Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-27/2022 27.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, İİ qrup əlil, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 34,478 qram olmaqla, külli miqdar təşkil edən psixotrop maddə olan metamfetamini (bundan sonra - metamfetamin) əldə etmiş, üzərində saxlamış və daşımışdır. Həmin kütlə 17 iyul 2021-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin (bundan sonra – Şirvan ŞPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Şirvan şəhərində yerləşən “Soliton” mağazasının yaxınlığında saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarın sağ yan cibindən aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, əvvəllər hər gün metamfetamindən istifadə etmiş, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. 16 iyul 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında yerdən tapdığı, bir ədəd bükümdə olmuş metamfetamini satış deyil, şəxsi istifadə məqsədilə üzərində saxlamış, lakin istifadə edə bilməmişdir. 17 iyul 2021-ci il tarixdə Şirvan şəhərində “Soliton” mağazasının yaxınlığında olarkən bir neçə nəfər polis əməkdaşı onu üzərində narkotik vasitə olması şübhəsi ilə saxlayıb Şirvan ŞPŞ-yə gətirmişlər. Üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibində bir ədəd bükümdə olmuş metamfetamini təqdim etmiş, həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Ona qarşı irəli sürülmüş ittihamda üzərindən aşkar edildiyi göstərilmiş metamfetaminin təmiz çəkisini mübahisələndirmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməliyyat müvəkkili Şahid1 və polis nəfəri Şahid2 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş, Təqsirləndirilən şəxs ilə sonuncunun saxlanılması, üzərinə şəxsi axtarış keçirilməsi və nəticəsi barədə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişlər ki, 17 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı üzrə qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar əsasında saxlamışlar. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 17 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olması barədə raport, “Əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntüdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 3, 4, 8, 27-29). - Materialların məhkəmə ekspertizasının 18 iyul 2021-ci il tarixli, 18/741 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 34,478 qram təşkil edən maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Tədqiqata sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 34,428 qram təşkil edir. Ekspertiza xərci 31,95 manatdır (səh. 35, 36). - Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən Şirvan ŞPŞ-nin 23 avqust 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini satmaq niyyəti ilə saxladığı müəyyən edilmişdir (səh. 98). - Məhkəmə-narkoloji ekspertizasının 19 avqust 2021-ci il tarixli, 2974 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Ona İİ qrup əlil olması ilə əlaqədar narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh. 106, 107). - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 fevral 2021-ci il tarixli, 1867 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. O, təqsirləndirildiyi cinayət əməlinin törədildiyi dövrdə və hazırda hər hansı psixi xəstəlik keçirməmiş və keçirmir. O, həmin dövrdə və hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş və iqtidarındadır. Buna görə də o, ittiham olunduğu əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur (səh. 104, 105). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi isə 2,0 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının 19 avqust 2021-ci il tarixli, 2974 nömrəli rəyinə əsasən opioidlərin birgə qəbulu və metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromundan (narkomaniya xəstəliyi) əziyyət çəkdiyi müəyyən edilsə də, üzərindən aşkar edilmiş metamfetaminin təmiz çəkisinin 34,478 qram olmaqla şəxsi istehlak miqdarından 230 dəfə, külli miqdarından isə təxminən 17 dəfə çox olması və 17 iyul 2021-ci il tarixdə yaşadığı evdən çıxarkən həmin kütləni götürüb üzərində saxlamasından ibarət işin faktiki halları həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir və müvafiq əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Məhkəmə buna görə də Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaqı zamanı verdiyi ifadələrinin üzərindən aşkar edilmiş metamfetaminə münasibətdə niyyətinin satış deyil, şəxsi istifadə olması barədə olan hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq xarakterli olması barədə nəticəyə gəlməklə iş üzrə sübut kimi nəzərə almır, qalan hissələrini isə sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi qismən etirafedici izahat və ifadələrlə yanaşı, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, “Şəxsi axtarış keçirilməsi haqqında” 17 iyul 2021-ci il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının 18 iyul 2021-ci il tarixli, 18/741 nömrəli rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 83). - Şirvan ŞİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli arayış və xasiyyətnamə, 33 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs “Opioidlərin qəbulunda yaranan psixi və davranış pozunuları” diaqnozu ilə İİ dərəcəli əlildir, subaydır, ailə üzvləri anası və bacısından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 63, 88, 89). - “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X3 04 avqust 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Opioidlərin qəbulu nəticəsində fəal asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır (səh. 90). Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, şəxsiyyətini, İİ qrup əlil olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən), cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 17 iyul 2021-ci il tarixdən hesablanmalı və barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 34,428 qram təşkil edən metamfetamin məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 17 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 34,428 qram təşkil edən metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-27/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-27/2022
27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver