Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-260/2023 13.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi hakimləri-Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi1 Şəmsəddin oğlunun iştirakları ilə, xx xxxx 1990-ci ildə Astara rayonunun Məçitməhəllə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Astara rayonu Məçitməhəllə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs digər şəxslərlə külli miqdarda narkotik vasitələrin və psixtrop maddə metamfetamnin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi, həmin maddələri Azərbaycan Respublikası ərazisində qoyulduğu yerdən götürüb 3000 manat pul müqabilində digər şəxsə çatdıracağını əvvəlcədən vəd etməklə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvləri hər biri külli miqdar təşkil edən 11070 qram narkotik vasitə heroini, 3000 qram asetilə edilmiş tiryəki, 680 qram psixotrop maddə olan metamfetamini, həmçinin 430 qram qurudulmuş marixuananı İran İslam Respublikasında əldə edib, saxlayıb, daşımaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirməklə Astara rayonunun Alaşa kəndinin ərazisində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının «N» saylı hərbi hissəsinin 14-cü sərhəd zastavasının 15-ci sahəsinin ərazisində, kəndin girişində olan sahibsiz yarımtikilidə gizlətməklə narkotikik vasitələrin qoyulduğu yer barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra Təqsirləndirilən şəxs ümumi cinayətkar niyyətə uyğun hərəkət etməklə N aprel 2022-ci il tarixdə saat 01 radələrində Astara rayonunun Alaşa kəndinin ərazisinə gedərək, kəndin girişində olan, sahibsiz yarımtikilidən içərisində külli miqdarda-11070 qram narkotik vasitə heroin, külli miqdarda-3000 qram asetilə edilmiş tiryək, 430 qram qudulmuş marixuananı və külli miqdarda-680 qram psixotrop maddə metamfetamin olan bir ədəd göy rəngli bağlamanın götürməklə həmin maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlayıb, daşımaqla ərazidən uzaqlaşarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış və qeyd olunan narkotik vasitələr və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istinatıqnda təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələr ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, əvvəllər Astara rayonu su idarəsində işləməsi ilə əlaqədar olaraq 2018-ci ildən Astara şəhərində yaşayan Kamran Ağayevlə tanış olmuşdur. Onunla yaxın münasibətləri yaranmışdır. Kamranın narkotik vasitələrlə məşğul olmasını sonralar bilmişdir. Kamranın anasını tanımış, onunla da münasibəti olmuşdur. Lakin Kamranın anasının adının Cəvahir olduğunu bilməmiş və onun adını özünə məxsus olan telefonda «Kamranın anası» kimi qeyd etmişdir. Cavahirin iki oğlunun, ərinin, özünün və 16 yaşlı nəvəsinin də narkotiklə bağlı olaraq həbsdə olmaları ona məlum olmuşdur. 2022-ci ilin aprel ayının əvvəllərində Bakı şəhərində fəhlə işlədiyi zaman Kamranın anası Cavahir ona zəng edərək Kamranın xəstə olduğunu, rayona gələndə bir sumka vardır ona aparmaq lazım olduğunu bildirmişdir. O, 20 aprel 2022-ci il tarixdə kəndlərinə gəlmiş, 21 aprel 2022-ci il tarixdə isə Kamrangilə gedərək onun anası Cavahir ilə görüşmüşdür. Cavahir ona demişdir ki, bir sumka vardır, gedib həmin sumkanı götürməklə gətirmək lazımdır. O, sumkada narkotik və başqa bir qanunsuz şey ola biləcəyindən ehtiyyatlanaraq Cavahirə birdən qorxulu şey ola biləcəyini, onu tuta biləcəklərini, ailəsinin, uşaqlarının olduğunu, bu işdən qorxduğunu demişdir. Cavahir isə sumkada heç bir qanunsuz şey olmadığını, sumkada pul və paltarlar olmasını demiş və həmin yerə gedərək sumkanı gətirməsi ilə əlaqədar olaraq ona yol pulu kimi 30 manat pul vermişdir. Cavahir sumkanın olduğu yerə gedərək sumkanı götürməsindən sonra ona zəng edərək məlumat verməsini, onu gətirmək üçün taksi göndərəcəyini demişdir. Cavahir eyni zamanda onun telefonuna sumkanın olduğu yerin konumu, yəni kordinaitlarını göndərmişdir. O konum üzrə hərəkət etməklə taksi ilə sumkanın olduğu əraziyə getmiş, orada taksidən düşmüşdür. Bu zaman gecə saat 24-01 radələri olmuşdur. O, taksidən düşdükdən sonra piyada olaraq konum üzrə sumkanın olduğu daxma istiqamətində təxminən 500 metr getmişdir. Lakin sumkanın olduğu yerə çatmamış və sumkanı faktiki olaraq götürmədiyi halda təxminən 20 nəfər dövlət sərhəd xidmətinin əməkdaşları onu saxlamışlar. Saxlanıldığı yerlə dövlət sərhəd xətti arasında 250-300 metr məsafə olmuşdur. Sərhəd xidmətinin əməkdaşları ondan həmin yerə nə məqsədlə gəlməsini soruşmuşlar. O isə oradan içərisində pul və paltar olan sumkanı götürmək məqsədi ilə gəldiyini bildirmişdir. Lakin sərhədçilər onun həmin əraziyə narkotik götürmək üçün gəldiyini demişlər. Sərhədçilər özləri bir ədəd göy rəngli sumka gətirmiş, sumkanın içərisində olan narkotik vasitələri çıxarıb yerə qoymuş, onun həmin sumkadakı narkotik vasitələri götürmək üçün gəldiyini bildirməklə narkotiki qabağına qoyub videoçəkiliş aparmışlar. Orada əlində torba olan sərhədçi onu döymüşdür. Sonra isə həmin torbada olan maddələrə baxış keçirmişlər. Baxış onun iştirakı ilə keçirilmişdir. Lakin o yerə uzanıqlı vəziyyətdə olduğuna görə sumkada olan maddələri və onların çəkilməsini yaxşı görə bilməmişdir. Ona demişlər ki, narkotikin çəkisi bu qədərdir. Baxış keçirilməsində iştirak edən hal şahidləri gec gəlmişlər. Hal şahidlərindən birinin adı İlham olmuşdur. İlhamın qardaşı sərhəd xətti ərazisində traktorla işləyir. Vəkillə səhər saat 10 radələrində sərhəd xidməti idarəsində tanış olmuşdur. Tutulan anda vəkili olmamışdır. O, Behrad adlı İran İslam Respublikası vətəndaşını tanımamışdır. Onunla heç bir əlaqəsi olmamışdır. Ola bilsin ki, saxlanılması zamanı üzərində olmuş telefonunun «kontaktlar» bölməsində Behrad adlı şəxsin adını və İran İslam Respublikasına məxsus telefon nömrəsini telefonuna əməliyyatçılar və ya müstəntiq yazmışlar. Onun fikrincə Cavahir onu axmaq hesab etdiyinə görə içərisində narkotik vasitələr olan sumkanın götürülməsini ona həvalə etmişdir. Sərhədçilər onu tutan zaman qaçmamışdır. Tutulanda sərhədçilər tərəfindən döyülmüş və əynindəki köynəyi cırılmışdır. Bədəni üzərində xəsarətlər olmuşdur. Lakin Bakı İstintaq Təcridxanasına daxil olarkən ondan bədəni üzərində xəsarətlər olubolmaması soruşulmamış və özü də bu barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunan ifadəsində isə göstərmişdir ki, o, su idarəsində işlədiyi zaman xidməti fəaliyyəti ilə əlaqədar Astara şəhəri, S.Vurğun küçəsində yaşayan "Kəldənə" kimi tanınan Kamran Ağayevlə tanış olmuş, Kamranla eyni rayon sakini kimi münasibətləri olmuş, arabir görüşmüş, Kamran Ağayevin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvvəllər məhkum olunduğunu bilmişdir. 2019-cu ilin yay aylarında böyük oğlu Muradın səhhətində yaranmış problemlə əlaqədar pula ehtiyacı olduğundan məcbur qaldığından Kamran Ağayevə borc verməsi üçün müraciət etmiş, sonuncu ona 200 manat pul vermiş, bir müddət sonra Kamrana 200 manat pulu qaytarmaq istəyəndə Kamran pulu götürməmiş, həmin pulu borc vermədiyini, yaxşılıq üçün etdiyini demişdir. Kamranın bu hərəkəti onun xoşuna gəlmişdir. Kamran ara-sıra ona zəng edib nəsə iş xahiş edəndə canla-başla yerinə yetirmişdir. 2022-ci ilin aprel ayının əvvəlləri Bakı şəhərində atası ilə birlikdə təmir işində olarkən Kamran ona zəng edərək, anasının ona zəng edəcəyini və ondan xahişinin olacağını demişdir. O, Kamrana onsuz da Astara rayonuna qayıdacağını, qayıdan kimi nə lazımdırsa edəcəyini bildirmişdir. 2022-ci ilin aprel ayının təxminən 11-də Astara rayonunda telefon əlaqəsi saxlayaraq Kamranın anasıgilə getmişdir. Kamranın anasının adını bilmədiyindən ona "xala" deyərək müraciət etmişdir. Kamranın anası ona Kamranın Bakı şəhərində olduğunu, pensiyasında yaranmış problemi həll etmək üçün getdiyini demişdir. Kamranın anası bir qədər hal-əhval tutduqdan sonra ona Astara rayonu ərazisində narkotik vasitələr olduğunu, onların İran İslam Respublikasından gəldiyini, lakin Kamran olmadığına görə narkotik vasitələri götürməyə gedən heç kəsin olmadığını demiş, narkotik vasitələri qoyulduğu yerdən götürüb ona çatdırmasını xahiş etmiş, bu işin müqabilində ona 3000 manat pul təklif etmişdir. O, bir qədər fikirləşdikdən sonra bu təkliflə razılaşmışdır. Kamranın anası əvvəlcə ona bu işi görmək üçün başqa bir adam tapa bilibbilməməyini soruşmuş, o, Kamranın anasına belə bir adam tapa bilməyəcəyini demiş və razılaşaraq bu işi öz öhdəsinə götürmüşdür. N aprel 2022-ci il tarixdə, saat 23:30 radələrində Kamranın anası ona zəng vurmuş və “WhatsApp” mobil internet tətbiqi vasitəsilə ona narkotik vasitənin gizlədildiyi yerin məkanını göndərdiyini demişdir. O, həmin məkana əvvəlcə taksi ilə, yaxınlaşanda bir qədər yolu piyada getmiş və Astara rayonunun Alaşa kəndinin girəcəyində, yaşayış olmayan evin kənarında, 2 metr enində balaca bir daxmanın içərisinə girib orada olan içərisində narkotik vasitələr olan torbanı götürüb çıxmaq istəyən zaman sərhədçilər onu saxlamış, həmin torbanın içərisindən narkotik vasitələr aşkar edilmiş, elektron tərəzi ilə təqribi çəkiləri ölçülmüş, həmin tərəziyə əsasən orada təqribən çəkiləri – 12375 qram narkotik vasitə heroin, 3005 qram tiryək, 725 qram metamfetamin və 505 qram qurudulmuş marixuananın olduğu məlum olmuşdur. Narkotik vasitələrə hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmin protokolun düzgün tərtib edildiyinə əmin olduqdan sonra özü və hal şahidləri protokolu öz imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsləp Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, «N» saylı hərbi hissənin əməliyyat-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid kimi dindirilərkən göstərdi ki, N aprel 2022-ci il tarixdə 14-cü sərhəd zastavasının 15-ci sahəsinin arxasında, dövlət sərhəd xəttindən təxminən 250 metr aralıda, mühəndis texniki çəpərindən 100 metr çöldə narkotik vasitə qoyulması və naməlum şəxsin həmin yerə gələrək narkotik vasitəni götürəcəyi barədə əməliyyvt məlumatı daxil olmuşdur. Narkotik vasitəni götürməyə gələn şəxsin saxlanılması məqsədi ilə həmin ərazidə saat 23:00-dan 02:00-dək mayor Xəlilovun rəhbərliyi ilə “Pusqu dəstəsi” xidmətinə təyin olunmuşlar. Növbəti gün, gecə saat 00:50 radələrində qeyd olunan sahədə Astara rayonunun Alaşa kəndi ərazisində, Fexoa bağları adlanan ərazidə, dövlət sərhədindən təxminən 300 metr məsafədə yerləşən, istifadə olunmayan tikiliyə əlində işıq fənəri olan bir nəfərin yaxınlaşmasını, tikiliyə daxil olaraq oradan bir ədəd bağlamanı götürərək ərazidən uzaqlaşmağa cəhd göstərməsi müşahidə etmişlər. Həmin şəxsi saxlamışlar. Səhv etmirsə, həmin şəxsi hərbiçilər Şahid3 və Turan tutmuşlar. Saxlanılan şəxsin Astara rayonunun Məçitməhəllə kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əlində göy rəngli torba olmuşdur. Təqsirləndirilən şəxs əvvəlcə həmin yerə təbii ehtiyacını ödəmək məqsədi ilə gəldiyini bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs bildirmişdir ki, onun dostu olub. Həmin dostu həbs olunub. Dostunun anası həmin yerdə bağlama olduğunu, bağlamada narkotik olduğunu, gedib onu götürməsini demişdir. Təqsirləndirilən şəxs saxlanılmasından sonra əraziyə hal şahidləri dəvət olunmuşlar. Səhv etmirsə, hal şahidləri Mais və İlham qardaşları olmuşlar. X8 da hadisə yerinə dəvət olunmuşdur. Hadisə yerinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs və torbanı zastavaya aparmışlar. Təhqiqatçı tərəfindən torbaya baxış keçirilmiş, narkotik vasitələr aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 göstərdi ki, sərhəd xidmətində çilingər işləyir. N aprel 2022-ci il tarixdə cecə saat saat 22 radələində 01 radələrinədək olan müddətdə Astara şəhərində yerləşən çayxanaların birində çay içdiyi zaman sərhəd xidmətinin əməliyyatçıları oraya gələrək «mal» tutduqlarını demiş, onu sərhəd zastavasına dəvət etmişlər. Onu Astara komendaturasında əməliyyatçının otağına aparmışlar. Ona karobkanı göstərərk içində «mal», yəni narkotik olduğunu bildirmişlər. Lakin karobkada olan narkotikləri ona göstərməmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs orada görməmişdir. Sonra evə qayıtmışdır. Səhəri gün onu yenidən zastavaya çağırmaqla tərtib olunmuş sənədlərə imza etdirmişlər. Onu narkotikin aşkar olunduğu yerə, fexoa bağları sahəsinə dəvət etməmişlər. Təqsirləndirilən şəxs tutulduğu yerdə olmamış, hadisə yerinə və orada narkotik vasitələrə baxış keçirilməsində hal şahidi kimi iştirak etməmiş, lakin hadisə yerinə baxış keçirilməsi barədə protokolda imzalar özünündür. Narkotik vasitələr onun iştirakı ilə çəklməmişdir. Lakin Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Dövlət Sərhəd Xidmətinin Astara şəhərində yerləşən hərbi hissəsinə getmişlər. N aprel 2022-ci il tarixdə, saat 00:30 radələrində həmin şəxsin saxlanılması barədə məlumat gəlmiş və onlar hərbi qulluqçularla birlikdə hadisə yerinə getmiş, hadisə yerində saxlanılan şəxsin təqribən 30 yaşında, 180 boyu olan, qarayanız, dolu bədən quruluşlu, Astara rayon sakini Nazim Yusufov olduğunu öyrənmişdirlər. Sərhədçilər onları Nazim Yusufova təqdim etmiş, hal şahidi qismində iştirak edəcəkləri barədə məlumat vermiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarı elan edərək, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd göy rəngli sellofan torbanın içərisinə baxdıqda, orada bir neçə bükümdə, müxtəlif növdə narkotik vasitələrə bənzər maddələrin olması məlum olmuşdur. Onlar, yəni sərhədçilər, saxlanılan şəxs, qardaşı və özü hərbi hissəyə getmiş, hərbi hissənin xidməti otaqlarının birində qeyd olunan torba tam olaraq açılmış və bükümlərə ayrı-ayrılıqda baxılmış, baxış zamanı bükümlərdəki narkotik vasitələrə bənzər maddələrin çəkilərinin elektron tərəzidən istifadə edilməklə ölçüldüyünü və orada təqribən 12375 qram narkotik vasitə heroin, 3005 qram tiryək, 725 qram metamfetamin və 505 qram qurudulmuş marixuanaya bənzər maddələr olmuş, çəkiləri yadında saxlamaq üçün orada olan sərhədçilərin birindən çəkiləri bir vərəqə yazıb ona verməsini xahiş etmişdir. həmin vərəqi istintaqa təqdim edir. Həmin maddələrin narkotik vasitə olmasını sərhədçilər demiş, bundan əvvəl narkotik vasitə görməmişdir. Sonra həmin narkotik vasitələrə bənzər maddələr torbalarla birlikdə karton qutulara qablaşdırılaraq möhürlə möhürlənmiş, bundan başqa saxlanılan Təqsirləndirilən şəxs bir ədəd mobil telefon da götürülmüş və qablaşdırılıb möhürlə möhürlənmiş, yekunda həm hadisə yerinə, həm də narkotik vasitələrə bənzər maddələrə baxış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokolu imzalamışdırlar. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid6 göstərdi ki, sərhəd xidmətində sürücü işləyir. N aprel 2022-ci il tarixdə gecə saat 01 radələrində qardaşı Şahid5lə birlikdə Astara şəhərində olduqları zaman sərhəd xidmətinin əməkdaşları onlara yaxınlaşaraq narkotik tutduqlarını bildirmiş və baxış keçirilməsində hal şahidi kimi iştirak etmələrini təklif etmişlər. Onlar razılaşaraq hərbiçilərlə birlikdə əraziyə getmişlər. Orada bir ədəd göy rəngli torba olduğunu və Astara rayonu Məscid Məhəllə kənd sakini Təqsirləndirilən şəxs saxlanılmasını görmüşlər. Təqsirləndirilən şəxs başını aşağı salmışdır. Hadisə yerində telefonla çəkiliş aparılmışdır. Qardaşı Şahid5 onunla birlikdə getsə də, onu hadisə yerində görməmiş, lakin sonra əməliyyatçının otağında görmüşdür. Hadisə yerində çox adam olmuş, ola bilsin ki, qardaşını orada ona görə görməmişdir. Təqsirləndirilən şəxs və torbanı sərhəd zastavasına aparmışlar. Torbaya onların iştirakları ilə baxış keçirilərkən bükümlərdə qurudulmuş marixuana, heroin və başqa narkotik vasitələr aşkar olunmuşdur. Həmin maddələr karobkaya yığılaraq qablaşdırılmışdır. Orada Təqsirləndirilən şəxs nə üçün belə iş tutduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs pula ehtiyacının olduğunu, anasının xəstə olduğunu ona görə də narkotiki götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs ondan siqaret istəmişdir. O isə əsgərlərdən siqaret alaraq Nazimə vermiş, hətta orada olan mayordan onun siqareti çəkməsinə icazə istəmişdir. Mayor icazə vermiş və Nazim siqareti çəkmişdir. Sonra Nazimgilin kəndlərinə dükana gələrkən orada Nazimin tutulduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsində xidmət edir. N aprel 2022-ci il tarixdə şübhəli şəxsin qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitəni götürmək üçün 14-cü sərhəd zastavasının 15-ci sahəsinin arxa hissəsinə gələcəyi barədə daxil olmuş əmliyyat məlumatı əsasında saat 21-dən etibarən «pusqu» naryadında olmuşdur. Təxminən üç saat gözlədikdən sonra gecə saat 23-24 radələrində əlində fanar olan bir nəfər şəxs həmin əraziyə gəlmiş, orada yerləşən, sərhəddən 300-400 metr kənarda olan daxmaya girmiş, daxmadan əlində torba olmaqla 15-20 addım uzaqlaşmış o, Əliyev Mahir, Nizami və Mehtiyev Turanla birlikdə ona yaxlamış və saxlamışlar. Həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs götürdüyü, göy rəngdə olan torbaya baxıldıqda içərisində narkotik maddələrə oxşar maddələrin olması müəyyən edilmişdir. Həmin vaxt orada hal şahidlərinini görməmişdir. Götürülmüş narkotik vasitələrin sənədləşməsi işi isə ona aid olmamışdır. Lakin Şahid5 və qardaşı hadisə yerinə baxışda iştirak etmişlər. Orada videoçəkiliş aparılmış və Nazim videoçəlkilişdə əməlini etiraf etmişdir. Şahid5 hadisə yerində olmuş, lakin 15-20 dəqiqə sonra gəlmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən «N» saylı hərbi hissənin 3-cü sərhəd komendantlığının əməliyyat işləri üzrə müavini Şahid1 göstərdi ki, N aprel 2022-ci il tarixdə 15-ci sərhəd zastavasının arxa tərəfində, sərhəd yaxınlığında, mühəndis texniki çəpərə yaxın məsafədə qoyulmuş narkotik vasitənin götürüləcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Narkotik vasitəni götürməli olan şəxslərin saxlanılması məqsədi ilə həmin ərazidə N aprel 2022-ci il tarixdə saat 23:00-dan növbəti gün saat 02:00-dək «pusqu» naryadı təşkil edilmişdir. O da həmin dəstənin tərkibində olmuşdur. «Pusqu» naryadında olduğuqları zaman N aprel 2022-ci il tarixdə gecə saat 01 radələrində bir nəfər piyada həmn əraziyə gəlmiş, fexoa bağı olan sahədə yerləşən köhnə tikiliyə daxil olmuş və bağlamanı götürüb tikilidən çıxmışdır. Həmin şəxsi saxlmışlar. Həmin şəxs saxlananda əlində bağlama olmuşdur. Həmin şəxin Astara rayonu Məscidməhəllə kəndində yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Təqsirləndirilən şəxs əraziyə ayaq yoluna gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs əlində olan bağlama götürülmüş, bağlamaya baxış keçirilərkən içərisində narkotik vasitələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni götürdüyü yerlə dövlət sərhəd xətti arasında məsafə 250-300 metr olmuş, sərhəd teli ilə həmin yer arasında məsafə isə təxminən 150 metrdir. Nazim şifahi söhbət zamanı kəndçisinin taksisi ilə gəldiyini bildirmiş, lakin hadisə yerinə gəldiyi taksinin sürücüsünün adını verməkdən imtina etmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4n göstərdi ki, DSX-nin «N» saylı hərbi hissənin 3-cü sərhəd komendantlığının əməliyyat müvəkkili vəzifəsində işləyir. 2022ci ili aprel ayının 26-dan 27-nə keçən gecə sərhədin, mühəndis texniki çəpərin yaxınlığında qoyulmuş narkotik vasitələri götürməli olan şəxsin saxlanılması məqsədi ilə həmin gün saat 23:00-dan növbəti gün saat 02:00-dək “pusqu dəstəsi” xidməti təşkil edilmişdir. Naryadda olduqları zaman N aprel 2022-ci il tarixdə gecə saat 01 radələrində 15-ci sərhəd zastavasının arxa hissəsində, bir nəfər piyada fexoa bağları olan əraziyə gələrək orada yerləşən köhnə tikiliyə daxil olmuş və oradan əlində bir ədəd göy rəngli bağlama olmaqla çıxmışdır. Həmin şəxs oradan uzaqlaşmaq istəyərkən onu saxlamışlar. Həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Təqsirləndirilən şəxs əlində olan torba götürülmüş və torbaya həmin yerdə baxdıqda içərisində narkotik vasitələr olması məlum olmuşdur. Nazimin tutulmasından sonra hal şahidləri İlham və Mais onun tərəfindən dəvət olunmuşdur. Əraziyə baxış keçirilmişdir. Hal şahidi Maisi həm ərazidə, həm də komendaturada görmüşdür. İlhamı isə komendaturada görmüşdür. (İfədəsində həiçinin Mais və İlhamın hadisə yerində olduqlarını göstərmişdir) Əraziyə baxış keçirildikdən sonra torba kamendaturaya aparılaraq orada baxış keçirilmişdir. O, komendaturada torbaya baxış keçirilərkən orada hər iki hal şahidlərini, yəni Maisi və İlhamı görmüşdür. X3 ibtidai istintaqda verdiyi və məhkəmə baxışının keçirildiyi zaman artıq ölmüş olduğundan məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, övladları X6 və X7 narkotik vasitələrin qanunsuz dövriyyəsi cinayətlərinin törədilməsinə görə həbs olunmuşlar. İran İslam Respublikası vətəndaşı olan Behrad adlı şəxsin əvvəllər oğlu Kamran Ağayevlə münasibətləri olmuş, arabir zəngləşib danışmışlar. Kamrana zəng çatmadığı hallarda Behrad ona zəng edib Kamranı axtarmış, Behradla telefon əlaqəsi zamanı tanış olmuşdur. Behradın istifadəsində İran İslam Respublikasına məxsus operatora aid +98-***-***-**-** saylı mobil nömrə olmuşdur. Behrad 2022-ci ilin aprel ayının ortaları ona zəng edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaq yolla narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitələri Astara rayon sakini Nazim adlı şəxsin götürəcəyini, edəcəyi köməkliyə görə ona müəyyən məbləğdə pul verəcəyini, Nazimin istifadəsində ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirmiş və bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. O isə Behrada belə işlərlə əlaqəsinin olmadığını demişdir. O, heç kəsin narkotikin qurbanı olmasını istəmədiyinə görə N aprel 2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsinin komandirinə ərizə ilə müraciət edərək narkotik vasitələrin sərhəd yaxınlığında qoyulacağı və narkotikləri Nazim adlı şəxsin götürəcəyi barədə məlumat vermişdir. X3 N aprel 2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının «N» saylı hərbi hissəsinin komandirinə ərizə ilə müraciət edərək, İran İslam Respublikası vətəndaşı olan Behrad adlı şəxsin 2022-ci ilin aprel ayının ortaları ona zəng edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaq yolla narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitələri isə Astara rayon sakini olan Nazim adlı şəxsin götürəcəyini göstərmişdir. N aprel 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən yer 14-cü sərhəd zastavasının 15-ci sahəsində, dövlət sərhəd xəttindən təqribən 250 metr aralıda, Astara rayonunun Alaşa kəndinin girişində yerləşən yaşayış olmayan evin kənarında, uzunluğu və eni təqribən 2 metr olan sahibsiz üstüörtülü tikilidir. Təqsirləndirilən şəxs həmin yerdən içərisində narkotik vasitələr və psixotrop maddə olması ehtimal edilən bir ədəd göy rəngli, üzərində "BMW" markasının loqosu və digər sözlər yazılmış sellofan torbanı qanunsuz olaraq əldə edib saxlayıb daşıyarkən oradaca saxlanılmışdır. Saxlanılarkən əlindəki bir ədəd həmin göy rəngli sellofan torba ondan götürülmüş və içərisinə ümumi olaraq keçirilmiş adi baxış zamanı orada olan bağlamaların əsasən görüntüsündən və spesifik iyindən narkotik vasitələrin olması ehtimal edilmiş və bu səbəbdən həmin bağlamanın içərisinə baxış keçirilməsi üçün götürülmüşdür. N aprel 2022-ci il tarixli aşkar olunmuş predmetlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, bağlamanın içərisinə keçirilmiş baxış zamanı orada yapışqanlı lentlə bağlanmış dairəvi və dördkünc formalı 8 ədəd polietilen torba materiallı bükümlərin olduğu məlum olmuşdur. Həmin bükümlər ayrı-ayrılıqda açılmış, ayrı-ayrılıqda elektron tərəzidən istifadə edilməklə çəkiləri ölçülmüşdür. Bu zaman orada ümumi halda çəkisi təqribən 16610 qram olan narkotik vasitələrə və psixotrop maddə bənzər maddələr aşkar olunmuşdur. Ayrılıqda isə təqribən çəkiləri 12375 qram narkotik vasitə oaln heroin, 3005 qram narkotik vasitə olan tiryək və 505 qram narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də 725 qram olan psixotrop maddə metamfetaminə bənzər maddələrin olması müəyyən edilmişdir. Kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2022-ci il tarixli, 6/2445 və 7/412 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş beş ədəd sellofan bağlamada nəm halda, ayrı-ayrılıqda 2590 qram, 1405 qram, 2445 qram, 2160 qram və 2470 qram olmaqla ümumi çəkisi 11070 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, üzərində "Təqsirləndirilən şəxs Tiryək" yazılan qutuda bir ədəd bağlamada 680 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin, bir ədəd sellofan bağlamada 3000 qram tünd-qəhvəyi rəngli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryək, bir ədəd sellofan bağlamada 430 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji eksperrizasının xx.xx.2022-ci il tarixli, 3881 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2088 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmamışdır, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Duos” markalı, “GalaxyA30s” modelli telefon aparatına 29 aprel 2022-ci il tarixdə baxış keçirilməsi haqqında protokolundan görünür ki, mobil telefonun sim 1-ə "xxxx" MMC-yə məxsus ***-***-**-**, sim 2-yə isə "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrələri quraşdırılmışdır. Mobil telefonun "Kontakt" bölümündə yaddaşda saxlanılan digər adlarla yanaşı iş üçün əhəmiyyət kəsb edən "BEHRAD" adı ilə yaddaşda saxlanılan "**********8840" saylı İran İslam Respublikasına məxsus mobil operatora aid və "KAMRAN ABANENT TEZE" adı ilə yaddaşda saxlanılan "xxxx" MMC-yə məxsus "+**********09" saylı mobil nömrəsi vardır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə mütəmadi olaraq danışıqlar aparılmışdır. «Respublika Psixatria Xəstəxanası» Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. Məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanasından göndərilmiş tibbi müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə təcridxanaya daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. İşdə olan 19 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2019 və 2021-ci il tarixlərdə doğulmuş iki azyaşlı uşaqları vardır. Yaşayış yeri üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. Təqsirləndirilən şəxs iş üzrə N aprel 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə axlanılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və həmin maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçiriləcəyi halda qəbul edərək lazım olan şəxsə çatdırmağı əvvəlcədən vəd etməklə razılaşıb cinayət əlaqəsinə girməsi, cinayətkar qrupun digər üzvləri tərəfindən ümumi niyyətlə əldə edilərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilib, dövlət sərhəd xəttinin yaxınlığında istifadəsiz tikilidə gizlədilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddə metamfetamini qoyulduğu yerdən götürməklə ümumi niyyətlə əldə edib saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi- tanışı Kamran adlı şəxsin anası Cavahirin ona bir sumka olduğunu, gedib həmin sumkanı götürməklə gətirmək lazım olduğunu bildirsə də, ona sumkada pul və paltarlar olmasını deməsi, sumkada narkotik vasitələrin olmasını bilməməsi, Cavahirin onun telefonuna göndərdiyi kordinaitlar əsasında sumkanın olduğu əraziyə, sonra isə sumkanın olduğu daxma istiqamətində təxminən 500 metr getsə də, sumkanın olduğu yerə çatmamış və sumkanı faktiki olaraq götürmədiyi halda dövlət sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlamılması, sərhədçilərin özlərinin bir ədəd göy rəngli sumka gətirərək, sumkanın içərisində olan narkotik vasitələri çıxarıb yerə qoymaqla ona həmin sumkadakı narkotik vasitələri götürmək üçün gəldiyini bildirməklə narkotiki qabağına qoyub videoçəkiliş aparmaları, sərhədçilər tərəfindən döyülməsi, sumkaya baxış keçirilərkən orada olsa da, yerə uzanıqlı vəziyyətdə olduğundan sumkada olan maddələri və onların çəkilməsini yaxşı görə bilməmsi, təzyiq altında sumkada olan narkotik vasitələri götürmək üçün gəlməsi barədə etiraedici ifadə verməsinə dair ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs sərhədçilər tərəfindən döyülməsini fiziki təsirə məruz qalmasını göstərsə də, yuxarıda göstərildiyi kimi, o Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi etirafedici ifadəsini işin faktiki halları ilə tam uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Bundan əlavə N aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi ərazidə saxlanılmasından sonra hadisə yeri hesab olunan həmin əraziyə baxış keçirilməsi barədə protokolda hal şahidi kimi iştirakı göstərilən Şahid5 hadisə yerində olmadığını, götürülmüş maddələrə hərbi zastavada baxış keçirilməsində isə faktiki iştirak etməsni göstərsə də, digər iştirakçılar onun hadisə yerində olmasını göstərmişlər. Eyni zamanda Şahid5 hal şahidi olaraq Təqsirləndirilən şəxs saxlanıldığı əraziyə baxış keçirilməsində iştirak etməməsi belə Təqsirləndirilən şəxs əraziyə getməklə narkotik vasitələri əldə etməsi faktını inkar etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin qaçaqmalçılıq cinayətinə münasibətdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddə metamfetaminin qaçaqmalçılıq cinayəti yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsində birgə icraçı kimi iştirak etməmiş, həmin maddələri Azərbaycan Respublikası ərazisində qəbul etməyi əvvəlcədən vəd etməklə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçilik formasında iştirak etmişdir. Ona görə də qaçaqmalçılıq cinayətinə münasibətdə Təqsirləndirilən şəxs əməli CMnin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə qeyd edir ki, dövlət ittihamçısı da çıxışında Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə əməlini CM-nin 32.5,206.2-ci maddəsinə töbvsif etmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı N aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 11069,65,64 qram narkotik vasitə heroin, 429,95 qram narkotik vasitə qurudulmuş marixuana, 2999,95 qram narkotik vasitə asetilə edilən tiryək və 679,95 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 88 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CMnin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı N aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 11069,65,64 qram narkotik vasitə heroin, 429,95 qram narkotik vasitə qurudulmuş marixuana, 2999,95 qram narkotik vasitə asetilə edilən tiryək və 679,95 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-260/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-260/2023
13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver