Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-257/2023 10.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə 18 iyun 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan heroinin, tiryəkin və qurudulmuş marixuananın, külli miqdarda psixotrop maddə olan metamfetaminin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd verməklə köməklik göstərmə, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr heroini, tiryəki və qurudulmuş marixuananı, külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri məlum olmayan İran İslam Respublikasının vətəndaşı (bundan sonra mətndə İİR oxunmal) “Əfsər” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs İİR vətəndaşı “Əfsər” adlı şəxsin külli miqdarda narkotik vasitələri və psixotrop maddəni sonuncunun qeyd etdiyi ünvandan götürüb özündə saxlamaqla və sonradan daşıyıb digər şəxslərə çatdırılması üçün müxtəlif ünvanlara yerləşdirmək barədə verdiyi təlimatına və bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq 4000 manat pul vədinə əsasən İİR vətəndaşı “Əfsər” adlı şəxsin qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə İİR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla qanunsuz keçirib satışını təşkil etməklə birgə qazanc əldə etmək məqsədi ilə ona göndərdiyi və Yardımlı rayonunun Ləzran kəndi ərazisində yol kənarındakı sanitar qovşaqda gizlədib yerləşdirdiyi 01 ədəd ağ rəngli kisənin içərisindəki sellofan bağlamalarda olan kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 8067,604 qram təmiz çəkidə narkotik vasitə heroini, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda 4640 qram təmiz çəkidə narkotik vasitə tiryəki, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 5345,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı və kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 2045,85 qram təmiz çəkidə psixotrop maddə metamfetamini əldə etmək üçün 26 may 2022-ci il tarixdə saat 04 radələrində idarə etdiyi “Kia Pride” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yardımlı rayonunun Ləzran kəndi ərazisinə gedərək içərisində yuxarıda qeyd edilən külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan 01 ədəd ağ rəngli kisəni satış məqsədi ilə qanunsuz əldə edib kisədəki həmin maddələrdən narkotik vasitə heroinin 01 ədəd bükümdə 17,604 qram çəkidə hissəsini, psixotrop maddə metamfetaminin 01 ədəd bükümdə 25,850 qram çəkidə hissəsini götürüb öz üzərində saxlamış, eləcə də qalan narkotik vasitələrin və psixotrop maddənin olduğu həmin 01 ədəd ağ rəngli kisəni isə İİR vətəndaşı “Əfsər” adlı şəxsin verəcəyi növbəti təlimat üzrə digər əraziyə daşıyıb aparmaq və yerləşdirmək niyyəti ilə idarə etdiyi “Kia Pride” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoymaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə saat 05:00-da Yardımlı rayonunun Ləzran kəndində yerləşən qəbiristanlığın yaxınlığında idarə etdiyi “Kia Pride” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq həmin avtomobillə birlikdə Yardımlı RPŞ-yə aparılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən narkotik vasitə heroinin 17,604 qram çəkidə olan hissəsi 01 ədəd bükümdə, həmçinin psixotrop maddə metamfetaminin 25,850 qram çəkidə olan hissəsi 01 ədəd bükümdə olmaqla əynindəki şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan sonra, polis şöbəsinin həyətində “Kia Pride” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs razılığı və öz iştirakı ilə həmin keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitələrin və psixotrop maddənin qalan hissələri olan ümumilikdə 8050 qram təmiz çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1010 qram, 1005 qram, 1015 qram, 1010 qram və 3000 qram olan 06 ədəd sellofan bağlamalarda, 4640 qram təmiz çəkidə narkotik vasitə tiryək 01 ədəd sellofan bağlamada, ümumilikdə 5345,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda təmiz çəkiləri 560,0 qram, 635,0 qram, 860,0 qram, 915,0 qram, 830,0 qram, 1545,0 qram olan 06 ədəd sellofan bağlamalarda, ümumilikdə 2020 qram təmiz çəkidə psixotrop maddə metamfetamin isə ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram və 1010 qram olan 02 ədəd sellofan bağlamalarda olmaqla Təqsirləndirilən şəxs “Kia Pride” markalı **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən təqdim etdiyi həmin 01 ədəd ağ rəngli kisənin içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Əfsər adı ilə tanıdığı iranlı şəxslə Yardımlı rayonunun Ləzran kəndindən Dubaydan gəlmiş qızılları götürməklə bağlı telefon danışıqları olmuşdur. Bu məqsədlə 25 may 2022-ci il tarixdə gecə vaxtı qeyri rəsmi yaşadığı Fəridə adlı şəxslə idarə etdiyi “Kia” markalı maşınla Yardımlı rayonuna yollanmış, yolda gedərkən “votsap”la danışdığı iranlı şəxs ona “qızıl işi”nin alınmadığını, onun deyəcəyi yerdən - Yardımlı rayonun Ləzran kəndinin ərazisindən narkotik götürməli və onun deyəcəyi yerə çatdırmalı olduğunu bildirmişdir. İranlı Əfsərin təklifi ilə razılaşmamış və geri qayıtmaq qərarına gəlmişdir. 26 may 2022-ci il tarixdə səhər saat 5 radələrində geri qayıdarkən yolda polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobil saxlanılmış və Fəridə ilə birlikdə Yardımlı RPŞ-yə aparılmışlar. Aşkarlanan külli narkotiklər polis əməkdaşları tərəfindən üzərinə və avtomobilinə qoyulmuşdur. Saxlanılan zaman üzərində və avtomobilində narkotik olmamışdır. Tanışı Fəridənin də narkotikdən heç bir məlumatı olmamışdır. Fəridəyə demişdir ki, Cəlilabad rayonuna gedir, tanışı ilə görüşü var. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən döyülmüş, ona qarşı zor tətbiq olunmuşdur. Ona qarşı təzyiqlər olduğundan videoçəkiliş zamanı məcbur qalaraq ibtidai istintaq zamanı üzərində və avtomobilində aşkar olunan külli miqdarda narkotik vasitələrin özünə məxsus olması barədə etirafedici ifadələr vermişdir. Heç kimə narkotik satmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində verdiyi 26 may 2022-ci il tarixli və təqsirləndirilən şəxs qismində verdiyi 27 may 2022-ci il tarixli ilkin ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi qeyd olunan etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində göstərmişdir ki, əvvəllər tanıdığı Əfsər adında iranlı ilə “Votsap”la danışarkən maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Bundan sonra, Əfsər ona narkotik göndərəcəyini, həmin narkotiki dediyi yerə aparıb qoyağacı halda ona kart vasitəsilə 4000 manat pul göndərəcəyini söz vermişdir. Maddi vəziyyət yaxşı olmadığı üçün Əfsərlə razılaşmışdır. 25 may 2022-ci il tarixdə Əfsər ona narkotikin Yardımlı rayonu ərzisində olduğunu, rayona çatdıqda məkanı “Votsap”la ona atacağını demişdir. Həmin gün gecə saatlarında Fəridə adlı tanışı ilə idarə etdiyi “Kia” markalı maşınla Yardımlı rayonuna yol düşmüş, Fəridəyə Cəlilabad rayonunda işinin olduğunu demişdir.Yolda Əfsər narkotik qoyulduğu məkanı ona “Votsap”la göndərərək həmin yerin Ləzran kəndinin ərazisində yolun kənarında olduğunu bilmişdir. Həmin kəndə çatmış, maşını tualetə getmək adı ilə yol kənarında saxlamış, tualetin içərisinə qoyulmuş narkotik vasitələr, psixotrop maddələr olan bağlamanı götürüb idarə etdiyi maşının arxa yük yerinə qoymuş, ayrıca kiçik bükümlərdə olan narkotik vasitələri və psixotrop maddələri isə götürərək üzərində saxlamışdır. Fəridənin bundan məlumatı olmamışdır. 26 may 2022ci il tarixdə saat 5 radələrində Yardımlı rayonunun Ləzran kəndinin ərazisində olan qəbirstanlığın yaxınlığında idarə etdiyi maşın polis əməkdaşları tərəfindən saxlanılmış, Fəridə ilə birlikdə Yardımlı RPŞ-yə aparılmışlar. Orada videoçəkilişlə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şalvarının cibindən bir büküm heroini, bir büküm metamfetamini, açarları, 14 manat pulu, şəxsiyyət vəsiqəsini, ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan “Samsunq” və “Red Mi” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Pul və açarlar özünə qaytarılmışdır. Sonra baxış zamanı idarə etdiyi avtomobilin arxa hissəsindən 6 bağlamada 8 kq 205 qram heroin, 2 bağlamada 2 kq 140 qram metamfetamin, 1 bağlamada 4 kq 770 qram tiryək, 6 bağlamada 5 kq 590 qram qurudulmuş marixuana, 1 ədəd silah və bir ədəd “daraq” aşkar olunmuşdur. Bundan başqa maşının digər hissəsindən 3 ədəd plastik bank kartları aşkar edilib götürülmüşdür. Narkotik vasitələri və psixotrop maddələri əldə etməkdə məqsədi qazanc əldə etmək olmuşdur. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və ya psixiki təzyiqlər olmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Məhəmməd adlı şəxsin satış məqsədi ilə Yardımlı rayonu ərazisində külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Məhəmməd 26 may 2022-ci il tarixdə saat 05 radələrində yanında olan Fəridə adlı qızla Yardımlı rayonunun Ləzran kənd qəbiristanlığının yaxınlığında idarə etdiyi “Kia Pride” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılıb Yardımlı RPŞ-yə aparılmışlar. Şöbədə Məhəmmədin üzərinə müdafiəçisinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı o, şalvarının sol yan cibindən bir büküm heroini, bir büküm metamfetamini, açarları, şəxsiyyət vəsiqəsiqəsini, 14 manat pulu və mobil telefonlarını çıxarıb təqdim edərək həmin maddələri qəbiristanlığın yanından əldə etdiyini, narkotiki Əfsər adlı iranlının ona göndərdiyini etiraf etmişdir. Məqsədi isə həmin bağlamanı oradan götürüb Əfsərin deyəcəyi başqa yerlərə aparıb qoymaqla pul qazanmaq olmuşdur. Bundan sonra, Məhəmmədin idarə etdiyi “Kia Pride” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş, maşının arxa baqaj yerindən kisənin içərsində skoçlanmış 06 ədəd sellofan bağlamalarda heroin, 01 ədəd sellofan bağlamada tiryək, 06 ədəd sellofan bağlamalarda qurudulmuş marixuana, 02 ədəd sellofan bağlamalarda metamfeamin, həmçinin bağlamalardan birinin üzərində skoç lentlə sarınıb bağlanmış halda içərisində 01 ədəd darağı olan 01 ədəd tapança silah aşkar edilmişdir. Məhəmməd bildirmişdir ki, bağlamaldarda olan narkotik vasitələri və psixotrop maddəni Əfsər adlı iranlı göndərmiş, sonradan həmin maddələri Əfsərin deyəcəyi digər müxtəlif yerlərə aparıb qoyarsa buna görə Əfsər ona 4000 manat pul verməyi vəd etmişdir, həmin pulu isə kart vasitəsi ilə ona göndərəcəyini demişdir. Bundan sonra maşının salonunda olan Məhəmmədə məxsus pul qabının içərisindən 03 ədəd plastik bank kartları aşkar edilmişdir. Həmin pul kartları götürülmüşdür. Məhəməddin tanışı olan Fəridəyə bildirmişdir ki, narkotik vasitələrdən məlumatı olmamışdır. Məhəmməd saxlanılarkən ona qarşı heç bir zorakılıq hərəkətlər edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 ildir tanıyır, təxminən 3 ildir ki, qeyri rəsmi münasibətləri olmuşdur. 25 may 2022-ci il tarixdə Məhəmməd ona Cəlilabad rayonunda işinin olduğunu, yolda tək olmaması üçün onunla birlikdə gedib gəlməyini demişdir. Məhəmmədlə razılaşmışdır. Yolda olarkən Məhəmməd ona əvvəl Yardımlı rayonuna getməli olduğunu, geri qayıdarkən isə Cəlilabad rayonunda tanış ilə görüşəcəyini bildirmişdir. Yardımlı rayonundan qayıdarkən Ləzran kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış və Yardımlı rayon polis şöbəsinə aparılmışlar. Şöbədə onun və Məhəmmədin iştirakı ilə maşına baxış keçirilmiş və maşının baqaj hissəsindən bağlamalarda narkotik vasitələr aşkar edilmişdir. Həmin narkotiklərdən məlumatı olmamışdır. Kiminsə Məhəmmədin üzərinə və ya maşınına narkotik vasitə qoymasını görməmişdir. Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, Məhəmmədin Yardımlı rayonuna hansı məqsədlə gəldiyini bilməmişdir. Məhəmməd ona Yardımlıdan qızıl götürəcəyi barədə heçnə bildirməmişdir. Məhəmməd onun yanında polis əməkdaşları tərəfindən döyülmüşdür. Polis əməkdaşları onu da vurmuş, gözü göyərmişdir. Bu barədə heç yerə şikayət etməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 26 may 2022-ci il tarixli 6/2973 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş: Üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi....” və sair yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 17,604 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 25,850 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi....” və sair yazılar, imzalar olan kisədə 05 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1010 qram, 1005 qram, 1015 qram, 1010 qram qəhvəyi rəngli maddə kütlələri (05 ədəd bağlamadakı kütlələr eyni tərkiblidir) və 01 ədəd bağlamada təmiz çəkisi 3000 qram tünd qəhvəyi rəngli maddə kütləsi olmaqla ümumi təmiz çəkisi 8050 qram kütlələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bağlamada təmiz çəkisi 4640 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Üzərində “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi....” və sair yazılar, imzalar olan kisədə 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram və 1010 qram, ümumi təmiz çəkisi 2020 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 ədəd bağlamadakı metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi 01 ədəd bükümdəki təmiz çəkisi 17,604 qram olan heroin kütləsi ilə baxış zamanı aşkar olunan 01 ədəd bağlamadakı təmiz çəkisi 3000 qram olan heroin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Bu heroinlər digər 05 bağlamadakı heroin kütlələrindən tərkibcə fərqlidir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi təmiz çəkisi 25,850 qram olan metamfetamin kütləsi ilə baxış zamanı aşkar olunan 02 ədəd bağlamadakı ümumi təmiz çəkisi 2020 qram olan metamfetamin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 26 may 2022-ci il tarixli 7/539 №-li rəyi ilə müəyyən edilmişdir ki, vət. Təqsirləndirilən şəxs götürülmüş 06 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 560,0 qram, 635,0 qram, 860,0 qram, 915,0 qram, 830,0 qram, 1545,0 qram – ümumi çəkisi 5345,0 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 4953 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 27 may 2022-ci il tarixli 22/396R №-li rəyinə əsasən 13-36421 nömrəli silah zavod üsuli ilə hazırlanmşı 9 mm kalibrli JK-9 modelli siqnal-səs tapancasıdır və odlu silah hesab edilmir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında”, həmçinin avtomobilə “baxış keçirilməsi və götürmə haqqında” 26 may 2022-ci il tarixli protokollardan və onlara əlavə edilmiş videogörüntülər olan 02 ədəd DVD disklərdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi qablaşdırma ilə birlikdə çəkisi 18,42 qram təşkil edən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər, qablaşdırma ilə birlikdə çəkisi 27,71 qram təşkil edən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr, eləcə də üzərindən ona məxsus avtomobilə aid 02 ədəd açar, 14 manat pul, şəxsiyyət vəsiqəsi, içərisində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan 01 ədəd “Samsung” markalı və içərisində mobil nömrə olmayan “Redmi” markalı mobil telefon aparatları aşkar edilmiş, avtomobilə aid 02 ədəd açar və 14 manat pulu Təqsirləndirilən şəxs özünə qaytarılmaqla digər aşkar edilənlər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra,“Kia Pride” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs “Kia Pride” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən təqdim etdiyi həmin 01 ədəd ağ rəngli kisənin içərisindən 06 ədəd bağlamalarda qablaşdırma ilə birlikdə çəkisi 8 kiloqram 205 qram təşkil edən narkotik vasitə heroinə bənzər maddələr, 02 ədəd bağlamalarda qablaşdırma ilə birlikdə çəkisi 2 kiloqram 140 qram təşkil edən psixotrop maddə metamfetaminə bənzər maddələr, 01 ədəd bağlamada qablaşdırma ilə birlikdə çəkisi 4 kiloqram 770 qram təşkil edən narkotik vasitə tiryəkə bənzər maddə, 06 ədəd bağlamalarda qablaşdırma ilə birlikdə çəkisi 5 kiloqram 590 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 01 ədəd silaha bənzər predmet və onun 01 ədəd darağına bənzər predmet, eləcə də həmin avtomobildən **********622488 nömrəli, **********810436 nömrəli və **********186203 nömrəli plastik bank kartları aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 9 sentyabr 2022-ci il tarixli “mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefon “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində İİR mobil operatoruna aid +98 914 821 5121 mobil nömrə istifadəçisinin “Esger” adı altında qeydə alınmış, həmin nömrə ilə 26 may 2022-ci il tarixdə saat 03:03-dən saat 04:52-yədək olan vaxt ərzində foto, video və səsli mesajların, SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Belə ki, “Esger” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid +98 914 821 5121 mobil nömrə istifadəçisinə 26 may 2022-ci il tarixdə saat 03:03-də “Sırıx kəndini keçmişəm, üzü elə bil Cəlilabada tərəf gedirəm, üzü abratnı qayıdıram” məzmunlu, ardınca saat 03:27-də “Nə oldu ay Əsgər, atmadılar bunlar?, yarım saat keçdi e” məzmunlu səsli mesajların, həmin səsli mesajlara cavab olaraq +98 914 821 5121 mobil nömrə istifadəçisi tərəfindən həmin gün saat 03:28-də “Darıxma da indi həll edir, başa dönüm” və ardınca saat 03:29-da “Uzağı, deyir lap uzağı, ən geci on dəqiqəyə ünvan atır, çöldədi” məzmunlu səsli mesajların, bu səsli mesajlara cavab olaraq +98 914 821 5121 mobil nömrə istifadəçisinə saat 03:30-da “Yaxşı, yaxşı, amma sən denən, uje qırx dəqiqədi, bayaq dediyi vaxtdan qırx dəqiqə keçib də, mən də yavaş-yavaş gedirəm ki deyən yeri keçməyim də, elə götürüm oradan da pramoy çıxım gedim, nə də ki orada çox dayanmayım, bildin necə? yəni pramoy götürüm, oradan da çıxım gedim, nə çox dayanım, nə çox gözləyim, tez bazar eləyim” məzmunlu səsli mesajın, bundan sonra +98 914 821 5121 mobil nömrə istifadəçisi tərəfindən saat 03:37-də internet üzərindən mövcud ərazi, yaxud olduğu yer üzrə konkret ünvanı bildirən xəritəyə dair yönləndirilmiş SMS məlumatının, ardınca saat 03:42-də mobil telefonda qrafik-proqram təminatından istifadə edilməklə ox işarəsi ilə işarələnmiş, mişar daşından və kərpicdən inşa edilən tikili obyektin yönləndirilmiş fotogörüntüsünün, ardınca saat 03:44-də “Tualitin içində” məzmunlu yönləndirilmiş SMS mətninin, həmin mesajlara cavab olaraq +98 914 821 5121 mobil nömrə istifadəçisinə saat 03:47-də nəqliyyat vasitəsinin nahamar, kələ-kötür torpaq yolda idarə edilməsinin qeydə alınmış videoçəkilişi barədə 26 saniyə davam edən videogörüntünün (həmin videogörüntüdə videoçəkilişi aparan kişi cinsinə mənsub şəxs tərəfindən “Ay Əfsər, burdan bax, bax getmək olmur e, bunun içinə pox olsun, belə palçıqlı yola şey atarlar?!, belə yolun qırağına niyə qoymurdu rahat?! heç kim yox idi, maşına bax, əyri-üyrüş gedirik biz burda, o tərəf də dərədi, sürüşüm düşüm dərəyə?! Gör nətəri gedirəm!” məzmunlu səsli müraciət edilir), bunun ardınca saat 03:49-da “Əsgər ona denən, bir dənə konumu dəqiq atsın e, bu məni çox pis yerə aparır e, palçıqdı, maşınla qalxıram, burdan o tərəfə uje qalxmaq olmur, saxlamışam maşını, burdan da o tərəfə beş kilometr göstərir, mən piyada beş kilometr palçıqla nətəri gedim?!, buna denən getsin onun yanına, dəqiq konum atsın mənə, gözləsin konum yerində, bir az dəqiq dayansın orda, on metr, iyirmi metr göstərsin, sonra atsın konumu, səhv atıb konumu, nədi ?! mən hara çıxmışam?! Video atmışam sənə baxarsan!” məzmunlu səsli mesajın, ardınca saat 03:51-də “Əsgər bura bərbad vəziyyətdədi, bax, denən konumu getsin atdığı yerdə dayansın, üç-dörd dəqiqə dayansın orda, qoy konum dəqiqləşsin, sonra atsın, belə səhv atıbdı, nədi, düz yol qala-qala, heç kim yoxdu, yolun qırağında qoy qalıb, bilirsən bura nədi?!, palçıq, heç maşın qalxmır bu yolu, mən burdan o tərəfə beş kilometr gərək piyada yol gedim, denən haradısa yerini dəyişsin, ya nə bilim normal bir yerə qoysun, belə şey olmaz!” məzmunlu səsli mesajın, ardınca saat 03:52-də “Maşının altını nə qədər vurmuşam bayaqdan, palçıqdı, qalxmaq olmur, eşə-eşə, eşə-eşə bir təhər bir yerə qalxdım, ordan o tərəfə uje daha qalxmadı, ordan da xəritəyə baxıram, beş kilometr göstərir, o nədisə səhv yerə qoyubdu, oralıqda heç inanmıram da tualet olar, dağın üstünə dırmaşdırır bu konum, konumu səhv atıbdı, denən konumu düz atsın, getsin onun yanında dayansın, dəqiqləşsin bir az, metrəsi dəqiqləşsin, iyirmi-otuz metrə zad göstərəndən sonra atar” məzmunlu səsli mesajın, bunun ardınca saat 03:53-də nəqliyyat vasitəsinin nahamar, kələ-kötür torpaq yolda idarə edilməsinin qeydə alınmış videoçəkilişi barədə 19 saniyə davam edən videogörüntünün (həmin videogörüntüdə videoçəkilişi aparan kişi cinsinə mənsub şəxs tərəfindən “Buna bax hələ, palçıqdı e, yağış da yağıbdı, bax, bax, rolu... polnu bax, nə qədər mən döndərmişəm, amma düz gedirik, bax, bax, rol gör hardadı?!, görürsən maşının altı nə qədər dəyir?!, getmək olmur e burdan!” məzmunlu səsli müraciət edilir), buna cavab olaraq +98 914 821 5121 mobil nömrə istifadəçisi tərəfindən saat 03:55-də “Yardimlidan Celilabada geden yulun ustu yulu kunumnan gorecey tulet var onun icinde” və “Lezran yulu” məzmunlu yönləndirilmiş SMS mətnlərinin, buna cavab olaraq +98 914 821 5121 mobil nömrə istifadəçisinə saat 03:55-də “Denən ki ona, sənin başıva dönüm, konumu düz atsın, konumu səhv atıbdı, səhv yolu göstərir, burda bax “Yaroil” zapravka var, burdan getsin üzü Cəlilabad tərəfə?, yoxsa bundan arxadadı?, onu bir dənə dəqiqləşdir denən görüm!” məzmunlu səsli mesajın, bunun ardınca saat 03:56-da “Yaroil” yanacaqdoldurma məntəqəsinin gecə qaranlıq şəraitdə bir qədər aralı məsafədən çəkilmiş fotoşəklinə dair fotogörüntünün, ardınca saat 03:56-da “Bax bu zapravkadan üzü Cəlilabada tərəf gedəndədi?, yoxsa zapravkadan daldadı?” məzmunlu səsli mesajın, ardınca saat 03:57-də “Mən qayıtdım düşdüm o yoldan daha, güclə-bəla ilə, az qala daha üzü aşağı sürüşüb düşəcəkdim, zülümlə düşmüşəm daha, o yol deyil, denən düzəməlli konum atsın” məzmunlu səsli mesajın, buna cavab olaraq +98 914 821 5121 mobil nömrə istifadəçisi tərəfindən saat 03:58-də “Darıxma soruşuram, bir dəqiqə dayan” məzmunlu səsli mesajın, buna cavab olaraq +98 914 821 5121 mobil nömrə istifadəçisinə saat 04:00-da “Denən tez desin e, konumu da düzgün atsın, bu zapravkadan arxadadı? ya qabaqdadı?, tez desin, yolun üstündədi? yoxsa yoldan dönəcəm sağa-sola içəri gedəcəm?, hara gedəcəm?, o atdığı konum çox....., gördün də, sənə videosunu atdım da, bax da gör ora nə gündə yoldu!, maşının altı zadı nə qədər dəydi orda, getmək olmur o yolla, ora deyil yəni, denən dəqiq bir konum atsın ordan, konumu elə girib naxadı göndərməsin də, girsin bir konum yerinə, gözləsin orda” məzmunlu səsli mesajın, buna cavab olaraq +98 914 821 5121 mobil nömrə istifadəçisi tərəfindən saat 04:00-da “Yardimlidan Celilabada geden yol asflatnan gelsin” məzmunlu yönləndirilmiş SMS mətninin, ardınca saat 04:03 və 04:05-də internet üzərindən mövcud ərazi, yaxud olduğu yer üzrə konkret ünvanı bildirən xəritəyə dair yönləndirilmiş SMS məlumatlarının, ardınca saat 04:06-da “Qardaş adboy verməginən, telefonu aç” məzmunlu səsli mesajın, buna cavab olaraq +98 914 821 5121 mobil nömrə istifadəçisinə saat 04:06-da “Konum yerinə girəndən sonra gözləsin, o beş metrə, on metrəyə düşəndən sonra konum....” məzmunlu səsli mesajın, bundan sonra +98 914 821 5121 mobil nömrə istifadəçisi tərəfindən saat 04:09-da “Abi derde turbesinen 70 metr qabağda tualet var onun icinde”, “Erus kentden qalxsin uzu yuxari” məzmunlu və saat 04:12-də “Lerzan kendi girişde pir var 50 metr qabağa” məzmunlu yönləndirilmiş SMS mətnlərinin, buna cavab olaraq +98 914 821 5121 mobil nömrə istifadəçisinə saat 04:41-də “Əfsər, götürmüşəm mən, hansı tərəfə..., Bakıya gedirəm də onda mən, sən mənə deyərsən də hara, nədi, nə deyil” məzmunlu səsli mesajın, bu mesaja cavab olaraq +98 914 821 5121 mobil nömrə istifadəçisi tərəfindən saat 04:51-də “Qardaş, gözünün qadasın alım, beş dənə qaradı, beş dənə təbiətdi, səkkiz dənə torpaqdı, iki dənə də şüşədi, bir dənə də dəmirdi, aparginən Bakıya, deyəcəm hara qoyginən, başıva dönüm sənin, özüm deyəcəm, yerbə yer eleyeceksen, deyəcəm hara atginən” məzmunlu səsli mesajın, bu mesaja cavab olaraq isə +98 914 821 5121 mobil nömrə istifadəçisinə saat 04:52-də “Yaxşı narahat olma, çatıb xəbər eleyecem” məzmunlu səsli mesajın göndərilməsi faktlarından ibarət qarşılıqlı dialoq üzərində qurulmuş foto, video və səsli mesajların, SMS mətnlərinin mübadiləsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Eləcə də, baxış zamanı “Esger” adı altında qeydə alınmış İİR mobil operatoruna aid +98 914 821 5121 mobil nömrə istifadəçisi ilə 26 may 2022-ci il tarixdə saat 02:44-dən saat 04:37-yədək olan vaxt ərzində qarşılıqlı olaraq çoxsaylı zənglərin qeydə alındığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilən mesajlarda səslənən fikirlərin fərdiləşdirilməsi aparılmaqla “Esger” adı altında qeydə alınmış İİR mobil operatoruna aid +98 914 821 5121 mobil nömrənin istifadəçisi tərəfindən göndərilmiş səsli mesajlarda kişi cinsinə mənsub səslə danışan diktorun cinayət işinin materiallarında adı çəkilən İİR vətəndaşı “Əfsər” adlı şəxs, “Esger” adı altında qeydə alınmış İİR mobil operatoruna aid +98 914 821 5121 mobil nömrənin istifadəçisinə göndərilmiş səsli mesajlarda kişi cinsinə mənsub səslə danışan diktorun isə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs olduğu müəyyən edilir. Baxış zamanı yuxarıda göstərilən məlumatların qeydə alındığı Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatının yaddaşındakı məlumatlarla birgə fotoşəkilləri çəkilərək müvafiq protokola əlavə edilmişdir. Yardımlı Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, **********186203 saylı kart xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına açılmışdır. Həmin məktuba əsasən "xxxx" ASC-də Təqsirləndirilən şəxs adına olan AZ66NİCB**********0001A41010 hesabı üzrə əməliyyatlar onlayn şəkildə həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********810436 saylı karta bağlı USD valyuta növündə olan debet kart hesabı Bankın Rəqəmsal 2 filialında xx.xx.2021-ci il tarixdə açılmışdır. Müvafiq kart üzrə əməliyyatlar Banka məxsus olmayan ATM-lər vasitəsi ilə aparıldığı üçün hər hansı foto və ya video görüntülər mövcud deyildir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 157000/2-4460 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, **********622488 nömrəli plastik kartın Təqsirləndirilən şəxs adına olduğu məlum olmuşdur. İş materiallarında olan 30 may 2022-ci il tarixli və 17 yanvar 2023-cü il tarixli qərarlarla 8067,254 qram narkotik vasitə heroin, 4639,85 qram narkotik vasitə tiryək, 2045,73 qram psixotrop maddə metamfetamin, 5344,88 qram narkotik vasitə qurudulmuş marixuana, şəxsi axtarış və götürmə aparılması haqqında, həmçinin avtomobilə baxış keçirilməsi və götürmə haqqında 26 may 2022-ci il tarixli protokollara əlavə edilmiş videogörüntülər olan 02 ədəd DVD disklər, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ona məxsus 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatı, avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd 13- 36421 nömrəli 9x22 mm kalibrli JK-9 modelli səs-siqnal tapançası və həmin tapançaya aid 01 ədəd daraq, **********622488, **********810436 və **********186203 nömrəli plastik bank kartları iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, 2 ədəd disk isə cinayət işində saxlanılır. İş materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni İİR vətəndaşı “Əfsər” adlı şəxsdən satmaq məqsədi ilə əldə etmişdir. “Əfsər” adlı şəxsin İİR ərazisində olması səbəbindən onun ətrafında zəruri əməliyyat-axtarış tədbirləri keçirilməsi mümkün olmamışdır. 17 yanvar 2023-cü il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 243.4.3-cü maddələri ilə ayrıca icrata cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək üzərində və avtomobilində aşkar olunan külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmadığını, narkotikin və psixotrop maddənin üzərinə və avtomobilinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis əməkdaşları tərəfindən döyüldüyündən məcbur olub ibtidai istintaq zamanı narkotiklərin və psixotrop maddənin özünə məxsus olmasına dair etirafedici ifadələr verdiyini, Əfsər adında iranlı ilə yalnız qızıl məmulatları barədə danışdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu xüsusatlara tənqidi yanaşaraq onun məhkəmə istintaqında verdiyi ifadələrini işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Məhəmməd Zərbəliyevin ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs saxlanıldığı ilk gündən izahatında, müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci il tarixli şübhəli və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində özünü təqsirli bilərək Əfsər adında iranlının ona göndərdiyi külli miqdarda narkotki vasitələri və psixotrop maddələri götürmək üçün Bakı şəhərindən Yardımlı rayonunun Ləzran kəndinə gəldiyini, həmin narkotik vasitələri və psixotrop maddəni Əfsərn dediyi yerə aparıb qoyacağı təqdirdə ona 4000 manat pul veriləcəyini etiraf etmişdir. Həmin ifadələrində X1 rayonuna hər hansı bir qızıl məmulatlarının dalınca getməsi barədə dəlil irəli sürməmişdir. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən görünür ki, şəxsi axtarış və avtomobilə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şalvarının cibində və avtomobilinin baqaj hissəsində aşkar olunan külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin ona Əfsər adında iranlı tərəfindən göndərildiyini etiraf edir, narkotik vasitələrin və psixotrop maddənin üzərinə və avtomobilinə polis əmkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Həmçinin «mobil telefona baxış keçirilməsi haqqında» protokolla da müəyyən olunur ki, Əfsər adınla iranlı ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin və psixotrop maddənin yerinin müəyyən və əldə olunması ilə bağlı aralarında çoxsaylı telefon danışıqları olmuşdur. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən döyülməsi və ya zor tətbiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin fakt üzrə Azərbaycan Respublikası Baş prokurorluğunda araşdırma aparılmış, 13 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması, döyülməsi təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan bu günə kimi nə təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi xx.xx.2022-ci il tarixli şübhəli və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair gətirdiyi dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibi Şahid4 polis əməkdaşlarının Təqsirləndirilən şəxs və onu döyməsi ilə bağlı gətirdiyi dəlillərə münasibət bildirərək qeyd edir ki, onun bu ifadəsi uzun müddət qeyri-rəsmi birgə yaşadığı Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Şahid4 ibtidai isitintaq zamanı Təqsirləndirilən şəxs və özünün döyülməsi ilə bağlı ifadələrində hər hansı bir fikir irəli sürməmiş, döyülməsi ilə bağlı araşdırma aparılması üçün müvafiq orqanlara müraciət etməmişdir. Odur ki, məhkəmə tərkibi Şahid4 polis əməkdaşlarının Təqsirləndirilən şəxs və onu döyməsi ilə bağlı gətirdiyi dəlilləri əsassız hesab edir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi xx.xx.2022-ci il tarixli şübhəli və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması”, «avtomobilə baxış keçirmə və götürmə aparılması», «mobil telefonun yaddaşına baxış keçirilməsi» haqqında protokolları, əməlini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, tiryək, qurudulmuş marixuana narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən və narkomaniya xəstəliyindən əzab çəkməyən Təqsirləndirilən şəxs külli miqdarda və müxtəlif çeşidlərdə narkotik vasitələri və psixotrop maddəni sifariş verməsi və işin digər halları təqsirləndirilən şəxsin qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddəni qanunsuz əldə etməsi, saxlaması, daşıması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. İşin faktiki hallarına əsasən məhkəmə tərkibi Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində rolunun qiymətləndirilməsində ibtidai istintaq orqanın səhvə yol verdiyini hesab edərək aşağıdakı əsaslara görə sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə tövsifini düzgün saymır. İşin faktiki halları ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr olan heroinin, tiryəkin və qurudulmuş marixuananın, külli miqdarda psixotrop maddə olan metamfetaminin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmişdir. Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən «Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur». Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır. Analoji hüquqi mövqe «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 10 və 11-ci bəndlərində, habelə Ali Məhkəmənin 2016, 2018 və 2019-cu illər üçün dərc olunmuş bülletenlərinin 3 (səh. 40-44), 1 (səh. 28-33) və 4 (səh. 35-37) nömrəli buraxlışlarında dərc olunmuş qərarlarda da əks olunmuşdur. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin, psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı hazırki iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş yekun ittihamda qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin məhz Əfsər adında İİR vətəndaşı və ya cinayətkar qrupun digər üzvləri tərəfindən icra olunduğu qənaətinə gəlmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri məhz Əfsər adında İİR vətəndaşı təkbaşına icra etmiş, Təqsirləndirilən şəxs isə bu əməldə (cinayət başa çatdıqdan sonra) köməkçi qismində iştirak etmişdir. Qanunvericiliyin bu cür, yəni bir icraçı və bir köməkçi olan (ən azından iki icraçı olmadığı) vəziyyətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qəbul etməməsi CM-in 33.2 və 33.3-cü maddələrinin məzmunundan da aydın olur. Belə ki, CM-nin 33.2-ci maddəsi birgə icraçılıq olduğu halda cinayətin 32-ci maddəyə istinad edilmədən CM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddə ilə tövsif edilməsini təsbit etdiyi halda, CM-nin 33.3-cü maddəsi cinayətdə təşkilatçı, təhrikçi və köməkçi iştirak etdiyi hallarda (əgər bu iştirakçılar həm də icraçı deyillərsə) onların əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə (iştirakçıların razılaşdırdıqları və bu razılaşmaya uyğun olaraq icraçının yerinə yetirdiyi əməlin CM-nin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olaraq) tövsif edilməsini tələb edir. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz Əfsər adında İİR vətəndaşı tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz Əfsər adında İİR vətəndaşına kömək etmişdir. Buna görə də, təqsirləndirilən şəxsin həmin cinayətdə köməkçi olması “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil (Əfsərdən başqa icraçı müəyyən edilməyib), yalnız bir şəxsə – Əfsər adında İİR vətəndaşına yönəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Eyni zamanda, dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs əməlinin CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmasını xahiş etmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını, işin faktiki hallarını və dövlət ittihamçısının vəsatətini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə əməli Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. 26 may 2022-cü il tarixli qərar və protokollardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 27 may 2022-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 may 2022-ci ildən hesablanmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 32.5, 206.2-ci maddəsi “az ağır”, CM-nin 234.4.1, və 234.4.3 -cü maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 32.5, 206.2-ci maddənin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamlığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələri görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 may 2022-ci ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınıb hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan: - 8067,254 qram narkotik vasitə heroin, 4639,85 qram narkotik vasitə tiryək, 2045,73 qram psixotrop maddə metamfetamin, 5344,88 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -“şəxsi axtarış və götürmə aparılması” haqqında, “avtomobilə baxış keçirilməsi və götürmə aparılması” haqqında 26 may 2022-ci il tarixli protokollara əlavə edilmiş müvafiq proseslərin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklər cinayət işində saxlanılmalı; - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ona məxsus 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatı, **********622488, **********810436 və **********186203 nömrəli plastik bank kartları onun yaxın qohumlarına qaytarılmalı; - avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd 13-36421 nömrəli 9x22 mm kalibrli JK-9 modelli səs-siqnal tapançası və həmin tapançaya aid 01 ədəd daraq DİN-nın Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 310 (üç yüz on) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsilə ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan: - 8067,254 qram narkotik vasitə heroin, 4639,85 qram narkotik vasitə tiryək, 2045,73 qram psixotrop maddə metamfetamin, 5344,88 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - “şəxsi axtarış və götürmə aparılması” haqqında, “avtomobilə baxış keçirilməsi və götürmə aparılması” haqqında 26 may 2022-ci il tarixli protokollara əlavə edilmiş müvafiq proseslərin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklər cinayət işində saxlanılsın; - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ona məxsus 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatı, **********622488, **********810436 və **********186203 nömrəli plastik bank kartları onun yaxın qohumlarına qaytarılsın; - avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd 13-36421 nömrəli 9x22 mm kalibrli JK-9 modelli səs-siqnal tapançası və həmin tapançaya aid 01 ədəd daraq DİN-nın Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 310 (üç yüz on) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya apelyasiya şikayəti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Müşfiq Məmmədov Cavid Səfərli Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-257/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-257/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver