Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-263/2023 10.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 28 avqust 1983-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvəllər Şirvan Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinirək 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il 2 (iki) ay 26 (iyirli altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş qalan 2 (iki) il 2 (iki) ay 05 (beş) gün müddəti 1(bir) il 1(bir) ay 2 (iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 21 dekabr 2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən 25 iyun 2021-ci il tarixli qərarla təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Şirvan şəhəri, F.İsmayılov küçəsi, ev 1də qeydiyyatda olmaqla Şirvan şəhəri, Nizami küçəsi, ev 41a-da yaşamış, 02 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan şəhər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda-3,283 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, 02 noyabr 2022-ci il tarixdə, saat 05:10 dəqiqədə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şirvan şəhəri, Nizami küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib həmin tarixdə saat 06:15-də üzərinə şəxsi axtarış keçirilən zaman həmin bir ədəd bükümdə külli miqdarda-3,283 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirili bilməyərək göstərmişdir ki, 2022-ci ilin noyabrın 1-dən 2-nə keçən gecə saat 03:30 radələrində 7-8 nəfər polis əməkdaşı onun evinə qanunsuz daxil olaraq tutub Şirvan Şəhər Polis Şöbəsinə aparmışlar. Üzərində faktiki olaraq narkotik vasitə aşkar olunmamış, təxminən 09 ay əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa çıxmış və həmin vaxtdan etibarən heç bir narkotik vasitə qəbul etməmişdir. Polis şöbəsinin inzibati binasında polislər ona “1 qram narkotik vasitənin sənə məxsus olmasını qəbul et, sənin başqa çıxış yolun yoxdur!” demişlər, müxtəlif fiziki və mənəvi təzyiqlər edildikdən sonra onların dedikləri ilə razılaşmışdır. Polis əməliyyatçısı üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkiliş başlamazdan əvvəl 01 bükümdə narkotik vasitəni qapıdan ona təqdim edərək, 01 qram heroin olduğunu, videoçəkiliş zamanı çıxarıb təhqiqatçıya təqdim etməyini demiş, sonradan isə şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitənin çəkisinin 3 qram olması müəyyən olunmuş və artıq hər şey çox gec olmuşdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın rəyindən də cəzaçəkmə müəssisəsindən azadlığa çıxdıqdan sonra narkotik vasitə istifadə etməməyi aydın şəkildə görünür. Məhkəmədən ona ədalətli cəza verilməsini xahiş edir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 3-4 nəfər polis əməkdaşı onu şöbəyə aparmış, 4 nəfər polis əməkdaşı evində qalaraq hərtərəfli axtarış aparmışlar, Təbriz polis şöbəsində yanında Namaza zəng vurmuş, Namaz da ona “görürsən, sənin evindəyik, istəsəm bura 1 kq narkotik vasitə qoyaram və bu sənə yapışar, şöbədə sənədə qol çək” demiş, Təbriz isə ona “01 qram heroinə qol çəkməyin sənin üçün ən yaxşı çıxış yoludur” demişdir. Tutulana qədər evində ailə üzvləri-anası, atası, arvadı, körpə uşaqları ilə yaşamışdır. Tutulmağından əvvəl polis əməkdaşları ilə ədavəti olmamışdır. İbtidai istintaq zamanı hüquqlarını müdafiə edən vəkilinin adı yadında qalmamışdır. İstintaq zamanı vəkilinə ona qarşı edilən psixi və fiziki təzyiqlər barədə heç nə deyə bilməmişdir. Cəzaçəkmə müəssisəsindən 2022-ci ilin yanvar ayında azad olunduqdan sonra təkcə Şirvan şəhərində yaşamış, başqa heç bir yerdə yaşamamışdır. Əvvəlki məhkumluğu üzrə cəzanı çəkdiyi vaxtdan hazırkı cinayət işi üzrə tutulduğu vaxtadək narkotik vasitələrdən istifadə etməmiş və həmin vaxt ərzində narkotik vasitələrlə bağlı polislərlə arasında heç bir problemi olmamışdır. Hazırkı cinayət işi üzrə barəsində daxil olan əməliyyat məlumatının əsası və səbəbi barədə hər hansı məlumatı olmamışdır. Əməliyyatçılar onu küçədə yox, evinin içərisində tutmuşlar. Əməliyyatçılar evinə daxil olub ona qarşı fiziki qüvvə tətbiq etməmişlər özü könüllü onlarla polis şöbəsinə getmişdir. Polis şöbəsində 2-ci mərtəbədə Namazın otağında, dəhlizdə ona işgəncə verən şəxslərdən birinin adı Təbriz olmuş, digər iki polis əməkdaşının adını bilməmiş, onları üzdən tanıya bilməmişdir. Polis əməkdaşlarının ona işgəncə verməsinin səbəbi üzərində, o cümlədən evində narkotik vasitənin aşkar olunmaması, həmçinin əvvəllər narkotik vasitəyə görə məhkum olunmağı olmuşdur. İbtidai istintaq zamanı etirafedici ifadələr verməyinin səbəbi fiziki təzyiqlər və mənəvi işgəncələr, yəni evinə 01 kq narkotik vasitənin qoyulması hədəsi olmuşdur. Polislər onu polis şöbəsinə gətirdikdən sonrakı 1 saatın 40-50 dəqiqəsi ərzində ona fiziki və mənəvi işgəncələr vermişlər. Əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Əvvəllər stifadə etdiyi narkotik vasitənin növü marixuana olmuşdur. Baş verən qanunsuzluqlar barədə videoçəkilişdə vəkilinə nəsə deməyinin mənası olmamış, çünki bütün qanunsuz proseslər (narkotik vasitənin polislər tərəfindən ona təqdim olunması, videoçəkilişin dəfələrlə təzədən silinib-çəkilməsi) vəkilinin gözünün qarşısında baş vermişdir. İkinci dəfə ifadə verəndə onun xəsarətlərinə görə prokurorluğun müstəntiqinin yanında, hal-hazırda məkəmədə verdiyi məzmunda ifadə vermiş, elan edilmiş ifadələrdə yazılanları qeyd etməmişdir. Şirvan Şəhər Məhkəməsinin barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman məhkəmədə də təzyiqlər altında olduğu üçün hakim qarşısında özünü təqsirli bildiyini demişdir. Barəsində sanksiya seçilərkən hakim qarşısına çıxarılmağından əvvəllər əməliyyatçılar ona “məhkəmədə etirafedici ifadə verməsən, sənə gələn siqaretin içərisindən narkotik vasitə çıxaracağıq” demişlər, bu səbədən də polislərin dediyi ilə razışaraq məhkəmədə etirafedici məzmunda ifadə vermişdir. Müstəntiqə verdiyi ifadələrində hər şeyi olduğu kim qeyd etmiş, lakin dedikləri ifadəsində qeyd olunmamışdır. İfadələri müstəntiq ona gətirərək əvvəl təhqiqatçıya verdiyi ifadələrlə eyni məzmunlu olduğunu bildirmiş, buna görə də oxumadan həmin ifadələri imzalamışdır. Şahid1 adlı polis əməkdaşı onu döyməmişdir. Onu polis şöbəsinə poliver və corabla aparmışlar, kurtkası və ayaqqabılarını tutulandan sonra anası polis şöbəsinə aparmışdır. Şirvan şəhər prokurorluğunun cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərarından məhkəmə nəzarəti qaydasında şikayət etməmişdir. Aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən uzun müddətdir istifadə etmiş, xx.xx.2022-ci il tarixdə axşamüstü saatlarında yaşadığı Şirvan şəhəri, Nizami küçəsində gəzən zaman yerdə bir ədəd sellofan büküm görmüş və həmin büküm onun marağını cəlb etdiyi üçün həmin bükümü yerdən götürüb açmış, əvvəllər də istifadə etdiyindən tanıdığı üçün içərisinə baxan zaman içərisində narkotik vasitə heroin olmasını bilmiş, həmin narkotik vasitə heroini tapmış olduğu sellofan bükümdə şalvarının yan cibinə gələcəkdə istifadə etmək məqsədilə qoymuşdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 05:10 radələrində yaşadığı Şirvan şəhəri, Nizami küçəsində piyada hərəkətdə olduğu zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olmalarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında və narkotik vasitədən istifadə etməyində şübhəli olduğunu bildirib onu ŞPŞ-nə gətirmişlər. ŞPŞ-də olarkən otaqların birində saat 06:15-də polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmış, axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşmuş, olduğu halda könüllü təqdim etməyini təklif etmiş, o da üzərində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin bükümün içərisi açılıb baxıldıqda, içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşına təqdim etdiyi narkotik vasitə heroin sellofan bükümdə ağ zərfə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol vəkil, polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Onun üzərindən axtarış zamanı aşkar edilən ona məxsus narkotik vasitə heroinin təmiz çəkisinin 3,283 qram olmasını bilmişdir. Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, yalnız istifadə etmiş, narkotik vasitədən istifadə edərkən tək olmuş, yanında heç kim olmamış, onun narkotik vasitədən istifadə etməyindən heç kimin xəbəri olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında 2022-ci ilin noyabrın 1-dən 2nə keçən gecə saat 03:30 radələrində 7-8 nəfər polis əməkdaşının onun evinə qanunsuz daxil olaraq tutub Şirvan Şəhər Polis Şöbəsinə apardıqları, üzərində faktiki olaraq narkotik vasitə aşkar olunmadığını, təxminən 09 ay əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa çıxmdığını, həmin vaxtdan etibarən heç bir narkotik vasitə qəbul etmədiyini, polis şöbəsinin inzibati binasında polislər ona “1 qram narkotik vasitənin sənə məxsus olmasını qəbul et, sənin başqa çıxış yolun yoxdur!” demələri, müxtəlif fiziki və mənəvi təzyiqlər edildikdən sonra onların dedikləri ilə razılaşdığını, polis əməliyyatçısı üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkiliş başlamazdan əvvəl 01 bükümdə narkotik vasitəni qapıdan ona təqdim edərək həmin 01 qram heroini videoçəkiliş zamanı çıxarıb təhqiqatçıya təqdim etməyini tələb etməsini, sonradan isə şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitənin çəkisinin 3 qram olması müəyyən olunması ilə bağlı dedikləri hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 02 noyabr 2022-ci il tarixdə icraatına Şirvan şəhəri Nizami küçəsi, ev 41A-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmış, Şirvan ŞPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək 02 noyabr 2022-ci il tarixdə saat 05:10 radələrində yaşadığı Şirvan şəhəri, Nizami küçəsində saxlanılıb Şəhər Polis Şöbəsinə gətirilmiş, Şəhər Polis Şöbəsinin inzibati binasının otaqlarının birində saat 06:15-də videoçəkiliş vasitəsilə vəkilin və yuxarıda adı çəkilən polis əməkdaşının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuş, həmin büküm açılıb içərisinə baxış keçirildikdə, içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddənin ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin protokol onun, digər polis əməkdaşı, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirmişdir. Verilmiş sualları cavablandıraraq təqsirləndirilən şəxs Şahid1 bildirmişdir ki, tərəflərindən etirafedici ifadələr alınması məqsədilə Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir, təzyiqlər olunmamış, təqsirləndirilən şəxsin ifadəsi özünümüdafiə xarakteri daşımışdır. Hadisə günü təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinin inzibati binasına gətirildiyi vaxtdan üzərinə şəxsi axtarış keçirilən vaxta qədərki müddət ərzində, yəni 01 saat ərzində təhqiqatçının otağında gözləmişlər, şəxsi axtarış istintaq hərəkətinin 1 saat gec başlamasına səbəb vəkilin həmin günü gecikməsi olmuş, çünki tədbir gecənin səhərə yaxın vaxtında olmuşdur. Vəkil gələnə qədər təqsirləndirilən şəxsin üzərinə heç bir baxış keçirməmişlər. Əməliyyat məlumatı əsasında Cavidi küçədə saxlamışlar və həmin məlumatda Cavidin narkotik vasitələri istifadə etməsi və üzərində daşıması ilə bağlı olmuşdur. Cavidiin üzərindən narkotik vasitə çıxmış və özü də etiraf etmişdir ki, narkotik vasitə istifadəçisidir. Cavidə qarşı fiziki qüvvə tətbiq etməmiş və onun üzərində olan xəsarətlərin hansı şəraitdə yaranması ilə bağlı məlumatı olmamışdır. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat məlumatında Cavidin narkotik vasitələri istifadə etməsi və üzərində daşıması qeyd olunmuş, satışla bağlı qeyri-rəsmi məlumat daxil olmuş, amma realizəsi mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq edərək eyni məzmunlu ifadə verib, məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 02 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 03-05, 08-09, 28-30). - “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 02 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 05:55-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 20-21) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 02 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirərək əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuş və həmin sellofon bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuş, üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamış, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroini tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi heroin müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (i.v. 28-30). - məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 noyabr 2022-ci il tarixli, 18/1183 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi-3,283 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (i.v. 36-38). - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir ( i.v. 49-50). - Şirvan Şəhər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 4(032)-347/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 noyabr 2022-ci il tarixdən, saat 05:55dən hesablanmışdır (i.v. 67-68). - “təqsirləndirilən şəxsə yenidən ittihamın elan olunması haqqında” 27 yanvar 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir ( i.v. 163-164). - məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7908 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 125-126). - məhkəmə-psixiatriya ekspertizasının 17 dekabr 2022-ci il tarixli, 3353 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətləri idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə patoloji meyl qeyd olunmur. Bununla yanaşı Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalan danışması və yaxud hadisələri təhrif etməsi mümkündür(i.v. 127-129). -Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat tapşırığına verilmiş 27 dekabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün üzərində saxlaması, onun narkotik vasitə heroindən istifadə etməsi, üzərindən aşkar olunmuş narkotik vasitə heroini kimdən, haradan əldə etməsi, o cümlədən satması barədə dəqiq məlumatın olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsindən ailə üzvülərinin və yaxınlıqda yaşayan qonşularının xəbərləri olmamışdır(i.v. 116). -“maddi sübut kimi tanıma haqqında” 07 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra çəkisi 3,233 qram qalan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan şəhər polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (i.v. 77-78). -“Şirvan şəhər mərkəzi xəstəxanası” X10 arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur (i.v. 139). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şahid ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində narkotik vasitəni yerdən tapdığını, şəxsi istifadə etməsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları Şahid1 və Şahid2 da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən cibindən heroini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, küçədə yerdən tapdığını bildirmiş, hər hansı etirazı olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı” “Bobek Polşaya qarşı” və Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -Bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri-saxlanılarkən polis əməkdaşları tərəfindən döyüldüyü, zor tətbiq olunduğu, hədələndiyi üçün həmin narkotik vasitə barədə etirafedici ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altına alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. İş materiallarında olan Şirvan Şəhər Prokurorluğunun 24 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 05 noyabr 2022-ci il tarixli, xx/xx-5419 nömrəli xüsusi məlumatda 04 noyabr 2022-ci il tarixdə, təxminən saat 15:30 radələrində Şirvan ŞPŞ-nin MSY-nin əməkdaşları tərəfindən təhvil verilən Təqsirləndirilən şəxs tibbi-sanitar hissəsində müayinə olunan zaman sol göz ətrafında, hər iki dizdə bənövşəyi rəngli qançır, sol bazu və sağ bazuda bənövşəyi rəngli qançır, bel nahiyəsində çoxlu sayda cızılmış qərtməkli yaralar aşkar olunmuş, həmin məlumat əsasında aparılan araşdırma zamanı alınmış məhkəmə-tibbi ekspertizasının 24 dekabr 2022-ci il tarixli, 671 nömrəli rəyində Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmadı. Azərbaycan Respublikası Ədliyyə Nazilrliyi Pentensiar Xidmətin 3 saylı X3 Sanitar hissəsində müayinə zamanı aşkar olunan xəsarətlər-sol göz ətrafında, hər iki dizdə bənövşəyi rəngli qançırlar, sol və sağ bazuda bənövşəyi rəngli qançır, bel nahiyəsində çoxsaylı cızılmış yaralar-küt əşya təsirindən törənmiş və sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin müddəti və yetirilmə mexanizmi barədə fikir bildirmək mümkün hesab edilmir. Həmin xüsusatların dəqiqləşdirilməsində araşdırma materialları əhəmiyyət kəsb edə bilər. Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-də zor tətbiq edilməsi ilə əlaqədar toplanmış material üzrə Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və qeyrilərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1 və Şahid2 şahid qismində verdiyi ifadəsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 noyabr 2022-ci il tarixli, 18/1183 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 7908 nömrəli, məhkəmə-psixiatrik ekspertizasının 17 dekabr 2022-ci il tarixli, 3353 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 30 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinirək 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 7(032)-27/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il 2(iki) ay 26 (iyirli altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş qalan 2 (iki) il 2 (iki) ay 05 (beş) gün müddəti 1(bir) il 1(bir) ay 2(iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. 21 dekabr 2021-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən 25 iyun 2021-ci il tarixli qərarla təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır (i.v. 145-150). -Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 X9 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 dekabr 2023-ci il tarixli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, uşağı vardır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (i.v. 140-144). Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin külli miqdarda olmaqla 3,283 qram təşkil etməsini, himayəsində azyaşlı uşağının olması (CM-nin 59.1.4-cü maddəsi), yaşayış yeri üzrə normal xasiyyətlənməsini, dayısı X2 22 iyun 1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütovlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı şəhid olmasını, ailə, maddi və sosial vəziyyətini (CM-nin 59.2-ci maddəsi), cəzasını ağırlaşdıran halın olmadığını (CM-nin 61-ci maddəsi), məhkumluğu olduğunu nəzərə alaraq təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının orta həddə təyin edilməsi zəruridir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün tutulduğu 02 noyabr 2022-ci il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 4(032)-347/2022 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,233 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı tutulduğu 02 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,233 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-263/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-263/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver