Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-258/2022 27.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X2 və müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 1991-ci ildə Saatlı rayonu, Oktyabrabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Sabirabad Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, Saatlı rayonu Şirinbəyli kəndində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində “Həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası ƏN PX-in X3 saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə külli miqdarda 3341,69 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsüulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş və yaşadığı Saatlı rayonu Şirinbəyli kəndindəki evdə saxlamış, 24 oktyabr 2021-ci il tarixdə saat 23:45 radələrində qazanc əldə etmək məqsədilə narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət edib, Saatlı rayonu Şirinbəyli kəndində yaşadığı evin yaxınlığında küçədə həmin narkotik vasitədən 6,69 qram təmiz çəkidə tanışı X6 qanunsuz olaraq 20 manata satmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qalan narkotik vasitədən 195 qram təmiz çəkidə 25 oktyabr 2021-ci il tarixdə saat 04:10 radələrində Saatlı RPŞ-də onun üstünə şəxsi axtarış aparılarkən əlindəki polietilen torbada, 3140 qram təmiz çəkidə isə 25 oktyabr 2021-ci il tarixdə saat 05:35 radələrində yaşadığı Saatlı rayonu Şirinbəyli kəndində evin girişdən sağ tərəfdə yerləşən otağa daxil olduqda sağ tərəfdə taxta konstruksiyalı kiçik ölçülü dolabın içərisində 3 ədəd polietilen torbada aşkar edilərək götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və CM-in 234.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o iki günlük Bakı şəhərindən yaşadığı Saatlı rayonunun Şirinbəy kəndinə gəlmişdir. 24 oktyabr 2021-ci il tarixdə qonşu kənddə yaşayan Nəhməd Abıyev zəng edərək ondan narkotik vasitə istəmişdir. Həmin gün saat 12 radələrində yaşadığı evin yaxınlığında Nəhmədlə görüşüb bir ədəd siqaret quyusunda olan marixuananı ona verib 20 manat pul almışdır. Hımin vaxt polis əməkdaşları onları saxlayıb Saatlı Rayon Polis Şöbəsinə aparıb üstlərinə axtarış keçirmişlər. Axtarış zamanı onun əlində olan 200 qrama yaxın qurudulmuş marixuana və Nəhmədin üzərindən onun Nəhmədə verdiyi bir ədəd kibrit qutusunda olan marixuana götürülmüşdür. Həmin vaxt onun yaşadığı evə baxış keçirəcəklərini bildirib, onunla birlikdə onun yaşadığı evə getmişlər. Həmin vaxt onu polis əməkdaşı Polad döymüşdür. Xəsarəti ayaqlarında olmuşdur. Sonra da evə baxış keçirmişlər. Baxış zamanı evindən narkotik çıxarmışlar. Həmin narkotik vasitə ona aid deyil. Narkotiki ondan əvvəl polis onun evinə qoymuşdur. O Nəhməddən başqa heç kimə narkotik vasitə satmamışdır. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Saatlı rayonu Şirinbəyli kəndində atası Məhbub və anası Naidə ilə birlikdə yaşayır, 2017-ci ildə narkotik vasitələrin satışına görə Sabirabad Rayon Məhkəməsi tərəfindən məhkum olunub 3 il azadlıqdan məhrum etmə cəzası almış və xx.xx.2020-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Qeyd edir ki, təxminən 5 ay əvvəl 2021-ci ilin may ayının əvvəlində yaşadığı kənddə çöl sahədə heyvan otararkən təsadüfən su kanalının kənarında müxtəlif kolların arasında bir ədəd sellofan torba görmüş və maraq üçün həmin torbanı götürüb içərisinə baxdıqda içərisində qurudulmuş marixuana olduğunu görmüş, özü marixuana istifadə etdiyi üçün qurudulmuş marixuananı tanımış və öz istifadəsi üçün həmin torbadakı marixuananı götürüb yaşadığı evə gətirib evdə öz otağında kiçik dolabda gizlətmiş, bundan sonra həmin narkotik vasitədən istifadə etmişdir. Saatlı rayonu Qara Nuru kəndində yaşayan Nəhməd Abıyevi qonşu kənddə yaşadığından uzun müddətdir tanıyır və onun da, onun kimi narkotik istifadəçisi olduğunu bilir, onunla o, 2020-ci ilin may ayında azadlığa çıxdıqdan sonra yaxın münasibətləri yaranmışdır. Nəhməd də,onun narkotik istifadə etdiyini bilmiş, 24 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Nəhməd onun telefon nömrəsinə zəng edib ondan 20 manatlıq narkotik istəmiş, o, da Nəhmədə demiş ki, “gəl verim.” Bundan təxminən 45 dəqiqə sonra saat 23:45 radələrində Nəhməd dövlət qeydiyyat nişanına fikir vermədiyi qırmızı rəngli VAZ-2107 markalı avtomobil ilə yaşadığı evin yaxınlığına küçəyə gəlmiş, o, da evdə saxladığı narkotikdən bir ədəd sellofan torbaya yığıb küçəyə çıxıb küçədə Nəhməd ilə görüşüb torbadakı narkotikdən 3-4 dəfə istifadə etmək qədər götürüb Nəhmədə vermiş, bunun müqabilində Nəhməd ona 20 manat pul vermişdir. Bundan biraz sonra mülki geyimdə olan 4-5 nəfər şəxs qəfildən onlara yaxınlaşıb vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını deyib Nəhmədi və onu Saatlı RPŞ-nə aparmışlar, orada vəkil dəvət edib onu və Nəhmədi şübhəli şəxs qismində tutub, hüquq və vəzifələrini izah etdikdən sonra otaqların birində onun və Nəhmədin üstünə şəxsi axtarış aparılarkən polis əməkdaşları onun Nəhmədə satdığı, Nəhmədin siqaret qutusunun içərisinə yığdığı qurudulmuş marixuananı və onun əlindəki sellofan torbanın içərisindəki qurudulmuş marixuananı aşkar etmişlər. Şəxsi axtarış zamanı Nəhməd üstündən aşkar edilmiş narkotiki ondan 20 manata aldığını bildirmiş, o da Nəhmədin dediyini təsdiq edərək səmimi olaraq Nəhmədə onun üstündən çıxan narkotiki 20 manata satdığını və yaşadığı evdə narkotik saxladığını etiraf etmişdir. Onun əlindəki torbadan və Nəhmədin üstündəki siqaret qutusundakı qurudulmuş marixuana ayrı-ayrılıqda elektron tərəzidə çəkilib çəkiləri müəyyən edildikdən sonra qablaşdırılıb möhürlənmiş, o, həmin qablaşdırmanın üzərində imza etmişdir. Bunlar ilə bağlı protokol tərtib edilib ucadan oxunmuş, doğru yazıldığı üçün o, Nəhməd, polis əməkdaşları və vəkillər kimi həmin protokolda imza etmişdir. Bundan sonra vəkili ilə birlikdə polis əməkdaşları onu yaşadığı evə aparmışlar və yaşadığı evin girişdən sağ tərəfdə yerləşən öz otağına daxil olduqda sağ tərəfdə taxta dolabın içərisində saxladığı 3 ədəd polietilen torbadakı qurudulmuş marixuananı aşkar edib ayrı-ayrılıqda elektron tərəzidə çəkib çəkilərini müəyyən etdikdən sonra qablaşdırıb möhürləmişlər, o, vəkili kimi həmin qablaşdırmanın üstündə imza etmişdir. Evinə keçirilən baxışla bağlı tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün o, vəkili və polis əməkdaşları kimi həmin protokolda imza etmişdir. Onun və Nəhmədin üstünə şəxsi axtarış və evinə baxış keçirilərkən videoçəkiliş aparılmışdır. Yaşadığı evdən aşkar edilmiş ona məxsus külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı həm özü istifadə etmək üçün, həm də, müştəri olsa satmaq məqsədilə həmin narkotiki evdə saxlamışdır. Konkret olaraq 24 oktyabr 2021-ci il tarixdə saat 23:45 radələrində yaşadığı Saatlı rayonu Şirinbəyli kəndindəki evin yaxınlığında küçədə narkotiki Nəhmədə satmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Nəhməd Abıyevi uzun müddətdir tanıyır, yaxın münasibətləri olmuş, ona görə də, Nəhməd onda narkotik vasitə olduğunu bilmişdir. Məhkədə Təqsirləndirilən şəxs itiham olunan cinayət əməlini törətməsi onun məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi işin hallarına uyğun gələn etirafedici ifadəsindən başqa, dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2021-ci il tarixdə Elvinə zəng edərək öz istifadəsi üçün narkotik istəmişdir. Sonra da dostuna məxsus olan avtomobillə Elvinin yaşadığı evin yaxınlığına gedərək ona 20 manat verib bir ədəd siqaret qutusunda marixuana almışdır. Ondan əlavə olaraq 1100 manata 200 qram marixuana almaq istəmişdir. Həmin vaxt onları polis əməkdaşları saxlayaraq Saatlı Rayon Polis şöbəsinə aparmışlar. Orada onların üstlərinə videoçəkilişlə axtarış keçirilmişdir. Axtarış zamanı ondan bir ədəd siqaret qutusunda, Elvindən isə bir ədəd bağlamada marixuana götürülmüşdür. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2021-ci il tarixdə Saatlı rayonu Şirinbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Saatlı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, 25 oktyabr 2021-ci il tarixdə saat təxminən 02:30 radələrində Təqsirləndirilən şəxs Nəhməd Abıyevlə birlikdə saxlayaraq Saatlı Rayon Polis Şöbəsinə aparılmış, orada videoçəkilişlə üzərlərinə şəxsi axtarış keçirmişlər. Nəhməd Abıyevin üzərindən içərisində marixuana olan, bir ədəd siqaret qutusu və Təqsirləndirilən şəxs içərisində marixuana olan bir ədəd bağlama aşkar edilərək götürülmüşür. Sorğu zamanı Elvin yaşadığı evdə narkotik vasitə olduğunu bildirdiyindən videoçəkilişlə onun Saatlı rayonunun Şirinbəy kəndində yerləşən yaşadığı evə baxış keçirilmişdir. Evdən 3 ədəd bağlamada narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Elvin həmin narkotik vasitə marixuananın ona məxsus olduğunu bildirmişdir. Həmin vaxt evdə heç kim olmamışdır. Elvinə heç bir işgəncə verilməmişdir. Dindirilmiş şahidlər Şahid2, Şahid3 və Şahid4 Şahid1 göstərdiklərini təsdiq etməklə eyni məzmunlu ifadələr verdilər. Cinayət işinin materiallarında olan 25 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində X4 üstündən 1 ədəd “Pall Mal” siqaret qutusunda, Təqsirləndirilən şəxs isə sol əlində tutmuş olduğu sellofan torbanının içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, Nəhməd Abıyev üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 20 manata Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan 25 oktyabr 2021-ci il tarixli evə baxış keçirilməsi və götürmə aparılması haqqında protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonu Şirinbəyli kəndində yerləşən fərdi yaşayış evinə giriş qapısından daxil olduqda sağ tərəfdə yerləşən öz yaşadığı ikinci otaqda sağ tərəfdə olan taxta dolabın içərisində 3 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə 25 oktyabr 2021-ci il tarixli X10 və Təqsirləndirilən şəxs üzərlərinə axtarış keçirilməsi və eyni tarixli Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonunun Şirinbəy kəndində yerləşən evinə baxış keçirilməsi istintaq hərəkətlərinin qeydə alındığı CD disklərdə olan görüntülər nümayiş etdirilmişdir. Həmin görüntülərlə də qeyd edilən baxış protokollarında olan xüsusatlar öz təsdiqini tapır. İşdə olan Saatlı Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Saatlı rayonunun Şirinbəy kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması və cinayət başında yaxalanmasını təmin etmək məqsədi ilə təxirəsalınmaz əməliyat axtarış tədbirinin keçirilməsi barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 24 oktyabr 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan Saatlı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində prosessual məcburiyyət tədbirinə dair keçirilən məhkəmə iclasında o, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini, əməlinə görə peşmançılıq çəkdiyini göstərmiş, lakin ona qarşı hər hansı təsir və təzyiq olunması barədə heç bir fikir bildirməmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 18/1080 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri və imzalar olan kağız paketi açdıqda 02 ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi – 195 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi...” sözləri və imzalar olan 01 ədəd polietilen torbada təmiz çəkisi – 425 qram həmin torbanın içərisində 01 ədəd polietilen torbada təmiz çəkisi – 440 qram, 01 ədəd polietilen torbada təmiz çəkisi – 470 qram həmin torbanın içərisində 05 ədəd polietilen torbada ayrıayrılıqda təmiz çəkisi – 215 qr, 135 qr, 120 qr, 220 qr, 330 qr, 01 ədəd polietilen torbada təmiz çəkisi – 290 qram həmin torbanın içərisində 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi – 290 qr, 205 qr, ümumi təmiz çəkisi – 3140 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. X4 üzərindən, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş marixuana eyni tərkiblidir. Məhkəmədə tədqiq edilmiş 30 dekabr 2021-ci il tarixli 5360 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 26 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üstündən və yaşadığı evdən aşkar edilərək Saatlı RPŞ-nə məsul saxlanışa verilmiş ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 3334,76 qram qalmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla saxlabılması üçün Saatlı Rayon Polis Şöbəsinə təhvil verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmədə təqsirləndiriləm şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Saatlı Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş maddi sübut hesab edilən narkotik vasitə marixunanın ümumiyyətlə olmadığını göstərib, maddi sübutların tələb olunub onlara məhkəmədə baxış keçirilməsini barədə vəsatət vermişdir. Vəsatət təmin edilmişdir. İş üzrə maddi sübutlar tələb olunmuş və maddi sübutların olduğu bir ədəd bağlamaya məhkəmə iclasında baxış keçirilmişir. Baxış zamanı müəyyən edilmişdir ki, maddi sübutların qablaşdırıldığı bir ədəd bağlama ağ rəngdə olmaqla ağzı xüsusi qaydada bağlı olmuş və üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X8 Mərkəzinin möhürü ilə möhürlənmişdir. Bağlama açılarkən içərisində iş üzrə maddi sübut kimi tanınmış 3341,69 qram qurudulmuş marixuana olmuşdur. İşdə olan həmin maddi sübutların ekspertiza tədqiqatından sonra qaytarılması barədə 25 oktyabr 2021-ci il tarixli aktdan da görünür ki, qeyd edilən maddi sübutlar ekspert tədqiqatından sonra imza etdirilməklə əməliyyatçı Kamran Əhmədova təhvil verilmişdir. İşdə olan Saatlı Rayon Prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Fərid Əhmədvun 11 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, iş üzrə döyülmə faktı araşdırılmış və CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs özünü CM-in 234.2-ci maddəsi ilə təqsirli bilsə də ifadəsində yaşadığı evdə aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitəni polis əməkdaşlarının onun evinə qoyduqdan sonra evə baxış keçirildiyini, bununla əlaqədar etirafedici ifadəni döyüldüyünə görə verdiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş videoçəkilişlə, vəkilinin iştirakı ilə onun üzərinə axtarış və yaşadığı evə baxış keçirilməsi haqqında olan protokollarla, məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə vermiş olduğu həqiqətə və işin hallarına uyğun olan ifadələri, cinayət işinin materiallarında olan onun barəsində prosessual məcburiyyət tədbirinin seçilməsi haqqında keçirilən məhkəmə iclasındakı izahatı, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın eyni tərkibli olmasına dair ekspertiza rəyi, işə əlavə edilmiş onun döyülməsi faktına görə cinayət işinin rədd edilməsi haqqında qərar və işin faktiki halları ilə təkzib olunduğundan həmin hissədə onun ifadəsinə tənqidi yanaşır və sübutlar kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsini səmimi etirafedici və işin faktiki hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmədə Təqsirləndirilən şəxs vəkili Müdafiəçi2 vəsatətinə əsasən onun atası X11 və anası X12 əlavə şahid qismində dəvət edilərək dindirilmişlər. Onlar ifadələrində 25 oktyabr 2021-ci il tarixdə evdə yatdıqları zamanı polis əməkdaşlarının evə daxil olaraq, onları evdən çıxarıb, sonra da oğlanları Elvinə zor tətbiq etməklə evə baxış keçirdiklərini bildirmişlər. Məhkəmə onların bu ifadələrini Təqsirləndirilən şəxs valideynləri olmaqla onu müdafiə məqsədi daşıdığından, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, məhkəmədə tədqiq edilmiş onların ibtidai istintaq zamanı verdikləri ifadələri ilə təkzib edildiyindən, habelə işin hallarına uyğun gəlməyən ifadə olduğundan həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxxxxx 1991-ci ildə Saatlı rayonu Oktyabrabad kəndində doğulmuşdur. Saatlı rayonu Şirinbəyli kəndində qeydiyyatda olmaqla, orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində bir nəfər azyaşlı uşağı vardır. İşdə olan Saatlı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, təqsirləndirilən şəxs Həsənov X5 Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Həsənov X5 Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli hökmünə əsasən CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi o məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən, yenidən qəsdən ağır cinayət törətmişdir. Bu hal CM-in 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaratdığından, CM-in 61-ci maddəsinə əsasən onun cəzasının ağırlaşdıran hal kimi nəzərə alınmaqla, CM-in 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun təqsirləndirildiyi maddədə nəzərdə tutulan ciddi cəzanın yarısından az olmamaqla müddəası əsas götürülməklə ona cəza təyin edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən hal himayəsində bir nəfər azyaşlı uşağının olmasını və CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal əməlində cinayətlərin residivi halının olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə orta həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 25 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 3334,76 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 31 manat 95 qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 3334,76 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31 manat 95 qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-258/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-258/2022
27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver