Məhkəmə qərarları › İş №1(099)-261/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-261/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-261/2024 12.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X21, onun nümayəndəsi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in (bundan sonra – Azərbaycan Respublikası CM-in) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində dostu Şahid5 xahişinə əsasən sonuncu ilə həmin gün Masallı şəhər sakini X9 arasında baş vermiş mübahisəyə aydınlıq gətirmək üçün Masallı şəhərinin ərazisində, Masallı şəhərindən Hüseynhacılı kəndinə gedən avtomobil yolunun sol tərəfində yerləşən meşə sahəsinə gəlmiş, orada X17 şəhərində ictimai yerdə qızla qucaqlaşmasının düzgün olmadığını bildirib Şahid5 ondan üzür istəməsini tələb etmiş, sonuncu bundan imtina etdikdə aralarında yaranmış sözlü mübahisə zamanı Şahid5 oradan uzaqlaşıb getdikdə Elməddin Kərimov bundan əsəbiləşərək Şahid5 ünvanına xoşagəlməz sözlər işlətmiş, o Elməddin Kərimovdan dostunun hərəkətlərinə görə üzr istəyərək söyüş söyməməsini dedikdə Elməddin Kərimov onun da ünvanına nalayiq ifadələr işlədərək yumruq və təpik zərbələri ilə onu vurmuş, bu səbəbdən aralarında yaranmış mübahisə zamanı o, qisas almaq niyyəti ilə Elməddin Kərimovu qəsdən öldürmək qərarına gələrək üzərində olan soyuq silah hesab edilməyən bıçağı çıxardıb sonuncunun sol döş qəfəsi nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən, ürək kisəsini və ürəyi zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan bədən xəsarəti yetirərək Elməddin Kərimovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan mərhum etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 sentyabr 2023-cü il tarixdə, günortadan sonra, saat təxminən 16 radələrində yaşadığı Qızılağac kəndində olarkən dostu ona zəng vurub digər dostu Fuadın söhbəti olduğunu demiş, buna görə də o, Masallı şəhərinə getmişdir. X25 Kərimovla mübahisə etdiyini görmüş, həmin vaxt mübahisə edən şəxslərdən biri sakit bir yerə gedib orada söhbət etməyi təklif etmiş, hamı da razılaşmışdır. Bundan sonra hamı maşınlara minib Qızılhacılı meşəsinə getmişlər. Həmin vaxt maşında üç nəfər olmuşlar və meşəyə birinci çatıb Elməddingili gözləmişlər. Az sonra Elməddin və yanında olan iki nəfər avtomobillə həmin yerə gəlmişlər. O, Elməddini tanımamış, birinci dəfə olar ki görmüşdür. Meşə ərazisində dostu Fuadla Elməddin söhbət etməyə başlamışlar, lakin o, Elməddin və Fuadın bir-birilərini başa düşmədiklərini, sözlərinin çəp gəldiyini görüb Elməddinə yaxınlaşıb dostu Fuadın əvəzinə ondan üzr istədiyini demiş, bunu Elməddinin yanında olan şəxslər də görmüşlər. Lakin Elməddin onun üzrünü qəbul etməmiş, dostu Fuadın ünvanına nalayiq söyüş söymüşdür. Bundan sonra yenə onların arasında mübahisə başlamış, həmin vaxt Elməddinin yanında olan şəxslərdən biri bıçaq çıxarmış, o, da bunu gördüyündən qışqıraraq Fuaddan qaçmasını istəmiş, buna görə də Fuad həmin yerdən qaçmış, o, da Elməddin və yanındakı olan şəxslər tərəfindən döyülməməsi üçün qaçmağa başlamışdır. Bu zaman kimsə onu vurub yerə yıxmış və onu döyməyə başlamışlar. Həmin vaxt özündə olmadığından cibində olan bıçağı çıxarıb sağa-sola fırlatmış, özünü müdafiə etmək istəmişdir. Həmin vaxt kimisə bıçaqlamaq istəməmiş, belə bir niyyəti də olmamışdır. Elməddini təsadüfən bıçaqla vurmuşdur. Əgər Elməddini vurmaq istəsəydi onunla söhbət edərkən vurar, Elməddindən üzr istəməzdi. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid5 dostu Nurlanın vasitəsi ilə tanımış, onunla münasibəti yaxşı olmuşdur. Fuadın söhbəti olması barədə Nurlan ona zəng edib demişdir. Bu barədə Fuad ona deməmişdir. Nurlan ona zəng edib Fuadın söhbəti düşdüyünü, qız söhbəti olduğunu, Fuadın tək olduğunu deyib gedib aydınlıq gətirməklərini bildirmişdir. O, da həmin yerə gedib Fuadı gətirmək, mehribançılıq yaratmaq istəmişdir. O, həmin yerə gedərkən üzərində bıçaq olmuşdur. Bıçaq da həmişə onun cibində olmuşdur. Həmin yerə Qızılağac kəndindən Nurlan və taksi sürücüsü ilə getmişlər. Masallının çıxacağına, köhnə bazar tərəfə Fuadın yanına getmiş, orada Elməddinlə Fuadın mübahisə etdiyini, Elməddin tərəfdən iki nəfərin də olduğunu görmüşdür. Həmin vaxt mehribançılq yarada bilməmiş, təkə-tək başqa yerdə söhbətə getməyi təklif etmişlər. O, Nurlan və Fuad həmin yerə gəldiyi taksiyə əyləşmişlər, onların önündə isə Elməddin dostları ilə bir maşına minib getmişdir. Meşəya çatdıqda o, Nurlan və Fuad maşından düşmüş, sürücü isə çıxıb getmişdir. Az sonra Fuad tərəfdən 3-4 nəfər də adam həmin yerə gəlmiş, həmin adamları tanımamışdır. Az sonra Elməddini və digər şəxsi də bir maşın gətirib ora düşürmüş, həmin maşın geri qayıdıb 3-4 nəfər adamı yenidən həmin meşəyə gətirmişdir. Meşədə toplaşdıqdan sonra Fuad və Elməddin söhbətə başlamış, başa düşmüşdür ki, mübahisə qıza görə baş vermişdir. Belə ki, Fuad Elməddingilin məhləsindən keçərkən əlini yanında olan qızın çiyninə qoymuş, Elməddin ona irad bildirmiş, buna görə də mübahisə yaranmışdır. Söhbət əsnasında Elməddin Fuaddan tələb etmişlər ki, başını aşağı əysin, onun başına pis hərəkət etsin, buna görə də araya girib Fuadın yerinə Elməddindən üzr istəmişdir. Lakin onun sözünə Elməddin qulaq asmamışdır. Həmin vaxt Elməddin tərəfdən kimsə əlində bıçaq Fuadın üzərinə gəlmiş, o, qışqırdığından Fuad qaçmış, hamı da Fuadın dalınca qaçmışdır. O, da Fuadın dalınca qaçarkən yola çatan vaxt kimsə onu tutub yerə yıxmış, onu döyməyə başlamışlar, o, da özünü qorumaq məqsədi ilə cibində olan bıçağı çıxarıb sağa –sola fırlatmış, məqsədi isə onu döyən şəxslərin çəkilməsini təmin etmək olmuşdur. Onu yıxarkən və döyərkən bədəni üzərində də xəsarətlər olmuşdur. Fuaddan başqa Elməddin kimləsə söhbət etməmiş, əlaqə hər hansı şəxslə mübahisə, dava olmamışdır. Bıçaq çıxararkən məqsədi özünü müdafiə etmək olmuşdur. Elməddinin əlində həmin vaxt beşbarmaq olmuş, həmçinin orda olan şəxslər onu vurmuşlar, lakin onu beşbarmaqla vuran olmamışdır. Elməddini vurduğu bıçağı hara atması yadında deyil. Həmin yerdən Qızılağac kəndinə qayıtmışdır. Onu kənddən polis əməkdaşları Masallı RPŞ-yə gətirmişlər. Həmin vaxt üzərində bıçaq olmamış, bıçağı sonradan dostu Nurlan polisə təqdim etmişdir. Belə ki, hadisə yerində bıçaq əlindən yerə düşən vaxt Nurlan bıçağı götürüb saxlamışdır. Elməddin bıçaqlandıqdan sonra onu xəstəxanaya aparmaq istəyən maşının daşlanmasından xəbəri olmamış, belə bir halın olmasını eşitməmişdir. O, həmin ərazidən getdikdən sonra yadında heç nə qalmamışdır. Fuadın yanında olan qızı tanımamışdır. Həmin vaxt 3-4 nəfər onu döymüşdür. Elməddinə ikinci bıçağı vurmamış, belə niyyəti də olmamışdır. Bu hadisənin baş verdiyinə görə əməlindən peşmandır. Həmin mübahisədə iştirak edənlər hirsli olduqlarından sakit bir yerə - meşəyə getməyə qərara almışlar. Fuad tərəfdən adamları ora kimin çağırmasından məlumatı olmamışdır, lakin o, heç kimə zəng edib hadisə yerinə çağırmamışdır. Elməddini ümumiyyətlə tanımamışdır. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə Elməddin Kərimov tərəfindən ona qarşı nalayiq ifadələr işlədildiyindən özündə olmayaraq özünün müdafiə etmək üçün onu bıçaqla vurduğunu, onu öldürmək niyyətinin olmadığını, əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X21 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında Elməddin Kərimov işə gedib həmin gün saat 15 radələrində evə qayıtmış, həmin vaxt o, yeməyini yedikdən sonra işinin olduğunu bildirib evdən çıxıb getmişdir. Elməddindən hara getdiyini soruşanda bu barədə ona heç nə deməmişdir. Daha sonra Elməddin evə qayıtmamış və dostları ilə görüşüb söhbət etdiyini düşündüyü üçün onun harada olması ilə maraqlanmamışlar. Həmin gün saat təxminən 17 radələrində evdə darıxdığı üçün bir az gəzmək məqsədi ilə evdən çıxmış, yaxınlıqda yerləşən məscidin qabağından keçən zaman istifadəsində olan mobil telefon nömrəsinə tanımadığı bir nömrədən zəng gəlmişdir. Cavab verəndə telefonda tanımadığı bir şəxs ona evinin yıxıldığını və təcili olaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına getməsini bildirmişdir. Həmin şəxs başqa heç nə demədən danışığı sonlandırmışdır. O, ərazidən keçən tanımadığı taksi avtomobili ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına, konkret olaraq təcili tibbi yardım şöbəsinə getmiş və Masallı rayon polis şöbəsinin əməkdaşlarının orada olduğunu görmüşdür. X23 bir az bundan əvvəl Masallı-Hüseynhacılı avtomobilinin sağ tərəfində aralarında yaranmış mübahisə zamanı Masallı rayonu, Qızılağac kənd sakini Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması barədə məlumat verilmişdir. O xəstəxanaya çatanda oğlu Elməddinin vəfat etdiyini bilmişdir. O, Elməddinin dostlarından sonuncunun yaşadıqları Fizuli küçəsində yerləşən Xətai parkının yaxınlığında olan zaman Masallı rayonu, Viləş kənd sakini Şahid5 Faxrəddin oğlunun bir qızla ictimai yerdə qucaqlaşdığını görərək bununla bağlı Fuada öz iradını bildirdiyini, bu səbəbdən onların arasında sözlü mübahisə baş verdiyini, öz aralarında söhbəti davam etdirmək məqsədi ilə Masallı-Hüseynhacılı avtomobil yolunun üzü Masallı istiqamətində sağ tərəfdə yerləşən meşəlik ərazidə yer təyin etdiklərini, bundan sonra Fuadın öz həmkəndliləri, Elməddinin də öz dostları ilə birlikdə həmin əraziyə getdiklərini, orada aralarında sözlü mübahisə yarandığını, Elməddinin Fuaddan üzr istəməyi tələb etməsinə baxmayaraq sonuncunun bundan imtina edərək söyüş söydüyünü, həmin vaxt Elməddinin onu tutmaq istədiyi zaman Fuadın qaçaraq şosse yola çıxdığını, yolun kənarında olarkən Fuadın dostu Höccətin üzərindəki bıçaqla Elməddini vurub öldürdüyünü öyrənmişdir. Elməddinin dostlarının verdiyi məlumata görə Höccətdən başqa digər bir şəxs Elməddini bıçaqlamamışdır. Höccətin hansı səbəbdən Elməddini bıçaqladığını bilməmiş, düşünür ki, o dostu Fuadın qaçıb ərazidən uzaqlaşmasına kömək etmək üçün Elməddini vurmuşdur. Həmin vaxt Elməddin tərəfdən hadisə yerində dostları Məhəmməd, Seymur, Cahangir olmuş, daha sonra oraya Elməddinin dostları Zeynal, Rəşid və Cərcis getmişlər. Fuad tərəfindən çıxış edənlər isə çox olmuş, Höccət Elməddini bıçaqla vurandan sonra dostları Elməddini Seymurun avtomobilinə mindirib xəstəxanaya aparmaq istədikdə Fuad onun tərəfində çıxış edən şəxslərlə birlikdə avtomobilin qabağını kəsərək daşlamışlar. Elməddinin dostlarının verdiyi məlumata görə hadisə saat 17 radələrində başlayaraq təxminən 10-15 dəqiqə davam etmiş, Elməddinin vurulması isə qəflətən baş vermişdir. Özü həmin hadisənin şahidi olmamış, bu barədə ona Elməddinin dostları danışmışlar. Zərərçəkmiş şəxsin hüquqi varisi X21 Təqsirləndirilən şəxsla barışmadığını, ondan şikayətçi olduğunu bildirib, ona ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2023-cü il tarixdə, günorta saat 15 radələrində ustada maşınını düzəldərkən mərhum Elməddin Kərimov ona zəng edərək “qardaşına əl atıblar” deyə bildirmiş, o, da Elməddindən harada olduğunu soruşduqda sonuncu iş yerində olduğunu bildirmişdir. Buna görə də Elməddinin işlədiyi “zibil poliqonu” deyilən yerə getmiş, Elməddinin yanında Zeynalı və Cərcisi görmüşdür. Həmin vaxt nə olduğunu soruşduqda Elməddin bildirmişdir ki, məhlədə olarkən Fuad adlı şəxs küçədə qızla öpüşmüş, buna görə də Fuadı çağırıb irad bildirdikdə aralarında mübahisə olmuş, Fuad qızı yola salıb qayıtdıqdan sonra Elməddin onu maşında əyləşdirmiş, söhbət zamanı Fuad Azərin qaynı olduğunu bildirmiş, maşında gedərkən Fuad arxadan Elməddini yumruqla vurduğundan sonuncu avtomobili yolun kənarında səkiyə vurmuş, avtomobil əzilmiş, Fuad isə avtomobildən düşüb qaçmışdır. Bu zaman da Elməddin ona zəng edib “qardaşıva əl atıblar” demişdir. Orada olarkən Fuad adlı şəxsin yeznəsi Azər də ora gəlmiş və Fuadın nömrəsini vermişdir. Bundan sonra Elməddin Fuada zəng vurub onun maşınına dəymiş ziyanı ödəməyi tələb etmiş, Fuad isə heç bir şey etmədiyini bildirdikdə Elməddin məsələni aydınlaşdırmaq üçün Fuadı idman kompleksinin yanına çayxanaya çağırmış, həmçinin ondan böyük olan şəxsi də söhbət etməyə dəvət etmiş, sonuncu gələcəyini bildirmişdir. Buna görə Elməddin onun maşına minmiş və “Mas oil” yanacaq doldurma məntəqəsinin yanına gedib Fuadı gözləmişlər. Fuadgil gəlmədiyindən Elməddin yenidən Fuada zəng edib harada olduğunu soruşmuş, sonuncu maşınının benzininin qurtardığını bildirmiş, Elməddin isə olduqları yeri deyəcəkləri halda benzin gətirə biləcəyini də demişdir. Lakin Fuad həmin yerə gələcəyini bildirmişdir. Həmin vaxt Azər onların yanına gəlib onu heç bir yerə çağırmamağı bildirib çıxıb getmişdir. Az sonra Elməddin yenidən Fuada zəng vurub harada olduğunu soruşduqda Fuad onları Masall- Hüseynhacılı yolun kənarında yerləşən plakatın olduğu yerə dəvət etmişdir. Həmin yerə çatan zaman yolun sağ tərəfində üzü Hüseynhacılı kəndi istiqamətində ağ rəngli VAZ 2107 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin dayandığını görmüşlər. Həmin yerdə maşını saxlamış, maşından düşdükdə Fuadın yanında 6-7 nəfər adam olduğunu görmüşdür. Həmin şəxslərə yaxınlaşıb söhbət etməyə başlamışlar, həmin vaxt orada olan Fuadın dostu Nurlan adlı şəxs telefonla kimlərəsə yığıb “qardaşımızı təkləyiblər” deyə bildirib adamlar çağırmış, az sonra orada Fuadgil tərəfdən adamların çoxaldığını görmüşdür. Belə ki, Fuad tərəfdən əlavə iki maşın və bir motosikletdə adam gəlmişdir. Həmin vaxt Elməddinin yanında o, Cərcis, Cahangir və Məhəmməd olmuşdur. Həmin vaxt Elməddin Fuadın qardaşı Suracla da söhbət etmiş, Surac da Fuadın səhv etdiyini bildirmiş, Elməddin Fuadın üzr istəməsini tələb etdikdə isə Fuad üzr istəməyəcəyini bildirmişdir. Bu zaman orada olan Höccət adlı şəxs Elməddinə yaxınlaşıb Fuadın yerinə ondan üzr istədiyini bildirmiş, lakin Elməddin Höccətin üzrünü qəbul etməmişdir. Həmin vaxt o, Fuadı kənara çəkib Elməddindən üzrə istəməsini, söhbəti böyütməməsini xahiş etmişdir. Bu zaman Fuad söyüşlə danışmağa başlamış, bu zaman Elməddin və Fuad bir-birinin üstünə qaçmışlar. Həmin vaxt məsələ böyümüş, o, Fuaddan qaçıb ərazidən getməsini istəmiş, Fuad da həmin yerdən qaçıb getmişdir. Fuadın yanında gələnlər də qaçmağa başlamışdır. Elməddingil də onların arxasınca qaçmışlar. Ayağında problem olduğundan yavaş-yavaş Elməddinin arxasınca getdikdə Elməddinin Höccətin qıçından tutub yerə çəkdiyini, Höccəti yerə yıxıb vurduğunu görmüş, onlara yaxınlaşdıqda isə Höccətin yerdə olarkən cibindən bıçaq çıxarıb Elməddinə tərəf fırlatdığını görmüş, buna görə qışqırıb “bıçaq vurma” demişdir. Həmin vaxt kimdənsə Höccətin Elməddini vurduğunu eşitmiş, həmin vaxt Höccət də hadisə yerindən qaçmışdr. Höccət qaçan zaman telefonu yerə düşdüyündən həmin telefonu götürmüş, təcili yardıma zəng etmək istəsə də telefon kodda olduğundan zəng edə bilməmiş, buna görə avtomobilinə tərəf gedib işə salmış, orada olan dostları Elməddini onun avtomobilinə mindirdikdən sonra Elməddini xəstəxanaya aparmaq üçün avtomobili hərəkətə gətirmişdir. Bu zaman ətrafda olan Fuadın dostları onun maşınına tərəf daş atıb onun Elməddini aparmasına mane olmaq istəsələr də o, Elməddini xəstəxanaya çatdıra bilmiş, lakin sonuncu xəstəxanada vəfat etmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Fuad adlı şəxsə Elməddin ilk dəfə onun yanında zəng etmişdir. Masallı yazısı yazılan plakatın yanına onları Fuad zəng edib dəvət etmiş, Elməddin, Cahangir və o, həmin yerə onun maşını ilə getmişlər. Həmin yerə çatdıqda orada bir “07” markalı ağ rəngli maşın görmüş və həmin maşının yanında maşınını saxlamış, meşəyə tərəf baxdıqda 6 nəfər şəxsin olduğunu görmüş, həmin şəxsləri tanımamış və üçü onlara yaxınlaşmışlar. Məhəmməd həmin yerə sonradan gəlmişdir. Daha sonra isə həmin yerə Cərcis və Zeynal da gəlmişlər. Sonra Rəşidi də orada görmüşdür. Həmin şəxsləri nə özü, nə də Elməddin və Cahangir çağırmamış, həmin şəxslər Masoil YDM-in yanına gəlmişlər, həmin yerdən meşəlik ərazi yaxın olduğundan yəqin ki, həmin şəxslər onları görüb həmin əraziyə gəlmişlər. Elməddinlə həmin yerə çatan kimi Fuad köynəyini çıxarıb hamı ilə təkbətək dava eləmək istədiyini desə də Elməddin onun böyük qardaşı ilə söhbət etməyə başlamışdır. Həmin söhbətin davaya çevrilməsini Fuad istəmişdir. Həmin vaxt kimsə mərhum Elməddinin dostlarından biri gəlib “Fuad hansıdır” deyə qışqırmış, buna görə də dava düşəcəyini bilib Fuaddan qaçmasını istəmiş, Fuad da yola tərəf qaçmış, bundan sonra Fuadgillə gələn hamı qaçmış, Elməddingil isə onların arxasınca qaçmışlar. Elməddin qaçan Höccətin qıçından tutub aşağı dartıb yerə yıxmışdır. Bu zaman Höccət cibindən bıçaq çıxarıb Elməddinə tərəf fırlatmış, həmin vaxt Höccətin telefonu da yerə düşmüşdür. Höccətin Elməddini vurmasını isə görməmişdir. Elməddin yarasını tutduğundan Höccətin onu vurmasını bilmişdir. Həmin vaxt da Höccət də qaçıb getmişdir. Höccətin telefonuna Nurlan adlı şəxs tez-tez zəng etmiş, sonuncu dəfə zəng edəndə isə zəngə cavab verib Elməddinin vəfat etdiyini bildirmişdir. Höccətə kiminsə bıçaq verməsini görməmiş, mübahisəni daha da artıran Nurlan olmuşdur. Hadisə yerinə birinci üç nəfər getmişlər, sonradan isə gələnlər olmuş, lakin dəqiq sayı bilməmişdir. Höccəti ilk olaraq Elməddin yox başqasının vurmasını görməmişdir. Elməddin Höccəti qıçından tutub aşağı salmasaydı Höccət həmin ərazidən gedəcəkdi. Elməddin Fuadgil tərəfdən kim olsa onu tutmaq istəmiş, təsadüfən Höccəti tutmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 analoji ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, mərhum Elməddin Kərimovun dostu olmuşdur. Meşədə hadisə ümumilkdə təxminən 20 dəqiqə çəkmişdir. Hadisə yerinə Seymur və Elməddinlə birgə getmişdir. Sonradan bir neçə şəxs də gəlmişdir. Həmin vaxt Fuad ümumi olaraq ünvansız nalayiq söyüşlər söyüb üzr istəməyəcəyini bildirib asfalt yola tərəf qaçmış, yanında gələnlər də qaçmışdır. Fuad qaçana qədər heç kim arasında söyüş, dava-dalaş görməmişdir. Fuad qaçana qədər Elməddinlə Höccət arasında hər hansı mübahisə olmamışdır. Fuad tərəfdən hamı qaçmış, Höccət isə geridə qalmış, Elməddin də Höccətlə dalaşmağa başlamışdır. Onlara kənardan heç kim müdaxilə etməmişdir. Höccətdə qaçarkən əlində bıçaq olmuş, bunu görmüşdür. Höccətə kiminsə bıçaq verməsini görməmişdir. Hadisə vaxtı Fuad tərəfdən orada çox adam olmuş, Elməddin tərəfdən isə təxminən 5 nəfər olmuşlar. Elməddin Fuaddan üzrə istəməyi tələb etmiş, Höccət Fuadın əvəzinə Elməddindən üzr istəsə də sonuncu bu üzrü qəbul etməmişdir. Hadisə vaxtı Elməddinin əlində hər hansı əşya olmamışdır. Höccəti Elməddinin altında görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Masallı şəhərində olarkən adlarını xatırlamadığı tanışlarından dostu Elməddin Kərimovu görüb-görmədiklərini soruşmuş, onlar da qız üstündə Elməddinlə Fuad adlı şəxsin arasında mübahisə düşdüyünü, aralarında söhbəti həll etmək üçün onların harasa getdiklərini, məsələnin təfərrüatını bilmədiklərini demişlər. Həmin vaxt orada olan Rəvan adlı tanışından mobil telefon alıb Elməddinə zəng etmiş, sonuncu ilə danışıb nə baş verdiyini və harada olduğunu soruşmuş, Elməddin ona yaşadığı məhəllədə Fuad adlı şəxsin bir qızla qucaqlaşdığına görə bu barədə ona iradını bildirdiyini, nəticədə aralarında mübahisə yarandığını, mübahisəni davam etdirmək Fuadın onu söhbətə çağırdığını və görüşün Masallı- Hüseynhacılı avtomobil yolunun kənarında olacağını demişdir. Elməddin onu oraya dəvət etməsə də, dost olduqları üçün Elməddinin yanına getməyi düşünərək ərazidən keçən tanımadığı taksiyə minib həmin yerə getmiş, həmin meşənin yaxınlığında avtomobildən düşüb yolla piyada olaraq Hüseynhacılı istiqamətinə tərəf getdikdə yolun kənarında 4 ədəd avtomobil, 2 ədəd motosikletin dayandığını, yolun üzü Masallı istiqamətində sağ tərəfdə yerləşən ağaclıq ərazidə bir neçə şəxsin hərəsinin bir istiqamətə tərəf qaçdığını görmüşdür. Həmin şəxslərin kim olduğunu bilməmişdir. O hadisə yerinə çatanda Elməddin Kərimovun yolun sağ kənarında çöməlib oturduğunu, yaxınlaşanda Elməddinin üst-başının qan içində olduğunu görmüş, həmin vaxt Elməddinin yanında onun dostları Seymur və Cahangir olmuşdur. O, Elməddinin bıçaqlandığını başa düşmüş, onu kimin bıçaqladığını soruşanda Elməddin əli ilə onlardan təxminən 10 metr arxada dayanmış və sağ əlində kəpənək formalı bıçaq olan şəxsi ona göstərmişdir. Həmin vaxt Höccət qaçaraq oradan uzaqlaşmışdır. O, Seymur və Cahangirlə birlikdə Elməddini yola çıxarıb Seymurun qırmızı rəngli “Vaz” markalı avtomobilinə mindirmiş, sonuncu avtomobili Masallı Rayon Mərkəzi Xəstəxanasına tərəf sürmüş, yarıyolda Elməddini təcili tibbi yardım avtomobilinə mindirib birlikdə xəstəxanaya gəlmişlər. Masallı rayon mərkəzi xəstəxanasında həkimlər Elməddinin öldüyünü demişlər. Şahid7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elməddinin vurulmasını görməmiş, hadisə yerinə gəldikdə Elməddinin bıçaqlandığını bilmişdir. Elməddin tərəfdən həmin yerdə 10 nəfərdən az adam olmuş, qarşı tərəfdən isə 30-a yaxın şəxs olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə olarkən dostu olan Viləş kənd sakini Şahid5 ona zəng edərək Masallı şəhəri ərazisində bir qızla əl-ələ gəzərkən Masallı uşaqlarının bunu gördüyünü, bu səbəbdən aralarında mübahisə yarandığını, təkləndiyini deyib ortaq tanışları Təqsirləndirilən şəxs da götürüb kömək üçün Masallı şəhərinə gəlmələrini bildirmişdir. O, telefonu söndürdükdən sonra Fuad yenidən zəng vurub onu çağırmış, buna görə də Höccətə zəng vurub bu barədə dedikdən sonra evdən çıxmış, taksi sürcüsü Amid adlı şəxsin maşınına əyləşmiş, yolda Höccəti də götürüb Masallı rayonu Köhnə bazar – İsgəndərin körpüsü deyilən yerə getmişdir. X18 söhbət etdiyini görmüşdür. Həmin vaxt Elməddin maşına minib onların arxasınca gələmələrini istəmişdir. Buna görə də Fuad, Höccət və o, Amidin avtomobilinə əyləşmiş və öndə gedən Elməddingilin avtomobilinin arxasınca hərəkət etmişlər. O, Fuada Elməddinin dediyi yerə getməməsini, onların dedikləri yerə getsələr Elməddinin adam yığacağını bildirdiyindən X13 meşəsinə sürməsini istəmiş, Elməddingilin arxasınca getməmişlər. Amid də onları həmin meşədə düşürüb qayıtmşdır. Az sonra Elməddin yenidən zəng vurub yerlərini soruşmuş, Fuad da Hüseynhacılı meşəsində olduğunu demişdir. Az sonra Elməddingil bir avtomobillə ora gəlmişdir. Sonra isə yenidən bir maşında adamlar gəlmişlər. Həmin ərəfədə Fuad zəng vurub qardaşı Suracı və digərlərini də çağırmışdır. Suracla Elməddin söhbət etməyə başlamış, sonuncu “siz burdan sağ çıxmayacaqsız” demiş, daha sonra Fuadla Elməddin arasında mübahisə başlamış, Höccət Elməddindən üzr istəsə də sonuncu bunu qəbul etməmişdir. Elməddinin dostlarının əlində bıçaq olduğundan onların üstlərinə gəlmişlər və bu zaman Fuad, özü və digərləri qaçmışlar. Həmin vaxt Fuad motosikletə minib oradan çıxıb getmişdir. Həmin vaxt Höccət qaçarkən Elməddingil Höccəti tutub yerə yıxıb döyməyə başlamışlar, o, Höccətin yanına gedib onları aralaşdırmaq istəyəndə Höccət həmin şəxslərin əlindən çıxmış və birlikdə motosikletə minib oradan qaçmışlar. Həmin vaxt Höccəti evə aparmış, Höccət əyninə “jiletka” geydikdən sonra Höcəti özünün evinə aparmışdır. Evdə olarkən Höccət mübahisə zamanı Elməddinə bıçağ atdığını, lakin bıçağın dəyib-dəymədiyini bilmədiyini bildirmişdir. Buna görə də Höccətin əlindən bıçağı alıb evə qoymuşdur. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Fuadla birlikdə işləyərkən tanış olmuşdur. Fuad birinci ona zəng vurub hadisə barədə demiş, Höccətə də zəng etdiyini, lakin Höccətin ona cavab vermədiyini bildirmişdir. Hadisə barədə polisə müraciət etməsi barədə Fuada heç nə deməmişdir. Bundan sonra Höccətə zəng vurub hadisə barədə demişdir. Fuadın yanına gedərkən Anar Nəzərovu da götürmüşdür. İsgəndərli körpüsü deyilən əraziyə çatdıqda Fuad orada tək olmuş, Elməddinlə söhbət etmişdir. Elməddin onlara ayrı bir yerə getməyi təklif etmişdir. İsgəndərli körpüsünün yanında Elməddingil 2-3 nəfər olmuşlar. Höccətin üstündə bıçaq olmasını maşında olarkən bilmişdir. Höccətlə Elməddin arasında hər hansı mübahisə olmamışdır. Höccət Fuadın səhv etdiyini bilib Elməddindən üzr istəmişdir. Hadisə vaxtı Elməddində də beşbarmaq olmuşdur. Bunu Höccət də, Fuad da görmüşdür. Elməddin tərəfdən gələn şəxslərdə bıçaq olduğundan onlar qaçmışlar. Höccətin nə vaxt bıçaq çıxarmasını, Elməddini vurmasını görməmişdir. Lakin yolda bilmişdir ki, Höccət Elməddini vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Elməddin Kərimov bıçaqla vurularkən orada olmamışdır. 18 sentyabr 2023-cü il tarixdə Elməddin Kərimovla maşında dava etdiyi üçün ona cəza verilmişdir. Belə ki, hadisədən təxminən 7-8 gün bundan əvvəl “instaqram” sosial şəbəkəsi vasitəsi ilə adını Sevinc kimi bildiyi qızla tanış olmuşdur. Özünə gödəkçə almaq məqsədi ilə 18 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində Viləş kəndindən Masallı şəhərinə gəlmiş, şəhərin “Köhnə bazar” adlanan yerində alış veriş etmiş, daha sonra piyada hərəkət edərəkən tanışı Sevinclə qarşılaşmış, o oxuduğu tibbi kursundan çıxıb evinə getmək üçün “Köhnə Bazar”a tərəf getmişdir. Onlar söhbətləşib piyada olaraq “Köhnə Bazar”a tərəf getməyə başlamış, Xətai parkının yaxınlığına çatanda üç nəfər tanımadığı cavan oğlan onlar yanlarından keçib qısa müddətdən sonra geri qayıtmaqla onu çağırmışlar. Adını daha sonra Elməddin bildiyi şəxs haradan olduğunu soruşmuş, ona Viləş kəndindən olduğunu demişdir. Həmin vaxt Elməddin yanındakı qız barədə soruşmuş, o, da cavabında ona həmin qızın istədiyi qız olduğunu Elməddinə demiş, sonuncu kişi olan şəxsin ciddi istədiyi qızla o formada gəzə bilməyəcəyini demiş, istədiyi qızın yanında ona belə söz deyilməsi xoşuna gəlmədiyindən qızı yola salıb geri qayıdacağını demiş, onların yanından ayrılıb Sevinclə birlikdə yoluna davam etmək istədikdə Elməddin yenə də arxadan onu səsləyib “mənim səbrim yoxdur, gözləyə bilmirəm” deyərək getməməsini tələb etmiş, Elməddin yanında olan iki nəfər tanımadığı oğlana onlardan ayrılıb kənara çəkilmələrini təklif etmiş, həmin iki nəfər onlardan təxminən 5-10 metr kənara çəkilmişdir. Bu zaman Elməddin ona “sən səhvsən və üzr istəməlisən” təklif etmiş, ondan səhvini üzünə deməsini, əgər səhv etmişsə üzr istəyəcəyini demişdir. Elməddin isə ona “yox e sən belə başa düşməyəssən gəl otur maşına mən səni başa salaram” deyərək onu avtomobilinə dəvət etmiş, Sevinc söhbəti belə görüb oradan uzaqlaşıb getmiş, o, da Elməddinin ağ rəngli “Vaz” markalı avtomobilinin arxa oturacağında oturmuşdur. Elməddinin onu aparıb döyəcəyindən qorxaraq həmin vaxt dostu Nurlana zəng edərək məsələ barədə məlumat verib Elməddinin onu avtomobili ilə “Köhnə Bazar” istiqamətində aparacağını demiş, Nurlan isə ona “gözlə gəlirəm indi” cavabını vermiş, həmin vaxt o Nurlana dalınca gəlməsini və yaxud digər şəxsləri də yığıb gətirməsini deməmişdir. Nurlanla danışığı yekunlaşdırdıqdan sonra o, Elməddinə məxsus avtomobilin arxa oturacağında, sonuncu isə avtomobilin sükanı arxasında əyləşmiş və avtomobili “Köhnə Bazar” istiqamətində sürmüş, avtomobildə başqa adam olmamışdır. Elməddindən haraya getdiklərini soruşmuş, sonuncu isə “səbirli ol, haraya getdiyimizi bilərsən” cavabını vermişdir. O Elməddinin avtomobili “KapitalBank”-ın yerləşdiyi istiqamətə tərəf sürdüyünü görüb avtomobil hərəkətdə olarkən qapını açıb özünü yerə tullamaq istəmiş, Elməddin avtomobili yolun sağ tərəfinə verib saxlayaraq ona “şüvənlik eləmə” deyərək arxaya çönüb ona əli ilə yumruq atmış, onun zərbəsi sinəsinə dəymiş, lakin xəsarət almamışdır. Həmin vaxt avtomobildən düşmək istəmiş, lakin Elməddin gödəkçəsindən yapışıb dartdığı üçün avtomobildən düşə bilməmişdir. Vəziyyəti belə görüb o ayağı ilə maşının arxa qapısını itələyib oradan düşmüş, bu zaman Elməddin də avtomobildən düşmüşdür. Həmin vaxt onlar şose yolun qarşı tərəfinə keçib ara yolla Viləş çayına tərəf getmiş, Elməddin çayın yaxınlığına gedib onu oraya çağırmış, lakin onun yanına getməmiş, bu zaman Nurlan ona zəng edərək harada olduğunu soruşmuş, ona olduğu yeri tərif etmişdir. Qısa müddət keçdikdən sonra Nurlan və Höccət “Vaz” markalı qeydiyyat nömrəsini xatırlamadığı avtomobillə yanına gəlmişlər. O, Nurlanın gəldiyi avtomobilin sürücüsü Amidin avtomobilinə əyləşəndə Elməddin çayın kənarından çıxıb yanına gələrək onlara onun avtomobilinin dalınca getmələrini təklif etmiş, onlar da həmin avtomobilin arxasınca bir müddət hərəkət etmişlər, Elməddin telefonla kimlərləsə danışaraq onları bir xeyli şəhər ərazisində gəzdirmiş, onun dalaşmaq üçün adam yığdığını və onları döyəcəyini ehtimal etdikləri üçün qərara gəlmişlər ki, kəndə qayıtsınlar. Amid avtomobili Elməddinin avtomobilinin bərabərinə gətirmiş, həmin vaxt Nurlan Elməddinə kəndə qayıtmaq istədiklərini, əgər istəyirsə onların arxasınca gələ biləcəyini demiş, Elməddin isə söhbət etmək üçün Hüseynhacılı yolunda onu gözləmələrini və orada söhbət edib məsələyə aydınlıq gətirmələrini təklif etmişdir. Bundan sonra Amid Elməddinin avtomobilini ötüb keçərək xatırlamadığı yolla Masallı şəhərinin girişinə doğru hərəkət etməyə başlamış, bu zaman Elməddin də idarə etdiyi avtomobillə onların dalınca gəlməyə başlamışdır. Hətta sonuncu kimdənsə onun mobil telefon nömrəsini tapıb ona zəng edərək Hüseynhacılı yolunda onu gözləməsini və söhbət edəcəyini demişdir. Onlar Hüseynhacılı yolunun 1-ci km-də yolun sağ tərəfində dayanıb Elməddini gözləməyə başlamış, təxminən 15 dəqiqə keçəndən sonra Masallı rayonu Viləş kənd sakinləri olan təxminən 3-4 nəfər şəxs ag rəngli “Vaz2107” markalı, qeydiyyat nömrəsini bilmədiyi avtomobillə Hüseynhacılı istiqamətindən olduqları yerə gəlmişlər. Gələn şəxslərin içində yalnız qardaşı Suracı və onun tanışı Soltanı tanımış, digərlərini tanımamış, başa düşdüyünə görə onlar söhbətdə onun tərəfini tutmaq üçün gəlmişlər. Qeyd etdikləri barədə Suraca özü telefon vasitəsi ilə məlumat vermiş, bundan sonra onunla söhbət etmək üçün razılaşmış üç nəfər şəxs “VAZ 2107” markalı avtomobillə Masallı şəhərindən olduqları yerə gəlmişlər. Onların ikisi avtomobildən düşəndən sonra həmin avtomobil geri qayıdıb təxminən beş dəqiqədən sonra geri qayıtmış, avtomobildə təxminən 5-6 nəfər şəxs olmuş, onları tanımamış, heç vaxt görməmişdir. Hər iki tərəfin adamları gəldikdən sonra onlar Masallı istiqamətində şose yoldan ağaclıq olan sahəyə getmişlər. Onlar ağaclıq sahəyə çəkildikdən sonra hər iki tərəfdən əlavə avtomobillərlə çoxlu sayda tanımadığı şəxslər gəlmişlər. Orada Elməddinlə arasında söhbət başlanmış, gələn şəxslər isə onların arxasında dayanmışlar. Elməddin söhbətə başlayıb ondan “hansınız böyük qardaşsınız” deyə soruşmuş, bu zaman Surac Elməddinə onun böyük qardaşı olduğunu demişdir. Elməddin söhbəti davam etdirib Masallı şəhərində yerləşən kollecin qabağında onunla bir tələbə qızın öpüşdüyünü gördüyünü, bununla bağlı ona iradını bildirdiyi zaman onun ona kobud cavab verərək söhbətə dəvət etdiyini, avtomobildə onu vurduğunu və yol verdiyi hərəkətə görə ondan üzr istəməli olduğunu bildirmişdir. O, isə belə halların olmadığını, qızla öpüşmədiyini, Elməddinə qarşı kobudluq etmədiyini və onu maşında vurmadığını deyərək ondan üzr istəməkdən imtina etmişdir. Bu səbəbdən onların arasında sözlü mübahisə yaranmış, lakin onlar dalaşmamış və bir-birilərinə xəsarət yetirməmişlər. Həmin vaxt dostu Höccət məsələni daha da qəlizləşdirməmək və aranı sakitləşdirmək məqsədi ilə Elməddinə yaxınlaşıb onun yerinə sonuncudan üzr istəmiş, bu məsələnin üzərinə getməməsini xahiş etmişdir. Elməddin isə Höccətlə razılaşmayıb onun yol verdiyi hərəkətə görə cəzalandırılmalı olmasını deyərək onun ünvanına təhqiramiz ifadə işlətdiyindən bu söz xoşuna gəlmədiyi üçün o, Elməddinlə əlbəyaxa olmuşdur. Həmin vaxt Elməddinin sağ əlində səhv etmirsə dəmir beşbarmaq olmaqla həmin alətlə ona yumruq atmış, lakin yumruq ona dəyməmişdir. Həmin vaxt Elməddinin tərəfində olan şəxslər sonuncunu ondan uzaqlaşdırıb kənara çəkmişlər. Elməddinin tərəfində çıxış edən qırmızı rəngli maşının sürücüsü adını Seymur kimi bildiyi şəxs onun qolundan tutub şose yola tərəf apararaq Elməddinin əsəbi olduğunu, onunla mübahisə etməməsini, aranı sakitləşdirmək üçün ərazidən çıxıb getməsini təklif etmişdir. Seymur onunla sakit tərzdə danışmış, pis bir niyyəti olmamış, sadəcə olaraq hər iki tərəfi sakitləşdirməyə çalışmışdır. O, Seymurun dediyinə əməl edib şose yola tərəf getmək istəyəndə Elməddinlə gəlmiş “Şoşu” kimi çağırılan tanımadığı şəxsin əlində olan bıçaqla ona tərəf gəldiyini görmüş, qorxduğu və Seymur ona qaçmağı məsləhət gördüyü üçün o meşəlik ərazidən şose yola tərəf qaçmağa başlamışdır. Həmin vaxt Elməddin və yanında olan tanımadığı şəxslər onun dalınca qaçaraq tutmaq istəmiş, tuta bilmədikdə ünvanına təhqiramiz ifadə işlətmişlər. O arxasına baxmadan bərk qaçıb yoldan keçən tanımadığı Kalinovka kənd sakinin motosikletinə əyləşib dərhal oradan üzü Masallı şəhəri istiqamətində uzaqlaşmışdır. O Masallı şəhərinin girişində yerləşən adını xatırlamadığı kafeyə girib bir az orada qalmış, daha sonra çölə çıxıb dalınca kimsənin gəlmədiyinə əmin olandan sonra yenidən şose yola çıxmış, həmin vaxt qardaşı Surac və onun tanışı Soltanın olduğu, Vüsal adlı şəxsin idarə etdiyi “Vaz” markalı avtomobil yaxınlığına gəlib onu götürmüşdür. Həmin avtomaşınla o yaşadığı Viləş kəndinə getmişdir. Məlum hadisənin aqibəti barədə ilk əvvəl heç bir məlumatı olmamış, evdə olarkən Masallı Rayon Polis Şöbəsindən zəng edilərək qardaşı ilə birlikdə polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində olarkən dostu Təqsirləndirilən şəxs hadisə yerində Elməddin Kərimovu bıçaqlayıb öldürdüyünü öyrənmişdir. Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Elməddini tanımamışdır. Tanışı olan qızla Elməddinin yanından keçdiyi üçün mübahisə başlamışdır. O, Nurlana zəng etmiş, Nurlan isə Höccətlə birlikdə gəlmişdir. Nurlandan Höccəti niyə gətirməsini soruşmamışdır. Elməddinlə onun arasında söhbət olmuş, Höccətlə Elməddin arasında hər hansı söhbət olmamışdır. Höccətin üzərində bıçaq olmasını bilməmişdir. Hadisə vaxtı Elməddin tərəfdən 20 nəfərə yaxın adam olardı. Höccətin Elməddini bıçaqla vurmasını görməmişdir. Avtomobildə olarkən Elməddinin üzündən yumruqla vurmuşdur. Höccət Elməddini ona görə bıçaqla vurmamışdır. Höccətin Elmədini bıçaqla vurmasının onun Elməddinlə olan söhbətinə aidiyyatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid5 onun qardaşıdır, onlar bir evdə yaşayır, Fuad onunla birlikdə “Superoptik” şirkətində mühəndis işləməklə evlərə internet çəkir. 18 sentyabr 2023-cü il tarixdə, saat 12 radələrində o Fuada zəng edərək internet xətlərində problem olduğunu kömək üçün işə gəlməsini istəmiş, sonuncu isə gələcəyini bildirmiş, lakin gəlməmişdir. Həmin ərəfələrdə anası zəng edib Fuadın Masallı uşaqları ilə dava-dalaş etdiyini bilmiş, Fuadla danışıb yerlərini öyrənmiş və iş yoldaşının maşını ilə Masallı-Hüseynhacılı yolunun kənarında olan meşəlik sahəyə getmiş və orada qardaşı Fuadın və bir neçə şəxsin yığışdığını görmüşdür. Meşədə Fuad və Elməddin Kərimov sözlə mübahisə etmiş, onların yanına çatanda məsələnin nə olduğunu, Elməddin Kərimov isə onun kim olduğunu soruşmuşdur. Fuadın böyük qardaşı olduğunu ona demişdir. Bu əsnada hər iki tərəfdə çoxlu sayda adamlar toplaşmış, orada olanların çoxunu tanımamışdır. Bundan sonra Elməddin Kərimov ona “sənin qardaşın parkın içində qızla qucaqlaşa-qucaqlaşa gəzirlər” deyib Fuaddan üzr istəməsini tələb etmişdir. Fuad Elməddinə üzr istəməyəcəyini, yaxşı elədiyini demiş, onun ünvanına söyüş söymüş, Elməddin sağ əlində beşbarmaq taxılı vəziyyətdə Fuada yumruq atmış, lakin sonuncu geri çəkildiyinə görə Elməddinin yumruğu boşa keçmişdir. Elməddin tərəfdən gələnlər onu kənara çəkmiş, o, da Fuadı geri çəkmişdir. Elməddinin yanında gəlmiş tanımadığı şəxslərdən biri Fuadın qolundan tutub onu yolun kənarına tərəf aparmış, həmin şəxs yolun kənarında Fuada mübahisənin dərinləşdiyini, çıxıb getməsini demişdir. Fuad gedəndən sonra ara qarışmış, həmin vaxt o qorxaraq oradan uzaqlaşaraq yola tərəf qaçmış, E.Kərimov tərəfdən gəlmiş tanımadığı 3-4 nəfərin sonradan adını bildiyi Təqsirləndirilən şəxs hücum edib onu təpik və yumruqla vurduqlarını görmüş, lakin həyəcanlı olduğundan, həmçinin qorxduğu üçün müdaxilə edə bilməmişdir. O, Soltan və Vüsalla birlikdə avtomobilə əyləşdikdən sonra sonuncu Hüseynhacılı istiqamətində hərəkət etmiş, Fuadı hadisə yerindən uzaqlaşdıran motosiklet təkbaşına yanlarından ötüb keçdiyini görəndə qardaşını götürmək üçün Vüsala geri dönməsini demiş, Vüsal avtomobilini döndərib hadisənin baş verdiyi yerdən keçəndə orada olanların hamısı qırmızı rəngli “VAZ 2107” markalı avtomobilin kənarına toplaşdığını, Fuadın qarşı tərəfdən irəliləyə-irəliləyə həmin avtomobilə daş atdığını görərək avtomaşını saxladıb, Fuadı əyləşdirərək Vüsalın maşını ilə onu evə aparmışdır. Evlərində olan zaman polis şöbəsindən zəng olunaraq onları şöbəyə dəvət etmişlər, o, Fuadla birlikdə Masallı RPŞ-nə getmişdir. Elməddin Kərimovun öldüyünü həmin vaxt eşitmişdir. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Fuadla Elməddin arasında mübahisə olmasını anasından sonra yeznəsi Azər də ona demişdir. Elməddin tərəfdən adamlar çox olmuş, Fuadgilin arxasınca qaçmışlar. Onun ayağı sınıq olduğundan qaça bilməmiş, lakin ona heç kim heç nə etməmişdir. Höccəti əvvəllər tanımamış, onu bir dəfə görmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«Hadisə yerinə baxış keçirilməsi haqqında» 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Masallı şəhərindən Hüseynhacılı kəndinə gedən avtomobil yolunun üzü Masallı şəhəri istiqamətində sağ kənarıdır. Hadisə yerində olan qanabənzər ləkələrdən tampon vasitəsi ilə 2 ədəd nümunə və 01 ədəd ayaqqabı müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (İ cild, i.v.04-08) -«Meyitə baxış keçirilməsi haqqında» 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Elməddin Kərimovun meyitinə baxış keçirilərkən bədəni üzərində döş qəfəsinin sol yarısının ön səthində, sol ön körpücük xətti üzrə 6-7-ci qabırğa arası sahədə köndələn çəp istiqamətdə yerləşmiş düz xətt şəkilli kənarları hamar, bir qurtaran ucu iti, digər oval formalı 1,7x0,5 sm ölçüdə yara aşkar edilmiş, onun əynində olmuş geyim əşyaları götürülmüşdür. (İ cild, i.v. 09-16) - 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki,Masallı rayon prokurorluğunun böyük müstəntiqi Şirxan Fərəcov və rayon prokurorunun köməkçisi Sulduz Məmmədovdan ibarət istintaq qrupu yaradılmış, qrupa rəhbərlik Şirxan Fərəcova tapşırılmışdır. (İ cild, i.v. 17) - «Şübhəli şəxsin tutulması haqqında» 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan 18 sentyabr 2023-cü ildə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 34) -«Götürmə aparılması haqqında» 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən əynində olmuş geyim əşyaları götürülmüşdür. (İ cild, i.v. 64-67) -«Avtomobilə baxış keçirilməsi haqqında» 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 istifadəsində olan “VAZ 21 07” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxışda iştirak edən Şahid1 avtomobilin motorxanasının örtüyünün, sol arxa qapsısının və sol arxa təkərin üst hissəsini göstərərək həmin zədələri hadisə zamanı Elməddini xəstəxanaya aparmaq istədiyi vaxt avtomobilin daşlanması nəticəsində yaranmasını, arxa oturacağın orta hissəsində geniş sahədə qanabənzər ləklərin, arxa oturacağı ayaqaltı hissəində qara rəngli ayaqqabının sol taynın Elməddin Kərimova məxsus olduğunu bildirmişdir. (İ cild, i.v. 68-73) -«Götürmə aparılması haqqında» 19 sentyabr 2023-cü il tarixli qərar və “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” eyni tarixli protokoldan görünür ki, Şahid3 ifadəsində göstərdiyi halları əyani olaraq bir daha bildirmiş, həmçinin yaşadığı evin həyətindəki yardımçı tikilinin arxa tərəfində banda olan bir ədəd bıçağı təqdim etmiş və həmin bıçaq götürülmüşdür. (İ cild, i.v.74-77) -«Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunmuş və Masallı Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsəetmənin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 100-101;118-119) -«Əşyanın tanınmasının aparılması haqqında» 22 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayətin aləti olmuş bıçağı eyni növdən olan digər üç bıçaq arasında ölçüsünə, digər bıçaqdan böyük olmasına görə tanımışdır. (İ cild, i.v. 179-180) - “Təqsirləndirilən ifadənin yerində yoxlanılması haqqında” 22 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini əyani olaraq da göstərmişdir. (İ cild, i.v. 181-184) -26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X21 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (İ cild, i.v. 205-206) - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2023-cü il tarixli qərarı ilə Elməddin Kərimova müvafiq vəsiqə verilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Medalın Vəsiqəsindən görünür ki, Elməddin Kərimova Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2373 saylı sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” vəsiqəsi verilmişdir. (İ cild, i.v. 217-219) - ƏN Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müəssisənin tibbi-sanitar hissəsində müayinədən keçirilən zaman hər iki dirsək oynağının arxa tərəfində və sağ balıdırın ön səthində qərtməkli yara xəsarətləri aşkar edilmişdir. (İ cild, i.v. 229) -«Məhkəmə-tibb ekspertizasının» 21 sentyabr 2023-cü il tarixli, 904 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində sağ və sol dirsək, sol bud və sağ ayağın bayır topuq nahiyyəsinin sıyrıqları ( cəmi altı ədəd) müəyyən olunmuş, xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. (İ cild, i.v. 255-256) -«Məhkəmə-tibb ekspertizasının» xx.xx.2023-cü il tarixli, 34 nömrəli rəyindən görünür ki, X1 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarət müəyyən olundu: Döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən, ürək kisəsini və ürəyi zədələyən 1 /bir/ ədəd deşilmiş-kəsilmiş yara, üst dodağın selikli qişasında 1 /bir/ ədəd əzilmiş yara müəyyən olundu. Həmin xəsarətlərdən döş qəfəsinin sol yarısının döş boşluğuna keçən, ürək kisəsini və ürəyi zədələyən 1 /bir/ ədəd deşilmiş-kəsilmiş yara kəsici-deşici alətin, ola bilər ki, bıçağın təsirindən onun ölümündən bir qədər əvvəl törədilmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Üst dodağın selikli qişasında 1 /bir/ ədəd əzilmiş yara bərk küt əşyanın təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma əlamətlərinə malikdir. X1 ölümünə döş qəfəsinin sol yarısının ön səthinin, döş boşluğuna keçən ürək kisəsini və ürəyi zədələyən deşilmiş-kəsilmiş yara nəticəsində əmələ gəlmiş kəskin qanitirmə səbəb olmuşdur. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və psixotrop maddə aşkar edilməmişdir. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 3-6 saat əvvəl baş vermişdir. (İ cild, i.v. 263-267) - “diskə baxış keçirilməsi haqqında” 14 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, mərhum Elməddin Kərimovun istifadəsində olmuş ***-***-**-**, Şahid5 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə xx.xx.2019-cu il tarixdən xx.xx.2013-cü il tarixədək daxil olan və çıxan telefon zənglərinə və digər məlumatlara baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, Elməddin Kərimovun istifadəsində olan mobil nömrədən Şahid5 istifadəsində olan obil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 16-17 radələrində bir neçə dəfə zəng edilərək danışıq aparılmışdır. (İİ cild, i.v. 72-73) - Ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 909 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild, i.v. 105) -«Məhkəmə-lifli ekspertizasının» 27 oktyabr 2023-cü il tarixli, 3-16-16\2-6\5125 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs və X6 məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində kənar lif mikrohissəcikləri vardır. X6 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərinin üzərindən aşkar edilmiş kənar mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X6 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. (İİ cild, i.v. 106-111) - “məhkəmə-ballistik və trasoloji” ekspertizasının 27 oktyabr 2023-cü il tarixli 3-16- 16\2-3\1522 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsul ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. “X1...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin və maykanın səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi və sayı göstərilməklə təsvir edilən zədələr vardır. Köynəyin səthindəki “a” zədəsi və maykanın səthindəki zədə kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş köynəyin və maykanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş üzərində “X1.....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin və maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Təqdim edilmiş üzərində “X1.....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin səthindəki “b” zədəsi ilə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədənin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyildir. Təqdim edilmiş üzərində “X1.....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş 01 ədəd şalvarın, 01 ədəd alt tumanın və üzərində “Təqsirləndirilən şəxs.....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş üç ədəd köynəyin, bir ədəd şalvarın, bir ədəd jiletin və bir cüt corabın səthində trasoloji zədə yoxdur. (İİ cild, i.v. 112-115) -«Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının» 09 oktyabr 2023-cü il tarixli, 2831 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı pxisi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl, eləcə də cinayəti törətdikdən sonra xronki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ünsiyyətçilik, hirslilik, emosionallıq kimi fərdi psixi xüsusiyyətlərə malikdir, əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə törətdiyi əməl zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında situasiya ilə əlaqədar hirslilik, gərginlik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (İİ cild, i.v. 117-121) -«Məhkəmə biloji ekspertizasının» 13 noyabr 2023-cü il tarixli, 660/2023-MTBŞ nömrəli rəyindən görünür ki, X5 ABO sistemi üzrə qan qrupu: AB/İİ/, məhkəmə bioloji ekspertizaya təqdim olunmuş zərərçəkmiş (mərhum) X6 məxsus şalvar, ona keçirilmiş kəmər, “futbolka” tipli köynək, mayka, trusik, Təqsirləndirilən şəxs məxsus jiletin ön səthində sağ kəsmə cibin ön kənarına yaxın sahədə, qatlanan bıçağın tiyəsində və hadisə yerində 02 (iki) ədəd pambıq topalarına keçirilmiş maddə ləkələrində insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunan zaman antigen qismində “A” antigeni, E.K.Kərimovun paltarlarında və pambıq topalarında həmçinin “beta” aqqlyutinini də alındı. “A” antigeni tək halda və “beta” aqqlyutinini ilə birlikdə ABO sistemi üzrə A (İİ) qan qrupunu formalaşdırıb xarakteriza etdiyindən göstərilən əşyalarda olan qan ləkələrinin birmənalı olaraq həmin qan qruplu şəxsə(şəxslərə) məxsus olmasını söyləmək olar və bu halda həmin qan ləkələri ABO sistemi üzrə eyni qan qruplu X6 məxsus ola bilər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarda, ağ rəngli köynəkdə, jiletdə digər təsvir edilmiş ləkələrdə qan, ona məxsus iki ədəd qara rəngli köynəkdə və 01 (bir) cüt corabda baxış zamanı qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (İİ cild, i.v. 126-139) - “Sübutların qiymətləndirilməsi haqqında” 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, Şahid5, Şahid4, Şahid3, X7, X16, X12 və X3 əməlində Azərbaycan Respublikası CM-nin 120.2.1 və 221-ci maddələrinin tərkibi olmadığından barələrində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilməsi, Şahid5 əməlində Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə ayrıca cinayət işi ayrılaraq istintaq aparılması, Elməddin Kərimova məxsus bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd mayka, bir ədəd trusik, təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd jilet, iki ədəd köynək, cinayətin aləti olan bir ədəd bıçaq, iki ədəd pambıq topasının üzərinə hopdurulmuş qanabənzər ləkələr iş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon prokurorluğunun «Maddi sübutları saxlama otağı»nda saxlanılması qərara alınmışdır. (İİ cild, i.v. 153-176) - 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 120.1-ci maddəsi ilə istintaq edilən cinayət işindən CM-in 128-ci maddəsi ilə mərhum Elməddin Kərimovun Şahid5 tərəfindən döyülməsi faktı üzrə hazırkı cinayət işinin materiallarından ********* saylı cinayət işi ayrılmışdır. (İİ cild, i.v. 177-179) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur.(İİ cild, i.v. 181-182) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü müdafiə məqsədi ilə cibindən bıçaq çıxarıb sağa-sola fırlatması, Elməddin Kərimovu öldürmək niyyətinin olmaması və özünü müdafiə məqsədi ilə zəruri müdafiə zamanı Elməddin Kərimova xəsarət yetirməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, protokola əlavə edilmiş foto və video çəklişlər, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni bu hissədə (özünü müdafiə məqsədi ilə zərərçəkmiş şəxsə xəsarət yetirməsi) inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, zəruri müdafiə (zəruri müdafiə vəziyyətində olma) Azərbaycan Respublikası CM-in 36-cı maddəsində “özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət” kimi təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 36.1-ci maddəsinə görə zəruri müdafiə həddini aşmayan hərəkət cinayət sayılmır. CM-in 36.3-cü maddəsində isə göstərilir ki, “qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir”. Göründüyü kimi, cinayət qanunu şəxsin özünü və ya başqa şəxsləri, dövlətin və cəmiyyətin mənafelərini ictimai-təhlükəli qəsdlərdən qorumaq (müdafiə etmək) hüququnu tanıyır. Müdafiənin zəruriliyini də qanun məhz onda görür ki, bu cür müdafiə şəxsin özünün və ya başqasının həyatını, sağlamlığını, hüquqlarını, dəvlətin və cəmiyyətin mənafelərini təhlükə altına alan ictimai-təhlükəli qəsdlə şərtləndirilmiş olur. Müdafiə olunmaq hüququ şəxsin qəsddən yayınması, məsələn zorakılıq edən şəxsdən qaçıb qurtarmasında deyil, qəsd edənə zərər vurmaq yolu, yəni ona yönəlik aktiv hərəkətlərlə qarşılıq verməsində (qəsdi dəf etmək üçün səy göstərməsi) ehtiva olunur. Qəsdin mövcudluğu zəruri müdafiənin qanuniliyini şərtləndirən əlamətlərdən biridir. Yəni yalnız qəsdin davam etməsi vəziyyətində şəxsin qəsd edənə zərər vurması zəruri müdafiə vəziyyətində edilən hərəkət hesab edilə bilər və yaxud qəsd başa çatsa da, işin həqiqi hallarına görə şəxsin bunu dərk etməsi istisna edildikdə də (nə vaxt ki, şəxs ictimai təhlükəli qəsdin davam etdiyini ağlabatanlıqla güman edir) hərəkət zəruri müdafiə vəziyyətinin şərtlərinə cavab verən əməl kimi qiymətləndirilə bilər. Cinayət təqibi ilə bağlı toplanmış sübutlarla müəyyən olunmuş işin faktiki halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxsla Elməddin Kərimov arasında 18 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində mübahisə şəxsi münasibətlər zəminində, yəni dostu Şahid5 Elməddin Kərimovun yaşadığı evin yerləşdiyi küçədə münasibəti olduğu qızla keçərkən sonuncunun Şahid5 çağırıb irad bildirməsi səbəbindən başlamış, bu məsələ ilə bağlı yaranmış mübahisədə Şahid5 tərəfindən iştirak etmək üçün Təqsirləndirilən şəxs üzərində bıçaq götürməklə ilk öncə Masallı rayonu, “Köhnə Bazar” deyilən əraziyə gəlmiş, oradan isə həmin mübahisəni davam etdirmək üçün Masallı- Hüseynhacılı avtomobil yolunun kənarında yerləşən meşəlik əraziyə getmişlər. Həmin meşəlik ərazidə Şahid5 və Elməddin Kərimov arasında mübahisə daha da inkişaf etmiş, həmin mübahisə hər iki şəxs tərəfindən mübahisəyə qoşulan şəxslər arasında da yaranmış və həmin mübahisə əsasında Elməddin Kərimov hadisə yerindən qaçan Təqsirləndirilən şəxs saxlayaraq ona qarşı fiziki zor tətbiq etmiş, onlar arasında dava qarşılıqlı olaraq davam etmiş və həmin dava zamanı Təqsirləndirilən şəxs cibindən çıxardığı bıçaqla Elməddin Kərimovun ürək nahiyyəsinə bıçaqla bir zərbə vurmuş və nəticədə zərbənin təsirindən zərərçəkmiş şəxs yerə yıxılmaqla müqavimət qabiliyyətini itirmiş, Təqsirləndirilən şəxs da zərərçəkmişə yaxın adamların orada olmasını görüb həmin yerdən qaçmışdır. Məhkəmə kollegiyasının mövqeyinə görə zəruri müdafiə vəziyyətində (hazırki işə münasibətdə) ən azı iki tərəf, yəni ictimai təhlükəli qəsd edən və həmin qəsdə məruz qalmaqla müdafiəsi zəruri olan şəxslər olur. Hadisənin gedişində qəsdə məruz qalan şəxs, zəruri müdafiə hüququnu realizəsi zamanı qəsd edənə qarşı qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gələn ictimai təhlükəli qəsd etmək hüququna malikdir. Lakin qəsdə məruz qalan şəxsin zəruri müdafiə vəziyyəti kimi iddia etdiyi əməlinə qədər, qəsd edənə qarşı qəsd etmək niyyətinin (qisas, qısqanclıq və s. məqsədlə) olması, onun hərəkətlərinin zəruri müdafiədən irəli gəlməsini istisna edir. Baxmayaraq ki, hadisənin baş vermə mexanizmində zəruri müdafiənin formal əlamətləri sezilir. Hazırki işin müəyyən olunmuş hüquqi əhəmiyyət kəsb edən faktiki hallarını yuxarıda əks olunmuş hüquqi mövqe ilə uzlaşdırdıqda müəyyən olunur ki, 18 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində dostu Şahid5la zərərçəkmiş şəxs Elməddin Kərimov arasında davam edən mübahisə zamanı Höccət X4rşı qisas (intiqam) hissi yaranmış, bunun nəticəsidir ki, həmin vaxt onların bir-birinə qarşı istiqamətlənmiş hücumları olmuş, həmin vaxt Elməddin Kərimov münaqişənin davamı olaraq Təqsirləndirilən şəxs yumruq və təpik zərbələri ilə hücum etməsi anında, sonuncunun ona qarşı qəsdi zəruri müdafiədən deyil, qeyd olunduğu kimi münaqişənin əvvəlində formalaşmış qisas hislərindən irəli gəlmişdir. Kollegiyanın bu qənaəti həmçinin ona əsaslanır ki, Elməddin Kərimov dostu Şahid5 tərəfindən iştirak edəcəyi mübahisəyə gedərkən üzərində bıçaq götürmüş, mübahisənin inkişafında isə ona yumruqla zərbə endirən şəxsə qarşı bıçaq xəsarəti yetirməklə qarşılıq vermişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs həqiqətəndə zəruri müdafiədən irəli gələn deyil, məhz münaqişənin başlanğıcında yaranmış qisas hissi ilə Elməddin Kərimova ictimai təhlükəli qəsd etdiyini təsdiq edir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə gələrkən üzərində bıçaq götürməklə, Elməddin Kərimovla qarşılıqlı əlbəyaxa dava zamanı cibində olan bıçağı çıxarıb sonuncunun ürək nahiyyəsinə zərbə endirməkdən ibarət hərəkətləri heç də zəruri müdafiə vəziyyətində edilən hərəkətlərə uyğun gəlmir və onun Elməddin Kərimovu qəsdən həyatdan məhrum etmək niyyətinin olması qənaətinə gəlməyə tam əsas verir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli Qərarın 3-cü bəndindən görünür ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həm ibtidai istintaq zamanı toplanmış sübutlar, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş və sübut kimi qəbul edilmiş hallar və işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Elməddin Kərimov ilə hadisədən əvvəl dostu Şahid5la bağlı Elməddin Kərimova qarşı ədavətli münasibətdə olmuş, hətta hadisənin baş verdiyi əraziyə gəldikdə də Elməddin Kərimovla mübahisə etmək məqsədi ilə gəlmiş, həmçinin üzərində bıçaq gətirməklə həmin mübahisənin dərinləşcəyi təqdirdə ona qarşı bıçaqdan istifadə etmək niyyətində olduğunu göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Elməddin Kərimova xəsarət yetirmək niyyəti hadisə yerinə gələnədək mövcud olmuş, hadisə yerində mübahisənin dərinləşdiyi vaxt isə Elməddin Kərimovun ürək nahiyyəsinə bıçaqla xəsarət yetirməsi isə onun Elməddin Kərimovu öldürmək niyyətinin yaranmasını təsdiq etmişdir. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən qərarındakı müddəaları və işin faktiki hallarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla - yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin qeyd edilən hissəsini (özünü müdafiə məqsədi ilə zərərçəkmiş şəxsə xəsarət yetirməsi) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir və qalan hissədə ifadələrini sübut kimi qəbul edir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimali-təhlükəli hərəkəti törətməsi və bunun müvafiq nəticələrə səbəb olması əməlində Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlaməti vardır və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq zərərçəkmiş şəxs Elməddin Kərimovun sağlamlığına yetirilən xəsarət və onun ölümü ilə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri yuxarıda göstərilən əsaslara görə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X21, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid7, Şahid3, Şahid5 və Şahid4 ifadələri, cinayət işi materiallarında olan “Meyitin baxışının aparılması haqqında” 18 sentyabr 2023-cü il tarixli, “Hadisə yerinin baxışının aparılması haqqında” 18 sentyabr 2023-cü il tarixli, “Götürmə aparılması haqqında” 18 sentyabr 2023-cü il tarixli, “avtomobilə baxış keçirilməsi haqqında” 19 sentyabr 2023-cü il tarixli, “əşyanın tanınmasının aparılması haqqında” 22 sentyabr 2023-cü il tarixli, “ifadənin yerində yoxlanılması haqqında” 22 sentyabr 2023-cü il tarixli, “disklərin baxışının aparılması haqqında” 14 noyabr 2023-cü il tarixli protokol və digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizasının 21 sentyabr 2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli, 34 nömrəli , məhkəmə-lifli ekspertizasının 27 oktyabr 2023cü il tarixli, 3-16-16\2-6\5125 nömrəli, məhkəmə-ballistik və trasoloji” ekspertizasının 27 oktyabr 2023-cü il tarixli 3-16-16\2-3\1522 nömrəli, məhkəmə biloji ekspertizasının 13 noyabr 2023-cü il tarixli, 660/2023-MTBŞ nömrəli rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətməsi isə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 09 oktyabr 2023-cü il tarixli, 2831 nömrəli rəyi ilə tam sübut edilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - xx.xx.2023-cü il tarixli tələbnamədən və Tərtər Hərbi Məhkəməsinin 14 may 2019cu il tarixli 1 (098)-144/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin eyni tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə təqsirli bilinib ona 04 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmiş və CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 04 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası N (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. xx.xx.2020-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə məhkumluğu ödənilmişdir. (İ cildİ, i.v. 193-200) -Masallı rayonu İcra Hakimiyyəti Başçısının Qızılağac kən İƏD-i üzrə nümayəndəliyindən verilmiş 20 sentyabr 2023-cü il tarixli, 818 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, atası və anası ilə birgə yaşamışdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (İ cild, i.v. 240-241) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını (CM-in 59.1 və 61.1-ci maddəsinə əsasən), həmin hadisənin baş verməsinə səbəb olan halları, hadisə baş verməmişdən əvvəl zərərçəkmiş şəxsin mübahisənin yaranmasında rolunu, mübahisənin daha da dərinləşməsinə və dava-dalaşa çevrilməsinə istiqamətlənən hərəkətlərini, hadisədən əvvəl Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X14 Əsgərovun etdiyi hərəkətlərə görə üzr istəməsini, lakin Elməddin Kərimovun bunu qəbul etməyərək mübahisəni bitirməməsini, Təqsirləndirilən şəxs qaçdığı vaxt Elməddin Kərimovun onu tutub yerə yıxaraq davalarını davam etdirməsini nəzərə alaraq təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X24rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir.” Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayət törətməsinə görə məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablanmalı, Masallı Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 239 (iki yüz otuz doqquz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 239 (iki yüz otuz doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə istintaq orqanı tərəfindən maddi sübut qismində tanınaraq Masallı Rayon Prokurorluğunda saxlanılan mərhum Elməddin Kərimova aid bir ədəd şalvar (kəmərlə birlikdə), bir ədəd ədəd köynək, bir ədəd mayka, bir ədəd trusik, təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus üç ədəd şalvar, bir ədəd köynək, bir ədəd jilet, bir cüt corab, cinayətin aləti olan bir ədəd bıçaq, iki ədəd pambıq topasının üzərinə hopdurulmuş qanabənzər ləkələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 346, 351- 353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 18 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon prokurorluğunda saxlanılan mərhum Elməddin Kərimova aid bir ədəd şalvar (kəmərlə birlikdə), bir ədəd ədəd köynək, bir ədəd mayka, bir ədəd trusik, təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus üç ədəd şalvar, bir ədəd köynək, bir ədəd jilet, bir cüt corab, cinayətin aləti olan bir ədəd bıçaq, iki ədəd pambıq topasının üzərinə hopdurulmuş qanabənzər ləkələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 239 (iki yüz otuz doqquz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxs Əliyar Mehdiyevə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar