Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-256/2025 30.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Vəliyeva Ayşən Umud qızı (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, hakim köməkçisi Şərifov Elgün Ağayar oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X22, zərərçəkmiş şəxsin hüquqi varisi X5, onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X20, təqsirləndirilən şəxsin müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun Vəkili X6 iştirakları ilə, xx xxxxxxxx 1977-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-ARCM) 120.2.2 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən inzibati binasının həyətinə gərələrək, xəstəxananın Laboratoriya şöbəsində laborant işləyən keçmiş arvadı X7 iş vaxtının bitərək həyətə düşüb evinə getməsini gözləmiş, həmin gün saat 16 radələrində Dilbər Namazova inzibati binanı tərk edib həyətə giriş qapısından inzibati binaya doğru 100 metr məsafədə gedərkən sonuncuya yaxınlaşıb heç bir səbəb olmadan, yəni Dilbər Namazovanın ona xəyanət edərək digər şəxslərlə münasibətdə olduğunu uyduraraq, özü üçün cüzi bəhanə halına gətirməklə, həmçinin, cüzi səbəb kimi qızı Şahid10 onunla görüşdürməməsini və əlaqə saxlamamasını bəhanə edib qeyd olunan hallar olmadığına baxmayaraq, əvvəlcədən özü ilə gətirdiyi əynində olan şalvarının bel hissəsinə keçirtdiyi zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən, taxta materialından olan dəsdəyinin uzunluğu ümumilikdə 370 millimetr, tiyə hissəsi metaldan olan baltanı sağ əlinə alaraq öz cinayətkar planından əl çəkməyib Dilbər Namazovaya yaxınlaşıb baş nahiyyəsinə bir neçədə dəfə zərbə endirməklə baş alın nahiyəsinin çapılmış yarası, təpəənsə nahiyəsinin sağdan əzilmiş yarası və dərialtı hematomalara, baş beyinin əzilməsi, beyin kötüyünün və uzunsov beyinin posttravmatik kəskin ödemi, perivaskulyar qansızmaları ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirmiş, ətrafda olan şəxslərin cinayətin aləti olan baltanı əlindən aldıqlarından növbəti zərbələri yetirə bilməyərək, Dilbər Namazovanı qəsdən öldürməyə yönələn cinayətkar əməlini davam etdirə bilməmiş, daha sonra Dilbər Namazova qeyd edilən xəsarətlərlə Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin Cərrahiyyə şöbəsinə daxil olmuş, sonuncu orada əməliyyat olunduqdan sonra vəziyyəti ağırlaşdığından 15 noyabr 2024-cü il tarixdə Bakı şəhərində yerləşən X23 təxliyyə olunaraq 16 noyabr 2024-cü il tarixdə həmin xəstəxanada yuxarıda qeyd olunan xəsarətlərdən ölmüş, bununla da Təqsirləndirilən şəxs Dilbər Namazovanı qəsdən xuliqanlıq niyyəti ilə həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, O, vətən uğrunda döyüşmüş, X17 ilə 2006-cı ildə ailə həyatı qurmuş, birgə nikahdan 2007-ci il təvəllüdlü Əsgər Bağırov adlı oğlan və 2008-ci il təvəllüdlü Şahid10 adlı qız övladları doğulmuşdur. Ailədaxili problemləri olduğuna görə 2018-ci ildə boşanmışlar. O, Dilbərlə boşansa da, 2023-cü ilin avqust ayına qədər olan müddət ərzində birlikdə yaşamışlar. Həmin müddətdən sonra yenə də aralarında mübahisələr baş verdiyinə görə tamamilə ayrı yaşamağa başlamışlar, o, Böyük Bəhmənli kəndində özünə məxsus evdə, Dilbər isə həmin kənddə atasının evində uşaqlarla birlikdə yaşamışdır. Dilbər Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən X16ndə tibb bacısı vəzifəsində işləmişdir. Dilbərin Sahib və Fuad həkimlə münasibətləri onun xoşuna gəlməmişdir, belə ki, Dilbərin məzuniyyətdə olduğu vaxt işə getməsindən narazı olmuşdur, Sahib onun qız övladı ilə münasibətlərinə qarışmışdır, halbuki, onun buna ixtiyarı olmamışdır, boşanmış olsalar da, Dilbərin Fuad həkimin maşınına minməsini qəbul etməmiş, özünə təhqir kimi qəbul etmişdir, qızı Aysevərdən qan nümunəsi götürülmədiyi halda ona qan qrupu ilə bağlı arayış vermişlər, bu səbəbdən xəstəxananın laboratoriya şöbəsində bu məsələni aydınlaşdırmaq üçün getmişdir, Dilbəri öldürmək niyəti olmamışdır, qızı Aysevəri dayıları və mərhum anası ona göstərmədiklərinə görə dəfələrlə qızını tələb etmək üçün Dilbərin yaşadığı evə getmiş, lakin, yenə qızını görə bilməmişdir, hadisə günü baltanı çayxanada işlətmək üçün almışdır, Dilbəri öldürmək niyəti olmamış, hadisə günü onun telefonlarına cavab verilmədikdən sonra çayxanada işlətmək üçün gedib balta almış və əsəbi halda xəstəxanaya getmiş, həmin vaxt balta təsadüfən üzərində olmuş, Dilbərə 1- 2 balta zərbəsi ilə yüngül xəsarət yetirmiş, baltanı özü yerə atmış, yıxılmamış, Dilbər onun yetirdiyi xəsarətlərdən deyil, başqa səbəbdən ölmüşdür, hadisə yerində heç kimə nalayiq sözlər deməmiş, əksinə, onu təhqir etmişlər, Dilbərin qardaşları hadisədən sonra onun evini zəbt etmişlər, uşaqlarını ona göstərmirlər, ***-***-**-** saylı telefon nömrəsi qardaşının adına olsa da faktiki onun istifadəsində olmuşdur, o, heç bir xuliqanlıq cinayəti törətməmişdir, Dilbər Namazovaya balta ilə zərbə vurduqdan sonra polisin çağırılmasını o xahiş etmiş, oturub gözləmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadələrində qeyd etmişdir ki, “...12 noyabr 2024-cü il tarixdə o, evə gedərkən Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən tanımadığı şəxsə məxsus mağazadan bir ədəd balta almışdır. Baltanı almaqda məqsədi Dilbərin ona dediyi sözləri aydınlaşdırmadığı halda həm Dilbərə xəsarət yetirmək, həm də ki, dava baş verəcəyi halda həmin balta ilə özünü müdafiə etmək olmuşdur. Çünki fikirləşmişdir ki, həmin söhbəti bu gün yəni 12 avqust 2024-cü il tarixdə Diaqnostika mərkəzində aydınlaşdıracaq. Evdə olarkən yenə də Tahir və Sahib adlı şəxslərə zəng edib onlardan problemin həll olunmasını xahiş etmişdir, lakin onlar yenə də onun problemimi həll etməmişlər. Bundan sonra, saat 15:30 radələrində problemi aydınlaşdırmaq məqsədilə baltanı da götürüb Diaqnostika mərkəzinə yola düşmüşdür. Baltanı görünməməsi üçün belinin arxa tərəfindən kəmərin içinə keçirtmiş və üstündən də qış gödəkcəsi geyinmişdir ki, görsənməsin. O, Dilbəri vurduqdan sonra Fuad və Sahibin ünvanına, eləcə də camaatın ünvanına söyüşlər söymüşdür. Dilbərin ona o sözləri deməsinə görə, yəni həmin sözlər onun iş yeri ilə bağlı olduğu üçün o, Dilbərə xəsarəti orada yetirmiş, həmçinin digərlərinə də dərs olmasına görə ona xəsarəti iş yoldaşlarının yanında yetirmişdir. O, hərəkətlərinin qanunazidd olmasını bilmiş, həmin yerin ictimai yer olmasını da bilmiş və həmin hərəkətlərimin də digər şəxslərin hüquqlarını pozacağını da bilə-bilə orada Dilbərə balta ilə xəsarət yetirmişdir. (İ cild, i/v 55-58) Təqsirləndirilən şəxs ifadələr arasındakı ziddiyyətin səbəbini ibtidai istintaqın ona qarşı qərəzli aparılması, ifadələrə oxumadan qol çəkdirilməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurma cinayətinə görə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X17 öldüyündən, məhkəmə istintaqında ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Belə ki, zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, latın əlifbası ilə sərbəst yazmağı bacarır, ifadəsin müstəntiq tərəfindən yazılmasına etiraz etmir. Təqsirləndirilən şəxsla 2006-cı ildə ailə həyatı qurmuş, birgə nikahdan 2n övladları doğulmuşdur. Ailədaxili münaqişələri çox olduğuna görə 2018-ci ildə rəsmi qaydada boşanmışlar. Lakin, sonradan Elsevərlə barışmışlar və yenə də birlikdə yaşamağa davam etmişlər. Mübahisələri olduğuna görə 2023-cü ilin avqust ayından sonra ayrılmışlar. Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən ata evində yaşamağa başlamış və hazırda da həmin evdə yaşayır. Elsevərlə ayrı yaşasalar da, Elsevər mütəmadi olaraq onunla mübahisələr edərək onu öldürməklə hədələmişdir. Dəfələrlə yaşadığı evə gələrək onu öldürəcəyini demişdir. O, bununla bağlı Füzuli rayon Polis şöbəsinə müraciət etmiş və araşdırma aparılmışdır. 11 noyabr 2024-cü il tarixdə Elsevər onun işlədiyi X15 Mərkəzinə gəlib onunla mübahisə edərək onu öldürəcəyini bildirmişdir. Həmin vaxt o da DİN-nin 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Həmin məlumatları ilə bağlı da araşdırma aparılır. 12 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində işdə olarkən, Elsevər yenə də onun iş yerinə gəlib müxtəlif bəhanələrlə onunla mübahisə etmiş, onu öldürəcəyini bildirmişdir. Orada mühafizəçilər və digər işçilər olduğundan, uzaqlaşaraq getmişdir. Gedərkən Elsevər saat neçəyə qədər işlədiklərini soruşmuşdur. Həmin zaman Elsevərin bunu nə üçün soruşduğunu başa düşməmişdir. Bundan sonra o, işinə davam etmişdir. Saat 15:30 radələrində Elsevər Laboratoriya şöbəsinə gəlib şəxsiyyət vəsiqəsini təqdim edərək ondan qan analizi götürmələrini istəmişdir. Həmin zaman şöbə müdiri Sahib ona çek almasını, daha sonra analiz verə biləcəyini bildirdikdə Elsevər qızı Aysevərdən saxta analiz götürmələrini bildirib mübahisə etməyə başlamışdır. Sonra Elsevər şöbədən çıxmışdır. O, həmin vaxt Elsevərin xəstəxanadan çıxıb getməsini düşünmüşdür. Saat 16:05-də iş yoldaşı Şəhla ilə birlikdə şöbədən çıxarkən pilləkəndə Elsevərin aşağıda olmasını görmüşdür. Lakin Elsevərin əlində heç nə olmamışdır. O, pilləkəndan düşüb Şəhla ilə birlikdə Asəfin maşını istiqamətində gedərkən Şəhlanın qışqırması səsinə geri dönərkən Elsevər balta ilə onun alın nahiyəsindən bir dəfə zərbə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış və yerdə olarkən Elsevər yenə də baş nahiyəsindən vurmuş və zərbənin təsirindən huşunu itirmişdir. Sonra olanları xatırlamır. O, özünə gəldikdə maşında olmasını və başına əski qoyulduğunu görmüşdür. Sonradan isə özünə gəldikdə xəstəxananın reanimasiya şöbəsində olmuşdur. Elsevər həmişə onu öldürməklə hədələmişdir. Elsevər onu öldürmək məqsədi ilə başından zərbələr vurmuş, lakin onu öldürə bilməmişdir. Elsevər ona balta ilə zərbələr yetirərkən orada Şəhla, Asəf, İman, mühafizəçilər və başqa şəxslər olmuşdur. Elsevərin sonradan onu vurması üçün imkanı olmamışdır. Xatırladığı qədərilə Elsevər ona ikinci zərbəni vurduqdan sonra yenə də vurmaq istəyəndə oradakı şəxslər Elsevəri aralamış və ona görə də Elsevər ona balta ilə növbəti zərbələri vurub öldürə bilməmişdir. (İ cild i/v 150-155). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 2018-ci ildən bacısı Dilbərlə boşanmalarına baxmayaraq 2024-cü ilin sentyabr ayına qədər Elsevərlə münasibətləri olmuşdur. Sumqayıtda yaşayır, 8-9 noyabr tarixlərində Füzuli rayonu, Böyük Bəhmənli kəndində toya dəvət edilmişdir, bacısı Dilbər bir il idi ki, uşaqları ilə birlikdə ata evində yaşayırdı, 8 noyabr tarixdə kənddəki evlərinə təzəcə gəlmişdir ki, Elsevər dava ilə qapını döymüş, evdəkiləri təhqir etmiş, qızını istəmişdir, Elsevərin hərəkətləri ilə bağlı dəfələrlə polisə müraciət etmişlər, oktyabrın 10-u Sumqayıta geri qayıtmış, 11-i gecə bacısı Şahid11 ona zəng edib Elsevərin yenə evə basqın etdiyini, hədələdiyini, sabah Dilbərin axırıncı günü olduğunu, sabah Dilbəri öldürəcəyini, Dilbəri öldürəndən sonra qızını öldürəcəyini demişdir. Bundan sonra, oktyabrın 12-si tezdən kəndə doğru yola çıxmış, Qayıdış qəsəbəsinə çatanda bacısı ona zəng edib Elsevərin Dilbəri balta ilə vurduğunu, Dilbərin xəstəxanada olduğunu demişdir. Xəstəxanaya çatanda Dilbəri xərəkdə, qanın içində görmüşdür. Noyabrın 15-i Dilbərin halı pisləşmiş, təcili yardımla Sabunçu xəstəxanasına aparmışdır, sübh çağı, altıya işləmiş vəfat etmişdir. Elsevərin bacısı Dilbəri öldürmək üçün heç bir səbəbi olmamışdır, o, özünü müdafiə etmək üçün bacısının namusuna şər atır, o, uşaqların atası ilə görüşməsinə heç bir vaxt mane olmamış, hətta, dəfələrlə uşaqlara ataları ilə görüşmək üçün təkid etmiş, lakin, xüsusilə Aysevər görüşmək istəməmişdir, Təqsirləndirilən şəxs danışdıqları yalandır, heç kim onun evini zəbt etməmişdir, şikayətçidir. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə tötətdiyi əmələ görə ən yuxarı həddə cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü yoldaşı Şahid1 işdən götürnək üçün xəstəxanaya getmişdir, yoldaşı Şəhla Dilbərlə birlikdə işdən çıxarkən o, maşında olmuşdur, Təqsirləndirilən şəxs qaça-qaça Dilbərin üstünə gedib 2-3 dəfə balta ilə ona zərbələr endirmiş, yoldaşı Dilbəri kənara çəkmək istəmiş, bu an o da qaçaraq Dilbəri Elsevərin əlindən xilas etmək istəmiş, o, çatana qədər Elsevər ona 2-3 zərbə endirmişdir, həmin an orada olan şəxslər hamısı, o, xəstəxana işçiləri, mühafizə işçisi Elsevərə müdaxilə edib onun hərəkətlərini dayandırmışlar, onların müdaxiləsindən sonra balta Elsevərin əlindən yerə düşmüşdür, o, Elsevər hərəkətdə olarkən baltanı onun əlində görməmişdir, Dilbərə çatmağa 2 metr qalmış baltanı çıxartmış, görəndə artıq E.X18 balta ilə hücum etmişdir, Təqsirləndirilən şəxs hadisə yerində ona nalayiq söyüşlər söymüşdür, Hadisə anında hadisə yerində yoldaşı Şəhla və o olmuş, Elsevər Dilbərə balta ilə hücum edəndən sonra oraya çoxlu adamlar yığılmışdır, Elsevər onu 4 ildən sonra gəlib haqq-hesabını çəkəcəyi ilə hədələmiş, nalayiq ifadə işlətmişdir. İş üzrə dindirilmiş Şahid2 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Füzuli rayon Mərkəzi xəstəxanasının Laboratoriya şöbəsində həkim lobarant vəzifəsində işləyir. Dilbər onunla iş yoldaşıdır, yəni Laboratoriya şöbəsində laborant vəzifəsində işləyir, onunla arasında hər hansı yaxınlıq olmamışdır. Ayrılmaqlarına baxmayaraq Elsevər mütəmadi olaraq Dilbərlə mübahisə etmişdir. 11 noyabr 2024-cü il tarixdə, 14 radələrində Elsevər iş yerlərinə gəlmiş və orada müxtəlif bəhanələr gətirərək Dilbərlə mübahisə etmişdir. Həmin gün Elsevər bir neçə dəqiqə orada mübahisə etdikdən sonra oradan uzaqlaşaraq getmişdir. 12 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində Elsevər onların iş yerinə gəlib müxtəlif bəhanələr gətirib yenə də Dilbərlə mübahisə etmişdir. Bundan sonra o yenidən uzaqlaşaraq getmişdir. Onlar işdə olarkən saat 15:30 radələrində yenə də iş yerinə gəlib onlarla mübahisə etmiş, həmçinin yenə də Dilbərlə mübahisə edərək Dilbərə demişdir ki, “sənin bu gün son günündür”. Daha sonra onlar Elsevəri oradan çölə çıxartmışlar. Bundan bir neçə dəqiqə sonra o da çölə çıxdıqda Elsevərin xəstəxananın həyətində olmasını görüb onun Dilbəri gözləməsini bilmişdir. Ona görə də Dilbəri nəzarətdə saxlamışlar ki, Elsevər Dilbərə nəsə etməsin. Dilbər Şəhla ilə birlikdə binanın həyətində gedərkən Elsevər qaça-qaça Dilbər tərəfə getmiş, həmin anda belindən balta çıxartmış və həmin anda əli ilə Dilbərin çiyin hissəsindən tutaraq onu özünə tərəf çəkərkən Şəhla Dilbəri tutub Elsevərdən aralamaq istəyərkən Elsevər Şəhlanı əli ilə itələmiş və sağ əlində tutduğu balta ilə Dilbərin baş nahiyəsindən ardıcıl olaraq 2-3 dəfə zərbə vurmuşdur. Həmin anda ilk olaraq Asəf onlara çatmış və Elsevəri aralamışdır. O da bir-iki saniyə sonra onlara çatmış və Elsevəri aralamaqda Asəfə kömək etmişdir. Həmin anda Elsevərin əlindən balta yerə düşmüşdür. Bundan sonra oraya mühafizəçilər, Sahib həkim, və başqa şəxslər yığışmışdır. Orada olarkən Elsevəri araladıqdan sonra Elsevər Dilbərin ünvanına söyüşlər söymüşdür. Hadisədən sonra Dilbəri ona məxsus avtomobilə mindirib tibbi yardım göstərilməsi üçün Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində yerləşən Füzuli mərkəzi rayon xəstəxanasına aparmışlar. O, Dilbəri xəstəxanaya apararkən Elsevər hadisə yerində qalmışdır. Elsevər ani məqamda sol əli ilə Dilbərin çiyin nahiyəsindən tutub dartmış, baltanı isə sağ əlində tutaraq Dilbərin baş nahiyəsindən 2-3 dəfə zərbə vurmuş, növbəti dəfə Elsevər yenə də zərbələr vurmaq istəyərkən ilk olaraq Asəf onun çiyin nahiyəsindən tutub dartmış və Elsevər müvazinətini itirmişdir. Bundan sonra balta onun əlindən yerə düşmüş və sonra onların yanına çatıb Elsevəri aralamaqda kömək etmişdir. Belə ki, Asəf Elsevəri aralamasaydı, o növbəti dəfə zərbələr endirəcəkmiş. Asəfin və onların aralamalarına görə balta onun əlindən yerə düşmüş və nəticədə o növbəti zərbələri öz iradəsindən asılı olmayaraq vura bilməmişdir. Həmin vaxt orada Asəf, Sahib, Şəhla, Zülfü adlı lobarant və digər şəxslər də olmuşdur. Hadisədən sonra Elsevər Dilbərin ünvanına nalayiq söyüşlər söymüş və oraya çoxlu şəxslər yığışmışdır. Elsevərin balta ilə xəsarət yetirməsi və söyüşlər söyməsi 3-4 dəqiqə davam etmişdir. İş üzrə dindirilmiş şahid Səfərov X12 Fuad Bəhmən oğlu ilə eyniməzmunlu ifadə verərək verilən suallara cavab olaraq bildirmişdir ki, mərhum Dilbər Namazova onun işçisi olmuşdur. O, işlədiyi müddət ərzində kollektivdə hörmət qazanmış, heç kimə zərəri dəyməyən işçi kimi bilinmişdir. 2018-ci ildə Dilbərlə Elsevər boşanmış, həmin vaxtdan etibarən Elsevər Dilbəri rahat buraxmamışdır. Sonuncu dəfə 11 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində Elsevər işlədikləri xəstəxanaya gələrək problem yaratmışdır. Həmçinin Elsevər onu, eləcə də Dilbəri nalayiq sözlərlə təhqir etmişdir. Daha sonra mübahisə böyümüş və Dilbər dözə bilmədiyindən AR Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng edib Elsevərdən şikayət etmişdir. Bundan sonra xəstəxanaya polis əməkdaşları gəlmiş və onu şöbəyə dəvət etmişlər. Elsevər polis əməkdaşları ilə birlikdə çıxıb getmişdir. Həmin gün saat 14 radələrində Elsevər yenidən şöbəyə gəlmiş, qızından qan götürülmədən ona arayış verilməsi barədə lazımsız söz-söhbət salmış, yenə də təkidlə Dilbərlə görüşmək istədiyini bildirmiş, Dilbərin bu barədə razılığı olmadığından buna yenə də icazə verməmişlər və oraya xəstəxananın daxili mühafizəsini dəvət etmişlər. Bundan sonra Elsevər xəstəxananı tərk edib getmişdir. Bir neçə dəqiqə sonra iş saatı bitmiş, Dilbər ondan əvvəl şöbəni tərk etmişdir. Bir neçə dəqiqə sonra iş saatı bitdiyindən çıxmağa hazırlaşırmış ki, xəstəxananın həyətindən qışqırıq səsləri gəldiyini eşitmişdir. O, dərhal xəstəxananın həyətinə çıxmışdır. Həmin zaman Dilbərin üzü qanlı şəkildə yerdə uzandığını, onun yanında isə yerdə balta olduğunu görmüşdür. Elsevəri isə Dilbərdən bir neçə metr aralıda çoxlu sayda vətəndaşlar tutub saxlamışılar. Dilbərin ətrafına da bir neçə insan toplaşmışdır. O, dərhal Dilbərin yanına getmişdir. Həmin zaman Fuad həkim və digərləri də Dilbərin yanında olmuşdur. Dilbər çox qorxmuş, qorxudan danışa bilməmişdir. Xəstəxananın daxili mühafizəçisi olan Orxan (Haqverdi) Dilbəri qucağına götürərək Fuadın avtomobilinə qoymuşdur. Fuad Dilbəri rayon mərkəzi xəstəxananın Cərrahiyyə şöbəsinə aparmışdır. Onlar də həmçinin başqa avtomobillə oraya getmişlər. Orada Dilbərə cərrahi müdaxilə edildikdən sonra onun vəziyyəti stabilləşmişdir. Bir neçə gün sonra Dilbər vəziyyəti pisləşdiyindən Bakı şəhərinə xəstəxanaya təxliyyə edilmişdir. Daha sonra eşitmişdir ki, Dilbər müalicə aldığı Bakı şəhərində yerləşən xəstəxanada vəfat etmişdir. Həmçinin hadisədən sonra oraya yığışmış şəxslərdən eşitmişdir ki, Elsevər hadisə vaxtı balta ilə Dilbərin üzərinə hücum çəkərək onun baş nahiyəsinə ardıcıl zərbələr endirmiş, yalnız oradakı şəxslərin səyi ilə balta onun əlindən alınmışdır. Həmin vaxt orada olan şəxslərin sözlərinə görə balta Elsevərin əlindən alınmasa, Dilbəri öldürəcəkmiş. Dilbərin sağlığında münasibətdə olduğu kimsə olmamışdır. İş üzrə dindirilmiş Şahid5 şahidlər Şahid2, Şahid4 ifadələrinə uyğun məzmunda ifadə vermiş və verilən suallara cavab olaraq göstərmişdir ki, X15 Mərkəzində mühafizəçi vəzifəsində işləyir, 20204-cü ilin 11 noyabr tarixdə Təqsirləndirilən şəxs onun və mərhum Dilbərin işlədiyi xəstəxanaya gəlib dava salmış, Dilbəri həmin gün öldürməklə hədələmiş, bunu özü şəxsən eşitmiş, Dilbər həmin günü polisə bununla bağlı ərizə yazmış, bundan sonra Elsevər oradan uzaqlaşdırılmışdır, Elsevər çox zaman gəlib orada yersiz davalar salmışdır, hadisə günü gündüz yenə gəlib dava salmış, saatlarla onunla profilaktik söhbətlər aparılmış, özü şəxsən onun yanında durmuş, bundan sonra o, çıxıb getmişdir. Hadisə günü, yəni, 12 noyabr 2024-cü il tarix, saat təxminən 16 radələrində xəstəxananın həyətində qışqırıq səsləri eşitmiş, dərhal çölə çıxmış, mərhum Dilbər Namazovanı yerdə qanlı vəziyyətdə görmüş, dərhal Fuad həkimin maşınına qoyub xəstəxanaya aparmışlar. İşlədiyi dövrdə Dilbər Namazovanı o və digər xəstəxana işçiləri namuslu, mehriban qadın kimi tanımışlar. Elsevərin onun haqqında dedikləri yalandır, Dilbərə xəstəxanada çoxusu hörmət əlaməti olaraq bacı deyə müraciət etmişdir. İş üzrə dindirilmiş Şahid6 şahidlər Şahid2 və Şahid4 ifadələrinə uyğun məzmunda ifadə vermiş və verilən suallara cavab olaraq göstərmişdir ki, 2020-ci ildən X15 Mərkəzində çöl mühafizəçi vəzifəsində işləyir. Adı Haqverdi olsa da, xəstəxanada hamı onu Orxan kimi çağırır. 12 noyabr 2024-cü il tarixdə saat 16:00 radələrində işlədiyi xəstəxanada qəfl binanın arxa tərəfindən möhkəm qışqırıq səsləri eşitmiş, dərhal qışqırıq səsləri gələn tərəfə getmişdir. Onun olduğu yerdən Dilbər və Elsevərin olduğu yerə qədər təxmini 10 metr məsafə olmuş, o, Elsevərin əlindən baltanı almaq üçün qaçana qədər təxmini 4-5 dəfə mərhuma balta ilə zərbələr endirdiyini görmüşdür, hadisə yerində olan şəxslər Elsevərin əlindən baltanı alımağa çalışmış, Elsevər yıxılmış və əlindən balta yerə düşmüşdür. Bundan sonra o, hrəəkətlərini dayandırmışdır. İş üzrə dindirilmiş Şahid3 şahidlər Şahid2 və Şahid4, Şahid5 ifadələrinə uyğun məzmunda ifadə vermiş və verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə baş verdiyi gün xəstəxanada olmuş, onlar hadisə yerinə çatdıqda Dilbər Namazovanı yerə yıxılmış halda görmüşlər, Təqsirləndirilən şəxs həmişə Dilbər Namazovanı narahat etmiş, işə gəlib narahatçılıq yaratmışdır, Dilbərin heç kimlə münasibəti olmamış, çox təmiz qadın olmuşdur. İş üzrə dindirilmiş Şahid10 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, mərhum Dilbər Namazova anasıdır. Atası Elseverlə mərhum anası arasında münasibətlər həmişə çox pis olmuşdur. Onların arasında ata-qız məhəbbəti olmamışdır. Anası övladlarına görə məcburiyyətdən atası ilə barışmışdır. Onlar 2023-cü ilə qədər birgə yaşamışlar. Onlar boşandıqdan sonra atası məhkəmənin təyin etdiyi alimenti də yalnız 1-2 ay ödəmişdir. Anası atasının əlindən elə cana yığılmışdır ki, hər dəfə atasındadan aliment ödəməməsini, sadəcə həyatlarından çıxmasını istəmişdir. Çünki atası ailəsi ilə maraqlanmır, övladları kimi təlim-tərbiyədə qətiyyən iştirak etməmişdir. Son 1 ildən çoxdur ki, anası onlarla birlikdə ata evində yaşamış, həmin vaxtdan atası ilə anasının ər-arvad kimi tamamilə münasibətləri kəsilmişdir. Atası isə yenə də ondan əl çəkmir, onu narahat etmişdir. 08 noyabr 2024-cü il tarixdə, saat 20 radələrində babasının evində olarkən atası aqressiv formada evə gəlmiş, dava salmış, həmin zaman dayısı Allahverdi də evdə olmuşdur. Atası dayanmadan hamını söyür, təhdid etmişdir ki, “qızım Aysevərlə məni görüşdürməsəz, sizin üçün yaxşı olmayacaq”. Atası həmişə onunla görüşməməyini bəhanə edərək anasını və onları təhqir etmiş, dava-dalaşa səbəb olmuşdur. Özü anasına həmişə demişdir ki, “atamla görüşmək istəmirəm”. Çünki atası həmişə onları təhqir etmiş, atasından sevgi görməmiş, yenə təhqir eşidəəcyini bildiyi üçün darvazaya çıxmamışdır. Hətta atası onu bir neçə dəfə telefon danışığı zamanı ağır formada təhqir etmişdir. O, atasından hər zaman anasını təhqir etməməyini, onu rahat buraxmasını tələb etmişdir. Dayısı və xalası atasını birtəhər sakitləşdirdikdən sonra o, yenidən onları təhdid edərək getmişdir. Atası bir neçə dəfə onun oxuduğu məktəbə gəlmiş, məktəb yoldaşlarının yanında onu biabır etmişdir. Ona görə də o, son zamanlar atasının qorxusundan məktəbə də getməmişdir. 12 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində anasının iş yoldaşı Zülfü onlara zəng edərək atasının balta ilə anasına xəsarətlər yetirdiyini, anasının ağır vəziyyətdə xəstəxanaya aparıldığını demişdir. Dayısı Allahverdi və digər qohumları dərhal xəstəxananın cərrahiyyə şöbəsində getmişlər. O, isə evdə qalmışdır. Həmin gün anası orada əməliyyat olunmuşdur. O, isə heç zaman xəstəxanaya onun ziyarətinə getməmişdir. Çünki, həkimlər tapşırmışlar ki, anası yaxın adamları görəndə həyəcanlanır. Lakin həmin gün xəstəxanada anası ilə dayısı Allahverdi söhbət etmişdir. Dayısı sonradan onlara bildirmişdir ki, anası bildirmişdir ki, “ətrafda olan şəxslər baltanı onun əlindən almasaydılar, Elsevər məni balta ilə doğrayıb öldürəcəkdi”. Həmin ərəfələr atası daim onları öldürməklə təhdid etmiş, hadisədən bir neçə gün əvvəl atası anasına zəng edib əvvəl birgə yaşadıqları evdə olan baltanın yerini soruşmuşdur. Onlar baltanı hansı səbəbdən axtardığını bilməmişlər. Həmçinin hadisədən bir gün əvvəl atası “whatsapp” ani yazışma proqamı vasitəsi ilə ona ağır söyüşlər yazmış, eləcə də onları öldürəcəyi ilə hədələmişdir. Hazırda həmin mesajlar mobil telefonunda qalmamışdır. Qardaşı Əsgər də həmişə atasına nifrət etmişdir. Əsgər uzun zamandır ki, Polis Akademiyasında təhsil aldığından son hadisələr barədə onun məlumatı yoxdur. O, heç zaman atası ilə telefon danışığı zamanı “anam yaxşı edib gəzir, kiminlə istəsə gəzə bilər, mən də gəzəcəm” sözlərini deməmiş, atası onun sözlərini təhrif etmişdir. Anası atası ilə ayrıldıqdan sonra anasının ümumiyyətlə heç kimlə münasibəti olmamışdır. Atası həmin sözləri özünü müdafiə etmək üçün demişdir. 2024-cü ilin oktyabr ayının sonlarında şəxsiyyət vəsiqəsini yeniləməkdən ötrü xəstəxananın anasının işlədiyi inzibati binasına getmişdir. Orada Laboratororiya şöbəsində ondan qan analizi götürülmüş və digər lazımi müayinələr aparıldıqdan sonra ona arayış təqdim olunmuşdur. Yəni ki, həmin proses zamanı xəstəxananın işçiləri tərəfindən hər hansı saxtakarlığa və ya digər qanun pozuntusuna yol verilməmişdir. İş üzrə dindirilmiş Şahid7 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Füzuli RPŞ-də polis serjantı vəzifəsində işləyir, Təqsirləndirilən şəxs və Dilbər Namazovanı münaqişəli ailə kimi tanımışlar, onlar boşansalar da bir müddət birlikdə yaşamışlar, həm Dilbər Namazova, həm Təqsirləndirilən şəxs müraciəti əsasında polis şöbəsində araşdırma materialı olmuşdur, Dilbər Namazova 11 noyabr 2024-cü il tarixdə iki dəfə polis şöbəsinə rəsmi ərizə ilə keçmiş əri Təqsirləndirilən şəxs onu öldürməklə hədələməsi ilə bağlı müraciət etmişdir, 11 noyabr və 12 noyabr tarixlərdə Elsevər yenə Dilbərin işlədiyi xəstəxanaya və yaşadığı evə gedib orada dava salmış, o və digər polis işçiləri tərəfindən onunla profilaktik söhbətlər aparılmışdır. 12 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra 102 xidmətinə müraciət edilmiş, onlar hadisə yerinə gəldikdə Elsevər əlini qandal vurulması üçün ona uzatmış, o, Təqsirləndirilən şəxs əlinə qandal vurmadan şöbəyə aparmış, yolda olarkən Elsevər ona Dilbərin başını iki yerə bölmək istədiyini, əslində baltanı dünən, yəni, 11 noyabr tarixdə aldığını, dünən xəstəxananın içində onu öldürmək istədiyini, lakin imkan olmadığından dünən öldürə bilmədiyini demişdir. İş üzrə dindirilmiş əlavə Şahid11 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, mərhum Dilbər Namazova onun bacısıdır, Təqsirləndirilən şəxsla heç vaxt düşmənçiliyi olmamışdır, boşandıqdan sonra da Elsevər bacısını rahat yaşamağa qoymamışdır. 11 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onların yaşadıqları ata evinə gəlib darvazanın çölündə səs-küy salmış, darvazanı döyəcləmiş, Aysevəri istəmiş, qızı Aysevər onunla görüşmək istəməmiş, o və Aysevər çölə çıxmamış, Elsevər onları görməmiş, həmin vaxt Dilbəri sabah öldürəcəyini elan etmişdir. Onlar polis çağırmış, polis gəlib Elsevəri aparmışdır. İş üzrə ibtidai istintaqda ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Laboratoriya şöbəsində laborant vəzifəsində işləyir, Təqsirləndirilən şəxs və X10 Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini kimi tanıyır. Həmin şəxslərlə hər hansı ədavəti və düşmənçiliyi yoxdur. Dilbəri həmçinin iş yoldaşı kimi tanıyırdı. Belə ki, o, işlədiyi şöbədə laborant vəzifəsində işləyirdi. Həmin şəxslə əvvəllər ailəli idilər, sonradan onlar arasında münaqişələr olduğuna görə boşanmışdılar. Onlar boşansalar da, yenə də mübahisələri davam edirdi. O, işlədiyi müddət ərzində kollektivdə hörmət qazanmış, heç kimə zərəri dəyməyən işçi kimi bilinmişdir. İşlədiyi müddət ərzində onun hər hansı ciddi nöqsanını görməmişdir. Dilbər Elsevər adlı şəxslə 2018-ci ilə qədər evli olmuşdur. Onların birgə nikahdan 2 övladları var. 2018-ci ildə Dilbərlə Elsevər boşanmış, həmin vaxtdan etibarən Elsevər Dilbəri rahat buraxmamışdır. Bildiyinə görə, onlar boşansalar da, bir müddət birlikdə yaşamışlar. Dilbərlə çox səmimi münasibəti olmuşdur. Dilbər Elsevərdən ayrıldıqdan sonra heç kimlə sevgi münasibəti yaşamamışdır. Son 1 ildə Dilbər Elsevəri ümumiyyətlə istəmirdi. Elsevər tez-tez Dilbərə zəng vurur, onu narahat edir, onu təhqir edirdi. Sonuncu dəfə 11 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində Elsevər rayon mərkəzi xəstəxanasının inzibati binasına gəldi. O, şöbənin qarşısına gələrək, Dilbərlə görüşmək istədi. Dilbər onunla görüşmək istəmədiyindən ona şöbəyə daxil olmağa icazə verilmədi. Ümumiyyətlə vətəndaşların həmin şöbəyə daxil olması xəstəxananın daxili qaydalarına görə qadağandır. Həmin vaxt Elsevər razılaşmadı və şöbənin normal fəaliyyətinə ciddi problem yaratdı. Həmçinin Elsevər onu, eləcə də Dilbəri nalayiq sözlərlə təhqir etdi. Daha sonra mübahisə böyüdü və Dilbər dözə bilmədiyindən AR Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng edib Elsevərdən şikayət etdi. Bundan sonra xəstəxanaya polis əməkdaşları gəldi və onu şöbəyə dəvət etdilər. Elsevər polis əməkdaşları ilə birlikdə çıxıb getdi. Dilbər həmişə söhbət zamanı Elsevərə nifrət etdiyini, övladlarına görə ona dözdüyünü deyirdi. Həmin günü də Dilbər xeyli ağladı. Həmin gün saat 14 radələrində Elsevər yenidən şöbəyə gəldi. O, onunla mübahisə edərək bir neçə ay bundan əvvəl qızından qan analizi götürmədən arayış verilməsini bildirdi. Şöbə müdiri Sahib həkim ona dedi ki, "vətəndaşdan qan analizini qanalma otağına laborant götürərək, bu barədə qeydi sistemə işlə". Bundan sonra Qeydiyyat şöbəsindan xahiş etdi ki, Elsevərin qızından götürülmüş qan analizinin nəticəsini gətirib Elsevərə təqdim etsin. Bundan sonra, həmin nəticəni Elsevərə təqdim etdilər. Elsevər həmin kağızı cıraraq daha da aqressiv şəkildə mübahisə etməyə davam etdi. Həqiqətən də şöbəyə müraciət etmiş bütün vətəndaşlardan qan nümunələri götürülür və obyektiv şəkildə analizin nəticələrinə uyğun olaraq fakt təsdiqlənir. Elsevər yenədə təkidlə Dilbərlə görüşmək istədiyini bildirdi. Dilbərin bu barədə razılığı olmadığından yenə də icazə verilmədi və oraya xəstəxananın daxili mühafizəsi dəvət edildi. Bundan sonra, Elsevər xəstəxananı tərk edib getdi. Elsevər xəstəxananı tərk etməmişdən qabaq onlardan işdən çıxacaqları saatı soruşdu. Səhv etmirsə, kimsə işdən saat 16:00-da çıxacaqlarını dedi. Onu hər gün işə həyat yoldaşı Asəf gətirib-aparır. Onlar Dilbərlə birlikdə saat 16:00-da işdən çıxıb evə getməyə hazırlaşmışlar. Pilləkanları düşəndə Asəfin avtomobilini onlardan bir neçə metr aralıda saxladığını görmüşlər. Həmçinin, Dilbəri işə həmkəndlisi olan İman adlı şəxs aparıb-gətirirdi. Lakin o, hələ ki, İmanı və onun avtomobilini görməmişdir. İmanın da avtomobilini Asəfin avtomobili saxladığı yerdə saxladığını düşünmüşlər. Çünki orada bir neçə avtomobil olmuşdur. O, Dilbərlə birlikdə Asəfin avtomoblinə doğru gedəndə qəflətən Elsevər arxalarından gələrək əlindəki balta ilə arxadan Dilbərə hücum etdi və əli ilə onun çiynindən tutub dartdı. O, Dilbəri Elsevərdən aralamaq istəmişdir ki, Elsevər əli ilə onu itələmişdir. Bundan sonra, Elsevər sağ əlində tutduğu balta ilə Dilbərin baş nahiyəsindən ardıcıl olaraq 2-3 dəfə zərbə vurdu. Asəf həmin anda maşını saxlayıb maşından düşüb Elsevəri Dilbərdən araladı. Belə ki, Asəf Elsevərin çiyin nahiyəsindən tutub dartdı və Elsevər müvazinətini itirdi. Həmin anda Elsevərin əlindən balta yerə düşdü. Bundan sonra oraya mühafizəçilər, Sahib həkim, Fuad həkim və başqa şəxslər yığışdı. Orada olarkən Elsevəri Dilbərdən araladıqdan sonra Elsevər Dilbərin ünvanına söyüşlər söyürdü. Hadisədən sonra yəni, Dilbəri Fuad həkimin maşınına mindirdikdən sonra o, və Asəf öz maşınlarına minərkən Elsevər Asəfi təhdid edərək "dörd ildən sonra gəlib sənin də haqq-hesabını çəkəcəm" dedi. Asəf daha sonra onunla mübahisə etmədi, onlar maşına minərək oradan getmişlər. Daha sonra Dilbəri Fuad həkimin maşını ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Onlar oradan gedərkən Elsevər hadisə yerində qalmışdır. Sonradan eşitmişlər ki, vəziyyəti ağırlaşdığından Dilbər Bakı şəhərində yerləşən xəstəxanaya təxliyyə edilmiş və həmin xəstəxanada vəfat etmişdir. Hadisə ilə bağlı olaraq başqa hər hansı bir məlumatı yoxdur. Elsevər ani məqamda sol əli ilə Dilbərin çiyin nahiyəsindən tutub dartmış, baltanı isə sağ əlində tutaraq Dilbərin baş nahiyəsindən 2-3 dəfə zərbə vurmuşdur, növbəti dəfə Elsevər yenə də zərbələr vurmaq istəyərkən ilk olaraq həyat yoldaşı Asəf onun çiyin nahiyəsindən tutub dartmış və Elsevər müvazinətini itirmişdir, bundan sonra balta onun əlindən yerə düşmüş və oraya gələn digər şəxslər Elsevəri aralamışlar. Belə ki, Asəf Elsevəri aralamasaydı, o növbəti dəfə zərbələr endirəcəkmiş, Asəfin aralamağına görə balta onun əlindən yerə düşmüş və nəticədə o, növbəti zərbələri öz iradəsindən asılı olmayaraq vura bilməmişdir. Həmin vaxt orada Fuad, Sahib, İman, Zülfü adlı lobarant və digər şəxslər də olmuşdur. Hadisədən sonra Elsevər Dilbərin ünvanına nalayiq söyüşlər söymüş və oraya çoxlu şəxslər yığışmışdır. Elsevərin balta ilə xəsarət yetirməsi və söyüşlər söyməsi 3-4 dəqiqə davam etmişdir. (2-ci cild, i/v: 24-25). Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (şahidlərin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər yazılı sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - 12 noyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yer X4 həyətyanı sahəsidir. X16 Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində asvalt yolun qərb hissəində yəni, asvalt yolun sağında yerləşir. Hadisə yeri X4 girişindən, yəni giriş darvazasından 100 (yüz) metr məsafədə yerləşir. Hadisə yerində qanabənzər ləkələrin olması aşkar olundu. Qanabənzər ləkələr X4 arxa hissəində asvalt örtüklə çəmənlik hissəni ayıran səki daşlarının üzərindədir. Həmin qanabənzər ləkələrdən sol hissədə işıq dirəyi yerləşir, qanabənzər ləkə ilə işıq dirəyinin arasındakı məsafə 2,5 metrdir. İşıq dirəyinin sol hissəsində kağız cırıqları müşahidə olunur. Kağız cırıqlarına baxdıqda üzərində “Şahid10 Elsevər qızı”, “P**********”, “48006460” və digər sözlər yazılmışdır. Kağız cırıqları ilə qanabənzər ləkələr arasındakı məsafə 3 (üç) metr olması, eləcə də kağız cırıqları ilə işıq dirəyi arasındakı məsafənin isə 50 (əlli) metr olması müəyyən olundu. Qanabənzər ləkələr iş üçün əhəmiyyət kəsb edəcəyi üçün pambıq tampon vasitəsi ilə nümunələr götürüldü. (İ cild, i/v 7-14) - 16 noyabr 2024-cü il tarixli X7 meyitinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyitin bədən səthi üzərində olan xəsarətlər: 1) Alın nahiyəsində aseptik sarğı altında boylama istiqamətli, 2,5 sm uzunluqda, kənarları hamar, ucları iti, orta hissəsinə 2 ədəd cərrahi tikiş qoyulmuş, qəhvəyimtil-qırmızı rəngli çapılmış yara; 2) Başın sağ təpə-ənsə nahiyəsində tüklər qırxılmışdır və həmin nahiyədə 4,0x3,5 sm ölçüdə, tünd-qırmızımtıl-qəhvəyi rəngli qartmaqla örtülmüş, qeyri-düzgün formalı, əzilmiş yara. 3) Hər iki dirsək çuxuru nahiyələrində və hər iki əlin arxa səthlərində dəriiçi qansızma ilə əhatə olunmuş inyeksiya yaracıqları vardır. Meyitin baxışı zamanı bədən səthində başqa hər hansı xəsarət və dəyəşiklik aşkar olunmadı. (İ Cild, i/v 19-29) - 21 noyabr 2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, cinayətin törədilməsində istifadə edilmiş balta Təqsirləndirilən şəxs tanınmaya təqdim olundu. Tanıyan şəxs Təqsirləndirilən şəxs tanınmaya təqdim edilən 3 ədəd baltanı nəzərdən keçirib həmin baltalar içərisindən 1 nömrə ilə işarələnmiş baltanı göstərərək bildirdi ki, bu 12 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən inzibati binasında keçmiş həyat yoldaşı Dilbər Namazoya zərbələr vuraraq xəsarətlər yetirdiyi həmin baltadır. Həmin baltanı hadisə baş verməzdən öncə Böyük Bəhmənli kəndin ərazisində yerləşən xatırlamadığı mağazadan tanımadığı şəxsdən almışdır. Həmin baltanı ölçüsünə və üzərində yazılan “666” rəqəminə görə tanımışdır. ( İ Cild, i/v 52-53) - 26 noyabr 2024-cü il tarixli mərhum X11 məxsus üzərində ***-***-**-** saylı telefon nömrəsi olan “Samsung J6” markalı mobil telefona baxış protokolundan görünür ki, zənglər siyahısına daxil olduqda görünür ki, “Elsever” kimi qeyd edilmiş ***-***-**-** saylı telefon nömrəsindən (həmin telefon nömrəsi bloka salındığından zəg avtomatik imtina edilmişdir) müxtəlif vaxtlarda zənglər edilmişdir. Mobil telefonun “Mesajlar” bölməsinə daxil olduqda görünür ki, mobil telefona “Elsever” kimi qeyd edilmiş ***-***-**-** saylı telefon nömrəsindən 7 noyabr və 8 noyabr 2024-cü il tarixlərdə müxtəlif saatlarda təhqiredici və nalayiq mətnli smslər daxil olmuşdur. Mobil telefonun “Qısayollar” bölməsində ***-***-**-** saylı mobil telefon nörməsindən “Whatsapp” proqramı vasitəsi ilə telefona quraşdırılmış “Whatsapp” proqramına təhqiredici və nalayiq mətnli mesajların əks olunduğu 14 ədəd ekran görüntüsü olan fotoşəkil vardır. Baxış iştirakçısı Allahverdi Namazov bildirdi ki, ***- ***-**-** saylı mobil telefon nömrəsi Elsever Bağırova məxsusdur. Sonuncu mütəmadi olaraq mərhum bacısı Dilbər Namazovaya qarşı söyüşlər və təhqiredici mətnlər yazırdı. Mərhum bacısı Dilbər Namazova həmin mesajların görüntüsü qeydə alaraq saxlayırdı. “Whatsapp” proqramının “Bloklanmış kontaktlar” bölməsinə daxil olduqda Elsever kimi qeyd edilmiş ***-***-**-** saylı mobil telefon nömrəsinin və ***-***-**-** saylı mobil telefon nömrəsinin blok olunduğu görünür. ( İ Cild, i/v 221-223) - 27 dekabr 2024-cü il tarixli baxış protokolundan görünür ki, Azercell Telekom” MMC-nin 24 dekabr 2024-cü il tarixli, 16983 nömrəli məktubu ilə rayon prokurorluğuna göndərilmiş 1 ədəd diskdə 13 oktyabr 2024-cü il tarixdən 12 noyabr 2024-cü il tarixə qədər Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı telefon nömrəsindən X7 istifadəsində olan ********* saylı telefon nömrəsinə dəfələrlə təhqiredici və nalayiq məzmunlu smslər göndərilmişdir. (İ Cild, i/v: 221-223) - Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 16 yanvar 2025-ci il tarixli, 18-1-36/2-34/2025 nömrəli məktubdan görünür ki, 12 noyabr 2024-cü il tarixdə, saat 16:05 radələrində xəstəxananın inzibati həyətində Laboratoriya şöbəsinin laborantı vəizfəsində çalışmış X10 onun keçmiş həyat yoldaşı olan Təqsirləndirilən şəxs balta ilə vuraraq yaralamışdır, həmin vaxt xəstəxananın normal iş fəaliyyəti 2 saat ərzində pozulmuşdur. (İİ Cild, i/v: 8) - Füzuli Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2018-ci il tarixli qətnamənin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 arasında nikah xx.xx.2018-ci il tarixdən pozulmuş, tərəflərin birgə nikahından doğulmuş Şahid10 Elman qızı X8 yanında qalmışdır. (İİ Cild, i/v: 167-169) - İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 13 noyabr 2024-cü il tarixli, 360/24 nömrəli rəyindən görünür ki, X9 baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin tüksüz hissəsinin çapılmış yarası, ənsə nahiyəsinin sağ tərəfində isə hematoma fonunda əzilmiş yarası aşkar olunmuşdur. Qeyd olunan xəsarətlərdən alın nahiyəsindəki yara çapıcı xüsusiyyətə malik əşyanın (alətin) ənsə nahiyəsindəki yara isə məhdud təsir səthinə malik bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə balta zərbələrinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (İİ Cild, i/v: 20-28 ). - İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2024-cü il tarixli, 99/MEŞ nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü X7 meyitində başın alın nahiyəsinin çapılmış yarası, təpə-ənsə nahiyəsinin sağdan əzilmiş yarası və dərialtı hematomaları, baş beyinin əzilməsi, beyin kötüyünün və uzunsov beyinin posttravmatik kəskin ödemi, perivaskulyar qansızmaları aşkar edildi. Qeyd olunan xəsarətlər həyati olub, çapılmış yara çapıcı alətin (əşyanın), əzilmiş yara məhdud səthə malik əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. X7 ölümünün bilavasitə səbəbi başın alın nahiyəsindən çapılmış yarası, təpə-ənsə nahiyəsinin sağdan əzilmiş yarası və dərialtı hematomaları, baş beyinin əzilməsi, beyin kötüyünün və uzunsov beyinin posttravmatik kəskin ödemi olmuşdur. X7 adına tərtib edilmiş tibbi sənədlərdə etil spirti, narkotik vasitə və digər güclü təsir edən maddələr qəbul etməsi haqqında hər hansı qeydiyyat yoxdur. X7 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsidə etil, propil, butil və amil spirtləri, brbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1, 4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (İİ Cild, i/v 15-19). - İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 14 dekabr 2024-cü il tarixli, 313/24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar olunmadı. (İ Cild, i/v: 258-260). - İş üzrə təyin olunmuş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 27 dekabr 2024-cü il tarixli, 3795 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham elan olnan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs yaddaş, diqqət, təfəkkür və qavrama prosesləri normaya uyğundur. Onda xasiyyətin psixopatik cizgilərinə xas olan: hövsələsizlik, inadkarlıq, eqosentrizm, özünə qarşı hörmət tələb etmək və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman emosional vəziyyətində hirslilik yaranmışdır. Həmin halın yaranması fərdi-psixi xüusiyyətləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. (İİ cild i/v: 12-14). - İş üzrə təyin edilmiş soyuq silah ekspertizasının 14 fevral 2024-cü il tarixli, 583- MTKŞ/2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş balta zavod üsulu ilə hazırlanmış təsərrüfat məişət təyinatlı baltadır və soyuq silah hesab edilmir. Bax: (İ Cild, i/v 249-257). - İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 21 noyabr 2024-cü il tarixli, 839/2024-MTBŞ nömrəli rəyindən görünür ki, X7 AB0 sistemi üzrə qrup göstəricisi: AB (İV). Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş bir ədəd pambıq tampona hopdurulmuş nümunədə insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə A və B antigenləri alındı, aqqlyutinlər isə alınmadı. Belə olan halda bu qan ləkələri AB (ıv) qrup şəxs, o cümlədən X11 məxsus ola bilər. Təqdim olunmuş baltanın işçi hissəsinin üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrin qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə qrup antigenləri və aqqlyutinlər alınmadığı üçün onun qrup mənsubiyyəti barədə fikir söyləmək mümkün olmadı. Təqdim olunmuş baltanın dəstək hissəsi üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (İİ Cild, i/v: 83-87). - İstintaq zamanı hadisə yerinə baxış keçirilərkən aşkar edilmiş qanabənzər ləkələrin hopdurularaq götürüldüyü 1 ədəd pambıq və cinayətin aləti olan götürülmüş 1 ədəd balta iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınması və Füzuli rayon prokurorluğunun “Maddi sübutların saxlanılması” otağına təhvil verilməsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında istintaq hərəkəti protokoluna əlavə edilmiş disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır.(İİ Cild, i/v: 90-130). - 26 noyabr 2024-cü il tarixli qərarla götürülmüş mərhum Namazova Dilbər qızına məxsus “Samsung J6” markalı mobil telefonun 16 dekabr 2024-cü il tarixdə qəbzlə qardaşı X3 qaytarılması nəzərə alınmışdır.( İİ Cild, i/v: 90-130). - “Azercell Telekom MMC-dən daxil olmuş, telefon danışıqlarına dair məlumatların qeyd olunduğu 1 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən 23 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. - Təqsirləndirilən şəxs Şahid4 vatsap tətbiqi vasitəsilə nalayiq formada yazdığı mesajın məzmunundan görünür ki, o, Dilbər Namazovanı cəzalandıracağı, ölməyib qalsa, 12 ildən sonra onun münasibətdə olduğunu hesab etdiyi şəxsi cəzalandıracağı ilə hədələmişdir. (İ Cild, i.v.179). Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi : Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: “X10 öldürmək niyəti olmamış, zərərçəkmiş şəxsə xəsarət yetirdiyi baltanı həmin gün işlətdiyi çayxanada istifadə etmək məqsədilə almış, ona qarşı olunan təhqirlərə dözməyərək zərərçəkmişə balta ilə yüngül xəsarət yetirmiş, Dilbər Namazovadan başqa heç kəsə zor tətbiq etməmiş, heç kimə nalayiq söyüşlər söyməmiş, yəni, xuliqanlıq cinayəti törətməmişdir.” Müdafiə tərəfinin dəlilləri bağlı məhkəmə tərkibi qeyd edir ki, ittihamın xuliqanlıq niyətilə qəsdən adam öldürməyə dair hissəsinə münasibətdə irəli sürülmüş dəlillər həm işin faktiki halları, həm də iş materialları ilə təkzib olunur.
1. Belə ki, əvvəla, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi əvvəlcədən öldürmək niyətinin olmamasına dair dəlili onun hadisədən bir neçə gün əvvəl zərərçəkmiş şəxsin yaşadığı yerə gələrək yaratdığı münaqişənin gedişində onu öldürəcəyi ilə bağlı zərərçəkmiş şəxsin həm 8 noyabr, həm də hadisədən bir gün əvvəl, yəni, 11 noyabr tarixində hüquq mühafizə orqanına rəsmi müraciəti, şahidlər Şahid10, Şahid11 və Şahid2 ifadələri, onun Şahid4 yazdığı Dilbər Namazovanın “gəzdiyini” 12 ildən sonra cəzalandıracaı ilə bağlı nalayiq mesajı, polis əməkdaşı olan Şahid7 Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra maşına qoyub Füzuli RPŞ-yə apararkən hadisədən bir gün əvvəl belində balta ilə xəstəxanaya getdiyini, ancaq imkan olmadığı üçün onu öldürə bilmədiyi, onun başını iki yerə bölmək istədiyini deməsinə dair ifadələri ilə təkzib olunur.
2. Baltanı çayxanada işlətmək məqsədilə almasına dair dəlili həm hadisədən bir neçə gün əvvəl yaratdığı gərgin münaqişələrin gedişində telefonda qızı Şahid10 anasını və onu öldürməklə hədələdikdən sonra baltanın yerini soruşması, hadisə günü günün birinci yarısı xəstəxanada münaqişə yaratdıqdan sonra iş vaxtının qurtarma saatını soruşması, bundan sonra gedib balta alıb, xəstəxanaya gələrkən üzərində gizlətməsi, Dilbər Namazovanın işdən çıxdığını görən kimi balta ilə onun baş nahiyəsinə ardıcıl zərbələr endirməsi birlikdə təhlil olunduqda onun qeyd edilən dəlili məsuliyyətdən yayınmaq üçün irəli sürdüyünə əsas verir.
3. Məhkəmə təqsieləndirilən şəxsin zərərçəkmiş şəxsə yüngül xəsarət yetirməsi, onun ölümü ilə əlaqəsinin olmaması, ölümünə həkim səhvinin səbəb olması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, işdə olan 16 noyabr 2024-cü il tarixli, 99/MEŞ nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü X7 meyitində başın alın nahiyəsinin çapılmış yarası, təpəənsə nahiyəsinin sağdan əzilmiş yarası və dərialtı hematomaları, baş beyinin əzilməsi, beyin kötüyünün və uzunsov beyinin posttravmatik kəskin ödemi, perivaskulyar qansızmaları aşkar edildi. Qeyd olunan xəsarətlər həyati olub, çapılmış yara çapıcı alətin (əşyanın), əzilmiş yara məhdud səthə malik əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X7 ölümünün bilavasitə səbəbi başın alın nahiyəsindən çapılmış yarası, təpə-ənsə nahiyəsinin sağdan əzilmiş yarası və dərialtı hematomaları, baş beyinin əzilməsi, beyin kötüyünün və uzunsov beyinin posttravmatik kəskin ödemi olmuşdur. Göründüyü kimi, zərərçəkmiş şəxsin təqsirləndiriləın şəxsin əməli nəticəsində aldığı xəsarətlərdən ölməsi birbaşa sübutla sübuta yetirilir. Göstərilən halları nəzərə alıb məhkəmə, təqsirləndirilən şəxsin dəlillərinə münasibətdə qeyd edir ki, bu hissədə söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi üzrə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürmə cinayəti birbaşa törədilən zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın niyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmədə tədqiq edilmiş sübutların təhlilindən görünür ki, Bağırov X14 Dilbər Cəmil qızı ilə rəsmi nikahda olduğu zaman və həmçinin, rəsmi qaydada ayrıldıqdan sonra belə daim münaqişə şəraitində olmuş, Təqsirləndirilən şəxs hadisəni törətməzdən bir neçə gün əvvəl şahidlərin gözü qarşısında zərərçəkmişi öldürəcəyi ilə hədələmiş, zərərçəkmiş şəxs bu barədə iki dəfə aidiyyəti hüquq-mühafizə orqanına rəsmi ərizə ilə müraciət etmiş, aqressiv situasiya dövründə qızı Şahid10 evdəki baltanın yerini soruşmuş, öyrənə bilmədiyi halda hadisəni törətdiyi gün yeni balta almış, həmin baltanı zərərçəkmiş şəxsin işlədiyi yerə gedərkən heç kimin görməməsi üçün belində, gödəkcənin altında gizlətmiş, zərərçəkmiş şəxsin işdən çıxmasını gözləyib qəfldən ona hücum edərək birbaşa həyat üçün təhlükəli olan baş nahiyəsinə fasiləsiz zərbələr endirməyə başlamış, nəticədə zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlərdən onun ölümünə səbəb olmuş, yetirdiyi xəsarətlərin lokalizasiyası, sayı cinayətin aləti kimi insan bədəninə zərbə endirildikdə xüsusilə təhlükəli alət olan baltanı seçməsi nəzərə alınaraq, Dilbər Namazovanın həmin xəsarətlərdən ölə biləcəyini qabaqcadan görmüş, bunu arzu etmişdir. Bundan əlavə, cinayət əməlinin xuliqanlıq niyətilə törədilməsi ilə bağlı ittihamın qiymətləndirilməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, verilmiş ittiham tamamilə təqsirləndirilən şəxsin niyətilə əhatə olunur. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum Qərarının 6-cı bəndində qeyd olunur ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs və Dilbər Namazova 2018-ci ildə rəsmi qaydada boşanmış, hadisədən bir il əvvələ qədər ayrı-ayrı zamanlarda uşaqların mənafeyi naminə birgə yaşasalar da, hadisədən son bir il əvvələ qədər X21 Bağırovla tamamilə ayrı yaşamış, onunla heç bir ər-arvad münasibəti olmamış, bunu arzu etməmiş, hətta telefonda da onu bloklamış, onunla ünsiyyətdə olmaq istəməmiş, onun övladları ilə görüşünə mane olmamış, hətta əksinə, uşaqları ataları ilə görüşməsi üçün təşviq etmiş, bunun gündəlik həyatına davam etməyə çalışmış, heç kimlə sevgi münasibətində olmamış, bunun təqsirləndirilən şəxsə də aidiyyəti olmamışdır. Qeyd edilən şəraitdə Təqsirləndirilən şəxs heç bir şəxsi münasibəti qalmadığı keçmiş arvadının iş yoldaşları olan Sahib və Fuad adlı şəxslərlə guya münasibətinin xoşuna gəlməməsi, qızına həmin xəstəxanada qan nümunəsi götürülmədən arayış verilməsi, qızının onunla görüşməməsini öz şəxsiyyətinin alçaldılması kimi yanaşma təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən halları heç bir əsaslı səbəb olmadan bəhanə kimi gətirərək, hadisəni də məhz xəstəxananın qarşısında törətməsinin məqsədinin də başqalarına dərs olması üçün etməsinə dair ibtidai istintaqdakı ifadəsi və həmin ifadənin işin faktiki halları ilə müqayisədə ağlabatanlılığı nəzərə alındıqda onun Dilbər Namazovanı qəsdən öldürməkdə niyətinin heç bir səbəb olmadan ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaq, öz şəxsiyyətini başqalarının fövqündə qoymaq olduğu sübuta yetirilir. Bundan başqa, sübutların təhlilindən görünür ki, Dilbər Namazova hadisədən son bir ilə qədər tamamilə şəxsi münasibəti kəsmiş, Təqsirləndirilən şəxs onunla əlaqə saxlamasının qarşısını almaq üçün onu kontaktlardan blok etmiş, öldürülməsinə qədər də heç bir münaqişənin səbəbkarı olmamış, dəfələrlə Təqsirləndirilən şəxs onun yaşadığı yerə və iş yerinə gələrək münaqişə yaratmış, heç bir səbəb olmadan, cüzi səbəb kimi bəhanələr gətirdiyi, özünün yaratdığı münaqişə zamanı isə əvvəlcədən öldürəcəyi ilə bağlı etdiyi hədələri reallaşdıraraq, zərərçəklmiş şəxsi xuliqanlıq niyətilə qəsdən həyatdan məhrum etmişdir.
4. Təqsirləndirilən şəxsin sonuncu dəlili xuliqanlıq cinayəti törətməməsi ilə bağlıdır ki, məhkəmə aşağıda qeyd edilənlərə əsasən həmin dəlili əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs onunla əsassız ittiham olunmuşdur ki, o, balta ilə Dilbər Namazovanın baş nahiyəsindən bir neçə dəfə zərbə vuraraq baş alın nahiyəsinin çapılmış yarası, təpə-ənsə nahiyəsinin sağdan əzilmiş yarası və dərialtı hematomalara, baş beyinin əzilməsi, beyin kötüyünün və uzunsov beyinin posttravmatik kəskin ödemi, perivaskulyar qansızmaları ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirdikdən sonra davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, cəmiyyət arasında bərqərar olmuş birgəyaşayış qaydalarına əməl etməyərək və ictimai qaydanı kobud surətdə pozmaqla ictimai yer hesab edilən Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən inzibati binasının həyətində hadisə ilə bağlı oraya toplaşmış çoxsaylı şəxslərin gözü qarşısında həmin zaman hadisə yerində olan və Dilbər Namazovanı qəsdən öldürməyə yönələn cinayətkar əməlini davam etdirməsinə mane olan Zərərçəkmiş şəxs “dörd ildən sonra gəlib sənin də haqq-hesabını çəkəcəm” deyib yüksək səslə söyüşlər söyərək Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin normal fəaliyyətini 2 saat müddətinə pozmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Verilmiş ittihamdan görünür ki, təqsirləndirilən şəxsin xuliqanlıq cinayətini törətməsi onun şəxsiyyət əleyhinə cinayətini başa çatdırdıqdan sonra onun cinayət törətməsinə mane olmağa çalışan Zərərçəkmiş şəxs ictimai yerdə “dörd ildən sonra gəlib sənin də haqq-hesabını çəkəcəm” deyib yüksək səslə söyüşlər söyərək Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin normal fəaliyyətinin 2 saat müddətinə pozulması ilə əsaslandırılmış, bu cinayətdən zərərçəkmiş şəxs kimi Zərərçəkmiş şəxs tanınmış, Dilbər Namazovanı öldürməyə yönəlmiş hərəkətlərində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin mövcudluğuna istinad edilməmiş, sözügedən cinayətin baş vermə anı Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən sözlərin deyilməsi anı ilə əlaqələndirilmiş, o, ictimai qaydanı pozmaya yönəlmiş hərəkətlərinin yalnız Zərərçəkmiş şəxs qarşı hərəkətlərində ifadə olunması ilə ittiham edilmişdir. Belə olan halda, məhkəmə ARCPM-in 318.1-ci maddəsini rəhbər tutaraq, işə verilmiş ittiham həcmində baxaraq, ittihamın bu hissəsinin qiymətləndirilməsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İşin təhlil olunan hallarından görünür ki, Təqsirləndirilən şəxs niyəti ictimai qaydanın kobud surətdə pozulmasına yox, zərərçəkmiş şəxs Dilbər Namazovanı heç bir əsaslı səbəb olmadan öldürməyə yönəlmiş, bu məqsədlə hadisədən günlərlə əvvəl onu öldürməklə hədələmiş, balta almış və fürsət tapan kimi zərərçəkmiş şəxsi öldürməyə yönəlmiş niyətini həyata keçirmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətinin konkret şəxsə (Zərərçəkmiş şəxs) yönəlmiş qəsd olmayıb cəmiyyətə qarşı yönəlməklə - açıqca hörmətsizlik etməsinin, habelə ictimai qaydanı kobud şəkildə pozmasının nədə ifadə olunması isə ittihamda göstərilməmişdir. İş materiallarına əlavə edilmiş Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 16 yanvar 2025-ci il tarixli, 18-1-36/2-34/2025 nömrəli məktubun xuliqanlıq cinayətinin qiymətləndirilməsində sübut kimi nəzərə alınması ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, həmin məktubda qeyd edilən 12 noyabr 2024-cü il tarixdə, saat 16:05 radələrində xəstəxananın inzibati həyətində Laboratoriya şöbəsinin laborantı vəizfəsində çalışmış X10 onun keçmiş həyat yoldaşı olan Təqsirləndirilən şəxs balta ilə vuraraq yaralaması, həmin vaxt xəstəxananın normal iş fəaliyyətinin 2 saat ərzində pozulması xuliqanlıq cinayətini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsi konkret olaraq Zərərçəkmiş şəxs nalayiq sözlər işlətməsi və onun 4 ildən sonra haqq-hesabını çəkməsi ilə hədələməsinə görə xuliqanlıq cinayətində ittiham etmişdir. Belə olan halda, işin təhlilindən aydın görünür ki, müəssisənin fəaliyyətinin 2 saat ərzində pozulması təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs nalayiq sözlər işlətməsi və onun 4 ildən sonra haqq-hesabını çəkməsi ilə hədələməsinə görə yox, Dilbər Namazovanı heç bir əsaslı səbəb olmadan ictimai yerdə öldürməsinə görə olmuşdur. Belə ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müvafiq sözləri deməyəcəyi halda belə müəssisənin fəaliyyəti pozulacaqdı. Bundan başqa, Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). İşin təhlil edilən hallarından görünür ki, təqsirləndirilən şəxsin təhlükəli davranışı Zərərçəkmiş şəxs “hədələməsi” və ona nalayiq sözlər söyləməsi olmamış, onun niyəti özündən uydurduğu, yəni, əslində mövcud olmayan səbəblərə-bəhanələrə görə zərərçəkmişi həyatdan məhrum etmək olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, xuliqanlıq təqsirləndirilən şəxsin əməlində yalnız zərərçəkmiş şəxsi həyatdan məhrumetməyə yönəlmiş niyətdə ifadə olunmuş, buna görə ona ARCM-in 120.2.2-ci maddəsi ilə ittiham verilmiş, Zərərçəkmiş şəxs qarşı təhlükəli davranışa çevrilməmişdir. Belə ki, həmin vaxtı Zərərçəkmiş şəxs üçün heç bir təhlükə mövcud olmamış, ona deyilmiş sözlər ictimai qaydanı pozmamış, cəmiyyətə açıq hörmətsizlik niyəti daşımamışdır. Həmçinin, qeyd edilməlidir ki, “4 ildən sonra gəlib sənin haqq-hesabını çəkəcəm” ifadəsi zor tətbiqi hədəsi hesab oluna bilməz, çünki, şəxsin zərər çəkməsi üçün hədə özlüyündə reallığa uyğun olmalıdır. Təqsirləndirilən şəxsin xüsusilə ağır cinayət törətdikdən dərhal sonra bu sözləri deməsi nəzərə alındıqda 4 ildən sonra hədəni icra edib-etməyəcəyinin, edə bilib-bilməyəcəyinin məchul olduğu şəraitdə mücərrəd “hədə”dən şəxsin zərər çəkməsi, bununla da ictimai qaydanın pozulması real deyildir. Həmçinin, onun niyəti Dilbər Namazovanı öldürmək olmuş, zərərçəkmiş şəxsi öldürməyə yönəlmiş hərəkətlərini bitirdikdən sonra sakitləşmiş, bundan sonra keçən qısa vaxt ərzində hüquq mühafizə orqanı əməkdaşlarının onu gəlib aparmasını gözləmiş, hadisə ilə bağlı oraya toplaşmış şəxslərin gözü qarşısında ictimai qaydanı pozmaya yönəlmiş hərəkətlər etməmiş, belə bir niyəti olmamışdır. Göründüyü kimi, xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmiş, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs “4 ildən sonra gəlib sənin haqq hesabını çəkəcəm” deməklə və ona nalayiq sözlər söyləməklə cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması göstərilməmiş, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar isə ittihamda təsvir edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs “4 ildən sonra gəlib sənin haqq hesabını çəkəcəm” deməklə və ona nalayiq sözlər söyləmiş olsa da həmin əməldə xuliqanlıq cinayətinin tərkib elementləri mövcud olmadığından, əməl cinayət hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib elementlərinin mövcudluğu sübuta yetirilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməli, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələri). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi ilə bağlı aşağıda qeyd olunanları nəzərə almağı zəruri hesab edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-in X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İİ Cild, i.v.37) - Füzuli RİHB-nın Böyük Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət və ya mənfi xarakterizə edilməmişdir.( İ Cild, i.v. 181) Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Ali Məhkəmənin 25 iyun 2003-cü il tarixli Plenum Qərarında qeyd olunmuşdur ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 12 noyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış keçirilərkən aşkar edilmiş qanabənzər ləkələrin hopdurularaq götürüldüyü 1 ədəd pambıq və cinayətin aləti olan götürülmüş 1 ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokoluna əlavə edilmiş bir ədəd DVD disk və “Azercell MMC”-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən təqdim edilmiş mülki iddia ərizəsi icraata götürülmüş, məhkəmənin qərarı ilə zərərçəkmişşəxsin hüquqi varisi X5 mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. Məhkəmə mülki iddia ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, mülki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, vurulmuş ziyana görə 20.600 (iyirmi min altı yüz) manat maddi və 30.000 (otuz min) manat mənəvi zərərin, həmçinin, dövlət rüsumu kimi ödənilmiş 242 (iki yüz qırx iki) manat, ümumilikdə 50.842 (əlli min səkkiz yüz qırx iki) manat məbləğində pul vəsaitinin cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı X3 ödənilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuş, iddia onunla əsaslandırılmışdır ki, mərhum bacısı Dilbər Namazovanın öldürülməsi nəticəsində yas mərasimlərinə 17.000 manat, məzar daşı üçün 3600 manat xərc çəkmişlər, mənəvi zərərin dəyərinin hər hansı məbləğlə ölçülməsi qeyri-mümkündür, lakin, həmin məbləğ simvolik olaraq 30.000 manat müəyyənləşdirilirMülki iddiaçı trəfindən Füzuli RİHB Böyük Bəhmənli kənd İƏD nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, dəfn mərasimlərinin keçirilməsi üçün X5 16.500 manat məbləğində dəfn xərcləri çəkmişdir. Məhkəmə çəkilmiş xərclərə dair birbaşa sübut təqdim edilməməsi ilə bərabər, təqdim edilmiş sənədi dolayı sübut kimi nəzərə alır. Belə ki, məhkəmə tərkibi hesab edir ki, heç bir birbaşa sübutun təqdim edilməməsi bu xərclərin ümumiyyətlə olmaması, maddi ziyanın vurulmaması kimi qiymətləndirilə bilməz. Məhkəmə formalaşmış adətləri nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxsin yas mərasimləri və məzar daşına görə çəkilmiş xərclərin həcmi 10.000 manat həcmində müəyyən edilməsi ağlabatandır. Məhkəmə mülki iddianın mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə sadlananları nəzərə alaraq həmçinin, hesab edir ki, mənəvi zərərlə bağlı mülki iddiaçının sübut təqdim etməməsi, özü-özlüyündə mənəvi zərərin vurulmaması kimi qiymətləndirilə bilməz. Belə ki, təqsirləndirilən şəxsin birbaşa qəsdi nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi bacısını heç bir səbəb olmadan itirmiş, zərərçəkənin 2 övladı anasız qalmış, həmçinin, zərərçəkmiş şəxsin hüquqi varisi ilə zərərçəkmiş şəxs və onun övladları bir-birinə bağlı olmuşdur. Odur ki, mənəvi zərərin məbləği ağlabatan həddə müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, mülki iddia qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi ziyana görə 10.000 manat, mənəvi zərərə görə 20.000 manat məbləğdə, ödənilmiş dövlət rüsumuna görə 242 manat məbləğdə pul vəsaiti tutularaq mülki iddiaçı X3 ödənilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs öz arvadı X10 öldürmüş, onların yetkinlik yaşına çatmayan övladı 2008-ci il təvəllüdlü Şahid10 faktiki olaraq xalasının himayəsində yaşayır. Cinayət Prosessual Məcəlləsinin 160-cı maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 55-ci bəndində qeyd olunmuşdur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladı 2008-ci il təvəllüdlü Şahid10 üzərində himayəçi təyin edilməsi məsələsi yaşadıqları ərazi üzrə Füzuli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına həvalə edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 42.1.2, 132, 183, 344-347, 349, 350, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş itham üzrə əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 12 noyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladı 2008-ci il təvəllüdlü Şahid10 üzərində himayəçi təyin edilməsi məsələsi yaşadıqları ərazi üzrə Füzuli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış keçirilərkən aşkar edilmiş qanabənzər ləkələrin hopdurularaq götürüldüyü 1 ədəd pambıq və cinayətin aləti olan götürülmüş 1 ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokoluna əlavə edilmiş bir ədəd DVD disk və “Azercell MMC”-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi ziyana görə 10.000 manat, mənəvi zərərə görə 20.000 manat məbləğdə, ödənilmiş dövlət rüsumuna görə 242 manat məbləğdə pul vəsaiti tutularaq mülki iddiaçı X3 ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev