Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-27/2024 01.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X29, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Şirvan şəhəri, Energetik küçəsi, ev 190-da qeydiyyatda olan və yaşamış, 02 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan Şəhər Məhkəməsinin 04 yanvar 2023-cü il traixli, 4(032)-2/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi külli miqdarda yəni, 4,469 qram çəkidə narkotik vasitə heroini 2 (iki) ədəd bükümə ayırıb, 2,200 qram narkotik vasitə heroini 02 yanvar 2023-cü il tarixdə saat 17 radələrində tanışı X16 qabaqcadan aralarında olan razılıq əsasında Şirvan şəhəri, Energetik küçəsində 24 manat pul müqabilində satmış və qalan 2,269 qram narkotik vasitə heroini isə üzərində daşımaqla saxlamış, 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,269 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin 02 yanvar 2023-cü il tarixdə saat 17:45-də Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Energetik küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən və qalan eyni tərkibli 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,200 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin 02 yanvar 2023-cü il tarixdə saat 17:30-da X8 Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Energetik küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 02 yanvar 2023-cü ildə sinif yoldaşı Rafael ona zəng vurmuş, Rafaellə görüşüb aşağı məhəllədə qamışlıqda birlikdə az miqdarda narkotik vasitə heroin qəbul etmişlər. Sonra Rzaxan və kök balacaboy post-patrul xidmətinin serjantı saat 16 radələrində onlara yaxınlaşmışlar və qollarından tutaraq polis şöbəsinə aparmışlar. Şöbədə həmin vaxt istifadə etdikləri narkotik vasitədən az miqdarda Rafaelin üzərində qalmış və onun üzərindən isə heç bir narkotik vasitə aşkar olunmamışdır. Polis şöbəsində 4 saat döyülmüş və balaca bükümdə narkotik vasitə təqdim olunaraq ona məxsus olduğunu deməyi bildirilmişdir. Polis əməkdaşları ona təqdim edilən balaca bükümü götürməyini, nəticədə narkotik vasitə istifadəçisi kimi sənədləşdiriləcəyini və gələcəkdə də qolbağ cəzası ilə buraxılacağını bildirmişlər. Canı ağrıdığı üçün polislərin dedikləri ilə razılaşmışdır. Nazim dəvət olunan vəkillə kənarda sözləşmiş, hətta Nazim həmin vəkilin cibinə pul da qoymuşdur. Sonra üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş və balaca bükümü həmin zaman çıxararaq təqdim etmişdir. Tutulan dövrdə mühafizədə işləmişdir. Heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Rafaellə çoxdandır işdə olduğu üçün görüşə bilməmiş, yeni il bayramından qabaq görüşməkləri məqsədilə Rafael ona zəng etmiş, yalnız yeni il bayramından sonra görüşə bilmişlər. Rafaellə görüşəndə narkotik vasitə qəbul etmək qərarına gəlmişlər, həmin vaxtdan əvvəl narkotik vasitə qəbul etmək niyyətləri olmamışdır. Rafael ağrıları olduğu üçün narkotik vasitə qəbul etmək təklifini etmişdir. Narkotik vasitəni iki gün əvvəl qamışlıq ərazidən tapmış və Rafaelə də birlikdə istifadə etmək üçün vermiş, yəni Rafael onunla görüşməyə gələrkən üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitənin hamısın istifadə etməmişlər, istifadə etdikləri narkotik vasitədən az miqdarda qalmış, onu da Rafael götürmüşdür. İş materiallarında olan, Rafaelin ona yazdığı mesajlardan yəni «pul düzəltmişəm, gəlirəm məzmununda» mesajlardan xəbəri olmamış, istintaq zamanı həmin mesajları ona oxumuşlar. Hadisə günündən əvvəl Rafaellə narkotik vasitə qəbul etməmişdir. Tapdığı narkotik vasitəni istifadə etdikdən sonra qalan hissəni Rafael götürmüş, çünki özü arabir narkotik istifadə etmiş, Rafaelin isə narkotik vasitəyə çox ehtiyacı olmuşdur. Rafael onun narkotik vasitədən istifadə etdiyini əvvəldən bilmişdir. Rafaellə birinci dəfə məhəllələrindən yuxarıda park tərəfdə görüşmüşlər, evdən çıxmış, Rafael isə məhəllələrinə gəlmişdir. Rafaellə görüşmüş və Rafaelə narkotik vasitə tapdığını bildirmiş və aşağı qamışlıq əraziyə düşmüşlər, orada narkotik vasitəni qəbul etmişlər. Qamışlıq deyilən ərazi kənar sahədir və evlərindən 5-6 ev kənarda yerləşir. Narkotik vasitəni falqa ilə qəbul etmiş, Rafael isə inyeksiya yolu ilə narkotik vasitəni qəbul etmişdir. Narkotik vasitənin istifadə etdikləri miqdarı və ondan qalan miqdarı yadında deyildir. İstifadə etdikdən sonra qalan narkotik vasitəni Rafaelə əvəzsiz qaydada vermişdir. Birlikdə narkotik vasitəni qəbul etdikdən sonra polis əməkdaşları onu və Rafaeli eyni vaxtda tutmuşlar. Tutulan vaxt polis əməkdaşları üzərlərini yoxlamamışlar. Polis əməkdaşları Rafael və onu maşına mindirib sürərək, ŞŞPŞ-nin aşağı qapısı tərəfdə maşını saxlamışlar, üzərindən telefon və alışqanı götürmüşlər, başqa heç nə aşkar olunmamışdır. Polis əməkdaşları oun yanında Rafaelin üzərini yoxlamamışlar. Şahid Nazim onun saxlanılmasında iştirak etməmiş, onu tanımadığı iki nəfər gənc polis serjantı (post patrul xidməti əməkdaşları) saxlamışlar. Nazim ona fiziki və psixi işgəncələr vermişdir. Onu döyənlər arasında Namaz, Fərid, Farid və adlarını bilmədiyi bir-iki nəfər olmuşdur. Nazim Şirvan ŞPŞ-nin ikinci mərtəbəsində (pilləkənlə qalxanda sol tərəfdə) Namazın otağının yanındakı otaqda ona işgəncələr vermişdir. Nazim onu dubinka, təpiklə döymüş, dəhşətli işgəncələr vermişdir. Rzaxan digər polis serjantı ilə tutulmağında iştirak etmiş və həmin vaxtı Rafael də yanında olmuş, onu Rafaellə birgə tutmuşlar. Rzaxan onu tutmuş, digər polis serjantı Rəfaeli tutmuşdur. Tutulan vaxtı qoluna qandal vurmamışlar. Rzaxan da onu Şirvan ŞPŞ-də döymüşdür. Polis şöbəsində Rafaellə onu əvvəl bir otaqda saxlamışlar, sonra ayrı-ayrı otaqlara salmışlar. Tutulandan iki gün sonra Rafaellə üzləşdirmə olmuş və tutulan gün döyülsələr də, Rafael üzünə durmamış, Rafael sonradan videoçəkiliş ilə üzünə durmuşdur. Tutularkən üzərində pul aşkar olunmamışdır. X27 göndəriləndə xəsarətlərinə baxsalar da, qeydiyyat aparmamışlar. Polislər ona fiziki işgəncələr vermişlər, dubinkanı arxa keçəcəyinə salmağa cəhd etmişlər, qanlı paltarları da olubdur, həmin paltarları məhkəmə-tibb ekspertinə və Şirvan şəhər prokurorluğuna təqdim olunmuşdur. Xəsarətləri 3 saylı İstintaq Təcridxanasında qeydiyyata alınmışdır. Polislər telefon danışığına və görüşünə də qadağa qoymuşlar. Polis əməkdaşları Rafaellə onu hadisə günü axşam saat 4 radələrində saxlamışlar. Hadisə günü günorta saat 14:57-də telefonu özündə olmuşdur. Xəsarət alandan iki ay sonra onu tibbi ekspertizaya aparmışlar, o vaxta xəsarəti qalmamışdır. Üzərindən aşkar olunan narkotik vasitə yerdən tapdığı narkotik vasitə deyildir, üzərində aşkar olunmuş narkotik vasitəni polis şöbəsində vermişlər. Şəxsi axtarış zamanı döyülməyi ilə bağlı müdafiəçiyə şikayəti olduğunu deməmiş, çünki bütün proses qurma senari olmuşdur. İzahatında qeyd olunanlar öz sözləri deyildir. Şəxsi axtarış zamanı narkotik vasitə çəkilməyibdir. Rafaelin üzərindən aşkar olunan narkotik vasitə ondan aşkar olunan narkotik vasitə ilə eyni tərkiblidir, çünki ikisini də eyni vaxtda eyni yerdən vermişlər. Tutularkən hadisəni görən qonşuları Elman və oğlu Məhəmməd olmuşdur. Rafaeli Adil adlı polis əməkdaşı aparmış, polis şöbəsində üzərinə narkotik vasitəni Fərman Allahverdiyev qoymuşdur. Onun arxa keçəcəyində çapıq xəsarətləri vardır, arxa keçəcəyində olan xəsarətlər polis əməkdaşlarının dubunkanı arxa keçəcəyinə salmağa cəhd etmələri nəticəsində yaranmışdır. Məhkəmənin qərarı əsasında təyin olunmuş məhkəmə-tibb ekspertizasını həyata keçirən adını bilmədiyi gənc qız onun arxa keçəcəyinə baxmamış, özü isə həmin cavan qızdan utandığından arxa keçəcəyini göstərməmişdir. Onu Bakı şəhərində kişi cinsli ekspert müayinə etməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğundan, polis əməkdaşları tərəfindən döyülərək işgəncələrə məruz qaldığından, Rafaelə narkotik vasitə heroin satmadığından, ona verilmiş ittiham üzrə heç bir təqsiri olmadığıdan məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə tərkibi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında 02 yanvar 2023-cü il tarixdə tərəflərindən keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs Şirvan şəhəri, Energetik küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı bir bükümdə narkotik vasitə heroini könüllü olaraq təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Samirlə bağlı əməliyyat məlumatı ona daxil olmuşdur. Samiri əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini kimi tanımışdır. Samiri saxlayan zamanı Samir küçədə tək olmuşdur. Rafael adlı şəxs ibtidai istintaq zamanı müəyyən edilib tutulmuşdur. Rafaelin saxlanılmasında iştirak etməmişdir. Samirdən bir sellofan bükümdə narkotik vasitə aşkar olunmuşdur. Samir aşkar olunan narkotik vasitəni tapdığını bildirmişdir və kiməsə narkotik vasitə verməyi barədə onlara məlumat verməmişdir. Əməliyyatı özü təşkil etmişdir. Əməliyyat məlumatı 02 yanvar 2023-cü il tarixdə daxil olmuşdur. Əməliyyat qrupunun tərkibində özü və Şahid2 olmuşdur. Samirlə bağlı axtarış işi açılmamış, çünki buna zərurət olmamışdır. Samiri Şirvan şəhəri, Energetik küçəsində bağ evləri massivində saxlamışlar. Samiri olduğu yerdən Rzaxanla birgə tutub avtomobilə aparmışlar. Samir polis şöbəsinə gətiriləndən sonra ilkin təhqiqat hərəkətləri icra olunmuşdur. Şəxsi axtarış zamanı Rzaxan və özü iştirak etmişlər, həmin vaxtı Samir narkotik vasitəni könüllü təqdim etmişdir. Rafaelin saxlanılmağını sonradan istintaq zamanı bilmişdir. Samir şəxsi axtarış zamanı aparılan videoçəkilişdə narkotik vasitəni tapdığını bildirmişdir. İbtidai istintaq zamanı Samirlə bağlı prokurorluğa izahat vermişlər. Samirin saxlanıldığı yer Energetik küçəsidir və Samir də orda yaşamışdır. Samirin evinə tərəflərindən baxış keçirilməmişdir. Samirin döyülməsi barədə məlumatı olmamışdır. Samirin narkotik vasitələri satmaqda şübhəli olması barədə məlumat daxil olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan sənədlərdə satışa dair zidiyyətli məqamlarla bağlı onu deyə bilmişdir ki, Samirin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat ümumi idi, amma saxlaması ilə bağlı məlumat dəqiq olmuşdur. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 02 yanvar 2023-cü il tarixdə təxminən saat 17 radələrində Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Şirvan şəhəri Energetik adlanan küçəyə əməliyyat-axtarış tədbiri keçirmək üçün getmişlər, əməliyyat-axtarış tədbiri Təqsirləndirilən şəxs barəsində keçirilmişdir. Samiri görmüşlər və yaxınlaşmışlar. Samir onların polis əməkdaşları olduqlarını anlayaraq onlardan yayınmağa çalışmış, lakin Samiri saxlayaraq Şirvan ŞPŞ-yə dəvət etmişlər, Samir də onlarla birlikdə polis şöbəsinə getmişdir. Samirin qoluna qandal vurmamışlar. Həmin vaxtı polis geyim formasında olduğu üçün Samir onların polis əməkdaşı olduqlarını anlamışdır. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, əməliyyat keçiriləcəyi barədə məlumat ona Samir saxlanılan gün axşam saat 17 radələrində verilmişdir. Samiri Şirvan şəhəri, Energetik küçəsində tək olarkən saxlamışlar. Samirə yaxınlaşıb Şirvan ŞPŞ-nin əməkdaşı olduqlarını bildirdikdə, Samir onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmişdir. Samir avtomobillərinə könüllü minmişdir. Hadisə vaxtı xarici əlamətlərindən Samirin qorxmağını hiss etmişdir. Təhqiqat bölməsində Samir vəkillə təmin olunduqdan sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmış və şəxsi axtarışdan öncə Samirdən üzərində qanunsuz predmet olub-olmadığı soruşulmuşdur. Samir narkotik vasitəni təqdim etmiş və sonra aparılan şəxsi axtarış zamanı onun üzərindən qanunsuz heç bir predmet aşkar olunmamışdır. Rafaelin tutulmağında iştirak etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəini təsdiq etmişdir. Şahid2 əlavə ifadəsi zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, nümayiş etdirilən video görüntüdə olan ərazi Şirvan şəhəri Energetik küçəsidir. Samiri həmin küçədə tutmuşlar. Video görüntüdə özünü tanıya bilməmişdir. Samiri saxlayan zaman Samir tək olmuşdur. Samiri saxlayan zaman Rafael adlı şəxs Samirin yadında olmamışdır. Samiri saxlamaq üçün həmin əraziyə getmişlər. Adil və Əlişir adında polis əməkdaşlarını tanımamışdır. Rafaelin tutulmasından məlumatı olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, 02 yanvar 2023-cü ildə axşam saat 16:55-də Məhəmməd adlı şəxs ona zəng vuraraq Samirin polis əməkdaşları tərəfindən tutulub aparılmağı barədə məlumat vermişdir. Həmin vaxtı avtomobildə problem olduğu üçün ustanın yanında olmuş və hadisə yerinə gedib çatmağı 15 dəqiqə çəkmişdir. Polis şöbəsində olarkən Samirin döyülməsi səsini eşitmişdir. Həmin vaxtı ümumilikdə 4 dəfə «102» xidmətinə zəng vurmuşdur. Polis şöbəsində təhqiqatçı bir bağlama göstərərək Samirdən aşkar olunduğunu bildirmişdir. Samirin narkotik vasitə istifadə etdiyini görməsə də, narkotik vasitədən istifadə etdiyini hiss etmişdir. Verilən suallara cavab olaraq şahid İlqar Rəcəbov bildirmişdir ki, Samirin tutulmağı prosesinin canlı şahidi olmamış, lakin sonradan əldə etdiyi kamera görüntülərindən onun sinif yoldaşı Rafaellə tutulub aparılmaqlarını görmüşdür. Samir MSY-də olarkən onun yanına getmiş, Samir paltarlarını bağlamada ona vermiş və evdə həmin paltarlara baxanda onların qanlı olmasını görmüşdür. Samir polis şöbəsində olan zaman da döyülməsi barədə ona məlumat vermişdir. Samirin polislər tərəfindən döyülməsi ilə əlaqədar müxtəlif dövlət orqanlarına şikayət etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X21 ifadəsində demişdir ki, 02 yanvar 2023-cü ildə günorta saat 16 radələrində qardaşı Samir evi tərk etmişdir. Təxminən saat 17 radələrində Məhəmməd adlı qonşuları onlara gəlmiş və bir dəqiqəlik telefonunu istəmiş və səbəbi barədə soruşduqda o heç nə deməmişdir. Həmin vaxtı evin qapısı bağlı olduğu üçün çölə çıxa bilməmişlər. Atası İlqara zəng edib telefonu ona verməyini bildirmişdir. Məhəmməd atası ilə danışarkən Samirin tutulmağını eşitmişdir. Atası ondan Samirin tutulmaq səbəbini soruşduqda qonşuları səbəbi bildirməmiş və bütün bunlar telefonda tarixi və vaxtı göstərilməklə səs yazısına qədər vardır. Dörd gün idi ki, qardaşından xəbər ala bilməmişlər və o, da həmin vaxtı müxtəlif dövlət orqanlarına şikayət etməyə başlamışdır. Həmin vaxtı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə də qardaşının tutulması səbəbi barədə müraciət etmiş və cavab olaraq ona araşdırılacağı bildirilmişdir. Hadisədən 04 gün sonra atası polis şöbəsinə çağırılmış və qardaşının üzərindən külli miqdarda narkotik vasitə aşkar olunduğu bildirilmişdir. Polis şöbəsində atasına qardaşının qanlı şalvarını vermişlər. Qardaşının narkotik vasitə istifadə etdiyini görməmişdir. Qardaşının narkotik vasitə istifadəçisi olması ehtimalı ola bilər, lakin o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Qardaşının tutulması prosesini əks etdirən video görüntülərə baxmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, 02 yanvar 2023-cü ildə günorta saat 16-17 radələrində parkdan evə qayıdarkən Təqsirləndirilən şəxs və Rafael Cabarovun ondan 30-40 metr aralı məsafədə polis əməkdaşları tərəfindən aparılmaqlarını görmüşdür. Həmin vaxtı Samir və digər şəxs könüllü şəkildə polislərlə hərəkət etmişlər. Həmin vaxtı onlar arasında heç bir dialoqun şahidi olmamışdır. Verilən suallara cavab olaraq şahid Məhəmməd Məmmədov bildirmişdir ki, Rafael adlı şəxsi şəxsən tanımamış, ikisinin də eyni vaxtda polis əməkdaşları tərəfindən aprılmasının şahid olmuşdur. Samir və Rafaeli polis maşınında aparmışlar. Samir onun qonşusu olmuşdur. Saxlanılarkən Samir və digər şəxsin yanında formada iki polis əməkdaşı olmuşdur. Samirin narkotik vasitə istifadə etməsi barədə məlumatı olmamışdır. Şahid Məhəmməd Məmmədov əlavə dindirmə zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, məhkəmə iclas zalında nümayiş etdirilən video görüntüdə olan şəxslərdən biri özüdür. Arxadan gələnlər polis əməkdaşlarıdır, polis əməkdaşları polis formasında olmuşlar. Orda mülkü geyimli polis əməkdaşları olmamış, iki nəfər polis əməkdaşları olmuşlar ki, həmin polis əməkdaşları polis geyim formasında olmuşlar. Video görüntüdə görünən polisin yanında olanlardan biri Samir digər şəxs isə Rafaeldir. Rafaelin adını sonradan bilmişdir. Videogörüntü davam etdirildikdə qabağda gedən şəxsin Samir, arxada gedən şəxsin isə Rafael olduğunu bildirmişdir. Video görüntüdə görünən şəxsin Samir olduğunu dəqiq bilir və əmindir ki, həmin şəxs Samirdir, çünkü həmin vaxt Samirin başında papaq olduğu hələ də yadında qalmışdır. Samir ona atasına polis əməkdaşlarının onu saxlaması barədə xəbər verilməsini bildirmişdir. Polis əməkdaşları məhkəmə zalına dəvət olunaraq şahidə təqdim olunur, məhkəmə zalında olan polis əməkdaşlarından ağ köynəklini, yəni Rzaxanı tanıdığını, Samir və Rafael saxlanılan zaman yalnız Rzaxanın orada olduğunu, digərlərini tanımadığını, bəlkə də gördüyünü, ancaq yadında qalmadığını bildirmişdir. Samir və Rafaeli iki nəfər polis serjantının saxladığını bildirmişdir. Samirin yanında əliylə göstərdiyi Rzaxanın orada olduğunu demişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs sinif yoldaşıdır, Samirlə 02 yanvar 2023-cü ildə saat 17 radələrində üzərində qanunsuz predmet olmadan tutulmuşlar. Samir və onu Fərman adlı polis əməkdaşı yükləmişdir, hər ikisi təzyiq altında olmuşlar. Fərman onların mülki geyimli polis əməkdaşları tərəfindən tutulmaqlarını sənədləşdirmişdir, lakin onlar polis formasında olan PPX əməkdaşları tərəfindən tutulmuşlar. X33 Cinayətlər Məhkəməsində hökm çıxarılmış və 03 il müddətə azadlıqdan məhrum edilmişdir. 2009-cu ildən Şirvandan çıxmış, Samirlə birgə Yeni ili birlikdə qeyd etmək qərarına gəlmişlər və öncədən Samirlə smsləşmişlər. Rusiya Federasiyasında olmuş, oğlu dünyaya gəldiyi üçün Bakı şəhərindən Şirvan şəhərinə gəlmişdir. 2009-cu ildə Şirvan şəhərindən çıxmışdır. Şirvana gəldikdən sonra Samir «bir yer var, ora getməliyəm, narkotik vasitə tapmışam, gəlim görəcəksən» demişdir. Kamera da çəkilişi var, Samir gedib-gəlib Samiri gözlədiyi yerdən 20 metr aralıda olmuşlar. Bükümü açıb heroin olduğunu görmüşlər və onu istifadə etməyə başlamışlar. Bundan 5 dəqiqə keçmişdir ki, sol tərəfdən iki nəfər PPXB-nün əməkdaşını görmüşdür. Könüllü olaraq polis əməkdaşlarına yaxınlaşıb, avtomobilə minmişlər, bütün bunları təsdiqləyən videogörüntülər vardır. Barəsində olan cinayət işinin məhkəmə istintaqı zamanı Fərman elə ifadə verdi ki, sanki onu başqa yerdə tutmuşlar və o, polis əməkdaşlarından yayınmışdır. Lakin hadisə tamam başqa formada olmuşdur və bunu təsdiqləyən videogörüntülər vardır. Verilən suallara cavab olaraq şahid Rafael Cabarov bildirmişdir ki, hadisə günü Samirlə yeyib-içmək məqsədi ilə görüşmüşdür. Samirə narkotik vasitə ilə əlaqədar mesaj yazmamışdır. Samirlə görüşəndən sonra birlikdə Samirin tapdığı narkotik vasitədən istifadə etmişlər. Samir birlikdə istifadə etdikləri narkotik vasitəni gətirmişdir. İstifadə etdikdən sonra narkotik vasitə az qalmışdır və qalan narkotik vasitəni özü götürmüşdür. Saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Samir tapdığı narkotik vasitənin hamısını ortaya qoymuşdu və onu da istifadə etmişlər. Tutulanda üst-başlarını hərtərəfli yoxlamışlar və buna görə də Samirin üzərində əlavə narkotik vasitə olmadığına əmin olmuşdur. Samirlə üzləşdirməsi olub və orada tamam fərqli ifadə vermişdir. Buna səbəb də Fərmanın ona etdiyi təzyiqlər olmuşdur, Fərmanın qurduğu senarini oynadığı təqdirdə onu qandalla buraxacaqlarına polis əməkdaşları söz vermişdilər. Samirlə birgə narkotik vasitə istifadə etdikdən 05 dəqiqə sonra polislər onları bir yerdə tutmuşlar. Narkotik vasitə ilə əlaqədar Samirə pul verməmişdir. Polis şöbəsinə gətiriləndə Samirlə bir otaqda saxlanılmış, sonra onları ayrı-ayrı otaqlara aparmışlar. Samirə və ona narkotik vasitəni Fərman vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməmişdir. X10 təzyiq etməmiş, ona Fərman, Nazim və tanımadığı digər polis əməkdaşları fiziki zor tətbiq etmişlər. Üzləşdirmə zamanı qeyd etdiyi narkotik vasitənin miqdarı ilə üzərindən aşkar olunan narkotik vasitənin miqdarı arasında ziddiyyətin olması Fərmanın təzyiqi ilə bağlı olmuşdur. Samirlə istifadə etdikləri narkotik vasitənin miqdarı çox az miqdarda olmuşdur. Lənkəran Ağır Cinayət Məhkəməsində barəsində olan cinayət işinə baxılan zaman Samirdən narkotik vasitə aldığını deməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımamışdır. Rafael Cabarovun saxlanılmasında iştirak etmişdir. Rafaelin qolundan tutub gətirən şəxs özü olmuş, ondan başqa PPXB-nün polis nəfəri Əmrah orada olmuşdur. Rafaelin barəsində daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin dövriyyəsi və satışı barədə olmuş, lakin Rafaelin narkotik vasitə satışını realizə edə bilməmişlər. Samirin saxlanılmasında iştirak etməmişdir. Nümayiş etdirilən video görüntüdə olan ərazi Şirvan şəhəri Energetik küçəsidir, ərazi zibillikdir, ətrafda olan obyektin nə obyekt olduğunu bilməmiş, Rafaeli bu ərazidə tutmuşdur. Video görüntüdə Rafaelin qoluna girən adamı yaxşı görmədiyi üçün həmin şəxsin kim olmasını bilmir. Rafaeli saxlayan zaman ətrafda adam olub-olmaması yadında qalmamışdır. Video görüntüdə gedən Rafael ilə özüdür, Rafaeli saxlayıb Şirvan ŞPŞ-yə aparmışdır. Adil və Əlişir adlı polis əməkdaşlarını tanımamışdır. Polis şöbəsində Samirin üzərinə narkotik vasitəni qoymamışdır. Video görüntüdə Rafaelin yanında gedən şəxs özüdür, digər adamların kim olmasını xatırlamamışdır. Rzaxan orada olmamış, Əmrah tədbirdə iştirak etmişdir. Xidməti post patrul avtomobili ilə tədbirə getmişlər. Rafaeli axşam saat 16-17 radələrində saxlamışlar. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımamışdır. Rafael Cabarovun saxlanmasında iştirak etmişdir. Əməliyyata Fərmanla getmişlər, tədbir zamanı polis formasında olmuşlar. Rafaeli Şirvan şəhəri, Energetik küçəsində saxlamışlar. Rafaeli saxlayan zaman Rafaelin yanında başqa adam olmamış, Rafael tək olmuşdur. Nümayış olunan video görüntüdə yoxdur, video görüntüdə olan şəxslərin kimlər olmasını aydınlaşdıra bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyləri həqiqətən də onun tərəfindən tərtib edilmiş, Təqsirləndirilən şəxs müayinə etmişdir. Məsələ burasındadır ki, Təqsirləndirilən şəxs saxlanılması ilə onun tərəfindən müayinəsi arasında bir aydan çox vaxt keçdiyindən Təqsirləndirilən şəxs bədəninin üzərində xəsarət aşkar edə bilməzdi, faktiki olaraq xəsarətlər də görməmişdir. Təqsirləndirilən şəxs müayinə edən zaman onun bədən səthində xəsarət aşkar olunmamış, lakin tibbi sənədlərdə olan xəsarətlər rəydə öz əksini tapmışdır. Təqsirləndirilən şəxs ekspertizaya gec təqdim edildiyinə görə bədəni üzərində aşkar olunmuş xəsarətlərin yetirilmə mexanizmi, müddətini və dərəcəsini müəyyən etmək sual doğurduğundan müəyyən edilə bilməmişdir. Təqsirləndirilən şəxs müayinə edərkən onun bədəni üzərində heç bir xəsarət aşkarlamamışdır. Təqsirləndirilən şəxs alt şalvarında olan qan ləkəsi müxtəlif şəraitdə, o cümlədən Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi polis əməkdaşlarının fiziki işgəncələr vermələri və dubinkanı Təqsirləndirilən şəxs arxa keçəcəyinə salmaları şəraitdə yarana bilərdi. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması, istifadə etməsi və satışında şübhələrin olması ilə bağlı 02 yanvar 2023-cü il tarixli raport, onun üzərində qanunsuz əldə etdiyi narkotik vasitəni qəbul etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğundan ətrafında təxirə salınmaz əməliyyataxtarış tədbirlərinin keçirməklə yaxalanmasından ötrü “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 02 yanvar 2023-cü il tarixli qərar, həmin tarixli Şirvan ŞPŞ-nə gətirilməsi barədə raport, sonuncunun üzərində şəxsi axtarış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş video disk iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində və təqsirləndirilən şəxsin öz ifadəsində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir.(səh. 8; 10-16, 32-33, 36-38) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 02 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 32-33) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 02 yanvar 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd ağ sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə olan heroinin olduğunu, onu yaşadığı evin yaxınlığında yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir.(i.v. 36-38) -«məhkəmə-kimyəvi ekspertizası»nın 03 yanvar 2023-cü il tarixli, 18/02 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «.../imza var/R.Samir...» sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,269 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi- 0,05 qr, qalıq-2,219 qr.(i.v. 36-38) - «cinayət əməlinin tövsif olunması barədə» 04 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir.(i.v 57) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 04 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.v. 59-60) -Şirvan Şəhər Məhkəməsinin 04 yanvar 2023-cü il traixli, 4(032)-2/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 yanvar 2023-cü il tarixdən hesablanmışdır.(i.v. 75-76) -«məhkəmə kimyəvi ekspertizası»nın 06 yanvar 2023-cü il tarixli, 18/05 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürüldüyü qeyd edilən 1 ədəd bükümdə olan heroin ilə X8 üzərindən götürüldüyü qeyd edilən 1 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni tərkiblidir. Heroinin təmiz çəkisi 2,150 qr, tədqiqata sərf edildi-0,05 qr, qalıq-2,100 qr. Heroinin təmiz çəkisi-2,219 qr, tədqiqata sərf edildi-0,05 qr, qalıq-2,169 qr.(i.v.105-108) -«cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında» 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq olunan ********* nömrəli cinayət işi ilə X8 barəsində istintaq olunan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilməklə ********* nömrə altında istintaq aparılmışdır.(i.v.122-123) -«Şirvan Şəhər Mərkəzi Xəstəxanası» X42 13 yanvar 2023-cü il tarixli, 30 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur.(i.v. 127) -«ambulator məhkəmə psixiatrik ekspertizası»nın 28 yanvar 2023-cü il tarixli 186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməsi barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə patoloji meyl qeyd olunmur. Bununla yanaşı Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalan danışması və yaxud hadisələri təhrif etməsi mümkündür.(i.v. 168-170) -«ambulator məhkəmə-narkoloji ekspertizası»nın 21 yanvar 2023-cü il tarixli, 283 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür.(i.v. 171-172) -«Bakcell MMC»-dən daxil olmuş 10 fevral 2023-cü il tarixli BKCƏGL-105/23 saylı məktubdan və ona əlavə edilmiş 1 ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxsla Rafael Cabarov arasında olan SMS yazışmasında «brat eto rafo pul tapdım svyaza çıx» yazışması müəyyən edilmişdir.(i.v. 159-160) -«cinayət işlərinin ayrılması və icraata qəbul edilməsi haqqında» 12 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq olunan ********* nömrəli cinayət işi ilə X8 barəsində istintaq olunan ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmaqla istintaq aparılmışdır. (i.v.1-2) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir.(i.v. 179) - «sübutların qiymətləndirilməsi haqqında» 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq qalan ümumi çəkisi 2,169 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir.(i.v. 204-213) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir.(i.v. 237) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; -«Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 20 fevral 2023-cü il tarixli məhkumluq haqqında tələbnamə»dən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur.(i.v.194-195) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş materiallardan, yəni; -Rafael Cabarovun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş ittiham aktının nəticə hissəsindən görünür ki, Rafael Cabarov 02 yanvar 2023-cü il tarixdə saat 17:30-da Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Energetik küçəsində saxlanılmışdır. -«məhkəmə-tibbi ekspertizası»nın 24 fevral 2023-cü il tarixli, 51 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qarının ön divarında aşkar olunan çapıqdan başqa heç bir xəsarət aşkar olunmadı. Həmin çapıq müayinədən xeyli əvvəl (6ay-1,5 il) tibbi manipulyasiya zamanı yetirilmiş, tibbi manipulyasiya zamanı yetirilən xəsarətlərə ağırlıq dərəcəsi verilmir. Tibbi sənəddə qeyd olunan qançırlar və qartmaqlı yaraya gəlincə isə həmin xəsarətlər məhkəmə-tibbi müayinəsi zamanı öz təsdiqini tapmadığına görə, onların müddəti, mexanizmi və ağırlıq dərəcəsi barədə hər hansı bir fikir yürütmək mümkün hesab edilmir. -«məhkəmə-tibbi ekspertizası»nın 24 fevral 2023-cü il tarixli, 72 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində, o cümlədən anal dəlik ətrafında və düz bağırsaqda heç bir xəsarət aşkar olunmadı. -«təkrar məhkəmə-tibbi ekspertizası»nın 20 dekabr 2023-cü il tarixli, T878/2023 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü ildə 3 saylı İT-də müayinə olunarkən «sol bazunun bayır səthinin, sol budun ön səthinin, boğazının sol yan səthinin qançırı və sol saidin bayır səthinin qərtməkli yarası» qeyd olunmuşdur. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlər (xarakteri, forma və ölçüləri) tam təsvir edilmədiyindən onların yetirilmə müddəti haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Təqsirləndirilən şəxsin anal dəlik ətrafı və düz bağırsağında heç bir xəsarət aşkar olunmamışdır. Vətəndaş Təqsirləndirilən şəxs bədən səthində qeyd edilən xəsarətlər əlçatan nahiyədə qeyd edildiyindən onlar istər kənar şəxs tərəfindən, istərsə də şəxsin özü tərəfindən yetirilə bilərdi. -Şirvan ŞPŞ-nin 10 oktyabr 2023-cü il tarixli, 3-13-111/2-27304/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə Şirvan ŞPŞ-yə gətirilərkən və ondan sonra üzərində heç bir xəsarət olmamış, polis şöbəsinin X5 hər hansı tibbi yardım göstərilməsi zərurəti yaranmamışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində Təqsirləndirilən şəxs adına açılmış 402 nömrəli məlumat tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol bazunun bayır səthində sarımtıl rəngli, sol budun ön səthində bənövşəyimtil rəngli, boğazının sol yan səthində sarımtıl rəngli qançır, sol saidin bayır səthində 1 (bir) ədəd qərtməkli yara aşkar olunmuşdur. -«Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya» X38 Şəxsin Şirvan Şəhər Şöbəsindən daxil olmuş 16 noyabr 2023-cü il tarixli, 10 nömrəli məktubda göstərilmişdir ki, təqsirləndirilən şəxs, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi ilə əlaqədar tərəfindən müayinə aparılmış və bu barədə canlı şəxsin ekspertizasına dair 09 fevral 2023-cü il tarixli, 51 nömrəli və canlı şəxsin əlavə ekspertizasına dair 23 fevral 2023-cü il tarixli, 72 nömrəli rəy tərtib olunaraq aidiyyəti üzrə Şirvan şəhər prokurorluğuna göndərilmişdir. Daha sonra Şirvan şəhər prokurorluğunun böyük müstəntiqi Murad Bayramovun dəvəti ilə prokurorluğun inzibati binasında onun iştirakıyla ekspertizaya təqdim olunan Təqsirləndirilən şəxs məxsus üzərində qanabənzər ləkə olan paltara baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Üzərində qanabənzər ləklərin insan qanı olub-olmaması və kimə məxsus olmasının müəyyənləşdirilməsi məhkəmə tibbi ekspertinin deyil, məhkəmə-tibbi bioloji ekspertlərin salahiyyətinə aiddir. Həmin xüsusatın araşdırılması ilə əlaqədar Birliyin Şirvan Şəhər Şöbəsinə qərar daxil olmamışdır. -Şirvan şəhər prokurorluğunun 23 fevral 2023-cü il tarixli «götürmə aparılması haqqında» qərarından görünür ki, material üçün əhəmiyyət kəsb etdiyindən X11 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus üzərində qana bənzər ləkələri olan isti alt paltarı götürülmüşdür. -Şirvan şəhər prokurorluğunun 23 fevral 2023-cü il tarixli «götürmə aparılması və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərində qana bənzər ləkələri olan isti alt paltarı xaki rəngli isti alt tumanı, paltar üzərində cırıq, sökük və parça defekti aşkar olunmadı. Alt paltarın arxa hissəsində yuxarı kənarından 7 sm məsafədə, sol orta tikişindən 4 sm və sağ orta tikişindən 3 sm məsafədə yerləşən 13x4,5 sm ölçüdə qırmızımtıl rəngdə, qanabənzər ləkə vardır. Alt paltarın aralıq hissəsində 5x2 sm və 2x0,5 sm ölçülərdə əlavə iki ədəd qanabənzər ləkə vardır. Həmin ləkələr alt paltarın astar hissəsində də aşkar olunur. -Şirvan ŞPŞ-nin MSY-nin rəisi, polis mayoru İldırım Cəfərov tərəfindən tərtib olunmuş 02 yanvar 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə, saat 22:50-də MSY-nə daxil olarkən üzərinə və bədəninə keçirilən baxış zamanı üzərindən heç bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Lakin «boyun hissəsinin sol tərəfinin, sol qolunun yuxarı ətrafının sol ayağının yuxarı bud hissəsinin sıyrılmış yarası» aşkar olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, tutulmamışdan öncə yaşadığı küçədə hərəkət edərkən yıxılaraq xəsarət aldığını bildirmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin 08 dekabr 2023-cü il tarixli, 3/3.3/223366/23 nömrəli məktubundan görünür ki, audioyazıların saxlanma müddəti bitdiyindən 2023-cü ilin yanvar ayı üzrə daxil olan məlumatların araşdırılması mümkün deyildir. -Şirvan şəhər prokurorluğunda aparılan araşdırma nəticəsində qəbul olunmuş 24 fevral 2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair toplanmış material üzrə Şirvan ŞPŞ CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 Taleh oğlunun və qeyrilərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət- Prosessual Məcəlləsi) 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. -Şirvan Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 6(032)-8/2023 nömrəli qərarından görünür ki, iş materiallarına əlavə edilmiş Şirvan ŞPŞ-nin tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitabının surətindən görünür ki, tibb işçisi tərəfindən keçirilmiş müayinə zamanı Təqsirləndirilən şəxs boyun hissəsinin sol tərəfinin, sol qolunun yuxarı ətrafının, sol ayağının bud hissəsinin sıyrılmış yarası aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə istintaq təcridxanasına daxil olmuş, ilkin tibbi baxış zamanı boyun hissəsinin sol tərəfinin, sol qolunun yuxarı ətrafının, sol ayağının bud hissəsinin sıyrılmış yarası aşkar olunmuşdur. Göründüyü kimi şəxs həm X27, həmçinin də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə daxil olan zaman müvafiq müayinə olunmuş, üzərində aşkar olunan mümkün xəsarətlər tamlıqla qeydə alınmışdır. Şirvan şəhər prokurorluğunun böyük müstəntiqi vəzifəsi üzrə stajor X12 cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi, işin yenidən araşdırılması üçün Şirvan şəhər prokurorluğuna göndərilməsi barədə Müdafiəçi2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şirvan şəhər prokurorluğunun böyük müstəntiqi vəzifəsi üzrə stajor X12 cinayət işi başlanmasının rədd edilməsi barədə 24 fevral 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. -«məhkəmə-tibbi bioloji eksertizası»nın 13 dekabr 2023-cü il tarixli, 790/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu:O/İ/. Təqdim edilən sənədin kserosürətinə əsasən. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd alt şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta/İ/ qruplu şəxs, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. -Şirvan Şəhər İcra Hakimiyyətindən verilmiş 22 dekabr 2023-cü il tarixli, 5-8/2- 1999/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə bağlı təqdim olunmuş CD diskdə olan videogörüntülər Şirvan şəhəri, Bağ evləri yaşayış sahəsi Ağasadıq Gəraybəyli küçəsinin yaxınlığındakı ərazidə çəkilmişdir. -Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X39 Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 aprel 2024-cü il tarixli, 2416 nömrəli arayış və 190 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Energetik küçəsi ev 19da qeydiyyatda olmaqla ailə üzvüləri ilə birlikdə yaşamış, yaşayış yeri müsbət xarakterizə olunmuşdur. «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq azadlığı 02 yanvar 2023-cü il tarixdə saat 17:45 dəqiqədən məhdudlaşdırılmış və Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan müdafiəçisi X17 iştirakı ilə 02 yanvar 2023-cü il tarixdə, saat 18:30-da tutulmuşdur. Həmin protokolda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması barədə atası X18 02 yanvar 2023-cü il tarixdə, saat 18:30-da məlumat verilmişdir. Ancaq sözügedən protokolda Təqsirləndirilən şəxs ailə üzvülərinə, o cümlədən atasına hansı üsulla və kim tərəfindən məlumat verilməsi qeyd edilməmiş, cinayət işinin materiallarında isə Təqsirləndirilən şəxs ailə üzvülərinə sonuncunun tutulması barədə məlumat verilməsinə dair hər hansı bir məktub, arayış, teleqram əlavə edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 90.7.6-cı maddəsinin tələblərinə əsasən tutulduqdan dərhal sonra şübhəli şəxs tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək hüququnu həyata keçirir. Şərh edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək hüququ təmin olunmamış, əksinə cinayət işinin materiallarının 96-97-ci səhifələrində olan X28 tərəfindən qəbul olunmuş «təqsirləndirilən şəxsin telefon danışıqlarının və görüş hüququnun məhdudlaşdırılması barədə» 04 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs digər şəxslərlə (ailə üzvüləri, yaxın qohumları, görüş üçün müraciət edən digər şəxslərlə) ünsiyyəti, telefon danışıqları və görüş hüququ məhdudlaşdırılmışdır (vəkil istisna olmaqla). Qərarın surəti 05 yanvar 2023cü il tarixli, 3-13-111/2-188/2023 nömrəli məktubla Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. X28 cinayət işinin materiallarının 99-100-cü səhifələrində yenidən Təqsirləndirilən şəxs digər şəxslərlə (ailə üzvüləri, yaxın qohumları, görüş üçün müraciət edən digər şəxslərlə) ünsiyyəti, telefon danışıqları və görüş hüququnun məhdudlaşdırılmasına dair qərarı, cinayət işinin materiallarının 101-ci səhifəsində həmin qərarının surətinin 05 yanvar 2023-cü il tarixli, 3-13-111/2-187/2023 nömrəli Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməsinə dair məktub əlavə etmişdir. Təqsirləndirilən şəxs adına açılmış 402 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına köçürülmüşdür. Göründüyü kimi X28 tərəfindən «təqsirləndirilən şəxsin telefon danışıqlarının və görüş hüququnun məhdudlaşdırılması barədə» 04 yanvar 2023cü il tarixli qərar qəbul edilən zaman Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin X13muşdur. Qərarların nəticə hissəsinin 3-cü bəndində «qərarın surəti təqsirləndirilən şəxsə və müdafiəçisinə təqdim edilsin» qeyd edilməsinə baxmayaraq sözügedən qərarlar barədə məlumatlar Cinayət-Prosessual Məcəlləsinin 91.5.29-cu maddəsinin tələbləri pozulmaqla Təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqdim edilməmiş, bununla da Təqsirləndirilən şəxs və onun müdafiəçisinə Cinayət-Prosessual Məcəlləsinin 91.5.30-cu maddəsində sözügedən qərarlardan şikayət etmək hüquqları pozulmuşdur. Cinayət işinin materiallarında olmayan, lakin Müdafiəçi2 tərəfindən məhkəməyə təqdim olunmuş «həbs edilmiş şəxsin görüşmək və telefon danışıqlarından istifadə etmək hüququnun bərpa edilməsi haqqında» 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququ yalnız 2 ay 13 gündən sonra bərpa edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət təqibi və əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqan həqiqətən də istintaq hərəkətlərini, əməliyyat-axtarış tədbirlərini işgəncəni istisna edən şəraitdə, yəni şəxsin qohumlarına vaxtında xəbər verməklə, onun özünün seçdiyi, qohumlarının təqdim etdiyi vəkilin iştirakı ilə aparmağa istiqamətlənməli, özləri formallıqdan uzaq olub təyinatı üzrə vəklin iştirak etməsinə özü-özlüyündə işgəncəni istisna edən vasitə kimi baxmamalıdırlar, cinayət təqibini həyata keçirən orqan isə belə formallıqdan çəkinməli idi. Bundan əlavə iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasını qoymuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutlan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş X31 da hüquqlarını müdafiə etdiyi təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri sadəcə olaraq imzalamaqdan ibarət olmuşdur. Dövlət hesabına təyin edilmiş müdafiəçi Təqsirləndirilən şəxs bədəni üzərində kifayət qədər müşahidə edilə bilən xəsarətlərin olmasını, təqsirləndirilən şəxsin ayaq üstə durarkən əziyyət çəkməsini, yeriyərkən sol ayağını axsatmasını görməsinə baxmayaraq ibtidai istintaq dövründə hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Avropa Məhkəməsinin «Salduz Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin «Dayanan Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədək həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmaldır. Həmin Məhkəmənin «Lagerblom İsveçə qarşı» və «Qalstyan Ermənistana qarşı» qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin «X22rşı» və «Pelladoa Niderlanda qarşı» qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi «praktik və səmərəli» hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkil öz fəaliyyətini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkilin Təqsirləndirilən şəxs ilə gizli ünsiyyəti olmamış, vəkilin həmin hüquqları məhdudlaşdırılmamışdır. Mübahisəsizdir ki, müdafiəçinin bü cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Təqsirləndirilən şəxs qohumlarının müqavilə bağladığı vəkil Müdafiəçi2 vəkil orderini 25 yanvar 2023-cü il tarixdə istintaq orqanına təqdim etməsinə baxmayaraq Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs yalnız 14 gün sonra, yəni 09 fevral 2023-cü il tarixdə təqdim olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» istintaq hərəkətinin video çəkilişdən görünür ki, video görüntü 4 dəqiqə 37 saniyə davam edir, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolda isə şəxsi axtarışın başlanma vaxtı 18:45, bitmə vaxtı isə 19:00 olaraq göstərilmiş, faktiki olaraq 4 dəqiqə 37 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolunda 15 dəqiqə davam etdiyi göstərilmişdir. Video çəkilişdə Təqsirləndirilən şəxs əynində qara rəngli şalvar, qara rəngli gödəkçə və qara rəngli papaq olduğu müşahidə olunur. Video çəklişin 01:03-ci dəqiqəsindən 01:07-ci dəqiqəsinədək olan hissəsində Təqsirləndirilən şəxs ayaq üstə dayanmaqda çətinlik çəkməsi, 01:09-cu dəqiqəsində əlini əynində olan qara rəngli cins şalvarın sol yan çibinə salaraq əli cibində sol ayağı axsayaraq bir addım irəli atması, sonra isə sol ayağı axsayaraq ikinci addımı atıb sol yan cibindən bir ədəd sellofan büküm çıxararaq masanın üzərinə qoyması müşahidə olunur. Geri qayıdarkən Təqsirləndirilən şəxs görüntüsü çəkilməmişdir. Video çəklişin 01:30-cü dəqiqəsindən 01:33-cü dəqiqəsinədək və 01:39-cü dəqiqəsində olan hissələrində Təqsirləndirilən şəxs sol ayağını çəkdiyi, ayaq üstə dayanmaqda çətinlik çəkdiyi müşahidə olunur. X20 tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə heroini məhlələrində yoldan tapmış, istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Müdafiəçi Emil Quliyevin verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs tapdığı narkotik vasitədən istifadə etmədiyini, bükümün içərisində nə olduğunu bildiyini demiş, səni polis şöbəsinə dəvət edən zaman polis əməkdaşları tərəfindən hər hansı təsir və təzyiq olmuyub sualına cavab olaraq Təqsirləndirilən şəxs başını aşağı salaraq «xeyir» deyə cavab vermişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman hər hansı predmet, əşya və ya pul aşkar olunmamışdır. Göründüyü kimi video çəklişdə Təqsirləndirilən şəxs ayaq üstə dayanmaqda çətinlik çəkməsi, sol ayağının axsaması barədə X20 və müdafiəçi Emil Quliyev tərəfindən hər hansı bir sual verilməmiş və aydınlaşdırılmamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 02 yanvar 2023-cü il tarixli protokolun və videogörüntünün məzmununun eynilik təşkil etmədiyi müəyyən edilir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Məhkəmə tərkibi cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 02 yanvar 2023-cü ildə sinif yoldaşı Rafael ona zəng vurmuş, Rafael ilə görüşüb aşağı məhlədə qamışlıqda birlikdə az miqdarda narkotik vasitə heroin qəbul etmişlər. Narkotik vasitəni iki gün əvvəl qamışlıq ərazisindən tapmış və Rafaelə də birlikdə istifadə etmək üçün vermiş, yəni Rafael onunla görüşməyə gələrkən üzərində narkotik vasitə olmamışdır. Sonra Rzaxan və kök balacaboy post-patrul xidmətinin serjantı onlara yaxınlaşmışlar və qollarından tutaraq polis şöbəsinə aparmışlar. Şöbədə həmin vaxt istifadə etdikləri narkotik vasitədən az miqdarda Rafaelin üzərində qalmış və onun üzərindən isə heç bir narkotik vasitə aşkar olunmamışdır. Polis şöbəsində 4 saat döyülmüş və balaca bükümdə narkotik vasitə təqdim olunaraq ona məxsus olduğunu deməyi bildirilmişdir. Polis əməkdaşları ona təqdim edilən balaca bükümü götürməyini, nəticədə narkotik vasitə istifadəçisi kimi sənədləşdiriləcəyini və gələcəkdə də qolbağ cəzası ilə buraxılacağını bildirmişlər. Canı ağrıdığı üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Nazim dəvət olunan vəkillə qıraqda sözləşmiş, hətta Nazim həmin vəkilin cibinə pul da qoymuşdur. Sonra üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş və balaca bükümü həmin zaman çıxararaq təqdim etmişdir. Tutulan dövrdə mühafizədə işləmişdir. Heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Rafaelin ona yazdığı mesajlardan yəni «pul düzəltmişəm, gəlirəm məzmununda» mesajlardan xəbəri olmamış, istintaq zamanı həmin mesajları ona oxumuşlar. Tapdığı narkotik vasitəni istifadə etdikdən sonra qalan hissəni Rafael götürmüş, çünki özü arabir narkotik istifadə etmiş, Rafaelin isə narkotik vasitəyə çox ehtiyacı olmuşdur. Rafaellə birinci dəfə məhlələrindən yuxarıda park tərəfdə görüşmüşlər, evdən çıxmış, Rafael isə məhlələrinə gəlmişdir. Rafaellə görüşmüş və ona narkotik vasitə tapdığını bildirmiş və aşağı qamışlıq əraziyə düşmüşlər, orda narkotik vasitəni qəbul etmişlər. Qamışlıq deyilən ərazi kənar sahədir və evlərindən 5-6 ev kənarda yerləşir. Narkotik vasitəni falqa ilə qəbul etmiş, Rafael isə inyeksiya yolu ilə narkotik vasitəni qəbul etmişdir. Narkotik vasitənin istifadə etdikləri miqdarı və ondan qalan miqdarı yadında deyildir. Birlikdə narkotik vasitəni qəbul etdikdən sonra polislər onu və Rafaeli eyni vaxtda tutmuşlar. Tutulan vaxt polislər üzərlərini yoxlamamışlar. Polislər Rafael və onu avtomobilə mindirib avtomobili sürərək, Şirvan ŞPŞ-nin aşağı qapısı tərəfdə maşını saxlamışlar, üzərindən telefon və alışqanı götürmüşlər, başqa heç nə aşkar olunmamışdır. Polis əməkdaşları onun yanında Rafaelin üzərini yoxlamamışlar. Şahid Nazim onun saxlanılmağında iştirak etməmiş, onu tanımadığı iki nəfər gənc polis serjantı (post patrul xidməti əməkdaşları) saxlamışlar. Nazim ona fiziki və psixi işgəncələr vermişdir. Onu döyənlər arasında Namaz, Fərid, Farid və adlarını bilmədiyi bir-iki nəfər olmuşdur. Nazim Şirvan ŞPŞ-nin ikinci mərtəbəsində (pilləkənlə qalxanda sol tərəfdə) Namazın otağının yanındakı otaqda ona işgəncələr vermişdir. Nazim onu dubinka, təpiklə döymüş, dəhşətli işgəncələr vermişdir. Rzaxan digər polis serjantı ilə tutulmağında iştirak etmiş və həmin vaxtı Rafael də yanında olmuş, onu Rafaellə birgə tutmuşlar. Rzaxan onu tutmuş, digər polis serjantı Rəfaeli tutmuşdur. Tutulan vaxtı qoluna qandal vurmamışlar. Rzaxan da onu Şirvan ŞPŞ-də döymüşdür. Polis şöbəsində Rafaellə onu birinci dəfə bir otaqda saxlamışlar, sonra ayrı-ayrı otaqlara salmışlar. Tutulandan iki gün sonra Rafaellə üzləşdirmə olmuş və tutulan gün döyülsələr də, Rafael üzünə durmamış, Rafael sonradan videoçəkiliş ilə üzünə durmuşdur. Tutularkən üzərində pul aşkar olunmamışdır. X27 göndəriləndə xəsarətlərinə baxsalar da, qeydiyyat aparmamışlar. Polislər ona fiziki işgəncələr vermişlər, dubinkanı arxa keçəcəyinə salmağa cəhd etmişlər, qanlı paltarları da olmuşdur, həmin paltarları məhkəmə-tibb ekspertinə və Şirvan şəhər prokurorluğuna təqdim olunmuşdur. Xəsarətləri 3 saylı İstintaq Təcridxanasında qeydiyyata alınmışdır. Polislər telefon danışığına və görüşünə də qadağa qoymuşlar. Polis əməkdaşları Rafaellə onu hadisə günü axşam saat 4 radələrində saxlamışlar. Hadisə günü günorta saat 14:57də telefonu özündə olmuşdur. Xəsarət alandan iki ay sonra onu tibbi ekspertizaya aparmışlar, o vaxta xəsarəti qalmamışdır. Üzərindən aşkar olunan narkotik vasitə yerdən tapdığı narkotik vasitə deyildir, üzərində aşkar olunmuş narkotik vasitəni polis şöbəsində vermişlər. Şəxsi axtarış zamanı döyülməyi ilə bağlı müdafiəçiyə şikayət etməmiş, çünki bütün proses qurma senari olmuşdur. İzahatında qeyd olunanlar öz sözləri deyildir. Şəxsi axtarış zamanı narkotik vasitə çəkilməyibdir. Rafaelin üzərindən aşkar olunan narkotik vasitə ondan aşkar olunan narkotik vasitə ilə eyni tərkiblidir, çünki ikisini də eyni vaxtda eyni yerdən vermişlər. Tutularkən hadisəni görən qonşuları Elman və oğlu Məhəmməd olmuşdur. Cinayət işinin materiallarından görünür ki, X6 qardaşı Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair müraciəti əsasında Şirvan şəhər prokurorluğunda aparılan araşdırma zamanı alınmış məhkəmə-tibbi ekspertizasının 24 fevral 2023-cü il tarixli, 51 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qarnın ön divarında aşkar olunan çapıqdan başqa heç bir xəsarət aşkar olunmadı. Həmin çapıq müayinədən xeyli əvvəl (6 ay-1,5 il) tibbi manipulyasiya zamanı yetirilmiş, tibbi manipulyasiya zamanı yetirilən xəsarətlərə ağırlıq dərəcəsi verilmir. Tibbi sənəddə qeyd olunan qançırlar və qərtməkli yaraya gəlincə isə həmin xəsarətlər məhkəmə-tibbi müayinə zamanı öz təsdiqini tapmadığına görə, onların müddəti, mexanizmi və ağırlıq dərəcəsi barədə hər-hansı bir fikir yürütmək mümkün hesab edilmir. Həmçinin araşdırma zamanı alınmış məhkəmə-tibbi ekspertizasının 24 fevral 2023-cü il tarixli, 72 nömrəli əlavə rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində, o cümlədən anal dəlik ətrafı və düz bağırsaqda heç bir xəsarət aşkar olunmadı. Şirvan şəhər prokurorluğunda aparılan araşdırma nəticəsində qəbul olunmuş 24 fevral 2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair toplanmış material üzrə Şirvan ŞPŞ CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 Taleh oğlunun və qeyrilərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 6(032)- 8/2023 nömrəli qərarından görünür ki, iş materiallarına əlavə edilmiş Şirvan ŞPŞ-nin tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitabının surətindən görünür ki, tibb işçisi tərəfindən keçirilmiş müayinə zamanı Təqsirləndirilən şəxs boyun hissəsinin sol tərəfinin, sol qolunun yuxarı ətrafının, sol ayağının bud hissəsinin sıyrılmış yarası aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə istintaq təcridxanasına daxil olmuş, ilkin tibbi baxış zamanı boyun hissəsinin sol tərəfinin, sol qolunun yuxarı ətrafının, sol ayağının bud hissəsinin sıyrılmış yarası aşkar olunmuşdur. Göründüyü kimi şəxs həm X27, həmçinin də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə daxil olan zaman müvafiq müayinə olunmuş, üzərində aşkar olunan mümkün xəsarətlər tamlıqla qeydə alınmışdır. Şirvan şəhər prokurorluğunun böyük müstəntiqi vəzifəsi üzrə stajor X12 cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 fevral 2023cü il tarixli qərarının ləğv edilməsi, işin yenidən araşdırılması üçün Şirvan şəhər prokurorluğuna göndərilməsi barədə Müdafiəçi2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şirvan şəhər prokurorluğunun böyük müstəntiqi vəzifəsi üzrə stajor X12 cinayət işi başlanmasının rədd edilməsi barədə 24 fevral 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs adına açılmış 402 nömrəli məlumat tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol bazunun bayır səthində sarımtıl rəngli, sol budun ön səthində bənövşəyimtil rəngli, boğazının sol yan səthində sarımtıl rəngli qançır, sol saidin bayır səthində 1 (bir) ədəd qərtməkli yara aşkar olunmuşdur. Şirvan ŞPŞ-nin MSY-nin rəisi, polis mayoru İldırım Cəfərov tərəfindən tərtib olunmuş 02 yanvar 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə, saat 22:50-də MSY-nə daxil olarkən üzərinə və bədəninə keçirilən baxış zamanı üzərindən heç bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Lakin «boyun hissəsinin sol tərəfinin, sol qolunun yuxarı ətrafının sol ayağının yuxarı bud hissəsinin sıyrılmış yarası» aşkar olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, tutulmamışdan öncə yaşadığı küçədə hərəkət edərkən yıxılaraq xəsarət almışdır. Lakin Şirvan ŞPŞ-dən daxil olmuş 10 oktyabr 2023-cü il tarixli, 3-13-111/2-27304/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə Şirvan ŞPŞ-nə gətirilərkən və ondan sonra üzərində heç bir xəsarət olmamış, polis şöbəsinin X5 hər hansı tibbi yardımın göstərilməsi zərurəti yaranmamışdır. Məhkəmə istintaqı zamanı alınmış «təkrar məhkəmə-tibbi ekspertizası»nın 20 dekabr 2023-cü il tarixli, T878/2023 nömrəli rəyindən isə görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü ildə 3 saylı İT-də müayinə olunarkən «sol bazunun bayır səthinin, sol budun ön səthinin, boğazının sol yan səthinin qançırı və sol saidin bayır səthinin qərtməkli yarası» qeyd olunmuşdur. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlər (xarakteri, forma və ölçüləri) tam təsvir edilmədiyindən onların yetirilmə müddəti haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Təqsirləndirilən şəxsin anal dəlik ətrafı və düz bağırsağında heç bir xəsarət aşkar olunmamışdır. Vətəndaş Təqsirləndirilən şəxs bədən səthində qeyd edilən xəsarətlər əlçatan nahiyədə qeyd edildiyindən onlar istər kənar şəxs tərəfindən, istərsə də şəxsin özü tərəfindən yetirilə bilərdi. Odur ki, müəyyən edilir ki, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə Şirvan ŞPŞ-nə gətirilərkən bədəni üzərində heç bir xəsarət olmamış, ŞPŞ-də döyülərək bədəni üzərində sol bazunun bayır səthində sarımtıl rəngli, sol budun ön səthində bənövşəyimtil rəngli, boğazının sol yan səthində sarımtıl rəngli qançır, sol saidin bayır səthində 1 (bir) ədəd qərtməkli yara xəsarətləri yetirilmış və müxtəlif formada işgəncələr verilərək üzərinə 2,269 qram narkotik vasitə heroin qoyularaq götürülmüş, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən İstintaq Təcridxanasına köçürülərkən bədəni üzərində qeyd edilən xəsarətlər aşkar olunmuşdur. Bundan əlavə Şirvan şəhər prokurorluğunun 23 fevral 2023-cü il tarixli «götürmə aparılması haqqında» qərarından görünür ki, material üçün əhəmiyyət kəsb etdiyindən X11 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus üzərində qana bənzər ləkələri olan isti alt paltarı götürülmüş, həmin tarixli «götürmə aparılması və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərində qana bənzər ləkələri olan isti alt paltarı xaki rəngli isti alt tumanı, paltar üzərində cırıq, sökük və parça defekti aşkar olunmadı. Alt paltarın arxa hissəsində yuxarı kənarından 7 sm məsafədə, sol orta tikişindən 4 sm və sağ orta tikişindən 3 sm məsafədə yerləşən 13x4,5 sm ölçüdə qırmızımtıl rəngdə, qanabənzər ləkə vardır. Alt paltarın aralıq hissəsində 5x2 sm və 2x0,5 sm ölçülərdə əlavə iki ədəd qanabənzər ləkə vardır. Həmin ləkələr alt paltarın astar hissəsində də aşkar olunur. «Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya» X38 Şəxsin Şirvan Şəhər Şöbəsindən daxil olmuş 16 noyabr 2023-cü il tarixli, 10 nömrəli məktubda isə göstərilmişdir ki, təqsirləndirilən şəxs, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəxs Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi ilə əlaqədar tərəfindən müayinə aparılmış və bu barədə canlı şəxsin ekspertizasına dair 09 fevral 2023-cü il tarixli, 51 nömrəli və canlı şəxsin əlavə ekspertizasına dair 23 fevral 2023-cü il tarixli, 72 nömrəli rəy tərtib olunaraq aidiyyəti üzrə Şirvan şəhər prokurorluğuna göndərilmişdir. Daha sonra Şirvan şəhər prokurorluğunun böyük müstəntiqi Murad Bayramovun dəvəti ilə prokurorluğun inzibati binasında onun iştirakıyla ekspertizaya təqdim olunan Təqsirləndirilən şəxs məxsus üzərində qanabənzər ləkə olan paltara baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Üzərində qanabənzər ləklərin insan qanı olubolmaması və kimə məxsus olmasının müəyyənləşdirilməsi məhkəmə tibbi ekspertinin deyil, məhkəmə-tibbi bioloji ekspertlərin salahiyyətinə aiddir. Həmin xüsusatın araşdırılması ilə əlaqədar Birliyin Şirvan Şəhər Şöbəsinə qərar daxil olmamışdır. Məhkəmə istintaqı zamanı Müdafiəçi2 tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus üzərində qana bənzər ləkələri olan isti alt paltarı götürülmüş, məhkəmənin 17 noyabr 2023-cü il tarixli qərarı ilə məhkəmə-tibbi bioloji ekspertizası təyin olunmuş və alınmış «məhkəmə-tibbi bioloji eksertizası»nın 13 dekabr 2023-cü il tarixli, 790/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu:O/İ/. Təqdim edilən sənədin kserosürətinə əsasən. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd alt şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta/İ/ qruplu şəxs, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Şərh edilənlərdən aydın olur ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi X27 göndəriləndə xəsarətlərinə baxsalar da, qeydiyyat aparmamaları, polis əməkdaşlarının ona fiziki işgəncələr vermələri, qanlı paltarları da olması, həmin paltarların məhkəmə-tibb ekspertinə və Şirvan şəhər prokurorluğuna təqdim olunması, xəsarətlərinin 3 saylı İstintaq Təcridxanasında qeydiyyata alınması, xəsarət alandan iki ay sonra onun tibbi ekspertizaya aparılması ilə bağlı dedikləri obyektiv həqiqəti özündə ehtiva etmişdir. Təqsirləndirilən şəxs məxsus bir ədəd alt şalvarın əldə edilmə mənbəyinin aydın olmaması ilə bağlı ittiham tərəfinin irəli sürdüyü iddia ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, həmin alt şalvarını işgəncə və döyülmə faktı ilə bağlı araşdırma aparan yerli prokurorluq qəbul edərək baxış keçirməklə əldə edilmə mənbəyini qəbul etmiş, sadəcə olaraq həqiqət olan halların müəyyən edilməsində maraqlı olmadığından alt şalvarı ilə bağlı müvafiq araşdırmaları aparmaqdan yayınmışdır. Həmçinin qeyd edilir ki, Təqsirləndirilən şəxs əvvəlcədən həbs olunacağını düşünə bilməzdi ki, bu əsasla da alt şalvarını qanına bulayaraq yaşadığı evə qoysun. Həmin alt şalvarının Təqsirləndirilən şəxs aid olması, alt şalvarının üzərində olan qan ləkələrinin Təqsirləndirilən şəxs məxsus olması, həmin alt şalvarının Təqsirləndirilən şəxs tərəfindən Şirvan ŞPŞ-də saxlanılarkən polis əməkdaşlarından xəbərsiz valideynlərinə göndərməsi ittiham tərəfinin hər hansı sübutu ilə məhkəmə istintaqı zamanı təkzib olunmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, şərh edilənlərə əsasən qəbul olunmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarda Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması faktına dair hissəsinə qiymət verilməsi əsas götürülməklə tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin məqsədlərini şübhə altına almış olar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» 1950-ci il Roma Konvensiyasının 3-cü maddəsində deyilir ki, heç kəs işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 103 İQ nömrəli Qanunu ilə ratifikasiya olunmuş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəsa növlərinə qarşı» 1984-cü il BMT Konvensiyasının 2-ci maddəsində göstərilir ki, hər bir iştirakçı dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə tədbirləri, yaxud digər tədbirlər görür. Cinayət Məcəlləsinin 293-cü maddəsində işgəncəyə, işgəncə hesab olunmayan qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar və cəzaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 215.3.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 293-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə və Cinayət- Prosessual Məcəlləsinin 215.3.2-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbiri keçirmək səlahiyyətində olan orqanların, o cümlədən polis əməkdaşlarının təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol bazunun bayır səthində sarımtıl rəngli, sol budun ön səthində bənövşəyimtil rəngli, boğazının sol yan səthində sarımtıl rəngli qançır, sol saidin bayır səthində 1 (bir) ədəd qərtməkli yara aşkar olunması faktı ilə bağlı prokurorluğun müstəntiqi tərəfindən baxılması ilə qane olmaq olmaz, bü cür «yoxlamanı» işgəncə barədə iddiaları məhkəmədə araşdırmaq zərurətini ortadan qaldıran hal kimi dəyərləndirilməməlidir. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı» qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2023-cü ilin oktyabrın 22-də ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilməməsi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvüləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmətibbi ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Avropa Məhkəməsi «Tomasi Fransaya qarşı» qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. Avropa Məhkəməsi «Assenov və digərləri Bolqarıstana qarşı» və «Selmuni Fransaya qarşı» işlər üzrə qərarlarında qeyd etmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Avropa Məhkəməsinə görə milli qanunvericlikdə azadlıqdan məhrum etmənin nə cür təsnif edilməsindən, yəni saxlanılma, tutulma, həbs etmə kimi göstərilməsindən asılı olmayaraq, polis tərəfindən azadlığı məhdudlaşdırılmış şəxslərin pis rəftardan müdafiəsi üçün onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş öz seçiminə görə hər hansı şəxsi saxlanılması barədə məlumatlandırmaq, vəkillə təmin olunmaq, həkimlə təmin olunmaq, o cümlədən özünün seçdiyi həkim tərəfindən müayinə olmaq hüquqları təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Qərarlardan aydın olur ki, işgəncə, pis rəftarın başqa formalarını təsdiq edə biləcək sübutlar sırasında Avropa Məhkəməsi tibbi ekspertin rəyinə, tibbi arayışa, X23n tibbi müayinənin nəticələrinə, təcili tibbi yardım çağırılması haqqında qeydə, hər hansı başqa tibbi sənədə xüsusi əhəmiyyət verir. Bundan başqa Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə-əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Məhkəmə tərkibi hazırkı cinayət işi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmasına baxmayaraq işgəncə faktı ilə bağlı araşdırma aparan yerli prokurorluq orqanı tərəfindən sonuncunu məhkəmə-tibb ekspertinə ilk dəfə 09 fevral 2023-cü il tarixdə, yəni faktiki olaraq polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs döyülərək və müxtəlif formalı işgəncələrə məruz qalaraq xəsarətlər aldığı vaxtdan 37 gün sonra təqdim olunduğundan Təqsirləndirilən şəxs vəziyyətinin həssaslığını, acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının həm polis orqanı, həm də prokurorluq orqanı tərəfindən məhdudlaşdırıldığından, həmin vaxtı Təqsirləndirilən şəxs fərqli olaraq məhkəməyədək icraatı aparan polis orqanının və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən yerli prokurorluğun hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün Təqsirləndirilən şəxs üzərinə deyil məhz işgəncə faktı ilə bağlı araşdırma aparan prokurorluq orqanının üzərinə düşmüşdür. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş məhkəmə tibb eksperti Şahid3 ifadəsində Təqsirləndirilən şəxs saxlanılması ilə onun tərəfindən müayinəsi arasında bir aydan çox vaxt keçdiyindən Təqsirləndirilən şəxs bədəninin üzərində xəsarət aşkar edə bilmədiyini, faktiki olaraq xəsarətlər də görmədiyini, lakin tibbii sənədlərdə olan xəsarətlərin ekspert rəyində öz əksini tapdığını, Təqsirləndirilən şəxs ekspertizaya gec təqdim edildiyinə görə bədəni üzərində aşkar olunmuş xəsarətlərin yetirilmə mexanizmi, müddətini və dərəcəsini müəyyən edə bilmədiyini, Təqsirləndirilən şəxs alt şalvarında olan qan ləkəsinin müxtəlif şəraitdə, o cümlədən Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi polis əməkdaşlarının ona fiziki işgəncələr vermələri və dubinkanı Təqsirləndirilən şəxs arxa keçəcəyinə salmağa cəhd etmələri şəraitində yarana bildiyini, alt şalvarının üzərində olan qan ləkələri də Təqsirləndirilən şəxs dediyi şəraitdə aldığı xəsarət nəticəsində yarana bildiyini demişdir. Məhkəmə tibb eksperti Şahid3 tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş 24 fevral 2023-cü il tarixli, 51 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, məhkəmə tibb eksperti qarşısında həmçinin «Təqsirləndirilən şəxs bədən səthində, o cümlədən anal dəlik ətrafında və düz bağırsaqda hər hansı xəsarətlər var?» sualı da qoyulmasına baxmayaraq ekspert rəyində həmin suala cavab verməmiş, ümumiyyətlə qoyulan sual ilə bağlı tam şəkildə tədqiqat aparılmamış, Təqsirləndirilən şəxs bu barədə hər hansı bir söz soruşulmamış və yekdil olan məhkəmə-tibb ekspertizasının rəyi verilməmişdir. Məhkəmə tibb eksperti Şahid3 tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş 24 fevral 2023-cü il tarixli, 72 nömrəli canlı şəxsin əlavə ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində, o cümlədən anal dəlik ətrafı və düz bağırsaqda heç bir xəsarət aşkar olunmamışdır. Həmin rəydə ekspertizaya başlanma tarixi, 23 fevral 2023-cü il tarix göstərilmiş və rəydə yazılmışdır ki, araşdırma zamanı X25 izahatında oğlu Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını və oğluna məxsus olduğunu iddia etdiyi üzərində qana bənzər ləkələri olan isti alt paltarın ona Şirvan ŞPŞ-nin MSY-dən təhvil verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilənləri təsdiq edərək əlavə etmişdir ki, 02 yanvar 2023-cü il tarixdə Şirvan ŞPŞ-nin inzibati binasında tanıdığı polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində anal dəlik ətrafından (düz bağırsaqdan) qanaxma olmuşdur. Şərh edilənlərdən aydın olur ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində qəbul olunmuş qərar əsasında verilmiş məhkəmə-tibbi ekspertizasının canlı şəxsin ekspertizasına dair rəyi 24 fevral 2023-cü il tarixdə başa çatmasına və ekspert rəyi Şirvan şəhər prokurorluğuna 24 fevral 2023-cü il tarixdə daxil olmasına baxmayaraq müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində heç bir qanuni əsas və səbəb olmadan əlavə məhkəmə-tibbi ekspertizası təyin olunmuş və məhkəmə tibb eksperti tərəfindən Təqsirləndirilən şəxs barəsində yenidən 23 fevral 2023-cü il tarixdə ekspertiza aparılmağa başlanılmışdır. Bu da onu deməyə əsas verir ki, işgəncə faktını araşdıran müstəntiq ekspert rəyi yerli prokurorluğa daxil olmadan həmin rəydə yazılanlardan xəbərdar olmuş, polis tərəfindən Təqsirləndirilən şəxs verilmiş işgəncə faktı ilə bağlı tam araşdırma aparmayaraq və obyektivliyi müəyyən etmədən işgəncə faktına hüquqi qiymət verməyə tələsmiş və buna cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini pozmaqla xidmət etmişdir. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusu işgəncə, qeyriinsani, alçaldıcı rəftara və ya cəzaya məruz qalma barədə iddiaların dövlət orqanları tərəfindən səmərəli araşdırılmamasını, yəni ümumiyyətlə araşdırmanın aparılmamasını və yaxud araşdırmanın tələb olunan keyfiyyət meyarı cavab verilməməsini ehtiva edir. Pis rəftara dair mübahisə edilən iddialar üzrə rəsmi araşdırma aparma-bu birlikdə götürülməklə Konvensiyanın 3-cü maddəsindən və Konvensiya iştirakçılarının onların yurisdiksiyası altında olan hər kəsin Konvensiya ilə müəyyən edilən hüquq və azadlıqlarını təmin etmək öhdəliyini nəzərdə tutan 1-ci maddəsindən irəli gələn vəzifədir. Göründüyü kimi yerli prokurorluq tərəfindən beynəlxalq və milli qanunvericliyin tələbləri pozulmaqla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və müxtəlif formalı işgəncələrə məruz qalması ilə bağlı keyfiyyətli yoxlama aparılmamışdır. Konvensiyanın 3cü maddəsinin prosessual aspektdə pozuntusuna dair məsələlər üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini aşkarlayan presedent olaraq «Assenov və qeyriləri Bolqarıstana qarşı işi» üzrə qərarda Avropa Məhkəməsi bəyan etmişdir ki, zəruri araşdırma aparılmadıqda işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan davranışa qoyulan qadağa, fundamental mühümlüyünə baxmayaraq, təcrübə də səmərəsiz olacaq və bu hal bəzən vəzifəli şəxslər üçün onların nəzarəti altında olan şəxslərin hüquqlarından və cəzasızlığından sui-istifadə etmək imkanı yaradacaqdır. Həmin işdə Məhkəmə pis rəftarı sübut olunmuş saymaq üçün kifayət qədər sübutlar təqdim olunmadığı vəziyyətdə belə yalnız pis rəftar barədə iddianın milli orqanlar tərəfindən səmərəli araşdırılmamasına görə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanlarının 3-cü maddəsinin əhəmiyyətli pozuntusuna yol verdiklərini «əsaslı şübhədən kənar» standartına uyğun olaraq sübut etmək mümkün olmadığı vəziyyətdə onların ərizədə göstərilən, həqiqiliyi ehtimal oluna bilən faktları müstəqil səmərəli, açıq araşdırmadan imtina etmələri Konvensiyanın 3-cü madəsinin prosedur, yəni prosessual aspektdə pozuntusunu təşkil edə bilər. Bu müddəada Avropa Məhkəməsi araşdırmanın keyfiyyət meyarını da göstərmişdir. Belə ki, keyfiyyətli, yəni qaneedici sayılması üçün araşdırma müstəqil, səmərəli və açıq olmalıdır. Araşdırmanın səmərəliliyi standartı dedikdə, araşdırmanın mütləq şəkildə pis rəftar faktının müəyyən edilməsi ilə nəticələnməsi deyil, hadisəni izah edə biləcək, məqsədyönlü, qoyulan məsələyə adekvat olan, iddianın xüsusiyyətlərini nəzərə alan tədbirlərin görülməsi başa düşülür, yəni Avropa Məhkəməsi nəticənin yox, prosesin, yəni araşdırma vasitələrinin tətbiqinin zəruri olduğunu vurğulayır. Belə tədbirlər işgəncənin, pis rəftarın digər formalarının baş verməsi haqqında iddianın tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməlidir. Bundan əlavə bir sıra işlərdə Avropa Məhkəməsi araşdırmanın formallığına, yəni dövlət orqanının araşdırmanı barələrində şikayət edilən şəxslərin dindirilməsi ilə məhdudlaşdırıb, hadisə barədə məlumat verə biləcək digər şahidləri dindirməkdən imtina etdiyinə, inandırıcı materiallarla, ərizəçinin ağlabatan səlist, detallı izahatı ilə uzlaşmayan, ziddiyyətli tibbi ekspertizasının rəylərinə əsaslandığına, tələm-tələsik qəbul edilmiş qərarlarla ərizəçinin iddiasını rədd etdiyinə görə belə araşdırmanı səmərəsiz hesab edib Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərdə Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu yaradan, səmərli araşdırmanın aparılmadığını göstərən hallar kimi araşdırmanın vaxtında başladılmamasına, iddiaçının müraciət etməsindən çox vaxt keçdikdən sonra dindirilməsinə və yaxud işgəncə barədə iddiaların yoxlanılması üçün tibbi ekspertizanın vaxtında təyin edilməməsinə, gec keçirilməsinə və bu səbəblərdən pis rəftar nəticəsində yetirilməsi ehtimal olunan xəsarətlərin izlərinin itirilməsinə istintad etmişdir. Avropa Məhkəməsi «Aksoy Türkiyəyə qarşı» iş üzrə qərarında qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir. Konvensiyanın 13-cü maddəsində isə deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir. Avropa Məhkəməsi sözügedən qərarında qeyd edir ki, Konvensiyanın 3-cü maddəsi ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericlikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur. Məhkəmə tərkibi məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs barəsində alınmış məhkəmə-tibbi ekspertizasının rəylərinə də tənqidi yanaşır, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə ŞPŞ-də polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədəni üzərində sol bazunun bayır səthində sarımtıl rəngli, sol budun ön səthində bənövşəyimtil rəngli, boğazının sol yan səthində sarımtıl rəngli qançır, sol saidin bayır səthində 1 (bir) ədəd qərtməkli yara xəsarətləri aşkar olunması faktı vaxtında keçirilmədiyi üçün səmərəsiz olan və yekdil olmayan məhkəmə-tibbi ekspertizasının rəylərinə əsaslanan araşdırmanın Avropa Məhkəməsinin müəyyən etdiyi standartlar baxımından qaneedici sayıla və müdafiə tərəfinin işgəncə barədə iddialarını mötəbərliklə təkzib edən, məhkəməni işgəncə faktının olub-olmamasını məhkəmə baxışında tədqiq edilmiş sübutlar əsasında müəyyən etmək vəzifəsindən azad edən tədqiqat kimi nəzərdən keçirilə bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs döyülərək, işgəncələrə məruz qalması, ona qarşı qanunsuz hərəkətlərin edilməsinə də hüquqi qiymət verilən Şirvan şəhər prokurorluğunda qəbul olunmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarla bağlı qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Konrekt olaraq «Layıcov Azərbaycana qarşı» işi üzrə qərarının 53-cü bəndində Avropa Məhkəməsi bildirir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən «inter alia» hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibbi ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair Cinayət-Prosessual Məcəlləsinin 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır. Faktiki olaraq məhkəmə işgəncə barədə iddianı yoxlamadan yalnız məhkəməyədək icraat dövründə aparılmış araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutu da, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi etirafetdici ifadəni mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərara əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Məhkəmə tərkibi təhlil edilən halla bağlı belə nəticəyə gəlir ki, işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də məhkəməyədək icraat dövründə qəbul olunmuş qərara görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi «etirafedici» ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Sübutların mötəbərliyi ilə bağlı Avropa Məhkəməsi «Avşar Türkiyəyə qarşı» qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman «əsaslı şübhələr yaratmayan» sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı Avropa Məhkəməsi «Bıkov Rusiyaya qarşı» qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində, polis əməkdaşları tərəfindən ona fiziki işgəncələr verilməsi, dubinkanın onun arxa keçəcəyinə salmağa cəhd edilməsi, qanlı paltarının olması, həmin paltarının məhkəmə-tibb eksperti və Şirvan şəhər prokurorluğuna təqdim olunması, xəsarətlərinin 3 saylı İstintaq Təcridxanasında qeydiyyata alınması göstərilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktı və yerli prokurorluq orqanı tərəfindən hərtərəfli, tam və obyektiv araşdırmanın aparılmaması barədə bildirdikləri məhkəmə istintaqı zamanı toplanmış təkzib olunmaz sübutlar ilə öz təsdiqini tapmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Yallo Almaniyaya qarşı» qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Avropa Məhkəməsinin «X1rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələr bir-biri ilə uzlaşmaqla obyektiv həqiqəti özlərində ehtiva etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Cinayət işinin materiallarının 32-33-cü səhifələrində olan «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokol»dan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə, saat 18:30-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxsi qismində tutulmuşdur. Cinayət işinin materiallarının 16-cı səhifəsində olan Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən tərtib edilmiş 02 yanvar 2023-cü il tarixli «raport»da göstərilmişdir ki, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə saat 17:45 radələrində Şirvan şəhəri Energetik küçəsində saxlanılmış və Şirvan ŞPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşlarının onu 02 yanvar 2023-cü ildə saat 16 radələrində sinif yoldaşı Rafael Cabarov ilə birlikdə saxlayaraq apardıqlarını demişdir. Dindirilmiş şahid İlqar Rəcəbov ifadəsində 02 yanvar 2023-cü ildə axşam saat 16:55-də Məhəmməd adlı şəxsin ona zəng vuraraq, Samirin polis əməkdaşları tərəfindən tutulub aparılması barədə məlumat verdiyini bildirmişdir. Dindirilmiş şahid Lalə Ələkbərova ifadəsində 02 yanvar 2023-cü ildə günorta saat 16 radələrində qardaşı Samirin evi tərk etdiyini, təxminən saat 17 radələrində Məhəmməd adlı qonşularının onlara gəldiyini, atası İlqara zəng edib telefonu ona verməyini bildirdiyini, Məhəmməd atasıyla danışarkən Samirin tutulmağını atasına deməsini eşitdiyini bildirmişdir. Dindirilmiş şahid Məhəmməd Məmmədov ifadəsində 02 yanvar 2023-cü ildə günorta saat 14-15 radələrində parkdan evə qayıdarkən Təqsirləndirilən şəxs və Rafael Cabarovun ondan 30-40 metr aralı məsafədə polis əməkdaşları tərəfindən aparılmaqlarını, həmin vaxtı Samir və digər şəxsin könüllü şəkildə polislərlə hərəkət etdiyini gördüyünü, məhkəmə iclas zalında nümayiş etdirilən video görüntüdə olan şəxslərdən birinin özünün, video görüntüdə görünən polis əməkdaşlarının yanında hərəkət edən şəxslərdən birinin Samir, digər şəxsin isə Rafael olduğunu, Samirin ona atasına polis əməkdaşları tərəfindən saxlanılması barədə xəbər verməsini bildirdiyini, polis əməkdaşları məhkəmə zalına dəvət olunuraq şahidə təqdim olunduqda məhkəmə zalında olan polis əməkdaşlarından ağ köynəklini, yəni Rzaxanı tanıdığını, Samir və Rafael saxlanılan zaman yalnız Rzaxanın orada olduğunu, Samir və Rafaeli iki nəfər polis serjantının saxladığını demişdir. Dindirilmiş polis əməkdaşı olan şahid Fərman Allahverdiyev ifadəsində nümayiş etdirilən video görünütüdə olan ərazinin Şirvan şəhəri, Energetik küçəsi olduğunu, Rafaeli bu ərazidə tutduqlarını, Rafaeli saxlayan zaman ətrafda adam olub-olmaması yadında qalmadığını, video görüntüdə gedən şəxs Rafael ilə özü olduğunu bildirmişdir. Müdafiəçi tərəfindən təqdim olunmuş «ikonix» markalı fleş yaddaş kartında qeydə alınmış «iv_0_**********1851(0)» adlı video görüntü məhkəmə iclas zalında elan edilməklə tədqiq olunan zaman müəyyən olunur ki, video görüntü zibillik ərazidə çəkilməklə, 30 saniyyədir, video görüntüdə sağ tərəfdə bir nəfər şəxsin, yəni şahid Məhəmməd Məmmədovun hərəkət etdiyi, ondan arxada iki nəfər şəxsin, biri polis geyim formasında olan polis əməkdaşı Şahid2, digəri isə əlində götəkçə və başında papaq olan Təqsirləndirilən şəxs, onlardan araxa tərəfdə isə polis geyim formasında olan polis əməkdaşı Fərman Allahverdiyev ilə Rəfael Cabarovun piyada getdikləri müəyyən olunur. Şirvan Şəhər İcra Hakimiyyətindən verilmiş 22 dekabr 2023-cü il tarixli, 5-8/2-1999/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə bağlı təqdim olunmuş CD diskdə olan video görüntülər Şirvan şəhəri, Bağ evləri yaşayış sahəsi Ağasadıq Gəraybəyli küçəsinin yaxınlığındakı ərazidə çəkilmişdir. Müdafiəçi tərəfindən təqdim olunmuş «ikonix» markalı fleş yaddaş kartında qeydə alınmış «Papa cin (**********)_**********0132» adlı 1 dəqiqə 9 saniyə davam edən səs yazısı məhkəmə iclas zalında elan edilməklə tədqiq olunan zaman «alo, İlqar əmi, hə-hə, Samiri tutdular ha, Samiri tutublar? hə, varanok dayanıb burda, çöldədi, dayanıblar, niyə? nə bilim, indi bu dəqiqə qollarından tutdular, iki nəfərdilər, nə danışırsan ə, vallah, buradılar varnok, mənə dedi denən xəbər elə, buradadı varanok, ver də nömrəni ver, burdadılar ey dayanıblar, mən başqa yerdəyəm ey, verim olara, hə verginən, dayan, ver varanokdu kimdi denən atasıdı, nəsə atqaz elədi danışmadı, danışmadı? yo-yox, niyə bəs tutub səbəb nədi, tutulma səbəbini öyrən, vallah mən bilmirəm, anasına denən çıxsın çölə soruşsun da, açar yoxdu da bunlar aça bilmirlər, budey apardılar, apardılar Samiri? hə, nağayrıb ki, Məhəmməd bilmirsən? Allah haqqı xəbərim yoxdu nağayrıb, hə yaxşı, yaxşı» məzmunlu danışıq olduğu müəyyən olundu. X4 həmin səs yazılmış telefon danışığını Təqsirləndirilən şəxs atası İlqar Rəcəbov ilə etdiyini bildirmişdir. Müdafiəçi tərəfindən təqdim olunmuş «ikonix» markalı fleş yaddaş kartında qeydə alınmış «VİD_20230111_110828» adlı video görüntü məhkəmə iclas zalında elan edilməklə tədqiq olunan zaman müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evdən çıxan zaman əynində qara rəngli cins şalvar, qara rəngli gödəkçə, başında isə qara rəngli papaq olmuşdur. Beləliklə məhkəmə istintaqı zamanı sübutlar qarşılıqlı şəkildə müqayisə edilən zaman müəyyən olunur ki, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə yaşadığı evdən çıxan zaman, Rəfael Cabarov ilə birlikdə saxlanılaraq polis şöbəsinə aparılan zaman və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətii icra edən zaman əynində qara rəngli cins şalvar, qara rəngli gödəkçə və başında qara rəngli papaq olmuşdur. Hətta dindirilmiş şahid Məhəmməd Məmmədov da ifadəsində saxlanılan zaman Təqsirləndirilən şəxs əlində qara rəngli gödəkçə və başında qara rəngli papaq olmasını təsdiq etmişdir. Şərh edilənlərdən aydın olur ki, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Rafael Cabarov ilə birlikdə Şirvan şəhəri, Bağ evləri yaşayış sahəsi Ağasadıq Gəraybəyli küçəsinin yaxınlığındakı ərazidə polis əməkdaşları tərəfindən saxlanılaraq Şirvan ŞPŞ-yə aparılmışlar. Cinayət işinin materiallarında olan «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkəti saat 19:00-da başa çatmışdır. Şirvan ŞPŞ-nin MSY-nin rəisi, polis mayoru İldırım Cəfərov tərəfindən tərtib edilmiş 02 yanvar 2023-cü il tarixi aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:50-də MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış icra edildikdən sonra izahatı alınmış, məhkəmə-kimyəvi ekspertizası təyin olunmasına dair qərar qəbul olunmuş, həmin qərar ilə tanış edilmişdir. Təqdim olunmuş istintaq sənədlərinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış icra edildikdən təxminən 4 saat sonra ŞPŞ-nin X27 təhvil verilmişdir. Bakı İstintaq Təcridxanasından verilmiş Təqsirləndirilən şəxs adına açılmış 402/2023 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə İstintaq Təcridxanasına gətirilmiş, Təqsirləndirilən şəxs üzərinə və bədəninə keçirilən baxış zamanı üzərində «boyun hissəsinin sol tərəfinin, sol qolunun yuxarı ətrafının sol ayağının yuxarı bud hissəsinin sıyrılmış yarası» xəsarətləri aşkar olunmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 157.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs X23 24 saatdan artıq saxlanıla bilməz və bu müddət keçənədək istintaq təcridxanasına keçirilməlidir (həmin müddət istintaq təcridxanasına nəqliyyat vasitələri ilə daşınması müddətinə aid deyil). Təqsirləndirilən şəxs barəsində Şirvan Şəhər Məhkəməsinin 04 yanvar 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq onun 24 saatdan artıq X23 saxlanıla bilmədiyi halda 3 gün müddətində saxlanılması cinayət işinin materiallarına əsasən qaranlıq olaraq qalır, polis orqanı tərəfindən bununla bağlı hər hansı bir arqument irəli sürülməmişdir. Məhkəmə tərkibi polis orqanının Samir Rəcəovun şübhəli şəxs qismində tutulduğu vaxtdan 5 gün, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi gündən 3 gün sonra istintaq təcridxanasına aparılmasını sonuncunun polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədəni üzərində yaranmış xəsarətlərin üzərindən günlərin keçməsinə, polis şöbəsi ilə əlaqəsi və ya hər hansı asılılığı olmayan həkim müayinəsindən vaxtında keçməsinin qarşısının alınmasına şərait yaradan hallardan biri kimi qiymətləndirir. Şəxsi axtarış keçirilməsi haqqında protokol, işin halları, təqsirləndirilən şəxs və məhkəmə iclasında dindirilən şahid ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq saxlandıqdan təqribən 1 saat 45 dəqiqə sonra onun üzərində şəxsi axtarış kimi istintaq hərəkəti icra edilmişdir. «Sakit Zayidov Azərbaycana qarşı» olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, «Layicov Azərbaycana qarşı» olan iş üzrə Avropa Məhkəməsinin qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Həmin qərarın 69-cu bəndində Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə istintaqı zamanı toplanmış təkzibolunmaz sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Rafael Cabarov ilə birlikdə Şirvan şəhəri, Bağ evləri yaşayış sahəsi Ağasadıq Gəraybəyli küçəsinin yaxınlığındakı ərazidə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılsa da onun faktiki azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən təxminən 1 saat 45 dəqiqə sonra, yəni məhkəməyədək icraat zamanı toplanmış istintaq sənədlərinə əsasən saat 18:25-də üzərində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Bununla da Təqsirləndirilən şəxs istinad edilən narkotik vasitə heroinin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitə heroinin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi «əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən» narkotik vasitə heroin aşkar olunması ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilənə qədər onun bədənində xəsarətlər olmamış o, həmin xəsarətləri, azadlığı məhdudlaşdırılarkən məhz polis şöbəsinin inzibati binasında ona verilmiş narkotik vasitə heroinin ona məxsus olmasına dair etirafedici izahat və ifadələri verməsi, həmin sözləri şəxsi axtarış istintaq hərəkəti icra edilərkən videoçəkiliş zamanı deməsindən ötrü polis əməkdaşları tərəfindən döyülməsi, işgəncələrə və pis rəftara məruz qalması nəticəsində, eləcə də təqsirləndirilən şəxsə «praktik, səmərəli və keyfiyyətli» hüquqi yardım göstərilməsi təmin edilmədiyindən almışdır. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi və müdafiə hüqunun pozulması ilə alınmasını təsdiq edir. Bu əsasa görə də «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrinin mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiq vasitəsidir. Bu da bir daha müstəntiq tərəfindən ifadələrin bir-birindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşları Şahid1 və Şahid2 həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa Məhkəməsi «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı», «X3rşı» və bir sıra qərarlarında sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma Avropa Məhkəməsinin «Muradov Azərbaycana qarşı» qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin «əsaslı şübhə doğurmayan» sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilimiş Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında 02 yanvar 2023-cü il tarixdə tərəflərindən keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs Şirvan şəhəri, Energetik küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı bir bükümdə narkotik vasitə heroini könüllü olaraq təqdim etmişdir. Samiri saxlayan zamanı Samir küçədə tək olmuşdur. Rafael adlı şəxs ibtidai istintaq zamanı müəyyən edilib tutulmuşdur. Rafaelin saxlanılmasında iştirak etməmişdir. Rafael Cabarovun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş ittiham aktının nəticə hissəsindən görünür ki, Rafael Cabarov 02 yanvar 2023-cü il tarixdə saat 17:30-da Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Energetik küçəsində saxlanılmışdır. İbtidai istintaq orqanının təqdim etdiyi cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə saat 17:45-də Şirvan ŞPŞnin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Energetik küçəsində saxlanaraq polis şöbəsinə gətirilmişdir. Göründüyü kimi istintaq sənədlərinə əsasən X45 Rəcəbovdan əvvəl Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılmasına baxmayaraq əməliyyat müvəkkili Şahid1 ifadəsindən yalandan olaraq Rafael Cabarovun ibtidai istintaq zamanı müəyyən edilib tutulduğunu bildirmişdir. Əslində isə Təqsirləndirilən şəxs Rafael Cabarov ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aydın olur ki, polis əməkdaşlarının ifadələri təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, eləcə də istintaq orqanı tərəfindən təqdim olunmuş özlərinin ifadələri və anten məlumatları ilə ziddiyyət təşkil etmiş, obyektiv həqiqəti özündə ehtiva etməmişdir. Lənkəran Ağır Cinayət Məhkəməsinin 26 may 2023-cü il tarixli, 1(099)-433/2023 nömrəli hökmündə məhkəmə müəyyən etmişdir ki, Rafael Cabarov satış məqsədi olmadan 02 yanvar 2023-cü il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs qabaqcadan aralarında olan razılıq əsasında Şirvan şəhəri, Energetik küçəsində 24 manat pul müqabilində külli miqdarda, yəni 2,220 qram narkotik vasitə heroin alıb üzərində daşımaqla saxlamış, 02 yanvar 2023-cü il tarixdə saat 17:30-da Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirtdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Energetik küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,200 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Hökmdən görünür ki, Rafael Cabarov 02 yanvar 2023-cü il tarixdə sinif yoldaşı Təqsirləndirilən şəxs 24 manat verməklə özü istifadə etmək üçün bir bükümdə heroin aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X35 Ağır Cinayət Məhkəməsində barəsində olan cinayət işinə baxılan zaman Samirdən narkotik vasitə aldığını dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Rafael Cabarovun X33 Cinayət Məhkəməsində baxılan cinayət işi üzrə verdiyi ifadəsinin videoçəklişi nümayiş etdirilən zaman müəyyən edilmişdir ki, Rafael Cabarov saxlanıldığı yerə 0,5 qram narkotik vasitə üçün getdiyini, həmin narkotik vasitəni istifadə etdikdən 5 dəqiqə sonra saxlanıldığını, həmin vaxtı üstündə heç nə olmadığını, əməliyyatçılar onlara işgəncə verib döyərək üzərinə 2,5 qram narkotik vasitə qoyub üstündən çıxacağını dediklərini, bunun yükləmə olduğunu vəkilə və müstəntiqə də dediyini, Samirlə istifadə etdikləri narkotik vasitənin pulu olan 24 manatı Samirə verdiyini, Samir də çıxıb-gedib alıb gəldikdən sonra gətirdiyi narkotik vasitəni Samirlə birlikdə istifadə etdiklərini bildirmişdir. Tutulduqdan sonra şöbəyə aparılmışlar, Samiri və onu əməliyyatçılar döymüşlər, həqiqətləri demək üçün hazırkı məhkəməni gözlədiyini demişdir. X36 Cinayətlər Məhkəməsinin sözügedən hökmündən görünür ki, Rafael Cabarovun barəsində baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə tərəfindən şahid qismində dindirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair» 8 yanvar 2020-ci il tarixli qərarında göstərilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 50 və 211-ci maddələrinin tələblərindən irəli gələrək cinayət təqibi üzrə icraatı ayırmaq qərarı verən müstəntiq, prokuror və ya hakim bu cür ayrılmanın mümkün olduğu şərtləri müəyyənləşdirməli, bu qərarın müvafiq hüquqi və faktiki əsaslarını göstərməli, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduğu hallarda isə belə ayırmadan çəkinməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun «S.Abbasovanın şikayəti üzrə 2016-cı il 14 oktyabr tarixli» və «F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli» qərarlarından görünür ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Bu hüququn məzmunu Konstitusiyanın norma və prinsipləri, o cümlədən hüquqi müəyyənlik prinsipinin tələbləri nəzərə alınmaqla başa düşülməlidir. Həmin prinsipi təmin edən vasitələrdən biri qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığıdır. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 2016-cı il 23 fevral tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 142.2-ci maddəsinə müvafiq olaraq, mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Digər tərəfdən Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində preyudisiyanın subyektiv hədləri, yəni məhkəmə hökmünün qanuni qüvvəsinin şamil edildiyi şəxslərin dairəsi dəqiq müəyyən olunmamışdır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Bu baxımdan qeyd olunmalıdır ki, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində təqsirləndirilən şəxs statusunda iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) və təqsirsizlik prezumpsiyası hüquqlarından (Konstitusiyanın 63-cü maddəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Şərh edilənlərə əsasən məhkəmə tərkibi bildirir ki, Lənkəran Ağır Cinayət Məhkəməsinin 26 may 2023-cü il tarixli, 1(099)-433/2023 nömrəli hökmü ilə müəyyən edilmiş halların, hazırkı iş üzrə preyudisiallığı yoxdur, sözügedən məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində təqsirləndirilən şəxs statusunda iştirak etməyən Təqsirləndirilən şəxs şamil edilməsi sonuncunun məhkəmə icraatında müdafiə və təqsirsizlik prezumpsiyası hüquqlarından məhrum edilməklə yanaşı, onun hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması deməkdir. Həmin hökmdə yazılmış hazırkı iş üzrə şahid qismində dindirilmiş Rafael Cabarovun demədiyi halda, deməsi kimi yazılmış ifadələrin qəbul edilməsi yol verilən deyildir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs və Rafael Cabarovun barələrində olan cinayət təqibinin ayrı-ayrı icraatlarda aparılmasına tənqidi yanaşır və hesab edir ki, sözügedən cinayət işinin ayrı-ayrı icraatlarda aparılması cinayət işləri üzrə obyektiv həqiqətlərin müəyyən edilməsinin qarşısını almağa, yol verilmiş qanun pozuntularının üstünün açılmamasına xidmət etmişdir. Qüvvəyə minmiş hökmlə müəyyən olunmuş halların və onlara verilən hüquqi qiymətin ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxsə münasibətdə məcburiliyi faktiki olaraq onun barəsində məhkəmə hökmü qüvvəyə minənədək təqsirli olub-olmaması məsələsini əvvəlcədən həll edə bilər. Burada nəzərə almaq lazımdır ki, Konstitusiyanın 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Yuxarıda göstərilən konstitusiya müddəasının mənasına görə, cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydalara riayət olunmadan heç kəs təqsirli sayıla bilməz. Həmin prosessual qaydaların vacib hissəsini təqsirləndirilən şəxsin sübutların tədqiq olunmasında iştirakına dair normalar təşkil edir. Cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılmasına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir. Məhkəmə tərkibi hesab edir ki, cinayət işi üzrə həqiqi halların müəyyən edilməməsinin səbəblərindən biri də Cinayət-Prosessual Məcəlləsinin 50 və 211-ci maddələrinin düzgün tətbiq edilməməsi ilə bağlıdır. Cinayət-Prosessual Məcəlləsinin 50.1ci maddəsi müstəntiqə, prokurora, hakimə cinayət təqibi üzrə icraatı ayırmaq hüququ verməklə yanaşı, bu cür ayırmanın mümkün olduğu şərtləri də müəyyənləşdirir. Qeyd olunan maddədə nəzərdə tutulmuş qaydanın müəyyən edilməsi prosessual qənaət məqsədi güdsə də, mütləq şərt kimi cinayət işləri üzrə ayrıca icraatların cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə maneə olmamasını da nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 211-ci maddəsi isə cinayət işlərinin birləşdirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması şərtlərini və qaydasını müəyyən edir. Cinayət-Prosessual Məcəlləsinin 211.3-cü maddəsinə əsasən, bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən biri və ya bir neçəsi mövcud olsa da, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa cinayət işi ayrıla bilməz. Cinayət-Prosessual Məcəlləsinin 50.3-cü maddəsi həmin Məcəllənin 9.1.3 və 211-ci maddələri ilə əlaqəli şəkildə cinayət işinin ayrıca icraata ayrılması barədə qərar qəbul edərkən müstəntiq, prokuror və hakimin üzərinə müvafiq hüquqi və faktiki əsasların göstərilməsi vəzifəsini qoyur. Cinayət işinin ədalətli həlli üçün bu cür qərar onun qəbul olunmasının vacibliyini təsdiq edən və iş materiallarında öz əksini tapmış konkret hallara, həmçinin maddi və prosessual hüquq normalarına əsaslanmaqla qəbul edilməlidir. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiya cinayət işi üzrə hüquqi prezumpsiyaların və faktların prezumpsiyalarının istifadə edilməsini qadağan etmir, lakin Məhkəmə «Salabiaku Fransaya qarşı iş üzrə», «Radio France və digərləri Fransaya qarşı iş üzrə» qərarlarında dövlətlərdən təqsirləndirilən şəxs üçün işin nəticəsinin vacibliyinin nəzərə alınmasını və onun müdafiə hüququnun təmin edilməsi məqsədi ilə belə istifadənin ağlabatan hədlərlə məhdudlaşdırılmasını tələb edir. Avropa Məhkəməsi «Böyük Palatanın Gäfgen Almaniyaya qarşı iş üzrə», «AlKhawaja və X15rşı iş üzrə» qərarlarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyasına və şahidlərin dindirilməsinə təminat verən Konvensiyanın 6-cı maddəsinin 2-ci və 3(d)-cü bəndləri, həmin maddənin 1-ci bəndi ilə təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissələrini təşkil etməklə, ümumilikdə məhkəmə araşdırmasının ədalətliliyinin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır. Avropa Məhkəməsi «Karaman Almaniyaya qarşı iş üzrə» qərarında qeyd etmişdir ki, bir neçə şəxsin iştirakı ilə törədilən mürəkkəb cinayət işinin eyni icraatda aparılması mümkün olmadıqda, təqsirləndirilən şəxslərin təqsiri məsələsini həll etmək məqsədi ilə məhkəmə, cinayətin törədilməsində iştirak edən və sonradan ayrıca mühakimə ediləcək üçüncü şəxslərin adlarının çəkilməməsini tələb edə bilər. Cinayət işlərinə baxan məhkəmələr, təqsirləndirilən şəxslərin hüquqi məsuliyyəti ilə əlaqədar məsələni daha dolğun və dəqiq həll etmək üçün vacib olan işin hallarını müəyyən etməyə borcludurlar və müəyyən olunmuş hallar barəsində sadəcə mülahizə və ya şübhə kimi bəhs edə bilməzlər. Bu, həmçinin üçüncü şəxslərin iştirakçılığı ilə əlaqədar hallara da aiddir. Lakin bu halların qeyd olunması vacib olduqda, məhkəmə təqsirləndirilən şəxsin hüquqi məsuliyyətinin həll olunması üçün labüd olmayan dəlilləri təqdim etməkdən çəkinməlidir. Bu baxımdan məhkəmə qərarlarının tərtibatında digər iş üzrə məhkəmə araşdırmasının ədalətliliyini şübhə altına qoymamaq üçün üçüncü şəxslərin təqsiri ilə əlaqədar ilkin mülahizələrdən çəkinmək lazımdır. Eyni zamanda Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülmüş ittihamın xarakteri məhkəməyə üçüncü şəxslərin iştirakçılığına dair gəldiyi qənaətə toxunmamağa imkan vermirsə və bu qənaət ayrıca mühakimə ediləcək üçüncü şəxslərin hüquqi məsuliyyətinə dair qərara təsir edə bilərsə, belə hal işin ayrıca icraata ayrılması üçün ciddi maneə kimi qiymətləndirilməlidir. Ümumi hallar baxımından bir-biri ilə sıx əlaqəli olan işlərə ayrılıqda baxılmasına dair istənilən qərar bütün toqquşan maraqların hərtərəfli təhlilinə əsaslanmalı və digər təqsirləndirilən şəxslərə işin ayrıca icraata ayrılmasına etiraz etmək imkanı təqdim edilməlidir. Ayrıca icraatın aparılması ilə əlaqədar ikinci tələb isə onu nəzərdə tutur ki, digər təqsirləndirilən şəxslərin iştirakı olmadan müəyyən edilmiş hallar, həmin şəxslərə münasibətdə preyudisial əhəmiyyət kəsb etməməlidir. Bir iş üzrə istifadə olunmuş sübutların statusu sırf nisbi qalmalı, onların qüvvəsi mövcud konkret mühakimə icraatı ilə məhdudlaşmalıdır. Cinayət işinin materiallarında olan CD diskdən göründüyü kimi, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən video görüntü 4 dəqiqə 37 saniyə davam edir, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolda isə şəxsi axtarışın başlanma vaxtı 18:45, bitmə vaxtı isə 19:00 olaraq göstərilmiş, faktiki olaraq 4 dəqiqə 37 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 15 dəqiqə davam etdiyi göstərilmişdir. Bundan əlavə cinayət işinin materiallarının 90-91-ci səhifələrində olan Rafael Cabarov ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə iştintaq hərəkətinə dair tərtib olunan 04 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, X45 Rəcəbovun üzünə qarşı «02 yanvar 2023-cü il tarixdə təxminən saat 16-17 radələrində sənin mobil nömrənə öz nömrəmlə zəng edib Şirvan şəhərində olduğumu və mənə narkotik vasitə heroinin lazım olduğunu dedim, sən mənə telefonla 25 manata tapa biləcəyini və yaşadığın küçəyə gəlməyimi dedim, mən gəlib üstümdə 24 manat olduğundan sənə 24 manat verdim, sən həmin pula mənə cibindən çıxarıb 1 büküm heroin satdın, mən də, pulsuz həmin heroindən sənə verdim, birlikdə küçədə çəkdik, sonra oradan aralananda polislər məni tutdular» demiş, Təqsirləndirilən şəxs isə Rafael Cabarovun bildirdiklərinə cavab olaraq «Rafael yalan deyir, mən ona 24 manata narkotik satmamışam, düzdür sən mənə zəng etmisən, məndən heroin istədin, mən də sənə dedim ki, evimizin yaxınlığında zibillik var, orada xx.xx.2023-cü il tarixdə yerdən narkotik vasitə olan heroin tapmışam və gizlətmişəm, bir yerdə gedib onu götürüb istifadə edərik, sən də gəldin, birlikdə həmin zibilliyin yanına getdik, sən biraz aralıda gözlədin, mən yerdən 1 büküm heroini götürüb sənin yanına gəldim, küçəmizdə biraz aralıda yulğunluq və qamışlıq olan ərazidə səninlə birlikdə həmin heroindən çəkdik» demişdir. Həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən disk nümayiş etdirilən zaman müəyyən edilir ki, X46 Rəcəbovun üzünə qarşı «02 yanvar 2023-cü il tarixdə saat 16-17 radələrində sinif yoldaşı Samir ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitə tapmağını bildirmiş, Samir ona bağ evlərinə gəlməyini demiş, o da 24 manat pulunu götürərək bağ evlərinə gəlmiş, 24 manat pulu Samirə vermiş, Samir gedərək 0,5 qram kakos kimi tanıdığı narkotik vasitəni gətirmiş, həmin narkotik vasitəni öz aralarında bölüşdürmüşlər, sonra həmin narkotik vasitələri bağ evləri deyilən ərazidə çəkmişlər, həmin küçənin adını bilməmiş, uzaqlaşan zaman onları tutmuşlar, 20-25 manata 0,5 qram narkotik vasitə heroin düşdüyünü bildirmiş, Samirə istifadəsində olan ***-***-**-** saylı möbil nömrə ilə zəng etmiş, Samirə narkotik vasitəni bir yerdə istifadə etməyi özü təklif etmiş və narkotik vasitənin hamısını Samirlə birlikdə istifadə etmişlər. Çox az miqdarda narkotik vasitə qalmış, onu özü Samirə deyərək cibinə qoymuş, saxlanılan zaman üzərindən iynə, qaşıq və limon duzu çıxmışdır, üzərindən aşkar olunmuş narkotik vasitə ilə razı olmamışdır» məzmunlu ifadəni demişdir. Təqsirləndirilən şəxs isə Rafael Cabarovun dediklərinə cavab olaraq bildirmişdir ki, «Rafael ona zəng vuraraq heroin tapa bilərsən deyə soruşmuş, o da Rafaelə hə, məhlədə adam var, onlar gəlmişdilər, yer var orda gizlədiblər, gəl ordan götürüm bir yerdə istifadə edək, Rafaelə pul deməmişdir, Rafael gələrək kənarda dayanmış, tanımadığı uşaqların gizlətdiyi yerdən götürərək gəlmiş, narkotik vasitə həmin yerdə 01 yanvar 2023-cü il tarixdə gizlədilmişdi, günorta zibil atanda narkotik vasitənin gizlədildiyini görmüş, həmin yerə çox narkoman gəlmişdir. Həmin narkotik vasitənin gizlədildiyi yeri gördüyü üçün götürüb başqa yerə qoymuş, iki nəfər narkoman gələrək narkotik vasitəni axtarmışlar, narkotik vasitəni götürməyini Rafael görməmişdir. Rafaellə aralarında pul söhbəti olmamış və Rafael ona 24 manat pul verməmişdir. Rafaelə narkotik vasitə satmamışdır, narkotik vasitəni tapmış və bir yerdə istifadə etmişlər. İstifadə etdikdən sonra qalan çox az miqdarda olan narkotik vasitəni Rafael özü götürmüşdür. Üzərindən çıxan narkotik vasitə heroin özünün olmamışdır». Sonra isə Rafael Cabarov özünə aid olmayan kartdan 24 manat pul çıxararaq gətirib Samirə verdiyini, həmin kartın üzərində olduğunu, üzərini axtaran zaman üzərindən düşdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs isə bildirmişdir ki, əgər Rəfael ona pul versəydi üzərində şəxsi axtarış keçirilən zaman çibində olardı, çünki narkotik vasitə heroini Rəfaellə birlikdə istifadə etdikdən sonra polis əməkdaşları ikisini də bir yerdə saxlamışlar. Cinayət-Prosessual Məcəlləsinin 51.4-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Qanunvericiliyin müddəaları baxımından aşkardır ki, tərtib edilmiş protokolla müvafiq istintaq hərəkətlərini özündə əks etdirən video yazılar uyğunluq təşkil etməli, iş materialları arasında ziddiyyət olmamalıdır. Beləliklə, «şəxsi axtarışın və götürmə aparılması haqqında» protokol ilə həmin istintaq hərəkətini özündə əks etdirən cinayət işinin materiallarına əlavə edilmiş video yazı və Rafael Cabarov ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətinin aparılmasına dair tərtib olunmuş protokol ilə həmin istintaq hərəkətini özündə əks etdirən cinayət işinin materiallarına əlavə edilmiş video yazı arasında ziddiyyətlər mövcud olduğundan, qeyd edilən sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz hesab edilməlidir. Cinayət işinin materiallarının 196-cı səhifəsində olan Şirvan ŞPŞ-nin İB-nə verilmiş əməliyyat tapşırığına cavab olaraq tərtib edilmiş 21 fevral 2023-cü il tarixli məktubda göstərilmiş keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhər sakini X16 narkotik vasitə heroin satması ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və 21 fevral 2023-cü il tarixli məktubla istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Cinayət işinin materiallarında olan «məhkəmə-kimyəvi ekspertizası»nın rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə heroin ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitə heroinin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitə heroini əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. «Məhkəmə kimyəvi ekspertizası»nın rəyində göstərilmiş tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürüldüyü qeyd edilən 1 ədəd bükümdə olan heroin ilə X8 üzərindən götürüldüyü qeyd edilən 1 ədəd bükümdə olan heroinin xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni tərkibli olması ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, həmin rəyin özü də narkotik vasitə heroinin Təqsirləndirilən şəxs məxsus olmasını təsdiq etmir, yalnız həmin narkotik vasitə heroini əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinidə sübut kimi qəbul edilə bilər. Məhkəmə tərəfindən «ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib, daşıyaraq saxlaması, Rəfael Cabarova satması əməllərini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə trəkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa Məhkəməsinin «Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» qərarlarında «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,169 qram narkotik vasitə heroin materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs cinayət işi üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərcinin-məhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 51-2, 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,169 qram narkotik vasitə heroin materiala əlavə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-27/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-27/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver