Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-263/2025 23.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nuriyev Aqil Abdul oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X14, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X24, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Lənkəran rayonu, Türkəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Türkəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırdaAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü (köhnə redaksiyada) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 iyul 2025-ci il tarixdə, saat 11:30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə cəhd etmiş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmişdir.
2. Belə ki, o, nikahsız, lakin faktiki olaraq ər-arvad münasibətində olduğu və Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən fərdi yaşayış evində onunla birlikdə yaşayan Zərərçəkmiş şəxs 2024-cü ilin oktyabr ayının ortalarında ailə-məişət zəmnində aralarında mübahisə olduğu üçün evindən qovmuş, sonuncu həmin evə qayıtmaq məqsədi ilə ondan Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə şikayət etdikdən sonra 20 noyabr 2024cü ildə onun evə qayıtmasına razılıq vermiş, 21 noyabr 2024-cü ildə, saat 16:50-də Zərərçəkmiş şəxs evə qayıdıb gəlini Şahid1 aid yataq otağına girdiyini görərək Zərərçəkmiş şəxs ardınca həmin otağa keçib aralarındakı problemin polis orqanında həll edilməli olmadığını irad tutduqda aralarında yaranmış sözlü mübahisənin gedişində sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən qəzəblənib şəxsi münasibətlər zəmnində qisas alıb qəsdən öldürmək qərarına gələrək, cinayətkar niyyətini həyata keçirmək üçün evdə olan gəlini və azyaşlı nəvələrinin otağa girməmələri üçün otağın qapısını arxadan açarla kilidləyib, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etməklə şalvarı ilə kəmərinin arasında gəzdirdiyi soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını çıxararaq çarpayının üstündə oturmuş Zərərçəkmiş şəxs üstünə cumub, arxası üstə çarpayıya uzadaraq qəsdən öldürmək niyyəti ilə ardıcıl, fasilə vermədən qəsdən sağ əlində tutduğu həmin bıçaqla sonuncunun həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi nahiyələrə ardıcıl 4 (dörd) zərbə vuraraq, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarın boşluğuna nüfuz edən, hemoperitinium, daxili və xarici qanaxma ilə müşayiət olunan 1 (bir) ədəd kəsilmiş-deşilmiş yara, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol yanaq, döş qəfəsi nahiyələrində 3 (üç) ədəd kəsilmiş yaraları kimi bədən xəsarətləri yetirmiş, lakin həmin zaman səs-küyə evdə olan gəlini Şahid1 otağın qarşısına gəlib onları səslədiyi, taqqıldadaraq qapını açmağa cəhd etdiyi, azyaşlı nəvələrinin evdə olmaları, Zərərçəkmiş şəxs çox miqdarda qan axdığını gördüyündən onun öləcəyinə əmin olması səbəbindən növbəti zərbələri vurmağı dayandırdığı, həmçinin Zərərçəkmiş şəxs ambulansla “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X38 hospitalizasiya olunaraq orada göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyi üçün, yəni öz iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gedərək törətdiyi cinayət əməlini etiraf etməklə cinayətin aləti olan bir ədəd bıçağı müstəntiqə təqdim etmişdir.
İşin halları və dəlilləri:
3. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü (köhnə redaksiyada) maddəsi ilə təqsirli bilib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1 maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamışdır. Belə ki, o, uzun müddətdir ki, Rusiya Federasiyasının Moskva şəhərində yaşayır və əsasən ticarət və tikinti sahəsində çalışır. Azərbaycanda yaşadığı ev ona atasından miras qalmışdır. Həmin evdə bacısı Güləbətin, oğlu Fariz, gəlini Röya və nəvələri ilə birgə yaşamışdır. Təxminən 1996-cı ildən etibarən faktiki olaraq ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə birlikdə yaşasa da, rəsmi nikahları olmamışdır. Bu münasibətdən Fariz adlı oğulları doğulmuşdur. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ailə daxilində, eləcə də qonşular və qohumlarla münasibətlərində tez-tez mübahisələr edir, bu səbəbdən də dəfələrlə ailə üzvlərindən və qonşulardan onunla bağlı şikayətlər eşitmişdir. Bu vəziyyət narahatlıq və narazılıq yaratmış, münasibətlərdə gərginliyin artmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayının əvvəllərində Azərbaycana, qardaşı oğlu Anarın toyuna qatılmaq məqsədilə gəlmiş, təxminən 7-8 oktyabr tarixlərində Rəsmiyyə ilə aralarında növbəti mübahisə baş vermiş, onu fiziki olaraq itələyib və bir dəfə yumruqla vurduqdan sonra evdən qovmuşdur. Rəsmiyyə bundan təxminən 15-20 gün sonra polisə müraciət etmiş, Sarvan Lənkəran ŞRPŞ-nə çağırılaraq izahat vermişdir. Orada ona bildirilib ki, məhkəmə qərarı olmadan Rəsmiyyəni evdən çıxarmaq düzgün deyil. Həmçinin Zərərçəkmiş şəxs yanında polis əməkdaşları onunla kobud rəftar etmişdir. Bu səbəbdən, istəməsə də, onun evə qayıtmasına razılıq vermişdir. Növbəti gün, yəni 21 noyabr 2024-cü ildə saat 16:00-dan sonra Rəsmiyyə evə gəlmiş və birbaşa gəlini Röyanın otağına daxil olmuşdur. Sarvan ona həmin otağın Röyaya aid olduğunu və öz otağına keçməsini demişdir. Bu iraddan sonra aralarında yenidən mübahisə yaranmışdır. Rəsmiyyə əvvəlki kimi yenə də nalayiq ifadələr işlətmiş, onu təhqir etmiş və polisə yenidən müraciət etməklə hədələmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, bu təhqiramiz davranışlardan sonra çox əsəbiləşmiş, vəziyyətdən çıxış yolunu Rəsmiyyədən qisas almaqda görmüş və onu cəzalandırmaq istəmişdir. Onun ifadəsinə görə, həmin anda üzərində daşıdığı, ov və məişət məqsədilə istifadə etdiyi bıçaqla Rəsmiyyəyə hücum etmiş, əvvəlcə qarın nahiyəsindən bir zərbə vurmuş, daha sonra arxası üstə uzanan vəziyyətdə olan Rəsmiyyəyə döş qəfəsi və yanaq nahiyəsindən daha 3 zərbə endirmişdir. Ümumilikdə Rəsmiyyəyə 4 bıçaq zərbəsi vurduğunu bildirmişdir. Sarvan bıçağı hadisə baş verməmişdən əvvəl ehtiyat tədbiri olaraq üzərində gəzdirdiyini, çünki Rəsmiyyənin və onun qohumlarının onu təhdid edə biləcəyindən ehtiyat etdiyini əlavə etmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, otağın qapısını içəridən kilidləmiş, açarı da özü götürərək başqalarının müdaxiləsinin qarşısını almışdır. Hadisə baş verdikdən sonra səs-küyə reaksiya verən gəlini Röya və nəvələrinin səsini eşitmiş, vəziyyətin daha da ağırlaşmaması üçün bıçaq zərbələrini davam etdirməmişdir. Daha sonra otağın qapısını açıb çıxmış, bıçağı nəm salfetlə silib kağıza bükərək gödəkcəsinin cibinə qoymuş, telefonla kənd sahə müvəkkili Şahid4 zəng edib törətdiyi hadisəni bildirmişdir. Rəsmiyyə özü yeriyərək həyətə düşmüş, həkim çağırmış və daha sonra təcili yardım maşını ilə xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs bıçağın uzun müddət onun istifadəsində olduğunu, ovçuluq məqsədi ilə istifadə etdiyini, həmin bıçağın soyuq silah olduğunu bilmədiyini bildirmişdir. Məhkəmədə etdiyi əməldən peşman olduğunu, Rəsmiyyəni əvvəlcədən planlaşdırılmış şəkildə öldürmək niyyətinin olmadığını, ancaq ondan polisə şikayət etdiyi üçün, eləcə də gəlininin yanında onu alçaldıb təhqir etdiyi üçün əsəbləşdiyini və onu cəzalandırmaq istədiyini bildirmişdir. Həmçinin, ifadəsində Rusiya Federasiyasında olarkən Rəsmiyyənin başqa kişilərlə nalayiq davranışları barədə eşitdiyini və bu halların da onda narazılıq doğurduğunu bildirmişdir.
4. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
5. Belə ki, cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs (cild İ, iş vərəqə 50-54,78- 82,127-132, 215-219) qismində dindirilmiş Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində ona Azərbaycan Respublikası CM-nin 29, 120.1 və 228.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib törətdiyi cinayət əməlini səmimi etiraf edərək göstərmişdir ki, ailədə 6 qardaş, 4 bacı olmuşlar, evin ən kiçik övladı olduğundan Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən, mərhum atası Sətulladan qalma ev ona verilmişdir, həmin evdə həmçinin heç vaxt ərdə olmamış bacısı Güləbətin də yaşamışdır. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ilə təxminən 1996-cı ildə evlənsələr də, onunla heç vaxt rəsmi nikahı olmamışdır. Rəsmiyyədən Fariz adlı bir oğlanları vardır. Fariz Röya adlı qızla ailə qurmuşdur, ondan 2 övladı vardır. Fariz də ailəsi ilə onun atasından qalma evdə yaşayır. 20 ilə yaxın müddətdir ki, tez-tez Rusiya Federasiyasının Moskva şəhərinə gedib uzun müddət orada qalmaqla ticarətlə məşğul olur və ev təmiri ustası kimi çalışır. Oğlu Fariz də son 3 ildə yanına gəlib orada işləyir. Həmçinin Moskva şəhərində bir qadınla tanış olub orada onunla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşayır. Rəsmiyyə ilə əvvəllər münasibəti yaxşı olsa da, son bir neçə ildə ailə-məişət zəmində aralarında olan mübahisələrlə əlaqədar tez-tez bir-birləri ilə dalaşıb küsmüşlər. 2024-cü ilin iyul ayında Moskva şəhərində olanda Rəsmiyyə telefonda mübahisə zamanı onu söymüşdür. Axırıncı dəfə xx.xx.2024-cü il tarixdə Moskvadan qardaşı oğlu Anar Tahirovun toyuna görə kəndlərinə gəlmiş və toyda iştirak etmişdir. 2024-cü ilin noyabr ayının sonunda yenidən Moskva şəhərinə qayıdacağını planlaşdırmışdır. Moskvadan qayıdandan sonra küsülü olduqları üçün Rəsmiyyəni danışdırmamış, dəhlizdəki çarpayıda ondan ayrı yatmışdır. xx.xx.2024-cü ildə yenə də ailə-məişət zəminində yaranmış mübahisə ilə əlaqədar onunla bir evdə yaşamaq istəmədiyi üçün onu evdən qovmuşdur. Rəsmiyyə şəxsi əşyalarını götürüb atası evinə getmişdir. Rəsmiyyə orada qardaşının ailəsi ilə də yola getmədiyi üçün atası evində qala bilməmiş, gəlini Röya vasitəsi ilə evinə qayıtmaq istəməsi barədə ona xəbər göndərmişdir. Rəsmiyyə ilə bir evdə yaşamaq istəmədiyi üçün onun qayıtmasına razılıq verməmişdir. Rəsmiyyə onu evdən qovduğu, evə qayıtmaq istəməsi, ona evə qayıtmasına icazə verməməsi barədə xx.xx.2024-cü ildə Lənkəran ŞRPŞ-nə şikayət etdiyindən onu ora çağırıb ondan yazılı izahat alaraq ona Rəsmiyyəni evdən məhkəmə qərarı ilə çıxarda bilməyini izah edərək, dava-dalaşsız yaşamağını məsləhət görüb, qaydaqanunu pozmamağını izah etmişlər. Məcbur olaraq Rəsmiyyənin evə qayıtmasına sözlə icazə vermişdir. 20 noyabr 2024-cü il tarixdə polisdən çıxıb axşam evə gəlmişdir. Həmin gün Rəsmiyyə evinə gəlməmişdir. Ertəsi gün, yəni xx.xx.2024-cü ildə saat 16 radələrində evində Rəsmiyyənin əvvəllər yatdığı otaqda televizora baxmışdır. Həmin vaxtı nəvələri və gəlini Röya da onun olduğu otaqda dərs hazırlamışlar. Bacısı Güləbətin isə digər bacısı Məlahətin evinə qonaq getmişdir. Saat 16:50 radələrində tək Rəsmiyyə evə gəlmiş və onun otağında olduğunu görüb heç nə demədən, salamlaşmadan Röyanın otağına daxil olmuşdur. O, Rəsmiyyənin olduğu otağa gedib xoş gəldiyini deyib ona öz otağına keçməsini, olduğu otağın gəlinləri Röyanın otağı olduğunu bildirmişdir. Bu sözündən sonra Rəsmiyyə ona polisə şikayət etdiyi üçün evə onu məcburən geri qaytarmağa razılaşdığını, polisdə onu başa saldıqlarını bildirib kobud şəkildə danışmağa başlamışdır. O, Rəsmiyyəyə utanmadan bu yaşda onu polis şöbəsinə get-gələ saldığını irad tutmuşdur. Həmçinin Rəsmiyyəyə onu boşayacağını, ondan prokurorluğa şikayət edəcəyini demişdir. Bundan sonra Rəsmiyyə ölənlərinin ünvanına söyüş söyüb, ünvanına nalayiq ifadələr işlətmiş, lazım olsa yenə də onu polis şöbəsinə çağırtdıracağı ilə hədələmişdir. Həmin vaxtı Rəsmiyyə çarpayıda oturmuşdur. Rəsmiyyənin bu sözlərindən sonra bərk əsəbiləşib qisas alıb onu öldürmək qərarına gəlmişdir. Dərhal gəlininin və nəvələrinin həmin otağa girməmələri üçün otağın qapısının üstündə olan açarla kilidləmişdir. Açar kilidin yuvasında olanda çöl tərəfdən başqa ehtiyat açarla qapını açmaq qeyri-mümkün olduğundan açarı özü qəsdən kilidin üstündən götürməmişdir. Qapını bağlayan kimi belinin sağ tərəfində, şalvarın üstündə olan kəmərin altına keçirib özü ilə gəzdirdiyi bıçağı qəfildən sağ əli ilə çıxararaq Rəsmiyyənin üstünə cumub çarpayıda oturmuş vəziyyətdə bıçaqla düzünə, yəni iti ucunu onun qarnına soxub çıxartmış və zərbənin təsirindən Rəsmiyyə arxası üstə çarpayının üstünə uzanmış, həmin vəziyyətdə onun sol yanağına və döş qəfəsinə bıçağın iti ucu hissəsi ilə dalbadal, fasilə vermədən, onun tez ölməsi üçün 3 zərbə endirmişdir. Ümumilikdə Rəsmiyyəyə 4 dəfə bıçaq zərbəsi vurmuşdur. Bıçağı vurarkən Rəsmiyyə qışqırıb Röyadan kömək istəmişdir. Onun səsinə evdə olan Röya qapının qarşısına gəlib səsləyərək qapını taqqıldatmış, qapını açmağa cəhd etmişdir. Həmçinin azyaşlı nəvələrinin də səsini eşitmişdir. Bıçaqla vurduğu yerlərdən çox miqdarda qan axmağa başlamışdır. Vurduğu bıçaq yaralarından Rəsmiyyənin öləcəyinə əmin olduğu, Röyanın hay-küy salıb qonşuları ora çağıracağı, yaranmış səs-küydən nəvələrinin qorxacaqları üçün zərbələri vurmağı dayandırıb tez də qapının kilidini açaraq otaqdan çıxmışdır. Otaqdan çıxan kimi Röya həmin otağa girmişdir. O, salonun baş tərəfinə gedib masa üstündəki dərman qabının içində olan nəmli salfeti götürüb bıçağın qan olmuş tiyəsini silmiş və bıçağı otaqda olan dəftər vərəqinə büküb gödəkcəsinin cibinə qoymuşdur. Rəsmiyyə özü yeriyə-yeriyə Röya ilə birlikdə otaqdan çıxıb pilləkənlə həyətə düşmüşdür. Rəsmiyyənin xəstəxanaya gedənə kimi qanaxmadan öləcəyini düşünmüş və nəvələrinin, gəlininin yanında Rəsmiyyəni bıçaqla vurmaq istəmədiyi üçün onun dalınca getməyib evin salonunda qalmışdır. Rəsmiyyə həyətdə telefonu ilə zəng edib özü üçün həkim çağırmışdır. Rəsmiyyənin qışqırıq səsinə həyətə heç kim gəlməmişdir. Rəsmiyyə özü qaçaraq küçəyə çıxmışdır. O, öz mobil telefonu ilə zəng edib qardaşları Əlisət və Nəcəfə Rəsmiyyəni öldürmək üçün bıçaqladığını xəbər vermişdir. Bir neçə dəqiqədən sonra qardaşı Əlisət həyətinə gəlmişdir. Gödəkcəsini geyinib həyətə düşmüş və öz mobil telefonu ilə kəndin sahə rəisi, polis mayoru Şahid4 mobil telefonuna zəng edərək arvadı Rəsmiyyəni bıçaqla vurduğunu deyib polisə təslim olmağı üçün gəlib onu aparmasını istəmişdir. Həmin ərəfədə bir ambulans gələrək Rəsmiyyəni xəstəxanaya aparmışdır. Məmmədin qarşısına tərəf gedəndə yolda bacıları Güləbətin, Məlahət və onun əri Talverdi ilə rastlaşmışdır. Onlara da öldürmək üçün Rəsmiyyəyə bıçaqla vurduğunu demişdir. Onlardan ayrılıb gedərkən yolda onu şəxsi avtomobili ilə aparmağa gələn Məmmədlə rastlaşmışdır. Özü Məmmədin avtomobilinə əyləşmiş, Məmməd onu Lənkəran ŞRPŞ-nə aparmış və orada polislərə təslim olaraq, Rəsmiyyəni vurduğu bıçağı könüllü olaraq müstəntiq Aqşin Axundova vermişdir. Polisdə olarkən Rəsmiyyənin xəstəxanaya çatdırıldığını və tibbi yardım göstərildiyi üçün sağ qaldığını eşitmişdir. Etdiyi əməldən peşman olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs vurduğu bıçağı nə vaxt, harada, kimdən aldığını xatırlamır. Həmin bıçaq uzun müddət olar ki, ondadır, onu məişətdə, balıq ovuna gedəndə istifadə edir. Uzun müddət əvvəl istifadə edəndə əlini kəsməməsi, istifadəsi rahat olması üçün bıçağın dəstəyinin üzərinə parça materialdan üzlük, onun üstünə isə qırmızı rəngli naqil dolamışdır. O, bıçağın ov bıçağı olduğunu bilmiş, onun soyuq silah olduğunu bilməmişdir. Ov həvəskarı olsa da ovçuluq bileti, tüfəngi olmamış, ovçuluqla məşğul olmaq, silah gəzdirmək üçün heç bir sənədi, icazəsi də yoxdur. Rəsmiyyəni evdən qovandan sonra son vaxtlar həmin bıçağı hər gün üzərində gəzdirmişdir ki, onun qohumlarından kiminləsə mübahisəsi düşəndə özünü qorumaq üçün ondan istifadə etsin.
6. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələri qismən təsdiq etdiyini, latın qrafikası ilə yazıb oxuya bilmədiyini, Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmadığını, etdiyi əməldən peşman olduğunu bildirmiş, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir.
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
9. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı olmuş, uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Sarvan onu əvvəllər dəfələrlə evdən qovmuş, 2024-cü ilin oktyabr ayında da vurub evdən qovmuşdur. Bu səbəbdən atasına məxsus evə getmişdir. Orada da münasibətlər gərgin olduğuna görə 102 xidmətinə zəng edərək polisə şikayət etmişdir. Bu şikayət əsasında Sarvanla birlikdə polis şöbəsinə dəvət olunmuş, lakin sonradan ərinin halına acıdığı üçün şikayətini geri götürmüşdür. Polis şöbəsində olarkən Sarvanın rəis müavininin otağında telefonda hansısa video göstərildiyini və bundan sonra polis əməkdaşının ona müəyyən şeyləri izah edərək başa saldıqlarını bildirmişdir. Polis əməkdaşları Sarvandan yazılı izahat aldıqdan sonra ona evinə qayıtmasını söyləmişlər. Axşam saatlarında o qohumlardan eşitmişdir ki, Sarvan evdə əlində bıçaqla oturub, onun gəlməsini gözləyir. Bu səbəbdən həmin gecə qorxduğundan evə getməmiş, bacısının evində qalmışdır. 21 noyabr 2024-cü il tarixdə günorta saatlarında məcburiyyət qarşısında qalaraq yenidən Sarvanın yaşadığı evə qayıtmışdır. Evə gələndə Sarvanla üzləşmək istəmədiyi üçün birbaşa gəlini Röyanın otağına keçmişdir. Bir qədər sonra Sarvan onun arxasınca otağa daxil olmuş, qapını arxadan kilidləmişdir. Sarvan ona polisə şikayət etməsinin səbəbini soruşmuş, o isə evdən qovulduğuna görə bu addımı atdığını demişdir. Bundan sonra aralarında sözlü mübahisə yaranmış, əvvəlcə əlbəyaxa olmuş, Sarvan onu taxtın üstünə itələyərək arxası üstə uzatmışdır. Sarvan üstünə əyilərək üzərində olan bıçaqla əvvəlcə onun qarın nahiyəsindən, sonra isə döş və üz nahiyələrindən ardıcıl şəkildə bıçaq zərbələri endirmişdir. Rəsmiyyə bıçaq zərbələrindən özünü qorumağa çalışsa da, buna nail ola bilməmişdir. Onun səsinə gəlini Röya qapını açmaq istəsə də, qapı kilidli olduğundan içəri daxil ola bilməmişdir. Zərərçəkmiş çoxlu qan itirdiyini bildirmiş, Sarvan da bundan sonra zərbələrə son qoymuşdur. Sarvan bıçağı cibinə qoyaraq otaqdan çıxmış, Rəsmiyyə isə bir qədər sonra özünü toparlayaraq salona və oradan da həyətə düşmüşdür. Gəlini Röya dərhal təcili tibbi yardıma zəng etmiş, həmçinin onun bədənindən qanaxmanı azaltmaq üçün mələfə ilə sıxma üsulu ilə köməklik göstərmişdir. Zərərçəkmiş şəxs özü də 102 xidmətinə zəng edərək ərinin onu bıçaqladığını bildirmişdir. Hadisə yerinə gələn təcili yardım əməkdaşları onu xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya tələbi yoxdur, onunla barışmışdır. Hadisə zamanı Sarvanın ona qarşı əlavə zorakı hərəkətlər etmədiyini, hadisənin qəfildən baş verdiyini, bıçaqla vurulacağını gözləmədiyini, Sarvanın bu zaman heç bir söz demədiyini, özünün isə bıçaq zərbələri zamanı “nə edirsən, nə edirsən” dediyini bildirmişdir. Sarvanın onu vurduqdan sonra niyə dayandığını və onu niyə öldürmədiyini bilmədiyini, ehtimal ki, qan axdığını görərək qorxduğu üçün hadisəni yarımçıq saxladığını ehtimal etdiyini ifadə etmişdir.
10. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 330 (zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir), 329 (şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin... elan edilməsinə ... həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir) 327-ci maddələrinə əsasən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
11. Belə ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs (izahat - cild İ, iş vərəqə 45-46, zərərçəkmiş qismində ifadəsi-cild İ iş vərəqə 148-151, zərərçəkmiş qismində əlavə ifadəsi-cild İ iş vərəqə 200-204, cild İİ iş vərəqə 37-40) göstərmişdir ki, ...Sarvan qardaşı oğlu Anar Tahirovun xeyir işinə görə 05 oktyabr 2024-cü il tarixdə Lənkərana qayıtmışdır. O, Sarvanla danışmamış, evdə ayrı-ayrı otaqlarda yatmışlar... ...10 oktyabr 2024-cü il tarixdə əri ilə evdə sözlə mübahisə etdiyinə görə onu evdən qovmuşdur. Paltarlarını götürüb Yuxarı Nüvədi kəndində yerləşən mərhum atasına məxsus fərdi yaşayış evinə getmişdir... ...20 noyabr 2024-cü il tarixdə artıq mərhum atasına məxsus fərdi yaşayış evində də istənilmədiyini görüb, oradan da qovulduğu üçün 102 xidmətinə istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə zəng edərək ərinin onu evdən qovduğunu və köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra onun şikayəti əsasında 20 noyabr 2024-cü il tarixdə onu və ərini polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şikayətini geri götürdükdən sonra əri ilə birlikdə evinə qayıtmışdır. Əri ondan polis şöbəsinə şikayət etdiyi üçün qorxaraq onun evə geri dönməyinə etiraz etməmişdir. 21 noyabr 2024-cü il tarixdə saat 17 radələrində evdə gəlininin otağında oturub telefona baxmışdır... ...Saat 17 radələrində əri gəlininin otağına daxil olub qapını kilidləmişdir. Daha sonra əri onu prokurorluğa verəcəyini bildirib, nə səbəbə şikayət etdiyini bildirdikdə, o da onu evdən qovduğu üçün məcbur qalıb şikayət etdiyi cavabını vermiş, Sarvan ona təhqiredici söz dedikdən sonra o da ona qarşı nalayiq ifadə işlətdikdə Sarvan əlləri ilə yaxasından tutub çarpayıya doğru itələmişdir. O yıxılıb yatağa kürəyi üstə uzanmışdır. Sarvan üzərindən çıxardığı bıçaqla onun qarın, döş, üz nahiyələrindən dayanmadan zərbələr endirmişdir. Bıçağı tutmaq istəsə də, Sarvan dayanmadan ona zərbələr endirmişdir. Səsinə gəlini qapıya gələrək qapını açmaq istəsə də, qapı kilidli olduğundan içəri daxil ola bilməmişdir. Gəlini səslənsə də, Sarvan dayanmadan ona zərbələr endirmişdir. Bədənindən çox miqdarda qan axdığı üçün Sarvan zərbələri vurmağı dayandırmışdır. Sarvan bıçağı cibinə qoyub qapını açıb çölə çıxmışdır. Sarvanın onu vurduğu bıçağın dəstəyi qırmızı rəngli iplə bağlanmış vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs əvvəlcə onun qarın nahiyəsindən, daha sonra döş, üz nahiyəsindən zərbələr endirmişdir. Sarvan ondan çoxlu miqdarda qan axdığını gördüyü üçün öləcəyini zənn edib bıçaq zərbələri vurmağı dayandırmışdır. Əri ondan şikayət etdiyi üçün onunla mübahisə edərək onu bıçaqla vurmuşdur. Sarvan otaqdan çıxandan sonra gəlini Röya dərhal otağa girib təcili tibbi yardıma zəng edib, qan axıntısını kəsmək üçün qarın, döş nahiyəsini mələfə ilə sıxmışdır. Bundan sonra saat 17 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 102 xidmətinə zəng edərək ərinin onu bıçaqlaması ilə bağlı məlumat vermişdir. Bundan sonra təcili tibbi yardım avtomobili onu xəstəxanaya aparmışdır.
12. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Zərərçəkmiş şəxs həmin ifadələri özünün verdiyini bildirərək, təsdiq etmişdir. Həmçinin, məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir.
13. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə icraatı zamanı verdiyi ifadəsində göstərdi ki, Rəsmiyyə Sarvanla mübahisə etmiş, ərini təhqir etmişdir. Daha sonra Sarvan onu evdən qovmuşdur, Rəsmiyyə isə polisə şikayət etmişdir. Polislər Sarvanı çağırıb, Rəsmiyyənin yanında onu danlamışlar, polislər Rəsmiyyəyə demişlər ki, qayıt yaşa evdə, sənə nəsə etsə bizə bildir. Məhkəmə iclası zamanı ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Sarvan Rəsmiyyənin ondan polisə şikayət etməsindən, onu təhqir etməsindən əsəbləşdiyi üçün bu hadisəni törətmişdir, hadisədən sonra isə özü könüllü gedib polisə təslim olmuşdur.
14. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 329 (şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin... elan edilməsinə ... həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir) və 327-ci maddələrinə əsasən Şahid2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
15. Belə ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində (cild İ, iş vərəqə 235-238) göstərmişdir ki, 21 noyabr 2024-cü il tarixdə kəndin içərisində olarkən saat 17 radələrində Sarvan onun mobil telefonuna zəng edərək evində arvadı Rəsmiyyəyə bıçaqla xəsarət yetirməsi barədə məlumat verib evə çağırmışdır. Dərhal onun evinə getmiş və ora çatanda Rəsmiyyənin evinin həyətində ayaq üstə dayanıb dəsmalla boynunu tuta-tuta Sarvanın ünvanına deyindiyini görmüşdür. Səsləyib Sarvanı çağırmış, Sarvan pilləkəndən düşüb yanına gəlmiş, həmin vaxtı Rəsmiyyə həyətin sağ tərəfində olmuşdur. Sarvan ona Rəsmiyyə ilə evdə mübahisə etdiklərini, gəlinin otağında Rəsmiyyə onunla kobud danışıb, ona nalayiq sözlər dediyi üçün əsəbiləşərək qapını arxadan bağlayıb öldürmək məqsədi ilə ona bıçaqla bir neçə dəfə vurduğunu bildirmişdir. Sarvan onun yanında kəndin sahə rəisi Məmmədə zəng edərək törətdiyi hadisə barədə məlumat vermişdir. Sarvan evinə çıxıb gödəkcəsini geyinib yanına qayıtmışdır. Bu ərəfədə ambulans gəlmiş və Rəsmiyyə özü gedib ambulansda əyləşib xəstəxanaya getmişdir. Bundan sonra Sarvan özü onunla piyada polislərə tərəf getmişdir. Yolda Məmməd və başqa polislərlə rastlaşmışlar. Sarvan onların maşınına əyləşib getmişdir.
16. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Şahid2 həmin ifadələri özünün verdiyini bildirərək, təsdiq etmişdir.
17. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində çalışır, Lənkəran rayonunun Şütrük, Türkəkəran, Moğonojoba, Tütəpeştə, Səpnəkəran və digər kəndlərdə xidmət aparır. Rəsmiyyə şöbəyə gəlib ərizə ilə müraciət edərək, həyat yoldaşının onu evdən qovduğunu və evə buraxmadığını bildirmişdir. Şöbə rəisinin müavinin otağında onların hər ikisini qəbul edərək, ərizələrini alıb, profilaktik söhbət aparmışlar. İzah etdikdən sonra onlar getdilər. Səhəri gün o hadisə barədə növbətçi hissədən eşitmiş, həmçinin Sarvan da ona zəng edərək, Rəsmiyyəni onun valideyinlərini təhqir etdiyi üçün vurduğunu bildirmişdir. O, isə Sarvana küçəyə çıxıb gözləməsini bildirmiş, daha sonra onların yaşadığı evə tərəf gəlib, Sarvanla birlikdə avtomobilə əyləşib rayon polis şöbəsinə getmişlər. Proses iştirakçılarının sualına cavab olaraq şahid bildirmişdir ki, şöbə rəisinin müavini İltifat müəllim Sarvanla profilaktik söhbət aparmış və ona izah etmişdir ki, həyat yoldaşının həmin evdə yaşamaq hüququ olduğundan onu özbaşına qovmaq olmaz, məhkəməyə müraciət etməlidir. Şöbədə olarkən Sarvanın döyülməsi və ya ona sillə vurulması halı olmamışdır, belə hallar yolverilməzdir. Həmçinin şahid suallara cavab olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs özbaşınalığı və ya əxlaqsızlığı ilə bağlı ona hər hansı məlumat daxil olmamışdır. Şahid həmçinin qeyd etmişdir ki, hadisədən bir ay öncə də Zərərçəkmiş şəxs tərəfindən 102 qaynar xəttinə şikayət daxil olmuş, əməliyyat qrupu getmişdir. Sonradan Zərərçəkmiş şəxs şikayətinin olmadığını bildirib şikayətindən imtina etmişdir. Həmin ailənin münaqişəli ailə kimi qeydiyyata alındığını və profilaktik söhbətlər aparıldığını bildirmişdir.
18. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən günü, yəni 21 noyabr 2024-cü il tarixdə saat təxminən 18 radələrində həyat yoldaşı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə qonaq getmişlər. Sarvangilin evinə yaxınlaşanda küçədə Sarvanla rastlaşmış, Sarvan ona hadisənin olması barədə bildirmişdir. Onlar Sarvanın evinə getsələr də artıq Rəsmiyyəni xəstəxanaya aparmışdılar. O, bildirmişdir ki, Tahiorv Sarvan uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır, arabir Azərbaycan Respublikasına gəlir, Rəsmiyyə ilə Sarvanın arasında tez-tez münaqişə və mübahisələr olmuşdur. Həmçinin, qeyd etmişdir ki, Rəsmiyyənin hər hansı əxlaqsız hərəkətlər etməsi barədə o heçnə eşitməmişdir.
19. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 10 oktyabr 2024-cü il tarixdə qayınanası Rəsmiyyə ilə qayınatası Sarvan evdə bir-biri ilə sözlə mübahisə etmiş, onların nəyə görə mübahisə etdiklərini bilməmiş, Sarvan həmin gün Rəsmiyyəni evdən qovmuşdur. Rəsmiyyə qardaşının ailəsi ilə yola getmədiyinə görə evinə qayıtmaq istəmişdir. Daha sonra polisə şikayət etmişdir. 21 noyabr 2024-cü ildə saat 16 radələrində Rəsmiyyə evlərinə gəlmişdir. Həmin vaxt Qayınatası Sarvan televizorun qarşısında oturmuşdur, qayınanası Rəsmiyyə otağa girmiş, Sarvan da onun ardıyca getmişdir. Sonra otağın içindən onların səsi yüksəlmiş, mübahisə etməyə başlamışlar, o qayınanasının qışqırdığını eşitmiş, otağın qapısını açmaq istəsə də bağlı olmuşdur, otağa girdikdən təxminən 1-2 dəqiqə sonra qayınatası Sarvan otağdan çıxaraq həyətə düşmüşdür. O, Sarvanın Rəsmiyyəyə bıçaqla xəsarətlər yetirdiyini görmüş, sonra təcili tibbi yardıma zəng vurmuşdur. O, bildirmişdir ki, qayınatası ilə qayınanası arasında əvvəllər də mübahisələr olmuşdur, lakin ilk dəfə idi ki, belə şiddətli dava olurdu.
20. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməklə sübut növləri kimi qəbul edir.
Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
21. «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 22 noyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaqının aparılması üçün icraata qəbul edilmişdir. (Cild 1, i.v.1).
22. 21 noyabr 2024-cü il tarixli, ********** №-li məlumatdan görünür ki, özünü təqdim etməyən Lənkəran rayonunun Türkəkəran kəndinin xanım sakini ***-***-**-** nömrəli telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək əri tərəfindən 3 yerindən bıçaqlanması barədə məlumat vermişdir. (Cild 1, i.v.4).
23. 21 noyabr 2024-cü il tarixli məlumatdan görünür ki, Lənkəran RMX-nin həkimi Fərəczadə telefonla məlumat verərək Lənkəran rayonunun Türkəkəran kəndinin sakini, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarnın və sifətin sol payının kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya daxil olmasını bildirmişdir. Deməsinə görə əri tərəfindən bıçaqlanıb. (Cild 1, i.v.5).
24. 21 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixdə, saat 18:00 radələrində Lənkəran ŞRPŞ-nin istintaq bölməsinə könüllü şəkildə gələrək özünü təqdim etmiş, 21 noyabr 2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs yaşadığı evdə bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. (Cild 1, i.v.6)
25. «Şübhəli şəxsin tutulması haqqında» 21 noyabr 2024-cü il tarixli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. (Cild 1, i.v. 12).
26. «Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması barədə» 21 noyabr 2024-cü tarixli, 1/3281 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində Lənkəran Rayon Vəkil Bürosunun vəkili X7 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 13)
27. «Götürmə aparılması haqqında» 21 noyabr 2024-cü il tarixli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək baxış keçirilmişdir. (Cild 1, i.v. 14).
28. «Təqdim edilən əşyaya baxış keçirilməsi haqqında» 21 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis mayoru X1 olaraq polisə gəlmiş Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi, qatlanmayan, dəstəyinə kustar üsulla naqil dolanmış bir ədəd bıçağı baxış keçirməklə müvafiq qaydada götürmüşdür. (Cild 1, i.v. 16-17).
29. «Müdafiəçinin təqdim edilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (Cild 1, i.v. 21-28).
30. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan və fotcədvəllərdən görünür ki, baxış keçirilən ev bir mərtəbəli olmaqla giriş hissədə pilləkən vardır. Pilləkəni qalxdıqdan sonra sağda sanitar qovşaq, solda mətbəx yerləşir. Ev mişar daşı və kərpicdən hörülmüş üzəri şiferlə örtülmüşdür. Evin pəncərələri plastik materialdandır. Pilləkəni qalxdıqdan sonra koridorda zal yerləşir. Sağ tərəfdə Təqsirləndirilən şəxs məxsus çarpayı qoyulmuşdur. Girişlə üzbəüz Şahid1 aid yataq otağı, həmin otağın sol tərəfində Zərərçəkmiş şəxs aid yataq otağı, girişdən sol tərəfdə Güləbətin Tahirovaya məxsus yataq otağı yerləşir. Hadisə yerini təqdim edən Şahid1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus yataq otağında uşaqları ilə birlikdə olarkən qayınanasının qışqırıq səsini eşitmiş, koridora çıxan zaman ona məxsus yataq otağının qapısının bağlı olduğunu görüb qapını döymüş, lakin qayınatası Təqsirləndirilən şəxs qapını açmamışdır. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs qapını açıb əlində olan bıçağı salfetlə silib cibinə qoymuş, Zərərçəkmiş şəxs onun arxasınca çıxaraq həyətə düşmüşdür. Zərərçəkmiş şəxs üzəri, sifəti və paltarları qan içində olmuşdur. Otağa gələn zaman yerdə və çarpayının üzərində qanabənzər ləkələr olduğunu görmüşdür. Nə baş verdiyini Təqsirləndirilən şəxs soruşduqda Sarvan Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bildirmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş, protokola əlavə edilmişdir. Baxış süni işıqlandırma şəraitində həyata keçirilmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet götürülməmişdir. Baxış keçirilən zaman iştirakçılar tərəfindən hər hansı etiraz və vəsatət daxil olmamışdır. (Cild 1, i.v.36-40).
31. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onu xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində Tükəkəran kəndində yaşadığı evdə bıçaqla 4-5 dəfə vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ona xəsarət yetirmiş Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. (Cild 1, i.v.44).
32. «Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi videoçəkiliş aparılmaqla yerində yoxlanılmış, o, hadisə yerində şəraiti, orada olan əşyaları tam dəqiqliklə göstərməklə arvadı Zərərçəkmiş şəxs öldürmək üçün onu bıçaqla vurduğunu bildirmişdir. (Cild 1, i.v.55-57).
33. «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən istintaqa təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 18-1-58/3-4556/2024 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X35 Təcili yardım şöbəsinə «S31Qarının, beldən aşağı hissənin daxilə nüfuz etmiş açıq yarası, çanağın açıq yarası, başın açıq yarası» daqnozu ilə müraciət etmiş və ona tibbi yardım göstərilmişdir. (Cild 1, i.v.58).
34. «Məhkəmə-tibb ekspertizası»nın 22 noyabr 2024-cü il tarixli, 1074 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət və xəsarət izi aşkar edilməmişdir. (Cild 1, i.v.59-60).
35. «Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Aqşin Axundov tərəfindən 23 noyabr 2024-cü ildə qəbul edilmiş qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən, həmin Məcəllənin 126.2.3-cü maddəsinə tövsif edilmiş və qeyd olunan tarixdə Azərbaycan Respublikası CMnin 126.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. (Cild 1, i.v.61-62).
36. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 23 noyabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. (Cild 1, i.v.64-65).
37. Lənkəran Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, № 4(049)-179/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, «Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, əməlindən peşmandır, vəsatətin təmin edilməsinə etirazı yoxdur.» (Cild 1, i.v. 89-93).
38. «Cinayət əməlinin tövsif edilməsi və cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında» Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Aqşin Axundov tərəfindən 25 noyabr 2024-cü ildə qəbul edilmiş qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə tövsif edilmiş, cinayət işi ibtidai istintaqının davam etdirilməsi üçün müstəntiq tərəfindən istintaq aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərilmişdir. (Cild 1, i.v.94-95).
39. «Cinayət işinin icraata qəbul edilməsi haqqında» 26 noyabr 2024-cü il tarixli, 1209 saylı qərarla müəyyən edilir ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ibtidai istintaqının aparılması üçün Lənkəran rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X8 icraatına qəbul edilmişdir. (Cild 1, i.v.97-98).
40. Lənkəran RMX-nin cərrahiyyə şöbəsinin baş tibb bacısı X9 xx.xx.2024-cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs üzərində olmuş paltarlar istintaqa təhvil verilmişdir. (Cild 1, i.v.101).
41. «Şəxsin dəvəti (icazəsi) ilə götürmə aparılması haqqında» 26 noyabr 2024-cü il tarixli, 1210 saylı qərarla müəyyən edilir ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli qısaqol köynək və qara rəngli qısaqol gödəkcə götürülmüşdür. X4 elan edilmişdir. (Cild 1, i.v.102-103).
42. «Təqdim edilən paltarlara baxış keçirilməsi və götürülməsi haqqında» 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus hadisə zamanı əynində olmuş, üzərində qanabənzər ləkələr və kəsilmiş zədə olan kofta və gödəkcə müvafiq qaydada müalicə olunduğu «Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X35 Cərrahiyyə Şöbəsindən götürülmüşdür. (Cild 1, i.v.104-106).
43. «Şəxsin dəvəti (icazəsi) ilə götürmə aparılması haqqında» 27 noyabr 2024-cü il tarixli, 1211 saylı qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş köynək və şalvar qablaşdırılaraq götürülmüşdür. Qərar Təqsirləndirilən şəxs elan edilmişdir. (Cild 1, i.v.108-109).
44. «Təqdim edilən paltarlara baxış keçirilməsi və götürülməsi haqqında» 27 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X21 Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd şalvar və bir ədəd köynəyə baxış keçirilərək müvafiq qaydada götürülmüşdür. (Cild 1, i.v.110-111).
45. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 27 noyabr 2024cü il tarixli qərarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, i.v.117-118).
46. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Şürük Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli, №10 nömrəli xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir, bir övladı var. Uzun müddət ölkə xaricində yaşamışdır. Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə kənddə yaşadığı müddətdə barəsində yazılı və ya şifahi ərizə daxil olmamışdır. (Cild 1. i.v. 140)
47. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Şürük Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli, №587 nömrəli arayışla müəyyən olunur ki, Zərərçəkmiş şəxs həqiqətən də Lənkəran rayonunun Türkəkəran kəndində yaşayır. Ailə tərkibi yoldaşı Təqsirləndirilən şəxs (xx.xx.1973-cü il təvəllüdlü) və oğlu X10 (xx.xx.2000-ci il təvəllüdlü) ibarətdir. (Cild 1, i.v. 141).
48. «Zərərçəkmiş şəxs qismində tanımaq haqqında» 02 dekabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, i.v. 143-144).
49. 29.11.2024-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş və notariusda təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir iddiası və tələbi yoxdur. (Cild 1, i.v. 152).
50. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Şürük Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli, №43 nömrəli arayışla müəyyən olunur ki, təqsirləndirilən şəxs Tahirov X12 rayonunun Türkəkəran kəndində yaşamış, ailə üzvləri arvadı Zərərçəkmiş şəxs (xx.xx.1965), oölu X10 (xx.xx.2000), bacısı X2 (xx.xx.1972), gəlini Şahid1 (xx.xx.2001), nəvəsi X3 (xx.xx.2019) və digər nəvəsi X11 (xx.xx.2021) ibarətdir. (Cild 1, i.v. 199).
51. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsi tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli, №19/511201 nömrəli cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs «Respublika Narkoloji Mərkəzi» X35də narkoloji qeydiyyatda yoxdurlar. (Cild 1, i.v. 249).
52. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər narkoloji xəstəxanası tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli, №165 nömrəli cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Lənkəran şəhər narkoloji xəstəxanasına müraciət etməmişlər və orada qeydiyyatda durmurlar. (Cild 2, i.v. 1).
53. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər psixiatriya xəstəxanası tərəfindən verilmiş 01 fevral 2025-ci il tarixli, №162 nömrəli cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Lənkəran şəhər psixiatriya xəstəxanasında qeydiyyatda deyillər. (Cild 2, i.v. 9).
54. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsi tərəfindən verilmiş 08 fevral 2025-ci il tarixli, 3-28-29-3-28/2-1394/2025 nömrəli cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxiv məlumatına görə «Respublika Narkoloji Mərkəzi»ndə müalicə olunmayıblar. (Cild 2, i.v. 10).
55. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli, 3-13-96/2-3663/2025 nömrəli məktubdan və tədqiq edilən digər sənədlərdən müəyyən olunur ki, sözügedən ailə münaqişəli ailə olmuş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ibarət olan ailə ətrafında profilaktik tədbirlər aparılmışdır. (Cild 2, i.v. 12-30).
56. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Xidməti tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli, 3-14-21/2-097/2025 nömrəli cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ov etmə hüququnu təsdiq edən sənəd (ovçuluq bileti) verilməmişdir. (Cild 2, i.v. 31).
57. «Məhkəmə-ballistik-trasoloji ekspertizası»nın xx.xx.2025-ci il tarixli 3\1945 və 3\1955 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində sonradan təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir.Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus geyim əşyaları” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş gödəkcənin və köynəyin səthində rəyin tədqiqi hissəsində sayı göstərilməklə təsvir edilən zədələr vardır. Rəyin tədqiqi hissəsi: Təqdim edilmiş gödəkcənin vizual və lupa vasitəsilə tədqiqi zamanı üzərində aşağıdakı zədələr aşkar edildi: Gödəkcənin ön sol yaxalıq hissəsində, çiyin tikişindən 130 mm aşağı nisbətən sağda, yaxalığın son kənarından 40 mm solda bir ədəd 25 mm uzunluqda zədə vardır. Gödəkcənin arxa sol hissəsində ətəyin son kənarından 380 mm yuxarıda, sol yan tikişdən 70 mm sağda bir ədəd 26 mm uzunluqda zədə vardır. Təqdim edilmiş köynəyin vizual və lupa vasitəsilə tədqiqi zamanı üzərində aşağıdakı zədələr aşkar edildi: Köynəyin ön nisbətən sağ hissəsində yaxalıq tikişindən 45 mm aşağıda bir ədəd 15 mm uzunluqda zədə vardır. Köynəyin ön sol yuxarı hissəsində çiyin tikişindən 85 mm aşağııda, yaxalıq tikişindən 10 mm solda bir ədəd 16 mm uzunluqda zədə vardır. Köynəyin arxa sol hissəsində ətəyin son kənarından 250 mm yuxarıda, sol yan tikişdən 110 mm sağda bir ədəd 40 mm uzunluqda zədə vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş gödəkçənin və köynəyin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Geyim əşyalarının material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından onların səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. (Cild 2, i.v. 42-45).
58. «Materialların məhkəmə ekspertizası»nın xx.xx.2024-ci il tarixli 3\-16-16\2-6\5375 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın tiyə hissəsi ilə dəstək hissəsinin birləşdiyi daxili hissədən aşkar olunmuş qara rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. (Cild 2, i.v. 48-52).
59. «Məhkəmə-tibb ekspertizası»nın xx.xx.2025-ci il tarixli, 53 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - qarın boşluğuna nüfuz edən, hemoperitenium, daxili və xarici qanaxma ilə müşaiyət olunan 1 ədəd kəsilmiş-deşilmiş yara, sol yanaq, döş qəfəsi nahiyələrində 3 ədəd kəsilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, ekspertizaya təqdim edilmiş bıçaqla xəsarətlərin aşkar olunan nahiyələrinə vurma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2024-cü ilə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə qarın boşluğuna nüfuz edən, hemoperitenium, daxili və xarici qanaxma ilə müşaiət olunan 1 ədəd kəsilmiş-deşilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (Cild 2, i.v. 53-56).
60. «Məhkəmə-tibbi-bioloji ekspertizası»nın xx.xx.2025-ci il tarixli 35/2025 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Abeta/İİ/. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus köynək, Zərərçəkmiş şəxs məxsus gödəkcə və kofta üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «A» antigeni, Zərərçəkmiş şəxs məxsus gödəkcə üzərindəki ləkələrdə həmçinin beta aqqlyııtinini alındı. Bu qan ləkələri Abeta(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. (Cild 2, i.v. 65-69).
61. «Kompleks ambulator məhkəmə-psixiatrik-psixoloji ekspertizası»nın xx.xx.2025ci il tarixli, 215 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Kinlilik, inadkarlıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 2, i.v. 70-73).
62. «Əşyanın maddi sübut hesab edilməsi haqqında» xx.xx.2025-ci il tarixli, 032 nömrəli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman istifadə etdiyi üzərində qan ləkəsi olan, soyuq silah hesab edilən 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus üzərində qan ləkəsi və zədə olan kofta və gödəkcə, Təqsirləndirilən şəxs məxsus üzərində lif olan şalvar və üzərində lif və qan olan köynək maddi sübut qismində tanınmışdır. Bütün maddi sübutlar Lənkəran rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılırlar. (Cild 2, i.v. 74-75).
63. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 12 fevral 2025-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkum olunmamışlar. (Cild 2, i.v. 78-80).
64. Lənkəran Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC mobil telefon operatorundan götürülüb cinayət işinin materiallarına əlavə edilmiş elektron daşıyıcıdakı məlumatların təhlilinə dair 2025-ci il 18 fevral tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrə arasında danışıq aparılmamış, nömrələr arasında mesajlaşma olmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs hadisədən sonra, yəni xx.xx.2024-cü ildə saat 16:59-da **********22 (X20), saat 17:00-da **********38 (Şahid2), saat 17:19-da **********11 (X16), saat 17:28-də ********** (polis mayoru Şahid4) nömrəsinə zəng edərək danışmışdır. Zərərçəkən Zərərçəkmiş şəxs hadisədən sonra, yəni xx.xx.2024-cü ildə saat 16:57-də 103 və saat 17:03-də 102 xidmətlərinə zəng edərək danışmışdır. (Cild 2, i.v. 81-82).
65. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2025-ci il tarixli, 033 nömrəli qərarın nəticə hissəsinin 1 və 2-ci bəndlərindən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.1 və 228.4-cü maddələrinə tövsif edilmişdir. (Cild 2, i.v. 102).
66. «Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla yenidən ittiham elan edilməsi haqqında» xx.xx.2025-ci il tarixli, 042 nömrəli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmiş və ona əlavələr edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə yenidən ittiham elan edilməsi qərara alınmışdır. (Cild 2, i.v. 110-111).
67. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
68. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
69. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
70. «Orlov Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cımaddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir.
71. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
73. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
74. CPM-in 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
75. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
76. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
77. Məhkəmə tərkibi məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur.
78. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.
79. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
80. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
81. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə CM-in 228.4-cü maddəsi ilə təqsirli bilmiş, CM-nin 29,120.1-ci maddəsinə münasibətdə isə ibtidai istintaqın ilkin mərhələsində Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə ona bıçaqla ardıcıl zərbələr vurduğunu bildirsə də, ibtidai istintaqın sonrakı mərhələlərində və məhkəmə istintaqı zamanı o, bu ifadələri təkzib etmiş, latın qrafikasını bilmədiyini, həmin ifadələrin məzmununu bilmədən imzaladığını və Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə deyil, ondan polisə şikayət etdiyi üçün, eləcə də onu təhqir etdiyinə görə hiddətlənib cəzalandırmaq məqsədi ilə ona bıçaqla xəsarətlər yetirdiyini bildirmişdir.
82. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir.
83. Əvvəla, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri təsdiq etmir, lakin qeyd edilməlidir ki, o, tutulduqdan sonra polislər əməkdaşları tərəfindən hər hansı işgəncəyə, təzyiq və ya təsirə məruz qaldığını deməmiş, ifadələri təzyiq altında verməsi barədə heç nə bildirməmişdir. Həmçinin, ibtidai istintaq materiallarından da müəyyən olunur ki, o, polis əməkdaşlarının ona qarşı hər hansı qanunsuz hərəkətindən şikayət etməmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etməməsinə gətirdiyi yeganə arqument onun latın qrafikası ilə yazıb-oxuya bilməməsi və həmin ifadələri guya oxumadan imzalamasıdır.
84. Məhkəmə təqsirləndirilən şəxsin yuxarıda gətirdiyi dəlilə münasibətdə qeyd edir ki, 21 noyabr 2024-cü il tarixdə, hadisə baş verdikdən sonra təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-yə saat 8:00-da könüllü olaraq gəlib təslim olmuş (protokol, 1-ci cild səhifə 6) və bundan sonra onun izahatı alınmış (izahat, 1-ci cild səhifə 9-11), həmin gün saat 21:00-da isə şübhəli şəxs qismində tutulmuşdur (protokol, 1-ci cild səhifə 13). Hadisədən çox qısa müddət sonra, yəni 21 noyabr 2024-cü il tarixdə, saat 18:00-dan 21:00-a qədər olan müddət ərzində verdiyi izahatının sonunda Təqsirləndirilən şəxs kiril qrafikalı Azərbaycan əlifbası ilə aşağıdakı sözləri qeyd etmişdir: “İzahatıma başqa əlavəm yoxdur. Sözlərim əsasında düzgün yazılıb, mənim üzümə ucadan oxundu, etdiyim əməldən peşman deyiləm, izahatımı imzamla təsdiq edirəm. İmza: (imzalanmışdır) Təqsirləndirilən şəxs” (izahat, 1-ci cild səhifə 9-11). Daha sonra, şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə ona təyin olunmuş müdafiəçinin iştirakı ilə ifadə vermiş, həmin ifadəsinin sonunda Təqsirləndirilən şəxs kiril qrafikalı Azərbaycan əlifbası ilə yazaraq ifadənin düzgünlüyünü təsdiq etmiş, özü və müdafiəçisi tərəfindən imzalanmışdır. Göstərilən xüsusatlar nəzərə alınaraq, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı gətirdiyi hazırki arqumenti, yəni ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini təsdiq etməməsi, latın qrafikasını bilməməsi, izahat və ifadələri guya oxumadan imzalamasını, məzmunu ilə tanış olmamasına dair qeyd etdiklərinə münasibətdə məhkəmə bu dəlilə təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir, bu səbəbdən həmin arqument əsassız hesab edilməlidir. Çünki, təqsirləndirilən şəxs kiril qrafikalı Azərbaycan əlifbası ilə izahatının onun üzünə ucadan oxunduğunu qeyd edərək təsdiq etmişdir. Həmçinin, şübhəli şəxs qismində verdiyi ifadəsini müdafiəçisi ilə birlikdə imzalayaraq təsdiq etmişdir. Beləliklə, təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən izahat və ifadələri cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur.
85. Avropa İnsan Hüquqları Məhkəməsinin “X17rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ilkin izahatını, şübhəli şəxs qismində sərbəst ifadəsini, eləcə də ifadələri müdafiəçisinin iştirakı ilə verməsini, ifadənin sonunda həm özü, həm də müdafiəçisi tərəfindən imza edilərək, oxuyub təsdiq etdiyini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir.
86. Təqsirləndirilən şəxsin və onun müdafiəçisininin, ümumilikdə müdafiə tərəfinin özünümüdafiə üçün gətirdiyi ən vacib dəlil Təqsirləndirilən şəxs özünü CM-in 29,120.1-ci maddəsi ilə təqsirli bilməməsi, Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə deyil, məhz cəzalandırmaq məqsədi ilə ona bıçaqla xəsarətlər yetirməsinə dair verdiyi ifadələrinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hadisəni törətdikdən qısa müddət sonra polis şöbəsində verdiyi izahatında özü qeyd edir ki: “Rəsmiyyə mənim və ölənlərimin, qardaşlarımın, gəlinimin ünvanına hər dəfə nalayiq ifadələr işlədirdi. Hadisədən qabaq da məni söydüyü üçün onu vurdum. Bundan başqa bildirirəm ki, mən Rəsmiyyənin hərəkətlərindən artıq bezdiyim üçün, yəni kənddə məni rüsvay etdiyi üçün, ayrı-ayrı şəxslərlə münasibətdə olduğunu eşitdiyim üçün mən onu öldürmək istəyirdim. Bıçaqla vurduqdan sonra öləcəyini düşündüm və buna görə başqa zərbə endirmədim. Bundan başqa hadisə zamanı mən otağın qapısını bağlamışdım, Rəsmiyyəni vurmağımı ailə üzvlərim, yəni az yaşlı uşaqlar görmədi. Etdiyim əməldən peşman deyiləm... ... Bəli mənim onu təkrar vurmaq üçün şəraitim var idi. Lakin onun çoxlu qan itirdiyini görüb düşündüm ki, ölər. Həmçinin həmin vaxtı gəlinim Röya qapını açmağımızı istəyirdi. Buna görə mən qapını açıb otaqdan çıxdım... ... Mən Rusiya Federasiyasında olarkən telefonda məni söyəndən sonra onu öldürmək niyyətim var idi, onu vurduğum gün artıq həddini aşdığı üçün onu konkret olaraq öldürmək niyyətim yarandı”. İfadələrdən də məlum olduğu kimi, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mütəmadi olaraq mübahisələr baş vermiş, hadisədən təxminən 40 gün öncə, 2024-cü ilin oktyabr ayında onu vurub, evdən qovmuş, onlar arasında münasibətlər gərgin səviyyədə olmuşdur, hadisədən 1 gün öncə, yəni 20 noyabr 2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs ondan polisə şikayət etməsi səbəbindən onda niyyət formalaşmışdır. Təqsirləndirilən şəxs bundan sonrakı hərəkətlərini analiz etdikdə müəyyən olunur ki, o, Rəsmiyyənin bu əməl və hərəkətlərindən qəzəblənib şəxsi münasibətlər zəminində qisas alıb onu qəsdən öldürmək qərarına gələrək, 21 noyabr 2024-cü il tarixdə hələ Zərərçəkmiş şəxs evə gəlməzdən öncə özünə məxsus soyuq silah hesab edilən ov bıçağını belinin sağ tərəfində, şalvarın üstündə olan kəmərin altına keçirərək üzərində saxlayıb gizlətmiş, Zərərçəkmiş şəxs otağa daxil olduqdan sonra dərhal onun arxasıyca gedib otağa daxil olmuş, evdə olan gəlini və azyaşlı nəvələrinin otağa girməmələri, yəni öz planını həyata keçirərkən ona heç kimin mane olmaması məqsədi ilə otağın qapısını açarla arxadan kilidləmiş, Zərərçəkmiş şəxs üstünə cumub, arxası üstə çarpayıya uzadaraq qəsdən öldürmək niyyəti ilə ardıcıl, fasilə vermədən qəsdən sağ əlində tutduğu həmin bıçaqla sonuncunun həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi nahiyələrə ardıcıl 4 zərbə vuraraq, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarın boşluğuna nüfuz edən, hemoperitinium, daxili və xarici qanaxma ilə müşayiət olunan 1 ədəd kəsilmişdeşilmiş yara, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol yanaq, döş qəfəsi nahiyələrində 3 ədəd kəsilmiş yaraları kimi bədən xəsarətləri yetirmiş, lakin həmin zaman səs-küyə evdə olan gəlini Şahid1 otağın qarşısına gəlib onları səslədiyi, qapını açmağa cəhd etdiyi, azyaşlı nəvələrinin evdə olmaları, eləcə də Zərərçəkmiş şəxs çox miqdarda qan axdığını gördüyündən onun öləcəyinə əmin olub növbəti zərbələri vurmağı dayandırmışdır. Bundan sonra, o, zərərçəkmişə hər hansı kömək göstərməmiş, təcili tibbi yardım çağırmamışdır. Evdə olan Şahid1 çağırışına əsasən təcili tibbi yardım briqadası gələrək, Zərərçəkmiş şəxs “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X32 hospitalizasiya etmiş, orada göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyi üçün, öz iradəsindən asılı olmayan səbəblərə görə təqsirləndirilən şəxs əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, həmçinin cinayət işi materiallarına əsasən təsvir edilən hadisənin ümumi mənzərəsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir.
87. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli plenum qərarının 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir.
88. Həmin plenum qərarının 3-cü bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın qəsdi zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CMin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.
89. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda şərh edilən Plenum qərarını və qanunvericilikdə formalaşmış hüquqi mövqeyi nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 29,120.1-ci maddəsi ilə elan edilmiş ittiham əsaslıdır, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam təsdiq edilir.
90. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs elan edilmiş ittihamın CM-in 228.4-cü (köhnə redaksiyada) maddəsinə dair hissəsinə münasibətdə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 228.4-cü (köhnə redaksiyada) maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, hazırki cinayət hadisəsi 21 noyabr 2024-cü il tarixdə baş vermiş, ittiham aktı isə 27 fevral 2025-ci il tarixdə təsdiq edilmiş, CM-in 228.4cü maddəsi ilə ittiham elan edilmişdir. Sonradan, xx.xx.2025-ci il tarixdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə CM-in 228-ci maddəsi yeni redaksiyada verilmişdir. Təqsirləndirilən şəxsə ittiham elan edilmiş CM-in 228.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayət əməlləri, yeni redaksiyada CM-in 228.5-ci maddəsi kimi qeyd edilmiş, həmin əməllərə görə nəzərdə tutulan sanksiyalarda hər hansı dəyişiklik edilməmişdir.
91. CM-in 10.1-ci maddəsində göstərilmişdir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. xx.xx.2025-ci il tarixədək qüvvədə olan CM-in 228.4-cü maddəsinin dispozisiyasına əsasən qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna edildikdə cinayət əməli kimi qiymətləndirilir və bu əməli törətməkdə təqsirli bilinən şəxs üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
92. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, CM-in 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur.
93. Həmçinin, qeyd edilməlidir ki, təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 228.4-cü maddəsi (köhnə redaksiyada) hissəsində özünü təqsirli bilmişdir.
94. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-in 228.4-cü maddəsi ilə (köhnə redaksiyada) düzgün tövsif edilmişdir.
95. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
96. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
97. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır.
98. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.
99. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
100. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur.
101. CM-in 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş şəxs icraçı sayılır.
102. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayətprosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutur, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.
103. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.1-ci və 228.4-cü (köhnə redaksiyada) maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı zamanı özünün verdiyi qismən etirafedici ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikəri ifadələri, “götürmə aparılması haqqında”, “təqdim edilən əşyaya baxış keçirilməsi haqqında”, “hadisə yerinə baxış keçirilməsi haqqında”, “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokollar, məhkəmə-tibbi ekspertizasının, maddi sübutların məhkəmə tibbi bioloji tədqiqinə dair ekspertiza rəyi, canlı şəxsin ekspertizasına dair məhkəmə tibbi ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış əşyalar, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətməsi isə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyi ilə tam sübut edilir.
104. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası CM-in 29, 120.1 və 228.4-cü (köhnə redaksiyada) maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, bu əməllər cinayətlərin təsnifatına görə xüsusilə ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyalarına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 29,120.1 və 228.4-cü (köhnə redaksiyada) maddələri ilə təqsirli bilinməlidir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
105. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası CM-in, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.
106. Azərbaycan Respublikası CM-in 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”.
107. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.
108. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
109. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza «talion» prinsipinə (İus talionis), yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir.
110. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır.
111. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun.
112. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
113. Məhkumluq haqqında arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.
114. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Şürük Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli, №10 nömrəli xasiyyətnaməyə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.
115. İbtidai istintaq orqanı tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasının yüngülləşdirici hal kimi nəzərə alınmaması qərara alınmış və Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş ittiham aktında bu hal yüngülləşdirici hallar siyahısında qeyd edilməmişdir. Lakin, məhkəmə istintaqı zamanı çıxış edən dövlət ittihamçısı şəxsin könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
116. Məhkəmə təqsirləndirilən şəxsin polis şöbəsinə gəlib təqsirini boynuna alması barədə hərəkətlərinə münasibət bildirməyi də zəruri hesab edir.
117. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Qeyd olunmalıdır ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Həmçinin yuxarıda qeyd edilən qərarda qeyd edilmişdir ki, açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərərçəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır) şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir.
118. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4cü bəndində göstərilmişdir ki, “...CM-in 59.1.9-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar.
119. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında qeyd edilən mövqeləri hazırki halla müqayisə edən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs açıq-aşkar cinayət törətdikdən sonra öz təşəbbüsü ilə, ona hər hansı bir təsir (psixi və ya fiziki) olmadan könüllü olaraq Lənkəran ŞRPŞ-yə getmək üçün sahə rəisinə zəng vurmuş və törətdiyi cinayət əməlini etiraf etmiş, sahə rəisinin göstərişinə əsasən küçəyə çıxaraq onu gözləmiş və onunla birlikdə avtomobilə əyləşərək polis şöbəsinə getmiş, törətdiyi əməli etiraf edərək, özünü təqsirli bilmişdir. Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-yə getməzdən öncə qardaşları ilə danışması, habelə zərərçəkmiş şəxs tərəfindən DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edilib cinayət və onu törətmiş şəxs barəsində məlumat verməsi qeyd olunan nəticəyə gəlməyə maneə deyildir.
120. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 46-cı bəndinə əsasən məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər.
121. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını CM-in 59.1.10-cu maddəsinə, onun zərərçəkmiş şəxslə barışmasını isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır.
122. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
123. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır.
124. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
125. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır.
126. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı).
127. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir.
128. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə, 228.4-cü maddəsinin (köhnə redaksiyada) sanksiyasında isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
129. Törədilmiş cinayətin xüsusilə ağır cinayətin törədilməsinə cəhd olmasını, eləcə də həmin cinayətin zorakı cinayət növünə aid olmasını, təqsirləndirilən şəxsin əməlində CM-in iki müxtəlif maddəsinin tərkib əlamətlərinin olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar.
130. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 29,120.1 və 228.4-cü (köhnə redaksiyada) maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsaslar yoxdur.
131. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə CM-in 29,120.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən CM-in 60.1 və 63.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır.
132. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
133. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
134. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli plenum qərarına əsasən, başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir.
135. Göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməyə cəhd etdiyindən ona başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox, yəni (((14x12)/4)x3=126 ay) 10 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çox müddətə cəza təyin edilə bilməz.
136. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alma halı nəzərə alındıqda isə sonuncuya təqsirləndirildiyi CM-in 29,120.1-ci maddəsinə əsasən ((126/4)x3=94,5 ay) 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmədən artıq cəza təyin edilə bilməz.
137. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsində və 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən müvafiq olaraq xüsusilə ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, qəsdən törədilmiş xüsusilə ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
138. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
139. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
140. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixdə, saat 21:00 radələrində şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində əvvəli 21 noyabr 2024cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
141. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 noyabr 2024-cü il tarixdən hesablanmalıdır.
142. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
143. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar qeyd edir ki, iş üzrə maddi sübut qismində tanınmış və Lənkəran rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi, soyuq silah hesab edilən 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus kofta və gödəkcə, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək məhv edilməlidir. Hazırki cinayət işi üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, sənədləri və görüntüləri özündə əks etdirən 02 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır.
144. İş üzrə ekspertiza xərci 304 (üç yüz dörd) manat 16 (on altı) qəpik təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir.
145. Məhkəmə qeyd edir ki, hazırlıq iclasında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmiş, daha sonra məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs müqavilə əsasında özünə müdafiəçi seçdiyindən, dövlət büdcəsi vəsaiti hesabına təyin edilmiş müdafiəçinin iştirakına xitam verilmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə iclaslarında təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir.
146. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.
147. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
148. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
149. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 51-2, 344-347, 349, 351-353, 356, 358, 381, 383, 384, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.1 və 228.4-cü (köhnə redaksiyada) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 228.4-cü (köhnə redaksiyada) maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın İş üzrə digər maddi sübutlar olan və Lənkəran rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi, soyuq silah hesab edilən 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus kofta və gödəkcə, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərci 304 (üç yüz dörd) manat 16 (on altı) qəpik təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva