Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-266/2022 23.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi - hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Cəlilabad Rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs3 müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə xx xxxx 1991-ci ildə Cəlilabad rayonu, Prişib (hazırda Göytəpə şəhəri) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs1 və 12 avqust 1977-ci ildə Cəlilabad rayonu, Prişib (hazırda Göytəpə şəhəri) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 3 ünvanda yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx xxxx 1966-cı ildə Cəlilabad rayonu, Prişib (hazırda Göytəpə şəhəri) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olmuş, ünvan 4 ünvanda yaşamış Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə təmiz çəkisi 0,052 qram olan narkotik vasitə heroini əldə edib daşımaqla yaşadığı evdə saxlamış, 22 avqust 2021-ci il tarixdə saat 16 radələrində həmin narkotik vasitəni Cəlilabad rayonu, Göytəpə şəhər sakini X6 qanunsuz olaraq 5 manat müqabilində satmışdır. Bundan başqa o, təkrarən məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 1,106 qram, 1,042 qram, 20,393 qram, 16,894 qram və 2,943 qram olmaqla ümumi təmiz çəkisi 42,378 qram olan narkotik vasitə heroini və 2 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 1,996 qram və 2,962 qram olmaqla ümumi təmiz çəkisi 4,958 qram psixotrop maddə metamfetamini əldə edib daşımaqla yaşadığı Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi, 50 saylı evdə saxlamış, 23 avqust 2021-ci il tarixdə saat 10 radələrində həmin narkotik vasitədən 1 bükümdə olan 1,106 qramını Cəlilabad rayonu, Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq 30 manata, 23 avqust 2021-ci il tarixdə saat 18 radələrində həmin narkotik vasitədən 1 bükümdə olan 1,042 qramını Cəlilabad rayonu, Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs2 qanunsuz olaraq 25 manata satmışdır. 23 avqust 2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs3 iştirakı ilə Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində yerləşən yaşadığı evə baxış keçirilərəkən evin yataq otağından qalan 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 20,393 qram, 16,894 qram və 2, 943 qram heroin və 2 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 2,962 və 1,996 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 23 avqust 2021-ci il tarixdə saat 11 radələrində Cəlilabad rayonu, Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1(bir) ədəd bükümdə ümumi təmiz çəkisi -1,106 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, polis əməkdaşları tərəfindən həmin tarixdə, saat 15 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərində keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılaraq şəxsi axtarış aparılan zaman həmin heroin üzərindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 23 avqust 2021-ci il tarixdə saat 18 radələrində Cəlilabad rayonu, Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1(bir) ədəd bükümdə ümumi təmiz çəkisi -1,042 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, polis əməkdaşları tərəfindən həmin tarixdə, saat 20 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərində keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılaraq şəxsi axtarış aparılan zaman həmin heroin üzərindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 avqust 2021-ci il tarixdə saat 11 radələrində polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik olmamışdır. Əvvəllər narkotikdən istifadə etmişdir. Elmandan narkotik almamışdır. İstintaq zamanı təzyiq altında olduğundan məcbur qalaraq narkotiki Təqsirləndirilən şəxs3 aldığını bildirmişdir. İstintaq zamanı ifadəsini oxumamış imza etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuş, döyülərkən xəsarət almışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü təqsirli bilərək üzərində aşkar olunan heroini 23 avqust 2021-ci il tarixdə saat 11 radələrində Göytəpə şəhər sakini olan tanışı Təqsirləndirilən şəxs3 30 manata aldığını, polsi əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını göstərmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Elmanın həyətində fəhlə işləyərkən polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmışdır. Saxlanılan zaman üzərində narkotik olmamışdır. Narkotikdən istifadə etməmişdir. Polis şöbəsində polis əməkdaşları narkotiki ona verərək boynuna götürməsini, götürməsə narkotiki evinə qoyacağlarını bildirmişdir. Elmandan narkotik almamışdır. İstintaq zamanı təzyiq altında olduğundan məcbur qalaraq narkotiki Elmandan aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuşdur. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü təqsirli bilərək üzərində aşkar olunan heroini 23 avqust 2021-ci il tarixdə saat 18 radələrində Göytəpə şəhər sakini olan tanışı Təqsirləndirilən şəxs3 25 manata aldığını, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını göstərmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı evində olarkən polis əməkdaşları gələrək onun müxtəlif şəxslərə narkotik satmaqda şöbhəli olduğunu bildirmişlər. Onda yalnız 1,5 qram (bir qram yarım) metamfetamin aşkar olunmuşdur, digər narkotiklərin ona aidiyyəti yoxdur. Həmin narkotiki özü polisə təhvil vermişdir. Evindən aşkar olunan digər narkotikləri polis əməkdaşları tərəfindən onun evinə qoyulmuşdur. Heç kimə, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Natiq Məmmədova narkotik satmamışdır. Narkotiki öz istifadəsi üçün almışdır. Polis şöbəsində ona qarşı zor tətbiq olunmamışdır. Hazırda 1-ci qrup əlildir. Eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğundan hər ay 130 manat miqdarında Prezident təqaüdü alır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X8 törətmişlər. Onların törətdikləri cinayət əməlləri məhkəməyədək verdiyi etirafedici ifadələri ilə yanaşı məhkəmədə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 23 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi və üzərində daşıması barədə Cəlilabad RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış, saat 15 radələrində Təqsirləndirilən şəxs1 rayonun ərazisində saxlanılaraq polsi şöbəsinə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 1 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin heroini Elman adlı şəxsdən aldığını bildirmişdir. Bundan başqa, 23 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi və üzərində daşıması barədə daxil olmuş məlumat əsasında o, Göytəpə şəhərində yerləşən Yamal şadlıq sarayının yaxınlığında saat 20 radələrində saxlanılmış və şöbəyə aparılmışdır. Üzərində şəxsi axtarış aparılmış və 1 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə olan heroini Elman adlı şəxsin ona satdığını bildirmişdir. Əməliyyat tədbirinin davamı olaraq 23 avqust 2021-ci il tarixdə saat 23 radələrində Cəlilabad rayonu, Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs3 saxlanılmış və şöbəyə aparılmışdır. Üzərində keçirilən şəxsi axtarış zamanı qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs3 ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. 24 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 yaşadığı Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi, 56 saylı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 yataq otağındakı çarpayıda yataq dəstinin altından 1 ədəd bükümdə heroin və metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa yataq otağında olan xalçanın altından 2 ədəd bükülüdə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs3 stolun üzərində olan cib dəsmalından bir bükümdə metamfetamini təqdim etmişdir. 24 avqust 2021-ci il tarixdə Natiq Məmmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi və üzərində daşıması barədə daxil olmuş məlumata əsasən o, Cəlilabad rayonu, Göytəpə şəhəri, F.Bayramov küçəsində saat 11 radələrində saxlanılmış və şöbəyə aparılmışdır. Natiq Məmmədovun üzərində 1 ədəd bükümdə cox az miqdarda heroin aşkar olunaraq götürülmüş, o, həmin heroini Elman adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Natiq Məmmədova qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməkdaşları Şahid2, Şahid5, Şahid3 oğlu və Şahid4 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsi elan olunmaqla tədqiq edilmiş, o, həmin ifadəsində 24 avqust 2021-ci il tarixdə saxlanılarkən üzərindən aşkar olunan narkotik vasitəni xx.xx.2021-ci il tarixdə saat 16 radələrində əvvəlcədən tanıdığı Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs3 5 manata aldığını göstərmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 avqust 2021-ci il tarixli, 19/812 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə...” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1,106 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Qeyd: - Heroinin təmiz çəkisi – 1,106 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,056 qram. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 avqust 2021-ci il tarixli, 19/814 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə...” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1,042 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus bir büküm heroin ilə Təqsirləndirilən şəxs1 məxsus heroin, kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Qeyd: - Heroinin təmiz çəkisi – 1,042 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,992 qram. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 avqust 2021-ci il tarixli, 19/815 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 yaşadığı evin yataq otağında olan xalçanın arasından aşkar olunaraq götürülmüş 2 bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə......” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 2 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri -20,393 qram; - 16,894 qram: ümumi təmiz çəkisi -37,287 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. -Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs3 yaşadığı evin yataq otağından aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə qəhvəyi rəngli şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd şəffaf seloofana bükülmüş ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -2,943 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi -2,962 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. -Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar olunaraq götürülmüş 1 bükümdə kağıza bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zəfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,996 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. -Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs3 məxsus 3 büküm heroin ilə Təqsirləndirilən şəxs1 məxsus bir büküm heroin, həmçinin Təqsirləndirilən şəxs2 məxsus 1 büküm heroin ilə kimyəvi tərkiblərinə görə eynidirlər.Qeyd: - Heroinin ümumi təmiz çəkisi – 40,23 qram, tədqiqata sərf edildi – 0,15 qram, qalıq – 40,08 qram. Metamfetaminin ümumi təmiz çəkisi – 4,958 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 4,858 qram. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 avqust 2021-ci il tarixli, 19/811 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X5 üzərindən aşkar edilmiş kütlə....“ sözlər və imzalar olan 1 ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,052 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: - Heroinin təmiz çəkisi – 0,052 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 0,032 qram. Məhkəmədə tədqiq edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2021-ci il tarixli, 19/1193 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X7 məxsus heroin rəy №19/811....“ sözlər və imzalar olan 1 ədəd zərdəfki heroin ilə “Təqsirləndirilən şəxs3 məxsus heroinlər və metamfetaminlər rəy №19/815...sözlər və imzalar olan 1 ədəd zərfdəki heroinlər xarici görnüşünə və kimyəvi tərkiblərinə görə fərqləndirilirlər. Qeyd: - Heroinin təmiz çəkisi – 0,032 qram, tədqiqata sərf edildi – 0,01 qram, qalıq – 0,022 qram. Heroinin təmiz çəkisi – 40,08 qram, tədqiqata sərf edildi – 0,03 qram, qalıq – 40,05 qram. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021ci il tarixli, 893 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkotik maddələrədən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2021ci il tarixli, 894 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 narkotik maddələrədən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021ci il tarixli, 895 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkotik maddələrədən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2021ci il tarixli, 1969 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixatrik müayinənin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs3 həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Törətdiyi əməl barəsində o, anlaqlı hesab olunmalıdır. Onun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 hazırki psixi vəziyətinə görə özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş 23 avqust 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman sonuncu üzərindən narkotik vasitə heroinə bənzər 01 ədəd bükümdə kütləni təqdim etmişdir.Məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman sonuncu üzərindən narkotik vasitə heroinə bənzər 01 ədəd bükümdə kütləni təqdim etmişdir. Məhkəmədə tədqiq edilmiş 24 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya, predmet aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş 24 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdən görünür ki, X9 şəxsi axtarış aparılan zaman heroinə bənzər 01 ədəd bükümdə olan kütləni təqdim etmişdir. Məhkəmədə tədqiq edilmiş 24 avqust 2021-ci il tarixli “yaşayış sahəsinə baxış və götürmə haqqında” protokoldan və və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 2 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı evdən narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. 22 yanvar 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi - 1,106 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi - 1,042 qram olan narkotik vasitə heroin, X3 götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi - 0,052 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 yaşadığı evdən götürülmüş 2 ədəd bükümdə ümumi təmiz çəkisi - 40,23 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə 4,858 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Cəlilabad RPŞ-yə təhvil verilmişdir. Həmçinin, həmin şəxslərin üzərində şəxsi axtarış aparılmasını, Təqsirləndirilən şəxs3 yaşadığı evə baxış keçirilməsini əks etdirən 6 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 17 fevral 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın 9-cu bəndinə əsasən X4 üzərində aşkar olunan 0,052 qram heroin cinayət tərkibi yaratmadığından barəsində CM-nin 234.1-ci maddəsilə cinayət işinin başlanması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Cəlilabad RPŞ-nın İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 üzərlərində aşkar olunan narkotik vasitə heroinin onlara məxsus olmaması, Təqsirləndirilən şəxs3 heroin almadıqlar, polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olunaraq hədələdiyindən zorla ifadə verməyə məcbur edilməsinə dair ifadələrində göstərdikləri xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özlərini müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onların ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Habelə, məhkəmə Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotki vasitə heroin satmaması, evində aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, üzərində aşkar olunan metamfetaminin az miqdarla olan hissəsi ona məxsus olmasına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı irəli sürdükləri dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 VƏ 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, istər onların vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda adları qeyd olunan bu təqsirləndirilən şəxslər özləri bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özlərinə qarşı verdikləri etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, N-xx/xx/2013, &&23-27? 11 yanvar 2007;) Bundan başqa, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 aşkar olunan heroinlərin, Təqsirləndirilən şəxs3 aşkar olunan külli miqdarda heroinin və metamfetaminin ona məxsus olmaması ilə bağlı göstərdikləri xüsusat onların üzərlərinə, Təqsirləndirilən şəxs3 isə evinə və üzərinə baxış keçirilməsi və götürülməsi haqqında istintaq hərəkəti protokolları, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 oğlu, Şahid4 və Şahid5 təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan heroinlərin onlara məxsus olduğunu, narkotiki şəxsi istifadələri üçün əvvəllər tanıdıqları Cəlilabad rayonu Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs3 pulun müqabilində aldıqlarını, saxlanılarkən poils əməkdaşları tərəfindən onlara qarşı zor tətbiq olunmaıdığını bir daha israrla təsdiq etmişlər. Həmçinin, adları yuxarıda qey olunan şahidlər ifadələrində Təqsirləndirilən şəxs3 evinə keçirilən baxış və axtarış zamanı külli miqdarda heroinin aşkar olunduğunu bir daha təsdiq etmişlər. Bununla yanaşı təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibi başlanan andan ilkin izahatlarında, şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçilərinin iştirakı ilə verdikləri ifadələrində üzərlərində aşkar olunan narkotikin onlara məxsus olmaması ilə bağlı fikir ifadə etməmişlər. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə verdikləri ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq edir, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdikləri ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə verdikləri ifadələrlə məhkəmə baxışında verdikləri ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə heroini Təqsirləndirilən şəxs3 almaları və polsi əməkdaşları tərəfindən zor tətbiq olunmadığına dair verdikləri etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan az miqdarda heroinləri tanışları Təqsirləndirilən şəxs3 pulun müqabilində almaları və işin digər halları təqsirləndirilən şəxslərin həqiqətən də narkotik vasitəni öz şəxsi istifadələri üçün qanunsuz əldə edilməsi, saxlanması, daşıması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs3 evində külli miqdarda heroinin və metamfetaminin aşkar edilməsi, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan heroinlərin Təqsirləndirilən şəxs3 evində aşkar olunan heroinlə eyni tərkibli olması və işin digər halları Təqsirləndirilən şəxs3 həqiqətən də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heroin satması, habelə sonuncuların üzərində şəxsi istehlak miqdarından artıq çəkidə heroinin aşkar olması onların heroini şəxsi istifadələri üçün əldə etmələri, saxlamaları və daşımaları məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1, Təqsirləndirilən şəxs3 əməli isə CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, onlar CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası daxilində onlara müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. 23 avqust 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 25 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.1, Təqsirləndirilən şəxs3 isə CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar, Təqsirləndirilən şəxs3 isə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə CM-nin 145.2-ci maddəsilə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 yanvar 2004-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs3 məhkumluğu qanunla müəyyən dilmiş qaydada ödənildiyindən o, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan Cəlilabad RİHB-nın Göytəpə şəhər İƏDÜ nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi –arvadı X1, 2014-cü il təvəllüdlü oğlu İlkin Dadaşlı və 2016-cı il təvəllüdlü qızı Xədicə Dadaşlıdan ibarət olmaqla yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Cəlilabad RİHB-nın Göytəpə şəhər İƏDÜ nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi –arvadı X2, 2014-cü il təvəllüdlü oğlu Əli Əlizadə və 2017-ci il təvəllüdlü qızı Nuray Əlizadədən ibarət olmaqla yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bağlı oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabelliyində DSMF-nin 9 saylı Regional Ərazi filialının 13 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 1 qrup əlillik üzrə aylıq 150 manat sosial müavinat və 130 manat olmaqla ömürlük Prezident təqaüdü alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 69.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 69.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 İ qrum əlil və ömürlük Prezident təqaüdçüsü olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 69.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi “az ağır”, Təqsirləndirilən şəxs3 isə təqsirləndirildiyi 234.4.2 və 234.4.3-cü maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında alternativ cəza ilə yanaşı üç ilədək azadlıqdan məhrum etmə, 234.4.2 və 234.4.3-cü maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bunun nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1, Təqsirləndirilən şəxs3 isə CM-in 234.4.2 və 234.4.3-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar cəzalarını çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyinin aşkar olunduğunu, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə əsasən (əlilliyi olan şəxslərə) hal-hazırda onun İ qrup əlil olmasını nəzərə alaraq narkomaniyadan məcburi müalicə tətbiq edilməməli, o, yalnız ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarında saxlanılan 1,056 qram, 0,992 qram, 40,05 qram və 0,022 qram olan narkotik vasitə heroinlər və 4,858 qram narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 6 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 298 ( iki yüz doxsan səkkiz) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 98 manat 33 qəpik olmaqla tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 23 avqust 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmaqla, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 23 avqust 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmaqla, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 23 avqust 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarında saxlanılan 1,056 qram, 0,992 qram, 40,05 qram və 0,022 qram olan narkotik vasitə heroinlər və 4,858 qram narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 6 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 298 (iki yüz doxsan səkkiz) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 98 manat 33 qəpik olmaqla tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-266/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-266/2022
23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver