Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-255/2022 20.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Masallı rayonu Mahmudavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayan, iş üzrə 11 avqust 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-742,232 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, 12 ədəd polietilen kəsiyi bükümlərinə ayıraraq kirayədə yaşadığı-Şirvan şəhəri, Heydər Əliyev prospekti, ev 2 A, 11 nömrəli mənizilin eyvanında olan rəfdəki əl çantasının içərisində gizlədərək saxlamış, 11 avqust 2021-ci il tarixdə saat 15 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvana baxış keçirilərkən özünün təqdim etdiyi evin eyvanındakı rəfdə olan əl çantasının içərisindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 140,269 qram, 191,603 qram, 97,400 qram, 118,511 qram, 187,874 qram, həmin çantada olan siqaret qutusunun içərisindən isə 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,481 qram, 1,016 qram, 1,047 qram, 0,993 qram, 1,045 qram, 0,964 qram, 1,029 qram-ümumi təmiz çəkisi 742,232 qram olan, eyni tərkibli psixotrop maddə metamfetamin və rəfdəki digər əl çantasının içərisindən isə bir ədəd üzərində psixotrop maddə metamfetamin izi olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Əvvəllər evli olmuş, hazırda rəsmi boşanmışdır, yeddi yaşlı övladı onun himayəsindədir. 2021-ci ilin yanvar ayında Şirvan şəhər sakini Ruslan adlı şəxsi tanımış, həmin şəxs taksi sürücüsü işləyir. Taksi lazım olan zaman Ruslanla əlaqə saxlamışdır. xx.xx.2021-ci il tarixdə Ruslanla birlikdə Bakı şəhərindən Şirvan şəhərinə gəlmiş, Ruslanın tanışı Emin adlı şəxsin Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində yerləşən həyət evinə köçmüşdür. Təxminən dörd gün Ruslanın dostununun evində qalmış, həmin vaxt Ruslanın dostu Cavidan adlı şəxslə tanış olmuşdur. 2021-ci il avqust ayının əvvəllərində ünvan 1 ünvanına köçmüşdür. Həmin evi də Ruslanla Cavidan ona tapmışlar. Həbs olunana qədər Ruslan, Cavidan və sonuncunun arvadı Ayşənlə həmin mənzildə yaşamışlar. O özü psixotrop maddə olan metamfetamindən istifadə edir. Onda təxminən 5 qram metamfetamin olmuş, həmin metamfetamini evdə saxlamışdır. Lakin metamfetaminin miqdarı polis işçiləri tərəfindən artırılmışdır. Onun kirayədə qaldığı mənzildən metamfetamin aşkar olunmuşdur. Ancaq həmin metamfetaminin ona aidiyyəti olmamışdır. Metamfetaminin içərisində aşkar olunduğu çanta Ruslana məxsusdur. O isə çantanın içərisində Ruslana məxsus metamfetamin olmasını bilməmişdir. Ruslan onun tutulmasından bir gün əvvəl onun evində olmuşdur. Həmin metamfetamini ona «yükləmək» üçün Ruslan polis işçilərini onun evinə gətirmişdir. 9 avqust 2021-ci il tarixdə evdə olduğu zaman kimsə gəlib onun qapısını sındırmaq istəmişdir. Lakin o, evin qapısını açmamışdır. Sonradan ona məlum olmuşdur ki, Cavidanla Ruslan tutulmuşlar, onun evinə gələnlər də polis işçiləri olmuşlar. Səhəri gün, yəni 10 avqust 2021-ci il tarixdə Ruslan polislərlə gəlib qapını açmışdır. Həmin vaxta kimi evində Ruslanın metamfetamin saxlamasından xəbəri olmamışdır. Polis işçiləri evə daxil olan kimi, metamfetaminin yerini bilirlərmiş kimi, birbaşa eyvana gedərək rəfdə olan əl çantasını götümüşlər. Evdən götürülən metamfetaminin miqdarı təxminən 350 qram olardı. 10 avqust 2021-ci il tarixdə onun evində axtarış aparılmaqla narkotik götürülmüşdür. 11 avqust 2021-ci il tarixdə isə «malı» dəyişdirməklə onun evinə yenidən baxış keçirmişlər. Polis işçiləri onu ağır çəkidə narkotiklə «yükləməklə» hədələmişlər. Ona görə də 11 avqust 2021-ci il tarixdə evində videoçəkilişlə keçirilən baxış zamanı psixotrop maddənin ona məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə göstərmişdir ki, 2013-cü ildən Bakı şəhərində yaşayır. 2021-ci ilin may ayında Bakı şəhərində təsadüfən X5 ilə tanış olmuş, sonuncunun Nərimanov rayonu ərazisində bərbərxanası vardır. Amma bundan başqa Yavər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. 2018-ci ildən psixotrop maddə metamfetamindən istifadə etməyə başlamış, arabir Yavərdən 1 qramı 35 manat olmaqla metamfetamin almışdır. 15 iyul 2021-ci il tarixində Yavərlə Nərimanov rayonunda yerləşən “Baku” otelin həyətində görüşmüş, ona metamfetamin lazım olduğunu demişdir. Bundan sonra sonuncu özünə məxsus “Hundai” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının altında qara əl çantasının içərisindən ona təxminən 500 qram metamfetamin satmış, o da sonuncuya 5000 manat pul vermiş, təxminən 15000 manat borcu qalmışdır. Yavərdən çox vaxt psixotrop maddə aldığından ona inanmış, ancaq onun pulun qalan hissəsini vermək niyyəti olmamışdır. Bundan sonra izi itirmək üçün Şirvan şəhər sakini Ruslan adlı şəxslə Şirvan şəhərinə gəlmişdir. Ruslan da narkotik vasitələrdən istifadə edir. O, Ruslanla bir yerdə Şirvan şəhərinə gələndən sonra H.Əliyev prospekti ev 2 A, mənzil 11-də ev kirayəyə tutmuş, həmin evdə Ruslanla bir yerdə yaşamışlar. Yavərdən aldığı metamfetamini özü istifadə etməyə başlamışdır. 11 avqust 2021-ci il tarixində saat 13 radələrində polis əməkdaşları yaşadığı evə gəlmişlər. O, həmin psixotrop maddəni bükümlərdə eyvanda olan rəfdə əl çantasının içərisində saxlamışdır. Polis əməkdaşları ona qərar göstərib yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. O, yaşadığı evə baxış keçirilməsinə razılıq vermişdir. Videoçəkilişlə hal şahidlərinin iştirakları ilə yaşadığı evə baxış keçirilməyə başlanılmışdır. Həmin vaxt könüllü olaraq eyvanda gizlətdiyi 2 ədəd əl çantasını təqdim etmiş, ağ rəngli çantanın içərisinə baxan zaman oradan 05 ədəd içərisində metametamin olan büküm aşkar edilmişdir. Həmin çantanın içərisində 01 ədəd “Winston” markalı siqaret qutusu aşkar edilmişdir. Həmin qutunun içərisindən isə 07 ədəd içərisində metamfetamin olan bükümlər aşkar edilmişdir. Bundan sonra qırmızı rəngli çantanın içərisinə baxış keçirilərkən çantanın içərisindən 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və o, protokolun düzgünlüyünü təsdiq edərək imzalamışdır. Bundan sonra o, Şirvan şəhər polis şöbəsinə gətirilmiş, təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1, bir müddət sonra vəkil İlqar Tapdıqov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı üzərindən qanunsuz əşya və ya pedmet aşkar edilməmiş, daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra imzalamışdır. Ona qarşı polis işçiləri tərəfindən hər hansı zor işlətməmiş və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Şahid1 məhkəmədə göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsində cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 avqust 2021-ci il tarixdə ünvan 2-də kirayədə yaşayan Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitələr və psixotrop maddələri saxlaması və satması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmaqla əməliyyat qrupu yaradılaraq xx.xx.2021-ci il tarixdə, saat 13-14 radələrində əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına getmişlər. Qapını döyən zaman Təqsirləndirilən şəxs özü qapını açmışdır. Təqsirləndirilən şəxs evinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Evə hal şahidlərinin iştirakları ilə və videoçəkiliş aparılmaqla baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs özü mənzilin eyvanında olan rəfdən 02 ədəd əl çantası təqdim etmiş, ağ rəngli əl çantasının içərisindən 05 ədəd böyük sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmiş, bundan sonra həmin çantanın içərisindən “Winston” markalı siqaret qutusu aşkar edilmiş, həmin siqaret qutusunun içərisindən isə 07 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan başqa qırmızı rəngli digər əl çantasının içərisindən isə 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin metamfetamin olduğunu və özünə məxsus olduğunu, maddələri Bakı şəhərində Yavər adlı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra qeyd olunan maddələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfində imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, sonuncunun üzərinə videoçəkiliş vasitəsi ilə axtarış keçirilmiş, ancaq qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs ağır maddə ittiham etməklə hədələməmişlər, ona qarşı heç bir təsir və təzyiq göstərməmişlər. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin qapısını döyüb açmasını tələb etməmişlər, ümumiyyətlə həmin gün Təqsirləndirilən şəxs evində olmamışlar. Məhkəmədə şahid kimi dindirilən, Şirvan Şəhər Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şahid4 məhkəmədə göstərdi ki, 11 avqust 2021-ci il tarixində saat 13 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən dəvət olunmaqla ünvan 2 ünvanında yerləşən evə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Polis əməkdaşları ilə birlikdə qeyd olunan ünvana getmişlər. Qapını döyən zaman Gülnarə adlı şəxs qapını açmışdır. Polis əməkdaşları ona yaşadığı evə baxış keçirilməli olduğunu bildirmişdir. Gülnarə polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə razılıq vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə psixotrop maddə olduğunu bildirmiş, özü mənzilin eyvanında olan rəfdən 02 ədəd əl çantası təqdim etmişdir. Ağ rəngli əl çantasının içərisindən 05 ədəd böyük sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan sonra həmin çantanın içərisindən “Winston” markalı siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutusunun içərisindən isə 07 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan başqa qırmızı rəngli digər əl çantasının içərisindən isə 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Polis əməkdaşları Gülnarədən aşkar edilmiş kütlələrin nə olduğunu və kimə məxsus olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin maddələrin «patı», yəni metamfetamin olduğunu, özünə məxsus olduğunu, həmin maddələri Bakı şəhərində Yavər adlı şəxsdən aldığını bildirmişdir. Qeyd olunan əşyalar müvafiq qaydada qablaşdırılaraq götürülmüş, daha sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı təsir və ya təzyiq göstərilməmişdir. Baxış keçirilməsi və götürmə haqqında protokoldan və baxış keçirilməsi zamanı aparılmış, məhkəmə iclas zalında nümayiş etdirilmiş videogörüntülərdən məlum olur ki, 11 avqust 2021-ci il tarixdə polis əməkdaşları hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Heydər Əliyev prospekti, ev 2A ynvanına gedərək mənzilin qapısını döyürlər. Qapını mənzildə təklikdə olan Təqsirləndirilən şəxs açır. Polis əməkdaşları Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri aparılması barədə qərarı elan dirlər. Təqsirləndirilən şəxs mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirir. Polis əməkdaşları mənzilə daxil olaraq Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qərarla bir daha tanış edərək ondan yaşadığı mənzildə narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşurlar. Təqsirləndirilən şəxs mənzilində «patı», yəni psixotrop maddə olan metamfetamin olduğunu bildirir, özü sərbəst şəkildə eyvana çıxır, eyvanda rəfdə olan iki ədəd çantaları təqdim edir. Çantalardan bir ədədi şəffaf rəngli, digəri isə qırmızı rənglidir. Təqsirləndirilən şəxs şəffaf rəngli çatnanın içərisində olan 05 ədəd iri bükəmləri təqdim edir. Bundan başqa həmin çantada olan «viniston» siqaret qutusunun içərisində 07 ədəd xırda bükümlər aşkar olunur. Bükümlər açıldıqda hər birinin içərisində ağ rəngli, metamfetaminə oxşar maddələr olduğu məlum olur. Polis əməkdaşının sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin maddələrin «patı», yəni metamfetamin olduğunu, metamfetamini Bakı şəhərində Yavər adlı şəxsdən aldığını, özünə məxsus olduğunu və öz istifadəsi üçün əldə etdiyini bildirir. Sonra qırmızı rəngli çantaya baxıldıqda həmin çantanın içərisində bir ədəd elektron tərəzi aşkar olunur. Təqsirləndirilən şəxs həmin tərəzinin də ona məxsus olduğunu bildirir. Həmin maddələr və elektron tərəzi müvafiq qaydada qablaşdırılmaqla götürülür və bu barədə protokol tərtib olunur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Şirvan Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 15 iyul 2021-ci il tarixdə Yavər adlı şəxslə Bakı şəhəri Nərimanov rayonu ərazisində «Baku» otelin həyətində görüşmüş, ondan 5000 manat pul verməklə 500 qram metamfetamin almışdır. Yavərə təxminən 15000 manat borclu qalmışdır. Materialların məhkəmə ekspertizasının 12 avqust 2021-ci il tarixli, 18/870 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs evindən götürülmüş, siqaret qutusunun içərisində 07 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,481 qram, 1,016 qram, 1,047 qram, 0,993 qram, 1,045 qram, 0,964 qram, 1,029 qram, həmin çantada 05 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 140,269 qram, 191,603 qram, 97,400 qram, 118,511 qram, 187,874 qram olmaqla cəmi 12 ədəd bükümdə ümumi təmiz çəkisi 742,232 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 01 ədəd qara rəngli elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümükün olmadığından iz mikrohissəciklərinin miqdarını və eyniliyini müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatından sonra qalmış 741,632 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış saxlanması üçün Şirvan Şəhər Polis Şöbəsinin saxlanc otağına verilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 11 oktyabr 2021-ci il tarixli, 3908 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında 28 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır, himayəsində xx.xx.2014-cü ildə doğulmuş bir azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs iş üzrə 11 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində axtarış elan olunmaqla həmin vaxtdan həbsdə saxlanılır. Təqsirləndirilən şəxs yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, daşıması və saxlaması, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədtqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs yaşadığı mənzildə aşkar olunan psixotrop maddə metamfetaminin onunla bir mənzildə yaşayan Ruslan adlı şəxsə məxsus olması, polis işçilərinin 10 avqust 2021-ci il tarixdə yaşadığı mənzilə baxış keçirməklə narkotiki götürmələri, 11 avqust 2021-ci il tarixdə isə narkotiki dəyişməklə videoçəkiliş aparmaları, polis işçiləri onu daha ağır narkotiklə «yükləməklə» hədələdiklərinə görə videoçəkiliş vaxtı evdə aşkar olunan metamfetaminin ona məxsus olmasını deməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi zamanı aparılmış videçəkilişdən də görünür ki, o, sərbəst olaraq mənzilində metamfetamin olmasını bildirməklə eyvandakı rəfdən çıxarıb təqdim edir, metamfetaminin özünə məxsus olmasını, öz istifadəsi üçün Bakı şəhərində Yavər adlı şəxsdən aldığını bildirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 741,632 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Ekspertiza xərci 49 (qırx doqquz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 741,632 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. Ekspertiza xərci 49 (qırx doqquz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-255/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-255/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver