Məhkəmə qərarları › İş №1(099)-253/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-253/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-253/2024 06.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: - Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - Əmirli Hüseyn Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi – Lənkəran Rayon vəlkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1964-cü ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Salyan Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 4(057)- 73/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 07 noyabr 2023-cü il tarixli, 4(057)-110/2023 nömrəli qərarı ilə barəsində xüsusi tibb müəssisəsinə (psixi stasionara) yerləşdirmə təhlükəsizlik tədbiri tətbiq olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materialına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan İran İslam Respublikasının “Şahruz” adlı vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Astara-Ələt magistral avtomobil yolunun 125-ci km-də Salyan rayonu Şorsulu kəndi ərazisindən keçən hissəsində gizlədilmiş külli miqdarda narkotik vasitə heroini (bundan sonra – heroin) və 2 ədəd elektron tərəzini götürüb ayrı-ayrı ünvanlara çatdırılması və bunun müqabilində 500 manat mənfəət əldə edəcəyi barədə aralarında əldə edilmiş razlığa əsasən, 2023-cü il iyulun 20-də gecə saatlarında Astara-Ələt magistral avtomobil yolunun 125-ci km-də Salyan rayonu Şorsulu kəndi ərazisinə gəlib yol kənarındakı məlumatverici yol nişanı dirəyinin altında gizlədilmiş külli miqdarda 2605,257 qram kustar üsulla hazırlanmış heroini və 02 ədəd elektron tərəzini qanunsuz olaraq satış məqsədilə əldə edib yerini dəyişməklə üzərində daşıyaraq bir hissəsini yaşadığı ünvan 3 ünvanında, bir hissəsini isə üzərində qanunsuz olaraq saxlamış, 2023-cü il iyulun 24-də saat 22:30 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra DİN-in BNMİ) əməkdaşlarının Salyan şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində “ünvan 4 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə 18,657 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, 2023-cü il iyulun 25-də saat 00:50 dəqiqədən başlayaraq ünvan 3 ünvanında yaşadığı evdə keçirilmiş baxış zamanı özünə aid yataq otağında saxladığı 05 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 120,3 qram, 919,4 qram, 410,2 qram, 1006,5 qram, 130,2 qram, ümumi təmiz çəkisi 2586,6 qram eyni tərkibli narkotik vasitə heroin və üzərində heroin izləri olan, lakin iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmayan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotiklə bağlı cinayət əməlini törətməsinin səbəbkarı iranlı şəxs olmuşdur, belə ki, narkotik vasitəni iranlı şəxsin göstərişi əsasında gizlədildiyi yerdən götürmüş, üzərində saxlamaqla daşımışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid – Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 2023-cü il iyulun 24-də Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Salyan rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə Salyan şəhərinə ezam olunmuşlar. Salyan şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürüb həmin tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində köhnə Ələt-Astara avtomobil yolu üzərindəki “Salyan dairəsi” adlanan ərazidə piyada qaydada hərəkət edərkən saxlayıb Salyan RPŞ-yə aparmış, orada videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncu əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, həmçinin digər qanuni əşya və predmetləri təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunmuş heroin özünə məxsusdur, həmin heroini sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşı «Şahruz” adlı şəxsin vasitəsi ilə 10 gün əvvəl Salyan rayonu ərazisindən keçən Astara-Ələt magistral avtomobil yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən ayrı-ayrı ünvanlara çatdırmaq məqsədi ilə əldə etmişdir, bunun müqabilində «Şahruz” adlı şəxs ona 500 manat ödəyəcəkmiş, heç kimə narkotik vasitə satmamışdır və bağışlamamışdır, üzərindən aşkar edilmiş heroindən başqa ünvan 3 ünvanında yerləşən yaşadığı evdə heroin vardır və həmin narkotiki təqdim etmək üçün polis əməkdaşları tərəfindən evinə baxış keçirilməsinə etirazı yoxdur, bu kimi əməlindən ailə üzvlərinin məlumatı olmamışdır, saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroinin qalan hissəsini təqdim etmək üçün yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığına dair razılıq ərizəsi verdikdən sonra özünün və müdafiçəsinin iştirakı ilə onun yaşadığı ünvan 3 ünvanına gedilmiş, videoçəkiliş aparılmaqla baxış və götürmə aparılarkən Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağına keçib otağın bir küncündə üstünü yorğan ilə örtdüyü 1 ədəd sellofanın torbanın içərisində olan 1 ədəd göy rəngli plastik su qabının içərisindən 2 ədəd elektron tərəzini, 5 ədəd sellofan torbada açıq qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlələri çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlələr elektron tərəzidə çəkilmiş və daha sonra həmin kütlələr və elektron tərəzilər təhqiqatçı tərəfindən qablaşdırılmış və götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayarkən və onunla istintaq hərəkəti apararkən sonuncunun anlaqsız olmasını hiss etməmişlər, sonuncu verilən suallara dəqiqliklə cavab vermişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor olmamış, hədə-qorxu gəlinməmişdir. Narkotik vasitənin özünə aid olduğunu, iranlı şəxsdən aldığını bildirmişdir. Narkotik vasitəni həmin yerə qoymuş şəxs barədə məlumatları yoxdur, bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. Məhkəmə iclasında dindirilmiş DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edən X1 da Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 25 iyul 2023-cü il tarixdə gecə saatlarında polis əməkdaşları evinə gəlmiş, evə baxış keçirmək istədiklərini bildirib ondan icazə istəmiş, o, da polis əməkdaşlarına icazə vermişdir. Polis əməkdaşları evə daxil olmuş, atası Qismətlə birlikdə onun otağına keçmişlər. Həmin vaxt atasının otağından narkotik aşkar olunmuşdur. Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, atası Qismətlə ilə bir evdə yaşamışdır. Yaşadıqları ev 3 otaqlıdır, həmin otaqlardan biri atasına məxsus olmuş, atası da onu və anasını həmin otağa girməyə qoymamış, həmişə qapısını bağlı saxlayıb açarı da özü ilə aparmışdır. Buna görə də atasının işlərindən xəbərləri olmamışdır. Bəzi vaxtlarda atası gecə vaxtları evdən çıxıb getmiş, xəstəliyi olduğundan və sual veriləndə əsəbləşdiyindən atasına hər hansı sual verməmişlər. Narkotik vasitələr atasının otağının bir küncündə aşkar edilmiş, bunu da görmüşdür. Atasının otağına girməmiş, heç vaxt da belə bir şey görməmişdir. Həmçinin polislər ondan evdən narkotik vasitənin iyinin gəlibgəlmədiyini və bunu niyə hiss etmədiklərini soruşmuş, o, isə ümumiyyətlə narkotik vasitə tanımadığını, iyini də bilmədiyini bildirmişdir. Atasının narkotik vasitələrlə əlaqəli olması barədə heç vaxt onda şübhə yaranmamışdır. Atası təqaüdçü olmuş, İİİ qrup əlilliyə görə təqaüd almış, başqa gəliri olmamışdır. Atasının əlilliyi xəstəliyi ilə bağlı olmuşdur. Yaşadıqları ev həyət evi olmuşdur. Atasının evə nə isə gətirməsini görməmişdir. Polis əməkdaşları atasının otağına girmiş, onların arxasınca da otağa özü daxil olmuşdur. Polis əməkdaşları otağa atası ilə birlikdə daxil olmuşlar. Videoçəkiliş polis əməkdaşları otağa daxil olduqdan sonra başlamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Salyan rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 24 iyul 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış və mənzilinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri, baxış və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (i.v. 5-8; 29-31; 35-37) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.22 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 24 iyul 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (i.v. 29-31) - Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (i.v. 32; 34) - “baxış keçirilməsi və götürmə aparılması” haqqında 25 iyul 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında yerləşən yaşadığı evdə keçirilmiş baxış zamanı özünə aid olan otağın bir küncündə yorğan dəstinin altında gizlədilmiş göy rəngli plastik su qabın içərisindən 5 ədəd selofan torbada narkotik vasitə heroinə oxşar kütlə və 2 ədəd tərəzi aşkar edilib götürülmüşdür. (i.v. 35-37) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 iyul 2023-cü il tarixli, 6/3993 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “....Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə, şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 18,657 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış heroindir. Üzərində: “ ... “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş kütlələr, şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamadakı 5 (beş) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 120,3 qram, 919,4 qram, 410,2 qram, 1006,5 qram, 130,2 qram, ümumi təmiz çəkisi 2586,6 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış heroindir və 2 (iki) ədəd elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2605,257 qram (2 kq 605,257 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. (i.v.43-49) “mobil telefona baxış keçirilməsi haqqında “ 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş “Samsung Galaxy J2” markalı mobil telefon aşkar edilmiş, həmin telefona baxış zamanı telefonda ***-***-**-** nömrəsinin aktiv olması, ***-***-**-** nömrəsinin qeyri aktiv olması, telefonun “WhatsApp” qovluğuna daxil olub nəzərdə keçirildikdə +**********02 nömrəli “”Höc Şahruz 1” kontakt tərəfindən 19 iyul 2023-cü il tarixdə, saat 23:12 dəqiqədə göndərilmiş “Google” xəritəsinin məkan nöqtəsinin bildirişi, 19 iyul 2023-cü il tarixdə, saat 23:23 dəqiqədə göndərilmiş avtomagistral yollarda quraşdırılan üzərində “Biləsuvar, M-3 Astara, M-3 Bakı” sözləri yazılmış göy rəngli məlumatverici lövhənin tofoşəkili, 24 iyul 2023-cü il tarixdə, saat 01:09 dəqiqədə göndərilmiş 18 saniyəlik kişi səsi ilə aydın olmayan səsli mesajın olduğu, iş üçün maraq kəsb edən digər məlumatların olmadığı müəyyən edilmişdir. Telefonun “kontaktlar” qovluğuna daxil olub nəzərdən keçirildikdə digər kontaktlarla yanaşı yaddaşda olan “Höc Şahruz 1” kontaktın +**********02 nömrəsinin, “Höc Şahruz 2” kontaktından +**********5 nömrəsinin və “X6” kontaktın +**********25 nömrəsinin olduğu, iş üçün maraq kəsb edən digər məlumatların olmadığı müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, ona məxsus telefonun “Kontaklar” qovluğunda olan “Höc Şahruz 1”, “Höc Şahruz 2” və “X6” kontaktlar təxminən 1 ay əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Şəhruz adlı şəxsə məxsusdur, 2023-cü il iyulun 19-da saat radələrində Şəhruz “WhatsApp” vasitəsilə ona zəng edib özünün Bakı şəhərində olduğunu, Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yolun kənarında narkotik vasitə heroin gizlədildiyini deyib həmin heroini götürüb sonradan onun deyəcəyi Bakı şəhərindəki ünvana çatdırmağı tapşırıb bunun müqabilində ona 500 manat ödəyəcəyini vəd etmişdir, həmin axşam saat 23:12 dəqiqədə və saat 23:23 dəqiqədə Şahruz “WhatsApp” vasitəsilə ona “konum” atıb və yol nişanının fotoşəkilini göndərib narkotik vasitəni həmin yerdə gizlədildiyini bildirmiş, o da iyulun 20-nə keçən tanımadığı taksı avtomaşını ilə həmin yerə gedib Şahruzun nişan verdiyi yerdən plastik su qabına yerlədirilmiş həmin narkotik vasitəni gətirib öz evində saxlamışdır. (i.v. 54-56) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 57-58) - Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(057)-73/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 74-76) - 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 18,557 qram narkotik vasitə heroin və özünə məxsus olan “Samsung Galaxy J2” markalı mobil telefon cihazı, yaşadığı ünvandan aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 2586,35 qram narkotik vasitə heroin və 2 ədəd elektron tərəzi işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (i.v. 102;119) - “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 arayışından görünür ki, Təqsirləndirilən şəxs 1996-cı ildən “Keçirilmiş KBT-dan sonrakı şəxsiyyət dəyişməsi, paranoid sindrom, yaddaş və intellektin enməsi” diaqnozu ilə dispanser qeydiyyatında dayanır, digər xəstəliklər üzrə qeydiyyatda yoxdur. (i.v. 124) - Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs Salyan RMX-nın xx.xx.2021-ci il tarixli 464 №-li göndərişi əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi, növbəti dəfə isə Salyan RMX-nın xx.xx.2022-ci il tarixli 43 №-li göndərişi əsasında xx.xx.2022 – xx.xx.2022-ci il müddət arasında “Keçirilmiş KBT-dan sonrakı əqli gerilik, paranoid sindrom, şəxsiyyət dəyişməsi və intellektin enməsi” diaqnozu ilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müalicələrdə olmuşdur. (i.v. 130) - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, İİİ dərəcəli əlillik təyin edilmiş Təqsirləndirilən şəxs baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, keçirilmiş kəllə beyin travmasından sonrakı paranoid sindrom, şəxsiyyət dəyişməsi diaqnozu Şorsulu Ruhi xəstəxanasının PHK-nın xx.xx.2021-ci il tarixli 1071 saylı rəyi ilə təsdiqlənmişdir.(i.v. 131) - Salyan RPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan şəhər sakini Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsilə tanış olduğu İİR-sı vətəndaşının “WhatsApp” mobil tətbiqi vasitəsilə ona zəng edərək Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində narkotik vasitə heroin və elektron tərəzilər gizlədildiyi, həmin narkotik vasitəni götürüb özündə saxlamağı, daha sonra Bakı şəhərində deyəcəyi ayr-ayrı ünvanlara çatdırmağı barədə razılaşması müqabilində 500 manat ödəyəcəyini vəd etdikdən sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin gizlədildiyi yerə gedib götürməsi məlum olsa da, həmin narkotik vasitədən kimlərəsə satması barədə əməliyyat məlumatı əldə edilməmişdir, əvvəlki müddətlərdə onun analoji cinayətlərə görə məhkum olunmadığı və sakinlər arasında narkotik istifadəçisi kimi tanınmadığı müəyyən edilmişdir.(i.v. 133) - “Respublika Psixiatriya Xəstəxanası” X5 arayışından görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmayıb.(i.v. 134) -X2 tibbi yoxlamanın 27 iyul 2023-cü il tarixli, 774 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmur. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 148-149) - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 354 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində hər-hansı bir xəsarət izi aşkar edilmədi. (i.v. 149 ) - kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2656 saylı ekspert rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs barəsində istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmur. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. (i.v. 150-152) - Təqsirləndirilən şəxs ilə əlaqədar xx.xx.2023-cü il tarixli qərarla iş üzrə kompleks stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilərək Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin stasionar ekspertiza şöbəsinə yerləşdirilmişdir. (i.v. 167-171) - kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 148 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda «Keçirilmiş KBT-dan sonra əmələ gəlmiş üzvi şəxsiyyət pozuntusu yaddaş və intellektin enməsi, paranoid daxilolmalar ilə» xəstəliyinin əlamətləri aşkar edilir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs düçar olduğu xroniki psixi patologiya hal-hazırda davam etdiyinə görə onun stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Həmçinin həmin rəyin məhkəmə psixoloji ekspertizası üzrə yekun hissəsindən görünür ki, Təqsirləndirilən şəxs, psixiatrik müayinə zamanı onda müəyyən edilmiş psixi pozuntu ilə əlaqədar törətdiyi cinayət əməlini adekvat olaraq qavramaq qabiliyyətinə malik deyildir. Onda müəyyən edilən psixi pozuntuya uyğun olaraq yaddaşında zəiflik, qavrama prossesində lənglik, təfəkkürünün konkret, torpid, təhlil-tərkib prosesslərinin primitiv, ümumiləşdirmə, analizetmə və proqnozlaşdırma qabiliyyətinin zəif çıxış etməsi, abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, diqqətində dayanıqsızlıq müəyyən edilir. Sonuncunun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri aşkar edilmir. Onda müəyyən edilən şəxsiyyət dəyişikliyi və intellektin enmə əlamətləri ilə əlaqədar kənar şəxslərin təsiri altına düşə bilər. (i.v. 172-177) -04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Salyan Rayon Polis Şöbəsində «anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə» icraat başlanmışdır.( i.v.178-179) -«barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat aparılan şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında» 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır.( i.v.183-184) -Salyan Rayon Məhkəməsinin 07 noyabr 2023-cü tarixli, 4(057)-111/2023 nömrəli qərarından görünür ki, Salyan RPŞ-də Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. (i.v.204-208) -Salyan Rayon Məhkəməsinin 07 noyabr 2023-cü tarixli, 4(057)-110/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə təhlükəsizlik tədbiri tətbiq olunmuşdur. (i.v.210-212) -«ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş təqsirləndirilən şəxsin qanuni nümayəndəsinə yenidən ittiham elan edilməsi haqqında» 13 noyabr 2023cü il tarixli qərardan görünür ki, anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilərək barəsində həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.229-230) Məhkəmə istintaqı zamanı təyin edilmiş təkrar kompleks stasionar məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 75 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən yaddaş və intellektin enməsi, paranoid daxil olmalar ilə müşayiət edilən üzvi şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. O, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. xx.xx.2023-cü il tarixli 2656 saylı və 28 oktyabr 2023-cü il tarixli 148 saylı rəy tərtib edilərkən tətbiq edilmiş tədqiqat üsulları müayinə gedişində klinik-psixopatoloji metod tətbiq edilmişdir.Özündə klinik müsahibəni, anamnestik məlumatın toplanmasını və dinamik müşahidəni birləşdirən həmin metod elmi cəhətdən kifayət qədər etibarlı sayılan əsas tədqiqat metodudur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özünə və ətrafdakılara zərər yetirmə təhlükəsi vardır. Buna görə də onun stasionar müalicəyə ehtiyacı yarandığı müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, cinayəti anlaqsız vəziyyətdə törətməklə Təqsirləndirilən şəxs hazırkı qərarın yuxarı hissəsində qeyd edilən əməli törətmişdir. Məhkəmə baxışı zamanı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməklə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətməsi və məhkəmə baxışı zamanı da anlaqsız vəziyyətdə olması, Təqsirləndirilən şəxsn barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac olduğu öz təsdiqini tapmışdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 132) - Salyan rayonu İcra Hakimiyyəti Başçısının Salyan şəhər İƏD-i üzrə nümayəndəliyindən verilmiş 02 avqust 2023-cü il tarixli, 1667 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı və oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (i.v.122-123) «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8№-li qərarının 14-cü bəndində göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-in 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs iş üzrə 114 (bir yüz on dörd) manat ekspertiza xərcinin ödənilməsindən azad azad edilməli və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan ekspert tədqiqatları nəticəsində qalıq qalmış 18,557 qram və 2586,35 qram heroin və 2 ədəd elektron tərəzi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan “Samsung Galaxy J2” markalı mobil telefon qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olduğu 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda göstərilən ittiham üzrə cinayət əməli törədilmişdir, həmin əməldə cinayət tərkibi vardır, bu əməl Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və o, cinayəti törədərkən anlaqsız vəziyyətdə olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətdiyi üçün o, cinayət məsuliyyətindən və cəzadan azad edilməli, onun barəsində tibbixarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1.1, 93.2, 95.0.2 və 97.2-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini zəruri hesab edir. «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8№-li qərarının 22-ci bəndində göstərilmişdir ki, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraatla əlaqədar verilmiş mülki iddia baxılmamış saxlanır və bu sonradan mülki mühakimə icraatı qaydasında həmin iddiaya baxılmasını istisna etmir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-cı, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edildiyi şəxslərdən müdafiəçiyə hüquqi yardım göstərməyə görə xərclər tutulmur və bu xərclər dövlət büdcəsi vəsaiti hesabına ödənilir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş xüsusi tibb müəssisəsinə (psixi stasionara) yerləşdirmə təhlükəsizlik tədbiri o, ixtisaslaşdırılmış psixiatriya stasionarına təhvil verilənədək dəyişdirilmədən saxlanılmalıdır. «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8№-li qərarının 23-cü bəndinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qəbul etdiyi qərar, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs, onun müdafiəçisi və qanuni nümayəndəsi, zərər çəkmiş şəxs və onun nümayəndəsi və ya prokuror tərəfindən apellyasiya qaydasında mübahisələndirilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 348.2.1, 358, 383-385 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində də nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş xüsusi tibb müəssisəsinə (psixi stasionara) yerləşdirmə təhlükəsizlik tədbiri o, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicə başlananadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs iş üzrə 114 (bir yüz on dörd) manat ekspertiza xərcinin ödənilməsindən azad azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Salyan RPŞ-də saxlanılan, ekspert tədqiqatları nəticəsində qalıq qalmış 18,557 qram və 2586,35 qram heroin və 2 ədəd elektron tərəzi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan “Samsung Galaxy J2” markalı mobil telefon qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olduğu 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Qərardan elan olunduğu, andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar