Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-260/2022 17.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 iştirakı ilə,
1. xx xxxxxxxx 1988-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində 03 dekabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi,
2. xx xxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də proqramist işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində 05 yanvar 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri və
3. xx xxxxxxx 1981-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayır, barəsində 03 dekabr 2021-ci ildə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 9,485 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroini və külli miqdarda- ümumi təmiz çəkisi 3,822 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq müvəqqəti yaşadığı Şirvan şəhəri, l-nt İbrahimov küçəsi, ev 10, mənzil 6 ünvanında yerləşən evində saxlamış, həmin narkotik vasitə heroini elektron tərəzidə çəkərək müxtəlif qramlarda olmaqla ümumilikdə 09 ədəd sellofan və kağız bükümlərdə, eləcə də ümumi təmiz çəkisi 1,181 qram psixotrop maddə olan metamfetamini eyni qaydada bölərək ümumilikdə 06 ədəd sellofan və kağız bükümlərdə qablaşdırmaqla satış üçün hazır vəziyyətə gətirmiş, narkotik vasitə heroinin 0,995 qramını, bir ədəd bükümdə, psixotrop maddə metamfetaminin 0,04 qramını müvafiq olaraq bir ədəd bükümdə 01 dekabr 2021-ci ildə, saat 10 radələrində Şirvan şəhər sakini Təqsirləndirilən şəxs3 müvəqqəti yaşadığı evin qarşısında 7 manata, 1,067 qramını, 01 ədəd bükümdə 01 dekabr 2021-ci ildə saat 11 radələrində müvəqqəti yaşadığı evdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs2 20 manata satmış, Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının həmin gün saat 13 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun müvəqqəti yaşadığı Şirvan şəhəri, l-nt İbrahimov küçəsi, ev 10, mənzil 6 ünvanına baxış keçirilən zaman həmin ünvanda satış məqsədi ilə qanunsuz olaraq saxladığı qalan narkotik vasitə heroinin 6,489 qramı 06 ədəd sellofan bükümdə, psixotrop maddə olan metamfetaminin 2,439 qramı 04 ədəd kağız və sellofan bükümdə evin qonaq otağındakı şkafdakı plastmas qabın içərisindən, 0,934 çəkidə 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 1,346 qram çəkidə 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin isə əynində olan narıncı rəngli köynəyinin sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,067 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 01 dekabr 2021-ci ildə saat 11 radələrində tanışı, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 sonuncunun müvəqqəti yaşadığı ünvan 4 ünvanında 20 manata əldə edərək üzərində saxlamış və həmin gün saat 13 radələrində Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı ünvan 4 ünvanında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz olaraq saxladığı həmin 1,067 qram çəkidə narkotik vasitə heroin əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 16,047 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış və 05 yanvar 2022-ci ildə saat 19:30 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri Səməd Vurğun küçəsində yerləşən “Randevu” adlı kafenin yaxınlığında saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 16,047 qram çəkidə narkotik vasitə heroin əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 01 dekabr 2021-ci ildə saat 10 radələrində tanışı Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadığı Şirvan şəhəri, l-nt İbrahimov küçəsi, ev 10, mənzil 6 ünvanında yerləşən evin qarşısında Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,995 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 7 manata əldə edərək üzərində saxlamaqla daşımış, 01 dekabr 2021-ci ildə, saat 11 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Şirvan şəhəri, l-nt İbrahimov küçəsində yerləşən “Köhnə bazar” adlanan ərazidə saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz olaraq saxladığı həmin 0,995 qram çəkidə narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofana bükülmüş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 dekabr 2021-ci il saat 13 radələrində dostu Təqsirləndirilən şəxs2la qeyri rəsmi yaşadığı Şahid9 yaşadığı Şirvan şəhəri, l-nt İbrahimov küçəsi, ev 10, mənzil 6 ünvanında olan evində olan zaman Şirvan ŞPŞ-nin əməkdaşları həmin mənzilə gəlmiş, onlar Sevincdən icazə alaraq evdə axtarış apararkən xatırlamadığı polis əməkdaşı ona təzyiq göstərib onu sillə ilə vurmuş, sonra evə baxış keçiriərkən evin girişində sağda yerləşən qonaq otağında şkafda dərman qutusu və 01 ədəd elektron tərəzini aşkar olunmuş, ağ rəngli dərman qutusuna içrəisində 6 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 2 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və 2 ədəd ağ rəngli kağızda psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmiş, həmin kütlələri polis əməkdaşları qoyub, sonra götürmüş, üzərindən də heç bir narkotik maddə aşkar olunmamış, o, Təqsirləndirilən şəxs3 narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, 01 dekabr 2021-ci ildə saat 10 radələrində bir ədəd bükümdə narkotik vasitə heroini və bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini tanışı Təqsirləndirilən şəxs3 7 manata satmış, lakin sonuncu pul əvəzinə onun mobil telefonuna həmin məbləğdə kontur yükləmiş, həmin gün saat 11 radələrində qeyri rəsmi nikahda olduğu Şahid9 evində olarkən dostu Təqsirləndirilən şəxs2 onun yanına gəlmiş, evdə olarkən öz istifadəsi üçün saxladığı narkotik vasitə heroinin bir bükümünü Elçinə 20 manata satmış, həmin gün saat 13 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları həmin evə gəlmiş, evə keçirilən baxış zamanı evin girişində, sağda yerləşən qonaq otağına daxil olarkən polis əməkdaşlarına şkafda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş, şkafdakı dərman qutusunu və 01 ədəd elektron tərəzini onlara təqdim etmiş, həmin tərəzi qızıl tərəzisi olmuş, ağ rəngli dərman qutusu açılan zaman qutunun içrəisində 6 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 2 ədəd ayrı-ayrı sellofan bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmiş, əynində olan narıncı rəngli köynəyin sol cibindən 1 ədəd sellofan bükümdə heroini və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş, məqsədi sadəcə həmin narkotik vasitə və psixotrop maddələrdən istifadə etmək olmuşdur. Polis şöbəsinə aparılarkən və şöbədə olarkən ona qarşı heç bir fiziki zor tətbiq olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək Seymür Hüseynovun ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, polis əməkdaşları dekabrın 1-də onu Şahid9 evində saxlayaraq polis şöbəsinə aparıb orada onu narkotik maddələrin istifadəçisi kimi qeydə alıb sonra buraxmış, bir ay keçmiş yenidən saxlanılaraq polis şöbəsinə aparılıb üzərinə baxış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən içərisində narkotik olan bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməklə Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq ifadəsində 05 yanvar 2022-ci ildə saat 10 radələrində yaşadığı evdən çıxıb Şirvan şəhərində “Bağ evləri” adlanan yerə gedərkən küçədə içərisində narkotik vasitə heroin olan sellofan büküm taparaq istifadəsi üçün üzərində saxlamış, həmin gün saat 19 radələrində Şirvan şəhəri, S.Vurğun küçəsi ilə piyada gedərkən “Randevu” adlı kafenin yaxınlığında bir neçə polis əməkdaşı ona yaxınlaşaraq onu saxlayıb polis şöbəsinə aparmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən üzərində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmiş, həmin bükümün içərisinə baxılarkən içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyə başlamış, çox vaxt narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs1 almış, sonuncu dəfə 01 dekabr 2021-ci ildə saat 10 radələrində Seymura zəng edərək, ona 7 manat pul verib 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin almış, həmin gün saat 11 radələrində Şirvan şəhəri, “Köhnə Bazar” adlanan ərazidən keçərkən Şirvan şəhər polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqşla üzərinə baxış keçirilərkən əynində olan şalvarın cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini çıxararaq polis əməkdaşına təqdim etmiş, sonra protokol tərtib edilərək şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədən narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda verilən ittiham üzrə cinayət əməlini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Şirvan şəhər polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 7, mənzil 27-də yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz yolla narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması, daşıması ilə bağlı icraatına daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, 05 yanvar 2022ci ildə, saat 19 radələrində Təqsirləndirilən şəxs2 Şirvan şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Randevu” çay evinin yanında saxlanılaraq polis şöbəsinə aparılmış, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli idman şalvarının sağ cibindən bir ədəd sellofan bükümünü çıxararaq masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə oxşar maddə olmuş, şəxsi axtarışdan sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 saxlanılarkən, polis şöbəsinə gətirilərkən, eləcə də izahatı alınarkən ona qarşı heç bir təsir və ya təyziq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 analoji olaraq digər Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid6 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 01 dekabr 2021-ci ildə xidmətdə olarkən Təqsirləndirilən şəxs1 qeyri-rəsmi nikahda olduğu X4 məxsus ünvan 6 ünvanda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən polis əməkdaşlarından ibarət yaradılan əməliyyat qrupu həmin gün qeyd olunan ünvana getmiş, evdə olan Təqsirləndirilən şəxs1 qonaq otağındakı şkafda narkotik vasitə və psixotrop maddə olduğunu bildirərək həmin şkafdan bir ədəd dərman qabı və 01 ədəd elektron tərəzini çıxararaq onlara təqdim etmiş, ağ rəngli dərman qabı açılan zaman içərisində 6 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, 2 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə, 2 ədəd ağ rəngli kağız bükümdə psixotrop maddəyə bənzər maddə olduğu müəyyən edilmiş, eləcə də Təqsirləndirilən şəxs1 əynində olan narıncı rəngli köynəyin sol cibindən 1 ədəd sellofan bükümdə heroinə bənzər maddə və bir ədəd sellofan bükümdə metamfetaminə bənzər maddəni təqdim etmiş, həmin vaxt onunla bir yerdə olan Təqsirləndirilən şəxs2 da polis şöbəsinə aparılmış, şöbədə müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 müvəqqəti olduğu ünvanda üzərində aşkar olunmuş nakotik vasitə və psixotrop maddənin özünə məxsus olmasını, həmin narkotik vasitə və psixotrop maddələri Şirvan şəhərində yerləşən Füzuli parkından tapdığını bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanıə sonuncu əynində olan cins şalvarın cibindən bir ədəd sellofan büküm çıxarıb onlara təqdim etmiş, büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitəni həmin gün Təqsirləndirilən şəxs1 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Hər iki şəxsin üzərinə keçirilən baxışdan sonra protokol tərtib edilərək orada iştirak edən şəcslər, o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istər saxlanılarkən, istərsə də polis şöbəsinə gətirilərkən onlara qarşı heç bir təsir və ya təyziq olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış keçirilməsi haqqında” 01 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Şahid9 məxsus ünvan 4 ünvanına baxış keçirilərkən evin qonaq otağındakı şkafdan bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi, bir ədəd ağ rəngli dərman qutusunun içərisindən 6 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər, 2 ədəd sellofan bükümdə və 2 ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr, həmçinin Təqsirləndirilən şəxs1 əynindəki narıncı rəngli köynəyinin sol cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər və 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunda 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər və 1 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 05 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı tam təsdiq etmişdir. İş materiallarında olan mobil telefon danışıqdarına dair məlumatlara baxış keçirilməsi haqqında 30 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş CD diskin içərisində 8 fayl vardır. Orada olan 1-ci fayla daxil olduqda həmin faylda məxsusluq tarixçəsi əks olunmuşdur. Orada ***-***-**-** saylı mobil telefon nömrəsinin Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 7, mənzil 27 ünvanında yaşayan xx xxxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 məxsus olması göstərilmişdir. 2-ci fayla daxil olduqda orada da məxsusluq tarixçəsi əks olunmuşdur. Həmin faylda ***-***-**-** nömrəli mobil telefon nömrəsinin ünvan 7 ünvanında yerləşən "xxxx" MMC-nə məxsus olması göstərilmişdir. Növbəti 4 faylda sms tarixçəsi əks olunmuşdur. Həmin fayllarda iş üçün əhəmiyyət kəsb edən sms olmadığından protokola köçürülməmişdir. Növbəti 2 fayl zəng tarixçələrini əks etdirir. Həmin fayla daxil olduqda orada ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2021-ci ildə saat 19:13-də edilən zəng zamanı 21 saniyə, həmin gün saat 19:14-də 85 saniyə, həmin gün saat 19:16da 57 saniyə, xx.xx.2021-ci ildə saat 18:18-də 60 saniyə, həmin gün saat 18:20-də 28 saniyə danışıq olması göstərilmişdir. Baxışla müəyyən olunmuşdur ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs2, ***-***-**-** saylı mobil telefon nömrəsi isə ünvan 8 ünvanında yerləşən "xxxx" MMC-nə məxsus olmaqla faktiki olaraq Təqsirləndirilən şəxs1 istifadəsində olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 faktiki istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi 5 dəfə danışıq olması göstərilmişdir. Həmin qısa müddət ərzində götürülən danışıqlar zamanı ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi ünvan 9 ünvanını, Şirvan şəhəri, H.Əliyev prospektini, “Çıraq petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığını göstərmiş, aparılan qısa yoxlamalarla müəyyən edilmişdir ki, abonentlər arasında qısa müddətdə bir neçə dəfə danışıq olmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2022-ci il tarixli, 18/16 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs2 üzərindən» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 16,047 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 02 dekabr 2021-ci il tarixli, 18/1167 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1..» sözləri və imzalar olan kağız paketdəki ağ rəngli plastmas qabın içərisində 6 ədəd polietilen kəsiyi bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,105 qram, 1,387 qram, 1,357 qram, 1,065 qram, 0,770 qram, 0,805 qram, ümumi təmiz çəkisi 6,489 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Həmin plastmas qabın içərisində 2 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,181 qram, 1,105 qram, 2 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,070 qram, 0,080 qram, ümumi təmiz çəkisi 2,436 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,934 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,346 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd boz rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və digər heroinlərlə eyniliyini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1 evindən və üzərindən aşkar olunduğu qeyd olunan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1 evindən və üzərindən aşkar olunduğu qeyd olunan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 02 dekabr 2021-ci il tarixli, 18/1169 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs2 üzərindən..» sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,067 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunduğu qeyd edilən heroin ilə Təqsirləndirilən şəxs1 evindən aşkar olunduğu qeyd edilən heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 02 dekabr 2021-ci il tarixli, 18/1166 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs3 üzərindən..» sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi 0,995 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,04 qram olan ağımtıl rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan əlavə məhkəmə-kimyəvi ekspertizasının 11 fevral 2022-ci il tarixli, 18/171 nömrəli rəyindən görünür ki, 01 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan və üzərindən aşkar olunmuş narkotik vasitə heroinlə Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. 01 dekabr 2021-ci ildə Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan və üzərindən aşkar olunmuş metamfetaminlə Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş metamfetamin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. 01 dekabr 2021-ci ildə Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan və üzərindən aşkar olunmuş narkotik vasitə heroin və həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş heroin ilə 05 yanvar 2022-ci ildə Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni deyildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 30 dekabr 2021-ci il tarixli 5377 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 dekabr 2021-ci il tarixli 5181 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 dekabr 2021-ci il tarixli 5183 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 08 yanvar 2022-ci il tarixli 16 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Hadisə zamanı Təqsirləndirilən şəxs1 psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. İş materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, sonuncu narkotik vasitə heroini 01 dekabr 2021-ci il tarixdə səhər saatlarında Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 7 manat müqabilində almışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs3 01 dekabr 2021-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini şəxsi istehlakı üçün üzərində saxlamışdır. İş materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evindən və üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini nə vaxt və kimdən əldə etməsinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur, məhz bu səbəbdən sonuncu barəsində sonuncu dəfə məlumat daxil olduqda yaşadığı ünvana baxış keçirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 evində olan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı bir məlumat əldə olunmamışdır. O cümlədən Təqsirləndirilən şəxs1 evində yaşadığı Şahid9 Təqsirləndirilən şəxs1la əlbir olmaqla narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməsi və evdə tiryəkxana təşkil etmələri ilə bağlı hər hansı bir məlumat əldə olunmamışdır. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadığı evindən aşkar olunmuş üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi, evindən və üzərindən aşkar olunmuş narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonra 6,863 qram narkotik vasitə heroin, 3,532 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş ekspertiza tədqiqatlarından sonra 0,967 qram və 15,947 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş ekspertiza tədqiqatlarından sonra 0,895 qram narkotik vasitə heroin və 0,01 qram psixotrop maddə metamfetamin Şirvan şəhər polis şöbəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq onların ifadələrində göstərdikləri xüsusatlara məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə, onların ifadələrində göstərdikləri bu xüsusatları onlara təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 7,423 narkotik vasitə olan heroin və 3,787 qram psixotrop maddə olan metamfetamin, eləcə də Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1,067 və 16,047 qram narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etmişlər. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrin daha səmimi, düzgün, obyektiv, məntiqli ifadələr kimi qəbul edir və həmin ifadələrin işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin və Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, qeyd edilən Plenumun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs1 əməli 234.4.3-cü maddəsi və Təqsirləndirilən şəxs2 əməli isə CM-in 234.1 və 234.4.3-ci maddələri ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədaləti bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni sinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə törətdikləri cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalında həbsə alınmalı, saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilməli, oradan Bakı İstintaq Təcridxanasına etap olunmalı və barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Şirvan şəhər məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 01 dekabr 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan şəhər polis şöbəsinin 01 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün şübhəli şəxs qismində tutulmuş, 03 dekabr 2021-ci ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. İş materiallarında olan Şirvan şəhər məhkəməsinin 07 yanvar 2022-ci il tarixli digər qərarından görünür ki, həbs etmənin əvvəli 05 yanvar 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan şəhər polis şöbəsinin 01 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həmin gün şübhəli şəxs qismində tutulmuş, 03 dekabr 2021-ci ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə baxışınadək, yəni 2021-ci ilin dekabr ayının 1-dən 3-nə kimi şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 3 gün müddət təqsirləndirilən şəxslərə təyin olunacaq cəzaya hesablanıb çıxılmaqla onlara qəti cəza təyin edilməlidır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətinə onların tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. İş materiallarına əlavə edilmiş arayışlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Şirvan MŞX-nın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyat olmamışlar. İş materiallarına əlavə edilmiş 28 noyabr 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 11, mənzil 8-də qeydiyyatda qeydiyyatda olmaqla orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 7, mənzil 27-də qeydiyyatda olmaqla himayəsində arvadı və 2 azyaşlı uşaqları ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 1B, mənzil 57-də qeydiyyatda olmaqla himayəsində arvadı və bir azyaşlı uşağı ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X1 cəza təyin edərkən onun təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, ilk məhkumluğunu və narkomaniya xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, ilk məhkumluğunu və narkomaniya xəstəliyindən əziyyət çəkməsini CM-in 59.2ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, ilk məhkumluğunu və narkomaniya xəstəliyindən əziyyət çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər X3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məxsus, qanunverigiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadığı evindən aşkar olunmuş üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi, evindən və üzərindən aşkar olunmuş ümumi çəkisi 6,863 qram narkotik vasitə heroin, 3,532 qram pixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş ümumi çəkisi 0,967 və 15,947 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş, ümumi çəkisi 0,895 qram narkotik vasitə heroin və 0,01 qram psixotrop maddə metamfetaminin heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 195 (yüz doxsan beş) manat, 33 qəpik hər birindən 65 (altmış beş) manat, 11 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti cəza 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək, yəni 2021-ci ilin dekabr ayının 01-dən 03-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 03 (üç) gün ona təyin olunmuş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının başlanğıcı 05 yanvar 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. X5 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın.
Təqsirləndirilən şəxs3 məhkəmə baxışınadək, yəni 2021-ci ilin dekabr ayının 01-dən 03-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 03 (üç) gün ona təyin olunmuş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 may 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilsin, oradan da Bakı İstintaq Təcridxanasına etap olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadığı evindən aşkar olunmuş, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi, evindən və üzərindən aşkar olunmuş ümumi çəkisi 6,863 qram narkotik vasitə heroin, 3,532 qram pixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş ümumi çəkisi 0,967 və 15,947 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş ümumi çəkisi 0,895 qram narkotik vasitə heroin və 0,01 qram psixotrop maddə olan metamfetamin heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 195 (yüz doxsan beş) manat, 33 qəpik hər birindən 65 (altmış beş) manat, 11 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov