Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-253/2025 07.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X21 və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, Dadva küçəsi ev 9/33-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2010-cu ilin sentyabr ayında Şahid1, “Rəsul Bayram oğlu” adlı İran İslam Respublikasının sakini və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə olan heroinin satış məqsədilə qanunsuz olaraq İran İslam Respublikasında əldə edilməsi, saxlanılması və daşınaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, 25 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Biləsuvar” sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasının Germi şəhərinə gedərək cinayətkar qrupun üzvü Rəsul Bayram oğlu ilə görüşüb külli miqdarda olan 1 kiloqram 447 qram narkotik vasitə heroinin Azərbaycan Respublikasına göndərilməsi barədə razılığa gəldikdən sonra 29 sentyabr 2010-cu ildə, saat 23 radələrində “Rəsul Bayram oğlu”nun tapşırığı ilə cinayətkar qrupun üzvləri İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarətburaxılış məntəqələrindən kənarda, Yardımlı rayonu ərazisindən keçərək külli miqdarda narkotik vasitə olan 1 kiloqram 447 qram heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirib Yardımlı rayonunun Arus kəndi ərazisinə gətirmiş, burada həmin narkotik vasitəni avtomobil yolunun kənarında yerləşən reklam lövhəsinin altında gizlətdikdən sonra bu barədə 30 sentyabr 2010-cu ildə cinayətkar qrupun digər üzvü Şahid1 “Rəsul Bayram oğlu”ndan mobil telefon vasitəsilə aldığı məlumat əsasında həmin külli miqdarda narkotik vasitəni gizlədildiyi yerdən götürməklə qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamış və Masallı rayonu istiqamətində idarə etdiyi “Opel” markalı “az **-XG-***” dövlət qeydiyyat nişanlı avtomobillə daşıyarkən Masallı-Yardımlı avtomagistral yolunun 17-ci km-də yerləşən “Yaşıl vadi” istirahət mərkəzinin yaxınlığında gecə saat 2 radələrində keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə ilə birlikdə saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından xəbərdar olub cinayət təqibindən yayınmaq məqsədilə Azərbaycan Respublikasına qayıtmayaraq 8 oktyabr 2010-cu il tarixdə İran İslam Respublikasının Təbriz şəhərindən Özbəkistan Respublikasına, oradan isə Qazaxıstan Respublikasına getmiş, Qazaxıstan Respublikasında olduğu müddətdə əldə etdiyi həmin ölkənin vətəndaşı X8 adına olan, lakin öz fotoşəkili əlavə olunmaqla qanunsuz hazırlanmış, hüquq verən saxta sənəd hesab olunan N13409114 nömrəli pasportdan bilə-bilə qanunsuz olaraq istifadə edərək dəfələrlə Azərbaycan Respublikasına giriş-çıxış etmiş, həmçinin 18 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən X17 Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsinə gələrək qeyd olunan tarixdə saat 12:50-də həmin sənəddən bilə-bilə istifadə edib, sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına getmiş, 23 yanvar 2023-cü il tarixdə Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən X17 Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsinə gələrək saat 15:32-də həmin sənəddən bilə-bilə istifadə edib, sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına təkrarən gəlmiş, 14 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən X17 Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsinə gələrək qeyd olunan tarixdə saat 22:18-də həmin sənəddən bilə-bilə istifadə edib, sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına təkrarən getmiş, 08 avqust 2023-cü il tarixdə Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən X17 Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsinə gələrək saat 00:33-də həmin sənəddən bilə-bilə istifadə edib, sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına təkrarən gəlmiş, 11 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən X17 Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsinə gələrək qeyd olunan tarixdə saat 23:45-də həmin sənəddən bilə-bilə istifadə edib, sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına təkrarən getmiş, 02 yanvar 2024-cü il tarixdə Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən X17 Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsinə gələrək saat 02:09-da həmin sənəddən bilə-bilə istifadə edib, sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına təkrarən gəlmiş, 15 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən X17 Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsinə gələrək qeyd olunan tarixdə saat 16:44-də həmin sənəddən bilə-bilə istifadə edib, sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına təkrarən getmiş, 05 mart 2024-cü il tarixdə Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən X17 Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsinə gələrək saat 02:20-də həmin sənəddən bilə-bilə istifadə edib, sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına təkrarən gəlmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli, yəni CM-nin 318.1 və 320.2-ci maddələrində təqsirli bilir, özünü CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o polis yanında hüqüq qaydaları komissiyası üzrə ictimai şöbədə işləmişdir. Aparılan əməliyyat polisin tədbiri olmuşdur. Belə ki, o, 2010-cu ilin sentyabr ayının əvvəllərində dostu polis zabiti Raqif Abıyevlə aralarında olan söhbət zamanı Raqif iş yerində yüksək nailiyyət göstərmək istəyi ilə bağlı külli miqdarda narkotik vasitəni ölkəyə gətirən şəxsləri tutmaq istəyi barədə ona məlumat vermiş və bu məqsədlə Raqif Abıyev 2010-cu ilin sentyabr ayında yaxın əlaqəsi olan Masallı rayon sakini Şahid6 ilə görüşərək belə bir əməliyyat keçirmək istədiyini, burada keçirilmiş əməliyyatlarının uğursuz olduğunu nəzərə alaraq İran İslam Respublikasında narkotik vasitələrinin alveri ilə məşğul olan şəxslərin birindən pul vəsaiti qarşılığında narkotik vasitə sifariş vermək istədiyini, həmin narkotik vasitəni Azərbaycana gətirilməsini təşkil etməyini tapşırmış, Şahid6 isə bu işdə kömək edəcəyini, İranda narkotik alqı-satqısı ilə məşğul olan tanışlarının olduğunu, onlar vasitəsilə narkotik vasitə təşkil edə biləcəyinə dair söz vermişdir. Bir müddət sonra Şahid6 İranda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan Rəsul adlı bir şəxs tapdığını bildirmişdir. Raqif Abıyev həmin iranlı şəxslə telefon vasitəsi əlaqə saxlayaraq və danışıqlar apararaq bir narkotacir kimi özünü tanıdaraq onu inandırmışdır. Onların tədbir keçirməkdə məqsədləri 1 kq narkotik vasitə heroini keçirən şəxsləri tutmaları olmuşdur. Raqif İranlı ilə telefonla danışarkən narkotik vasitəsinin alınmasının 3000 ABŞ dollarına razılaşmışlar. X37 Seyfullayevə 1000 ABŞ dolları vermişdir. Raqif Abıyev ona etibarlı adamı kimi Şahid6 ilə birlikdə İrana getməyini, orada narkotik vasitənin Azərbaycana göndərilməsini təşkil etməyini tapşırmışdır. 25 sentyabr 2010-cu ildə o, Şahid6 ilə birlikdə İrana keçimiş 1000 ABŞ dollarını Rəsula vermişlər, 2000 ABŞ dollarını isə X40 Hüseynovun vasitəsilə Rəsulun Bakı şəhəri, Qaradağ rayonu ərazisində yaşayan Şahid1 adlı adamına göndərmişdir. 27 sentyabr 2010-cu il tarixdə onlardan ayrılaraq İranın Ərdəbil şəhərinə getmişdir. Ərdəbilə getməyə məqsədi ziyarət etmək olmuşdur. 27 sentyabr 2010-cu il tarixdə Raqifə zəng vuraraq məsələnin nə yerdə olduğunu soruşduqda, Raqif Abıyev ona həmin narkotik vasitənin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulduğunu, Tofiqin narkoman olduğunu, çox şeyləri bilmədiyini, işdə yeganə şahid onun olduğunu deyrək məsələ həll olunanadək İranda qalmağını, bir neçə gün sonra isə zəng edərək ümumən Azərbaycana qayıtmamağını bildirmişdir. Bir müddət gözlədikdən sonra o, 08 oktyabr 2010cu il tarixdə Təbrizdən təyyarə ilə Özbəkistana getmiş, oradan isə həmin günü quru yolla Qazaxıstana keçərək həmin ölkənin Astana şəhərində yaşamağa başlamışdır. Tez-tez Raqif Abıyevlə mobil telefon vasitəsilə əlaqə yaradaraq işin nə yerdə olduğu ilə bağlı maraqlanmış, Raqif Abıyev isə həmin narkotik vasitənin qaçaqmalçılığına görə Şahid2, Şahid6 tutulduğunu, onun isə axtarışa verildiyini bildirmişdir. 2013-cü ildə Qazaxıstanda olduğu dövrdə dayısı Əlvan Əskərov onu Qazaxıstandakı Azərbaycan səfirliyinə aparmış, orada səfirliyin nümayəndəliyində olan Zəfər adlı şəxsə hadisə ilə bağlı şifahi məlumat vermiş, o da Azərbaycana gedib hadisəni araşdıracağını bildirmişdir. Bir müddət sonra nümayəndəliyin əməkdaşı Zəfər ona məlumat verərək hadisəni araşdırdığını, onun bu işdə günahının olmadığını, hələlik Azərbaycana getməməsini, getdiyi halda həbs oluna biləcəyini, ona köməklik edilənə qədər gözləməsini bildirmişdir. O bir müddət gözləsə də heç bir məlumat verilməmişdir. 2013-cü ildə anasının səhhətində ciddi problemlər yarandığından o, Azərbaycana gəlməyə qərar verərək 2010-cu ildə tanış olduğu və dostluq münasibəti saxladığı Qazaxıstan Respublikasının vətəndaşı X18 ilə üz oxşarlıqlarından istifadə edərək həmin şəxsin Qazaxıstan Respublikasının vətəndaş pasportu və şəxsiyyət vəsiqəsindən istifadə etməklə təyyarə ilə Azərbaycana gəlmiş və 2 ay Masallı rayonunda qaldıqdan sonra rahat şəkildə yenidən Qazaxıstana geri qayıtmışdır. Bundan sonra o, eyni qayda ilə dəfələrlə 2013-2024-cü illərdə Azərbaycana səfərlər etmiş, lakin heç bir zaman sərhəddə pasportla bağlı problem yaşamamışdır. Sonuncu dəfə isə 05 mart 2024-cü il tarixdə Azərbaycana gəlmiş və 29 aprel 2024-cü il tarixdə Qaradağ rayonu ərazisində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədən ona, CM-nin 318.1 və 320.2-ci maddələri ilə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrinə tənqidi yanaşaraq ifadələrində “polis əməkdaşı Raqif Abıyevin iş yerində yüksək nailiyyət göstərmək istəyi ilə bağlı külli miqdarda narkotik vasitəni ölkəyə gətirən şəxsləri tutmaq məqsədi ilə narkotik barədə polis əməliyyatında iştirak etmək üçün İrana getməsi, İranda Rəsul adlı şəxslə narkotiklə bağlı danışıqlar aparması da, əməliyyat tədbiri olması” hissəsi obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən ifadələrində göstərdiyi sözü gedən xüsusatları ona daha yüngül cəza təyin edilməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Hazırki cinayət işi üzrə heç bir şey bilmir. X25 Cinayətlər Məhkəməsinin 02 sentyabr 2011-ci il tarixli hökmü ilə məhkum olunmuş, hazırda cəzasını çəkib qurtarmışdır. İranlı Rəsuldan başqa heç kəslə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroinin İran İslam Respublikasından əldə eməklə, saxlanılması və daşınaraq qaçaqmalçılıq yolu ilə keçirilməsində heç bir əlaqəsi olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, X19 rayon sakini kimi tanımışdır. 1992-ci ildən etibarən alver məqsədi ilə dəfələrlə İran İslam Respublikasına gedib-gəlməklə orada olmuş, İran vətəndaşı Rəsul adlı şəxsi 2005-ci ildən tanımışdır. X26 rayon sakini kimi hələ polis orqanlarında işləməmişdən əvvəl tanımış, Raqif Masallı rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Raqif Abıyevlə aralarında olan söhbət zamanı Raqif iş yerində yüksək nailiyyət göstərmək istəyi ilə bağlı külli miqdarda narkotik vasitəni ölkəyə gətirən şəxsləri tutmaq istəyi barədə ona məlumat verərək iranda narkotik vasitələrinin satışı ilə məşğul olan tanışının olub-olmamasını soruşmuş, o da Raqifə iranda hamısının bu işlə məşğul olduğunu demişdir. O tanışı İranlı Rəsulun nömrəsini Raqifə vermiş, Raqif özü iranlı ilə əlaqə saxlayaraq danışmışdır. Raqifin iranlı Rəsulla nə barədə danışmasını bilmir. Raqif onunla əlaqə saxlayaraq Mətləbin əvvəllər İranda olmadığını, Mətləblə birlikdə İrana keçməyi bildirmişdir. Raqif özü Rəsulla danışmış razılaşmışdır. O, Mətləblə birlikdə İrana keçmiş Mətləb öz işinin dalıyca o isə öz işinin dalıyca getmişlər. Bundan sonra heç bir şeydən məlumatı yoxdur. Mətləbin də Raqif kimi polis əməkdaşı olmasını bilmişdir. Şahid6 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. xx.xx.2010-cu il tarixdə Raqif Abıyevin tapşırığına əsasən Təqsirləndirilən şəxs onunla birlikdə Biləsuvar gömrük postundan keçməklə İrana getmək üçün Masallı rayonundan Raqif Abıyevə məxsus qara rəngli, “Qaz-2410” markalı, 10-767 nömrə nişanlı avtomobil ilə Biləsuvar gömrük postuna getmişlər. Avtomobildə üçü olmuş və avtomobili Raqif Abıyevin özü idarə etmişdir. Yolda söhbət zamanı ona Raqif Abıyevin iranlı Rəsul Bayram oğlunu çoxdan tanıdığı və İran Azərbaycan sərhədinin Yardımlı rayonu ərazisindən qaçaqmalçılıq yolu ilə narkotik maddə gətirməsi üçün Təqsirləndirilən şəxs də onun yanına göndərdiyi məlum olmuşdur. İrana alver məqsədi üçün tez-tez gedibgəldiyinə görə Raqif Abıyev ona Təqsirləndirilən şəxs birinci dəfədir İrana getdiyini, bələdçiliyinin olmadığını, orada qərib adam kimi gözə girməməsi üçün ona köməklik etməsini xahiş etmişdir. X24 İranın Biləsuvar gömrük postunda Rəsul Bayram oğlunun qardaşı, taksi sürücüsü işləyən Mahmud Bayram oğlunun özünün Təqsirləndirilən şəxs qarşılayıb lazım olan yerə aparacağını bildirmişdir. Aralarında olan söhbətdən X27 Abıyevə əvvəlcədən 1000 ABŞ dolları pul verməsini başa düşmüşdür. Təqsirləndirilən şəxs ona həmin pulun az olduğunu, Rəsula nə deyəcəyini dedikdə, Raqif Abıyevdə ona ora çatdıqdan sonra zəng etməsini, Rəsulla özünün danışacağını bildirmişdir. Biləsuvar gömrük postuna çatdıqda Raqif Abıyev Təqsirləndirilən şəxs onun yanında əlavə 50 manat yol pulu da vermiş, sonra onunla sağollaşıb təxminən 10-15 dəqiqə sonra həmin gömrük postundan İran ərazisinə keçmişlər. İran ərazisində onları Rəsulun qardaşı Mahmud Bayram oğlu tanımadığı bir nəfər şəxslə qarşılayıb Germi rayonunda yaşayan Rəsulun dayısı Səlimgilə aparmışdır. Orada olarkən X16 Abıyevdən hansı narkotik maddə aparmaq istədiyini soruşmuş, o, da hər ikisindən lazım olacağını, ancaq hələlik 2 kq heroinə müştərilərinin olduğunu bildirmişdir. X16 Abıyevdən üstündə nə qədər pul gətirdiyini soruşduqda, o da ona Raqif Abıyevin 1000 ABŞ dolları pul verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bu sözündən sonra Rəsul Bayram oğlu gülüb 1000 ABŞ dollarının çox az olduğunu, narkotik maddəni gətirən qaçaqmalçının pulunun düzəlməsi üçün heç olmasa 3000 ABŞ dolları lazım olduğunu bildirmişdir. Narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslərin aləmində həmin qaçaqmalçıya “kuryə” demişlər. Mətləb X6 “onda Raqifə zəng edim deyim, səndə sözünü de” cavabını vermişdir. X35 zəng edib 1000 ABŞ dollarının az olduğunu, heç olmasa əlavə 2000 ABŞ dollarının da lazım olduğunu bildirmişdir. Raqif Abıyevdə ona “telefona birdən qulaq asarlar, indi gedirəm evə 10 dəqiqədən sonra ev telefonuna zəng vur oradan danışaq” sözünü demişdir. Deyilən vaxtdan sonra Təqsirləndirilən şəxs Raqif Abıyevin ev telefonuna zəng vurub yenidən söhbəti pulun az olması ilə bağlı davam etdirmişdir. Sonra telefonu Rəsul alıb onunla danışmağa başlamışdır. Raqif Abıyev ona əlavə lazım olan 2000 ABŞ dollarının necə göndərə biləcəyini soruşduqda, Rəsul da pulu düzəltməsini, istəsə Cəlilabad rayonunda, istəsə də Bakı şəhərində etibarlı adam var nömrə verəcəyini, həmin ünvana pulu çatdıracağını bildirmişdir. Bununla da X3 öz aralarında narkotik maddənin alqı-satqısı üçün lazım olan əlavə 2000 ABŞ dolları pulu razılaşıb telefonda sağollaşmışlar. Axşam saat təxminən 20 radələrində Masallı rayonuna qayıtmışdır. xx.xx.2010-cu il tarixdə Raqif Abıyev idarə etdiyi “Qaz-2410” markalı avtomobili ilə özü tək Masallı şəhəri, H.Əliyev prospektində yerləşən icarəyə götürüb işlətdiyi avtomobil təmiri sexinə gəlmiş və ondan İrana necə gedib-gəldiyini, Təqsirləndirilən şəxs onun rütbə daşımasını ağzından qaçırdıbqaçırtmadığını soruşmuş, o da ona “orada olarkən belə şey olmadı, amma Mətləbdə yazıqdır malın pulun tez göndər o da çıxıb tez gəlsin” cavabını vermişdir. Yenədə alver məqsədi ilə xx.xx.2010-cu il tarixdə İrana getmiş, orada olarkən Təqsirləndirilən şəxs zəng edib hal-əhval tutarkən Təqsirləndirilən şəxs sözündən Raqif Abıyevin narkotik maddənin alınması üçün pulun qalanım göndərmədiyini, onun da orada girov kimi qalmasını başa düşmüşdür. xx.xx.2010-cu il tarixdə axşam saatlarında Rəsul Bayram oğlunun tapşırığı ilə iki nəfər həmyerlisinin dövlət sərhədini pozaraq qaçaqmalçılıq yolu ilə gətirdikləri təmiz çəkisi 1 kq 447 qram narkotik vasitə olan heroinin həmin gün saat 23 radələrində Yardımlı rayonunun Arus kəndinə gətirərək orada gizlətməklə eyni qaydada geriyə qayıtmaları barədə də sonradan eşidib bilmişdir. Qeyd olunan tarixdə göndərilən narkotik vasitəni Rəsul ilə Raqif Abıyevin arasında olan razılaşmanın nəticəsi kimi bilmiş, ancaq həmin narkotik maddənin Raqif Abıyevin, yaxud da başqa kiminsə götürməsini bilməmişdir. Məhkəmə Şahid6 məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “Raqifin tapşırığı ilə Mətləblə İrana getməsini, mətləbin öz işinin dalıyca onun isə öz işinin dalınca getməsini, başqa heç nədən xəbərinin olmaması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, Təqsirləndirilən şəxs münasibətdə müdafiə xarakteri daşıyır. İbtidai istintaq zamanı verdiyi ifadələr isə işin faktiki hallarına uyğundur, toplanmış digər sübutlarla da öz təsdiqlərini tapırr. Məhkəmə şahidin ibtidai istintaq zamanı verdiyi ifadələri sübut növü kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2020-ci ildə atası Azər Əliyev vasitəsilə Qazaxıstan Respublikasının Burabay şəhərində tanış olmuş, Təqsirləndirilən şəxs özünü ona əslən Azərbaycanın Masallı rayonundan olan Qazaxıstan Respublikasınını vətəndaşlığını almış iş adamı kimi təqdim etmişdir. 2020-ci ilin mart ayında Azərbaycanda keçiriləcək toyuna Təqsirləndirilən şəxs dəvət etmiş və ortaq tanışları olan Şahid4 xahişi ilə onu xarici vətəndaş olduğu üçün Bakı şəhərində “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən ASAN xidmətdə evinə müvəqqəti qeydiyyata salmışdır. Təqsirləndirilən şəxs 2010-cu ildə törətdiyi cinayət əməllərinə görə axtarışda olması barədə heç bir məlumatının olmamasını qeyd etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə dostu Raqif Abıyev vasitəsilə tanış olmuş və sonuncunun xahişi ilə Təqsirləndirilən şəxs 5 saylı ASAN xidmət mərkəzində ünvan 2 ünvanında yerləşən evinə qeydiyyata salmışdır. Təqsirləndirilən şəxs 2010-cu ildə törətdiyi cinayət əməllərinə görə axtarışda olması barədə heç bir məlumatının olmamasını qeyd etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə birlikdə Masallı rayonunda yerləşən 1 saylı məktəbdə təhsil almış və həmin vaxtdan etibarən onunla dostluq münasibətində olmuşdur. Təqsirləndirilən şəxs 2010-cu ildə xarici ölkələrin birinə köçmüş, lakin Azərbaycana tez-tez gəlib-getmişdir. Təqsirləndirilən şəxs növbəti dəfə ölkəyə gəldiyi vaxt Qazaxıstan Respublikasının vətəndaşlığını aldığını bildirərək onu xarici vətəndaş olduğu üçün öz evinə, qeydiyyata salmağı xahiş etmişdir. O, Təqsirləndirilən şəxslə birlikdə Masallı rayonunda yerləşən ASAN Xidmətə gələrək onu müvafiq proseduralardan keçməklə qeydiyyata salmışdır. Təqdim olunan pasportun onun adına olmamasından xəbərsiz olmuşdur, ASAN xidmətdə prosedurlar Təqsirləndirilən şəxs tərəfindən keçirilmiş, o isə tək sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs 2010-cu ildə törətdiyi cinayət əməllərinə görə axtarışda olmasını o, DTX əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bilmişdir. Məhkəmədə elan və tədqiq olunmuş Şahid2 ifadəsindən görünür ki, xx.xx.2010-cu il tarixdə günorta saatlarında tanışı Raqif Abıyev onun 050 ***-**-** mobil telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs adlı tanışının evinə çağırmışdır. İdarə etdiyi «VAZ- 2106» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. X28 başqa Təqsirləndirilən şəxs anası və atası Qəhrəman Abıyev də olmuşlar. Təqsirləndirilən şəxs həmin vaxt evdə olmamış, atası Təqsirləndirilən şəxs Bakıda olduğunu demiş, sonra çölə çıxarkən Raqif Abıyev Təqsirləndirilən şəxs İrana «mal» dalınca getdiyini, bu barədə evlərində heç kimin xəbəri olmadığını, Təqsirləndirilən şəxs İrandan «mal» gələndən sonra qayıdacağını bildirmişdir. Raqif Abıyevin mal dedikdə narkotik vasitəni nəzərdə tutduğunu başa düşmüşdür. Sonra özü öz maşını ilə, Raqif Abıyev isə göy rəngli «VAZ-2106» markalı, 10-320 dövlət qeydiyyat nişanlı avtomaşınla həmin avtomaşının sahibi Ramal adlı şəxsin atasının evinə getmişlər. Özü maşınında gözləmiş, Raqif Abıyev isə maşını Ramalın atası gilin evinin qarşısında saxlayaraq evin həyətinə daxil olmuş, təxminən 2-3 dəqiqə sonra X32 birlikdə çölə çıxmış və onun maşınına əyləşmişdir. Ramal isə onunla uzaqdan salamlaşaraq öz evlərinə qayıtmışdır. Raqif Abıyev ona Masallı şəhəri, Seybətin dairəsinə tərəf sürməyi tapşırmış və avtomaşında olarkən ona 1600 manat məbləğində pul, ***-***-**-** mobil telefon nömrəsini verərək həmin pulu taksi vasitəsilə, Bakı şəhərinə nömrənin sahibinə göndərməsini tapşırmışdır. Sonra ona qorxmamasını, hər şeyin yaxşı olacağını, Bakıdakı adama zəng vurarkən ona iranlı Rəsulun adamı olduğunu deməsini bildirmişdir. Masallı şəhəri, Seybətin dairəsi adlanan yerə çatmamış Raqif Abıyev yolun sağındakı «Vüsal» yanacaq doldurma məntəqəsinin ərazisində yerləşən çayxananın yanında saxladaraq maşından düşmüş və ona zəng edəndə gəlib oradan götürməsini demişdir. O, da Raqif Abıyevi düşürüb pulu Bakıya göndərmək üçün Seybətin tərəf dairəsinə gəlmiş, orada maşın tapa bilməyib avtovağzala getmişdir. Orda maşınların gec çıxacağını görüb yenidən Seybətin dairəsinə geri qayıtmışdır. Bir qədər gözlədikdən X35 zəng vurub maşın tapa bilmədiyini dedikdə, ona bir azda gözləməsini və pulu mütləq yola salmasını tapşırmışdır. Bundan bir neçə dəqiqə sonra Bakı şəhərinə gedən «Mercedes» markalı, nömrəsini bilmədiyi avtomaşınla həmin pulu Bakı şəhərinə Raqif Abıyevin dediyi adama göndərmişdir. Pulu «Mercedes» markalı avtomaşının sürücüsünə verməmişdən əvvəl ***-***-**-** saylı mobil telefonun sahibinə zəng vuraraq ona «mən iranlı Rəsulun dediyi adamam, sənə 1600 manat pul çatmalıdır. Onu «Mercedes» markalı yol maşım ilə göndərirəm, qəbul elə» sözünü dedikdə, o, da öz növbəsində razılığını bildirmişdir. Bundan sonra onun telefon nömrəsini, bu işin müqabilində taksi sürücüsünə 5 manat pul vermişdir. Həmin taksi sürücüsü ondan 1600 manat pul çatacaq şəxsin adını soruşduqda, həmin adamın adını bilmədiyini söylədikdə, onun yanında həmin şəxsə zəng vuraraq onun adının Elşən olduğunu öyrənmişdir. Bundan X38in arxasınca qayıtmış, onu «Vüsal» yanacaq doldurma məntəqəsinin yanından götürüb evlərinə aparmışdır. Yolda onunla yenidən əlaqə saxlayacağını bildirmişdir. Təxminən bir saat sonra Təqsirləndirilən şəxs görsənməyən nömrədən ona İrandan zəng vuraraq Raqif Abıyevin onun telefonuna cavab vermədiyini deyib “mən ona zəng vurub deyim ki, Mətləbin telefonuna cavab versin” deməsini tapşırmışdır. Təqsirləndirilən şəxs ondan həmçinin Bakıya göndərdikləri 1600 manat pul barəsində də soruşmuş, o da ona pulu artıq Bakı şəhərinə göndərdiyini demişdir. Bundan X35 zəng vurub Təqsirləndirilən şəxs telefonuna cavab verməsini ona demişdir. Həmin günün səhəri Təqsirləndirilən şəxs ona əvvəli 400-lə başlayan sim nömrədən iki dəfə zəng vuraraq Raqif Abıyevin onun zənginə cavab vermədiyini bildirmiş və Raqifə zəng vurub onun zənginə cavab verməsini deməsini xahiş etmişdir. O, da bu barədə zəng edib Raqif Abıyevə bildirmişdir. Bundan sonra bir-iki dəfə zəng vurub Təqsirləndirilən şəxslə hal-əhval tutmuş, bir dəfə də zəng vurarkən telefonu Rəsul adlı iranlı götürmüş, ona telefonu Mətləbə verməsini xahiş etdikdən sonra o da telefonu Təqsirləndirilən şəxs vermiş, onunla ancaq hal-əhval tutmuşdur. Bundan sonra nə Raqif Abıyev, nə də Təqsirləndirilən şəxslə telefonla danışmamışdır. xx.xx.2010-cu il tarixdə axşam saatlarında Raqif Abıyev onu evlərinə çağırmış, o da onlara getmiş və onu bir neçə dəqiqə həyətlərində gözlədikdən sonra arxasınca başqa maşın gəldiyi üçün onun daha lazım olmadığını deyərək geri qaytarmışdır. xx.xx.2010-cu il tarixdə səhər saatlarında evdə olarkən özlərini MTN-nin əməkdaşları kimi təqdim edən şəxslər çağıraraq onlarla MTN-nin Masallı rayon şöbəsinə getməsini təklif etmişlər və o da etiraz etməyərək onlarla birlikdə getmişdir. X14, Şahid1, X15 tanımamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş şəxs X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu 2010-cu ildə polisdə işləmiş, onda bu barədə xidməti vəsiqə və kimlik də olmuşdur. Mətləb Qazaxıstanda olarkən bir neçə dəfə ərazi üzrə sahə müvəkkili gələrək onun vəsiqəsini istəmişlər, lakin o verməmşdir. Onu polis şöbəsinə dəvət etdiklərindən sonra həmin vəsiqəni polislərə təqdim etmişdir. Bildiyinə görə oğlu polisdə narkotiklə mübarizə şöbəsində işləmişdir. Mətləbin irandan narkotik vasitə gətirib satması ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu 2010-cu ildə polisdə işləmişdir. Mətləb şöbədə cinayət axtarış şöbəsində işləmişdir. Mətləbin polis forması geyinməsini bilmir, lakin oğlunda xidməti vəsiqə olmuşdur. Mətləb Qazaxıstanda olarkən bir neçə dəfə ərazi üzrə sahə müvəkkili gələrək onun vəsiqəsini istəmişdir, onlar vəsiqəni verməmişlər, ərini polis şöbəsinə dəvət etdiklərindən sonra həmin vəsiqəni və kimliyi polislərə təqdim etmişlər. Mətləbin heç vaxt narkotiklə bağlı əlaqəsi olmamışdır. İş materiallarında olan fiziki-kimyəvi ekspertizasının 13 okyabr 2010-cu il tarixli 14389/90 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd bükümdə ümumi xalis çəkisi 1447 qram (1 kq 447 qram) olan ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan məhkəmə texniki ekspertizasının 12 iyun 2024-cü il tarixli 5/609 nömrəli ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş X8 adına olan N13409114 nömrəli Qazaxıstan Respublikasına məxsus pasportun, ZQ 248365 nömrəli sürücülük vəsiqəsinin və ********* nömrəli şəxsiyyət vəsiqəsinin blankları poliqrafik üsulla çap olunub, poliqrafik,texnoloji və fiziki-kimyəvi mühafizə vasitələrlə təchiz edilmişdirlər. Təqdim edilmiş X8 adına olan N13409114 nömrəli pasport, ZQ 248365 nömrəli sürücülük vəsiqəsi və ********* nömrəli şəxsiyyət vəsiqəsi “SDU SECURE DOCUMENTS ULTİMATE” xüsusi məlumat sistemində olan Qazaxıstan Respublikasının pasport, sürücülük və şəxsiyyət vəsiqələrinin nümunələri ilə eynilik təşkil edirlər. Təqdim edilmiş pasportun vərəqlərində, sürücülük və şəxsiyyət vəsiqələrində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir.Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan olan məhkəmə-fonoskopik ekspertizasının 27 iyun 2024-cü il tarixli 3-16-16/2-4/781 nömrəli ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş 01 ədəd Rzayev Vaelhin adına verilmiş N13409114 nömrəli Qazaxıstan Respublikasının pasportunda, 01 ədəd X13 məxsus ********* №-li şəxsiyyət vəsiqəsində və 01 ədəd X13 məxsus 248365 №-li sürücülük vəsiqəsində əks olunmuş fotoşəkillərdə VirtualDub 1.9.11, X20 və Amped Auteticate proqram təminatlarından istifadə etməklə aparılmış tədqiqatlar nəticəsində kadrdaxili montaj əlamətləri müəyyən olunmadı.Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan 07 iyun 2024-cü il tarixli 3-16-16/2-3/881 nömrəli məhkəməportret ekspertizasının ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd X8 adına verilmiş N13409114 nömrəli Qazaxıstan Respublikasının pasportunda, 01 ədəd X13 məxsus ********* nömrəli şəxsiyyət vəsiqəsində və 01 ədəd X13 məxsus 248365 nömrəli sürücülük vəsiqəsində əks olunmuş fotoşəkillərdə və müqayisəli material qismində təqdim edilmiş Təqsirləndirilən şəxs eksperimental fotoşəkillərində eyni bir kişi cinsli şəxs əks olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan 30 sentyabr 2010-cu il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 idarə etdiyi “az **-XG-***” dövlət qeydiyyat nişanlı “OPEL” markalı avtomobilə baxış keçirilmiş həmin avtomobilin yük yerindən içərisində narkotik vasitə olması ehtimal edilən 2 ədəd bağlama aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 30 sentyabr 2010-cu il tarixli 90 nömrəli “mütəxəssis rəyin”dən görünür ki, Bakı şəhər sakini Şahid1 idarə etdiyi “az **-XG-***” dövlət qeydiyyat nişanlı “OPEL” markalı avtomobildən aşkar edilərək götürülmüş cəmi təmiz çəkisi 1447,0 (bir min dörd yüz qırx yeddi) qram olan tutqun ağ rəngli kristallardan və tozcuqlardan ibarət maddə heroin narkotik vasitəsi kimi müəyyən edilmişdir. İş materiallarında olan 02 noyabr 2010-cu il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı "xxxx" MMC tərəfindən 27 oktyabr 2010cu il tarixli 20679 saylı (daxil olan 29 oktyabr 2010-cu il taixli 1814 saylı) təqdim olunmuş telefon danışıqlarının kompüter açıqlamalarına baxış keçirildi və müəyyən olundu ki, təqsirləndirilən şəxs Şahid2 istifadəsində olmuş 050 ***-**-** saylı mobil telefon nömrəsi ilə təqsirləndirilən şəxslər Şahid1 istifadəsində olmuş 070 ***-**-** və Təqsirləndirilən şəxs 070 ***-**-** saylı mobil telefon nömrələri ilə danışıqlar qeydə alınmışdır. Bu danışıqların tarixi, saatı, hər danışığın davamiyyyəti aşağıdakı kimidir: Təqsirləndirilən şəxs Şahid2 istifadəsində olmuş 050 ***-**-** və təqsirləndirilən şəxs Şahid1 istifadəsində olmuş 070 ***-**-** saylı mobil telefon nömrələri arasında aparılmış danışıqlar - xx.xx.2010-cu ildə 16:52:24 radələrində 87 saniyə, xx.xx.2010-cu ildə 17:02:55 radələrində 13 saniyədir.Təqsirləndirilən şəxs Şahid2 istifadəsində olmuş 050 ***-**-** və Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** saylı mobil telefon nömrələri arasında aparılmış danışıqlar - 2010-06-14-ü saat 22:50:35-də 17 saniyə, 2010-06-16-da saat 01:00:13-də 27 saniyə, 2010-08-25-də saat 00:27:33-də 31 saniyə, 2010-08- 25-də saat 00:34:27-də 24 saniyə, 2010-09-04-də saat 16:53:54-də 13 saniyə, 2010-09-23-də saat 21:20:28-də 15 saniyədir. İş materiallarında olan 02 may 2024-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 29 aprel 2024cü il tarixdə istintaqa könüllü təqdim etdiyi Qazaxıstan Respublikasının vətəndaşı X8 adına verilmiş pasportu vasitəsilə o, dəfələrlə Qazaxıstan Respublikası və digər ölkələrdən Azərbaycan Respublikasına qanunsuz səfərlət etmişdir. İş materiallarında olan 03 may 2024-cü il tarixli “İAMAS” sisteminə baxış keçirilməsi barədə protokoldan görünür ki, Abıyev X4 Respublikasının vətəndaşı X8 adına verilmiş N13409114 nömrəli pasportdan istifadə etməklə Şahid4 ünvan 2 ünvanına, Şahid5 ünvan 3 Şahid3 Bakı şəhəri, Suraxanı rayonu, Raman qəsəbəsi, A yaşayış massivindəki ünvana qeydiyyata alınmışdır. İş materiallarında olan 04 may 2024-cü il tarixli Qazaxıstan Respublikasının vətəndaşı X1 məlumatları ilə bağlı blankla; həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Valeh Rzayevin adına verilmiş N13409114 nömrəli pasportdan biləbilə qanunsuz istifadə edərək 09 aprel 2013-cü ildə ölkə ərazisinə daxil olub - 13 aprel 2013-cü ildə ölkə ərazisindən çıxmış, 02 may 2014-cü ildə ölkə ərazisinə daxil olub - 03 iyun 2014-cü ildə ölkə ərazisindən çıxmış, 16 noyabr 2019-cu ildə ölkə ərazisinə daxil olub - 11 yanvar 2020-ci ildə ölkə ərazisindən çıxmış, 08 mart 2020-ci ildə ölkə ərazisinə daxil olub - 08 dekabr 2020-ci ildə ölkə ərazisindən çıxmış, 26 dekabr 2021-ci ildə ölkə ərazisinə daxil olub - 21 aprel 2022-ci ildə ölkə ərazisindən çıxmış, 02 iyun 2022-ci ildə ölkə ərazisinə daxil olub - 09 iyun 2022-ci ildə ölkə ərazisindən çıxmış, 20 oktyabr 2022-ci ildə ölkə ərazisinə daxil olub - 18 yanvar 2023-cü ildə ölkə ərazisindən çıxmış, 23 yanvar 2023-cü ildə ölkə ərazisinə daxil olub - 14 aprel 2023-cü ildə ölkə ərazisindən çxımış, 08 avqust 2023-cü ildə ölkə ərazisinə daxil olub - 11 sentyabr 2023-cü ildə ölkə ərazisindən çıxmış, 02 yanvar 2024-cü ildə ölkə ərazisinə daxil olub - 15 yanvar 2024-cü ildə ölkə ərazisindən çıxmış, 05 mart 2024-cü ildə ölkə ərazisinə daxil olmuşdur. İş materiallarında olan 25 oktyabr 2010-cu il tarixli «təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və ittiham elan edilməsi üçün onun tutulması haqqında» qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2010-cu il tarixli 4(009)-603/2010 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində barəsində 3 ay müddətinə qiyabi həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 29 aprel 2024-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin İV baş idarəsinin əməkdaşları tərəfindən barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs Bakı şəhərinin Qaradağ rayonu ərazisində saxlanılmışdır. İş materiallarında olan 19 noyabr 2010-cu il tarixli «maddi subut kimi tanınma haqqında» qərardan görünür ki, “Opel” markalı “**-XG-***” dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqtından sonrakı qalıq 1 kq 446,95 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2011-ci il tarixli 1(089)-170/2011 nömrəli hökmünə həmin narkotik vasitə heroin məhv edilmişdir. İş materiallarında olan 13 may 2024-cü il tarixli X2 Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxənada müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik informasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 04 iyun 2024-cü il tarixli sənədə baxış keçirilməsi barədə protokolundan görünür ki, Təqsirləndirilən şəxs adına verilmiş P3735237 saylı pasportdan istifadə etməklə 25 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasından “Biləsuvar” sərhəd-keçid məntəqəsindən istifadə edərək İran İslam Respublikasına, 08 oktyabr 2010cu ildə oradan Özbəkistan Respublikasına, oradan isə həmin tarixdə Qazaxıstan Respublikasına getmişdir. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2011-ci il tarixli 1 (089)-170/2011-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 (on) il müddətə və X22 Azərbaycan Respublikası CM-nin 234.1 və 307.2-ci maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. İş materiallarında olan 24 dekabr 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Qazaxıstan Respublikasının vətəndaşı X8 adına verilmiş N13409114 nömrəli pasport, ********* nömrəli şəxsiyyət vəsiqəsi 248365 nömrəli sürücülük vəsiqəsi, eləcə də “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması” barədə 81829392 nömrəli bildiriş maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Abıyev X5 şəhəri, İ Dadva küçəsi ev 9/33-də qeydiyyatdadır, ailə tərkibi atası və anasından ibarətdir,yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 206.3.2, 234.4.1, 234.4.3, 318.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 206.3.2, 234.4.1, 234.4.3, 318.1 və 320.2ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ata, anasının yaşlı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 318.1 və 320.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilməli təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub cinayət işinin materiallarında saxlanılan Qazaxıstan Respublikasının vətəndaşı X8 adına verilmiş N13409114 nömrəli pasport, ********* nömrəli şəxsiyyət vəsiqəsi 248365 nömrəli sürücülük vəsiqəsi, eləcə də “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması” barədə 81829392 nömrəli bildiriş cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqtından sonrakı qalıq 1 kq 446,95 qram narkotik vasitə heroinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2011-ci il tarixli 1(089)- 170/2011 nömrəli hökmünə əsasən məhv edilməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə iş üzrə 300 (üç yüz) manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, onun cəzaçəkmə müddətinin əvvəlinin 29 aprel 2024-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 318.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinsin, ona CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 318.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 320.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2024-cü il tarixdən hesablansın. İş üzrə 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - ekspertiza tədqiqtından sonrakı qalıq 1 kq 446,95 qram narkotik vasitə heroinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2011-ci il tarixli 1(089)-170/2011 nömrəli hökmünə əsasən məhv edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılan Qazaxıstan Respublikasının vətəndaşı X8 adına verilmiş N13409114 nömrəli pasport, ********* nömrəli şəxsiyyət vəsiqəsi 248365 nömrəli sürücülük vəsiqəsi, eləcə də “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması” barədə 81829392 nömrəli bildiriş cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-253/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-253/2025
07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver