Məhkəmə qərarları › İş №1(099)-265/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-265/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-265/2025 29.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, hakim köməkçisi Şərifov Elgün Ağayar oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1978-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1982-ci il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxx 1986-cı ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və qardaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 15 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində yaşadığı Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən “Fədək” adlı ərzaq mağazasının qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs2 qardaşı Təqsirləndirilən şəxs2lə heç bir əsaslı səbəb olmadan mübahisə etməsini və 2024-cü ildə Kərbala ziyarətindən qayıdan zaman Zərərçəkmiş şəxs2 onun üçün kəsdiyi qurbanlıq heyvana görə verdiyi 170 (bir yüz yetmiş) manat pulu onlardan dəfələrlə istəməsini cüzi səbəb kimi bəhanə edib, əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 19 noyabr 2024-cü il tarixdə, saat 14:30 radələrində qardaşı Təqsirləndirilən şəxs2 məlumatına əsasən Zərərçəkmiş şəxs2 Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən, Şahid1 məxsus avtomobil təmir sexində olduğunu bilib, qardaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə həmin sexin qarşısına gələrək, Zərərçəkmiş şəxs2 yaxınlaşıb, heç bir əsaslı səbəb olmadan üstünlüyünü nümayiş etdirmək məqsədilə ünvanına nalayiq ifadələr işlədərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, xuliqanlıq niyyətilə qəsdən yumruqla iki dəfə Zərərçəkmiş şəxs2 üz nahiyəsinə zərbələr vurmuş, eyni niyyətlə hərəkət edən digər qrup üzvü Təqsirləndirilən şəxs3 əvvəlcədən özü ilə gətirdiyi ağac parçası ilə Zərərçəkmiş şəxs2 üzərinə hücum edib, xuliqanlıq niyyəti ilə kürək nahiyəsindən bir dəfə zərbə vuraraq sağ kürək nahiyəsində qançır kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bundan sonra o, əvvəlcədən özü ilə gətirdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs2 üzərinə hücum edib, xuliqanlıq niyyəti ilə qarın nahiyəsindən bir dəfə bıçaqla zərbə vurmuş, həmin vaxt hadisə yerində olan Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 qardaşının qrup üzvləri tərəfindən döyülməsinin qarşısını almaq istəyən zaman Təqsirləndirilən şəxs3 əlindəki ağac parçasından silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 sol bud nahiyəsinə bir dəfə zərbə vuraraq sol bud nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, daha sonra o, əlindəki bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 üzərinə hücum edib 2 dəfə qarın, 1 dəfə bel nahiyəsindən zərbələr vuraraq sağ qasıqüstü (qarın), sol bel nahiyələrində kəsilmiş yaralar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 sexin içərisinə qaçan Zərərçəkmiş şəxs2 arxasıca gedib xuliqanlıq hərəkətlərini davam etdirərək özü ilə gətirdiyi mismarçəkəndən silah qismində istifadə etməklə və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 sol qaşüstü nahiyəsindən 1 dəfə zərbə vuraraq sol qaşüstü nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmiş, Təqsirləndirilən şəxs3 isə ağac parçası ilə sexin içərisində xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsinə bir neçə dəfə zərbə vuraraq başın təpə nahiyəsində əzilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, daha sonra, o da sexin içərisinə daxil olaraq xuliqanlıq niyyəti ilə bıçaqla bir neçə dəfə Zərərçəkmiş şəxs2 sinə və qarın nahiyələrindən zərbələr vuraraq döş və qarın boşluğuna nüfuz edən, sağ ağciyər, yoğun bağırsağın zədələnməsi, hemopnevmotoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan 2 ədəd kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, həmçinin döş qəfəsi nahiyəsində kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurmuş, habelə bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə ətrafda olan şəxslərin narahatçılığına səbəb olan qərəzli xuliqanlıq etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən bir həftə əvvəl Zərərçəkmiş şəxs2 onun evinə gələrək onu maralanmış və tərbiyəsizlik etmişdir. Samirin onun evinə gəlməsinə səbəb ziyarətdən gəldiyi vaxt Zərərçəkmiş şəxs2 onun üçün kəsdiyi qurbanın pulunu istəməsi olub. Həmin vaxt evdə olan böyük qardaşı onu evdən uzaqlaşdırmışdır. Sonra Samirin atası gəlib üzrxahlıq etmişdir. Onun səhəri günü isə Zərərçəkmiş şəxs2 onun qardaşı Fərmanı vurmuşdur. Bu səbəbdən onunla davaları olmuşdur, onlar avto-servisin qarşında dava etmişlər. O, həmin yerə dava etmək üçün deyil, Zərərçəkmiş şəxs2lə danışmaq üçün getmişdir. Zərərçəkmiş şəxs2 yumruqla və dırnaqtutanla vurmuşdur. Onun qardaşı Zeynalı isə üstünə hücum etdiyi üçün vurmuşdur. Əməlindən peşmandır. Zərəçəkmiş şəxslərin hər ikisi ilə barışmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, o işə gedərkən Zərərçəkmiş şəxs2 gəlib onların həyətində ona qarşı hörmətsizlik etmiş və aralarında mübahisə düşmüşdür. Növbəti gün Samir onun qardaşını vurmuşdur. Bundan təxmini 1 həftə keçdikdən sonra qardaşları İmranın əsəbi şəkildə harasa getdiyini öyrənmişlər. Zərərçəkmiş şəxs2 öz istəyi ilə onların həyətində qurban kəsmiş və həmin qurbanın pulunu onlardan istəməsi ilə aralarında mübahisə yaranmışdır. Hadisə günü ona böyük qardaşının Zərərçəkmiş şəxs2lə danışaraq evdən əsəbi halda çıxdığını bildirmişlər, bundan sonra o və kiçik qardaşı birlikdə evdən çıxmışlar. Hadisənin baş verdiyi yer evlərindən 70-80 km mesafədə yerləşir. O, həmin yerə getdikdə Zərərçəkmiş şəxs2lə qardaşı İmran dava edirmiş, bu vaxt o, Zərərçəkmiş şəxs1 İmranın üstünə hücum etmək istədiyini görüb ağacla onun ayağına vurmuşdur. Dava-dalaş bundan sonra başlamışdır. O, sadəcə Zərərçəkmiş şəxs1 vurmuş, Zərərçəkmiş şəxs2lə qardaşı İmran dava etmişdir. Kiçik qardaşı Fərman isə dava etməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı özünü təqsirli bilərək ifadələrində qeyd etmişdir ki, “...O, dava-dalaş zamanı Zərərçəkmiş şəxs1 hər iki ayağından əlində olan ağac parçası ilə vurduğuna görə Zeynalla əlbəyaxa olmuşdur. İmran da əlində olan bıçaqla Zeynalın qarın və bel nahiyəsindən 2-3 dəfə vurub xəsarət yetirmişdir. Daha sonra o, Fərmanın araxasınca sexin içərisinə girmiş, orada davam edən dava-dalaş zamanı Fərman mismarçəkənlə Samirin qaşından, o isə ağac parçası ilə Samirin başından bir neçə dəfə vurduğuna görə Samir qaçıb yük avtomobilinin alt hissəsində olan “yama” deyilən quyuda gizlənmişdir. Həmin vaxt sexə daxil olan Təqsirləndirilən şəxs1 Samirin üzərinə hücum edib bir neçə dəfə bıçaqla qarnından və sinəsindən vurmuşdur”. İfadələr arasındakı zidiyyətin səbəbini araşdırılan zaman təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadənin həqiqiliyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 Cavanşir oğlu ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, qardaşı İmran Kərbəladan gələn vaxt Zərərçəkmiş şəxs2 ona zəng edib İmran üçün qurban kəsəcəyini qeyd etmişdir. İmran gəldikdən sonra o, qurbanı kəsmiş, onlar birlikdə qonaqlıq etmişlər. Sonradan İmran onunla münasibəti kəsdiyi üçün o, gəlib kəsdiyi qurbanın pulunu onlardan tələb etməyə başlamış, ona hazırda pulları olmadığını yaxın vaxtda qaytaracaqlarını bildirmişlər. Sonra o, ətrafda da bu barədə danışmağa başlamışdır. O, Zərərçəkmiş şəxs2 gördükdə etdiyi hərəkətin ayıb olduğunu, pulunun veriləcəyini demişdir. Zərərçəkmiş şəxs2 həmin vaxt yerdən götürdüyü daşı onun ağız nahiyəsinə, daha sonra iki-üç dəfə çənəsinə və başına vurub oradan qaçmışdır. Sonra qardaşları bu barədə xəbər tutmuşlar. O, velosipedlə ora yollanmış, qardaşı Cavanşir də motosikletlə arxadan gəlmişdir. Ora çatanda İmran və Samir əlbəyaxa vəziyyətdə olmuşlar. Sonra Zərərçəkmiş şəxs2 İmrandan aralaşdıqda o, əlində olan çəkici onun qaşına vurmuşdur. Sonra Zərərçəkmiş şəxs2 qaçıb getmişdir, hadisə yerinə özü ilə heç bir şey gətirməmiş, əlindəki çəkici isə orada zavoddan götürmüşdür. Əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı özünü təqsirli bilərək ifadələrində qeyd etmişdir ki, “...İlk olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək yumruqla bir neçə dəfə başından və bədənindən vurmuşdur. Təqsirləndirilən şəxs3 də Samirin üzərinə hücum edib özü ilə gətirdiyi ağac parçası ilə kürəyindən vurmuş, İmran bıçaqla Samirin qarın nahiyəsindən vurmuş, o isə velosipedin üzərindən mismarçıxaranı götürüb Samirin üzərinə getmiş, buna görə Samir qaçıb sexin içərisinə daxil olmuşdur. Sexin içərisində davam edən dava-dalaş zamanı misamarçəkənlə Samirin qaşından vurmuşdur. Onun arxasınca sexə gəlmiş Cavanşir əlindəki ağac parçası ilə Samirin başından bir neçə dəfə vurmuşdur. Samir qaçıb yük avtomobilinin alt hissəsində olan “yama” deyilən quyuda gizlənmiş, lakin həmin vaxt sexə daxil olan Təqsirləndirilən şəxs1 Samirin üzərinə hücum edib bıçaqla bir neçə dəfə Samirin qarnından və sinəsindən vurmuşdur. Orada olan şəxslər onları sakitləşdirmiş və Samirdən uzaqlaşdırmışlar...”. İfadələr arasındakı zidiyyətin səbəbini araşdırılan zaman təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadənin həqiqiliyini təsdiq etmişdir. Məhkəmə istintaqında ibtidai istintaqdakı ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır, eyni ünvanda yaşayırlar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır, həmin şəxslər də onun kimi Astara rayonu, Ərçivan qəsəbəsində yaşayırlar. Həmin şəxslərin heç biri ilə aralarında ədavət və ya düşmənçilik münasibətləri, mübahisə və münaqişə olmamışdır. Onun bibisi qızı X8rdaşı Kamran Əliyevin arvadıdır, bir ünvanda yaşayır. Onların münasibətləri normal olsa da, lakin heç vaxt bir-birinin evinə gediş-gəlişi olmamışdır. 19 noyabr 2024-cü il tarixdə sat 14:30 radələrində Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən Şahid1 məxsus yük avtomobilləri təmiri sexinin həyətində idarə etdiyi “DAF 95” markalı, E666XM96 Rusiya Federasiyasına məxsus dövlət qeydiyyat nişanlı avtomobili təmir edərkən qardaşı Zərərçəkmiş şəxs2 də sexin qarşısında idarə etdiyi Mercedes markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq kapot hissəsini qaldırıb təmizləmiş, həmin vaxt gözləmədiyi bir anda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 yaxınlaşmasını, Samirin İmrana əl uzadıb salam verməsini, İmranın isə qəflətən yumruqla iki dəfə Samirin sifətindən vurmasını görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs3 əlindəki ağac parçası ilə Samirin üzərinə hücum edib kürək nahiyəsində vurmuş, həmçinin, oraya velosipedlə gəlmiş İmran və Cavanşirin qardaşı Təqsirləndirilən şəxs2 isə velosipeddən mismarçəkən-çəkic kimi istifadə olunan əşyanı götürüb Samirin üzərinə hücum etmişdir. O da həmin şəxslərin Samiri döyməsinin qarşısını almaq üçün dava-dalaşa müdaxilə etmişdir. Bu zaman Təqsirləndirilən şəxs3 əlində olan ağac parçası ilə onun ayağından vurmuşdur. O, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 uzaqlaşdırmaq istəyən zaman İmran onunla əlbəyaxa olmuş və əynindəki paltarın altından bel tərəfindən çıxardığı bıçaqla onun hər iki böyür nahiyəsindən və bir dəfə bel nahiyəsindən vuraraq xəsarət yetirmişdir. O, aldığı xəsarət nəticəsində yerə yıxılmış və huşunu itirmişdir. Bundan sonra dava-dalaş zamanı hansı hadisələrin baş verməsini xatırlamır, yalnız bir neçə dəqiqədən sonra orada olan şəxslər tərəfindən Elvin adlı şəxsin idarə etdiyi VAZ-2107 markalı avtomobilə əyləşdirilən zaman ayılmışdır. Həmin vaxt qardaşı Zərərçəkmiş şəxs2 sinəsindən və ağzından qan axmasını, çoxlu qan itirməsini görmüşdür. Buna görə də Elvin onlarıdərhal Astara rayon mərkəzi xəstəxanasına çatdırmışdır. Lakin, aldıqları xəsarətlər çox olduğu üçün onları təcili tibbi yardım avtomobili ilə Lənkəran RMX-na aparmışlar. Orada onlara tibbi yardım göstərilmiş, yaraları təmizlənib tikiş atılmışdır. O, sonradan baş vermiş dava-dalaş zamanı qardaşı Zərərçəkmiş şəxs2 də Təqsirləndirilən şəxs1 tərəfindən bıçaqlanmasını bilmişdir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, 19 noyabr 2024-cü il tarixdə saat 14:30 radələrində Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən Şahid1 məxsus olan yük avtomobilləri təmiri sexinin qarşısında baş vermiş dava-dalaş o, xatırlayanı təxminən 5 dəqiqəyə yaxın vaxt davam etmiş, lakin sonradan orada hansı hadisələrin baş verməsini bilmir, buna görə də dava-dalaşın tam olaraq hansı müddətdə davam etməsini dəqiq deyə bilmir. Dava-dalaşı sexin sahibi Şahid1, Faiqin qardaşı Şahid2, həmçinin sexdə usta işləyən Elvin adlı şəxslər görmüşlər. Həmçinin, o, ifadəsində göstərmişdir ki, həmin davadalaş zamanı Zərərçəkmiş şəxs2 əlində bıçaq və ya digər kəsici-deşici alət olmamış, İmranı üzərinə hücum etməmişdir. Təqsirləndirilən şəxs1 onunla əlbəyaxa olan zaman əynindəki gödəkçənin altından arxa tərəfindən çıxardığı açılıb-bağlanan, qara rəngli, təxminən 15-20 sm uzunluğunda olan bıçağı çıxarıb üzərinə hücum edib hər iki böyür tərəfindən, bir dəfə bel nahiyəsindən vurmaqla xəsarət yetirmişdir. (Cild İİ i.v. 60-64). Məhkəmə istintaqında ibtidai istintaqdakı ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır, həmin şəxslərin heç biri ilə arasında ədavət və ya düşmənçilik münasibətləri, mübahisə və münaqişə olmamışdır. Onun bibisi qızı X8rdaşı Kamran Əliyevin arvadıdır, İmran və qardaşları ilə bir ünvanda yaşayır. Onların münasibətləri normal olsa da, lakin heç vaxt bir-birinin evinə gediş-gəlişi olmamışdır. Təxminən 2024-cü ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs1 Kərbəla ziyarətindən qayıdarkən ona zəng edib qurban kəsmək üçün qurbanlıq quzunu nisyə almasını istəmiş, sonradan həmin pulu verəcəyini demişdir. Buna görə də o, İmranın bu sözlərinə heç bir etiraz etməmiş və hal-hazırda adını dəqiq xatırlaya bilmədiyi Ərçivan qəsəbə sakininin evinə gedərək bir baş erkək quzunu 170 (bir yüz yetmiş) manata nisyə almış, həmin şəxsə pulunu tezliklə verəcəyini bildirmişdir. Həmin şəxs də onun bu sözlərinə heç bir etiraz etməmişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs1 Kərbəla şəhərindən ziyarətdən gəldiyinə görə İmranın sifarişi ilə aldığı bir baş quzunu yaşadığı evin həyətinə aparmışdır. Təqsirləndirilən şəxs1 və qardaşları həmin quzunu qurban kəsmiş, bir hissəsini bişirib yemişlər, bir hissəsini isə paylamışlar. Sonradan Təqsirləndirilən şəxs1 nisyə aldığı quzunun pulunu verməsini istəmiş, İmran isə müxtəlif bəhanələr gətirərək pulu verməmişdir. Bu səbəbdən də İmran üçün aldığı quzunun 170 manat pulunu özü vermişdir. İmrandan pulu istəyərkən yenə də verəcəyini demişdir. 14 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə gedib İmranı çağırmış, lakin, ailə üzvlərindən kimsə həyətə çıxıb İmranın yatmasını bildirmiş, buna görə də həyətdən çıxıb getmişdir. Bundan 1 gün sonra, 15 noyabr 2024-cü il tarixdə saat təxminən 19 radələrində Ərçivan qəsəbəsində yerləşən “Fədək” marketin qarşısında Təqsirləndirilən şəxs2lə qarşılaşan zaman Fərman ona yaşadığı evin həyətinə getməsinə və İmrandan 170 manat pulu istəməsinə narazılığını bildirib onunla mübahisə etmişdir. O isə Fərmana uzaq olmasını və çıxıb getməsini məsləhət görmüşdür. Orada olan tanımadığı şəxslər mübahisəyə müdaxilə edib onları ayırmışlar. Bundan sonra o, idarə etdiyi “Mercedes” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib oradan uzaqlaşıb yaşadığı evə getmişdir. 19 noyabr 2024-cü il tarixdə saat 14 radələrində Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən Şahid1 məxsus yük avtomobilləri təmiri sexinə qardaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi “DAF95” markalı, E666XM96 Rusiya Federasiyasına məxsus dövlət qeydiyyat nişanlı avtomobili təmir etmək üçün aparmışdır. Həmin gün saat 14:30 radələrində Zərərçəkmiş şəxs1 idarə etdiyi yük avtomobilini təmir etməyə başlamış, o isə idarə etdiyi avtomobili avtoyuma məntəqəsinə yuduqdan sonra sexin qarşısında avtomobilin kapot hissəsini açıb matorxananın qapağını bağlayarkən avfyorka deyilən vintaçanı götürmək üçün gedəndə Təqsirləndirilən şəxs1 ona yaxınlaşmışdır. O da Təqsirləndirilən şəxs1 əlini uzadıb salam vermək istəmiş, lakin, gözləmədiyi bir anda İmran yumruqla iki dəfə onun sifətindən vurmuş, həmin vaxt Təqsirləndirilən şəxs3 əlində olan ağac parçası ilə onun kürəyindən vurmuşdur. Təqsirləndirilən şəxs1lə əlbəyaxa olarkən əynindəki gödəkçənin altından arxa tərəfindən çıxardığı açılıb-bağlanan bıçağı çıxarıb qarnından bir dəfə vurmuşdur. Buna görə də avtomobil təmiri sexinin içərisinə qaçıb özünü müdafiə etmək üçün əşya axtarmaq istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 əlində olan mismarçəkən-çəkic kimi istifadə olunan əşya ilə onun üzərinə hücum etdiyinə görə sexin içərisinə qaçmışdır. Sexin içərisində davam edən dava-dalaş zamanı Fərman mismarçəkənlə onun qaşından, Təqsirləndirilən şəxs3 əlində olan ağac parçası ilə onun bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Zərərçəkmiş şəxs1 sexin həyətində yerdə uzanmış vəziyyətdə olmasını görmüşdür. O özünü yük avtomobilin altında olan yama deyilən hissə atmış, Təqsirləndirilən şəxs1 isə əlində olan bıçaqla onun qarnından və sinəsindən müxtəlif vurmaqla xəsarət yetirmişdir. O, xəsarət alması nəticəsində huşunu itirmiş, bir neçə dəqiqə sonra huşu özünə gələn zaman Faiq adlı şəxs və orada olan digər şəxslər onu və qardaşı Zeynalı Elvin adlı şəxsin adlı şəxsin idarə etdiyi VAZ-2107 markalı avtomobillə Astara RMX-na yola salmışlar. Lakin, aldıqları xəsarətlər çox olduğu üçün onları təcili tibbi yardım avtomobili ilə Lənkəran RMX-na aparmışlar. Orada o və qardaşı Zərərçəkmiş şəxs1 tibbi yardım göstərilmiş, yaraları təmizlənib tikiş atılmış, bir neçə gün xəstəxanada müalicə olunduqdan sonra evə buraxılmışdır. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, 14 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən Fədək marketin qarşısında baş vermiş mübahisə 5 dəqiqəyə yaxın vaxt davam etmiş, mübahisəni tanımadığı 5-6 şəxs görmüş, həmin mübahisə yalnız sözlə olmuş, Fərmanı döyüb hər hansı xəsarət yetirməmişdir. Həmçinin, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 istintaqa yalan ifadə vermiş, belə ki, o, bir baş quzunu İmranın xahişi ilə nisyə almış, sonradan pulu vermədiyi üçün İmranın əvəzində vermiş və pulu istəmişdir. 19 noyabr 2024-cü il tarixdə saat 14:30 radələrində Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən Şahid1 məxsus olan yük avtomobilləri təmiri sexinin qarşısında baş vermiş dava-dalaş o, xatırlayanı təxminən 5 dəqiqəyə yaxın vaxt davam etmişdir. Dava-dalaşı sexin sahibi Şahid1, Faiqin qardaşı Şahid2, həmçinin sexdə usta işləyən Elvin adlı şəxslər görmüşlər.(Cild İİ iş vər.: 76-80). Məhkəmə istintaqında ibtidai istintaqdakı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qardaşı Şahid2 ilə birlikdə şərikli şəkildə Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən yük avtomobilləri təmiri sexini işlədir. Həmçinin, onalara məxsus olan yük avtomobillərini ayrı-ayrı şəxslər idarə edir, Rusiya Federasiyası, İran İslam Respublikası və digər ölkələrə yük daşıyırlar, həmin sürücülərə daşıdıqları yükü və getdikləri yolun müqabilində pul verirlər. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Astara rayonu, Ərçivan qəsəbə sakini kimi tanıyır, heç bir ilə qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 da rayonu, Ərçivan qəsəbə sakini kimi tanıyır, heç bir ilə qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. Zərərçəkmiş şəxs1 onlara məxsus olan “DAF” markalı, E666XM96 dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir, müxtəlif ölkələrdən yük daşımaqla məşğul olur. Zərərçəkmiş şəxs2 də Zeynalın qardaşı kimi tanıyır, lakin Samirlə hər hansı şəxsi münasibətləri, əlaqələri yoxdur. 19 noyabr 2024-cü il tarixdə saat təxminən 14:30 radələrində Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən yük avtomobilləri təmiri sexinin həyətində usta Elvin Baxşıyevlə birlikdə Zərərçəkmiş şəxs1 idarə etdiyi yük avtomobilini təmir etmiş, Zeynal özü də həmin avtomobilin sağ tərəfində dayanıb avtomobilin yanacaq yerinə yanacaq tökmüş, Zeynalın qardaşı Zərərçəkmiş şəxs2 isə sexin həyətində özünə məxsus olan “Mercedes” markalı avtomobili təmizləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 sexin həyətində dayanmış yük avtomobilinin arxa tərəfindən piyada şəkildə gəlməsini və Zərərçəkmiş şəxs2 yaxınlaşmasını, Fərmanın velosipedlə, Cavanşirin isə adını Ceyhun kimi bildiyi bir şəxsin idarə etdiyi velosipedlə oraya gəlməsini görmüşdür. İmran Samirin yanına çatarkən Samir əlini uzadıb salam vermək istəmiş, İmran isə salamlaşmadan qəflətən yumruqla Samirin sifətindən iki dəfə vurmuş, buna görə də həmin şəxslər əlbəyaxa olmuşlar. Həmin vaxt X15 arasına girib hər iksini ayırmaq istəmiş, bu zaman Cavanşir özü ilə gətirdiyi ağac parçası ilə Samirin üzərinə hücum edib bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. İmran əynindəki gödəkçənin arxa tərəfinin alt hissəsindən bir ədəd açılıb bağlanan bıçağı çıxarıb Samirin üzərinə hücum etmiş və bir dəfə qarın nahiyəsindən vurmuşdur. Buna görə də Samir qaçaraq avtomobil təmiri sexinin içərisinə girmişdir. Fərman əlində olan mismarçəkən və çəkic kimi istifadə edilən əşya ilə Samirin arxasınca sexin içərisinə qaçmışdır. Həmin vaxt Zeynal Cavanşiri sakitləşdirmək istəsə də, lakin Cavanşir əlindəki ağac parçası ilə Zeynalın ayaqlarından bir neçə dəfə vurmuş, Zeynalla Cavanşir əlbəyaxa olan zaman onun qardaşı Şahid2 də həmin şəxsləri ayırmağa və sakitləşdirməyə çalışmışdır. Bu zaman İmran əlində olan bıçaqla Zeynalın üzərinə hücum edib bir neçə dəfə həmin bıçaqla qarnından və böyür nahiyəsindən vurduğuna görə Zeynal yerə yıxılmışdır. Bundan sonra Cavanşir əlində olan ağac parçası ilə qaçaraq sexə daxil olmuş və Fərmanla birlikdə Samiri sexin içərisində döymüşlər. Təqsirləndirilən şəxs1 isə əlində olan bıçaqla qaçıb sexin içərisinə daxil olmaq istəyərkən İmranı tutub saxlamağa və sakitləşdirməyə çalışsa da, lakin İmranın qarşısını ala bilməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 qardaşları Fərman və Təqsirləndirilən şəxs3lər tərəfindən döyülməsinə görə sexin içərisində dayanmış yük avtomilinin alt hissəsində olan yama deyilən yerdə gizlənmiş Zərərçəkmiş şəxs2 üzərinə hücum edib orada həmin bıçaqla sinəsindən və qarnından bir neçə dəfə vurmaqla xəsarət yetirmişdir. O, qardaşı Şahid2, sexdə usta işləyən Elvin Baxşıyev dava-dalaşa müdaxilə edərək İmran, Cavanşir və Təqsirləndirilən şəxs2ləri sakitləşdirmişlər. Fərman oradan uzaqlaşıb gedərkən əlində olan mismarçəkən-çəkic kimi istifadə edilən əşyanı sexin içərisinə atmış, lakin, Təqsirləndirilən şəxs1 əlində olan bıçağı oraya tullamasını görməmiş, bundan başqa Cavanşir də əlində olan ağac parçasını özü ilə aparmışdır. Zeynal və Zərərçəkmiş şəxs2lər aldığı xəsarətlərdən səhhətləri pisləşdiyinə görə onun qardaşı Şahid2 Elvin Baxşıyevin idarə etdiyi “VAZ-2107” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin şəxsləri Astara rayon mərkəzi xəstəxanasına aparmışdır. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, həmin dava-dalaşı ondan başqa qardaşı Şahid2, sexdə usta işləyən Elvin Baxşıyev, sexə avtomobili təmir etdirmək üçün gəlmiş, adlarını bilmədiyi Masallı rayonundan olan iki şəxs, adını Ceyhun kimi bildiyi şəxs, habelə tanımadığı təxminən 8-10 şəxs görmüş, dava-dalaş təxminən 4-5 dəqiqəyə yaxın vaxt davam etmişdir. Həmçinin, o, ifadəsində göstərmişdir ki, İmran və Təqsirləndirilən şəxs3lər baş vermiş cinayət hadisəsi ilə bağlı istintaqa yalan ifadə vermişlər. Belə ki, həmin dava-dalaş zamanı Zərərçəkmiş şəxs2 əlində hər hansı bıçaq olmamış, həmin bıçağı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin arxa tərəfinin alt hissəsindən çıxarıb Samir və Zərərçəkmiş şəxs1lərə xəsarət yetirmiş, Təqsirləndirilən şəxs1 istifadə etdiyi bıçağı sonradan sexin içərisinə və ya həyətinə tullamamış, bıçağı orada görməmiş, bundan başqa, Təqsirləndirilən şəxs3 dava-dalaş zamanı istifadə etdiyi ağac parçasını özü ilə aparmışdır. Buna görə də Astara RPŞ-nin əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirən zaman oradan nə ağac parçası, nə də bıçaq aşkar olunmamış, yalnız sexin içərisindən Fərmanın dava-dalaş zamanı istifadə etdiyi bir ədəd mismarçəkən-çəkic deyilən əşya, həmçinin Samirə məxsus olan ayaqqabının biri aşkar edilərək maddi sübut kimi götürülmüşdür. (Cild İİ iş vər.: 83-86 ). İş üzrə ifadələri elan olunmuş şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsini təsdiq edən ifadələr vermişlər. (Cild İİ iş vər.:193-195, 201-203). Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verikləri ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - «Könüllü təslim olma haqqında» 19 noyabr 2024-cü il tarixli, 89 nömrəli protokoldan görünür ki, cinayət işi üzrə şübhəli şəxs Əliyev X9 Rayonu Polis Şöbəsinin inzibati binasına yaxınlaşaraq özünü istintaq orqanına təqdim etmişdir.( C-İ, i.v. 64 ). - «Könüllü təslim olma haqqında» 20 noyabr 2024-cü il tarixli, 102 nömrəli protokoldan görünür ki, cinayət işi üzrə şübhəli şəxs Əliyev X3 Rayonu Polis Şöbəsinin inzibati binasına yaxınlaşaraq özünü istintaq orqanına təqdim etmişdir.( C-İ, i.v. 97 ). - «Şübhəli şəxsin tutulması haqqında» 19 noyabr 2024-cü il tarixli, 82 qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20:25-də şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 52). - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 21 noyabr 2024-cü il tarixli, 118 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ARCM-in 221.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (C-İ, i.v. 124-125). - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 21 noyabr 2024-cü il tarixli, 126 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ARCM-in 221.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (C-İ, i.v. 139-140). - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 21 noyabr 2024-cü il tarixli, 134 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ARCM-in 221.3 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (C-İ, i.v. 154-155). - Astara Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 4(018)-79/2024, 4(018)- 80/2024 və 4(018)-81/2024 saylı müvafiq qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində 03(üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (C-İ, i.v. 192-199). - «Təqsirləndirilən şəxsə yenidən elan edilməsi haqqında» 15, 16 və 17 fevral 2025ci il tarixli, müvafiq olaraq 486, 498 və 511 nömrəli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ARCM-in 126.2.4. və 221.3-cü maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək onlara ARCM-in 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (C-İİİ, i.v. 150-152, 169- 171, 188-190). - «Hadisə yerinə baxış keçirilməsi haqqında» 19 noyabr 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən Şahid1 məxsus olan yük avtomobilləri təmiri sexinin həyətində, daha sonra isə sexin içərisində baş vermiş, sexin həyətində yerdə olan gölməçəyə Zərərçəkmiş şəxs2 məxsus olan qan tökülmüş, sexin içərisindən sonuncuya məxsus olan bir ədəd ayaqqabı, həmçinin dava-dalaş zamanı Təqsirləndirilən şəxs2 istifadə etdiyi, mismarçəkən-çəkic kimi istifadə olunan əşya aşkar edilərək götürülmüşdür. ( C-İ, i.v. 09- 18). - «Videogörüntüyə baxış keçirilməsi haqqında» 19 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:30 radələrində Təqsirləndirilən şəxs1 “Mercedes” markalı avtomobillə Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən Şahid1 məxsus olan yük avtomobilləri təmiri sexinin qarşısına gəlir, daha sonra velosipedlə onun qardaşı Təqsirləndirilən şəxs2 sexin qarşısına gəlir, arxasınca isə Şahid4 idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs3 əlində ağac parçası ilə gəlir. Cavanşir və Təqsirləndirilən şəxs2lər avtomobil təmiri sexinin qarşısına çatarkən Təqsirləndirilən şəxs1 həmin yerdə “Mercedes” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək yumruqla sifət nahiyəsindən vurur. Bu zaman Zərərçəkmiş şəxs2 yaxınlığında olan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 üzərinə gedir, həmin vaxt Təqsirləndirilən şəxs3 əlindəki ağac parçası ilə Zərərçəkmiş şəxs2 kürək nahiyəsindən vurur. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin arxa tərəfinin alt hissəsindən bir ədəd bıçağı çıxarıb açır və Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək qarnından vurur. Təqsirləndirilən şəxs2 idarə etdiyi velosipeddən bir tərəfi çəkic, digər tərəfi mismarçıxaran kimi istifadə olunan əşyanı götürüb Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək onu avtomobil təmiri sexinin içərisinə tərəf qovur. Təqsirləndirilən şəxs3 əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs1 hər iki ayağından vurduğuna görə həmin şəxslər əlbəya olurlar. Bu zaman Təqsirləndirilən şəxs1 isə əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 üzərinə gedib onu sol əli ilə yaxasından tututb saxlayır, sağ əli ilə isə bir neçə dəfə zərbə endirib xəsarət yetirir. Təqsirləndirilən şəxs3 əlində olan ağac parçası ilə sexin içərisinə Zərərçəkmiş şəxs2 döymək üçün gedir, daha sonra Təqsirləndirilən şəxs1 əlindəki bıçaqla avtomobil təmiri sexinə daxil olur. Təxminən 1 dəqiqədən sonra Cavanşir, İmran və Təqsirləndirilən şəxs2lər sexdən çıxırlar. Orada olan şəxslər İmran, Cavanşir və Təqsirləndirilən şəxs2ləri sakitləşdirib kənara aparırlar. Bundan sonra Təqsirləndirilən şəxs1 Şahid4 idarə etdiyi motosikletə, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi velosipedə əyləşib hadisə yerindən uzaqlaşıb gedirlər, Təqsirləndirilən şəxs3 piyada şəkildə oradan uzaqlaşıb gedir. Buna görə də qeyd olunan videogörüntülər iş üçün əhəmiyyət kəsb etdiyindən CD diskə köçürülərək cinayət işinin istintaqı materiallarına əlavə olunmuşdur. ( C-İ, i.v. 19-20). - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 fevral 2025-ci il tarixli, 287 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xasiyyətin istenik cizgiləri müəyyən edilir, onda hər hansı psixi xəstəlik aşkar olunmur, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və sair kimi psixi xəstəlik müəyyən edilmir, hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. ( C-İİİ, i.v. 82-84). - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 fevral 2025-ci il tarixli, 289 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik aşkar olunmur, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və sair kimi psixi xəstəlik müəyyən edilmir, hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. ( C-İİİ, i.v. 85-87). - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 fevral 2025-ci il tarixli, 290 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 hər hansı psixi xəstəlik aşkar olunmur, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs3 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və sair kimi psixi xəstəlik müəyyən edilmir, hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs3 qeyd olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. ( C-İİİ, i.v. 88-90). - Astara RMX X16 daxil olmuş 10 dekabr 2024-cü il tarixli, 18-1-26\3-3003\24 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs2 RMX-nın Polklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatına alınmamışlar. ( C-İİ, i.v. 93). - "xxxx" MMC-dən 29 dekabr 2024-cü il tarixli, 28828 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında 03 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 Cəbrsyıl oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasına xx.xx.2024-cü il tarixdə 12:50 dəqiqədə 9 saniyə, 13:44 dəqiqədə 91 saniyə, 14:40 dəqiqədə 12 saniyə, 15:17 dəqiqədə 80 saniyə, 15:34 dəqiqədə 89 saniyə, 16:25 dəqiqədə 201 saniyə, 16:29 dəqiqədə 23 saniyə, Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrə ilə xx.xx.2024-cü il tarixdə saat 14:38 dəqiqədə 72 saniyə, 14:44 dəqiqədə 14 saniyə telefon danışıqlarının olması müəyyən edilmişdir. Buna görə də həmin zənglərin siyahısı çıxarılaraq tərtib edilmiş protokola əlavə edilmişdir. ( C-İİ, i.v. 184- 187). - Məhkəmə-ballistik ekspertizasının 16 yanvar 2025-ci il tarixli, 3\1989 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş işlək hissəsi metaldan, dəstəyi taxtadan ibarət olan alət zavod üsulu ilə hazırlanmış, kəsici, əzici mismarçıxaran xassəyə malik təsərrüfat təyinatlı alətdir, sonradan əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. (C-İİİ, i.v. 75-77). - Lənkəran rayon MTE-dən verilmiş məhkəmə-tibbi ekspertizasının 04 dekabr 2024cü il tarixli, 390 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində döş və qarın boşluğuna nüfuz edən, sağ ağciyər, yoğun bağırsağın zədələnməsi, hemopnevmotoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan 2 (iki) ədəd kəsilmişdeşilmiş yaralar, döş qəfəsi nahiyəsində nahiyəsində kəsilmiş yara, başın təpə və sol qaşüstü nahiyələrində əzilmiş yara, sağ kürək nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən döş və qarın nahiyələrindəki kəsilmiş-deşilmiş yaralar kəsici-deşici əşyanın (əşyalar) təsirindən, başın təpə və sol qaşüstü nahiyəsində əzilmiş yaralar, həmçinin kürək nahiyəsində qançırlar isə bərk küt əşyanın təsirindən törənmişlər, o, cümlədən xx.xx.2024-cü il tarixdə iti kənarlı və ya iti uclu alətlə kəsilmiş-deşilmiş xəsarətlərin qeyd olunan nahiyələrə, digər xəsarətlərin isə bərk küt əşyalarla (çəkic, ağac parçası) ilə vurma nəticəsində əmələ gələ bilərdi və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə döş və qarın boşluğuna nüfuz edən, sağ ağciyər, yoğun bağırsağın zədələnməsi, hemopnevmotoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan 2 (iki) ədəd kəsilmiş-deşilmiş yaralar həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya, döş qəfəsi nahiyəsində kəsilmiş yara, başın təpə və sol qaşüstü nahiyəsində əzilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, kürək nahiyəsindəki qançır isə sağlamlığa zərərvurmayan olduqları üçün dərəcəsi təyin edilmir. ( C-İİ, i.v. 235-238). - Lənkəran rayon MTE-dən verilmiş məhkəmə-tibbi ekspertizasının 02 dekabr 2024cü il tarixli, 388 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ qasıqüstü (qarın), sol bel nahiyələrində kəsilmiş yaralar, sol bud nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sağ qasıqüstü (qarın), sol bel nahiyələrində kəsilmiş yaralar iti kənarlı və ya iti uclu alətin, ola bilsin ki, bıçağın, sol bud nahiyəsindəki qançır isə bərk küt əşyanın təsirindən törənmişlər, o, cümlədən xx.xx.2024cü il tarixdə sağ qasıqüstü (qarın), sol bel nahiyələrində kəsilmiş yaralar kənarlı və ya iti uclu alətlə digər şəxs tərəfindən vurulma nəticəsində, sol bud nahiyəsində qançır aşkar isə digər şəxs tərəfindən ağac parçası ilə vurma nəticəsində əmələ gələ bilər. Hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə sağ qasıqüstü (qarın), sol bel nahiyələrində kəsilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, sol bud nahiyəsində qançır isə sağalamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. ( C-İİ, 232-234). - «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, cinayətin aləti olan və hadisə yerindən tapılmış bir ədəd mismarçəkən, hadisənin görüntüsünü əks etdirən bir ədəd CD disk və Azercell MMC-dən daxil olmuş bir ədəd CD disk maddi sübut qismində tanınmışdır. (C-İİİ, i.v. 106-109). - Məhkəməyə ünvanlanmış 15 iyul 2025-ci tarixli telegramlardan görünür ki, iş üzrə şahidlər X11, Şahid2 və Şahid1 səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəklərini, ibtidai sitintaq zamanı vermiş olduqları ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Təqsirləndirilən şəxslərin dəlilləri bundan ibarətdir ki, Təqsirləndirilən şəxs1 Samir Mehdiyevi yumruq və dırnaqtutanla vurmuşdur, bıçaq istifadə etməmişdir. Müdafiə tərəfinin qeyd olunan dəlili ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, aşağıda qeyd olunanlara əsasən həmin dəlil qeyri-mötəbər hesab edilməlidir. Belə ki, təqsirləndirilən şəxslərin özlərinin ibtidai istintaq və məhkəmə istintaqı dövründə verdikləri ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Samir Mehdiyevə, Təqsirləndirilən şəxs1 isə Zeynal Mehdiyeve xəsarət yetirmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 02 dekabr 2024-cü il tarixli, 388 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ qasıqüstü (qarın), sol bel nahiyələrində kəsilmiş yaralar, sol bud nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sağ qasıqüstü (qarın), sol bel nahiyələrində kəsilmiş yaralar iti kənarlı və ya iti uclu alətin, ola bilsin ki, bıçağın, sol bud nahiyəsindəki qançır isə bərk küt əşyanın təsirindən törənmişlər, o, cümlədən xx.xx.2024-cü il tarixdə sağ qasıqüstü (qarın), sol bel nahiyələrində kəsilmiş yaralar kənarlı və ya iti uclu alətlə digər şəxs tərəfindən vurulma nəticəsində, sol bud nahiyəsində qançır aşkar isə digər şəxs tərəfindən ağac parçası ilə vurma nəticəsində əmələ gələ bilər. Həmçinin, məhkəmə-tibbi ekspertizasının 04 dekabr 2024-cü il tarixli, 390 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində döş və qarın boşluğuna nüfuz edən, sağ ağciyər, yoğun bağırsağın zədələnməsi, hemopnevmotoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan 2 (iki) ədəd kəsilmiş-deşilmiş yaralar, döş qəfəsi nahiyəsində nahiyəsində kəsilmiş yara, başın təpə və sol qaşüstü nahiyələrində əzilmiş yara, sağ kürək nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən döş və qarın nahiyələrindəki kəsilmiş-deşilmiş yaralar kəsici-deşici əşyanın (əşyalar) təsirindən, başın təpə və sol qaşüstü nahiyəsində əzilmiş yaralar, həmçinin kürək nahiyəsində qançırlar isə bərk küt əşyanın təsirindən törənmişlər, o, cümlədən xx.xx.2024cü il tarixdə iti kənarlı və ya iti uclu alətlə kəsilmiş-deşilmiş xəsarətlərin qeyd olunan nahiyələrə, digər xəsarətlərin isə bərk küt əşyalarla (çəkic, ağac parçası) ilə vurma nəticəsində əmələ gələ bilərdi və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə döş və qarın boşluğuna nüfuz edən, sağ ağciyər, yoğun bağırsağın zədələnməsi, hemopnevmotoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan 2 (iki) ədəd kəsilmişdeşilmiş yaralar həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Həmçinin, «Hadisə yerinə baxış keçirilməsi haqqında» protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə sexin içərisində baş vermiş, sexin həyətində yerdə olan gölməçəyə Zərərçəkmiş şəxs2 məxsus olan qan tökülmüşdür. Göründüyü kimi, müvafiq rəydən də görünür ki, zərərçəkmiş şəxsə yetirilmiş xəsarət bıçaqla yetirməyə xarakterikdir, qeyd olunan əlamətlərdən onun dırnaqtutanla əmələ gəlməsi müəyyən edilmir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Zeynal Mehdiyevə bıçaqla xəsarət yetirdiyini təsdiq etmişlər. Qeyd olunanlar təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələrin qeyri-inandırıcı, məsuliyyətdən yayınma xarakterli olduğunu deməyə əsas verir. Göstərilən halları nəzərə alıb məhkəmə, təqsirləndirilən şəxslərin dəlillərinə münasibətdə qeyd edir ki, onların bu hissədə söylədikləri həqiqətə uyğun deyil, müvafiq ifadə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, “İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.” Həmin Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-in 120.2.2-ci yaxud 126.2.4-cü və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də CM-in 221-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin Qərarın 9-cu bəndindəm qeyd edilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan CM-in 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Bura cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. İşin yuxarıda təhlil olunan hallarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, zərərçəkmiş şəxslərə ağır və yüngül xəsarətlər yetirmiş, hadisə zamanı Təqsirləndirilən şəxs1 xuliqanlıq niyətilə yumruqla iki dəfə zərərçəkmiş şəxs Samir Mehdiyevin üz nahiyəsinə vurmuş, bundan sonra, özü ilə gətirdiyi bıçaqla Samir Mehdiyevin qarın nahiyəsindən xuliqanlıq niyətiləbir dəfə bıçaqla vurmuş, daha sonra Zeynal Mehdiyevin 2 dəfə qarın, 1 dəfə bel nahiyəsindən vuraraq yüngül xəsarət yetirmiş, daha sonra sexin içərinsinə daxil olaarq Zərərçəkmiş şəxs2 sinə və qarın nahiyələrinə bıçaqla ağır və yüngül xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs3 xuliqanlıq niyətilə Samir Mehdiyevin üzərinə hücum edib özü ilə gətirdiyi ağac parçası ilə kürək nahiyəsinə zərbə endirib dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, həmçinin, Zeynal Mehdiyevin sol bud nahiyəsinə bir dəfə ağacla dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, daha sonra ağac parçası ilə Samir Mehdiyevin baş nahiyəsinə bir neçə dəfə zərbə vuraraq sağlamlığına yüngül zərər vurmuş, Təqsirləndirilən şəxs2 mismarçəkəndən silah qismində istifadə etməklə və xuliqanlıq niyətilə Samir Mehdiyevin sol qaşüstü nahiyəsinə yüngül xəsarət yetirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərə yüngül və ağır xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmiş, onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.4. və 221.3-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələri). Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilməsi ilə bağlı aşağıda qeyd olunanları nəzərə almağı zəruri hesab edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-in X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.20204-cü il tarixli hökmü ilə CM-nin 29,186.2.1, 29, 186.2.2, 228.2.1.-ci maddələri ilə təqsirli bilinib 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Həmin hökmlərin surəti cinayət işinin materillarına əlavə edilmişdir. ( C-İİ, i.v. 46-47, 121-130, 138-146). - Azərbaycan Respublikası DİN-in X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X6 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay, 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. ( C- İİ, i.v. 48-49, 167-183 ). - Azərbaycan Respublikası DİN-in X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvəlləri Hərbi Tribunalının xx.xx.1998-ci il tarixli hökmünə əsasən CM-nin 250 M, “V” bəndi, 255 M.”A” bəndinə əsasən 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli Aministiya Qərarının 3M 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 1\2 qədər azaldılmış, 25.03.200-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Fizuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, CM-nin 70-ci maddəsinə əsasən 8 ay şərti sınaq müddəti təyin edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyası, Molqilev şəhər, Oktyabr Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə RF-nın CM-nin 54, 209 M.1-ci hissəsinə əsasən 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Rusiya Federasiyası, Sank-Peterburq şəhər məhkəməsinin 18 iyul 2007-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-in 105-ci maddəsi ilə (qəsdən adam öldürmə) təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. ( i.v. 50-52 ). - Astara RİHB-nın Ərçivan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 dekabr 2024-cü il tarixli, 242 və 243 saylı arayışlar və ona əlavə edilmiş xasiyyətnamədən görünür ki, Əliyev X4 qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 01 saylı təsərrüfatbaşı kitabının 03-cü səhifəsində tək qeydiyyatdadır. Orta təhsillidir, evlidir, iki övladı vardır. Yaşadığı ərazi üzrə müsbət xarakterizə edilmişdir.( C-İİ, i.v. 101-103). - Astara RİHB-nın Ərçivan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 dekabr 2024-cü il tarixli, 241 saylı arayış və ona əlavə edilmiş xasiyyətnamədən görünür ki, Əliyev X2 qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 01 saylı təsərrüfatbaşı kitabının 03-cü səhifəsində qeydiyyatdadır. Orta təhsillidir, subaydır. Yaşadığı ərazi üzrə müsbət xarakterizə edilmişdir.( C-İİ, i.v. 105-106). - Astara RİHB-nın Ərçivan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 dekabr 2024-cü il tarixli, 240 saylı arayış və ona əlavə edilmiş xasiyyətnamədən görünür ki, Əliyev X7 qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 20 saylı təsərrüfatbaşı kitabının 1817-ci səhifəsində tək qeydiyyatdadır. Orta təhsillidir, subaydır. Yaşadığı ərazi üzrə müsbət xarakterizə edilmişdir.( C-İİ, i.v. 108- 109). Məhkəmə ARCM-in 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 könüllü olaraq təqsirini boynuna almasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. ARCM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə ARCM-in 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 könüllü olaraq təqsirini boynuna almasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. ARCM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin xüsusilə təhlükəli residivi Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran haldır. ARCM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının (xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X10) olması, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. ARCM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Ali Məhkəmənin 25 iyun 2003-cü il tarixli Plenum Qərarında qeyd olunmuşdur ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Həmin müddəanın tələblərinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halların olmamasını, ARCM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alıb məhkəmə hesab edir ki, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 221.3, 126.2.1 və 126.2.4-cü maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 11 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən - 8 il 3 aydan artıq olmamalıdır. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 cinayətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında və xuliqanlıq niyətilə qəsdən sağlamlığa ağır zərər vurmaqla silah qismində istifadə edilən əşya ilə xuliqanlıq cinayətinin törədilməsində ifadə olunan cinayət hadisəsində rolunun yalnız Zərərçəkmiş şəxs2 sol qaşüstü nahiyəsinə xuliqanlıq niyətilə bir dəfə mismarçəkənlə vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər yetirməsini, zərərçəkmiş şəxslərlə barışmasını, himayəsində iki azyaşlı övladının olmasını, əməlindən səmimi peşmançılıq keçirməsini, təqsirləndirilən şəxslərin üçünün də qardaş olmasından irəli gələn təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha aşağı həddə cəza təyin edilməsi cəzanın məqsədlərinə xidmət edər. Belə ki, Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Odur ki, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.4. və 221.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha aşağı həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Həmin müddəanın tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halların olmamasını, ARCM-in 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 könüllü olaraq təqsirini boynuna almasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alıb məhkəmə hesab edir ki, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 221.3, 126.2.1 və 126.2.4-cü maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 11 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən - 8 il 3 aydan artıq olmamalıdır. Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Astara RPŞ-nin saxlanc yerinə təhvil verilmiş bir ədəd mismarçəkən hökm qanuniqüvvəyə mindikdən sonra məhv edilməli, yük avtomobilləri təmiri sexinin qarşısında baş vermiş dava-dalaşı özündə əks etdirən videogörüntülərin köçürüldüyü bir ədəd CD disk və "xxxx" MMC-dən 28828 nömrəli məktubla daxil olmuş disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 51-2, 132, 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə 7 ( yeddi ) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.4 və 221.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 126.2.1 və 126.2.4-cü maddələri ilə 2 ( iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, bərabər miqdarda tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Astara RPŞ-nin saxlanc yerinə təhvil verilmiş 01 (bir) ədəd mismarçəkən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar