Məhkəmə qərarları › İş №1(099)-254/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-254/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-254/2022 22.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, tərcüməçi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 6 iyun 1963-cü ildə Türkiyə Respublikasının Qaziantep şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücülük fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Türkiyə Respublikası, Qaziantep şəhəri, Şəhid Kamil rayonu, küçə 85002, mənzil 31 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında Türkiyə Respublikasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda 207 kiloqram 975 qram heroin narkotik vasitəsini 205 bağlamada 11 noyabr 2021-ci il tarixdə İran İslam Respublikasında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daxilində sonradan düzəldilərək xüsusi saxlanc yeri ilə təchiz olunmuş 2 ədəd yanacaq çəninin içərisinə yerləşdirərək çənləri onun idarə etdiyi “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobilinin dartıcısına quraşdırmış, o isə öz növbəsində qəsdən əldə etdiyi həmin narkotik vasitəni 20000 ABŞ dolları qarşılığında qrupun Azərbaycan Respublikasındakı şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə çatdırmaq üçün qanunsuz olaraq saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 12 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında Sumqayıt şəhərində "xxxx" MMC adlı şirkəti təsis etmiş və “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobilini həmin şirkətin adına sənədləşdirib almışdır. Avtomobilin pulundan 20000 ABŞ dolları məbləğində borclu qalmışdır. Həmin avtomobillə ilk dəfə 2021-ci ilin oktyabr ayında Azərbaycana sement yükü gətirmişdir. Sement yükü gətirən zaman Türkiyənin İğdır şəhərində yerləşən “Dilucu” gömrüyündə İran vətəndaşı Əbülfəz adlı sürücü ilə tanış olmuş, söhbət zamanı Əbülfəzə yük maşınını alan zaman borclu qaldığını bildirmişdir. Əbülfəz də ona borcu tamamilə bağlamağı üçün yardımçı ola biləcəyini demişdir. O, Əbülfəzdən necə yardım edə biləcəyini soruşduqda Əbülfəz ona Bakı şəhərinə aparmaq üçün içərisində narkotik vasitə olan bağlama verəcəyini, onu Bakı şəhərinə çatdırdıqdan sonra 20000 ABŞ dolları alacağını bildirmiş o da razılaşmışdır. 4 noyabr 2021-ci il tarixdə Bakıya gətirmək üçün Türkiyənin Qaziantep şəhərində avtomobilinə “uşaq bezi və əl sabunu” yükü yüklənmiş, 11 noyabr 2021-ci il tarixdə Türkiyə sərhədini keçərək İran İslam Respublikasının “Bəzirğan” gömrüyünə daxil olmuş, orada Əbülfəzlə görüşmüş və Əbülfəz içərisində narkotik vasitə olan bağlamanı yanacaq çənində gizlədəcəyini demiş, o Əbülfəzdən yanacaq çəninə qoyacağı bağlamanın rentgen qurğusunda görünüb-görünməyəcəyini, ona problem olubolmayacağını soruşmuşdur. Əbülfəz də içərisində narkotik vasitə olan bağlamanın rentgen qurğusunda görünməyəcəyini demiş və yanacaq çənini dəyişmək üçün dartıcını sürərək aparmış, təxminən 3 saat sonra Əbülfəz onun yanına gəlmiş, yanacaq çənini dəyişdiyini və içərisində narkotik vasitə olan bağlamanın yeni yanacaq çəninin içərisində olduğunu və o Bakı şəhərinə çatdıqdan sonra özü gəlib həmin bağlamanı götürüb, ona 20000 ABŞ dolları verəcəyini demişdir. 12 noyabr 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi yük avtomobili ilə Biləsuvar gömrük postunda onun avtomobili saxlanılmış və avtomobilə rentgen qurğusunda baxış keçirilmişdir. Sonra hal şahidləri dəvət edilərək idarə etdiyi yük avtomobili yoxlanılmışdır. Yoxlamaya başlamazdan əvvəl ondan gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olub-olmaması barədə sual verilmişdir. O isə yük avtomobilində gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra avtomobilin dartıcısının sağ və sol tərəfində olan yanacaq çənləri sökülərək daxilinə baxış keçirilmişdir. Baxış zamanı üç hissəyə bölünmüş çənlərin içərisində gizlədilmiş eyni ölçülü və formalı, üzərləri yapışqanlı lentlə sarınmış vəziyyətdə olan cəmi 205 düzbucaqlı formalı bağlama aşkar edilmişdir. Bundan sonra həmin bağlamalar açılmış və içərisində açıq-qəhvəyi rəngli maddənin olduğu məlum olmuşdur. Aşkar edilmiş ümumilikdə 205 bağlama ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, sonra da qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. O ifadəsində daha sonra göstərmişdir ki, Əbülfəzin yanacaq çənində göstərilən miqdarda narkotik vasitə gizlətməsindən məlumatı olmamışdır. Əbülfəz ona yalnız bir bükümdə heroin olacağını demişdir. Bir bükümün Azərbaycana keçirilməsi üçün Əbülfəzin ona 20000 ABŞ dolları təklif etməsinin səbəbini deyə bilmir. İbtidai istintaq zamanı ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Həmin vaxt verdiyi ifadəsini təstiq edir. O borcu olduğundan bu əməli törətmişdir. Əməlindən peşmandır. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi özünün ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş eksprtiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş şahid Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 12 noyabr 2021-ci il tarixdə iş bölgüsünə əsasən İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük avtomobillərinə gömrük nəzarətini həyata keçirən zaman, saat 19 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı yük avtomobili ilə gömrük nəzarəti zonasına daxil olub pasportunu və avtomobilinə aid sənədləri ona təqdim etmiş və idarə etdiyi avtomobildə “uşaq bezi və sabun” yükü gətirməsi məlum olmuşdur. Avtomobildə külli miqdarda narkotik vasitənin gizlədilməsi barədə əməliyyat məlumatı daxil olduğundan həmin yük maşını əsaslı gömrük yoxlamasından keçirilmişdir. Sonrada avtomobil rentgen qurğusunda keçirilmiş, baxış zamanı avtomobilin dartıcısının sol və sağ tərəfində olan yanacaq çənlərinin hər ikisinin içərisində şübhəli cizgilərin olması müəyyən edilmişdir. Buna görə də hal şahidləri dəvət edib onlara hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs iştirakı ilə avtomobil əsaslı yoxlanılmışdır. Əvvəlcə avtomobilinin dartıcısının sol tərəfində olan düzbucaqlı formalı yanacaq çəni yoxlanılmış və çənin içərisinin sonradan kustar üsulla metal lövhə ilə üç hissəyə bölündüyü məlum olmuşdur. Yoxlama məqsədi ilə yanacaq çəni sökülərək daxilinə baxış keçirilmişdir. Baxış zamanı üç hissəyə bölünmüş çənin sağ hissəsində düzəldilmiş xüsusi saxlanc yerində gömrük nəzarətindən gizlədilmiş, demək olar ki, eyni ölçülü və formalı, üzəriləri yapışqanlı lentlə sarınmış vəziyyətdə olan, düzbucaqlı formalı 48 bağlama aşkar edilmişdir. Bundan sonra həmin bağlamalar açılmış və içərisində heroinə oxşar maddənin olduğu məlum olmuşdur. Daha sonra avtomobilinin dartıcısının sağ tərəfində olan düzbucaqlı formalı yanacaq çəni yoxlanılmış və həmin çənin də içərisinin eyni ilə digər çəndə olduğu kimi sonradan kustar üsulla metal lövhə ilə üç hissəyə bölündüyü məlum olmuşdur. Həmin çənə də eyni üsulla keçirilmiş baxış zamanı üç hissəyə bölünmüş çənin sağ və sol hissəsində düzəldilmiş xüsusi saxlanc yerlərində gömrük nəzarətindən gizlədilmiş ümumilikdə 157 ədəd eyni ölçülü və formalı, üzəriləri yapışqanlı lentlə sarınmış vəziyyətdə olan düzbucaqlı formalı bağlama aşkar edilmişdir. Bundan sonra həmin bağlamalar da açılmış və içərisində narkotik vasitə heroinə oxşar maddənin olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 205 bağlama ayrıayrılıqda elektron tərəzidə çəkilmiş, sonra qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 noyabr 2021-ci il tarixdə saat 19 radələrində həmyerlisi Coşqun Əlizadə ilə birlikdə Biləsuvar gömrük postunun qarşısında olan zaman bir nəfər gömrük işçisi onlara yaxınlaşıb, İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük avtomobilinə baxış keçiriləcəyini bildirib, baxışda hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Onlar da bununla razılaşmışlar. Sonra da Ekrem adlı Türkiyə Respublikası vətəndaşının idarə etdiyi, “Scania” markalı yük avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı yük avtomobilinin sağ və sol tərəflərində olan yanacaq çənlərinin içərisindən 205 ədəd bağlama aşkar edilmiş, bağlamaların içərisinə baxıldıqda orada heroinə bənzər maddə olduğu bildirilmişdir. Daha sonra bağlamaların hamısı ayrı-ayrılıqda çəkilmiş və narkotik vasitənin çəkisinin 200 kiloqramdan çox olması müəyyən edilmişdir. Yoxlama barədə protokol tərtib olunmuş, onlar da protokolla tanış olub imzalamışlar. Cinayət işinin materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda tərtib edilmiş 12 noyabr 2021-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama başlamazdan əvvəl Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs hüquq, vəzifələri və məsuliyyəti izah edilməklə gömrük orqanlarına bəyan edilməmiş könüllü olaraq təqdim etməsi təklif edilmiş, o isə öz növbəsində avtomobilində gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi hər hansı bir predmet olmadığını göstərmişdir. Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olmuş İran İslam Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasında fəaliyyət göstərən “X4 San ve Tic Ltd” şirkətindən Azərbaycan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-nin ünvanına “maye sabunlar və uşaq bezi” yükü gətirən Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılmış və gömrük nəzarətinə cəlb edilmişdir. Qeyd edilən yük avtomobilinə ilkin gömrük baxışından sonra yoxlamanı davam etdirmək məqsədilə avtomobilə “X7” rentgen qurğusunda baxış keçirilmişdir. Baxış zamanı avtomobilin dartıcısının sol və sağ tərəfində olan eyni ölçülü yanacaq çənlərinin hər ikisinin içərisində şübhəli cizgilərin olması qurğunun nəzarət monitorunda əks olunmuşdur. Sonra hal şahidləri dəvət edilib Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yükk avtomobili əsaslı yoxlanılmışdır. İlk öncə “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobilinin dartıcısının sol tərəfində olan düzbucaqlı formalı yanacaq çəni yoxlanılmış və çənin içərisinin sonradan kustar üsulla metal lövhə ilə üç hissəyə bölündüyü məlum olmuşdur. Yoxlama məqsədi ilə yanacaq çəni köməkçi alətlər vasitəsi ilə sökülərək daxilinə baxış keçirilmişdir. Baxış zamanı üç hissəyə bölünmüş çənin sağ hissəsində düzəldilmiş xüsusi saxlanc yerində, gömrük nəzarətindən gizlədilmiş təqribən eyni ölçülü və formalı, üzəriləri yapışqanlı lentlə sarınmış vəziyyətdə olan cəmi 48 ədəd düzbucaqlı formalı bağlamalar aşkar edilmişdir. Bundan sonra həmin bağlamalar açılmış və içərisində preslənmiş halda, spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin olduğu məlum olmuşdur. Daha sonra avtomobilinin dartıcısının sağ tərəfində olan düzbucaqlı formalı yanacaq çəni yoxlanılmış və həmin çənin də içərisinin eyni ilə sonradan kustar üsulla metal lövhə ilə üç hissəyə bölündüyü məlum olmuşdur. Həmin çənə də eyni üsulla baxış keçirilmişdir. Baxış zamanı üç hissəyə bölünmüş çənin sağ və sol hissəsində düzəldilmiş xüsusi saxlanc yerlərində, gömrük nəzarətindən gizlədilmiş çənin sağ hissəsində 70 ədəd, sol hissəsində isə 87 ədəd olmaqla ümumilikdə 157 ədəd təqribən eyni ölçülü və formalı, üzəriləri yapışqanlı lentlə sarınmış vəziyyətdə olan düzbucaqlı formalı bağlama aşkar edilmişdir. Bundan sonra həmin bağlamalar da açılmış və içərisində preslənmiş halda, spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin olduğu məlum olmuşdur. Aşkar edilmiş ümumilikdə 205 bağlama ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Avtomobilin dartıcısının sol tərəfində olan yanacaq çənindən aşkar edilmiş 48 ədəd bağlamalarda olan maddənin hər birinin qablaşdırılmaları ilə birgə çəkilərinin müvafiq olaraq: 1060q, 1080q, 1067q, 1066q, 1063q, 1065q, 1068q, 1067q, 1062q, 1072q, 1067q, 1070q, 1043q, 1063q, 1063q, 1065q, 1073q, 1071q, 1061q, 1067q, 1068q, 1066q, 1060q, 1062q, 1064q, 1065q, 1069q, 1060q, 1063q, 1064q, 1067q, 1061q, 1059q, 1068q, 1063q, 1068q, 1070q, 1063q, 1065q, 1059q, 1060q, 1065q, 1070q, 1051q, 1065q, 1066q, 1074q və 1061q olmaqla ümumilikdə 51 kiloqram 109 qram olduğu, avtomobilin dartıcısının sağ tərəfində olan yanacaq çəninin sağ hissəsindən aşkar edilmiş 70 bağlamada olan maddənin hər birinin qablaşdırılmaları ilə birgə çəkilərinin müvafiq olaraq: 1068q, 1062q, 1063q, 1071q, 1065q, 1067q, 1062q, 1067q, 1069q, 1071q, 1064q, 1061q, 1066q, 1064q, 1068q, 1068q, 1073q, 1064q, 1017q, 1066q, 1067q, 1065q, 1065q, 1069q, 1067q, 1071q, 1065q, 1063q, 1064q, 1066q, 1060q, 1073q, 1071q, 1070q, 1067q, 1067q, 1064q, 1065q, 1067q, 1062q, 1065q, 1070q, 1062q, 1063q, 1060q, 1064q, 1071q, 1070q, 1067q, 1065q, 1066q, 1066q, 1066q, 1063q, 1068q, 1066q, 1075q, 1061q, 1069q, 1063q, 1064q, 1072q, 1070q, 1064q, 1071q, 1066q, 1063q, 1067q, 1060q və 1060q olmaqla ümumilikdə 74 kiloqram 582 qram olduğu və həmin çənin sol hissəsindən aşkar edilmiş 87 bağlamada olan maddənin isə hər birinin qablaşdırılmaları ilə birgə çəkilərinin müvafiq olaraq: 1070q, 1070q, 1061q, 1063q, 1059q, 1067q, 1073q, 1065q, 1062q, 1060q, 1066q, 1063q, 1066q, 1066q, 1059q, 1058q, 1060q, 1062q, 1067q, 1063q, 1063q, 1073q, 1065q, 1065q, 1067q, 1076q, 1067q, 1065q, 1060q, 1064q, 1073q, 1067q, 1065q, 1066q, 1067q, 1068q, 1067q, 1066q, 1065q, 1065q, 1069q, 1068q, 1061q, 1066q, 1064q, 1068q, 1067q, 1061q, 1065q, 1064q, 1063q, 1045q, 1065q, 1062q, 1066q, 1062q, 1061q, 1063q, 1070q, 1061q, 1068q, 1069q, 1068q, 1062q, 1065q, 1064q, 1070q, 1063q, 1063q, 1064q, 1065q, 1063q, 1065q, 1067q, 1072q, 1061q, 1065q, 1063q, 1063q, 1058q, 1068q, 1071q, 1075q, 1063q, 1059q, 1066q və 1058q olmaqla ümumilikdə 92 kiloqram 643 qram olduğu müəyyən edilmişdir. Yoxlama qurtardıqdan sonra Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobilinin dartıcısının sol və sağ tərəfində olan yanacaq çənlərindən aşkar edilmiş cəmi 205 bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 218 kiloqram 334 qram təşkil edən spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə protokol əsasında götürülərək 9 ədəd kisədə qablaşdırılmışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 noyabr 2021ci il tarixli 6/5025 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, 205 bağlamadakı ümumi təmiz çəkisi 207975 qram (207 kiloqram 975 qram) olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 205 bağlamada olan heroinlər komponent tərkiblərinə və xarici əlamətlərinə (rənglərinə, hissəciklərinə, formasına və s.) görə eynidirlər. Aparılmış tədqiqatdan sonra heroin narkotik vasitəsinin qalıq çəkisi 207972,5 qram təşkil etmişdir. Məhkəmədə tədqiq edilmiş 29 dekabr 2021-ci il tarixli, 5351 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar edilməmişdir. O narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan 14 noyabr 2021-ci il tarixli, Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi” markalı, “Note 8 Pro” modelli, **********52185/02 və **********00847/02 İMEİ kodlu mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki,telefonun “mesajlar” bölməsinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə bilən aşağıdakı ismarışların olması müəyyən edilmişdir: Şəxs Tarix və saat İsmarışın məzmunu +**********43 xx.xx.2021, 09:49 Salam, necəsən? (Əbülfəz) Təqsirləndirilə xx.xx.2021, 09:52 Yaxşıyam, gömrük işlərini edirəm n şəxs Telefonun “zənglər” bölməsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə ifadəsində Əbülfəz kimi qeyd etdiyi şəxsin istifadəsində olan, mobil telefonun yaddaşına hər hansı bir adla qeydiyyata alınmamış +**********43 saylı mobil nömrə arasında aşağıdakı zənglərin olması müəyyən edilmişdir: Zəngin növü № Tarix və saat (Təqsirləndirilən şəxs – Zəngin müddəti Əbülfəz)

1. xx.xx.2021, 12:49 çıxan zəng 2 dəqiqə 26 saniyə

2. xx.xx.2021, 12:58 cavabsız zəng –

3. xx.xx.2021, 13:03 çıxan zəng 2 dəqiqə 51 saniyə

4. xx.xx.2021, 14:16 daxil olan zəng 1 dəqiqə 6 saniyə

5. xx.xx.2021, 14:23 daxil olan zəng 2 dəqiqə 16 saniyə

6. xx.xx.2021, 15:00 çıxan zəng 31 saniyə

7. xx.xx.2021, 15:03 daxil olan zəng 1 dəqiqə 40 saniyə

8. xx.xx.2021, 16:22 çıxan zəng 1 dəqiqə 26 saniyə

9. xx.xx.2021, 16:39 çıxan zəng 1 dəqiqə 29 saniyə xx.xx.2021, 16:42 daxil olan zəng 1 dəqiqə 10 saniyə xx.xx.2021, 17:03 daxil olan zəng 27 saniyə xx.xx.2021, 17:19 daxil olan zəng 45 saniyə xx.xx.2021, 17:42 çıxan zəng 1 dəqiqə 27 saniyə Telefonun “Whatsapp Messenger” proqramında Əbülfəz adlı şəxsin istifadəsində olan +**********43 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aralarında olduqları yerin məlumatlarının göndərilməsi, yol tarifi mövzularında səsli və yazılı ismarışlar vasitəsilə danışıqlar aşağıdakı zənglərin, həmçinin olması müəyyən edilmişdir:

Zəngin növü № Tarix və saat (Təqsirləndirilən şəxs Zəngin müddəti – Əbülfəz)

1. xx.xx.2021, 13:25 daxil olan zəng 2 dəqiqə 54 saniyə

2. xx.xx.2021, 15:02 daxil olan zəng 1 dəqiqə 56 saniyə

3. xx.xx.2021, 10:13 daxil olan zəng 2 dəqiqə 31 saniyə

4. xx.xx.2021, 12:49 daxil olan zəng 2 dəqiqə 36 saniyə

5. xx.xx.2021, 12:51 cavabsız zəng –

6. xx.xx.2021, 12:52 daxil olan zəng 1 dəqiqə 45 saniyə

7. xx.xx.2021, 17:35 daxil olan zəng 2 dəqiqə 14 saniyə

8. xx.xx.2021, 19:50 cavabsız zəng –

9. xx.xx.2021, 19:52 çıxan zəng 2 dəqiqə 59 saniyə xx.xx.2021, 10:13 daxil olan zəng 51 saniyə xx.xx.2021, 10:15 daxil olan zəng 2 dəqiqə 15 saniyə xx.xx.2021, 11:14 daxil olan zəng 4 dəqiqə 3 saniyə xx.xx.2021, 13:57 çıxan zəng 44 saniyə xx.xx.2021, 16:18 çıxan zəng 50 saniyə xx.xx.2021, 16:51 çıxan zəng 1 dəqiqə 6 saniyə xx.xx.2021, 17:24 daxil olan zəng 45 saniyə xx.xx.2021, 18:18 çıxan zəng 1 dəqiqə 8 saniyə xx.xx.2021, 20:46 axil olan zəng 2 dəqiqə 24 saniyə xx.xx.2021, 09:53 cavabsız zəng – xx.xx.2021, 10:57 daxil olan zəng 37 saniyə xx.xx.2021, 12:16 cavabsız zəng – xx.xx.2021, 13:29 cavabsız zəng – xx.xx.2021, 14:03 çıxan zəng 2 dəqiqə 11 saniyə xx.xx.2021, 14:11 çıxan zəng 2 dəqiqə 40 saniyə xx.xx.2021, 14:35 çıxan zəng 1 dəqiqə 39 saniyə xx.xx.2021, 14:35 çıxan zəng 1 dəqiqə 21 saniyə xx.xx.2021, 15:35 daxil olan zəng 2 dəqiqə 54 saniyə xx.xx.2021, 16:06 axil olan zəng 4 saniyə xx.xx.2021, 16:07 daxil olan zəng 23 saniyə xx.xx.2021, 16:42 daxil olan zəng 43 saniyə xx.xx.2021, 17:48 çıxan zəng 38 saniyə xx.xx.2021, 17:52 çıxan zəng 21 saniyə xx.xx.2021, 17:58 çıxan zəng 57 saniyə xx.xx.2021, 18:49 daxil olan zəng 1 dəqiqə 16 saniyə xx.xx.2021, 18:56 çıxan zəng 49 saniyə xx.xx.2021, 19:08 daxil olan zəng 1 dəqiqə 13 saniyə xx.xx.2021, 19:19 daxil olan zəng 2 dəqiqə 8 saniyə xx.xx.2021, 21:06 cavabsız zəng – xx.xx.2021, 21:27 Çıxan zəng 1 dəqiqə 49 saniyə xx.xx.2021, 13:37 cavabsız zəng – xx.xx.2021, 19:53 cavabsız zəng – xx.xx.2021, 22:18 çıxan zəng 49 saniyə xx.xx.2021, 10:33 cavabsız zəng – xx.xx.2021, 11:18 çıxan zəng 1 dəqiqə 40 saniyə xx.xx.2021, 20:03 daxil olan zəng 53 saniyə xx.xx.2021, 12:00 cavabsız zəng – xx.xx.2021, 12:01 çıxan zəng 1 saniyə xx.xx.2021, 12:01 daxil olan zəng 50 saniyə xx.xx.2021, 12:49 çıxan zəng 38 saniyə xx.xx.2021, 16:02 daxil olan zəng 58 saniyə xx.xx.2021, 16:37 çıxan zəng 1 dəqiqə 24 saniyə xx.xx.2021, 16:57 çıxan zəng 55 saniyə xx.xx.2021, 17:01 daxil olan zəng 19 saniyə xx.xx.2021, 17:13 daxil olan zəng 21 saniyə xx.xx.2021, 22:31 cavabsız zəng – xx.xx.2021, 22:35 çıxan zəng 35 saniyə xx.xx.2021, 13:10 cavabsız zəng – xx.xx.2021, 13:22 cavabsız zəng – xx.xx.2021, 15:10 çıxan zəng 1 dəqiqə 9 saniyə xx.xx.2021, 18:10 daxil olan zəng 54 saniyə xx.xx.2021, 23:12 cavabsız zəng – xx.xx.2021, 01:32 cavabsız zəng – xx.xx.2021, 01:34 cavabsız zəng – xx.xx.2021, 02:24 cavabsız zəng –

iş üçün əhəmiyyət kəsb edən danışıqların ekran şəkilləri 49 vərəqədə çap edilərək protokola əlavə olunmuşdur. İşdə olan Dövlət Gömrük Komitəsinin X2 Sisteminə baxış keçirilməsi haqqında 13 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayından etibarən Azərbaycan Respublikası ərazisinə gəlib-getməsi, sonuncu dəfə 12 noyabr 2021-ci il tarixdə saat 19:46-da Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postundan idarə etdiyi “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olduğu, avtomobilə keçirilmiş baxış zamanı heroin narkotik maddəsinin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 24 dekabr 2021-ci il tarixli, 9/8299 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin cinayət əməllərinin törədildiyi tarixə orta bazar qiyməti 55000 manat təşkil etmişdir. İşdə olan ibtidai istintaq orqanının 07 yanvar 2022-ci il tarixli qərarından görünür ki, istinad edilən cinayətlərin törədilməsində alət kimi istifadə edildiyindən və iş üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs məxsus “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobili maddi sübut kimi tanınmışdır. İşdə olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 5(004)-57/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus 55000 manat dəyərində, “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərinə həbs qoyulmuşdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 15 noyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən əhəmiyyət kəsb etdiyindən 12 noyabr 2021-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilindən aşkar edilərək götürülmüş, aparılmış tədqiqatdan sonra çəkisi 207972,95 qram qalan heroin narkotik vasitəsi maddi sübut kimi tanınmışdır. Həmin narkotik vasitə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. İşdə olan ibtidai istintaq orqanının 15 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hazırki cinayət işinin materiallarından cinayət əməllərinin törədilməsində iştirakı olan digər şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş külli miqdarda narkotik vasitədən yalnız bir bükümündən məlumatı olduğunu, İranlı Əbülfəzin onun idarə etdiyi avtomobilin yanacaq çənlərində o qədər bükümdə heroin gizlətməsindən məlumatı olmadığını göstərmişdir. Məhkəmə onun bu ifadəsini özünü ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığından, habelə məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində İran İslam Respublikası vətəndaşı Əbülfəzin ona bir bükümdə heroini Azərbaycan Respublikası ərazisinə keçirmək məqsədi ilə borcunu ödəmək üçün 20000 ABŞ dolları verəcəyini və ona məxsus avtomobili qoşqusundan ayırıb, apararaq avtomobilin hər iki yanacaq çənini dəyişdirdiyini və narkotik vasitənin həmin çəndə olduğunu bildiyini göstərmişdir. Onun göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir. Belə ki, bir bükümdə heroinin Azərbaycana keçirilməsinə görə Əbülfəzin Təqsirləndirilən şəxs 20000 ABŞ dolları vəd etməsi və həmçinin bir büküm heroinin keçirilməsi üçün avtomobilə quraşdırılmış 400-500 litr həcmdə iki ədəd yanacaq çəninin dəyişdirilməsi inandırıcı deyildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 6 iyun 1963-cü il tarixdə Türkiyə Respublikasının Qaziantep şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücülük fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Türkiyə Respublikası, Qaziantep şəhəri, Şəhid Kamil rayonu, küçə 85002, mənzil 31 ünvanında yaşamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası ərazisində məhkum olunmamışdır. İşdə olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli həmin 12 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edərkən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2-ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-in 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olması müəyyən etmədi. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, işin vəziyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddələrin həddində, cinayətlərin məcmusu üzrə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, həmin cəzanı çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun cəza çəkməsinin başlanğıcı 12 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Taş X5 Respublikasının vətəndaşı olduğundan CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılmalıdır. Eyni zamanda CM-nin 52.1-1 maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azrbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, cinayətin aləti olan “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobili Təqsirləndirilən şəxs mülkiyyətindədir. Həmin avtomobilin üzərinə məhkəmənin qərarına əsasən həbs qoyulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məxsus “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobilin məcburi qaydada və əvəzsiz olaraq alınıb dövlət nəfinə keçirilməsi üçün əsaslar vardır. CM-nin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayəti törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə cinayət-hüquqi tədbiri qaydasında məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 26-cı bəndində göstərilmişdir ki, təqsirkar şəxsə məxsus nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük nəzarətindən keçirilərkən onun, malları və digər əşyaların gizlədilməsi üçün xüsusi saxlanc yerləri (malların gizlədilməsi üçün hazırlanmış, eləcədə nəqliyyat vasitələrini eyni məqsədlər üçün əvvəlcədən sökülmə və yığılmaya məruz qalmış konstruktiv tutum və əşyalarla təzhiq olunmuş və düzəldilmiş yerlər) ilə təchiz olunması müəyyən edildikdə, həmin nəqliyyat vasitəsi cinayətin törədilməsində istifadə olunmuş alət kimi qiymətləndirilərək CPM-nin 132.0.1-ci maddəsinə və CM-in 99-1.1-ci maddəsinə əsasən müsadirə olunur. Qaçaqmalçılıq cinayətinin predmetinin xüsusi olaraq gizlədilməsi üçün alət kimi istifadə olunmuş və maddi sübut kimi tanınmış mallara və ya digər əşyalara münasibətdə də məsələ bu qaydada həll edilir. Şərh olunanlara əsasən, Qanunvericiliyin tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyyələrini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məxsus 55000 manat dəyərində “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobili məcburi qaydada və əvəzsiz olaraq xüsusi müsadirə edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. İş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan qalıq çəkisi 207972,95 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 65 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubilikası CPM-nin 44,51-2,132, 346, 351-353 və 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla qəti olaraq Təqsirləndirilən şəxs 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-in 52.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılsın. CM-in 52.1-1-ci maddəsinə əsasən onun məhkumluğu ödənilənədək və ya götürülənədək Azrbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs məxsus Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin İpək yolu gömrük postunda saxlanılan 55000 (əlli beş min) manat dəyərində “Scania” markalı, 90JY819/10ZC819 dövlət qeydiyyat nişanlı yük avtomobili məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilsin. İş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan qalıq çəkisi 207972,95 qram qalan heroin məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 65 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar