Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-267/2024 13.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1980-cı ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Neftçala rayonu, Bala Surra kəndində qeydiyyatda olmaqla ünvan 1-də yaşamış, 13 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Salyan Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 4(057)- 95/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin mart ayında ünvan 1 ünvanında yaşadığı evinin həyətyanı sahəsində olan torpaq sahəsində qanunsuz olaraq cəmi 14 ədəd çətənə (kannabis) bitkisini əkməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, 13 sentyabr 2023-cü il tarixdə saat 23:20 radələrində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən cəmi 14 ədəd yaş vəziyyətdə kök üstə olmaqla ümumi təmiz çəkisi 8600.0 qram olan əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkiləri həyətyanı sahədən aşkar edilərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşadığı evin həyətyanı sahəsində olan torpaq sahəsində aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etdiyi 14 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin hissələrindən satış məqsədi ilə qanunsuz olaraq 3 ədəd sintetik kisəyə, 2 ədəd kibrit qutusuna və 1 ədəd kağız bükümə yığılmış ayrı-ayrılıqda təmiz çəkiləri 3600.0 qram, 5275.0 qram, 1195.0 qram, 3.85, 2.47 və 0.78 qram, külli miqdarda-10077.10 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırladığı eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı əldə edib bir hissəsini həyətyanı sahəsində, bir hissəsini isə yaşadığı evdə saxlamış, həmin narkotik vasitə qurudulmuş marixuanalar, həmçinin, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədilə qanunsuz olaraq əldə edib yerini dəyişməklə daşıyaraq yaşadığı evdə saxladığı 1 ədəd polietilen kəsiyi bükümündə külli miqdarda-59.774 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 2 ədəd elektron tərəzi 13 sentyabr 2023-cü il tarixdə saat 23:20 radələrində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evə və həmin evin həyətyanı sahəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü tam təqsirli bilərək demişdir ki, Neftçala rayonu, Bala Surra kəndində olduğu vaxt orada yerdən narkotik tərkibli bitki olan çətənə bitkilərinin toxumlarını tapıb saxlamış, 2023-cü ilin mart ayında həmin toxumları yaşadığı evin həyətyanı sahəsində əkmiş, ümumilikdə 14 ədəd çətənə bitkisi cücərdikdən sonra onlara qulluq edib suvarmağa başlamış, həmin bitkilərə mütəmadi olaraq su vermiş, kolların diblərinin ətrafını belləyərək yumşaldaraq alaq bitkilərini təmizləmiş, eyni zamanda, arabir həmin çətənə bitkilərinin yarpaqlarından qoparıb qurudaraq özü istifadə etmiş, sonuncu dəfə də dəqiq xatırlamadığı tarixdə həmin çətənə bitkisinin yarpaqlarından toplayıb qurudaraq sintetik kisələrə, kibrit qutularına yığmış və həmin sintetik kisələri, kibrit qutularını yaşadığı evin ikinci mərtəbəsində şkafda saxlamışdır. Yaşadığı evdə həmçinin təxminən 1 həftə öncə Salyan şəhəri əraizisindən keçən Kür çayı sahilində yerdən piyada gəzdiyi vaxtı tapdığı 1 ədəd sellofan bükümdə olan narkotik vasitə tiryək saxlamışdır. 13 sentyabr 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında olan vaxt mülki geyimdə olan polis əməkdaşları gəlib ona yaxınlaşmış, polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində və narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli olduğunu bildirmiş, ona hüquq və vəzifələri izah edilmiş, daha sonra polis əməkdaşları ona birlikdə polis şöbəsinə getməyi təklif etmişdir. Polis şöbəsinə getmişdir. Polis şöbəsində müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunan hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı yaşadığı evin həyətyanı sahəsində 14 ədəd narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini, həmçinin həmin bitkilərin yarpaqlarını qurutduğunu və həyətyanı sahədə, həmçinin, yaşadığı evin ikinci mərtəbəsində saxladığını, bundan başqa həmin evin ikinci mərtəbəsində yerdən tapdığı sellofan torbada olan narkotik vasitə tiryək saxladığını bildirmiş, baxış keçirilməsi ilə bağlı ona etirazının olub-olmaması barədə sual edilmişdir. Baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, bu barədə istintaqa ərizə ilə müraciət etmişdir. RPŞ-dən polis əməkdaşları ilə birlikdə baxış keçirilməsi üçün yaşadığı ünvana gəlmiş, yaşadığı ünvanda baxış keçirilməyə başlanılmışdır. 2023-cü ilin mart ayında əkdiyi və aqrotexniki qaydada qulluq göstərdiyi 14 ədəd çətənə bitkisini təqdim etmiş, baxışda aqronommütəxəsis də iştirak etmiş, baxış zamanı aqronom da həmin bitkilərə öz münasibətini bildirərək həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini və həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olmasını bildirmişdir. 14 ədəd çətənə bitkisi torpaqdan çıxarılaraq kisələrə yığılmış, eyni zamanda həmin ərazidə onun həmin əkib-becərdiyi bitkilərin yarpaqlarından yığıb qurutduğu kütlələr də onun iştirakı ilə 1 ədəd sintetik kisəyə yığılmış, daha sonra baxış davam etdirilmiş və yaşadığı evin ikinci mərtəbəsində olan çətənə bitkilərinin yarpaqlarından yığıb qurutduğu daha 1 ədəd sintetik kisədə, eləcə də 6 ədəd sellofan torbalarda, 2 ədəd kibrit qutusu və 1 ədəd kağız bükümdə olan kütlələr, həmçinin, 1 ədəd sellofan torbada olan narkotik vasitə tiryək və 2 ədəd tərəzilər də aşkar edilərək götürülmüşdür. Baxış zamanı çətənə bitkilərini satmaq üçün əkdiyini, həmin bitkilərin yarpaqlarını satmaq üçün qurudub hazırladığını, narkotik vasitə tiryəki isə çəkmək üçün yaşadığı evdə saxladığını bildirmişdir. Götürülmüş bütün maddə və bitkilər qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün Salyan RPŞ-nin inzibati binasına aparılmışdır. Həmin bitki və maddələr ayrı-ayrılıqda onun və digər iştirakçıların iştirakı ilə qablaşdırılaraq möhürlənmiş, daha sonra həmin bitki və maddələrin ekspertizaya göndəriləcəyi barədə ona məlumat verilmiş, baxış və götürmə barədə tərtib edilmiş protokolu özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, xəstə olan arvadının müalicəsi üçün ayrı-ayrı şəxslərdən faizə pullar almış, faizə pul aldığı şəxslər qapısına gəlmişlər, o isə faizləri ödəyə bilməmişdir. Əkdiyi çətənə bitkilərindən yığdığı yarpaqlar təxminən 10 kq olmuşdur. Aşkar olunmuş tiryəkdən isə özü istifadə etmişdir. Evində həqiqədən 2 ədəd tərəzi olmuş, həmin trəzilərdən istifadə etməklə kartof və soğan satmışdır. Aşkar olunmuş 14 ədəd tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkilərinin ən kiçiyi 20 sm, böyüyü isə 1,5 metr olmuşdur. Topladığı çətənə (kannabis) bitkisindən kustar üsulla hazırladığı eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadan arada istifadə etmişdir. Aşkar olunmuş tiryəki də yerdən tapmışdır. İş üzrə dindirilmiş şahidlərin düzgün ifadə verdiklərini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadələr verərək törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 13 sentyabr 2023cü il tarixdə Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri kultivasiya etməsi və qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı Salyan RPŞ-nin rəhbərliyinə raportla məruzə etmiş, rəhbərlik tərəfindən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul edilmiş və müvafiq əməliyyat qrupu təşkil edilmiş, həmin gün şöbənin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3 və X1 əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşdür. Həmin gün saat 21:00 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri, Ağa Mirbağırağa küçəsi ərazisində, yaşadığı fərdi yaşayış evinin yaxınlığında müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Malikə narkotik tərkibli bitkilərin kultivasiyasında və qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli olduğunu izah edərək birlikdə RPŞ-yə gəlməyi təklif etmiş, Təqsirləndirilən şəxs da razılıq verərək onlarla birlikdə RPŞ-yə gəlmişdir. RPŞ-də Təqsirləndirilən şəxs müstəntiq tərəfindən qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs Salyan şəhəri, Ağa Mirbağırağa küçəsində yerləşən onun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini, həmin bitkiləri satış məqsədilə əkdiyini və həmin bitkilərə qulluq göstərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı yaşadığı evin həyətyanı sahəsində və yaşadığı evdə narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarından qurudub hazırladığı narkotik vasitə qurudulmuş marixuana və digər növ narkotik vasitə tiryək olmasını bildirmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün heç bir etirazının olmadığını və bununla bağlı istintaq orqanına könüllü olaraq müvafiq ərizə verə biləcəyini bildirmişdir. Həmin günü Malikin, onun müdafiəçisinin və digər iştirakçıların iştirakı ilə Malikin yaşadığı Salyan şəhəri, Ağa Mirbağırağa küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına getmişlər, baxışda iştirak etməsi üçün əvvəlcədən aqronom-mütəxəsis də dəvət edilmiş, Malik yaşadığı evin qarşısında dayandığı vaxt yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin bitkiləri, eləcə də digər narkotik vasitələri təqdim edə biləcəyini bildirmiş, daha sonra müstəntiq tərəfindən narkotik tərkibli bitkilərin əkilib-becərilməsində və kultivasiyasında şübhəli şəxs qismində tutulmuş Salyan şəhəri, Ağa Mirbağırağa küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə başlanılmış, müstəntiq Malikdən həmin bitkiləri təqdim etməsini xahiş etdikdə Malik içəriyə daxil olmuş və yaşadığı evin həyətyanı sahəsinə doğru irəliləmiş, həyətyanı sahədə müxtəlif hündürlükdə çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmiş, baxışda iştirak edən aqronom-mütəxəsis həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olmasını və həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmiş, şifahi sorğu zamanı Malik həmin çətənə bitkilərinin özünə məxsus olmasını, 2023-cü ilin mart ayında həmin bitkilərin toxumlarını torpağa əkdiyini və həmin bitkiləri becərdiyini, qulluq göstərib suvardığını bildirmiş, həmin bitkiləri gələcəkdə məhsullarını satmaq məqsədilə əkib-becərmişdir. Baxış zamanı baxış iştirakçıları və mütəxəsisaqronomun iştirakı ilə Malikin həyətyanı sahəsində olan həmin bitkilər sayılmış və 14 ədəd olduğu müəyyən edilmiş, bundan sonra polis əməkdaşları aşkar edilmiş yaş halda kök üstə olan çətənə bitkilərinə oxşar bitkiləri torpaqdan çıxarıb kənara yığmış, bundan başqa baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı həmin evin həyətyanı sahəsində çətənə bitkilərini əkdiyi ərazidə həmin bitkilərin yarpaqlarını yığıb qurutması müəyyən edilmiş, həmin qurudulmuş kütlələr iştirakçıların köməkliyi ilə 1 ədəd sintetik kisəyə yığılmış, daha sonra həmin sintetik kisəyə yığılmış kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 840 qram olması müəyyən edilmiş, sonra Təqsirləndirilən şəxs dəvəti əsasında onun yaşadığı evə baxış keçirilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsində olan otaqlardan birində şkafın içərisindən 6 ədəd sellofan torbada, 1 ədəd sintetik kisədə, 2 ədəd kibrit qutusunda və 1 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri və 2 ədəd elektron tərəzini təqdim edərək həmin kütlələrin «nəşə» kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu və satmaq üçün göstərilən formalarda qablaşdırdığını, 1 ədəd kibrit qutusu narkotik vasitə qurudulmuş marixuananı 40 manat pul müqabilində satdığını, lakin, həmin məhsullardan heç kəsə satmadığını bildirmiş, 1 ədəd kibrit qutusunda 4 qram narkotik vasitə qurudulmuş marixuana yığdığını, həmin aşkar edilmiş məhsulları həyətyanı sahəsində əkib-becərdiyi çətənə bitkilərindən yığıb hazırlamasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan özünün deməsinə görə 1 həftə öncə Salyan rayonu ərazisindən keçən Kür çayı sahilindən tapdığı 1 ədəd sellofan bükümdə olan narkotik vasitə tiryəkə bənzər kütlələr elektron tərəzi vasitəsilə çəkilmişdir. Təqsirləndirilən şəxs elektron tərəzilərdən isə narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Mövcud şəraitlə bağlı aşkar edilmiş bütün kütlələrin RPŞ-nin inzibati binasında qablaşdırılacağı, götürülmüş həmin kütlələrin tərkibi və təmiz çəkisinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin ediləcəyi və həmin kütlələrin ekspertizaya təqdim ediləcəyi bildirilmiş, istintaq hərəkəti başa çatdıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən və həyətyanı sahədən aşkar edilmiş çətənə bitkiləri və narkotik vasitələr RPŞ-nin inzibati binasına gətirilmiş və qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən qablaşdırılan predmetlərin üzəri imzalanmış və müvafiq ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. Dindirilmiş şahidlər Salyan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, RPŞ-nin X1 əməliyyat müvəkkili Şahid4 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək həmin xüsusatları bir daha öz ifadələrində təsdiq etmişlər. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 14 sentyabr 2023cü il tarixli qərardan görünür ki, Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və tərkibində narkotik tərkibli maddələr olan bitkilərin kultivasiyası ilə bağlı şübhəli şəxs qismində saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilməsi, yaşadığı ünvanda baxış keçirilən zaman 14 ədəd yaş vəziyyətdə kök üstə olmaqla ümumi təmiz çəkisi 8600.0 qram olan əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin ümumi təmiz çəkisi 10077.10 qram olan narkotik vasitə qurudulmuş marixuana, 59.774 qram olan narkotik vasitə tiryək və 2 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunmaqla istintaq aparılmışdır. (i.v.1-58) -«şübhəli şəxsin tutulması haqqında» 13 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.25) -«şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə» 13 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən qanunla əldə edilməsi, saxlanılması, gəzdirilməsi, istifadəsi, daşınması və ümumilikdə dövriyyəsi qadağan olunan əşya, maddə və ya predmet aşkar edilməmiş və götürülməmişdir.(i.v.28-30) -«baxış keçirilməsi və götürmə aparılması barədə» 13 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, Ağa Mirbağırağa küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən cəmi 14 ədəd yaş halda kök üstə yaşıl rəngli, tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkilər və 3 ədəd sintetik kisədə, 2 ədəd kibrit qutusunda və 1 ədəd kağız bükümdə ayrıayrılıqda müvafiq olaraq təmiz çəkiləri 3600.0 qram, 5275.0 qram, 1195.0 qram, 3.85, 2.47 və 0.78 qram, ümumi təmiz çəkisi 10077.10 qram olan narkotik vasitə qurudulmuş marixuanaya, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 59.774 qram olan narkotik vasitə tiryəkə oxşar kütlələr və 2 ədəd elekton əl tərəzisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri əkib-becərdiyi çətənə bitkilərinin yarpaqlarından satmaq məqsədilə yığıbqurutduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə tiryəkə bənzər kütləni Salyan rayonu ərazisində Kür çayı sahilindən təxminən 1 həftə öncə tapdığını və şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. (i.v.40-43) -Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Salyan Rayon Mərkəzinin baş aqronumu X5 tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli, 37 nömrəli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsində torpaq üzərində və kök üstündə yaş vəziyyətdə olan 14 ədəd bitki nümunələri gövdə və yarpaq qurluşuna, eləcə də spesifik qoxusuna görə çətənəkimilər fəslinə aid bitki cinsi olmaqla narkotik tərkiblidirlər, bitkilərin gövdə ətrafında alaq otlarından təmizlənməsi, kök dibində olan torpağın nəm və yumuşaq olması, hər bir bitkinin boyu, gövdə, budaq və yarpaqların yaxşı inkişaf etməsinə görə belə nəticəyə gəlmişdir ki, həmin çətənə bitkilərinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərilmişdir. (i.v.44) -«məhkəmə-bioloji ekspertizası»nın 14 sentyabr 2023-cü il tarixli, 18/909-18/910 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: «... Təqsirləndirilən şəxs yaşadığı evdən ...» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi- 59.774 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim olunmuş üzərində: «... Təqsirləndirilən şəxs yaşadığı evdən...» sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd elektron tərəzinin üzərində narkotik vasitə tiryəkin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddə ilə eyniliyini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş üzərində: «...Təqsirləndirilən şəxs yaşadığı evdən...» sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3.85 qram, 2.47 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi-0.78 qram, ümumi çəkisi-7.10 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: «...Təqsirləndirilən şəxs yaşadığı evdən...» sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torbada təmiz çəkisi-3600.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: «...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...» sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torbada təmiz çəkisi-5275.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nartkotik vasitə qurudulmuş marixuanandır. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: «...Təqsirləndirilən şəxs yaşadığı evdən...» sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torbada 6 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri-65.0 qram, 310.0 qram, 150.0 qram, 125.0 qram, 355.0 qram, 190.0 qram, ümumi çəkisi-1195.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nartkotik vasitə qurudulmuş marixuanandır. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: «...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...» sözləri yazılmış və imzalar olan 2 ədəd sintetik torba bağlamalarda cəmi 14 (on dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi-8600.0 qram (8 kq 600 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilər tərkiblərinə görə eynidir. Aqronomun(mütəxəsisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş ümumi çəkisi-10077.10 qram olan marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş cəmi 14 ədəd çətənə bitkiləri və qurudulmuş marixuanalar tərkiblərinə görə eynidir. (i.v.52-56) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. (i.v.66-67) -Salyan Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 4(057)-95/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bildiyini, arvadının ankoloji xəstə olduğunu, ayrı-ayrı adamlardan ümumilikdə 6000 (altı min) manat borc aldığını, borcunu qaytarmaq üçün məcbur olub bu yola əl atdığını, tutula biləcəyini əvvəlcədən düşündüyü bildirmişdir. Törətdiyi əməldən peşmandır, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.(i.v.87-92) -«Salyan Rayon Mərkəzi Xəstəxanası» X6 daxil olmuş 11 oktyabr 2023-cü il tarixli, 18-1-68/2-2546/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Poliklinika şöbəsində narkoloji və psixinevroloji qeydiyyatda yoxdur.(i.v.100) -«maddi sübut kimi tanıma haqqında» 21 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən və həmin evin həyətaynı sahəsindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 10077.10 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 10076.55 qramı, onun yaşadığı evdən aşkar olunaraq götürülmüş təmiz çəkisi 59.774 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 59.674 qramı, onun yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 8600.0 qram olan 14 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 8599.3 qramı və 2 ədəd elektron əl tərəzisi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmalarından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir.(i.v.106-107) -«ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 15 sentyabr 2023-cü il tarixli, 894 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(i.v.133) -«cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında» 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş külli miqdarda- 59,774 qram çəkidə narkotik vasitə tiryəkin əldə etmə mənbəyinin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ********* nömrəli başqa cinayət işi ayrıca icraata ayrılmış və ibtidai istintaq aparılması üçün icraata qıbul edilmişdir.(i.v.156-157) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «baxış keçirilməsi və götürmə aparılması barədə» protokol və ona əlavə edilmiş videoçəkilişdən, mütəxəssis rəyi, «məhkəməbioloji ekspertizası»nın rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış 10076.55 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 59.674 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 8599.3 qram təşkil edən 14 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və 2 ədəd elektron əl tərəzisi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 17 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.101) -Salyan Rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2023-ci il tarixli, 2667 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də yaşayır, ailə üzvləri arvadı-1981-ci il təvəllüdlü X2, oğlanları-2004-cü il təvəllüdlü Mustafa Hüseynov, 2006-cı il təvəllüdlü Heydər Hüseynov, 2013-cü il təvəllüdlü Mahmud Hüseynzadə və qızı-2011-ci il təvəllüdlü Zöhrəbanu Hüseynovadan ibarətdir, yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmamışdır.(i.v.103-105) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşaqlarının olmasıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən az ağır və ağır cinayətlər törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 13 sentyabr 2023-cü il tarixdən hesablanmalı və Salyan Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 4(057)-95/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, «ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyi nəzərə alınıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 99 (doxsan doqquz) manat, 48 (qırx səkkiz) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 99 (doxsan doqquz) manat, 48 (qırx səkkiz) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 10076.55 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 59.674 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 8599.3 qram təşkil edən 14 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və 2 ədəd elektron əl tərəzisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Salyan Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 4(057)-95/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 99 (doxsan doqquz) manat, 48 (qırx səkkiz) qəpik məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Salyan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 10076.55 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 59.674 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 8599.3 qram təşkil edən 14 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-267/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-267/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver