Məhkəmə qərarları › İş №1(099)-258/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-258/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-258/2025 07.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 13 avqust 1990-cı ildə Saatlı rayonu, Mollavaizli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Saatlı rayonu, Mollavaizli kəndində qeydiyyatda olmaqla yaşamış, 06 sentyabr 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2024-cü il tarixli, 4(005)-1131/2024 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 182.2.2-ci maddəsi ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Saatlı rayonu, Varxan kənd Bələdiyyəsinin sədri X2 özünü azad jurnalist kimi təqdim edib X3nin fəaliyyətində guya qanunsuzluqlara yol verməsinə dair özünün istifadəsində olan “Youtube” sosial şəbəkəsində “Saatlı TV” kanalı və “Tik-Tok” sosial şəbəkəsində “13Asim13” adlı profilində neqativ məzmunlu rüsvayedici xarakter daşıyan həqiqətə uyğun olmayan məlumatları yayıb ictimailəşdirəcəyi və bununla da onun işgüzar nüfuzuna və xidmət göstərdiyi bələdiyyənin fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirib 2024-cü ilin fevral ayının ortalarında Saatlı rayonu, Mollavaizli kəndi ərazisində hədə-qorxu gəlməklə bir gün sonra qeyd edilən həmin ünvanda zərərçəkmiş şəxs Rafayıl Səfərova məxsus 150 manat məbləğində pulu hədə-qorxu ilə ondan tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Saatlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zərərçəkmiş şəxs3 özünü azad jurnalist kimi təqdim edib Zərərçəkmiş şəxs3 öz fəaliyyətində guya qanunsuzluqlara yol verməsinə dair özünün istifadəsində olan “Youtube” sosial şəbəkəsində “Saatlı TV” kanalı və “Tik-Tok” sosial şəbəkəsində “13Asim13” adlı profilində neqativ məzmunlu rüsvayedici xarakter daşıyan həqiqətə uyğun olmayan məlumatları yayıb ictimailəşdirəcəyi və bununla da onun işgüzar nüfuzuna və xidmət göstərdiyi təşkilatın fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirib 2023-cü ilin mart ayının ortalarında Saatlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzində hədə-qorxu gəlməklə həmin tarixdən 2024-cü ilin may ayının əvvəlinədək olan müddət ərzində hissəhissə olmaqla Saatlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzində Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 210 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə hədə-qorxu ilə ondan tələb etmə yolu ilə təkrar ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 35 nömrəli "xxxx" MMC-nin baş mühasibi Zərərçəkmiş şəxs4 özünü azad jurnalist kimi təqdim edib Zərərçəkmiş şəxs4 öz fəaliyyətində guya qanunsuzluqlara yol verməsinə dair özünün istifadəsində olan “Youtube” sosial şəbəkəsində “Saatlı TV” kanalı və “Tik-Tok” sosial şəbəkəsində “13Asim13” adlı profilində neqativ məzmunlu rüsvayedici xarakter daşıyan həqiqətə uyğun olmayan məlumatları yayıb ictimailəşdirəcəyi və bununla da onun işgüzar nüfuzuna və xidmət göstərdiyi müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirib hədə-qorxu gəlməklə 2024-cü ilin iyun ayının əvvəllərində Saatlı Rayon Mərkəzi Xəstəxanasının həyətində yerləşən çayxanada hədə-qorxu ilə 500 manat məbləğində pul tələb etmiş, bir neçə gün sonra elə həmin ünvanda Zərərçəkmiş şəxs4 məxsus 300 manat pulu hədə-qorxu ilə ondan tələb etmə yolu ilə təkrar ələ keçirmişdir; Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Saatlı rayonu Qıraqlı kənd tam orta məktəbin direktoru Zərərçəkmiş şəxs6 özünü azad jurnalist kimi təqdim edib Zərərçəkmiş şəxs6 məktəbin fəaliyyətində guya qanunsuzluqlara yol verməsinə dair özünün istifadəsində olan “Youtube” sosial şəbəkəsində “Saatlı TV” kanalı və “Tik-Tok” sosial şəbəkəsində “13Asim13” adlı profilində neqativ məzmunlu rüsvayedici xarakter daşıyan həqiqətə uyğun olmayan məlumatları yayıb ictimailəşdirəcəyi və bununla da onun işgüzar nüfuzuna və xidmət göstərdiyi müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirib hədə-qorxu gəlməklə 2024-cü ilin iyun ayının ortalarında Saatlı rayonu ərazisində Zərərçəkmiş şəxs6 hədə-qorxu ilə 200 manat məbləğində pulu təkrar tələb etmişdir; Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X6 İdarəsinin rəisi Zərərçəkmiş şəxs5 özünü azad jurnalist kimi təqdim edib Zərərçəkmiş şəxs5 idarənin fəaliyyətində guya qanunsuzluqlara yol verməsinə dair özünün istifadəsində olan “Youtube” sosial şəbəkəsində “Saatlı TV” kanalı və “Tik-Tok” sosial şəbəkəsində “13Asim13” adlı profilində neqativ məzmunlu rüsvayedici xarakter daşıyan həqiqətə uyğun olmayan məlumatları yayıb ictimailəşdirəcəyi və bununla da onun işgüzar nüfuzuna və xidmət göstərdiyi təşkilatın fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirib hədə-qorxu gəlməklə 2024-cü ilin iyul ayının əvvəllərində X6 İdarəsində hədə-qorxu ilə 50 manat məbləğində pul tələb etmiş, elə həmin tarixdə Saatlı Rayon Mərkəzi Xəstəxanasının yanında Zərərçəkmiş şəxs5 məxsus 50 manat pulu hədə-qorxu ilə ondan tələb etmə yolu ilə təkrar ələ keçirmişdir; Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Saatlı Rayon Mərkəzi X7 Şəxsin direktor müavini Zərərçəkmiş şəxs2 özünü azad jurnalist kimi təqdim edib Zərərçəkmiş şəxs2 xəstəxananın fəaliyyətində guya qanunsuzluqlara yol verməsinə dair özünün istifadəsində olan “Youtube” sosial şəbəkəsində “Saatlı TV” kanalı və “Tik-Tok” sosial şəbəkəsində “13Asim13” adlı profilində neqativ məzmunlu rüsvayedici xarakter daşıyan həqiqətə uyğun olmayan məlumatları yayıb ictimailəşdirəcəyi və bununla da onun işgüzar nüfuzuna və xidmət göstərdiyi tibb müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirib 2024-cü ilin aprel ayının əvvəlində Saatlı rayonu ərazisində hədə-qorxu gələrək hissə-hissə olmaqla həmin tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 412720******2885 nömrəli bank kartının hesabına 100 manat, 20 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 istifadəsində olan “Birbank” mobil tətbiqi vasitəsilə kartdan-karta köçürmə qaydasında sonuncuya məxsus 510307******9442 nömrəli kart hesabından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 412720******2885 nömrəli kartın hesabına 100 manat və 2024-cü ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs2 tərəfindən özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 412720******2885 nömrəli bank kartının hesabına 20 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 220 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə hədə-qorxu ilə ondan tələb etmə yolu ilə təkrar ələ keçirmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində demişdir ki, Konstitusiya Məhkəməsinin Cinayət Məcəlləsinin 182.1ci maddəsinin şərh edilməsinə dair 21 oktyabr 2011-ci il tarixli qərarında hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə cinayət məsuliyyətinin olması qeyd edilmişdir. Burada zərərçəkmiş şəxslərə necə tapşırılıbsa onlar elə də ifadə verirlər. Zərərçəkmiş şəxs2la dost olmuş, Nicatdan bir neçə dəfə borc pul istəmiş və Nicat da ona borca pul göndərmişdir. Bunun da hədə-qorxu ilə heç bir əlaqəsi olmamışdır. Sorğunu Xəstəxananın direktoruna göndərmiş, direktora göndərdiyi sorğunun da Nicata heç bir aidiyyəti olmamışdır. Nicatın xəstəxanda dəfələrlə problemini həll etmiş, Nicatla münasibətləri başqa olmuşdur. Nicatın barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şikayət olmuş və ona görədə Nicat məcbur onun əleyhinə ifadə vermişdir. Zərərçəkmiş şəxslər məcburiyyət qarşısında ifadə vermişlər. İnformasiya sorğusu göndərmək cinayət deyildir, sorğu göndərmək üçün onun hüququ vardır. 26 fevral 2025-ci il tarixdə məhkəməyə vəsatət göndərmişdir. Vəsatətində bildirmişdir ki, cinayət işində 06 sentyabr 2024-cü il tarixli izahat vardır, həmin izahatda onun əvəzindən saxta imzalar çəkilmişdir. Həmin imzaların ekspertizaya göndərilməsini xahiş etmişdir. Guya həmin izahatda etiraf etmişdir ki, kiməsə hədə-qorxu gəlmiş, həmin izahatda imzalar saxtadır. Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini təsdiq etməmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, İdarə və təşkilatlara sorğu verməkdə məqsədi informasiya əldə etmək olmuşdur. Orta-texniki təhsillidir, mühasibatlıqla bağlı təhsili yoxdur. İnformasiya sorğusu vermək onun hüququdur. Zərərçəkmiş şəxslərdən Nicatla bir də Ariflə telefon əlaqəsi olmuşdur. Zərərçəkmiş şəxslərin heç birindən yardım istəməmişdir. Nicatdan borca pul istəmişdir. Zərərçəkmiş şəxs5 özü ona 50 manat pul vermiş və gedib yeyib-içərsən demişdir. Vəli də özü onun kafedə yeməyinin pulun vermişdir. Heç kimə özünü jurnalist kimi təqdim etməmişdir. Sorğularda özünü jurnalist kimi təqdim etmişdirsə onun sorğularını gətirsinlər baxaq, orada özünü jurnalist kimi təqdim etmişdir ya yox. Zərərçəkmiş şəxslərə müstəntiq şablon ifadə yazdırmışdır. Etirafedici ifadənin altında olan imzalar onun deyil, həmin vaxt vəkilinə də bildirmişdir. 6 nəfər zərərçəkmiş şəxsin heç birinə “watsapp”da səs atmamışdır. Arifin qardaşından 200 manat almamışdır. Zərərçəkmiş şəxs5 özü ona pul vermişdir. Zərərçəkmiş şəxs4 300 manat, Zərərçəkmiş şəxs3 210 manat pul və Rafayıl Səfərovdan 150 manat pul almamışdır. Onu Saatlı Rayon İcra Hakimiyyətinə və Yol Patrul Xidmətinə görə tutmuşlar. Saatlı rayonunda YPX ilə bağlı çəkliş etmiş və həmin videoçəkilişi “Tiktok”a qoymuşdur. Daha sonra Saatlı Rayon İcra Hakimiyyətinə sorğu göndərmiş, bunlara görə də onu tutmuşlar. Bundan əlavə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, X3 sədri olduğu kənddə yaşamamışdır. X8 sədri seçilərkən ona səs verməmişdir. Rafayıl Səfərovdan və Zərərçəkmiş şəxs4 pul almamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs X5 ifadəsində bildirmişdir ki, bələdiyyə sədri işlədiyi dövrdə Təqsirləndirilən şəxs Bələdiyəyə sorğu göndərib fəaliyyətləri barədə məlumatlar istəmişdir. Məlumat vermədikləri halda fəaliyyətləri haqda sosial şəbəkələrdə neqativ məlumatlar paylaşacağını demişdir. Asim ondan 150 manat pul aldıqdan sonra ondan əl çəkmişdir. Verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Rafayıl Səfərov bildirmişdir ki, könüllü ərizə verib Asimdən şikayət etmişdir. Heç kim onu Asimdən şikayət etməyə məcbur etməmişdir. Asimi əvvəllər tanımamışdır. Asim ərizəni yazandan sonra özü onunla əlaqə saxlamışdır. Asim ərizə yazıb Bələdiyyənin fəaliyyəti ilə bağlı məlumat tələb etmişdir. Asimin yazdığı ərizəyə cavab yazmamışdır. Asim özü onunla əlaqəyə keçib telefonla danışmış və telefon danışığında ona ərizəyə cavab vermədiyi halda onun üçün yaxşı olmayacağını demişdir. Asim həqiqətə uyğun olmayan halları özünün “Tik-tok” səhifəsində və “Yotube” səhifəsində yayacağını demişdir. Asimə Saatlı rayonu, Mollavaizli kəndində 150 manat pul vermişdir. Asimə 150 manat pulu verən zaman o, tək olmuşdur. Asimdən şikayətçidir. Asimin Bələdiyyəyə ünvanladığı ərizəni 150 manat pulu Asimə verərkən özünə qaytarmışdır. Təqsirləndirilən şəxs şikayətçi olduğunu, barışmadığını, sonuncuya azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Asim Saatlı Rayon Mərkəzi Xəstəxanasına informasiya haqqında sorğu vermişdir. Sorğuya gec cavab verdikləri üçün X10 şikayət etmiş, X11 Rayon Mərkəzi Xəstəxanasını məhkəməyə verib onları cərimə elətdirmişdir. Daha sonra Ombudsman Aparatına onlardan sorğuya cavab vermələrini tələb etmiş, buna görə də onlar sorğunu cavablandırmışlar. Onların sorğuya cavabları Təqsirləndirilən şəxs qane etməmişdir. Təqsirləndirilən şəxs xəstənaya gəlib xəstəxanada neqativ hallarla bağlı sosial şəbəkələrdə yazacağını demişdir. Təqsirləndirilən şəxs ona zəng etmiş, ondan pul istəmiş, Təqsirləndirilən şəxs kartına iki dəfə ayrı-ayrı vaxtlarda 100 manat pul, bir dəfə də 20 manat pul köçürmüşdür. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Asim kartının nömrəsini “whatsapp”la özü ona atmışdır. Asimə göndərdiyi pulların çeklərin özündə saxlamışdır. Rafayıl Səfərov qrup yoldaşıdır, danışanda bilmişlər ki, Asim hamının başına eyni oyunu açır. Asimdən şikayətçidir. Asimin sorğusuna cavab vermədikləri üçün məhkəmə onları 400 manat məbləğdə cərimə etmişdir. Məhkəməyə Ombudsman Aparatına müraciət etmişdir. Asim neqativ hallar barədə mediada paylaşımlar edəcəyini demişdir. Asimin Xəstəxanaya informasiya sorğusu 2021-ci il tarixdə olmuşdur. Asimə 2024-cü il tarixdə pul vermişdir. Asim bezdirdiyi üçün şikayət etmişdir. Təqsirləndirilən şəxs şikayətçi olduğunu, barışmadığını, sonuncuya azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2019-cü il tarixdə Saatlı Rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru təyin olunmuşdur. Təqsirləndirilən şəxs 2021-ci il tarixdən tanımağa başlamışdır. Asim hər 1-2 aydan bir mərkəzə “e-mail” göndərmişdir. Asimin göndərdiyi “e-mail”ə cavab verməmişdir. Asimin Saatlı Rayon Gigiyena və Epidemologiya Mərkəzinə göndərdiyi “e-mail”a cavab vermədiyi üçün Ombudsman aparatından onu çağırıb Asimin “e-maili”nə niyə cavab vermədiyini soruşmuşlar. Ombudsman aparatında bildirmişdir ki, Asimin sorğu vermək konstitusiyon borcudursa onun konstitusiyon hüquqları var, onu qorumalısınız. Asimi bir dəfə çağırıb ondan izahat almışdır ki, Saatlı Rayon Gigiyena və Epidemologiya Mərkəzindən sorğu yazmayacaqdır. Asimin uşağının xəstə olduğunu bilmiş, hər gələndə Asimə 15-20 manat verib uşağına pampers almasını demişdir. Asimin sorğularına cavab vermədikdə Saatlı rayon prokurorluğundan və Ombudsmandan məktub gəlmişdir ki, Asimin sorğularına cavab verəcəklər. İlk dəfə Asim sorğu verəndə suallarının sayı 18 olmuş, daha sonra suallarının sayını azaldaraq 10-na salmışdır. Suallara işçilərin sayı, onların adı soyadı, atalarının adı, hansı vəzifə tutmaları, diplomlarının nömrəsi, mühasibatlığın arayışı və üzləşmənin fomrasını və sair daxil olunmşdur. Təqsirləndirilən şəxs 2021-ci il tarixdən 2024-cü il tarixədək 210 manat pul vermişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Asimə hər gələndə 15-20 manat vermiş, bir ay sakitləşmiş, sonra yenə yazmağa başlamışdır. Asimin sorğularına cavab verməmiş, Ombudsman Aparatından onu sorğulara cavab verməyə məcbur etmişlər. Asim kütləvi informasiya vasitələrinə məlumatları verəcəyini bildirmişdir. Asimdən şikayət etməyə onu kimsə məcbur etməmiş, o, həddə çatmışdır ki, ağlamaq istəmişdir. Asim hər gün idarəyə “e-mail” yazmışdır. Təqsirləndirilən şəxs şikayətçi olduğunu, barışmadığını, sonuncuya azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 35 saylı Yol İstismar İdarəsinə sorğu vermişdir. Təqsirləndirilən şəxs verdiyi sorğuya cavab vermədiklərinə görə Asim onlardan Ombudsman Aparatına şikayət etmişdir. X1 məktub daxil olduqdan sonra Asimi tapıb ona 300 manat pul vermişdir ki, bir də onlardan şikayət etməsin. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Asimə 300 manat pulu 3 dəfəyə vermişdir. Hər dəfə Asimə 100 manat pul vermişdir. Asimdən şikayətçidir. Asim əvvəl ondan 500 manat pul istəmişdir. Asim məbləği mobil telefona yazıb ona göstərmiş, o isə Asimə 300 manat pul verə biləcəyini demişdir. Asimin sorğusuna cavab vermədikləri halda sosial şəbəkələrdə əleyhinə çıxışlar edəcəyini bildirmişdir. Asimin sorğusuna cavab yaza bilməmişdir. Təqsirləndirilən şəxs şikayətçi olduğunu, barışmadığını, sonuncuya azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onlara sorğu göndərmişdir. Asimin göndərdiyi sorğular çox mücərrəd sorğular olmuş, gərək bütün işlərini atıb sorğulara cavab verəydilər. Onlar məcbur olub Asimin sorğusuna cavab vermişlər. Sorğuda İdarədə nə qədər mexanizim olması, açılan vəsaitlər barədə və sair soruşulmuşdur. Asim verdiyi sorğuya yazdıqları cavablarından razı qalmışdır. Asimə baxıb başqaları da sorğular vermişdir. Asimlə aramda başqa bir şey olmamış, həmin vaxtı Asim onu şantaj etməmişdir. Ağsaqqal kimi hörmətini saxladığını demişdir. Həmin ərəfədə Asimə 50 manat pul vermişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs5 bildirmişdir ki, Asimin sorğusuna cavab vermişlər. Onu kimsə Asimdən şikayət etməyə məcbur etməmişdir. Asim başqa İdarələrdən də şikayətlər etmişdir. Təqsirləndirilən şəxs şikayətçi olduğunu, barışmadığını, sonuncuya azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxslə tanışlığı qardaşının bir nəfərlə borc məsələsinə görə yaranmışdır. Asimlə ilk dəfə 2024-cü il iyun ayının təxminən ortalarında görüşmüşdür. Asimin məktəbə verdiyi sorğulara cavab vermiş və sorğuda istədiyi materiallar ilə Asimi təmin etmişdir. Həmin vaxtı Asimə qardaşının vasitəsi ilə 200 manat pul vermişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs6 bildirmişdir ki, qardaşının borc məsələsində qardaşından pul alaraq qaytarmamışdır. Asim bu işin içinə girmiş, işi həll edəcəyini demişdir. Hiss etmişdir ki, Asim münaqişəli məsələnin içinə giribsə problem yaranacaqdır. Asim borc alan şəxs tərəfdən söhbətə gəlmişdir. Onu kimsə Asimdən şikayət etməyə məcbur etməmişdir. Asim əlində internet resursları olduğunu, aşkar edilmiş nöqsanlarla bağlı sosial şəbəkə vasitələrində paylaşımlar edəcəyini demişdir. Təqsirləndirilən şəxs şikayətçi olduğunu, barışmadığını, sonuncuya azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin) ifadələri ilə yanaşı, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2, X5 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs rüsvayedici xarakter daşıyan məlumatların sosial şəbəkələrdə yayılıb ictimailəşdiriləcəyi barədə onlara hədə-qorxu gələrək pullarını ələ keçirməsinə dair müraciətləri əsasında toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılmışdır.(i.v.1-22) -Vəli Məhərrəmov tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış 06 sentyabr 2024-cü il tarixli ərizədə göstərilmişdir ki, 2023-cü ilin mart ayından 2024-cü ilin may ayına qədər olan müddət ərzində özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs onun, eləcə də işlədiyi Saatlı Rayon Gigiyeva və Epidemiologiya Mərkəzinin xidməti fəaliyyəti ilə bağlı şər və böhtan xarakterli rüsvayedici məlumatları sosial şəbəkələrdə paylaşaraq rüsvay edəcəyi hədəsi ilə hədələyib ayrı-ayrı vaxtlarda ümumilikdə 210 manat pulunu ələ keçirmişdir.(i.v.4) -Rafayıl Səfərov tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış 06 sentyabr 2024-cü il tarixli ərizədə göstərilmişdir ki, 2024-cü ilin fevral ayında özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs onun, eləcə də sədri olduğu Saatlı rayonu, Varxan kənd Bələdiyyəsinin xidməti fəaliyyəti ilə bağlı şər və böhtan xarakterli rüsvayedici məlumatları sosial şəbəkələrdə paylaşaraq onu rüsvay edəcəyi hədəsi ilə hədələyib 150 manat pulunu ələ keçirmişdir.(i.v.9) -Zərərçəkmiş şəxs2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış 06 sentyabr 2024-cü il tarixli ərizədə göstərilmişdir ki, 2024-cü ilin aprel ayında həmin ilin avqust ayına qədər olan müddət ərzində Təqsirləndirilən şəxs onun işlədiyi Saatlı Rayon Mərkəzi Xəstəxanasının xidməti fəaliyyəti ilə bağlı şər və böhtan xarakterli rüsvayedici məlumatları sosial şəbəkələrdə paylaşaraq rüsvay edəcəyi hədəsi ilə hədələyib ayrı-ayrı vaxtlarda ümumilikdə 220 manat pulunu ələ keçirmişdir.(i.v.14) -“zərərçəkmiş şəxs qismində tanıma haqqında” 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Vəli Məhərrəmov cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.25) -“zərərçəkmiş şəxs qismində tanıma haqqında” 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Rafayıl Səfərov cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.36) -“zərərçəkmiş şəxs qismində tanıma haqqında” 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.47) -Zərərçəkmiş şəxs4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış 06 sentyabr 2024-cü il tarixli ərizədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs çalışdığı 35 saylı yol istismarı MMC-nin fəaliyyəti ilə bağlı sosial şəbəkə və müxtəlif sosial platformalarda həqiqətə uyğun olmayan və həmçinin çalışdığı müəssisənin nüfuzuna xələl gətirən məlumatlar paylaşacağı hədəsi ilə ondan 300 manat pul tələb edib ələ keçirmişdir. Ona dəymiş maddi ziyanın qaytarılması və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına dair köməklik edilməsi üzrə göstəriş verilməsini xahiş etmişdir. (i.v.57) -“zərərçəkmiş şəxs qismində tanıma haqqında” 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.64) -Zərərçəkmiş şəxs5 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış 06 sentyabr 2024-cü il tarixli ərizədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs onun xidməti fəaliyyəti ilə bağlı böhtan xarakterli məlumatları sosial şəbəkələrdə paylaşaraq rüsvay edəcəyi hədəsi ilə 2024-cü ilin əvəllərində ondan 50 manat pul almışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsinə göstəriş verilməsini xahiş etmişdir.(i.v.74) -“zərərçəkmiş şəxs qismində tanıma haqqında” 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.81) -Zərərçəkmiş şəxs6 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış 06 sentyabr 2024-cü il tarixli ərizədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs özünü ona jurnalist kimi təqdim edərək onu hədələyib pul istəmişdir. Həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir.(i.v.90) -“zərərçəkmiş şəxs qismində tanıma haqqında” 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.96) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:55-də Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olduğu üçün tutulmuşdur.(i.v.121-122) -07 sentyabr 2024-cü il tarixli “üzləşdirmə protokolun”dan görünür ki, Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə demişdir ki, “bəli, mən Mirnicat müəllimlə sorğu ilə bağlı görüşmüşəm, onun təşəbbüsü ilə birlikdə çay içən zaman o, məni onların idarəsi barədə şikayət yazmamağı məsləhət edirdi. Mən də onun sözünü yerə salmayaraq, həm də ortaq tanışlarımız olduğu üçün razılaşmışdım. Mən onu hədələməmişəm, ondan pul tələb etməmişəm və heç bir məbləğdə pul almamışam”.(i.v.127-128) -07 sentyabr 2024-cü il tarixli “üzləşdirmə protokolun”dan görünür ki, zərərçəkmiş şəxs Rafayıl Səfərov ifadəsində göstərdiyi xüsusatları şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə demişdir ki, “bəli, bələdiyyəyə sorğu vermişdi, lakin sorğunun məzmunu qanun çərçivəsində bələdiyyənin fəaliyyəti ilə bağlı olmuşdur, şəxsi həyat və məqamlara toxunmamışdır. Mən ondan pul almamışam, aramızda elə bir şey olmayıb”.(i.v.129-130) -07 sentyabr 2024-cü il tarixli “üzləşdirmə protokolun”dan görünür ki, Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi xüsusatları şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə demişdir ki, “deyilənlərlə razı deyiləm, mən Arif müəllimdən pul tələb etməmişəm, nə də almamışam”.(i.v.131-132) -07 sentyabr 2024-cü il tarixli “üzləşdirmə protokolun”dan görünür ki, zərərçəkmiş şəxs Vəli Məhərrəmov ifadəsində göstərdiyi xüsusatları şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə demişdir ki, “mən ondan hədəqorxu ilə heç vaxt pul tələb etməmişəm. Düzdür, aramızda şəxs mübahisələrimiz olub, lakin mən bir daha qeyd edirəm ki, ondan pul tələb etməmişəm. Mənim kasıb adam olduğumu bilərək və heç bir yerdə işləmədiyim üçün mənə arada 10-15 manat pul verib. Lakin mən onu hədələyib həmin pulu zorla almamışam.(i.v.133-134) -07 sentyabr 2024-cü il tarixli “üzləşdirmə protokolun”dan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə demişdir ki, “deyilənlərlə razı deyiləm, mənim Nicatla münasibətim var, onu hədələməmişəm. Mən ondan pulu kömək kimi borc qismində almışam”.(i.v.135-136) -07 sentyabr 2024-cü il tarixli “üzləşdirmə protokolun”dan görünür ki, Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatları şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə demişdir ki, “bəli, mən ondan 50 manat pulu bir yerli kimi almışam. Onu heç vaxt hədələməmişəm. Həmin pulu da bir yerli kimi ondan çörək pulu qismində qəbul etmişəm”.(i.v.137-138) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2024-cü il tarixli, 4(005)-1131/2024 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir.(i.v.139-141, 170-174) -“götürmə və baxış aparılması haqqında” 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi smartfonlar üçün nəzərdə turulmuş "xxxx" ASC-yə aid olan mobil tətbiqi vasitəsilə 100 manat pulun Təqsirləndirilən şəxs istifadəsində olan elektron hesaba göndərilməsi barədə 01 vərəqdə çap edilmiş **********7№-li qəbzə baxış keçirilmiş və məlum olmuşdur ki, “Birbank” mobil tətbiqi vasitəsilə kartdan-karta qaydasında xx.xx.2024-cü il tarixdə saat 09:01-də icra edilmiş həmin pul köçürmə əməliyyatı zamanı 100 manat məbləğində pul vəsaiti 510307******9442 nömrəli kartın hesabından silinərək 412720******2885 nömrəli kartın hesabına köçürülmüşdür.(i.v.197-198) -“Respublika Psixiatriya Xəstəxanası” X15 daxil olmuş 27 sentyabr 2024-cü il tarixli, 11849 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır.(i.v.200) -“telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 09 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 02 oktyabr 2024-cü il tarixli BKC/LGL-14399/24 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid 07 sentyabr 2023-cü il tarixdən 07 sentyabr 2024-cü il tarixədək olan məlumatlara keçirilmiş baxış zamanı həmin nömrənin müvafiq olaraq öz adına qeydiyyata alındığı müəyyən olunaraq müvafiq tarixlərdə zərərçəkmiş şəxslər Rafayıl Səfərovun ***-***-**-** saylı, Vəli Məhərrəmovun ***-***-**-** saylı, Zərərçəkmiş şəxs2 ***-***-**-** saylı, Zərərçəkmiş şəxs4 ***-***-**-** saylı, Zərərçəkmiş şəxs5 ***-***-**-** saylı və Zərərçəkmiş şəxs6 ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələri ilə əlaqə saxlaması müəyyən olumuşdur.(i.v.225) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında” 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin mürəkkəbliyi ilə əlaqədar ibtidai istintaq müddəti 02 ay-06 ayadək, yəni 06 yanvar 2025-ci il tarixdən 06 mart 2025-ci il tarixdək uzadılmışdır.(i.v.248-250) -Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 4(005)- 1494/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 06 mart 2025-ci il tarixədək uzadılmışdır.(i.v.254-258) -“bank məlumatlarına baxış keçirilməsi haqqında” 25 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş 24 dekabr 2024-cü il tarixli 6-2-41/2- 47995/2024 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunuş məlumatlara baxış zamanı araşdırma zamanı sorğu edilən Təqsirləndirilən şəxs adına "xxxx" ASC-yə məxsus bir neçə bank kartı qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Təqdim edilmiş diskə köçürülmüş çıxarışlara nəzər salınan zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış **********862885 nömrəli plastik kart üzrə elektron hesaba xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində digər kart hesablarından, o cümlədən də ödəmə terminallarından istifadə etməklə ayrı-ayrı vaxtlarda 380, 100, 150, 50, 40, 30, 50, 80, 20, 50, 60, 350, 380, 100, 300, 100, 170, 50, 50, 200, 300, 20, 200, 50, 100, 100, 50, 380, 100, 50, 100, 250, 200, 100, 380, 200, 100, 250, 150, 50, 200, 150, 30, 250, 400, 260, 200, 100, 250, 380, 100, 50, 300, 30, 800, 50, 200, 40, 30, 220, 100, 860, 100, 3900, 200, 140, 180, 380, 200, 100, 200, 700, 100, 100, 320, 200, 180, 200, 400, 50, 120, 100, 450, 80, 100, 50, 20, 250, 160, 100, 777, 100, 250, 200, 150, 200, 500, 380, 120, 2500, 100, 50, 200, 200, 50, 200, 300, 600, 100, 200, 200, 150, 380, 50, 100 manat məbləğlərində pullar mədaxil edilmiş və həmin dövrü əhatə etməklə, ayrıayrı vaxtlarda həmin hesabdan qeyd edilən məbləğlərdə olan pullar CD diskə əlavə edilmiş fotogörüntülərə əsasən Təqsirləndirilən şəxs tərəfindən nağdlaşdırılmışdır. Baxış zamanı həqiqətən də həmin kart üzrə elektron hesaba xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 istifadəsində olan 510307******9442 saylı hesabdan BirBank tətbiqi vasitəsilə 100 manat məbləğində pulun Təqsirləndirilən şəxs istifadəsində olan cari hesaba köçürülməsi müəyyən edilmişdir. Ümumilikdə isə həmin kart üzrə elektron hesaba dair xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan pul dövriyəsi 61.823,54 manat təşkil etmişdir. CD diskə əlavə edilmiş fotogörüntülərə əsasən qeyd edilən məbləğlərdə olan pul əskinazları Təqsirləndirilən şəxs tərəfindən nağdlaşdırılmışdır. Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış digər plastik kartlar üzrə elektron hesablar üzrə təqdim edilən çıxarışlara keçirilən baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir.(i.v.259-261) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur.(i.v.281-283) -“sübutların qiymətləndirilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş disk və "xxxx" ASC-dən daxil olmuş disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olmuşdur.(i.v.297-311) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli, 2 nömrəli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini hədə-qorxu ilə tələb etmə cinayətlərinə dair işlərin baxılmasında qanunun tələblərinə ciddi əməl edilməsinə, cinayətin törədilməsində iştirak etmiş şəxslərin hər birinin cinayətin törədilməsində rolunun və təqsirlilik dərəcəsinin müəyyən edilməsinin zəruriliyinə cəlb edilsin. X12 1-1-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. X12 1-2-ci bəndində göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Hədə-qorxu ilə yerinə yetirilməsi tələb edilən əmlak xarakteri daşıyan digər hərəkətlər dedikdə isə əmlakın verilməsini, bilavasitə əmlaka dair mülkiyyət hüququnun və yaxud digər əşya hüquqlarının təqsirkara keçməsini nəzərdə tutmayan hərəkətlər, məsələn adi mülki dövriyyədə əvəzli olan bu və ya digər işlərin əvəzsiz görülməsi, xidmətlərin əvəzsiz göstərilməsi, təqsirkarın əvəzinə öhdəliklərin icrası, təqsirkardan borcun ödənilməsini, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini tələb etmək hüququndan imtina başa düşülür. X12 3-ci bəndində göstərilmişdir ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. X12 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində göstərilmiş cinayətlərdən hər hansı birini törətmiş, lakin həmin cinayətə görə məhkum edilməmiş və cinayət məsuliyyətindən azad edilməmiş şəxs əvvəl törədilən cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyi halda hədə-qorxu ilə tələb etmə cinayətini törədərsə, bu halda birinci əməl (əgər əvvəlki əməl CM-in 182.1-ci maddəsi ilə ehtiva olunan cinayət deyilsə) Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə, hədə-qorxu ilə tələb etmə isə cinayətlərin təkrar törədilməsi əlaməti üzrə - Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, yəni bu cinayətlərin məcmusu kimi tövsif edilməlidir. Bir və ya bir neçə şəxsə qarşı yönəlmiş əmlakı və yaxud ona olan hüququ və yaxud əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini dəfələrlə tələb etmə, əgər bu tələblər vahid qəsdlə əhatə olunmuşsa və eyni bir əmlakın (eyni bir əmlaka olan hüququn) ələ keçirilməsinə, əmlak xarakteri daşıyan eyni bir hərəkətin yerinə yetirilməsinə yönəlmişsə, bu halda əməl təkrar hədə-qorxu ilə tələb etmə kimi tövsif edilə bilməz Təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində CM-in 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə CM-in 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan CM-in 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, qanunçuluğun ümumi prinsiplərinə söykənən cinayət hüququnun prinsipləri-hüquq normalarında təsbit olunan, cinayət hüququnun və onun institutlarının təbiətini müəyyən edən, cinayət hüququ yaradıcılığının və bu hüququn tətbiqi ilə bağlı fəaliyyətin əsas istiqamətləridir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir. Cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimaitəhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normalar iki qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyriqanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi bildirir ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə, əmlakın ələ keçirilməsi hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün əhəmiyyət kəsb etmir. Yəni bu cür cinayətlərdə nəticənin baş verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir. Məhkəmə istintaq nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 6 zərərçəkmiş şəxsi hədələyərək onların pullarını ələ keçirmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayətlərin çoxluğu dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi halları başa düşülür. Cinayətlərin çoxluğunun struktur elementi kimi konkret cinayətlər çıxış edir. Çoxluq, hər biri müstəqil cinayət tərkibi yaradan iki və ya daha artıq cinayət əməlinin törədilməsini nəzərdə tutur. Konkret cinayətlər, onların obyektiv və subyektiv tərəflərinin əlamətləri əsasında qurulur. Çoxluğun elementi olan konkret cinayətlərin müxtəlif növləri mövcuddur və nəzəriyyədə onlar sadə və mürəkkəb növlərə bölünürlər. Sadə konkret cinayət o halda mümkündür ki, bir əməlin müvafiq olaraq cinayət qanununda təsvir olunan bir nəticəsi olur. Sadə konkret cinayət həmçinin cinayət qanununda nəzərdə tutulmuş bir neçə nəticəyə səbəb olan vahid əməldən də ibarət ola bilər. Konkret cinayətlərə alternativ tərkibli cinayətlər də aiddir. Beləliklə, sadə konkret cinayət bir hərəkətin (və ya hərəkətsizliyin) və bir nəticənin və ya bir hərəkətin və bir neçə nəticənin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Mürəkkəb konkret cinayətlər sadə konkret cinayətlərlə müqayisədə daha qəliz struktura malikdirlər. Bu cinayətlərdə törədilmiş əməlin mürəkkəb obyektiv və subyektiv tərəfi olur. Nəzəriyyədə mürəkkəb konkret cinayətlərin növü kimi uzanan, davam edən, mürəkkəb tərkibli cinayətlər, həmçinin, əlavə ağır nəticələrin baş verməsi ilə tövsif olunan cinayətlər (onları bir çox hallarda nəticələrinə görə tövsif olunan cinayətlər də adlandırırlar) qəbul edilirlər. Cinayət Məcəlləsinin “Qeyd” hissəsinin 3-cü bəndində göstərilmişdir ki, bu Məcəllənin 17-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. X12 18-ci bəndində göstərilmişdir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir. Uzanan cinayət-konkret cinayətdir və bu səbəbdən Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Davam edən cinayətlər isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: bu cinayətlər iki və daha artıq müstəqil, yəni birbirindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cinayətlərin çoxluğu termininin adı çəkilməsə də, Cinayət Məcəlləsinin 16, 17 və 18-ci maddələrində cinayətlərin çoxluğuna aid olan cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi və onların növləri ilə bağlı olan məsələlər tənzimlənir. Təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsinin 16-cı maddəsində ümumi təkrarlıq anlayışından imtina edilmiş, xüsusi təkrarlığın isə iki müstəqil növü müəyyən olunmuşdur: Məcəllənin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi (Cinayət Məcəlləsinin 16.1-ci maddəsi); yalnız Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda, Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi (Cinayət Məcəlləsinin 16.2-ci maddəsi). Maddənin mahiyyətindən göründüyü kimi, təkrar cinayətlər eyni və həmcins cinayətlərə bölünür. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur. Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir. Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 02 iyun 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, təkrarlıq, cinayətlərin real məcmusu və davam edən cinayətlər anlayışları ilə müəyyən qarşılıqlı əlaqədədir. Həm təkrarlıqda, həm cinayətlərin real məcmusunda iki və daha artıq cinayət törədilir. Bu anlayışlardan əmələ gələn cinayətlər müəyyən zaman fərqi ilə törədilir. Bundan əlavə, təkrarlığa daxil olan və ya real məcmunu yaradan bütün cinayətlər şəxs məhkum olunana qədər törədilir. Təkrarlıq ilə cinayətlərin real məcmusu arasında ciddi fərqlər də var. Belə ki, eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Real məcmuda isə hər bir cinayət əməli Cinayət Məcəlləsinin fərqli maddələrinin təsiri altına düşür. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında müraciətdə qaldırılan məsələ üçün böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur. Davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il 2 nömrəli qərarında göstərilmişdir ki, təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrıayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində Cinayət Məcəlləsinin 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə Cinayət Məcəlləsinin 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan Cinayət Məcəlləsinin 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 yanvar 2021-ci il tarixli qərarında qərara almışdır ki, Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Məhkəmə tərkibi bildirir ki, cinayətin təkrar törədilmiş hesab edilməsi üçün təqsirkarın ən azı iki ictimai-təhlükəli əməli törətməsi faktı müəyyən edilməlidir. Bu fakt təkrarlığın təqsirkar şəxsdə mənfi xüsusiyyətlərin mövcudluğu ilə xarakterizə olunduğunu göstərir. Təkrarlıq ona daxil olan cinayətlərin müxtəlif vaxtlarda törədilməsini etiva edir. Təqsirkar şəxsin müxtəlif həyat şəraitində qanuna uyğun davranış qaydasını seçmək imkanının olmasına baxayaraq, şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi onun ictimai təhlükəliliyini sübut edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimaitəhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün:- məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü zərərçəkmiş şəxslərin məcburiyyət qarşısında ifadələr vermələri, zərərçəkmiş şəxslərdən haqqlarında rüsvayedici məlumatlar yayması ilə hədə-qorxu gələrək pul tələb etməməsi və hər hansı məbləğdə pul almaması ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, zərərçəkmiş şəxslərin ifadələri və toplanmış digər sübutların məcmusu ilə təkzib edilir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı, Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclasında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən zərərçəkmiş şəxslərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -05 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməinin 16 fevral 2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 29, 180.2.1 və 29,180.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəza müddəti başa çatması ilə əlaqədar 24 aprel 2018-ci ildə cəzadan azad edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir.(i.v.221) -Saatlı rayonu İcra Hakimiyyəti Başçısının Mollavaizli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Mollavaizli kəndində qeydiyyatında olmaqla yaşamış, himayəsində xx.xx.2020-ci il təvəllüdlü Rafiq Əliyev adlı az yaşlı oğlu vardır, yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir.(i.v.226-230) Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayətçi olduqlarını, onunla barışmadıqlarını və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X9rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 06 sentyabr 2024-cü il tarixdən hesablanmalı, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2024-cü il tarixli, 4(005)-1131/2024 nömrəli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC-dən və "xxxx" ASC-dən daxil olmuş cəmi 2 iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan 06 sentyabr 2024-cü il tarixdən hesablansın. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2024-cü il tarixli, 4(005)- 1131/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar