Məhkəmə qərarları › İş №1(099)-26/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-26/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-26/2024 12.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri, Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 və müdafiəçi- Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1963-cü ildə Cəlilabad rayonu Alar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, "xxxx" QSC-nin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarında satıcıanbardar vəzifəsində işləmiş, hazırda fərdi təsərrüfatla məşğul olan, Cəlilabad rayonu Alar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X7 ilə xx.xx.2020-ci il tarixdə bağladığı əmək müqaviləsinə əsasən cəmiyyətin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsinə işə qəbul edildikdən sonra əmək müqaviləsində qeyd olunan əmək funksiyaları, eləcə də cəmiyyətin direktoru ilə bağladığı eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilə əsasında tam məsuliyyətlə inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi və heç bir halda idarəyə, müəssisəyə və təşkilata ziyan vurmamağı öhdəsinə götürməklə qeyd olunan vəzifədə işləyərkən tamah niyyəti ilə cəmiyyətə məxsus külli miqdarda pul vəsaitini əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaq qərarına gələrək maddi məsul şəxs kimi xx.xx.2020-ci il tarixli, AT00-004043 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-003631 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-003985 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-006189 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-006009 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000174 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-002477 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-002486 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-002766 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-0002805 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-003048 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-003226 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-003237 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-003944 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000214 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000246 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000621 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000088 nömrəli təhvil-təslim aktları ilə ilə ona etibar edilmiş 42500 kq “Ammofos/Apatit/Phosagro”, 123000 kq “Ammonium Nitrat/Evroxim”, 5000 kq “Ammonium Nitrat/Minudobreniya”, 22000 kq “Karbamid Marka B/Socar”, 55000 kq “Nitroammofos/Minudobreniya” gübrəsi və 4725 kq “Qarabağ22/Region Agro(R1)” arpa toxumu, 3000 kq “Alekseiç R1/Semena Stavropolya” buğda toxumu, 10000 kq “Qırmızı gül R1/Agro Dairy” buğda toxumunun ümumilikdə, 265225 kq məhsulun satışından əldə etdiyi 180613,61 manat pul vəsaitini bütövlükdə "xxxx" QSC-nin bank hesabına köçürməli olduğu halda, həmin məhsulun satışından əldə olunan məbləğin 82296,96 manat hissəsini cəmiyyətin hesabına mədaxil etsə də, maddi məsuliyyətində qalan, cəmiyyətə məxsus, ona etibar edilmiş 98317,05 manat dəyərində məhsulu− özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə qanunsuz və əvəzsiz olaraq mülkiyyətinə keçirib zərərçəkmişə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən, yəni ittihamda göstərilmiş məbləğdən daha az pul vəsaiti mənimsəməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə "xxxx"xxxx"xxxx" QSC-nin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarında satıcıanbardar vəzifəsinə işə qəbul olunmuş və həmin tarixdən Cəlilabad rayonu Alar kəndində yerləşən anbarda fəaliyyətə başlamışdır. Satıcı-anbardar kimi vəzifəsi Cəlilabad rayonu Alar kəndində yerləşən anbara daxil olmuş müxtəlif növ məhsulları qəbul etmək, əsas anbarda olan mənə təhvil verilmiş müxtəlif növ məhsulların ayrı-ayrı müştərilərə satışını həyata keçirmək, satışdan əldə olunmuş pulları nağd və elektron qaydada cəmiyyətə çatdırmaq və sair işlərdən ibarət olmuşdur. Onu cəmiyyətlə əlaqələndirən X3 olmuşdur. Cəmiyyətin müqavilə bağladığı anbar onun həyətində olmuş və aralarında icarə müqaviləsi olmuşdur. Əlizamin Mustafayev bir neçə dəfə ona müəyyən şəxslərə gübrə verməsini, pulunu ödəyəcəklərini demişdir, o da həmin şəxslərə gübrə vermiş, lakin gübrələrin pulları qayıtmamışdır. Əlizamin adlı şəxsin dediyi şəxslərə gübrəni sənədsiz vermişdir. Audit yoxlaması zamanı aşkar olunmuş 98317,05 manat çatışmazlıqla bağlı cəmiyyətə ümumilikdə 51500 manat pul qaytarmış, cəmiyyətə yaranan borcu isə nisyə gübrə verdiyi şəxslərin pulu olmuşdur. O Əlizaminə nisyə gübrə verdiyi şəxslərin pullarını ödəməsini demiş, Əlizamin də həmin şəxslər pulları ona verəcəyini, o da cəmiyyətə ödəcəyini demiş, lakin Əlizamin qaçdığı üçün cəmiyyətə olan borc ödənilməmişdir. Cəmiyyətə 51500 manat ziyanın ödəməsini və hazırdada ödənişləri həyata keçirdiyini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, "xxxx" QSC 2019-cu ilin dekabr ayından ölkənin müxtəlif ərazilərində təsərrüfatda istifadə olunan, xarici ölkədən idxal edilən müxtəlif növ gübrə məhsulları və bitki toxumlarının, həmçinin ölkə ərazisində istehsal olunan müxtəlif növ gübrə məhsullarının satışını həyata keçirir. Belə ki, "xxxx" QSC ölkə ərazisində müxtəlif rayonlarda olan anbar və satış nöqtələri vasitəsi ilə həmin məhsulların satışını həyata keçirir. Anbarlar region və rayonlar üzrə bölünür. "xxxx" QSC-nin Cəlilabad rayonunda yerləşən anbarları 2020-ci ilin fevral ayından fəaliyyət göstərir. Həmin anbarlarından biri də Cəlilabad rayonu Alar kəndində yerləşən anbardır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə "xxxx"xxxx"xxxx" QSC-nin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsinə işə qəbul olunmuş və həmin tarixdən anbar fəaliyyətə başlamışdır. İşlədiyi müddətdə əsas anbardan, regional anbarlardan və mərkəzləşdirilmiş qaydada vaqonlarla müxtəlif kənd təsərrüfatı təyinatlı gübrələr və toxumluq bitkiləri təhvil almışdır. İşə başladığı vaxtdan "xxxx" QSC-nin mülkiyyətində olan müxtəlif növ, müxtəlif qiymətlərdə gübrə məhsulları və toxumluq bitkilər təhvil-təslim aktı ilə ona təhvil verilmişdir. Təqsirləndirilən şəxs cəmiyyətin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarında olan, ona təhvil verilmiş müxtəlif növ məhsulları ayrı-ayrı müştərilərə satarkən müştərilər hər bir halda subsidiya (fermer-güzəştli) plastik bank kartından istifadə etməklə həmin məhsulları satın almışlar. Belə ki, məhsul almaq istəyən müştəri fermer plastik bank kartından istifadə edərək aldığı məhsulun yalnız 70% ödənişini kart vasitəsi ilə həyata keçirir. Həmin fermer kartından aldığı məhsulun 70%-i yalnız "xxxx" ASC-nin post terminalı vasitəsi ilə həyata keçirilir. Alınan məhsulun dəyərinin 30%-i isə nağd qaydada anbardara təhvil verilir. Bundan sonra anbardar cəmiyyətə məxsus daxili mühasibatlıq proqramı vasitə ilə satılan məhsullar barədə sistemdə qeydiyyat aparır. Həmin proqramda olan məlumatlar artıq cəmiyyət tərəfindən görünür. Anbardarlar əmək funksiyalarına uyğun olaraq hər günün sonunda məhsulun satışından əldə etdiyi 30% nağd pulları bank və ya ödəmə nöqtələri vasitə ilə "xxxx" QSC-nin bank hesabına göndərməlidirlər. 2022-ci ilin iyun ayında cəmiyyət tərəfindən Təqsirləndirilən şəxs məsul olduğu anbarda aparılan yoxlama zamanı həmin anbarda çatışmazlıqlar aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cəmiyyətdəki işindən faktiki olaraq uzaqlaşdırılmışdır. İşdən uzaqlaşdırıldıqdan sonra cəmiyyət tərəfindən ona məsul olduğu anbar üzrə hesabında çatışmazlıq yarandığını və buna görə audit yoxlaması təyin olunacağı bildirilmişdir. xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs məsul olduğu anbarda aparılmış audit yoxlaması ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hesabında 98317,05 manat çatışmazlıq yaranmışdır. Sonradan 50000 manat Fəxrəddin tərəfindən ödənilmişdir. Qalan vəsaitin Təqsirləndirilən şəxs tərəfindən tutularaq cəmiyyətə ödənilməsinə dair mülki iddianın təmin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs veriləcək cəzanı isə məhkəmənin mülahizəsinə buraxır. İş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi qimsində məhkəmədə tanınmış X5 digər Nümayəndə göstərdiyi xüsusatları təsdiq edərək verilmiş mülki iddianını təmin olunmasını, Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə dəymiş ziyanın ödənilməsini, ödənilməyəcəyi təqdirdə ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" QSC tərəfindən Cəlilabad rayonu Alar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs cəmiyyətə məxsus 98317,05 manat məbləğində əmlakı mənimsəməsi barədə cəmiyyətin direktoru Tofiq Niftəliyev tərəfindən Cəlilabad rayon prokurorluğuna müraciət edilmişdir. 2020-ci ilin aprel ayından "xxxx" QSC-nin Cəlilabad regional anbarında satıcı-anbardar vəzifəsində işləməyə başlamışdır. Vəzifəsi ərazidə olan satış təmsilçiləri, satış nöqtələri və fermerlərə şirkətə məxsus bitki toxumları və müxtəlif növ gübrələrin satışını həyata keçirməkdən ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla qohumluq əlaqələri, aralarında hər hansı düşmənçilik və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs çalışdığı cəmiyyətin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsinə işə qəbul edildikdən sonra tanımışdır. 2022-ci ilin iyun ayında aparılmış yoxlamalarla əlaqədar Təqsirləndirilən şəxs cəmiyyətə məxsus pul vəsaitini mənimsəməsi faktı aşkar edildiyindən o satıcı-anbardar vəzifəsindən faktiki olaraq kənarlaşdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermiş və məhkəmə iclasında verilən suallara cavab olaraq cəmiyyətdə baş anbardar vəzifəsində işlədiyini, iş yerinin Cəlilabad rayonunda olduğunu, anbarda olan çatışmazlqlar audit yoxlamasından sonra aşkar olunduğunu, anbarda satılan malların 1C proqramı vasitəsi ilə göründüyünü, 1C proqramında malların çatışmazlığı göründüyü üçün rəhbərlik tərəfindən audit yoxlamasının təyin olunduğunu bildirmişdir. İş materiallarında olan 20 oktyabr 2020-ci il tarixli 9/7311 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan audit rəyindən göründüyü kimi "xxxx" QSC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 98317,05 manat məbləğində müəyyən edilir. Əmələ gələn çatışmazlıqla bağlı kim(lər)in öhdəliyində yaranması və bu çatışmazlığa görə kim(lər)in məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manatdır. İş materiallarında olan 20 fevral 2020-ci il tarixli 9/616 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunur ki,rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan audit rəyindən göründüyü kimi "xxxx" QSC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 98317,05 manat məbləğində müəyyən edilir. Əmələ gələn çatışmazlıqla bağlı kim(lər)in öhdəliyində yaranması və bu çatışmazlığa görə kim(lər)in məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manatdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatət əsasında məhkəmə mühasibatlıq ekspertizası təyyin olunmuş və 25 oktyabr 2024cü il tarixli 9/6566 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunur ki,r əyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərin düzgünlüy məhkəmə orqanı tərəfindən əsaslı hesab olunduğu təqdirdə audit rəyindən göründüyü kimi "xxxx" QSC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 98317,05 manat məbləğində müəyyən edilir. Həmçinin ekspertiza tədqiqatı zamanı müəyyən edilir ki, təhvil-təslim aktlarında göstərilən məhsulların orta bazar qiyməti (xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) ilə bağlı cinayət işi materiallarında hər hansı məlumat olmadığından, atkda olan qiymətlər əsas götürülmüşdür. Bundan başqa orta bazar qiymətlərinin müəyyən edilməsi məhkəməmühasibat ekspertizasının predmetinə aid deyil. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manatdır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkəti QSC-nin nümayəndəsi Nümayəndə Ağabal oğlu məhkəməyə iddia ərizəsi təqdim edərək zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkəti QSCni mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmasını, şirkətə dəymiş 48331,05 (qırx səkkiz min üç yüz otuz bir manat beş qəpik) manat məbləğində maddi zərərin, 500 manat audit xərclərinin və 235 (iki yüz otuz beş) manat dövlət rüsumunun- cəmi 49081,05 (qırx doqquz min səksən bir manat beş qəpik) manat pulun Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkəti QSC-nin hesabına ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli «MilliÖn» ödəmə sistemi vasitəsi ilə ödənilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 1500 (min beş yüz) manat "xxxx"xxxx"xxxx" QSC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviəsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şirkətə satıcı-anbardar təyin edilmişdir. İş materiallarında olan "xxxx" QSC ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2020-ci il tarixdə tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlanmışdır. Cinayət işinin materiallarında olan, cəmiyyət tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, AT00-004043 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-003631 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-003985 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-006189 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-006009 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000174 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-002477 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-002486 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-002766 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-0002805 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-003048 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-003226 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-003237 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-003944 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000214 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000246 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000621 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000088 nömrəli təhvil-təslim aktları və xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli üzləşdirmə aktlarından bir daha görünür ki, Təqsirləndirilən şəxs həmin təhvil-təslim aktları ilə 42500 kq “Ammofos/Apatit/Phosagro”, 123000 kq “Ammonium Nitrat/Evroxim”, 5000 kq “Ammonium Nitrat/Minudobreniya”, 22000 kq “Karbamid Marka B/Socar”, 55000 kq “Nitroammofos/Minudobreniya” gübrəsi və 4725 kq “Qarabağ22/Region Agro(R1)” arpa toxumu, 3000 kq “Alekseiç R1/Semena Stavropolya” buğda toxumu, 10000 kq “Qırmızı gül R1/Agro Dairy” buğda toxumunun ümumilikdə, 265225 kq məhsul təhvil verilmişdir. İş materiallarında olan materiallarında olan "xxxx"xxxx"xxxx" QSC tərəfindən həmin cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləyən Təqsirləndirilən şəxs fəaliyyətinə aid təqdim edilmiş sənədlərə əsasən fəaliyyətinin audit yoxlamasının nəticəsinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli auditor hesabatından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə 1348,11 kg - yəni cari satış qiymətlərinə uyğun olaraq 944,24 manat (Doqquz yüz qırx dörd manat 24 qəpik) çatışmazlıq-əskikgəlmə və 97372,81 manat (Doxsan yeddi min üç yüz yetmiş iki manat 81 qəpik) manat məbləğində daxil olmamış vəsait nəzərə alınaraq (944,24+97372,81) yekunda 98317,05 (Doxsan səkkiz min üç yüz on yeddi manat 05 qəpik ) manat kənarlaşma-mənimsəmə yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad RMX X11 24 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda durmuş. İş materiallarında olan Respublika Psixatriya Xəstəxanası X11 25 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə olunmamışdır. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli X12 İdarəsinin məktubundan görünür ki, «FORD YÜK» markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtombil xx.xx.2021-ci il tarixdən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakin Dövlət Kadastırı və Reyestri X11 8 saylı Cəlilabad Ərazi İdarəsinin 03 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına (5 nəfər aildə üzvləri ilə birlikdə) Cəlilabad rayonu Alar kəndində mülkiyyətində 1,35 ha (JN-1279.Kod-********) kənd təsərrüfatlı əkin torpaq sahəsi vardır. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs mülkiyyətində olan «FORD YÜK» markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtombil və onun (5 nəfər aildə üzvləri ilə birlikdə) Cəlilabad rayonu Alar kəndində mülkiyyətində olan 1,35 ha (JN-1279.Kod-********) kənd təsərrüfatlı əkin torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan 10 mart 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 12 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdən hesablanmaqla “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" QSC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətə məxsus 98317,05 manat dəyərində mənimsədiyi əmlakın 49986 manat hissəsini cəmiyyətin hesabına mədaxil etmişdir. İş materiallarında olan Cəlilabad rayonu, Alar inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Səlimov X1 rayonu, Alar kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və yetkinlik yaşına çatmış oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs "xxxx" QSC-nin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş, həmin cəmiyyətə məxsus əmlakı mənimsəməklə külli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli CM-in 179.3.2-ci maddəs ilə əhatə olunur. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmin qərarın 27-ci bəndində göstərilir ki, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını, maddi ziyanı qismən ödəməsi (98317,05 manat ziyandan 50,736 manat hissəsini) ödəməsi, qalan hissənidə tamamilə qəbul etməsini və ödəmək niyətində olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.14 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsində göstərilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinin öz qulluq mövqeyindən istifadə etməklə törətdiyini nəzərə alaraq, ona cəza təyin edilərkən CM-in 46.2-ci maddəsinə əsasən, dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs müəyyən müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin təqsirləndirildiyi maddələrin sanksiyalarında həmin cəza öz əksini tapmadığı hallarda CM-in 46.2-ci maddəsi tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci maddələrinə əsasən “Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”, “Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər”. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, 61 yaşının olmasını, dəymiş ziyanı qismən ödəməsini, həmçinin dəymiş ziyanın ödəməsi niyyətində olması, əvvəllər məhkum olunmadığını, əməlini qismən etiraf etməsini və peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alıb qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirib hesab edir ki, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələblərinə riayət edilməklə, o cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsiplərinin işığında təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilib həmin Məcəllənin 52-1-ci maddəsinin tələbi nəzərə alınmaqla ona CM-nin 179.3.2-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza növü – müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə baxışında dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs adına (5 nəfər aildə üzvləri ilə birlikdə) Cəlilabad rayonu Alar kəndində mülkiyyətində 1,35 ha (JN- 1279.Kod-********) kənd təsərrüfatlı əkin torpaq sahəsinin Təqsirləndirilən şəxs aid olan payların, eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə adına qeydə alınmış «FORD YÜK» markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtombilin xüsusi müsadirə edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqimtədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanukni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs mülkiyyətində olan «FORD YÜK» markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtombil və onun (5 nəfər aildə üzvləri ilə birlikdə) Cəlilabad rayonu Alar kəndində mülkiyyətində olan 1,35 ha (JN-1279.Kod-********) kənd təsərrüfatlı əkin torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli "Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Qərarında xüsusilə olaraq qeyd olunmuşdur ki, "cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz". Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 24 fevral 2022-ci il tarixlin qərarım 3-cü bəndinə əsasən "Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun." Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən xüsusi müsadirəyə təklif olunan əmlaklar 5 nəfər aildə üzvləri ilə birlikdə Cəlilabad rayonu Alar kəndində mülkiyyətində olan 1,35 ha (JN-1279.Kod-********) kənd təsərrüfatlı əkin torpaq sahəsinin birgə əmlak sayılır, həmin əmlakın nə vaxt əldə olunması göstərilməmiş, təqsirləndirilən şəxsin payı müəyyən edilməmişdir. O cümlədən, xüsusi müsadirə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinə hər hansı bir aidiyyəti olmayan ailə üzvlərinin əmlak hüququnu pozmuş olacaq. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cəlilabad rayonu Alar kəndində mülkiyyətində olan 1,35 ha (JN-1279.Kod-********) kənd təsərrüfatlı əkin torpaq sahəsinin xüsusi müsadirəsi tədbiq edilməməli, həmçinin həmin əmlakın üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə adına qeydə alınmış «FORD YÜK» markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtombil Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, mülki iddiada göstərilmiş 48331,05 (qırx səkkiz min üç yüz otuz bir manat beş qəpik) manat maddi zərər, 500 manat audit xərclərinin və 235 (iki yüz otuz beş) manat dövlət rüsumunun- cəmi 49081,05 (qırx doqquz min səksən bir manat beş qəpik) manat məbləğinin Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkəti QSC-nin hesabına ödənilməsi göstərilmişdir. Mülki iddiada göstərilən məbləğlər toplanılarkən həmin məbləğin 49081,05 manat deyil, 49066,05 manat olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyanın 1500 manat hissəsi də məhkəmə baxışı zamanı onun tərəfindən ödənilmiş, ümumilikdə (49066,05-1500=47566,05) 47566,05 (qırx yeddi min, beş yüz altmış altı manat 5 qəpik) manat maddi ziyan ödənilməmişdir. Odur ki, mülki iddia qismən təmin olunaraq zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan 47566,05 (qırx yeddi min, beş yüz altmış altı manat 5 qəpik) manat maddi ziyan, audit yoxlamasının keçirilməsi üzrə 500 (beş yüz) manat, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu üzrə 235 (ikik yüz otuz beş) manat, ümumilikdə 48301,05 (qırx səkkiz min, üç yüz bir manat 5 qəpik) pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkəti QSC-nin hesabına ödənilməlidir. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 450 (dörd yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məhkəmə əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Mülki iddia qismən təmin olunaraq zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan 47566,05 (qırx yeddi min, beş yüz altmış altı manat 5 qəpik) manat maddi ziyan, audit yoxlamasının keçirilməsi üzrə 500 (beş yüz) manat, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu üzrə 235 (ikik yüz otuz beş) manat, ümumilikdə 48301,05 (qırx səkkiz min, üç yüz bir manat 5 qəpik) pul vəsaiti Fəxrəddin Səlimlovdan tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkəti QSC-nin hesabına ödənisin. Cəlilabad Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı ilə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs 5 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan JN-1279 saylı dövlət aktına əsasən məxsus olan Cəlilabad rayonu, Alar kəndində yerləşən 1 ha kənd təsərrufatı təyinatlı topaq sahəsi müsadirə edilməsin, həmin tormaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı həbs qoyulmuş Təqsirləndirilən şəxs məxsus «Ford yük» markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobil dövlət nəfinə xüsusi müsadirə olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 450 (dörd yüz əlli ) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar