Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-269/2022 13.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Cəlilabad Rayon Vəkil Bürosunun vəkili X8, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X2 iştirakları ilə, 10 avqust 1965-ci ildə Masallı rayonu Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, təqaüdçü, evli, əvvəllər məhkum olunmamış, Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olan və yaşayan, iş üzrə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 03 yanvar 2022-ci il tarixdə saat 20 radələrində “ABC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi “VAZ 21070 minik” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qızılağac-Masallı avtomobil yolunun rayonun Qızılağac kəndi ərazisindən keçən hissəsində saatda təxminən 40-45 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyərək asfalt yolun sağ ehtiyat hissəsindən yolun sol ehtiyat hissəsinə keçən piyada, əvvəllər tanımadığı, həmkəndlisi X4 asfalt yolun üzərində avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə Elbrus Musayevin qapalı kəlləbeyin travması, baş beynin əzilməsi, baş beyin toxumasına və baş beynin yumşaq qışası altına yayılmış qansızma, başın alın-təpə nahiyəsinin əzilmiş yarası, başın gövdənin və ətrafların sıyrıqları nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 03 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Masallı rayonu Qızılağac kəndində yerləşən şadlıq evində keçirilən toy məclisində təqribən 150 qram spirtli içki olan araq qəbul etmişdir. Toy məclisində olarkən oğlu Şahid1 ona evdən zəng edərək Bakı şəhərinə getməsi üçün onu Masallı şəhəri Seybətin dairəsindən yola salmaq lazım olduğu bildirilmişdir. O, şadlıq sarayından çıxıb idarə etdiyi “VAZ-21070 minik” markalı, **-LG-*** qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evə getmişdir. Oğlu Şahid1 avtomobilin ön sərnişin oturacağına əyləşdirmiş, o isə sükan arxasında olmaqla avtomobili idarə etməyə başlamışdır. Yaşadığı Masallı rayonu Qzılağac kəndində şadlaq sarayının yaxınlığında avtomobili öz hərəkət zolağında 40-45 km/saat sürətlə idarə edərkən qəflətən idarə etdiyi avtomobilin sağ istiqamətindən 2-2,5 metr aralı olan piyada qəflətən yolu keçərək avtomobilin qabağına çıxmış, dərhal avtomobilin əyləcinə basıb avtomobili saxlamış, lakin piyadanı vurması qaçılmaz olmuşdur. İdarə etdiyi avtomobilin ön hissəsi ilə piyadanı vurmuş, piyada avtomobilin ön hissəsinin qabaq mühərrik örtüyünə dəymiş, avtomobilin önündə asfalta düşmüş, piyadanı görməsi ilə onu vurması arasında 1- 1,5 saniyə ara məsafəsi olmuşdur. Avtomobili dərhal asfalt yolda saxlamış, avtomobildən aşağı düşmüş, şadlıq evinin yanında olan bacısı oğlu Nazim və oğlu Şahmar ilə birlikdə Nazimə məxsus avtomobil ilə həmin piyadanı arxa sərnişin oturacağına uzadıb dərhal Masallı RMX-ya aparmasını bacısı oğlu Nazimə demişdir. Həmin vaxtı oğlu Şahmar Nazimin idarə etdiyi avtomobildə ön sərnişin oturacağında əyləşmiş və piyadanı avtomobillə Masallı Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. İdarə etdiyi “VAZ-21070 minik” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib onların arxasıyca Masallı RMX-na getmişdir. İdarə etdiyi avtomobillə vurduğu piyadanın həmkəndlisi X6 olduğunu bilmişdir. Elbrus Musayevə tibbi yardım göstərilməsinə baxmayaraq ölmüşdür. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş və cinayət nəticəsində vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, mərhum X6 onun əridir. Ailəsi ilə Masallı rayonu Qızılağac kəndində yerləşən evdə yaşamışdır. 03 yanvar 2022-ci il tarixdə saat 17 radələrində əri X10 kəndində yerləşən şadlıq sarayında keçiriləcək toy məclisinə getmişdir. Həmin gün saat 22 radələrində evdə olduğu zaman ona zəng olunaraq həyat yoldaşı Elbrus Musayevi «Qızılağac» şadlıq sarayının qarşısında avtomobil vurması, vəziyyətinin ağır olması və xəstəxanaya aparılması barədə məlumat verilmişdir. Həmin vaxtı dərhal bu barədə ailə üzvlərinə məlumat vermişdir. Bundan təqribən 20-25 dəqiqə sonra zəng olunaraq əri Elbrus Musayevin xəstəxanaya aparılarkən yolda ölməsi deyilmişdir. Sonradan hadisənin həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən sonuncunun idarə etdiyi “VAZ 21070 minik” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ehtiyyatsızlıqdan törədildiyini, sürücü Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş halda olduğunu bilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X5 məhkəmədə göstərdi ki, cinayət nəticəsində dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, zərərçəmiş şəxsin hüquqi varisi qismində tanınmış, təmsil etdiyi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbləri yoxdur, məhkəmədən Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Şahid1 məhkəmədə göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Masallı rayonu Qızılağac kəndində yerləşən evlərindən Bakı şəhərinə getməli olmuşdur. Atası Təqsirləndirilən şəxs zəng edərək Bakı şəhərinə getməsi üçün onu avtomobili ilə Masallı şəhəri Seybətin dairəsi adlanan əraziyə aparmasını xahiş etmişdir. Bir neçə dəqiqə sonra atası Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21070 minik” markalı, **-LG-*** qeydiyyat nişanlı avtomobili ilə evin həyətinə gəlmişdir. O, avtomobildə ön sərnişin oturacağında əyləşmişdir. Atası Yusif avtomobili idarə edərək yaşadıqları evin həyətindən kənd asfalt yoluna çıxmışdır. Həmin vaxt atası içkili vəziyyətdə olmuş və avtomobili rahat idarə etməsini görüb atasına heç bir söz deməmişdir. Atası avtomobili Qızılağac kəndi ərazisində yerləşən kəndlərarası yolda “Qızılağac” şadlıq sarayının qarşısından öz hərəkət zolağında təxminən 50 km/saat surətlə idarə etdiyi zaman yolun sağ ehtiyat hissəsindən bir nəfər kişi piyada iti addımla yolu sola doğru şadlıq sarayının qarşısına tərəf keçməyə başlamışdır. Bu vaxt atası Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin şəxsi ehtiyatsızlıqdan vurmuşdur. Piyadanın görünməsi ilə atasının həmin piyadanı avtomobillə vurması arasında 3-4 saniyə vaxt olmuşdur. Piyada avtomobilin ön hissəsinin qabaq mühərrik örtüyünə dəymiş və avtomobilin önündə asfalta düşmüşdür. Atası dərhal idarə etdiyi avtomobili saxlamışdır. Atası ilə bilrikdə cəld avtomobildən yerə düşmüş, daha sonra birlikdə köməkləşib asfalt yolda yerdə uzanmış vəziyyətdə olan, sonradan tanıdığı həmkəndlisi Elbrus Musayevi bibisi oğlu Şahid2 idarə etdiyi avtomobilin arxa sərnişin oturacağına qoyub Masallı Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. X13 aldığı xəsarətdən ölmüşdür. Şahid2 məhkəmədə göstərdi ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi «VAZ 21063» markalı avtomobil ilə Masallı rayonu Qızılağac kəndində yerləşən “Qızılağac” şadlıq sarayında keçirilən toy məclisinə getmişdir. Saat 20 radələrində toy mərasimindən çıxaraq şadlıq evinin qarşısında saxladığı avtomobilə tərəf getdikdə oraya bir neçə şəxsin yığışdığını görmüşdür. Dərhal şadlıq sarayının yerləşdiyi asfalt yolun kənarına gəldikdə dayısı Təqsirləndirilən şəxs məxsus “VAZ-21070 minik” markalı, **-LG-*** qeydiyyat nişanlı avtomobilin asfalt yolun üzərində Qızılağac kəndindən üzü Viləş kəndi istiqamətində dayanmış vəziyyətdə olduğunu, avtomobilin önündə isə piyada, həmkəndlisi Elbrus Musayevin qanlı halda asfalt yolun üzərində sərildiyini görmüşdür. Dərhal dayısı Yusif, dayısı oğlu Şahid1 və tanımadığı digər şəxslərin köməkliyi ilə Elbrus Musayevi asfalt yolun üzərindən qaldırıb ona məxsus avtomobilin arxa sərnişin oturacağında uzatmışlar. Dayısı oğlu Şahid1 isə avtomobilin ön sərnişin oturacağında əyləşmiş və Masallı Rayon Mərkəzi Xəstəxanasına yollanmışlar. Lakin xəstəxanaya çatdıqda Elbrus Musayevi ölmüşdür. Şahid3 məhkəmədə göstərdi ki, 03 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Masallı rayonu Qızılağac kəndi ərazisində yerləşən “Qızılağac” şadlıq sarayında aşpaz kimi fəaliyyət göstərmişdir. Həmin gün saat 20 radələrində toy mərasimi başa çatdığından evinə getmişdir. Saat 22 radələrində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs ona mobil telefonla zəng edərək idarə etdiyi avtomobil ilə adam vurduğunu bildirmiş və Masallı rayon məhkəmə-tibb eksperti olan həmkəndlisi Alışan Təhməzova zəng etməsini ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs içkili olub-olmaması barədə maraqlanmış, sonuncu içkili vəziyyətdə olduğunu bildirmişdir. O isə məhkəmə-tibb eksperti Alışan Təhməzova zəng etsə də, sonuncu telefona cavab verməmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə protokoldan, hadisə yerinin protokola əlavə olunmuş sxemindən və fotoşəkillərindən görünür ki, hadisə yeri Masallı rayonu Qızılağac kəndi ərazisində yerləşən kəndarası asfalt avtomobil yolunun üzərində yerləşir. Hadisə baş verdiyi zaman hava qaranlıq olmuş, hava şəraiti dumanlı olmamış, asfalt yol quru vəziyyətdə olmuşdur. Hadisə yaşayış məntəqəsində baş vermiş, hadisə yerində “VAZ 21070 minik” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormoz və sürüşmə izləri aşkar edilməmişdir. İfadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu yol-nəqliyyat hadisəsi üzrə ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 09 fevral 2022-ci il tarixli, 8\244 nömrəli rəyindən görünür ki, hadisənin baş vermə şəraitində VAZ-21070 markalı, ** LG *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 01 nömrəli rəyindən görünür ki, X3 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: Qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, baş beyin toxumasına və baş beynin yumşaq qışası altına yayılmış qansızma, başın alın-təpə nahiyəsinin əzilmiş yarası, başın gövdənin və ətrafların sıyrıqları. Müəyyən olunan xəsarətlər həyati olub ağır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin hissələrinin təsirindən və zərbənin təsirindən tullanılaraq yer örtüyünə çırpılması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. X3 ölümünə səbəb olan baş beynin əzilməsi, baş beyin toxumasına və baş beynin yumşaq qişası altına yayılmış qansızma olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 10-14 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş qanın məhkəmə kimyavi tədqiqatı zamanı 0,9% etil spirti aşkar olunmuşdur. Qanda aşkar olunan etil spirtinin bu konsentrasiyası canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Lənkəran Şəhər Narkoloji Xəstəxanasının xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü - Təqsirləndirilən şəxs hadisə vaxtı qəbul etdiyi alkoqolun miqdarı 1,7 % olmaqla orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. 03 yanvar 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21070 minik” markalı, **-LG-*** avtomobil maddi sübut kimi tanınmış və Masallı Rayon Polis Şöbəsinin dayanacağında saxlanılır. Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs narkoloji və ruhi-əsəb xəstəliyi ilə bağlı qeydiyyatda olmamışdır. Masallı RİHB-nın Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 07 yanvar 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. Yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. İşdə olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs nümayəndəsi Ələsgər Mustafayev məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsində cinayət nəticəsində dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini, hüquqi varisin onunla barışdığını, heç bir şikayət və tələblərinin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs iş üzrə 04 yanvar 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və həmin qətimkan tədbiri hal-hazıradək qüvvədədir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda olmaqla nəqliyyat vasitəsini idarə etməklə yol hərəkəti qaydalarını pozması səbəbindən yol-nəqliyyat hadisəsinin baş verməsi, nəticədə ehtiyatsızlıqdan bir şəxsin ölümünə səbəb olması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58, 59, 61-ci maddələrinin tələblərini nəzərə alaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhəkmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilmədi. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-in 60.1-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, həmin maddənini tələbinə əsasən şəxsin əməlində CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş dahi ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi səkkiz il müəyyən edildiyindən ona təyin olunan cəzanın müddəti altı ildən çox ola bilməz. Məhkəmə cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun 04 yanvar 2022-ci il tarixdən 13 aprel 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilən cəzadan çıxılmalı, CM-nin 56.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmaqla Masallı Rayon Polis Şöbəsinin duracağında saxlanılan “VAZ-21070 minik” markalı, **-LG-*** qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs verilməlidir. Ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə 04 yanvar 2022-ci il tarixdən 13 aprel 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və onun üzərində 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 4 (dörd) il 8 (səkkiz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həmin müəssisədə qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Masallı Rayon Polis Şöbəsinin duracağında saxlanılan “VAZ-21070 minik” markalı, **-LG-*** qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs verilsin. Ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-269/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-269/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver