Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-259/2023 11.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Sabirabad rayonu Nizami kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Sabirabad rayonu Nizami kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 29,120.2.4 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ailə münasibətləri pozulduğu üçün atası evinə getmiş arvadı Zərərçəkmiş şəxs1, qohumu Şahid5 ilə intim münasibətdə olmaqla ona xəyanət etməsinə görə qisas niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 20 oktyabr 2022-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı evdən məişət təyinatlı mətbəx bıçağı da götürməklə Sabirabad şəhəri, Muğan prospekti döngə 1 ünvanında yerləşən qayınatası Şahid2 məxsus 1 nömrəli evin önünə gələrək, sonuncunun və həmin evdə yaşayan qayını Şahid3 evdən çıxıb getmələrini gözləmiş, həmin gün saat 15:20 radələrində onların evdən getdiyini görüb, bununla da, öz cinayətkar niyyətini həmin şəxslərin müdaxiləsi olmadan maneəsiz həyata keçirəcəyinə əmin olduqdan sonra, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, evdə yaşayan qayınanası-Zərərçəkmiş şəxs2 Nərçə qızının iradəsi ziddinə mənzilə daxil olaraq, həmin vaxt yataq otağında olan arvadı Zərərçəkmiş şəxs1 Asəf qızına yaxınlaşıb qolundan tutmaqla söhbət etmək adı ilə evdən çıxarmağa çalışmış, bu vaxt orada olan qızı, xx.xx.2014-cü il təvəllüdlü Şahid4 onun bel nahiyəsində gizlətdiyi həmin bıçağını görüb, anası Zərərçəkmiş şəxs1 vuracağını düşünərək dərhal əli ilə bıçağı götürüb evin həyətinə atmış, bundan sonra Təqsirləndirilən şəxs həyətə çıxıb bıçağı yerdən götürmüş, bu vaxt onun arxasınca həyətə çıxan Zərərçəkmiş şəxs1nı görüb sonuncuya yaxınlaşaraq, anası Zərərçəkmiş şəxs2 və qızı Şahid4 gözləri qarşısında, onlara müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi iztirab və əzab verdiyini dərk etməklə Zərərçəkmiş şəxs1 döş qəfəsi, qarın və yuxarı ətraf nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub, boğaz nahiyəsini kəsməklə, sonuncuya boyunun ön səthində, döş qəfəsinin ön səthində sol məmə xətti üzrə 6-cı qabırğa səviyyəsində, sol körpücük xətti üzrə 4-cü və 7-ci qabırğa səviyyəsində, sağ məmə xətti üzrə 3-cü qabırğa səviyyəsində, sağ qoltuqaltı xətti üzrə 5-ci qabırğa səviyyəsində, sağ bazunun orta 1/3-də bayır səthdə, sağ bazunun ön və iç səthdə, sağ dirsək oynağının bayır səthində, sağ saidin aşağı 1/3-də bayır səthdə, sağ əlin üst səthində 4-cü əl darağı sümüyü proyeksiyasında, sağ əlin 4-cü barmağının üst səthində, sol əlin üst səthində əl darağı sümüyü proyeksiyasında, sol əlin ovuc səthində 5-ci əldarağı proyeksiyasında yaralardan ibarət, ümumilikdə 20 ədəd dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs1 əlləri ilə ona müqavimət göstərməklə özünü müdafiə etməsi, həmçinin həmin vaxt hadisə yerində olan qayınanası Zərərçəkmiş şəxs2 onu əli ilə geri itələməklə və qolundan tutub saxlamaqla bıçaq zərbələrinin intensiv və kəsərli endirilməsinə imkan vermədiyindən, eləcə də vurduğu zərbələrdən sonra yerdə yaralı halda hərəkətsiz qalan Zərərçəkmiş şəxs1 öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşdığından, o, bilavasitə iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs1 boğazı ağrıdığından müalicə olunması üçün onu qaynatasının evinə qoymuş, 20 oktyabr 2022-ci il tarixdə də yoldaşı Təhminəni götürmək üçün həmin evə getmiş və mənzilə daxil olmadan evin qapısından Təhminəni çağırmış, Təhminə də çölə çıxmış və ona evlərinə getməyi təklif etmiş, Təhminə ona cavab verməyib otağa keçdikdən sonra o, 2-3 dəqiqə gözləmiş və Təhminənin telefonla kiminləsə danışdığını görmüş, sonra əsəbiləşib evə girmiş, Təhminənin kiminləsə danışmasından şübhələnmiş, Təhminə ilə adını çəkmək istəmədiyi şəxs arasında olan münasibətləri yanlış başa düşdüyündən Təhminə ilə mübahisə etmiş, bıçaqla Təhminəyə bir neçə dəfə zərbə vurmuşdur. Sonra isə polis şöbəsinə gedərək təslim olmuşdur. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təhminə ilə 2014-cü ildə ailə həyatı qurmuş, iki uşaqları olmuşdur. Heç bir əsas olmadan Təhminədən şübhələnmişdir, sadəcə Təhminənin telefonla danışdığını bilib bunu səhv başa düşmüş, lakin Təhminəni öldürmək istəməmişdir. Həmin evə gedərkən özü ilə bıçaq aparmamış, hadisə zamanı həmin evdə olan bıçaqla Təhminəyə xəsarət yetirmiş, ona 4-5 xəsarət yetirməsini xatırlamış, qalan xəsarətləri, həmçinin Təhminənin hansı nahiyələrinə xəsarət yetirməsini xatırlamır. Yadında qaldığı qədəri ilə Təhminəyə xəsarət yetirərkən yanında heç kim olmamışdır. Təhminə ilə qızı Zəhra qayınatasıgildə, digər qızı Nuray isə onun evində qalmışdır. Hadisə günü qayınatasının evinə daxil olanda Təhminənin yanında qızı Zəhranı görməmişdir. Həyat yoldaşı Təhminədən hadisə günü sonuncunun telefonla danışması səbəbindən şübhələnmiş, şok vəziyyətində olduğundan polis şöbəsində olarkən fərqli fikirlə söyləmişdir. Hadisə baş verən günü qayınatasının evində yoldaşı Təhminə olmuş, başqa şəxsləri görməmişdir. Qayınatasıgilə getməkdə məqsədi yoldaşı Təhminəni evinə aparmaq olmuş, Təhminəni öldürmək məqsədi olmamış, onu öldürmək istəsəydi öldürə bilərdi. İstintaq zamanı ilk öncə Təhminəni özü vurduğunu göstərsə də sonrakı ifadəsində Təhminənin özü-özünü vurduğunu bildirmiş, belə bildirməkdə məqsədi özünü müdafiə etmək olmuşdur. Lakin hazırkı mərhələdə düzgün ifadə verir. Təhminənin boğaz nahiyyəsində xəsarəti istəməyərək xəsarət yetirmişdir. Hadisədən sonra könüllü olaraq polisə gedib təslim olmuşdur. Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olduğunu, bu hadisənin anlaşılmazlıq nəticəsində baş verdiyini, iki azyaşlı qızının olduğunu, həbsdə qaldığı müddətdə islah olduğunu, cəmiyyətə yararlı insan olduğunu, ilk məhkumluğu olduğunu nəzərə alaraq ona daha az cəza təyin edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 23 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə birgə nikahından 2015-ci il təvəlüdlü Şahid4 və 2017-ci il təvəllüdlü X10 olmuş, ailə qurduqdan sonra arvadı və uşaqları ilə birgə valideyinləri və qardaşları ilə Nizami kəndində yaşamışdır. Təhminə ilə ailə münasibətləri yaxşı olmuşdur. Təxminən 12 oktyabr 2022-ci il tarixdə axşam saatlarında arvadı Təhminə həyətə düşmüş, 5 dəqiqə sonra o, da Təhminənin ardınca həyətə düşmüş və Təhminənin hasarın küncündə telefonla kiminləsə yazışdığını görmüşdür. Təhminəyə yaxınlaşıb telefonunu əlindən almış, telefona baxanda Təhminə ilə bibisi oğlu Şahid5( ********** saylı) “WhatsApp” sosial şəbəkəsində bir-birinə sevgi məzmunlu mesajlar yazdığını görmüş, gördüklərindən dəhşətə gəlmiş və Təhminədən ona aydınlıq gətirməsini tələb etmişdir. Təhminə ağlayaraq ondan bağışlanmasını xahiş etsə də, onu bağışlamayacağını bildirib evi tərk etməsini tələb etmişdir. Səhəri gün səhər saatlarında Təhminənin qardaşı Seymura zəng edib Təhminəni gəlib aparmasını tapşırmış, lakin ona Təhminənin ona xəyanət etdiyini deməmiş, sadəcə ona Təhminənin onlara bir neçə günlük qonaq getmək istədiyini demişdir. Günorta saatları Seymur “VAZ-21207” markalı avtomobili ilə onlara gələrək Təhminəni və qızı Zəhranı evlərinə aparmış, kiçik qızı Nuray isə onunla qalmışdır. 17 yaxud 18 oktyabr 2022-ci il tarixdə günorta saatları Sabirabad rayon məhkəməsinə getmiş, orada Təhminədən boşanma barədə ərizə ilə müraciət etmişdir. 19 oktyabr 2022-ci il tarixdə saat təxminən 19- 20 radələrində arvadı Təhminə qardaşı Seymurun telefon nömrəsi ilə ona telefon zəngi edib səhəri gün atası evinə gəlməyi xahiş etmiş və ona telefonda demişdir ki, ondan boşanmaq istəmir və aralarında olan məsələni aydınlaşdırmaq, bu barədə söhbət etmək üçün onunla evlərində görüşmək istəyir. Təhminə demişdir ki, ondan boşansa, özünü öldürəcək. Həm də demişdir ki, Elçinlə arasında olanlara dair ona aydınlıq verəcək. O, isə öz növbəsində ona demişdir ki, sabah onlara gələndə Zəhranı da özü ilə evinə aparacaq. Səhəri gün, 20 oktyabr 2022-ci il tarixdə yoldan keçən tanımadığı taksi ilə ( Bakı- Sabirabad taksiləri) Sabirabad şəhərinə yola düşmüş, saat 15:20 radələrində qayınatası Fuadgilə gəlmiş, qapını açıb həyətə daxil olmuşdur. Həyətdə qayınanası Nüşabə, qayınının arvadı Nigar, Təhminə və qızı Zəhra olmuşdur. Onlarla salamlaşmış və Təhminəyə demişdir ki, Zəhranı götürüb aparmağa gəlib. Arvadı Təhminə ona ayrılacağı halda özünü öldürəcəyini demişdir. O, isə Təhminəyə ona xəyanət etdiyini və ondan boşanacağını demiş, bundan sonra Təhminə üzərindən bıçaq çıxarmış və sinə, qarın nahiyəsinə xəsarətlər yetirməyə başlamışdır. Təhminənin özünə xəsarət yetirməsinin qarşısını almaq üçün ona yaxınlaşmış, bu zaman qayınanası Nüşabə və Nigar qolundan tutub Təhminəyə yaxınlaşmasının qarşısını almağa çalışmışlar, hətta Nüşabə əlinin arxası ilə onu vurub dodağını qanatmışdır. Nüşabə və Nigarın əlindən çıxdıqdan sonra bıçağı Təhminənin əlindən almışdır. Həmin bıçağı da özü ilə götürüb həyətdən çıxmış və birbaşa Sabirabad Rayon Polis Şöbəsinə gedib könüllü şəkildə təslim olmuşdur. Polis əməkdaşlarına arvadı Təhminənin özünə bıçaqla xəsarət yetirməsinə mane olduğunu, lakin onun özünə xəsarət yetirdiyini demişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsini bir hissəsini təsdiq etmiş, lakin məsuliyyətdən yayınmaq üçün Təhminənin özü-özünə xəsarət yetirməsini bildirmişdir, əslində Təhminəyə özü xəsarət yetirmiş, lakin Təhminəni öldürmək niyyəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hər ailədə söz-söhbət olduğu kimi onun da ailəsində söz-söhbət olmuş, bundan əlavə hadisədən bir müddət əvvəl boğazında ağrılar olduğu üçün müalicə olunmaq məqsədi ilə atasının evinə gəlmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs onun telefonunda qohumlarından birinin - bibisi oğlu Elçinin mobil nömrəsini görmüş və buna görə də hadisə baş vermişdir. Yəni, aralarında mübahisə olmuş, daha sonra Asəf ona bıçaqla xəsarət yetirmişdir. Himayələrində azyaşlı uşaqları olmasını, uşaqlarından birinin xəstə olmasını, həyat yoldaşı ilə barışdığını nəzərə alıb Təqsirləndirilən şəxs azadlığa buraxılmasını xahiş edir. Zərərçəkmiş şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Asəflə aralarında mübahisənin səbəbi Asəfin qohumu ilə onun arasında telefon danışıqlarının olması olmuşdur. Atasının evinə gələnədək Asəflə aralarında hər hansı söz-söhbət olmamışdır. Asəf də hadisə günü onun qaldığı evə gəlməkdə məqsədi onu evinə aparmaq olmuşdur. Lakin həmin gün onun telefonunda mobil nömrə gördüyündən mübahisə yaranmışdır. Asəf onlara gələrkən evdə özü, anası, gəlinləri və uşaqları olmuşdur. Asəf onu həyətə çağırmış, o, da telefonla danışa-danışa çölə çıxmışdır. Bu zaman telefonu söndürməmiş cibinə qoymuş, Asəf telefonu ondan alıb telefona baxarkən qohumunun nömrəsini görmüş, hadisəni səhv başa düşdüyündən qısqanclıq səbəbindən bu hadisə baş vermişdir. Lakin Elçin adlı şəxslə hər hansı başqa münasibəti olmamış, sadəcə onunla telefonla danışmışdır. Asəfin onun ailə üzvləri ilə münasibətləri həmişə yaxşı olmuşdur. Asəf onu öldürmək istəsəydi, onu öldürə bilərdi. İbtidai istintaq zamanı verdiyi ifadəsi həqiqətə əsaslanmır, hazırda dedikləri doğrudur. Asəf ona ümumilikdə 20 xəsarət yetirmişdir. Asəf bu hadisədən dərhal sonra tutulmuş, o, həbs edildikdən sonra istintaq təcridxanasına getmiş, şüşə arxasında onunla söhbətləri olmuşdur. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı müvafiq olaraq 24 oktyabr və 11 noyabr 2022-ci il tarixlərdə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, 2014-cü ildə X11 ilə ailə həyatı qurmuş, birgə nikahlarından övladları - 2015-ci il təvəllüdlü Şahid4 və 2017-ci il təvəllüdlü Nuray İsazadə adlı övladları olmuşdur. Ailə qurduqdan sonra əri Asəf və onun ailə üzvləri ilə birlikdə Nizami kəndində qayınatasına məxsus evdə yaşamışdır. Əri Asəf günəmuzd fəhləçilik etməklə ailəsini dolandırıb. Asəflə ailə münasibətləri yaxşı olmuşdur. Əri Asəfin bibisi oğlu olan Şahid5 valideynləri və ailəsi ilə qonşuluqda yaşayır. Məlum hadisədən təxminən 5-6 ay öncə istifadəsində olan və sonu 30-33 –lə bitən (nömrəni tam olaraq xatırlamır) “Azercell” mobil operatoruna aid nömrəsindən “WhatsApp” şəbəkəsində Şahid5 istifadəsində olan nömrəyə (həmin nömrəni xatırlamır) mesajlar yazaraq onunla sevgi münasibətləri yaratmağa çalışmış, istifadəsində isə “Samsung A12” markalı mobil telefon olmuşdur. Həmin telefonu əri Asəf iki il öncə ona hədiyyə etmişdir. Elçinlə ünsiyyət yaratmaqda məqsədi onunla asudə vaxtını keçirmək olmuşdur. Elçin də öz növbəsində onun mesajlarını cavablandırmış, ona qarşı biganə olmadığını demiş, həmin vaxtdan mütəmadi olaraq “WhatsApp” şəbəkəsində zəngləşir, danışır və mesajlaşmışlar. Axşam və gecə vaxtları isə Elçinlə həyətlərinin çəpərinin yanında söhbət etmiş, lakin aralarında intim münasibət olmamış, sadəcə söhbət etmişlər. Eləcə də, Elçinə hansısa fotosunu, videosunu göndərməmiş, onun tərəfindən şantaj olunmamışdır. Elçinlə arasında olan münasibətlərdən əvvəllər Asəfin və ya digər şəxslərin xəbəri olmamışdır. Sonuncu dəfə, məlum hadisədən 4-5 gün öncə, 14-15 oktyabr 2022-ci il tarixdə axşam saat 21-22 radələrində “WhatsApp”-da Elçinə mesaj yazıb harada olduğunu soruşduqda, sonuncu onun mesajını cavablandıraraq küçədə olduğunu demiş, öz növbəsində ona çəpərin yanına gəlməyi tapşırmışdır. Dərhal çəpərin yanına getmiş və az sonra Elçin də yanına gəlmişdir. Onlar söhbət etməyə başlamışlar. İki-üç dəqiqə sonra Elçin ona Rasifin onları bir yerdə gördüyünü deyərək ona görə də tez getməyi tapşırmışdır, o, da tez evə getmişdir. Səhəri gün saat 8 radələrində Rasif təklikdə ona yaxınlaşıb dünən Elçinlə söhbət edən yerdə onu gördüyünü, ona görə artıq Asəflə birgə ailə həyatını davam etdirməyinin mənasız olduğunu, onların ailəsini rüsvay etdiyini, sakitcə evdən çıxıb getməli və Asəfdən boşanmalı olduğunu bildirmişdir. Rasifə yalvararaq bağışlanmasını, Elçinlə onu bir yerdə gördüyünü heç kəsə deməməyi xahiş etsə də, Rasif onun yalvarışlarına əhəmiyyət verməyərək, evdən getməyi tələb etmişdir. Həmin ərəfələrdə boğazı iltihablaşdığı üçün əri Asəfə həkim müayinəsinə getməli olduğunu bildirərək qardaşı Seymurun gəlib onu həkimə aparmasına icazə verməyi xahiş etmiş və həkimə getmək, istirahət etmək bəhanəsi ilə atası evinə getməyə qərar vermişdir. Buna görə də qardaşı Seymura zəng edib onu evlərinə, Sabirabad şəhərində yaşayan atasıgilə aparmağı xahiş etmiş, zəngindən təxminən bir saat sonra qardaşı Seymur avtomobili ilə onlara gələrək onu uşaqları - Zəhra və Nurayla birgə atası evinə aparmışdır. Bununla da həkimə getmək bəhanəsi ilə atasıgilə getmişdir. Elə həmin gün anası Nüşabə taksi ilə onu Sabirabad xəstəxanasına aparmış, tanımadığı boğaz həkimi onu müayinə etmiş, boğazını dərmanlamış və onlar evə qayıtmışlar. O, anası Nüşabəyə Elçinlə arasında olanları və Rasifin onun münasibətlərini ifşa etdiyini, onun tələbi ilə gəldiyini demişdir. Anası dediklərindən çox məyus olaraq, ona səhvə yol verdiyini, etdiyi səhvin nəticəsində ailəsinin dağılacağını demişdir. Səhəri gün Rasifə telefon zəngi edib bir daha ondan xahiş etmişdir ki, Elçinlə arasında olanlar barədə Asəfə deməsin, lakin Rasif ona evə qayıtsa, Elçinlə münasibətinin olması barədə hamıya deyəcəyini bildirmişdir. O, nə qədər ağlasa, yalvaryaxar etsə də, Rasif ona qulaq asmamışdır. Buna görə də qərara almışdır ki, özü baş verənlər barədə Asəfə desin. Rasiflə danışdıqdan az sonra Asəfə telefon zəngi edib, ağlaya-ağlaya Elçinlə bir-iki dəfə telefonda söhbət etdiyini, sonuncu dəfə həyətdə Elçinlə danışarkən Rasifin onların söhbət etdiyini görərək ifşa etdiyini demişdir. Bu sözlərini eşidən Asəf əsəbləşərək ondan boşanacağını demiş və telefonu üzünə söndürmüşdür. Təxminən həftənin birinci günü, yəni atası evinə gəldikdən iki-üç gün sonra Asəf qardaşı Seymura telefon zəngi edib ondan boşanması barədə məhkəməyə müraciət etdiyini demişdir. Təbii ki, bu xəbərdən pis olmuşdur. Həmçinin qızı Nuray atasına çox bağlı olduğu üçün onunla qalmaq istəməmişdir. Buna görə də həmin gün qardaşı X9 şəhərində görüşüb Nurayı ona vermiş, həmçinin, Seymur Samsung A12 markalı telefonunda olan bütün proqramları, fotoları, mesajları silmiş, telefonu format etdirdikdən-təmizlətdirdikdən sonra və telefonda olan nömrəni sınırdıqdan sonra telefonu Asəfə qaytarmışdır. Məlum hadisə günü, yəni 20 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində bütün ailə üzvləri evdə olarkən Asəf qardaşı Seymura zəng edərək küçədə olduğunu, onunla bir-iki kəlmə söhbət etmək istədiyini demişdir. Qardaşı Seymurla küçəyə çıxmış, Asəf küçədə yolun başında olmuş, qardaşı Seymurla Asəfə yaxınlaşıb onunla görüşmüşdür. Asəf ondan nəyə görə ona Elçinlə xəyanət etdiyini soruşduqda, Asəfə yalvararaq səhv etdiyini deyərək bağışlanmasını istəmişdir. Təxminən Asəflə aralarında 10 dəqiqə dialoq olmuşdur. Daha sonra atası Fuad və anası Nüşabə də yanlarına gəlmişlər. X19 artıq boşandıqlarını və daha söhbət etməyin mənası olmadığını deyərək onun qolundan tutub evə getməsini tələb etmiş və birlikdə evə getmişlər. Asəf də oradan getmişdir. Asəf piyada oradan getmişdir. Evə gəldikdən sonra anasıgilin yataq otağında çarpayıda yatmışdır. Atası ilə qardaşı isə nahar edib işə gedəcəkdilər, lakin bir az özünü narahat hiss etdiyi üçün yatmış, evin gəlini Nigar da baş ağrı dərmanı içib öz otağında yatmağa getmişdir. Yuxuda olduğu vaxt evdən Asəfin səsini eşitmişdir. Belə ki, Asəf Nüşabədən onun harada olduğunu soruşmuşdur. Səsi eşidən kimi oyanıb çarpayıdan qalxmışdır. Bu vaxt Asəf otağa daxil olmuş və ona həyətə çıxmağı tapşıraraq ona sözünün olduğunu bildirmiş, Asəflə otaqdan qonaq otağına çıxmışdır. Asəf ondan nəyə görə Elçinlə ona xəyanət etdiyini soruşmuş, bu vaxt anası Nüşabə diz çöküb Asəfə yalvarmışdır ki, nə söhbət varsa evdə etsin və ona heç nə etməsin. Nigar da yuxudan oyanmışdır. Anası Nigara tez polisə xəbər etməyi tapşırmış, Nigar cəld otağına keçdikdə Asəf də onun otağına tərəf getmiş və Nigardan heç kəsə zəng edib heç nə deməməyi xahiş etmişdir. Sonra Asəf yenidən yanına qayıtmış, Zəhra onun belində bıçaq görmüş, o cəld bıçağı Asəfin belindən çıxarıb qapıdan eyvana çıxmış, bıçağı (Həmin bıçaq mətbəx bıçağı olmuş, dəstəyi ağ-qırmızı, göy rəngdə və plastmas olmuşdur. Həmin bıçağı Nizamikənd kəndində qayınatasıgilin evində istifadə edirmiş) evin qabağına, həyətə atmışdır. Asəf də onun dalınca çıxmış, o, da Asəfin dalınca çıxıb sonuncunun onlara heç nə etməməsi üçün Zəhranı da götürüb evə salıb qapını bağlamaq istəmişdir. Buna görə Asəflə Zəhranın ardınca həyətə düşmüş və Zəhranın qolundan tutub evin qapısının pilləkanına tərəf qaçmış, lakin yerdən bıçağı götürən Asəf qarşısını kəsmiş və dərhal sinəsinə yerdən götürdüyü bıçaqla vurmuşdur. Bıçaq zərbəsinin ağrısından arxası üstə yerə yıxılmışdır. X16 itələyərək onun bıçaqla vurmasının qarşısını almağa çalışmış, lakin Asəf əyilib onun sinə nahiyəsinə bıçaqla vurmağa davam etmişdir. Asəfə yalvararaq onu vurmamağı israrla xahiş etmiş, lakin Asəf tez-tez onu bıçaqla vurmuş, neçə dəfə onu vurduğunu görməmiş, əli ilə sinəsini tutmuşdur ki, bıçaq dəyməsin, lakin bıçaq əllərinə də dəymişdir. Anası Nüşabə isə Asəfi itələməyə çalışmışdır ki, onu vurmasın, eləcə də qışqırıb onu vurmaması üçün yalvarmışdır. Lakin Asəf də öz növbəsində onu əli ilə itələyib özündən uzaqlaşdırmağa çalışıb, onu bıçaqla vurmağa davam etmişdir. Bıçaq zərbələri sağ qoluna və əllərinə də dəymişdir. Sonra Asəf boğazını bıçaqla kəsmiş və bıçağı da götürüb həyətdən getmişdir. Azyaşlı qızı Zəhra da Asəf onu vurarkən yanında olmuşdur. Bir neçə dəqiqə sonra qardaşı Seymur, ya da atası gəlmişdir. Onlardan hansının gəldiyini dəqiq xatırlamır. Onu qucaqlarına alıb avtomobilin arxa oturacağına əyləşdirmişlər. Nigar və anası da avtomobilə əyləşmiş və onu qardaşı əvvəlcə Sabirabad rayon mərkəzi xəstəxanasına aparmış, orada boğazına tikiş qoyulduqdan sonra onu Şirvan şəhər xəstəxanasına aparmışlar. 10 gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdır. Əri Təqsirləndirilən şəxs onu Şahid5lə münasibətinə görə bıçaqla vurmuş, lakin onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur. Onu bağışlamışdır. Zərərçəkmiş şəxs1 hadisə vaxtı əsəbi olduğu üçün ibtidai istintaq zamanı yuxarıda qeyd edilən formada ifadə verdiyini, həmin ifadəsini təsdiq etmədiyini, məhkəmə istintaqı zamanı dediklərinin doğru olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Nərçə ifadəsində göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə günorta saatlarında evində yatarkən səs eşitmiş və oyanıb digər otağa keçərkən Təqsirləndirilən şəxs qızı Təhminə İsayevə ilə mübahisə etdiyini və onu bıçaqla vurduğunu görmüş, buna görə də o, Asəfin üzərinə gedib şillə ilə onun üzündən vurmuş, sonuncunun dodağı qanamış və evdən çıxıb getmişdir. Həmin vaxt gəlini də evdə olmuş, o, əsəbi olduğundan gəlinindən polisə zəng etməyi xahiş etmiş və gəlini də polisə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə vaxtı nəvəsi də səs-küyə çıxmışdır. Həmin hadisədən təxminən iki saat əvvəl də Asəf onun yaşadığı evə gəlmiş, lakin həmin vaxt əri və oğlu evdə olduğundan onu evə girməyə və Təhminə ilə mübahisəyə icazə verməmişlər. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, hadisə vaxtı əsəbi olduğundan şikayət etmiş, hazırda Təqsirləndirilən şəxslə barışmış, ondan hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs azadlığa çıxmasını xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs2 Nərçə qızının ibtidai araşdırma zamanı 22 oktyabr 2022-ci il tarixdə şahid qismində və 26 yanvar 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, qızı Təhminə və Asəfin ailə münasibətləri pisləşdiyi üçün qızı məlum hadisədən təxminən 10 gün öncə onlara gəlmişdir. Hətta Asəf qızından boşanması üçün rəsmi müraciət də etmişdir. Məlum hadisə günü, yəni 20 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs onların evlərinin qarşısına gəlib Təhminəni söhbət etmək üçün küçəyə çağırmış, Təhminə tək qapıdan küçəyə çıxmış, o, əri Fuad, oğlu Seymur da həyətdə olsalar da, Təhminə ilə kürəkəninin şəxsi söhbətlərinə əvvəlcə müdaxilə etməmişlər. X13 ilə mübahisə etdiyini gördükdən sonra əri Fuad, oğlu Seymur, gəlini Nigar darvazanın ağzına, küçəyə çıxmış, əri Fuad qızı Təhminənin qolundan tutub Asəfdən ayırmış və Təhminənin qayıtmayacağını Asəfə deyib Təhminədən əl çəkməyi ondan tələb etmişdir. Seymur da Asəfi yola salaraq ona demişdir ki, daha Təhminədən əl çəksin, artıq o, boşanır. Asəf evinə getdiyini deyərək piyada asfalt yoluna tərəf gedib gözdən itmişdir. Saat 15 radələrində əri Fuad və oğlu Seymur nahar fasiləsindən sonra işə getmişlər. Evin qonaq otağında oturub 3 yaşlı nəvəsi Damlanı yatızdırmış, qızı Təhminə evdə onun otağında çarpayıda yatmış, gəlini Nigar da yatmışdır. Zəhra da anası Təhminənin yanında uzanmış, digər nəvəsi Emil isə bağçada olmuşdur. Əri və oğlu gedəndən 1-2 dəqiqə sonra Asəf darvazanı açıb həyətə keçmiş, o, həyətə girən kimi “WhatsApp”la bacısı Yaquta səsli mesaj göndərib Asəfin həyətlərinə girdiyini və tez ərinə xəbər etməsini tapşırmış, Asəfin əynində qara rəngli şalvar və nazik qara zəncirbəndli kurtqası olmuşdur. O, həyətə girən kimi surətlə evin pilləkəninə yaxınlaşmış, evin açıq vəziyyətdə olan qapısından qonaq otağına daxil olmuş və Təhminənin harada olduğunu soruşduqda Asəfə Təhminənin yatdığını demiş, lakin Asəf evin içərisinə, yataq otağına keçərək, Təhminəni yatdığı çarpayıdan durğuzmuş, qolundan tutub dartaraq qonaq otağına gətirmiş və qızına demişdir ki, onunla getməlidir. O, isə Asəfin əlindən Təhminəni dartıb almış və Asəfə Təhminədən əl çəkməsini demiş, gəlini Nigara təcili “102”-yə zəng edib Asəfin qızını öldürmək istədiyini xəbər etməsini tapşırmış, bunu deyərdeməz Asəf əvvəlcə Nigara heç yerə zəng etməməsini xahiş etmiş və ona tərəf getmiş, bu vaxt Nigar arxa yataq otağına (öz otağına) qaçmışdır. Asəf də, gəlini Nigarın polisə zəng etməsinə mane olmaq üçün onun ardınca qaçmış, lakin Nigar evin arxa pəncərəsindən düşüb həyətə qaçmış və polisə zəng etmişdir. Asəf isə geriyə qayıdıb yenidən Təhminənin əlindən tutub özü ilə qonaq otağından çıxarıb aşağı salmağa çalışmış, Təhminə isə Asəfin əlindən çıxmağa çalışmışdır. Təhminənin qızı Zəhra da qonaq otağında onların yanında olmuş, Zəhra Asəfin belində şalvarına keçirilmiş bıçağı görmüş və anası Təhminəni vuracağından qorxaraq bıçağı Asəfin belindən çıxarıb qapıdan həyətə atmışdır. Bu zaman Asəf qonaq otağından aşağı düşüb həyətdən bıçağı götürmüş, Təhminə isə Asəfin Zəhraya nəsə edəcəyindən qorxub Zəhranın dalınca getmiş və Zəhranı tutub qonaq otağına salıb qapını bağlamağa çalışmış, lakin yerdən bıçağı götürən Asəf Təhminəni tutaraq onu evə keçməsinə mane olmuş və onu dartıb evinin qapısının qabağına həyətə gətirmişdir. Qızı Zəhra isə anası Təhminənin yanında olmuş və atası Asəfə yalvarmışdır ki, anası Təhminəni vurmasın. Asəf əvvəlcə Təhminin sinə nahiyəsinə bıçaqla tez-tez vurmağa başlamış, o, tez-tez bıçağı qızının sinə, qol tərəfinə vurub çıxarmış, Təhminə isə “Asəf vurma, Asəf vurma” demişdir. Təhminə əlləri ilə özünü qorumağa çalışsa da, Asəf tutub Təhminəni vurmuşdur. Asəfi itələyərək Təhminəni vurmasına mane olmağa çalışmışdır. Asəf yerə yıxılmış, lakin təkrar ayağa qalxıb qızını bıçaqla vurmağa başlamış, Asəfdən əl çəkməmiş, onun qolundan tutub dartmağa, qızını vurmasına mane olmağa çalışmışdır. Asəfin bir qolun tutsa da, sonuncu bir əli ilə möhkəm Təhminəni vurmağa davam etmişdir. Zəhra və gəlini Nigar isə bütün bunları görüb qorxusundan qışqırmışlar. Qışqıraraq Nigara təcili yardıma zəng etməsini tapşırmış, sonra qızı huşun itirib yerə yıxılmış, al-qan içində olan Təhminə yerə yıxılan kimi onu bağrına basmışdır. Təhminə huşsuz vəziyyətdə qucağında olmuş, başı arxaya düşməklə yerdə olmuşdur. Bu zaman Asəf Təhminənin boğazını bıçaqla kəsmiş və həyətdən qaçaraq küçəyə çıxıb avtomobilə minib qaçmışdır. Az sonra əri və oğlu VAZ-2106 markalı avtomobillə gəlmiş, Təhminəni Seymurun idarə etdiyi avtomobili ilə əvvəlcə Sabirabad rayon Mərkəzi xəstəxanasına, oradan isə təcili Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Cinayət işinin istintaqı zamanı şahid Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzünə qarşı onun qızı Zərərçəkmiş şəxs1 gözləri qarşısında dəfələrlə bədənin müxtəlif nahiyələrinə bıçaqla vuraraq öldürməyə cəhd etdiyini üzünə qarşı deməklə onu bir daha ifşa etmişdir. (İİ cild i.v.51-54) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid4 ifadəsində göstərmişdir ki, hadisənin baş verməsi yadında deyil. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid4 ibtidai araşdırma zamanı 27 oktyabr 2022-ci il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, hadisə vaxtı anası Zərərçəkmiş şəxs1 ilə yataq otağında yatarkən, atası Təqsirləndirilən şəxs qəfil içəri keçib Zərərçəkmiş şəxs1 ilə söhbət etmək istədiyini demişdir. Onlar qonaq otağında söhbət etməyə başlamışlar. Evdə olan nənəsi Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs yalvararaq Zərərçəkmiş şəxs1 heç nə etməməsini xahiş etmiş və dayısı Şahid3 arvadı Şahid1 tez polisə xəbər etməyi tapşırmışdır. Həmin vaxt atası Təqsirləndirilən şəxs belində gizlətdiyi bıçağı görərək anasına nəsə edəcəyindən qorxduğu üçün həmin bıçağı çıxarıb həyətə atmışdır. Bu vaxt atası Təqsirləndirilən şəxs onun ardınca həyətə çıxıb bıçağı yerdən götürmüşdür. Anası Zərərçəkmiş şəxs1 da cəld onların ardınca həyətə çıxıb onu evə salmaq istəyəndə, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs1 evin önündə, həyətdə əlindəki bıçaqla tez-tez vurmağa başlamışdır. Anası Zərərçəkmiş şəxs1 əlləri ilə müdafiə olunmağa çalışmışdır. Nənəsi Zərərçəkmiş şəxs2 da tez özünü yetirib Təqsirləndirilən şəxs saxlayıb ona mane olmağa çalışsa da, Təqsirləndirilən şəxs sonuncunu itələyərək özündən uzaqlaşdırmışdır. Asəf daha sonra yerə yıxılmış anası Təhminənin boğazını kəsdikdən sonra hadisə yerindən getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızı Təhminənin həyat yoldaşıdır. Hadisə baş verən vaxt evdə olmamış, işdə olmuşdur. Hadisə barədə Yaqut adlı şəxs ona telefonla xəbər vermişdir. O, evə gəldikdə evdə gəlini Nigardan başqa heç kimi görməmiş, qızı Təhminənin xəstəxanaya aparılmasını bilmişdir. X3 arasında bu xarakterli mübahisə olmamışdır. Hadisə barədə soruşduqda öyrənmişdir ki, ailə münaqişəsi zəminində kürəkəni Asəf qızı Təhminə ilə savaşmışdır. Həmçinin həmin hadisədən bir-iki saat əvvəl Təqsirləndirilən şəxs onun evinə gəlmiş, lakin o, Asəfə evinə girməyə icazə verməmiş, buna görə də onu evindən kənarlaşdırmışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxslə münasibətlərinin normal olduğunu, hadisə vaxtı evdə olmadığını, hadisənin anlaşılmazlıq səbəbindən baş verdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək atası Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisəyə səbəb olan hallar barədə məlumatı yoxdur. 20 oktyabr 2022-ci il tarixdə evdə o, uşağı, qayınanası Nüşabə, baldızı Təhminə və onun bir uşağı olmuşdur. O, öz otağında yatmış, sonra qayınanası Nüşabənin onu çağırmasını eşitmiş və otaqdan çölə çıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs həyətdə yoldaşı Təhminə ilə mübahisə etdiyini görmüş, bu zaman qayınanası Nüşabə ondan polisə zəng etməsini tələb etmiş, o, da buna görə DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Sonra otaqdan çıxdıqdan sonra Asəfin əlində qan izləri görmüş, X13ni vurmasını görməmişdir. Həmçinin Asəfin əlində bıçaq da görmüşdür. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı 22 oktyabr 2022-ci il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşı Seymurun bacısıdır, o, Təqsirləndirilən şəxslə təxminən 9 ildir ki evlidir. O, Qasımovlar ailəsinə gəlin köçdükdən sonra Təhminənin əri Asəflə yola getməməsinin, aralarında tez-tez mübahisələr olduğunun şahidi olmuşdur. Lakin Təhminə ilə yaxın olmadığından onun ailəsində baş verənlərdən o qədər də məlumatı olmamışdır. Hadisədən 10 gün əvvəldən Təhminə yenə ərindən küsüb atası evinə gəlmiş və orada qalmışdır. Hadisə günü saat 13 radələrində Asəf onların yaşadığı küçəyə gələrək Təhminəni küçədə onunla söhbət etməyə çağırmış, evinə geri qayıtmağı tələb etmişdir. Lakin Təhminə geri qayıtmaqdan imtina etdiyindən onlar arasında mübahisə yaranmış, bu vaxt o, qayınatası Fuad, qayınanası Nüşabə darvazanın qarşısına çıxmış, qayınatası Asəfə Təhminənin qayıtmayacağını deyib Təhminədən əl çəkməsini tələb etmiş, bundan sonra Asəf çıxıb getmiş, onlar da evə girmişlər. Saat 15 radələrində qayınatası və əri işə getmiş, onlar isə evdə qalmışlar. O, öz otağında yatmış, həmin vaxt Nüşabə onu səsləyərək Təhminənin əri Asəfin gəldiyini demiş, çarpayıdan qalxıb eyvana keçmiş, Asəf isə ona yaxın gələrək uşaqları evdən çıxarmağı və heç kimə zəng etməməyi xahiş etmiş, buna görə o, Zəhra ilə Damlanı evdən həyətə düşürmüş, özü isə evə qayıtmış, Asəfin qonaq otağında Təhminə ilə mübahisə etdiyini görmüş, Nüşabə ondan polisə zəng etməyi tələb etmiş, Asəf isə heç kimə zəng etməməyi ondan xahiş etmiş, lakin zəng etmək üçün otağına keçmiş, Asəf isə yenə ardınca gəlib heç kimə zəng etməməyi tələb etmiş, Asəfdən qorxduğu üçün pəncərədən həyətə düşmüş və həmin vaxt DİN-in 102 xidmətinə zəng edərək baldızının ərinin evinə gəldiyini, baldızına nə isə edə biləcəyindən qorxduğunu demiş, həmin vaxt Nüşabə və uşaqların qışqırıq səslərini eşitmiş, lakin evin arxasında olduğundan onları görməmişdir. Sonra evin qarşısına keçmiş, Nüşabə və Zəhranın evin giriş qapısının qarşısında olduqlarını, qışqırdıqlarını, Asəfin isə əlində dəstəyi göy və ağ rəngli olan mətbəx bıçağı olduğunu, Təhminəni vurmağa çalışdığını, onun boğazını kəsdiyini görmüş, həmin vaxt Təhminə arxası üstə yerə yıxılmış, Asəf isə yerdə onun boğazını bir dəfə kəsmiş və əlində olan bıçaqla həyətdən çıxmışdır. Daha sonra qayınatası və yoldaşı Fuad gəlmiş, Təhminəni xəstəxanaya aparmışlar. Şahid1 ona verilmiş suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Zərərçəkmiş şəxs1 ilə aralarında münasibətlərin olduğunu, Zərərçəkmiş şəxs1 qayını X6 onları söhbət edərkən görərək münasibətlərindən xəbər tutduğunu, istifadəsindəki “Samsung A20” markalı telefonunda olan “Whatshapp” mobil tətbiqi ilə Zərərçəkmiş şəxs1 ilə mesajlaşsa da, həmin mesajları sildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə barədə məlumatı olmamışdır. Hadisə baş verən ərəfələrdə qardaşı və qardaşı arvadı onlara gəlmiş və gəlinləri Təhminənin telefonunda onun oğlu Elçinin mobil nömrəsinin tapıldığını bildirmiş, o, isə bu sözlərdən özünü pis hiss etmiş, lakin bu barədə hər hansı məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində dayısı Malik ona telefon zəngi edib qardaşı Elçinlə gəlini Təhminənin münasibətinin olduğunu, Elçinə zəng etsə də, telefonu açmadığını bildirmişdir. O, isə dayısının bu sözlərindən sonra donub qalmış, heç nə deyə bilməmiş, sonra Elçindən Malikin dedikləri barədə soruşduqda, Elçin ona Təhminə ilə bir müddət mesajlaşdığını etiraf etmişdir. Həmin gün günortadan sonra evdən ona Asəfin Təhminəni qardaşı Elçinlə münasibətinə görə bıçaqlandığını demişlər. Bu hadisənin şahidi olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - xx.xx.2022-ci il tarixli raportlardan görünür ki, həmin gün saat 15:21-də Şahid1, saat 15:24-dı isə Şahid2 DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək kürəkəni Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs1 bıçaqlaması barədə məlumat vermişdir. (İ cild, i.v. 4-5) -xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək qızı Zərərçəkmiş şəxs1 yeznəsi Asəf tərəfindən bıçaqla bədəninin müxtəlif yerlərindən vurması və boğazını kəsərək xəsarət yetirməsi barədə məlumat verərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (İ cild, i.v. 8) -xx.xx.2022-ci il tarixli raportdan görünür ki, İsayev X7 RPŞ-nin Növbətçi Hissəsinə yaxınlaşaraq qayınatasının evində arvadı Zərərçəkmiş şəxs1 bıçaqlamasını bildirmiş, əlində olan bıçağı könüllü olaraq təhvil vermişdir. ( İ cild, i.v. 9) - “Götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bıçaq götürülmüşdür. ( İ cild, i.v. 17- 19) - “Götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olan paltarlar götürülmüşdür. ( İ cild, i.v. 23-25) - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur. ( İ cild, i.v. 32-33) - “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şahid Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs darvazanı açıb həyətə girdiyini, sonra evin pilləkəni ilə qalxıb evin qapısından qonaq otağına keçdiyini, qızı Təhminəni axtardığını, Təhminənin yataq otağına keçib onu oyatdığını, qolundan tutub dartaraq qonaq otağına gətirdiyini, sonra isə Təhminə ilə mübahisə edib ona bıçaqla xəsarət yetirdiyi yerləri əyani olaraq göstərmişdir. ( İ cild, i.v. 56-61) -“ Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 29,120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. ( İ cild, i.v. 62-63) - Sabirabad rayon Məhkəməsinin 23 oktyabr 2022-ci il traixli, 4(056)-100/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 78-81) - “Götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarlar götürülmüşdür. ( İ cild, i.v. 87) - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. ( İ cild, i.v. 100) - xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İsayeva X4 rayon prokurorluğuna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddia, şikayət və tələbi olmadığını bildirib, həmin halın nəzərə alınmasını xahiş etmişdir. ( İ cild, i.v. 152; İİ cild, i.v. 92) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 762 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Nərçə qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sol budun orta 1/3-də arxa səthdə qançır küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.Qeyd edilmiş xəsarətlər müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. ( İ cild, i.v. 243-245) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 764 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-alt dodaqda selikli qişada səthi yara, qansızma küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd edilmiş xəsarət müxtəlif şəraitdə əmələ gələ bilərdi. ( İ cild, i.v. 246-248) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 790 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- boyunun ön səthində, döş qəfəsinin ön səthində sol məmə xətti üzrə 6-cı qabırğa səviyyəsində, sol körpücük xətti üzrə 4-cü və 7-ci qabırğa səviyyəsində, sağ məmə xətti üzrə 3-cü qabırğa səviyyəsində, sağ qoltuqaltı xətti üzrə 5-ci qabırğa səviyyəsində, sağ bazunun orta 1/3-də bayır səthdə, sağ bazunun ön və iç səthdə, sağ dirsək oynağının bayır səthində, sağ saidin aşağı 1/3-də bayır səthdə, sağ əlin üst səthində 4-cü əl darağı sümüyü proyeksiyasında, sağ əlin 4-cü barmağının üst səthində, sol əlin üst səthində əl darağı sümüyü proyeksiyasında, sol əlin ovuc səthində 5-ci əldarağı proyeksiyasında cəmi iyirmi ədəd çapıqlar-sağalmış-deşilmiş yaraların izləri kəsici-deşici alətin, o cümlədən təqdim edilmiş bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, özü tərəfindən yox, xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Xəsarətlər zərərçəkmişin müxtəlif duruş vəziyyətlərində yetirilə bilərdi. ( İ cild, i.v. 249-252) - Məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 700-MTB Ş/2022 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 AB0 sistemi üzrə qan qrupu A(İİ)-dir. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu B(İİİ)-dür. Ekspertizaya təqdim olunmuş bıçaq, ot və torpaq nümunəsi, Zərərçəkmiş şəxs1 məxsus gödəkçə, köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə, bu qan ləkələri AB0 sistemi üzrə A(İİ) qruplu şəxsə, o cümlədən də, Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Göstərilən qan ləkələrinin AB0 sistemi üzrə Təqsirləndirilən şəxs məxsus olması inkar olunur. Təqsirləndirilən şəxs məxsus şalvar, 01 (bir) cüt ayaqqabı üzərində qan aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus gödəkçəyə, köynəyə təbii işıqla və yandan düşən suni işıqla lupa vasitəsilə baxış keçirdikdə üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. ( İİ cild, i.v. 1-7) -Məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 556-MTKŞ/2022 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus qısaqol maykanın ön səthində sağda 02 (iki) ədəd, ön səthində solda 04 (dörd) ədəd, gödəkçənin sağ qolunun ön səthində 02 (iki) ədəd və arxa səthində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstuktiv xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs1 məxsus qısaqol maykanın ön səthində sağda iki ədəd və ön səthində solda 4 ədəd deşilmiş zədələr onun döş qəfəsinin sağ və sol yarısında olan eyni xarakterli xəsarətlərlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlirlər. Eyni zamanda, həmin xəsarətlər ona məxsus gödəkçədə öz əksini tapmamışdırlar, ola bilsin, həmin xəsarətlər yetirilən zaman gödəkçə öndən açıq vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs1 boynun ön səthində, sağ dirsək, sağ said və hər iki əlində olan deşilmiş-kəsilmiş xəsarətlər ona məxsus paltarlarında, bədənin müxtəlif nahiyələrinin paltarlarla örtülmədiyi üçün öz əksini tapmamışdırlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçənin sağ boyunluq tikişində və onunla əlaqələnən sağ çiyin tikişində, sağ qolun dairəvi tikişində və onunla əlaqələnən sağ yan tikişində sökülmələr vardır. Bu sökülmələr küt qüvvə təsiri ilə gödəkçənin müvafiq nahiyələrinin kəskin gərilib-dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. ( İİ cild, i.v. 8-14) - “Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın xx.xx.2022-ci il tarixli, 3357 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli törədərkən hər-hansı ruhi (psixi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra onda hər-hansı psixi pozuntu qeyd olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa, özündən uydurmağa və hadisələri təhrif olunmuş formada çatdırmağa meyillilik əlamətləri olmamışdır. ( İİ cild, i.v. 35-38) - “Sübutların qiymətləndirilməsi haqqında” 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 29,120.2.4 və 157.1-ci maddələrinə tövsif edilmiş, Zərərçəkmiş şəxs2 Nərçə qızının mənzil toxunulmazlığı hüququ pozulduğundan o, iş üzrə zərəçəkmiş şəxs qismində tanınmışdır. ( İİ cild, i.v. 55-69) - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 26 yanvar 2023-cü il tarixli qərardan görünur ki, Təqsirləndirilən şəxs CM-in 29,120.2.4 və 157.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. ( İİ cild, i.v. 80-81) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürmək məqsədinin olmadığını, anlaşılmazlıq səbəbindən ona yüngül xəsarət yetirdiyini, eləcə də Təhminəyə anası Nüşabə və qızı Zəhranın gözü qarşısında xüsusi amansızlıq niyyəti ilə xəsarət yetirmədiyini, daxil olduğu evin isə qayınatasının evi olmaqla həmişə gəldiyi ev olmasını bildirməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, zərərçəkmiş və şahid ifadələrinə, eləcə də işin faktiki hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin hüquqi tövsifi və özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddələrində xüsusi amansızlıqla qəsdən öldürmə cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən, həmçinin cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi) nəzərə alınmalıdır. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün bütün hallarda cinayəti törətmiş şəxsin birbaşa qəsdlə hərəkət edib zərərçəkmiş şəxsə və ya onun yaxın adamlarına xüsusi əzab, iztirab verməyi arzu etməsi tələb olunmur. Çünki, həmin maddənin dispozisiyasında zərərçəkmiş şəxsə və ya yaxın adamına xüsusi əzab, iztirab vermək kimi xüsusi amansızlığa dəlalət edən hallar təqsirkarın kriminal hərəkətlərinin məqsədi kimi deyil, onları müşayiət edən əlamətlər kimi ehtiva edilmişdir. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin zərərçəkmiş şəxsə və ya yaxın adamına xüsusi əzab, iztirab verməsini dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcud olması əməlin xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilməsinə kifayətdir. Məhkəmə göstərilən hüquqi mövqelərə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarətləri sonuncunun ona xəyanət etdiyini hesab etməsi səbəbindən yetirməsi, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisə zamanı Təqsirləndirilən şəxs ona qısqanclıq zəminində xəsarətlər yetirməsini göstərməsi, xəsarətləri həyat üçün əhəmiyyətli orqanların yerləşdiyi boyunun və döş qəfəsinin ön səthinə yetirməsi, məhkəmə-tibbi ekspertizasının 25 oktyabr 2022-ci il tarixli, 790 nömrəli rəyi və məhkəmə tibbi-kriminalistik ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 556- MTKŞ/2022 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs həyat və sağlamlıq üçün təhlükə törədən alət olan bıçaqla Zərərçəkmiş şəxs1 ümumilikdə boyunun və döş qəfəsinin ön səthi və digər nahiyələrinə çoxsaylı zərbələr, ümumilikdə 20 zərbə vurması faktının özüözlüyündə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla vurub öldürmək istədiyinə, lakin zərbələrin müəyyən hissəsinin qarşısını Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qollarını irəli verib müqavimət göstərməklə aldığını obyektiv şəkildə əks etdirməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla zərbələr vurmasını öz iradəsi ilə deyil, onun zərbələrinin qarşısını alan qayınanası Zərərçəkmiş şəxs2 ona mane olması səbəbindən dayandırması, Təqsirləndirilən şəxs ardıcıl zərbələri nəticəsində yerə yıxılmış Zərərçəkmiş şəxs1 öləcəyini zənn edib hadisə yerindən qaçması, sonuncunun ailə üzvlərinin köməyi ilə Sabirabad rayon Mərkəzi Xəstəxanası, daha sonra isə Şirvan şəhər X5 Hüquqi Şəxsinə aparılması, orada dərhal cərrahi əməliyyat edilməsi və digər tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi səbəbindən Təqsirləndirilən şəxs cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməsi, sonuncunun Zərərçəkmiş şəxs1 bıçaqla zərbələri məhz qəsdən öldürmək məqsədilə vurduğunu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla çoxsaylı xəsarətlər yetirməsinin xüsusi ağrı və iztirab verdiyini dərk etməsi, eləcə də Təqsirləndirilən şəxs həmin zərbələri qızı Zəhra İsayevanın və qayınanası Zərərçəkmiş şəxs2 aşkar gördüyü şəraitdə, beləliklə də həmin şəxslərə xüsusi əzab və iztirab verəcəyini dərk edib buna şüurlu surətdə yol verməklə vurması isə sonuncunun göstərilən əməli xüsusi amansızlıqla törətdiyini sübut edir və nəticədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri təkzib edir. Bundan əlavə Təqsirləndirilən şəxs qayınatası Şahid2 evinə həmişə icazə almadan gəlib getməsi, hadisə vaxtı da kimsədən icazə almadan evə daxil olmasını bildirməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs qayınatası Şahid2 evinə sonuncu ilə qohumluq münasibətlərində olduğundan və həmin münasibətlərin də yaxşı səviyyədə olması səbəbindən həmişə gedib gəlmiş, lakin hadisədən bir neçə gün əvvəl arvadı Zərərçəkmiş şəxs1 ona xəyanət etməsi səbəbindən atasının evinə göndərməsi, hətta Zərərçəkmiş şəxs1 boşanması üçün ilkin mediasiya sessiyasında iştirak etmək üçün ərizə verməsi, bununla da onunla boşanmaqda fikrinin ciddi olması və bu səbəbdən qayınatası Şahid2 və onun ailə üzvləri ilə münasibətlərinin pisləşməsi sonuncuların evlərinə icazəsiz girib-çıxmasını istisna etməklə, hadisə günü də həmin evə Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə daxil olduğunu təsdiq edir. Bundan əlavə iş materiallarından görünür ki, 20 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs qayınatası Şahid2 yaşadığı evin yerləşdiyi küçəyə gəlmiş, Şahid2 evdə olması səbəbindən həmin evə daxil ola bilməmiş və Zərərçəkmiş şəxs1 küçəyə çağıraraq söhbət etmiş, Şahid2 da küçəyə çıxaraq qızı Təhminədən əl çəkməsini ondan tələb etməklə Təqsirləndirilən şəxs onun evinə daxil olmasına icazə verməməsi barədə mövqeyini ifadə etməsi, Təqsirləndirilən şəxs bu mövqeni başa düşərək çıxıb getməsi, lakin Şahid2 evdən getdikdən sonra evdə olan şəxslərin qadınlar olmaqla ona müqavimət göstərə bilməyəcəklərini bilib yenidən həmin evə qayıtması və mənzildə yaşayanların iradəsi ziddinə həmin mənzilə daxil olması əməlində Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını tam təsdiq edir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır, qalan hissələrini isə sübut kimi qiymətləndirir. Bundan əlavə məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Nərçə qızı, şahidlər – Şahid1, Şahid4 məhkəmə istintaqında verdiyi ifadələrində hadisənin səbəbləri, mexanizmi və inkişafı barədə yanlış məlumatlar verməklə məhkəmə istintaqını səhv yönə yönləndirməyə çalışmış, buna görə də məhkəmə həmin şəxslərin məhkəmə istintaqı zamanı göstərdiklərini cinayət işinin materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə zərərçəkmiş şəxslərin və qeyd edilən şahidilərin məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Nərçə qızı, şahidlər – Şahid1, Şahid4 məhkəmə istintaqında belə ifadə verməklə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən və cəzadan yayındırmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 157.1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı zamanı özünün verdiyi qismən etirafedici ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Nərçə qızının, şahidlər Şahid1 və Şahid4 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadələri, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 , Şahid3 və Şahid2, Şahid6, Şahid7 verdikləri ifadələr, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 oktyabr 2022-ci il tarixli, “Götürmə aparılması haqqında” 20 oktyabr 2022-ci il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 790 nömrəli rəyi, məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 556- MTKŞ/2022 saylı rəyi, məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 700- MTB Ş/2022 saylı rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 dekabr 2022-ci il tarixli, 3357 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış əşyalar, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirini tam sübuta yetirmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 157.1-ci maddələri ilə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v 226) - Sabirabad RİHB-nın Nizami kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015 və xx.xx.2017-ci il təvəllüdlü iki nəfər azyaşlı uşaqları vardır. O, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (İ cild, i.v 149-151; 236-237; İİ cild, i.v. 94). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, cinayət törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in: - 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. - 63.4-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Bundan əlavə qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və könüllü gəlib təqsini boynuna aldıqda Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddələri) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 120.2.4 və 157.1-ci maddələrində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəs ilə 14 ildən 15 ilədək olan müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 157.1-ci maddəsi ilə isə 09 ayadək islah işləri cəzası təyin edilə bilər. Lakin Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməyə cəhd etdiyindən ona başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox cəza təyin edilə bilməz. Yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 29,120.2.4-cü maddəsinə əsasən 11 il 03 ay müddətinə azadlıqdan məhrumetmədən artıq cəza təyin edilə bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin zorakı cinayət növünə aid olmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinin zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün yenidən təhlükə yaradacağı ehtimalını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzaların təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 157.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzaları nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs təyin ediləcək islah işləri cəzasının 4 günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanmalı və ona təyin edilmiş cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 21 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 53 (əlli üç) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 53 (əlli üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan - hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş idman gödəkçəsi və qısaqol köynək, Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli gödəkçə, sonuncunun istintaqa könüllü təqdim etdiyi məişət təyinatlı bıçağı və hadisə yerindən götürülmüş üzərində insan qanı olan torpaq və ot nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-354, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 157.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə 11 (on bir) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi ilə təyin edilmiş 09 (doqquz) ay müddətə islah işləri cəzası - həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasınn 4 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla 2 (iki) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs CM-in 29.120.2.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 21 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon Prokurorluğunda saxlanılan, hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş idman gödəkçəsi və qısaqol köynək, Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli gödəkçə, sonuncunun istintaqa könüllü təqdim etdiyi məişət təyinatlı bıçağı və hadisə yerindən götürülmüş üzərində insan qanı olan torpaq və ot nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-259/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-259/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver