Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-260/2025 10.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X20, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi – X17 iştirakları ilə, xx xxxx 1982-ci ildə İran İslan Respublikasının Parsabad rayonunda anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, İran İslam Respublikasının Biləsuvar rayonunun Cəfərabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM-nin) 318.2, 206.3.2, 234.4-1 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 aprel 2025-ci il tarixdə, saat 16:10-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin (bundan sonra- Azərbaycan Respublikası CPM-nin) 21, 42, 51-2, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tuturaq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmiş, bundan başqa, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni, xüsusilə külli miqdarda psixotrop maddəni və güclü təsir edən maddəni İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyıb, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmişdir. Belə ki, o, qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün şəxsiyyəti istintaqa Siyamək adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan, təmiz halda çəkisi 1125 qram qurudulmuş marixuananı və xüsusilə külli miqdarda psixotrop maddə olan təmiz halda çəkisi 1920 qram metamfetamini İran İslam Respublikasının ərazisində istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etmiş, saxlamış, şəxsiyyəti istintaqa Siyamək adı ilə məlum olan və şəxsiyyəti istintaqa məlum olmayan digər İran İslam Respublikası vətəndaşları ilə 6 mart 2024-cü il tarixdə, saat 19:50 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Cəlilabad rayonunun Dələli kəndinin ərazisində yerləşən 7-ci sərhəd zastavasının 15-ci sahəsindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçərək, qeyd olunan külli miqdarda narkotik vasitəni və xüsusilə külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qəsdən qaçaqmalçılıq yolu ilə daşıyaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirərək Cəlilabad rayonu Dələli kəndi ərazisində yerləşən 7-ci sərhəd zastavasının 15-ci sahəsində mühəntis texniki çəpərinin üzərindən atmış, şəxsiyyəti istintaqa Siyamək adı ilə məlum olan və şəxsiyyəti istintaqa məlum olmayan başqa bir nəfər İran İslam Respublikası vətəndaşları isə təkrarən qəsdən qanunsuz olaraq həmin ərazidən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçmiş, qeyd olunanlarla yanaşı o, İran İslam Respublikasında olarkən satış məqsədi ilə qəsdən qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan şəxsdən əldə edib saxladığı təsir maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 2 ədəd həb tramadolu öz üzərində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə daşıyaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin, Cəlilabad rayonunun Dələli kəndinin ərazisində yerləşən 7-ci sərhəd zastavasının 15-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra 06 mart 2024-cü il tarixdə, saat 19:50-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Cəlilabad rayonunun Dələli kəndində yerləşən 7-ci sərhəd zastavasının 15-ci sahəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib saxlanılmış, daha sonra əraziyə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə 1125 qram qurudulmuş marixuana və xüsusilə külli miqdarda psixotrop maddə 1920 qram metamfetamin aşkar edilərək götürülmüş, həmçinin onun üzərindən təsir maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 2 ədəd həb tramadolu aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İranın Parsabad şəhərində Siyamək adlı tanışı ona zəng edərək görüşmək istədiyini bildirmiş, onlar Qışlaq adlanan ərazidə görüşmüşlər. Görüş zamanı Siyamək ona bir kiloqram çəkidə narkotik vasitə marixuananı Azərbaycan Respublikası ərazisinə keçirmək müqabilində pul təklif etmiş, o da Siyaməkin təklifi ilə razılaşmışdır. Bundan sonra o, Siyamək və adını bilmədiyi Siyaməkin tanışı ilə İran İslam Respublikasının Azərbaycan Respublikası ilə həmsərhəd kəndinə gələrək hava qaraldıqdan sonra birlikdə dövlət sərhəd xəttinə doğru piyada hərəkət etməyə başlamışlar. X28 Respublikasının ərazi hüdudları daxilində qalmış, o və digər şəxs isə Azərbaycan Respublikasının dövlət sərhəddini keçərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daxil olmuşlar. O, gecəgörmə cihazı ilə ərazidə heç bir şəxsin olmadığını görüb hərəkət etmək üçün hər hansı maneə olmadığına əmin olduqdan sonra mühəndis texniki çəpərə doğru hərəkət etmiş, əlindəki içərisində narkotik vasitə marixuana olan çantanı mühəndis texniki çəpərdən qarşı tərəfə atmaq istəyərkən yaxınlıqda dərənin içərisində iki hərbi qulluqçunun onu müşahidə etdiklərini görüb çantanı yerə ataraq geriyə dönüb İran İslam Respublikasının ərazisinə doğru qaçmağa başlamış, hərbi qulluqçular onu təqib edərək saxlamışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, pula ehtiyacı olduğu üçün Siyaməkin təklifi ilə razılaşmış, ibtidai istintaq zamanı ifadəsində adını Siyamək kimi qeyd etdiyi şəxsin adı əslində Şahram olmuş, bu işi ona məhz Şahram təklif etmiş, Şahram tərəfindən ona Azərbaycan Respublikası ərazisinə keçirilməsi üçün bağlama verilərkən həmin bağlamaya açıb baxmış, bağlamanın içərisində yalnız marixuana olmuş, bağlamanın içərisində metamfetamin olmamış, üzərində aşkar edilmiş iki ədəd həbi ona “güclü qaçması” üçün Şahram vermişdir. Saxlanıldıqdan sonra başa düşmüşdür ki, Şahramın əmisioğlu ilə dalaşdığından onun həbs olunması üçün bu işi Şahram bilə-billə təşkil etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan CPM-nin 327.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2015-ci ildə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirdiyinə görə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin hökmü ilə o 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin 5 ildən bir qədər çox cəza çəkdikdən sonra vətəndaşı olduğu ölkəyə ekstradisiya edilmişdir. 2021-ci ildə isə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçdiyinə görə bir daha cinayət məsuliyyətinə və məhkəmənin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azadlığa çıxdıqdan sonra İran İslam Respublikasına deportasiya edilmişdir. O, 5 mart 2024-cü il tarixdə İran İslam Respublikasının Biləsuvar rayon sakini, təxminən 10 ildir ki, tanıdığı Siyamək Huşiyara zəng vuraraq ondan borca bir milyon İran İslam Respublikası tüməni (təxminən 40 manat) pul istəmiş və həmin pulu "Novruz bayramı"na qədər ona çatdıracağını bildirmişdir. Siyamək ona təklif etmişdir ki, onda olan 5 kiloqram narkotik vasitə olan qurudulmuş marixunanı qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına aparsın. Bu işi görəcəyi təqdirdə ona 30 milyon İran İslam Respublikası tüməni (təxminən 1200 manat) pul verəcəyini bildirmişdir. O, götür-qoy etmiş, lakin borcları olması səbəbindən Siyaməkin bu təklifi ilə razılaşmışdır. Siyamək elə həmin telefon danışığında ona bildirmişdir ki, 6 mart 2024-cü il tarixdə saat 17 radələrində X25 və Ruh kəndləri arasındakı qışlağa gəlsin və onunla görüşsün. Serah kəndinin yanında İranın Dəmirçi kəndi yerləşməsini, həmçinin Serah və Dəmirçi kəndlərinin Azərbaycan Respublikasının Cəlilabad rayonunun Dələli kəndi ilə həmsərhəd olmasını bildirmişdir. Siyamək ona, özü ilə mobil telefon götürməməyini bildirmişdir. O, Siyaməkin dediyi kimi 6 mart 2024-cü il tarixdə, saat 17 radələrində taksi ilə həmin əraziyə getmiş, həmin əraziyə çatanda görmüşdür ki, Siyamək özünə məxsus "Peugeot" markalı, qeydiyyat nişanını bilmədiyi avtomobildə sükan arxasında oturub. Siyaməkin avtomobilində Siyaməkdən başqa iki nəfərin olmasını görmüşdür. O, həmin şəxslərin adını bilməmiş, hətta cəhd etmişdir ki, onların adını öyrənsin, lakin həmin şəxslər ona "Bizim adımız sənin nəyinə lazımdır?" demişlər. Təxminən avtomobillə yarım saat yol getdikdən sonra X23 kəndinə çatmış və havanın qaralmasını gözləmişlər. Yol boyu söhbət etməmiş, saat 19 radələrinə qədər gözləmişlər. Siyamək avtomobilin arxa oturacağında oturan şəxsin onlarla gəlməyəcəyini və avtomobillə geri qayıdacağını bildirmişdir. O, Siyamək və ön sağ oturacaqda oturan şəxs isə avtomobildən düşmüşdür. Avtomobildən düşəndə arxada onun yanında oturan şəxs içərisində narkotik vasitələr olan 1 (bir) ədəd çantanı Siyaməkə vermişdir. Sonra onlar Azərbaycan sərhədi istiqamətində piyada hərəkət etməyə başlamışlar. Təxminən 15-20 dəqiqə sonra qarşıda İran İslam Respublikasının sərhədini mühafizə edən bölmənin yanından məftili qaldırıb keçmişlər. Həmin vaxt onları orada heç kəs görməmiş və onlar asanlıqla həmin ərazidən keçmiş və bundan sonra Azərbaycan-İran sərhədini ayıran Bolqar (Dələli çayı da deyilir) çayını keçməklə qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişlər. Həmin vaxt içərisində narkotik vasitələr olan 1 (bir) ədəd çanta Siyaməkin əlində olmuşdur. Təxminən 150 metr hərəkət edib təpəni qalxdıqdan sonra onlarla gələn adını bilmədiyi şəxs təpədə dayanmış, o və Siyamək isə hərəkətlərinə davam etmişlər. Təxminən 300 metr getdikdən sonra Siyamək də dayanmış və əlində olan gecəgörmə cihazı ilə müşahidə aparmağa başlamış və içərisində narkotik vasitələr olan həmin çantanı ona verərək bundan sonra onun yolu tək getməli olduğunu bildirmişdir. O sərhəd çəpərinə yaxın olduğunu görmüş və həmin çantanı götürərək təxminən 300 metr çəpərə doğru qaçmış, çəpərə çatıb əlimdəki çantanı çəpərin digər tərəfinə atmış və geri dönmək istəyərkən sərhədçilər ucadan "Dayan!" çağırışı vermişlər. Lakin o, əvvəlcə çağırışa məhəl qoymamış və geri qaçmışdır. Bundan sonra sərhədçilər havaya xəbərdarlıq atəşi açmış, bu zaman o nisbətən çala olan yerdə gizlənmişdir. Daha sonra sərhədçilər axtarışa başlamış, o isə yerindən tərpənməmişdir. Təxminən 10 dəqiqə sonra sərhədçilər onun gizləndiyi yeri görüb onu saxlamışlar. Onu sərhəd çəpərinin digər tərəfinə atdığı içərisində narkotik vasitələr olan 1 (bir) ədəd həmin çantanın yanına aparmışlar və ondan çanta barədə soruşduqda o, etiraf edərək bildirmişdir ki, həmin çantanı o, Siyamək və bir nəfər digər şəxs birlikdə gətirmişlər və onu sərhəd çəpərinin digər tərəfinə özü atmışdır. Bundan sonra o həmin çanta ilə birlikdə sərhəd zastavasına aparılmış və həmin çantanın içərisinə baxış keçirilmişdir. Baxış zamanı çantadan narkotik vasitələr qurudulmuş marixuanaya və metamfetaminə bənzər maddələr aşkar edilmişdir. O, üzərindən aşkar edilərək götürülümüş tramadol hidroxloridin təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 2 (iki) ədəd həbləri İranda olarkən təxminən iki-üç ay bundan əvvəl hazırda xatırlamadığı tanışları vasitəsilə əldə etmişdir. Həmçinin, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 980 qram və 940 qram metamfetaminlə yanaşı üç ədəd bağlamada ümumi təmiz çəkisi 2945 qram ağ rəngli, iri və xırda qarışıq kristallardan ibarət maddələr kütlələrinin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri olmayan maddələri onun əlindəki çantanın ağır olması və tutulmağı üçün Siyamək tərəfindən yerləşdirilmişdir. Belə ki, buna səbəb Siyaməkin əmisioğlu Məhərrəmlə arasında düşmənçilik olmasıdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadə elan olunduqdan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, həmin ifadəni ona ibtidai istintaq zamanı işgəncə verilməsi ilə bağlı məcbur qalıb vermiş, ona qarşı zor tətbiq edilərkən baş nahiyyəsindən xəsarət almış, lakin istintaq təcridxanasına daxil olarkən tibbi müayinə olunarkən onda xəsarətlər aşkar edilməmişdir. Hal-hazırda həmin ifadəni təsdiq etmir, məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs məhkəməyə son sözündə saxlanılarkən üzərində yalnız marixuana və tramadol həbləri olduğunu bildirərək məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlığının əməliyyat müvəkkili vəzifəsində xidmət edən leytenant Şahid2 Abbas oğlu ifadəsində göstərmişdir ki, 6 mart 2024-cü il tarixdə 7-ci sərhəd zastavasının xidməti ərazisindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətiriləcəyi barədə daxil olmuş əməliyyat məlumatına əsasən pusqu sərhəd naryadının xidmətini təşkil edərkən İran İslam Respublikası tərəfdən dövlət sərhəd xəttini keçərək Azərbaycan Respublikası ərazisinə doğru üç nəfər şəxsin hərəkət etdiyini müşahidə etmiş, gecəgörmə cihazı ilə müşahidəyə davam edərkən həmin şəxslərdən birininin sərhəd xəttini keçdikdən sonra dayandığını, digər iki nəfərin isə Azərbaycan Respublikası ərazisinə doğru hərəkətə davam etdiklərini, bir qədər irəlilədikdən sonra onlardan birinin dayandığını, digər şəxsin isə mühəndis-texniki çəpərə doğru hərəkət etdiyini görmüşdür. Həmin şəxs çəpərə yaxınlaşaraq əlindəki çantanı mühəndis-texniki çəpərdən qarşı tərəfə atmaq istəyərkən sərhəd naryadı tərəfindən həmin şəxsə “Dayan!” çağırışı olmuş və havaya xəbərdarlıq atəşi açılmışdır. Buna baxmayaraq həmin şəxs İran İslam Respublikasına doğru qaçmağa davam etmiş, onu təqib edərək saxlamışlar. Saxlanılan şəxs İran İslam Respublikasının Parsabad şəhər sakini Mirtohid olduğunu və narkotik vasitələri çəpərdən atdıqdan sonra İrana qayıdacağını, digər iki nəfər şəxsin ona köməklik etdiklərini, lakin onunla gəlmədiklərini bildirmişdir. Əraziyə baxış zamanı Mirtohid tərəfindən atılmış çanta aşkar edilmiş, çantaya baxış zamanı içərisində narkotik vasitələr olduğu müəyyən edilmişdir. Verilən suallara cavab olaraq Şahid2 Abbas oğlu ifadəsinə davam edərək göstərmişdir ki, həmin ərazidə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd xəttinin Bolqar çayı ilə müəyyən edilir, həmin çaydan mühəndis-texniki çəpərə qədər məsafə 1200 metrdir. Mirtohidlə gələn digər şəxs Bolqar çaydan mühəndistexniki çəpərə doğru təxminən 400-500 metr məsafədə yaxınlaşmış, Mirtohid özü isə bilavasitə mühəndis-texniki çəpərə yaxınlaşmışdır. Mirtohid üzərindəki çantanı çəpərdən qarşı tərəfə atmışdır. Onlar Mirtohidi təqib edərək saxlayarkən digər iki şəxs qaçaraq İran İslam Respublikası ərazisinə daxil olmuşlar. Mirtohid ilkin sorğu-sual zamanı əvvəllər Azərbaycan Respublikasında məhkum olunduğunu, narkotik vasitəni Siyamək adlı şəxsdən aldığını, narkotik vasitələri Azərbaycan Respublikası ərazisinə atdıqdan sonra İranda pul alacağını və Azərbaycan Respublikası ərazisində ondan narkotiki kimin alacağı barədə məlumatının olmadığını, bu barədə İranda olan şəxslərin bildiyini, onun “kuryer” kimi gəldiyini bildirmişdir. Mirtohidin iştirakı ilə onun atdığı sarı rəngli çantaya baxış keçirilmiş, bundan sonra Mirtohid zastavaya göndərilmişdir. Mirtohidin saxlanılmasında o, baş leytenant Şahid1 və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hal-hazırda adını xatırlamadığı bir əsgər iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının rəisi vəzifəsində xidmət edən baş leytenant Şahid1 Şahid2 oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hal-hazırda xatırlamadığı tarixdə elektrik vəzifəsində işlədiyi N nömrəli hərbi hissəyə çağırılmış, ona Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq narkotik vasitələr keçirmiş İran İslam Respublikasının vətəndaşından götürülmüş narkotik vasitələrə baxış keçirilməsində hal şahidi kimi iştirak etmək təklif edilmişdir. O, razılaşaraq zastavanın inzibati binasına getmiş. Mirtohid adlı İran İslam Respublikasının vətəndaşından aşkar edilərək götürülmüş bağlamalara baxış keçirilməsində iştirak etmişdir. Bağlamalarda narkotik vasitələr olduğunu görmüş, həmin narkotik vasitələr təqsirləndirilən şəxsin eləcə də, hal şahidlərinin iştirakı ilə çəkilərək qablaşdırılmışdır. Mirtohidə qarşı zorakılıq hərəkətləri edilməsinin şahidi olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında 7 mart 2024cü il tarixli qərardan görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqa Siyamək adlı İran İslam Respublikasının vətəndaşı kimi məlum olan şəxs və qeyriləri barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4-1 və 318.2-ci maddələri ilə cinayət işi başlanmışdır. (İ cild, i.v. 1-2;) - N nömrəli hərbi hissə komandirinin Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat idarəsinin rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024cü il tarixdə saat 19:50-də üç nəfər şəxsin İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçməsi sərhəd naryadı tərəfindən müəyyən edilmiş, keçirilmiş əməliyyat tədbirləri zamanı həmin şəxslərdən ikisi havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək İran İslam Respublikasının ərazisinə qaçmış, İİR vətəndaşı X1, onun üzərində şəxsi axtarış zamanı içərisində iki həb olmaqla bir ədəd konvalyut, ərazidən isə onun tərəfindən atılmış çantada 4995 qram metamfetaminə bənzər, 1280 qram marixuanaya bənzər kütlə aşkar edilmişdir. (İ cild, i.v. 6;) - Əməliyyat tədbirinin keçirilməsi barədə 06 mart 2024-cü il tarixli qərardan görünür ki, 06 mart 2024-cü il tarixdə 2-ci sərhəd komendantlığının 7-ci sərhəd zastavasının xidməti ərazisindən keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitələrin keçiriləcəyi barədə əməliyyat məlumatı daxil olmuş, şübhəli şəxslərin saxlanması üçün həmin ərazidə sərhəd naryadı xidmətinin təşkil olunmasına qərar verilmişdir. (İ cild, i.v. 8;) - İnzibati qaydada tutma haqqında 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, X6 06 mart 2024-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. (İ cild, i.v.19;) - Şəxsi axtarış keçirilməsi haqqında 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, X3 üzərində hal şahidlərinin iştirakı ilə axtarış keçirilmiş və üzərində “Kingdol” sözü yazılmış içərisində iki ədəd həb olan konvalyut aşkar edilmişdir. (İ cild, i.v. 20;) - Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri N nömrəli hərbi hissənin Cəlilabad rayonunun Dələli kəndində yerləşən 7-ci sərhəd zastavasının 15-ci sahəsidir. Baxış zamanı sərhədboyu zolaqda bir neçə nəfər şəxsə məxsus qarışıq ayaq izlərinin olması müəyyən edilmiş və mühəndis-texniki çəpərin yanında bir ədəd sarı rəngli üzərində “YALDS” sözü yazılmış çantanı müəyyən edilərək götürülmüşdür. (İ cild, i.v. 21-22;) - Baxış keçirilməsi haqqında 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının 15-ci sahəsində mühəndis-texniki çəpərin yanında aşkar edilmiş bir ədəd sarı rəngli üzərində “YALDS” sözü yazılmış çantanın içərisinə hal şahidllərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı çantanın içərisində 4995 qram metamfetaminə bənzər, 1280 qram marixuanaya bənzər kütlə aşkar edilmişdir. (İ cild, i.v. 24-26;) - 7 nömrəli sərhəd zastavasının sərhəd mühafizə kitabından 5-6 mart 2024-cü il tarixi üçün çıxarışdan görünür ki, sərhəd naryadının tərkibi baş leytenant Şahid1, leytenant Şahid2, çavuş Lətif Süleymanov və əsgər Əlisa İsayevdən ibarət olmuşdur. (İ cild, i.v. 31;) - Anket məlumatlarının dəqiqləşdirilməsi haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi materiallarında X3 adı “Təqsirləndirilən şəxs” kimi müəyyənləşmişdir. (İ cild, i.v. 33;) - Şübhəli şəxs qismində tutulma haqqında 07 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri müdafiəçi və tərcüməçinin iştirakı ilə izah edilmişdir. (İ cild, i.v. 50-59;) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2024-cü il tarixli 3-16-16/2-6/1368 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 980 qram və 940 qram, ümumi təmiz çəkisi 1920 qram (1kq 920 qr) ağ rəngli kristalşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Kingdol” markalanma göstəricisi olan konvalyutdaki 2 (iki) ədəd sarı rəngli həb tramadol hidroxlorid tərkibli həblərdir və həmin həblərin tərkibində tramadol hidroxloridin təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir. ( üzərində qeyd edilmiş göstəriciyə əsasən bir həbdə 0,1 qram tramadol hidroxlorid olmaqla). Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd bağlamada ümumi təmiz çəkisi 2945 qram ağ rəngli iri və xırda qarışıq kristallardan ibarət maddələr kütlələrin tərkibində narkotik, psixotrop , güclü təsir ədən və zəhərli maddələrin komponentləri yoxdur və həmin kütlələr narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildirlər. Ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyərinin 114 (yüz on dörd) manat olduğu göstərilmişdir. (İ cild, i.v. 74- 80;) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2024-cü il tarixli 3-16-16/2-7/383 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş açıq qəhvəyi rəngli çantada 1 ədəd üzəri skoçla bağlanmış ağ rəngli polietilen bağlamada təmiz çəkisi- 1125,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manatdır. (İ cild, i.v. 81-85;) - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4-1 və 318.2-ci maddələri ilə ittiham elan edilmiş, müdafəçi və tərcüməçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. (İ cild, i.v. 89-99;) - Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 mart 2024-cü il tarixdən hesablanmışdır. Həmin qərarın təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona istinad olunan cinayət əməlləri üzrə özünü təqsirli bildiyi göstərilmişdir. (İ cild, i.v. 111-114;) - Respublika Narkoloji Mərkəzinin 08 aprel 2024-cü il tarixli 2289 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild, i.v. 211- 212;) - Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətində, yəni 06 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 218-222;) - Maddi sübut kimi tanınma haqqında 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, 1919,8 qram metamfetamin, 1124,8 qram marixuana, 1 (bir) ədəd tramadol hidroxlorid tərkibli həb cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. (İ cild, i.v. 231;) - Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 06 noyabr 2024-cü il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 20-23;) - Cinayət işinin materiallarından cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından şəxsiyyəti istintaqa Siyamək adı ilə məlum olan İİR vətəndaşı və qeyriləri barəsində Azərbaycan CM-nin 318.2, 206.3.2 və 234.4-1-ci maddələri ilə cinayət işi ayrılmışdır. (İİ cild, i.v. 27-28;) - Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti iki ay yəni, 06 yanvar 2025-ci il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 45-48;) - Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti iki ay yəni, 06 mart 2025-ci il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 63-66;) - Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4-1, 240.1 və 318.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. (İİ cild, i.v. 93- 94;) - Təqsirləndirilən şəxs barəsində olan cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə göndərilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, Ağaməhəmmədi X2 sonra aparıldığı sərhəd zastavasının ərazisində fiziki zor və sair təzyiqlərə məruz qalması, eləcə də Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilikdən sonra orada həmin idarənin əməkdaşları tərəfindən döymə, fiziki zor və sair təzyiqlərə məruz qalması barədə istintaq təcridxanasından Baş Prokurorluğa ünvanladığı müraciəti əsasında araşdırma aparılmış, iş üzrə məhkəmə-tibbi ekspertizası keçirilmiş, ekspert rəyində Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət izləri aşkar edilmədiyi göstərilmiş, Təqsirləndirilən şəxs müraciətində işgəncə və sair təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığndan cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. (İİİ cild) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: - Azərbaycan Respublikası ərazisinə qanunsuz daxil olmaqla özü ilə gətirdiyi çantada yalnız bir növ narkotik vasitə, yəni qurudulmuş marixuana olması, həmin çantanın içərisində metamfetatin olmaması, metamfetaminin o saxlanıldıqdan sonra zastavada onu saxlayan hərbi qulluqçular tərəfindən “qoyulması”, həm saxlanıldıqdan sonra zastavada həm də, Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat idarəsinə gətirildikdən sonra işgəncə, zorakılığa və sair təzyiqlərə məruz qalması səbəbindən çantanın içərisində metamfetamin də olması barədə etirafedici ifadələrə verməsi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirməyə hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən məzmunda verilmiş ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə onun ifadəsini həmin hissədə inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin və tərcüməçinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində olan bütün ifadələrində özü ilə gətirib Azərbaycan Respublikasının ərazisində mühəndis-texniki çəpərdən qarşı tərəfə atdığı çantada qurudulmuş marixuana ilə yanaşı metamfetamin olmasını təsdiq etmişdir. Məhkəmə hesab edir ki, əvvəllər də dəfələrlə məhkum olunmuş təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamlar üzrə xüsusilə ağır cinayətlər kateqoriyası üzrə Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini məhz həmin çantada aşkar edilmiş metamfetaminin çəkisinin müəyyən etdiyini anlayaraq, məsuliyyətini bir qədər yüngülləşdirmək üçün verilmiş ittihamı yalnız məhz həmin hissədə mübahisələndirir. Məhkəmə təqsirləndirilən şəxsin fiziki işgəncələrə və zorakılığa məruz qalaraq etirafedici ifadələr verməsi ilə bağlı gətirdiyi dəlilə münasibət bildirərək qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-nin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, Ağaməhəmmədi X2 sonra aparıldığı sərhəd zastavasının ərazisində fiziki zor və sair təzyiqlərə məruz qalması, eləcə də Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilikdən sonra orada həmin idarənin əməkdaşları tərəfindən döymə, fiziki zor və sair təzyiqlərə məruz qalması barədə istintaq təcridxanasından Baş Prokurorluğa ünvanladığı müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən araşdırma aparılmış, iş üzrə məhkəmə-tibbi ekspertizası keçirilmiş, ekspert rəyində Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət izləri aşkar edilmədiyi göstərilmiş, Təqsirləndirilən şəxs müraciətində işgəncə və sair təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona edilən işgəncələr nəticəsində başından xəsarət alsa da, istintaq təcridxanasına daxil olarkən tibbi müayinə zamanı onun bədənində xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla- yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin bir hissəsini (sərhəddən keçirdiyi bağlamada metamfetamin olmaması, bununla bağlı etirafedici ifadələri işgəncəyə məruz qaldığından verməsi) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X15rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (yuxarıda qeyd edilən hissəsi istisna olmaqla) müdafiəçisinin və tərcüməçinin iştirakı ilə hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. “X22 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onların müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya kənar keçirilməsi, həmin Məcəllənin 234.4-1ci maddəsində isə müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və ya daşıma, həmin Məcəllənin 318.2-ci maddəsində isə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhəddini nəzarət-buraxılış məntəqələrindən kənar keçmə cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4-1 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4-1 və 318.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır. Həmin qərarda qeyd edilmişdir ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Hazırkı cinayət işi materiallarından, həmçinin təqsirləndirilən şəxsin və şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi ilə bağlı ilk növbədə “Siyamək” adlı şəxs və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və aralarında olan razılığa əsasən narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası ilə Azərbaycan Respublikasının həmsərhəd ərazisinə gətirmiş, İran İslam Respublikası vətəndaşı olmaları ehtimal olunan “Siyamək” adlı şəxslə və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə Azərbaycan Respublikası Cəlilabad rayonunun Dələli kəndi ərazisindən həmin ərazidə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhəd xəttini müəyyən edən Bolqar çayı keçərək Azərbaycan Respublikası ərazisinə daxil olmuş, İran İslam Respublikası vətəndaşı olmaları ehtimal olunan “Siyamək” adlı şəxs və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs dövlət sərhəd xəttini keçdikdən sonra rol bölgüsünə uyğun olaraq dayanıb ərazini hər hansı təhlükə olub-olmamasını müəyyən etmək üçün ərazini müşahidə etmiş, Ağaməhəmmədi X18 mühəndis-texniki çəpərə yaxınlaşaraq içərisində narkotik vasitə və psixortrop maddələr olan çantanı çəpərin qarşı tərəfinə tullamışdır. Bütün bunlara görə məhkəmə tərkibi hesab edir ki, Ağaməhəmmədi X18, İran İslam Respublikası vətəndaşı olmaları ehtimal olunan “Siyamək” adlı şəxs və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs qeyd edilən cinayətlərin törədilməsində birgə icraçı kimi iştirak etmişlər. Həmçinin yuxarıda qeyd edilən qərarda qeyd edilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Göstərilənlərə əsasən Ağaməhəmmədi X7 İslam Respublikası vətəndaşı olmaları ehtimal olunan “Siyamək” adlı şəxslə və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək narkotik vasitə və psixotrop maddəni gömrük nəzarətindən kənar keçirməklə qaçaqmalçılıq cinayətini törətmişdir. Bu səbəbdən iş üzrə Ağaməhəmmədi X14 qaçaqmalçılıq cinayətinə münasibətdə törətdiyi əməl Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan əlavə məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin pul qarşılığında xüsusilə külli miqdarda –metamfetamini və külli miqdarda qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, saxlamaq və daşımaqla digər şəxsin tapşırığına uyğun olaraq ünvana çatdırmaq niyyətində olması, məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Ağaməhəmmədi X14 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında (bundan sonra – Qərar) göstərilmişdir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarda göstərilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3- 1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsi həmin Məcəllənin 234.4-1ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunun İ siyahısına əsasən 1125,0 qram qurudulmuş marixuana külli miqdar (külli miqdarın aşağı həddindən 2,2 dəfə çox olmaqla), həmin Qanunun İİ siyahısına əsasən 1920 qram metamfetamin xüsusilə külli miqdar (xüsusilə külli miqdarın aşağı həddindən 4,8 dəfə çox olmaqla) təşkil edir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs İİR vətəndaşları olması ehtimal olunan şəxsiyyətləri istintaqa məlum olmayan Siyamək adlı şəxs və qeyriləri ilə narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmək üçün öz aralarında razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, həmin şəxslərlə birlikdə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar Azərbaycan Respublikası ərazisinə gətirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi materiallarından, təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən, şahidlərin ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs İİR vətəndaşları olması ehtimal olunan şəxsiyyətləri istintaqa məlum olmayan Siyamək adlı şəxs və qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasının dövlət sərhəddini nəzarət-buraxılış məntəqələrindən kənarda keçmiş, bununla da Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlində həmin cinayətin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsinin dispozisiyası aşağıdakı məzmundadır: “Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma - ...” Maddənin dispozisiyasından da göründüyü kimi qanunverici tərəfindən həmin cinayət tərkibinin subyektiv cəhətinin zəruri əlaməti kimi satış məqsədinin olması müəyyən edilmişdir. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə əldə edib üzərində saxlamaqla daşıdığı narkotik vasitə və psixotrop maddə çantanın içərisində olmuş, o, məhz həmin çantanı Azərbaycan Respublikası ərazisində mühəndis-texniki çəpərdən qarşı tərəfə atdıqdan sonra geri İran İslam Respublikasına qaçmağa çalışmışdır. Saxlanıldıqdan sonra onun üzərinə şəxsi axtarış keçirilən zaman iki ədəd təsiredici maddəsinin ümumi çəkisi 0.2 qram olan tramadol hidroxlorid tərkibli həblər aşkar edilmişdir. Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsinə tramadol hidroxlorid güclü təsir edən maddə olmaqla külli miqdarının aşağı həddi 6 qramdır. Məhkəmə hesab edir ki, iki ədəd tramadol hidroxlorid tərkibli həblərin Təqsirləndirilən şəxs satış niyyəti ilə əldə edib, üzərində saxlamaqla, daşıdığı və Azərbaycan Respublikası ərazisinə bu məqsədlə atdığı bağlamanın içərisində olmaması, ümumi çəkisinin qanunla külli miqdar üçün nəzərdə tutulmuş aşağı həddən otuz dəfə aşağı olması təqsirləndirilən şəxsin həmin güclü təsir edən maddələrlə bağlı satış niyyətinin olmadığını göstərir. Yuxarıda müəyyən edilmiş hallara ayrı-ayrılıqda və məcmu halda hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri tərkib əlamətləri yoxdur. Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər mövcud olmadığı halda şəxsin güclü təsir edən vasitələri əldə etməsi, üzərində saxlamaqla daşıması şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi üzrə tövsif edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, şəxsin cinayətə aidiyyəti olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 39.1.2, və 42.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4-1 və 318.2-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, “Aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokollar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlərlə yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4-1 və 318.2-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4-1 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa o, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. (İ cild, i.v. 138- 141) Məhkəmə göstərilənlərə əsasən oğlu barəsində Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, həmçinin Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmasını (residiv) nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin xüsusi təhlükəli residivi yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsində qeyd olunmuşdur ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq cəza Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4-1, 318.2-ci maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası CM-nin 56.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə inzibati qaydada tutulduğu 06 mart 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmalı və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 300 (üç yüz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılan 1124,8 qram qurudulmuş marixuana, 1919,8 qram metamfetamin və tramadol hidroxlorid təsiredici maddəsinin miqdarı 0,1 qram təşkil edən 1 (bir) ədəd həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, narkotik vasitələrin qablaşdırılması zamanı qeydə alınmış videogörüntünün əks olunduğu 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 42, 51-2, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2 və 234.4-1 maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona qəti olaraq 14 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə inzibati qaydada tutulduğu vaxtdan, 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə ekspertiza xərci 300 (üç yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılan 1124,8 qram qurudulmuş marixuana, 1919,8 qram metamfetamin və tramadol hidroxlorid təsiredici maddəsi ümumi miqdarı 0,1 qram təşkil edən 1 ədəd həb qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitələrin qablaşdırılması zamanı qeydə alınmış videogörüntünün əks olunduğu 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-260/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-260/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver