Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-263/2024 03.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs külli miqdarda, yəni 1706,73 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixunanı (bundan sonra – qurudulmuş marixuana) istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir ədəd polietilen torbada və 2 ədəd kibrit qutusunda üzərində daşıyaraq saxlamış, 2023-cü ilin iyul ayının ortalarında istintaqa dəqiq məlum olmayan gündə qanunsuz olaraq tamah niyyəti və satış məqsədi ilə əldə edib saxladığı 1706,73 qram olan qurudulmuş marixuanadan 02 ədəd kibrit qutusunda təmiz çəkisi 6,73 qram qurudulmuş marixuananı tanışı Şahid3 Ağcabədi şəhəri, 20 yanvar küçəsində yerləşən 1 saylı tam orta məktəbin qarşısında 60 manata satdıqdan sonra 1700,0 qram qurudulmuş marixuananı 1 ədəd polietilen torbada üzərində daşımaqla saxlamış, 03 avqust 2023-cü il tarixdə saat 21:30 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, istifadə etməsində və satışı ilə məşğul olmasında şübhəli bilinərək Ağcabədi şəhəri, S.Vurğun küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 22:00-dan başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən onun əlində olan üzərində «Şuşa» sözləri yazılmış rəngli polietilen torbanın içərisindəki göy rəngli polietilen torbada qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd göy rəngli polietilen torbada təmiz çəkisi 1700,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik istifadə etsə də üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. 03 avqust 2023-cü il tarixdə o, evində olmuşdur, lakin onun barəsində olan cinayət işi materiallarında yazılmışdır ki, guya o, 03 avqustda saxlanılmışdır. Halbuki o, 04 avqust 2023-cü il tarixdə təxminən axşam saat 8-9 radələrində mağazaya gedib siqaret alıb çıxarkən, yəni mağazanaın qarşısında saxlanılmışdır. Onu saxladıqdan sonra Ağcabədi RPŞ-yə aparmışlar və qarşısına 1kq 700 qram qurudulmuş marixuana qoyub həmin narkotikin ona aid olduğunu bildirmədiyi halda həmin narkotiki evinə qoyacaqlarını və ailə üzvlərini də şahid kimi gətirəcəyini bildirmiş, həm də ona işgəncələr etmişlər. O, ailə üzvlərinin polis şöbəsinə gəlməsini istəmədiyi üçün həmin narkotik vasitənin ona aid olmasını bildirmişdir. Əgər üzərindən o qədər narkotik çıxsaydı özünü təqsirli bilərdi. Narkotik istifadə etməyinə görə peşmandır, lakin həmin narkotik vasitə ona aid olmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra üzərindən narkotik vasitə aşkar edərkən videoçəkiliş keçirilmiş, şəxsi axtarış da 05 avqustda səhər saatlarında keçirilmişdir. Şahid3 hər hansı narkotik vasitə satmamışdır. Belə ki, Tural 02 sentyabrda saxlanılmış, o, isə 04 avqustda saxlanılmışdır. Turalı tanımış, lakin aralarında hər hansı alış-veriş və ya münasibət olmamışdır. İstintaq zamanı da Turala narkotik vasitə satmadığını bildirmişdir. Lakin Turalı da qorxutduqlarından Tural ondan narkotik vasitə aldığını bildirmişdir. Saxlanılarkən yanında hər hansı şəxs olmamışdır. Turala heç vaxt narkotik verməmiş, onunla birlikdə narkotik vasitə istifadə etməmişdir. Polis əməkdaşları gecə boyu həm ona işgəncə vermişlər, həm də hədələmişlər. Saxlanıldıqdan 27 gün sonra Baş prokurorluğa və Ombudsmana şikayətlər etmiş, onu çox döydüklərini bildirmişdir. Tutularkən telefonu üstündə olmuşdur, əgər onun mobil nömrəsinin anten məlumatları çıxarılarsa tutulduğu vaxt müəyyən ediləcəkdir. Narkotik istifadəçisi kimi cəza çəkməyə razıdır, lakin qeyd edilən narkotik vasitə onda olmamışdır. Üzərinə baxış keçirilərkən müdafiəçisi olmuş, lakin ona heç nə deməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən Ağcabədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılarkən onu qorxutduqları üçün hakimə fiziki təzyiqlərə məruz qalması barədə bir söz deməmişdir. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 02 saylı istintaq təcridxanasına aparılmış, orada onun bədəninə baxış keçirilmədiyindən polis əməkdaşları tərəfindən döyülməsi barədə bildirməmiş, bədənində xəsarətlər olmasını da göstərməmişdir. İstifadəsində olan mobil nömrə ***-***-**-** olmuş və saxlanılarkən də üzərində olmuşdur. Həmin mobil nömrənin 03 avqustdan 05 avqustadək olan anten dairəsinin ünvanları götürülmüş və mobil nömrənin sonuncu dəfə anten dairəsini 21:41 radələrində Ağcabədi rayonunda olması və bununla da tamamlanmasıını necə izah etməsi barədə suala cavab verə bilməmişdir. Həmçinin Ağcabədi rayon Vəkil Bürosuna ünvanlanmış sorğuda onun üçün müdafiəçinin 03 avqust 2023-cü il tarixdə ayrıldığının qeyd edilməsi ilə bağlı heç nə deyə bilməz, lakin bir daha bildirir ki, onu 04 avqust 2023-cü il tarixdə saxlamışlar. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə CM-nin 234.4.3-cü maddəsi ilə qətiyyən özünü təqsirli bilmir, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, yəni narkotik vasitə istifadə etməsinə görə cəzalandırılmasını xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 03 avqust 2023-cü il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 04 və 05 avqust 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 03 avqust 2023-cü il tarixdə günorta saatlarında Ağcabədi rayonu, Taxta Körpü ərazisində yerləşən kanaldan balıq tutmağa getmiş, su kanalının yanından gedən zaman yerdə bükülmüş halda olan bir ədəd göy rəngli torba görmüş, həmin torba onun diqqətini cəlb etdiyi üçün yaxınlaşıb torbanı yerdən götürüb açıb içərisinə baxanda qurudulmuş marixuana olduğunu görmüşdür. O, marixuanadan istifadə etdiyi üçün tanımış, istifadə etmək üçün özü ilə götürmüşdür. O, balıq tuta bilmədiyi üçün oradan çıxmış, həmin gün saat 21:30 radələrində yaşadığı Ağcabədi şəhəri, S.Vurğun küçəsi ilə piyada əlində tapdığı torba evə gedən zaman yaşadığı evin yaxınlığına çatanda tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirib onu rayon polis şöbəsinə aparmışlar. Onlar polis şöbəsində olarkən müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt o, əlindəki içərisində marixuana olan torbanı təqdim etmişdir. Sonra aşkar olunaraq götürülmüş marixuana aşkar olunduğu vəziyyətdə, yəni torba ilə birlikdə tərəzidə çəkilmiş və 1740,0 qram çəkidə olmuşdur. Bundan sonra üzərindən aşkar edilib götürülmüş bir ədəd torba hamının iştirakı ilə qablaşdırıb möhürlənmişdir. Onu da qeyd etmişdir ki, aşkar edilmiş marixuana ona məxsusdur, o, həmin marixuananı balıq tutan zaman su kanalının yanından tapmadığını bildirmişdir. O, narkotik bitkilər əkibbecərmədiyini, heç kəsə narkotik maddələr satmadığını göstərmişdir. Marixuananı tapan zaman tək olmuş, yanında heç kəs olmadığından marixuananı götürdüyünü heç kəs görməmişdir. Turalın dediklərinin yalan olduğunu, Turala heç vaxt narkotik vasitə satmadığını göstərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, aşkar olunmuş külli miqdarda olan narkotik vasitə qurudulmuş marixuana ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən hədələr edildiyi üçün və işgəncələrə məruz qaldığı üçün qurudulmuş marixuananın özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, 03 avqust 2023-cü il tarixdə Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur, daxil olmuş məlumat əsasında raportla rəhbərliyə məlumat vermiş və əməliyyat qrupu yaradılmış, qrupa rəhbərliyi də özü etmişdir. Həmin gün Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş və o, Ağcabədi şəhəri S.Vurğun küçəsində saxlanılaraq Ağcabədi RPŞ-yə gətirilmiş, inzibati binada təhqiqatçının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, həmin zaman hüquq və vəzifələri izah olunmuş, sonra isə Təqsirləndirilən şəxs əlindəki torbanı təqdim edib içində qurudulmuş marixuana olduğunu bildirmiş, həmin kütlə çəkildikdə təxminən 1 kq 700 qr olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Üzərində başqa bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı ona daxil olmuşdur, Arzunun Zaur və Tural adlı şəxslərə narkotik vasitə satması müəyyən edilmiş, həmin şəxslər də saxlanılmışdır. Həmin şəxslər saxlanılarkən üzərində aşkar edilmiş narkotiklərin mənbəyi Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirməsi yalandır. Ona qarşı hər hansı fiziki zor tətbiq edilməsi, cinayət işi materiallarında göstərildiyindən fərqli olaraq 04 avqust 2023-cü il tarixdə saxlanılmasını bildirməsi də həqiqəti əks etdirmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşı Şahid2 Şahid1la eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tarix yadında qalmasa da 2023-cü ilin sentyabr ayında onu polis əməkdaşları saxlayaraq polisin inzibati binasına aparmışlar və kibrit qutusunda qurudulmuş marixuananı onun qarşısına qoyaraq Təqsirləndirilən şəxs aldığını bildirməsini tələb etmişlər. O, da məcbur qalıb polis əməkdaşlarının dediyi formada ifadə vermişdir. Lakin o, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə almamışdır. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ifadələrinə oxumadan imza etmişdir. Ağcabədi Rayon Məhkəməsinin barəsində olan hökmdən apellyasiya qaydasında şikayət etməmiş, həmin hökmlə razılaşmışdır. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı 05 sentyabr 2023-cü il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, narkotik vasitə olan marixuandan çəkmə yolu ilə istifadə edir. O, narkotik vasitələri əsasən tanımadığı şəxslərdən əldə etmişdir. Təxminən 2023-cü ilin iyul ayının ortalarında Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs 2 ədəd kibrit qutusu içərisində narkotik vasitə olan marixuananı 60 manat müqabilində almış, həmin narkotik vasitənin üzərindən bir qədər istifadə etmiş, 2023-cü ilin təxminən avqust ayının əvvəllərində Arzudan aldığı narkotik vasitədən təxminən yarım kibrit qutusu ölçüdə olan marixuananı digər tanışı Ağcabədi şəhər sakini X9 35 manata satmışdır. Bundan sonra onun üzərində 1 kibrit qutusunda marixuana qalmışdır. 02 sentyabr 2023-cü il tarixdə təxminən saat 17 radələrində o narkotik vasitə olan marixuananı kibrit qutusu ilə birlikdə şalvarının sol yan cibinə qoyub evdən çıxıb Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Embawood” mebel mağazasının qarşısında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, ona xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və onu Ağcabədi Rayon Polis Şöbəsinə gətirmişlər. Burada, xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən gələcəkdə satmaq üçün saxladığı içərisində qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, O, 2023-cü ilin iyul ayının ortalarında Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yerləşən Ağcabədi şəhər 1 saylı tam orta məktəbin qarşısında 2 ədəd kibrit qutusu içərisində narkotik vasitə olan marixuananı 60 manat müqabilində almışdır. O, Arzudan əvvəllər narkotik vasitə almamış, bir dəfə qeyd etdiyi narkotik vasitəni almışdır. Cinayət işi materiallarına əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(017)-15/2024 nömrəli hökmündən görünür ki, Şahid3 satış məqsədi ilə qanunsuz olaraq 6,73 qram qurudulmuş marixuana əldə etmiş, üzərində saxlamış və daşımış, həmin narkotik vasitədən 1,32 qramını X9 35 manata satmışdır. Bundan başqa Şahid3 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5,41 qram qurudulmuş marixuana əldə etmiş, üzərində saxlamış və daşımışdır. Həmin əməllər ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1 və 234.2-ci maddələri ilə tövsif olunmuş və Şahid3 həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmışdır. Həmin hökmdən görünür ki, Şahid3 məhkəmədə ifadə verərkən saxlanıldığı Təqsirləndirilən şəxs narkotik vasitə almadığını bildirsə də barəsində aparılan cinayət işi üzrə aparılan ibtidai istintaq zamanı üzərində aşkar edilmiş narkotik vasitənin Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi, saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 03 avqsut 2023-cü il tarixli raport, “Əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi 01 torbda qurudulmuş marixuananın könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi müəyyən edilir. (səh. 4-5; 7-8; 23-24) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:45-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 16. ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 03 avqust 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əlində olan 1 ədəd polietilen torba təqdim etmiş, torba açılıb baxış keçirilən zaman içərisində skoçlanmış polietilen büküm aşkar olunmuş, aşkar olunmuş polietilen büküm açılıb baxılarkən içərisində yaşıl rəgli, kəskin spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlənin olduğu aşkar olunur. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilir və çəkisi 1 kq 740 qram təşkil edir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın ona məxsus olduğunu, öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını bildirmişdir. (i.v. 23-25) - Məhkəmə bioloji ekspertizasının 04 avqust 2023-cü il tarixli, 18/777 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan polietilen torbada təmiz çəkisi 1700,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır. (i.v.33-36) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 44-45) - Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(017)-108/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 70-71) -Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(017)-152/2023 saylı qərarından görünür ki, Ağcabədi RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilən “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir . (i.v. 73) -Ağcabədi RPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələri haradan kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması halları müəyyən edilmişdir. Belə ki, keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələri qanunsuz saxlamasında şübhəli olan Ağcabədi şəhər sakini Şahid3 saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Şahid3 üzərindən aşkar olunmuş narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs 60 manata aldığını bildirmişdir. Bütün bunlar Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşqul olmasına dəlalət edir. (i.v. 97) -X4 tibbi yoxlamanın 18 sentyabr 2023-cü il tarixli, 1573 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (i.v. 117) - Ambulator məhkəmə psixiatrik ekspertizasının 22 avqust 2023-cü il tarixli 514 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1 və 22-ci maddlərinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (i.v. 119-122 ) - Əlavə məhkəmə bioloji ekspertizasının 13 oktyabr 2023-cü il tarixli, 18/989 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs və Şahid3 götürülmüş marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. (i.v. 146-149 ) - məhkəmə bioloji ekspertizasının 03 sentyabr 2023-cü il tarixli, 18/872 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid3 üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotitk vasitə qurudulmuş marixuanadır.(i.v. 158-161 ) - məhkəmə bioloji ekspertizasının 06 noyabr 2023-cü il tarixli, 18/1042 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş Şahid3 və X7 götürülmüş marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. (i.v. 162-166 ) - “telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında” 12 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 istifadəsində olanb ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2023-cü ilin iyun və iyul ayları ərzində çoxsaylı zənglər edilmişdir. (i.v. 167-168) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmişdir. (i.v.176-177) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - Təqsirləndirilən şəxs adına “6543/2023 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə 02 saylı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı həbs olunmazdan əvvəl bədən xəsarəti almadığını bildirmişdir. - Ağcabədi rayon Prokurorluğundan daxil olmuş 02.03.24-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair Ağcabədi rayon Prokurorluğuna ünvanladığı müraciəti əsasında 147c-23 saylı materila üzrə araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması öz təsdiqini tapmadığından 17 oktyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 4099 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə 03 avqust 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək olan müddət ərzində daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinin 03 avqust 2023-cü il tarixdə qidalandığı anten dairələrinin ünvanları “Agcebedi r-nu” ərazisidə olmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən mobil nömrəsinin antend dairəsi də sonuncu dəfə 03 avqust 2023-cü il tarixdə saat 21:41 dəqiqədə həmin ünvanda olmuşdur. - Ağcabədi rayon Vəkil Bürosundan məhkəməyə daxil olmuş 23 fevral 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı Rəfail Zeynalovun HK-1/2590 nömrəli material üzrə qəbul etdiyi qərara əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X8 şübhəli şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi qismində təqdim edilmiş və bundan irəli gələrək 03 avqust 2023-cü il tarixdə 301 nömrəli vəkil orderi təqdim olunmuşdur. - Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(017)-15/2024 nömrəli hökmündən görünür ki, Şahid3 CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, 03 avqustda deyil, 04 avqust 2023-cü il tarixdə saxlanldığını, Tural adlı şəxsə narkotik vasitə satmadığını, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının fiziki təzyiqi və hədəsi ilə ona elan olunmuş ittihamda göstərilən çəkidə qurudulmuş marixuana barədə etirafedici ifadələr verdiyini deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində 03 avqust 2023-cü il tarixdə günorta saatlarında Ağcabədi rayonu, Taxta Körpü ərazisində yerləşən kanaldan balıq tutmağa gedərkən su kanalının yanında gedən zaman yerdə bükülmüş halda olan bir ədəd göy rəngli torbada qurudulmuş marixuana tapıb götürdüyünü və evə qayıdarkən saxlanıldığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni tapdığını göstərmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələrinin yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən qurudulmuş marixuana aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əlində olan torbadakı qurudulmuş marixuanaya bənzər kütləni könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, tapdığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs 60 manat dəyərində narkotik vasitə aldığını bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə almadığını, polis əməkdaşlarının təzyiqi nəticəsində ibitidai istintaq zamanı Arzudan narkotik vasitə aldığını bildirdiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin hökmündən görünür ki, Şahid3 Ağcabədi Rayon Məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs narkotik vasitə almadığını, ümumiyyətlə üzərində narkotik vasitə olmadığını bildirsə də məhkəmə toplanmış sübutları qiymətləndirərək hesab etmişdir ki, Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi sübut kimi qəbul edilməməli və Şahid3 ona elan edilmiş ittiham üzrə təqsirli bilinərək cəzalandırılmalıdır. Həmin hökmdən isə təqsirləndirilən şəxs Şahid3 apellyasiya şikayəti verməmiş, həmin hökmlə razılaşmışdır. Bundan əlavə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə bioloji ekspertizanın 13 oktyabr 2023-cü il tarixli, 18/989 nömrəli və 06 noyabr 2023-cü il tarixli, 18/1042 nömrəli rəyləri ilə müəyyən edilmişdir ki, Şahid3, Təqsirləndirilən şəxs və X7 götürülmüş marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Bundan əlavə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Tural Həsənovla münasibətinin olmadığını, sadəcə onu tanıdığını və aralarında zəngləşmə olmadığını göstərsə də cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında” 12 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2023-cü ilin iyun və iyul ayları ərzində çoxsaylı zənglər edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət işi materiallarında göstərildiyi kimi 03 avqustda deyil 04 avqust 2023-cü il tarixdə saat 20 və ya 21 radələrində saxlanıldığını bildirmiş, məhkəmə bu halın araşdırılması ilə bağlı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun 03-04 avqust 2023-cü il tarixdə olan anten dairələrinin yerlərinin müəyyən edilməsi məqsədi ilə qərar qəbul edərək icrasını müvafiq mobil operatorlara həvalə etmiş və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 4099 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinin anten dairəsi sonuncu dəfə 03 avqust 2023-cü il tarixdə saat 21:41 dəqiqədə “Agcebedi r-nu” ünvanında olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığını bildirsə də qeyd edilən diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdə saat 21:41 dəqiqədən sonra hər hansı zəng qəbul etməmiş, kiməsə zəng etməmiş, beləliklə mobil telefondan istifadə etməmişdir. Bu hal da onun həqiqətən də 03 avqust 2023-cü il tarixdə 21:30 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını təsdiq edir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə istintaqında müdafiəsi üçün gətirdiyi qeyd edilən dəlilin yoxlanılması üçün Ağcabədi rayon Vəkil Bürosuna sorğu verilmiş və məhkəməyə daxil olmuş 23 fevral 2024-cü il tarixli sorğuya cavab məktubundan müəyyən edilmişdir ki, Ağcabədi RPŞ-nin təhqiqatçısının qəbul etdiyi qərara əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X8 şübhəli şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi qismində təqdim edilmiş və bundan irəli gələrək 03 avqust 2023-cü il tarixdə 301 nömrəli vəkil orderi təqdim olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkilə 04 avqustda deyil, 03 avqust 2023-cü il tarixdə 301 nömrəli vəkil orderi təqdim olunmuşdur ki, bu hal da Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə saxlanılması barədə dediklərinin həqiqət olmadığını əks etdirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyü və hədələrə məruz qalmasını bildirmiş və buna görə də etirafedici ifadələr verdiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən araşdırma aparılarkən Təqsirləndirilən şəxs adına “6543/2023 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurəti götürülərək baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə 02 saylı istintaq təcridxanasına gətirilmiş, baxış zamanı həbs olunmazdan əvvəl bədən xəsarəti almadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdikləri ilə bağlı araşdırma aparılıb-aparılmaması barədə verilmiş sorğuya Ağcabədi rayon Prokurorluğundan daxil olmuş 02.03.24-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair Ağcabədi rayon Prokurorluğuna ünvanladığı müraciəti əsasında 147c-23 saylı materialı üzrə araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması öz təsdiqini tapmadığından 17 oktyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi həmçinin hesab edir ki, Şahid3 də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi, həmçinin hədələndiyi üçün həmin narkotik vasitə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaqın ilkin dövründə olmasa da sonrakı dövrdə fiziki zorakılığa və hədəyə məruz qalması barədə müvafiq orqana müraciət etmiş, lakin o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin məhkəmə iclaında tədiqiq edilmiş Ağcabədi rayon Prokurorluğundan daxil olmuş 02.03.24-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması öz təsdiqini tapmadığından 17 oktyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə qeyd edilən “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq və hədə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin çəkisini mübahisələndirməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə ifadə verərək özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmiş, saxlamış, hətta Şahid3 satmışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – qurudulmuş marixuananın qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması və satması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 03 avqust 2023-cü il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, mobil operatorlardan daxil olmuş diskə baxış keçirlməsi protokolu, digər istintaq hərəkəti protokolları, məhkəmə bioloji ekspertizasının 04 avqust 2023-cü il tarixli 18/777 nömrəli, 13 oktyabr 2023-cü il tarixli, 18/989 nömrəli və 06 noyabr 2023-cü il tarixli, 18/1042 nömrəli rəyləri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Ağcabədi RPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 04 sentyabr 2023-ci il tarixli raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuana, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə ilə təqsirli bilinib 02 il 05 ay 24 gün müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə cəzası 02 ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmiş, məhkumluğu götürülmüşdür. (i.v 106-107; 154-155) - Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi anası, həyat yoldaşı, 2012 və 2014-cü il təvəllüdlü iki azyaşlı uşağından ibarətdir. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (i.v. 152-153) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 03 avqust 2023-cü il tarixdən hesablanmalı və Ağcabədi Rayon Məhkəməsinin 05 avqust 2023-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ambulator məcburui - narkoloji tibbi yoxlamanın 18 sentyabr 2023-cü il tarixli, 1573 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat 69 (altımış doqquz) qəpik məbləğində ekspertiza xərci var (xx.xx.2023-cü il tarixli 18/777 nömrəli məhkəmə bioloji ekspertizasının rəyi üzrə 31,95 manat və xx.xx.2023-cü il tarixli 18/989 nömrəli məhkəmə bioloji ekspertizasının rəyi üzrə 49,74 manat olmaqla ümumilkdə 81,69 manat) həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 69 (altımış doqquz) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1699,85 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 01 ədəd CD disk, Azercell Telecom MMC-dən daxil olmuş 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan - 03 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 69 (altımış doqquz) qəpik qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1699,85 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-263/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-263/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver