Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-26/2025 11.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X13, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi- X9, onun nümayəndələri- X3 Vüqar Mansim oğlu, müdafiəçilər- Bakı Şəhəri 9 Saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, 10 avqust 2005-ci il tarixdə Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 120.2.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı evdə olarkən özünə məxsus mobil telefonda “Tik-Tok” sosial şəbəkəsinə daxil olmuş, həmin sosial şəbəkədə paylaşılan məlumatlara baxarkən qarşısına “o17ilham” adlı profildə “X24 Füzulinində ilhami var))” sözləri ilə paylaşılmış video çıxmış, qeyd edilən videoda yazılanların mənasını aydınlaşdırmaq üçün həmin profilin mesaj bölümünə daxil olaraq əvvəllərdən tanımadığı profil sahibindən həmin yazılanların mənasını soruşmuş, profil sahibi ona cavab yazmadığından o, cinayətdən məlumatsız olan tanışı vasitəsilə profil sahibinin, yəni Füzuli rayonu, Zobucuq-1 qəsəbə sakini, xx xxxxxx 2008-ci il təvəllüdlü Şahid1 mobil telefon nömrəsini əldə edərək “Whatsapp” ani yazışma proqramı vasitəsilə sonuncuya mesaj yazıb yuxarıda qeyd edilən videoda paylaşılmış sözlərin mənasını soruşmuş, Şahid1 həmin videonu və sözləri yumor məqsədilə paylaşdığını, hər hansı xüsusi məna daşımadığını bildirsə də, o, buna məhəl qoymayaraq mübahisəni böyütməyə davam etmiş, bu zaman Şahid1lə eyni otaqda olan və yaşca ondan böyük olan qardaşı X2 telefonunu götürərək onunla danışıb məsələni böyütməməsini bildirmiş, o, mübahisəni davam etdirdiyinə və münaqişəyə çevirdiyinə görə Azər Allahverdiyev onunla sonra danışa biləcəyini bildirərək danışığı kəsmiş, 05 yanvar 2024-cü il tarixdə, saat 22:30 radələrində əvvəlcədən aralarında olan danışığa uyğun olaraq o, X8-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “OSCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında görüşüb bir qədər söhbət etdikdən sonra Azər Allahverdiyevi qəsdən öldürmək məqsədi ilə yanacaqdoldurma məntəqəsinə bitişik olan istifadəyə verilməmiş tikilinin yan tərəfinə dəvət edərək sonuncudan telefonda danışarkən onu söyməsinin səbəbini soruşmuş, Azər Allahverdiyev telefonda danışarkən onu söymədiyini bildirsə də, o, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, buna hüquqi və mənəvi haqqı olmadığı halda tanımadığı şəxsin öz sosial şəbəkə səhifəsində paylaşdığı, onun qanuni mənafelərinə hər hansı formada xələl gətirməyən və zərər yetirməyən sözlər yazmasına haqsız irad bildirməklə qəsdən münaqişə yaratmış, onun haqsız olaraq yetkinlik yaşına çatmayan qardaşına iradlar bildirib sorğu-suala tutmasına haqlı cavab verən Azər Allahverdiyevi guya telefonda onun ünvanına nalayiq söyüşlər söyməsi bəhanəsi ilə həyatdan məhrum etmək məqsədi ilə əvvəlcədən özü ilə götürdüyü, qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilən ümumi təyinatlı, deşici-kəsici xassəyə malik qatlanan tipli ov bıçağını əynindəki gödəkçəsinin cibindən çıxararaq Azər Allahverdiyevin həyat üçün mühüm olan orqanlarına qəsdən zərbələr vurub sonuncuya boyunun sol yan səthinin aşağı üçdə-birində yerləşməklə qan damarlarının (yuxu arteriyasının, vidaci venanın) boyun səviyyəsində zədələnməsi ilə müşayiət olunan, yara kanalının istiqaməti soldan sağa, öndən cüzi arxaya, aşağıdan cüzi yuxarıya, döş qəfəsinin sol yarısında-orta qoltuq xətti üzrə Vİ qabırğaarası proyeksiyada yerləşən, yara kanalı plevra boşluğuna keçərək sol tərəfli hemotoraksla (sol plevra boşluğuna qan yığılması) müşayiət olunan, yara kanalının istiqaməti soldan sağa, öndən cüzi arxaya, aşağıdan cüzi yuxarıya doğru olmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sağ budun yuxarı üçdə birinin arxa səthində yerləşən, yara kanalının istiqaməti arxadan önə, aşağıdan cüzi yuxarıya doğru olmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə Azər Allahverdiyevin boyunun magistral qan damarlarının zədələnməsindən törənmiş kəskin qanitirmədən ölməsinə səbəb olmaqla Azər Allahverdiyevi qəsdən xuliqanlıq niyyəti ilə öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 228.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 05 yanvar 2024-cü ildə səhər saatlarında, doqquz-on arası Bakıdan Biləcəridən çıxıb rayona gəlmişdir. Evinə girib dincəlmiş, daha sonra axşam tərəfi yuxudan durmuşdur. Həmin vaxt atası Gürcüstandan gəlmiş, onunla görüşmüşdür. Daha sonra oturub tik-toka girmişdir. Orada isə İlhamın səhifəsi videosun görmüşdür. Həmin səhifə marağını cəlb etmişdir. Orada yazmış, nömrəsin istəmişdir ki, kəndçisi ilə dərdləşsin. Əvvəlcə salam yazmış, lakin cavab yazmamışdır. Bundan sonra onun nömrəsin Kənan adlı kəndçisindən xahiş edib tapmışdır. Çünki Kənan onların kəndinə gedib-gəlirmiş. Nömrəni aldıqdan sonra İlhama yazmışdır ki, “salam adım Neymətdir, bu video maraqlı gəldi, soruşum ki nə deməkdi”. O da cavab yazmış salam, sonra ora bura nəsə demiş, bu məsələlərlə bağlı yazışmışlar, yadında deyil. Daha sonra zəng vurub mobil telefonda danışmış, həmin vaxt telefonunda set itmiş, danışığı kəsilmişdir. Həmin vaxt isə qarşı tərəf ona səs yazısı atıb demişdir ki, “qorxdun? Telefonu üzmə adboy etdin”. Sonra onu təkrar yığmışdır. Həmin şəxs demişdir ki, “hansı kənddənsən”, yadında deyil tam sualları, sonra demiş ki, “məni maraqlan”, atasının adın çəkmiş, “Cahid kimdi, flankəs kimdi, çıx maraqlan biləsən biz kimik” demişdir. Özü isə bunlara ehtiyacın olmadığını, sadəcə video məqsədilə yığdığını demişdir. O isə demişdir ki, “sən qardaşımdan nə məqsədlə soruşursan”, sonra yaşını soruşmuş, o isə 19 yaşının olduğunu demişdir. Sonra demişdir ki, “paçan, bəs sənin 19 yaşın var, mənim 23-24 yaşım var, hansı kənddənsən” birdə soruşmuş, Kürdmahmudlu kəndindən olduğunu dedikdə isə, bu zaman demişdir ki, “orada Azər var, Rəhim var, çıx maraqlan”. Demişdir ki, buna ehtiyac yoxdur. Sonra demişdir ki, “mən deyim kiməm, əvvəllər oğru yolunda getmiş adamam, indi isə dövlət işində işləyirəm”. Bu zaman özünü bir qəribə hal tutmuşdur. Sonra demişdir ki, “özündən çox arxayınsan?”. O isə cavab vermişdir ki, “özümdən narazı olmağıma səbəb yoxdur, niyə arxayın olmayım”. Sonra birdə demişdir ki, “mən oğru Quli, oğru Namiqin adamı olmuşam”. Özü isə demişdir ki, “həmin adamlar mənə maraqlı deyil”. Bundan sonra demişdir ki, “mənim yanıma kimsə söhbətə gəlib, çıxardıb makarı o avaranın ayaq altına güllə atmışam, kuçik kimsən sən mənlə belə danışırsan”. Özü isə cavanda tanımırsan, eləmirsən niyə belə deyirsən sözün demişdir. Nəsə sonra isə “kimə nə lazımdı onu deyirəm” demişdir. Sonra demiş ki, “görüşə bilərsən mənlə?”. O isə hazırda şəhərdən gəldiyini, yorğun olduğunu, sabah birlikdə gedib Əhmədbəylidə dörd yolda olan Nargilə çay evində görüşüb şirin-şirin söhbət edə biləcəyini bildirmişdir. Lakin demişdir ki, “yox sənlə Qanlıdərədə söhbət etmək istiyirəm”. O isə həmin yeri tanımadığını demişdir. Sonra isə onu vurmaq istədiyini soruşmuş, cavabında danışdığı Azər demişdir ki, “özünü aparmağına baxır o, belə görürəm özünü çox dartırsan”. Sonra Azərə sabah taksidən maraqlanıb, həmin yeri tapa bilsə ora gələcəyini demişdir. Bu zaman Azər ona “vapşe indi haradasan?” sualnı vermiş, özü isə evdə kənddə olduğunu bildirmişdir. Azər isə ona “kəndində ....-başdı oğlan yoxdu, gəlib mənimlə söhbət edə bilə, sən söhbət edəsən?” demişdir. O isə Azərə “kəndimdə elə insanlar ola bilər, bir-iki nəfərə görə kəndə elə söz demə, qohum-əqrabam var” demişdir. Qayıdıb Azər demişdir ki, “sənin kəndindən qabağımda dayanan olmayıb, sən gəlib dayanasan?”. O isə demişdir ki, “məni tanımırsan, belə demə”. Azər ona görüşə biləcəyini soruşmuş, demişdir ki, “hə, amma yorğunam uzağa gələ bilmərəm”. Qayıdıb Azər ona “Oscar yanacaqdoldurma məntəqəsinin yanında durmayan”, ağır söyüşlər söymüşdür. Bu zaman evdən çıxmış, təkcə həmin yerə tərəf getmişdir. Yaxınlıqda olan marketin qabağında bir az dayanmışdır. Bu zaman Azər adlı kəndçisi maşınla ora gəlib saxlamışdır. Azər ona demişdir ki, “sən heç bilirsən kimə ilişmisən”. Özü isə tanımadığını demişdir. Azər ona maşına oturmağını demişdir. Lakin maşına minməmiş, Azər bir daha demişdir ki, “sənə deyirəm otur maşına gedək”. Azərə demişdir ki, “sən get mən burdayam”. Azər getdikdən sonra telefonuna Cahid zəng vurmuş, səhv etmirsə Cahid içkili olmuşdur. Qayıdıb Cahid ondan harada olduğunu soruşmuş, dedikləri yerdə olduğunu bildirmişdir. Cahid ona “dədəvi götür gəl görüm səni” sözün demişdir. Özü isə narahat olmuş, atasına bu barədə deməmişdir. Özü təkcə deyilən yerə getmişdir. Orada haradasa iki dəqiqə gözləmiş, görmüş ki, Cahidgil gəlir. Maşından düşüb ona yaxınlaşmışlar. Ona ölən adam demişdir ki, “sənsən telefonda danışan”, demiş ki, “hə”. Cahid isə içkili olmuş, ona oğlunu söhbətə çağıranın kim olduğunu demişdir. Azər adlı kəndçisi də orada olmuş, yanında da bir nəfər olmuş, çünki özü hadisə yerinə çatanda artıq Azəri orda görmüşdür. Cahid ona demişdir ki, “sən kimsən oğlumu çağırmısan”. O isə demişdir ki, “oğlun söyüb çağırıb bura məni”. Qayıdıb soruşmuş ki, “niyə sporlaşmısız”. Özü demişdir ki, “oğlundan söz soruşmuşam, haqsız-haqsız söz deyir mənə qəbullana bilmirəm”. Cahid isə cavabında demişdir ki, “Fizulidə bir oğul mənim oğlumdur, qardaşım şəhiddir, özüm isə qaziyəm, bu kənd el-oba məni tanıyır”. Özü isə Cahidə “şəhidlərə allah rəhmət eləsin, qazilərə sağlıq versin” demişdir. Bu zaman oğlu Azər nəsə demiş, Azərə kənara çəkilmələrini, böyüklərin olduğunu demişdir. Orada obyekt var birlikdə onun böyrünə keçmişlər. Bu zaman kəndçisi Azər də onların arxasınca gəlmiş, Azərə isə “əmi sən get, narahat olma” demişdir. Daha sonra Cahidin oğlu Azərə ona söyüş söyənin o olduğunu soruşmuşdur. Azər isə demişdir ki, “kimə nə lazımdı demişik, deyəciyikdə”. Bundan sonra əlin belinə qoymuşdur. Elə həmin an kurtkasının cibində açıq, hazır vəziyyətdə bıçağı tez çıxarıb, Azərə tərəf atmışdır. Ondan sonra itələşməyə başlamışlar. Görmüş ki, Azər qaçdı, özü də ordan qaçmağa başlamışdır. Həmin yer qaranlıq olmuş, göz gözü görməmişdir. Hadisə yeri daşlıq bölgə olduğundan, Azəri vuranda hiss etmiş ki, ondan nəsə yerə düşdü. Nəsə Azərlə itələşib daha sonra qaçmağa başlamışdır. Özü başqa yolla qaçmışdır. Görmüş ki, həmin yolla qaçsa, onlar maşınla onu qavalayıb tutacaqlar. Təzdən dönüb asfaltın künc tərəfi ilə qaçmış ki, onu görməsinlər. Qaçarkən isə onlar bir qədər aralıda olmuşdur. Lakin yanlarından keçəndə, Azərin qardaşı qışqırmış ki, qaçır. Qardaşının səsin eşitdiyindən düşünmüş ki, getdiyi yeri görüb, arxasınca gələcəklər. Bu səbəbdən öz evinin yanından başqa çəpərə tullanmışdır. Lakin çəpəri keçə bilmədiyindən atasın qışqırıb çağırmışdır. Atası çıxanda onu qavaladıqlarını demişdir. Atası isə demişdir ki, “tez keç görüm nə olub”. Çəpərdən keçib demişdir ki, “yeddi-səkkiz nəfər məni qavalayır, gəlmişdilər üstümə məni vurmaq istəyirdilər, məndə onu vurub qaçdım”. Atası isə demişdir ki, “vurmusansa, onda çəpərlərlə qaç babangilə”. Çəpərlərdən qaçıb babasıgilə keçmiş, daha sonra atası gəlmiş, yaralandığını deyib, polisə təslim olmağını bildirmişdir. Atasına polisi çağırmalarını demişdir. Sonra rayon şöbəsindən gəlib onu babasıgildən aparmışlar. Orada Cahid və oğlu ilə üzləşmə olmuşdur. Orada Cahid hər şeyi kişi kimi düz deməyini istəmiş, o da Cahidə necə olub demiş, on səkkiz yaşında olduğunu, pul alıb adam vuran vaxtında olmadığını demişdir. Otaqdan çıxanda da dədə bala ona qardaşından qisaslarının alacaqların demişlər. Özü isə onlara qardaşının doqquz yaşında olduğunu, çıxsın özü ilə haq-hesab etmələrini demişdir. Şüvəlanda olanda da dostlarından kimsə ondan soruşmuş ki, “sən ya narkotik elyirsən ya da satırsan”. Özü isə onlara nəşə nədi çəkmədiyini, mal satmadığını demişdir. Soruşmuş ki, niyə belə deyirsiz. Onlar bu söhbətlərin Cahidlə oğlu tərəfindən rayonda yayıldığını demişlər. Bakı şəhərinə 25-26 dekabrda getmiş, orada kuriyer işləmişdir. Telefonda isə İlhamın videosun axtarmamış, təsadüfən qarşısına çıxmışdır. Videoda isə “rayonda vəziyyətə mən baxıram” məna belə çıxırdı. Orada “Çukurun Yamacı varsa, Fizulinin də İlhamı var” deyilirdi. Azər telefonda onunla tapançadan falan danışdığından motosikletini təmir etdiyi bıçağı da özü ilə görüşə gedən götürmüşdür. Bəlkə də onu öldürəcəkdilər, onun üçün də bıçağı özünü müdafiə etmək məqsədilə götürmüşdür. Cahid hadisə yerinə içkili gəlib, onunla acı danışmışdır. Vurduğu ilk zərbəni xatırlayır, sonrasın isə bilməmişdir. Bıçağı isə hadisədən sonra aparıb ağacın yanında şiferin altına qoymuşdur. Azər əlin belinə qoyanda onu bıçaqla vurmuşdur. Birinci bıçağı atanda necə dəydiyini bilməmiş, qaranlıq olmuşdur, sonra çəkişmişlər birinci bıçaqdan sonrakıları isə bilməmişdir. Səhv etmirsə ilk bıçağı qabırğa altında atmış, sonra isə itələşmişlər, axırda qaçmışdır. Çünki Azər telefonda demişdir ki, “mən avaranın ayağına güllə atmışam, oğru yolunda getmişəm”, düşünmüş ki, onu da vurar, onun üçün də Azəri bıçaqla vurmuşdur. İlk zərbədən sonra Azər dala-qabağa getmiş, sonra üstünə gəlmiş, itələşmişlər və qaçmışdır. Onu öldürmək fikri olmamışdır. Azər əlin belinə atanda düşünmüş ki, vurub öldürəcək onu, qorxmuş özünə demiş ki, “vurum qaçım”. Evdə olarkən isə atası təslim olmasını demiş, özü də polisləri çağırmaların bildirmiş, babası polisə xəbər vermişdir. Baba dediyi şəxs isə əslində əmisidir, lakin ona baba deyir. Hadisə yerində Kənanın olmasını bilmir, Orxanın isə izahatından görünür ki, orada olub. Hadisədən sonra isə telefonunu sındırıb atmış, çünki tutulmaq istəməmişdir. Daha sonra atası ilə məsləhətləşib təslim olmuşdur. İlkin ifadələrini isə təsdiq etmir, həmin vaxt beyni qanlı olduğundan elə ifadələr vermiş, həyacanlı olmuşdur. Cinayət törədərkən on səkkiz yaşı, hazırda isə on doqquz yaşı var. Yaşını, ailə vəziyyətini nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 05 yanvar 2024-cü il tarixdə, axşam vaxtı ailəlikcə yaşadıqları evdə olmuş, o, öz otağında oğulları, Azərlə İlham isə bir otaqda olmuşdur. O, Azərin yüksək səslə telefonda kiminləsə mübahisə etdiyini eşitmişdir. Bundan sonra o, Azərgilin otağına keçmiş və Azərdən məsələnin nə olduğunu soruşmuşdur. Həmin zaman digər oğlu İlham da otaqda olmuşdur. Azər ona bildirmişdir ki, “Neymət adlı şəxs qardaşım İlhamın “TikTok”da paylaşdığı videoya görə “Whatsapp” proqramı vasitəsi ilə ona yazmış və mübahisə yaranmışdır”. Daha sonra Azər həmin şəxsin onu Aşağı Kürdmahmudlu kəndində yerləşən “Oscar” yanacaqdoldurma məntəqəsinin önünə çağırdığını demişdir. Bundan sonra o, iki oğlun da götürüb getmişdir. Maşında yolda zəng vurub həmin şəxsə demişdir ki, “atanı da götür gəl”. Bundan başqa Aşağı Kürdmahmudlu kəndindən olan qohumu Şahid2 zəng etmiş və məsələni demiş, birazdan Aşağı Kürdmahmudlu kəndinin girişində olan yanacaqdoldurma məntəqəsinin qarşısına gəlib onunla söhbət edəcəklərini bildirmişdir. O, həmçinin qohumu Azərə bildirmişdir ki, “sən həmin şəxsin atasını tanıyırsansa, onu da çağır gəlsin, məsələ böyümədən həll edək”. Sonra hadisə yerinə gəlib, maşından düşmüşlər, qohumu Azər, onun oğlu Rəhim yanacaqdoldurma məntəqəsinin önündə olmuşlar. Həmin şəxslərdən biraz kənarda da 6-7 nəfər olmuşdur. İlk öncə qohumu Azər və onun oğlu Rəhimlə görüşmüş, daha sonra orada dayanan digər şəxslərlə görüşmüşdür. Bundan sonra onlarla qardaşının şəhid olduğunu, özünün qazi olduğunu, döyüşdüklərini, torpaqlarımızında azad edilməsi ilə bağlı danışmışdır. Aralarında səmimi münasibət yaranmışdır. Deyib-gülüb geri qayıtmışlar. Həmin vaxt Neymət oğlu Azərə demişdir ki, “bir dəqiqə olar?”. O isə bir böyük kimi demişdir ki, “mehriban olmaq lazımdır, əks halda hər ikinizi şilləliyərəm”. Bundan sonra Neymət oğlu Azəri götürüb kənara keçmişdir. Həmin vaxt oğlunun arxasınca getmək istəmiş, lakin olar demiş ki, “heçnə ola bilməz, narahat olma”. Bu vaxta qədər isə Çukur falan yaddan çıxmışdı, orada həmin kəndin azad olunmasından falan danışılıb. Bu zaman qohumu Azər də onların arxasınca getmişdir. Həmin vaxt orada mübahisə olduğunu görüb geri qayıtmışdır. Baş verən hadisələri isə olduğu yerdən görməmişdir. Təxminən ondan on metr aralıda olmuşlar. Ordan isə heç bir səs gəlməmişdir. Bundan sonra isə oğlu Azər yanına gəlib, yerə yıxılmışdır. Həmin an özü şoka düşmüşdür. Neymətin isə hara getdiyini görməmiş, Neymətlə oraya gələn şəxslərin hamısı artıq yoxa çıxmışdır. Oğlunu dərhal maşına qoyub Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Oğlu orada həyatını itirmişdir. Təqsirləndirilən şəxslə arasında barışıq yoxdur, bu işin haqq-ədalətlə araşdırılmasını tələb edir. Bunun arxasında duranlar var, elətdirənlər var. Bu işin arxasında kim durub onlar tapılmalıdır. Çünki bunlar qrupdur. Hadisə günü də bunlar maşınla gəliblər. Oğlu sifarişlə vurulub, onların heç kimlə ədavəti olmayıb. Əgər arada heçnə yoxdursa, tanımaya-tanımaya Neymət oğlunu vurub, bu onu şübhələndirir. Hadisədən də on gün qabaq Neymət balaca oğlunu Bakıya çağırıb, bunlar qabaqcadan hazırlanmış iş olmuşdur. Kənan isə bütün işin nöqtəsidir. Balaca oğlu ilə mübahisə edib, Çakır-Çukur məsələsinə görə. Sonra mübahisə bağlanıb, Kənan gedib Bakıya orada yığılıblar, uşağı ora çağırıblar. Uşaq isə getməyib, çünki ona icazə verməzmiş. Hadisə günü də bunların hamısı Bakıdan gəlib. Neymətin yanında ən azından on iki nəfər olub, onun altı-yeddisin özü görüb. Oğlunun ölümünə sifarişi verənlərdən üç nəfərdən şübhələnir. Özü isə hadisə yerinə yalnız bir maşınla getmişdir. Çünki bir maşını güclə tapmışdır. Hadisə yerində olan əşyalar da oyuncaqlar olmuş, həmin oyuncaqları Azərin nəvələrinə görə almışdı, çünki onları da öz nəvələri bilib. Təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə axşam Neymət ona “Tiktok”da salam yazmış, daha sonra “whatsapp” da yazmışdır. Neymət ona “salam Kürdmahmudlu uşağıyam” smsin göndərmişdir. Daha sonra ona paylaşdığı videonu ataraq, həmin videonu paylaşma səbəbin soruşmuşdur. O isə Neymətə Füzuli uşaqları ona dəstək olsun səhifəsi qalxsın deyə paylaşdığını bildirmişdir. Daha sonra Neymət nə üçün paylaşdığını bir də soruşanda, səs atmış ki, elə-belə paylaşıb, lazımdı görüşüb danışsınlar. Həmin zaman qardaşı Azər də onun olduğu otaqda olmuşdur. Azər onun Neymətə səs atdığını eşitmişdir. Ona görə də ondan məsələnin nə olduğunu soruşmuş, o, Azərə Neymətlə arasında olan söhbəti danışdıqdan sonra onun mobil telefonunu əlindən alaraq danışmışdır. İlk əvvəl onun seti itmiş, sonra isə yenidən danışmışlar. Qardaşı Neymətə atasının Cahid, əmi oğlunun kim olduğunu demiş, Neymət isə tanımamışdır. Sonra görüşmək söhbəti açılmış, qardaşı sabah görüşmələrini demiş, Neymət bundan sonra nə demişsə, Azər ona hazırda da onunla söhbət edə biləcəyini demişdir. Neymət isə yanacaqdoldurma məntəqəsinin yanına gəlmələrini demişdir. Daha sonra Neymət ona nəsə demiş, Azər də onunla görüşməyəcəyi təqdirdə Neymətə kişilikdən xəbəri olmadığını demişdir. Qardaşı başqa heç bir söyüş söyməmişdir. Səsə atası qonaq otağından onların olduqları otağa keçmişdir. Azər ötəri şəkildə atasına baş verənləri danışmışdır. Bundan sonra atası orada döyüşdüklərini, barışdırmaq məqsədilə də onlarla gedəcəyini demiş və evdən çıxmışlar. Yolda qardaşı bir maşınla danışmış və həmin yerə getmişlər. Gedərkən isə atası Azər əmiyə zəng edərək, Neymətin kim olduğunu soruşmuş və onun atasını Aşağı Kürdmahmudluda yerləşən yanacaqdoldurma məntəqəsinə gətirməsini istəmişdir. Atasının bunda məqsədi Neymətin atası ilə söhbət etmək və məsələni yoluna qoymaq, barışıq etmək olmuşdur. Sonra isə gəlib avtomobili həmin yerdə saxlamışlar. Onlar avtomobildən düşdükdə qohumu Azər, onun oğlu Rəhim yanacaqdoldurma məntəqəsinin önündə olmuşlar. Həmin şəxslərin təxminən 2-3 metr məsafəsində 4-5 nəfər tanımadığı cavan oğlan olmuşdur. Lakin içlərindən Orxanı tanımışdır. Atası onlarla görüşmüş, danışmış, demiş ki, mehriban olun, deyib-gülmüşlər. Daha sonra Neymət qardaşına demiş ki, “Azər olar keçək qırağa”. Həmin vaxt atası demişdir ki, “başqa şey olmasın yoxsa ikinizi də şapalaqlayaram”. Onlar gedən də isə Orxan demişdir ki, “ağsaqqal narahat olma”. Onlar tinə keçmişlər, hadisə olacağı heçkimin ağlına gəlməmişdir. Həmin tin onlardan on metr məsəfədə olarmış. Onların olduqları yer işıqlı olsa da, qardaşının getdiyi yer qaranlıq olmuşdur. Az müddət sonra Azər əmi də həmin qardaşı Azər və Neymətin olduqları tinə keçmiş, lakin çox qısa müddət sonra onların yanına qayıtmışdır. Elə Azər əmi gələn kimi də qardaşı gəlib yanlarında yıxılmışdır. Bu zaman Neymətin qaçdığını görmüş, lakin Rəhim həmin vaxt özünü tutmuşdur. Həmin vaxt yaralı olmuş qardaşı, onu gəldikləri maşınla Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Bu hadisədən qabaq isə həmin videoyaya görə ona Kənan yazmış, daha sonra üzr istəmiş, barışıq olmuşdur. Mobil nömrəsini də elə Neymət Kənandan almışdır. Hadisə yerinə özü, atası və mərhum qardaşı getmiş, onlarla birlikdə də getdikləri maşının sürücüsü olmuşdur. Getdikləri yerin konumun isə Neymət onlara demişdir. Telefonda Neymət onlara yanacaqdoldurma məntəqəsinin yanına gəlməklərin bildirmişdir. Onlar Azər əmisigilə gedəcəklərindən oradakı uşaqlara oyuncaqlar da almışlar. Oyuncaqları atası almışdır. Atası isə hadisə yerinə barışıq məqsədilə getmişdir. Telefonda da atası Azər əmisinə demişdir ki, “Neymətin atasın da götür gəlki, danışıb bu uşaqları barışdıraq”. Hadisə yerində onlardan başqa, Azər əmisi, onun oğlu, Orxan, Neymət və əlavə də dördbeş nəfər tanımadığı şəxs olmuşdur. Söbhətin sonunda isə Neymət mərhum qardaşına demişdir ki, “bir dəqiqə olar”, bundan sonra qol-qola girib keçmişlər qaranlıq olan yerə. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, özü nasaz adamdır, hadisə günü də sistem vurdururmuş. Həmin vaxt Cahid ona zəng vurub, belə bir söhbətin olduğunu demişdir. Uşaqlar arasında mübahisə düşdüyünü, qohum kimi onun da gəlməyini istəmişdir. Bundan sonra maşına minib evdən yola çıxmışdır. Yolda gedəndə Neyməti görmüş, soruşmuşdur ki, “nə məsələdir”. Neymət isə ona demişdir ki, “sən bilən deyil”. Bundan sonra Orxanı mağazanın yanında görüb, maşına götürmüş, mağazayla hadisə olan yerin arasındakı məsafə çox qısa olmuşdur. Sonra gedib yanacaqdoldurma məntəqəsinin yanına çatmış, Cahid gəlmiş, Neymət də orada olmuşdur. Cahid hadisə yerinə iki oğlu ilə və onları gətirən maşının sürücüsü ilə gəlmişdir. Birinci Cahidlə özü görüşmüşdür. Neymət isə elə hadisə yerində olmuş, Orxan da orada imiş, lakin başqa bir kimisə orada görməmişdir. Orada elə bir yaxın kimi söhbət etmişlər, barışmışlar. Həmin vaxt onalrın arasında pis heçnə görməmişdir. Bundan sonra özü maşına söykənib baxırmış, yolun bu üzündə dayanıbmış. Həmin vaxt Cahid Orxanla söhbət etmişdir. Görmüş ki, rəhmətlik Azər Neymətlə gülə-gülə asfaltı binanın böyrünə tərəf keçirlər. Bu zaman soruşmuş ki, “bunlar hara gedir”, cavab vermişlər ki, “bir dəqiqəlik işləri var”. Bundan sonra onların yanına getmişdir. Demişdir ki, “evdə çay-çörək hazırdır, gedək evə gecə keçir”. Neymət isə demişdir ki, “bir –iki dəqiqə gözlə, gəlir”. Həmin vaxt Azər və Neymət böyür-böyürə durmuşmuşlar. Nasaz olduğundan, özündə narhatçılıq hiss etmiş, buna görə də onlara yaxınlaşıb demişdir ki, gəlib evinə çay-çörək yeyib getsinlər, özü də evinə getsin. Ordan asfaltın bu üzünə 7-9 metr olar qayıtmışdır ki, birdən arxasınca rəhmətlik Azər qaça-qaça qan içində gəlib yıxılmışdır. O, qanı görən kimi, Azərin boynuna sivitir dolamışdır ki, qanı kəssin. Lakin qanı dayandıra bilməmişdir. Atası Cahid isə uşağı götürüb xəstəxanaya aparmış, özü isə onların arxasınca getmişdir. Neyməti isə sonra görməmişdir. Hadisə olan qaranlıq yerlə isə Cahidgilin durduğu yer arasında məsafə olmuş, həmin yerdən hadisə yeri görsənə bilmirmiş. Hadisə vaxtı heç bir tərəfin əlində nəsə silah, ya ona oxşar şey görməmişdir. Hadisə zamanı isə də dediyi adamlardan başqa da biraz aralıda başqa adamlar, kənd uşaqları olmuş, onların kənarda söhbət etdiklərini görmüşdür, lakin kim olduqlarını görə bilməmişdir. Hər iki ailəni isə tanıyır, onaların heç birinin kriminal yolda olduqlarını görməmişdir. Hər iki ailəni yaxşı ailə kimi bilir. Hadisənin bu yerə gələcəyi isə heç ağlına da gəlməzmiş. Hadisə olan yer isə onların olduğu yerdən görünməmiş, lakin həmin yerdə nəsə söyüş və ya səs olsa imiş, eşidə bilərmiş. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü dükanda olmuşdur. Azər kişi ona çağırmış və Neymətin söz-söhbətinin olduğunu demişdir. Özü isə bundan xəbərinin olmadığını demişdir. Bundan sonra Neymətin özü də ora gəlmişdir. Azər kişi isə Neymətə demişdir ki, “sən hara Cahid hara, onlar silahla gəzən adamlardır”. Neymət isə demişdir ki, “kim gəlir gəlsin, özüm söhbət edəcəm, heç kim də qarışmasın”. Bundan sonra Neymət getmişdir. Azər kişi isə ona maşına oturmağını təklif etmişdir. Yola çıxmışlar, əlli metr qabağa yanacaqdoldurma məntəqəsinin yanına getmişlər. Ora çatandan sonra isə Cahid və iki oğlu gəlmişdir. Onlardan beş-altı dəqiqə sonra isə Neymət gəlmişdir. Cahid kişi onunla danışmış, bu kəndi düşməndən onların azad etdiyini, döyüşdüklərini və bu barədə digər söhbətlər etmişdir. Özü isə Cahidə onunla fəxr etdiklərini demişdir. Cahid isə sonra qardaşının da şəhid olduğunu bildirmişdir. Özü isə Cahidə allah rəhmət eləsin demiş və öz dayısının da şəhid olduğunu bildirmişdir. Cahid dayısının adını soruşduqda, dayısını tanımışdır. Azər kişi də Cahidə “bir tərəfin Orxanla qohumdur” sözün demişdir. Bundan sonra Cahid onun kimlərdən olması, ata və anasının kim olması ilə maraqlanmışdır. Valideynlərini tanımışdır. Dayısı ilə isə bir yerdə etdikləri döyüşlərdən söhbət etmişdir. Həmin vaxt isə Neymət Azərə demişdir ki, “gəl söhbət edək”. Onlar olduqları yerdən 50 metr aralı yanacaqdoldurma məntəqəsinin arxa tərəfinə keçmişlər. Özü isə olduğu yerdə qalıb Cahidin söhbətlərinə qulaq asmışdır. Onunla fəxr etdiklərini demişdir. Birdən görmüş ki, Azər kişi “bala nə oldu” sözün deyir. Çönüb baxanda isə rəhmətlik Azərin gəlib yıxıldığını görmüşdür. Həmin vaxt isə Neyməti görməmişdir. Onlar arasında söhbətin nə olduğunu isə bilməmişdir. Hadisə yerində isə Cahidlə danışdığından Neyməti görə bilməmişdir. Neyməti yalnız “bir dənə icazə ver Azərlə danışım” sözün eşitmişdir. Çünki Neymət hadisə yerinə gələn kimi Azəri götürüb kənara keçmişdir. Onların hər ikisi böyür tərəfə kemiş, qalan hamı isə olduqları yerdə dayanmışlar. Bundan hardasa beş-altı dəqiqə sonra rəhmətlik Azər gəlib yıxılmışdır. Bir dəfə isə Azər kişi onların yanına gedib “bala qutarmadız, çıxın gəlin bəri” sözün dediyin eşitmişdir. Özü isə Cahidin onların arxasınca getməyinə heç bir maneəçilik törətməmişdir. Hadisə zamanı isə Neymətlə onlar arasında heç bir sülh yaranmamışdır. Cahid həmin vaxt piyan olmuş, Cahid danışmış o isə qulaq asmışdır. Cahid onunla mehriban danışmış, Neymətlə də heç bir mübahisəsi olmamışdır. Özü isə sona kimi hadisə yerində olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı oğludur. Cahid Allahverdiyevi, eləcə də onun mərhum oğlu Azər Allahverdiyevi tanımır. 05 yanvar 2024-cü il tarixdə axşam saat təxminən 22-23 radələrində Aşağı Kürdmahmudlu kəndində yerləşən yaşadığı evdə olan zaman kənddə səs-küy qalxmışdır. Özü də çıxmışdır ki, görsün nə məsələdir. Gedib hadisə yerinə çatanda demişlər ki, “Neymət adam vurub, aparıblar”. Özü isə qardaşının evinə gəlib, bu barədə məlumat verib danışmış ki, polisə zəng vurub təhvil vermək lazımdır. Elə həmin vaxt da 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonra yığılıb onun öz evinə getmişlər. Neymət də onun evinə gəlmiş, polislər isə gəlib evindən Neyməti aparmışlar. Neymət müvəqqəti olaraq Bakıda işləyirmiş, elə hadisə günü də Bakıdan gəlmişmiş. Neymət evinə gələndə onda bıçaq ya telefon görməmişdir. Bıçaq sonradan Neymətgilin evinin həyətindən tapılmışdır. Polislər gələnə kimi də Neymətlə danışmış, Neymət demişdir ki, “üstündə silah vardı, əlin atanda, mən ondan qabağa düşdüm”. Hadisə niyə olub, heçnədən xəbəri yoxdur. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, hadisə günü özü, Neymət və Nahid Bakı şəhərindən Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndinə gəlmişdir. Gəlib kəndə çatmışlar, o öz evinə keçmiş, daha sonra isə evində olmuşdur. Axşamı isə xəbər gəlmişdir ki, Neymət adam bıçaqlayıb. Həmin gün Neymət ona TikTik-da heçnə göstərməyib. İlhamı isə tanımış, normal münasibəti olmuşdur. Neymət ondan İlhamın nömrəsini istəmiş, həmin nömrəni Neymətə vermişdir. Neymət isə nə ilə bağlı istədiyini deməmişdir. İlhamla isə hadisədən onbeş-iyirmi gün qabaq mübahisəsi olub, daha sonra mehribanlaşmışılar. Neymətin isə onunla mübahisəsindən xəbəri olmamışdır. Özü isə yol boyu Neymətlə bu məsələdən danışmamış, hadisə yerində olmamış, yalnız atasına zəng gələndə bilmiş ki, Neymət bıçaqla vurub. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. O, 2023-cü ilin dekabr ayının ortalarında Bakı şəhərində olan qohumlarının yanına getmiş, onu Bakı şəhərinə həmkəndlisi Nahid dəvət etmişdir. Belə ki, o, Bakı şəhəri, Nizami rayonu, Ulduz qəsəbəsində yerləşən plastik qablar emal edən zavodda işləmişdir. Onu da həmin zavodda işləməyi üçün dəvət etmişdir. O, Nahidin təklifini qəbul etdiyindən Bakı şəhərinə gəlmişdir. Neymət də həmin ərəfədə Bakı şəhərində olmuşdur. Belə ki, sonuncu uzun müddət Bakı şəhərində kafelərdən birində kuryer işləmişdir. O, Neymətlə heç zaman Bakı şəhərində görüşməmişdir. Sadəcə arabir o, sonuncu ilə telefon vasitəsi ilə həmkəndlisi kimi danışmışdır. O, Neymətlə daha çox özünün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whastapp” proqramı vasitəsi ilə zəng edərək danışmışdır. 04 yanvar 2024-cü il tarixdə, saat 22 radələrində Neymət “Whatsapp” proqramı vasitəsi ilə ona zəng etmiş və sabah Nahidlə birlikdə Füzuli rayonuna gedəcəyini bildirmişdir. Neymət ondan Füzuli rayonuna getmək istəyib-istəmədiyini soruşmuşdur. O, onsuz da işlədiyi zavodda işdən çıxmış, həmçinin Nahid də artıq zavodda işləməmişdir. Onlar Nahidlə həmin zavodda bir neçə gün işlədikdən sonra zavodun rəhbərliyi yaşları az olduğundan onları işdən çıxarmışdır. Ona görə də Neymətlə razılaşmışdır. Onlar Neymətlə qərarlaşdırmışlar ki, səhər saat 09:00-da Bakı şəhərində yerləşən avtovağzalın yaxınlığında görüşsünlər. Səhərisi gün, yəni, 05 yanvar 2024-cü il tarixdə, saat 09:00-da o, Neymət və Nahidlə avtovağzalda görüşmüşdür. Bir neçə dəqiqə sonra onlar bilet alıb avtobusla Füzuli rayonuna gəlmişlər. Yolda olarkən uşaqlarla ümumi mövzulardan danışmışlar. Saat 13 radələrində Füzuli rayonuna çatmışlar. Onlar avtobusdan düşüb piyada evlərinə gedərkən, yolda Neymət “TikTok” sosial şəbəkəsində paylaşılan bir videonu ona göstərmiş, o, videoya ötəri baxmışdır. Nahid isə onlardan biraz aralıda olduğundan videonu görməmişdir. Videoda “X24, füzulinin də ilhamı var” demişdir. O, videoya baxdıqdan sonra Neymət ironiya ilə ona bildirmişdir ki, “sən bir bunun paylaşdığına bax”. O da Neymətə bildirmişdir ki, “fikir vermə, boş şeydi”. Daha sonra Neymət gülmüş və heç nə deməmişdir. Bir neçə dəqiqə sonra Neymət və Nahid evlərinə çatmışdır. Bundan bir neçə dəqiqə sonra da o, öz evlərinə çatmışdır. Həmin gün, saat 21 radələrində Neymət “Whatsapp” proqramı vasitəsi ilə ona zəng etmiş və Füzuli rayonu, Bala Bəhmənli kəndində “Dördyol” adlanan yerdə yerləşən çayxanada uşaqlarla birlikdə çay içmək üçün çağırmışdır. O, evdə xəstə olduğunu və bu səbəbdən evdən çıxa bilməyəcəyini Neymətə demişdir. Həqiqətən də yaşadıqları evdə onlarla birlikdə yaşayan babasının hazırda ağır xəstə olduğunu və bununla bağlı olaraq ona dərman almaq üçün tez-tez aptekə getdiyini, eləcə də babasını həyətdə gəzdirdiyini demişdir. Neymət bundan sonra günorta radələrində ona göstərdiyi videonu paylaşan şəxsin Zobucuq-1 qəsəbəsindən İlham adlı şəxs olduğunu öyrəndiyini demiş və ondan İlhamı tanıyıbtanımadığını soruşmuşdur. O da İlhamı tanıdığını Neymətə demişdir. O, İlhamı uzun müddətdir ki, tanıyır. Onunla dostluq münasibəti olmasa da, tanışıdır. Belə ki, təxminən 1 il bundan əvvəl “FreeFire” mobil tətbiq oyununda olan hesabını başqa şəxsə satmaqda İlham ona kömək etmişdir. Bundan sonra o, İlhamla arabir “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Neymət ondan İlhamın nömrəsini soruşmuş, o da Neymətdən İlhamın nömrəsini hansı səbəbdən istədiyini soruşmuşdur. Neymət israrla İlhamın nömrəsini istəmə səbəbini ona deməmişdir. O, bir neçə dəfə İlhamın nömrəsini vermək istəmədiyini desə də, Neymət israr etmiş və o, İlhamın mobil nömrəsini Neymətə vermişdir. Bundan sonra Neymət sağollaşaraq zəngi sonlandırmışdır. O, həmin gün bayıra çıxmamış, evdə olmuşdur. Həmin gün saat 23 radələrində atasına zəng gəlmiş, atasına zəng edən şəxs onun harada olduğunu soruşmuşdur. Atası həmin şəxsə demişdir ki, “Kənan hazırda evdə yanımdadır”. O atasından məsələnin nə olduğunu soruşduqda atası Neymətin qohumlarının onu axtardığını demişdir. O da Neymətdən xəbəri olmadığını demişdir. Onların yaşadıqları ev kənddə yerləşən “Oscar” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşir. Bir neçə dəqiqə sonra yanacaqdoldurma məntəqəsi tərəfdən möhkəm qışqırıq səsləri gəlməyə başlamışdır. Onlar bayıra çıxdıqda kənd camaatından eşitmişlər ki, Neymət bıçaqla adam vurmuşdur. Lakin gec olduğundan onlar yanacaqdoldurma məntəqəsi tərəfə getməmişlər. Neymətin İlhamın qardaşı Azəri bıçaqla vuraraq öldürməsini onlar səhərisi gün kənd camaatından öyrənmişlər. Neymətin Azəri hansı səbəblə öldürməsi, eləcə də Neymətin Azəri öldürməsinin digər təfərrüatlarını bilmir. O, sözügedən videonu təxminən 2023-cü ilin dekabr ayının ortalarında görmüşdür. Belə ki, o, “TikTok” sosial şəbəkəsində ”quliyevs” adlı profilindən həmin videonun altına gülmək smayliki qoyaraq şərh yazmışdır. İlham da öz növbəsində şərh bölməsində nəyə güldüyünü yazmışdır. Bundan sonra o, şərh bölməsində ona demişdir ki, “gəl Whatsapp-a orada danışaq”. Bundan sonra onlar “Whatsapp”-da yazışmış və İlhama sadəcə onunla zarafat etdiyini demişdir. Bundan sonra İlham da mehriban şəkildə söbəti yekunlaşdırmışdır. Həqiqətən də o, İlhamla zarafat etmək istəmiş, onunla mübahisə etmək niyyəti olmamışdır. Həmçinin o, Azərin qətlə yetirildiyini öyrəndikdən sonra hadisənin səhərisi gün “Whatsapp”-da İlhama yazaraq ona baş sağlığı vermişdir. Eləcə də Neymət tanışı olduğundan hadisədən bir neçə gün sonra “TikTok” sosial şəbəkəsində onun “_019nemi” adlı profilində paylaşdığı videolardan birinin altına “Allah qapını açsın” yazmışdır. İfadəsi elan olunduqdan sonra Şahid4 həmin ifadəsini təsdiq etdiyini, ifadənin doğru olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, Neyməti uşaqlıqdan tanıyır, Bakı şəhərində işləmişlər. Daha sonra Neymətlə qərar vermişdir ki, kəndə qayıtsınlar. 05 yanvar 2024-cü ildə birlikdə yola çıxmışlar. Yanlarında Kənan da olmuşdur. Saat birin yarısı gəlib kəndlərinə çatmışlar. Yol boyu isə internet götürmüşlər, hərə öz telefonu ilə maraqlanmış, gəlib kəndə çatmışlar, hərə öz evinə dağılmış, gedib çörək yemişlər. Sonra isə Neymət gedib, sonuncunun bacısını hazırlığa qoymuşlar, yenidən öz evlərinə getmişlər. Axşam tərəfi Neymətlə birdə görüşmüşlər, biraz fırlanmışlar, sonra isə hərə öz evinə çörək yeməyə getmişdir. Axşamı isə idman zalına tək getmişdir. Aradan onon beş dəqiqə sonra isə Neymət də ora gəlmişdir. Zalda idman eliyib, telefonla oynayıb, sonra isə hamı öz evlərinə dağılmışdır. Sonra isə qonşusu ilə dayısıgilin marketinə getmiş, Neymətin evi də həmin marketə yaxın olmuşdur. Atasına marketə getdiyini demiş, atası isə ona siqaret almağı tapşırmışdır. Mağazada söhbət etmiş, Neymət onu çağırmışdır, o isə çölə çıxmışdır. Neymətlə görüşəndə görmüş ki, rəngi başı qaçıb. Ona Neymət demişdir ki, “telefonda biriylə dalaşmışam, mənə söyüş söyüb, indi bura gəlir”. Bunu deyəndən sonra maşın gəlib, yanacaqdoldurma məntəqəsinin yanında saxlamışdır. Neymət ora getmiş, özü də Neymətin arxasınca getmişdir. Ora Cahid, iki oğlu və yanında da üç-dörd nəfər cavan oğlan gəlmişdir. Cahid onlarla salamlaşmış, bu nədir hamınız saqqal saxlamısız demişdir. Onlar isə nolar ki, saqqaldı saxlamışıq demişdir. Cahid isə vahabi olduqlarını soruşmuşdur. Neymətlə də əllə danışmış, Neymət ona “zəhmət olmasa əlini aşağı sal” demişdir. Cahid isə “bu torpaqlarda döyüşmüşəm, sən kimsən mənim oğluma zəng vurmusan” demişdir. Neymət isə onunla telefonda kimin danışdığını soruşmuşdur. Cahidin oğlu isə onun danışdığını demişdir. Bundan sonra Neymət ona “gəl qırağa söhbət edək” demişdir. Onlar qırağa gedəndə isə Cahid demişdir ki, “çaşmayın ikiniz də aşarsız” demişdir. Sonra o ikisi daldaya keçmiş, onlar isə söhbət etmişdir. Bundan sonra Cahidin oğlu gəlib yanlarında yıxılmışdır. Neymət isə qaçıb gedib atasın çağırmış, “adam öldürdüm üstümə gəlmişdilər, vurmuşam” demişdir. Hadisənin belə olacağına heç kim inanmamışdır. Cahid isə “hanı o, tapın gətirin demişdir”. Bundan sonra hamısı evlərinə dağılmışdır. Neymət isə onu yıbığ soruşmuşdur ki, “uşaq necə oldu”. Özü isə xəbərinin olmadığını demişdir. Neymətdən niyə vurduğunu soruşduqda, Neymət “soruşdum ki, söyüş söyən səndin, üstümə gəldi məndə vurdum” demişdir. Neymətin necə vurduğunu görməmiş, lakin boğazından qan gəldiyini görmüşdür. Neymət ona hadisədən otuz dəqiqə sonra yığmışdır. Hadisə yerində Orxan da orda olub. Neymətin üstündə isə bıçaq görməmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, həmin gün saat 15 radələrində o, məhləyə çıxanda Neymətin yaşadığı evin yaxınlığında olduğunu görmüşdür. Neymətlə salamlaşdıqdan sonra birlikdə gəzərək vaxt keçirmək qərarına gəlmişlər. Təxminən 2 saat Neymətlə məhlədə gəzib ümumi mövzulardan söhbət etmişlər. Daha sonra hərə öz evinə getmişdir. Bundan sonra o, Neymətlə görüşməmiş, eləcə də telefonla danışmamışdır. Həmin gün saat 23 radələrində ailə üzvləri ilə birlikdə evdə olarkən kənddə yerləşən ”Oscar” yanacaqdoldurma məntəqəsi tərəfdən möhkəm qışqırıq səsləri gəldiyini eşitmişlər. Həmin yanacaqdoldurma məntəqəsi onların evindən təxminən 250 metr məsafədə yerləşir. O, atası ilə birlikdə bayıra çıxmış və həmin yerə getmişdir. Onlar ora çatdıqda kənd camaatından eşitmişlər ki, Neymət bıçaqla adam vurmuşdur. Bildirir ki, Neymətin Azər adlı şəxsi bıçaqla vuraraq öldürməsini onlar səhərisi gün kənd camaatından öyrənmişlər. Neymətin tanımadığı Azər adlı həmin şəxsi hansı səbəblə öldürməsi, eləcə də Neymətin onu öldürməsinin digər təfərrüatlarını bilmir. Əlavə olaraq bildirir ki, təxminən 2023-cü ilin dekabr ayının ortalarında Kənan ona İlham adlı bir şəxslə “TikTok” sosial şəbəkəsində İlhamın paylaşdığı bir videoya görə “Whatsapp” proqramı vasitəsi ilə mübahisə etdiyini, lakin sonradan məsələni yoluna qoyduqlarını demişdir. O, paylaşılan həmin video barədə maraqlanmamış, həmçinin o, hazırda da həmin videoya baxmamışdır. Hadisədən sonra eşitmişdir ki, Neymətin qətlə yetirdiyi şəxs İlhamın qardaşı Azərdir və Neymət Azəri “TikTok” sosial şəbəkəsində paylaşılan hansısa videoya görə öldürmüşdür. Həmçinin bildirir ki, o, Neymətin üzərində heç zaman bıçaq görməmiş, eləcə də Neymətdə bıçaq olduğunu heç zaman bilməmişdir. İfadəsi elan olunduqdan sonra Şahid5 həmin ifadəsini təsdiq etmədiyini, səhv dediyini, valideynlərinin nəyəsə görə pis olmasını istəmədiyi üçün elə ifadə verdiyini bildirmişdir. İşdə olan, 05 yanvar 2024-cü il tarixli baxış aparılması və götürmə haqqında protokoldan görünür ki, hadisəni törətmiş Təqsirləndirilən şəxs saxlanılan zaman cinayəti törətdiyi bıçağın həyətlərində gizlətdiyini bildirərək həmin bıçağın yaşadığı evdə, yəni Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən atası Təyyar Bayramova məxsus evin həyətindəki ağaclardan birinin altında olan şifer parçasının altında gizlətdiyini bildirərək həmin bıçağın oradan götürülməsini xahiş etmiş, bundan sonra Təyyar Bayramovun həyətinə baxış keçirilərkən ağaclardan birinin altındakı şifer parçasının altından bir ədəd qara rəngli qatlanan bıçaq aşkar edilmişdir. Həmin bıçaq iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğundan baxış keçirildikdən sonra götürülmüşdür. (c İ, i.v 7) İşdə olan, 06 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto və videoçəkilişdən görünür ki, hadisənin baş verdiyi yer Füzuli rayonu, Kürdmahmudlu kəndi ərazisində yerləşən “OSCAR” yanacaqdoldurma məntəqəsinin yanında yerləşən istidəyə verilməmiş iaşə obyektinin qarşısıdır. Həmin iaşə obyektinin qarşısında beton yer səthi üzərində 4 yerdə qanabənzər maddələr vardır. Həmin qanabənzər maddələrin olduğu yerlər 1-dən 4-ə qədər rəqəmlərlə nömrələndi. 1 rəqəmi ilə nömrələnmiş qanabənzər maddənin üzərində qanabənzər maddəyə bulaşmış sarımtıl rəngli qısaqol köynək vardır. Baxış zamanı qanabənzər maddəyə bulaşmış 1 ədəd sarımtıl qısaqol köynək və 1-dən 4-ə qədər rəqəmlərlə nömrələnmiş qanabənzər maddələr 5 ədəd pambığa hopdurularaq götürülüb müvafiq qaydada qablaşdırılmışdı və protokola əlavə edilmişdi. (c İ, i.v 8-14) İşdə olan, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X11 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İ, i.v 15) İşdə olan, 06 yanvar 2024-cü il tarixli X7 meyitinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto və videoçəkilişdən görünür ki, X7 meyitinin baxışı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən Füzuli Rayon Mərkəzi Xəstəxanasının təşrihxanasında aparıldı. Təşrih masası üzərində düzgün bədən quruluşlu, kafi qidalı, boyu 1.85 metr olan kişi cinsli meyit uzadılmışdır. Meyitin əynində olan paltarları: Belində kəmər olan 1 ədəd qara rəngli cins şalvar; 1 ədəd sarı rəngli alt qış gecə tumanı; 1 ədəd yerliyi boz rəngli üzərində qara rəngli idman fiqurları olan trusik. Şalvarın sol yan cibində bir ədəd pulqabı, həmin pulqabının içərisində 45 manat məbləğində pul (2 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq əskinas), 1 ədəd "xxxx" ASC-yə məxsus plastik kart, 1 ədəd "xxxx" ASC-yə məxsus plastik kart, 1 ədəd "xxxx" ASC-yə məxsus plastik kart və 1 ədəd X10 məxsus şəxsiyyət vəsiqəsi vardır. Meyitin bədən səthi üzərində olan xəsarətlər: 1) Boyunun sol aşağı 1/3-dən orta xəttdən 3,5 sm,dabanaltı səthdən 158 sm yuxarı məsafədə 3x0,5 sm ölçüdə, kənarlarını yaxınlaşdırdıqda 3,2 sm uzunluğunda xətti forma alan boylama oxu saat sferbulatının 2 və 7 rəqəmlərini birləşdirən xətt istiqamətində kənarları hamar, düzgün, yuxarı ucu iti, aşağı ucu P şəkilli toxuma defekti ilə müşayiət olunmayan, mənfəzindən qan axan 1 ədəd kəsilmiş-deşilmiş yara; 2) Döş qəfəsinin sol yarısında orta qoltuq xətti üzrə dabanaltından 134 sm yuxarı məsafədə 6-cı qabırğaarası sahədə 3x0,5 sm ölçüdə kənarlarını yaxınlaşdırdıqda 3,2 sm uzunluğunda xətti forma alan kənarları düzgün-hamar yuxarı bucağı iti, aşağı bucağı nisbi oval formalı dəlik şəkilli yara; 3) Sağ aşağı ətrafın arxa səthində, bud sağrı büküşü nahiyəsində dabanaltından 84 sm məsafədə analoji xarakterli yara vardır. Meyitin baxışı zamanı bədən səthində başqa hər hansı xəsarət və xəsarət izi aşkar olunmadı. Meyitin xarici baxışı zamanı 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd sarı rəngli alt gecə tumanı, 1 ədəd boz rəngli trusik, 1 ədəd pulqabı, pulqabının içərisində olan 45 manat məbləğində pul (2 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq əskinas), 1 ədəd "xxxx" ASC-yə məxsus plastik kart, 1 ədəd "xxxx" ASC-yə məxsus plastik kart, 1 ədəd "xxxx" ASC-yə məxsus plastik kart, 1 ədəd X10 məxsus şəxsiyyət vəsiqəsi və 10 ml qan nümunəsi götürülmüşdü. (c İ, i.v 19-29) İşdə olan, şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü ildən saat 00:05 dəqiqədən faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. (c İ, i.v 45) İşdə olan, xx.xx.2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi videoçəkiliş aparılmaqla yerində yoxlanılarkən o, xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində yerləşən yaşadığı evdən özünə məxsus bıçağı götürərək, Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində yerləşən “Oscar” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Azərlə görüşdüyü və Azəri özü ilə gətirdiyi bıçaqla vuraraq qətlə yetirdiyi yeri təqdim etmişdir. (c İ, i.v 59-67) İşdə olan, götürmə və baxış aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto və videoçəkilişdən görünür ki, hadisə baş verən zaman X7 əynində olmuş 1 ədəd gödəkçə, 1 ədəd jaket, 1 ədəd qısaqol köynək, 1 ədəd uzunqol isti alt köynəyi, 1 ədəd mayka, 1 cüt corab və 1 cüt ayaqqabı götürülərək müvafiq qaydada qablaşdırılmışdır. (c İ, i.v 70-78) İşdə olan, götürmə və baxış aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində olmuş 1 ədəd şalvar, 1 ədəd uzunqol köynək, 1 cüt ayaqqabı və 1 ədəd gödəkçəni könüllü olaraq təqdim etmiş və götürülərək müvafiq qaydada qablaşdırılmışdır. (c İ, i.v 95-102) İşdə olan, 07 yanvar 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, 01 ədəd qatlanan bıçaq, hadisə yerinə baxış keçirilərkən aşkar edilmiş qanabənzər ləkələrin hopdurularaq götürüldüyü 5 ədəd pambıq, X10 məxsus 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd boz rəngli trusik gödəkçə, 1 ədəd sarı rəngli alt gecə tumanı və tədqiqat aparılması üçün sonuncunun meyitindən götürülmüş qan nümunəsi, Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli şalvar, 1 ədəd göy rəngli uzunqol köynək, 1 ədəd qara rəngli gödəkçə, 1 cüt qara rəngli ayaqqabı, X10 məxsus 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli jaket, 1 ədəd boz rəngli qısaqol köynək, 1 ədəd sarı rəngli uzunqol isti alt köynəyi, 1 ədəd boz rəngli mayka, 1 cüt qara rəngli corab və 1 cüt boz rəngli ayaqqabı, hadisə yerinin baxışının aparılması, meyitin baxışının aparılması, şübhəli şəxsin ifadəsinin yerində yoxlanması, götürmə və baxış aparılması haqqında istintaq hərəkəti protokollarına əlavə edilmiş disklər iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut qismində tanınaraq Füzuli rayon prokurorluğunun “Maddi sübutların saxlanılması” otağına təhvil verilmişdir. (c İ, i.v 103- 105) İşdə olan, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(064)-1/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 yanvar 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 121-124) İşdə olan, xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında qərardan görünür ki, X9 zərərçəkmiş şəxs X7 hüquqi varisi qismində tanınmışdır. (c İ, i.v 143) İşdə olan, Füzuli RİHB-nın Əbdürrəhmanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, X11 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c İ, i.v 171) İşdə olan, Füzuli RİHB-nın Əbdürrəhmanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası, anası, qardaşı və bacısından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c İ, i.v 173-174) İşdə olan, 06 fevral 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin 02 fevral 2024-cü il tarixli, 2641 nömrəli məktubu ilə rayon prokurorluğuna göndərilmiş 1 ədəd diskin baxışının aparılması zamanı müəyyən edildi ki, diskin üzərində “Verbatim 1513” yazıları vardır. Disk “HP” markalı kompüter vasitəsi ilə oxunduqda içərisində “1513.zip” adlı fayl vardır. Həmin fayla daxil olduqda içərisində “508251929_SMS.txt”, “509795443_SMS.txt”, “515523896_SMS.txt”, “**********29.txt”, “**********43.txt”, “**********96.txt”, “abuneciler1513.xlsx” və “antenna1513.xlsx” adlı fayllar vardır.“508251929_SMS.txt” faylının içərisində X7 istifadəsində olan ********* saylı telefon nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış sms mətnləri qeyd edilmişdir. “509795443_SMS.txt” faylının içərisində Şahid1 istifadəsində olan ********* saylı telefon nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış sms mətnləri qeyd edilmişdir. “515523896_SMS.txt” faylının içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı telefon nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış sms mətnləri qeyd edilmişdir. “**********29.txt” faylının içərisində X7 istifadəsində olan ********* saylı telefon nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. “**********29.txt” faylının içərisində Şahid1 istifadəsində olan ********* saylı telefon nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. “**********96.txt” faylının içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı telefon 01 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. “abuneciler1513.xls” faylının içərisində yuxarıda qeyd olunan telefon nömrələri ilə zəng edilmiş, zəng qəbul edilmiş, sms göndərilmiş və sms qəbul edilmiş telefon nömrələrinin sahibləri barədə məlumatlar qeyd edilmişdir. “antenna1513.xls” faylının içərisində yuxarıda qeyd olunan nömrələrin və həmin telefon nömrələrindən zəng edilmiş, zəng qəbul edilmiş, sms göndərilmiş və sms qəbul edilmiş telefon nömrələrinin anten dairələri üzrə məlumatları qeyd edilmişdir. “abuneciler1513.xls” faylının içərisinə daxil olduqda görünür ki, ********* saylı telefon nömrəsi X14 adına, ********* saylı telefon nömrəsi X12 adına, ********* saylı telefon nömrəsi Əliyev Asəf Hicran oğlunun adına rəsmiləşdirilmişdir. Müəyyən edildi ki, 05 yanvar 2024-cü il tarixdə, saat 09:38-də Şahid5 istifadəsində olan ********* saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 43 saniyə olmuşdur. 05 yanvar 2024-cü il tarixdə, saat 09:50-də Şahid5 istifadəsində olan ********* saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 15 saniyə olmuşdur. 05 yanvar 2024-cü il tarixdə, saat 10:52-də Şahid5 istifadəsində olan ********* saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 15 saniyə olmuşdur. 05 yanvar 2024-cü il tarixdə, saat 10:54-də Şahid5 istifadəsində olan ********* saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 58 saniyə olmuşdur. 05 yanvar 2024-cü il tarixdə, saat 10:59-da Şahid5 istifadəsində olan ********* saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 45 saniyə olmuşdur. 05 yanvar 2024-cü il tarixdə, saat 11:00-da Şahid5 istifadəsində olan ********* saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 54 saniyə olmuşdur. 05 yanvar 2024-cü il tarixdə, saat 11:02-də Şahid5 istifadəsində olan ********* saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 13 saniyə olmuşdur. 05 yanvar 2024-cü il tarixdə, saat 11:04-də Şahid5 istifadəsində olan ********* saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 11 saniyə olmuşdur. 05 yanvar 2024-cü il tarixdə, saat 11:04-də Şahid5 istifadəsində olan ********* saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 10 saniyə olmuşdur. Həmin telefon zəngləri zamanı Şahid5 və Təqsirləndirilən şəxs anten dairələri Bakı şəhərində qeydə alınmışdır. Həmçinin müəyyən edildi ki, 05 yanvar 2024-cü il tarixdə, saat 22:10-da X4 istifadəsində olan ********* saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 15 saniyə olmuşdur. 05 yanvar 2024-cü il tarixdə, saat 22:13-də X4 istifadəsində olan ********* saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 24 saniyə olmuşdur. Həmin telefon zəngləri zamanı X4 anten dairəsi Zobucuq qəsəbəsində, Təqsirləndirilən şəxs anten dairəsi Aşağı Kürdmahmudlu kəndində qeydə alınmışdır. (c İ, i.v 221-223) İşdə olan, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X7 meyitinə baxış keçirilməsi zamanı götürülmüş 45 manat məbləğində pul (2 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq əskinas), 1 ədəd "xxxx" ASC-yə məxsus plastik kart, 1 ədəd "xxxx" ASC-yə məxsus plastik kart, 1 ədəd "xxxx" ASC-yə məxsus plastik kart və 1 ədəd X10 məxsus şəxsiyyət vəsiqəsi X5 qaytarılmışdır. (c İ, i.v 224) İşdə olan, xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 235) İşdə olan, Füzuli Rayon Polis şöbəsindən daxil olmuş 16 fevral 2024-cü il tarixli, 31373/2-2532/2024 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Kürdmahmudlu kənd sakini Bayramlı X6 Azər Cahid oğlu ilə sosial şəbəkədə aralarında yaranmış mübahisə nəticəsində görüş təyin etmiş, daha sonra Füzuli rayonu Kürdmahmudlu kəndi ərazisində görüşərək orada çoxsaylı bıçaq zərbələri vuraraq öldürmüşdür. Təqsirləndirilən şəxs Bakı şəhərindən xx.xx.2024-cü il tarixdə Füzuli rayonu Kürdmahmudlu kənd sakinləri Şahid5 və Şahid4 ilə birlikdə gəlmişdir. Həmin şəxslərin hadisədə iştirakı olmamışdır. Hadisə baş verən gün Təqsirləndirilən şəxs tək olmuşdur, o heç kimlə əlaqə saxlamamışdır. Hadisə baş verən gün Təqsirləndirilən şəxs hadisə yerinə tək gəlmişdir, digər şəxslərin iştirakı olmamışdır. (c İ, i.v 236) İşdə olan, trasoloji, kriminalistik və soyuq silah ekspertizasının 14 fevral 2024-cü il tarixli, 39-MTKŞ/2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X10 məxsus qolsuz boz rəngli maykanın ön səthinin sol yuxarı nahiyəsində bir ədəd, trusikin arxa səthinin sağ aşağı nahiyəsində bir ədəd, sarı rəngli alt şalvarın arxa səthinin sağ yuxarı nahiyəsində bir ədəd, sarı rəngli alt köynəyinin ön səthinin sol yuxarı nahiyəsində bir ədəd, ön səthində solda bir ədəd, qara rəngli uzunqol jaketin ön səthinin sol yuxarı nahiyəsində bir ədəd, ön səthində solda bir ədəd, cins şalvarın arxa səthinin sağ yuxarı nahiyəsində bir ədəd, qısaqol boz rəngli köynyin ön səthinin sol yuxarı nahiyəsində bir ədəd, ön səthində solda bir ədəd, qara rəngli gödəkçənin ön səthinin sol yuxarı nahiyəsində bir ədəd, ön səthində solda bir ədəd dəlib-keçən və ona məxsus gödəkçənin ön səthində solda bir ədəd dəlib-keçməyən zədələr aşkar olundu. X10 məxsus paltarlarda aşkar edilmiş dəlib-keçən zədələr deşilmiş-kəsilmiş zədələr olub, kafi itilikdə olan ülgücü, iti ucu və qabırğalar özlərini bir qədər biruzə verən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. X10 məxsus gödəkçənin ön səthində solda aşkar edilmiş bir ədəd dəlib-keçməyən zədə kəsilmiş zədədir, iti kənarı olan alətlə (əşya) ilə törənmişdir. X10 məxsus paltarlarda aşkar edilmiş dəlib-keçən deşilmiş-kəsilmiş və dəlibkeçməyən kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. X10 məxsus qara rəngli gödəkçənin sol yan tikişində yuxarıda və onunla əlaqələnən qol tikişində məhdud sökülmələr aşkar olundu. Bu sökülmələr küt qüvvə təsiri ilə gödəkçənin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş X10 məxsus bir cüt corab və bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək, şalvar və bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş bir ədəd sarı rəngli qısaqol köynəyin üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Təqdim edilmiş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik aşkar olunmadı. (c İ, i.v 238-248) İşdə olan, məhkəmə-bioloji ekspertizasının 06 fevral 2024-cü il tarixli, 51/2024- MTBŞ nömrəli rəyindən görünür ki, X7 AB0 sistemi üzrə qrup göstəricisi: O(İ). Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, X10 məxsus cins şalvar, alt şalvarı, tuman, gödəkçə, jaket, qısaqol köynək, alt köynəyi, qolsuz mayka, 01 cüt corab, 01 cüt ayaqqabı Təqsirləndirilən şəxs məxsus cins şalvar, kofta, 01 cüt ayaqqabı, hadisə yerindən götürülmüş qısaqol köynək və 04 ədəd pambıq tampon üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə “H” angeni alındı. Belə olan halda bu qan ləkələri O(İ) qruplu şəxsə, o cümlədən X10 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə üzərində qana şübhəli ləkə, cins şalvarın sağ ayağının arxa səthindəki ləkədə isə qan aşkar olunmadı. (c İ, i.v 250-257) İşdə olan, xx.xx.2024-cü il tarixli 173/K saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nüunəsində etil spirti aşkar edilmədi. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadı. (c İ, i.v 259-260) İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2024-cü il tarixli, 835 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müəyinə zamanı Təqsirləndirilən şəxsn narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (c İİ, i.v 13-14) İşdə olan, Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyindən daxil olmuş 04 mart 2024-cü il tarixli, 12 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyində qeydiyyatdan keçməmişdir. (c İİ, i.v 8) İşdə olan, kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 12 mart 2024-cü il tarixli, 1034 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarıın normaya uyğun olması müəyyən edilir. Onda xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, indakarlıq, tez özündən çıxmaq, özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əmək barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci, 21.3-cü və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcbur müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, təfəkkür, qavrama, xarakter və s.), əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Hirslilik, qçcığa qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək, laqeydlik, eqosentrizm, emosional reaksiyalara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional vəziyyətində fərdi-psixi xüsusiyyətləri fonunda hirslilik, emosional reaksiyalara meyillilik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji və ya kumulyativ affekt, psixi-emosional gərginlik, stres, frustrasiya vəziyyətində olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. (c İİ, i.v 16-19) İşdə olan, məhkəmə-tibbi ekspertizasının 17 oktyabr 2021-ci il tarixli, 21/20 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı bədən səthində 3 ədəd kəsilmiş-deşilmiş yara aşkar olunmuşdur. Birinci yara boyunun sol yan səthinin aşağı üçdə birində yerləşməklə qan damarlarının (yuxu arteriyasının, vidaci venanın və s) boyun səviyyəsində zədələnməsi ilə müşayiət olunur. Yara kanalının istiqaməti soldan sağa, öndən cüzi arxaya, aşağıdan cüzi yuxarıyadır. İkinci yara döş qəfəsinin sol yarısında-orta qoltuq xətti üzrə 6-cı qabırğarası proyeksiyada yerləşir. Yara kanalı plevra boşluğuna keçərək sol tərəfli hemotoraksla (sol plevra bo.luğuna qan yığılması) müşayiət olunur. Yara kanalının istiqaməti soldan sağa, öndən cüzi arxaya, aşağıdan cüzi yuxarıyadır. Üçüncü yara sağ budun yuxarı üçdə birinin arxa səthində yerləşir. Yara kanalının istiqaməti arxadan önə, aşağıdan cüzi yuxarıyadır. X1 boyun və döş qəfəsi nahiyələrində aşkar olunmuş xəsarətlər canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəsi olan sağlamlığa ağır zərər vurma, sağ bud nahiyəsində aşkar olumuş xəsarət isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilir. X7 ölümünə səbəb boyunun magistral qan damarlarının zədələnməsindən törənmiş kəskin qanitirmə olmuşdur. Daxili üzvlərin kəskin venoz azqanlılığı və sol mədəciyin endokrad qişasının altənda tünd qırmızı rəngdə zolaqşəkilli formada qansızma sahəsinin olması bu növ ölümün səbəbini tam təsdiqləyir. Aşkar olunmuş yaralar ətrafı və yara kanalları boyu yumuşaq toxumalarda tünd qrımızı rəngdə yayılmış halda qansızmaların olması xəsarətlərin həyatiliyini təsdiqləyir. Mərhumun meyitində aşkar olunmuş yaraların xarakterinə, ölçülərinə, forma və morfoloji əlamətlərinə görə demək olar ki, bu yaralar deşilmiş-kəsilmiş yara olub, ülgücə və küpə malik yastı tiyə tipli hər-hansı bir deşici- kəsici alətin(əşyanın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05 yanvar 2024-cü il tarixdə, maddi sübüt kimi ekspertizaya təqdim olunmuş bıçaqla və ya ona oxşar konstruktiv xüsusiyyətlərə malik digər deşici-kəsici alətlərlə (bıçaqlarla) yetirilə bilərdi. Mərhumun meyitində aşkar olunmuş xəsarətlərin morfoloji görünüşləri və anatomik ölçüləri uyğunluq təşkil etdiyi üçün hadisə vaxtı bir alətdən (bıçaqdan) istifadə olunmaı qənaətinə gəlmək olar. Hadisə yerinin müayinəsinə, istintaq materiallarına əsaslanaraq, yara kanallarının, o cümlədən yaralar ətrafında dəri örtüyünün qanla bulaşmasını və qan axıntısı izlərinin istiqamətini nəzərə alaraq demək olar ki, mərhum hadisə zamanı hücum edən şəxslə ayaqüstə, onunla üz-üzə və ya yan səthi ilə təmas vəziyyətlərində ola bilərdi. X1 bədən səthi üzərində aşkar olunmuş xəsarətlərin qeyri-tipik lokalizasiyasına, morfoloji görünüşünə, ağırlıq dərəcəsinə və s. əsaslanaraq demək olar ki, xəsarət şəxsin özü tərəfindən yetirilə bilməzdi. X1 bədənində aşkar olunmuş xəsarətlərdən boyun nahiyəsindəki kəsilmiş-deşilmiş yara magistral qan damarlarının zədələnməsi və nəticədə profuz qanaxma ilə müşaiyət olunduğu üçün mərhum hadisədən sonra təxminən bir neçə dəqiqə məqsədyönlü hərəkətlər (danışmaq, qışqırmaq, yerimək və s) edə bilərdi. X1 meyiti üzrəində aşkar olunmuş xəsarətlərin qısa zaman çərçivəsində yetirilməsi və buna görə yara kanalları boyu qansızmalar eyni intensivlikdə olması səbəbindən xəsarətlərin yetirilmə ardıcıllığı barəsində qəti fikir söyləmək mümkün deyildir. Meyit əlamətlərinin inkişaf dərəcəsini və ilin fəsilini nəzərə almaqla demək olar ki, X7 ölmünün müddəti müayinədən 4-5 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti, narkotik tərkibli və digər güclü təsiredici maddələr aşkar olunmamışdır. (c İİ, i.v 21-28) İşdə olan, xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətinin aparılması zamanı Şahid1 şahid qismində verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (c İİ, i.v 52-57) İşdə olan, xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X9 ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkətinin aparılması zamanı Cahid Allahverdiyev şahid qismində verdiyi ifadəsində göstərdiklərini Şahid3 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (c İİ, i.v 87-89) İşdə olan, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Azercell Telekom MMC-dən daxil olmuş, telefon danışıqlarına dair məlumatların qeyd olunduğu 1 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, 06 yanvar 2024-cü il tarixdə zərərçəkmiş şəxs X7 meyitinə baxış keçirilməsi zamanı tədqiqat aparılması üçün onun meyitindən götürülmüş qan nümunəsi məhkəmə-bioloji ekspertizasının aparılması üçün təqdim edildiyindən, həmin qan nümunəsinin tədqiqatın aparılmasına sərf olunması nəzərə alınmışdır. (c İİ, i.v 90-130) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X16 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə yerinə zərərçəkmiş şəxs Azər Allahverdiyevin ona ağır söyüşlər söyməsi səbəbindən getmiş, onu öldürmək fikri olmamış, Azər Allahverdiyevin onu vuracağını düşündüyündən, qorxub üzərində saxladığı bıçaqla onu vurmuş, ilk zərbədən sonrasını isə xatırlamır. Təqsirlərdirilən şəxsin irəli sürdüyü dəlillərlə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs irəli sürdüyü yuxarıda göstərilən dəlilərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar, iş üzrə dindirilmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisi Cahid Allahverdiyev, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, keçirilmiş Məhkəmə-tibb ekspertizasının 17 oktyabr 2021-ci il tarixli, 21/20 nömrəli rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlar ilə tam təkzib edilir. Belə ki, cinayət işi üzrə müəyyən olunmuş faktiki hallarla və iş üzrə tədqiq olunmuş sübutların müqayisəli təhlilinə əsasən Təqsirləndirilən şəxs hərəkətləri, sonuncunun ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmaqla müşayiət olunan, özünün şəxsiyyətini Azər Allahverdiyevin şəxsiyyətinin fövqündə qoyması kimi qiymətləndirilərək xuliqanlıq niyyəti ilə sonuncunu qəsdən öldürmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə günü özünə məxsus mobil telefonda “Tik-Tok” sosial şəbəkəsinə paylaşılan məlumatlara baxarkən qarşısına “o17ilham” adlı profildə “X24 Füzulinində ilhami var))” sözləri ilə paylaşılmış videonu görüb, qeyd edilən videoda yazılanların mənasını aydınlaşdırmaq üçün həmin profilin mesaj bölümünə daxil olaraq əvvəllərdən tanımadığı profil sahibindən həmin yazılanların mənasını soruşmuş, profil sahibi ona cavab yazmadığından o, tanışları vasitəsilə profil sahibi olan Şahid1 mobil telefon nömrəsini əldə edib “Whatsapp” ani yazışma proqramı vasitəsilə sonuncuya mesaj yazıb yuxarıda qeyd edilən videoda paylaşılmış sözlərin mənasını soruşmuş, Şahid1 həmin videonu və sözləri yumor məqsədilə paylaşdığını, hər hansı xüsusi məna daşımadığını bildirsə də, o, buna məhəl qoymayıb mübahisəni böyütməyə davam etmiş, bu zaman Şahid1lə eyni otaqda olan və yaşca ondan böyük olan qardaşı X2 telefonunu götürərək onunla danışıb məsələni böyütməməsini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs mübahisəni davam etdirib və münaqişəyə çevirmiş 05 yanvar 2024-cü il tarixdə, saat 22:30 radələrində əvvəlcədən aralarında olan danışığa uyğun olaraq X8-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “OSCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında görüşüb bir qədər söhbət etdikdən sonra Azər Allahverdiyevi qəsdən öldürmək məqsədi ilə yanacaqdoldurma məntəqəsinə bitişik olan istifadəyə verilməmiş tikilinin yan tərəfinə dəvət edərək sonuncudan telefonda danışarkən onu söyməsinin səbəbini soruşmuş, Azər Allahverdiyev telefonda danışarkən onu söymədiyini bildirsə də, o, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, buna hüquqi və mənəvi haqqı olmadığı halda tanımadığı şəxsin öz sosial şəbəkə səhifəsində paylaşdığı, onun qanuni mənafelərinə hər hansı formada xələl gətirməyən və zərər yetirməyən sözlər yazmasına haqsız irad bildirməklə qəsdən münaqişə yaratmış, onun haqsız olaraq yetkinlik yaşına çatmayan qardaşına iradlar bildirib sorğu-suala tutmasına haqlı cavab verən Azər Allahverdiyevi guya telefonda onun ünvanına nalayiq söyüşlər söyməsi bəhanəsi ilə həyatdan məhrum etmək məqsədi ilə əvvəlcədən özü ilə götürdüyü, qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağını əynindəki gödəkçəsinin cibindən çıxararaq Azər Allahverdiyevin həyat üçün mühüm olan orqanlarına qəsdən zərbələr vurub onu xuliqanlıq niyyəti ilə öldürmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlcə ölmüş zərərçəkmiş şəxsin qardaşı Şahid1 özünə aid sosial şəbəkə səhifəsində paylaşdığı və Təqsirləndirilən şəxs hər hansı bir aidiyyəti olmayan sözlər yazmasına haqsız irad bildirmək üçün Şahid1 həmin profilin mesaj bölüməsində yazması, sonuncunun isə ona cavab yazmadığından öz tanışları vasitəsilə Şahid1 mobil telefon nömrəsini əldə edib “Whatsapp” ani yazışma proqramı vasitəsilə sonuncuya mesaj yazıb əvvəlcə videoda paylaşılmış sözlərin mənasını təkidlə soruşması, Şahid1 sözləri yumor məqsədilə paylaşdığını, hər hansı xüsusi məna daşımadığını bildirsə də, mübahisəni böyüdüb, nəhayət yaşca Şahid1 böyük olan qardaşı Azər Allahverdiyevin onunla danışıb məsələni böyütməməsini bildirməsinə məhəl qoymaması, mübahisəni davam etdirib və münaqişəyə çevirməsi, nəticədə 05 yanvar 2024-cü il tarixdə, saat 22:30 radələrində əvvəlcədən aralarında olan danışığa uyğun olaraq X8-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “OSCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında görüşməyə nail olması, həmin görüş zamanı isə mübahisənin İlham və Azər Allahverdiyevlərin atası Cahid Allahvediyev tərəfindən sonlandırılmasına, aralarında barışıq olmasına baxmayaraq, Təqsirləndirilən şəxs isə öz hərəkətlərini davam etdirərək, ölmüş zərərçəkmiş şəxsi yenidən görüşdükləri yanacaqdoldurma məntəqəsinə bitişik olan istifadəyə verilməmiş tikilinin yan tərəfinə dəvət edərək, orada Azər Allahverdiyevi həyatdan məhrum etmək məqsədi ilə əvvəlcədən özü ilə götürdüyü, soyuq silah hesab edilən qatlanan tipli ov bıçağını əynindəki gödəkçəsinin cibindən çıxararaq Azər Allahverdiyevin həyat üçün mühüm olan orqanlarına qəsdən zərbələr vurub Azər Allahverdiyevin boyunun magistral qan damarlarının zədələnməsindən törənmiş kəskin qanitirmədən ölməsinə səbəb olmaqla sonuncunu qəsdən xuliqanlıq niyyəti ilə öldürməsi kimi işin mübahisəsiz hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatları məsuliyyətini yüngülləşdirmək məqsədi ilə seçilmiş müdafiə taktikası, işin faktiki halları ilə üst-üstə düşməyən, obyektiv həqiqəti əks etdirməyən ifadələr kimi dəyərləndirir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah hesab edilən bıçağı əldə edərək gəzdirməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün də etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və İnzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə "Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərə görə xuliqanlıq motivinin sübut edilməsi şəxsin əməlinin xuliqanlıq və xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi qiymətləndirilməsini və həmin əməllərə Azərbaycan Respublikası CM-in 221 və 126.2.4-cü maddələrinin tətbiq maddələrinin tətbiq edilməsini mümkün edən zəruri şərtdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Cinayət qanunvericiliyinə əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə həyata keçirilən ictimai təhlükəli əməl dedikdə, heç bir səbəb olmadan və ya cüzi bir səbəbdən törədilmiş, insanın şəxsiyyətinə və ya onun əmlakına yönəlmiş qəsdən edilən hərəkətlər başa düşülməlidir. Bununla yanaşı, təqsirli şəxsin mübahisə, savaşma və ya dalaşma zəminində onun zorakı hərəkətlər törətməsi zamanı niyyətinin düzgün müəyyən edilməsi üçün kimin mübahisə və dava-dalaşın yaratmasının təşəbbüskarı olması, konfliktə təhrik etmək üçün hüquqazidd hərəkətlərin törədilməsinə bəhanənin gətirilməsinin təşəbbüskarının kimin olmasının aydınlaşdırılması vacibdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarlarının müddəalarına da istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan yuxarıda qeyd edilən hərəkətlərə yol verilməsi cinayət işi üzrə işin müəyyən edilmiş halları və məhkəmə istintaqında araşdırılan sübutlara əsasən Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq niyyəti, yəni özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymaq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstəmək, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsi, o cümlədən cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunan əlamətlər mövcud olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olubolmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: -Şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -Şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -Şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi. Məhkəmə tərkibi qeyd edir ki, xuliqanlıq niyyəti insan ləyaqətinə hörmətsizliklə, ictimai maraqlara, davranış qaydalarına və qanunlara qarşı laqeydliklə bağlı olan eqoizmdən əmələ gəlir. Xuliqanlıq motivi həm də özünü onda göstərir ki, bu zaman subyektə cinayətkar əməlin özü zövq verir və o, bu əməli törətməklə özünü göstərmək istəyir. Xuliqanlıq motivi ilə adam öldürmə cinayətində bəzən qisasın elementinə də rast gəlinir. Lakin burda qisas hər şeyi həll edən motiv kimi deyil, məhz ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq şəkildə etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla ən xırda bir məsələni şişirdərək xüsusilə ağır formada qisas almaqla xuliqanlıq niyyətinin yaranmasına səbəb olan bəhanə kimi çıxış edir. Yəni bu zaman şəxs qisas motivindən məhz bəhanə kimi istifadə etmiş olur. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, "Xuliqanlıq cinayətinin motivi təqsirkarin qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir". Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 120.2.2 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürmə cinayəti birbaşa törədilən zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, təqsirləndirilən şəxsin cinayət törədərkən və ondan sonrakı davranışlarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 120.2.2 və 228.4-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Eyni zamanda cəza təyinilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsindən sonra nə özü, nədə ki, onun yaxın qohumları zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmamış, buna cəhd belə etməmişlər, nəticədə zərərçəkmiş şəxsin hüquqi varisi də təqsirləndirilən şəxsdən narazı qaldığını, ona qarşı şikayətçi olduğunu və ən ağır cəzanın verilməsini bildirmiş, bundan başqa, təqsirləndirilən şəxsin ailə üzvləri zərərçəkmiş şəxsin yas mərasimində iştirak etməmişlər, zərərçəkmiş şəxsin qəbr daşının düzəltdirməsinə, dəfn və yas mərasiminin xərclərinin ödənilməsinə belə heç bir maddi köməklik göstərməmiş, başqa sözlə, təqsirləndirilən şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan mümkün hərəkətləri etməyərək cinayətdən əziyyət çəkən zərərçəkən şəxsin hüquqi varisinə və sonuncunun ailəsinə qayğı və insani rəftar nümayiş etdirməmişlər. Qeyd edilən hallar hazırki iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Qeyd olunanları məcmu halda nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2 və 228.4-cü maddələri ilə yuxarı həddə azadlıqdan məhrumetmə cəzası cəzasının təyin edilməsi qanuni və əsaslıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-in 56.1.3 və 56.2-ci maddələrinə əsasən bir hissəsini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Füzuli Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd qatlanan bıçaq, hadisə yerinə baxış keçirilərkən aşkar edilmiş qanabənzər ləkələrin hopdurularaq götürüldüyü 05 ədəd pambıq, X10 məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd boz rəngli trusik gödəkçə, 01 ədəd sarı rəngli alt gecə tumanı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli şalvar, 01 ədəd göy rəngli uzunqol köynək, 01 ədəd qara rəngli gödəkçə, 01 cüt qara rəngli ayaqqabı, X10 məxsus 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd qara rəngli jaket, 01 ədəd boz rəngli qısaqol köynək, 01 ədəd sarı rəngli uzunqol isti alt köynəyi, 01 ədəd boz rəngli mayka, 01 cüt qara rəngli corab və 01 cüt boz rəngli ayaqqabı məhv edilməli, iş materiallarında olan hadisə yerinin baxışının aparılması, meyitin baxışının aparılması, şübhəli şəxsin ifadəsinin yerində yoxlanması, götürmə və baxış aparılması haqqında istintaq hərəkəti protokollarına əlavə edilmiş 05 (beş) ədəd, “Azercell Telekom MMC-dən daxil olmuş, telefon danışıqlarına dair məlumatların qeyd olunduğu 01 (bir) ədəd disklər cinayət işinin materiallarında saxlanılmalı, zərərçəkmiş şəxs X7 meyitinə baxış keçirilməsi zamanı götürülmüş qan nümunəsi məhkəmə-bioloji ekspertizasının aparılması üçün tədqiqatın aparılmasına sərf olunması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının ilk 03 (üç) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2024-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Füzuli Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd qatlanan bıçaq, hadisə yerinə baxış keçirilərkən aşkar edilmiş qanabənzər ləkələrin hopdurularaq götürüldüyü 05 ədəd pambıq, X10 məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd boz rəngli trusik gödəkçə, 01 ədəd sarı rəngli alt gecə tumanı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli şalvar, 01 ədəd göy rəngli uzunqol köynək, 01 ədəd qara rəngli gödəkçə, 01 cüt qara rəngli ayaqqabı, X10 məxsus 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd qara rəngli jaket, 01 ədəd boz rəngli qısaqol köynək, 01 ədəd sarı rəngli uzunqol isti alt köynəyi, 01 ədəd boz rəngli mayka, 01 cüt qara rəngli corab və 01 cüt boz rəngli ayaqqabı məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan hadisə yerinin baxışının aparılması, meyitin baxışının aparılması, şübhəli şəxsin ifadəsinin yerində yoxlanması, götürmə və baxış aparılması haqqında istintaq hərəkəti protokollarına əlavə edilmiş 05 (beş) ədəd, “Azercell Telekom MMC-dən daxil olmuş, telefon danışıqlarına dair məlumatların qeyd olunduğu 01 (bir) ədəd disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-26/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-26/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver