Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-261/2025 18.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1971-ci ildə Qəbələ rayonu Bum qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Qəbələ Rayonu Bum qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi, saxlanması, daşınması və satılması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, 15 dekabr 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Bakı şəhərində olduğu zaman cinayətkar qrupun üzvü onunla telefon vasitəsi ilə əlaqə saxlamaqla narkotik vasitənin Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hissəsində 93-cü kilometrlikdə yerləşən körpünün yanında qoyulduğunu bildirmiş və ona narkotik vasitənin qoyulduğu yerin məkan göstəricilərini (konumunu) göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ümumi cinayətkar niyyətə uyğun hərəkət etməklə *911 taksi şirkətinə zəng edərək taksi sifariş etmiş və onun cinayətkar niyyətindən xəbərsiz olan sürücü Şahid3 idarə etdiyi “Toyota Prius” markalı, **- PZ-*** qeydiyyat nişanlı avtomaşınla yola düşməklə həmin gün saat 20:40 radələrində Biləsuvar rayonu Xırmandalı kəndi ərazisinə gələrək Ələt-Astara avtomobil yolunun 93-cü klometrliyində yerləşən körpünün yanında gizlədilmiş bir ədəd bağlamada 2445 qram, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürməklə satış məqsədi ilə qanunsuz əldə edib, daşıyaraq avtomobilin qabaq sərnişin oturacağının ayaqaltı hissəsinə qoyaraq saxlamaqla daşımaqda davam edərkən saat 20:41 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində saxlanılaraq orada avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sağ ayaqaltı hissəsində bir ədəd bağlamada yapışqanlı lentə sarılmış 02 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1560 qram və 885 qram olmaqla ümumi çəkisi 2445 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanolepitik əlamətlərinə və bioloji komponent tərkibinə görə bir-birləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 15 dekabr 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhərində kirayə yaşadığı ünvanda olduğu zaman ona «WhatsApp» sosial şəbəkəsindən adının Əli olmasını və İran İslam Respublikası vətəndaşı olmasını bildirən şəxs zəng edərək ona şəxsi istifadəsi üçün 100 qram narkotik vasitə qurudulmuş marixuana göndərdiyini bildirmişdir. O, iranlıya narkotik vasitəyə görə «Million» aparatı vasitəsi ilə 300 manat pul göndərmişdir. Sonra isə narkotik vasitəni götürmək üçün Bakı şəhərindən çıxıb Salyan rayonuna yola düşmüşdür. İranlının onun telefonuna göndərdiyi məkan göstəriciləri üzrə hərəkət etməklə narkotik vasitənin qoyulduğu yerə getmişdir. Həmin yerdə böyük torba olduğunu görmüş və torbanı götürmüşdür. O, torbanın böyük olduğunu görmüş, lakin torbanın içərisində narkotikdən başqa bir şey ola biləcəyini düşünmüşdür. O, torbanı götürəndən sonra polis əməkdaşları onu tutmuşlar. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 15 dekabr 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhərində kirayə yaşadığı ünvanda olduğu zaman +98 914 951 6305 saylı mobil nömrədən bir nəfər şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə «WhatsApp» proqramı ilə zəng vurmuş, adının Əli olmasını və İran İslam Respublikasının vətəndaşı olduğunu, ona narkotik vasitə marixuana satmaq istədiyini demişdir. Sonra Əli adlı şəxs ona narkotik vasitəni Salyan rayonu ərazisində gizlətdirəcəyini və həmin yerə getməsini demişdir. O, *911 nömrəli taksi şirkətinə zəng vurmuş və Bakı şəhərində Salyan rayonuna getmək istədiyini deyərək taksi sifariş etmişdir. Şirkətin əməkdaşı ona Salyan rayonuna gedib-qayıtmaq üçün 120 manat yol xərci olacağını demişdir. O da razılaşmışdır. Bir qədər sonra Bakı şəhəri Nərimanov rayonu ərazisində “Toyota Prius” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə əyləşmiş və Salyan rayonu istiqamətində hərəkətə başlamışlar. Yolda olan zaman o, həmin taksi sürücüsünün adının Seymur olmasını bilmişdir. O, taksi sürücüsünə qohum evinə gedəcəyini demişdir. Həmin tarixdə saat 20 radələrində onlar Salyan rayonuna çatmışlar. O, Salyan rayonuna çatdıqdan sonra Əli adlı şəxsə məlumat vermişdir. Əli adlı İran vətəndaşı da ona yeni elektron ünvan atacağını bildirmişdir. Bir neçə dəqiqə sonra elektron ünvan atılmış və həmin ünvana baxan zaman gedecəyi ünvanın hazırda olduğu yerdən təxminən 50 kilomter uzaqlıqda olmasını bilmişdir. Bundan sonra o, taksi sürücüsü Seymura deyilən ünvana sürməsini istəmişdir. Seymur da ona 30 manat artıq pul verməli olduğunu demişdir. Bir qədər sonra onlar qeyd olunan ünvana yəni ünvan 2 sürücüsünə ayaqyoluna getmək istədiyini və bu səbəbdən də avtomobili saxlamasını demişdir. Sürücü avtomobili saxlamışdır. O, avtomobildən düşmüş və körpünün yanında olan bir ədəd bəzəkli sellofan torbanı götürmüş və gətirib avtomobilin salonunda ayaqaltı hissəsinə qoymuşdur. Bundan sonra sürücüyə avtomobili sürməsini demişdir. Sürücü avtomobili hərəkətə gətirmişdir. Bu zaman polis əməkdaşları avtomobili saxlamaq barədə işarə vermişlər. Sürücü avtomobili yolun kənarında saxlamışdır. Polis əməkdaşları onlara videogörüntü ilə yaxınlaşmışlar və hüquq və vəzifələrini, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququnu izah etmişlər. Bundan sonra saxlanıldığı yerdə yoxlamağa başlamışlar. Yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarımda, əşyalarında və ya bədənində narkotik vasitələri və psixotrop maddələri varsa, verməsi təklif edilmişdir. O üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra “Toyota Prius” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı o, əvvəlcədən avtomobilin ön sağ oturacağın ayaqaltı hissəsinə qoyduğu bir ədəd bağlamanı təqdim edərək, içərisində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra həmin bağlama açılıb baxıldıqda içərisində 2 ədəd bükümlərin olması müəyyən edilmişdir. Bükümlər açıldıqda hər ikisinin içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Bükümlərdə aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, çəkilərinin 1350 qram və 2060 qram olması müəyyən edilmişdir. Həmin bükülülər qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Bakı şəhərində Toyota Prius markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə *911 nömrəli taksi şirkətində taksi sürücüsü işləyir. 15 dekabr 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhərində olduğu zaman Təqsirləndirilən şəxs Salyan rayonuna taksi sifarişi qəbul etmişdir. Təqsirləndirilən şəxslə onu Bakı şəhərindən Salyan rayonuna 120 manat pul müqabilində aparacağı barədə razılaşmışlar. Təqsirləndirilən şəxs ona qohumu evinə gedəcəyini demişdir. Onlar yola düşmüş, bir qədər sonra Salyan rayonuna çatmışlar. Lakin Təqsirləndirilən şəxs ona Salyan rayonundan Biləsuvar rayonuna getmək istədiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs əlavə olaraq 30 manat verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs də onunla razılaşmışdır. Bundan sonra onlar Biləsuvar rayonuna doğru hərəkətə başlamışlar. Bir qədər sonra onlar Biləsuvar rayonuna çatmışlar. Biləsuvar rayonun giriş hissəsində Təqsirləndirilən şəxs ona avtomobili saxlamağını demiş və o avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs avtomobildən düşmüş və ayaqyoluna gedecəyini bildirmişir. Bir qədər sonra Təqsirləndirilən şəxs avtomobilə qayıtmış və əlində bir ədəd də sellofan torba olmuşdur. Ona avtomobili sürməsini demişdir. O, avtomobili hərəkətə gətirən zaman Azərdən sellofanda nə olmasını soruşmuş, Təqsirləndirilən şəxs isə ona heç bir cavab verməmişdir. Bu zaman polis əməkdaşları onları saxlatmışlar. Polis işçiləri videoçəkiliş aparmaqla onlara narkotik daşımaqda şübhəli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs və onun üzərlərini yoxlamışlar, lakin qanunsuz əşya aşkar olunmamışdır. Sonra idarə etdiyi “Toyota Prius” markalı avtomobilə də baxış keçirilərkən Təqsirləndirilən şəxs avtomobilin ön sağ oturacağın ayaqaltı hissəsinə qoyduğu bir ədəd bağlamanı təqdim edərək, içərisində narkotik vasitə olmasını bildirmişdir. Həmin bağlama açılıb baxıldıqda içərisində 2 ədəd ayrı bükülü olması müəyyən edilmişdir. Həmin bükümlər açıldıqda içərilərində narkotik vasitə qurudulmuş marixuanayabənzər maddə aşkar olunmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılıb götürülmüşdür. Bu barədə onların iştirakları ilə protokol tərtib olunmuşdur. X2 ərazisinə narkotik götürmək üçün getdiyini bilməmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Biləsuvar Rayon Polis Şöbəsində Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 dekabr 2024-cü ildə ona Qəbələ rayonu Bum qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirməklə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:41 radələrində Bakı-Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində “Toyota Prius” markalı, **-PZ-*** qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxs və avtomobilin sürücüsü Şahid3 narkotik vasitələri daşımaqda şübhəli olduqlarını bildirməklə videoçəkilişdən istifadə olunaraq əvvəlcə hər ikisinin üzərində yoxlama aparılmış, lakin qanunsuz əşya aşkar olunmamışdır. Sonra “Toyota Prius” markalı avtomobilə baxış keçirərkən avtomobilin salonunda ön sağ oturacağın ayaqaltı hissəsindən bir ədəd bağlama aşkar edilmişdir. Həmin bağlam açıldıqda içərisində 2 ədəd bükülülərdə narkotik vasitə qurudulmuş marixuanayabənzər maddələr aşkar olunmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuanayabənzər kütləni Biləsuvar rayon ərazisindən şəxsi istifadə üçün əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən polis işçisi Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, avtomobilə və əşyalara baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokollardan və aparılmış videoçəkilişdən görünür ki, həmin gün saat 20:41 radələrində Bakı-Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində “Toyota Prius” markalı, **-PZ-*** qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs və sürücü Şahid3 üstlərinə yoxlama keçirilmış, lakin qanunsuz əşya aşkar olunmamışdır. Sonra avtomobilə baxış keçirilərkən avtomobilin salonun ön sağ oturacağının ayaqaltı hissəsindən bir ədəd bağlama aşkar edilmişdir. Balamalar açıldıqda içərisində iki ədəd bükümlərdə 1350 qram və 2060 qram çəkilərdə narkotik vasitə qurudulmuş marixuanayabənzər kütlələr aşkar olunmuşdur. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/780 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1560 qr və 885 qram-ümumi təmiz çəkisi 2445 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanolepitik əlamətlərinə və bioloji komponent tərkibinə görə bir-birləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 852 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 20 dekabr 2024-cü il tarixli, 3731 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ittiham olunduğu əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İşdə olan xx.xx.2024-cü il tarixli məhkəmə-tibb ekspertinin rəyindən görünür ki, 18 dekabr 2024-cü il tarixdə aparılmış tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən götürülmüş mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, telefonda İran İslam Respublikasına məxsus olan +98994 *** **** saylı mobil nömrə “Ali” adı ilə qeydiyyatda olmuşdur. +98994 *** **** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs bir neçə ədəd elektron ünvan və bağlamanı qoyduğu körpünün fotoşəkillərini göndərməsi müəyyən edilmişdir. Bundan başqa “Ali” adlı istifadəçidən Təqsirləndirilən şəxs “Baş körpüdən düşəndə birinci körpü yox, ikinci körpüdə rayon istiqamətində düşəndə yolun sağında, qaqam nə oldu götürdün, götürəndə xəbər elə rahat olum” məzmunlu mesaj göndərilmişdir. Bundan başqa "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli, 771 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilən zamanı ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs tərədindən istifadə edilməsi həmin nömrədən və əksinə aşağıdakı məzmunlu sms-lər göndərilmişdir: xx.xx.2024-ci il tarixdə saat 19:29:42-də Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrə “qaqa o qaqas yaxindadi ?? 20 lik narmalni verer ?? usaq var o gelir yanına”, xx.xx.2024-ci il tarixdə saat 03:19:22-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə ***-***-**-** saylı mobil nömrəyə “sen meni iranninin yaninda yalanci cixardun men ona bugun yuz fayiz pul vurmalydim ama men vura bilmədim”, xx.xx.2024-ci il tarixdə saat 03:20:06-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə ***-***-**-** saylı mobil nömrəyə “yalanci cixdim sen gorurdun ki men ona bir kelme deyirdim atkaz etmirdi onuda elden cxardin seher pulu duz qow gorum ne edrem birt”, xx.xx.2024-ci il tarixdə saat 03:20:10-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə ***-***-**-** saylı mobil nömrəyə “eher boyuna qoya bilirem allah kerimdi seher zengvu gozleyirem”, xx.xx.2024-ci il tarixdə saat 15:16:57-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə ***-***-**-** saylı mobil nömrəyə “salam burad daw lazim olsa de”, xx.xx.2024-ci il tarixdə saat 16:01:28-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə “qaqa ne olar bir damci komeklik ele ozume gelim bashdiyim herekete”, xx.xx.2024-ci il tarixdə saat 16:10:08-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə ***- ***-**-** saylı mobil nömrə “Qaqaw sen ol indi gelib hele sifde eləməmişəm gorum neyleyirem”, xx.xx.2024-ci il tarixdə saat 16:11:56-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə “narahat olmada men komeklik edecem hereket edecem onu sen ucun sen”, xx.xx.2024-ci il tarixdə saat 16:12:01-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***- ***-**-** saylı mobil nömrə “bi dene komeklik ele basimi açim”, xx.xx.2024-ci il tarixdə saat 16:12:38-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***- ***-**-** saylı mobil nömrə “tez bazar hereket edim he brat gelim?”, xx.xx.2024-ci il tarixdə saat 17:21:10-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə “asaqdayam qaqa gelim?ya qalxim evime?”, xx.xx.2024-ci il tarixdə saat 17:29:38-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə ***-***-**-** saylı mobil nömrəyə “Duwrem gozle”, xx.xx.2024-ci il tarixdə saat 15:14:05-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə ***- ***-**-** saylı mobil nömrəyə “salam qaqaw neyleyirsen senden xeber cixmadi dunen deyirdin men onu men eridcem gorurem hecne eden deyilsen”, xx.xx.2024-ci il tarixdə saat 19:14:46-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə “15..20 manatdiq narmalni das verecek senden ona uyqun kola”, xx.xx.2024-ci il tarixdə saat 19:15:17-də Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə “brat heckime kurs qoymada ele tek get yaxin adamdi ozunde var idi”, xx.xx.2024-ci il tarixdə saat 19:15:21-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə “ola ozu ucun xais eledimki aqrida olan var mehle adamidir”, xx.xx.2024-ci il tarixdə saat 20:03:13-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə “brat qaqas yazdi dedi zaratkam azdi sone biler bankofbakunun arxasi”, xx.xx.2024-cü il tarixdə saat 20:03:18-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə “kech heyetde skameykada oturub seni gozduyur”, xx.xx.2024-cü il tarixdə saat 20:33:07-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə “brat nece oldu duzeldi isin?”, xx.xx.2024-cü il tarixdə saat 20:36:13-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə ***-***-**-** saylı mobil nömrəsinə “Hele bilmirem indi ayrıldıq?”, xx.xx.2024-cü il tarixdə saat 21:41:21-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə ***-***-**-** saylı mobil nömrəsinə “qaqas mən bayak sene yaza bilmedim ona goreki icine baxmamıwdim dedim gedim eve baxim sonra yazim ona gore geldim eve ”, xx.xx.2024-cü il tarixdə saat 21:41:31-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə ***- ***-**-** saylı mobil nömrəsinə “indide sene yazdim cox saxol borcundan cixaram”, xx.xx.2024-cü il tarixdə saat 21:45:49-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə “amma qaqas mizildadi bir az deyir balaca bir das idi dedim yegin ol”. 15 fevral 2025-ci il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, narkotik vasitəni götürdüyü yeri göstərmişdir. İşdə olan hüqiqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəldir, himayəsində azyaşlı uşaq yoxdur. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə ona 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək üzərində 11 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 04 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cəzası xx.xx.2024-cü il tarixdə başa çatmalı idi. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs öz istifadəsi üçün az miqdarda narkotik vasitə götürmək üçün Salyan rayonu ərazisinə getməsi, lakin həmin yerdə böyük ölçülü torbanın olmasını görməsi barədə ifadəsini tədqiq edilmiş sübutlar və işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, digər sübutlarla yanaşı, Təqsirləndirilən şəxs telefonuna baxış keçirilərkən müəyyən edilmişdir ki, cinayətkar qrupun üzvü tərəfindən onun telefonuna narkotik vasitə qablaşdırılmış torbanın fotoşəkli də göndərilmiş, o göndərilən narkotik vasitənin həcmi və miqdarı barədə məlumatlı olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etməmişdir, lakin əməlində cinayətlərin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, bundan əlavə o, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməklə cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən ağır cinayət törətdiyindən CM-nin 76.6.3-cü maddəsinə əsasən barəsində Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən ona Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş 05 ay 04 gün müddətə azadlıqdan məhrum etmə cəzasını yeni hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirmək yolu ilə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 2444,8 qram qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefon onun ailəsinə verilməli, cinayət işinin materiallarına əlavə olunmuş istintaq hərəkətlərinin videogörüntüləri yazılmış 1 (bir) ədəd və telefon danışıqları barədə məlumatların yazıldığı 1 (bir) ədəd disklər cinayət işində saxlanılmalıdır. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, CM-nin 67.1-ci maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş 5 (beş) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirmək yolu ilə hökmlərin məcmusu üzrə ona qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 2444,8 qram qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefon onun ailəsinə verilsin, cinayət işinin materiallarına əlavə olunmuş istintaq hərəkətlərinin videogörüntüləri yazılmış bir ədəd və telefon danışıqları barədə məlumatların yazıldığı bir ədəd-cəmi 2 (iki) ədəd disklər cinayət işində saxlanılsın. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-261/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-261/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver