Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-262/2025 06.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri, Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10 və onun nümayəndəsi İmişli rayon vəkil bürosunun vəkili Nümayəndə, müdafiəçi Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2000-ci ildə Saatlı rayonu Dədə Qorqud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, orta-ixtisas təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Saatlı rayonu Dədə Qorqud kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair xüsusi icraat materiallarına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə yəni, “Paranoid şizofreniya” psixi xəstəlikdən əziyyət çəkməsi ilə əlaqədar kəskin psixotik vəziyyətdə olduğundan öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməməklə və onları idarə etmək iqtidarında olmadan xx.xx.2024-cü il tarixdə saat 13:00-dan 15:00-dək olan müddət ərzində Saatlı rayonu Dədə Qorqud kəndində yerləşən yeməkxanalarda tanışı ilə birlikdə spirtli içki qəbul etdikdən sonra yüngül dərəcəli alkoqol sərxoşluğu halında birlikdə yaşadığı atası X6 mülkiyyətində olan Saatlı rayonu Dədə Qorqud kəndində yerləşən fərdi yaşayış evinə gəldikdən sonra zərərçəkmişin onlardan ayrı yaşayan arvadı X4 yanına getmək istədiyini Təqsirləndirilən şəxs bildirib evi tərk etmək istəyərkən o, buna etiraz edərək anası S.İ.Ağayevanın atası ilə arasını vurduğunu bildirməsi ilə başlayan mübahisə zamanı zərərçəkmişin onun ünvanına nalayiq söyüşlər və təhqiramiz ifadələr işlətməsi səbəbindən qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib niyyətini reallaşdırmaq məqsədi ilə, həmin gün saat 18 radələrində evi tərk etmək istəyən fərdi yaşayış evinin həyətyanı sahəsində evin giriş qapısının qarşısında olan R.G.Ağayevin arxasınca həyətə çıxaraq, evin həyətyanı sahəsində olan pəncərənin şüşəsinə yumruq vurduqdan sonra qırılmış şüşə parçasını sağ əlinə götürüb zərərçəkmişə tərəf qətiyyətli addımlarla irəliləyib, xx.xx.1952-ci il təvəllüdlü ahıl, köməkçi texniki vasitələrdən (çəlik) istifadə etməklə sərbəst hərəkət etmək bacarığı məhdud olan, xx.xx.2009-cu il tarixdən müddətsiz ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyinatı verilmiş, bu səbəblərdən ona müqavimət göstərmək imkanına malik olmayan yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan R.G.Ağayevi boyunundan tutub yerə yıxdıqdan sonra müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq göstərib sonuncuya xüsusi əzab verdiyini və ona müqavimət göstərmək imkanı olmadığını dərk edərək qəsdən sağ əlində olan soyuq silah hesab edilməyən şüşə parçasını onun boğaz nahiyəsini bir dəfə kəsməklə yara xəsarəti yetirdikdən sonra Ramiz Ağayev ayağa qalxmaq istəyərkən sol ayağı ilə sonuncunun sol alın-qaş nahiyəsinə bir dəfə təpik zərbəsi endirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol gözün alt və üst qapağındakı hematomanın əmələ gəlməsi ilə nəticələnən xəsarət yetirmiş, daha sonra cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə qəsdini davam etdirib sağ əlində olan həmin şüşə parçası ilə R.G.Ağayevin boğaz nahiyəsini dəfələrlə kəsərək həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid boyunun ön səthində yuxu, vidaci arteriya və venaların, traxeyanın, yemək borusunun kəsilməsi ilə müşayiət olunan və kəskin qanitirmə, hemorragik şokla nəticələnən yara xəsarəti yetirməklə anlaqsız vəziyyətdə qisas almaq niyyəti ilə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan atası X7 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni xüsusi amansızlıqla aşkar surətdə köməksiz vəziyyətdə olan digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. X11 Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməsi və bu əməli anlaqsız vəziyyətdə törətməsi, habelə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacın olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıda şərh olunan sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışında anlaqsız halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, hadisə günü evdə olmuş, yemək yemiş, sonra yatmışlar. Atası evdə yuxarıda yatmış o isə aşağı mərtəbədə yatmışdır. Atasının onu qayçı ilə vurmaq istədiyini görüb onun əlindən tutmuş və onu çarpayının üstünə yıxıtmış, ona başqa heç nə etməmişdir. Sonra həyətə düşmüş, atası da həyətə düşmüşdür. Həyətdə olanda atası onun boynunun arxasından vurmuşdur. Sonra ayılanda qohumları Samirlə Hakimin qapıda qışqırdıqlarını görmüşdür. Daha sonra atasının boğazını kəsdiyini bilmişdir. Atasının boğazını kəsdiyi şüşəni həyətlərində olan balkonun üstündən götürmüşdür. Həmin şüşəni özü qırıb əlində saxlamışdır. Atası ilə əvvələr münaqişələri olmamışdır. “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkir. Məhkəmədən onu müalicəyə göndərilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qiəmində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, mərhum Ramiz Ağayev onun əri, Təqsirləndirilən şəxs isə oğludur. Oğlu psixi xəstəliklərdən əziyyət çəkir. 2024-cü ilin aprel ayında o, Rabili Bakı şəhərinə həkimə göndərmiş, çünki onun belində ağrılar olmuşdur. 2 gün telefonunu açmış ona həkimə növbəyə yazıldığını demiş, 2 gün sonra da telefonunu açmamışdır. Təxminən 15 gün sonra, o 102 xidmətinə zəng vurmuş və Rabilin evdən çıxdığını və geri qayıtmadığını demişdir. Bir neçə gün sonra ona qayınının oğlu Sadiq Rabilin tapıldığın Bakıda polis şöbəsinə getdiyin və orada polislərə “itkin deyiləm ata və anamın yanına qayıtmaq istəmirəm Bakıda işləyirəm” dediyini ona bildirmişdir. Bir neçə gün sonra isə bununla bağlı ona rəsmi məktub gəlmişdir. Həmin məktub hazırda yanında olmamış, istintaqa təqdim edəcəkdir. Buna görə də o artıq polisə müraciətini dayandırmışdır. Lakin öyrənmişdir ki, Rabil Bakıda həmkəndlisi Elmanla birlikdə yaşayırdı. O, xəbərləri Elmandan alır, ara-sıra ona Rabili kəndə göndərməsini demişdir. xx.xx.2024-cü il tarixdə evdə olarkən birdən Rabil həyətə girərək, çantasını evə qoymuş və onlara “gedirəm sizi polisə verəm çünki siz məni polisə verdiniz” demişdir. Daha sonra Rabil onlarla qonşuluqda olan mərhum qaynatasının evinə getmiş, bir neçə gün orada qalmışdır. Daha sonra evə geri dönmüş və evdən çıxmaqalarını istəmişdir. Həmin vaxtı Rabil əsəbi olmuşdur. Onlar da başqa problem olmasın deyə evdən çıxmışlar. O İmişliyə qardaşı Muxtarın evinə Ramiz isə qardaşı Rasim gilə getmişdir. Bu arada Rabil Ramizi polisə vermişdir ki, guya Ramiz Rabili hədələyir. O da gəlib polisə ifadə vermiş və Rabilin səhhətinin yerində olmadığını bildirmişdir. O, İmişlidə olarkən xx.xx.2024-cü ildə Ramiz ona zəng vurmuşdur. Ona Rabilin mal qaranı da satıb aradan çıxacağını demişdir. O da səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə Rasim gilə gəlmiş, Ramiz də evdə olmuşdur. Razılaşmışlar ki, 4 heyvandan birini sataq Rabilin kreditlərini ödəsinlər. Çünki Rabil onlara kreditləri olduğunu demişdir. Rabil ara-sıra Rasimgilə gəlib-getmiş atası ilə mehribanlaşmışdır. Buna görə də onlar bu təklifi düşünmüşlər. Səhəri gün axşam Rabil Ramizlə birlikdə heyvanın birini satmışlar. Hadisə olan günü, yəni xx.xx.2024-cü il tarixdə Rabil Rasimgilə gəlmiş və Ramizlə söhbət etmiş ona evə getməyi təklif etmişdir. O, onların mehriban olmasına razı olmuş, çünki onun özünə nəsə etməyindən qorxmuşdur. Lakin Rabil onun evə gəlməyinə razı olmamışdır. Ona “sən məni polisə vermisən” demişdir. Rabil Ramizi də götürüb evə getmişdir. Həmin günü o da Rasimgildə qalmışdır. Axşam təxminən saat 18 radələrində qaynı oğlu Samir Rasimə zəng vurmuş və Rabilin Ramizi öldürmək istədiyini demiş, hamısı birlikdə qaçaraq evə getmişlər. Qaynının arvadları onun Rabilə tərəf getməyinə icazə verməmişlər. Sonra Rabilin əriz ramizi öldürdüyün bilmişdir. O Rabili uzaqdan görmüşdür. Rabil ona tərəf qışqıraraq “hər şeyin səbəbkarı sənsən” demişdir. Bir müddət sonra polis əməkdaşalı hadisə yerinə gələrək, Rabili götürüb aparmışlar. Oğlu psixi xəstəlikdən əziyyət çəkir. Onun barəsində məcburi müalicə təyin olunmasını xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ramiz Ağayev doğma əmisi Təqsirləndirilən şəxs isə onun oğludur. xx.xx.2024-cü il tarixdə axşam saat 18 radələrində həyətyanı sahəni suvarmışdır. Birdən əmisi Ramizin səsini eşitmişdir. O qışqıraraq “ay allah öldüm məni öldürür” demişdir. O, bunu eşidib təcili onların həyətinə qaçaraq keçmiş, görmüşdür ki, həyətdə evin giriş qapısının qarşısında Ramiz uzanmış vəziyyətdə Rabil əmisi Ramizin sinəsinə oturub əlində olan şüşə parçası ilə boğazını kəsir. O həyətə keçən zaman aralarında təxminən 25 metr məsafə olmuşdur. O oraya gələrkən artıq yerdə qan olmuşdur. Rabilin 3 dəfə əlindəki şüşəni Ramizin boğazına çəkdiyini görmüşdür. Rabil sağ əli ilə şüşə parçasını tutmuş, sol əli ilə isə Ramizin boğazının dərisini dartmışdır. Bundan sonra daha da dərin kəsilmişdir. Bunlar bir anda olmuşdur. O, qışqıraraq “Rabil sən nə edirsən!!” demiş və tez Rabilin üzərinə qaçmış, onu görmüşdür. Rabil yenə şüşəni əmisi Ramizin boğazına çəkmək istəyəndə sağ ayağıyla onun sağ qoluna təpik vurmuş, Rabil bir az səndələmişdir. Rabilin qolu yuxarı qalxmışdır. Tez onun sağ biləyindən tutub sıxmış, əli boşalmış və şüşə yerə düşmüşdür. Qolundan tutub güclə onu çevirib əmisinin ayağına tərəf atmışdır. Hər tərəf qan olmuş, dəhşətə gəlmişdir. Sonra Rabil ayağa qalxmış kənara çəkilmişdir. Səsə qonşusu Şahid2 Zeynalabdın oğlu gəlmişdir. O, əmisinə ilk yardım göstərmək istəmiş, lakin heç nə edə bilməmişdir. Görmüşdür ki, boğazı dərin kəsilmiş və artıq əmisi tərpəşməmişdir. Təcili yardıma zəng vurmuş, Rabil kənarda olmuşdur. “Bunu öldürdüm. Hər şeyin səbəbkarı odu” demişdir. Bu zaman əmisi Ramizin arvadı Solmaz Ağayevanın səsə gəldiyi görmüş, o həyətə girməmiş çox aralıda olmuşdur. Rabil ona hücum etmək istəmiş, lakin onun qarşısını almış, Rabili kənara çəkmişdir. 7-8 dəqiqə soran təcili yardım hadisə yerinə gəlmiş, əmisi Ramzin öldüyünü təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, mərhum Ramiz Ağayev onun doğma əmisi oğludur. xx.xx.2024-cü il tarixdə axşam saat 15 radələrində çöllük sahəsini suvarmaqdan evə gəlib yatmış, təxminən saat 18 radələrində gəlini Aynurə onu oyadıb “ata Ramiz əminin qışqırma səsi gəlir nəsə problem var get gör nə olub” demiş, o da tez oyanıb Ramiz gilə tərəf iti addımlarla getmiş, bu zaman digər əmisi nəvəsi Şahid1 də qarşıdan qaçaraq Ramiz gilə getdiyini görmüş, Samir ondan əvvəl həyətə girmiş, Samirdən təxminən bir neçə dəqiqə sonra o həyət girmiş, bu zaman Ramiz Ağayevin evin qapısının qarşısında yerdə uzandığını, hər tərəfin qan içində olduğunu, Samirin Ramizə nəsə tibbi yardım göstərmək istəyini görmüş, Samir “əmi, əmi oyan” demiş, Təqsirləndirilən şəxs isə evin tinində dayanıb qışqıra-qışqıra “gördüz axırda öldürdüm” demiş, Rabilin əllləri qan içində olmuşdur. Bir müddət sonra hadisə yerinə kənd sakinləri toplaşmış, ardınca polis əməkdaşları və təcili yardım avtomobili hadisə yerinə gəlmiş və Ramzin öldüyünü təsdiq etmişdirlər. İş materiallarında olan 06 iyul 2024-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Saatlı rayonu Dədə Qorqud kəndində yerləşən X8 məxsus fərdi yaşayış evidir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək 1,2 və 3 nömrəsi ilə nömrələnmiş şüşə parçaları, 4 nömrəsi ilə nömrələnmiş qan ləkəsindən 04 ədəd tamponda qan nümunəsi, meyitin yanında olan qan ləkəsindən götürülmüş 04 ədəd tamponda qan nümunəsi, fərdi yaşayış evindən 01 ədəd 5 qramlıq şipris müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, X8 məxsus meyitin boyununun ön səthində, sağ və sol yan səthinə kimi davam edən ölçüsü 14x8 sm açıq yara vardır. Yara daxili tünd qırmızı rəngdə olub, qansızmalıdır. Yara daxilində bütün arteriya və venalar, həmçinin sağ və sol yuxu arteriyası, vidaci arteriya venaları, yemək borusu, nəfəs borusu kəsilmiş, yara daxilində boyun fəqərələri izlənir. Hansıki fəqərələr üzərində köndələn istiqamətdə kəsik izi izlənir. Sol gözün alt və üst qapağı bir qədər şişkin olub, göyümtül rəngli qançırlıdır. Baxış zamanı X1 və sol əl barmaqlarının dırnaq nümunələri, meyitin əynindəki boz rəngli qısaqol üç düymə köynək, qara rəngli şalvar, əl-barmaq izi nümunələri cinayət işi üzrə sübutu əhəmiyyətə malik olduğundan müvafiq qaydada qablaşdırlaraq götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 122 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:10-da müayinə edilmiş və onda yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “könüllü təqdim edilən əşyanı götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi hadisə zamanı əynində olmuş 01 ədəd yaxası düyməli uzunqol köynək, 01 ədəd mavi rəngli qısa şalvar və 01 cüt çəkələk müvafiq qaydada qablaşdırlaraq götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət alətinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət aləti hadisə yerindən götürülmüş şüşə parçasıdır, tamami ilə qanabənzər ləkələrlə bulaşmışdır, xüsusi olaraq hazırlanmamışdır, böyük şüşə parçasının qırılması nəticəsində təsadüfi olaraq “D” hərfi formasını almışdır, üzərində çatlama yoxdur, hər bir tərəfi kəsicidir, sağ tərəfdən uzunluğu 21.5 sm, aşağı tərəfdən 3-sm, aşağı sol tərəfdən uzunluğu 7.8 sm yuxarı sol tərəfdən uzunluğu isə 16 smdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Tədqiqat üçün nümunələrin götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əl-barmaq izi nümunələri götürlümüşdür. İş materiallarında olan 06 iyul 2024-cü il tarixli N-14 nömrəli “məhkəmə tibbi ekspertizasının” rəyindən görünür ki, materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi PHŞ-dən daxil olmuş, xx.xx.2024-cü il tarixli, 14 nömərli ekspert rəyindən görünür ki, 1952-ci il təvəllüdlü X6 meyitinin məhkəmə tibbi ekspertizasına, əlavə müayinələrin nəticəsinə əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlinmişdir: Kəskin qanitirmə, hemorragik şok, boynun ön səthində arteriya və venaların, yemək borusunun, traxeyanın kəsilməsi, daxili orqanlarda azqanlılıq, ürəyin qişasında qansızma, ağciyərdə xırda ocaqlı qansızmalar, atelektaz və emfizema ocaqları. Xroniki qeyri aktiv hepatit. Sol gözün alt və üst qapağında hematoma. Müayinə zamanı aşkar edilmiş xəsarətlər- boyunun ön səthində yuxu, vidaci arteriya və venaların, traxeyanın, yemək borusunun kəsilməsi ilə müşayiət olunan yara, sol gözün alt və üst qapağında hematoma həyatidir, boynun ön səthindəki yara kəsici səthə malik əşyanın-şüşənin təsirindən, sol gözün alt və üst qapağındakı hematoma isə küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğundur. Ayrı ayrılıqda dərəcəsinə görə sol gözün alt və üst qapağındakı hematoma canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurma kimi qiymətləndirilir. Kəskin qanitirmə, hemorragik şokla müşayiət olunan boynun ön səthindəki yara isə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma kimi qiymətləndirilir. X12 ölümündən az əvvəl spirtli içkilər və güclütəsiredici maddələr qəbul etməmişdir. X6 ölümünə səbəb boynun ön səthindəki yaranın təsirindən baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün müddəti müayinədən 3-4 saat əvvəl uyğun gəlir. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli 151 nömrəli “məhkəmə tibbi ekspertizasının” rəyindən görünür ki,materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-dən daxil olmuş, xx.xx.2024-cü il tarixli, 151 nömərli ekspert rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sağ əlin 2-ci barmağının əsas falanqası proyeksiyasında yan səthdə və sağ əlin üst səthində 3-cü əldarağı sümüyü proyeksiyasında səthi yaralar kəsici səthə malik əşyanın, ola bilsin şüşə parçasının təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan 12 avqust 2024-cü il tarixli 24/1351R nömrəli “məhkəməgenetik ekspertizasının” rəyindən görünür ki, X17- 99,99% ehtimalla X6 və X2 bioloji övladıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3651 nömrəli «materialların məhkəmə ekspertizasının» rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X8, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının, X8 məxsus olduğu qeyd edilən dırnaq nümunələrinin və 01 ədəd şüşə parçasının (1№ ilə nömrələnmiş şüşə parçası) səthləri üzərində kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X8 məxsus olduğu qeyd edilən şalvarın üzərində aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərində aşkar edilmiş tünd boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X8 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş hadisə yerindən götürüldüyü qeyd edilən və 1 nömrəsi ilə nömrələnmiş şüşə parçası üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X8 və ya Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş hadisə yerindən götürüldüyü qeyd edilən 2 və 3 nömrəsi ilə nömrələnmiş şüşə parçalarının üzərində kənar lif mikrohissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş X8 məxsus olduğu qeyd edilən dırnaq nümunələrinin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarında olan ş xx.xx.2024-cü il tarixli, 5648 nömrəli «ambulator məcburinarkoloji tibbi yoxlama» rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞdən daxil olmuş xx.xx.2024-cü il tarixli, 455/2024/MTBŞ saylı ekspert rəyində göstərilir ki, X6 ABO sistemi üzrə qan qrupu-Balfa(H)/İİİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu-Balfa(H)/İİİ/-dür. Ekspertizaya təqdim olunan 03 ədəd şüşə qırığı, 08 ədəd çubuqlu pambıq tampon, X8 məxsus şalvar və köynək, Təqsirləndirilən şəxs məxsus sol tay yay başmağı, şortik və köynək üzərində insan qanı ləkləri aşkar olundu. Bu qan ləklərinin qrup mənsubiyyəti ABO sistemi üzrə tətqiq olunduqda “B” və “H” antigenləri, əksər ləklərdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkləri Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X8 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər sonuncularda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Təqdqiq olunan Təqsirləndirilən şəxs məxsus sağ tay yay başmağı üzərində şöbhəli ləklər aşkar olunmadı. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 329-2024/MTKŞ saylı «maddi sübutların ekspertizasının» rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş və mərhum X8 məxsus köynəyin və şalvarın üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və X14 məxsus köynəyin, şortun və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş şüşə fraqmenti zavod üsulu ilə hazırlanmış, kəsici xassəyə malik şüşə fraqmentidir və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim edilmiş və X8 məxsus köynəyin və şalvarın, həmçinin Təqsirləndirilən şəxs məxsus köynəyin və şortun üzərində aşkar edilən qan ləkləri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişdir, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabının sol tayının üzərində aşkar olunmuş qan ləkəsi qan mənbəyi ilə və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir və yaxma xarakterlidir. Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabının sağ tayının üzərində şübhəli heç bir ləkə aşkar olunmadı. İş materiallarında olan 27 dekabr 2024-cü il tarixli 212 nömrəli «konmpleks stasionar məhkəmə-psixiatrik ekspertizasının» rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham edilən cinayət əməlini törədən zaman “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkmiş və xəstəliyin gedişində kəskinləşmə mərhələsi olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda “Paranoid şizofreniya” xəstəliyi müəyyən edilir və qeyd olunan psixi pozuntunun gedişində kəskinləşmə mərhələsi müşahidə edilir. Müayinə olunan şəxs Təqsirləndirilən şəxslə aparılan klinik psixopatoloji metod zamanı (klinik söhbət) və təqdim olunmuş sənədlərin (Təqsirləndirilən şəxs hadisədən əvvəl də psixiatriya xəstəxanasında stasionar müalicə alması barədə arayış və xəstəlik tarixində olan qeydlər) təhlilindən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər də atasına qarşı şübhələr, beynində səslər, bu səsələrin ona təsir etməsi, münasibət sayıqlama fikirləri olmuşdur. Aldığı müalicədən sonra psixi vəziyyətində stabilləşmə qeyd olunmuş, evə buraxılmışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hazırda qeyd olunan psixi patologiya öz gedişində kəskinləşmə və remissiya mərhələləri ilə əvəz olunur. Bu mərhələlərin davam etmə müddəti spontan və ya xəstənin qəbul etdiyi preparatlar hesabına qeyri-müəyyən vaxtlarda dəyişilə bilər. Hazırki uzun müddətli stasionar müşahidə və müayinə (bu zaman ekspert komissiyası üzvlərinin yoxlanılan şəxsi daha ətraflı klinik müşahidə etməsi və dəfələrlə söhbət aparması, cinayət işi materiallarının tam araşdırdıqdan sonra yenidən yoxlanılan şəxsə bu barədə suallar verilməsi, valideynlərinin ögey olması ilə bağlı söylədiyi fikirlərin cinayət işi materiallarında DNT analizinin nəticələri ilə tam təkzib olunmasına fikirlərin öyrənilməsi və s.) nəticəsində müəyyən olunur ki, yoxlanılan şəxs hadisəni törədən zaman həmin xəstəliyin kəskinləşmə mərhələsində olmuşdur, lakin hadisədən sonra ilkin ekspertiza zamanı onda müşahidə olunan patologiya nisbi yaxşılaşma və ya remissiya mərhələsində olduğu üçün, o, onda müşahidə olunan psixi patologiya əlamətlərini dissimulyasiya edə (gizlədə) bilərdi. Bu kimi pozuntular zamanı remissiya mərhələsində olan şəxslər qısa müddətli ambulator şəraitdə müayinə zamanı “praktik psixi sağlam” təəssüratı yaratdığından ilkin diaqnostikada qeyd olunan nəticə təkzibedilməzdir. Bunu ilkin ekspert müayinəsi bir daha sübut edir. Belə ki, “şəxsin valideynlərini ögey olduğunu ifadə etməsi və ya bundan şübhələnməsi” ümumiyyətlə cəmiyyətdə tez-tez rast gəlinən hallardır. Lakin yoxlanılan şəxsin diaqnostikası və differensasiya üçün yəni bu kimi fikirlərin dəqiqləşdirilməsi və ya sayıqlamanın olub-olmamasının (sübut olunmasının) müəyyən edilməsi üçün qeyd olunan DNT analizinin aparılması yardımçı üsul olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən kəskin psixotik vəziyyətdə (hallüsinasiyaların və sayıqlama fikirlərinin təsiri altında) olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmə və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. “Anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı cavablandırılmır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da “paronoid şizofreniya” xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs hal-hazırda onda qeyd olunan “paronoid şizofreniya” xəstəliyinə xarakter olan kəskin psixotik vəziyyətin “hallüsinasiyalar və sayıqlama fikirləri” davam etməsi səbəbindənb öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda psixi vəziyyətinə özü və ətrafındakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. AR CM-nin 97.4-cü maddəsində qeyd edilir ki, öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicəyə təyin edilə bilər. Təqsirləndirilən şəxs barəsində AR CM-nin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırki psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazimi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətində malik deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs onda müəyyən edilən psixi pozuntuya xas olan xüsusiyyətlərə (təfəkkürü, autik, paraloji xarakter daşıması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi, məntiqsiz fikirlər söyləməsi, fikirlərinin korreksiya olunmaması, öz vəziyyətinə və yaranmış situasiyaya tənqidi münasibətinin olmadığı gələcəyinə dair laqeyd yanaşması, məsuliyyət hissisinin zəifləməsi, şübhəlilik, əhvali-ruhiyyəsinin dəyişkən olması, emosiyalarında qeyri-adekvatlıq, bəzən qəzəbliliyi,impulsiv hərəkətlər etməsi bəzən səbəbsiz gülməsi və s.) malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahişdə olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs onda müəyyən edilən psixi pozuntuya görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə zamanı emosional halı psixi pozuntu ilə şərtləşdiyindən o həmin vaxt öz hərəkətlərini dərk etmək qabiliyyətində olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında qəzəb, aqressiya yaranmış, həmin halın yaranma səbəbləri psixi pozuntu ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Kriminalstik Tədqiqatlar İdarəsindən daxil olmuş 12 avqust 2024-cü il tarixli, 3-13-11/2-9519/2024 saylı məktubda məhkəmə-genetik ekspertiza zamanı Təqsirləndirilən şəxs və X3 götürülmüş qan nümunələrinin təqdiqat zamanı sərf olunduğu göstərilsədə ölmüş zərərçəkmiş şəxs X5 götürülmüş 01 ədəd flakonda qan nümunəsi istintaqa təqdim edilmişdir. İş materiallarında olan 07 iyul 2024-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdr. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 07 iyul 2024-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri təhlükəsizlik tədbiri qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixtariya X13 Şəxsinə yerləşdirilməsi ilə əvəz edilmişdir. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 5629 saylı məktubdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs RPX-də müayinədə olub. F06.4 (xx.xx.2018, xx.xx.2020-ci il) X12 hal-hazırda verilmiş baza məlumatlarına əsasən müraciət etməyib və dispanser müşahidəsi aparılmayıb. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 8970 nömrəli məktubdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Saatlı rayonu, Dədə Qorqud kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xx.xx.2018-xx.xx.2018-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müayinədə olub. Təkrar xx.xx.2020-ci il tarixdə xəstəxanaya qəbul olunub. xx.xx.2020-ci il tarixdə xəstəxanadan evə yazılıb. Diaqnoz: “Mülayim dərəcədə ifadə olunmuş üzvi nevrozabənzər pozuntu, davranış pozuntuları ilə”. xx.xx.1952-ci il təvəllüdlü Saatlı rayonu, Dədə Qorqud kəndində qeydiyyatda olan X12 arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş 24 iyul 2024-cü il tarixli, 18-1-65/2-630/2024 nömrəli məktubdan görünür ki, Saatlı rayonu, Dədə Qorqud kəndində qeydiyyatda olan xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1952-ci il təvəllüdlü X6 Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-ə müraciət edib etməməsi və qeydiyyatları ilə bağlı müraciətinə baxılmışdır. xx.xx.2024-cü il tarixdə saat 18-50 radələrində, Saatlı RMX PHŞ-in TTTY şöbəsində daxil olmuş çağırış əsasında TTTY briqadası çağırış olunmuş ünvana getmiş və X6 vəfat etdiyi təsdiqlənmişdir və X6 Saatlı Rayon Mərkəzi Xəstəxanasına heç bir müraciəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Saatlı RMX PHŞ-in TTTY şöbəsinə daxil olmuş çağırış əsasında TTTY briqadası Saatlı Rayon Polis Şöbəsinə getmiş Təqsirləndirilən şəxs sərxoşluq testi edilmişdir və yüngül dərəcəli sərxoşluq aşkarlanmışdır. Təqsirləndirilən şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına heç müraciəti olmamışdır. Həmçinin, Ağayev X15 Rayon Mərkəzi Xəstəxanası PHŞ-in polikilinika şöbəsinin ruhi-əsəb kabinetində “Mülayim dərəcədə ifadə olunmuş üzvi nevrozabənzər pozuntu, davranış pozuntuları” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən qeydiyyatdadır. X12, Saatlı “Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin polikilinika şöbəsində narkoloji və ruhi-əsəb kabinetlərdə dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövət Xidmətinin Saatlı Rayon Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-43-49/2-1119/2024 nömrəli məktubdan görünür ki, Saatlı rayonu, Dədə Qorqud kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Saatlı rayon Hərbihəkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 14b maddəsinə (AR NK-nin xx.xx.2008-ci il tarixli 59№-li qərarı) əsasən “Sülh dövürdə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yaralı” hesab edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə təkrar tibbi şəhadətləndirilmiş, Saatlı rayon Hərbi-həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 18b maddəsinə (AR NK-nin xx.xx.2008-ci il tarixli 59№-li qərarı) əsasən “Sülh dövürdə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yaralı” hesab edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək sağlamlıq vəziyyətinə görə möhləti qüvvədədir. İş materiallarında olan 09 fevral 2025-ci il tarixli qərarla cinayət işi üzrə hadisə yerinə baxış zamanı götürülmüş 1, 2 və 3 nömrəsi ilə nömrələnmiş şüşə parçaları, 4 nömrəsi ilə nömrələnmiş qanabənzər ləklərdən 04 ədəd tamponda qan nümunəsi, meyitin yanında olan qanabənzər ləkələrdən 04 ədəd tamponda qan nümunəsi, 01 ədəd 5 qramlıq şipris, meyitə baxış zamanı götürülmüş ölmüş zərərçəkmiş şəxs X1 və sol əl barmaqlarının dırnaq nümunələri, 01 ədəd flakonda qan nümunəsi, sonuncunun hadisə zamanı əynində olan 01 ədəd boz rəngli qısaqol üç düymə köynək, 01 ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi hadisə zamanı əynində olmuş 01 ədəd yaxası düyməli uzunqol köynək, 01 ədəd mavi rəngli qısa şalvar və 01 cüt çəkələk, ifadənin yerində yoxlanması istintaq hərəkəti zamanı götürülmüş 1 ədəd qayçı maddi sübut qismində tanınmış və Saatlı rayon prokurorluğunun inzibati binasında “maddi sübutların saxlanması üçün” otağında saxlanmışdır. İş materiallarında olan Saatlı rayon Dədə-Qorqud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Ağayev X15 rayonu Dədə qorqud kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası və anasından ibarətdir, subaydır yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, ibtidai istintaq orqanı iş üzrə əməlin tövsifi və əməli törətmiş şəxs barəsində düzgün nəticəyə gəlmiş, yəni Təqsirləndirilən şəxsa Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Həmin Məcəllənin 93.2-ci maddəsinə görə belə şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmçinin Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi belə şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin 348.2.1 və 477.3-cü maddələrinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, psixi pozuntusunun özünə və başqa şəxslərə zərər yetirmək təhlükəsinin istisna olunmadığını və iş üzrə olan çoxsaylı psixiatrik və psixoloji ekspertizasının rəylərini nəzərə alaraq, onun barəsində CM-in 93.0.5-ci maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X13 Şəxsə tapşırılmalıdır. Həmçinin qərar qanuni qüvvəyə minənədək anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş təhlükəsizlik tədbiri haqqında qərar dəyişdirilmədən saxlanılmalı, onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixtariya X13 Şəxsinə yerləşdirilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə aparılmış ekspertiza tədqiqatları dəyərinin tutulmasından azad edilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş 1, 2 və 3 nömrəsi ilə nömrələnmiş şüşə parçaları, 4 nömrəsi ilə nömrələnmiş qanabənzər ləklərdən 04 ədəd tamponda qan nümunəsi, meyitin yanında olan qanabənzər ləkələrdən 04 ədəd tamponda qan nümunəsi, 01 ədəd 5 qramlıq şipris, meyitə baxış zamanı götürülmüş ölmüş zərərçəkmiş şəxs X1 və sol əl barmaqlarının dırnaq nümunələri, 01 ədəd flakonda qan nümunəsi, sonuncunun hadisə zamanı əynində olan 01 ədəd boz rəngli qısaqol üç düymə köynək, 01 ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi hadisə zamanı əynində olmuş 01 ədəd yaxası düyməli uzunqol köynək, 01 ədəd mavi rəngli qısa şalvar və 01 cüt çəkələk, ifadənin yerində yoxlanması istintaq hərəkəti zamanı götürülmüş 1 ədəd qayçı məhv edilmədidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi xəstəliyi aşkar olunur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispenserdə qeydiyyata alınması məsləhət görülür. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası CM-nin 93.1.1, 93.1-1, 93.1-1.1, 93.2, 95.0.4-cü maddələrini və Azərbaycan Respublikası CPM-nin 348.2 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.1 və 95.0.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla, ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X13 Şəxsə tapşırılsın. Qərar qanuni qüvvəyə minənədək anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş təhlükəsizlik tədbiri dəyişdirilməsin, onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixtariya X13 Şəxsinə yerləşdirilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs iş üzrə aparılmış ekspertiza tədqiqatları dəyərinin tutulmasından azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispenserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutub - Saatlı rayon prokurorluğunda saxlanılan Cinayət işi üzrə hadisə yerinə baxış zamanı götürülmüş 1, 2 və 3 nömrəsi ilə nömrələnmiş şüşə parçaları, 4 nömrəsi ilə nömrələnmiş qanabənzər ləklərdən 04 ədəd tamponda qan nümunəsi, meyitin yanında olan qanabənzər ləkələrdən 04 ədəd tamponda qan nümunəsi, 01 ədəd 5 qramlıq şipris, meyitə baxış zamanı götürülmüş ölmüş zərərçəkmiş şəxs X1 və sol əl barmaqlarının dırnaq nümunələri, 01 ədəd flakonda qan nümunəsi, sonuncunun hadisə zamanı əynində olan 01 ədəd boz rəngli qısaqol üç düymə köynək, 01 ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi hadisə zamanı əynində olmuş 01 ədəd yaxası düyməli uzunqol köynək, 01 ədəd mavi rəngli qısa şalvar və 01 cüt çəkələk, ifadənin yerində yoxlanması istintaq hərəkəti zamanı götürülmüş 1 ədəd qayçı məhv edilsin. Qərardan elan olunduğu, (həbsdə olan anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs qərarın surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-262/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-262/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver