Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-264/2025 22.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, X30 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxx xxxx-ci ildə Cəlilabad rayonunun Ağdaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əməklə məşğul olmuş, məhkumluğu olmayan, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayının sonlarında, ibtidai istintaqla, habelə məhkəmə tərəfindən dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda Cəlilabad rayonu, Ağdaş kənd tam orta məktəbinin həyətində həmkəndlisi Zərərçəkmiş şəxs1 onun arvadı Şahid4 qucaqlayaraq öpməsini görüb, həmin vaxt Zərərçəkmiş şəxs1 hərəkətlərinə heç bir münasibət bildirməsə də, onların arasında yaxın münasibət olmasından şübhələnərək, eləcə də Zərərçəkmiş şəxs1 bu hərəkətlərindən sonra həmin gün arvadı Şahid4 ilə aralarında baş vermiş mübahisə nəticəsində valideynlərinin evinə gedərək bir müddət orada qaldıqdan sonra 23 noyabr 2024-cü il tarixdə yaşadıqları evə geri qayıtmış Şahid4 yenidən görən zaman Zərərçəkmiş şəxs1 onun arvadına qarşı etdiyi hərəkətləri xatırlayıb həmin an Fərasətin onun namus və qeyrətinə toxunduğunu düşünərək, keçirdiyi qısqanclıq hisslərinin təsiri altında ondan qisas almaq üçün qəsdən öldürmək qərarına gəldikdən sonra qısqanclıq zəminində öz təfəkküründə əvvəlcədən formalaşdırdığı cinayətkar niyyətini, yəni Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etməyi həyata keçirmək məqsədilə 24 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində yaşadığı Cəlilabad rayonu, Ağdaş kəndində yerləşən fərdi yaşayış evinin həyətindən təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən baltanı götürüb Zərərçəkmiş şəxs1 ailə üzvləri ilə birlikdə yaşadığı Ağdaş kəndində yerləşən fərdi yaşayış evinə gedərək, evin həyət darvazasının açıq vəziyyətdə olmasını görüb, darvazadan həyətyanı sahəyə daxil olmaqla irəliləyib kilidi açıq vəziyyətdə olan evə giriş qapısından keçib əvvəlcə mənzilə, oradan isə giriş qapısı ilə üzbəüz yerləşən otağa daxil olaraq, Zərərçəkmiş şəxs1 otaqda olan qaz sobasının yanındakı stulda əyləşmiş vəziyyətdə olmasını görüb, əlində olan balta ilə ona yaxınlaşaraq baş nahiyəsinə öldürmək niyyəti ilə qəsdən vurmaq üçün baltanı yuxarı qaldırarkən, Zərərçəkmiş şəxs1 qeyri-ixtiyari olaraq əlini yuxarı qaldırıb özünü zərbədən yayındırmağa çalışmasına baxmayaraq, onun baş nahiyəsinə yaxın qohumu olan arvadı Zərərçəkmiş şəxs2 gözü qarşısında xüsusi iztirab və əzab verdiyini dərk edib, müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək bir dəfə vurmaqla, ona, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid başın sağ təpə nahiyəsində kəsilmiş yara və sağlamlığa zərər vurmayan olduqları üçün dərəcəsi təyin edilməyən əlamətlərə malik alının sağ yarısında, sağ qulaq seyvanında və sağ əlin ovuc səthində əzilmiş səthi yaralardan ibarət xəsarətlər yetirmiş, yenidən əlində olan balta ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə vurmaq istəyən zaman sonuncunun və hadisə yerində olan arvadı Zərərçəkmiş şəxs2 müqavimət göstərməsi nəticəsində Zərərçəkmiş şəxs1 sağ çiyin nahiyəsinə bir dəfə zərbə endirərək, ona sağlamlığa zərər vurmayan olduqları üçün dərəcəsi təyin edilməyən əlamətlərə malik sağ çiyin qurşağı nahiyəsində qançırdan ibarət xəsarət yetirmiş, daha sonra həmin vaxt yaranmış səs-küyə evin digər otağından hadisə baş verən otağa gəlmiş Zərərçəkmiş şəxs1 qızı Şahid1 və hadisə yerində olan arvadı Zərərçəkmiş şəxs2 gözləri qarşısında sonunculara xüsusi iztirаb və əzаb vеrdiyini dərk еdərək müstəsna rəhmsizlik və qəddarlıq göstərərək, öz cinayətkar niyyətini başa çatdırmaq üçün yenidən Zərərçəkmiş şəxs1 baş nahiyəsinə balta ilə zərbə vurmaq istəsə də, lakin Zərərçəkmiş şəxs2 və Şahid1 ona müqavimət göstərərək buna imkan verməməsi, həmçinin Şahid1 onun əlindən baltanı alıb evdən çölə qaçması səbəbindən cinayətkar əməlini davam etdirməsinin qarşısının alınması, hadisə zamanı səs-küy yaranması və Şahid1 da səs-küy salıb ətrafdan kömək çağıracağını fikirləşib, bunun nəticəsində oraya insanların toplaşmasından çəkinməsi səbəbindən məcbur qalıb hadisə yerindən uzaqlaşdığından xüsusi amansızlıqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini, yəni Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyi öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 və qızı Şahid1 xüsusi iztirаb və əzаb vеrdiyini dərk еdərək, Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 həmkəndlisi kimi tanımışdır və aralarında ədavət vardır. Belə ki, arvadı Şahid4 2008-ci il tarixdən Cəlilabad rayonu Ağdaş kənd tam orta məktəbində xadimə işləmiş, 2024-cü ilin sentyabr ayının sonlarında arvadını səhhətində olan xəstəliklə əlaqədar bülleten alması üçün qonşu Babək adlı şəxsin avtomobili ilə həmin məktəbə aparmışdır. Həmin vaxt arvadı Şahid4 bülleten götürmək üçün avtomobildən düşərək məktəbin inzibati binasına daxil olmuş, avtomobildə əyləşərək onu gözləmişdir. İlahəxanım məktəbin inzibati binasına daxil olduqdan beş-on dəqiqə sonra məktəbdən çıxmış, bu vaxt məktəbin həyətində olan Zərərçəkmiş şəxs1 arvadı İlahəxanıma yaxınlaşaraq, onu qucaqlayıb öpmüş, Fərasətin hərəkətlərindən qəzəblənmiş və İlahəxanım qayıdıb avtomobilə əyləşən zaman ondan Fərasətin nə səbəbə onu qucaqlayıb öpməsi ilə maraqlanmış, İlahəxanım da Fərasətin məktəbdə işləyən bütün qadınlara qarşı belə hərəkətlər etdiyini bildirmişdir. İlahəxanıma irad tutmuş, onlar evə qayıtdıqdan sonra onunla yenidən bu mövzuda mübahisə etmiş, onu dindirməmişdir. İlahəxanım iki-üç gün onunla birlikdə qaldıqdan sonra çıxıb atası evinə getmişdir. Bundan sonra onda keçirdiyi qısqanclıq hisləri ilə bağlı Fərasətə qarşı xüsusi bir nifrət hissi yaranmış və onun yaşadığı evə gedib məsələni aydınlaşdırmaq qərarına gəlmişdir. Kəskin əsəb və gərginlik içərisində evə daxil olmuş, Fərasətlə söhbət etməyə başlamış, bu vaxt Fərasətin arvadı Zərərçəkmiş şəxs2 müdaxilə etmiş, nəticədə hadisə baş vermişdir. Hətta həmin vaxt infarkt da keçirə bilərmiş. Məqsədi Fərasəti öldürmək olmamışdır. Əgər niyyəti onu öldürmək olsaydı, ona kimsə mane ola bilməzdi. Hadisə vaxtı Fərasəti döymək istəməsinin səbəbini onun arvadı Rəsmiyəyə bildirmiş və sonra onların evini tərk etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ondan və arvadı Şahid4 yaşca əhəmiyyətli dərəcədə böyük olması fikri doğru deyildir və olsa belə, bu hal Fərasətin onun arvadı İlahəxanıma qarşı belə bir hərəkətləri etməsinə əsas vermir. Böyük övladının iyirmi altı, kiçik övladının iyirmi iki yaşı vardır. Ailə həyatı qurandan bu cür hal biriki dəfə baş vermiş və arvadına bu barədə iradını bildirmişdir. Məlum hadisənin baş verməsinə səbəb yalnız Zərərçəkmiş şəxs1 onun arvadını məktəbin həyətində qucaqlayıb öpməsi olmuş, başqa bir səbəb olmamışdır. Bu cür hərəkətə layiq adam deyildir. Fərasətin İlahəxanımı qucaqlayıb öpməsini taksi sürücüsü olan qonşusu Babək də görmüşdür. Belə bir hərəkəti götürə bilməyəcəyini arvadına da bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə döğru ifadə verməmişdir. Belə ki, hadisə vaxtı onda hərbi buşlat, şnel, papaq olmuş, maska isə olmamışdır. Əlində heç nə olmadan Fərasətgilə söhbət etməyə getmişdir. Fərasətin arvadı Rəsmiyə onu vurmaq istəyəndə əks-müqavimət nəticəsində balta Fərasətə dəymişdir. Rəsmiyə stulla onu vurmaq istəyəndə, Rəsmiyəni itələmiş, nəticədə sonuncu yıxılmış və xəsarət almışdır. Onun niyyəti Fərasətlə söhbət etmək olmuş, hadisə yerinə baltanı Fərasətin arvadı Rəsmiyə gətirmiş və aranı qızışdırmışdır. Rəsmiyə onu arxadan vurmuş, balta təsadüfən Fərasətin başına dəymişdir. Bundan başqa, Rəsmiyə stulla onun başına vurmuşdur. Fərasəti əli və ayağı ilə vurmuş, hadisə heç üç dəqiqə çəkməmişdir. Rəsmiyə onun dizinə düşüb yalvarmışdır ki, ərini vurmasın. Fərasətin qızı Şahid1 balta istəməmiş, Nəzrin qapının qarşısında ondan kim olduğunu soruşanda, “get, dədənnən-anannan soruş” deyib getmişdir. Nə qədər zaman keçsə də, onda xarakter dəyişikliyi olmur və buna görə də, Fərasət arvadı İlahəxanıma qarşı məlum hərəkətləri sentyabr ayında etsə də, noyabrda belə unutmamışdır. Hadisədən sonra polisdən zəng gəlmiş, o da bölməyə getmişdir. Polisdən zəng gəlməyəcəyi təqdirdə evə getdikdən sonra nə edəcəyi barədə bir fikri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadə ilə ittiham aktı ona təqdim olunanda tanış olmuş, həmin vaxt Tağı adlı müdafiəçisi olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlərlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən ziddiyyət yaranmış hissələrdə elan edilmiş və məlum olmuşdur ki, o, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs1 2024-cü ilin sentyabr ayının sonlarında Cəlilabad rayonu Ağdaş kənd tam orta məktəbinin inzibati binasının həyətində onun arvadı Şahid4 qucaqlayıb öpdüyü üçün hərəkətlərindən əsəbiləşərək qəzəblənib, arvadına iradını bildirmiş, sonuncu atası evində olduğu müddətdə Fərasətin ona yaxınlaşaraq üzrxahlıq etməsini gözləmiş, lakin Fərasət ondan üzr istəməmiş, hətta həmin hadisədən bir neçə gün sonra siqaret almaq üçün sözügedən məktəbinin yanında yerləşən “Melisa” adlı marketə gedən zaman məktəbin həyətində olan müəllimlər Rəşad, Rizvan, gözətçi Cavid və bir sıra adlarını bilmədiyi şəxslərin Fərasətlə danışaraq, sonuncunun onun arvadı İlahəxanımı öpdüyünə görə zarafat etdiklərinin təsadüfi şahidi olmuş, bundan sonra keçirdiyi qısqanclıq hisləri ilə bağlı Fərasətə qarşı xüsusi bir nifrət hissi yaranmış və onu öldürmək fikrinə düşmüşdür. 23 noyabr 2024-cü il tarixdə arvadı İlahəxanım evə qayıtmış, onu qarşısında görəndə Fərasətin İlahəxanımı qucaqlayıb öpməsi gözündə canlanmış və yenidən onun hərəkətlərindən hiddətlənərək qisas almaq qərarına gəlmiş, nəhayət, 24 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində Fərasətdən qisas almaq məqsədilə onu öldürmək qərarına gəlmiş və yaşadıqları evin həyətində olan baltanı götürərək Fərasətin yaşadığı evdən beş yüz-altı yüz metr aralı məsafədə yerləşən fərdi yaşayış evinə getmişdir. Fərasəti öldürmək üçün onun yaşadığı evə gedən zaman əlinə kənd təsərrüfatı işlərində istifadə olunan əlcək də taxmışdır ki, baltanın üzərində əlinin izləri qalmasın. Fərasətin yaşadığı fərdi yaşayış evinin həyətinə çatmış, evin giriş darvazası və giriş qapısı açıq vəziyyətdə olmuş, əlində olan balta ilə fərdi yaşayış evinin pilləkanından qalxaraq üzbəüz olan birinci otağa daxil olarkən Fərasət qaz sobasının yanında oturub televizora baxmış, arvadı Rəsmiyə isə giriş hissədən sağ tərəfdə ayaq üstə dayanmışdır. Otağa daxil olub Fərasəti görən kimi sağ əlində olan balta ilə onun baş nahiyəsindən öldürmək niyyəti ilə bir zərbə vurmuş və zərbənin təsirindən baş nahiyəsindən qan axmağa başlamışdır. Yenidən balta ilə Fərasətin baş nahiyəsindən vurub öldürmək istədikdə onun arvadı Rəsmiyə qarşısına keçərək Fərasəti vurmağına mane olmuşdur. Həmin vaxt Rəsmiyənin onun Fərasəti öldürmək niyyətinə mane olduğunu görüb, əlində olan baltanı Fərasətə tərəf atmış, lakin atdığı balta Fərasətə dəyməmişdir. Artıq Fərasəti öldürməyinə Rəsmiyənin mane olduğunu, səs-küy yarandığını görüb, oraya insanların toplaşmasından çəkindiyi üçün məcbur qalaraq hadisə yerindən çıxıb yaşadığı evə gəlmiş, əlinə geyinmiş olduğu əlcəklərin bir tayını yolda atmış, digər tayını isə cibinə qoymuşdur. Evə gələndən təxminən yarım saat sonra ona Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsindən zəng gəlmiş və onu polisə dəvət etmişlər, o da bundan sonra könüllü şəkildə bölməyə yaxınlaşaraq hadisə barədə izahat vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Fərasəti balta ilə vurmaqda məqsədi onu öldürmək olmuş, belə ki, Fərasət onun namusuna toxunduğuna görə, onu öldürmək niyyətində olduğu üçün Fərasətin digər nahiyələrinə deyil, baş nahiyəsinə balta ilə bir dəfə qəsdən vurmuş, ikinci zərbəni vurmaq istədikdə orada olan arvadı Rəsmiyə Fərasəti öldürməyinə mane olmuş, o da məcbur qalaraq baltanı Fərasətin üzərinə atmış, lakin atdığı balta Fərasətə dəyməmişdir. Zərərçəkmiş şəxs1 balta ilə xəsarət yetirməkdə məqsədi onu öldürmək olmuşdur. Fərasətin arvadı ona müqavimət göstərdiyi, səs-küy saldığı və səsə kənardan insanların da ora toplaşacağını fikirləşdiyi üçün Fərasəti öldürmək niyyətini başa çatdıra bilməyib, oradan uzaqlaşmışdır (cild 02, i.v. 137-144). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti əsaslandıra bilməmiş, yalnız ibtidai istintaq zamanı belə bir ifadə verməməsini, heç kimi öldürmək istəmədiyini, Zərərçəkmiş şəxs1 evinə sadəcə onunla söhbət etməyə getdiyini bildirmişdir. Məhkəmədə elan olunan ifadəsindəki Fərasətin gəlib ondan üzr istəməsi xüsusatını fərziyyə olaraq istintaq zamanı irəli sürmüş, ifadəsində olan, lakin məhkəmədə təkzib etdiyi hissələrin isə müstəntiqin öz uydurması olduğunu, son sözündə etmədiyi əməldən peşman olmadığını bildirmişdir. Məhkəmə cinayət prosesi tərəflərini (təqsirləndirilən şəxs, zərərçəkmiş və şahidlər) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu olub, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 2024-cü ilin sentyabr ayının sonlarında, hal-hazırda dəqiq xatırlamadığı tarixdə, saat 14 radələrində işlədiyi Cəlilabad rayonu Ağdaş kənd tam orta məktəbindən çıxıb evə gedərkən məktəbin giriş qapısından çıxanda Şahid4 görüb, onun onkoloji xəstə olduğunu bildiyindən əlindən tutaraq səhhəti ilə maraqlanıb, ürək-dirək vermişdir. Həmin vaxt onlardan beş metr məsafədə Təqsirləndirilən şəxs məktəbə gəldiyi avtomobilin ön sərnişin oturacağında əyləşmiş və onun Şahid4 əlindən tutmağını görmüşdür. İlahəxanım ilə söhbəti yekunlaşdırdıqdan sonra o, əri Eldənizin əyləşdiyi avtomobilə minmiş və oradan uzaqlaşmışlar. İlahəxanımla söhbəti təxminən iki dəqiqə çəkmişdir. Həmin vaxt Eldənizə salam vermiş, sonununcu da onun salamını almışdır. İlahəxanıma yalnız səhhətində olan xəstəliklə bağlı yazığı gəldiyi üçün onun səhhəti ilə maraqlanmışdır. Növbəti gün Eldənizin anası Şahid6 yaşadıqları fərdi yaşayış evinə gələrək, ona Eldənizin onun İlahəxanımın əlindən tutuduğunu gördüyü üçün qısqanaraq sonuncunu evdən qovduğunu, Eldənizə anlaşılmazlıq olduğunu deməsini, yəni İlahəxanımla arasında hər hansı bir münasibət olmamasını, Eldənizə İlahəxanımı evə geri qaytarmasını bildirməsini istəmişdir. Elmiraya cavab vermişdir ki, Eldənizin arvadı İlahəxanıma qarşı hər hansı bir əxlaqsız hərəkət etməmiş, yalnız onun səhhətində olan xəstəliklə bağlı İlahəxanımla maraqlanmışdır, Eldənizlə heç bir problemi yoxdur, buna görə də, Eldənizə hər hansı bir izah verməyəcək, eləcə də üzrxahlıq etməyəcəkdir. Bundan sonra elektrik ustası çağıranda Eldənizi görmüş, lakin sonuncu ona heç bir iradını bildirməmişdir. 24 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşadıqları fərdi yaşayış evində olmuş, ərdə olan qızı Şahid1 da onlara qonaq gəlmişdir. Rəsmiyə ilə evin qonaq otağında olduqları vaxt qəfil otağın qapısı açılmış, içəri hündürboy bir nəfər əlində balta ilə içəri daxil olmuşdur. Həmin şəxsin əynində hərbi gödəkçə, başında papaq var imiş, papaq tam şəkidə boğazına kimi geyinilmiş vəziyyətdə, papağın göz nahiyəsində olan hissəsində iki ədəd deşik olmuşdur. Həmin şəxs otağa daxil olan kimi ona tərəf baxıb heç nə bildirmədən dərhal üzərinə gəlib, əlindəki baltanı yuxarıya qaldırmış və baltanın tiləsinin kəsici hissəsi ilə onun baş nahiyəsinə zərbə endirmiş, bu zaman qeyri-ixtiyari olaraq özünü müdafiə etmək məqsədilə sağ əlini yuxarıya qaldırmış və balta onun əlinə sürtərək başının sağ təpə nahiyəsinə dəymiş, zərbənin təsirindən stulun üzərinə yıxılmışdır. Zərbənin baş nahiyəsinə dəyməsi nəticəsində başından qan gəldiyini görən arvadı Rəsmiyə qışqırıb hay-küy salaraq, onların arasına girmiş və ona zərbə endirən şəxsin qolundan tutaraq növbəti dəfə zərbələr endirməsinin qarşısını almağa çalışırmış, baş vermiş hadisə nəticəsində xəsarət almasına baxmayaraq, güclə də olsa, özünü ələ alıb həmin şəxsə müqavimət göstərmək üçün ayağa qalxmış, həmin şəxs Rəsmiyənin müqavimətinə baxmayaraq, ikinci dəfə baltanı qaldırıb onun baş nahiyəsindən növbəti dəfə vurmaq istəsə də, arvadı ilə özünün müqaviməti nəticəsində balta onun sağ çiyin nahiyəsinə dəymişdir. Yaranmış səs-küyə digər otaqda olan qızı Nəzrin hadisə yerinə gəlmiş, köməkləşib həmin şəxsin əlindən baltanı almaq istəmişlər. Bu vaxt arvadı Rəsmiyə həmin şəxsin başındakı papağı çıxartmış və onu öldürməyə gələn şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüşlər. Özü zərbə aldığından hadisələrin sonrakı gedişatını bilməmiş, qızı ilə arvadının deməsi əsasında bilmişdir ki, onlar Eldənizə müqavimət göstərməyə davam edərək, sonuncunun onu yenidən balta ilə vurmasının qarşısını almağa çalışmışlar. Nəzrin Eldənizin əlindən baltanı alıb, hadisə yerindən uzaqlaşdırmaq məqsədi ilə çölə qaçmış, Eldəniz baltanın arxasınca həyətə düşmüş, Nəzrindən baltanı istəmiş, sonuncu da baltanın harada olduğunu bilmədiyini demişdir. Artıq Eldəniz onların onu tanıdığını, qızı və arvadının Eldənizə müqavimət göstərərək onu öldürməsinin qarşısını aldığını, eləcə də əlində olan baltanın alındığını görüb, həmçinin qızı Nəzrinin çölə çıxaraq kəndə hay salacağını bildiyi üçün cinayət əməlini yekunlaşdıra bilmədən evindən çıxıb uzaqlaşmışdır. Eldənizlə çəkişən zaman otaqdakı stol-stul aşmış, qab-qacaq hamısı dağılaraq yerə tökülmüşdür. Özünə gələn kimi dərhal mobil telefonunu götürüb qızı Nəzrinin əri Şahid2 zəng edib baş vermiş hadisə barədə bildirmiş, bundan beş-on dəqiqə sonra Elnur evə gəlib, onu qanlı vəziyyətdə görmüş və dərhal “102” xidmətinə, “103” təcili və təxirəsalınmaz tibbi yardım mərkəzinə məlumat vermişdir. Bir müddət sonra yaşadığı evə polis əməkdaşları gələrək sənədləşmə aparmışlar. Daha sonra arvadı ilə birlikdə təcili-tibbi yardım avtomobili vasitəsilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılmışlar. Zərərçəkmiş şəxs1 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs arvadı Şahid4 2008-ci ildən Cəlilabad rayonu Ağdaş kənd tam orta məktəbində xadimə işləmişdir. Eldənizlə qapıbir qonşu olmuşlar. İlahəxanımı öpməmişdir. Bu hadisəyədək Eldənizgillə aralarında hər hansı münaqişə olmamış, münasibətləri yaxşı olmuşdur. Hadisəyə kimi heç bir qadınla adı hallanmamışdır. Məktəbin həyətində İlahəxanımı quçaqlamasını Eldənizdən savayı kimin görməsini bilmir. İlk dəfə İlahəxanıma bu və ya digər səbəbdən ürək-dirək vermiş, yəni onunla təması olmuşdur. Eldəniz evinə gələndə otağa girən kimi, heç bir söz demədən onu balta ilə vurmuşdur. Eldənizin onu balta ilə üç dəfə vurmasını görmüşdür, sonrakı prosesləri xatırlamır və buna səbəb xəsarət nəticəsində özündə olmaması olmuşdur. Eldənizin evə məhz onu öldürməyə gəlməsi barədə deməsini Rəsmiyədən eşitmişdir. Eldəniz uca səslə “səni öldürəcəm, əlimdən qaça bilməyəcəksən” deyirmiş. Həm Eldənizin, həm də öz yerinə məyusdur. Hələ də Eldənizin bu cür hərəkət etməsini qəbul edə bilmir. Hadisə vaxtı şokda olmuş, Eldəniz içəri daxil olanda “bu kimdir?” deyə soruşmuş, onu terroristə bənzətmişdir. Bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs yaşlı anasının xatirinə bağışlamışdır, ondan şikayətçi deyildir, ona qarşı iddia və ya tələbi yoxdur və bunları bildirərkən, habelə bu qərara gələrkən hər hansı təzyiq və ya təsir altında deyildir. Məhkəmədə zərərçəkmiş şəxs statusunda olduğu vaxt dindirilmiş Zərərçəkmiş şəxs2 iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində bildirdiyi xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, Fərasət ona Təqsirləndirilən şəxs anasının gəldiyini, ona görə Eldənizin ailəsində narazılıq yarandığını bildirmiş, həmin vaxtdan, yəni 2024-cü ilin sentyabrından sonra Eldənizgillə aralarında qonşu kimi gedişgəlişləri olmamışdır. Sentyabrdan noyabra kimi Eldənizi görməmişdir. 24 noyabr 2024-cü il tarixdə evlərində olduğu vaxt qapı açılanda elə bilmişdir ki, gələn qızıdır, lakin geri çevrilib baxanda gələnin başındakı papağı göz yerindən iki dəlik açılmış vəziyyətdə boğazına kimi çəkmiş şəxs olduğunu görmüşdür. Həmin şəxsin əri Fərasətə “səni öldürəcəm” deyə bildirməsini eşitmişdir. Sifətini görmək mümkün olmadığından tanıya bilmədiyi şəxs Fərasəti balta ilə vurandan sonra ona yenidən xəsarət yetirməsinin qarşısını almaq üçün müqavimət göstərərkən yaranmış qarşıdurma zamanı əli ilə həmin şəxsin üzündəki papağı yuxarı qaldırandan sonra onun qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olduğunu görmüş və ona öz iradını bildirmişdir. Qızı Nəzrinə baltanı Eldənizin əlindən almağı tapşırmış, özü buna cəhd edərkən sağ yanaq və sağ əl nahiyələrindən xəsarət almışdır. Sonra Eldəniz baltanı istəmiş və çıxıb gedəcəyini bildirmişdir. Qızı Nəzrin baltanın onda olmadığını, onu qaranlığa atdığını demişdir. Belə ki, Nəzrin baltanı hamama ataraq qapısını bağlamış, özü də pilləkanın altında gizlənmişdir. Nəzrin Eldənizin kimliyini, onlardan nə istədiyini soruşub, ona əmi deyə müraciət edib, yalvararaq onları öldürməməsini istəmiş, Eldəniz isə onun kim olduğunu valideynlərindən soruşmasını və sonuncuların bu suala cavab verəcəklərini bildirmişdir. Eldəniz hadisə vaxtı onları başqa predmetlə də (yaba, kürək və s.) vura bilərmiş. Eldəniz qızına xəsarət yetirməmiş və bu mözvuda heç bir söz bildirməmişdir. Eldəniz onlara xəsarət yetirə bilərmiş, lakin bunu etməmiş, əlindən balta alınandan və papağı çıxarılıb kimliyi bilinəndən iki dəqiqə sonra çıxıb getmişdir. Hadisə ümumilikdə on beş-iyirmi dəqiqə ərzində baş vermişdir. Balta əlindən alınmasaydı, Eldəniz öz cinayətkar niyyətini davam etdirəcəkdir. Eldəniz gizlədilmiş baltanı tapa bilməyib, çıxıb getmişdir. Hadisə nəticəsində bərk qorxmuş, hadisədən sonra səhhətindəki problemlər daha da çoxalmış, qan təzyiqindən əziyyət çəkməyə başlamışdır. İndi də evdə olduğu vaxt qapı açılanda özündən asılı olmayaraq qorxu hissi keçirir və təlaşlanır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi, zərərçəkmiş şəxslər isə valideynləridir, aralarında ədavət və ya düşmənçilik yoxdur. Hadisə günü, yəni 24 noyabr 2024-cü il tarixdə əri Şahid2la birlikdə Cəlilabad rayonunun Ağdaş kəndində yaşayan valideynlərinin yaşadığı evə qonaq getmiş, gün ərzində hər hansı şübhəli hadisə olmamışdır. Axşam saat 18-19 radələrində əri Elnur futbol oynamağa getmiş, özü evdəki otaqların birində, atası ilə anası isə evin digər otağında olmuşlar. Qəflətən qışqırtı səsi eşidib, dərhal valideynlərinin olduğu otağa getmiş və içəri daxil olanda orada maskalı bir şəxsin, maskanın boğaza kimi çəkildiyini, üzərində hərbi pencək olduğunu, əlindəki balta ilə valideynlərinə xəsarət yetirdiyini görmüş, cəld yaxınlaşıb həmin şəxsin əlindən baltanı almaq istəmişdir. Həmin vaxt maskalı şəxsin onun otaqda olmağından xəbəri olmamış, olduğu tərəfə dönüb baxmaq istəyərkən valideynləri ilə birlikdə ona müqavimət göstərmişlər. Bu zaman həmin şəxs yerə yıxılmış, o da baltanı sonuncunun əlindən alıb həyətə doğru qaçmışdır. Bundan əvvəl isə anası həmin şəxsin başından maskasını çıxarmış və evlərinə gələn şəxsin həmkəndliləri Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Daha sonra həyətdə yerləşən hamam otağında baltanı gizlətmişdir. Eldəniz onun arxasınca həyətə gəlmiş və ondan baltanı verməsini tələb etmişdir. Eldəniz baltanı almaq üçün təkid etsə də, baltanı vermək istəməmişdir. Daha sonra Eldəniz qonşuların səsini eşidib çıxıb getmişdir. Şahid1 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, valideynləri Təqsirləndirilən şəxs qollarından tutduqları üçün baltanı almağa müvəffəq olmuşdur. Eldənizin üzündəki maska şəklinə salınmış papaq yuxarı çəkiləndən və kimliyi ortaya çıxandan sonra ondan baltanı verməyi və onlara heç nə etmədən çıxıb gedəcəyini demişdir. Balta Eldənizin olduğu üçün sonuncu onu tələb etmişdir. Məlum hadisəyə kimi Eldənizi axırıncı dəfə uşaq vaxtı gördüyü üçün onu yaxşı tanımamış, valideynlərinin söhbətindən evlərinə gələn şəxsin kimliyini bilmişdir. Eldənizdən kim olduğunu soruşmuş, sonuncu da ona bu barədə ata-anasından soruşmasını bildirmiş, sonra isə baltanı istəmişdir. Otağa daxil olanda Eldənizlə öz valideynlərinin baltadan tutduqlarını, Eldənizin atasını vurmaq istədiyini görmüşdür. Eldəniz onun gözü qarşısında valideynlərinə balta ilə xəsarət yetirməmişdir. Otağa daxil olanda artıq atası balta ilə vurulmuş, vurulma anını görməmişdir. Eldənizin valideynləri ilə dalaşmasını görəndə bərk qorxmuşdur. Eldənizlə valideynləri arasında hər hansı dialoq olmamış, sadəcə valideynləri “etmə-eləmə” deyərək qışqırmışlar. Eldəniz valideynlərinə nəsə deməmiş, iki əli ilə baltanı tutaraq onları vurmaq istəmişdir. Eldəniz baltanı hər iki valideyninə tərəf yönləndirmiş, baltanın kəsici tərəfi valideynlərinə doğru olmuşdur. Eldəniz baltanı valideynlərinin əlindən çəkib çıxarmağa hadisə yerindən getmək üçün deyil, vurmağa davam etmək üçün çalışmışdır. Belə ki, onlar Eldənizi tutub mane olmağa çalışdıqları müddətdə, sonuncu valideynlərini vurmağa cəhd etməkdə davam etmişdir. Eldənizi kimsə itələməmiş, ataanası özlərini müdafiə etmək üçün müqavimət göstərərkən sonuncu yerə yıxılmışdır. Baltanı gizlədib evə daxil olmaq istəyərkən Eldənizin arxasınca gəldiyini görmüşdür. Eldənizlə qarşılaşanda onlara heç nə etməməsi üçün yalvarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, 1999-cu ildə nikaha daxil olmuşlar, birgə nikahdan üç övladı var. 2008-ci ildən Cəlilabad rayonu Ağdaş kənd tam orta məktəbində xadimə işləmişdir. Zərərçəkmiş şəxs1 həmkəndlisidir, qonşudurlar, həmçinin, Fərasət onun işlədiyi Cəlilabad rayonu Ağdaş kənd məktəbində müqavilə əsasında riyaziyyat müəllimi işləyir. Fərasətin yaşadığı evlə onların yaşadığı ev arasında beş yüz-altı yüz metr məsafə var. Təxminən üç ilə yaxındır ki, onkoloji xəstədir. 2024-cü ilin sentyabr ayının sonlarında xəstəliyi ilə əlaqədar bülleten almaq üçün əri Eldənizlə birlikdə qonşunun avtomobili ilə məktəbə getmişlər. Məktəbə çatanda bülleten götürmək üçün avtomobildən düşüb, məktəbin inzibati binasına daxil olmuş, Eldəniz isə avtomobildə oturub onu gözləmişdir. Məktəbin inzibati binasına daxil olandan beş-on dəqiqə sonra məktəbdən çıxmışdır. Bu vaxt məktəbin həyətində olan Zərərçəkmiş şəxs1 onu görərək, yaxınlaşıb boynundan qucaqlamış və üzündən öpmüşdür. Əri Eldəniz bunu görmüş və Fərasətin bu hərəkətindən xoşu gəlməmişdir. Şahid4 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər onu qucaqlayıb öpməmişdir. Fərasət müəllimin hərəkəti onda təəccüb doğurmamış, xəstəliyi ilə əlaqədar ona təsəlli vermək üçün etdiyini düşünmüşdür. Fərasət müəllim onunla görüşərkən səhhəti ilə maraqlanmış, necə olduğunu soruşmuş, hər şeyin yaxşı olacağını deyib, ona təsəlli vermişdir. Fərasət müəllimlə münasibətləri pis olmamış, sonuncu ona “bacı” deyə müraciət etmişdir. Fərasət müəllim onu qucaqlayıb öpdükdən sonra gəldiyi maşına oturmuş və əri Təqsirləndirilən şəxsla birlikdə yaşadıqları evə getmişlər. Eldəniz Fərasət müəllimin onu qucaqlayıb öpməsinə görə evdə onunla dalaşmış, lakin vurmamış və döyməmişdir. Xəstəliyinə görə və yaşadığı evdə onun qayğısına qalan olmadığından ata evinə getmiş və bir müddət orada qalmışdır. Hazırda da atası evində yaşayır. Eldəniz məktəbin qarşısında onu gözləyərkən onları gətirən sürücü Fərasət müəllimin onu öpdüyünü görməmişdir. Fərasət müəllimin məktəbdəki başqa qadınlarla münasibəti yaxşı olmuş, lakin onun başqa qadınlarla görüşərkən, onları öpməsini görməmişdir. Hadisə baş verən gün, yəni 24 noyabr 2024-cü il tarixdə Eldənizlə birlikdə öz evlərində olmuşlar. Eldənizin Fərasət müəllimlə mübahisə edəcəyini qabaqcadan bilməmiş, hadisə baş verdikdən sonra bu barədə öyrənmişdir. Belə ki, xatırlamadığı şəxs ona zəng edib, əri Eldənizin Fərasət müəllimin yaşadığı evə gedərək, sonuncu ilə dalaşdığını demişdir. Bir müddət sonra Eldəniz evə qayıtmış, bir qədər evdə qaldıqdan sonra könüllü surətdə polis bölməsinə getmişdir. Həmin vaxt Eldənizdən heç nə soruşmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Zərərçəkmiş şəxs1 isə həmkəndlisidir, aralarında ədavət və ya düşmənçilik yoxdur. Hadisə baş verən zaman, yəni 24 noyabr 2024-cü il tarixdə yaşadığı evdə olmuş, saat 19 radələrində qonşu qadın gəlib ondan baş vermiş hadisədən məlumatı olub-olmadığını soruşmuş, nə baş verdiyini soruşduqda Eldənizin Fərasət müəllimin evinə balta ilə girdiyini bildirmişdir. Bu zaman səs-küy eşidib küçəyə çıxmış və Fərasət müəllimin yaşadığı evin yaxınlığında insanların toplaşdığını görmüşdür. Fərasət müəllimin yaşadığı evə daxil olan zaman onun başından qan gəldiyini görmüş, daha sonra orada olan qonşulardan öyrənmişdir ki, Fərasəti Eldəniz vurmuşdur. Daha sonra kənd sakinlərindən Eldənizin Fərasət müəllimi balta ilə vurmasını eşitmiş, lakin özü hadisəni, habelə Eldənizin Fərasəti nə ilə vurmasını görməmişdir. Şahid6 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1lə Şahid4 arasında nə baş verdiyini görməmişdir. Gəlini İlahəxanım özü ona hadisəni danışmış, Fərasət müəllimin məktəbdə onunla görüşdüyünü, buna görə Təqsirləndirilən şəxs onunla mübahisə etməsini, onu incitməsini demişdir. Fərasət müəllim olduğundan gəlini İlahəxanımla görüşüb, ona təsəlli verməsində problem görmədiyini bildirmişdir. Fərasət müəllimi həm də bir qonşu kimi tanımış, münasibətləri yaxşı olmuşdur. Hadisə barədə Eldənizlə söhbət etmiş, Eldəniz qışqırmağa başlamışdır. İlahəxanımla Eldənizi barışdırmaq istəmiş, lakin Eldəniz barışmamışdır. Gəlini İlahəxanımı və Fərasət müəllimi yaxşı tanıyır, onların arasında başqa münasibətin olması mümkün deyildir. Əvvəllər gəlini ilə bağlı oxşar hadisə baş verməmişdir. Məktəbin həyətindəki hadisədən sonra İlahəxanım valideynlərinin yaşadığı evə getmiş, sonra isə öz evinə qayıtmışdır. 2024-cü ilin sentyabr ayının sonlarında Fərasət müəllimin evinə gedərək bildirmişdir ki, Eldəniz Fərasətin İlahəxanımın əlindən tutuduğunu gördüyü üçün qısqanaraq İlahəxanımı evdən qovmuşdur və Fərasət müəllimdən xahiş etmişdir ki, Eldənizə İlahəxanımla arasında hər hansı bir münasibət olmamasını, anlaşılmazlıq olduğunu desin ki, Eldəniz də İlahəxanımı evə geri qaytarsın. Fərasət müəllim isə İlahəxanıma qarşı heç bir əxlaqsız hərəkət etmədiyini, Eldənizlə heç bir problemi olmadığını, ona görə də üzrxahlıq etməyəcəyini bildirmişdir. Hesab etmişdir ki, Fərasət müəllim bununla doğru hərəkət etmişdir, çünki, Eldəniz Fərasət müəllimdən yaşca kiçikdir və əslində oğlu Fərasət müəllimin yanına getməli və hadisəyə normal qaydada aydınlıq gətirilməli idi. Oğlu Eldənizdə Fərasət müəllimlə İlahəxanım arasında baş verənlərin problem olmadığını anlayacaq şüur yoxdur. Eldənizlə İlahəxanım arasında əvvəllər də söz-söhbət olmuşdur. Eldəniz əsəbi biri olduğundan, bəzən onu da evdən qovmuşdur. İlahəxanım atası evində olarkən Eldəniz evdə tək olduğundan gedib ev işlərini görmüş, həmin vaxtlar oğlu onunla əhəmiyyətsiz səbəblərdən mübahisə etmişdir. Eldəniz onun yanında Fərasət müəllimi öldürəcəyini deməmişdir. Məlum hadisədən sonra Fərasətin evinə gedib, ona oğlu Eldənizin barəsində “Eldəniz bir qələtdir edib” deyərək, oğlundan şikayətçi olmamasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, Zərərçəkmiş şəxs1 isə qaynatasıdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. 24 noyabr 2024-cü il tarixdə arvadı Şahid1 ilə birlikdə Cəlilabad rayonunun Ağdaş kəndində yerləşən qayınatasını evinə qonaq getmişlər. Evdə arvadı ilə sonuncunun vaideynləri olmuş, saat 18 radələrində evdən çıxıb futbol oynamaq üçün Cəlilabad şəhərinə getmişdir. Cəlilabad Rayon Polis Şöbəsi Göytəpə Polis Bölməsinin qarşısında olan zaman arvadı Nəzrin zəng edib ağlayaraq bir nəfər şəxsin qayınatasının yaşadığı evə gələrək, ata-anasını öldürmək istədiyini və tez evə gəlməyini bildirmişdir. Dərhal bacanağı Şahid3 zəng edib, Nəzrinin dedikləri barədə ona məlumat vermiş və özü evə gedənə kimi dərhal Fərasət müəllimin evinə getməsini bildirmişdir. Nəzrinin zəngindən on-on beş dəqiqə sonra evə çatmış, həmin vaxt saat 19- 20 radələri olmuşdur. Evə çatanda arvadı, qayınanası, qayınatası və bacanağı evdə olmuşlar, həmçinin, səs-küyə qonşulardan da bir neçə şəxs evin həyətinə gəlmişlər. Evə daxil olan zaman Fərasət müəllimin baş nahiyəsindən qan gəldiyini, qayınanası Zərərçəkmiş şəxs2 təzyiqi qalxdığından yerdə uzanıb qaldığını görmüşdür. Daha sonra “102” xidməti və “103” təcili və təxirəsalınmaz tibbi yardım mərkəzinə zəng edib məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə məhkəmədə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Baş Prokurorluğu Cəlilabad Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01-04). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsi Göytəpə Polis Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 19:25də Cəlilabad rayonu, Ağdaş kənd sakini Şahid2 (051) ***-**-** saylı mobil nömrədən “102” xidmətinə zəng edərək, vətəndaş Təqsirləndirilən şəxs onun qayınatası Zərərçəkmiş şəxs1 baş nahiyyəsinə balta ilə xəsarət yetirməsi barədə məlumat vermişdir (cild 01, i.v. 08). Cəlilabad Rayon Polis Şöbəsi Göytəpə Polis Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 21:30 və 21:31-də Göytəpə TTYS-dən həkim Əzimov zəng edərək, Cəlilabad rayonu, Ağdaş kənd sakinləri Zərərçəkmiş şəxs2nın sağ gözün hematoması, sağ əlin üst nahiyəsinin hematoması, sağ almacıq nahiyəsinin hematoması şişkinliyi, hər iki əlin qançırı, Zərərçəkmiş şəxs1 sağ təpə nahiyəsinin çapılmış yarası, sağ əlin soyulmuş yarası, sağ tərəfli təpə nahiyəsinin uzunluğu 06 sm, eni 02 sm olan kənarları iti kəsilmiş yarası, sağ qulağın sıyrılmış yarası (deməsinə görə döyülüb) diaqnozları ilə xəstəxanaya daxil olmaları barədə məlumat vermişdir (cild 01, i.v. 09). Zərərçəkmiş şəxs1 Cəlilabad Rayon Polis Şöbəsi Göytəpə Polis Bölməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədə, həmin tarixdə, saat 19:00-da həmkəndlisi Təqsirləndirilən şəxs qəflətən evlərinə hücum çəkib başına balta ilə, habelə arvadı Zərərçəkmiş şəxs2ya xəsarət yetirməsi qeyd olunmuşdur (cild 01, i.v. 10). Cəlilabad Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, hadisə yeri Cəlilabad rayonu, Ağdaş kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evidir. Hadisə yerinə baxışda iştirak edən Şahid2 Təqsirləndirilən şəxs hadisə yerində saxladığı, hadisə zamanı istifadə etdiyi bir ədəd baltanı təqdim etmiş və həmin balta götürülmüş, fotocədvəllər protokola əlavə olunmuşdur (cild 01, i.v. 11-15). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair’’ xx.xx.2024-cü il tarixli, 928 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 başının sağ təpə nahiyəsində kəsilmiş yara, alnının sağ yarısında, sağ qulaq seyvanında və sağ əlin ovuc səthində əzilmiş səthi yara, sağ çiyin qurşağı nahiyəsində qançır müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlərdən sağ təpə nahiyəsindəki kəsilmiş yara kəsici əşyanın (ola bilər ki, baltanın kəsici hissəsinin), digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların), ola bilər ki, baltanın küt hissəsinin təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ təpə nahiyəsindəki kəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 01, i.v. 23-24). Cəlilabad Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i.v. 36-37; 50-51). Cəlilabad Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan bir ədəd hərbi gödəkçəni, bir ədəd tündgöy rəngli koftanı, bir ədəd üzərində tünd-göy rəngli cızıqlar olan damalar şəklində tündboz, tünd-göy və açıq-mavi rəngli köynəyi, bir ədəd tünd-göy rəngli şalvarı, qara rəngli papağı və şalvarın belinə bağlanmış vəziyyətdə olan bir tay (sol tay), üzərində “300#” yazılmış narıncı və qara rəngli əlcəyi könüllü təqdim etmiş, həmin predmetlərə baxış keçirilmiş, onlar götürülmüş və bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (cild 01, i.v. 63-67). Cəlilabad Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd tünd-göy rəngli uzunqol koftanı, bir ədəd tünd-göy rəngli uzunqol köynəyi və bir ədəd ağ rəngli maykanı könüllü təqdim etmiş, həmin predmetlərə baxış keçirilmiş, onlar götürülmüş və bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (cild 01, i.v. 83-86). Cəlilabad Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yerindən aşkar edilərək götürülmüş bir ədəd baltanın dəstəyinin uzunuluğu 77 sm, kəsici hissəsinin uzunluğu 18 sm, eni isə 13 sm-dir. Baltanın dəstəyi sarımtıl-qəhvəyi rəngli taxta, kəsici hissəsi isə qəhvəyimtil-boz rəngli metal materialdan hazırlanmışdır. Baltanın kəsici hissəsi paslı və torpağa bulaşmış vəziyyətdədir. Baxış zamanı baltanın tiyəsinin üzərində gözlə görünə biləcək şəkildə hər hansı bir iz və ya ləkələrin olması müəyyən edilməmişdir (cild 01, i.v.100-102) Cəlilabad Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunan dörd ədəd baltanın içərisindən formasına, uzunluğuna, dəstəyinin və kəsici hissəsinin əlamətlərinə görə qarşısında düzülmüş baltalardan soldan sağa istiqamətdə ikinci yerdə olan baltanın cinayət hadisəsini törətdiyi zaman istifadə etdiyi əşya olmasını bildirmişdir. Həmin baltanın dəstəyinin uzunuluğu 77 sm, kəsici hissəsinin uzunluğu 18 sm, eni isə 13 sm-dir. Baltanın dəstəyi taxta, kəsici hissəsi isə metal materialdan hazırlanmışdır. Baltanın kəsici hissəsi paslı və torpağa bulaşmış vəziyyətdədir (cild 01, i.v. 103-105). Cəlilabad Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, hadisə yerinə, yəni Cəlilabad rayonu, Ağdaş kəndində yerləşən Zərərçəkmiş şəxs1 ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinə əlavə baxış keçirilmiş və o, cinayət hadisəsinin baş vermə ardıcıllığını əyani olaraq bildirmiş, bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (cild 01, i.v. 118-124). Cəlilabad Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində verdiyi ifadəsini hadisə yerində yoxlanılması zamanı bir daha təsdiq etmişdir. Videogörüntüləri özündə əks etdirən, protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (cild 01, i.v. 125-127). Cəlilabad Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 128-129). Cəlilabad Rayon Məhkəməsinin 4(073)-101/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 161-165). Cəlilabad Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1, şahidlər Zərərçəkmiş şəxs2, Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ifadələrində göstərdikləri xüsusatları birbirlərinin üzünə qarşı bildirmişlər (cild 01, i.v. 178-192). Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur (cild 01, i.v. 222). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Lənkəran Şəhər Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir (cild 01, i.v. 224). Lənkəran Şəhər Narkoloji Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir (cild 01, i.v. 226). Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Ağdaş Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olmaqla orada yaşamış və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmuşdur (cild 01, i.v. 228-229). Azərbyacan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 01, i.v. 232-233). “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir (cild 01, i.v. 235). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair’’ 948 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs hər-hansı xəsarət aşkar olunmamışdır (cild 02, i.v. 40-41). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3484 nömrəli rəyində göstərilmişdir ki, məhkəmə-psixiatrik ekspertizası üzrə Təqsirləndirilən şəxs əvvəllər, habelə hal-hazırda hər hansı xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik qeyd olunmamışdır, törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri qeyd olunmamış, həmin dövrdə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Törətdiyi əməldən sonra onda hər hansı psixi pozuntu qeyd olunmamışdır, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətindədir, hazırki psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur, istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək imkanına malikdir; məhkəmə-psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (yaddaş, diqqət, təfəkkür, qavrama, dərketmə və s.) normaya uyğundur, qıcığa qarşı həssaslıq, qısqanclıq, emosionallıq, xırdaçılıq, kinlilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, qəzəb yaranmış, həmin halın yaranması fərdi-psixoloji xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman affekt vəziyyətində (fizioloji və ya kumulyativ) olmamışdır. Emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur (cild 02, i.v. 44-47). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, 6/5455 nömrəli materialların məhkəmə ekpertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və bir ədəd baltanın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Bir ədəd baltanın səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəciklər arasında Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Aparılmış tədqiqatın dəyəri 154 (bir yüz əlli dörd) manat 16 (on altı) qəpik müəyyən edilmişdir (cild 02, i.v. 57-62). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “maddi sübutların ekspertizasına dair’’ xx.xx.2025-ci il tarixli, 849/2024-TBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu ABO sistemi üzrə B(İİİ)-dir. Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu AB0 sistemi üzrə AB(İV)-dür. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus mayka, kofta üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq olunduqda A və B antigenləri alındı. Beləliklə, bu qan ləkələri AB0 sistemi üzrə AB(İV) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş balta üzərində qan, həmçinin Zərərçəkmiş şəxs1 məxsus köynək, Təqsirləndirilən şəxs məxsus kofta (sviter), papaq, əlcək, köynək, şalvar, gödəkçə üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı (cild 02, i.v. 65-69). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “maddi sübutların ekspertizasına dair’’ xx.xx.2025-ci il tarixli, 585/MTKŞ-2024 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus uzunqol koftanın sağ qolunun dairəvi tikişinin arxa hissəsində bir ədəd sökülmüş zədə var. Bu zədə küt yaranma mexanizminə malikdir, köynəyin həmin nahiyəsinin dartılması nəticəsində törənmişdir. Zərərçəkmiş şəxs1 məxsus uzunqol köynəyin və qolsuz maykanın üzərində zədə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus hərbi gödəkcənin sol paqonunun tikişi üzərində bir ədəd, uzunqol koftanın yaxalığının ön səthində bir ədəd sökülmüş zədələr var. Bu zədələr küt yaranma mexanizminə malikdir, paltarın həmin nahiyyələrinin dartılması nəticəsində törənmişlər. Təqsirləndirilən şəxs məxsus uzunqol köynəyin, şalvarın, papağın və bir tay əlcəyin üzərində zədə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs məxsus paltarların üzərində baltanın təsirindən törənməyə xarakterik zədə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 bədən səthində olan xəsarətlər bədənin paltarlarla örtülü olmayan açıq nahiyyələrdə (başın sağ təpə nahiyəsi, alının sağ yarısı, sağ qulaq seyvanı və sağ əlin ovuc səthi) olduğuna və bir ədəd xəsarətin xarakterinə (sağ çiyin nahiyəsində qançır) görə, ona məxsus təqdim edilmiş paltarlar üzərində əks olunmamışdır. Təqdim edilmiş balta zavod üsulu ilə hazırlanmış təsərrüfatməişət təyinatlı baltadır və soyuq silah hesab edilmir. Baltanın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (cild 02, i.v. 72-76). Cəlilabad Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 29,120.2.4-cü maddəsinə tövsif edilməklə, ona həmin maddə ilə yenidən ittiham elan olunmuş; Təqsirləndirilən şəxs məxsus bir ədəd hərbi gödəkçə, bir ədəd tündgöy rəngli kofta, bir ədəd üzərində tünd-göy rəngli cızıqlar olan damalar şəklində tünd-boz, tünd-göy və açıq-mavi rəngli köynək, bir ədəd tünd-göy rəngli şalvar, qara rəngli papaq, şalvarın belinə bağlanmış vəziyyətdə olan bir tay (sol tay), üzərində “300#” yazılmış narıncı və qara rəngli əlcək; Zərərçəkmiş şəxs1 məxsus bir ədəd tünd-göy rəngli uzunqol kofta, bir ədəd tünd-göy rəngli uzunqol köynək, bir ədəd ağ rəngli mayka; bir ədəd balta maddi sübut kimi tanınaraq həmin prokurorluğun maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 02, i.v. 87-119; 130-132). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi tibbi sənədlərin surətlərindən görünür ki, təqsirləndirilən şəxsin arvadı Şahid4 “C50.4-süd vəzisinin yuxarı-bayır kvadratının bədxassəli yeni törəməsi cT4N1M1 mərhələ İV G2” dioqnozu ilə onkoloji xəstədir, bundan başqa, müddətsiz birinci dərəcəli əlildir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, həmçinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı hər hansı bir iddia və ya tələbi yoxdur, ona Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə qanunauyğun şəkildə cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqsirləndirilən şəxsə məhkəmədə göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 17 (on yeddi) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Sözügedən maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi ifadələrin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında hər iki tərəfin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqument və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, Zərərçəkmiş şəxs1 onun arvadı Şahid4 2024-cü ilin sentyabr ayının sonlarında Cəlilabad rayonunun Ağdaş kənd orta məktəbinin inzibati binasının həyətində görüb, ona yaxınlaşaraq qucaqlayıb öpməsindən əsəbləşməsi nəticəsində keçirdiyi qısqanclıq hisləri ilə bağlı Zərərçəkmiş şəxs1 yaşadığı evə sonuncu ilə söhbət etmək məqsədilə getməsi, özü ilə balta götürməməsi, evə daxil olub Fərasətlə söhbət etməyə başlayanda, sonuncunun arvadı Zərərçəkmiş şəxs2 söhbətə müdaxilə etməsi nəticəsində aralarında münaqişə yaranması, baltanı da hadisə yerinə Rəsmiyənin gətirməsi, başında papaq olsa da, üzündə maska olmaması, Fərasəti öldürmək məqsədinin olmaması, belə bir niyyəti olsaydı, ona kiminsə mane ola bilməyəcəyi, ibtidai istintaq zamanı verdiyi ifadəsində müəyyən məqamların müstəntiqin öz uydurması olduğu barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədlərlə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Cəlilabad rayon prokurorluğunun inzibati binasında müdafiəçisinin iştirakı ilə verdiyi xx.xx.2025-ci il tarixli ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1lə arasında sonuncunun onun arvadını işlədiyi məktəbin həyətində qucaqlayıb öpməsi səbəbindən ədavət yaranmış, Fərasətin bu hərəkətlərindən qəzəblənmiş və ondan qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib, yaşadığı evin həyətində olan baltanı götürüb Fərasətin evinə gedərək, əlindəki balta ilə ona öldürmək niyyəti ilə bir dəfə zərbə ilə vurmuş, zərbənin təsirindən sonuncunun baş nahiyyəsindən qan axmağa başlamış, onu yenidən vurmaq istəyərkən arvadı Rəsmiyə qarşısına keçib, sonra da qızı Nəzrin gəlib mane olduqlarından, yaranmış səs-küyə insanların toplaşacağından çəkindiyi üçün məcbur olaraq hadisə yerindən çıxıb öz evinə getmişdir. Hadisə zamanı Fərasətin arvadı Rəsmiyə orada olmasaydı, Fərasəti öldürəcəkmiş (cild 02, i.v. 82-87). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti əsaslandıra bilməmiş, yalnız ibtidai istintaq zamanı etirafedici ifadələr verməməsini, heç kimi öldürmək istəmədiyini, Zərərçəkmiş şəxs1 evinə sadəcə onunla söhbət etməyə getdiyini, məhkəmədə elan olunan ifadəsindəki təkzib etdiyi hissələrin müstəntiqin öz uydurması olduğunu deməklə ümumi ifadələr işlətmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən xüsusatlara təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Təqsirləndirilən şəxsin ibtidai istintaq ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə həmin ifadələrində hər hansı bir narazılığının olmamasını bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhdə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci tarixli, 3 saylı Qərarının 8-ci bəndi və ona dəyişikliklər edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarlarına əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni, sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin, təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Cinayət Məcəlləsinin kommentariyasında qeyd olunur ki, xüsusi amansızlıqla adam öldürmə əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət hər hansı başqa amansızlıqdan deyil, xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Nəzərə almaq lazımdır ki, qanun xüsusi amansızlıq anlayışını həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqələndirir. Təqsirkarın xüsusilə əzabverici üsullardan istifadə etməsi bütün hallarda əməlin xüsusi amansızlıqla törədildiyini sübut edir. Cinayətin törədilmə üsulu və şəraiti nəzərə alınmaqla bədən xəsarətləri yetirilən və çoxlu qan itirən zərərçəkmiş şəxsi ona kömək göstərilməsinin qarşısını alaraq onun əzablarını artırmaqla öldürmə, habelə həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq zərərçəkmiş şəxsi öldürmə xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilməlidir. Əməl o halda xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilə bilər ki, cinayətin törədilmə üsulu, şəraiti, ölümün baş vermə faktı təqsirkar tərəfindən dərk edilir və o, öz əməlini xüsusi amansızlıqla həyata keçirdiyini dərk edir. “Xüsusi amansızlıq” anlayışı tibbi yox, hüquqi anlayış olduğuna görə onun müəyyən edilməsi məhkəmə tibb ekspertizasının deyil, istintaq və məhkəmə orqanlarının səlahiyyətinə daxildir. Xüsusi amansızlıqla adam öldürmə cinayətinin motivləri müxtəlif ola bilər. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin yuxarıda şərh olunan normalarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında verilən tövsiyələrə əsaslanaraq qeyd edir ki, qəsdən adam öldürmə cinayətlərinin hüquqi qiymətləndirilməsi zamanı təqsirləndirilən şəxsin qəsdinin məzmununun, cinayətin törədilməsi üsulunun, yetirilən bədən xəsarətlərin xarakterinin, bədənin hansı nahiyələrinə yetirilməsinin (həyat üçün mühüm olan orqanlara xəsarətlərinin yetirilib-yetirilməməsinin), xüsusilə təqsirləndirilən şəxsin cinayət hərəkətlərinin kəsilməsinin səbəblərinin müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Təqsirləndirilən şəxsin qəsdi qeyri-müəyyən olduqda onun əməli baş vermiş faktiki nəticələrə görə tövsif olunmalıdır, yəni təqsirkarın hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin ölümü baş vermişdirsə, əməl qəsdən adam öldürmə kimi, təqsirkarın hərəkətləri zərərçəkən şəxsin bədəninə xəsarətlər yetirilməsinə səbəb olmuşdursa, onun əməli yetirilən xəsarətlərin dərəcəsinə müvafiq olaraq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət etməyə cəhdin, adətən üç obyektiv əlaməti fərqləndirilir. Birinci obyektiv əlamət əməlin bilavasitə cinayət törətməyə yönəldilməsidir. Yəni bu o deməkdir ki, cinayət etməyə cəhddə törədilən əməllə dispozisiyada göstərilən cinayətin obyektiv cəhəti qismən icra edilmiş olur. İkinci obyektiv əlamət əməlin başa çatmamasında ifadə olunur. Bu isə o deməkdir ki, cinayət etməyə cəhddə cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Məhz bu əlamət cinayət etməyə cəhdi başa çatmış cinayətlərdən fərqləndirir. Cinayət etməyə cəhdin başa çatan cinayətdən fərqləndirilməsi həm də bu növdən olan cinayətlərin əlamətlərini nəzərdə tutan tərkibin qurulmasından asılıdır. Əgər cinayət etməyə yönələn cəhd maddi quruluşa malik olan tərkiblərdə nəzərdə tutulan cinayətin törədilməsinə yönəldilmişdirsə, ictimai təhlükəli nəticə baş vermir. Məsələn, başqasını öldürmək məqsədi ilə hər hansı silahdan istifadə edilərək zərərçəkmiş şəxsə xəsarət və ya xəsarətlər yetirilirsə, bu zaman zərərçəkmiş şəxsin ölümü baş vermir. Yəni, cinayət etməyə cəhddə qanunda nəzərdə tutulan ictimai təhlükəli nəticə baş vermir. Lakin buradan nəticə çıxarmaq olmaz ki, cinayət etməyə cəhddə ümumiyyətlə nəticə olmur. Cinayət etməyə cəhdin üçüncü obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Bu əlamətin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Cinayətə cəhdi başa çatdırmağa imkan verməyən hallar olduqca müxtəlif ola bilər. Bu, cinayəti başa çatdırmaq üçün şəxsin hazırladığı alət və vasitənin yararsız olması ilə, cinayətin predmetinin olmaması ilə, zərərçəkmiş şəxsin ciddi müqavimət göstərməsi və digər hərəkətləri ilə əlaqədar ola bilər. Hazırki cinayət işinin məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 onun arvadı Şahid4 qucaqlayıb öpməsindən əsəbləşərək, əlində balta, üzündə maska (papağı boğazına qədər çəkib, göz nahiyəsində olan hissəsində iki ədəd deşik açmaqla maska şəklində istifadə etməklə) ilə Fərasətin yaşadığı evə gedib, otağa daxil olan kimi heç bir söz demədən onun baş nahiyyəsinə balta ilə zərbə endirməsi, otaqda olan Fərasətin arvadı Zərərçəkmiş şəxs2 və səsə gələn qızı Şahid1 müqaviməti nəticəsində Fərasətə yenidən zərbə endirə bilməməsi, Fərasətin arvadı və qızının yanında sonunculara əzab və iztirab verməklə ona balta ilə hücum etməsi, kimliyi bəlli olandan sonra insanların səs-küyə toplaşacaqlarından çəkinərək, Fərasəti öldürmək kimi öz cinayətkar niyyətini iradəsindən asılı olmayan səbəblərdən başa çatdırmadan hadisə yerini tərk etməsi əməlində xüsusi amansızlıqla adam öldürməyə cəhd maddəsinin tərkibini tam formalaşdırmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllər, “şübhəli şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, “əşyanın tanınması və baxış aparılması haqqında” protokol və ona əlavə edilmiş fotocədvəl, “hadisə yerinə əlavə baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllər, “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, barəsində qətimkan tədbiri seçilməsinə dair məhkəmə nəzarəti qaydasında keçirilmiş iclasda özünü təqsirli bilməsi, hətta əməlindən səmimi peşman olduğunu bildirməsi barədə qeyd olunmuş məhkəmə qərarı, “üzləşdirmə aparmaq haqqında” protokollar, ekspert rəyləri, maddi sübutlar və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayətçi olmamaları səbəbindən məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə xitam verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx.xx.2005-ci il tarixli qərarında qeyd edilir ki, “məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsi). ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Cinayət- Prosessual Məcəllənin 28.5-ci maddəsi)”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Cinayət-Prosessual Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Sözügedən Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, arvadının səhhətində problemlər, habelə müddətsiz birinci dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bundan başqa, Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın müddəti ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin, yəni 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq olmamalı, bundan sonra müəyyən edilmiş cəzadan çıxış etməklə barəsində həmin Məcəllənin 60-cı maddəsi tətbiq edilməklə təyin ediləcək yekun cəzanın həddi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, qəsdən törədilmiş xüsusilə ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1 və 132.1.7-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğu Cəlilabad Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs məxsus bir ədəd hərbi gödəkçə, bir ədəd tünd-göy rəngli kofta, bir ədəd üzərində tünd-göy rəngli cızıqlar olan damalar şəklində tünd-boz, tünd-göy və açıq-mavi rəngli köynək, bir ədəd tünd-göy rəngli şalvar, qara rəngli papaq, şalvarın belinə bağlanmış vəziyyətdə olan bir tay (sol tay), üzərində “300#” yazılmış narıncı və qara rəngli əlcək; Zərərçəkmiş şəxs1 məxsus bir ədəd tünd-göy rəngli uzunqol kofta, bir ədəd tünd-göy rəngli uzunqol köynək, bir ədəd ağ rəngli mayka; bir ədəd balta məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 154 (bir yüz əlli dörd) manat 16 (on altı) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 25 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 noyabr 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 154 (bir yüz əlli dörd) manat 16 (on altı) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Baş Prokurorluğu Cəlilabad Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs məxsus bir ədəd hərbi gödəkçə, bir ədəd tünd-göy rəngli kofta, bir ədəd üzərində tünd-göy rəngli cızıqlar olan damalar şəklində tünd-boz, tünd-göy və açıq-mavi rəngli köynək, bir ədəd tünd-göy rəngli şalvar, qara rəngli papaq, şalvarın belinə bağlanmış vəziyyətdə olan bir tay (sol tay), üzərində “300#” yazılmış narıncı və qara rəngli əlcək; Zərərçəkmiş şəxs1 məxsus bir ədəd tünd-göy rəngli uzunqol kofta, bir ədəd tünd-göy rəngli uzunqol köynək, bir ədəd ağ rəngli mayka; bir ədəd balta məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-264/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-264/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver