Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-257/2025 03.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Yevlax rayonunun Aran qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının ərazisində icraya qəbul edilməklə leqallaşdırılmış (tanınmış) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənmiş Rusiya Federasiyası, Moskva Vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsi 4-cü hissəsinin “Q” bəndi ilə təqsirli bilinməklə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qeyd edilən qərarla həmin hökm üzrə cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə tövsif edilməklə həmin maddəllərlə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Şəki penitensiar müəssisəsində cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilətəqsirləndirilməsinə dair cinayət işinə 03 iyun 2025-ci il tarixdə, saat 12:10da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 2014-2015-ci illərin əvvəllərində digər şəxslərlə birlikdə külli miqdarda narkotik vasitələrin əldə edilməsi, daşınması, Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışından ibarət cinayətlərin törədilməsi məqsədilə mütəşəkkil dəstə yaradaraq onun təşkilatçısı və əlaqələndiricisi olmuşdur.
2. Belə ki, Təqsirləndirilən şəxs birbaşa göstərişi və rəhbərliyi ilə mütəşəkkil dəstənin üzvləri 10 fevral 2015-ci il tarixədək olan dövr ərzində, istintaqla dəqiq vaxtı və yeri müəyyən edilməmiş şəraitdə, gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməklə Azərbaycan Respublikasına qanunsuz yolla gətirilmiş, ümumi çəkisi 5025 qram təşkil edən 10 bağlamada qablaşdırılmış qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədi ilə əldə edib daşımış və müxtəlif şəxslər vasitəsilə paylamışlar. Belə ki, cinayətkar dəstənin üzvü X24 10 fevral 2015-ci il tarixdə, saat 17 radələrində, Yevlax rayonunun Aran qəsəbəsi ərazisində digər dəstə üzvü X3 1 ədəd sellofan torbada ümumi çəkisi 5025 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitəni idarə etdiyi “Kamaz” markalı, **-AC- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasında, sərnişin oturacağının arxasında yerləşdirərək daşımış və həmin gün saat 21 radələrində Hacıqabul rayonu ərazisində dəstə üzvü X19 təhvil vermişdir. Bayram Əzimov isə qeyd olunan narkotik vasitəni Nicat Mikayılova çatdırmaq üçün Vasif Məmmədovdan satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, əvəzində ona əvvəlcədən verilmiş narkotik vasitənin əvəzinə 4000 manat pul təqdim etmişdir. Bayram Əzimov narkotik vasitəni “Mercedes- Benz” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda yerləşdirərək daşımış və həmin gün saat 23 radələrində Sabirabad rayonunun Qaratəpə kəndində cinayətkar dəstənin digər üzvü X20 vermişdir. Rahət Əsgərov isə həmin narkotik vasitəni Bayram Əzimovdan satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, yaşadığı evin mətbəxində yerləşən dolabın alt bölməsindəki karton qutunun içərisində gizlədərək saxlamış, lakin 11 fevral 2015-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
3. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək göstərdi ki, o, 02 fevral 2015-ci il tarixədək Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, həmin dövrədək müxtəlif işlərdə çalışmış, yük avtomobili sürücüsü olmuş, daha sonra Rusiya Federasiyasına mütəmadi səfərlər edərək tum, yük və minik nəqliyyat vasitələri alıb Azərbaycan Respublikasına gətirərək satışını təşkil etmiş, bu yolla qazanc əldə etmişdir. 03 fevral 2015-ci il tarixdə işləri ilə əlaqədar Rusiya Federasiyasına səfər etmiş və sonradan orada qalaraq Azərbaycan Respublikasına geri qayıtmamış, orada Moskva vilayətinin Domodedovo şəhərində yaşamışdır. Daha sonra barəsində Rusiya Federasiyası, Moskva vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30.3 və 228.1.4-cü maddəsinin “q” bəndi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 23 may 2024-cü il tarixdə cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına ekstradisiya olunmuş və həmin tarixdən etibarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan Şəki penitensiar müəssisəsində cəza çəkməyə başlamışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2024-cü il tarixli qərarı ilə Rusiya Federasiyası məhkəməsinin hökmü tanınmış, həmin hökm üzrə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə tövsif edilərək Təqsirləndirilən şəxs 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəza müddəti 05 dekabr 2025-ci il tarixdə başa çatır.
4. Təqsirləndirilən şəxs cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, X9 onun əmisidir, hazırda onunla əlaqəsi yoxdur, bildiyinə görə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün tutulmuşdur. X13 tanıyır, onun xalası oğludur. X21 tanıyır, həmin şəxs Sabirabad rayonundandır, onu Rusiya Federasiyasının Nijni Novqorod şəhərindən tanıyır, belə ki, onun (Bayramın) yük avtomobili var idi və kartof işi ili məşğul idi. X22 tanımır, o, X14 həmkəndlisidir. Bildirir ki, adları qeyd edilən şəxslər, həmçinin qardaşı X15 hazırda onun da təqsirləndirildiyi narkotik işi ilə bağlı həbs ediliblər. Həmin həbs edilən şəxslərin verdiyi ifadələr ona məlumdur. Yəni, qardaşı Nicatın Yevlax rayonu ərazisində yerləşdirilən narkotik vasitəni xalası oğlu Vasifə verməsi, Vasifin isə həmin narkotik vasitəni daşıyıb Hacıqabul rayonu ərazisində tanışı Bayrama verməsini, ondan əvvəl verilmiş narkotik vasitələrin pulu olan 4000 manat məbləği almasını və həmin şəxslərin narkotikin məhz Təqsirləndirilən şəxs tərəfindən göndərilməsi və Elvinin göstərişi ilə narkotiki daşımaları, saxlamaları və satmaları barədə verdikləri ifadələr ona məlumdur. Lakin, qeyd edir ki, tutulandan sonra onlarla danışmayıb, nə üçün onun barəsində belə ifadə verdiklərini onlardan soruşmayıb. Onun hazırki işdə narkotik vasitələrin dövriyyəsində təqsirləndirilməsi və Rusiya Federasiyasında narkotik vasitələrin dövriyyəsinə görə məhkum edilməsi təsadüfdür. Cinayət prosesi iştirakçıları və məhkəmə tərəfindən təqsirləndirilən şəxsə sual verilərək, nə üçün öz doğma qardaşının və doğma xalası oğlunun onun adını verərək, narkotiki məhz onun göndərməsini, onun göstərişi ilə narkotiki daşımaları, satmaları və saxlamalarını bildirmələri barədə soruşulsa da, təqsirləndirilən şəxs bu suallara hər hansı tutarlı cavab verə bilməmişdir. Təqsirləndirilən şəxs, əlavə olaraq qeyd etmişdir ki, Rusiya Federasiyasında qeyri-rəsmi nikahda olmuşdur, həmin qeyri-rəsmi nikahdan bir övladı olsa da, övladı və onun anası ilə hər hansı əlaqəsi yoxdur, övladının olması barədə hər hansı rəsmi sənədi məhkəməyə tədim edə bilmir. Təqsirləndirilən şəxs son sözündə ona ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
7. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 1995–2016-cı illərdə MTN və DTX-də, 2018-ci ildən isə Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmış, hazırda Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin rəisidir. Bildirmişdir ki, 01 fevral 2015-ci il tarixdə Dövlət Gömrük Komitəsi və MTN əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbiri zamanı, “Kamaz 65115” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində külli miqdarda narkotik vasitənin daşındığı barədə əməliyyat məlumatı daxil olmuşdur. Birgə əməliyyat qrupu yaradılmış və həmin nəqliyyat vasitəsi Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisində saxlanılmışdır. Şifahi sorğu-sual zamanı sürücü Vasif Məmmədov narkotik vasitəni Yevlax rayonunda X3 Təqsirləndirilən şəxs göstərişi ilə təhvil aldığını, sonuncunun göstərişi ilə Hacıqabul körpüsü yaxınlığında tanımadığı bir şəxsə təhvil verdiyini və bunun əvəzində 4000 manat aldığını bildirmişdir. Sonradan həmin şəxsin X28 olduğu müəyyən edilmiş, onun saxlanılması istiqamətində əməliyyat tədbirləri aparılmışdır. X23 rayonunun Qaratəpə kənd sakini X16 evində olduğu müəyyənləşdirilmiş, sonuncunun evinə baxış keçirilmiş və baxış zamanı mətbəx dolabının alt bölməsindəki karton qutudan ümumi çəkisi 5 kq 690 qr olan 10 ədəd bağlamada marixuana və 1 ədəd “Bauer” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Əsgərov Rahət bağlamaların Bayram adlı şəxs tərəfindən az öncə gətirildiyini bildirmişdir. Əməliyyat tədbirlərinin davamı olaraq, X2 şəhərində saxlanılmışdır.
8. Məhkəmə iclaslarına dəfələrlə dəvət edilmiş Şahid2 məhkəməyə teleqram göndərərək, üzrlü səbəbdən iştirak edə bilmədiyini, ibtidai istinaq zamanı verdiyi ifadələri təsdiq etdiyini bildirmişdir. Məhkəmə tərəflərin və təqsirləndirilən şəxsin özünün razılığı ilə məhkəmə istintaqı zamanı gəlməyən şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan etməklə tədqiq etmişdir. Həmin ifadəsində şahid qeyd etmişdir ki, 01 avqust 2000-ci ildən 17 mart 2017-ci il tarixədək Sabirabad Rayonu İcra Hakimiyyəti Başçısının Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. 01 dekabr 2024-cü il tarixdən Kənd Təsərrüfatı Nazirliyi “Dövlət Aqrar Sığorta” X11 Filialının Sabirabad rayonu üzrə baş mütəxəssisi işləyir. 11 fevral 2015-ci il tarixdə, saat 00:10 radələrində həmkəndlisi, həmin vaxt Sabirabad Rayonu İcra Hakimiyyəti Başçısının Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib işləyən Şahid3 ilə birlikdə Sabirabad rayonu, Qaratəpə kəndində olduqları vaxt mülki geyimli, özünü gömrük xidməti əməkdaşı kimi təqdim edən şəxs onlara yaxınlaşaraq həmkəndliləri - Qaratəpə kənd sakini X16 yaşadığı fərdi yaşayış evinə gömrük xidməti və milli təhlükəsizlik orqanı əməkdaşları tərəfindən keçiriləcək baxışda hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmişdir. Onlar da vətəndaşlıq borclarını yerinə yetirirərək keçiriləcək yoxlamada hal şahidi qismində iştirak etməyə öz razılıqlarını vermişlər. Bundan sonra gömrük xidməti və milli təhlükəsizlik orqanı əməkdaşları ilə birlikdə X16 yaşadığı, Qaratəpə kəndində yerləşən fərdi yaşayış evinə daxil olmuşlar. Bundan sonra X16 yaşadığı, Qaratəpə kəndində yerləşən fərdi yaşayış evinə sonuncunun ərizəsinə əsasən onun, digər hal şahidi Şahid3, X16, gömrük xidməti və milli təhlükəsizlik orqanı əməkdaşlarının iştirakı ilə gömrük xidməti əməkdaşı tərəfindən baxış keçirilmiş və baxış zamanı X16 yaşadığı, Qaratəpə kəndində yerləşən fərdi yaşayış evinin mətbəxindəki şkafın alt bölməsində olan, üzərində “Azərşəkər” sözü yazılmış karton qutudakı, üzərində “Blue Red” sözləri yazılmış 1 ədəd polietilen torbanın içərisindən 10 ədəd sellofan bağlama və 1 ədəd “Bauer” markalı elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı X29 həmin bağlamalarda narkotik vasitə olan marixuana olduğunu və həmin narkotik vasitənin də az öncə tanışı, Qaratəpə kənd sakini X28 tərəfindən gətirildiyini və narkotik vasitəni gətirən Bayram Əzimovun 5-6 dəqiqə öncə yaşadığı evdən çıxıb getdiyini bildirmişdir. Bundan sonra 10 ədəd bağlama açılmışdır. Bağlamalar açıldıqda hər birinin içərisində marixuanayabənzər bitki kütlələrinin olduğu məlum olmuş və tərəzidə çəkildikdə qeyd edilən bitki kütləsinin qablaşdırma ilə birlikdə təqribi çəkisinin 5 kiloqram 690 qram olduğu müəyyən edilmişdir. Bundan sonra 10 ədəd bağlamada, qablaşdırma ilə birlikdə təqribi çəkisinin 5 kiloqram 690 qram təşkil edən marixuanayabənzər bitki kütlələri və 1 ədəd “Bauer” markalı elektron tərəzi qablaşdırılmaqla götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmişdir. O və baxışda iştirak edən digər şəxslər də qeyd edilən protokolla tanış olub düzgün tərtib edilməsini öz imzaları ilə təsdiq etmişlər.
9. Məhkəmə iclaslarına dəfələrlə dəvət edilmiş Şahid3 məhkəməyə teleqram göndərərək, üzrlü səbəbdən iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etdiyini bildirmişdir. Məhkəmə tərəflərin və təqsirləndirilən şəxsin özünün razılığı ilə məhkəmə istintaqı zamanı gəlməyən şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan etməklə tədqiq etmişdir. Həmin ifadələrə əsasən müəyyən edilir ki, hal şahidi Şahid3 ifadələrində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadələr vermişdir.
10. Məhkəmə iclasında müdafiə tərəfinin də razılığı ilə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsasən müəyyən edilmişdir ki, Şahid4 10 fevral 2015-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Hacıqabul rayonunun Nəvai qəsəbəsinin yaxınlığında olarkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq X10 idarə etdiyi “Kamaz 65115” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O, da keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyə razılıq vermişdir. Bundan sonra digər şəxslərin də iştirakı ilə X10 idarə etdiyi “Kamaz 65115” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvai qəsəbəsi ərazisindən keçən hissəsində, “X41 Xidməti” postundan təqribən 300 metr məsafədə, Bakı şəhəri istiqamətində magistral yolun kənarında saxlanılmışdır. Şifahi sorğu-sual zamanı “Kamaz 65115” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü X1 Federasiyasında yaşayan xalası oğlu Elvin adlı şəxsin göstərişi ilə Yevlax rayonunun Aran qəsəbəsində yaşayan, Elvin adlı xalası oğlunun qardaşı – digər xalası oğlu Nicat adlı şəxsdən təhvil aldığı narkotik vasitəni saxlanıldıqdan az öncə Hacıqabul körpüsünün yaxınlığında Elvin adlı şəxsin göstərişi ilə “Mercedes-Benz” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsinin sürücüsü olan, əvvəllər bir dəfə Sabirabad rayonunun Qaratəpə kəndində keçirilən kiçik toy mərasimində tanış olduğu, adını bilmədiyi bir şəxsə təhvil verdiyini, həmin şəxsin də bunun əvəzində 4000 manat məbləğində pul verdiyini bildirmişdir. X10 idarə etdiyi “Kamaz 65115” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi saxlanıldıqdan sonra gömrük xidməti əməkdaşları tərəfindən keçirilən tədbirlərin davamı olaraq hal şahidi qismində iştirak etməsi üçün Dövlət Gömrük Komitəsinin inzibati binasına dəvət edilmişdir. Bundan sonra əvvəllər tanımadığı X19 məxsus “Mercedes Benz C 240” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilə Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında baxış keçirilmişdir. Baxış zamanı avtomobildə olan sənəd qabının içərisində Bayram Əzimova məxsus AZE №07460807 nömrəli şəxsiyyət vəsiqəsi, 10 yanvar 2011-ci il tarixli, 7E-879 reyestr qeydiyyatı olan etibarnamə, AB №395780 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, AB№595857 nömrəli sürücülük vəsiqəsi və həmin nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari tibbi sığortası aşkar edilmişdir. Baxış zamanı “Mercedes-Benz” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsindən hər hansı hüquqpozma predmeti aşkar edilməmişdir. Bundan əlavə Dövlət Gömrük Komitəsinin inzibati binasının 4-cü mərtəbəsində xidməti otaqların birində X14 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X28 üzərində hər hansı hüquqpozma predmetinin olmadığını bildirmiş və üzərində olan kağız və metal pulları könüllü təqdim etmiş və qeyd edilən pulların özünə məxsus olduğunu bildirmişdir. Həmin pullar sayıldıqda 3 ədəd 50, 4 ədəd 20, 1 ədəd 5, 3 ədəd 1 manatlıq kupyur, 1 ədəd 50 qəpiklik, 4 ədəd 20 qəpiklik olmaqla cəmi 238 manat 70 qəpik olduğu məlum olmuşdur. Əskinaslar və metal pullar qablaşdırılaraq götürülmüşdür. Daha sonra həmin yerdə X16 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X29 üzərində olan 1 ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Həmin telefon qablaşdırılaraq götürülmüşdür. Bundan başqa həmin yerdə X10 üzərində də şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X10 əynində olan gödəkcənin sol cibindən 14 ədəd 10 manatlıq, 19 ədəd 50 manatlıq, 66 ədəd manatlıq, 33 ədəd 10 manatlıq kupyur olmaqla cəmi 4000 manat pul aşkar edilmişdir. Vasif Məmmədov həmin pulu “Mercedes” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsündən aldığı bildirmişdir... ...Baxış və şəxsi axtarış zamanı qeyd etdiklərindən başqa hər hansı predmet aşkar edilməmişdir.
11. Məhkəmə iclasında müdafiə tərəfinin də razılığı ilə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsasən müəyyən edilmişdir ki, o, digər Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir.
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. Cinayət işi materiallarından məlum olur ki, 02 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Həmin cinayət işinin başlanmasına səbəb 01 fevral 2015-ci il tarixdə Ukrayna Respublikası vətəndaşının idarə etdiyi “VAZ 21073” markalı, AP 1605CP dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsində Rusiya Federasiyasından tranzit keçməklə Ukrayna Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin aşkar edilməsi faktı olmuşdur. 11 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin başlanması üçün səbəb Dövlət Gömrük Komitəsi X35 X27 Baş İdarəsinin rəisinin 11 fevral 2015-ci il tarixli, xx/xx/002961 nömrəli raportu, əsas isə fakt üzrə toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. (c İ, i.v. 90-134) 31 oktyabr 2015-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq aparılmış ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən həmin maddəllərlə istintaqı aparılmış ********* nömrəli cinayət işinə birləşdirilmiş, 27 yanvar 2016-cı il tarixdə ********* nömrəli cinayət işindən X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs və cinayətlərin törədilməsində iştirak etmiş şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq ibtidai istintaqı aparılmış, 26 dekabr 2016-cı il tarixdə ********* nömrəli cinayət işindən X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs, X5 və cinayətlərin törədilməsində iştirak etmiş şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq ibtidai istintaqı aparılmışdır.
14. “Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” 17 iyul 2018-ci il tarixli Qərara əsasən müəyyən olunur ki, ********* nömrəli cinayət işindən külli miqdarda narkotik vasitənin mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi faktına görə Təqsirləndirilən şəxs və digər şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (c İ, i.v 1)
15. Təqsirləndirilən şəxs 03 mart 2015-ci il tarixdə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, istintaqdan gizləndiyinə görə ona ittiham elan etmək mümkün olmamış, olduğu yerin müəyyən edilməsi, tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün eyni tarixdə barəsində axtarış elan olunmuş və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs tutulduğu tarixdən etibarən hesablanmış, 21 yanvar 2016-cı il tarixdə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsi tərəfindən yeni məzmunda qəbul edilmiş qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, istintaqdan gizləndiyinə görə ona ittiham elan etmək mümkün olmamış, məhkumların ekstradisiya qaydalarına uyğun olaraq 23 may 2024-cü il tarixdə aktla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə təhvil verilmiş, Şəki Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 5(075)- 210/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs cəza çəkdiyi Şəki penitensiar müəssisəsindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına keçirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair 21 yanvar 2016-cı il tarixli qərar 16 dekabr 2024-cü il tarixdə ona elan edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham 23 yanvar 2025-ci il tarixdə dəyişdirilərək əlavələr edilməklə ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqə 211, 212-213, 215-216; cild 2, iş vərəqə 117-118; cild 3, iş vərəqə 218-222; cild 4, iş vərəqə 1-3, 81-85, 47-52, 66-68).
16. İş materiallarına əlavə edilmiş, “Nəqliyyat vasitəsinin saxlanılmasına dair” 11 fevral 2015-ci il tarixli protokoldan görünür ki, 10 fevral 2025-ci il tarixdə X10 idarə etdiyi “Kamaz 65115” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Bakı- Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvai qəsəbəsi ərazisindən keçən hissəsində, “X41 Xidməti” postundan təqribən 300 metr məsafədə, Bakı şəhəri istiqamətində magistral yolun kənarında saxlanılmış, şifahi sorğu-sual zamanı “Kamaz 65115” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü X1 Federasiyasında yaşayan xalası oğlu Təqsirləndirilən şəxs göstərişi ilə Yevlax rayonunun Aran qəsəbəsində yaşayan, Təqsirləndirilən şəxs qardaşı – digər xalası oğlu X3 təhvil aldığı narkotik vasitəni saxlanıldıqdan az öncə Hacıqabul körpüsünün yaxınlığında Təqsirləndirilən şəxs göstərişi ilə “Mercedes-Benz” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsinin sürücüsü olan, əvvəllər bir dəfə Sabirabad rayonunun Qaratəpə kəndində keçirilən kiçik toy mərasimində tanış olduğu, adını bilmədiyi bir şəxsə təhvil verdiyini, həmin şəxsin də bunun əvəzində 4000 manat məbləğində pul verdiyini bildirmişdir. (c. İ, i.v. 98-99)
17. İş materiallarına əlavə edilmiş, “Baxış keçirilməsi və götürmə haqqında” 11 fevral 2015-ci il tarixli protokoldan görünür ki, 11 fevral 2015-ci il tarixdə X16 ərizəsinə əsasən Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən evinə keçirilmiş baxış zamanı evin mətbəxindəki şkafın alt bölməsində olan, üzərində “Azərşəkər” sözü yazılmış karton qutudakı, üzərində “Blue Red” sözləri yazılmış 1 ədəd polietilen torbanın içərisindən 10 ədəd sellofan bağlama və 1 ədəd “Bauer” markalı elektron tərəzi aşkar edilmiş, şifahi sorğu-sual zamanı X29 həmin bağlamalarda narkotik vasitə olan marixuana olduğunu və həmin narkotik vasitənin də az öncə tanışı Bayram adlı şəxs tərəfindən gətirildiyini və narkotik vasitəni Bayram adlı şəxsin 5-6 dəqiqə öncə yaşadığı evdən çıxıb getdiyini bildirmiş, bundan sonra 10 ədəd bağlama açılmış, bağlamalar açıldıqda hər birinin içərisində marixuanayabənzər bitki kütlələrinin olduğu məlum olmuş, tərəzidə çəkildikdə qeyd edilən bitki kütləsinin qablaşdırma ilə birlikdə təqribi çəkisinin 5 kiloqram 690 qram olduğu müəyyən edilmiş, bundan sonra 10 ədəd bağlamada, qablaşdırma ilə birlikdə təqribi çəkisinin 5 kiloqram 690 qram təşkil edən marixuanayabənzər bitki kütlələri və 1 ədəd “Bauer” markalı elektron tərəzi qablaşdırılmaqla götürülmüşdür. (c İ, i.v. 101-103)
18. İş materiallarına əlavə edilmiş, “Şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” 11 fevral 2015-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı X10 əynində olan gödəkcənin sol cibindən 14 ədəd 10 manatlıq, 19 ədəd 50 manatlıq, 66 ədəd manatlıq, 33 ədəd 10 manatlıq kupyur olmaqla cəmi 4000 manat pul aşkar edilmiş, Vasif Məmmədov həmin pulu “Mercedes” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsündən aldığını bildirmiş, bundan əlavə Vasif Məmmədovun şalvarının sağ cibindən 1 ədəd 50 manatlıq, 1 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq kupyur olmaqla cəmi 59 manat pul aşkar edilmiş, Vasif Məmmədov həmin 59 manat pulun özünə məxsus olduğunu demiş və həmin pul vəsaitləri qablaşdırılmaqla götürülmüşdür. (c İ, i.v. 106-108)
19. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2015-ci il tarixli, 3090 nömrəli məhkəməbioloji ekspertizası arayışından görünür ki, tədqiqata təqdim olunmuş 1 (bir) ədəd ağ rəngli sintetik torbadakı polietilen torbada üzəri skoçla bağlanmış 10 (on) ədəd sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri: 500 qram; 505 qram; 505 qram; 505 qram; 500 qram; 505 qram; 500 qram; 505 qram; 500 qram; 500 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi 5025 qramdır (5 kiloqram 25 qram). Aparılmış tədqiqatdan sonra marixuana narkotik vasitəsinin ümumi təmiz qalıq çəkisi 5024,8 qram olmuşdur. (c İ, i.v. 127-128)
20. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2015-ci il tarixli, 3872 nömrəli məhkəməbioloji ekspertizası rəyindən görünür ki, X16 yaşadığı fərdi yaşayış evindən götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd ağ rəngli sintetik torbada bir ədəd polietilen torbadakı üzəri skoçla bağlanmış 10 (on) ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 499,98 qram; 504,98 qram; 504,98 qram; 504,98 qram; 499,98 qram; 504,98 qram; 499,98 qram; 504,98 qram; 499,98 qram; 499,98 qram, ümumi təmiz çəkisi 5024,8 qram (ilkin tədqiqat zamanı həmin bitki mənşəli bitki kütlələrin ayrı-ayrılıqda təmiz çəkiləri 500 qram; 505 qram; 505 qram; 505 qram; 500 qram; 505 qram; 500 qram; 505 qram; 500 qram; 500 qram, ümumi təmiz çəkisi 5025 qram olmuşdur) bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Təqdim olunmuş həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatdan sonra marixuana narkotik vasitəsinin ümumi qalıq çəkisi 5024,3 qram olmuşdur. (c İ, i.v.256-258)
21. İş materiallarına əlavə edilmiş, Narkomanlığa və X6 X12 üzrə Dövlət Komissiyasının 09 yanvar 2012-ci il tarixli, 01 nömrəli Sərəncamı ilə yaradılmış Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasının 05 iyul 2017-ci il tarixli, 14 nömrəli aktından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2016-cı il tarixli, 1(101)-473/2016 nömrəli hökmünə əsasən, X33 və qeyrilərinin məhkum edilməsinə dair iş üzrə maddi sübut kimi tanınmış, X16 yaşadığı evdən aşkar edilərək götürülmüş, maddi sübut kimi tanınmış, aparılmış ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 5023,8 qram olan qurudulmuş marixuana məhv edilmişdir. (c İİİ, i.v.135-137)
22. İş materiallarına əlavə edilmiş, 30 iyun 2017-ci il tarixli, 100-20/xx-xx/007866 nömrəli məktub və əlavəsindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2016-cı il tarixli, 1 (101)-473/2016 nömrəli hökmünə əsasən, iş üzrə maddi sübut kimi tanınmış, X16 yaşadığı evdən aşkar edilərək götürülmüş, 1 ədəd “Bauer” markalı elektron tərəzi dövlət nəfinə müsadirə edilmişdir. (c İİİ, i.v.140)
23. İş materiallarına əlavə edilmiş, 30 iyun 2017-ci il tarixli, 100-20/xx-xx/007866 nömrəli məktub və əlavələrindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2016-cı il tarixli, 1 (101)-473/2016 nömrəli hökmünə əsasən, X33 və qeyrilərinin məhkum edilməsinə dair ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X7 götürülərək maddi sübut kimi tanınmış 4000 manat məbləğində pul vəsaiti dövlət nəfinə keçirilmişdir. (c İİİ, i.v.141-144)
24. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 23 dekabr 2024-cü il tarixli, 7942 nömrəli məhkəmə-narkoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabionidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (c İİİ, i.v.64-65)
25. İş materiallarına əlavə edilmiş, “Şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi barədə” 25 fevral 2015-ci il tarixli protokoldan görünür ki, tanınmalı olan Təqsirləndirilən şəxs fotoşəkli zahiri geyiminə və geyiminə görə ona oxşar olan 3 ədəd kişi fotoşəkli ilə birlikdə təqsirləndirləndirilən şəxs X24 otağa dəvət edilmiş, təqdim olunan fotoşəkillər arasında tanıdığı şəxsin fotoşəklinin olub-olmaması soruşulmuş, əgər varsa, göstərməsi təklif edilmiş, təqsirləndirilən şəxs Vasif Məmmədov ona təqdim edilmiş fotoşəkilləri nəzərdən keçirib təqdim edilən fotoşəkillər arasında 2 nömrəsi ilə işarələnmiş fotoşəkildəki şəxsin xalası oğlu Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxs tapşırığı ilə içərisində narkotik vasitə olan bağlamanı Nicat adlı şəxsdən götürüb Bayram adlı şəxsə verdiyini göstərmişdir. (c İ, i.v.197-199)
26. İş materiallarına əlavə edilmiş, “Şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi barədə” 25 fevral 2015-ci il tarixli protokoldan görünür ki, tanınmalı olan X5 fotoşəkli zahiri geyiminə və geyiminə görə ona oxşar olan 3 ədəd kişi fotoşəkli ilə birlikdə təqsirləndirləndirilən şəxs X24 otağa dəvət edilmiş, təqdim olunan fotoşəkillər arasında tanıdığı şəxsin fotoşəklinin olub-olmaması soruşulmuş, əgər varsa, göstərməsi təklif edilmiş, təqsirləndirilən şəxs Vasif Məmmədov ona təqdim edilmiş fotoşəkilləri nəzərdən keçirib təqdim edilən fotoşəkillər arasında 3 nömrəsi ilə işarələnmiş fotoşəkildəki şəxsin xalası oğlu Nicat Mikayılov olduğunu, içərisində narkotik vasitə olan bağlamanı Nicat Mikayılovdan götürüb Bayram adlı şəxsə verdiyini göstərmişdir. (c İ, i.v.200-202)
27. İş materiallarına əlavə edilmiş, “Şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi barədə” 25 fevral 2015-ci il tarixli protokoldan görünür ki, tanınmalı olan Təqsirləndirilən şəxs fotoşəkli zahiri geyiminə və geyiminə görə ona oxşar olan 3 ədəd kişi fotoşəkli ilə birlikdə təqsirləndirləndirilən şəxs X28 otağa dəvət edilmiş, təqdim olunan fotoşəkillər arasında tanıdığı şəxsin fotoşəklinin olub-olmaması soruşulmuş, əgər varsa, göstərməsi təklif edilmiş, təqsirləndirilən şəxs Bayram Əzimov ona təqdim edilmiş fotoşəkilləri nəzərdən keçirib təqdim edilən fotoşəkillər arasında 4 nömrəsi ilə işarələnmiş fotoşəkildəki şəxsin tanıdığı və ifadələrində qeyd etdiyi Elvin adlı şəxs olduğunu, Elvin adlı şəxsin onu narkotik vasitənin qanunsuz dövriyyəsinə cəlb etdiyini göstərmişdir. (c İ, i.v.206-208)
28. İş materiallarına əlavə edilmiş, “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” 27 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 26 iyul 2006-cı il tarixdən 26 yanvar 2015-ci il tarixədək mütəmadi olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına getmiş və Rusiya Federasiyasından Azərbaycan Respublikasına geri qayıtmış, sonuncu dəfə 03 fevral 2015-ci il tarixdə, saat 03:09-da “Samur” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Rusiya Federasiyasına getmiş, həmin tarixdən sonra Azərbaycan Respublikasına geri qayıtmamış və məhkumların ekstradisiya qaydalarına uyğun olaraq 23 may 2024-cü il tarixdə aktla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə təhvil verilmişdir. (c İV, i.v.81-85)
29. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş məhkumluqla bağlı tələbnamədən, Rusiya Federasiyası, Moskva Vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli hökmündən və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası, Moskva Vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsi 4-cü hissəsinin “Q” bəndi ilə təqsirli bilinməklə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının ərazisində icraya qəbul edilməklə leqallaşdırılmış (tanınmış) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənmiş, qeyd edilən qərarla həmin hökm üzrə Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə tövsif edilməklə həmin maddəllərlə ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəza çəkmənin əvvəli 05 dekabr 2016-cı il tarixdən hesablanmışdır. (cild İİİ, i.v. 170- 171, 177-186, 198-207, 209-217, 225-227)
30. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarda və ittiham aktında istinad edilən, eləcə də iş materiallarında mövcud olan X5 şahid qismində dindirilməsi barədə ifadəsində Nicat bildirmişdir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzadan vaxtından əvvəl azad edilmiş, bundan sonra məhkum olunmamışdır, hazırda Yevlax rayonunda yaşayır. Təqsirləndirilən şəxs qardaşıdır, məhkum olunduğu və qardaşı Təqsirləndirilən şəxs ittiham edildiyi əməllər barəsində hər hansı bir söz demək istəmir. Bununla da, şahid yaxın qohumu barəsində ifadə verməkdən imtina etmişdir, bu səbəbdən ittiham aktında o şahidlər siyahısında göstərilməmiş və məhkəmə istintaqı zamanı da şahid qisminə dəvət edilib dindirilməmişdir.
31. Bu səbəbdən məhkəmə “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarda istinad edilən və iş materiallarında mövcud olan Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(091)-060/2017 saylı hökmünün elan edilərək, tədqiq edilməsini zəruri hesab etmişdir. Həmin hökmə əsasən müəyyən edilir ki, X15 hazırki cinayət işi ilə əlaqəli olaraq Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, X15 2014-cü ildə Ukrayna Respublikasında qardaşı Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasında X33 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda Ukrayna Respublikasında əldə etmə, saxlama, oradan Rusiya Federasiyasına Rusiya Federasiyası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına daşıma, göndərmə, qanunsuz olaraq narkotik vasitələri Rusiya Federasiyasında və Azərbaycan Respublikasında satma, həmçinin narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhəddindən, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə cinayətlərini törətmək üçün yaratdığı mütəşəkkil dəstədə cinayətlərin icraçısı kimi iştirak etməklə, cinayətlərin təşkilatçılarının tapşırığına uyğun olaraq narkotik vasitələrin saxlanılmasını və dəstə üzvlərinə paylaşdırılmasını, narkotik vasitələrin satışından əldə edilmiş pul vəsaitlərinin yığılmasını hayata keçirmişdir. Belə ki, o, mütəşəkkil dəstə tərəfindən istintaqla müəyyən edilməmiş vaxtda və yerdə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməklə Azərbaycan Respublikasına gətirilmiş külli miqdarda, 5025 qram qurudulmuş marixuana narkotik vasitəsini cinayətkar qrup üzvlərinə paylaşdırmaq üçün əldə etmiş və 10 bağlamada olan həmin narkotik vasitəni 1 sellofan torbaya yerləşdirib 10 fevral 2015-ci il tarixdə, saat 17:00 radələrində Yevlax rayonunun Aran 1 qəsəbəsində cinayətlərin təşkilatçısı olan qardaşı Təqsirləndirilən şəxs göstərişinə əsasən cinayətkar qrupun üzvü X17 vermiş, sonuncu qeyd edilən narkotik vasitəni idarə etdiyi "Kamaz" markalı, ** AC *** dövlət nömrə nişanlı yük avtomobilinin kabinəsindəki sərnişin oturacağının arxasında yerləşdirib daşımış, saat 21:00 radələrində Hacıqabul rayonunun ərazisində cinayətkar qrupun digər üzvü X19 vermiş və Bayram Əzimovdan ona çatdırmaq üçün əvvəllər verilmiş narkotik vasitənin əvəzi olaraq 4000 manat almış, Bayram Əzimov isə Təqsirləndirilən şəxs tapşırığına asasən qeyd edilən narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq Vasif Məmmədovdan əldə etmiş, idarə etdiyi "Mercedes Benz" markalı, ** KG *** nömrə nişanlı minik avtomobilinin salonunda yerləşdirib daşımış və saat 23:00 radələrində yaşadığı Sabirabad rayonunun Qaratəpə kəndində cinayətkar fəaliyyətə cəlb etdiyi X20 vermiş, sonuncu isə öz növbəsində narkotik vasitəni Bayram Əzimovdan satış məqsədilə qanunsuz olaraq əldə etmiş, yaşadığı evin mətbəxindəki dolabın alt bölməsində olan karton qutunun içərisində yerləşdirib saxlamış və həmin narkotik vasitə 11 fevral 2015-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri ilə aşkar edilib götürülmüşdür. Həmçinin, qeyd edilən hökmdə təqsirləndirilən şəxs qismində ifadə verən X15 bildirmişdir ki, “qardaşı Təqsirləndirilən şəxs 2009-cu ildən Rusiya Federasiyasında yaşayır və orada işləyir, arada bir isə Azərbaycana gəlib-gedir. Elvin sonuncu dəfə 2015-ci ilin yanvar ayının axırlarında Azərbaycana gəlmiş və fevral ayının əvvəllərində Rusiya Federasiyasına getmişdir. Hazırda Elvinin konkret harada olmasını o, bilmir.10 fevral 2015-ci il tarixdə günortadan sonra Elvin xatırlamadığı Rusiya nömrəsindən onun istifadə etdiyi ***-***-**-** nömrəli telefona zəng etmiş və "Skype" proqramı vasitəsilə onunla danışmışdır. Elvin telefon danışığı zamanı ona həyətlərində, evin arxa tərəfində yerləşən toyuq damının baş hissəsində təsərrüfat alətləri yığılan yerdə bir ədəd torba olduğunu bildirib həmin torbanı götürüb xalaoğluları olan Vasif Məmmədova verməsini tapşırmışdır. O, Elvindən torbada nə olduğunu soruşmuş, lakin sonuncu ona konkret cavab verməmiş, ona aidiyyəti olmadığını demişdir. Lakin Elvinin cavabından torbada narkotik maddə olduğunu başa düşmüşdür. Bundan 10-15 dəqiqə sonra xalası oğlu Vasif Məmmədov onun işlətdiyi çay evinə yaxınlaşmış və o, çölə çıxaraq Vasiflə görüşmüşdür. Vasif idarə etdiyi yük avtomobilini yolun kənarında saxlayıb çay evinə piyada gəlmişdir. O, Vasiflə görüşən zaman sonuncu Elvinin ona nəsə deyib-demədiyini soruşmuşdur. O isə söhbətin hansı torbadan getdiyini Vasifdən soruşmuşdur. Vasif torbada nə olduğunu ona deməmiş, ona aidiyyəti olmadığını bildirmiş və sadəcə torbanı gətirməsini tapşırmışdır. Bundan sonra Vasiflə birlikdə çay evindən bir az aralanmış və Vasif çay evinin baş tərəfində onu gözləməyə başlamışdır. O isə evə gedərək həyətin arxa tərəfində olan damın içərisinə baxmış və bir az axtardıqdan sonra damın qabaq tərəfində, üzərinə çadır çəkilmiş təsərrüfat alətlərinin və plastmas üzlüklərin altında 1 adǝd torba gizlədildiyini görmüşdür. O, həmin torbanı götürmüş, lakin onu açıb baxmamışdır. O, torbanı gətirib Vasifǝ verib iş yerinə qayıtmışdır. Ertəsi gün Vasifin narkotiklə əlaqədar tutulduğunu öyrənmişdir... ...Həmin narkotik vasitə qardaşı Təqsirləndirilən şəxs məxsus olmuşdur və onu da bu işə Elvin salmışdır”.
32. Bundan əlavə, məhkəmə “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025ci il tarixli qərarda və ittiham aktında istinad edilən, eləcə də iş materiallarında mövcud olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1 (101)-473/2016 saylı hökmünün də elan edilərək, tədqiq edilməsini zəruri hesab etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin sözügedən hökmündə müəyyən edilmişdir ki: “X24 istintaqla müəyyən olunmuş Ukrayna Respublikasında yaşayan şəxslərin, 2014-cü ildə Azərbaycan Respublikasında yaşayan X33 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda Ukrayna Respublikasında əldə etmə, saxlama, Rusiya Federasiyasına və Rusiya Federasiyası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına daşıma, göndərmə, qanunsuz olaraq narkotik vasitələri Rusiya Federasiyasında va Azərbaycan Respublikasında satma, həmçinin narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə cinayətlərini törətmək üçün yaratdığı mütəşəkkil dəstədə cinayətlərin icraçısı kimi iştirak etməklə, cinayətlərin təşkilatçılarının tapşırığına uyğun olaraq narkotik vasitələrin daşımasını və dəstə üzvlərinə çatdırılmasını, narkotik vasitələrin satışından əldə edilmiş pul vəsaitlərinin yığılmasını həyata keçirmişdir. Belə ki, o, cinayətlərin təşkilatçısı istintaqla müəyyən olunmuş, Ukrayna Respublikasında yaşayan şəxsin göstərişinə əsasən 10 fevral 2015-ci ildə saat 17 radələrində Yevlax rayonunun Aran 1 qəsəbəsində istintaqla müəyyən olunmuş, cinayətkar qrupun digər üzvündən 10 bağlamada külli miqdarda, 5025 qram qurudulmuş marixuana narkotik vasitəsini bir ədəd sellofan torbada satış məqsədilə qanunsuz olaraq əldə etmiş, idarə etdiyi "Kamaz" markalı, ** AC *** dövlət nömrə nişanlı yük avtomobilinin kabinasında sərnişin oturacağının arxasında yerləşdirib daşımış və saat 21 radələrində Hacıqabul rayonu ərazisində X19 vermiş va Bayram Əzimovdan istintaqla müəyyən olunmuş cinayətkar qrupun digər üzvünə çatdırmaq üçün əvvəllər verilmiş narkotik vasitənin əvəzi olaraq 4000 manat almış, Bayram Əzimov isə istintaqla müəyyən olunmuş, Ukraynada yaşayan cinayətkar qrupun digər üzvünün tapşırığına əsasən qeyd edilən narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq ondan əldə etmiş, idarə etdiyi "Mercedes Benz" markalı, ** KG *** nömrə nişanlı minik avtomobilinin salonunda yerləşdirib daşımış və saat 23 radələrində yaşadığı Sabirabad rayonunun Qaratəpə kəndində cinayətkar fəaliyyətə calb etdiyi X20 vermiş, Rahət Əsgərov isə öz növbəsində narkotik vasitəni Bayram Əzimovdan satış məqsədilə qanunsuz olaraq əldə etmiş, yaşadığı evin mətbəxindəki dolabın alt bölməsində olan karton qutunun içərisində yerləşdirib saxlamış, keçirilmiş əməliyyat tədbiri ilə 11 fevral 2015-ci ildə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür... ...X28... ....Bundan başqa cinayətlərin təşkilatçısı istintaqla müəyyən edilmiş Ukraynada yaşayan şəxsin göstərişinə əsasən cinayətkar qrupun üzvü X24 10 fevral 2015-ci ildə saat 17 radələrində Yevlax rayonunun Aran 1 qəsəbəsində cinayətkar qrupun digər üzvü istintaqla müəyyən edilmiş şəxsdən 10 bağlamada külli miqdarda, 5025 qram qurudulmuş marixuana narkotik vasitəsini 1 sellofan torbada satış məqsədilə qanunsuz olaraq əldə etmiş, idarə etdiyi “Kamaz” markalı, ** AC *** dövlət nömrə nişanlı yük avtomobilinin kabinasında sərnişin oturacağının arxasında yerləşdirib daşımış və saat 21 radələrində Hacıqabul rayonu ərazisində ona (Əzimov Bayrama) vermiş va ondan istintaqla müəyyən edilmiş digər cinayətkar qrupun üzvünə çatdırmaq üçün əvvəllər verilmiş narkotik vasitənin əvəzi olaraq 4000 manat almış, o isə istintaqla müəyyən edilmiş digər cinayətkar qrupun üzvünün tapşırığına əsasən qeyd ediən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq Vasif Məmmədovdan təkrar əldə etmiş, idarə etdiyi "Mercedes Benz" markalı, ** KG *** nömrə nişanlı minik avtomobilinin salonunda yerləşdirib daşımış və saat 23 radələrində yaşadığı Sabirabad rayonunun Qaratəpə kəndində cinayətkar fəaliyyətə cəlb etdiyi X20 vermiş, Rahət Əsgərov isə öz növbəsində narkotik vasitəni ondan satış məqsədilə qanunsuz olaraq əldə etmiş, yaşadığı evin mətbəxindəki dolabın alt bölməsində olan karton qutunun içərisində yerləşdirib saxlamış, keçirilmiş əməliyyat tədbiri ilə 11 fevral 2015-ci ildə həmin narkotik vasitə aşkar edilǝrək götürülmüşdür... ...X29 istintaqla müəyyən olunmuş Ukrayna Respublikasında yaşayan şəxslərin, 2014-cü ildə Azərbaycan Respublikasında yaşayan X33 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda Ukrayna Respublikasında əldə etmə, saxlama, Rusiya Federasiyasına və Rusiya Federasiyası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına daşıma, göndərmə, qanunsuz olaraq narkotik vasitələri Rusiya Federasiyasında va Azərbaycan Respublikasında satma, həmçinin narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə cinayətlərini törətmək üçün yaratdığı mütəşəkkil dəstədə cinayətlərin icraçısı kimi iştirak etməklə, narkotik vasitələrin saxlanılmasını və satışını həyata keçirmişdir”.
33. Məhkəmə istintaqında elan edilərək tədqiq edilən, “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarda və ittiham aktında istinad edilən, eləcə də iş materiallarında mövcud olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-473/2016 saylı hökmündə qeyd edilən ifadələrə əsasən müəyyən edilmişdir ki: “Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X28 ifadəsində göstərdi ki, təxminən 1 il əvvəl Rusiya Federasiyasının "Nijniy Novqorord" şəhərinin bazarında tərəvəz alqı-satqısı ilə məşğul olmuş və həmin vaxt Saratov şəhərində Elvin adlı bir nəfərin avtomobil alqı-satqısı ilə məşğul olduğunu eşitmişdir. Təxminən 7-8 ay əvvəl Elvin satmaq üçün Rusiyadan Bakıya "Lada priora" markalı avtomobil gətirmiş, həmin avtomobili Elvindən 10000 ABŞ dollarına kreditlə alaraq, qardaşına vermiş və beləliklə Elvinlə münasibətləri yaranmışdır... ...Maşını aldıqdan təxminən 2 ay sonra Elvin onu Yevlaxa qardaşının toyuna çağırmış, o da həmin toyda iştirak etmişdir. Elvin Rusiyaya getməmişdən qabaq Bakı-Şirvan avtomagistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində yolun sağ tərəfində yerləşən "Qədir Xum” restoranında onunla görüşmüş, söhbət əsnasında Elvin ona narkotik vasitəsini təklif etmiş, lakin o, imtina etmişdir. Sonra Elvin özü maşınla gələndə ona bir büküm göstərərək özündə saxlamasını bildirmiş, razılıq vermǝyǝrǝk Elvinə özündə saxlayıb gizlətməyi təklif etmiş, ya da ki, həmin bükülüləri yaşadığı Qaratəpə kəndində ona məxsus olan pay torpağında torpağın altında gizlətməyi, daha sonra özünün gəlib götürməyini təklif etmişdir... ...Bir gün Elvin gəlmiş, ona Rusiyaya getdiyini, istəsə ora gəlməyini, onlar tərəfdə soğan çox olmasını ona köməklik göstərəcəyini bildirmiş, o, isə ehtiyacı olmadığını, lakin Rusiyaya gələcəyini bildirmişdir. Elvin Rusiyaya getməmişdən qabaq onlara bir dəfə də gəlmiş, o Elvindən borc pul almış, üstündən bir müddət keçdikdən sonra 6-7 nəfər şəxs tutulmuş, Elvin ona zəng etmiş, o da, Hacıqabula çıxmış və Elvinlə görüşmüşdür. Elvinlə görüşən zaman Elvin ona məxsus olan mobil telefonunu sökmüş, o Elvindən telefonu na səbəbdən sökdüyünü soruşduqda, Elvin ona telefon "prosluşkada" olduğunu bildirmişdir. Daha sonra Elvin ona bildirmişdir ki, Rusiyaya gedir, əgər istəyirsə onunla gedə bilər. O, Elvinə bildirmişdir ki, onun Azərbaycanda işi var, Rusiyaya mart ayından sonra gedəcəkdir. Daha sonra Elvin Rusiya Federasiyasına getmiş, lakin onun torpağında gizlətdiyi bükümlər orada qalmışdır. 10 fevral 2015-ci il tarixdə, saat 10:30 radələrinda Elvin Rusiyadan ona zəng edib "Qədir Xum" restoranının yaxınlığına getməyi və orada gözləyən "Kamaz" markalı avtomobilin sürücüsündən çantanı götürməyi tapşırmış və bir nəfər şəxsin gəlib ondan çantanı götürəcəyini bildirmişdir. Elvin ona bildirmişdir ki, "Kamaz" sürücüsünün çantanın içərisində nə olduğundan xəbəri yoxdur. O, Elvinin dediyi yerə getmiş və saat 22 radələrində çantanı sonradan adının Vasif olduğunu bildiyi "Kamaz" markalı avtomaşının sürücüsündən götürmüşdür. Onun Elvinə borcu olmuş, borcu hissə-hissə Elvinə qaytarmışdır. Borcdan qalan 400 manat pulu Elvinə çatdırması üçün Vasifə vermiş, çantanı götürüb yaşadığı Qaratəpə kəndinə qayıtmışdır. Narkotik vasitə bağlamalarını isə gətirib saxlaması üçün Rahətə təhvil vermişdir. Kəndə qayıtdıqdan sonra bir neçə müddət əvvəl ona məxsus torpaq sahəsində Elvin tərəfindən gizlənilmiş narkotik vasitələri götürüb çantanın içərisinə atmış və Rahət Əsgərovun evinə aparmışdır. Rahət onun qapı qonşusudur, balıqçılıqla məşğul olmuşdur. Rahǝtgildə çantanı tumbanın üstünə qoyub oturub çay içmiş, Rahətə heyvan satdığına görə Rahət ona 1800 manat pul vermiş və onlardan çıxıb getmişdir. Çanta Rahət gildə qalmış, həmin çantanı gəlib götürməli idilər, lakin Rahətin çantadan xəbəri olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X29 ona qarşı irəli sürülmü ittiham üzrə özünü qismən təqsirli bilǝrǝk ifadəsində göstərdi ki, o, Sabirabad rayonunun Qaratəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 10 fevral 2015-ci il tarixdə, qonşusu Bayram Əzimov onun yaşadığı evə gəlmiş, onun evinə gələn zaman onun əlində çanta olmuşdur. O, çantanın içərisində nə olduğunu bilməmişdir. Bayram çantanı evdə mətbəxdə olan dolabın alt hissəsinə qoymuşdur... ...Bayram çıxıb getmişdir. Bayramın getməsindən 5-10 dəqiqə sonra yaşadığı evə gömrük əməkdaşları gəlmiş, ondan Bayramın evini göstərməyini xahiş etmiş, o da onlara Bayramın evini göstərmişdir. Sonra onlar onun yaşadığı evin hayətinə qayıtmış və onu döyməyə başlamış, sonra evinə girmişlər. Bundan sonra o, narkotik vasitələrin ortalıqda olduğunu görmüşdür... ...təqsirləndirilən şəxslərin arasında Bayram Əzimovdan başqa heç kimi əvvəllər tanımamışdır”.
34. «Vəkilin təqdim edilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan və tədqiq edilmiş digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İV, i.v 4-14)
35. Aparılmış ekspertiza tədqiqatının dəyəri 466,93 manat təşkil edir.
36. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası, Moskva Vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsi 4-cü hissəsinin “Q” bəndi ilə təqsirli bilinməklə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmidir. (c İ, i.v 170-171)
Əməlin tövsifi və digər hüquqi məsələlər:
37. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
38. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
39. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
40. Avropa İnsan Hüquqları Məhkəməsinin “Orlov Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
41. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin (təqsirləndirilən şəxs və onun müdafiəçisi) hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onunla müdafiəçisinə sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, irəli sürülmüş ittihamı mübahisələndirmişlər.
42. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir.
43. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur.
44. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir.
45. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
46. Həmin Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
47. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
48. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
49. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
50. Məhkəmə baxış iclasında, təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməmiş, 03 fevral 2015-ci ildən etibarən Rusiya Federasiyasına köçüb orada yaşadığını, həmin tarixdən sonra Azərbaycana qayıtmadığını, onunla əlbir olduğu qeyd edilən şəxslər tutularkən özünün Azərbaycan Respublikası ərazisində olmadığını bildirmişdir.
51. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir
52. Belə ki, məhkəmə istintaqı zamanı dindirilən şahid, bundan başqa ifadələri elan edilmiş digər şahidlər, həmçinin mütəşəkkil dəstənin üzvləri olduğu göstərilən digər şəxslər – təqsirləndirilən şəxsin qardaşı X18, xalası oğlu X24, tanışı X28 və X29 barəsində qəbul edilən hökmlər, həmin şəxslərin əməllərini və təqsirini sübut edən qanuni qüvvəsini almış məhkəmə hökmləri, həmin hökmlərdə təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, Təqsirləndirilən şəxs Mürşid oğlunun əməlləri və rolu barədə bildirdikləri, eləcə də cinayət işinin ibtidai istintaqı zamanı həyata keçirilmiş tanınma istintaq hərəkətləri, protokollar və digər çox saylı istintaq hərəkətləri ilə onun hazrıki cinayət işi üzrə ona elan edilmiş ittihamlar üzrə əməlini və təqsirini tam sübut edir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi bu ifadələrini mötəbər hesab etmir, çünki təqsirləndirilən şəxsin ona ünvanlanan suallara tutarlı cavablar verə bilməməsi, öz dediyi halları əsaslandıra bilməməsi onun dediklərinin mötəbərliyini və həqiqət olmasını şübhə altına salmışdır. Bu səbəbdən məhkəmə, həmin ziddiyyətli ifadələrin özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, digər təqsirləndirilən şəxslərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə hökmləri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Əlavə olaraq, qeyd edilməlidir ki, mütəşəkkil dəstənin cinayət əməlləri ilk dəfə 01 fevral 2015-ci il tarixdə Ukrayna Respublikası vətəndaşının idarə etdiyi “VAZ 21073” markalı, AP 1605CP dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsində Rusiya Federasiyasından tranzit keçməklə Ukrayna Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin aşkar edilməsi nəticəsində aşkar edilmiş, həmin fakt əsasında 02 fevral 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış, bundan sonra təcili olaraq təqsirləndirilən şəxs 03 fevral 2015-ci il tarixdə, saat 03:09-da Rusiya Federasiyasına getmiş, daha sonra Azərbaycan Respublikasına geri qayıtmamışdır. Təqsirləndirilən şəxsin qardaşı və xalası oğlu hazırki cinayət işi ilə əlaqəli məhkum edilməsinə və Elvinin özünün də axtarışda olmasına baxmayaraq o, Azərbaycan Respublikasına gəlməmiş, yalnız Rusiya Federasiyasında törətdiyi X6 dövriyyəsi cinayətinə görə həbs edildikdən sonra ekstradisiya yolu ilə Azərbaycan Respublikasında gətirilmişdir. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və özünün təqsiri olmaması barədə verdiyi ifadələri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir.
53. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir.
54. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslərlə birlikdə külli miqdarda narkotik vasitələrin əldə edilməsi, daşınması, Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışından ibarət cinayətlərin törədilməsi məqsədilə mütəşəkkil dəstə yaradaraq onun təşkilatçısı və əlaqələndiricisi olmuşdur.
55. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
56. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür.
57. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49, 102 və 146-cı bəndlərinə əsasən heroin, tiryək, marixuana (kannabis) dövriyyəsi qadağan olunmuş narkotik vasitələr və İİ Siyahısının 1-ci hissəsinin 6-cı bəndinə əsasən metadon dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitədir; Azərbaycan Respublikasının xx.xx.2005ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50.000 qramadək çəkidə qurudulmuş marixuana (kannabis) külli miqdar təşkil edir.
58. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Penumunun 14 iyun 2024-cü il tarixli Qərarının 12-ci bəndində göstərilir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin.
59. Yuxarıda istinad edilən 14 iyun 2024-cü il tarixli Plenum qərarının 13-cü bəndində qeyd edilir ki, təsvir olunan cinayət əməllərinin mütəşəkkil dəstə tərəfindən törədilməsi bu dəstənin bütün iştirakçılarının, onların hər birinin narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə prekursorların qanunsuz dövriyyəsində yerinə yetirdiyi roldan asılı olmayaraq, birgə icraçılar tərəfindən törədilməsini ehtiva edir. Dəstənin mütəşəkkil olması bir qrup şəxsin ediləcək cinayəti əvvəlcədən planlaşdırması, cinayətkar qəsdin həyata keçirilməsi üçün vasitələrin hazırlanması, cinayətin iştirakçılarının seçilməsi və dəstəyə cəlb edilməsi, dəstəyə cəlb olunanların arasında rolların bölünməsi, cinayətin gizlədilməsini təmin edən tədbirlərin görülməsi və sair əlamətlərlə xarakterizə oluna bilər. Cinayətin mütəşəkkil dəstə tərəfindən törədilibtörədilməməsi məsələsi həll olunarkən CM-in 34.3-cü maddəsində təsbit edilən, eləcə də “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” Konstitusiya Məhkəməsi Plenumunun 1999-cu il 20 aprel tarixli Qərarında şərh edilən əlamətlərin mövcudluğu nəzərə alınmalıdır.
60. Sözügedən Plenum qərarının 6-cı bəndində qeyd olunur ki, narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri (psixotrop maddələri, prekursorları) qanunsuz daşımağa və ya göndərməyə görə, həm də CM-in 206.2-ci maddəsində xüsusilə göstərilmiş həmin predmetlərin qaçaqmalçılığına görə tövsif olunmalıdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin (onların prekursorlarının) qaçaqmalçılığı cinayətini törətməkdə CM-in 206.2, 206.3 və 206.4-cü maddələri ilə təqsirləndirilən şəxslər barədə cinayət işlərinə məhkəmədə baxılarkən nəzərə almaq lazımdır ki, istər irəli sürülmüş ittiham, istərsə də şəxsin həmin ittiham üzrə təqsirli bilinməsinə dair məhkəmə hökmü ehtimallara əsaslana bilməz və CPM-in 7.0.20, 223.3 və 353.2.1-ci maddələri tələb etdiyi kimi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsini, yəni, o cümlədən cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, cinayət iştirakçılıqla törədildikdə iştirakçıların rollarının nədən ibarət olması və s. zəruri məlumatlar göstərilməklə sübuta yetirilmiş hesab edilən ittihamın mahiyyətini əks etdirməlidir.
61. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü maddəsi mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların keçirilməsini özündə ehtiva edir.
62. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 20-ci bəndində izah edilir ki, qaçaqmalçılığın mütəşəkkil dəstə tərəfindən törədilmiş hesab edilməsi üçün məhkəmələr CM-nin 34.3-cü maddəsinə müvafiq olaraq cinayət işləri üzrə belə dəstənin əlamətlərinin mövcudluğuna dair kifayət qədər sübutların olub-olmamasına diqqət yetirməlidirlər. Məhkəmə iclasında tam və hərtərəfli araşdırılmış sübutlarla qaçaqmalçılığın mütəşəkkil dəstə tərəfindən törədilməsi təsdiq olunduqda CM-nin 34.6-cı maddəsinin tələblərinə müvafiq olaraq malları və ya digər əşyaları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxslərlə yanaşı dəstənin digər üzvlərinin də (cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin) əməlləri CM-nin 206.4-cü maddəsi ilə tövsif edilir.
63. Cinayət Məcəlləsinin 34.3-cü maddəsində iştirakçılığın mütəşəkkil dəstə formasına aşağıdakı məzmunda tərif verilir: «Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Mütəşəkkil dəstənin sabit dəstə əlaməti ölçüyə gələn meyar əsasında izah edilməlidir. Dəstənin «sabitliyi» onun tərkibinə daxil olan üzvlərinin kriminal fəaliyyətdə müntəzəm iştirakı ilə izah edilməlidir. Yəni müntəzəm kriminal fəaliyyətdə dəstə üzvlərinin tərkibi əsasən dəyişmir.
64. Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" anlayışının şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətkar qrupun daha mürəkkəb növü kimi mütəşəkkil dəstəyə isə digər cəhətlərlə yanaşı aşağıdakı xüsusiyyətlər aiddir: cinayət törədilməsində rolların bölüşdürülməsi; təşkilatçı və ya başçının irəli sürülməsi; qrupda ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərinin ümumiliyi; eyni dəyərlərə söykənən oxşar davranış istiqamətlərinin müəyyənləşdirilməsi; şəxsi münasibətlərin cinayətin birlikdə törədilməsinə əsaslanan işgüzar münasibətlərlə əvəz edilməsi; cinayətin törədilmə planının işlənib hazırlanması; cinayətin törədilməsi üçün mükəmməl hazırlıq görülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi; cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət qazanclarının qrupun strukturlarında tutulan mövqelərə uyğun bölüşdürülməsi və bir sıra hallarda xüsusi pul fondunun da yaradılması.
65. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi istintaq hərəkəti protokolları, şahid ifadələri, digər təqsirləndirilən şəxslərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə hökmləri, ekspertiza rəyləri və sair sənədlər, maddi sübut kimi tanınmış narkotik vasitələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir.
66. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməllərinin CM-in 206.4, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi düzgün hesab edilməlidir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə CM-in 206.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməllər ağır cinayətlərdir.
67. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
68. CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
69. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
70. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
71. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş materialları, şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.
72. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3cü maddələri).
73. Məhkəmə tərəfindən CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir.
74. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi 206.4, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
75. Habelə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir.
76. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 66.5 və 66.3-cü maddələrinin müddəalarına əsasən, təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının ərazisində icraya qəbul edilməklə leqallaşdırılmış (tanınmış) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənmiş Rusiya Federasiyası, Moskva Vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 228.1ci maddəsi 4-cü hissəsinin “Q” bəndi ilə təqsirli bilinməklə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qeyd edilən qərarla həmin hökm üzrə cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə tövsif edilməklə həmin maddəllərlə 09 (doqquz) il müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanmanqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir.
77. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.
78. Bu səbəbdən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Şəki Apellyasiya Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməyə başlandığı tarixdən – xx.xx.2016-cı il tarixdən hesablanmalıdır.
79. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
80. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
81. Məhkəmə hökmün 24-cü bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir.
82. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2016-cı il tarixli, 1(101)-473/2016 nömrəli hökmünə əsasə maddi sübutlar olan 5023,8 qram narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Bauer” markalı elektron tərəzinin və maddi sübut kimi tanınmış 4000 manat məbləğində pul vəsaitinin dövlət nəfinə müsadirə edilməsi nəzərə alınmalıdır.
83. Azərbaycan Respublikası CPM-in 346.1.21 və 353.4.10-cu maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
84. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 466,93 (dörd yüz altmış altı manat doxsan üç qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
85. Məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə keçirilən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir
86. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.
87. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
88. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
89. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli və «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsnə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.3-cü maddələrinə əsasən, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 9(107)-1/2024 saylı Qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2016-cı il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar olan 5023,8 qram narkotik vasitə qurudulmuş marixuananın Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2016-cı il tarixli, 1 (101)-473/2016 nömrəli hökmünə əsasən məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Bauer” markalı elektron tərəzinin və maddi sübut kimi tanınmış 4000 manat məbləğində pul vəsaitinin həmin hökmlə dövlət nəfinə müsadirə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatı xərci – 466,93 (dörd yüz altmış altı manat doxsan üç qəpik) manat təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva