Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-254/2023 09.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinib 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanuna əsasən barəsində 06 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Salyan şəhəri Nizami Gəncəvi küçəsi ev 22-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 70,896 qram narkotik vasitə tiryək, külli miqdarda təmiz çəkisi 150,214 qram narkotik vasitə heroin, təmiz çəkisi 1,78 qram həşiş qətranı və təmiz çəkisi 35,0 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq bir hissəsini üzərində, qalanını isə yaşadığı Salyan şəhəri, Nizami Gəncəvi küçəsi 22 nömrəli fərdi yaşayış evinin zirzəmisində saxlamış, həmin narkotik vasitə olan tiryəkdən 1 ədəd bükümdə təmiz çəkisi 1,592 qram olan hissəsini 04 noyabr 2022-ci il tarixdə səhər saatlarında Salyan şəhəri ərazisində tanışı, Salyan rayonu Arbatan kənd sakini Şahid4 pay olaraq vermiş, Salyan rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 04 noyabr 2022-ci il tarixdə saat 14:30 radələrində Salyan şəhəri Ə.Quliyev küçəsi ərazisində şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 15:30 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol yaxa cibindən 01 ədəd kibrit qutusunda 03 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,39 qram, 0,40 qram və 0,40 qram, habelə həmin gün saat 16:20 radələrində yaşadığı Salyan şəhəri Nizami Gəncəvi küçəsi 22 nömrəli fərdi yaşayış evinin zirzəmisinə baxış keçirilərkən oradan polietilen torbanın içərisində daha 05 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 64,479 qram, 0,670 qram, 0,995 qram, 1,007 qram və 0,963 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 69,304 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryək, eləcə də 02 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 150 qram və 0,214 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 150,214 qram kustar üsulla hazırlanmış eyni tərkibli olmayan narkotik vasitə heroin, 01 ədəd polietilen bükümdə təmiz çəkisi 1,78 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranı, 03 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,0 qram, 10,0 qram, 20,0 qram olmaqla ümumi təmiz çəkisi 35,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli olmayan narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin hissələrini xeyli miqdarda əldə edib toplamaqla kultivasiya etmiş, 04 noyabr 2022-ci il tarixdə saat 16:20 radələrində Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Salyan şəhəri Nizami Gəncəvi küçəsi 22 nömrəli fərdi yaşayış evinin yaxınlığında yerləşən, özünə məxsus olmaqla hazırda istifadədə olmayan mağazaya baxış keçirilərkən oradan xeyli miqdarda 12 ədəd ümumi çəkisi 800 qram olan eyni tərkibli narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni narkotik vasitə və psixotrop maddəni satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirməklə ifadəsində göstərmişdir ki, 2015-ci ilin yanvar ayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri təqsirli bilinib 07 il 06 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2021-ci ilin iyun ayında cəzasının sonu ilə azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra Salyan şəhəri Nizami Gəncəvi küçəsi 22 nömrəli fərdi yaşayış evinin zirzəmisindən sellofan torbanın içərisində mərhum qardaşı Elxandan qalma müxtəlif növ narkotik vasitələr olan heroin, tiryək, həşiş qatranı, qurudulmuş marixuana, çətənə bitkilərinin toxumları və elektron tərəzini tapmışdır. Mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyi üçün həmin narkotik vasitələri və elektron tərəzini götürüb saxlamışdır. 04 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmazdan bir neçə gün əvvəl yəni 2022-ci ilin oktyabr ayının sonlarında Salyan şəhəri ərazisində Kür çayının yaxınlığında olarkən bir neçə ədəd narkotik tərkibli çətənə bitkilərinin hissələrini tapmış və həmin bitkiləri qurudub istifadə etmək üçün yaşadığı evin yaxınlığında yerləşən özünə məxsus olan, lakin hazırda istifadə olunmayan mağazanın içərisində ipdən asmışdır. 04 noyabr 2022-ci il tarixdə saat 14:30 radələrində Salyan şəhəri Ə.Quliyev küçəsi ərazisində idarə etdiyi QAZ 31 markalı avtomobildə olarkən Salyan rayon polis şöbəsinin əməkdaşları onu saxlayıb avtomobil ilə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulmağı ona elan olunmuşdur. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməyi təklif edilmişdir. Üzərində narkotik vasitə tiryək olduğunu bildirmiş və daha sonra əynində olan qara rəngli gödəkçəsinin sol yaxa cibindən 1 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Kibrit qutusunun içərisinə baxış zamanı 3 ədəd bükümdə narkotik vasitə tiryək aşkar olunmuşdur. Şifahi sorğu zamanı bildirmişdir ki, həmin narkotik vasitəni 04 noyabr 2022ci il tarixdə səhər saatlarında idarə etdiyi avtomobilə oturmuş tanımadığı şəxs qoyub getmiş, o da həmin narkotik vasitəni avtomobilindən taparaq istifadə etmək üçün götürüb üzərində saxlamışdır və hazırda özünə məxsusdur. Şifahi sorğu zamanı daha sonra bildirmişdir ki, yaşadığı Salyan şəhəri Nizami Gəncəvi küçəsi 22 nömrəli fərdi yaşayış evində və evin yaxınlığında yerləşən mağazada da özünə məxsus olan müxtəlif növ narkotik vasitələr saxlayır və onları təqdim edə bilər. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüş və protokol tərtib edilmişdir. Daha sonra videoçəkiliş vasitəsilə idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin oradan heç nə aşkar olunmamışdır. Yaşadığı evə baxış keçirilməsi ilə bağlı ərizə ilə müraciət etdikdən sonra onun, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı Salyan şəhəri Nizami Gəncəvi küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməzdən əvvəl ona baxış keçiriləcək yaşadığı fərdi yaşayış evində narkotik vasitələrin evin hansı hissəsində olması və təqdim edə biləcəyi barədə soruşulduqda, yaşadığı evin zirzəmisindən sellofan torbanın içərisində 02 ədəd bükümdə bükümdə narkotik vasitə heroin, 05 ədəd bükümdə narkotik vasitə tiryək, 01 ədəd bükümdə narkotik vasitə həşiş qatranı, 03 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd kibrit qutusunda narkotik tərkibli çətənə bitkilərinin toxumlarını və 01 ədəd elektron tərəzini, eləcə də yaşadığı evin yaxınlığında yerləşən özünə məxsus olmaqla, hazırda istifadə olunmayan mağazada ipdən asdığı, özünə məxsus 12 ədəd narkotik tərkibli çətənə bitkilərinin hissələrini polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüş və protokol tərtib edilmişdir. Zirzəmidə aşkar olunan narkotik vasitələr mərhum qardaşına məxsus olmuş, mağazada aşkar olunan marixuana isə özünə məxsus olmuş, qardaşı vəfat edəndən sonra həmin narkotik vasitələri özü qəbul edəcəyini düşünmüşdür. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəmə, həmdə ibtidai istintaq zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq “yaşadığı evin zirzəmisində aşkar olunan narkotik vasitələrin mərhum qardaşına məxsus olması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, ifadənin həmin xüsusatı obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 04 noyabr 2022-ci il Salyan şəhəri Nizami Gəncəvi küçəsi ev 22-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, yaşadığı evdə saxlaması və satması barədə məlumat daxil olmuş, məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün saat 14:30 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri Ə.Quliyev küçəsi ərazisində idarə etdiyi QAZ 31 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə olduğunu müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək birlikdə Salyan rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya cinayət xarakterli əşya və ya predmet vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yaxa cibindən 1 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxıldıqda oradan 3 ədəd bükümdə qara rəngli, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə tiryəkə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 3 ədəd bükümün içərisində olan qara rəngli kütlələr narkotik vasitə tiryəkdir, həmin narkotik vasitə elə həmin gün, yəni 04 noyabr 2022-ci il tarixdə avtomobilində oturmuş tanımadığı şəxs tərəfindən qoyulmuş, daha sonra avtomobilindən tapmış, özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həm də bildirmişdir ki, yaşadığı evdə müxtəlif növ narkotik vasitələr olduğu üçün onları təqdim edə bilər. Aşkar olunmuş 3 ədəd bükümdə olan narkotik vasitə tiryəkə oxşar kütlə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri Nizami Gəncəvi küçəsi 22 nömrəli fərdi yaşayış evinə baxış keçirilməsinə başlanılmış və evin zirzəmisində 1 ədəd sellofan torbanın içərisində 02 ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütləni, 06 ədəd bükümdə narkotik vasitə tiryəkə oxşar kütləni, 03 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni, 02 ədəd kibrit qutusunda narkotik tərkibli çətənə bitkilərinin toxumlarına oxşar kütlələri və 01 ədəd elektron tərəzi, habelə yaşadığı evin yaxınlığında yerləşən özünə məxsus olmaqla istifadə olunmayan mağazadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürüldü. Sorğu zamanı Elşən mağazadan aşkar olunmuş qurudulmuş marixuananın özünə məxsus olduğunu, evin zirzəmisindən aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi mərhum qardaşından qaldığını bildirmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüş və protokol tərtib edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon polis şöbəsinin əməkdaşı Şahid2 Füzuli oğlu və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə bioloji ekspertizasının 05 noabr 2022-ci il tarixli 18/1198-1199 saylı rəyindən görünür ki, 1) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda olan 03 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,39 qram, 0,40 qram, 0,40 qram, ümumi çəkisi - 1,190 qram olan maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir. 2) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən... heroinə oxşar 02 ədəd bükümdə...” sözləri yazılmış kağız paketdə 02 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 150 qram, 0,214 qram, ümumi çəkisi - 150,214 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli olmayan narkotik vasitə olan heroindir. 3) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən... 01 ədəd elektron tərəzi” sözləri yazılmış kağız paketdə olan 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric – mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddələr ilə eyni tərkibli olubolmadığını müəyyən etmək mümkün deyildir. 4) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən... 05 ədəd bükümdə... tiryəkə oxşar... 01 ədəd bükümdə həşiş qatranına oxşar...” sözləri və imzalar olan kağız paketdə 05 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 64,479 qram, 0,670 qram, 0,995 qram, 1,007 qram, 0,963 qram, ümumi çəkisi – 68,114 qram olan maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir. 01 ədəd polietilen bükümdə təmiz çəkisi – 1,78 qram olan maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranıdır. Tədqiqata təqdim olunmuş Şahid4 üzərindən götürülmüş 01 bükümdə, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 03 bükümdə və onun evinin zirzəmisindən götürülmüş 05 bükümdə, cəmi 09 ədəd bükümdə olan tiryəklər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. 5) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən.. 03 ədəd bükümdə.. qurudulmuş marixuanaya oxşar..” sözləri yazılmış kağız paketdə 03 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 5,0 qram, 10,0 qram, 20,0 qram, ümumi çəkisi – 35,0 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli olmayan narkotik vasitə qurudulmuş marixuanadır. 6) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən.. çətənə bitkilərinin toxumları olan 02 ədəd kibrit qutusu..” sözləri yazılmış kağız paketdə 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi – 0,95 qram, 0,20 qram, ümumi çəkisi – 1,15 qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, narkotik vasitələrə aid deyildir. 7) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs ... özünə məxsus... mağazada...” sözləri yazılmış şəffaf polietilen torbada 12 ədəd ümumi çəkisi - 800 qram olan bitki hissələri eyni tərkibli narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqatdan sonrakı qalıq heroin 150,114 qram, tiryək 68,504 qram, həşiş qətranı 1,76 qram, marixuanna 34,94 qram, və çətənə (kannabis) bitkilərinin hissələri 799,76 qram. Ekspertiza xərclərinə dair arayışa əsasən aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) 90 (doxsan) qəpik təşkil edir. İş materiallarında olan 07 noyabr 2022-ci il tarixli 1154 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli videoçəkilişlə «şəxsi axtarış aparılması və götürmə aparılması haqqında» protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz predmet, əşya və ya narkotik vasitə olduğu halda təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yaxa cibindən 1 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxıldıqda oradan 3 ədəd bükümdə qara rəngli, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə tiryəkə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 3 ədəd bükümün içərisində olan qara rəngli kütlələr narkotik vasitə tiryəkdir, həmin narkotik vasitə bu gün yəni 04 noyabr 2022-ci il tarixdə idarə etdiyi QAZ 31 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturmuş tanımadığı şəxs tərəfindən qoyulmuş, daha sonra avtomobilindən tapmış, özü istifadə etmək məqsədilə götürüb üzərində saxlamış və hazırda özünə məxsusdur. Təqsirləndirilən şəxs həm də bildirmişdir ki, yaşadığı evdə özünə məxsus olan müxtəlif növ narkotik vasitələr olduğu üçün onları təqdim edə və bununla bağlı heç bir etirazı olmadığı üçün yaşadığı evə baxış keçirilməsinə dair ərizə verə bilər. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 2 ədəd qara rəngli «Samsung» və «Nokia» markalı mobil telefonlar, özünə məxsus şəxsiyyət vəsiqəsi və 873 manat pul aşkar edilərək götürüldü. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli videoçəkilişlə «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin baxış keçiriləcək yaşadığı Salyan şəhəri Nizami Gəncəvi küçəsi 22 nömrəli fərdi yaşayış evinin hansı hissəsində olması və təqdim edə biləcəyi barədə soruşulduqda, Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində 1 ədəd sellofan torbanın içərisində 02 ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütləni, 06 ədəd bükümdə narkotik vasitə tiryəkə oxşar kütləni, 03 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni, 02 ədəd kibrit qutusunda narkotik tərkibli çətənə bitkilərinin toxumlarına oxşar kütlələri və 01 ədəd elektron tərəzi, habelə yaşadığı evin yaxınlığında yerləşən özünə məxsus olmaqla istifadə olunmayan mağazadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisində 2 ədəd bükümdə olan kütlənin narkotik vasitə heroin, 06 ədəd bükümdə olan kütlənin narkotik vasitə tiryək, 03 ədəd bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd kibrit qutusunda olan kütlənin narkotik tərkibli çətənə bitkilərinin toxumları olduğunu, habelə yaşadığı evin yaxınlığında yerləşən özünə məxsus olmaqla istifadə olunmayan mağazadan aşkar olunmuş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələrin və elektron tərəzinin özünə məxsus olduğunu, evin zirzəmisindən aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi rəhmətlik qardaşından qaldığı üçün yaşadığı evdən tapdığını, mağazadan aşkar olunmuş qurudulmuş marixuananı isə bir neçə gün əvvəl Salyan şəhəri ərazisindən Kür çayının kənarından tapdığını, həmin narkotik vasitələrdən istifadə etdiyini, onlardan satmadığını və ya satmaq niyyəti ilə saxlamadığını bildirmişdir. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Salyan rayon məhkəməsinin 06 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 04 noyabr 2022-ci il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 noabr 2022-ci il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, ekspertizadan sonra qalıq qalmış 68,504 qram narkotik vasitə tiryək, 150,114 qram narkotik vasitə heroin, 1,76 qram narkotik vasitə həşiş qatranı, 34,94 qram narkotik vasitə qurudulmuş marixuana, 799,76 qram 12 ədəd çətənə (kannabis) bitkilərinin hissələri, 1,15 qram narkotik vasitələrə aid olmayan çətənə (kannabis) bitkisinin toxumları və 1 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli «Qəbzlərdən» görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş 873 manat pu onun özünə, 2 ədəd Samsung və Nokia markalı mobil telefonlar anası Ceyran Salahovaya qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinib 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanuna əsasən barəsində 06 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Salyan rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, Nizami küçəsi ev 22-də qeydiyyatda olmaqla yaşayır, ailə arvadından və 2010-cu il təvəllüdlü X2 adında azyaşlı oğlundan ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri ilə Salyan şəhəri Nizami Gəncəvi küçəsi ev 22-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq müxtəlif növ narkotik vasitələr yəni heroin, tiryək və qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədilə əldə etməsi, yaşadığı evdə saxlaması və daşıması barədə RPŞyə əməliyyat məlumatları daxil olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabrın 04-də şübhəli şəxs qismində saxlanıldıqdan sonra rayon polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən 3 ədəd bükümdə narkotik vasitə tiryək, yaşadığı evə keçirilmiş baxış zamanı 2 ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin, 5 ədəd bükümdə külli miqdarda narkotik vasitə tiryək, 1 ədəd bükümdə narkotik vasitə həşiş qatranı, 3 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi, eləcə də yaşadığı evin yaxınlığında yerləşən, özünə məxsus, hazırda istifadə olunmayan mağazadan 12 ədəd narkotik tərkibli çətənə bitkilərinin hissələri aşkar edilərək götürülmüşdür. İstintaq zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri özü qəbul etmək üçün saxladığını bildirsə də, alınmış əməliyyat məlumatları, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş, ona məxsus narkotik vasitə heroin və tiryəkin külli miqdarda və bir neçə bükümlərə ayrılaraq saxlanması, habelə bundan ötrü elektron tərəzidən istifadə olunması onun həmin narkotik vasitələri özünün istifadə etməsi üçün deyil, məhz qanunsuz olaraq satış məqsədi ilə saxlamışdır. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında» 17 yanvar 2023-cü il tarixli qərarla istintaq zamanı aşkar edilərək götürülmüş narkotik vasitələrinin mənbəyini müəyyən etmək məqsədilə cinayət işindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.1-ci maddələri ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi çətənə bitkiləri və narkoti kvasitələr “külli miqdar” kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məhkəmə narkoloji rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Salyan rayon polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalmış 68,504 qram narkotik vasitə tiryək, 150,114 qram narkotik vasitə heroin, 1,76 qram narkotik vasitə həşiş qatranı, 34,94 qram narkotik vasitə qurudulmuş marixuana, 799,76 qram 12 ədəd çətənə (kannabis) bitkilərinin hissələri, 1,15 qram narkotik vasitələrə aid olmayan çətənə (kannabis) bitkisinin toxumları və 1 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 63 (altmış üç) 90 (doxsan) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 04 noyabr 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.1-ci maddəsi ilə ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 63 (altmış üç) 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Salyan rayon polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalmış 68,504 qram narkotik vasitə tiryək, 150,114 qram narkotik vasitə heroin, 1,76 qram narkotik vasitə həşiş qatranı, 34,94 qram narkotik vasitə qurudulmuş marixuana, 799,76 qram 12 ədəd çətənə (kannabis) bitkilərinin hissələri, 1,15 qram narkotik vasitələrə aid olmayan çətənə (kannabis) bitkisinin toxumları və 1 ədəd elektron tərəzi məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-254/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-254/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver