Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-258/2023 10.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi, hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) X16 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, zərərçəkmiş şəxsin hüquqi varisi X7, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1966-cı ildə Beyləqan rayonunun Birinci Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Birinci Aşıqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ( bundan sonra CM-nin) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 may 2022-ci il tarixdə, saat 20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ – sürücülük vəsiqəsi olmadan idarə etdiyi 19 mart 2012-ci il tarixdə, “Azərbaşdövləttexnəzarət” müfəttişliyi tərəfindən verilmiş TH seriyalı, 034389 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X8 mülkiyyətində olan texniki cəhətdən saz vəziyyətdə, arxasında 2 ədəd qoşqusu olan “T-28X4MA-S1” markalı, 11-K-187 dövlət qeydiyyat nişanlı, traktorla ot bağlamalarını Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən Beyləqan rayonu, Birinci Aşıqlı kəndinə daşıyarkən İkinci Aşıqlı kəndinin çıxışında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini, sürücünün kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğunu göstərən 2.4. “Yol verin” üstünlük nişanının tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə əməl etməyərək idarə etdiyi “T-28X4MA-S1” markalı 11-K-187 dövlət qeydiyyat nişanlı traktorla Beyləqan rayonu, İkinci Aşıqlı kəndinin girəcəyindəki ikinci dərəcəli yoldan baş yol hesab olunan “Yuxarı Qarabağ kanalı – Daşburun” avtomobil yoluna çıxıb yolayrıcına daxil olduğu zaman həmin yolda Beyləqan şəhəri istiqamətində hərəkətdə olan Şahid1 idarə etdiyi “VAZ-21061” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədiyi üçün Şahid1 idarə etdiyi avtomobil onun idarə etdiyi traktorun 2-ci qoşqusunun sol arxa hissəsi ilə toqquşmuş, nəticədə onun ehtiyatsızlığından Şahid1 idarə etdiyi avtomobildə olan sərnişinlər - X11 qapalı kəllə-beyin travması- alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, alın və sağ bazu nahiyələrinin əzilmiş yarası, bədən səthinin çoxsaylı sıyrıqları, ürək əzələlərinin hipertrofiyası(qalınlaşması), daxili üzvlərin venoz azqanlılığı xarakterli həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, X10 baş beyin silkələnməsi halında qapalı kəlləbeyin travması, sağ mil sümüyünün distal ucunun qapalı sınığı xarakterli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almış və X2 tağı və kəllə əsası sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi xarakterli xəsarətlərdən Beyləqan Rayon Mərkəzi Xəstəxanasında onun ehtiyatsızlığından ölmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2012-ci ilin avqust ayında “T28X4MA-S1” markalı 11-K-187 nömrəli traktoru Beyləqan rayonu Birinci Aşıqlı kənd sakini X5 2500 manat verməklə etibarnamə əsasında almışdır. Lakin traktoru idarə etmək üçün sürücülük hüququ olmamışdır. 22 may 2022-ci il tarixdə axşam Beyləqan rayonu, İkinci Aşıqlı kəndində bacısı oğlu Niyaməddinlə traktorun arxasında olan iki ədəd qoşquları ot bağlamaları ilə yükləmiş və yaşadığı Beyləqan rayonu İkinci Aşıqlı kəndinə gedərkən, kəndin girişində olan döngədə “Yuxarı Qarabağ kanalı-Daşburun” avtomobil yoluna çıxmaq istəyərkən yolun sol tərəfindən çox aralıda bir avtomobilin gəldiyini görmüş və həmin avtomobilin gələnə kimi yola çıxa biləcəyini güman edib traktorla əsas yola çıxmış və 2-3 metr hərəkət etdikdən sonra qəfildən avtomobil onun idarə etdiyi traktorun qoşqusuna çırpılmış, o tez traktoru yolun kənarına çıxarıb saxlamış və yanında olan bacısı oğlu Niyaməddinlə tarktordan düşərək traktorun arxasına gedib baxarkən , sonradan adını bildiyi Romanın idarə etdiyi avtomobilin traktorun qoşqusunun arxası ilə toqquşduğunu görmüşlər. Hadisə bacısı oğlu Niyaməddinlə və hadisə yerinə gələn şəxslərlə avtomobildə olan sərnişinlər xəsarət aldıqlarından onları avtomobildən çıxarıb, Beyləqan rayon mərkəzi xəstəxanasına göndərmişlər. Sonradan avtomobildə olan Rasimin aldığı xəsarətdən öldüyünü bilmişdir. O əməlindən peşmandır. Zərəçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Yaşlı olmasının cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün ifadəsindən başqa dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, zərərçəkmiş şəxsin məhkəmədə elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübut, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, 22 may 2022-ci il tarixdə saat 20 radələrində həyat yoldaşı Rasim bacısı Fəridə Fərzəliyeva ilə birlikdə Şahid1 məxsus “Vaz-21061” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayon Mərkəzi Xəstəxanasına getmək üçün yaşadıqları evdən çıxıb yola düşmüş, təxminən bir saat sonra Rasimin qardaşı Hüseyn Fərzəliyev ona zəng edərək Romanın idarə etdiyi avtomobilin Beyləqan rayonu, İkinci Aşıqlı kəndi ərazisində qəzaya düşdüyünü və hadisə nəticəsində Rasimin öldüyünü bildirmişdir. O Təqsirləndirilən şəxsla barışmışdır. Ondan heç bir tələb və ya şikayəti yoxdur. Dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 22 may 2022-ci il tarixdə axşam Beyləqan rayonu, Birinci Aşıqlı kəndində dayısı İbadətin idarə etdiyi traktorun arxasındakı qoşquları ot bağlamaları ilə yükləyib, yaşadıqları Beyləqan rayonu, İkinci Aşıqlı kəndinə gedərkən kəndin girişində olan döngədə,“Yuxarı Qarabağ kanalı-Daşburun” avtomobil yoluna çıxıb bir qədər hərəkət etdikdən sonra, həmin anda arxadan gələn avtomobilin onların traktorunun arxasında olan qoşquya dəydiyini eşitmişlər. İbadət traktoru saxlamış və onlar traktordan düşüb onun arxasına qaçıb, VAZ-2106 markalı avtomobilin traktorun qoşqusuna toqquşmuş vəziyyətdə olduğunu görmüşlər. Sonra da dayısı İbadət və hadisə yerinə gələn başqa şəxslərlə avtomobildə olan adamaları avtomobildən çıxarıb Beyləqan rayon mərkəzi xəstəxanasına göndərmişlər. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 22 may 2022-ci il tarixdə saat 20 radələrində özünə məxsus “VAZ-21061” markalı, **-BP-*** nömrəli avtomobillə qohumu Rasimi Beyləqan rayon Mərkəzi xəstəxanasına apararkən “Yuxarı Qarabağ kanalı- Daşburun” avtomobil yolunun Beyləqan rayonu, İkinci Aşıqlı kəndi ərazisindən keçən hissəsində Beyləqan şəhəri istiqamətində təxminən saatda 60-70 kilometr sürətlə hərəkətdə olarkən həmin kəndin girişindəki döngəyə çatmağa 10 metr qalmış qəfildən arxasında iki ədəd qoşqusu olan traktor kəndin girişindən əsas yola, yəni onun hərəkət etdiyi yola çıxmış, o, həmin traktoru görən kimi əyləci basıb avtomobili saxlamaq istəmiş, lakin avtomobili saxlaya bilməmiş və avtomobil traktorun arxasında olan qoşquya çırpılaraq dayanmışdır. Avtomobildə olan qohumu Rasim və onun bacısı Fəridə xəsarət almışlar. Həmin vaxt traktorun sürücüsü və hadisə yerinə gələn şəxslər onları Beyləqan rayon Xəstəxanasına göndərmişlər. Rasim aldığı xəsarətdən xəstəxanada ölmüşdür. O hərbi vəzifəli olduğundan onun barəsində olan cinayət işinə Füzuli hərbi məhkəməsində baxılaraq barəsində hökm çıxarılmışdır. O hökmdən şikayət verməmişdir. Məhkəməyə daxil olmuş zərərçəkmiş şəxs X3 xəstəliyi ilə əlaqədar olan tibbi arayış və ərizələrindən görünür ki, o xəstə oduğu üçün məhkəmə baxışına gələ bilmir, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir tələb və şikayət yoxdur və onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini xahiş edir. Məhkəmə zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan olunmaqla tədqiq olunmuş gəlməyən zərərçəkmiş şəxs X10 ifadəsində 22 may 2022-ci il tarixdə kürəkəni Şahid1 idarə etdiyi “VAZ-21061” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayon Mərkəzi Xəstəxanasına getmək üçün yaşadığı Beyləqan rayonu, Dünyamalılar kəndindən yola çıxdıqlarını o, arxa sərnişin oturacağında, qardaşı X11 isə qabaq sərnişin oturacağında əyləşdiklərini, onlar “Yuxarı Qarabağ kanalı-Daşburun” avtomobil yolunun Beyləqan rayonu, İkinci Aşıqlı kəndi ərazisindən keçən hissəsində Beyləqan şəhəri istiqamətində hərəkətdə olan zaman həmin kəndin girişindəki döngəyə çatmağa 10 metr qalmış qəfildən arxasında iki ədəd qoşqusu olan traktorun kəndin girişindən əsas yola çıxdığını, Şahid1 həmin traktoru görən kimi tormozlama əməliyyatı edərək idarə etdiyi avtomobili saxlamağa çalışsada, avtomobilin qabaq hissəsinin traktorun ikinci qoşqusunun arxa sol hissəsi ilə toqquşduğunu, zərbənin təsirindən o, huşunu itirdiyini və gözünü açarkən Beyləqan rayon Mərkəzi Xəstəxanasında olduğunu bildiyini, hadisə nəticəsində avtomobildə olanların müxtəlif xəsarətlər aldıqlarını və qardaşı Rasimin isə aldığı xəsarətlərdən xəstəxanada öldüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan “Hadisə yerinin baxışının aparılması haqqında” 22 may 2022-ci il tarixli protokola əsasən hadisə yeri “Yuxarı Qarabağ kanalı-Daşburun” avtomobil yolunun Beyləqan rayonu, İkinci Aşıqlı kəndinin ərazisindən keçən hissəsidir. Yolun hərəkət hissəsi üfüqi, yol örtüyü asfaltbeton, yol örtüyünün vəziyyəti quru, yol örtüyünün eni 7 metr, hərəkət zolaqlarının sayı iki, hərəkət hissəsinin eni 3,5 metrdir. Hərəkət hissəsində əks istiqamətli nəqliyyat axımını ayırmaq üçün nişanlanma xətti vardır. Sağdan hərəkət hissəsinə birləşən yol çiyninin eni 1,8 metr, soldan 1,5 metr-dir. Yol işıqlandırılmır. Baxış zamanı toqquşan nəqliyyat vasitələrinin ön hissəsi Beyləqan rayonu, Birinci Aşıqlı kəndi istiqamətində olmaqla yolun sağ hərəkət zolağında dayandığı, “VAZ- 21061” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 10 metr tormozlama izinin olduğu müəyyən olunmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 18 iyun 2022-ci il tarixli, 13/22 nömrəli rəyinə əsasən X9 aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması, alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, alın və sağ bazu nahiyyələrinin əzilmiş yarası, bədən səthinin çoxsaylı sıyrıqları, ürək əzələlərinin hipertrofiyası (qalınlaşması), daxili üzvlərin venoz azqanlılığı ətraf yumşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən əvvəl ağır küt təsir mexanizminə malik əşyanın (əşyaların) təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə həyat üçün təhlükəli olan, mərhumun ölümü ilə nəticələnən sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. R.Q.Fərzəliyevin ölümünə səbəb kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi olmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 31 iyul 2022-ci il tarixli, 614/22 nömrəli rəyinə əsasən X4 aşkar olunmuş xəsarətlər - baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sağ mil sümüyünün distal ucunun qapalı sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşının salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 18 iyul 2022-ci il tarixli, 8/1727 nömrəli rəyinə əsasən “T28X4MA-S1” markalı, 11-K-187 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4. “Yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs traktoru sürücülük hüququ olmadan idarə etdiyinə görə onun hərəkətlərində həmin Qanunun 33-cü maddəsinin İV hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “VAZ-21061” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Şahid1 avtomobili maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 70 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərin həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24. “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan ibtidai istintaq orqanının 14 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs idarə etdiyi “T-28X4MA-S1” markalı 11-K-187 dövlət qeydiyyat nişanlı traktor cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün ona təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan X21 Mərkəzinin 03 avqust 2022-ci il tarixli, MİHO/1.2.26-2-2022-7 nömrəli məktubundan görünür ki, Beyləqan rayonu, Birinci Aşıqlı kəndində yaşayan Təqsirləndirilən şəxs adına Beyləqan DAİM X13 sektorunun elektron sistem bazasında traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin olması haqda heç bir məlumat yoxdur. İşdə olan Füzuli Hərbi Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, həmin hökmə əsasən Şahid1 CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək müvafiq cəzaya məhkum edilmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, sənədləri və maddi sübutu Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilir. Onun əməli CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan hüquqi sənədlərdən görünür ki,Təqsirləndirilən şəxs xx xxxxxx 1966-cı il tarixdə Beyləqan rayonunda doğulmuşdur. Beyləqan rayonu, Birinci Aşıqlı kəndində yaşayır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. X22 Vətən Müharibəsi iştirakçısıdır. Ağdamın azad olunmasına görə medalı ilə təltif olunmuşdur. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəmyə təqdim etdiyi ərizədən görünür ki, o həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. İşdə olan zərərçəkmiş şəxs X6 ərizəsindən görünür ki, o həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmədə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən dərhal sonra zərərçəkmiş şəxsləri hadisə yerində olan avtomobilə qoyub xəstaxanaya göndərərək təcili tibbi yardım göstərilməsini təmin etmişdir. CM-in “cəzanın anlayışı və məqsədi” adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-ın 59.1.11-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılmasını təmin etdiyini, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs ilə barışaraq, ondan heç bir şikayət və tələbinin olmamasını, eyni zamanda CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yerindən müsbət səciyyələndirilməsini, yaşlı olmasını, oğlu X15 müharibəsi iştirakçısı olmasını və Ağdamın azad olunmasın görə medalı ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmasını müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 60.1 maddəsinin tələbinə görə bu məcəllənin 59.1.8, 59.1.10 – 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları,o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydalarıəleyhinə inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarıəleyhinə cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarəetmək hüququndan məhrum edilib edilməməsi, digər təfəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçısının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmişşəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyyələrini, Təqsirləndirilən şəxs hadisədən sonrakı davranışını, kifayət qədər cəzanı yüngülləşdirən halların olmasını və işin vəziyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi CM-in 263-1.3-cü maddəsi ilə müəyyən edilmiş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi məqsədə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəza da təyin edilməlidir. CM-nin 70-ci maddəsinin mahiyyəti ondan ibarətdir ki, şəxsiyyəti buna imkan verən təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı çəkmədən islah olunması mümkündürsə, həmin şəxsə cinayət qanunvericiliyinin ədalət və humanizm prinsipindən yanaşmaq olar və onun cəza çəkməsinə lüzum yoxdur. CM-nin 70.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs şərti məhkum edilərkən sınaq müddəti təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini dəyişdikdə bu barədə onun davranışına nəzarət edən orqanlara məlumat vermək vəzifəsi qoyulmalıdır. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Beyləqan Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut olan “T-28X4MA-S1” markalı 11-K-187 dövlət qeydiyyat nişanlı traktorun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 128 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 44, 132, 346, 351-353 və 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilsin. CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş əsas cəza, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə 128 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-258/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-258/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver