Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-255/2025 04.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Cəlilabad Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, xx xxxx 1992-ci ildə Yardımlı rayonu Gendərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmuş, Yardımlı rayonu Gendərə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə; xx xxxx 1993-cü ildə Yardımlı rayonu Gendərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum edilmiş, Yardımlı rayonu Gendərə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin (Bundan sonra CM-nin) 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Yardımlı rayonu Gendərə kənd sakinləri və aralarında qohumluq münasibətləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın və xüsusilə külli miqdarda psixotrop maddə matemfetaminin onlara verilməli olan 10.000 manat pul müqabilində əldə edilməsi, saxlanılması və daşınaraq onlara deyiləcək yerə qoyulması barədə razılaşmaqla qağaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun üzvünün verdiyi məlumatlar əsasında 28 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncunun idarə etdiyi “VAZ 2107” markalı, **-CR-*** qeydiyyat nişanlı avtomobil ilə Yardımlı rayonu Arus kəndi ərazisinə gedərək orada bir ədəd qara rəngli kisədə olmaqla gizlədilmiş 8840 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və 985 qram xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini götürməklə əldə edib avtomobildə saxlayıb daşıyarkən bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri həyata keçirən Yayrdımlı Rayon Polis Şöbəsinin əməkdaşları 28 noyabr 2024-cü il tarixdə saat 23:55 radələrində Zevin kəndi ərazisində Təqsirləndirilən şəxs1 avtomobili saxlamasını tələb etdikdə o, polis işçilərindən yayınmaq məqsədi ilə avtomobili saxlamayaraq hərəkəti davam etdirmiş, polis işçiləri onları təqib etdikdə Təqsirləndirilən şəxs2 içərisində narkotik vasitə və psixotrop maddə olan kisəni avtomobilin pəncərəsindən yolun kənarına atmış, lakin onlar polis əməkdaşları tərəfindən Zevin kəndi ərazisində saxlanılmış, avtomobildə daşıdıqları bir ədəd qara rəngli kisənin içərisində 9 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 960 qram, 915 qram, 960 qram, 985 qram ,1005 qram, 990 qram, 1015 qram, 1015 qram və 995 qram-ümumilikdə 8840 qram külli miqdarda orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd bükülüdə 985 qram çəkidə xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4-1 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 28 noyabr 2024-cü il tarixdən bir-iki gün əvvəl onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə özünü İran İslam Respublikasının vətəndaşı Əli kimi təqdim edən şəxs “WhatsApp” proqramı vasitəsi ilə zəng edərək Yardımlı rayonu Aprus kəndi ərazisinə narkotik vasitələr qoyacağını bildirmiş, həmçinin ona veriləcək 2000 manat pul müqabilində narkotik vasitələri həmin yerdən götürməklə Gendərə kəndinə aparmasını, ona deyiləcək yerə qoymasını təklif etmişdir. Onun maddi imkanı aşağı oldluğuna və borcu olduğuna görə Əli adlı şəxsin təklifi ilə razılaşmışdır. Əli adlı şəxs narkotik vasitələri Arus kəndi ərazisində qoyduqdan sonra ona bu barədə məlumat verəcəyini demişdir. 28 noyabr 2024-cü il tarixdə saat 20 radələrində Gendərə kəndində yaşadığı evdə olmuşdur. Həmin vaxt xalası oğlu Təqsirləndirilən şəxs2 də onlarda olmuşdur. Bu zaman Əli adlı şəxs ona “WhatsApp” proqramı ilə zəng vuraraq içərisində narkotik maddələr olan 01 ədəd kisəni Yardımlı rayonu Arus kəndi ərazisində “Qum yatağı” adlanan ərazidə olan su kanalında gizlətdiyini demiş və həmin kisəni oradan götürməsini tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2lə birlikdə onun idarə etdiyi “VAZ 2107” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobili yudurtmaq məqsədilə rayonun Arus kəndindən keçməklə Sırıq kəndinə getmişlər. Onun məqsədi Sırıq kəndindən qayıdan zaman narkotik vasitələri götürmək olmuşdur. Sırıq kəndində yanacaqdoldurma məntəqəsində yerləşən yerdə avtomobili yudurmuşdur. Təqsirləndirilən şəxs2 də Apus kəndindən narkotik vasitələri götürməli olduğunu demişdir. Asəddinə narkotik vasitə olan qurudulmuş marixuana verməli olmuşdur. Narkotik vasitələri götürərkən tutula biləcəyindən qorxmuşdur. Həm də Asəddin ona tutula biləcəklərini demiş və geri qayıtmalarını, narkotik vasitələri götürməmələrini təklif etmişdir. Arus kəndinə getmişlər, lakin tutula biləcəyindən qorxaraq narkotik vasitələri götürmək fikrindən vaz keçmiş, qum yatağına 5-6 kilometr qalmış geri qayıtmış, narkotik vasitəni götürməmişlər. Asəddinlə birlikdə Gendərə kəndinə yola düşmüşlər. Lakin Zevin kəndi ərazisində polis işçiləri avtomobili saxlatmışlar. Polis işçiləri onlara avtomaşında narkotik vasitə olduğunu demişlər. Lakin onların olduqları avtomaşında narkotik vasitə olmamışdır. Polis işçiləri onları döyməyə başlamışlar. O, polis işçilərinə bildirmişdir ki, narkotik vasitələri götürmək üçün gəlmişlər, lakin qorxduqları üçün öz fikirlərini dəyişmişlər, narkotik vasitələri götürməmişlər. İçərisində narkotik vasitələr olan torba avtomaşının saxlanıldığı yerdən 200 metr məsafədə yolun kənarında aşkar olunmuşdur. Polis işçiləri həmin torbanı götürüb avtomaşına qoymuşlar. Onları saat 23:30 radələrində Arus kəndinə aparıb qaytarmışlar. Videoçəkiliş zamanı o, narkotik vasitəni öz boynuna götürmək istəməmişdir. Lakin polis işçiləri onu yenə döyməyə başlamış və əgər qəbul etməsə, narkotik vasitəni evinə yerləşdirməklə hədələmişlər. Ona görə də məcbur olub narkotik vasitələrin onlara məxsusluğunu etirfa etmişdir. Polis işçiləri yolda onun idarə etdiyi avtomobili saxladarkən avtomobildə torbada narkotik vasitə olmamış və torbanı avtomobildən atmamışlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş ifadəsində isə özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan əvvəl ailə üzvləri ilə birlikdə Yardımlı rayonu Gendərə kəndində yaşamışdır. 28 noyabr 2024-cü il tarixdən təxminən 2-3 gün əvvəl ***-***-**-** saylı mobil nömrəsinin “WhatsApp” proqramına zəng gəlmişdir. Zəng edən şəxs İran İslam Respublikası vətəndaşı Əli olduğunu demişdir. Əli adlı İran İslam Respublikası vətəndaşı hazırda həbsdə olan qardaşı Vüsalı tanıdığını bildirmişdir. Bundan sonra Əli adlı İran İslam Respublikası vətəndaşı Yardımlı rayonu Arus kəndi ərazisində narkotik vasitələr gizlədəcəyini, həmin narkotik maddələri Yardımlı rayonu Gendərə kəndi ərazisinə aparıb onun dediyi yerdə gizlədəcəyi təqdirdə ona 7000 (yeddi min) manat pul verəcəyini demişdir. Maddi imkanı aşağı olduğu üçün o, Əli adlı İran İslam Respublikası vətəndaşı ilə razılaşmışdır. Əli adlı İran İslam Respublikası vətəndaşı ona narkotik vasitələri Arus kəndi ərazisində gizlətdikdən sonra məlumat verəcəyini bildirmişdir. 28 noyabr 2024-cü il tarixdə saat 20 radələrində o, rayonun Gendərə kəndində yaşadığı evdə olmuşdur. Həmin vaxt xalası oğlu Təqsirləndirilən şəxs2 da onun yaşadığı evdə olmuşdur. Bu zaman Əli adlı İran İslam Respublikası vətəndaşı “WhatsApp” proqramı ilə ona zəng vuraraq içərisində narkotik maddələr olan bir ədəd kisəni Yardımlı rayonu Arus kəndi ərazisində “Qum yatağı” adlanan ərazidə olan su kanalında gizlətdiyini demiş və həmin kisəni oradan götürməsini tapşırmışdır. Bundan sonra idarə etdiyi “VAZ 2107” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobili yudurtmaq məqsədilə rayonun Sırıq kəndinə getməyi, qayıdan zaman isə İran İslam Respublikası vətəndaşının ona dediyi içərisində narkotik vasitələr olan kisəni götürməyi qərarlaşdırmışdır. Təqsirləndirilən şəxs2 Sırıq kəndinə gedərək avtomobili yudurdacağını demiş və onunla birlikdə getməsini təklif etmişdir. Təqsirləndirilən şəxs2 də onunla razılaşmışdır. Təqsirləndirilən şəxs2 avtomobilin sağ ön oturacağına əyləşmiş, o isə avtomobili idarə etmiş və birlikdə Sırıq kəndinə getmişlər. Orada yerləşən yanacaqdoldurma məntəqəsində avtomobili yudurtmuşlar. Bundan sonra Yardımlı rayonu Gendərə kəndinə qayıtmışdır. Tutulacağından qorxduğu üçün narkotik maddələri götürməmişdir. Gendərə kəndində olan zaman Əli adlı İran İslam Respublikası vətəndaşı yenidən onunla əlaqə saxlayaraq narkotik maddələri götürməməsinin səbəbini soruşmuşdur. O da Əli adlı İran İslam Respublikası vətəndaşına tutulacağından qorxduğu üçün götürmədiyini bildirmişdir. Əli adlı İran İslam Respublikası vətəndaşı ona qorxmamasını, narkotik vasitələri götürsə, ona on min manat pul verəcəyini demişdir. Pula ehtiyacı olduğu üçün onunla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 rayonun Sırıq kəndinə getməyi təklif edərək orada tanış adamdan borc pul alacağını demişdir. Təqsirləndirilən şəxs2 də onunla razılaşmış və birlikdə Yardımlı rayonu Sırıq kəndi istiqamətində hərəkət etməyə başlamışlar. O avtomobili idarə etmiş, Təqsirləndirilən şəxs2 isə avtomobilin sağ ön oturacağında əyləşmişdir. Yardımlı rayonu Arus kəndi ərazisində o, Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşının Yardımlı rayonu Arus kəndi ərazisində “Qum yatağı” adlanan ərazidə olan su kanalında içərisində narkotik vasitələr olan bir ədəd kisə gizlətdiyini, həmin kisəni götürüb Yardımlı rayonu Gendərə kəndi ərazisində onun dediyi yerdə gizlədəcəyi təqdirdə İran İslam Respublikası vətəndaşının ona 10000 (on min) manat pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs2 köməklik edəcəyi təqdirdə həmin puldan 1000-2000 manatını ona verəcəyini demişdir. Təqsirləndirilən şəxs2 də onunla razılaşmışdır. O, Əli adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq narkotik vasitələri gizlətdiyi yeri dəqiq soruşmuş, Əli adlı şəxs İran İslam Respublikası vətəndaşı da ona narkotik vasitələri gizlətdiyi yeri izah etmişdir. Həmin tarixdə saat 23 radələrində Yardımlı rayonu Arus kəndi ərazisində “Qum yatağı” adlanan ərazidə su kanalının yanında avtomobili saxlamış, İran İslam Respublikası vətəndaşının dediyi yerdən 1 ədəd kisəni götürüb avtomobilin salonunda arxa oturacaqların üzərinə qoymuşdur. Bundan sonra avtomobili idarə edərək Gendərə kəndi istiqamətində hərəkətə başlamışdır. Həmin tarixdə saat 23 radələrində Yardımlı rayonu Zevin kəndi ərazisindən gedərkən polis əməkdaşları onlara avtomobili saxlaması üçün işarə vermişlər. O həmin işarəyə məhəl qoymayaraq avtomobili sürməyə davam etmiş və Təqsirləndirilən şəxs2 arxa oturacaqların üzərində olan 1 ədəd kisəni avtomobildən kənara atmasını demişdir. Təqsirləndirilən şəxs2 də içərisində narkotik vasitələr olan 1 ədəd kisəni avtomobilin pəncərəsindən yolun kənarına atmışdır. Həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polislər onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını demişlər və atdıqları kisədə nə olduğunu soruşmuşlar. O da polislərə həmin kisədə narkotik maddələr olduğunu demiş, onlara avtomobildən kənara atdıqları, içərisində narkotik vasitələr və psixotrop maddələr olan 1 ədəd qara rəngli kisəni təqdim etmişdir. Saxlanıldıqları yerdə videoçəkiliş vasitəsi ilə üzərləri yoxlanılmışdır. O üzərində olan “Redmi Note 13” markalı mobil telefonu təqdim etmiş, üzərində qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərində olan “Honor X8” markalı mobil telefonu təqdim etmişdir. Onun da üzərində qanunsuz əşya aşkar olunmamışdır. O, İran İslam Respublikası vətəndaşı ilə özünə məxsus “Redmi Note 13” markalı mobil telefonunda olan “WhatsApp” proqramı vasitəsilə əlaqə saxladığını bildirmişdir. Həmin mobil telefona onların iştirakları ilə baxış keçirilərkən “WhatsApp” proqramında “Ali” adı ilə qeyd olunmuş İran İslam Respublikası Mobil operatoruna məxsus +98 914 *** **** saylı nömrə ilə yazışmalar apardığı və həmin nömrəyə səslər göndərdiyi aşkar olunmuşdur. Onların avtomobildən kənara atdıqları 1 ədəd qara rəngli kisə oradan götürülərək asfalt yolun üzərinə qoyulmuşdur. Həmin kisəyə baxış keçirilmiş, kisədə sellofan bükülülərdə qurudulmuş marixuanaya və psixotrop maddə metamfetaminəoxşar kütlələr aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 28 noyabr 2024-cü il tarixdə saat 20 radələrində Yardımlı rayonu Gendərə kəndində xalası oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun yaşadığı evində olduqları zaman Təqsirləndirilən şəxs1 ona Sırıq kəndinə gedərək avtomobili yudurdacağını demiş və onunla birlikdə getməsini təklif etmişdir. O, Tural Kərimovla razılaşmışdır. Onlar hər ikisi Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşınla birlikdə Yardımlı rayonu Sırıq kəndinə getmişlər. Orada yerləşən yanacaqdoldurma məntəqəsində avtomobili yudurmuşlar. Bundan sonra Yardımlı rayonu Gendərə kəndinə qayıdarkən yolda Təqsirləndirilən şəxs1 ona Arus kəndi ərazisində «Qum yatağı» da narkotik vasitə qoyulduğunu, həmin narkotik vasitələri götürmək üçün getmək isdədiyini demişdir. O isə tutula biləcəklərindən qorxduğu üçün Təqsirləndirilən şəxs1 geri qayıtmalarını, belə bir iş görməmələrini demişdir. Onlar geri qaytmaqla Yardımlı rayonu Gendərə kəndi istiqamətində getdikləri zaman Zevin kəndi ərazisində polis işçiləri onların olduqları avtomobili saxlatmışlar. Polislər onlara avtomaşında narkotik vasitə olduğunu demiş və narkotiki avtomaşında haraya qoyduqlarını soruşmuşlar. Onlar isə avtomaşında narkotik vasitə olmadığını demişlər. Polislər onları döyməyə başlamış, təhqir etmiş, narkotik vasitələrin harada olduğunu soruşmuşlar. Onlar isə polislərə narkotik vasitə götürməyə gəldiklərini, amma fikrlərini dəyişdiklərini, götürmədiklərini bildirmişlər. Polislər onlara 10 kiloqram narkotik vasitə vermiş, avtomobillə aparıb Zevin kəndində qoymalarını tələb etmişlər. Əks halda həmin narkotik vasitəni evlərinə qoymaqla hədələmişlər. Təzyiq altında videoçəkiliş zamanı o narkotik vasitəni öz boynuma götürmüşdür. Narkotiki onun boynuna güclə qoymuşlar. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Yardımlı rayonu Gendərə kəndində yaşamışdır. Aradabir narkotik maddə qəbul edir. 28 noyabr 2024-cü il tarixdə saat saat 20 radələrində o rayonun Gendərə kəndinə xalası oğlu Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs1 ona Sırıq kəndinə gedərək avtomobili yudurdacağını demiş və onunla birlikdə getməsini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs1la razılaşmışdır. Təqsirləndirilən şəxs1 avtomobili idarə etmiş və birlikdə Sırıq kəndinə getmişlər. Orada yerləşən yanacaqdoldurma məntəqəsində avtomobili yudurtmuşlar. Bundan sonra Yardımlı rayonu Gendərə kəndinə Turalın yaşadığı evə qayıtmışlar. Bir az sonra Tural ona rayonun Sırıq kəndinə gedərək orada tanış adamdan borc pul alacağını demiş və birlikdə getməyi təklif etmişdir. O da Təqsirləndirilən şəxs1la razılaşmış və birlikdə Yardımlı rayonu Sırıq kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Təqsirləndirilən şəxs1 avtomobili idarə etmiş, o isə avtomobilin sağ ön oturacağında əyləşmişdir. Yardımlı rayonu Arus kəndi ərazisində olduqları zaman Tural ona heç kimdən pul götürməyəcəyini, İran İslam Respublikası vətəndaşının Arus kəndi ərazisində “Qum yatağı” adlanan ərazidə olan su kanalında içərisində narkotik vasitələr olan bir ədəd kisə gizlətdiyini demişdir. Həmin kisəni götürüb Yardımlı rayonu Gendərə kəndi ərazisində İran İslam Respublikası vətəndaşının dediyi yerdə gizlədəcəyi təqdirdə İran vətəndaşının ona 10.000 manat pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs1 köməklik edəcəyi təqdirdə həmin puldan 1000-2000 manatını da ona verəcəyini demişdir. O da Təqsirləndirilən şəxs1la razılaşmışdır. Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq narkotik vasitələri gizlətdiyi yeri dəqiq soruşmuş, o da Təqsirləndirilən şəxs1 narkotik vasitələri gizlətdiyi yeri izah etmişdir. Həmin tarixdə saat 23 radələrində Yardımlı rayonu Arus kəndi ərazisində “Qum yatağı” adlanan ərazidə su kanalının yanında Təqsirləndirilən şəxs1 avtomobili saxlamış, İran vətəndaşının dediyi yerdən 1 ədəd kisəni götürüb avtomobilin salonunda arxa oturacaqların üzərinə qoymuşdur. Bundan sonra avtomobili idarə edərək Gendərə kəndi istiqamətində hərəkətə başlamışlar. Yardımlı rayonu Zevin kəndi ərazisindən gedərkən polis əməkdaşları onlara avtomobili saxlamaları üçün işarə vermişdir. Təqsirləndirilən şəxs1 həmin işarəyə məhəl qoymayaraq avtomobili sürməyə davam etmiş və ona arxa oturacaqların üzərində olan 1 ədəd kisəni avtomobilin pəncərəsindən kənara atmasını demişdir. O da içərisində narkotik vasitələr olan 1 ədəd kisəni avtomobilin pəncərəsindən kənara atmışdır. Bu zaman saat 23:55 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polislər onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmiş və avtomobildən kənara atdıqları kisədə nə olduğunu soruşmuşlar. Onlar polislərə avtomobildən kənara atdıqları kisənin içərisində narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirmişlər və 01 ədəd qara rəngli kisəni təqdim etmişlər. Saxlanıldıqları yerdə videoçəkiliş vasitəsi ilə üzərləri yoxlanılmış, qanunsuz əşya aşkar olunmamışdır. Onlar üzərlərində olan mobil telefonları təqdim etmişlər. Polis işçilərinin süalına cavab olaraq Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşı ilə özünə məxsus “Redmi Note 13” markalı mobil telefonunda olan “WhatsApp” proqramı vasitəsilə əlaqə saxladığını bildirmişdir. Həmin mobil telefona baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 telefonda istifadə olunan “WhatsApp” proqramında “Ali” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 *** **** saylı nömrə ilə yazışmalar apardığı və həmin nömrəyə səslər göndərdiyi aşkar olunmuşdur. Onların avtomobildən kənara atdıqları qara rəngli kisəni götürülərək asfalt yolun üzərinə qoyulmuşdur. Həmin kisəyə baxış keçirdikdə sellofan bükülülərdə narkotik vasitə qurudulmuş marixuanaya və psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilməklə götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Yardımlı rayon polis şöbəsinin Nankotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 noyabr 2024-cü il tarixdə ona Yardımlı rayonu Gendərə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə etmələri və daşımaları barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmaları üçün əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. 28 noyabr 2024-cü il tarixdə saat 23:55 radələrində digər polis əməkdaşları ilə birlikdə Yardımlı-Cəlilabad avtomobil yolunun Yardımlı rayonu Zevin kəndindən keçən hissəsində Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 2107” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlaması üçün işarə vermişlər. Lakin Təqsirləndirilən şəxs1 avtomobili saxlamayaraq yola davam etmiş və avtomobilin pəncərəsindən 1 ədəd kisəni çölə atmışlar. Onlar bir az irəlilədikdən sonra avtomobil saxlanılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmiş, onlardan üzərlərində, eləcə də “VAZ 2107” markalı avtomobildə narkotik vasitə olub-olmamasını və avtomobildən atdıqları kisədə nə olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yolun kənarına atdıqları bir ədəd qara rəngli kisənin içərisində narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirmişlər və həmin kisəni təqdim edə biləcəklərini demişlər. Saxlanıldıqları yerdə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstlərini yoxlamışlar. Onlara üzərlərində qanunla qadağan olunmuş əşya və ya narkotik maddələr aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 “Redmi Note 13” markalı mobil telefonu cibindən çıxararaq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 “Honor X8” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq “Arus altı” adlanan yerdən narkotik vasitələr götürdüklərini bildirmişdir. İran İslam Respublikası vətəndaşı ilə kimin əlaqə saxlamasını soruşmuşdur. Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşı ilə özünə məxsus “Redmi Note 13” markalı mobil telefonunda olan “WhatsApp” proqramı vasitəsilə əlaqə saxladığını bildirmişdir. Həmin mobil telefona baxış keçirmiş, Təqsirləndirilən şəxs1 telefonda istifadə etdiyi “WhatsApp” proqramı vasitəsi ilə “Ali” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 *** **** saylı nömrə ilə narkotik vasitələrlə bağlı yazışmalar apardığını və həmin nömrəyə səslər göndərdiyini müəyyən etmişdir. Təqsirləndirilən şəxs1 “Ali” adlı İran İslam Respublikası vətəndaşının ona zəng vuraraq Yardımlı rayonu Arus kəndi ərazisində yerləşən “Qum yatağı” adlanan ərazidəki su arxında bir) ədəd qara rəngli kisədə narkotik vasitə və psixotrop maddə gizlətdiyini demiş və onu oradan götürməyi tapşırmışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə “Ali” adlı İran İslam Respublikası vətəndaşının onlara dediyi yerə gedərək orada gizlədilmiş içərisində narkotik vasitlələr və psixotrop maddələr olan bir ədəd qara rəngli kisəni götürərək idarə etdiyi “VAZ 2107” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılmadan öncə içərisində narkotik vasitələr olan bir ədəd qara rəngli kisəni avtomobildən atdıqlarını bildirmişdir. İçərisində narkotik vasitələr olan kisəni avtomobildən kimin atdığını soruşduqda Təqsirləndirilən şəxs2 həmin kisəni özünün atdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildən kənara atdıqları bir ədəd qara rəngli kisəni atdıqları yerdən götürərək asfalt yolun üzərinə qoymuşlar. Həmin kisədən sellofan bükülülərdə narkotik vasitə qurudulmuş marixuanaya və psixotrop maddə metamfetaminəoxşar kütlələr aşkar olunmuş və elektron tərəzidə çəkilərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolu imza etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Arus kəndi ərazisində gizlədilmiş narkotik vasitə və psixotrop maddəni faktiki olaraq götürməmişlər, Zevin kəndi ərazisində polis işçiləri tərəfindən saxlanılarkən avtomobilin pəncərəsindən içərisində narkotik vasitələr olan torbanı atmamaları, həmin torbanın yolun kənarına polis işçiləri tərəfindən qoyulması barədə ifadələri yalandır. Onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir zor tədbiq etməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3, Şahid4 da Şahid1 ilə eynri məzmunlu ifadə vermişlər. 10 yanvar 2025-ci il tarixli protokollardan və protokollara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri ayrı-ayrılıqda yerində yoxlanılarkən onlar hər biri Arus kəndi ərazisində yerləşən «Qum Yatağı» adlanan sahədə su kanalının (su axmayan) içində beton boru hissəsindən narkotik vasitə və psixotrop maddə olan bağlamanı götürdükləri yeri göstərmişlər. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, avtomobilə baxış keçirilməsi və əşyaların götürülməsi zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1 ədəd DVD-yə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitlərin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarından 28 noyabr 2024-cü il tarixdə saat 23:55 dəqiqədə Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 2107” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobildə Yardımlı-Cəlilabad avtomobil yolunun Yardımlı rayonu, Zevin kəndi ərazisindən keçən hissəsində saxlanılmışlar. Onlara narkotik vasitələrin saxlanması və daşınmasında şübhəli olduqlarını bildirməklə üzərlərində qanunsuz əşya vardırsa, təqdim etmələrini təklif etmişlər. Təqsirləndirilən şəxs1 üzərində olan “Redmi Note 13” markalı, Təqsirləndirilən şəxs2 isə “Honor X8” markalı mobil telefonları təqdim etmişlər. Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq “Arus altı” adlanan yerdən narkotik vasitələr götürdüklərini bildirmişdir. İran İslam Respublikası vətəndaşı ilə kimin əlaqə saxlaması soruşulduqda Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşı ilə özünə məxsus “Redmi Note 13” markalı mobil telefonunda olan “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxladığını bildirmişdir. Onun mobil telefonuna baxış keçirilmiş, telefonda istifadə olunan “WhatsApp” ani mesajlaşma tətbiqində “Ali” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 *** **** saylı nömrə ilə yazışmalar aparılması və həmin nömrəyə səslər göndərilməsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 “Ali” adlı İran İslam Respublikası vətəndaşının ona zəng vuraraq Yardımlı rayonu Arus kəndi ərazisində yerləşən “Qum yatağı” adlanan ərazidəki su kanalında 1 ədəd qara rəngli kisədə narkotik vasitə və psixotrop maddələr gizlətdiyini və onu oradan götürməyi tapşırdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə “Ali” adlı İran İslam Respublikası vətəndaşının onlara dediyi yerə gedərək orada gizlədilmiş içərisində narkotik vasitələr olan 1 ədəd qara rəngli kisəni götürərək idarə etdiyi “VAZ 2107” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyduğunu, Yardımlı rayonu Zevin kəndi ərazisindən keçərkən polis əməkdaşlarının onlara avtomobili saxlaması üçün işarə verdiyini, lakin avtomobili saxlamayaraq oradan biraz uzaqlaşdığını, sonra isə polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, saxlanılmadan öncə içərisində narkotik vasitələr olan qara rəngli kisəni avtomobildən kənara atdıqlarını bildirmişdir. İçərisində narkotik vasitələr olan 1 ədəd qara rəngli kisəni avtomobildən kimin atdığı soruşulmuş, Təqsirləndirilən şəxs2 də həmin kisəni özünün atdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildən kənara atdıqları 1 ədəd qara rəngli kisə oradan götürülərək asfalt yolun üzərinə qoyulmuşdur. Həmin kisədən 07 ədəd sellofan bükülü və 1 ədəd göy rəngli sellofan torba aşkar olunmuşdur. Göy rəngli sellofan torbadan da 3 ədəd sellofan bükülü aşkar olunmuşdur. Üzərində “10m” rəqəm və hərfi yazılmış birinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 980 qram olmuşdur. Üzərində “5m” rəqəm və hərfi yazılmış ikinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 980 qram olmuşdur. Üzərində “15m” rəqəm və hərfi yazılmış üçüncü sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanayaoxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1000 qram olmuşdur. Dördüncü sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanayaoxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 975 qram olmuşdur. Beşinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 990 qram olmuşdur. Altıncı sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1025 qram olmuşdur. Yeddinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1070 qram olmuşdur. Səkkizinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1000 qram olmuşdur. Doqquzuncu sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1025 qram olmuşdur. X4 Respublikası pul əskinazına bənzər kağız olan onuncu sellofan bükülüdən psixotrop maddə metamfetaminəoxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1000 qram olmuşdur. Baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 özünə məxsus “Redmi Note 13” markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 həmin nömrə vasitəsi ilə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “Ali” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 159 3540 saylı nömrə ilə danışıqlar aparması, mesajlar və səslər göndərməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 +98 914 159 3540 saylı nömrəyə 28 noyabr 2024-cü il tarixdə saat 20:29 dəqiqədə “O qoyana de ki gecgdirmə. Ne varki beş metrə yolu. Qoy qıraq götürüm rədd elyimde” məzmunlu mesaj göndərmişdir. Saat 22:40 dəqiqədə Təqsirləndirilən şəxs1 tərəfindən həmin nömrəyə “Qağa gəldim çatdım mən, atam gildən gizlin edirəm də mən bunu, səbrli ol narahat olma hər şey yaxşıdı, çatdım evə, indi bir dənə bunu yerbəyer edim bir tərəfə qoyum, sən deyərsən də kimə verirsən” məzmunlu səsli mesaj göndərilmişdir. Təqsirləndirilən şəxs1 məxsus “Redmi Note 13” markalı mobil telefonun “Fayl idarəedicisi” bölməsindəki “WhatsApp Audio” qovluğuna daxil olan zaman 27 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 “WhatsApp” ani mesajlaşma tətbiqi üzərindən göndərilmiş səs yazıları olduğu müəyyən edilmişdir. Həmin səs yazılarında “otur maşına get də sən, ged o kəndə mənlə danışadanışa deyəcəm düşüb götürəcəksən” və “konum yoxdu ee lap belə rahat yerdədi. Sən birdənə ged ora deyəcəm düşdün elə iki vur ikidi, götürdün mindin maşına” deyildiyi müəyyən olunmuşdur. Baxış zamanı aşkar olunmuş səs yazıları 01 (bir) ədəd CD-yə köçürülərək və “Ali” adı ilə qeyd olunmuş olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 159 3540 saylı nömrə ilə “WhatsApp” ani mesajlaşma tətbiqində aparılmış yazışmaların ekran görüntüsünün fotoşəkilləri əldə edilərək protokola əlavə edilmişdir. Baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Honor 8X” markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Kompleks məhkəmə fiziki-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 19/752 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd kisədəki bir ədəd bükülüdə təmiz çəkisi: 985 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. 9 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 960 qram, 915 qram, 960 qram, 985 qram, 1005 qram, 990 qram, 1015 qram, 1015 qram, 995 qramümumi təmiz çəkisi: 8840 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 13 yanvar 2025-ci il tarixli, 11 və 12 nömrəli rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 16 dekabr 2024-ci il tarixli, 3687 və 3688 nömrəli rəylərində göstərilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlikdən əziyyət çəkmirlər. Onlar ittiham olunduqları əməl barəsində anlaqlı hesab edilməlidirlər, hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacları yoxdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə aparılmış telefon danışıqlarının anten məlumatlarından aydın olur ki, həmin nömrənin antenn dairəsi 28 noyabr 2024-cü il tarixdə saat 14:23-dən 18:53-dək Telavar və Zevin kəndlərində, 19:31-də Zevin kəndində, 20:44-dən 21:54-dək Telavar kəndində qeydiyyata alınmışdır. Bundan sonrakı müddətdə hər hansı məntəqədə qeydiyyata alınmamışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrnin antenn dairəsi 28 noyabr 2024-cü il tarixdə saat 12:13-dən 14:26-dək Zevin kəndində qeydiyyata alınıb, bundan sonrakı müddətdə hər hansı məntəqədə qeydiyyata alınmamışdır. İşdə olan tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin məhkəmənin xx.xx.2025-ci il tarixli məktubunlda göstərilmişdir ki, məhkəmənin qeyd olunan hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş, xx.xx.2024-cü il tarixdə icraya yönəldilmişdir. Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü qeydiyyata alınmamış və o, həmin cəzasını çəkməmişdir. Yardımlı Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmü çıxarılarkən Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə həbsdə olmuşdur. Hökmdə onun cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2024-cü il tarixdən hesablanması göstərilmişdir. Yardımlı rayon Aşağı Astanlı İƏDÜ nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində 2017 və 2019-cu illərdə doğulmuş iki azyaşlı uşaqları vardır. O, yaşayış yerindən müsbət səciyyələnir. Yardımlı rayon Aşağı Astanlı İƏDÜ nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində 2017 və 2019-cu illərdə doğulmuş iki azyaşlı uşaqları vardır. O, yaşayış yerindən müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək cinayət qrupun digər üzvü tərəfindən Yardımlı rayonu Arus kəndi ərazisində “Qum yatağı” adlanan sahədə beton su borusunda gizlədilmiş xüsusilə külli miqdar təşkil edən 985 qram psixotrop maddə metamfetamini və külli miqdar təşkil edən 8840 qram narkotik vasitə qurudulmuş marixuananı onlara ödənilməsi vəd edilən 10.000 manat pul müqabilində satışının təşkili məqsədi ilə onlara deyiləcək başqa yerə qoymaq üçün 28 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 2107” markalı, **-CR-*** qeydiyyat nişanlı avtomaşınla həmin maddələrin qoyulduğu yerə gedərək onları bir ədəd qara rəngli kisədə götürməklə ümumi cinayətkar niyyətlə satış məqsədi ilə qanunsuz əldə edib avtomaşına qoyaraq daşıdıqları zaman bu barədə daxil olmuş məlumat əsasında Zevin kəndi ərazisində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçiriməklə Təqsirləndirilən şəxs1 avtomaşını dayandırmaq tələb edilərkən Təqsirləndirilən şəxs1 ifşa olunmaqdan yayınmaq üçün avtomaşını saxlamaması, Təqsirləndirilən şəxs2 isə içərisində narkotik vasitə və psixotrop maddə olan torbanı avtomaşının pəncərəsindən yerə atması, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixtrop maddəni Arus kəndi ərazisində qoyulduğu yerdən götürülmək barədə razılığa gəlsələr də, həmin maddələri götürmək üçün 28 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşınla Arus kəndinə getsələr də, cinayət məsuliyyətindən qorxaraq yoldan qayıtmaları, həmin maddələri faktiki olaraq götürməmələri, polis əməkdaşları tərəfindən rayonun Zevin kəndi ərazisində saxlanılarkən avtomaşında narkotik vasitə və psixotrop maddənin olmaması, həmin maddələr qablaşdırılmış torbanı avtomaşının pəncərəsindən atmamaları, polis işçiləri avtomaşını saxlatdıqdan sonra yolun kənarında olan torbanı onların avtomobildinə qoymaları, onları bundan sonra Arus kəndinə aparıb gətirmələri, polis işçilərinin təzyiqi altında narkotik vasitələri qoyulduğu yerdən götürüb əldə etmələrini etiraf etmələri barədə ifadələrini tədqiq edilmiş sübutlar və işin faktiki halları ilə ziddiyyət təşkil etdiyinldən qeyriobyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs1 saxlanılması zamanı onun üzərində olan mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, o, +98 914 159 3540 saylı nömrəyə 28 noyabr 2024-cü il tarixdə saat 20:29 dəqiqədə “O qoyana de ki gecgdirmə. Ne varki beş metrə yolu. Qoy qıraq götürüm rədd elyimde” məzmunlu mesaj göndərmişdir. Saat 22:40 dəqiqədə isə Təqsirləndirilən şəxs1 tərəfindən həmin nömrəyə “Qağa gəldim çatdım mən, atam gildən gizlin edirəm də mən bunu, səbrli ol narahat olma hər şey yaxşıdı, çatdım evə, indi bir dənə bunu yerbəyer edim bir tərəfə qoyum, sən deyərsən də kimə verirsən” məzmunlu səsli mesaj göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 saat 22:40-da cinayətkar qrupun üzvünə göndərdiyi səsli sms-də artıq narkotik vasitələrin onda olduğu, onları yerbəyer edib bir tərəfə qoyacağını, sonra kimə deyilsə, ona verəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətini törətməkdə köməkçiliyə görə CM-nin 32.5,206.3.2-ci maddəsi ilə ittiham verilsə də, onun əməlində qaçaqmalçılıq cinayət tərkibi müəyyən edilməmiş və dövlət ittihamçısı həmin ittihamdan imtina etdiyindən xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 münasibətdə CM-nin 32.5,206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin hər ikisinin himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddələrinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzalarını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1ci maddəsinə əsasən ona Yardımlı Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmalı və CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən ona Yardımlı Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 28 noyabr 2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmaqla Yardımlı Rayon Polis Şöbəsində saxlanılan 8839,1 qram qurudulmuş marixuana və 984,9 qram psixrtop maddə metamfetamin məhv edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “Redmi Note 13” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Honor 8X” markalı telefonlar onların ailələrinə verilməlidir. Ekspertiza xərci 130 (yüz otuz) manat təqsirləndirilən şəxslər Tural Kazmov və Təqsirləndirilən şəxs2 hər birindən 65 (altmış beş) manat alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Yardımlı Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunsun və CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirmək yolu ilə ona hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Yardımlı Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Yardımlı Rayon Polis Şöbəsində saxlanılan 8839,1 qram qurudulmuş marixuana və 984,9 qram psixrtop maddə metamfetamin məhv edilsin, Lənkəran Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus «Redmi Note 13» markalı və Təqsirləndirilən şəxs2 məxsus «Honor 8X» markalı telefonlar onların ailələrinə verilsin. Ekspertiza xərci 130 (yüz otuz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 65 (altmış beş) manat alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-255/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-255/2025
04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver