Məhkəmə qərarları › İş №1(099)-268/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-268/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-268/2024 18.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abışoğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, Sabirabad rayonu Minbaşı kəndində qeydiyyatda olmaqla, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 13, mənzil 66-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 3.526 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində daşıyaraq saxlamış, 02 avqust 2023-cü il tarixdə saat 20 radələrində həmin heroinin 0,445 qramını bir ədləd bükümdə Şirvan şəhərində yerləşən Nəriman Nərimanov parkında tanışı Şahid3 10 manat məbləğində pula satmış, qalan 3,081 qramını isə bir ədəd bükümdə olmaqla üzərində saxlamaqla daşımışdır. Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid3 03 avqust 2023-cü il tarixdə Şirvan şəhərində saxlanılmaqla üzərində şəxsi axtarış keçirilən zaman 0,445 qram heroin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs isə 14 avqust 2023-cü il tarixdə saat 14:15 radələrində Şirvan şəhəri Nəriman Nərimanov küçəsində saxlanılmaqla üzərində şəxsi axtarış aparılarkən bir ədəd polietilen kəsiyi bükümündə 3,081 qram narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, özü narkotik vasitə heroin istifədəçisidir. Şahid3 onun evində usta işləmiş və münasibətləri vardır. Şahid3 özu narkomandır. O, xx.xx.2023-cü il tarixdə öz istifadəsi üçün narkotik vasitə heroin almışdır. Şahid3 həmin vaxt onun evində usta işləmiş və «lomkası» tutmuşdur. Ona görə də Şahid3 «lomka»dan çıxması və evində təmir işini davam etdirməsi üçün ona heroin vermişdir. Lakin heroini ona 10 manat pul müqabilində verməmiş, pulsuz vermişdir. Şahid3la birlikdə heroindən istifadə etmişlər. Aldığı heroindən Pərvizlə birlikdə istifadə etdikdən sonra üzərində heroin qalıbqalmamasını bilməmişdir. 14 avqust 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxaraq marketə çörək almaq üçün gedərkən polis işçiləri tərəfindən saxlanılmışdır. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Onu polis şöbəsinə aparmış, orada döymüş və üzərinə narkotik vasitə qoymuşlar. Ondan üzərinə qoyulan narkotikin özünə məxsus olmasını etiraf etməsini və bu barədə sənədlərə imza etməsini tələb etmiş, əks halda evinə 2 kiloqram heroin qoymaqla hədələmişlər. Həm də polis işçiləri ona CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə veriləcəyini vəd etmişlər. Bu səbəblərdən də üzərinə qoyulan heroinin özünə məxsus olmasını etiraf etmiş və bu məzmunlu ifadə vermişdir. Lakin onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar olaraq məhkəməyə çıxarılarkən CM-nin 234.4.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasını bilmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, narkotik vasitədən mütəmadi istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında küçədə 01 ədəd sellofan bükümü görmüş, həmin büküm diqqətini cəlb etdiyi üçün götürüb baxarkən içərisində narkotik maddə olan heroin olduğunu görmüş, narkotik maddə istifadə etdiyinə görə həmin bükümü şalvarının cibinə qoymuş, 14 avqust 2023-cü il tarixdə saat 14:15 radələrində Şirvan şəhəri, Nəriman Nərimanov küçəsində narkotik vasitə olan heroin üzərində olduğu zaman Şirvan şəhər polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, polis əməkdaşları onun üzərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduqları üçün üzərində şəxsi axtarış aparılmasını bildirmişlər, bundan ötrü polis şöbəsinə dəvət etmişlər, o etiraz etməyərək polislərlə birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş, o həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1, qısa müddət ərzində seçmiş olduğu vəkil Rəsul Mənsimov gəlmiş, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun razılığı əsasında üstünə şəxsi-axtarış keçirilməyə başlanılmış, şəxsi-axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olduğu təqdirdə onu təqdim edilməsi təklif edildikdə o üzərində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə kimi tanıdığı heroini çıxararaq təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş polietilen kəsiyi bükümündə olan narkotik vasitənin heroin olduğunu bildirmiş, polis əməkdaşların, vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş içərisində narkotik vasitə heroin olan büküm zərfə qoyularaq möhürlənmiş, sonra isə polis əməkdaşları bu barədə protokol tərtib etmişlər. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Şirvan şəhər polis şöbəsinin X4 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 avqust 2023-cü il tarixdə polis şöbəsində olan zaman ona məlumat daxil olmuş ki, Təqsirləndirilən şəxs halhazırda Şirvan şəhəri ərazisindədir və onun üzərində narkotik vasitə vardır, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğuldur. Bununla bağlı təxirəsalınmaz qaydada əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə 14 avqust 2023-cü il tarixdə saat 14:15 radələrində Şirvan şəhəri, Nəriman Nərimanov küçəsində Təqsirləndirilən şəxs saxlamışlar. Onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, onun üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd polietilen kəsiyi bükümdə narkotik vasitə heroinəbənzər maddə aşkar olunmuşdur. Həmin maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymamışlar. Ona heç bir təzyiq, təsir göstərməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Şirvan şəhər polis şöbəsinində polis nəfəri işləyir. 14 avqust 2023-cü il tarixdə polis şöbəsinin X4 baş əməliyyat müvəkkili Şahid1 Şirvan şəhərində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat tədbirlərinin keçirilməsində o da iştirak etmişdir. 14 avqust 2023-cü il tarixdə saat 14 radələrində Şirvan şəhəri, Nəriman Nərimanov küçəsində Təqsirləndirilən şəxs saxlamışlar. Ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə polis şöbəsinə dəvət etmişlər. Nəcəf onlarla polis şöbəsinə getmişdir. Polis şöbəsində vedeoçəkilişlə və vəkilin iştirakı ilə Nəcəfin üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd polietilen kəsiyinə bükülmüş bükülü aşkar olunmuşdur. Nəcəf həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini 13 avqust 2023-cü il tarixdə yaşadığı küçədə yerdən tapdığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu bildirmişdir. Bükümə baxıldıqda içərisində heroinəbənzər maddə aşkar olunmuşdur. Həmin maddə zərfə qoyularaq götürülmüş və ba barədə protokol tərtib olunmuşdur. Onlar Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymamış, ona təzyiq göstərməmiş, evinə 2 kiloqram heroin qoymaqla hədələməmişlər. Həmçinin ona CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə veriləcəyini vəd etməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olmuşdur. Əvvəllər Nəcəfin evində usta işləmişdir. Həm də əvvəllər Nəcəfdən öz istifadəsi üçün narkotik vasitə almışdır. xx.xx.2023-cü il tarixdə saat saat 20 radələrində bədənində ağrılar olduğu üçün narkotik vasitə istifadə etmək istəmiş, Nəcəfə zəng edərək heroin almaq istədiyini və 10 manat pulunun olduğunu bildirmişdir. Nəcəf ona Nəriman Nərimanov parkına gəlməsini demişdir. Həmin parkda Nəcəflə görüşmüş, ona 10 manat pul verərək 01 ədəd bükümdə 0,5 qram çəkidə narkotik vasitə heroin almışdır. Nəcəfdən aldığı narkotik vasitə heroinin bir qismini istifadə etmiş, qalan hissəsini isə səhəri günə ehtiyat kimi saxlamışdır. xx.xx.2023cü il tarixdə saat təxminən 19 radələrində həmin narkotik vasitə cibində olmaqla yaşadığı Şirvan şəhəri, L.İbrahimov küçəsində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirilməsində şübhəli olduğunu bildirib Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində videoçəkilişlə və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd içərisində heroin olan sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə narkotik vasitə heroin olduğunu, heroini bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə saat 20 radələrində tanıdığı Şirvan şəhər sakini olan Nəcəf adlı şəxsdən 10 manat pul müqabilində aldığını, bir qismini istifadə etdiyini, qalan hissəsini isə sonra istifadə etmək üçün üzərində saxladığını bildirmışdir. Onun təqdim etdiyi narkotik vasitə heroin qablaşdırılıb götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. 14 avqust 2023-cü il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinəbənzər maddə aşkar olunaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 15 avqust 2023-cü il tarixli, 18/808 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,081 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X8 daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «opoidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi» diaqnozu ilə poliklinka qeydiyyatındadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6338 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 4316 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsiin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Materialların məhkəmə ekspertizasının 04 avqust 2023-cü il tarixli, 18/775 saylı rəyindən görünür ki, Şahid3 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,445 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin ekspertin 07 sentyabr 2023-cü il tarixli, 18/885 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə olan heroin ilə Şahid3 üzərindən götürülmüş 01 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkblidir. Telefon danışıqları barədə məlumatlardan görünür ki, Şahid3 istifadəsində olan ***- ***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrələri arasında xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə və ondan əvvəlki vaxtlarda danışıqlar aparılmışdır. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X3 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs hər hansı növ sosial müavinət, pensiya və təqaüd almır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 13 may 2022-ci il tarixdə Şirvan şəhər məhkəməsinin qərarı ilə 01 il 11 ay 14 gün Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, 11 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 16 dekabr 2022-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin qərarı ilə 04 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuş, 05 may 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Lakin işdə olan sənədlərdən görünür ki, onun himayəsində xx.xx.2016 və xx.xx.2019-cu illərdə doğulmuş azyaşlı uşaqları vardır. Yaşayaş yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)-246/2023 nömrəli, qanuni qüvvəyə minmiş və xx.xx.2024-cü il tarixdə icraya yönəldilmiş hökmündən görünür ki, Şahid3 satış məqsədi olmadan 02 avqust 2023-cü il tarixdə saat 20 radələrində Şirvan şəhəri H.Əliyev prospektində yerləşən N.Nərimanov parkında tanışından 10 manat pul müqabilində 0,445 qram narkotik vasitə heroini alaraq üzərində saxlamaqla daşımaqda təqsirli bilinmiş və ona cəza təyin edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 3,526 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması, həmin narkotik vasitənin 0,445 qramını 02 avqust 2023-cü il tarixdə tanışı Şahid3 10 manat pul müqabilində satması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə evində usta işləyən Şahid3 narkotik vasitə heroini pulsuz verməsi, 14 avqust 2023-cü il tarixdə özünün polis işçiləri tərəfindən saxlanılması zamanı üzərində narkotik vasitə olmaması, narkotik vasitənin üzərinə polis işçiləri tərəfindən qoyulması, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması səbəbindən cinayəti etiraf etməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,981 qram narkotik vaitə heroin məhv edilməlidir. Şahid3 barəsində digər cinayət işi üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 0,345 qram narkotik vasitə heroinlə bağlı Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)-246/2023 nömrəli hökmü ilə qərar qəbul olunması nəzərə alınmaldıdır. Ekspertiza xərci 99 manat 48 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,981 qram narkotik vaitə heroin məhv edilsin. Şahid3 barəsində digər cinayət işi üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 0,345 qram narkotik vasitə heroinlə bağlı Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)-246/2023 nömrəli hökmü ilə qərar qəbul olunması nəzərə alınsın. Ekspertiza xərci 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik təqsirləndirilən şəxs X5 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar