Məhkəmə qərarları › İş №1(099)-266/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-266/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-266/2024 18.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09 avqust 1992-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azarbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, Lənkəran şəhəri, Səttarxan küçəsi Səttarxan küçəsi ev 11də qeydiyyatda olan və yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən isttifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının ortalarında Lənkəran şəhəri ərazisində, satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə, təmiz çəkisi 2,471 qram olub külli miqdar təşkil edən, ağ rəngli kristalşəkilli, psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 18 avqust 2023-cü il tarixdə saat 13:40-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Füzuli küçəsində saxlanılaraq Lənkəran şəhər rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərinə şəxsi-axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffav sellofan bükümün içərisindən həmin çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, narkotik vasitələrdən istifadə edirmiş, lakin saxlanılan zaman üzərində narkotik maddə olmamışdır. 18 avqust 2023-cü il tarixdə 13 radələrində Lənkəran şəhəri Füzuli küçəsi ilə piyada gedərkən küçədə 3 nəfər mülki geyimdə polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları ona təzyiqlər edərək üzərinə narkotik vasitə qoymuşlar. Polis əməkdaşlarının təzyiqlərindən qorxduğu üçün videoçəkiliş zamanı narkotik vasitəsinin ona məxsus olmasını demişdir. Üzərinə baxış keçirilən zaman müdafiəçisi yanında olmuş, lakin polis əməkdaşlarından qorxduğu üçün müdafiəçisinə narkotik vasitəsinin ona məxsus olmamasını, ona təzyiqlər olmasını deməmişdir. Narkotik vasitələrindən istifadə etdiyi üçün əməlindən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxsin verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə instaqram sosial şəbəkə vasitəsi ilə tanış olduğu adını bilmədiyi şəxslə əlaqə saxlayıb ondan narkotik maddə istəmiş, həmin şəxsin göndərdiyi kart hesabına “milliön” vasitəsilə 40 manat pul yükləmişdir. Bundan sonra həmin şəxs ona dediyi yerdən həmin bir bükümdə metamfetmini Lənkəran şəhəri Qala Xiyabanında işıqforun yanında götürmüşdür. Həmin gün saat 13 radələrində Lənkəran şəhəri Füzuli küçəsi ilə piyada gedərkən küçədə 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışlar, həmin şəxslər özlərini təqdim etdikdən sonra onların polis əməkdaşı olduğunu bilmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğuu bildirmişlər. Sonra polis əməkdaşları onu avtomaşınla Lənkəran şəhərində yerləşən Lənkəran polis şöbəsinə gətirmişlər. Üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçı tərəfindən ona təklif olundu ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra əynindəki şalvarının sağ yan cibində gizlətdiyi 1 ədəd selofan bükümdə metamfetamini təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “saxlanılan zaman üzərində narkotik vasitə olmammış, polis əməkdaşları ona təzyiq etmişlər və o, məcbur olaraq narkotik vasitənin ona məxsus olmasını demişdir” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran şəhər rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 18 avqust 2023-cu il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi barədə məlumat əldə edilmiş və əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs tərəflərindən Lənkəran şəhəri Füzuli küçəsində saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də həmin vaxt əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü, çıxardıb təqdim edərək bükümün içərisində metafetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etdiyi bükümə baxış keçirəndə bükümün içərisində psixotrop maddə olan metamfetamin bənzər maddə aşkar edilmişdir. Həmin büküm qablaşdırıldı. Sorğu-sual edildikdə Təqsirləndirilən şəxs həmin bükümün içərisində özünə məxsus metamfetamin olduğunu, instaqram sosial şəbəkə vasitəsi ilə tanımadığı şəxsin hesabına 40 manat göndərməklə, həmin şəxsin dediyi Lənkəran şəhər Qala Xiyabanında işıqforun yanından götürərək əldə etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunda ifadələr verərək Şahid1 ifadəsindən göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə kimyəvi ekspertizasının 19 avqust 2023-cü il tarixli 19/809 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus bir ədəd büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -2,471 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına ”daxildir (Siyahı İ). Ekspertiza tədqiqatından sonrakı qaluq metamfetamin psixotrop maddəsi 2,371 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edır. İş materiallarında olan 22 noyabr 2023-cü il tarixli 1059 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərn və stmulyatorlarn qəbulundan yaranan asllq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21 avqust 2023-cü il tarixli 837 saylı məhkəmə-tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində həra –hansı xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 18 avqust 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindən olan şalvarının sağ yan cibindən 1 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı Füad əskərlinin üzərindən «Samsung» markalı mobil telefon aşkar olunmuşdur. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan 18 avqust 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 20 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 18 avqust 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hisssəi 01 il müddətinə azaldılaraq 11 ay 29 gün azadlığın məhdutlaşdırılması cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasını tam çəkib qurtardıqdan qeydiyyatdan çıxarlmış məhkumluğu yoxdur. İş materiallarında olan 23 noyabr 2023-cü-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 2,371 qram psixotrop maddə metamfetamin maddi sübut kimitanınmış Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Həmin tarixli qərarla şəxsi axtarış aparılmasının videoçəkilişinin görüntülərininin yazıldığı bir ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. Həmin tarixli qərarla Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəsi barədə cinayət işindən material ayrılmışdır. İş materiallarında olan 23 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon qardaşı X2 qaytarılmışdır. İş materiallrında olan 15 noyabr 2023-cü il tarixli Lənkəran şəhər Psixiatriya Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan Lənkəran şəhər 1 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli arayışdan, xasiyyətnamədən görünür ki, Əskərli X3 şəhəri, Səttarxan küçəsi ev 11-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası, anası və qardaşından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetamin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,371 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş materiallarına əlavə edilmiş şəxsi axtarış keçirilməsi protokolunun görüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 18 avqust 2023-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 avqust 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə polinarkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,371 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş materiallarına əlavə edilmiş şəxsi axtarış keçirilməsi protokolunun görüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar