Məhkəmə qərarları › İş №1(099)-269/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-269/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-269/2024 08.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1997-ci ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sabirabad rayonu, Sabirabad şəhəri, Şəhriyar küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-802,646 qram narkotik vasitə olan heroini və 0,185 qram psixotrop maddə olan metamfetamini əldə edib, saxlayıb, daşımış və satışını realizə etmək üçün həmin maddələri ayrı-ayrı hissələrə ayırıb polietilen və kağız bükümlərə qablaşdıraraq bir büküm 4,410 qram heroini üzərində, bir büküm 790,0 qram heroini idarə etdiyi “Mercedes Benz” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində, altı bükümdə 6,503 qram, 0,352 qram, 0,296 qram, 0,353 qram və 0,325 qram və 0,407 qram heroini, habelə bir bükümdə 0,185 qram metamfetamini avtomobilin salonunda qoltuqaltı hissədə saxlayaraq daşıyarkən, daxil olmuş məlumat əsasında 04 avqust 2023-cü il tarixdə, saat 09 radələrində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri, A.Məmmədov küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən 1 ədəd bükümdə 4,410 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış zamanı avtomobilin arxa yük yerindən bir ədəd bağlamada 790,0 qram, avtomobilin salonunun qoltuqaltı hissəsində altı bükümdə-ayrı-ayrılıqda 6,503 qram, 0,352 qram, 0,296 qram, 0,353 qram, 0,325 qram və 0,407 qram narkotik vasitə olan heroin, habelə bir bükümdə 0,185 qram psixotrop maddə olan metamfetamin, habelə üzərində heroinin və metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Sabirabad rayonu, Sabirabad şəhəri, Şəhriyar küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Təxminən beş ildən artıq müddətdir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən heroindən, bəzən də metamfetamindən istifadə etmişdir. Bir müddət əvvəl o, sosial şəbəkəsində özünü iranlı kimi təqdim edən “Amir” adlı şəxslə tanış olmuş, bir neçə dəfə danışdıqdan sonra münasibətləri yaranmışdır. Sonra o, həmin şəxslə danışarkən onda narkotik vasitənin olub-olmamasını soruşmuş, o da narkotik vasitənin olduğunu və nə vaxt lazım olsa sata biləcəyini bildirmişdir. O, həmin iranlı ilə istifadəsində olan (099)888-00-54 saylı mobil telefon nömrəsi ilə vatsapla danışmışdır. Tutulmamışdan təxminən 6-7 ay əvvəl o, “Amir”lə telefonda vatsapla danışıb ondan narkotik maddə almaq istədiyini bildirmiş, o da razılaşıb telefonuna şəklini göndərəcəyi bank kartına narkotikin pulunu köçürməsini, bundan sonra ona deyəcəyi yerdən narkotik maddəni götürə biləcəyini bildirmişdir. Bu razılaşmadan sonra iranlı ona 800 qram heroin sata biləcəyini və buna görə on beş min manat pul verəcəyini, narkotiki götürənə kimi iki min manat pulu ona göndərməsini demiş, o da razılaşmışdır. Sonra o, xatırlamadığı tarixdə “Amir”in göndərdiyi “Kapital Bank”a aid kartın hesabına 2000 manat pul göndərmişdir. Bundan sonra “Amir” ona vatsapla narkotik maddənin qoyulduğu yerin şəklini göndərmiş və o, həmin şəkilə əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsinin ərazisinə gedib orada zibil qutusunun içərisinə qoulmuş bağlamanı götürmüş, həmin bağlamanın içərisində təxminən 800 qram heroin olmuşdur. Sonra o, götürdüyü heroinin istifadə üçün o qədər də yararlı olmadığını bilib qalan pulu iranlıya göndərməmiş və zəng edib bu bardə ona demiş, o da razılaşmışdır. Sonra o, həmin narkotik vasitəni gələcəkdə özü istifadə etmək məqsədilə idarə etdiyi “Mercedes Benz” markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində gizlədib saxlamışdır. Həmçinin o, “Amir”lə danışıb az miqdarda, istifadəsi üçün təxminən 10-11 qram heroin almış və narkotikin pulunu bank kartı ilə ona göndərmişdir. Daha sonra o, aldığı narkotik qoyulan torbanın içərisində olan az miqdarda metamfetamini və bir bükümdə heroini idarə etdiyi avtomobilin salonunda olan qol altlığında saxlamışdır. Narkotikdən mütəmadi istifadə etdyi üçün üzərində və avtomobilində narkotik maddə olan bükümləri saxlamışdır. Həmçinin istifadə etdiyi narkotikin dəqiq çəkisini müəyyən etmək üçün elektron tərəzi də saxlamış və narkotiki həmin tərəzidə çəkib istifadə etmişdir. 04 avqust 2023-cü il tarixdə, səhər saatlarında idarə etdiyi “Mercedes Benz” markalı, **-RK- *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad şəhərində dayanıqlı vəziyyətdə olan vaxt, polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğunu bildirib, onu avtomobillə birlikdə Sabirabad RPŞ-nə aparmışlar. Polis şöbəsinə aparılarkən əynindəki şalvarnın cibində bir büküm heroin, avtomobilin yük yerində bir bağlamada heroin, avtomobilin içərisində bir neçə bükümdə heroin və metamfetamin olmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü əynindəki şalvarının cibindən bir büküm çıxarıb təqdim edib bükümün içərisində heroinin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş heroini “Amir” adlı şəxsdən pulla alıb istifadəsi üçün üzərində və avtomobilində saxladığını bildirmişdir. Sonra vəkilin və özünün iştirakı ilə, həm də videoçəkilişlə avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı özü avtomobilin yük yerindən bir ədəd bağlamada olan heroini və avtomobilin avtomobilin salonundakı qoltuqaltı hissəsində bir neçə bükümdə heroin və bir büküm metamfetamin, həm də bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Üzərində və avtomobilində aşkar olunmuş heroin və metamfetamin polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. O, narkotik vasitələrdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamışdır. O, istifadəsi üçün narkotik vasitələr əldə edib saxladığına görə əməlindən peşmandır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və baxışla bağlı videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, üzərində və avtomobilində aşkar olunmuş heroin və metamfetamini satmaq məqsədi ilə deyil, yalnız şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin narkotik maddələr əldə edib istifadəsi üçün üzərində və avtomobilində saxlamasına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin əməkdaşıdır. 04 avqust 2023-cü il tarixdə ona Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə edib üzərində və idarə etdiyi avtomobildə saxlayıb daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış nəticəsində Sabirabad şəhər, Anar Məmmədov küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olduğu müəyyən edilib, həmin yerdə Təqsirləndirilən şəxs saxlanılıb ona üzərində və idarə etdiyi avtomobilində narkotik vasitələr saxlamasında şübhəli olduğu bildirilib Təqsirləndirilən şəxs avtomobili ilə birlikdə Sabirabad RPŞ-nə aparılmışdır. Polis şöbəsində müstəntiq Nurlan Mirzəyev tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroini tanımadığı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin avtomobilində də narkotik maddə olduğunu bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, sonra həmin kütlə qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş və axtarışla bağlı protkol tərtib olunmuşdur. Sonra müstəntiq Nurlan Mirzəyev tərəfindən müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs məxsus avtomobilə (“Mercedes Benz” markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə) baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerindən bir bağlamada heroinə, avtomobilin salonundakı qoltuqaltı hissəsindən altı ədəd bükümdə heroin, bir ədəd bükümdə metamfetaminə oxşar kütlələr və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilində aşkar olunan heroin və metamfetamini bir müddət əvvəl sosial şəbəkədə tanış olduğu İran vətəndaşı “Amir” adlı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra baxışla bağlı protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələr əldə edib saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun kiməsə narkotik maddələr satması ilə bağlı konkret faktlara dair məlumatlar əldə edilməmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Sabirabad RPŞ-nin əməkdaşının 04 avqust 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən 04 avqust 2023-ci il tarixdə, saat 09 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad şəhəri, Anar Məmmədov küçəsində saxlanılıb avtomobillə birlikdə Sabirabad RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” 04 avqust 2023cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Nurlan Mirzəyev tərəfindən müdafiəçi Səxavət Məmmədlinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Təqdim olunmuş bükümün içərisində heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroini əldə edib şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, sonra həmin kütlə qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi və götürmə aparılması barədə” 04 avqust 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Nurlan Mirzəyev tərəfindən müdafiəçi Səxavət Məmmədli və Təqsirləndirilən şəxs iştirakları ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz” markalı, **- RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən bir ədəd polietilen torbada, habelə avtomobilin salonunda altı bükümdə heroinə, bir ədəd bükümdə metamfetaminə oxşar kütlələr və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 avqust 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 4,410 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs avtomobilinə baxış ..” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi 790,0 qram, 05 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 6,503 qram, 0,352 qram, 0,296 qram, 0,353 qram, 0,325 qram, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,407 qram, ümumi çəkisi 798,236 qram olan maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,185 qram olan ağımtıl rəngli maddə psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. Ekspertiza tədqiqatından sonra qalıq heroin 801,846 qram və qalıq metamfetamin 0,135 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat, 95 qəbik təşkil edir İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 05 avqust 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq, ayrı-ayrılıqda qablaşdırılmış 801,846 qram heroin, 0,135 metamfetamin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2023-cü il tarixli, 6541 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərindən və idarə etdiyi avtomobilindən aşkar olunmuş heroin və metamfetamini yalnız şəxsi istifadəsi üçün əldə edib saxlamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərindən və idarə etdiyi avtomobilindən aşkar olunmuş heroin və metamfetamini yalnız şəxsi istifadəsi üçün əldə edib saxlamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 802,646 qram narkotik vasitə olan heroin külli miqdar təşkil edir və 0,185 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıqdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda heroin əldə etməsi, həmin heroini çəkilib çoxsaylı bükümlərə qablaşdırılıb üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşıması, eləcə də üzərində heroin və metamfetamin izləri olan bir ədəd elktron tərəzin aşkar edilməsi onun həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıması kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin və metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 05 avqust 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 avqust 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Sabirabad şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu, Sabirabad şəhəri, Şəhriyar küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə müsbət (yaşadığı dövrdə ictimai yerlərdə və məişətdə özünü intizamlı aparmış, nümayəndəliyə ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Sabirabad şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 24 yanvar 2023-cü il təvəllüdlü X5 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngulləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 avqust 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Sabirabad RPŞ-nin nin maddi sübutlar otağında saxlanılan 801,846 qram narkotik vasitə olan heroin, 0,135 qram psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi (üzərində heroin və metamfetaminin izləri olan) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 04 avqust 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ayrı-ayrı qablaşdırılmış 801,846 qram narkotik vasitə olan heroin, 0,135 qram psixotrop maddə olan metamfetamin və 1 (bir) ədəd elektron tərəzi (üzərində heroin və metamfetaminin izləri olan)hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar