Məhkəmə qərarları › İş №1(099)-266/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-266/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-266/2025 15.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X14, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı,zərərçəkmiş şəxsin hüquqi varisi X11 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvələr məhkum olunmamış, sürücü işləyən, Sumqayıt şəhəri 5-ci mikrorayon, ev 39/6B, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan n tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:10 radələrində idarə etdiyi Mercedes Benz 313 yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobillə st.Mingəçevir Bəhrəmtəpə yolunun Beyləqan rayonu, Bünyadlı kəndi ərazisindən keçən 153-cü kilometrliyində 80 km/saat sürətlə Bəhrəmtəpə qəsəbəsi istiqamətində hərəkətdə olarkən "X30" Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunu etməyərək qarşıdan əks istiqamətdə 100 km/saat surətlə hərəkətdə olan X8 idarə etdiyi VAZ 21074 minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili qarşı əks hərəkət zolağına çıxan zaman tormozlamadan istifadə etmədən hərəkətini davam etdirərək avtomobili sola doğru manevr etdirib qarşı hərəkət zolağına çıxararkən VAZ 21074 minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz yoluna qaytardıqda st.Mingəçevir istiqamətində yolun sağ kənarından sola doğru 1,2 metr məsafədə qarşıqarşıya toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan VAZ 21074 markalı avtomobilin sərnişini X12 alın sümüyünün təpə sümüyünə keçən yerini dəyişməyən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma, sağ və sol bud sümüyünün aşağı 1/3-nin qapalı, sağ əlin 1-ci barmağının 2-ci falanqasının açıq yerini dəyişmiş sınıqları, sol 3-6-cı qabırğaların yerini dəyişmiş sınıqları, alın nahiyəsində solda, sağ xarici qulaq dəliyinin girəcək hissəsində, sağ ayağın iç topuq nahiyəsində, sol ayağın iç topuq nahiyəsində , sağ əlin 1ci barmağının daraq-falanqa oynağı nahiyəsində yaralar, sol baldırın orta və yuxarı 1/3-nin ön səthində , sağ baldırın orta 1/3-nin ön-iç səthində, qarnın ön divarında, çənə nahiyəsində, sol körpücük sümüyü proyeksiyasında, sifətin sol yarı hissəsində sıyrıqlar xəsarətləri ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, sürücüsü X3 gicgah nahiyəsində hemotoma, sol gicgah sümüyünün kəllə əsası sümüyünə keçən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasına, qişaaltı və baş beyin toxumasına qansızma, sağ və sol said sümüklərinin qapalı, yerini dəyişmiş sınıqları, sağ diz qapağının açıq, yerini dəyişmiş qəlpəli sınıqları, sağ diz oynağının ön səthində, üst dodağında sağda, sağ ayağın iç topuq nahiyəsində yaralar, alın nahiyəsində, sifətin sağ yarı hissəsində, sol diz oynağının ön səthində, sağ mil-bilək oynağının arxa səthində sıyrıqlar ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən aparıldığı Beyləqan RMX-da ölməsinə, yəni iki nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə zamanı idarə etdiyi Mercedes Benz 311 CDİ markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil işlədiyi cəmiyyətə məxsusdur. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmin avtomobillə İmişli və Beyləqan rayonlarına şirkətə məxsus dondurma məhsullarını daşıyır. xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobillə Beyləqan rayonuna getmişdir.Gedərkən həmkəndlisi Ramiz də yol yoldaşı kimi onunla getmişdi. Orada işərini qurtarıb İmişli rayonuna qayıtmaq istəmişdir. Həmin gün saat 15:10 radələrində İmişli rayonuna gedərkən St.Mingəçevir- Bəhrəmtəpə yolunun Bünyatlı kəndindən keçən hissəsində 80 km\saat surətlə sağ zolaqda hərəkətdə olarkən qarşıdan gələn VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən əks istiqamətə onun hərəkət yoluna çıxmışdır.Bunu görən kimi toqquşmadan yayınmaq üçün sükanı sola burub əks istiqamətə daxil olmuşdur. VAZ 21074 markalı avtomobil də öz yoluna qayıtmışdır. Öz yoluna qayıda bilməmiş, avtomobilinin qabaq tərəfi ilə həmin avtomobilin qabaq tərəfi toqquşmuşdur. Zərbənin təsirindən avtomobili yolun sol kənarına doğru istiqamətlənib aşıb dayanmışdır. VAZ 21074 markalı avtomobil geriyə doğru gedib dayanmışdır. Hadisə nəticəsində o və sərnişini yüngül xəsarət almışdırlar. Avtomobildən çıxmışlar, digər avtomobildə olan sərnişin, sonradan adının X21 olduğunu öyrəndiyi şəxs hadisə yerində vəfat etmişdir. X5 isə ağır xəsarət almış, o da Beyləqan RMX-da vəfat etmişdir. Qəzadan əvvəl spirtli içki qəbul etməmiş, VAZ 21074 markalı avtomobil onun hərəkət yoluna daxil olduğu anda aralarında 50-60 metr məsafədə olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışmışmışdır. Əməlindən peşmandır, məhkəmədən gənc olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, mərhum X21 onun həyat yoldaşıdır. 20 iyun 2024-cü il tarixdə təxminən axşam saatlarında onlara Rasim Rüstəmin idarə etdiyi avtomobillə Beyləqan rayonu, Bünyadlı kəndi ərazisindən keçən avtomobil yolundan yol qəzasına düşdüklərini, Rasimin aldığı xəsarətlərdən hadisə yerində vəfat etdiyini, meyitinin Beyləqan rayon tibb ekspertizasında olduğunu bildirmişlər. X20 idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yolda markasını və qeydiyyat nişanını sonradan bildiyi "Mercedes Benz 313” yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşduğu məlum olmuşdur. Təqsirləndirimlən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən elan və tədqiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X13 ifadəsindən görünür ki, X16 onun həyat yoldaşı olmuşdur. Rüstəmin hadisə zamanı idarə etmiş olduğu "VAZ 21074" minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə Rüstəmə məxsus olmuşdur. X4 dostu olmuşdur. Rasim Gəncə şəhərində yaşamışdır. Onların evlərində təmir aparıldığı üçün Rasim Rüstəmə kömək etmək üçün təxminən bir aydır onlarda qalırmış, birlikdə evi təmir edirmişlər. 20 iyun 2024-cü il tarixdə saat təxminən 12 radələrində Rüstəm idarə etdiyi avtomobillə Rasimlə birlikdə Beyləqan rayonuna hüzr yerinə getmək üçün evdən çıxmışdırlar. Həmin günü təxminən axşam saatlarında onlara Rüstəmin idarə etdiyi avtomobillə Beyləqan rayonu, Bünyadlı kəndi ərazisindən keçən avtomobil yolundan yol qəzasına düşdüklərini, Rüstəm və onun dostu Rasimin vəfat etdiyi məlumatını vermişdirlər. Sonradan Rüstəmin idarə etdiyi avtomobillə Beyləqan rayonu, Bünyadlı kəndindən keçən avtomobil yolu ilə hərəkətdə olan zaman yolda avtomobillə toqquşduğu məlum olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Beyləqan rayonuna getmişdir. Həmin gün saat 15:10 radələrində İmişli rayonuna gedərkən St.Mingəçevir-Bəhrəmtəpə yolunun Bünyatlı kəndindən keçən hissəsində 80 km\saat surətlə sağ zolaqda hərəkətdə olarkən qarşıdan gələn VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən əks istiqamətə onların hərəkət yoluna çıxmışdır. Sənan sükanı sola burub əks istiqamətə daxil olmuşdur. VAZ 21074 markalı avtomobil də öz yoluna qayıtmışdır. Öz yoluna qayıda bilməmişdir, avtomobilinin qabaq tərəfi ilə həmin avtomobilin qabaq tərəfi toqquşmuşdur. Zərbənin təsirindən avtomobili yolun sol kənarına doğru istiqamətlənib aşıb dayanmışdır. Hadisə nəticəsində o və Sənan yüngül xəsarət almışdırlar. Avtomobildən çıxmışlar, digər avtomobildə olan sərnişin, sonradan adının X21 olduğunu öyrəndiyi şəxs hadisə yerində vəfat etmişdir. X5 isə ağır xəsarət almış, o da Beyləqan RMX-da vəfat etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 fevral 2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə Sabirabad şəhəri H.Əliyev prospektində baş vermişdir. Hadisənin baş verdiyi yer asfalt örtüklü, quru, hamar, düz olmaqla nəqliyyat vasitələrinin hərəkəti üçün maneəsizdir. Yolun hərəkət hissəsinin eni 14,4 metrdir. Hadisənin baş verdiyi yol yaşayış məntəqəsi daxilində olmaqla, nəqliyyat vasitələrinin hərəkət sürətinin 50 km/saata qədər məhdudlaşdıran yol nişanın təsir zonasındadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitin məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 14 iyun 2023-cü il tarixli 386 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, a/. N.R.Cəbrayılzadə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi “sağ budun boynunun yerdəyişən, orta 1/3-nin böyük yerdəyişən qapalı sınığı, sol bud sümüyünün orta 1/3-nin çoxsaylı qapalı yerdəyişən sınığı, travmatik şok İİİ dərəcə” diaqnozu ilə X28 Reanimasiya şöbəsində stasionar müalicədə olmuşdur. b/. Müayinə zamanı aşkar edilmiş xəsarətlər-İİİ dərəcə travmatik şokla müşayiət olunan, sağ bud sümüyünün boynunun yerdəyişən, orta 1/3-nin böyük yerdəyişən qapalı sınığı, sol bud sümüyünün orta 1/3-nin çoxsaylı qapalı yerdəyişən sınığı küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitin məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 20 iyun 2024-cü il tarixli 21 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, 1.X12 meyitində aşkar edilmiş xəsarətlər – alın sümüyünün təpə sümüyünə keçən yerini dəyişməyən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma, sağ və sol bud sümüyünün aşağı 1/3-nin qapalı, sağ əlin 1-ci barmağının 2-ci falanqasının açıq yerini dəyişmiş sınıqları,sol 3-6-cı qabırğaların yerini dəyişmiş sınıqları, alın nahiyəsində solda, sağ xarici qulaq dəliyinin girəcək hissəsində, sağ ayağın iç topuq nahiyəsində, sol ayağın iç topuq nahiyəsində , sağ əlin 1-ci barmağının daraq-falanqa oynağı nahiyəsində yaralar, sol baldırın orta və yuxarı 1/3-nin ön səthində , sağ baldırın orta 1/3-nin ön-iç səthində, qarnın ön divarında, çənə nahiyəsində, sol körpücük sümüyü proyeksiyasında, sifətin sol yarı hissəsində sıyrıqlar, bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, həyatidirlər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. 2. Xəsarətlər qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. 3. X2 meyitində götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti və güclü təsiredici maddələr aşkar edilməmişdir. 4. X2 ölümü xx.xx.2024-cü il tarixdə baş vermiş və onun ölümünə səbəb kəllə sümüklərinin sınığı nəticəsində baş beyin toxumuna qansızma olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitin məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 20 iyun 2024-cü il tarixli 22 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, 1.X9 meyitində aşkar edilmiş xəsarətlər – sol gicgah nahiyəsində hemotoma, sol gicgah sümüyünün kəllə əsası sümüyünə keçən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasına, qişaaltı və baş beyin toxumasına qansızma, sağ və sol said sümüklərinin qapalı, yerini dəyişmiş sınıqları, sağ diz qapağının açıq, yerini dəyişmiş qəlpəli sınıqları, sağ diz oynağının ön səthində, üst dodağında sağda, sağ ayağın iç topuq nahiyəsində yaralar, alın nahiyəsində, sifətin sağ yarı hissəsində, sol diz oynağının ön səthində, sağ mil-bilək oynağının arxa səthində sıyrıqlar, həyatidirlər, bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. 2. Xəsarətlər qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. 3. X9 meyitində götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti və güclü təsiredici maddələr aşkar edilməmişdir. 4.X1 ölümü xx.xx.2024-cü il tarixdə baş vermiş və onun ölümünə səbəb başın küt travması nəticəsində sol gicgah sümüyünün kəllə əsası sümüyünə keçən sınığı və baş beyin toxumasında qansızma olmuşdur. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqat nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkolidlər (həmçinin tiryək qrupu) fenotiazin, fenikilamin qrupuna aid olan amfetamin və metafetamin, prizlon, 1,4 benzodiazepin törəmələri və silsilatlar aşkar edilməmişdir.(xx.xx.2024-cü il tarixli 2130/K saylı akt) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası ilə bağlı tərtib olunmuş 27 dekabr 2024-cü il tarixli 8/2256 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, 1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21074" minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində «X30» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü R.Mürsəlov maksimum hərəkət surəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmş sol sahəsində avtomobili 100 km/saat syrətlə idarə etdiyindən onun hərəkətlərində «X30» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. 2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz 313” yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X30» Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır». İş materiallarında olan 20 iyun 2024-cü il tarixli «yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protkoldan və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamar və düz profillidir, hadisə baş verən zaman avtomobil quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi St.Mingəçevir Bəhrəmtəpə yolunun Beyləqan rayonu, Bünyadlı kəndi ərazisindən keçən 153-cü kilometrliyində baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolda 90 km/saat sürət nişanı ilə məhdudlaşdırılmışdır. Hadisə yeri yaşayış zonasına daxil deyildir. Avtomobil yolu 2 istiqamətlidir, Bəhrəmtəpə və st.Mingəçevir istiqamətində hərəkət üçün nəzərdə tutulmuşdur, istiqamətlər ağ qırıq xətlərlə ayrılır. Yol örtüyünün ümumi eni 12,2 metrdir, hərəkət hissənin eni ümumilikdə 7 metrdir, zolaqların ayrı-ayrılıqda eni 3,5 metrdir. Hərəkət hissənin hər iki kənarlarında sarı düz xətt çəkilmişdir, sarı xətdən sonra 50 sm. enində asfalt hissə yerləşir. Yolun sağ və sol hissəsində 2,1 metr enində yol çiyni yerləşir. Yol kənarları yaban kollar və ağaclar olan torpaq sahəsidir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, "VAZ 21074" minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes Benz 313” yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil st.Mingəçevir istiqamətinin sağ zolağında sağdan sarı xətdən sola doğru 1,2 metr məsafədə toqquşmuşdur. Toqquşma yerində asfalt üzərində zədə müşahidə olunmuşdur. "VAZ 21074" minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə st.Mingəçevir istiqamətinin sağ zolağında həmin istiqamətdə toqquşma yerindən 18,7 metr geridə dayanmışdır. Toqquşma yerindən "VAZ 21074" minik markalı avtomobilin dayandığı yerədək 18,7 metr sürtünmə iziz vardır. Hadisə yerində tormoz izləri aşkar edilməmişdir. Hadisə yerində baxış protokolu tərtib edilərək şəkli və sxemi çəkilmişdir. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli «sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi haqqında» protkoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuş, spirtli içki qəbul etməmişdir. İş materiallarında olan 07 iyul 2024-cü il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes Benz 313” yük markalı avtomobillə Bəhrəmtəpə istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olan zaman, "VAZ 21074" minik markalı avtomobilin əks hərəkət zolağından onun hərəkət zolağına daxil olduğu anda o, idarə etdiyi avtomobillə toqquşma yerinədək 65 metr məsafədə olmuş, bu zaman o, avtomobili sola doğru istiqamətləndirmiş, "VAZ 21074" minik markalı avtomobil də ona doğru istiqamətlənmiş və st.Mingəçevir istiqamətinin sağ zolağında sağdan sarı xətdən sola doğru 1,2 metr məsafədə toqquşma baş vermişdir. Toqquşmadan öncə "VAZ 21074" minik markalı avtomobil "Mercedes Benz 313” yük markalı avtomobilin hərəkət zolağına daxil olduğu andan toqquşma yerinədək olan məsafə ölçülmüş və 45 metr məsafə müəyyən edilmişdir. İş materiallarında “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” nin və 01 iyun 2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, “MERCEDES BENZ markalı 311CD Yük markalı” **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil avtombil Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən hüquqi şəxs A.Y.S-60 MMC-nin mülkiyyətində olmaqla etibarnamə əsasında Təqsirləndirilən şəxs oğluna verilmişdir. İş materiallarında “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” nin və 27 iyul 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, “VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Sabirabad rayonu, Qaratəpə kəndinində qeydiyyatda olan X6 mülkiyyətində olmaqla etibarnamə əsasında X10 verilmişdir. İş materiallarında olan 25 may 2023-cü il tarixli Sabirabad RPŞ-nin DYPB-nin raportundan sörünür ki, BDYPİ-nin mərkəzi informasiya sistemin yoxlanılarkən Təqsirləndirilən şəxs adına sürücülük aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Kərimov X19 rayonu V.Əhmədova küçəsi dalan 3,15 ünvanında yaşayır, ailə tərkibi arvadından və 2023-cü il təvəllüdlü X22 adlı azyaşlı uşağından ibarətdir. İş materiallarında olan 04 avqust 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, “MERCEDES BENZ markalı 311CD Yük markalı” **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil və VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, həmin tarixdə qəbzlə “MERCEDES BENZ markalı 311CD Yük markalı” **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs və VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X17 təhvil verilmişdir. İş materiallarında olan 05 fevral 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X7 notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X13 notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əməlini səmimi etiraf etməsini, peşman olmasını, gənc olması Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “MERCEDES BENZ markalı 311CD Yük markalı” **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs və VAZ 21074 markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X17 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “MERCEDES BENZ markalı 311CD Yük markalı” **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs və VAZ 21074 markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X17 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Aqil Nuriyev Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar