitələrin daşınması və qanunsuz dövriyyəsi ilə əlaqədar Astara şəhəri, Xəzər dənizinin sahilindəki yarımtikiliyə gələcəkləri barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin ərazidə pusqu naryad xidmətinə təyin edilmişdir. “Opel Astra” markalı, 503 nömrəli avtomobil pusqu təşkil etdikləri əraziyə gəlmiş və avtomobilin içərisində 3 nəfər şəxs olması müəyyən edilmişdir. İki nəfər şəxs maşından enmişlər, ərazidə olan yarımtikiliyə daxil olmuşlar və bağlamaları götürdükdən sonra onlar həmin iki şəxsə “Dayan” cağırış komandası vermişlər. Ramal və Hüseyn tərəflərindən ifşa olunduqlarını görüb maşına tərəf qaçmışlar və sürücü dərhal maşınla hadisə yerindən uzaqlaşmış, digər əməkdaşları isə maşının sürücüsünü təqib etmişlər, onlar isə Ramal və Hüseyni saxlamışlar. Verilmiş sualları cavablandıraraq şahd Şahid4 bildirmişdir ki, Hüseyn qaçarkən onu saxlamışdır. Narkotik vasitə Astara şəhəri, Xəzər dənizinin sahilindəki yarımtikilinin içində gizlədilmişdir. Ramal və Hüseyn birgə maşından düşərək yarımtikiliyə tərəf getmişlər və yarımtikiliyə daxil olmuşlar, Ramal əlində bağlama ilə Hüseynlə birgə yarımtikilidən çıxdıqdan sonra onlara “Dayan” çağrış komandası vermişlər, həmin vaxt onların hər ikisi müxtəlif tərəflərə doğru hərəkət etmişlər. Bağlamaları Ramal götürmüş, onlar “Dayan” çağırış komandası vermişlər, Ramal maşına doğru qaçmış, lakin sürücü bir az cəld hərəkət edərək hadisə yerindən uzaqlaşmışdır. Hüseyn Ramalla birgə yarımtikiliyə doğru getmiş, lakin hər iki bağlamaları Ramal götürmüşdür. Ərazi kol-kostlu olduğu üçün Hüseyn qaçanda yıxılmış, Ramal isə asfalta tərəf hərəkət etmiş kapitan Rəhimov onun arxasınca gedərək saxlamışdır. Hüseyn və Ramal yarımtikilidən çıxandan sonra 30 metr aralıda “Dayan” çağırış komandası vermişlər. Qəflətən hadisə yerinə gələn maşın gəldiyi yolla əksistiqamətə-ordan qaçmaq rahat olduğu üçün çıxışa tərəf dönmüşdür. Bu onun ilk əməliyyat tapşırığı olmamışdır. Hadisə yerində 1 bağlama olmuş, həmin bağlama yararsız vəziyyətə düşmüş və Ramal həmin bağlamanı götürmüşdür. Hadisə yerindən iki torba götürmüşlər, torbalar yararsız vəziyyətdə olmuşdur. Ramalın götürdüyü bağlamada 2 qutu olmuş və o bağlamanı əlində tutaraq qaçmış, biz “Dayan” çağırış komandası verəndə Ramal əlindəki bağlamanı yerə atmışdır. Ramalın əlində bağlama görmüş, amma Hüseynin əlində bağlama görməmişdir. Hadisə günü təxmini 1 saat, 1 saat yarım pusquda gözləmişlər. Pusquda dayandıqları yerlə yarımtikilinin arasında təxminən 30-40 metr məsafə olmuşdur. Hadisə günü gecə saat 10-11 olduğu üçün hava qaranlıq olmuşdur. Maşının arxa işiğı Ramal və Hüseyn gələn tərəfə yönəldiyindən və Ramalın sağ əlindəki bağlama nəzərə çarpacaq dərəcədə böyük olduğu üçün gecə qaranlıqda onları yaxşı müşahidə etmişdir. “Dayan” çağırış komandasın verdikdə, Ramal tez reaksiya verərək qaçıb onlardan uzaqlaşmış, Hüseyn isə gec hərəkət etdiyindən onu tez saxlamışdır. Hadisə yerinə narkotik vasitəni götürmək üçün bir nəfər şəxsin gəlməsini gözləmişlər, üç nəfər şəxsin gəlməsini gözləməmişlər, adətən bu növ cinayət əməllərində bir nəfər şəxs narkotik vasitə dalınca gəlmişdir. 4 ildir ki, əməliyyatçı kimi fəaliyyət göstərmiş, hadisə günü əməliyyat tədbirində mülki geyimdə olmuşlar. Hadisə yerində silah tətbiq olunmamışdır. Elan olunmuş ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3 və 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid4 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, N18-ci ilin iyul ayından etibarən N nömrəli hərbi hissədə xidmət etmiş, həmin hərbi hissənin Əməliyyat Axtariş şöbəsinin əməliyyat müvkkili vəzifəsində xidmət etmiş, hazırda həmin vəzifə xidmətini davam etdirmişdir. 21 aprel N22-ci il tarixdə təşkil edilmiş əməliyyat tədbiri ilə əlaqədar X5 rəisi əvəzi mayor Seymur Xəlilov. 3-cü sərhəd komendantlığının əməliyyat müvəkkili Şahid1, baş əməliyyat müvəkkili baş leytenant Rəsul İmanov, baş əməliyyat müvəkkili Şahid3, 3-cü sərhəd komendantlığının əməliyyat işləri üzrə müavini Şahid2 olmaqla 3-cü sərhəd komendantlığının 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa tərəfindən Astara rayonun ərazisində pusqu xidməti təşkil etmişlər. Saat 22 radələrində “pusqu xidmətini” təşkil etdikləri əraziyə “opel Astra” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Astara rayonunda, Xəzər dənizinin sahilinin kənarında yerləşən sahibsiz yarımtikilinin yaxınlığında dayanmışdır. Avtomobildə 3 nəfərin olduğunu müşahidə etmişlər. Avtomobildən 2 nəfər düşərək yarımtikilinin arxa hissəsinə keçmiş, orada olan 02 ədəd qutnu götürüb uzaqlaşarkən onlara “Dayan” çağırışı vermişlər, həmin şəxslərə çağırışa tabe olmayaraq oradan qaçaraq uzaqlaşmaq istəmişlər, lakin onlardan biri yıxılmış, digər isə tərəflərindən təxminən 25-30 metr sonra saxlanılmışdır. Daha sonra Şahid2 və Şahid1 avtomobilin sürücüsünü saxlamaq üçün avtomobilə doğru hərəkət etmişlər. Avtomobilin sürücüsü onları görüb avtomobil ilə ərazidən uzaqlaşmışdır. Bir qədər sonra məlum olmuşdur ki, sürücü Astara rayonu, Kələdəhnə kəndində saxlanılmışdır. Sərhəd zastavasında saxlanılan şəxslərin Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Sultan İbrahimov olduğunu bilmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 21 aprel N22-ci il tarixdə pusqu naryad xidmətində sərhəd naryadı kimi 3-cü sərhəd komendantlığının əməliyyat müvəkkili kimi iştirak etmişdir. Həmin gün gecə saat 22 radələrində “Opel Astra” markalı avtomobil əraziyə yaxınlaşmış, avtomobildən iki nəfər şəxs enərək ərazidə olan yarımtikiliyə yaxınlaşmışlar, oradan 2 ədəd qutudan ibarət bağlamanı götürmüşlər və bundan sonra həmin şəxslərə “Dayan” çağırış komandası verilmişdir. Daha sonra həmin şəxslər qaçmağa başlamışlar, birinci şəxs qaçarkən yıxılmış, digəri isə 25-30 metr qaça bilmiş və əməkdaşlar tərəfindən saxlanılmışlar. Sürücü Sultan adlı şəxs isə idarə etdiyi avtomobillə ərazidən uzaqlaşmış, Şahid2la birlikdə Sultanı təqib etmişlər və Astara rayonu, Kələdəhnə kəndi yolu istiqamətində təhlükəsizlik qaydalarına riayət edilməklə Sultanın idarə etdiyi avtomobili saxlayıb zastavaya gətirmişlər. Verilmiş sualları cavablandıraraq Şahid1 bildirmişdir ki, hadisə yerində 2 qutu olmuş, Ramal və Hüseyn hərəsi bir qutu götürmüşdür. Hadisə yeri qaranlıq olmuş, Şahid2la iki yerdə, biri onların narkotiki götürə biləcəkləri yerdə, digəri onların qaçacaqları təqdirdə qarşılarını almaq üçün pusquda durmuşlar. Ramal və Hüseyn onlara tərəf qaçmışlar, Hüseyn yıxılmş, Ramal isə bir az qaçdıqdan sonra digər əməkdaşları tərəfindən saxlanılmışlar. O və Şahid2 Sultanı təqib etmişlər, saxlayıb zastavaya aparmışlar. Hüseyn və Ramal ərazidəki yarımtikiliyə yaxınlaşmışlar, bağlamaları götürmüşlər, Sultan isə hadisə yerindən qaçmışdır. Hadisə günü Ramal və Hüseynin hadisə yerində olan qutuları götürmələrini və əməkdaşlarının onlara “Dayan” çağırış komandası vermələrini görmüşdür. Ramal və Hüseynin hadisə yerindən götürdükləri bağlamanın, qutuların materialı və forması yadında olmamışdır. O və Şahid2 hadisə yerindən avtomobilə qaçan Sultanı təqib etməyə getmişlər, onlar qayıdanda Ramalın əlindəki bağlama artıq açılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3 və 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığının əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 21 aprel N22-ci il tarixdə təşkil edilmiş əməliyyat tədbiri ilə əlaqədar X5 rəisi əvəzi, mayor Seymur Xəlilov, Əməliyyat axtarış işləri üzrə baş əməliyyat müvəkkili, kapitan Şahid3, X5 baş əməliyyat müvəkkili, baş leytenant Rəsul İmanov, X5 əməliyyat müvəkkili, leytenant Şahid4, 3-cü sərhəd komendantlığının əməliyyat işləri üzrə müavini, mayor Şahid2 olmaqla 3-cü sərhəd komendantlığının 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa tərəfində Astara rayonunun ərazisində pusqu xidmətini təşkil etmişlər. Saat 22 radələrində "pusqu xidmətini” təşkil etdikləri əraziyə “Opel Astra" markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Astara rayonunda, Xəzər dənizinin sahilinin kənarında yerləşən sahibsiz yarımtikilinin yaxınlığında dayanmış, avtomobildə 3 nəfərin olduğunu müşahidə etmişlər. Avtomobildən 2 nəfər düşərək yarımtikilinin arxa hissəsinə keçmiş, orada olan 02 ədəd qutunu götürüb uzaqlaşarkən onlara "Dayan” çağırışı vermişlər, çağırışa tabe olmayaraq oradan qaçaraq uzaqlaşmaq istəmişlər, lakin onlardan biri yıxılaraq digəri isə tərəflərindən təxminən 25-30 metr sonra saxlanılmışlar. Daha sonra Şahid2 ilə birlikdə avtomobildəki sürücünü saxlamaq üçün avtomobilə doğru hərəkət etmişlər, lakin sürücü onları görüb avtomobil ilə ərazidən uzaqlaşmışlar. Təhlükəsizlik qaydalarına riayət edərək avtomobili təqib etmişlər və Astara rayonu, Kələdəhnə kəndində dalanda "Opel Astra” markalı **-RJ- *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Daha sonra saxlanılan şəxsləri sərhəd zastavasına aparmışlar. Sərhəd zastavsında onlara məlum olmuşdur ki, saxlanılan şəxslər Bakı sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Sultan İbrahimovdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, hadisə günü dövlət sərhədinin mühafizəsini təşkil etmək məqsədilə əməliyyat tədbiri həyata keçirilmiş, onlar pusqu xidmətində iştirak etmişlər. Pusquda olduqları ərazidə "Opel Astra” markalı avtomobilin gəlməsini, iki nəfər şəxsin avtomobildən enərək yarımtikiliyə tərəf getmələrini müşahidə etmişlər. Bundan sonra sərhəd əməkdaşları tərəfindən həmin iki şəxsə “Dayan” çağırış komandası verilmiş, "Opel Astra” markalı avtomobilin sürücüsü şəhər istiqamətində hərəkət etməyə başlamışlar. Həmin vaxtı öz istifadəsində olan avtomobilə əyləşib "Opel Astra” markalı avtomobili təqib etməyə başlamışdır. Yarımtikilidən çıxan şəxslərin 30-40 metr məsafədə onların sərhəd əməliyyatçıları tərəfindən saxlanılmaqlarını müşahidə etmişdir. Maşın ərazidən asta sürətlə hərəkət etməyə başlamış, maşınından siqnal vasitəsilə "Opel Astra” markalı avtomobilə dayanmasını işarə etmiş, lakin "Opel Astra” markalı avtomobilin sürücüsü sürəti artırmağa başlamışdır. "Opel Astra” markalı maşın 10-15 km Astara rayonu, Kələdəhnə kəndi istiqamətində hərəkət etdikdən sonra tərəflərindən təhlükəsizlik qaydalarına riayət edilməklə saxlanılmış və sərhəd məntəqəsinə gətirilmişdir. Verilmiş sualları cavablandıraraq Şahid2 bildirmişdir ki, idarə etdiyi maşına yaxınlaşan zaman bir nəfərin yarımtikilinin yaxınlığında, digər şəxsin yarımtikilidən 30-40 metr aralı məsafədə qaçıb yıxılaraq onların sərhəd əməliyyatçıları tərəfindən saxlanıldıqlarını görmüşdür. Hadisə günü hadisə yerinə "Opel Astra” markalı avtomobil gəlmiş, gəldiyi yolla əks-istiqamətdə dayanmışdır. İki nəfər şəxs maşından enmiş və yarımtikiliyə tərəf yaxınlaşmışdır. Əməkdaşlar onlara “Dayan” çağırış komandası vermişlər, səs-küy düşmüş, avtomobilin gəldiyi yolu bağlamalı olmuşlar, lakin sürücü cəld tərpənmiş və avtomobil hadisə yerindən sürətlə uzaqlaşmışdır. Həmin şəxslərdən kimin nə götürməsini görə bilməmiş, Hüseyinin əlində bağlama görməmiş, ancaq Ramalın əlində bağlama görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3 və 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, N12-cı ilin aprel ayından etibarən N nömrəli hərbi hissədə xidmət etmişdir. N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığının komendantının əməliyyat işləri üzrə müavini vəzifəsində xidmət edir. 21 aprel N22-ci il tarixdə təşkil edilmiş əməliyyat tədbiri ilə əlaqədar X5 rəisi əvəzi, mayor Seymur Xəlilov, Əməliyyat axtarış işləri üzrə baş əməliyyat müvəkkili, kapitan Şahid3, X5 baş əməliyyat müvəkkili, baş leytenant Rəsul İmanov, X5 əməliyyat müvəkkili, leytenant Şahid4, 3-cü sərhəd komendantlığının əməliyyat müvəkkili Şahid1 olmaqla 3-cü sərhəd komendantlığının 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa tərəfində Astara rayonunun ərazisində pusqu xidmətini təşkil etmişlər. Saat 22 radələrində ‘'pusqu xidmətini" təşkil etdikləri əraziyə “Opel Astra" markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Astara rayonunda, Xəzər dənizinin sahilinin kənarında yerləşən sahibsiz yarımtikilinin yaxınlığında dayanmışdır. Avtomobildə 3 nəfərin olduğunu müşahidə etmişlər. Avtomobildən 2 nəfər düşərək yarımtikilinin arxa hissəsinə keçmiş, orada olan 02 ədəd qutunu götürüb uzaqlaşarkən onlara “Dayan" çağırışı vermişlər, çağırışa tabe olmayaraq oradan qaçaraq uzaqlaşmaq istəmişlər, lakin onlardan biri yıxılaraq digəri isə tərəflərindən təxminən 25-30 metr sonra saxlanılmışlar. Daha sonra Şahid1 ilə birlikdə avtomobildəki sürücünü saxlamaq üçün avtomobilə doğru hərəkət etmişlər, lakin sürücü onları görüb avtomobil ilə ərazidən uzaqlaşmışdır. Təhlükəsizlik qaydalarına riayət edərək avtomobili təqib etmişlər və Astara rayonunun Kələdəhnə kəndində dalanda ‘ Opel Astra” markalı **- RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Daha sonra saxlanılan şəxsləri sərhəd zastavasına aparmışlar. Sərhəd zastavsında onlara məlum olmuşdur ki, saxlanılan şəxslər Bakı sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Sultan İbrahimov olmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Məntəqənin Hərbi Hissəsinə hal şahid qismində dəvət olunmuş, üç nəfər şəxs saxlanılmışdır. Narkotik vasitəyə baxış keçirilmiş, bağlama açılmış, içərisində olanları stolun üstünə qoymuşlar. Saxlanılan şəxslər bağlamadan aşkar olunan narkotik vasitələrin onlara aid olmasını bildirmişlər. Daha sonra onun iştirakıyla avtomobilə baxış keçirilmiş və bütün proseslər yekunlaşdıqdan sonra hərbi hissəni tərk etmişdir. Verilmiş sualları cavablandıraraq Şahid5 bildirmişdir ki, Hərbi Hissəyə hal şahidi qismində dəvət əsəsında daxil olanda Ramal, Hüseyn və Sultan artıq orada tutulmuşlar. Onun iştirakıyla tutulan şəxslərdən götürülmüş narkotik vasitəyə baxış keçirilmişdir. Narkotik vasitəni və tutulan şəxsləri, ancaq Lənkəranda Hərbi Hissədə görmüşdür. Hərbi Hissəyə onu əməliyyatın rəisi telefonla zəng edərək dəvət etmişdir. Hərbi Hissədə mülki işçidir. ***-***-**-** saylı mobil nömrə istifadəsindədir və bu nömrə vasitəsilə ona zəng edilib hərbi hissəyə dəvət olunmuşdur. Hadisə yerində olmamış, ifadəsində hadisə yerində olmağıyla bağlı hissələr yanlışdır. Hal şahidi kimi hərbi hissədə narkotik vasitələrə və avtomobilə baxış keçirilməsində iştirak etmişdir. Hal şahidi Şahid5 nə hadisə yerində, nə də hərbi hissədə görməmişdir. Hərbi hissədə Ramal və Hüseyni görmüş, onlar iranlının hadisə yerinə narkotik vasitəni onların götürməsi üçün qoymasını təsdiq etmişlər. Onu hərbi hissəyə təxminən saat 8-də zəng edib çağırmışlar. Marixuana növlü narkotik vasitəni tanımışdır. Azərbaycan Respublikası CPM-in 327.1.3 və 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid5 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, 19 aprel N22-ci il tarixdə o və Şahid6 Sadiq oğlu N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının inzibati binasına dəvət olunmuşlar, onlara hal şahidi kimi hüquq və vəzifələri izah olunmuş, N aprel N22-ci il tarixdə saat 02 radələrində bir nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə gəldiyini müşahidə etmiş, həmin şəxs gələrkən könüllü olaraq təslim olmuş, əlindəki sarı rəngli torbanı sərhədçilərə təhvil vermiş, zastavanın inzibati binasında gətirilmiş torbaya baxış keçirilmiş, baxış zamanı bağlamada təxminən 8 kq yaxın narkotik vasitə olan marixuanya bənzər maddə aşkar olunmuşdur. Vüsal Əhədovun gətirdiyi içərisində narkotik vasitə olan torbaya baxış keçirilərkən yararsız hala düşdüyündən, onu yenidən həmin torbaya yerləşdirmək mümkün olmamışdır. Bu səbəbdən də narkotik vasitə olan qurudulmuş marixuana 02 ədəd qutuda olmaqla 1 ədəd sarı rəngli karton qutuya 03 ədəd bağlamada və ikinci qəhvəyi rəngli karton qutuya narıncı rəngli sintetik torbada qara rəngli selofan bağlamanın içərisində 10 ədəd paketlərdə yerləşdirildikdən sonra qablaşdırılmışdır. Bundan əlavə 21 aprel N22-ci il tarixdə yenidən o və Şahid6 Sadiq oğlu N nömrəli hərbi hissənin inzibati binasına dəvət olunmuşlar və onlara hal şahidi kimi hüquq və vəzifələri izah olunmuş, əməliyyat tədbirinin keçiriləcəyi ilə bağlı məlumat verilmiş, onların iştirakı ilə 02 ədəd qutu içərisində narkotik vasitə olan marixuanya bənzər maddə Astara şəhərində fəaliyyət göstərən “Panorama” adlı kafedən təxminən 100 metr Xəzər dənizinin sahilinə doğru, yolun sağ tərəfində olan sahibsiz yarımtikilinin içərisinə yerləşdirilmişdir. Saat 22 radələrində 2 nəfər sonradan adlarını öyrəndikləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər avtomobildən düşərək gizlədilmiş içərisində narkotik vasitə olan 02 ədəd qutunu götürmüşlər, lakin hadisə yerindən uzaqlaşarkən saxlanılmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları əraziyə baxış keçirmişlər, baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 içərisində narkotik vasitə marixuana olan 02 ədəd qutunu yarımtikilinin arxa hissəsindən götürdüklərini qeyd etmişlər, əraziyə baxış zamanı digər hər hansısa bir əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmamışdır. Aşkar olunmuş içərisində marixuana olan 02 ədəd qutu qablaşdırılaraq götürülmüşdür. N qutuya N nömrəli hərbi hissənin inzibati binasında baxış keçirilmiş, qutuların içərisindən ümumilikdə 7-8 kq yaxın qurudulmuş marixuanaya oxşar maddələr aşkar olunmuş, daha sonra aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar maddə aşkar olunduqları qutularda qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Sadiq oğlu ifadəsində bildirmişdir ki, 19 aprel N22-ci il tarixdə o və Şahid5 N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının inzibati binasına dəvət olunmuş, onlara hal şahidi kimi hüquq və vəzifələri izah olunmuş, N aprel N22-ci il saat 02 radələrində bir nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə gəldiyini müşahidə etmiş, həmin şəxs gələrkən könüllü olaraq təslim olmuş, əlindəki sarı rəngli torbanı sərhədçilərə təhvil vermiş, zastavanın inzibati binasında gətirilmiş torbaya baxış keçirilmiş, baxış zamanı bağlamada təxminən 8 kq yaxın narkotik vasitə olan marixuanya bənzər maddə aşkar olunmuş, Vüsal Əhədovun gətirdiyi içərisində narkotik vasitə olan torbaya baxış keçirilərkən yararsız hala düşdüyündən, onu yenidən həmin torbaya yerləşdirmək mümkün olmamış, bu səbəbdən də narkotik vasitə olan qurudulmuş marixuana 02 ədəd qutuda olmaqla 1 ədəd sarı rəngli karton qutuya 03 ədəd bağlamada və ikinci qəhvəyi rəngli karton qutuya narıncı rəngli sintetik torbada qara rəngli selofan bağlamanın içərisində 10 ədəd paketlərdə yerləşdirildikdən sonra qablaşdırılmışdır. 21 aprel N22-ci il tarixdə yenidən o və Şahid6 Sadiq oğlu N nömrəli hərbi hissənin inzibati binasına dəvət olunmuş və onlara hal şahidi kimi hüquq və vəzifələri izah olunmuş, əməliyyat tədbirinin keçiriləcəyi ilə bağlı məlumat verilmiş, onların iştirakı ilə 02 ədəd qutu içərisində narkotik vasitə olan marixuanya bənzər maddə Astara şəhərində fəaliyyət göstərən “Panorama” adlı kafedən təxminən 100 metr Xəzər dənizinin sahilinə doğru, yolun sağ tərəfində olan sahibsiz yarımtikilinin içərisinə yerləşdirilmiş, saat 22 radələrində 2 nəfər sonradan adlarını öyrəndikləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər avtomobildən düşərək gizlədilmiş içərisində narkotik vasitə olan 02 ədəd qutunu götürmüş, lakin hadisə yerindən uzaqlaşarkən saxlanılmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları əraziyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 içərisində narkotik vasitə marixuana olan 02 ədəd qutunu yarımtikilinin arxa hissəsindən götürdüklərini qeyd etmiş, əraziyə baxış zamanı digər hər hansısa bir əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmamış, aşkar olunaraq götürülmüş içərisində marixuana olan 02 ədəd qutu qablaşdırılaraq götürülmüşdür. N qutuya N nömrəli hərbi hissənin inzibati binasında baxış keçirilmiş, qutuların içərisindən ümumilikdə 7-8 kq yaxın qurudulmuş marixuanaya oxşar maddələr aşkar olunmuş, daha sonra aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar maddə aşkar olunduqları qutularda qablaşdırılaraq möhürlənmişdir. Verilmiş sualları cavablandıraraq Şahid6 Sadiq oğlu bildirmişdir ki, hadisə yerində olmuş, təqsirləndirilən şəxsləri hadisə yerində və zastavada kommendatın otağında görmüşdür. Hadisə yerində o, digər hal-şahidi Mais və əməliyyatçılar da olmuşlar. Təsqirləndirilən şəxsləri hadisə yerində və kommendantın otağında savayı başqa yerdə görməmişdir. Zavstavaya kommendantın otağına onu və Maisi narkotik vasitəyə baxış keçirmək üçün çağırmışlar, orada onlara narkotik vasitəni göstərmişlər, narkotik vasitə 8 kq-ya yaxın marixuana olmuşdur. Narkotik vasitə növü olan marixuananı tanımış, quru ota oxşamışdır. Hadisə zamanı saxlanılan şəxslərin sayı üç olmuşdur. Hadisə yerində Ramal və Hüseyn maşından düşüb dəniz qırağına tərəf-yarımtikiliyə doğru getmişlər, bağlamları götürmüşlər və bu zaman əməliyyatçılar onlara “Dayan” çağırış komandası vermişlər və Ramal və Hüseyn bağlamları yerə atıb qaçmışlar. Sürücü Sultanı və maşınını da zastavaya gətirmişlər, onu da kommendatın otağında görmüşdür. Hadisə yerində əməliyyatçıların yanında dayanmışdır. Hadisə yerində əməliyyatçıların hərəsi ayrı-ayrı yerlərdə olmuşlar, yəni hamısı bir yerdə pusquda dayanmamışlar. DSX-nın 14-cü sərhəd zastavasına çağırmışlar və həmin vaxt dərhal kommendatın otağına getməmişdir. Təqsirləndirilən şəxsləri hadisə yerində görmüş, lakin hava qaranlıq olduğu üçün üzlərini görə bilməmiş, lakin kommendantın otağında üzlərini görmüşdür. Hadisə yeri tupik ərazi olmuş, ətrafda “Panorama” kafe olmuş, təqsirləndirilən şəxslər maşından düşüb dənizə tərəf gedib daşın dibindən bağlamları götürmüşlər, hər ikisi bağlamaları götürmüşdür. Sürücü Sultanı hadisə yerində görə bilməmişdir. Təqsirləndirilən şəxsləri tutub maşınla zastavaya kommendantın otağına aparmışlar, onların arxası ilə onlar ayrı maşınla getmişlər. Əvvəllər hal-şahidi qismində iştirak etməmişdir. Hadisə yerində təqsirləndirilən şəxslərin hərəkətlərini təxmini 30 metrdən müşahidə etmişdir. Hadisə yerində narkotik vasitəni görməmiş, sadəcə təqsirləndirlən şəxslərin əlində bağlamları görmüş, hansını ki, yerə atıb qaçmışlar. Hadisə yerinə axşam saat 22 radələrində onu zənglə çağırmışlar və o da heç bir etiraz etməmişdir. Hərbi hissədə fəhlə işləmiş, ev nömrəsinə zəng edib hadisə yerinə çağırmışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X8 bildirmişdir ki, hadisə 21 aprel N22-ci il tarixdə baş vermişdir. Qeyd etdiyi tarixdə günorta təxminən saat 16-17 radələrində Ramal ona zəng vurmuş, tanışı Hüseynlə bir yerdə olmuş, onları Astara rayonuna apara biləcəyini və neçə manata aparacağını soruşmuşdur. Ramala işi olduğunu təxminən 1 saat sonra 130 manata onları Astara rayonuna apara biləcəyini demişdir. İşini bitirdikdən sonra Ramalla əlaqə saxlamış, Ramal Neftçilər metrosunun yaxınlığında olduqlarını bildirmiş, onları qeyd olunan ünvandan maşınıyla axşam saat 18 radələrində götürüb taksi kimi Astara rayonuna aparmışdır. Təxminən Astara rayonuna çatmağa az qalmış Ramalın telefonuna zəng gəlmiş, Ramal kimləsə danışmış və ona çatmalı olduqları ünvanın koordinatını göstərmişdir. Bakı şəhərindən Astara rayonuna çıxanda Ramal Astara rayonuna getmə səbəbinin kiminsə ona pul borcu olması kimi qeyd etmişdir. Təxminən avtomobili 40-50 dəqiqə idarə etdikdən sonra Ramalın göstərdiyi koordinata çatmışlar, Ramala pul borcu olan şəxslər ora gəlməli olmuşlar. Hadisə yerinə çatdıqdan sonra Ramal Hüseynə gözlədikləri şəxslər gələnə kimi onunla ayaqyoluna getmələrini bildirmiş, onlar maşından uzaqlaşdıqdan 3-5 dəqiqə sonra hay-küy səsi gəlmiş, 3-4 nəfər avtomobilinə doğru qaçmışdır. O da həmin vaxt özünü itirmiş, zənn etmişdir ki, Ramalın gözlədiyi insanlarla arasında mübahisəsi düşmüş, dərhal avtomobiliylə hadisə yerindən uzaqlaşmışdır. Hadisə yerindən bir qədər uzaqlaşdıqdan sonra DSX-nın əməkdaşları tərəfindən saxlanılmışdır. Verilmiş sualları cavablandıraraq şahid X8 bildirmişdir ki, maşınından 06 ədəd bıçaq aşkar olunmuş, bıçaqlar məişətdə istifadə olunan bıçaqlar olmuş, əvvəllər maşınına qoymuş, yadından çıxıb maşında qalmışdır. Bıçaqları maşınına gecə taksi fəaliyyətilə məşğul olduğu, işdən gələndə gecə qaranlıq olduğu üçün qoymuşdur. Maşından aşkar olunan iri bıçaqlardan biri heyvan kəsmək üçün istifadə edilən bıçaq olmuşdur. Ramal sadəcə ona Astara rayonunda kiminsə ona pul borcu olduğunu və ora getməli oduğunu demiş, başqa heç nə deməmişdir. Əvvəldən Hüseyni yox, Ramalı tanımışdır. Astara rayonuna çatmağa az qalmış Ramala gələn zəngin hansı məzmunda olmasından xəbəri olmamışdır. Hadisə yerinə çatdıqdan sonra Ramal və Hüseyn maşından düşmüş, Ramal maşından uzaqlaşmış, Hüseynsə maşının 3-5 metrində dayanıb siqaret çəkmişdir. Hadisə vaxtı Hüseynin əlində heç bir qanunsuz predmet görməmişdir. Hazırkı cinayət işindən barəsində başqa cinayət işi ayrılmış, Astara Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 228.4-cü maddsəi ilə təqsirli bilinmiş, 10 ay 01 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həbsdə olduğu 10 ay 01 gün nəzərə alınmaqla azadlığa buraxılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“baxış keçirilməsi haqqında” N aprel N22-ci il tarixli protokoldan görünür ki, X17 İslam Respublikasından özü ilə gətirdiyi sarı rəngli torbaya baxış keçirilmiş, baxış zamanı sarı rəngli torbanın içərisindən selofana bükülmüş ümumi çəkiləri bükümlərlə birlikdə 7755 qram narkotik vasitə marixuanaya bənzər maddələr aşkar edilmişdir. Həmin narkotik vasitə marixuanaya bənzər maddələr 02 ədəd qutuda olmaqla 1 ədəd sarı rəngli karton qutuya 03 ədəd bağlamada və ikinci qəhvəyi rəngli karton qutuya narıncı rəngli sintetik torbada qara rəngli selofan bağlamanın içərisində 10 ədəd paketlərdə olmaqla yerləşdirildikdən sonra qablaşdırılmışdır (İ cild. i.v.90-92). -“Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” 21 aprel N22-ci il tarixli qərardan görünür ki, İran İslan Respublikasının vətəndaşı Arif kimi məlum olan şəxsin Vüsal Əhədova əvvəlcədən vediyi tapşırığa əsasən əməliyyat tədbirini davam etdirmək məqsədilə xx.xx.N22-ci il tarixdə Astara rayonu ərazisində Xəzər dənizinin kənarında yerləşən yarımtikilinin içərisinə qoyulmuş narkotik vasitəni naməlum şəxs və ya şəxslər tərəfindən götürülməsi planlaşdırılmış, naməlum şəxslərin qanunazidd əməllərini ifşa etmək məqsədi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinin Sərhəd Dəstəsinə və Sərhəd komendantlığına məxsus silah-sursat, avtonəqliyyat vasitələri və radiorabitə vasitələrindən istifadə edilməsi qərar alınmışdır (İ cild. i.v. 133-134). -21 aprel N22-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı X3 xx.xx.N22-ci il tarixdə 14-cü sərhəd zastavasının xidməti ərazisindən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən könüllü olaraq DSX-nin hərbi qulluqçularına təqdim etdiyi narkotik vasitə olan marixuanya bənzər maddəni 02 ədəd qutuda hal şahidləri Şahid6 Sadiq oğlu və Şahid5, baş əməliyyat müvəkkili kapitan Şahid3, 3-cü SK-nın ƏAİ üzrə müavini mayor Şahid2, əməliyyat müvəkkili leytenant Şahid4 işrirakları ilə Arif adlı İran İslam Respublikası vətəndaşının Vüsal Əhədova əvvəlcədan tapşırdığı ünvana, yəni Astara şəhərində fəaliyyət göstərən “Panorama” adlı kafedən təxminən 100 metr Xəzər dənizinin sahilinə doğru, yolun sağ tərəfində olan sahibsiz yarımtikilinin içərisinə yerləşdirilmişdir (İ cild. i.v.135). -N nömrəli hərbi hissənin komandiri polkovnik Xalid Əliyevin xx.xx.N22-ci il tarixli məktubundan görünür ki, 21 aprel N22-ci il tarixdə Astara rayonu 3-cü sərhəd komendantlığının 16-cı sərhəd zastavasının 18-ci sahəsi istiqamətində, dövlət sərhəd xəttindən N00 metr aralı, Xəzər dənizinin sahilində yerləşən yarımtikilinin yanından narkotik vasitəni Bakı şəhərinə aparmaq üçün gəlmiş, Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təxminən saat 22 radələrində saxlanılmışlar (İ cild. i.v. 133). -“inzibati qaydada tutma haqqında” 21 aprel N22-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 22:00-da, Təqsirləndirilən şəxs2 isə həmin gün saat 22:15-də inzibati qaydada tutulmuşlar (İ cild. i.v. 138;142 ). -“şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılması, əşya və sənədlərin götürülməsi haqqında” 21 aprel N22-ci il tarixli protokoldan görünür ki, inzibati qaydada tutulmuş Təqsirləndirilən şəxs1 üzərində 01 (bir) ədəd “Ayfon 6 S” smartfon telefon aşkar edilərək götürülmüşdür (İ cild. i.v. 139-140 ). -“hadisə yerinə baxış keçirilməsi haqqında” 22 aprel N22-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 DSX-nin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa tərəfində yarımtikilidə gizlədilmiş, 02 ədəd qutu içrəisində narkotik vasitə olan marixuananı götürdükləri yeri göstərmişlər ( İ cild. i.v. 155-156). - “aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi haqqında” 22 aprel N22-ci il tarixli protokoldan görünür ki, 02 ədəd qutuların içərisinə keçirilmiş baxış zamanı sarı rəngli 01 ədəd karton qutudan 03 ədəd bağlamada və qəhvəyi rəngli 2-ci karton qutudan narıncı rəngli sintetik torbada qara rəngli selofan bağlamanın içərisində 10 ədəd paketlərdə olmaqla narkotik vasitə marixuanaya bənzər maddələr aşkar edilmiş, aşkar edilərək götürülmüş narkotik vasitə marixuana bükümlərlə birlikdə tərəzidə çəkilmiş, marixuanaya bənzər maddələrin ümumi çəkisi 7755 (yeddi min yeddi yüz əlli beş) qram olması müəyyən edilmiş, həmin marixuanaya bənzər maddələr aşkar edildikləri yapışqanlı lentlə bağlanmış polietilen torba materiallı bükümlər birlikdə müvafiq qaydada aşkar edildikləri karton qutularda qablaşdırılmış, üzərlərinə “sərhəd pozucularından aşkar olunmuş” sözləri yazılaraq “K” liter möhürlə möhürlənmişdir (İ cild. i.v. 158-159). - “mobil telefona baxış keçirilməsi haqqında” 05 noyabr N22-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun whatsaap tətbiqində İran İslam Respublikası mobil operatoruna məxsus +**********398 nömrəsi ilə iş üçün əhəmiyyətli olan səslər və fotoşəkillər aşkar olunmuşdur. Belə ki, İran İslam Respublikası mobil operatoruna məxsus +**********398 nömrə: “ qardaşım gör nə deyirəm şəkil atdım ha sənə, konumda atacam, bax həmin yerə girəcək, orda “Kafe Pəhlivan” görəcək yazılıb, “Kafe Pəhlivan” ilə düz baxanda, üzbəüz baxanda təkərdə var aşağısında, həmin o “Kafe Pəhlivan”-dan 2 metr sol tərəfə divarın arxa hissəsində qoyulub, aydın olduda mənim qardaşım?, “Kafe Pəhlivan” ilə üzbəüz baxanda, ora girən kimi, elə bil girdin trasdan qırağa döndün, 30-40 metr gedəcəkdən “Kafe Pəhlivan” görsənəcək, onun solunda 2 metr divarın dalında, yük qoyulub 4 kq, əmanətdir, götürürsən sağ salamat” səsini göndərmiş; Bundan başqa, İran İslam Respublikası mobil operatoruna məxsus +**********398 nömrə: “qardaşım həmin o kafe var ha, getsin ora trasdan 30-40 metr içəri girəcək yoldan dönən kimi həmin o konum atmışam sənin üçün, o konuma gedəcək, o konuma girdi 40-50 metr gələn kimi görəcək təkərdi, stolpadı, “Kafe Pəhlivan” yazılıb orda plakat, “Kafe Pəhlivan” o plakata baxanda düz üzbəüz, sol tərəfindən 2 metr sola divarın dalına qoymuşam 4 kq yükdü, götürsün sağ-slamat, götürən kimi qardaşıva xəbər elə, bildinda “Kafe Pəhlivan” ilə üzbəüz sola 2 metr” səsini göndərmiş; X18 Respublikası mobil operatoruna məxsus +**********398 nömrə: “Kafe Pəhlivan” sözləri yazılmış lövhənin fotosunu, narkotik vasitənin gizlədiliyi yerin fotosunu və narkotik vasitənin qoyulduğu yerin kordinatlarını whatsaap tətbiqi ilə göndərmişdir (İİ cild. i.v. N2-N6). -Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 30 sentyabr N22-ci il tarixli, 110-6-19/1/150-22 nömrəli məktubla daxil olan sənəddən və “baxış keçirilməsi haqqında” 28 oktyabr N22-ci il tarixli protokoldan görünür ki, 21 aprel N22-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 1 halda şəxsiyyəti istintaqa Arif adı ilə məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan nömrə “**********98”–dən zəng edilməsi aşkar edilmişdir (İİ cild. i.v. 177-181). -N nömrəli hərbi hissədən daxil olmuş N may N22-ci il tarixli məktubdan görünür ki, aparılmış əməliyyat tədbiri zamanı Arif adlı İran vətəndaşının “İrancell” operatoruna məxsus +**********98 nömrəsindən istifadə etməklə cinayət əlaqəsində olduğu Azərbaycan Respublikası vətəndaşları ilə danışıqlar aparması öyrənilmişdir (İİ cild. i.v. 14-15). -Məhkəmə-bioloji ekspertizasının 23 aprel N22-ci il tarixli, 7/394 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Sərhəd pozucularından aşkar olunmuş” yazısı və imzalar olan sarı rəngli karton qutudakı 02 (iki) ədəd selofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri: 470 qram; 615 qram və bir ədəd bağlamanın içərisində 03 (üç) ədəd sellofanlarda ümumi çəkisi -1395 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Sərhəd pozucularından aşkar olunmuş” yazısı və imzalar olan qəhvəyi rəngli karton qutudakı narıncı rəngli sintetik torbada qara rəngli sellofan bağlamanın içərisində sayı 10 (on) ədəd şəffaf sellofan paketlərdə ümumi çəkisi 4615 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 7095 qramdır (İ cild. i.v. 175-179). -“maddi sübut kimi tanınma haqqında” 27 aprel N22-ci il tarixli qərarla 7094,25 qram qurudulmuş marixuana qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (İ cild. i.v. 314-315). -“əməlin tövsif edilməsi haqqında” 23 aprel N22-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 318.2 və 318.1-ci maddələrindən Azərbaycan Respublikası CM-nin 318.2, 318.1, N6.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir (İ cild. i.v. 180-181). -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 aprel N22-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin N6.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir ( İ cild, i.v. 188-189). -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 aprel N22-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin N6.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir ( İ cild, i.v. N5-N6). - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 aprel N22-ci il traixli, 4(009)-133/N22 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 aprel N22-ci il tarixdən, saat 22:00dan hesablanmış, onun həbsdə saxlanılma müddəti Səbail Rayon Məhkəməsinin 12 avqust N22-ci il traixli, 4(009)-296/N22 nömrəli qərarı ilə 02 ay, 27 gün, yəni 17 noyabr N22-ci il tarixədək, Səbail Rayon Məhkəməsinin 15 npyabr N22-ci il traixli, 4(009)-498/N22 nömrəli qərarı ilə 03 ay, yəni 17 fevral N23-cü il tarixədək uzadılmışdır (İ cild, i.v. 260-262, İİ cild, i.v. 68-71, 216-219). - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 aprel N22-ci il traixli, 4(009)-134/N22 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 aprel N22-ci il tarixdən, saat 22:15dən hesablanmış, onun həbsdə saxlanılma müddəti Səbail Rayon Məhkəməsinin 12 avqust N22-ci il traixli, 4(009)-295/N22 nömrəli qərarı ilə 02 ay, 27 gün, yəni 17 noyabr N22-ci il tarixədək, Səbail Rayon Məhkəməsinin 15 npyabr N22-ci il traixli, 4(009)-497/N22 nömrəli qərarı ilə 03 ay, yəni 17 fevral N23-cü il tarixədək uzadılmışdır (İ cild, i.v. 264-266, İİ cild, i.v. 68-71, 2N-223). -“ibtidai istintaqın davam etdirilməsinin həvalə edilməsi haqqında” 25 aprel N22-ci il tarixli qərarla ********* nöməli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilmişdir (İ cild, i.v. 323-325). -“əməlin tövsif edilməsi haqqında” 19 yanvar N23-cü il tarixli qərardan görünür ki, ********* nöməli cinayət işi Azərbaycan Respublikasının CM-nin 318.2, 318.1, N6.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən Azərbaycan Respublikasının CM-nin 318.2, 318.1, N6.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir (İİ cild, i.v. 275-276). -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 21 yanvar N23-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayərt işinin materiallarından şəxsiyyəti istintaqa Arif kimi məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri barəsində Azərbaycan Respublikası CM-nin N6.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Azərbaycan Respublikası vətəndaşları X9 və X7 barələrində Azərbaycan Respublikası CM-nin 318.2 və 318.1-ci maddələri ilə, Azərbaycan Respublikası vətəndaşı X8 barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə başqa cinayət işlərinin ayrılması haqqında qərarlar qəbul edilmişdir (İİ cild, i.v. 297-317). -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 25 yanvar N22-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham yenidən elan edilmişdir ( İİ cild, i.v. 333-334). -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 25 yanvar N22-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham yenidən elan edilmişdir ( İİ cild, i.v. 342-343). -“ambulator məcburi narkoloji tibbi yoxlamanın” 30 iyul N22-ci il tarixli, 4175 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( İİ cild, i.v. 90-91). -“ambulator məcburi narkoloji tibbi yoxlamanın” 30 iyul N22-ci il tarixli, 4174 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və kannabioidlərin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( İİ cild, i.v. 92-93). -“ambulator məhkəmə psixiatrik ekspertizanın” 01 avqust N22-ci il tarixli, N14 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir, xasiyyətin isterik cizgiləri müəyyən edilir, hər hansı psixi xəstəlik aşkar edilmir, hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onda hər hansı psixi xəstəlik aşkar edilmir, istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir (İİ cild, i.v. 94-95). -“ambulator məhkəmə psixiatrik ekspertizanın” 01 avqust N22-ci il tarixli, N23 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən xroniki, psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, cinayət əməlini törədərkən hər hansı psixi xəstəlik qeyd edilməyib, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, hər hansı psixi xəstəlik aşkar edilmir, istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir (İİ cild, i.v. 98-99). -06 iyun N22-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 10 fevral N21-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16 may N21-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həmin hökm dəyişdirilmiş və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməklə ona 1 (bir) il, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 25 may N21-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İ cild, i.v. 290-292, İİ cild, i.v.123-146). -06 iyun N22-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 25 sentyabr NN-ci il tarixdə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 sentyabr N21-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İ cild, i.v. 293, İİ cild, i.v.182-189). -məhkəmə tərkibinin sorğusuna əsasən əldə edilərək iş materiallarına əlavə olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 23 iyun N22-ci il tarixli qərardan görünür ki, Bakı İstintaq Təcridxanası Təqsirləndirilən şəxs2 müəssisənin tibb-sanitar hissəsində müayinədən keçirilən zaman onun sol gözünün ətrafında tünd-bənövşəyi rəngli qançır izləri, üzünün sağ tərəfində, sağ dirsək və sağ diz nahiyələrində isə sıyrılmış qərtməkli yara xəsarətləri aşkar olunması barədə məlumatı əsasında araşdırma aparılmış, Təqsirləndirilən şəxs2 fiziki ağrıya, işgəncəyə, qeyri-insani rəftara məruz qalması öz təsdiqini tapmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. -Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 tərəfindən məhkəməyə təqdim edilmiş Bakı İstintaq Təcridxanasının 23 iyun N22-ci il tarixli, 17/384368 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.N22-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı bədəninin dəri səthinə baxış keçirilərkən sol göz ətrafı nahiyədə tünd bənövşəyi rəngli qançır, sağ yanaq nahiyəsində, sağ diz, sağ dirsək nahiyələrində üzəri qərtməkli yara xəsarətləri, sol saidin arxa nahiyəsində isə köhnə çapıqlar müşahidə edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart N11-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək, götürəcəkləri narkotik vasitənin az miqdarda olmalı olduğunu, götürən zaman narkotik vasitənin külli miqdarda olduğunu bildiklərini, Təqsirləndirilən şəxs2 özünü narkotik vasitə istifadəçisi kimi qismən təqsirli bilərək, külli miqdarda narkotik vasitənin olmasından xəbəri olmadığını, saxlanılan zaman əməliyyatda iştirak edən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən döyülərək, zor tətbiq olunub yerdə sürüklənməsi barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanaraq bildirilmişdir. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə verdikləri şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində Sultanın idarə etdiyi avtomobillə Astara rayonuna getdiklərini, rayona yaxınlaşan zaman saat 21 radələrində “whatsaap” vasitəsilə Arifə mesaj yazdıqlarını, Arifə mesaj yazandan 15-N dəqiqə sonra Arifin “whatsaap” vasitəsilə onlara narkotik vasitənin olduğu yerin kordinatlarını və onun yaxınlığında olan istirahət mərkəzinin nişanı olan lövhənin fotosunu göndərdiyini, həmçinin səs yazısı göndərərək orada yarımtikilinin olacağını, narkotik vasitənin yarımtikilinin arxasına qoyulduğunu dediyini, Sultana avtomobili həmin kordinat üzrə olan məkana doğru idarə etməsini bildirdiyini, Sultana avtomobili saxladıqdan sonra avtomobildən düşdüklərini narkotik vasitənin olduğu yarımtikiliyə yaxınlaşdıqlarını, yarımtikilinin arxasında daşın yanında 02 ədəd qutu gördüklərini, qutunun hərəsinin birini götürdüklərini, oradan uzaqlaşarkən ucadan qışqırtı səsləri gəldiyini, Hüseynlə əllərində olan narkotiki yerə atıb qaçmağa başladıqlarını, hadisə yerindən 30 metr aralandıqdan sonra saxlanıldığını, həmin vaxtı Sultanın avtomobil ilə oradan qaçdığını bildirmişlər. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid1, Şahid2 və Şahid3 ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 21 aprel N22-ci il tarixdə təşkil edilmiş əməliyyat tədbiri ilə əlaqədar 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa tərəfində Astara rayonunun ərazisində pusqu xidmətini təşkil edildiyini, saat 22 radələrində “pusqu xidmətini” təşkil edilən ərazidə, yəni Astara rayonunda, Xəzər dənizinin sahilinin kənarında yerləşən sahibsiz yarımtikilinin yaxınlığında “Opel Astra” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandığını, avtomobildə 3 nəfərin olduğunu müşahidə edildiyini, avtomobildən 2 nəfər düşərək yarımtikilinin arxa hissəsinə keçdiyini, orada olan 02 ədəd qutunu götürüb uzaqlaşarkən onlara “Dayan” çağırışı verildiyini, onlar çağırışa tabe olmayaraq oradan qaçaraq uzaqlaşmaq istədiklərini, lakin onların saxlanıldıqlarını, avtomobil sürücüsünün avtomobil ilə ərazidən uzaqlaşdığını, bir qədər sonra sürücünün də Astara rayonu, Kələdəhnə kəndi ərazisində saxlanıldığını bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr N21-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadələri özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri-saxlanılarkən saxlanılan zaman əməliyyatda iştirak edən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən döyülərək, zor tətbiq olunub yerdə sürüklənməsi nəticəsində həmin narkotik vasitələr barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərkibinin sorğusuna əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təqdim edilmiş 23 iyun N22-ci il tarixli qərardan görünür ki, Bakı İstintaq Təcridxanası Təqsirləndirilən şəxs2 müəssisənin tibb-sanitar hissəsində müayinədən keçirilən zaman onun sol gözünün ətrafında tünd-bənövşəyi rəngli qançır izləri, üzünün sağ tərəfində, sağ dirsək və sağ diz nahiyələrində isə sıyrılmış qərtməkli yara xəsarətləri aşkar olunması barədə məlumatı əsasında araşdırma aparılmış, Təqsirləndirilən şəxs2 izahatında barəsində Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin N6.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə istintaq olunan cinayət işi üzrə həbs edildiyini, iş üzrə özünün təqsirli bildiyini, həmin xəsarətləri hadisə yerində saxlanılarkən yıxıldığı zaman aldığını, hadisə vaxtı təxminən 10-15 metr qaçdığını və yıxıldığını, yıxılarkən üz nahiyəsi yerə dəydiyini, sol gözündə qansızma yarandığını, onu döyən, ona qarşı fiziki zor tətbiq edən olmadığını, həmin xəsarətlər ilə bağlı heç kimdən şikayət və tələbi olmadığını bildirmiş, izahatları alınmış Şahid1, Şahid4, Şahid3 və Şahid1 izahatlarında saxlanılan zaman Təqsirləndirilən şəxs2 heç bir fiziki təsir göstərilmədiyini, sonuncunun hadisə yerindən qaçmaq istəyərkən yıxıldığını və üz nahiyəsinin yerə dəyməsi nəticəsində xəsarət aldığını qeyd etmişlər, məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Eyni zamanda Bakı İstintaq Təcridxanasında müayindən keçirilən zaman Təqsirləndirilən şəxs2 aşkar olunmuş “sol gözünün ətarfında tünd-bənövşəyi rəngli qançır izləri, üzünün sağ tərəfində, sağ dirsək və sağ diz nahiyələrində isə sıyrılmış qərtməkli yara xəsarətləri” küt əşyanın təsirindən əmələ gəlmişdir, göstərilən şəraitə uyğun olmaqla qaçarkən yıxılma nəticəsində yarana bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir, Təqsirləndirilən şəxs2 fiziki ağrıya, işgəncəyə, qeyri-insani rəftara məruz qalması öz təsdiqini tapmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq ƏN PX-nin Bakı İstintaq Təcridxanasından göndərilmiş Təqsirləndirilən şəxs2 tibbi kitabçasının surətindən görünür ki, onun sol gözünün ətrafında tünd-bənövşəyi rəngli qançır izləri, üzünün sağ nahiyəsində, sağ dirsək və sağ diz nahiyələrində isə sıyrılmış qərtməkli yara xəsarətləri aşkar olunmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr N21-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart N06-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi N02-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonar yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” (28 oktyabr 1998-ci il) “Selmuni Fransaya qarşı” (04 may 1999-cu il) işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında (11 iyul N06-cı il) qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi narkotik vasitə götürmək üçün Astara rayonuna gəlmələri barədə “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında belə ifadə verməklə özünün və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud CPM-nin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Təqsirləndirilən şəxs2 Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs2 özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə tərkibi göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs2 fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını, döyüldüyünü göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Həmçinin qeyd edilməlidir ki, Bakı İstintaq Təcridxanasından Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarətlərin aşkar edilməsi ilə bağlı daxil olmuş məlumat ilə bağlı isə Azərbaycan Respublikası Baş Prokurorluğda araşdırma aparılaraq 23 iyun N22-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun N11-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart N11-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart N11-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınmasına dair 21 aprel N22-ci il tarixdə Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı «Arif» adı ilə tanıdığı şəxslə və qeyriləri ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa “Arif” adı ilə məlum olan şəxs tərəfindən X7 vasitəsilə N aprel N22-ci il tarixdə Azərbaycan Respublikasına göndərilən, lakin sonuncu tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil verilmiş, əməliyyat-axtarış tədbirləri zamanı Vüsal Əhədovun “Arif” adlı şəxsin tapşırığına əsasən Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının xidməti ərazisində, Xəzər dənizinin sahilində yerləşən yarımtikilinin yanına qoyulmuş külli miqdarda-7095 qram narkotik vasitə olan qurudulmuş marixuananın qanunsuz olaraq satış məqsədilə əldə edilib, saxlanılıb daşınması barədə 21 aprel N22-ci il tarixdə “Arif” adlı şəxsdən telefon vasitəsi ilə həmin narkotik vasitələrin olduğu yer barədə məlumat aldıqdan sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında cinayətdən xəbərsiz olan X2 idarə etdiyi «Opel Astra» markalı, «**-RJ-***» qeydiyyat nişanlı avtomaşınla Astara rayonu ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 18-ci sahəsində gizlədilmiş həmin külli miqdarda narkotik vasitəni 21 aprel N22-ci il tarixdə saat 22 radələrində götürməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmışlar, onlardan cinayətkar qrupa məxsus 02 ədəd qutuda həmin külli miqdarda- 7095 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin pul qarşılığında külli miqdardanarkotik vasitə olan qurudulmuş marixuana əldə edib, saxlamaq və daşımaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olmaları, onların məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri onların ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid1, Şahid2, Şahid5, Şahid6 Sadiq oğlu, X2 ifadələri, “hadisə yerinə baxış haqqında” 22 aprel N22-ci il tarixli, “aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi haqqında” 22 aprel N22-ci il tarixli, “mobil telefona baxış keçirilməsi haqqında” 05 noyabr N22-ci il tarixli protokollar, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 30 sentyabr N22-ci il tarixli, 110-6-19/1/150-22 nömrəli məktubla daxil olan sənəd, “baxış keçirilməsi haqqında” 28 oktyabr N22-ci il tarixli protokol, N nömrəli hərbi hissədən daxil olmuş N may N22-ci il tarixli məktub, məhkəmə-bioloji ekspertizasının 23 aprel N22-ci il tarixli, 7/394 nömrəli rəyi, “ambulator məcburi narkoloji tibbi yoxlamanın” 30 iyul N22-ci il tarixli, 4175 nömrəli rəyi, “ambulator məcburi narkoloji tibbi yoxlamanın” 30 iyul N22-ci il tarixli, 4174 nömrəli rəyi, “ambulator məhkəmə psixiatrik ekspertizanın” 01 avqust N22-ci il tarixli, N14 nömrəli rəyi, “ambulator məhkəmə psixiatrik ekspertizanın” 01 avqust N22-ci il tarixli, N23 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -06 iyun N22-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral N21-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 may N21-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmiş və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməklə ona 1 (bir) il, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 25 may N21-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İ cild, i.v. 290-292, İİ cild, i.v.123-146). -06 iyun N22-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 25 sentyabr NN-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 sentyabr N21-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İ cild, i.v. 293, İİ cild, i.v.182-189). - Bakı şəhəri, Nizami rayonu, Keşlə bələdiyyəsindən verilmiş 07 aprel N23-cü il tarixli xasiyyətnamədən görünür ki, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (i.v. 82-83). -Bakı şəhəri İcra Hakimiyyəti Mənzil kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 73 saylı Mənzil Kommunal İstismar sahəsinin 04 iyun N22-ci il tarixli, 309 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Hilal oğlu subaydır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (İİ cild, i.v. 36-37). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Hilal oğlu barələrində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onların törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, məhkumluqlarının olmasını, onlara məxsus narkotik vasitə olan qurudulmuş marixuananın 7095 qram olmasını, cəzalarını yüngülləşdirən hal olmadığını (CM-nin 59-cu maddəsində göstərilən və başqa), cəzalarını ağırlaşdıran halı kimi cinayətin residivi olduqlarını (CM-nin 61.1.1-ci maddəsi) təyin olunacaq cəzanın onların islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral N21-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 may N21-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməklə 1 (bir) il, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 25 may N21-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs2 Hilal oğlu isə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 25 sentyabr NN-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 sentyabr N21-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu olan şəxslərdilər və onlar məhkumluqları ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişlər. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiklərindən onların bu əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 residivə görə cəza təyin edilməli, yəni onlara təyin olunacaq azadılqdan məhrumetmə cəzasının müddəti ittiham olunduqları CM-nin 234.4.1 və 234.4.3-cü maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növüazadılqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmamalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli 21 aprel N22-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 23 aprel N22-ci il tarixli, 4(009)-133/N22 nömrəli qərarı, Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 23 aprel N22-ci il tarixli, 4(009)-134/N22 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ambulator məcburi narkoloji tibbi yoxlamanın 30 iyul N22-ci il tarixli, 4175 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Ambulator məcburi narkoloji tibbi yoxlamanın 30 iyul N22-ci il tarixli, 4174 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 78 (yetmiş səkkiz) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitələr-ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 7094,25 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr N21-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun N16-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart N11-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun N03-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart N06-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351- 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə inzibati qaydada tutulduğu 21 aprel N22-ci il tarixdən hesablansın. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 23 aprel N22-ci il tarixli, 4(009)-133/N22 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə inzibati qaydada tutulduğu 21 aprel N22-ci il tarixdən hesablansın. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 23 aprel N22-ci il tarixli, 4(009)-134/N22 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 78 (yetmiş səkkiz) manat məbləğdə pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 7094,25 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən N (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-253/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-253/2023
17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver