Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-261/2022 16.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi, hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) Məmmədov Müşfiq Vaqif oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Zərərçəkmiş şəxs, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 2001-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Vətən müharibəsi iştirakçısı, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci il tarixdə saat 18 radələrində atası Zərərçəkmiş şəxs məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Vaz-21074 minik» markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, X9 prospekti ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, «Vaz- 21074» markalı avtomobili sürücülük vəsiqəsi olmadan maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 65 km/saat sürətlə idarə edib, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almaq üçün texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolu sol istiqamətdən sağ istiqamətə keçən piyada X5 idarə etdiyi avtomobilin ön sol hissəsi ilə vurmuş, onun ehtiyatsızlığı nəticəsində Gülputa Rəhimova baş beyinin diffuz travması, baş beyin maddəsində qansızma, plevra boşluğuna qansızma, sol alın gicgahda hematoma, sağ çənə qanadı proyeksiyasında qançır, alının sol yarısında hər iki dizdə sıyrıq kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq, həmin xəsarətlər nəticəsində baş vermiş travmatik şok və beyin koması nəticəsində ölmüş, həmçinin hadisə nəticəsində «Vaz-21074 minik» markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin müəyyən detallarını zədələyərək Zərərçəkmiş şəxs 123 manat məbləğində maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 noyabr 2021-ci il tarixdə saat 18 radələrində atası Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə X7 istiqamətində saatda 65 km sürətlə hərəkətdə olarkən, yolun ortasında olan qoşa nişanlama xəttinin üzərində bir nəfər qadının dayandığını görmüş, dərhal ayağını tormoza bassa da, avtomobili saxlaya bilməmiş və o avtomobillə həmin qadını vurmuşdur. Bundan sonra o avtomobildən düşərək, sonradan adını bildiyi X5 avtomobilə qoyaraq Şirvan şəhəri mərkəzi xəstəxanasına çatdırmış, oradan da Şirvan Şəhər Polis şöbəsinə getmişdir. Orada Gülputanın aldığı xəsarətlərdən öldüyünü bilmişdir. O etdiyi əməldən peşmandır. Zərərərçəkmiş şəxsin hüzr mərasimində iştirak etmişdir. Onun ailəsinə maddi cəhətdən köməklik göstərmişdir. Zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. O vətən müharibəsi iştirtakçısıdır. Müharibə zamanı xəsarət almış və İİİ qrup əlildir. Ona gırə də bunların cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə verdiyi səmimi etirafedici ifadəsindən başqa, dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, 27 noyabr 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən, mobil telefonuna anası X2 zəng gəlmişdir. Mobil telefon zənginə cavab verən zaman bir nəfər kişi onunla danışaraq, anasının qəza keçirməsini, hazırda Şirvan şəhər mərkəzi xəstəxanasında olmasını bildirdiyindən o dərhal Şirvan şəhəri mərkəzi xəstəxanasına getmişdir. Orada təxminən 1 saat gözlədikdən sonra anasının aldığı xəsarətlərdən öldüyünü ona demişlər. Sonradan anasını Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə vudrduğunu bilmişdir. İbrahim və onun ailə üzvləri anasının hüzr mərasində iştirak edərək onlara maddi cəhətdən köməklik etmişlər. O Təqsirləndirilən şəxslə barışmışdır. Ondan heç bir tələb və şikayəti yoxdur. Dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 noyabr 2021-ci il tarixdə Seymur adlı tanıdığı şəxsdən bir hissəsini sonradan ödəmək şərti ilə 2500 manat müqabilində VAZ 2107 markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini almışdır. Avtomobilin aylıq ödənişi 300 manatdan çox olmuş, Seymurun isə avtomobili sənədləşdirmək üçün imkanı olmadığından avtomobil onun adına keçirilməmişdir. Lakin, faktiki olaraq avtomobil ona məxsus olmuşdur. 27 noyabr 2021-ci il tarixdə İbrahim ona məxsus avtomobillə Salyan rayonuna getmiş, həmin gün saat təxminən 18 radələrində o Şirvan şəhərinə qayıtmış və şəhərin M.Ə.Rəsulzadə prospekti ilə hərəkətdə olarkən mərhumə Gülputa Rəhimovanı vurmuş, sonra da onu xəstəxanaya çatdırmışdır. Lakin Gülputa aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. O və oğlu İbrahim Gülputanın yas mərasimində iştirak edərək, onun ailə üzvlərinə maddi və mənəvi dayaq olmuşlar. Hadisə nəticəsində avtomobilə dəyən ziyana görə heç bir tələb və şikayəti yoxdur. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 27 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, meyit təşrih masası üzərində arxası üstə uzadılmış vəziyyətdədir. Meyitin əynində pampers var. Pampers çıxarıldıqda meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, dolubədənlidir. Meyitin boyunun uzunluğu 18 sm-dir, düzgün bədən quruluşludur. Dəri səthi bir qədər soyumuş, avazımışdır. Meyit ləkələri və meyit qacıması yoxlanan bütün qrup əzələlərdə zəif inkişaf etmişdir. Başının tükləri qara rəngə boyanmış, uzunluğu 5-35 sm-ə bərabərdir, orta sıxlıqddadır. Kəllə tağı sümüklərini əllədikdə sümük-düstruktiv dəyişikliklər hiss edilmir. Gözləri yarıaçıq vəziyyətdədir, ağlı qişası solğundur, göz bəbəkləri bərabər böyüklükdə olub, 0,4 sm-diametrdir. Ağzı yarıaçıq vəziyyətdədir, dişləri yoxdur. Hər iki burun dəlikləri və xarici qulaq keçəcəkləri sərbəst keçiricidir, ifrazat, yad cism aşkar olunmadı. Qulaq seyvanları düzgün inkişaf etmişlər. Burunun sümük və qığırdaqlarını, həmçinin üz skeleti sümüklərini əllədikdə sümükdestruktiv dəyişikliklər hiss edilmir. Boynu bədənə mütənasibdir, adi hərəkətlidir. Döş qəfəsi silindrik formadadır, simmetrikdir. Süd vəziləri sallaqdır, kürə formasındadır, əllədikdə konsistensiyası yumşaqdır ,döş gilələri və giləətrafı dairə qonuru rəngdədir. Qarnı qabırğa qövsündən bir qədər yuxarı səviyyədədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir, qadın tiplidir, cinsiyyət arığından ifrazat xaric olunmur. Anal dəlik bağlıdır, ətraf dərisi təmiz və zədəsizdir. Hər iki yuxarı və aşağıətraflar tamdır. Xarici müayinə zamanı meyitin bədən səthində aşkar olunan xəsarətlər: Burun ,üst dodaq, sol yanaq vəçənə briliant abısı ilə işlənmişdir. Sol alın-gicgahda geniş hematoma, alının sol yarısında 6,0x3,0 sm ölçüdə sıyrıq, sağçənə qanadı proyeksiyasında 7,0x2,0 sm ölçüdə zolaqşəkilli qançır, hər iki dizdə 4,0x3,0 sm ölçüdə ellips formasında sıyrıqlar var. Meyitə xarici baxış zamanı qeyd olunan zədələrdən başqa, digər travmatik zədələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 28 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri M.Ə.Rəsulzadə prospekti olmaqla həmin yerdə yolun örtüyü asfalt-betondur, yol iki hissədən ibarətdir, yolda 4 ədəd hərəkət zolağı vardır ki, yolun hərəkət hissəsinin hər birinin eni 6,80 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axımını ayırmaq üçün uzununa nişanlama xətti vardır. Hərəkət hissəyə sağdan səki birləşir, soldan şəhər tipili tikililər və digər iaşə obyektləri hissə-hissə birləşir. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 30 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış Şirvan şəhər polis şöbəsinin müvəqqəti duracağında yerləşən Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs faktiki sahibliyinə olan “VAZ 210742 markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmişdir. Avtomobil qara rəngli avtomobildir. Avtomobilin deformasiya olan hissəsi qabaq sol fara hissəsidir. Həmin hissə 27 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində piyada X4 vurulması nəticəsində yaranmışdır. Cinayət işinin materiallarında olan 10 yanvar 2022-ci il tarixli DİN BDYPİ-nin Şirvan RQİ və TBŞ-dən daxil olmuş məktubda göstərilmişdir ki, Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin olması barədə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyil. Cinayət işi materiallarında olan 13 yanvar 2022-ci il tarixli rəy-aktdan görünür ki, “VAZ 21074” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 123 manat maddi ziyan dəymişdir. Cinayət işi materiallarında oaln 14 yanvar 2022-ci il tarixli, 21 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. Məhkədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 25 dekabr 2021-ci il tarixli, 44 saylı rəyində göstərilmişdir ki, X4 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- baş beyinin diffuz travması, baş beyin maddəsində qansızma, plevra boşluğuna qansızma, sol alın gicgahda hematoma, sağ çənə qanadı proyeksiyasında qançır, alının sol yarısında hər iki dizdə sıyrıq- küt əşyanın ( əşyaların ) zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarix vəşəraitdə- 27 noyabr 2021-ci il tarixdə VAZ-21074 markalı minik avtomaşının piyadanı ( onu ) vurması nəticəsindəəmələ gələ bilərdi və dərəcələrin görəümilikdə bu xəsarətlər canlışəxslərdə həyat ünün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X6 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok və beyin koması olmuşdur. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinəəsasən ölüm meyit müayinə olunandan 2- 4 saat əvvəl baş vermişdir. X4 ölümündən əvvəl spirtli içki və narkotik vasitələr qəbul etməmişdir ki, bu da məhkəmə-kimya tədqqiatının nəticələri ilə təsdiq olunur. Məhkəmədə tədqiq edilmiş Yol nəqliyyat hadisələri üzrə məhkəmə-ekspertizasının 07 fevral 2022-ci il tarixli, 8/96 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21074” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. SürücüTəqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı lə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 65 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 141 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən onda “üzvi (travma nəticəsində) şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Zərərçəkmiş şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründəöz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründəöz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs üzvi (travma nəticəsində) şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyytinə malikdir. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilməz. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hadisəni törətdikdən sonra isə psixi emosional durumunda situasiya ilə əlaqədar narahatlıq, həyəcan yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında, güclü ruhi həyəcan vəziyyətində olmamışdır. İşdə olan ibtidai istintaq orqanının qərarında görünür ki, Zərərçəkmiş şəxs məxsus «VAZ 21074» markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində hadisənin izlərini saxladığından maddi sübut kimi tanınmış və saxlanması üçün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, sənədləri və maddi sübutu Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan hüquqi sənədlərdən görünür ki,Təqsirləndirilən şəxs xx xxxx 2001-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuşdur. Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, yaşayış və qeydiyyatda olduğu yer üzrə müsbət səciyyələndirilir. Vətən müharibəsi iştirakçısı olmaqla, döyüşlər zamanı xəsarətlər almış, İİİ qrup əlildir, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2022-ci il tarixli, 2353 nömrəli sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizələrindən görünür ki, o ərizələrində Təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və onun barəsində azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəza təyin edilməsini göstərmişdir. Bundan başqa işdə olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti toxdur. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən kifayət qədər cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in “cəzanın anlayışı və məqsədi” adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib edilməməsi, digər təfəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçısının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CM-nın 59.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməklə və zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin onunla barışaraq, ondan heç bir tələb və şikayətlərinin olmamasını, eyni zamanda CM-in 59.2-ci maddəsinə əsasən hadisədən dərhal sonra zərərçəkmiş şəxsi təcili tibbi yardım göstərilməsi üçün onu ərazi xəstəxanasına çatdırmasını, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət səciyyələndirilməsini, gənc olmasını, habelə Vətən müharibəsi iştirakçısı olmaqla döyüşlər zamanı xəsarətlər alaraq İİİ qrup əlil olmasını, Ölkə Prezidentinin sərəncamı ilə “cəsur döyüşçü” medalı ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 60.1 maddəsinin tələbinə görə bu məcəllənin 59.1.8, 59.1.10 – 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini, Ali Məhkəmə Plenumunun tövsiyyələrini və Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, onun cinayət hadisəsindən sonrakı davranışını və kifayət qədər cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi CM-in 263-1.3-cü maddəsi ilə müəyyən edilmiş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi məqsədə uyğundur. CM-nin 70-ci maddəsinin mahiyyəti ondan ibarətdir ki, şəxsiyyəti buna imkan verən təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı çəkmədən islah olunması mümkündürsə, həmin şəxsə cinayət qanunvericiliyinin ədalət və humanizm prinsipindən yanaşmaq olar və bu halda onun cəza çəkməsinə lüzum yoxdur. CM-nin 70.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs şərti məhkum edilərkən sınaq müddəti təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini dəyişdikdə bu barədə onun davranışına nəzarət edən orqanlara məlumat vermək vəzifəsi qoyulmalıdır. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs qarşı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus «VAZ 21074» markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respubilikası CPM-nin 44,132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş əsas cəza, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs qarşı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirlməsin. İş üzrə ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-261/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-261/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver