Məhkəmə qərarları › İş №1(099)-262/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-262/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-262/2024 16.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə digər şəxslərlə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 1500 manat gəlir əldə etməsi müqabilində digər şəxslərin sifarişi ilə içərisində narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bağlamaları Bakı şəhərinə gətirməsi və gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması məqsədi ilə digər şəxslər vasitəsi ilə Ələt-Astara yolunun 58-ci kilometrliyində yol kənarına qoyulmuş külli miqdarda 35,336 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib öz üzərində, qalan külli miqdarda 1030 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 940 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 15810 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə qanunsuz olaraq əldə edib yol vərəqəsi əsasında idarə etdiyi **-ST-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobildə saxlayaraq, Astara-Ələt avtomobil yolunun Masallı rayonu ərazisindən keçən Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci Yol Patrul Xidməti postunun yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə saat 04:45-də yuxarıda qeyd edilən ünvanda idarə etdiyi avtomobil ilə birlikdə saxlanılmış, həmin gün saat 05:40-dan etibarən saxlanıldığı yerdə özünün könüllü razılığı və iştirakı ilə idarə etdiyi **-ST-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobilinə baxış keçirilən zaman avtomobilin arxa saxlanc yerindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib idarə etdiyi avtomobildə saxlamaqla daşıdığı 01 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 1030 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 700 qram və 240 qram olmaqla xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan külli miqdarda ümumi təmiz çəkisi 940 qram psixotrop maddə metamfetamin, 05 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3120 qram; 1950 qram; 3790 qram; 3150 qram və 3800 qram olmaqla xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə eyni olan külli miqdarda ümumilikdə təmiz çəkisi 15810 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs BNMİ-nin X8 Şöbəsinə gətirilmiş və orada 17 avqust 2023-cü il tarixdə saat 08:00-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki ağ rəngli şalvarın sol yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə idarə etdiyi **-ST-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan külli miqdarda təmiz çəkisi 35,336 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, adını bilmədiyi danışdığı adam Bakı şəhərində yaşayır. Hadisə günü Masallıya gəlməli imiş, elə hər şey üst-üstə düşmüşdür. Həmin şəxs ona 58-ci km olan löhvənin şəkilini atmış, ona istifadə üçün narkotik vasitə qurudulmuş marixuana qoymuşdur. Həmin narkotik kiçik bağlamada olmuşdur. Gedib oradan bağlamanı götürüb, maşında olan idman çantasının içərisinə qoymuşdur. Daha sonra yola davam etdikdə polis postunda saxlanılmışdır. Saxlanılarkən maşından həmin bağlama çıxmışdır. Lakin polislər video-çəkilişdə maşının yük yerindən başqa bağlama çıxarmışlar. Özü marixuanadan başqa heç bir narkotikdən istifadə etməmişdir. Həmin vaxt polislər onu döyməmiş, yalnız ailəsi ilə hədələmişlər. Bu səbəbdən də həmin narkotikləri boynuna götürmüşdür. Danışdığı adam istifadəsi üçün 300 qram marixuana qoymuşdur. Həmin şəxslə telefonda danışmış, o iranlı olmamışdır. İfadələrini polis əməkdaşlarının sözləri ilə yazmışdır. Götürdüyü büküm isə kiçik olmuş, əlində hiss etmiş ki, marixuanadır. Saxlanılarkən isə üzərində heç bir narkotik vasitə olmayıb, həmin bükümü polislər cibinə qoymuşdur. Ona məxsus yalnız 300 qram marixuanadır. Telefonunda bir dənə şəkil göndərilib, başqa da ancaq danışmışdır. Baba adlı şəxsi tanımır. Danışdığı şəxsin qoyduğu narkotiki götürüb daha sonra gəlib onunla danışacaqmış, həm özü istifadə edib, həm də qalanını həmin şəxs hara desə ora qoyacaqmış. Evdən çıxarkən narkotik götürəcəyini bilib, lakin arvadının və dostunun bundan məlumatı olmamışdır. Özü yalnız balaca büküm götürüb, maşında idman çantasına qoymuşdur, digər narkotiklərdən xəbəri yoxdur. Maşının yük yerindən polislər narkotiki çıxararkən arvadını və dostunu qorumaq üçün hər şeyi boynuna götürmüşdür. Maşına qayıdıb narkotiki çantaya qoyanda həmin vaxt arvadı və dostu nə olduğun soruşmuş, onlara bunun sizə aidiyyəti yoxdu demişdir. Onda olanları boynuna alır, ona görə də iş kəsilməsini, işinə düzgün baxılmasını məhkəmədən xahiş etmiş, yükləndiyini, maşının yük yerini heç açmadığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, təxminən 2 ay əvvəl “İnstagram” sosial şəbəkəsində bir nəfər şəxs ilə tanış olmuşdur. Həmin şəxs özünü İran İslam Respublikasının (bundan sonra İİR) vətəndaşı Baba kimi təqdim edərək, istədiyi təqdirdə onunla narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə əlaqədar birlikdə iş qurub yaxşı gəlir əldə edə biləcəyini bildirmişdir. Belə ki, həmin şəxs ilə tez-tez yazışdıqdan sonra onunla arasında səmimiyyət yaranmış və onlar “whatsapp” mobil tətbiqi vasitəsi ilə mesajlaşmağa, zənglə danışmağa başlamışlar. Onun istifadəsində olan mobil nömrənin İİR mobil operatorlarına məxsus nömrə olması onda həmin şəxsin iranlı olmasına dair hər hansı şübhə yaratmamışdır. Bu təklif ilə razılaşmış və bu işdən yaxşı gəlir əldə edəcəyini düşünmüşdür. Onunla bu barədə söhbət etdiyi zaman “Baba” özünün Masallı-Lənkəran ətrafından ünvan göndərəcəyini, həmin ünvandan bildirdiyi bağlamanı götürdükdən sonra Bakı şəhərinə gətirərək gəlir əldə edə biləcəyini bildirmişdir. Belə ki, dediyi şərtə əsasən əvvəlcə işin görülməsinə görə xərcləri müqabilində kiçik məbləğdə, malı Bakıya gətirdikdən sonra isə 1500 manat olmaqla ödənişlər almalı olmuşdur. Həmin şəxs narkotik vasitələr olan bağlamaları Bakıda konkret olaraq hansı ünvana qoymalı olduğunu deməmiş və özünün həmin yerə seçərək, malı qoyacağı ünvanın insanlardan kənar, sakit bir yer olmasını, bağlamaları qoyduqdan sonra ünvanını və şəkilini “whatsapp” vasitəsi ilə ona göndərməyini tapşırmışdır. Onunla razılaşmış və cinayətkar niyyətini reallaşdırmaq məqsədi ilə avtomobil lazım olduğunu düşünmüşdür. Bu məqsədlə uzun müddətdir ki dostluq etdiyi Şahid1 müraciət etmişdir. Belə ki, həmin şəxsin “Rent a car” şirkətlərlə sıx əlaqəsi olduğunu bilirmiş və bu işdə kömək edə biləcəyini düşünmüşdür. Cinayətkar niyyətini pərdələmək məqsədi ilə ona arvadı Gülsurə ilə Lənkəran rayonuna istirahətə gedəcəyini deyib, özünün də onlarla gəlməsini və ondan avtomobil icarəyə götürməyi üçün kömək etməsini xahiş etmişdir. Xəyyam da onunla razılaşmış və Lənkərana hansı kəndə getdiklərini ondan soruşmuşdur. Guya orada dostunun olduğunu, həmin şəxsin onları qarşılayaraq kəndlərin birində yerləşən evə aparacaqlarını bildirmişdir. Bundan sonra Xəyyam onunla razılaşmış və bu işdə ona kömək edəcəyini bildirmişdir. Arvadı Gülsurəyə də onu Lənkərana istirahətə aparacağını bildirmiş və Gülsurə də onunla razılaşmışdır. Xəyyam ilə telefonla danışığı zamanı o, 3 günlük Kia Optima markalı avtomobil üçün tanışına 200 manat pul verməli olduğunu bildirmişdir. Onunla razılaşmış və Babaya xərclərinin heç olmasa bir hissəsini qarşılaması üçün 120 manat pul göndərməsini xahiş etmişdir. Odur ki, Baba istifadəsində olan bankomat kartına 120 manat pul göndərmişdir. 17 avqust 2023-cü il tarixdə saat 00 radələrində arvadı Gülsurə ilə birlikdə Xəyyamın ünvanını bildirdiyi Qara Qarayev metrostansiyası yaxınlığındakı “Rent a car”-a getmişlər. Orada təxminən 5 dəqiqə gözlədikdən sonra Xəyyam da həmin ünvana gəlmiş və ödənişi edərək Kia Optima markalı, **-ST-*** nömrə nişanlı avtomobili götürmüşdür. Avtomobili götürdükdən sonra “whatsapp” vasitəsi ilə “Baba”-ya yazaraq Bakıdan çıxdığını bildirmişdir. Baba narkotik vasitənin Ələt-Astara magistral yolunun kənarına qoyulduğunu bildirmiş və bu barədə “whatsapp” ilə ünvan və fotoşəkil göndərmişdir. Avtomobildə olan digər şəxslərə tanışının Lənkəranda gözlədiyini bildirmiş və yollarına davam etmişlər. Belə ki, göndərilən ünvana baxdığı zaman həmin ünvanın Lənkərandan Bakı şəhərinə qayıdan istiqamətdə olduğunu görmüşdür. Həmçinin Babanın özü də ona narkotik vasitənin qoyulduğu ünvanın Ələt-Astara magistral yolunun 57-58-ci kilometrliyində olduğunu bildirmişdir. Ona görə də Lənkərandan qayıdaraq üzü Bakı şəhəri istiqamətinə doğru hərəkət etməyə başlamışdır. Bu zaman Xəyyam və Gülsurə nə üçün geriyə qayıtdıqlarını soruşduqda onlara səhv gəldiyini, tanışının onları qarşıda gözlədiyini bildirmişdir. “Whatsapp”-da göndərilən ünvana çatdığı zaman avtomobili saxlamış və təbii ehtiyacını yol kənarına ödəyib 5 dəqiqəyə qayıdacağını Xəyyamla Gülsurəyə bildirmişdir. Odur ki, avtomobildən düşərək yol kənarında Baba tərəfindən qoyulmuş bağlamanı götürmüş və avtomobilin arxa saxlanc yerinə onları qoyaraq yenidən avtomobilə əyləşmişdir. Avtomobil ilə çox qısa məsafə irəlilədikdən sonra yol polisi postunun yaxınlığında polis əməkdaşları tərəfindən avtomobili saxlamaq əmri verilmişdir. Avtomobili saxlamış və polis əməkdaşları onlara yaxınlaşıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları olduqları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirmişdir. Bir az keçəndən sonra onların iştirakları ilə yol polisi postunun həyətində razılığı ilə video-çəkilişlə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı onlara avtomobildə qanunsuz əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra avtomobildə narkotik maddə varsa, təqdim etməsi bildirilmişdir. Özündə olan açarla avtomobilin qapılarını və arxa yük yerini açmışdır. Arxa yük yerindən bir ədəd sintetik torbada olan narkotik maddələri götürüb təqdim etmişdir. Torbanın içərisinə baxıldıqda 05 ədəd selofan bükülüdə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükülüdə heroin və 02 ədəd bükülü metamfetamin aşkar olunmuşdur. Suallara cavab olaraq sosial şəbəkədə tanış olduğu Baba adlı İran vətəndaşı həmin narkotik maddələri magistral avtomobil yolunun kənarında 57-58-ci kilometrliydə qoydurduğunu, idarə etdiyi avtomaşınla onu götürdüyünü, Bakı şəhərinə apardıqdan sonra bunun müqabilində onun kart hesabına 1500 manat pul köçürüləcəyini, bu barədə arvadı Gülsurə və dostu Xəyyama məlumat vermədiyini, həmin yerdə avtomaşını saxlayıb ayaq yoluna getmək adı ilə maşından düşüb torbanı arxa yük yerinə qoyduğunu, avtomobildə olanların bundan xəbəri olmadığını bildirmişdir. Sonra torbada aşkar olunmuş bükülülər elektron tərəzidə çəkilmiş, qablaşdırılmışdır. Bundan sonra regional şöbəyə gələrək üzərinə axtarış keçirilmiş, müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmağı barədə məlumat verilmişdir. Verilən suallara cavab olaraq narkotik maddə heroin və tiryək qəbul etdiyini bildirmişdir. Həmçinin, avtomobildən aşkar olunmuş narkotik maddəni Baba adlı İran vətəndaşının göndərdiyini, özünün götürüb Bakı şəhərinə aparıb deyiləcək yerə qoyduqdan sonra ona 1500 manat pul kart vasitəsi ilə veriləcəyini, arvadı Gülsurə və dostu Xəyyamın narkotik maddələr barədə məlumatları olmadıqlarını bildirmişdir. Sonra üzərində qanunsuz əşya, maddə varsa təqdim etməyi təklif olunduqda əynindəki şalvarının sağ cibindən «LG» markalı mobil telefonunu və şalvarın sol yan cibində gizlətdiyi bir ədəd selofan bükümdə heroini çıxarıb təqdim etmiş və verilən suallara cavab olaraq etiraf edib bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində heroin vardır. Baba adlı İran vətəndaşı yükün üstünə qoyub özü qəbul etmək üçün göndərmiş, mobil telefon özünə məxsus olmaqla, üzərində ***-***-**-** nömrə olduğunu bildirmişdir. «Whatsapp» işlətmiş və İranlı ilə əlaqə saxlamışdır. Əldə etdiyi heroindən qəbul etməmiş, heç kimə verməmiş, satmamış, bundan başqa onda narkotik maddə olmamışdır. Təqdim etdiyi selofan bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Sonra təqdim etdiyi selofan büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini məcburiyyət altında polis əməkdaşlarının dediyi kimi danışdığını, həmin ifadələrini təsdiq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid X5 ifadəsində göstərmişdir ki, hadisə 2023cü ilin avqustun 16-dan 17-nə keçən gecə baş vermişdir. Belə ki, əri Sabirlə Bakıdan çıxıb Masallıya gəzməyə gəlirlərmiş. Bakıda rent cara gedib, icarəyə avtomobil götürüb, özü, əri və dostları Xəyyamla birgə yola çıxmışlar. Masallı istiqamətində gəlirlərmiş, birdən görmüş ki, artıq sərhədə çatırlar, demiş ki, yolu səhv gedirlər. Bundan sonra yolu əks istiqamətinə keçmiş, avtomobili isə özü idarə edirmiş. Əri 58-ci km yol nişanının yanında maşını saxlamağını istəmişdir. Düşünmüş ki, təbii ehtiyacını ödəmək üçün düşür. Əri maşından düşəndən sonra qısa zamanda 2-3 saniyə çəkməmiş qayıtmış maşına, hiss etmiş ki, arxaya çantaya nəsə atmışdır. Yola davam etmişlər. Postda görmüş ki, maşını saxlayırlar. Maşını saxlayandan sonra sənədləri istəmişlər. Bundan sonra maşına hücum edib, hərəsini bir qapıdan dartıb çıxarmışlar, telefonlarını almışlar, təhqir etməyə başlamışlar. Sonra isə ona demişlər ki, ərinlə Kürdəxanıda görüşəsən, o isə bunun nə demək olduğunu başa düşməmişdir. O isə demişdir ki, onlar Zabratda qalırlar, sonra isə onu yenə təhqir etmişlər. Özünü Niva maşınında saxlamışlar. Ərinə polislər demişlər ki, “biz nə desək onu deməlisən, Baba adlı şəxs göndərib, artıq kəlmə deməyəsən, Babadan götürmüşəm, aparıb dediyi yerə qoyub, pul alacaqdım”. Sonra postun işıqlarını söndürmüşlər, həmin yükü gətirib ərinin qabağna qoymuşlar ki, arvadın tutulmasın deyə boynuna götür. Əri də yükü boynuna almışdır. Sonra isə demişlər ki, “bu yükü arxa yük yerinə qoyuruq, oradan çıxardacayıq”. Həmin vaxt etiraz etmiş, onlar isə demiş ki, “bunu da tutun bizimlə dilləşir”. Yenidən onu maşına qoyub Lənkəran şəhərinə regional şöbəyə gətirmişlər. Orada telefonunu istəmiş ki, evi ilə əlaqə saxlasın, uşaqları onlardan narahat qalıb. Lakin telefonunu verməmişlər. Əməliyyatçıların otağında otuzdurmuşlar, onlar niyə bu yükü qoyursuz dedikdə isə, demişlər ki, “bura Azərbaycandır, kiməsə qoyulmalıdı”. Daha sonra onları Bakıya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar, orada da bir gün qalmış, sonra müstəntiqə ifadə vermişdir. Ərinin nə məqsədlə rayona getməsindən məlumatsız olmuşdur. Yol boyu ərinin telefonda danışmağın görməmiş, yalnız yazışdığını görmüşdür. İdarə etdiyi maşını saxladıqdan sonra maşının açarları əməliyyatçılarda olmuş, maşını da sonradan onlara geri qaytarmamışlar. Saxlanılandan iki saat yarım keçdikdən sonra maşına baxış keçirilmişdir. Həmin vaxt meşokları gətirib qoymuşlar, ərinə də demişlər ki, bunları boynuna götürməlisən. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə şahid X5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bibisi oğlu olmaqla onunla 2002-ci ildən evlidir. Birgə nikahdan 2 övladları vardır. 16 avqust 2023-cü il tarixdə axşam saatlarında əri Sabirlə birlikdə anasının Abşeron rayonu, Məmmədli qəsəbəsində yaşadığı evə qonaq getmişdir. Orada olduqları zaman Sabir telefon vasitəsi ilə kiminləsə avtomobili icarəyə götürmək barədə danışmışdır. Sabirdən nə baş verdiyini soruşduqda Sabir 1-2 günlük Lənkərana gedəcəyini, orada tanışının onu qonaq edəcəyini bildirib, onunla birlikdə getməyini xahiş etmişdir. Onunla razılaşmış və onlar birlikdə Lənkərana getməyə qərara almışlar. Aralarında olan danışıq zamanı Sabir dostu Xəyyamın ona icarəyə avtomobil tapacağını, həmin avtomobil vasitəsi ilə Lənkərana gedəcəklərini, Xəyyamın da onlarla birlikdə gələcəyini bildirmişdir. Xəyyamı əvvəllər 1-2 dəfə görsə də, onun adını daima Sabirdən eşitmişdir. Sabir və Xəyyam uzun müddətdir ki, bir-birini tanıyıb dostluq etmişlər. Bundan sonra Xəyyamın bildirdiyi Qara Qarayev metrostansiyası yaxınlığındakı “Rent a car”-a getmişlər. Orada təxminən 5 dəqiqə gözlədikdən sonra Xəyyam da həmin ünvana gəlmiş və Sabir ödənişi edərək Kia Optima markalı, **-ST-*** nömrə nişanlı avtomobili götürmüşdür. Avtomobildə Sabirdən konkret olaraq hansı kəndə gedəcəyini soruşduqda Sabir orada tanışının olduğunu, həmin şəxsin yol qırağına çıxaraq onları qarşılayacaqlarını bildirmişdir. Yolboyu avtomobili ara-sıra özü, ara-sıra Sabir idarə etmişdir. Heç bilmədiyi səbəblərdən postlara çatmamış Sabir avtomobili saxlamış və postu keçənə qədər avtomobili özü sürmüşdür. Bundan sonra artıq Lənkərana çatmış və Sabirə ünvanın harada yerləşdiyini soruşub, artıq Lerik istiqamətinə getdiklərini demişdir. Bu anda Sabir dostunun “whatsapp” vasitəsi ilə ona ünvan göndərdiyini bildirib səhv gəldiklərini, geriyə qayıtmalı olduqlarını demişdir. Geriyə qayıdaraq Bakı şəhəri istiqamətinə getməyə başlamış və bir müddət getdikdən sonra Sabir avtomobili saxlayaraq təbii ehtiyacını yol kənarına ödəyib 5 dəqiqəyə qayıdacağını bildirmişdir. Odur ki, Sabir avtomobildən düşmüş və Xəyyamla avtomobildə onu gözləməyə başlamışdır. Təxminən 5-10 dəqiqə sonra Sabirin əlində iri həcmli bağlama ilə avtomobilə yaxınlaşdığını görmüş və o arxa saxlanc yerini açaraq həmin bağlamanı oraya qoymuşdur. Sabir avtomobilin arxa yük yerinə bağlama qoyub avtomobilə əyləşdiyi zaman Xəyyam və o gətirdiyi bağlamanı gördüyünü bildirib, onu haradan gətirdiyini, içində nə olduğunu dəfələrlə soruşmuşlar. Sabir onlara bu işə qarışmamaqlarını, təcili Bakıya qayıtmalı olduqlarını bildirmiş və onlar yenidən ona eyni sualları verməyə davam etmişdir. Lakin, Sabir onlara bu barədə dolğun cavab verməmişdir. Avtomobil ilə çox qısa məsafə irəlilədikdən sonra yol polisi postunun yaxınlığında polis əməkdaşları tərəfindən avtomobili saxlamaq əmri verilmişdir. Avtomobili saxlamış və polis əməkdaşları onlara yaxınlaşıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları olduqları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu Sabirə bildirmişlər. Baxış zamanı Sabirə avtomaşında qanunsuz əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Əri Sabir avtomaşında narkotik maddə olduğunu onu təqdim edə biləcəyini bildirmişdir. Özündə olan açarla avtomaşının qapılarını və arxa yük yerini açmış, arxa yük yerindən bir ədəd sintetik torbadanı çıxarıb təqdim etmişdir. Torbanın içərisinə baxıldıqda isərisində 05 ədəd selofan bükülüdə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükülüdə heroin və 02 ədəd bükülü metamfetamin aşkar olunduğunu bilmişdir. Sabir verilən suallara cavab olaraq sosial şəbəkədə tanış olduğu Baba adlı İran vətəndaşı tərəfindən həmin narkotik maddələri magistral avtomobil yolunun kənarında 57-58-ci kilometrliydə qoyulduğunu, idarə etdiyi avtomaşınla gəlib götürdüyünü, Bakı şəhərinə apardıqdan sonra deyiləcək yerdə qoyacağını, bunun müqabilində isə ona 1500 manat pul göndəriləcəyini bildirmişdir. Bu barədə özünə və Xəyyama məlumat vermədiyini bildirmişdir. Həmin yerdə avtomaşını saxlayıb ayaq yoluna getmək adı ilə maşından düşüb torbanı arxa yük yerinə qoyduğunu, avtomaşında olanların bundan xəbəri olmadığını demişdir. Sonra isə torbada aşkar olunan bükümlər elektron tərəzidə çəkilmişdir. Həmin bükümlər aşkar olunmuş sintetik torbaya qoyulmuş və qablaşdırılmışdır. Baxış zamanı Sabirin idarə etdiyi avtomaşında digər bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra regional şöbəyə gəlmiş, üzərinə axtarış keçirilmişdir. Bundan sonra regional şöbədə müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmağı barədə məlumat verilmişdir. Suallara cavab olaraq əvvəllər məhkum olunmadığını, narkotik maddə qəbul etmədiyini, əvvələr də qəbul etmədiyini bildirmişdir. Sonra üzərində qanunsuz əşya, maddə varsa təqdim etməyi təklif olunduqda üzərində heç bir qanunsuz əşya, maddə olmadığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Çantanın içərisindən «Honor» markalı mobil telefonu, bir ədəd eynək, bir ədəd ətir şüşəsi, qapı açarları, 5 avro pul və sağ qolunda iki rezin qolbağ aşkar olunmuşdur. Mobil telefon götürülərək protokola əlavə olunmuşdur. Digər əşyaları isə çantayla birlikdə qaytarılmışdır. İfadəsi elan olunduqdan sonra şahid X5 həmin ifadəsini təsdiq etmədiyini, müstəntiqə məhkəmədə dediyi kimi ifadə verdiyini, həmin ifadəsini oxumadığını, imza etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin sabiq əməkdaşıdır. 17 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs cənub bölgəsində külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq özü və BNMİ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 17 avqust 2023-cü il tarixdə səhər saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Masallı rayonuna getmişdir. Onlarda olan əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs qeyd olunan əraziyə istifadəsində olan Kia Optima markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlməli olmuşlar. Bu məqsədlə də əməliyyat qrupunun üzvləri ilə birlikdə Astara-Ələt yolunun Masallı rayonu ərazisindən keçən BDYPİ-nin 11-ci YPX postunun yaxınlığında gözləyərək, əməliyyat mövqeyi tutmuşlar. Həmin gün saat 04:45-də qeyd etdiyi avtomobil posta yaxınlaşmış və həmin avtomobili orada olarkən saxlamışlar. Bu zaman avtomobildə üç nəfər şəxsin olmasını müəyyən etmişlər. Həmin şəxslər özlərini təqdim edərək, Təqsirləndirilən şəxs, X5 və Şahid1 olduqlarını bildirmişlər. Bundan sonra BNMİ-nin CBRŞ-nin təhqiqatçısı Famil Həsənov tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşına baxış keçirilməsi təklif edilmiş və Təqsirləndirilən şəxs buna etiraz etməyərək razılığınının olması barədə ərizə yazmışdır. Qeyd olunan yerdə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılıq ərizəsindən sonra idarə etdiyi avtomaşına baxış və götürmə aparılmağa başlanmışdır. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs avtomaşında narkotik maddə olduğunu, təqdim edə biləcəyini bildirmişdir. Sürücü Təqsirləndirilən şəxs özündə olan açarla avtomaşının qapılarını və arxa yük yerini açmış və avtomaşının arxa yük yerindən bir ədəd sintetik torbanı götürüb təqdim etmişdir. Torbanın içərisinə baxıldıqda narkotik vasitə qurudulmuş marixuanaya bənzər, heroinə bənzər kütlə və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq sosial şəbəkədə tanış olduğu Baba adlı İran vətəndaşının həmin narkotik maddələri magistral avtomobil yolunun kənarında 57-58ci kilometrliyində qoydurduğunu, özünün idarə etdiyi avtomaşınla onu gəlib götürdüyünü bildirmişdir. Sabirin sözlərinə görə o həmin bağlamaları Bakı şəhərinə apardıqdan sonra deyiləcək yerdə qoymalı, bunun müqabilində onun kart hesabına 1500 manat pul köçürülməli idi. Bu barədə arvadı Gülsurə və dostu Xəyyama məlumat verməmişdir. Daha sonra aşkar olunmuş bükülülər elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə BNMİ-nin CBRŞ-nin inzibati binasına getmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, X5 və Şahid1 tutulması haqqında qərar qəbul edilmiş və hər üç şəxs hüquqları izah edilərək müdafiəçi ilə təmin edilmişlər. Bundan sonra hər üç şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Belə ki, ilk əvvəl Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd selofan büküm çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və ona verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində heroin olduğunu, Baba adlı İran vətəndaşının yükün üzərinə qoyub onun özü qəbul etmək üçün göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi selofan büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bundan sonra Gülsurə Səfiyeva və Şahid1 üzərinə ayrı-ayrılıqda şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı həmin şəxslərin üzərində hər hansı qanunla qadağan edilən əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı həmin şəxslərin istifadəsində olan mobil telefonlar təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı digər iki şəxs avtomobildə narkotik vasitə olmasından məlumatı olmadıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs avtomobilin yük yerindən aşkar edilən narkotiklərin ona aidiyyətinin olmaması barədə bildirdikləri tamamilə yalandır. Saxlanılarkən və polis şöbəsində olarkən onlara qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs özü hadisə vaxtı törətdiyi əməlini səmimi etiraf edib. Təqsirləndirilən şəxs orada tək olmayıb yanında yoldaşı, dostu və vəkili olub, ona qarşı hər hansı bir təsir və ya təzyiq göstərilsə imiş, əlbəttdə digər şəxslər bu barədə məlumatlı olardı. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid6 Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid3 xx.xx.2023-cü il tarixli həmin şöbənin rəisinə ünvanlanmış “Raport”undan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cənub bölgəsində külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 5) İş materiallarında olan «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə» 17 avqust 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid3 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 6-7) İş materiallarında olan 17 avqust 2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilşdən görünür ki, Təqsirləndirilən şəxs avtomaşında narkotik maddə olduğunu, onu təqdim edə biləcəyini bildirmişdir. Sürücü Təqsirləndirilən şəxs özündə olan açarla avtomaşının qapılarını və arxa yük yerini açmış və avtomaşının arxa yük yerindən bir ədəd sintetik torbanı götürüb təqdim etmişdir. Torbanın içərisinə baxıldıqda 05 ədəd selofan bükülüdə nakotik vasitə qurudulmuş marixuanaya bənzər, 01 ədəd bükülüdə heroinə bənzər kütlə və 02 ədəd bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq sosial şəbəkədə tanış olduğu Baba adlı İran vətəndaşı tərəfindən həmin narkotik maddələrin magistral avtomobil yolunun kənarında 57-58-ci kilometrliyində qoyulduğunu, idarə etdiyi avtomaşınla onları gəlib götürdüyünü, Bakı şəhərinə apardıqdan sonra deyiləcək yerdə qoyacağını və bunun müqabilində onun kart hesabına 1500 manat pul köçürüləcəyini, bu barədə arvadı Gülsurə və dostu Xəyyama məlumat vermədiyini, həmin yerdə avtomaşını saxlayıb ayaq yoluna getmək adı ilə maşından düşüb torbanı arxa yük yerinə qoyduğunu, avtomobildə olanların bundan xəbəri olmadığını bildirmişdir. Sonra aşkar olunmuş bükülülər elektron tərəzidə çəkildikdə qurudulmuş marixuanaya bənzər kütlələr cəmi təxminən 16 kiloqram 500 qram, heroinə bənzər kütlə 01 kiloqram 50 qram və metamfetaminə bənzər kütlələr 01 kiloqram çəkidə olmuşdur. (c 1, i.v 16-20) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:45 dəqiqədən tutulmuş hesab edilmişdir. (c 1, i.v 29) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 17 avqust 2023-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən bir ədəd «LG» markalı mobil telefon və şalvarın sol yan cibindən bir ədəd selofan büküm çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və ona verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində heroin olduğunu, Baba adlı İran vətəndaşının yükün üstünə özü qəbul etmək üçün qoyduğunu, mobil telefonun özünə məxsus olmaqla, üzərində ***-***-**-** mobil nömrəsini olduğunu və İranlı ilə əlaqə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş və götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan büküm elektron tərəzidə çəkildikdə heroinə bənzər kütlə 35,99 qram çəkidə olmuşdur. (c 1, i.v 70-73) İş materiallarında olan materialların məhkəmə və məhkəmə kimyəvi və bioloji ekspertizasının 17 avqust 2023-cü il tarixli, 19/800 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində "...Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 35,336 qram olan maddə tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində " Vət. Təqsirləndirilən şəxs idarə etdiyi “KİA” markalı, **-ST-*** q/n-lı a/m-dan aşkar olunmuş 05 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər, 01 ədəd bükülüdə heroinə bənzər və 02 ədəd bükülüdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd kisədəki, 1 ədəd bükülüdə təmiz çəkisi: 1030,0 qram olan maddə tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2 ədəd bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri: -700,0 qr: -240,0 qram: ümumi təmiz çəkisi: 940,0 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 5 ədəd bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri: -3120,0qr: -1950,0qr: -3790,0qr: -3150,0qr: -3800 qram: ümumi təmiz çəkisi: 15810,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitə qurudulmuş marixuanalardır, xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və idarə edtiyi avtomaşından aşkar edilmiş ümumilikdə 2 ədəd olmaqla ümumi təmiz çəkisi: 1065,336 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Qeyd: 1) Marixuanaların ümumi təmiz çəkisi 15810 qr., cəmi tədqiqata sərf edildi – 0,5 qr. (hər ob.-0,1 qr.), qalıq 15809,5 qr. 2) Heroinlərin ümumi təmiz çəkisi 1065,336 qr., cəmi tədqiqata sərf edildi 0,2 qr. (hər ob. 0,1 qr.) qalıq 1065,136 qr. 3) metamfetaminin ümumi təmiz çəkisi 940,0 qr., cəmi tədqiqata sərf edildi 0,2 qr. (hər ob. 0,1 qr), qalıq 939,8 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. (c 1, i.v 107-109) İş materiallarında olan 18 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs ilə şübhəli şəxs Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə istintaq hərəkəti zamanı həmin şəxslər ifadələrini bir-birinə qarşı təsdiq etmişlər. (c 2, i.v 19-23) İş materiallarında olan 18 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs ilə şübhəli şəxs X5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə istintaq hərəkəti zamanı həmin şəxslər ifadələrini birbirinə qarşı təsdiq etmişlər. (c 2, i.v 24-28) İş materiallarında olan 18 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs ilə şübhəli şəxs Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə istintaq hərəkəti zamanı həmin şəxslər ifadələrini bir-birinə qarşı təsdiq etmişlər. (c 2, i.v 29-32) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1254/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 17 avqust 2023-cü il tarixdən hesablanmışdır. (c 2, i.v 45-50) İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(050)- 181/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. (c 2, i.v 57-59) İş materiallarında olan 22 avqust 2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən edilərək götürülmüş qalıq çəkiləri 1065,136 qram olan narkotik vasitə heroin, 939,8 qram olan psixotrop maddə metamfetamin və 15809,5 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut qismində tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (c 2, i.v 77-78) İş materiallarında olan əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin İran islam Respublikasından Azərbaycan Respublikasının ərazisinə gətirməsinə rəhbərlik edən İran İslam Respublikasının vətəndaşı «Baba» adlı şəxsin şəxsiyyətini, olduğu yeri və Azərbaycan Respublikasındakı əlaqələrini müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdrilir və gələcəkdə müsbət nəticə əldə olunarsa əlavə məlumat veriləcəkdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, idarə etdiyi avtomaşınla narkotik vasitələri daşınması və külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə gətizdirərək satış ilə məşğul olmuşdur. (c 2, i.v 106-107) İş materiallarında olan Abşeron RİHB-nın Məmmədli Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi keçmiş arvadı, xx.xx.2004-cü il və xx.xx.2006-cı il təvəllüdlü uşaqlarından ibarətdir. (c 2, i.v 108-109) İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrələr ilə aparılan danışıqlara dair CD disklərdə olan məlumatlara baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: xx-xx-2023 20:45:05 1.1.**********10 1.1.**********77 Gelsen mene biraz falqa getir qardawimsan xx-xx-2023 22:38:56 xx-xx-2023 22:38:56 1.1.**********22 1.1.**********77 Sene pul gonderim,indi tema getire bilersen,? xx-xx-2023 02:01:44 1.1.**********20 1.1.**********77 Ot axtaram tapa bilerik xx-xx-2023 17:49:38 xx-xx-2023 17:49:38 1.1.**********00 1.1.**********77 Qaqaw qayitson 0.5k-5diyda p gotr sene zehmet benzin pulunda verecem xx-xx-2023 17:51:13 1.1.**********00 1.1.**********77 Prob eliyim keyfiyetine cekisine baxim,eger yaxwi temadi xx-xx-2023 02:01:48 1.1.**********77 1.1.**********20 Ot axtaram tapa bile Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhərindən çıxaraq Lənkəran rayonuna getməsi, orada yol kənarında Baba adlı şəxsin yol kənarına qoymuş olduğu narkotik vasitə və psixotrop maddələri əldə etməsini bildirməsi hazırda "xxxx" MMC-dən daxil olmuş məlumatlarla tam təsdiqini tapmışdır. Belə ki, hazırda Zenglerin_Detallasmasi__**********0712 ___7********.pdf adlı fayla baxış keçirilən zaman cədvəlin 407-ci səhifəsində təqsirləndirilən şəxsə məxsus mobil nömrənin anten dairəsində onun xx.xx.2023 tarixdə saat 01:00-da Bakı şəhəri, Qaradağ rayonu, Dəniz nasosu adlanan ərazidə, həmin gün 02:13-də isə Salyan rayonu, Yenikənd kəndində, həmin gün saat 04:16-da isə Masallı rayonu, Gəyəçöl kəndi, Bakı Astara magistral yolunda olduğu əks edilmişdir. (c 2, i.v 114-116) İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən götürülmüş X1 istifadəsində olmuş ***-***-**-**, Şahid1 istifadəsində ***-***-**-** saylı mobil nömrələr ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: diskdə ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələri ilə aparılmış danışıqlara aid 08 ədəd “.pdf” formatında faylların olduğu müəyyən edildi. Zenglerin_Detallasmasi__**********0133___5********.pdf adlı fayla baxış keçirilən zaman Şahid1 ifadəsində qeyd etdiyi X5 və Təqsirləndirilən şəxs ilə xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhərindən çıxaraq Lənkəran rayonuna getməsini bildirməsi hazırda "xxxx" MMC-dən daxil olmuş məlumatlarla tam təsdiqini tapmışdır. Belə ki, hazırda Zenglerin_Detallasmasi__**********0133 ___5********.pdf adlı fayla baxış keçirilən zaman cədvəlin 1694-cü səhifəsində Şahid1 məxsus mobil nömrənin anten dairəsində onun xx.xx.2023 tarixdə saat 01:04-də Bakı-Salyan şossesi, 15-ci km adlanan ərazidə, həmin gün 03:40-da isə Lənkəran rayonu,Veravul kəndində olduğu əks edilmişdir. Zenglerin_Detallasmasi__**********0125___5********.pdf adlı fayla baxış keçirilən zaman X1 ifadəsində qeyd etdiyi Şahid1 və Təqsirləndirilən şəxs ilə xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhərindən çıxaraq Lənkəran rayonuna getməsini bildirməsi hazırda "xxxx" MMC-dən daxil olmuş məlumatlarla tam təsdiqini tapmışdır. Belə ki, hazırda Zenglerin_Detallasmasi__**********0125 ___5********.pdf adlı fayla baxış keçirilən zaman cədvəlin 484-cü səhifəsində Gülsurə Səfiyevaya məxsus mobil nömrənin anten dairəsində onun xx.xx.2023 tarixdə saat 00:08-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 53 (avtomobilin icarəyə götürüldüyü “Rent a car”-ın yerləşdiyi ərazi) adlanan ərazidə, həmin gün 03:59-da isə Lənkəran rayonu,Veravul kəndində olduğu əks edilmişdir. (c 2, i.v 118-120) İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Səfiyev X3 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlinib 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (c 2, i.v 121-122) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 22 sentyabr 2023-cü il tarixli 5/1194 nömrəli məhkəmə kompüter texniki ekspertizasının rəyindən görünür ki, 1. Təqdim edilmiş bir ədəd sensor ekran və "Android 10" əməliyyat sistemi ilə təchiz olunmuş "Honor 8x" markalı "JSN-L21" modelli "**********24663, **********51633" "İMEİ" kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və "Android 10" əməliyyat sistemi ilə təchiz olunmuş "Huawei Y9s" markalı "STK-L21" modelli "**********40241, **********50257" "İMEİ" kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və "Android 6.0.1" əməliyyat sistemi ilə təchiz olunmuş "LG" markalı "Stylus2 Dual" modelli "**********36256, **********36264" "İMEİ" kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 2.Təqdim edilmiş "Honor 8x" markalı "JSN-L21" modelli mobil smartfonun yaddaşında "+994 77 436 28 15" abonent nömrəsi ilə qeydiyyatdan keçmiş "Whatsapp" və "+994 55 457 27 52" abonent nömrəsi ilə qeydiyyatdan keçmiş "Whatsapp (Dual App)" proqram təminatı aşkar olundu. Təqdim edilmiş "Huawei Y9s" markalı "STK-L21" modelli mobil smartfonun yaddaşında "+994 51 415 18 18" abonent nömrəsi ilə qeydiyyatdan keçmiş "Whatsapp" proqram təminatı aşkar olundu. Təqdim edilmiş "LG" markalı "Stylus2 Dual" modelli mobil smartfonun yaddaşında "+994 77 732 52 77" abonent nömrəsi ilə qeydiyyatdan keçmiş "Whatsapp" proqram təminatı aşkar olundu. 3.Təqdim edilmiş "Honor 8x" markalı "JSN-L21" modelli, Huawei Y9s" markalı "STK-L21" modelli və "LG" markalı "Stylus2 Dual" modelli mobil smartfonların yaddaşlarından əldə edilmiş hal-hazırda mövcud olan və pozulmuş ("Whatsapp" proqram təminatında aparılmış məlumat mübadiləsi, məkan koordinatları, foto, video fayllar və s.) məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş Hesabat) hesabat "Ekspertiza 51194" adlı iş çantasında xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. (c 1, i.v 123-130) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 22 sentyabr 2023-cü il tarixli, 5/1194 nömrəli rəyə əlavə edilmiş 01 ədəd flaşkarta, yəni xarici disk qurğusuna baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, yuxarıda qeyd edilən məlumatlar xüsusi biliyə malik ekspert tərəfindən metal və qara rəngli üzərində “Sandisk” sözləri yazılmış 01 ədəd xarici disk qurğusuna yazılmışdır. Həmin xarici disk qurğusu 32 GB yaddaşa malikdir. Həmin diskin içərisində “2023-09-23.12-23- 51”, “2023-09-23.14-34-36”, “2023-09-23.15-05-56” adlı qovluqların olması müəyyən edildi. 1) “2023-09-23.12-23-51” adlı qovluğa daxil olduqda “Detected Model_JSN-L21” adlı qovluğun olması müəyyən edildi. Həmin qovluqda X2 məxsus “Honor” markalı mobil telefonda olan məlumatlar əksini tapmışdır. “Detected Model_JSN-L21” adlı qovluğun içərisində 14 ədəd qovluğun olması müəyyən edildi. Həmin qovluqlara tərəfimdən baxış keçirildikdə müxtəlif yazışmalar, fotoşəkillər, telefon nömrələrinin siyahısı və s. məlumatlar əks edilmişdir. Hər bir məlumatlara baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. 2) “2023-09-23.15-05-56” adlı qovluğa daxil olduqda “Huawei_STK-L21 Y9” adlı qovluğun olması müəyyən edildi. Həmin qovluqda Şahid1 məxsus “Huawei” markalı mobil telefonda olan məlumatlar əksini tapmışdır. “Huawei_STK- L21 Y9”” adlı qovluğun içərisində 13 ədəd qovluğun olması müəyyən edildi. Həmin qovluqlara tərəfimdən baxış keçirildikdə müxtəlif yazışmalar, fotoşəkillər, telefon nömrələrinin siyahısı və s. məlumatlar əks edilmişdir. Hər bir məlumatlara baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. 3) “2023-09-23.14- 34-36” adlı qovluğa daxil olduqda “LG GSM_K520K Stylus 2 _2” adlı qovluğun olması müəyyən edildi. Həmin qovluqda Təqsirləndirilən şəxs məxsus “LG” markalı mobil telefonda olan məlumatlar əksini tapmışdır. “LG GSM_K520K Stylus 2 _2” adlı qovluğun içərisində 14 ədəd qovluğun olması müəyyən edildi. Qovluqların hər birinə ayrı-ayrılıqda baxış keçirildi və baxış keçirilən zaman narkotik vasitənin dövriyyəsi ilə əlaqədar aşağıdakı məzmunda məlumatların olduğu müəyyən edildi: - 2023-09-23.14-34-36/LG GSM_K520K Stylus 2 _2/files/Audio adlı qovluqda “AUD-20230722-WA0003.opus” adlı faylda istintaqa məlum olmayan kişi səsi ilə təqsirləndirilən şəxsə səsli mesaj ünvanlanmışdır. Həmin səsli mesajın mətni aşağıdakı kimidir: “Onun rayonda adamı yoxdur ki aparıb orada saxlaya bildin? Adaş səni biri satmasa biri sənə satqınlıq etməsə, bu belə gündə iki min dənə üç min dənə maşın yola salmışıq. Orada bir şey ola bilməz, şəhərdə ən əmniyyətli yoldur. Şəhər hər yandan poxdur. Hər yerdən kamera bağlayıblar. Uşaq deyilsən ki özün bilirsən bu işi.” - 2023-09-23.14-34-36/LG GSM_K520K Stylus 2 _2/files/Audio adlı qovluqda “AUD-20230817-WA0007.opus” adlı faylda istintaqa məlum olmayan kişi səsi ilə təqsirləndirilən şəxsə səsli mesaj ünvanlanmışdır. Həmin səsli mesajın mətni aşağıdakı kimidir: “58 tablonun böyründə qoyubdur. Bir metr yola tərəf yox o yannıq qoyubdur.” Bundan başqa 2023-09-23.14-34-36/LG GSM_K520K Stylus 2 _2/files/İmage adlı qovluqda “İMG-20230817-WA0005.jpg” adlı fotoşəkilə baxış keçirilən zaman üzərində 58 yazılmış tablonun olduğu müəyyən edilir. Fotoşəkilin adından da göründüyü kimi fotoşəkil təqsirləndirilən şəxsin cinayəti törətdiyi gün, yəni 17 avqust 2023-cü il tarixdə çəkilmişdir. (c 2, i.v 130-133) İş materiallarında olan qəbzlərdən görünür ki, X2 məxsus Honor markalı mobil telefon və Şahid1 məxsus Huawei markalı mobil telefon onların özlərinə geri qaytarılmışdır. (c 2, i.v 134-135) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanasının ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 avqust 2023-cü il tarixli 808 nömrəli rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulunda yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxasında qeydiyyat alınması məsləhət görülür.” (c 2, i.v 137) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X11 məhkəmə-tibbi ekspertizası üzrə 17 avqust 2023-cü il tarixli, 834 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi.” (c 2, i.v 138-139) İş materiallarında olan 21 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, baxış və götürmə, şəxsi axtarış və götürmə videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disklər, Təqsirləndirilən şəxs məxsus 01 ədəd LG markalı mobil telefon, 01 ədəd xarici disk qurğusu-flaşkart, baxış protokoluna əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınması qərara alınmışdır. (c 2, i.v 140-164) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 28 iyun 2024-cü il tarixli 4/833 nömrəli məhkəməxətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 91-ci vərəqində olan 17 avqust 2023-cü il tarixli “Şübhəli şəxs qismində tutulmuş şəxsin” izahatın sonundakı imza və “Səfiyeva Gülsurə” yazı, cinayət işinin 1-ci cildinin 167-ci vərəqində olan şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildirişin aşağı hissəsindəki və X5 adının qarşısındakı imza, 169-cu vərəqində olan 17 avqust 2023-cü il tarixli protokoldakı X5 adının qarşısındakı imza, 170-ci vərəqində olan 17 avqust 2023-cü il tarixli bildirişdəki X5 adının qarşısındakı imza, 171-176-cı vərəqlərində olan protokollardakı X5 adının qarşısındakı imzalar (06 ədəd), şübhəli şəxsin dindirilməsi protokolun sonundakı 181-ci vərəqdə olan “İfadəmi oxudum sözlərim düz yazılıb əlavəm yoxdur imzamla təsdiq edirəm” yazı və X5 adının qarşısındakı imza X5 tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. (c 3, i.v 95-98) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: digər şəxslə telefon vasitəsilə danışaraq 58-ci km olan löhvənin şəkilinin yanında ona istifadə üçün narkotik vasitə qurudulmuş marixuana qoymuşdur. Həmin narkotik kiçik bağlamada olmuşdur. Gedib oradan bağlamanı götürüb, maşında olan idman çantasının içərisinə qoymuşdur. Daha sonra yola davam etdikdə polis postunda saxlanılmışdır. Danışdığı adam istifadəsi üçün 300 qram marixuana qoymuşdur. Saxlanılarkən isə üzərində heç bir narkotik vasitə olmayıb, həmin bükümü polislər cibinə qoymuş, digər narkotiklər də polis əməkdaşları tərəfindən avtomobilə qoyulmuşdur. Ona məxsus yalnız 300 qram marixuanadır. Danışdığı şəxsin qoyduğu narkotiki götürüb daha sonra gəlib onunla danışacaqmış, həm özü istifadə edib, həm də qalanını həmin şəxs hara desə ora qoyacaqmış. Polis əməkdaşları onu ailəsi ilə hədələdiyindən həmin narkotiklərin özünə aid olduğunu etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin təhdidlər və pis rəftar edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qaldığını, təzyiqin isə ailəsi ilə hədələnərək, arvadı və dostunun da əsassız yerə polis əməkdaşları tərəfindən tutulacaqları və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs dörd aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı psixoloji təzyiqlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə, baxış və götürmə istintaq hərəkətləri zamanı təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söylədiyi səsli nitqində aşkar olunmuş narkotik vasitələri sosial şəbəkədə danışdığı İİR-də olan “Baba” adlı şəxsin vasitəsilə 57-58 km olan ərazisindən Bakı şəhərində deyiləcək ünvana çatdırıb 1500 (bir min beş yüz) AZN pul qazanmaq məqsədi ilə əldə etdiyini, şalvarının cibindən aşkar olunan heroini isə iranlının yükün üstündə öz istifadəsi üçün göndərdiyini, polis əməkdaşları tərəfindən ona hər hansı bir qanunsuz hərəkətlərə yol verilmədiyini, zor tətbiq edilmədiyini bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz psixoloji təzyiq və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixoloji təzyiqə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra psixoloji təzyiqə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqları məlumatları habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 161-166) və xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 13-18, 178-183) şəxs qismində verdiyi ifadələrində, eləcə də video-çəkiliş vasitəsilə şəxsi axtarış, baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətlərində və ifadələrində təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddələri İİR-də olan “Baba” adlı şəxsin vasitəsilə 57-58 km olan ərazisindən Bakı şəhərində deyiləcək ünvana çatdırıb 1500 (bir min beş yüz) AZN pul qazanmaq məqsədi ilə əldə etdiyini, şalvarının cibindən aşkar olunan heroini isə iranlının yükün üstündə öz istifadəsi üçün göndərdiyini, bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs hadisə zamanı istifadəsində olan mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsə “Onun rayonda adamı yoxdur ki aparıb orada saxlaya bildin? Adaş səni biri satmasa biri sənə satqınlıq etməsə, bu belə gündə iki min dənə üç min dənə maşın yola salmışıq. Orada bir şey ola bilməz, şəhərdə ən əmniyyətli yoldur. Şəhər hər yandan poxdur. Hər yerdən kamera bağlayıblar. Uşaq deyilsən ki özün bilirsən bu işi”, “58 tablonun böyründə qoyubdur. Bir metr yola tərəf yox o yannıq qoyubdur” səsli mesajlar yollanması müəyyən olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisə yerindən yalnız 300 qram narkotik vasitə qurudulmuş marixuana götürməsi, aşkar edilmiş digər maddələrin ona aid olmaması barədə ifadəsində göstərdiyi xüsusatlar, yuxarıda göstərilən neytral sübutla (İİR məxsus mobil operatorundan göndərilmiş səsli mesajlar, eləcədə onun hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri (şahidlər Şahid3, Şahid4 və Şahid6) ilə tam təkzib edilmişdir. Bununla yanaşı onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyulması, avtomobildən aşkar edilmiş maddələrin ona aid olmaması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin 58-ci km ərazisində İİR-də olan Baba adlı şəxs tərəfindən qoyulduğunu, maddələri oradan götürüb sonuncunun Bakı şəhərində deyəcəyi ünvana aparıb, qarşılığında 1500 manat məbləğində pul alacağı barədə razılaşdıqlarını, üzərindən aşkar edilmiş narkotik vasitəni isə şəxsi istifadə üçün həmin şəxs tərəfindən göndərilən bağlamanın üzərindən götürdüyünü bildirmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini (üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə verdiyi ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 17 avqust 2023-cü il tarixli baxış, şəxsi axtarış və götürməyə dair protokollar, həmçinin bu protokolların tərkib hissəsi olan videogörüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 17 avqust 2023cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafiəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar Lənkəran Rayon Vəkil Bürosunun vəkili Vəliəhəd Həbibov Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair 17 avqust 2023-cü il tarixli protokollardan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs istifadəsində olan avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa yük yerindən bir ədəd sintetik torbanı Təqsirləndirilən şəxs təqdim etmiş və həmin torbanın içərisindən 01 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 1030 qram narkotik vasitə heroin, 02 ədəd bağlamada külli miqdarda ümumi təmiz çəkisi 940 qram psixotrop maddə metamfetamin, 05 ədəd bağlamada külli miqdarda ümumilikdə təmiz çəkisi 15810 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış həyata keçirilmiş və əynində olan ağ rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 35,336 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin video-görüntülərdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən video-görüntülərdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokollar məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Yuxarıda göstərilən ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitələrin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə (Baba adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Baba adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin 58-ci km ərazisinə narkotik vasitələr və psixotrop maddə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin üzərindən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddəni şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Bundan başqa şahid Gülsurə Səfiyevanın məhkəmədə verdiyi ifadəsində göstərilən xüsusatlar yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan, eləcədə şahidin təqsirləndirilən şəxsin yaxın qohumu (faktiki arvadı) olmasını, həmin şəxsin təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədilə məhkəmə iclasında verdiyi ifadəsini sübut kimi qəbul etmir və onun bu ifadəsini Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. Əksinə şahid Gülsurə Səfiyevanın ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Şahid Gülsurə Səfiyeva məhkəmə baxışı iclasında ibtidai araşdırma zamanı verdiyi ifadələrin tərəfindən verilmədiyini, həmin ifadələrdən məlumatsız olduğunu, ifadələrin sonundakı imza və xətt nümunələrinin ona aid olmadığını bildirmiş, bununla bağlı müvafiq ekspertiza təyin edilərək keçirilmiş və 28 iyun 2024-cü il tarixli 4/833 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə şahid Gülsurə Səfiyevanın ifadəsində göstərdiyi arqumentlər tam təkzib edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Cinayət törədilərkən qüvvədə olmuş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5 və 12(a) sətrlərinə əsasən heroin, qurudulmuş marixuana narkotik vasitələr hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığına müvafiq olaraq 0,15 qram, 5 qram külli miqdarının aşağı həddi isə sətr ardıcıllığına müvafiq olaraq 2 qram, 500 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin pul qarşılığında külli miqdarda narkotik vasitələr olan 15810 qram qurudulmuş marixuananı, 1065,336 qram heroini və külli miqdarda psixotrop maddə 940 qram metamfetamini əldə edib, saxlamaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olması, onun məhz həmin maddələri qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və cəzanı ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, müxtəlif növlərə adi olmasını, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 17 avqust 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübutlar kimi tanınaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 15809,5 qram narkotik vasitə qurudulmuş marixuana, 1065,136 qram narkotik vasitə heroin, 939,8 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə, eləcə də baxış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk, 01 ədəd xarici disk qurğusu-flaşkart, baxış protokoluna əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “LG” markalı mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-340 (üç yüz qırx) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 17 avqust 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 15809,5 qram narkotik vasitə qurudulmuş marixuana, 1065,136 qram narkotik vasitə heroin və 939,8 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şəxsi axtarış və götürmə, eləcə də baxış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk, 01 ədəd xarici disk qurğusu-flaşkart, baxış protokoluna əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “LG” markalı mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-340 (üç yüz qırx) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar