Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-260/2024 29.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X9 (sədrlik edən və məruzəçi), X12 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx xxxxxx 1994-cü il tarixdə İmişli rayonunun Yalavac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Yalavac kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki o, 12 avqust 2023-cü il tarixdə, saat 22 radələrində İmişli rayonu, Yalavac kəndində yerləşən yaşadığı evin küçə qapısı qarşısında Şahid1 Əlqabil oğlunun idarə etdiyi “Nissan Sunny” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb həmkəndlisi Zərərçəkmiş şəxs ilə söhbət etdiklərini görüb, onlardan avtomobilə minib sürüb çıxıb getmələrini tələb etdiyi üçün Zərərçəkmiş şəxsla arasında mübahisə baş vermiş, həmin mübahisə zamanı əsəbləşərək həyətinə keçib, küçə darvazasının arxasında yerə sançılmış armatur parçasını əlinə götürüb, küçəyə çıxaraq Elmanın qarın nahiyəsinə həmin armatur parçası ilə bir dəfə qəsdən vuraraq, ona, qarının ön divarının qarın boşluğuna keçən, qarının düz əzələsinin, nazik bağırsaq müşariqəsinin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan bir ədəd yara kimi, yetirilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, qəsdən onun sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 avqust 2023-cü il tarixdə, saat 22 radələrində həyətində ailə üzvləri- arvadı X5, qızı Damla Mustafazadə ilə oturarkən küçə qapısının qarşısında avtomobil dayanması səsini eşidib, küçəyə çıxarkən avtomobilin arxasında iki nəfər kişinin olduğunu görmüş və onlara yaxınlaşmışdır. Bu zaman həmin şəxslərdən birinin arvadının atasının əmisi nəvəsi Zərərçəkmiş şəxs, digərinin isə tanımadığı, qırx yaşlarında kişi olduqlarını görmüşdür. Onlardan avtomobili küçə qapısının qarşısında saxlamalarının səbəbini soruşmuş, Zərərçəkmiş şəxs avtomobili orada saxlayan şəxsin tanışı olduğu cavabını vermişdir. Elmandan avtomobili sürüb çıxıb getmələrini tələb etmiş, sonradan kimliyini bildiyi, avtomobilin sahibi Şahid1 Əlqabil oğlu ona heç bir söz deməmiş, Elman onun əvəzində cavab verərək «sürüb gedəcəkdir, nədir, nə olmuşdur» deyə kobud tərzdə cavab vermişdir. Sürücü Şahid1 təkrarən avtomobili sürüb çıxıb getməsini tələb etdikdə, Elman onunla mübahisə etmiş, sifətinə bir dəfə sillə ilə vurmuş və əl atıb boğazından yapışaraq onu boğmuş, həmin vaxt onunla yaxalaşmışdır. Elmana gücü çatmamış, müqavimət göstərib onun əlindən çıxıb həyətə girmiş və əsəbləşdiyi üçün darvazanın arxasında yerə sancılan armatur kəsiyini çıxardıb, əlində küçəyə çıxmışdır. Küçəyə çıxanda İlkin artıq avtomobilini sürüb qaçıb çıxıb gemişdir. Armatur əlində Elmana yaxınlaşaraq onun qarın nahiyəsinə armaturla bir dəfə vurmuş, sonra isə geri çəkilmiş, Elman tarazlığını saxlaya bilməmişdir. Həmin anda etdiyi əməldən peşman olmuş, Elmanın qoluna girib həyətinə aparmış, evdən dəsmal gətirib onun qarnına- kəmərin altına qan axan yerə keçirmiş, sonra onu stulda otuzdurub, içməyə su vermişdir. Daha sonra qayınatası X6 zəng vurub, onu evinə dəvət etmiş və Elmanı sonuncunun idarə etdiyi «Ford» markalı avtomobil ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxsla aralarında əvvəllər, həmçinin hadisə vaxtı ədavət və ya düşmənçilik olmamışdır, hazırda da yoxdur, hətta məlum hadisədən sonra barışmışlar, dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır və məhkəmədən barəsində yekun qərar qəbul olunarkən qeyd etdiklərinin, habelə arvadının növbəti dəfə ana olmaq ərəfəsində olduğunun, yaşlı valideynlərinin xəstə olmaqla onun yanında qaldıqlarının, atasının şəkər xəstəsi, özünün ailənin yeganə qazanc gətirən fərdi olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid) ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 12 avqust 2023-ci il tarixdə, saat 22 radələrində İmişli rayonunun Yalavac kəndində piyada yol ilə evlərinə getdiyi vaxt qonşu kənddə yaşayan tanışı Şahid1 Əlqabil oğlu idarə etdiyi «Nissan Sunny» markalı avtomobil ilə yanından ötüb keçərkən onu görüb saxlamış, avtombildən yerə düşüb, onunla söhbət etmişdir. Şahid1la birlikdə İmişli rayon mərkəzi bazarında meyvə-tərəvəz alveri ilə məşğul olurlar. Həmin vaxt İlkinə əvvəllər satmaq üçün nisyə aldığı çiyələyin pulunu vermək istəmiş, bu barədə söhbət etdikləri vaxt Təqsirləndirilən şəxs evinin həyətindən küçəyə çıxıb, onlardan avtomobili evinin yanında saxlamalarının səbəbini soruşmuş, ona avtomobilin sahibinin onun qonağı olmasını, onu görüb saxlamasını və sürüb çıxıb gedəcəyini bildirmiş, Elgün yenidən avtomobili sürüb getmələrini tələb etmişdir. İlkinə avtomobilini sürüb getməyi təklif etmiş, İlkin gedəndən sonra Elgünlə qalıb mübahisə etmiş, əli ilə Elgünün boğazından yapışıb sıxmış, Elgün də onun yaxasından yapışmış və bir-biri ilə süpürləşmişlər. Sonra Elgün onun əlindən çıxıb həyətinə getmiş və beş-on saniyə sonra həyətindən çıxıb üzərinə gəlmişdir. Bu vaxt Elgün əlində olan küt əşya ilə onun qarın nahiyəsinə bir dəfə vurmuş, bundan on saniyə sonra qarın nahiyəsində güclü ağrı hiss etdiyindən, Elgündən kömək istəmiş, sonuncu onu qolundan yapışıb həyətinə apararaq su vermiş və əski gətirib xəsarət aldığı qarın nahiyəsinə keçirmişdir. Həmin vaxt qarın nahiyəsi qanamışdır. Bundan sonra Elgün zəng edib qayınatası X7 çağırmış və sonuncu «Ford» avtomobili ilə oraya gəlmişdir. Elgün onu Vasif İbrəhimovun avtomobilinə mindirib, İmişli Rayon Mərkəzi Xəstəxanasına aparmış, orada ona ilkin tibbi yardım göstəriləndən sonra əməliyyat olunması üçün X4 göndərilmiş və əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bərk predmetin nə olduğunu görməmiş, lakin sonradan ondan cinayətin alət vasitəsi kimi armatur parçası olduğunu öyrənmişdir. Sözü gedən armatur parçasının üzərində çıxıntı olmuş və məhz həmin çıxıntı onun qarın nahiyəsini deşmişdir. Hazırda özünü yaxşı hiss edir. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəmişdir, ona qarşı hər hansı bir iddia və ya tələbi yoxdur, ondan şikayətçi deyil, barışmışlar və bu barədə notariat qaydasında təsdiq edilmiş ərizəni məhkəməyə təqdim edərək, məhkəmədən təqsirləndirilənin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X15 ifadəsində göstərmişdir ki, İmişli rayonunun Yalavac kəndində yaşayır. Qızı Aysun Təqsirləndirilən şəxs arvadıdır. Onlar özlərinə məxsus evdə yaşayırlar. Zərərçəkmiş şəxs onun əmisi oğludur. 12 avqust 2023cü il tarixdə, saat 22:50 radələrində yeznəsi Təqsirləndirilən şəxs telefonda zəng vurub onu həyətinə çağırmış, o da özünə məxsus “Ford” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Elgünün evinə getmişdir. Avtomobili evin küçə qapısının qarşısında saxlayanda Elgünün Zərərçəkmiş şəxsla küçə darvazasının qabağında yol tərəfdə dayandıqlarını görmüş, nə baş verdiyini soruşanda, Elgün cavab vermişdir ki, darvazanın armatur kəsiyi ilə Elmanın qarnına vurub, ona xəsarət yetirmişdir. Elgünlə köməkləşərək Elmanı avtomobilinə mindirib İmişli Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə iclasında cinayət işi üzrə Şahid1 Əlqabil oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, İmişli rayonunun Rəsullu kəndində yaşayır. Rayonun Yalavac kəndi həmin kəndlə qonşudur və uşaq vaxtlarından həmin kənddə yaşamışdır. 12 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Yalavac kəndinin içərisindən keçən yol ilə “Nissan” markalı, 77-238 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, bazarda onunla bir yerdə meyvə-tərəvəz alveri edən həmkəndlisi Zərərçəkmiş şəxs piyada yol ilə getdiyini görmüş və avtomobili saxlayıb, onunla küçədə görüşərək hal-əhval tutmuşdur. Həmin anda Zərərçəkmiş şəxs ona “əmisi oğlu” kimi təqdim etdiyi bir nəfər oğlan küçəyə çıxıb yanına gəlmiş və Elmanla görüşmüşdür. Onların sonrakı söhbətlərinə qulaq asmadan, avtomobilinə minib çıxıb getmiş, sonradan eşitmişdir ki, o, gedəndən sonra Elmanla Elgünün arasında dava-dalaş baş vermişdir. Elmanla telefon əlaqələri meyvə-tərəvəz alveri ilə bağlı olmuşdur (iş vərəqi 146-148). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş, habelə ifadəsi elan olunmuş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X13 13 avqust 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə başlanılmış cinayət işi icraata qəbul edilmiş və Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 01). İmişli Rayon Polis Şöbəsinin 13 avqust 2023-cü il tarixli raportundan görünür ki, İmişli rayonunun Yalavac kənd sakini Zərərçəkmiş şəxs “qarının aşağı səthinin daxilə keçən kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə xəstəxanaya daxil olmuşdur (iş vərəqi 03). İmişli Rayon Polis X13 13 avqust 2023-cü il tarixli protokolundan görünür ki, hadisə İmişli rayonu, Yalavac kəndində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yaxınlığında küçədə baş vermişdir. Hadisə baş verən yerdə həyətin kənarları mişar daşları ilə hörülmüş hasarla əhatəyə alınmış və həyətin giriş qapısı dəmir darvazadan ibarətdir. Darvazanın arxasında qapını saxlamaq üçün yerə armatur parçası basdırılmışdır. Təqsirləndirilən şəxs armatur parçasının bir ədədini təqdim edərək, həmin armaturla Zərərçəkmiş şəxs xəsarət yetirməsini bildirmişdir. Həmin armaturun əyrisi ilə bir yerdə uzunluğu 67 sm-dir və armatur kəsiyi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür; fotoşəkillər protokola əlavə olunmuşdur (iş vərəqi 06-12). İmişli Rayon Polis X13 13 avqust 2023-cü il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə yaxın qohumlarına məlumat verilmiş və ona, sənədlərin surəti təqdim olunmuşdur (iş vərəqi 13; 22-23). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X22 14 avqust 2023-cü il tarixli məktublarından görünür ki, İmişli rayonu, Yalavac kənd sakini, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 13 avqust 2023-cü il tarixdə Şirvan Şəhər Mərkəzi X10 Yardım Bölməsinə (ACİL) “qarının ön divarının qarın boşluğuna nüfüz edən kəsilmiş-deşilmiş yarası, qarın düz əzələsinin və nazik bağırsaq müsariqəsinin kəsilmiş yaraları, hemoperitoneum” diaqnozu ilə daxil olmuşdur (iş vərəqi 38-40). İmişli Rayon Polis X13 15 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona, həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 43-44). İmişli Rayon Məhkəməsinin 4(036)-51/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq, dərhal həbsdən azad edilmiş və haqqında 4 (dörd) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (iş vərəqi 62-64). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X22 “canlı şəxsin ekspertizasına dair” 616 nömrəli, 15 avqust 2023-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarət- boyunun sağ yan səthində sıyrıq bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 12 avqust 2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi və qeyd olunmuş sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (iş vərəqi 65-66). İmişli Rayon Polis X13 17 avqust 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və o, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri göstərməklə ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmişdir; fotoşəkillər protokola əlavə olunmuşdur (iş vərəqi 68-72). İş üzrə Zərərçəkmiş şəxs 21 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və ya tələbi yoxdur və ərizəsinin nəzərə alınmasını xahiş edir (iş vərəqi 82). İmişli Rayon Polis X13 25, 26 avqust 2023-cü il tarixli qərarı və protokollarından görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan geyim əşyaları- bir ədəd şalvar, bir ədəd köynək və bir cüt corab istintaq zərurəti ilə əlaqədar maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş və həmin əşyalara baxış keçirilmişdir; fotoşəkillər protokola əlavə olunmuşdur (iş vərəqi 83-91). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “İmişli Rayon Mərkəzi Xəstəxanası” X22 20 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, İmişli rayonunun Yalavac kənd sakini Təqsirləndirilən şəxs həmin xəstəxananın ruhi-əsəb kabinetində qeydiyyatda dayanmır (iş vərəqi 92). Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti başçısının Rəsullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 809 nömrəli, 03 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Mustafayev X1 qeydiyyatda olmaqla, orada yaşayır (iş vərəqi 110). Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti başçısının Rəsullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 03 oktyabr 2023-cü il tarixli xasiyyətnaməsində Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqi 111). Azərbaycan Respublikası vətəndaşının AA1285583 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2019-cu il təvəllüdlü Damla Mustafazadə adlı azyaşlı uşağı var (iş vərəqi 114). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “İmişli Rayon Mərkəzi Xəstəxanası” X24, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “X23”nin tibbi sənədləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs atası X8 poliklinikada “şəkərli diabet tip 2 ağır forma” diaqnozu ilə ambulator qeydiyyatdadır, habelə ikinci dərəcəli əlilliyi vardır, anası X2 da səhhətində problemlər vardır (iş vərəqi 115-128). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X22 “canlı şəxsin ekspertizasına dair” 764 nömrəli, 10 oktyabr 2023-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət- qarının ön dirvarında qarın boşluğuna keçən, qarının düz əzələsinin, nazik bağırsaq müsariqəsinin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan bir ədəd yara iti uclu, kəsici-deşici xassəyə malik alətin təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o, cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 12 avqust 2023-cü il tarixdə iti uclu və kənarları hamar armatur parçası ilə qarın nahiyəsinə vurulma nəticəsində də əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir (iş vərəqi 129-130). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 oktyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 132). İmişli Rayon Polis X13 25 oktyabr 2023-cü il tarixli protokolundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş CD kompakt diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs istifadəsində olan 051 667-52-27 nömrəsindən Şahid1 Əlqabil oğlunun istifadə etdiyi 050 627-94-24 nömrəsinə 23 iyul 2023-cü il tarixdən 16 avqust 2023-cü il tarixədək çoxsaylı zənglər qeydə alınmışdır. Hadisə baş verən gün, yəni 12 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan 051 667-52-27 nömrəsindən Şahid1 istifadəsində olan 050 ***-**-** nömrəsinə 21:00:01-də, 22:00:07-də, 22:17:31-də, 22:33:57-də, 22:46:21-də zənglər qeydə alınmış; Şahid1 istifadə etdiyi 050 627-94-24 nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan 051 667-52-27 nömrəsinə isə həmin gün saat 22:40:26-da, 22:51:36-da; 13 avqust 2023cü ildə, saat 01:03:05-də zənglər qeydə alımışdır. Zənglərin çoxsaylı olması tərəflərin birbiri ilə münasibətlərinin olmasını və zəngləşərək hadisə yerində görüşdüklərini göstərir. Həmin zənglərin siyahısı diskdə olan məlumatlarda öz əksini tapmışdır (iş vərəqi 134- 135). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X22 "xxxx" 506- MTKŞ/2023 nömrəli, 07 noyabr 2023-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuş zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir; şalvar və bir cüt corab üzərində zədə və zədə izləri aşkar edilməmişdir; köynəyin ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş armatur parçası ilə yetirilməsi inkar olunur; armatur parçası zavod üsulu ilə hazırlanmış armatur parçasıdır və soyuq silah hesab edilmir (iş vərəqi 137-138). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X22 "xxxx" 681/2023-MTBŞ nömrəli, 24 oktyabr 2023-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qurupu O alfa, beta (1) (təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar və köynək üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri O alfa beta (1) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunan Zərərçəkmiş şəxs məxsus bir cüt corab üzərində qana şübhəli ləkələr, armatur kəsiyi üzərindəki ləkələrdə isə qan aşkar olunmadı (iş vərəqi 140-143). İmişli Rayon Polis X13 16 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı demişlər (iş vərəqi 153-156). İş üzrə Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona qarşı hər hansı bir şikayət və ya tələbi yoxdur və ərizəsinin nəzərə alınmasını xahiş edir (iş vərəqi 157). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X22 Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının 12 oktyabr 2023-cü il tarixli, 2857 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, hazırda da hər hansı bir psixi xəstəlik əlamətləri aşkar olunmur, o, öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ünsiyyətçilik, söz götürməmək, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, törətdiyi əməl zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuş, cinayət əməlini törədən zaman psixi-emosional sferasında situasiya ilə əlaqədar hirslilik halı yaranmışdır (iş vərəqi 162-164). İmişli Rayon Polis X13 “sübutların qiymətləndirilməsi haqqında” 18 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 29,120.1, 126.2.3, 221.3 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, iş üzrə maddi sübut olan, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd şalvar, bir cüt corab və cinayətin aləti olan bir ədəd armatur parçasının İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılması qərara alınmışdır (iş vərəqi 166-172). İmişli Rayon Polis X13 20 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olnmuş və ona, həmin maddə ilə yenidən ittiham elan olunmuş, qərarın surəti təqdim edilmişdir (iş vərəqi 175-176). Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notariat qaydasında təsdiq olinmuş 15 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, gələcəkdə də bununla bağlı iddia və ya tələbi olmayacaqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “İmişli Rayon Mərkəzi Xəstəxanası” X22 29 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X5 həqiqətən də, xəstəxananın qadın məsləhətxanasında “17 həftəlik hamiləlik” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 10 (on) saat 30 (otuz) dəqiqə iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X11 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, o cümlədən ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Bu mənada məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur. Həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Bu zaman həyat üçün təhlükəli zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən və ya adi gedişində ölümlə nəticələnən zərər başa düşülür. Sağlamlığa zərər vurmanın həyat üçün təhlükəli olmasını qiymətləndirdikdə tibbi yardım nəticəsində ölüm halının qarşısının alınması nəzərə alınmamalıdır. Şərh edilən cinayət maddi tərkibli olmaqla Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyasında göstərilmiş nəticələrdən hər hansı biri mövcud olduğu andan başa çatmış hesab ediləcəkdir. Hər bir halda zərərçəkmişə dəymiş zərərlə təqsirkarın qanunazidd əməli arasında səbəbli əlaqə olmalıdır. Bu cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və ya onun vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd). Bu cinayətlər üzrə qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də, təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında keçən mübahisə zamanı, yaxalaşdıqları vaxt Zərərçəkmiş şəxs gücü çatmadığı üçün müqavimət göstərib, əlindən çıxaraq həyətində darvazanın arxasında yerə sancılan armatur kəsiyini çıxarıb, yenidən küçəyə çıxaraq Elmana yaxınlaşıb, onun qarın nahiyəsinə armaturla bir dəfə vurmaqla ona, qarının ön divarının qarın boşluğuna keçən, qarının düz əzələsinin, nazik bağırsaq müşariqəsinin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan bir ədəd yara kimi xəsarətləri yetirməsi ibtidai istintaq orqanı tərəfindən doğru olaraq həyat və sağlamlıq üçün təhlükəli olduğundan qəsdən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilmiş və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində azyaşlı uşağının, habelə arvadının hazırda növbəti dəfə ana olmaq ərəfəsində olduğunu, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə ailənin yeganə gəlir gətirən fərdi olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, yaşlı valideynlərinin xəstə olmaqla onun yanında qaldıqlarını, atasının “şəkərli diabet tip 2 ağır forma” diaqnozu ilə ambulator qeydiyyatda olmaqla ikinci dərəcəli əlilliyinin olduğunu, əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunmuşdur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə məhkəmə istintaqı zamanı əməlinin sübut olunmasında çətinlik yaratmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamında göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları- törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq hissi keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, həyat tərzini, ağır ailə vəziyyətini, valideynlərinin ağır xəstə olmaqla onunla birlikdə yaşamalarını, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza növü- azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Ona görə də, bu halların məcmusu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən müstəsna hal hesab edilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinin təsiri altında törətməsini qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə tanımadığı şəxsdən avtomobillə küçə qapısının yanında saxlamalarının səbəbini soruşduqda, zərərçəkmişin avtomobili orada saxlayan şəxsin tanışı olduğu cavabını verməsi, onlardan avtomobili sürüb çıxıb getmələrini tələb etdikdə avtomobil sahibinin ona heç bir söz deməməsi, Elman onun əvəzində cavab verərək «sürüb gedəcəkdir, nədir nə olmuşdur» deyə kobud tərzdə bildirməsi, sürücüdən növbəti dəfə avtomobili sürüb çıxıb getməsini tələb etdikdə, Elmanın onunla mübahisə etməsi, sifətinə bir dəfə sillə ilə vurması, əl atıb boğazından yapışaraq onu boğması, bir-birləri ilə yaxalaşmalarından mübahisənin məhz zərərşəkmiş şəxsin təşəbbüsü ilə baş verdiyinin sübuta yetirildiyi qənaətinə gəlmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini tədqiq edərkən digər xüsusatlarla yanaşı ailə tərkibini, zərərşəkmiş şəxsin onun arvadının atasının əmisi nəvəsi olmasını, hər hansı şikayət və tələbi olmayan, əksinə azadlıqdan məhrum edilməməsini xahiş edən zərərçəkmişin mövqeyini də nəzərə alır. Məhkəmə qeyd olunan halları müstəsna kimi qiymətləndirməsini həm də, təqsirləndirilən şəxsin himayəsindəki azyaşlı uşağının hüquqlarının müdafiəsi baxımdan məqsədəuyğun sayır. Belə ki, “Uşaq hüququları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, uşaq hüquqlarının müdafiəsini həm də məhkəmə orqanları təmin etməli, məhkəmə öz fəaliyyətində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələblərinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, “cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Qərarda həmçinin göstərilmişdir ki, maddənin sanksiyasında azadlıqdan məhrumetmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-nin 53-cü maddəsi xatırlanmadan birbaşa CM-nin 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyasında cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmənin müəyyən edilmiş üç formasından biri Cinayət Məcəlləsini Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsidir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin aşagıdakı əsaslarını nəzərdə tutur:- cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halların olması; cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların mövcudluğu; iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Qanun işin müstəsna halları anlayışını müəyyən etmir. Ona görə də, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Cinayətin ictimai təhlükəliliyini azaldan başqa hallar dedikdə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkən şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi və sair başa düşülməlidir. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsi haqqında müddəa məhkəmənin CM-nin 42-ci maddəsində nəzərdə tutulmuş cəza növlərinin az ciddi cəzadan daha ciddi cəzaya doğru ardıcıl düzülüşünə əsaslanmaqla daha yüngül cəza növünə keçməsinə imkan verir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 avqust 2023-cü il tarixdən hökmün elan olunduğu 29 yanvar 2024-cü il tarixinədək həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay 16 (on altı gün) müddət bir günə iki gün hesablanmaqla, yəni 11 (on bir) ay 2 (iki) gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəndə saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə yaşadığı İmişli rayonunun ərazi hüdudlarını təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək kimi vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Bu mənada Təqsirləndirilən şəxs barəsində olan hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır (Cəzaların İcrası Məcəlləsi 51-2.1-ci maddə). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli, sözü gedən qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, hökmün bu hissədə icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə polis orqanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinə həvalə olunmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1 və 132.1.7-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar, 1 (bir) cüt corab və cinayətin aləti olan 1 (bir) ədəd armatur parçası məhv edilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 avqust 2023-cü il tarixdən hökmün elan olunduğu 29 yanvar 2024-cü il tarixinədək həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay 16 (on altı gün) müddət bir günə iki gün hesablanmaqla, yəni 11 (on bir) ay 2 (iki) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonunun ərazi hüdudlarını təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin, seçilmiş sonuncu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin və hökmün bu hissədə icrası məhkumun yaşayış yeri üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar, 1 (bir) cüt corab və cinayətin aləti olan 1 (bir) ədəd armatur parçası məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Neymət Məmmədov Nahid Hüseynov
Məhkəmə qərarları › İş №1(099)-260/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-260/2024
29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver