Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-257/2024 26.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Müseyib oğlunun və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1952-ci ildə Lerik rayonunun Molalan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkumluğu olmayan, həmin kənddə qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 08 iyul 2023-cü ildə, saat 09 radələrində Noda-Şingədulan- Xanagah avtomobil yolunun Lerik rayonunun Şingədulan kəndinin ərazisindən keçən sahəsindən Molalan kəndinə ayrılan yolun başlanğıcında, Molalan kənd yolunun təmirinə kəndin mərkəzindən, həmkəndlisi Zərərçəkmiş şəxs isə Şingədulan kəndinin ərazisindən, yolayrıcından başlanmasını istəməsi və çınqıl yükü ilə gəlmiş Şahid5 idarə etdiyi Kamaz 65112 markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yükünü yolun başlanğıcında boşaltdırması səbəbindən Zərərçəkmiş şəxsla aralarında yaranan mübahisə zəminində sonuncu ilə qarşılıqlı dalaşmış, dalaşma zamanı yerdən götürdüyü daş parçasını təxminən 2-3 metr məsafədən Zərərçəkmiş şəxs ataraq qəsdən başına vurub ona açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ gicgah payın hemorragik əzilməsi ilə nəticələnən və dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmkəndlisidir. Kənd camaatı tərəfindən yaşadıqları kəndə gələn avtomobil yolunu təmir etmək üçün pul yığılmış, xx.xx.2023-cü ildə, saat 09 radələrində Lerik rayonunun Şibgədulan kəndinə getmiş, yolun təmir işləri ilə bağlı çınqıl gətirən Kamaz markalı avtomobil kəndə gəlmiş, yolun təmirinin hansı kənddən başlanılması ilə əlaqədar həmkəndlisi Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranmış, Əliəkbərə “sən 18 il icra nümayəndəsi işləmisən, kənd üçün nə etmisən” demiş, sonuncu isə ona sən kimsən, nəçisən” deyib ünvanına nəlayiq ifadələr işlətməklə onun üzərinə hücum edərək yumruqla onun sifət nahiyəsinə zərbə vurmuş, zərbənin təsirindən o yerə yıxılmış, həmin vəziyyətdə olarkən Əliəkbər təpiklə sol böyür və döş qəfəsi nahiyələrinə zərbələr vurmuş, o, isə özünü müdafiə etmək üçün yerdən əl boyda daş parçası götürüb Əliəkbərə tərəf tullamış, lakin daş parçasının sonuncuya dəyib-dəymədiyini bilməmiş, sonra yerdən qalxıb həmkəndlisi Rəis adlı şəxsin avtomobilinə minib evinə getmiş, Əliəkbərə daş ataraq ona ağır xəsarət yetirmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs müalicə xərclərini ödəməyə cəhdlər etsə də, sonuncu onun köməyini qəbul etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, Lerik rayonunun Molalan kəndində qeydiyyatda olmaqla orada yaşayır. Kənd camaatı tərəfindən yaşadıqları kəndə gələn avtomobil yolunu təmir etmək üçün pul yığılmış, o, xx.xx.2023-cü ildə, saat 09 radələrində Lerik rayonunun Şibgədulan kəndinə getmiş, yolun təmir işləri ilə bağlı çınqıl gətirən Kamaz markalı avtomobil kəndə gəlmiş, avtomobilin sürücüsü Anar adlı şəxsə işarə edərək çınqılı boşaltmasını deyərkən həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs digər həmkəndliləri Şahid6, Şahid1 və Rəis adlı şəxslərlə həmin yerə gələrək yolun Molalan kəndindən başlanmasını tələb etmiş və onun ünvanına xoşagəlməz ifadələr işlətmiş, sonuncuya cavab verdikdə aralarında mübahisə yaranmış, Güləşin üzərinə gedərkən sonuncu arxaya doğru yerimiş, bu zaman ayağı ilişib yerə yıxılmışdır. Sonra həmkəndlisi Qorxmaz onları sakitləşdirmiş və onlar kənara çəkilmiş, üzünü çevirib arxaya doğru gedərkən Güləş yerdən daş parçası götürüb baş nahiyəsinə zərblə vurmuş və o yerə yıxılaraq başından ağır dərəcəli xəsarətlər almışdır. Hazırda həmkəndlisi Təqsirləndirilən şəxslə barışmadığını və onu bağışlamadığını bildirmiş və məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Güləş və zərər çəkmiş şəxs Əliəkbər həmkəndliləridir. 08 iyul 2023-cü ildə, səhər saatlarında kəndə gələn yolun təmiri ilə bağlı həmkəndliləri Güləşlə Əliəkbər arasında olan dava-dalaşı görməmiş, sonradan onların dalaşaraq bir - birilərinə xəsarət yetirmələrini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsində göstərilənləri təsdiq etməklə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 08 iyul 2023-cü ildə, səhər saatlarında kəndə gələn yolun təmiri ilə bağlı həmkəndliləri Güləşlə Əliəkbər bir-biriləri ilə mübahisə etməyə və bir-birilərinə kobud sözlər deməyə başlamış, bir-birilərinə yaxınlaşıb əlbəyaxa olmuş, əlbəyaxa zamanı Güləş yerə yıxılmış, o, yerdən təxminən əl böyüklüyündə daş parçası götürüb təxminən 2 metr məsafədən Əliəkbərə tərəf atmış, həmin daş Əliəkbərin baş nahiyəsinə dəymiş, zərbənin təsirindən sonuncu yerə yıxılmış, həmin vaxt o, həmkəndliləri Əlisəfa Qulamov və X6 köməklik edərək onu xəstəxananın yanına aparıb orada ilk tibbi yardım göstərmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 və Şahid7 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq etməklə hazırkı ifadələrində göstərmişlər ki, 08 iyul 2023-cü ildə rayonun Şingədulan kəndinə getmiş, orada olarkən hər hansı bir hadisənin şahidi olmamış, sonra eşitmişlər ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dalaşaraq bir - birilərinə xəsarət yetirmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət hadisəsi xx.xx.2023-cü ildə Lerik rayonunun Molalan kənd yolunun başlanğıcında, Noda-Şingədulan-Xanagah avtomobil yolunun Şingədulan kəndindən keçən hissəsində yolayrıcında baş vermişdir. Baxış zamanı hadisə yerinin videogörüntüsü çəkilərək 01 ədəd diskə köçürülüb protokola və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2023-cü il tarixli, 82 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ gicgah payın hemorragik əzilməsi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya (daş) ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2023-cü ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Lerik rayonunun Molalan kənd sakini, xx xxx 1952-ci il təvəllüdlü Əliyev X2 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin qismən etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və işdə olan digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayəti zərər çəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun əməlini Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi, eyni zamanda onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası CM-in 164-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 2.750.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilmişdir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs təqaüdçüdür, Lerik rayonunun Molalan kəndində qeydiyyatda olmaqla arvadı, oğlu, gəlini və nəvələri ilə birgə həmin kənddə yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş 13 fevral 2018-ci il tarixli, 1183 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvüdür. İş materiallarına əlavə edilmiş İ-2607 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, X4 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli, 2370 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş İ-6942 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, X4 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli, 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş İ-82568 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 noyabr tarixli, 671s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş İ-3675 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, X4 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli, 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş İ-18832 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşını, səhhətini, təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, iki oğlunun Qarabağ uğrunda gedən müharibədə fəal iştirak etmələrini, zərər çəkmiş şəxslə barışığa cəhd göstərməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ağır cinayət törətdiyini nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir və ona azadlıqdan məhrum etmə cəzasını təyin etməklə çəkiləcək bu cəzanın maksimum dərəcədə onun islah olunması məqsədinə xidmət edəcəyini əsas götürür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədaləti bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Lakin Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən isə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda CM-in xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən, onun yaşını, səhhətini, zərər çəkmiş şəxslə barışığa cəhd göstərməsini, iki oğlunun Qarabağ uğrunda gedən müraribədə fəal iştirak etməklə Azərbaycan Respublikası Prezidenti tərəfindən mükafatlandırılmasını, dövlət ittihamçısının maddənin sanksiyasının aşağı həddində cəza təklif etməsini, xəstəliyini, cəzanı ağırlaşdıran halların olmamasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ittiham olunduğu CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasınının aşağı həddindən də az cəza təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə islas zalından dərhal həbsə alınmalı və saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilməli, oradan isə Bakı İstintaq Təcridxanasına etap olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin izah və tələblərinə əsasən (mad. 41.2) “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə baxışının çıxışlar mərhələsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Müseyib oğlu tərəfindən Təqsirləndirilən şəxs qarşı 10.000 manat məbləğində mənəvi ziyan, 20.000 manat məbləğində isə maddi ziyan vurulması ilə bağlı məhkəməyə mülki iddia verilmişdir. Məhkəmə belə hesab edir ki, zərər çəkmiş şəxsin mülki iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, zərər çəkmiş şəxsin təqdim etdiyi 20.000 manat məbləğində mülki iddia tələbində həmin məbləğdə maddi ziyan vurulması hallarını təsdiq edən sənədlərin orginalı (əsilləri) rəsmi qaydada təsdiq olunmamış, başqa sözlə məhkəməyə təqdim edilən həmin sənədlər reallığı əks etdirməmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilən həmin sənədlər xüsusi araşdırma tələb etdiyindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Müseyib oğlunun mülki iddia tələbi baxılmamış saxlanılmalı və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüquqları izah edilməlidir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Müseyib oğlu tərəfindən mənəvi ziyanla bağlı verilmiş 10.000 manat məbləğində mülki iddianın qismən təmin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Belə ki, Zərərçəkmiş şəxs Müseyib oğlunun sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alması nəticəsində onun fiziki və psixi ağrılar çəkməklə sıxıntılı günlər yaşamasını, ağır mənəvi sarsıntılı anlar keçirməsini nəzərə alıb vurulmuş mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxsə verilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan və hadisə yerinə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə maddi ziyan, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Barəsində CM-in 62-ci maddəsi tətbiq olunsun və o, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və hadisə yerinə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilsin, oradan isə Bakı İstintaq Təcridxanasına etap olunsun. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Müseyib oğlu tərəfindən mənəvi ziyanla bağlı verilmiş mülki iddia qismən təmin edilsin və vurulmuş mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxsə verilsin. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Müseyib oğlu tərəfindən maddi ziyanla bağlı verilmiş mülki iddia baxılmamış saxlanılsın və ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu, (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-257/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-257/2024
26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver